[b]Azərbaycan və Kuba informasiya texnologiyaları sahəsində əlaqələri gücləndirəcəklər[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan və Kuba informasiya texnologiyaları sahəsində əlaqələri gücləndirəcəklər. Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Torres APA-ya bildirib ki, gələn ilin fevralında bununla bağlı Kubadan Azərbaycana nümayəndə heyəti gələcək. Tərəflər birgə layihələrin reallaşmasını müzakirə edəcəklər.
Azərbaycan Xəbərləri
Printable View

09-26-2008, 12:50 PMAPAAzərbaycan və Kuba informasiya texnologiyaları sahəsində əlaqələri gücləndirəcəklər

09-26-2008, 01:20 PMAPANobel mükafatı laureatı olan 61 amerikalı Barak Obamanı dəstəkləyib
[b]Nobel mükafatı laureatı olan 61 amerikalı Barak Obamanı dəstəkləyib[b]
[Vaşinqton - APA. Nobel mükafatı laureatı olan 61 amerikalı alim prezidentliyə namizəd Barak Obamanı və onun elmin inkişafı ilə bağlı planlarını dəstəkləyib. APA-nın "Nature News" portalına istinadən verdiyi məlumata görə, Amerika xalqına açıq məktub ünvanlayan alimlər Corc Buşun prezidentliyi dövründə ABŞ-ın elm sahəsində dünya liderliyini itirdiyini, Barak Obamanın elm və texnologiya sahəsində ölkənin ənənəvi gücünü bərpa edəcəyinə inandıqlarını bildiriblər. Qeyd edək ki, indiyədək heç bir prezidentliyə namizəd bu qədər Nobel mükafatı laureatının dəstəyini qazanmayıb. İndiyədək bu sahədə rekord demokratların 2004-cü ildə prezidentliyə namizədi olmuş Con Kerriyə məxsus idi. Onu 48 laureat dəstəkləmişdi. Respublikaçıların namizədi Con Makkeyn hələlik elmlə bağlı planlarını açıqlamayıb. -
09-26-2008, 01:30 PMAPAAZAL oktyabrın 4-dən Bakı-Lənkəran marşrutu ilə uçuşlara başlayır
[b]AZAL oktyabrın 4-dən Bakı-Lənkəran marşrutu ilə uçuşlara başlayır[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. «Azərbaycan Hava Yolları» QSC (AZAL) bu ilin oktyabr ayının 4-dən etibarən Bakı-Lənkəran-Bakı marşrutu ilə sərnişin aviareyslərini həyata keçirməyə başlayacaq.AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, uçuşlar hər həftənin II və VI günləri, Bakıdan saat 09:00-da yerinə yetiriləcək. Bakı-Lənkəran sərnişin aviareysi AZAL-ın Fransadan yeni aldığı ATR təyyarələri ilə həyata keçiriləcək. Aviabiletin satış qiyməti Bakı-Lənkəran marşrutu ilə 41 manat, Bakı-Lənkəran-Bakı marşrutu ilə isə 82 manat təşkil edəcək.Qeyd edək ki, Lənkəran hava limanının tikintisinə dövlət büdcəsindən 51,1 mln. manat ayrılıb. Aeroport gələcəkdə beynəlxalq status alarsa, buradan beynəlxalq sərnişin və yük daşımalarının da həyata keçirilməsi mümkün olacaq. Hava limanının açılış mərasimi isə yaxın günlərdə keçiriləcək. -
09-26-2008, 01:40 PMAPAMoldovanın Curculeşti neft terminalı Xəzər neftinin Avropaya nəqli sisteminə daxil edilə bilər
[b]Moldovanın Curculeşti neft terminalı Xəzər neftinin Avropaya nəqli sisteminə daxil edilə bilər[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Moldova və Azərbaycan Curculeşti neft terminalını Xəzər neftinin Avropaya nəqli sisteminə daxil etməyi planlaşdırırlar. APA-nın "Komsomolskaya pravda"ya istinadən verdiyi məlumata görə, Xəzərin enerji ehtiyatlarının Avropaya yeni nəql yollarının yaradılmasında Moldovanın iştirakı məsələsi hazırda həm ikitərəfli, həm də regional səviyyədə müzakirə olunur. Hər iki ölkənin diplomatik missiyaları bu sahədə əməkdaşlıqla bağlı konkret layihələr hazırlayırlar. İlin sonunda layihələr hökumətlərarası komissiya tərəfindən öyrəniləcək. -
09-26-2008, 01:50 PMAPAQadınları cinsi istismar məqsədi ilə Dubaya göndərən şəxs tutulub
[b]Qadınları cinsi istismar məqsədi ilə Dubaya göndərən şəxs tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərifə Zeynalova insan alveri faktı ilə bağlı tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Z. Zeynalova insan alveri ilə məşğul olaraq qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə göndərərək cinsi istismara məruz qoyması faktı ilə bağlı saxlanılıb. -
09-26-2008, 02:00 PMAPAAzərbaycan yanvarda Berlində keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
[b]Azərbaycan yanvarda Berlində keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Gələn ilin yanvar ayının 16-25-də Berlində (Almaniya) «Beynəlxalq Yaşıl Həftə» («International Green Week») sərgisi keçiriləcək. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-ECONOMICS»ə verilən məlumata görə, sərgidə Azərbaycan sənayesi, mətbəxi və mədəniyyətinin geniş şəkildə təqdim edilməsi məqsədilə milli pavilyonunun yaradılması nəzərdə tutulub.Bu sərgidə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və ASK-nın təşkilatçılığı ilə yerli şirkətlər də iştirak edəcək. Pavilyonda məhsulların sərgilənməsi üçün şirkətlər vəsait ödəməyəcək. Belə ki, onlar yalnız məhsulların çatdırılması və öz xərclərini ödəyəcək.Əlaqə telefonu: (+994 12) 465-72-43/44/45. -
09-26-2008, 02:10 PMAPAGöygöl rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb
[b]Göygöl rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb[b]
[Bakı-APA. Dünən saat 12.45 radələrində Göygöl rayonu ərazisində, Murovdağ qəsəbə sakini Mülkədar Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı və Gəncə şəhər sakini Rafiq Mədətinin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Məmmədovun sərnişinlərindən qızı Nurcan hadisə yerində ölüb, xəsarət alan M. Məmmədov, oğlu İsmayıl, qızı Lalə, qohumu Könül Məmmədova, habelə R. Mədəti və onun sərnişinləri, Gəncə şəhər sakinləri Elşad Həsənov, Rəna Hüseynova isə xəstəxanaya yerləşdiriliblər. R. Mədəti və İsmayıl orada ölüblər. Faktla bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. -
09-26-2008, 02:20 PMAPAAzərbaycan transsərhəd çayların çirklənmə vəziyyəti ilə bağlı son məlumatları açıqlayıb
[b]Azərbaycan transsərhəd çayların çirklənmə vəziyyəti ilə bağlı son məlumatları açıqlayıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür, Araz çayları və onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın ikinci ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçdiyi müşahidə olunub. Belə ki, Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə, Ağstafaçay və Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-i keçib. Biogen maddələr norma daxilində olub.Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3 dəfə, mis birləşmələri 5 dəfə, I Şahsevəndə fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə, Bəhramtəpədə isə fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə YVQH-i keçib.Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Bəhramtəpə və I Şahsevən məntəqələrində 1,5 dəfə YVQH-i ötüb. Buna səbəb isə Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,99-7,17 mq/l arasında dəyişərək norma daxilində olub. -
09-26-2008, 02:50 PMAPAZiyad Səmədzadə və Ərəstun Cavadov Belarus parlamentinə seçkilərin gedişini izləyəcəklər
[b]Ziyad Səmədzadə və Ərəstun Cavadov Belarus parlamentinə seçkilərin gedişini izləyəcəklər[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Sentyabrın 28-də Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə və deputat Ərəstun Cavadov bu seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. Parlament nümayəndə heyəti seçki prosesini izləyəcək, bununla bağlı təəssüratlarını bölüşəcəklər. Səfər sentyabrın 29-da başa çatacaq. -
09-26-2008, 03:00 PMAPABu gün Nyu-Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək
[b]Bu gün Nyu-Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək[b]
Nyu-York - APA. Bu gün axşam Nyu-Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
[APA-nın məlumatına görə, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi olacaq. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinə də toxunacaqlar. Görüşdən sonra Türkiyənin xarici işlər naziri Əli Babacan Bakı vaxtı ilə saat 22.50-də açıqlama verəcək. Qeyd edək ki, üçtərəfli görüşün təşəbbüskarı Türkiyədir. -
09-26-2008, 03:20 PMAPAHeydər Əliyev Fondu ilə Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb
[b]Heydər Əliyev Fondu ilə Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Heydər Əliyev Fondu və Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb. APA-nın məlumatına görə, sənədi fondun prezidenti, millət vəkili Mehriban Əliyeva və icmanın rəhbəri Yan Çapla imzalayıblar. Sənədə əsasən tərəflər müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, rekonstruksiya layihələri gerçəkləşdirəcək, sosial və dini məqsədli obyektlərə yardımlarla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etno-mədəni komponentlərinin inkişafına yönələn tədbirlər həyata keçirəcəklər. İlk addım kimi Bakıda yerləşən Müqəddəs Məryəm kilsəsində şüşələrin dəyişdirilməsi nəzərdə tutur. Layihə çərçivəsində məbədin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənilmiş bədii şüşələrlə əvəz olunacaq. Eyni zamanda məbədin fasadına keramik pannonun yerləşdirilməsi də planlaşdırılır. Qeyd edək ki, Heydər Əliyev Fondu indiyədək "Tolerantlığın ünvanı Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Pravoslav Kilsəsinin bərpasını və yəhudi uşaqlar üçün təhsil kompleksinin inşasını maliyyələşdirib. -
09-26-2008, 03:40 PMAPAHeydər Əliyev Fondu paralimpiyaçılara təqaüd ayırıb
[b]Heydər Əliyev Fondu paralimpiyaçılara təqaüd ayırıb[b]
[Bakı. Laçın Sultanova-APA. Heydər Əliyev Fondu XI, XII və XIII Paralimpiya oyunlarının qaliblərinə təqaüdlər ayrılıb. APA-nın məlumatına görə, bu barədə paralimpiyaçıları qəbul edən Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva bildirib. M. Əliyeva bu il həm Olimpiada həm də Paralimpiadada iştirak edən Azərbaycan idmançılarının çox uğurla çıxış etdiklərini deyib və bildirib ki, qazanılan medallar Azərbaycan xalqına sevinc bəxş edib. Son illər Azərbaycanda idmanın inkişaf etdiyini söyləyən M. Əliyeva «Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır» deyib. Fond prezidenti Paralimpiya oyunlarının qaliblərinə mükafatlar təqdim edib. M. Əliyeva bildirib ki, onlar Fondun təqaüdçüləri kimi hər ay pul mükafatları alacaqlar. İdman və gənclər naziri Azad Rəhimov Azərbaycanda iqtisadiyyat, təhsil, səhiyyə sahələri ilə yanaşı idman sahəsində də uğurlu islahatlar aparıldığını vurğulayıb. Nazir Azərbaycan tarixində ilk dəfə ikiqat Paralimpiya çempionu olmuş İlham Zəkiyevin yüksək nailiyyət əldə etdiyini qeyd edib. A. Rəhimov Azərbaycanın MDB məkanında Paralimpiya Kompleksi yaradan ilk ölkə olduğunu deyib. -
09-26-2008, 03:50 PMAPAİlin sonunadək Azərbaycanda informasiya təhlükəsizliyi üzrə hazırlanmış milli standartların layihələri müzakirə ediləcək
[b]İlin sonunadək Azərbaycanda informasiya təhlükəsizliyi üzrə hazırlanmış milli standartların layihələri müzakirə ediləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin birgə yaratdığı Standartlaşdırma üzrə «İnformasiya-kommunikasiya texnologiyaları» Texniki Komitənin iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclasda Texniki Komitənin əsasnaməsi üzv təşkilatların nümayəndələri tərəfindən müzakirə olunub. Əsasnamə rəy və təkliflər nəzərə alınmaqla, qəbul edilib. İclasda Texniki Komitənin ilin sonuna qədər olan iş planı da təsdiqlənib. Plana uyğun olaraq, informasiya təhlükəsizliyi üzrə hazırlanmış Azərbaycanın milli standartların layihələrinin cari ilin sonuna kimi müzakirəsi üçün Texniki Komitə tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. İclasda Komitənin gələcək fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər müzakirə edilib.Qeyd edək ki, Texniki Komitənin əsas məqsədi İKT sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların yaradılması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak etməkdir. Komitənin sədri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadədir. -
09-26-2008, 04:00 PMAPAAzərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
[b]Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirinin müavini İqor Pelovşek məlumat verib. O bildirib ki, məsləhətləşmələrdə yaxın vaxtlarda həyata keçiriləcək rəsmi səfərlərin təşkili diqqət mərkəzində olacaq. İkitərəfli əlaqələrin inkişafı, bölgədə vəziyyət, təhlükəsizlik problemləri də müzakirə ediləcək. Məsləhətləşmənin noyabrda keçiriləcəyi gözlənilir. -
09-26-2008, 04:10 PMAPABVF və DB oktyabrın 13-də dünya maliyyə böhranından çıxış yollarını müzakirə edəcək
[b]BVF və DB oktyabrın 13-də dünya maliyyə böhranından çıxış yollarını müzakirə edəcək[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabr ayının 13-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) birgə illik direktorlar iclası keçiriləcək. BVF-nin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclas çərçivəsində Fondun beynəlxalq valyuta və maliyyə, habelə inkişaf komitələrinin toplantısı, həmçinin BVF və DB-nin birgə forumu keçiriləcək. Qeyd edək ki, adətən BVF-DB illik iclaslarında üzv ölkələrdə mövcud maliyyə vəziyyəti, cari problemlər müzakirə olunur. Bu ilki toplantının əsas mövzusu isə ABŞ-da baş verən maliyyə böhranı və onun dünyaya iqtisadiyyatına təsiri olacaq. BVF-nin hesablamalarına görə, ABŞ-dakı böhran nəticəsində dünya iqtisadiyyatı və maliyyə bazarlarının itkiləri 1,3 trln. dollara çatıb. İri banklar və maliyyə qurumlarının müflisləşməsi, fond bazarlarında indekslərin kəskin düşməsi, maliyyə sistemində tarazlığın pozulması böhranın əsas nəticələridir və bütün bunlar ABŞ-da müşahidə olunur. Qeyd edək ki, dünən Amerikanın ən iri banklarından biri olan «Washington Mutual» likvidliyin kəskin azalması səbəbindən hökumət tərəfindən bağlanılıb. «Washington Mutual» bankının məcmu aktivləri 310 mlrd. dollara bərabərdir və onların bir hissəsini (sağlam aktivlər) «JPMorqan» qrupu alacaq. Bu kimi hadisələrin səbəbləri, nəticələri və çıxış yolları, yəni böhranın genişlənməməsi, onun lokallaşması son zamanlar BVF-nin diqqət mərkəzindədir və oktyabrın 13-də bu məsələlər Fondun üzv ölkələri arasında müzakirə olunacaq.Xatırladaq ki, Azərbaycan 1992-ci ilin sentyabrın 18-dən BVF-nin üzvüdür. Ölkəni BVF-də maliyyə naziri təmsil edir. -
09-26-2008, 04:20 PMAPAAsiya İnkişaf Bankı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dərinləşməsini maliyyələşdirəcək
[b]Asiya İnkişaf Bankı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dərinləşməsini maliyyələşdirəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün 4,5 mln. ABŞ dolları ayıracaq. AİB-in Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu proqram çərçivəsində üzv ölkələr arasında tədqiqat, treninq və dialoqların əlaqələndirilməsi məqsədi ilə virtual institutun təsis edilməsi nəzərdə tutulur.AİB tərəfindən ayrılan məbləğdən başqa, yeni təsisat təşəbbüsünün dəstəklənməsi üçün Çinin Regional Əməkdaşlıq və Yoxsulluğun Azaldılması Fondu 500 min dollar və iştirakçı ölklərin hər biri 200 min dollar vəsait ayıracaq. Yeni yaradılacaq CAREC institutu virtual xarakterli olduğundan, onun daimi yeri, infrastrukturu və işçi heyəti olmayacaq.Yeni institutun əsas məqsədi yeni bilik resursları tapmaqla regional nəqliyyat, ticarət və enerji şəbəkəsinin təkmilləşdirməsi istiqamətində yeni əməkdaşlıq platforması yaratmaqdır. Bundan başqa, treninq proqramları dövlət qurumlarını işçilərinin regional əməkdaşlığa dair bilik və bacarıqlarının yaxşılaşdırılmasına kömək edəcək, tətbiqi tədqiqat proqramları isə yeni innovasiya və tövsiyələrlə regional əməkdaşlığın effektivliyinə yardım edəcək.Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar kredit ayırmağı planlaşdırır.Xatırladaq ki, CAREC-in üzv ölkələri sırasına Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və Əfqanıstan daxildir. -
09-26-2008, 04:30 PMAPAAzərbaycanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında yeni kredit sazişi imzalanıb
[b]Azərbaycanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında yeni kredit sazişi imzalanıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanla daha bir beynəlxalq maliyyə qurumu arasında kredit sazişi imzalanıb.
[Bakıda mühasibat uçotu sahəsində aparılan islahatların davam etdirilməsi məqsədi ilə Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) arasında «Korporativ və büdcə sektorunda hesabatlılıq Layihəsi» (CAP/SAP) üzrə kredit sazişi və layihənin birgə maliyyələşdirilməsi üçün Yaponiyanın qrantı üzrə məktub-saziş imzalanıb.Azərbaycan Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hər iki sazişi ölkə hökuməti adından maliyyə naziri Samir Şərifov, IBRD adından isə DB-nın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak imzalayıb. Layihənin məqsədi ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının beynəlxalq standartlara, digər mühasibat uçotu subyektlərinin isə milli mühasibat uçotu standartlarına keçidinə yardım göstərilməsindən, mühasibat uçotu sahəsində müasir standartlara cavab verən təlim və təhsil sisteminin yaradılmasından ibarətdir. Layihə üç komponentdən (korporativ sektorun maliyyə hesabatlarının tətbiqindən, büdcə sektorununun maliyyə hesabatlarının tətbiqi və mühasibat uçotu, audit və maliyyə idarəetməsi potensialının gücləndirilməsi) ibarətdir. Qeyd edək ki, layihənin dəyəri 24 mln. ABŞ dolları təşkil edir. Bunun 8 mln. dollarını Azərbaycan hökuməti, 11 mln. dollarını IBRD (ilk 10 il güzəştli şərtlərlə, illik 0,75% dərəcəsi ilə 35 il müddətinə kredit), 3 mln. dollarını Yaponiya hökuməti (birgə maliyyələşdirmə qrantı üzrə) və 2 mln. dollarını İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO, qrant üzrə) ayıracaqları nəzərdə tutulub. -
09-26-2008, 04:50 PMAPATürkmənistan prezidenti Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib
[b]Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib[b]
[Aşqabad-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib. APA-nın məlumatına görə, əfv olunan məhbuslar Qədr gecəsini ailəsi ilə birlikdə qarşılamaq üçün bu gün azadlığa buraxılacaqlar. Qədr gecəsi günü əfv fərmanının imzalanması ənənəsi sabiq prezident Saparmurat Niyazov tərəfindən 1999-cu ildə qoyulub. Ötən il bu müqəddəs gün münasibətilə qəbul olunan amnistiya aktı 9 min məhbusa şamil edilib. -
09-26-2008, 05:00 PMAPATürkmənistanda yeni Konstitusiya qəbul olunub
[b]Türkmənistanda yeni Konstitusiya qəbul olunub[b]
[Aşqabad - APA. Türkmənistan Xalq Şurasının (Xalq Məsləhəti) bu gün keçirilən iclasında ölkənin yeni Konstitusiyası qəbul olunub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Konstitusiyada əsas dəyişiklik elə Xalq Şurasının özünün ləğvindən ibarətdir. Saparmurad Niyazovun dövründə yaradılan və 2507 üzvdən ibarət bu dövlət orqanında müxtəlif səviyyəli məmurlar, deputatlar və ictimai təşkilatların nümayəndələri təmsil olunurdu. Köhnə Konstitusiyaya əsasən Xalq Məsləhətinin əsas qanuna düzəliş, MSK-nın formalaşdırılması, seçki və referendumların təyin olunması, dövlət sərhədlərinin, inzibati-ərazi bölgüsünün dəyişdirilməsi kimi səlahiyyətləri vardı. İndən belə bu səlahiyyətlər prezident və Məclis (parlament) arasında bölüşdürüləcək. -
09-26-2008, 05:10 PMAPAMSK-nın növbəti iclası keçirilib
[b]MSK-nın növbəti iclası keçirilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda prezidentliyə namizəd Hafiz Hacıyev və Fuad Əliyevin vəkillərinin təyin olunması ilə bağlı müraciətə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, H. Hacıyev özünə 40, F. Əliyev isə 30 vəkil təyin edib. Hər iki namizədin vəkilləri MSK-da qeydiyyata alınıb. MSK üzvü Akif Qurbanov isə MSK-da məşvərətçi səs hüquqlu üzvlərin vəkil kimi qeydə alınmasının doğru olmadığını qeyd edib: "Doğrudur, bununla bağlı qanunda hər hansı qadağa yoxdur. Amma məşvərətçi səs hüquqlu üzvlə vəkilin səlahiyyətləri fərqlidir". MSK-nın sədri Məzahir Pənahov isə qadağının olmadığını əsas gətirib və buna görə də məşvərətçi səs hüquqlu üzvlərin vəkil kimi qeydə alınmasından imtinaya əsasın olmadığını vurğulayıb. -
09-26-2008, 05:20 PMAPAİstanbuldakı Quştəpə məscidinin minarəsi uçub
[b]İstanbuldakı Quştəpə məscidinin minarəsi uçub[b]
[İstanbul - APA. İstanbulun Şişli rayonu ərazisindəki Quştəpə məscidinin minarəsi uçub. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu gün İstanbulda başlayan şiddətli külək tarixi məscidin minarəsini uçurub. Şişli bələdiyyəsinin sədri Mustafa Sarıgül hadisə zamanı 3 nəfərin yaralandığını açıqlayıb. Beşiktaşdakı Hamidiyyə məscidinin həyətində cümə namazı qılan insanların üzərinə isə ağac düşüb. Güclü külək 90 illik ağacı kökündən çıxararaq yerə sərib. Ağacın altında qalan 4 nəfər yaralanıb. -
09-26-2008, 05:30 PMAPAAzərbaycan prezidenti Saatlı və Sabirabad rayonlarına səfər edib
[b]Azərbaycan prezidenti Saatlı və Sabirabad rayonlarına səfər edib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Saatlı və Sabirabad rayonlarında səfərdə olub.
[APA-nın "AzərTAC" Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, dövlət başçısı ilk öncə Saatlıda şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edib. Qeyd edək ki, sahəsi 5,6 hektar olan parkda yaraşıqlı fəvvarə inşa edilib. Parkın ərazisində milli memarlıq üslubunda tikilmiş Heydər Əliyev Muzeyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binası, rəsm qalereyası yerləşir. 15 metr hündürlükdə ölkəmizin dövlət bayrağı dalğalanır, genişekranlı monitor qoyulmuş, uşaq əyləncə və istirahət mərkəzi yaradılıb. Daha sonra dövlət başçısı Saatlıda Heydər Əliyev Muzeyinin açılışında iştirak edib. Milli memarlıq üslubunda tikilmiş, sahəsi 223 kvadratmetr olan muzeyin ekspozisiya salonunun 8 bölməsində öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotoşəkillər, kitablar, müxtəlif sənədlər toplanıb. Daha sonra prezident İlham Əliyev muzeyin qarşısında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı həmçinin Saatlı rayonunda istifadəyə verilmiş akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkı ilə tanış olub. 2,3 hektar sahəsi olan yeni istirahət guşəsi şəhid ailələri, müharibə əlilləri üçün tikilmiş 32 mənzilli binanın və yaşayış massivinin yaxınlığında yerləşir. Dövlət başçısı parkda akademik Zərifə xanım Əliyevanın abidəsini ziyarət edib. Prezident burada görülmüş işləri yüksək qiymətləndirib və sakinlərin istirahəti üçün gözəl şərait yaradıldığını bildirib. Səfər davam edir. -
09-26-2008, 05:40 PMAPASəfər Əbiyev Litvanın Milli Müdafiə Nazirliyinin dövlət katibini qəbul edib
[b]Səfər Əbiyev Litvanın Milli Müdafiə Nazirliyinin dövlət katibini qəbul edib[b]
[Bakı-APA. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasının Milli Müdafiə Nazirliyinin dövlət katibi Curat Raquskieneni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verib. Görüşdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Naira Şahtaxtinskaya iştirak edib. -
09-26-2008, 05:50 PMAPAAzərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək
[b]Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. 3-6 oktyabr tarixlərində Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Səfər çəvçisində nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş, muzeylərə ekskursiyaları təşkil olunacaq. Oktyabrın 4-də Muzey Mərkəzində "Tatarıstanın müasir incəsənəti" adı altında sərginin açılışı olacaq. Oktyabrın 4-də Dövlət Musiqili Komediya Teatrında keçiriləcək mədəniyyət günlərinin açılış mərasimində Tatarıstanın incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər. İncəsənət ustaları eyni konsert proqramını oktyabrın 5-də Xırdalan Mədəniyyət Mərkəzində də nümayiş etdirəcəklər. Tədbirin sonuncu günündə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada görüşün keçirilməsi və qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur. -
09-26-2008, 06:00 PMAPATürkiyədə həbs olunmuş 6 hərbçidən 2-si buraxılıb
[b]Türkiyədə həbs olunmuş 6 hərbçidən 2-si buraxılıb[b]
[İstanbul - APA. Terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı aparılan istintaq çərçivəsində saxlanılmış 5 leytenantdan 1-i və 1 kursant sərbəst buraxılıb. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul 9-cu növbətçi Ağır Cəza Məhkəməsi qərar qəbul edib. Digər 4 leytenantın buraxılması barədə vəkillərin vəsatəti isə qəbul olunmayıb. -
09-26-2008, 06:10 PMAPANardaran sakinləri ABŞ-ın sabiq səfiri Stenli Eskuderoya məxsus torpaq sahəsində aksiya keçirəcəklər
[b]Nardaran sakinləri ABŞ-ın sabiq səfiri Stenli Eskuderoya məxsus torpaq sahəsində aksiya keçirəcəklər[b]
[Bakı. Ramil Məmmədli-APA. Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero ilə aralarında yaranan torpaq problemi ilə bağlı aksiya keçirəcəklər. Qəsəbə sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə APA-ya bildirib ki, aksiya sentyabrın 27-də qəsəbənin "Səfxani" adlanan ərazisində keçiriləcək. Aksiya iştirakçıları S. Eskudronun ailəsinin onların uzun illərdən bəri əkib becərdiyi 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz edəcəklər. Qeyd edək ki, Nardarandakı Səfxani adlanan ərazidəki torpaq sahəsi 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlər bu hadisədən 1 il sonra xəbər tuta bilib. Məhkəmə qərarı Cəbrayılov Salman adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb. -
09-26-2008, 06:20 PMAPAAzərbaycanda hərbi hissələrdən birində öz yoldaşını silahla yaralayaraq qaçan əsgər tutulub
[b]Azərbaycanda hərbi hissələrdən birində öz yoldaşını silahla yaralayaraq qaçan əsgər tutulub[b]
Bakı. Hafiz Heydərov-APA. Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrdən birində əsgər öz xidmət yoldaşını avtomat silahla yaralayaraq hərbi hissənin tərk edib.
[APA-nın məlumatına görə, Şərur rayon Hərbi Komissarlığından hərbi ximətə çağırılan Elşən Hüseynov aralarında olan münaqişə zəminində əsgər yoldaşı Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Pirimov İlqar Sabir oğluna avtomat silahdan atəş açıb. Güllələrdən yalnız biri zərərçəkənin qoluna dəyib. Məlumata görə, təcili olaraq Naxçıvan MR Hərbi Hospitalına çatdırılan əsgərin hazırda vəziyyəti normaldır.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə APA-ya açıqlamasında hərbi hissəni tərk edən əsgərin tutularaq xidməti yerinə təhvil verildiyini və məsələ ilə əlaqədar təhqiqat aparıldığını söyləyib. -
09-26-2008, 06:30 PMAPAƏdliyyə naziri BQXK-nin nümayəndələrini qəbul edib
[b]Ədliyyə naziri BQXK-nin nümayəndələrini qəbul edib[b]
[Bakı-APA. Ədliyyə naziri Fikrət Məmmədov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan və yeni rəhbərlərini - Martin Amaşeri və Tun Vandenhuvu qəbul edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir görüşdə ölkəmizdə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyini, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BQXK ilə səmərəli əməkdaşlıq olunduğunu bildirib. F. Məmmədov beynəlxalq təşkilatların nümayəndələrinin, hüquq müdafiəçilərinin penitensiar sistemdə köklü dəyişikliklərin şahidi olduqlarını, islahatlar nəticəsində məhkumların saxlanma şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılaraq beynəlxalq tələbələrə uyğunlaşdırıldığını diqqətə çatdırıb. Görüşdə BQXK nümayəndələrinin mütəmadi olaraq penitensiar müəssisələrə baş çəkməsinin, verilən təkliflərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda məhkumlar arasında vərəmə qarşı mübarizədə digər səylərin çox müsbət nəticələr verdiyi, ölüm hallarının 20 dəfəyə yaxın azaldığı qeyd edilib. Ədliyyə Nazirliyi ilə əməkdaşlıqdan məmnun qaldığını söyləyən M. Amaşer Azərbaycanın penitensiar sistemində aparılan köklü islahatların müsbət nəticələr verdiyini bildirib. O, son vaxtlar vərəmli xəstələrin müalicəsinin yüksək nəticələr verdiyini də diqqətə çatdırıb. Görüşdə qarşılıq əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. -
09-26-2008, 07:00 PMAPA"Ayntraxt" klubunun prezidenti Bakıya gəlib
[b]"Ayntraxt" klubunun prezidenti Bakıya gəlib[b]
AFFA Almaniyanın məşhur komandası ilə müqavilə bağlayacaq
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Almaniyanın "Ayntraxt" futbol klubunun prezidenti Peter Fişer Bakıya təşrif buyurub. "APA-SPORT"un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, Fişer paytaxtımıza komandanın hüquqşünası Axel Hellmannla birgə gəlib.Qonaqlar bu gün AFFA-nın mənzil-qərargahında assosiasiyanın baş katibi Elxan Məmmədovla görüşüblər. Tərəflər əməkdaşlıqla bağlı geniş söhbətlər aparıblar. Sonda AFFA ilə "Ayntraxt" arasında bu ilin sonunadək müqavilə bağlanması barədə razılıq əldə olunub.Qeyd edək ki, AFFA rəsmiləri almaniyalılarla ilk dəfə bu il Frankfurt şəhərinə səfər edərkən, müzakirələr aparmışdılar. -
09-26-2008, 07:10 PMAPABu il Azərbaycanda mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib
[b]Bu il Azərbaycanda mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib[b]
[Bakı-APA. "Həyata keçirilmiş tədbirlər nəticəsində bu ilin ötən dövrü ərzində mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib". Bu barədə Daxili İşlər Nazirliyində bu gün keçirilən Kollegiya iclasında bildirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, həmin cinayətlərə görə 1684 şəxs müəyyən olunub, axtarışda olan 459 nəfər tutulub. İclasda qeyd olunub ki, bununla yanaşı, bəzi şəhər, rayon polis orqanları tərəfindən kriminogen duruma mənfi təsir göstərən amillərin vaxtında qarşısının alınması istiqamətində adekvat tədbirlərin görülməməsi nəticəsində respublika üzrə mülkiyyət əleyhinə törədilən cinayətlər artıb. -
09-26-2008, 07:20 PMAPASolmaz Ələsgərova Tərəqqi Partiyası sədrinin müavini təyin olunub
[b]Solmaz Ələsgərova Tərəqqi Partiyası sədrinin müavini təyin olunub[b]
[Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin keçmiş müşaviri Solmaz Ələsgərova Tərəqqi Partiyasında sədr müavini postuna təyin olunub. Bu barədə APA-ya Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu məlumat verib. Onun sözlərinə görə, S. Ələsgərovanın partiyanın üzvü olması ilə bağlı məsələ bu gün qurumun rəhbərliyində müzakirə edilib: "Biz qərara gəldik ki, Solmaz xanım nümayiş etdirdiyi fədakarlığın qarşılığı olaraq bizim partiyada mənim müavinim kimi fəaliyyət göstərsin". -
09-26-2008, 07:30 PMAPAMəhkəmə-Hüquq Şurasında Türkiyənin ədliyyə naziri ilə görüş keçirilib
[b]Məhkəmə-Hüquq Şurasında Türkiyənin ədliyyə naziri ilə görüş keçirilib[b]
[Bakı-APA. Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvləri ilə görüşüb. MHŞ-dən APA-ya verilən məlumata görə, şura sədri Fikrət Məmmədov Azərbaycanda həyata keçirilən məhkəmə islahatının mahiyyəti barədə qonağa məlumat verib. F. Məmmədov MHŞ-nin fəaliyyəti və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri, şəffaf prosedurlarla hakimliyə namizədlərin seçilməsini və digər tədbirləri diqqətə çatdırıb. Türkiyəli nazir Azərbaycanda qısa müddət ərzində məhkəmə sisteminin demokratik norma və dəyərlər əsasında yenidən qurulmasının şahidi olduğunu vurğulayıb, hakimliyə namizədlərin seçilməsi prosesini Avropada ən mütərəqqi prosedur kimi dəyərləndirərək ölkəmizin nailiyyətlərinə sevindiyini qeyd edib. Görüşdə MHŞ üzvləri vəkil Akif Əhmədov, hakim Şəlalə Məmmədova, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev çıxış ediblər. -
09-26-2008, 07:50 PMAPASabiq millət vəkili Hüseyn Abdullayevin Avropa Məhkəməsinə etdiyi şikayət icraata götürülüb
[b]Sabiq millət vəkili Hüseyn Abdullayevin Avropa Məhkəməsinə etdiyi şikayət icraata götürülüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Sabiq millət vəkili Hüseyn Abdullayevin ötən ilin mart ayında həbs edilməsi ilə bağlı məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanladığı şikayət icraata götürülüb. Bu barədə APA-ya Hüseyn Abdullayevin vəkili Cavanşir Süleymanov məlumat verib. Vəkilin sözlərinə görə, H. Abdullayev Səbayel rayon Məhkəməsinin onun barəsində çıxardığı qərara etiraz olaraq bir müddət əvvəl Avropa Məhkəməsinə müraciət edib. Bu gün Avropa Məhkəməsindən iddiaçı tərəfə bildirilib ki, H. Abdullayevin müraciəti qəbul olunub və artıq şikayətin araşdırılmasına başlanılıb. Qeyd edək ki, H. Abdullayev 2007-ci ilin mart ayında Milli Məclisin iclas zalında deputat həmkarı Fəzail Ağamalıya xəsarət yetirməkdə ittiham edilərək həbs edilmişdi. Sonra isə Səbayel rayon Məhkəməsinin hökmü ilə H. Abdullayev şərti olaraq 2 il müddətinə azadlıqdan məhrum edilərək azadlığa buraxılıb. -
09-26-2008, 10:20 PMAPAİV Enerji Sammiti Brüsseldə keçiriləcək
[b]İV Enerji Sammiti Brüsseldə keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu il noyabrın 14-15-də Bakıda keçirilməsi planlaşdırılan IV Enerji Sammitinin Bakıda deyil, Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinib. APA-nın məlumatına görə, bunu Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alan Vaddams deyib.
[Onun sözlərinə görə, tədbirin noyabrın 26-27-də Belçika paytaxtında gerçəkləşdirilməsi gözlənilir. Tədbirin Bakıda deyil, Brüsseldə keçirilməsinin səbəbi isə son üç ayda regionda baş verən hadisələr, burda siyasi mühitin gərginləşməsi ilə bağlıdır. Hələlik tədbirdə iştirak edənlərin tam siyahısı dəqiqləşməsə də, GUAM ölkələrinin, MDB-nin bir sıra dövlətlərinin və regionla enerji əməkdaşlığında maraqlı olan Avropa ölkələrinin müxtəlif səviyyələrdə tədbirə qatılacaqları gözlənilir. A. Vaddams deyib ki, sammitdə enerji təhlükəsizliyi, əməkdaşlıq və bu sahəyə daxil olan digər aktual məsələlərlə bağlı müzakirələr aparılması planlaşdırılır. Qeyd edək ki, birinci sammit Polşanın Krakov şəhərində 2007-ci ilin mayında, ikinci sammit Vilnüsdə 2007-ci ilin oktyabrında, sonuncusu isə Ukraynanın paytaxtı Kiyevdə bu il mayın 23-də keçirilib. Sonuncu sammitdə 10-a yaxın ölkənin prezidenti iştirak edib. IV Enerji Sammitinin isə bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılıb. Lakin son qərarla tədbirin yeri dəyişdirilərək, Brüsselə keçirilib. -
09-27-2008, 11:10 AMAPANaxçıvanda mədəniyyət işçilərinə fəxri adlar verilib
[b]Naxçıvanda mədəniyyət işçilərinə fəxri adlar verilib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) mədəniyyətin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət işçisi müxtəlif fəxri adlarla təltif edilib. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən İmanov Əbülfət Hüseyn oğlu, Rzayev Vüsal Elman oğlu, Qurbanova Günay Fəxrəddin qızı, Novruzova Kəklik Vəliyəddin qızı , Şeyxov Elxan Cəfər oğlu Naxçıvan MR-in əməkdar artisti, Ağayeva Zərifə İsmayıl qızı, Məmmədov Canpolad Səməd oğlu, Tarverdiyev Fikrət Əli oğlu NAxçıvan MR-in əməkdar mədəniyyət işçisi, Bayramov Səyyad Məmiş oğlu isə Naxçıvan MR-in əməkdar rəssamı fəxri adına layiq görülüb. -
09-27-2008, 11:20 AMAPAAzərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə regional problemlər müzakirə olunub
[b]Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə regional problemlər müzakirə olunub[b]
Nyu-York - APA. Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
[APA-nın "CNN Türk"ə istinadən verdiyi məlumata görə, tarixi görüşdən sonra hər üç nazir birgə açıqlama ilə çıxış edib. Türkiyənin xarici işlər naziri Əli Babacan görüşdə regiondakı problemləri, həmçinin Türkiyənin Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması təşəbbüsünü müzakirə etdiklərini bildirib: "Qafqazın böyük potensialı var. Bölgədə sülh və sabitlik yaransa, çox şeyə nail ola biləcəyimizə inanırıq". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə hər üç tərəfin bölgədəki çətinliklər və risklərin fərqində olduğunu deyib: "Bu problemlərin həlli vacibdir. Biz Türkiyənin təşəbbüsünün yerinə düşdüyünü və vaxtında irəli sürüldüyünü düşünürük. Belə görüşlər mövqelərimizi daha yaxşı anlamağımıza kömək edir". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə görüşün təşkili üçün Əli Babacana təşəkkür edib. O, Türkiyənin Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması təşəbbüsünü məmnuniyyətlə qarşıladıqlarını söyləyib:" Bu təşəbbüsün təməlində bölgədə sülh, sabitlik və əməkdaşlıq mühiti yaradılması dayanır". Erməni nazir ikitərəfli əlaqələri normallaşdırmaq məqsədilə yaxın gələcəkdə atılacaq addımları da müzakirə etdiklərini vurğulayıb. Jurnalistlərin növbəti görüşün nə vaxt keçiriləcəyi ilə bağlı sualına E. Nalbandyan gülərək "çox yaxında" cavabını verib. -
09-27-2008, 11:30 AMAPABu həftə dünya bazarında neft 4% bahalaşıb
[b]Bu həftə dünya bazarında neft 4% bahalaşıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,13 dollar düşərək 1 barelə görə 106,89 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,21 dollar - 102,39 dollaradək ucuzlaşıb. Hərraca ABŞ-da neftə olan tələbatın azalacağı barədə proqnozlar və OPEC tərəfindən neft hasilatı həcminin artıracağı haqqında məlumatlar təsir edib. Belə ki, Neft İxracatçısı Ölkələri Təşkilatı yaxın 4 həftə ərzində dünya bazarına neft tədarükünü 2,2% - sutkada 24,21 mln. bareldən 24,75 mln. barelədək artıracaq. Ümumiyyətlə, başa çatan həftə ərzində dünya bazarında neftin qiyməti 4% artıb. -
09-27-2008, 11:40 AMAPAUEFA transferlərə məhdudiyyət qoyacaq
[b]UEFA transferlərə məhdudiyyət qoyacaq[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. UEFA transferlərə məhdudiyyət qoyacaq. "APA-SPORT"un məlumatına görə, Avropa futbol qurumu gənc futbolçuların beynəlxalq transferlərinə qadağa qoymaq istəyir. Bu məsələ UEFA İcraiyyə Komitəsinin Fransanın Bordo şəhərində keçirilən iclasında müzakirəyə çıxarılıb. Gənc futbolçuların keçidlərini tənzimləyən xüsusi əsasnamə hazırlamaq təklifi ilə çıxış edən qurum rəsmiləri məsələni xırdalıqlarına qədər öyrənmək qərarına gəlib. Bununla yanaşı, futbolçunun onu yetişdirən kluba bağlılığı da müzakirə olunub. UEFA təklif etdiyi əsasnamədə oyunçuları ilk peşəkar müqaviləsini məhz onu yetişdirən klubla bağlamaq məcburiyyətində qoyan qanunun işlənməsinin də tərəfdarıdır. Qeyd edək ki, qurumun prezidenti Mişel Platini "Arsenal"ın timsalında 14-15 yaşlı əcnəbiləri transferinin qəti əleyhdarıdır. -
09-27-2008, 11:50 AMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər.
[APA-nın ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) sentyabrın 24-də Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb, sentyabrın 26-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil ediblər. Həmçinin sentyabrın 24-də həmsədrlər ATƏT-in Minsk Qrupu çərçivəsində son danışıqlarla bağlı ATƏT sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiyeyə hesabat veriblər. Bəyanatda bildirilir ki, həmsədrlər tərəflərin konstruktiv əhval-ruhiyyədə olduğunu və danışıqlar prosesini gücləndirmək niyyətində olduğunu hiss ediblər: "Tərəflər yaxın zamanlarda prezidentlərinin görüşünün mümkünlüyü ehtimalını da müzakirə ediblər. Həmsədrlər öz hökumətlərinin və ATƏT-in mövqeyindən çıxış edərək bir daha bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil". -
09-27-2008, 12:00 PMAPABarak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib
[b]Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib[b]
[Vaşinqton - APA. ABŞ-ın Missisipi Universitetində prezidentliyə namizədlər Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib. APA-nın məlumatına görə, 1,5 saat davam edən və əksər telekanallar vasitəsilə canlı yayımlanan teledebatda namizədlər ABŞ-dakı maliyyə böhranı, milli təhlükəsizlik problemləri, İraq və Əfqanıstanda vəziyyət, həmçinin Rusiya ilə münasibətlərin perspektivlərinə dair fikirlərini açıqlayıblar. Hər iki siyasətçi Rusiyanın Gürcüstana qarşı siyasətini kəskin tənqid edib. C. Makkeyn Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra çox çətin vəziyyətin yarandığını bildirib: "Biz ruslarla birgə işləmək istəyirik, amma onlardan beynəlxalq səviyyədə tanınmış sərhədlərə və beynəlxalq davranış qaydalarına hörmət gözləməyə tam haqqımız var. Mən inanıram ki, "soyuq müharibə"yə qayıdış baş verməyəcək. Lakin biz öz dostlarımızın və müttəfiqlərimizin mövqelərini möhkəmləndirməliyik". B. Obama da "soyuq müharibə"yə qayıdışın mümkün olmadığını söyləsə də, deyib ki, çox aqressiv Rusiya regionda sülh və sabitliyə təhlükədir: "Onların Gürcüstandakı hərəkətləri qəbuledilməzdir. Biz ruslara izah etməliyik ki, 21-ci əsrdə super dövlət olmaq və özünü diktatura kimi aparmaq olmaz". Həm demokratların, həm də respublikaçıların namizədləri Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiklərini bəyan ediblər. C. Makkeyn Rusiyanı BMT Təhlükəsizlik Şurasında İrana təsir göstərə biləcək qərarların qəbuluna əngəl törətməkdə də suçlayıb. Onun sözlərinə görə, belə vəziyyətdə ən yaxşı yol "Demokratiya Liqası"nın yaradılması ola bilər: "Mən ümumi dəyərləri, ümumi maraqları, ümumi idealları bölüşən, eləcə də dünya iqtisadi gücünün böyük hissəsinə nəzarət edən ölkələrdən ibarət "Demokratiya Liqası"nın yaradılmasını təklif etmişəm. Bu ölkələr İrana qarşı ciddi, önəmli və hiss olunacaq sanksiyalar tətbiq edə bilərlər". C. Makkeynin fikrincə, liqaya ABŞ-la birlikdə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr daxil ola bilər. Növbəti teledebat oktyabrın 7-də keçiriləcək.