[b]Azərbaycanda yeni radionun açılması ilə bağlı elan olunmuş müsabiqəyə sənəd qəbulu sabah başa çatır[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio yayım proqramının açılması üçün elan etdiyi müsabiqəyə sənəd verənlərin sayı artıb. Bu barədə APA-ya MTRŞ-nin hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Tohid Əliyev məlumat verib. Baş məsləhətçi bildirib ki, Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan edilən müsabiqəyə sənəd verənlərin sayı digər tenderlərlə müqayisədə qat-qat çoxdur: "Hələ də davam edən sənəd qəbulu sabah başa çatacaq. Növbəti 30 gün ərzində şura üzvləri tərəfindən sənədlərə baxılacaq. Nəticələr şuranın iclasında müzakirə olunacaq və münasib iştirakçı müsabiqənin qalibi elan ediləcək". T. Əliyev onu da qeyd edib ki, qanunvericiliyə əsasən, yeni radio yayım proqramı qalib elan ediləndən sonrakı 6 ay ərzində fəaliyyətə başlamalıdır.
Azərbaycan Xəbərləri
Printable View

10-07-2008, 04:00 PMAPAAzərbaycanda yeni radionun açılması ilə bağlı elan olunmuş müsabiqəyə sənəd qəbulu sabah başa çatır

10-07-2008, 04:20 PMAPAAzərbaycan sentyabrda dizel yanacağının istehsalını 4% azaldıb
[b]Azərbaycan sentyabrda dizel yanacağının istehsalını 4% azaldıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Azərbaycanda 207,27 min ton dizel yanacağı, 81,02 min ton əmtəəlik soba mazutu istehsal edilib. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.Cari ilin avqust ayı ilə müqayisədə dizel yanacağı istehsalı 4,1% azalıb, əmtəəlik soba mazutunun həcmi isə 12,4% artıb.Cari ilin yanvar-sentyabr aylarında dizel yanacağının istehsalı 1 752,55 min ton, əmtəəlik soba mazutunun istehsalı isə 879,29 min ton təşkil edib. Ötən ilin 9 ayına nisbətən dizel yanacağının istehsalında 12,1% artım, əmtəəlik soba mazutunun istehsalında isə təxminən 94% azalma olub. -
10-07-2008, 04:30 PMAPAQulamhüseyn Əlibəyli: "Yaradacağım partiyanı AXCP və ya digər partiyanın bazasında qurmaq fikrində deyiləm"
[b]Qulamhüseyn Əlibəyli: "Yaradacağım partiyanı AXCP və ya digər partiyanın bazasında qurmaq fikrində deyiləm"[b]
[Bakı. Elnur Məmmədli-APA. Aydınlar Partiyasının Təsis Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin APA-ya müsahibəsi: - Seçkilərin təbliğat-təşviqat kampaniyasının gedişi sizi qane edirmi? - Ümumi şəkildə götürdükdə kampaniyanın gedişini normal hesab edirəm. Ona görə ki, bizim kampaniyamız daha çox təbliğat xarakterli məsələlərə həsr olunub. Təbliğat prosesinin gedişi mənim üçün kifayət qədər normaldır. İctimai televiziyada çıxışlarım olur. Əslində, hesab edirəm ki, debat adlanan bu format düzgün təşkil olunmayıb. Bu debat deyil, sadəcə namizədlərin çıxışlarıdır. Seçicilərlə görüşlərdə yerli əhəmiyyətli xırda maneələr olur. Məsələn seçicilərlə görüşlər üçün daha uzaq, bəzən də şəraiti olmayan yerlər ayrılır. Məsələn, Lənkəranda biz belə bir hadisə ilə üzləşdik. Bəzi hallarda texniki səbəblərdən görüşlərin keçirilməsinə mane olmasalar da, görüşün vaxtını dəyişirlər. Biz Şəmkirdə oktyabrın 5-də görüş keçirməyi nəzərdə tutmuşduq, icra hakimiyyəti də həmin gün yer ayıracağına söz vermişdi, sonradan görüşün vaxtını ayın 6-na dəyişdiriblər. Bu cür xırda problemlər olar. Əslində, mən bu problemlərə o qədər də ciddi əhəmiyyət vermirəm. Amma problemlərə baxmayaraq, ümumi proses qənaətbəxşdir. Bununla belə müəyyən məsələlərə diqqəti cəlb etmək istəyirəm. Bu, namizədlərin imkanlarının bərabər olmaması məsələsidir. Amma əvvəlki seçkilərə baxanda bu kampaniyanın gedişi normaldır. Yəni, indi seçki kampaniyasının gedişində müəyyən qədər yumşalma var, ciddi maneələr yoxdur. Əvvəlki seçkilərdə ciddi polis maneələri olurdu, seçicilərlə görüşlər polis vasitəsilə dağıdırdılar. Amma indi bir qədər sivil üsullara keçiblər, yeri, şəraiti bir qədər pisləşdirirlər. İndiki addımlar qüvvədə olan qanunvericiliyə daha uyğun gəlir. - Qanuna əsasən, seçki təbliğatı üçün 28 gün müddət nəzərdə tutulub. Bu müddətdə normal təbliğat aparmaq mümkündür?- Xeyr. Təbliğat üçün ayrılan müddət çox azdır. Bu müddət bəlkə də parlament seçkiləri üçün kifayət edər, çünki bu zaman bir dairə ərazisində təbliğat aparılır. Bələdiyyə seçkiləri üçün bu normadan da artıq müddətdir. 28 gün müddətində bütün regionları əhatə etmək mümkün deyil. Ona görə də seçki qanunvericiliyi dəyişdirilərsə, bu nəzərə alınmalıdır, referendum və prezident seçkilərinin təbliğatı üçün bir vaxt, digərləri üçün başqa vaxt müəyyənləşməlidir. Amma biz ayrılan müddət ərzində bütün seçki dairələrində təbliğat kampaniyası aparmağa müəyyən qədər nail olmuşuq. Düzdür, seçki kampaniyası çox sakit getdiyi üçün kənardan bu, passivlik kimi qiymətləndirilir. Həqiqətən də Azərbaycan cəmiyyətində seçkilərdə iştirak məsələsində passivlik var. Bu passivlik həmişə olub. Tərəfdarları seçkiyə cəlb etmək yolu ilə bu passivliyi müəyyən qədər aradan qaldırmaq mümkün olur. Mən hesab edirəm ki, tam olmasa da, tərəfdarlarımızı müəyyən qədər prosesə cəlb edə bilmişik. - Digər müxalifət partiyaları prosesdə iştirak etsəydilər, bu aktivlik yarada bilərdimi?- Güman edirəm ki, müəyyən qədər aktivlik arta bilərdi. Çünki həmin partiyaların da tərəfdarları var, həmin tərəfdarlar da prosesə cəlb olunacaqdılar. Bu baxımdan boykot taktikasını seçən partiyalar seçkiyə qoşulsaydı, aktivlik olacaqdı. - Seçkilərin sakit məcrada keçdiyinə görə sevinməyə dəyərmi?- Əslində, bəli hesab edirəm ki, seçki prosesi belə olmalıdır. Hələ bundan da sakit şəraitdə keçməlidir. Hər bir insanın öz sözünü demək, təbliğatını aparmaq imkanı olmalıdır. Polis isə proseslərə qarışmamalıdır. Ona görə də bir balaca sevinmək olar ki, əvvəlki illərə nisbətən proses sakit keçir.- Namizədliyinizi irəli sürəndə təşkilatınız yox idi və prosesə bitərəf namizəd kimi qoşuldunuz. Bu, sizə problemlər yaratdımı?- Təbii ki, müəyyən problemlər yarandı. Baxmayaraq ki, bəzi qəzetlərdə yazılır ki, guya mən imzaları 5 gün müddətinə toplamışam. Bu, düz deyil. Mən imzatoplama kampaniyasını 20 günə başa çatdırdım. Yəni təşkilati strukturlar olmadığına görə, bu proses uzun çəkdi. Amma müəyyən yaxın adamlar var, rayonlarda fəallar var. Bunlardan başqa bəzi partiyaların nümayəndələri də mənə kömək edirlər. Bunu açıq şəkildə deyirəm, onlar mənə həm imza toplama, həm də təbliğat-təşviqat kampaniyasında kömək ediblər. - Sonrakı mərhələdə necə, həmin şəxslər sizə kömək edəcəklər?- Sonrakı mərhələ partiya quruculuğu ilə bağlıdır. Təbii ki, onların bir hissəsi artıq bu prosesə qoşulacaqlarını açıq şəkildə bildiriblər. Amma başqa partiyanın üzvləri sadəcə seçki kampaniyasında mənə kömək etmək istədiklərini bildiriblər. - Siz Aydınlar Partiyasını yaratmaq qərarı vermisiniz. Nəyə görə partiyanın adını tam fərqli seçdiniz?- Biz bir neçə variant üzərində fikirləşdik. Bunların içərisində standart variantlar da vardı, bir neçə sözdən ibarət adlar da vardı. Amma biz qısa və şablondan uzaq olan varianta üstünlük verdik. Aydın sözünün mənası təkcə ziyalı demək deyil. Aydın - yol göstərən, işıqlığa çıxaran, aparıcı mənalarını verən sözdür. Biz də hesab etdik ki, Azərbaycanda bir aydınlığa çıxma mərhələsi olmalıdır. Buna görə də öz ətrafımıza yol göstərə bilən adamları toplamağa çalışacağıq. - Hansı şablondan qaçmağa çalışdınız?- Məsələn "Demokratik Azərbaycan" və ardınca daha bir neçə söz olan partiya adları. Demokratik Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik Dünya Partiyası və digər çoxlu variantlar vardı. Amma hesab edirəm ki, partiyanın adında dövlətlə bağlı müddəaların olması düzgün deyil. Təbii ki mənim keçmiş partiyamın da adında Azərbaycanın adı vardı. Amma düşünürəm ki, dövlətin atributlarından istifadə etmək düzgün deyil. Amma bunu qanun da qadağan etmir. Və yaxud təmtəraqlı adlar da seçmək istəmədik.- Amma siyasi partiyanın adında siyasi çaların olması da qəribə deyil…- Aydın sözünün özündə də siyasi çalar var. Bu söz bütünlüklə mənəvi bir çalar ifadə etmir.- Partiya yaradanda uzun müddət fəaliyyət göstərdiyiniz Xalq Cəbhəsi adından da imtina etdiniz. Bu, çətin olmadı ki? - Yox. Bəri başdan deyim ki, o zaman mənim iki prinsipim vardı. Onlardan biri keçmişə hörmətlə yanaşıb keçmişi təftiş etməmək idi. Mən AXCP-də 20 ilə yaxın dövr keçmişəm, partiyanın rəhbərliyində olmuşam. Hesab edirəm ki, bu partiya Azərbaycan xalqı üçün xeyli işlər görüb. Müəyyən fikirlərə, fikir ayrılıqlara görə partiyanı tərk etdim. Bu o demək deyil ki mən həmin addan istifadə etməli idim. Həmin adda partiya var və mən həmin adın təkrar olunmasını istəmədim. Bu, mənim keçmişimdir və həmin keçmişə görə xəcalət çəkmirəm. Gələcəyə, aydınlığa baxmaq lazımdır. İkinci prinsipim də ondan ibarət idi ki, bu addımıma müxtəlif şərhlər veriləcək. Bəyənən də olacaq, bəyənməyən də, tənqid və hətta daha çox təhqir edən olacaq. Çünki Azərbaycanın siyasi elitasının davranışı mənə məlumdur. Ona görə də bildirmişdim ki, haqqımda deyilənlərə heç bir reaksiya verməyəcəyəm. Bundan sonra da belə olacaq. İndi keçmiş partiyadaşlarım da mənim haqqımda yazırlar, yazdırırlar. - Partiyadan istefadan sonra keçmiş sədriniz Əli Kərimli ilə hər hansı ünsiyyətiniz olubmu?- Xeyr. Bu addımımdan sonra heç bir əlaqəmiz olmayıb. Nə telefon əlaqəsi olub, nə görüşmüşük, nə də rastlaşmışıq. Ən azından mənim siyasi xəttimlə, AXCP-nin, Əli Kərimlinin siyasi xətti kökündən fərqlənir. Və yəqin ki, seçki prosesi dövründə də hər hansı əlaqələrin olması mümkün deyil.- Yeni partiyanızın mövqeyi nə olacaq?- İndiki hakimiyyətə münasibətdə müxalifət partiyası olacağıq. Düzdür, bəzən deyirlər ki, müxalifət partiyası olmaq üçün kimsə arayış verməlidir. Azərbaycan cəmiyyətində bir neçə partiya var ki, o cümlədən mənim də vaxtilə təmsil olunduğum AXCP-də belə fikir var ki, müxalifətlik haqda arayışı məhz onlar verməlidirlər. Mən hesab edirəm ki, müxalifət öz dairəsini müəyyənləşdirə bilməz. Müxalifət dağınıq bir anlayışdır, vahid qüvvə deyil. Hakimiyyətə qarşı çıxan, hakimiyyətin siyasətini tənqid edən, hakimiyyətin dəyişməsinə çalışan istənilən şəxs və ya partiya müxalifətdir. O cümlədən hesab edirəm ki, hakimiyyət də özü-özünə müxalifət yarada bilməz. Biz hazırda hakimiyyətin siyasətini qəbul etmirik. Düzdür, müəyyən işlər görürlər, amma bunlar daha çox görüntü xarakteri daşıyan işlərdir. Ona görə də bizim mövqeyimiz müxalifətdir. İdeoloji baxımdan isə daha çox cəmiyyətin orta təbəqəsinə yönəlmiş sağ mərkəzçi mövqeyində olacağıq.- AXCP-nin rəhbərliyində təmsil olunan şəxslərdən sizə qoşulan olacaqmı?- Mənim belə bir fikrim var ki, partiyanı AXCP-nin və ya başqa bir partiyanın bazasında qurmayaq. Biz əsasən siyasi fəaliyyətlə məşğul olmayan, yaxud vaxtilə siyasətlə məşğul olub sonra kənara çəkilmiş insanların hesabına partiya yaradaq. Həmçinin partiyaya gəlmək istəyənlərin də qarşısını kəsməyəcəyik. Sadəcə baxacağıq ki, gələn şəxsin bizim partiyanın məramnaməsinə uyğun fəaliyyəti var, ya yox. Məxsusi olaraq çalışmayacağıq ki, hansısa partiyanın rəhbərliyindən kimsə bizə qoşulsun. - Seçki platformanızda əsas müddəalar hansılardır?- Burada daha çox idarəetmə islahatı ilə bağlı məsələlərə yer verilir. Yəni mən hesab edirəm ki, bir çox problemlər idarəetmənin düzgün təşkil olunmaması ilə bağlıdır. Ona görə də hakimiyyətin təşkili mexanizminin islah olunması ilə bağlı məsələlər var. Dağlıq Qarabağ problemi, insan haqlarının müdafiəsi mexanizmi, iqtisadi və sosial problemlərin həlli ilə bağlı təkliflər var. Seçki platformamda demək olar ki, cəmiyyətin bütün sahələri öz əksini tapıb. -
10-07-2008, 04:40 PMAPAFizika üzrə Nobel mükafatının laureatları açıqlanıb
[b]Fizika üzrə Nobel mükafatının laureatları açıqlanıb[b]
[Stokholm - APA. Bu gün İsveçin paytaxtı Stokholm şəhərində 2008-ci il üçün "Fizika" nominasiyası üzrə Nobel mükafatının laureatları açıqlanıb. APA-nın məlumatına görə, fizika üzrə Nobel mükafatları yapon əsilli amerikalı Yoitiru Nambu və iki yaponiyalı alim - Makoto Kobayaşi ilə Tosixide Maskavaya verilib. Mükafatın yarısını (500 min avroya yaxın) 1921-ci il təvəllüdlü Y. Nambu alacaq. M. Kobayaşi və T. Maskava isə hərəyə 250 min avroya yaxın pul alacaqlar. -
10-07-2008, 04:50 PMAPAMoskvada «Cisco Expo-2008» beynəlxalq İT sərgi-konfransı keçiriləcək
[b]Moskvada «Cisco Expo-2008» beynəlxalq İT sərgi-konfransı keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. ABŞ-ın «Cisco» şirkəti oktyabrın 14-16-da Moskvada informasiya texnologiyaları üzrə «Cisco Expo-2008» konfransı keçirəcək. «Cisco» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Optimallaşdırma. Təcrübə. Şəbəkə» şüarı altında keçirilən tədbirə şirkətin Azərbaycandakı tərəfdaşlarının nümayəndələri, həmçinin müştərilər də daxil olmaqla, marağı olan tərəflər dəvət olunub.Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi qəzeti olan «Rabitə dünyası» konfransın media-tərəfdaşı statusu alıb. Konfransın açılış nitqini «Cisco»nun Rusiya üzrə vitse-prezidenti Robert Eyci və tədbirin sponsor şirkətlərinin nümayəndələri söyləyəcək. Açılış nitqindən sonra ilin ən yaxşı tərəfdaş layihələrinin mükafatlandırma mərasimi keçiriləcək. Konfransın keçiriləcəyi üç gün ərzində «Cisco» şirkətinin və tərəfdaşlarının iştirakı ilə texnologiyalar sərgisi də təşkil olunacaq. -
10-07-2008, 05:00 PMAPA"Real"a yollanan azərbaycanlı futbolçuların adları açıqlandı
[b]"Real"a yollanan azərbaycanlı futbolçuların adları açıqlandı[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Madridin "Real" klubunun düşərgəsində yer alacaq azərbaycanlı futbolçuların adları müəyyənləşib. "APA-SPORT"un məlumatına görə, bunlar 17 yaşlılardan ibarət milli komandamızın üzvləri Araz Abdullayev, Məhəmməd Qurbanov, Qara Qarayev və Tərlan Quliyevdir. -
10-07-2008, 05:10 PMAPAAzərbaycanın ən iri lizinq şirkəti «İlin şirkəti» milli mükafatına layiq görülüb
[b]Azərbaycanın ən iri lizinq şirkəti «İlin şirkəti» milli mükafatına layiq görülüb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın ən iri lizinq şirkəti sayılan «Joint Leasing» 2008-ci ildə lizinq sahəsində əldə etdiyi uğurlara görə «Consultıng & Busıness» jurnalı tərəfindən «Lizinq» nominasiyasında «İlin Şirkəti» milli mükafatına layiq görülüb.Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, mükafatın əsas məqsədi yüksək rentabellik, bazarda sabit mövqe və intensiv inkişaf nümayiş etdirən, maliyyə şəffaflığı və informasiyanın açıqlığı barədə beynəlxalq standartları əsas götürərək korporativ siyasət yürüdən şirkətlərin nailiyyətlərini qeyd etməkdir: «Bu baxımdan «Joint Leasing» şirkətinin belə bir mükafata layiq görülməsi təsadüfi deyil». Qeyd edək ki, şirkət bu ilin yanvar-sentyabr aylarında lizinq portfelini 75 mln. ABŞ dollarına çatdırıb və bu, 2007-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 40% çoxdur. Həmçinin, cari ilin əvvəlindən şirkət bazara iki yeni məhsul (avtolizinq və kommersiya tipli daşınmaz əmlakın lizinqi) çıxarıb. Hazırda «Joint Leasing» şirkəti texnika və avadanlıqlar, istehsal xidmətləri, avtomobil və kommersiya tipli daşınmaz əmlakın lizinqi də nəzərə alınmaqla, bütün növ lizinq xidmətlərini təklif edir. Fəaliyyət göstərdiyi dövr ərzində şirkət 375 lizinq layihəsini maliyyələşdirib ki, bunlardan 55-i cari ilin yanvar-sentyabr aylarının payına düşüb.«Şirkət nailiyyətlərini davam etdirərək ilk növbədə lizinq portfelini gələcəkdə sürətlə artırmaq niyyətindədir. Regional layihələrin maliyyələşdirilməsi vasitəsi ilə regionlarda fəaliyyətin daha da aktivləşdirilməsi, portfelin sektorlar üzrə diversifikasiyasının gücləndirilməsi də şirkətin inkişaf planlarına aiddir», - deyə «Joint Leasing»in baş ofisindən bildirilib.Xatırladaq ki, Azərbaycanın ən iri lizinq şirkəti olan «Joint Leasing» 2007-ci il iyun ayının 14-dən «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankı (47,6%) çıxış edir.Qeyd edək ki, «Joint Lizinq» şirkətinin sələfi Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» Birgə Müəssisəsi 1999-cu ildə yaradılıb. -
10-07-2008, 05:20 PMAPAİsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib
[b]İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib[b]
[İsmayıllı. Şahnəzər Bəşirov-APA. İsmayıllı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 4 mərtəbəli 36 mənzilli binanın açılışı keçirilib. APA-nın Şirvan bürosunun məlumatına görə, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov iştirak edib. Nazir evlərin orderlərini təqdim edib. Hər ailəyə televizorlar hədiyyə edilib. Daha sonra F. Ələkbərovun iştirakı ilə 12 rayondan olan Qarabağ müharibəsi əlillərinə 20 "Oka" markalı avtomobil və 65 ədəd əlil arabası təqdim olunub. -
10-07-2008, 05:30 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti sentyabrda təhvil verilmiş qazın həcmini 6% artırıb
[b]Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda təhvil verilmiş qazın həcmini 6% artırıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sentyabrında qaz təhvili üzrə göstəriciləri açıqlayıb. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.Ötən ay ARDNŞ tərəfindən cəmi 931,52 mln. kubmetr həcmində qaz təhvil verilib. O cümlədən, «Azəriqaz» QSC-yə 490,75 mln. kubmetr, «Azərenerji» ASC-yə 398,52 mln. kubmetr qaz təhvil verilib, 42,25 mln. kubmetr həcmində qaz ixrac olunub.Sentyabr ayında təhvil verilmiş qazın həcmi avqust ayına nisbətən 5,7% çoxdur.Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ 7 973,25 mln. kubmetr həcmində qaz təhvil verib ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur. -
10-07-2008, 05:40 PMAPAAzərbaycan Dövlət Neft Şirkətində Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib
[b]Azərbaycan Dövlət Neft Şirkətində Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində (TTSD) Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Görüşdə Yaponiyada neft sənayesi üzrə fəaliyyət göstərən Tədris Mərkəzində ixtisasartırma kurslarına TTSD-nin mütəxəssislərinin cəlb olunması, əməkdaşlıq əlaqələri və tədris sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib. JCCP-nin nümayəndə heyəti TTSD ilə texniki əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bəyan ediblər. TTSD-nin direktoru Asif Bəkirli isə bildirib ki, beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun fəaliyyət göstərən departament neft sənayesinin müəssisələri üçün ixtisaslı kadrların hazırlanması, onların peşə təhsilinin artırılması, eləcə də mühəndis texniki işçilərin ixtisaslarının artırılması kimi mühüm vəzifələri yerinə yetirir. İnteraktiv təlim metodlarına əsaslanan Mərkəzdə neft sənayesi üçün 40-dan çox ixtisas üzrə kurslar təşkil edilir. JCCP-nin nümayəndələri ilə TTSD-nin mütəxəssisləri arasında yeni texnologiyaların tətbiqi ilə əlaqədar ixtisasartırma kurslarının keçirilməsi, təlimlərin əsasən simulyasiya proqramları ilə tədris edilməsi və daha əhatəli işgüzar əlaqələr qurmaq istiqamətində texniki əməkdaşlıq haqda razılıq əldə olunub. -
10-07-2008, 05:50 PMAPAPrezidentliyə namizəd İlham Əliyevin vəkilləri Balakəndə seçicilərlə görüşlər keçirir
[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Balakəndə seçicilərlə görüşlər keçirir[b]
[Balakən. Vüqar Heydərov-APA. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkilləri bu gün Balakəndə rayon ictimaiəti ilə görüş keçirib. Bu barədə APA-nın yerli bürosuna Balakən rayon icra hakimiyyətindən məlumat verilib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkillərindən Rəbiyyət Aslanova, Bünyamin Xəlilov, Hikmət Atayev və Yaqub Mahmudov iştirak ediblər. Görüşdə çıxış edən natiqlər İ.Əliyevin prezidentlik dövründə ölkənin şimal-qərb bölgəsində apardığı quruculuq və abadlıq işlərindən danışıblar. Görüş axşam saatlarında konsert proqramı ilə davam edəcək. -
10-07-2008, 06:00 PMAPAYuliya Timoşenko: "Prezident mənimlə görüşmür, telefon zənglərimə cavab vermir"
[b]Yuliya Timoşenko: "Prezident mənimlə görüşmür, telefon zənglərimə cavab vermir"[b]
Kiyev - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko dəfələrlə prezident Viktor Yuşşenko ilə görüşə cəhd etsə də, bu cəhdlərin nəticəsiz qaldığını bildirib.
[APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, mətbuat konfransı keçirən Y. Timoşenko demokratik koalisiyanın bərpası üçün V. Yuşşenkonun irəli sürdüyü bütün şərtləri qəbul etdiklərini deyib: "Fraksiyamız prezidentin bütün ultimatumlarını istisnasız qəbul etdi. Koalisiyanın bərpası üçün başqa bir şey edə bilmərik". Baş nazir jurnalistlərin yanında hökumət telefonu ilə dövlət başçısına zəng də edib, amma danışıq baş tutmayıb: "Bu telefon prezidentlə birbaşa əlaqə telefonudur. İstənilən situasiyada prezident və baş nazir bu telefonun dəstəyini qaldırırlar. Ancaq son altı ay ərzində bu telefon birtərəfli çalışır. Belə ki, mən dəstəyi qaldıranda qarşı tərəfdən cavab verən olmur". -
10-07-2008, 06:10 PMAPABu gün BBVB-nin valyuta bölməsində 12,15 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 12,15 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8093 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8094 AZN/$1 təşkil edib, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 7 265 700 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2 574 239 AZN, manatın orta məzənnəsi isə 0,8093 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 12,15 mln. dollar və ya 9 839 939 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 735 714 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 16,75% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-07-2008, 06:20 PMAPAPrezidentliyə namizəd İlham Əliyevin vəkilləri paytaxtda və müxtəlif bölgələrdə seçicilərlə görüşlər keçiriblər
[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri paytaxtda və müxtəlif bölgələrdə seçicilərlə görüşlər keçiriblər[b]
[Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin "İlhamla irəli" çağırışı altında seçki kampaniyası çərçivəsində bu gün bir sıra rayonlarda təbliğat mitinq-görüşləri keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Namizədin vəkilləri Qəbələ, Şəki, Zaqatala, Astara, Şəmkir, Dəvəçi, Xaçmaz, Hacıqabul, Ağcabədi, Mingəçevir, Tərtər, Ağsu, Balakən, Qazax, Siyəzən rayonlarının şəhər mərkəzlərində və bir sıra yaşayış məntəqələrində, Bakının Nərimanov, Yasamal, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Nəsimi, Nizami rayonlarında seçicilərlə görüş keçiriblər. Görüşlərdə İlham Əliyevin vəkillərindən MM-in deputatları, YAP İdarə Heyətinin üzvləri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, BDU-nun professoru Musa Qasımov, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Kamal Abdullayev, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Yurddaş" partiyasının sədri Mais Səfərli, Milli Vəhdət Partiyasının sədri Yunis Əliyev və digərləri iştirak edib. Mitinq-görüşlərdə namizədin həyat və fəaliyyəti, seçki platforması ilə bağlı seçicilərə məlumat verilib. -
10-07-2008, 06:50 PMAPAÇelik: "Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm"
[b]Çelik: "Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Azərbaycanı çox sevirəm. Hər dəfə Azərbaycana gələndə fərəh hissi duyuram". APA-nın xəbərinə görə, bu sözləri bu gün Bakıya gələn türkiyəli sənətçi Çelik Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Azərbaycanın mühiti, şou-biznesi ilə yaxından tanış olmaq istədiyini bildirən sənətçi bunun üçün kifayət qədər vaxtının olduğunu bildirib: "Bu müddətdə çalışacam ki, Azərbaycan mühitini istədiyim qədər tanıyım. Bu tanışlıqdan sonra artıq Azərbaycanda yaradıcılıq planlarımı həyata keçirməyə başlayacağam. Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm. Bundan sonra özümə yaxın olan Azərbaycan sənətçiləri ilə duet oxuyacağam". Çelik Azərbaycanda yaxın gələcəkdə hotel açmaq fikrinin olduğunu bildirib. Sənətçi noyabrda hit mahnılardan ibarət albomunun işıq üzü görəcəyini də deyib. Qeyd edək ki, sənətçinin ölkəmizə səfəri Bakıda açılacaq "Le Paris" restoranının açılış mərasimində iştirak etmək məqsədi daşıyır. Oktyabrın 10-da baş tutacaq açılış mərasimində bir çox tanınmış simaların, eləcə də Azərbaycanın bir neçə sənətçisiinin iştirakı nəzərdə tutulur. Restoranın sahibi hesab olunan Celik "Le Paris"də həftənin 3-4 günü canlı musiqi proqramı ilə çıxış edəcək. Çelik Bakıda ev alana qədər "Ambassador" hotelində qalacaq. Şeyx Şamil küçəsi, 16 ünvanında yerləşən "Le Paris" restoranı gün ərzində yalnız əvvəlcədən yer sifariş edən 70-dək müştərini qəbul edəcək. Restoranda dünya mətbəxi ilə yanaşı, Türk və Azərbaycan mətbəxinin yeməkləri təqdim olunacaq. -
10-07-2008, 07:00 PMAPAMaradona Qafqaza gəlir
[b]Maradona Qafqaza gəlir[b]
Əfsanəvi futbolçu Argentina yığmasını da özü ilə gətirir
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Məşhur Dieqo Maradona oktyabrın 22-də Gürcüstana səfər edəcək. "APA-SPORT"un məlumatına görə, əfsanəvi futbolçu Argentinanın veteranlarından ibarət yığma komandanın heyətində Tiflisdə meydana çıxacaq. Oktyabrın 26-da Tiflisin yaranma günü münasibətilə yoldaşlıq görüşü keçiriləcək ki, həmin oyunda Gürcüstan və Argentinanın ulduz futbolçuları üz-üzə gələcəklər. Maradonanın komanda yoldaşları arasında yığmada birgə çıxış etdiyi Klaudiu Kanica da var. Qeyd edək ki, görüşü Gürcüstan Futbol Federasiyasının iştirakı ilə gürcü biznesmen Nikoloz Patarkalişvili təşkil edir. -
10-07-2008, 07:10 PMAPAOmbudsman ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndəsini qəbul edib
[b]Ombudsman ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndəsini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT-in seçkiləri müşahidə missiyasının hüquq üzrə təhlilçisi Fransin Berini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova seçki hüququnun digər insan hüquqları sırasında mühüm yer tutduğunu, seçkilərin xalqın iradəsinin ən yüksək ifadəsi olduğunu söyləyib. Ombudsman ölkənin ayrı-ayrı bölgələrində əhalinin müxtəlif təbəqələri üçün keçirilən tədbirlər zamanı onlara seçki hüququnun izah edildiyini, bu mövzuda geniş iş aparıldığını vurğulayıb. Ombudsman əhali ilə görüşlər zamanı vətəndaşların seçkilərdə fəal iştiraka dəvət edildiyini qonağın nəzərinə çatdırıb. E. Süleymanova seçki günü təsisatın əməkdaşları ilə birlikdə ayrı-ayrı səsvermə məntəqələrində olacağını, seçki prosesini izləyəcəyini deyib. Görüşdə müvəkkil və onun Aparatının 25 əməkdaşının müşahidəçi qismində regionlarda seçkilərə qatılacağı barədə qonağa məlumat verilib. F. Beri seçkilərin obyektiv və şəffaf keçirilməsinin zəruriliyini qeyd edib. -
10-07-2008, 07:20 PMAPAMingəçevirin 60 illik yubileyi ilə əlaqədar kitablar hazırlanıb
[b]Mingəçevirin 60 illik yubileyi ilə əlaqədar kitablar hazırlanıb[b]
[Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərinin 60 illik yubileyi münasibəti ilə hazırlanan 2 kitab bu günlərdə oxuculara təqdim olunacaq. APA-nın yerli bürosunun məlumatına görə, kitablar Mingəçevir şəhər İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının təşəbbüsü və dəstəyi ilə nəfis tərtibatda hazırlanıb. "Mingəçevir bu gün" kitabında şəhərin salınma tarixinə və ötən 60 ilin bəzi məqamlarına qısa nəzər salınıb. "Mingəçevir şivəsi" adlanan digər kitab isə dialektoloji lüğətdir. Kitabda ədəbi dildə təsadüf olunmayan və xalqın dilində işlənərək qorunub saxlanılan 1000-ə yaxın dialekt və şivə öz əksini tapıb. -
10-08-2008, 09:50 AMAPAAzərbaycan prezidenti İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib[b]
[Bakı - APA. Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı V. Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. V. Putin təbrikə və diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.Telefon danışığında Azərbaycan prezidentinin Rusiyaya bu yaxınlarda etdiyi səfərin ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. -
10-08-2008, 10:10 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr (08.10.2008)
[b]AMB-nin rəsmi valyuta məzənnələr (08.10.2008)[b]
[1 USD -
10-08-2008, 10:20 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[(08.10.2008/10:00)Alış (manat)Satış (manat) -
10-08-2008, 10:30 AMAPAGələn ay Bakıda "PCO" çərçivəsində hərbi əməkdaşlığa dair beynəlxalq seminar keçiriləcək
[b]Gələn ay Bakıda "PCO" çərçivəsində hərbi əməkdaşlığa dair beynəlxalq seminar keçiriləcək[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Noyabrın 4-5-də Bakıda "Peace-keeping cooperation" (PCO) çərçivəsində hərbi əməkdaşlığa dair beynəlxalq seminar keçiriləcək. Bu barədə APA-ya Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq məlumat verib. Onun sözlərinə görə, seminarda iştirak məqsədilə Norveçdən ölkəmizə 4 hərbi inspektor gələcək. Onların səfərində məqsəd həmçinin Azərbaycan hərbçiləri ilə fikir mübadiləsi aparmaqdır. -
10-08-2008, 10:50 AMAPAUkraynada parlamentin buraxılması ilə bağlı prosedur başlayıb
[b]Ukraynada parlamentin buraxılması ilə bağlı prosedur başlayıb[b]
Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko parlamentin buraxılması ilə bağlı prosedura start verib.
[APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, dövlət başçısı bu gün səhər Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün siyasi məsləhətləşmələr keçirəcək. Konstitusiyanın tələbinə əsasən prezident parlamentin buraxılmasına dair fərman imzalamazdan əvvəl Ali Radanın sədri, onun müavinləri və fraksiya liderləri ilə məsləhətləşmələr keçirməlidir. Növbədənkənar seçkilərin dekabr ayına təyin ediləcəyi gözlənilir. -
10-08-2008, 11:00 AMAPANovruz Məmmədov: "Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, amma gündəlikdə formatın dəyişdirilməsi məsələsi yoxdur"
[b]Novruz Məmmədov: "Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, amma gündəlikdə formatın dəyişdirilməsi məsələsi yoxdur"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "ATƏT-in Minsk Qrupunun üzvlərinin və ya həmsədrlərini dəyişdirilməsi məsələsi gündəmdə deyil. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə hüquqi baxımdan ATƏT-in Minsk Qrupu məşğuldur".
[Bu açıqlamanı APA-ya Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. O, münaqişənin nizamlanması istiqamətində istənilən təşəbbüsün dəstəkləndiyini bildirib: "Azərbaycan münaqişənin həllində yardımçı olmaq istəyən hər hansı maraqlı tərəfin təşəbbüslərini alqışlayır. Əgər bu yardım cəhdlərinin münaqişənin həllinə bir köməyi olacaqsa, biz buna yalnız şad olarıq". ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Gürcüstanda son hadisələrdən sonra Minsk Qrupu daxilində vəziyyətin mürəkkəbləşəcəyi barədə fikirlərinə münasibət bildirən Novruz Məmmədov bunun qeyri-ardıcıl mövqe olduğunu bildirib: "O zaman onlar vəziyyəti özünəməxsus şəkildə dəyərləndirirdilər. Hələlik hər şey normaldır. Minsk Qrupunu ATƏT təsis edib və hələlik onun formatının dəyişdirilməsi məsələsi gündəlikdə yoxdur". Novruz Məmmədov Azərbaycanın Minsk Qrupunun fəaliyyətindən tam razı olmadığını dilə gətirib: "Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, çünki ötən illər ərzində heç bir iş görülməyib. Lakin hazırda münaqişəni nizamlanmasına dair mövcud format budur və biz səbirlə Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik". -
10-08-2008, 11:10 AMAPATiqana Sağlamın müdafiəsinə qalxdı
[b]Tiqana Sağlamın müdafiəsinə qalxdı[b]
[Bakı - APA-SPORT. "Beşiktaş"ın sabiq baş məşqçisi Jan Tiqana komandada baş verən son hadisələri dəyərləndirib. "APA-SPORT"un məlumatına görə, fransalı mütəxəssis Ərtoğrul Sağlamın istefaya göndərilməsini səhv addım kimi qiymətləndirib. "Ərtoğrulun ayrılmasına çox üzüldüm. O, həqiqətən ən yaxşı gənc mütəxəssislərdəndir. Son dərəcə düzgün və mədəni insandır. Superliqada məğlubiyyəti olmayan və çempionluğa ən real namizəd sayılan komandanın baş məşqçisinin istefaya məcbur edilməsi axmaqlıqdır".Tiqana bütün problemlərin kökünü klub rəhbərliyində axtarmağı tövsiyə edib: "Komandanın bir nömrəli problemi Sinan Engindir. O, menecer olduğu zamanda "Beşiktaş"ın heç bir məşqçisi uğur qazana bilməyəcək. Engin bir xərçəngdir. Kəsilib atılmayınca, komandada problemlər həllini tapmayacaq. Digər əngəl isə rəhbərliyin sifarişi ilə işləyən və aranı qarışdıran iki jurnalistdir". Qeyd edək ki, Tiqana "Beşiktaş"da işlədiyi dönəmdə iki Türkiyə kuboku və bir Superkubok qazanıb. -
10-08-2008, 11:20 AMAPAKrım Tatarları Məclisi sədrinin birinci müavini: "Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik"
[b]Krım Tatarları Məclisi sədrinin birinci müavini: "Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik"[b]
[Bakı. Laçın Sultanova-APA. "Krım Muxtar Respublikasının statusu burada yaşayan tatarları qane etmir". APA-nın məlumatına görə, bu fikirləri Krım Tatarları Məclisi sədrinin birinci müavini Refat Çubarov Avropa Parlamentinin deputatları ilə görüşdə bəyan edib: "Krım tatarlarının bir xalq kimi öz müqəddəratını həll etmək hüququ var. Biz Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti istəyirik. Öz vətənində yaşayan bizim xalq hətta hazırkı muxtariyyətin verdiyi səlahiyyətlərdən belə səmərəli istifadə edə bilmir. Krımın siyasətçilərinin əsaslandığı "kim çoxdur, o haqlıdır" prinsipinin demokratiyaya heç bir aidiyyəti yoxdur. Həm də nəzərə almaq lazımdır ki, Krım tatarları öz istəyi ilə torpaqlarında azlıqda qalmayıblar". -
10-08-2008, 11:30 AMAPABelarusun tikinti şirkətlərinin təmsilçiləri ölkəmizə səfər edəcəklər
[b]Belarusun tikinti şirkətlərinin təmsilçiləri ölkəmizə səfər edəcəklər[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu ay Belarusdan olan bir qrup arxitektor Bakının memarlıq üslubu ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər edəcək. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib. Onun sözlərinə görə, arxitektorlar Bakının memarlıq tarixi və müasir binaları ilə maraqlanırlar. Bundan başqa Belarusun tikinti şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin də Azərbaycana səfəri planlaşdırılır. Onlar azərbaycanlı həmkarlarına yeni tikinti layihələri təqdim edəcəklər. Səfir oktyabrın 22-23-də Bakıda Belarus Mədəniyyət Günlərinin keçiriləcəyini bildirib. Bu tədbir çərçivəsində Bakıya "Eurovison Yunior" müsabiqəsinin qalibləri, "Sebrı" qrupu, bir sıra gənc ifaçı və aktyorlardan ibarət nümayəndə heyətinin gəlməsi planlaşdırılır. -
10-08-2008, 11:40 AMAPAAzərbaycanda 7 il axtarışda olan bank işçisi həbs edilib
[b]Azərbaycanda 7 il axtarışda olan bank işçisi həbs edilib[b]
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda 7 il axtarışda olan bank işçisi həbs edilib.
[Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Biləcəri qəsəbə sakini, 1955-ci il təvəllüdlü Dadaş Baladadaş oğlu Dadaşov çalışdığı bankda vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinir. Törətdiyi cinayət əməlinə görə Nərimanov Rayon Məhkəməsi 2001-ci ildə onun barəsində həbs-qətimkan tədbiri seçsə də, D. Dadaşovun Azərbaycanı tərk edərək, 7 il ərzində Rusiyanın müxtəlif şəhərlərində gizləndiyi bildirilir. Bir müddət əvvəl isə onun Azərbaycana qayıtması barədə Binəqədi RPİ-nə məlumat daxil olub. RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində D. Dadaşov həbs edilib. Onun barəsində 2001-ci ildə başlanmış cinayət işinin yenidən icrasına başlanılıb.Qeyd edək ki, keçmiş bank işçisi D. Dadaşov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə təqsirli bilinir. Onun hansı bankda çalışdığı isə açıqlanmır. -
10-08-2008, 11:50 AMAPAMilli komanda Helsinkiyə getdi
[b]Milli komanda Helsinkiyə getdi[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin oyunları ilə əlaqədar milli komandamız bu gün səhər saatlarında Finlandiyaya yollanıb. "APA-SPORT"un məlumatına görə, Helsinkiyə çarter reysilə yola düşən Azərbaycan nümayəndə heyəti üçün 55 nəfərlik tutuma malik təyyarə sifariş edilib. Bunlardan 21 nəfəri finlandiyalılarla rəsmi matça çağırılan futbolçulardır. Təyyarədə yer məhdud olduğundan Helsinkiyə jurnalist və azarkeş aparılmayıb. Milli komanda Helsinkiyə Bakı vaxtı ilə günorta saatlarında çatacaq. Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts yerli iqlimə uyğunlaşmaq üçün səfərə daha tez çıxmağı məqsədəuyğun sayıb. Komandamızın Finlandiyada oyuna yaxşı hazırlaşmaq üçün üç gün vaxtı olacaq. Günün ikinci yarısında Helsinkidə ilk məşqinə çıxacaq millimizin sabah və ertəsi gün iki hazırlıq prosesi keçəcəyi gözlənilir. Foqts Azərbaycan Premyer Liqasında axırıncı turun oyunlarından sonra Bakıda cəmi iki gün hazırlıq keçdi ki, bu da ümumilikdə üç məşq prosesindən ibarət olub. 21 futbolçudan üçü ölkədən kənarda çıxış edənlər - Saşa Yunisoğlu ("Poloniya", Polşa), Anatoli Ponomaryov ("Degerfors", İsveç) və Branimir Subaşiçdir ("Srvena Zvezda"). Subaşiç digər iki oyunçudan fərqli, hazırlığa daha gec qatılıb. Helsinkiyə tam heyətlə yollanan milli komandamız oktyabrın 11-də Bakı vaxtı ilə saat 19:00-da "Olimpiya" stadionunda Finlandiya ilə rəsmi matça çıxacaq. Oyundan dərhal sonra nümayəndə heyətini Vətənə gətirəcək təyyarə Bakıda yanacaq dolduraraq Bəhreynə uçacaq. Buna səbəb yığmamızın oktyabrın 15-də Manamada meydan sahibləri ilə keçirilməsi planlaşdırılan yoldaşlıq görüşüdür. -
10-08-2008, 12:00 PMAPAUkraynada istintaq təcridxanasında saxlanan azərbaycanlı vəfat edib, soydaşlarımız milis şöbəsi qarşısında aksiya keçirirlər
[b]Ukraynada istintaq təcridxanasında saxlanan azərbaycanlı vəfat edib, soydaşlarımız milis şöbəsi qarşısında aksiya keçirirlər[b]
[Kirovoqrad-APA. Ukraynanın Kirovoqrad şəhərində milis şöbəsinin istintaq təcridxanasında saxlanan 38 yaşlı azərbaycanlı kəskin ürək çatışmazlığından vəfat edib. APA-nın məlumatına görə, soydaşımız Kirovoqrad bazarlarından birində baş verən atışmada iştirak etməkdə şübhəli şəxs qismində saxlanaraq milis şöbəsinə gətirilib. Cəsədin məhkəmə-tibbi ekspertizası zamanı azərbaycanlının kəskin ürək çatışmazlığından vəfat etməsi faktı təsdiqlənib. Ekspertiza zamanı mərhumun bədənində bəzi fiziki xəsarət yerləri aşkarlansa da, bunun ölümə səbəb olacağı ehtimalı təsdiqlənməyib. Faktla bağlı şöbənin heyəti arasında xidməti yoxlama keçirilib, azərbaycanlının fiziki işgəncə verilərək öldürülməsi ehtimalı hazırda araşdırılır. Araşdırmaya vilayət prokuroru Gennadi Tyurin nəzarət edir. Qeyd edək ki, mərhum soydaşımızın saxlanmasına səbəb olan insident Kirovoqrad bazarlarından birində baş verib. Atışma nəticəsində güllə yarası alan iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Son məlumatlara görə, hazırda Kirovoqradda yaşayan 400-ə yaxın azərbaycanlı şəhər milis idarəsinin qarşısına toplaşaraq soydaşımızın ölümündə günahkar şəxslərin cəzalandırılmasını tələb edirlər. Onlar soydaşımızın milislər tərəfindən verilən işgəncə nəticəsində öldürüldüyünü iddia edərək, günahkarların cəzalandırılmasını tələb edirlər. -
10-08-2008, 12:10 PMAPABakıda Azərbaycan-Finlandiya biznes-forumu keçirilir
[b]Bakıda Azərbaycan-Finlandiya biznes-forumu keçirilir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Finlandiyanın «Finpro» şirkətinin təşkilatçılığı ilə Azərbaycan-Finlandiya biznes-forumu keçirilir.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev qonaqlara ölkənin iqtisadi inkişafı, aparılan islahatlar, «bir pəncərə» sisteminin tətbiqi, Azərbaycanın Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı «Doing Business-2009» hesabatında tutduğu mövqeyindən məlumat verib. Nazir qeyd edib ki, aparılan islahatlar davam etdiriləcək, qanunvericilik bazası və rəqabətə davamlılıq prinsipləri gücləndiriləcək. H.Babayev həmçinin bildirib ki, 2009-cu ildə yeni xarici şirkətlərin Azərbaycana sərmayə yatırması gözlənilir. «Forum çərçivəsində gələcəkdə Azərbaycanın Finlandiyaya investisiya qoyuluşu məsələləri də müzakirə olunacaq», - deyə H.Babayev qeyd edib.Tədbirdə çıxış edən Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen bildirib ki, Azərbaycanla Finlandiya arasında iş əlaqələrinin yaradılması üçün böyük potensial mövcuddur: «Ümid edirəm ki, Azərbaycan qısa bir müddət ərzində Ümumdünya Ticarət Təşkilatına üzv olacaq və bu, iki ölkə arasında daha sıx əməkdaşlığı təmin edəcək».Nazir həmçinin qeyd edib ki, Azərbaycanda daxili tələbat getdikcə artır və Finlandiya Azərbaycanda tərəfdaşlar taparaq burada öz biznes imkanlarından istifadə etmək niyyətindədir. Finlandiya hökuməti tərəfindən aparılan islahatlardan danışan P.Vayuryunen qeyd edib ki, Finlandiyada ümumi daxili məhsulun artım tempi 3,5% təşkil edir.«Finlandiya idxal olunan enerjidən asılıdır və biz məhz bu məhsulların alınmasında maraqlıyıq. Ümid edirəm ki, bu forum uğurlu olacaq və iki ölkənin şirkətləri arasında bir sıra müqavilə imzalanacaq», - deyə P.Vayuryunen bildirib.Bundan başqa, tədbirdə Azpromo-nun prezidenti Emil Məcidov «Azərbaycanda sərmayə imkanları və biznes mühiti» təqdimatı ilə çıxış edib. Qeyd edək ki, biznes-forumda tikinti, bank, İT, meşə təsərrüfatı, təhsil və digər sahələrdə fəaliyyət göstərən 20 Finlandiya və 60 Azərbaycan şirkətinin nümayəndələri iştirak edir. Forum çərçivəsində şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək. -
10-08-2008, 12:20 PMAPAAzərbaycanlı tələbələr mübadilə proqramı çərçivəsində Cənubi Koreyaya yollanıblar
[b]Azərbaycanlı tələbələr mübadilə proqramı çərçivəsində Cənubi Koreyaya yollanıblar[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Bu il 13 azərbaycanlı tələbə mübadilə proqramı çərçivəsində Cənubi Koreyaya yollanıb. Bu barədə APA-ya Koreya Respublikasının Azərbaycandakı səfiri Yu Kvanq Ço məlumat verib. O bildirib ki, proqram çərçivəsində azərbaycanlı tələbələr Koreya universitetləri və kolleclərində təhsil almaq imkanı qazanacaqlar. Qeyd edək ki, daha 30 azərbaycanlı tələbə Koreya mədəniyyəti ilə tanışlıq məqsədilə bu ölkəyə səfər edib. -
10-08-2008, 12:30 PMAPAFinlandiya Azərbaycanın enerji və İKT sektoruna maraq göstərir
[b]Finlandiya Azərbaycanın enerji və İKT sektoruna maraq göstərir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Finlandiya Azərbaycanın enerji sektoruna maraq göstərir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Bakıda səfərdə olan Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen bildirib.Nazirin sözlərinə görə, Finlandiyanın enerji sahəsində nou-haunun tətbiqinə geniş yer verir və mövcud təcrübəsinin Azərbaycanda da təbiq etmək niyyətindədir: «Biz həmçinin Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları və digər sahələrinə də maraq göstəririk».İki ölkə arasında ticarət dövriyyəsinə gəldikdə isə P.Vayuryunen qeyd edib ki, hazırda Azərbaycanla Finlandiya arasında ticarət dövriyyəsi arzu olunan səviyyədə deyil və hər iki ölkənin məqsədi ticarət dövriyyəsinin artırılması üçün zəruri addımlar atmaqdır.«Biz Finlandiya şirkətlərinin Azərbaycan bazarına çıxarmaq və Azərbaycan şirkətlərini Finlandiya bazarında cəlb etmək niyyətindəyik», - deyə P.Vayuryunen qeyd edib. -
10-08-2008, 12:40 PMAPAAzərbaycanın ən iri bankı korporativ müştəriləri üçün depozit dərəcələrini artırır
[b]Azərbaycanın ən iri bankı korporativ müştəriləri üçün depozit dərəcələrini artırır[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Bankı (ABB) korporativ müştərilər üçün depozitlər üzrə faiz dərəcələrini artırır. ABB-nin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, faiz dərəcələrinin artırılması manat və xarici valyutada (dollar, avro) yerləşdirilən depozitləri əhatə edir. Yeni faiz dərəcələri depozitin valyutasının növündən, müddətindən və məbləğindən asılı olaraq dəyişir. Bank tərəfindən, həmçinin bonus sistemi tətbiq olunur ki, bu da depozitin məbləğindən asılıdır.Yeni faiz dərəcələri hüquqi şəxslər tərəfindən dollar və manatla yerləşdirilən depozitlər üzrə illik 6%-dən, avro üzrə yerləşdirilən əmanətlər üzrə isə ilik 4,8%-dən başlayaraq hesablanır. Ən yüksək dividentlər iki illik depozitlər üzrə hesablanacaq ki, burada manat və dollar üzrə illik 10%-dən, avro üzrə isə illik 8%-dən başlayaraq gəlirlik ödənilir. Ən aşağı faiz dərəcəsi (illik 1%-dən başlayaraq) isə tələb olunanadək depozitlər üzrə ödəniləcək. Qeyd edək ki, faiz dərəcələrinin artırılması bankın daxili bazarda korporativ müştərilərin vəsaitlərinin cəlb edilməsinə yönəldilən siyasəti çərçivəsində həyata keçirilir.Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib. -
10-08-2008, 12:50 PMAPAMillət vəkilləri prezident seçkiləri ilə bağlı İstanbulda Azərbaycan diasporunun üzvləri ilə görüşüblər
[b]Millət vəkilləri prezident seçkiləri ilə bağlı İstanbulda Azərbaycan diasporunun üzvləri ilə görüşüblər[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın İstanbuldakı baş konsulluğu 15 oktyabr prezident seçkiləri günü səs vermək üçün 600-ə yaxın bildiriş göndərib. Baş konsul Səyyad Aranın APA-ya verdiyi məlumata görə, diplomatik nümayəndəlikdə 600-ə yaxın Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Bununla belə, diplomat seçkilər günü daha artıq insanın səs verməyə gələcəyinin gözlənildiyini deyib: "Çünki qeydiyyatda olmayan, amma burada çalışan insanlar, turist kimi Türkiyəyə gələn Azərbaycan vətəndaşları da az deyil. Seçki günü şəhərin müxtəlif yerlərindən seçicilər avtobuslarla seçki məntəqəsinin fəaliyyət göstərdiyi baş konsulluğa gətiriləcək və səsvermədən sonra geri qaytarılacaqlar".Bundan əlavə, Bursadan səs vermək üçün 50 nəfərin İstanbula gələcəyi gözlənilir, İzmirdə yaşayan vətəndaşlarımız da bu seçki məntəqəsində səs verəcəklər. Səyyad Aran bildirib ki, baş konsulluq seçki materialları ilə tam təmin olunub, Azərbaycan vətəndaşlarının sıx yaşadıqları və tez-tez toplaşdıqları yerlərə seçki plakatları vurulub. Baş konsulun sözlərinə görə, seçkilərlə bağlı dünən İstanbul Texniki Universitetinin konfrans zalında Azərbaycanın millət vəkilləri Nizami Cəfərov və Musa Quliyevin iştirakı görüş də keçirilib. 2 saat davam edən görüşdə İstanbulda çalışan azərbaycanlı müəllimlər, musiqiçilər, rəssamlar və digər şəxslər iştirak ediblər. Baş konsul və millət vəkilləri Azərbaycanda prezident seçkiləri ilə bağlı gedən proseslər haqqında məlumat verib, diaspor üzvlərinin suallarını cavablandırıblar.Qeyd edək ki, oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyində də seçki məntəqəsi yaradılacaq. -
10-08-2008, 01:00 PMAPAMaradonanın məşqçisi Azərbaycana gəlir
[b]Maradonanın məşqçisi Azərbaycana gəlir[b]
Ottavio Byanki Bakıda futbolçu seçəcək
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın məşqçisi Ottavio Byanki Azərbaycana gələcək. "APA-SPORT"un məlumatına görə, 65 yaşlı italyan mütəxəssis Bakının "İnter" klubunun "Milan"la birgə həyata keçirdiyi "Milan Junior Camp" müştərək layihədə iştirak etmək üçün Bakıya təşrif buyuracaq. İtalyan mütəxəssislər oktyabrın 27-dən 31-dək "Şəfa" stadionunda 7-14 yaşlı futbolçulara arasında seçim edəcək. Seçiləcək 4 futbolçu "Minal"ın düşərgəsinə yollanaraq məşhur "San-Siro"da məşq keçmək imkanı qazanacaq. Byanki 1985-1989-ci illərdə Maradona, braziliyalı Kareka kimi məşhur futbolçuların çıxış etdiyi İtaliyanın "Napoli" klubunun baş məşqçisi olub. O, "Napoli"yə İtaliya çempionluğu, bundan iki il sonra UEFA kubokunu qazandırıb. Byanki vətənində məşqçilik karyerası dövründə "İnter", "Roma", "Fiorentina" kimi klubları da çalışdırıb. -
10-08-2008, 01:20 PMAPAAzərbaycan prezidenti Lənkəran Hava Limanının açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Lənkəran Hava Limanının açılışında iştirak edib[b]
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycan prezidenti İlham Əliyevin cənub bölgəsinə dünəndən başlayan səfəri davam edir.
[APA-nın cənub bürosunun xəbərinə görə, dövlət başçısı bu gün Lənkəran rayonunda olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonun Səpnəkəran kəndində Heydər Əliyev Fondunun xətti ilə inşa edilmiş 320 şagird yerlik orta məktəbin açılışında iştirak edib. Daha sonra Lənkəran Hava Limanının açılışına qatılan dövlət başçısı burada rayon ictimaiyyəti qarşısında çıxış edib. Bunun ardınca prezident və xanımı Lənkəranın mərkəzindəki Heydər Əliyev Parkında Heydər Əliyevin abidəsini ziyarət edib. Parkda yerləşən Heydər Əliyev Muzeyinin də açılışı olub. Dövlət başçısı Lənkəran şəhərində Uşaq Sağlamlıq Mərkəzinin, "Cənub" TV-nin binasının, "Qafqaz" Turist İstirahət Mərkəzinin açılışlarına da qatılıb. Prezident İ. Əliyev bu ilin fevralında fəaliyyətə başlayan, "Palmali" Şirkətlər Qrupu tərəfindən inşa edilmiş Süd Zavodunda istehsal prosesi ilə də tanış olub. -
10-08-2008, 01:30 PMAPALos-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video-konfransı keçirilib
[b]Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video-konfransı keçirilib[b]
[Los-Anceles. Hüsniyyə Həsənova-APA. Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video konfransı keçirilib. APA-nın ABŞ bürosunun məlumatına əsasən, hər iki tərəfdən 100-ə yaxın tələbənin qatıldığı video-konfrans iki ölkə tələbələrinin narahat edən mövzulara həsr olunub. Azərbaycanın Los-Anceles şəhərindəki konsulluğunun vitse-konsulu Elman Abdullayevin APA-ya verdiyi məlumata görə yəhudi, katolik, protestant və müsəlman dinini təmsil edən Amerikalı tələbələr Azərbaycanda hökm sürən dini tolerantlıq, insan haqlarının təmin edilməsi və aparılan iqtisadı islahatlarla bağlı suallar veriblər. Azərbaycanlı tələbələr isə daha çox ABŞ-da keçiriləcək prezident seçkiləri, ölkədəki iqtisadi böhranla maraqlanıblar. Qeyd edək ki, Bakı ilə Los-Anceles arasında video-konfrans Los-Anceles şəhərinin Məktəb Müəllimləri Birliyi, Tolerantlıq Mərkəzi, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil olunub. -
10-08-2008, 01:40 PMAPADen Blessinqton: "Bizi seçkilərdə hansı namizədin qalib gəlməsindən çox bu prosesin qanuni əsaslarda keçməsi maraqlandırır"
[b]Den Blessinqton: "Bizi seçkilərdə hansı namizədin qalib gəlməsindən çox bu prosesin qanuni əsaslarda keçməsi maraqlandırır"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Bizi Azərbaycanda keçirilən prezident seçkilərində hansı namizədin qalib gəlməsindən çox seçkilərdə qanuni əsaslarda keçirilməsi maraqlandırır". APA-nın məlumatına görə, bu fikirləri Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) Azərbaycan üzrə direktoru Den Blessinqton söyləyib. O, 2005-ci illə müqayisədə ölkənin seçki qanunvericiliyinin daha da təkmilləşdiyini bildirib: "Hətta ABŞ-da belə Seçki Məcəlləsi ilə bağlı problemlər yaranır. İdeal seçki sistemi mövcud deyil, lakin biz bu sahədə tərəqqiyə nail olmaq, ideala yaxın variant tapmağa çalışırıq". Den Blessinqton hazırda Seçki Məcəlləsinə yeni dəyişikliklər üzərində çalışdıqlarını bildirib: "Bu dəyişikliklər əsasən şikayət və apellyasiyaların verilməsi ilə bağlıdır. Biz mövbəti seçkilərdə Məcəlləyə bu dəyişikliklərin edilməsi üçün MSK ilə əməkdaşlıq edirik. Ümidvaram ki, Seçki Məcəlləsinə bu dəyişikliklərin edilməsi sayəsində bu sahədə vəziyyət daha da yaxşılaşacaq". İFEs təmsilçisi əlavə edib ki, təmsil etdiyi qurum seçki komissiyalarının üzvləri üçün treninqlərin keçirilməsində MSK-ya kömək edir. Den Blessinqton bildirib ki, İFES-in beş təmsilçisi oktyabrın 15-də seçkilərin gedişini qeyri-rəsmi şəkildə müşahidə edəcək. -
10-08-2008, 01:50 PMAPAAzpromo xaricdə daha üç nümayəndəlik açacaq
[b]Azpromo xaricdə daha üç nümayəndəlik açacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) Türkmənistan hökuməti ilə Fondun bu ölkədə nümayəndəliyinin açılması məsələsini müzakirə edib. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azpromo-nun prezidenti Emil Məcidov bildirib. E.Məcidovun sözlərinə görə, bu ilin sonunadək Azpromo heç bir ölkədə rəsmi nümayəndəlik açmayacaq: «Lakin biz Türkmənistan tərəfi ilə bu məsələni müzakirə etdik və hazırda onların cavabını gözləyirik. Bundan başqa, Fond tərəfindən Gürcüstanda da nümayəndəliyin açılması məsələsinə baxılır». Qeyd edək ki, Azpromo həmçinin Rusiyada nümayəndəlik açmağı planlaşdırır. Artıq ilk nümayəndəlik Qazaxıstanda açılıb.Xatırladaq ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.