[b]Azərbaycan manatının dollara qarşı birja məzənnəsi sentyabrda 0,75% möhkəmlənib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sentyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,75% möhkəmlənib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,8124 AZN-dən 0,8063 AZN-dək artıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi sentyabr ayında 0,8118 AZN-ə bərabər olub. Halbuki, avqustda bu göstərici 0,8125 AZN təşkil edib. Qeyd edək ki, son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,67%, cari ilin əvvəlindən isə 3,96% artıb.Xatırladaq ki, bu ilin sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 23 bankın iştirakı ilə 128,325 mln. manat və ya 158,077 mln. dollar həcmində 64 alqı-satqı əqdi qeydə alınıb. Bu isə avqust ayı ilə müqayisədə 11,19% çoxdur. Ortagünlük dövriyyə 3,382 mln. dollardan 7,185 mln. dollaradək, hər əqdin orta həcmi isə 1,754 mln. dollardan 2,47 mln. dollaradək artıb.
Azərbaycan Xəbərləri
Printable View

10-06-2008, 05:20 PMAPAAzərbaycan manatının dollara qarşı birja məzənnəsi sentyabrda 0,75% möhkəmlənib

10-06-2008, 05:30 PMAPABu gün BBVB-nin valyuta bölməsində 12,041 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 12,041 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8094 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8090 AZN/$1, USD/AZN T+0 aləti üzrə bağlanılan əqdlərin həcmi 2 427 300 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0001 bənd düşüb və 0,8091 AZN/$1 təşkil edib.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 7 318 400 AZN, manatın orta məzənnəsi isə 0,8095 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 12,041 mln. dollar və ya 9 745 700 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 006 833 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,69% təşkil edib. Gün ərzində banklar arasında həcmi 4 mln. manat, müddəti 90 gün, faiz dərəcəsi isə illik 17,00% olan 1 əqd qeydə alınıb. -
10-06-2008, 05:40 PMAPAƏli İnsanovun bacısı oğlu əfv üçün prezidentə müraciət edib
[b]Əli İnsanovun bacısı oğlu əfv üçün prezidentə müraciət edib[b]
[Bakı. Hafiz Heydərov-APA. Keçmiş səhiyyə naziri Əli İnsanovun bacısı oğlu Anar Namazov əfv olunması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. Hüquq müdafiəçisi deyib ki, o, bu gün 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalist Eynulla Fətullayev və Anar Namazovla görüşüb. Hər iki məhbus səhhətlərində heç bir problemin olmadığını deyiblər. Görüşdə A. Namazovun əfv olunmaq üçün ölkə başçısına müraciət etdiyini də bildirib. Komitə sədri 13 saylı Cəzaçəkmə Müəssisəsində isə sabiq səhiyyə naziri Ə. İnsanovla görüşüb. Sabiq nazir saxlanma şəraitindən və səhhətindən şikayət edib. E. Behbudov həmçinin 1 saylı İstintaq Təcridxanasinada da baş çəkib. O bildirib ki, cəzaçəkmə müəssisələrində psixoloqa ehtiyac var. -
10-06-2008, 05:50 PMAPAAzərbaycanlı peşəkar boksçu Rusiya çempionu titulunu qazanıb
[b]Azərbaycanlı peşəkar boksçu Rusiya çempionu titulunu qazanıb[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycanlı peşəkar boksçu Fariz Kazımov Rusiya çempionu titulunu qazanıb. "APA-SPORT"un məlumatına görə, 21 yaşlı təmsilçimiz Kazan şəhərində təşkil olunan boks gecəsində rusiyalı Timur Qimayevi xal hesabı ilə məğlub edib.63,5 kq çəkidə baş tutan qarşılaşma bərabər mübarizə şəraitində keçsə də, hakimlər qələbəni Kazımova veriblər. Bu, Şəmkirdə anadan olan Farizin peşəkar rinqdə 6-cı qələbəsi olub. Boksçumuz 1 dəfə uduzub, 1 görüşü isə heç-heçə başa vurub. Qeyd edək ki, bir müddət öncə Rusiyada yaşayan həmvətənlərimiz Xanlar Əzizovla Rauf Qarayev də eyni titul uğrunda bir-biri döyüşüb. Moskvada keçirilən görüşün qalibi Əzizov olub. -
10-06-2008, 06:10 PMAPAPiter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb
[b]Piter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb[b]
[Bakı-APA. Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir neçə müxalifət partiyasının liderləri ilə görüş keçirib. BQp mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezidentliyə namizəd Fazil Qəzənfəroğlu, AXCP sədri Əli Kərimli, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə iştirak ediblər. Seçki kampaniyasının gedişi ilə bağlı qonağa məlumat verən Fazil Qəzənfəroğlu bir neçə rayonda seçicilərlə görüş keçirdiyini bildirib. O, təbliğat kampaniyasını "qapı-qapı" deyil, "beyin-beyin" prinsipi ilə apardığını qeyd edib. Prezidentliyə namizəd ölkədə demokratikləşmə problemlərinə də toxunub, bu seçkilərin Azərbaycanda demokratikləşmə prosesinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb. -
10-06-2008, 06:30 PMAPAAzərbaycan paytaxtında üzərində zorakılıq əlamətləri olan meyit tapılıb
[b]Azərbaycan paytaxtında üzərində zorakılıq əlamətləri olan meyit tapılıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında növbəti qətl hadisəsi baş verib. Yasamal rayon prokuroru Həsrət Pirməmmədovun APA-ya verdiyi məlumata görə, 50 yaşlı Bakı sakini naməlum şəraitdə qətlə yetirilib. 1958-ci il təvəllüdlü Natiq Firudin oğlu Əhmədovun cəsədi bu səhər Yasamal rayonu ərazisində tapılıb. Prokurorun dediyinə görə, tibbi ekspertiza cəsədin üzərində zorakılıq əlamətlərinin olduğunu müəyyən edib. Lakin hadisənin kim tərəfindən törədildiyi və cinayətin hansı zəmində baş verməsi barədə hələlik heç bir məlumat yoxdur. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. -
10-06-2008, 06:50 PMAPAPiter Semnebi: "Türkiyənin bölgədə hansı rol oynaya biləcəyini indi dərk etmişik"
[b]Piter Semnebi: "Türkiyənin bölgədə hansı rol oynaya biləcəyini indi dərk etmişik"[b]
Bakı. Viktoriya Dementyeva - APA. "Seçkilər ölkənin demokratiyaya doğru konsolidasiyası üçün vacib addımdır".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O, Azərbaycandakı seçkiqabağı durumun həddən artıq sakit olduğunu bildirib. Gürcüstandakı vəziyyətə toxunan P. Semnebi bunun Dağlıq Qarabağ münaqişəsinə də təsir göstərdiyini söyləyib: "Bu cür durum özündə potensial təhlükə ehtiva edir". Türkiyənin bölgədə oynadığı roldan danışan AB təmsilçisinin fikrincə, bu ölkə Cənubi Qafqazdakı münaqişələrin həllində iştirak edə bilər: "Əvvəllər biz Türkiyənin hansı rol oynaya biləcəyini dərk etmirdik. Bunu indilərdə dərk etmişik". -
10-06-2008, 07:00 PMAPAMDB müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb
[b]MDB müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb[b]
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləyəcək missiyası 389 nəfərdən ibarət olacaq.
[APA-nın məlumatına görə, bu barədə missiyanın qərargah rəhbəri Yevgeni Sloboda bu gün missiyanın hazırladığı aralıq hesabatını təqdim edərkən deyib. O bildirib ki, müşahidəçilər MDB-yə daxil olan ölkələrin parlamentlərinin üzvləri, Mərkəzi Seçki komissiyalarının nümayəndələri, diplomatik korpusun, MDB İcraiyyə Komitəsi və MDB Parlamentlərarası Assambleyasının üzvüdürlər.Müşahidəçilərdən 23-nün uzunmüddətli olduğunu deyən Y. Slobodanın sözlərinə görə, Naxçıvan, Gəncə, Xaçmaz və Lənkəranda qərargahın nümayəndəlikləri açılacaq. Müşahidəçilərin sayının yetərincə olduğunu söyləyən Y. Sloboda bildirib ki, bütün regionlarda müşahidə aparılacaq, müşahidəçilər seçki gününə 2-3 gün qalmış yerlərə gedəcəklər: "Bizim müşahidəçilər seçkilər başlayandan bitənədək seçki məntəqələrində olacaq, səslərin hesablanması prosesində iştirak edəcəklər". Qərargah rəhbəri MDB müşahidə missiyasının rəhbəri, MDB icra katibi Sergey Lebedevin Azərbaycana seçkiyə bir neçə gün qalmış gələcəyini, bir neçə regiona səfər edəcəyini, seçki günü ATƏT-in müşahidə missiyasının rəhbəri Boris Fırleslə görüşəcəyini, Bakıda bir neçə seçki məntəqəsində seçkiləri izləyəcəyini vurğulayıb. Sonra Y. Sloboda hazırladıqları aralıq hesabatı açıqlayıb. Hesabatda bildirilir ki, ölkədə seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb, seçki kampaniyası sakit keçir, dairə və məntəqə seçki komissiyalarında ciddi qanun pozuntuları qeydə alınmayıb, təbliğat kampaniyası aparmaq üçün namizədlərə bərabər şərait yaradılıb. -
10-06-2008, 07:20 PMAPAFİFA hakimi Fariz Yusifov sabah cəzalandırılacaq
[b]FİFA hakimi Fariz Yusifov sabah cəzalandırılacaq[b]
"Bakı" - "Olimpik" oyununun hakim-inspektorunu da diskvalifikasiya gözləyir
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Premyer Liqanın son turu çərçivəsində keçirilən "Bakı" - "Olimpik" matçında meydan sahiblərinin vurduğu ikinci qolun düzgün olub-olmadığını yan xətt hakimindən başqa heç kim dəqiq müəyyənləşdirə bilməz. Çünki bizdə həmin epizodu yaxından göstərən kamera yoxdur. Bu oyunda hakimliklə bağlı problemlər başqa idi". Bunu "APA-SPORT"a açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.Onun sözlərinə görə, oyunu idarə edən FİFA hakimi Fariz Yusifovun hər iki komandanın qapısına təyin etdiyi penalti zərbəsi düzgün olub: "Problem "Olimpik"in qapısına təyin edilən penalti epizodunda Nizami Hacıyevə əllə oynadığı üçün göstərilən sarı vərəqə ilə bağlıdır. Bu, Hacıyevin görüşdə ikinci sarı vərəqəsi olduğundan, futbolçu avtomatik meydandan çıxarıldı. Hərçənd, həmin epizodda Yusifov futbolçuya vərəqə göstərməməli idi. Bundan başqa, "Bakı"nın vurduğu üçüncü qolda da hakimin səhvi var idi. Çünki Fabio Luis Ramim qol epizodunda əllə oynamışdı".Oyunun hakim-inspektoru Novil İsmayılov Yusifov və onun köməkçilərinin idarəçiliyini 8 balla dəyərləndirib ki, bu da yaxşı qiymət hesab olunur. Məmmədov vurğulayıb ki, hakim-inspektorun da məsələsinə baxılacaq və hakimlərə yüksək qiymət verdiyi üçün onu da cəza gözləyir: "Sabah Hakimlər Komitəsinin iclası keçiriləcək və Yusifovun idarəçiliyi müzakirə olunacaq. Farizin köməkçilərinin idarəçiliyində ciddi səhvlər olmadığından, onlar cəzalandırılmayacaqlar. Baş hakimlə bağlı isə Nizam-İntizam Məcəlləsinin müfaviq maddəsinə uyğun qərar çıxarılacaq".Qeyd edək ki, "Bakı" Premyer Liqanın hesabat turunda "Olimpik"ə 3:1 hesabı ilə qalib gəlib. -
10-06-2008, 07:40 PMAPATibetdə 6,3 bal gücündə zəlzələ baş verib, çoxlu sayda ölən və yaralanan var
[b]Tibetdə 6,3 bal gücündə zəlzələ baş verib, çoxlu sayda ölən və yaralanan var[b]
[Çin-APA. Çinin Tibet vilayətində Rixter şkalası üzrə 6,3 bal gücündə baş verən zəlzələ ən azı 30 nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, yeraltı təkanlar nəticəsində Dansyun əyalətində çoxlu sayda ev dağılıb. Çin kütləvi informasiya vasitələri dağıntılar altında çoxlu sayda insanın qaldığını bildirir. Hələlik zəlzələnin qurbanlarının dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. -
10-06-2008, 07:50 PMAPAZaur Tağızadə dörd aydan sonra oynayacaq
[b]Zaur Tağızadə dörd aydan sonra oynayacaq[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Neftçi" futbol komandasının kapitanı Zaur Tağızadə Almaniyada cərrahiyyə əməliyyatı olunub. "APA-SPORT"un məlumatına görə, Münhendə dizində əməliyyat aparılan 29 yaşlı yarımmüdafiəçi artıq Bakıya qayıdıb.Zaur bir aydan sonra bərpa prosesi keçmək üçün yenidən Almaniyaya gedəcək. Bərpa prosesi uğurla alınarsa, Tağızadə dörd aydan sonra komanda ilə birgə məşqlərə başlayacaq. Bu isə futbolçunun cari ildə çıxış etməməsi anlamına gəlir. O, ən yaxşı halda, ikinci dövrədə "Neftçi"yə yardım edə biləcək.Qeyd edək ki, cari mövsümdə meydana çıxmayan "Neftçi"nin kapitanı bu ilin mayında Türkiyədə qasıq nahiyəsindən əməliyyat olunub. -
10-06-2008, 08:10 PMAPAAzərbaycan prezidenti İslam ölkələri ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib
[b]Azərbaycan prezidenti İslam ölkələri ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da İslam ölkələri ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4-cü konfransının nümayəndələrini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Bakı konfransının əhəmiyyətindən danışaraq, bu tədbirin İslam dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini deyib: "Təhsil sahəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə təhsil ikinci yerdədir və Azərbaycanın iqtisadi imkanları genişləndikcə, bu sahəyə diqqət daha da artırılır".Prezident Azərbaycan torpaqlarının bir hissəsinin uzun müddətdir, ermənilər tərəfindən işğal edildiyini, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırıb: "Bu, ölkənin inkişafına mənfi təsir göstərsə də, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də müasir tipli məktəblər fəaliyyət göstərir". Dövlət başçısı ümumtəhsil məktəblərinin kompüterləşməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb: "Bir neçə il əvvəl 1000 şagirdə bir kompüter düşürdüsə, indi 29 məktəbliyə bir kompüter düşür. Azərbaycanlı gənclərin xaricdə təhsilinə də xüsusi diqqət yetirilir. Bir sözlə, Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir".İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın Bakıda keçirilməsini mühüm hadisə adlandıraraq bildirib ki, İslam ölkələri, xüsusilə İSESCO Azərbaycanın sürətli inkişafından xəbərdardır. Azərbaycanın təhsilində də böyük inkişaf olduğunu deyən baş direktor dövlətin bu sahədə uğurlu siyasətini xüsusi vurğulayıb. -
10-06-2008, 10:50 PMAPATovuzdakı N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib
[b]Tovuzdakı N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib[b]
Tovuz-Nəzakət Məşədiəliqızı-APA. Bu gün Tovuzda Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdən birində əsgərlərlə görüş keçirilib.
[APA-nın qərb bürosunun məlumatına görə, görüşdə millət vəkili Qənirə Paşayeva və Müdafiə Nazirliyinin bölgədəki nümayəndələri iştirak ediblər. Görüşdə hərbi xidmətdə fərqlənən əsgərlər də mükafatlandırılıblar. Daha sonra isə əsgərlər üçün konsert proqramı təşkil olunub. Proqramda müğənnilərdən Elza Seyidcahan, muğam müsabiqəsinin iştirakçıları və başqaları iştirak ediblər. -
10-06-2008, 11:20 PMAPABakı sakini intihar edib
[b]Bakı sakini intihar edib[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gün saat 15-16 radələrində Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
[Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən APA-ya verilən məlumata görə, Bakı sakini, 1974-cü il təvəllüdlü Emin Yunsur oğlu Cəbrayılov rayonun Qulu Quluyev küçəsi 21 ünvanında tikilməkdə olan çoxmərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır. -
10-07-2008, 10:10 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 6-da saat 15.20-dən 5.30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, oktyabrın 7-də saat 00.50-dən 01.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 01.15-dək Tərtər rayonunun Göyarx və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-07-2008, 10:20 AMAPAAzərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqinə «Standard Capital» başçılıq edir
[b]Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqinə «Standard Capital» başçılıq edir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sentyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Standard Capital» şirkəti başçılıq edir.Bakı Fond Birjasından (BFB) «APA-ECONOMICS»ə verilən məlumata görə, şirkət 4 müştəriyə ümumi dəyəri 27 716 404,8 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 27 508 466,26 manatlıq broker xidməti göstərmiş «YapıKredi Invest» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 207 938,54 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 16 599 451,16 manatla «Respublika Invest» şirkəti qərarlaşıb. Qeyd edək ki, sentyabr ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, avqust ayında göstərilmiş broker xidmətlərinin maksimal həcmi 25 895 870,76 manat olub. Bundan başqa, bu ilin sentyabr ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 8-ə düşüb.Mövqe (avqust) Mövqe (sentyabr) Brokerlər Müştərilər (avqust) Müştərilər (sentyabr) Əməliyyatların həcmi (AZN)1 1 «Standard Capital» 7 4 27 716 404,807 2 «YapıKredi Invest» 1 1 27 508 466,263 3 «Respublika Invest» 5 5 16 599 451,162 4 «BoB Broker» 3 1 13 306 448,425 5 «Azerintertrade» 3 3 11 402 735,364 6 «UniCapital» 8 4 7 013 276,026 7 «Texnika Capital Managment» 4 5 2 745 326,828 8 «Brokdil-Az» 1 1 2 667 690,88 -
10-07-2008, 10:30 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-07-2008, 10:40 AMAPAGələn ay Əmmanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes-forum keçiriləcək
[b]Gələn ay Əmmanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes-forum keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın İordaniyada fövqəladə və səlahiyyətli səfiri Elman Araslı ötən ay bu ölkənin bir sıra hökumət nümayəndələri ilə görüşlər keçirib. Səfirlikdən APA-ya daxil olan məlumata görə, səfir İordaniyanın ticarət və sənaye naziri, tərbiyə və təlim naziri, ali təhsil və elmi tədqiqatlar naziri, İxracın Təşviqi Qurumunun baş icraçı direktoru, Ticarət Palatasının sədri, Sənaye Palatasının sədri, İnvestisiya Şurasının Sədri, Kral II Abdullah Dizayn və İnkişaf Bürosunun baş icraçı direktoru, İordaniya Qadınlarının Milli Komissiyasının baş katibi və Jandarmeriyanın rəisi ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan-İordaniya hökumətlərarası müştərək Komissiyasının ilk toplantısına və İordaniya-Azərbaycan iş adamlarının iştirakı ilə biznes-foruma hazırlıq məsələləri, İordaniyanın ali təhsil və elmi tədqiqatlar nazirinin Azərbaycana səfəri, gələn ay Azərbaycan Təhsil Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin İordaniyaya səfəri, İordaniya ilə Azərbaycan arasında birgə sənaye istehsalı imkanlarının öyrənilməsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər noyabrın ilk həftəsində Əmmanda hökumətlərarası müştərək komissiyanın ilk iclasının və biznes forumun keçirilməsi barədə razılığa gəliblər. Həmin tədbirlərdə iştirak məqsədilə Azərbaycan iqtisadi inkişaf nazirinin rəhbərliyi altında rəsmi şəxslərdən və iş adamlarından ibarət geniştərkibli Azərbaycan nümayəndə heyəti İordaniyaya səfər edəcək. Səfər zamanı İordaniyanın yüksək vəzifəli şəxslərilə görüşlər də nəzərdə tutulub. Danışıqlar zamanı həmçinin İordaniyanın ali təhsil və elmi tədqiqatlar nazirinin Bakıya səfərinə, noyabrda isə Azərbaycan Təhsil Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin İordaniyaya səfərinə dair razılıq əldə olunub. İordaniyanın mədəniyyət naziri xanım N. Bəkir isə azərbaycanlı həmkarı Ə. Qarayevin dəvətinə əsasən cari ilin dekabrında Bakıya səfər edəcək. -
10-07-2008, 10:50 AMAPAZaqatalada yanğın olub
[b]Zaqatalada yanğın olub[b]
[Zaqatala. Vüqar Heydərov-APA. Ötən gecə Zaqatalada güclü yanğın baş verib. Bu barədə APA-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Xidmətindən (YMX) məlumat verilib. Yanğın saat 2.10 radələrində rayonun Aşağı Tala kəndində Bəxtiyar Ocaq oğlu Uluxanova məxsus çörək sexində baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. B. Uluxanova məxsus çörək və şirniyyat sexi tamamilə yanıb. YMX-nin əməkdaşlarının səyi nəticəsində yanğının çörək və şirniyyat sexinə yaxın olan digər sexlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı çörək sexində işləyən fəhlələrin xəsarət almadığı bildirilib. Hazırda Zaqatala YMX tərəfindən yanğının səbəbləri barədə araşdırma aparılır. -
10-07-2008, 11:00 AMAPAAzərbaycan paytaxtındakı barlardan birində xadimə barmeni qətlə yetirib
[b]Azərbaycan paytaxtındakı barlardan birində xadimə barmeni qətlə yetirib[b]
Bakı. Hafiz Heydərov - APA. Ötən gecə Azərbaycan paytaxtındakı barların birində dəhşətli qətl hadisəsi baş verib.
[Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən, Nofəl Qocayevə məxsus "N-Klub" barında xadimə işləyən, Xətai rayon sakini, 1973-cü il təvəllüdlü Arzu Fail qızı Əliyeva şəxsi münaqişə zəminində orada barmen işləyən, 1980-cı il təvəllüdlü, Xətai rayon sakini Rasim Valeh oğlu Əliyevi bıçaqla qətlə yetirib. Meyitin müayinə zamanı məlum olub ki, R. Əliyev qarın nahiyəsindən aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. Hadisəni törədən A. Əliyeva isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır. -
10-07-2008, 11:40 AMAPASabah qoşunların təmas xəttində monitorinq keçiriləcək
[b]Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək[b]
[Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Antal Herdiç və İrci Aberle keçirəcəklər. -
10-07-2008, 11:50 AMAPAÇin ABŞ-la hərbi əməkdaşlığı dondurduğunu bəyan edib
[b]Çin ABŞ-la hərbi əməkdaşlığı dondurduğunu bəyan edib[b]
[Pekin-APA. Amerika Birləşmiş Ştatlarının Tayvana 6,5 milyard dollar həcmində silah satması rəsmi Pekinin ciddi narazılığına səbəb olub. APA-nın məlumatına görə, bu gün Çin hökuməti ABŞ-la hərbi sahədə əməkdaşlığı qeyri-müəyyən müddətə dondurduğunu açıqlayıb. ÇİN Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Vaşinqtonun son addımı Çin-ABŞ münasibətlərinə ciddi zərbə vuracaq. Bununla belə ABŞ hökuməti ötən həftə Konqresi Tayvana silah satışına dair planlarla tanış edib. Pentaqon Tayvana "Patriot III" raket əleyhinə müdafiə sistemləri, radiolokasiya təyyarələri, "Apaçi" vertolyotları satmağı planlaşdırır. -
10-07-2008, 12:00 PMAPAATƏT Azərbaycanda tolerantlıq sahəsində görülən işləri yüksək qiymətləndirir
[b]ATƏT Azərbaycanda tolerantlıq sahəsində görülən işləri yüksək qiymətləndirir[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanın tolerantlıq sahəsində səylərini yüksək qiymətləndirib.
[APA-nın məlumatına görə, "2007-ci ildə ATƏT regionunda nifrət zəminində cinayətlər: insidentlər və cavablar" adlı hesabatda bildirilir ki, Azərbaycan Təhsil Nazirliyi bu istiqamətdə aktiv iş aparır: "Təhsil Nazirliyi mədəni, milli və dini baxımdan insanların bərabərliyini təbliğ edən materiallar hazırlayır. Azərbaycanda tolerantlığın əhəmiyyətinə həsr olunmuş seminar, konfrans və dəyirmi masalar keçirilir". Hesabatda qeyd olunur ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı dözümsüzlük nümayiş olunmasına dair faktlar var, bundan başqa azərbaycanlılara qarşı milli zəmində cinayət törədilməsinə dair insidentlər qeydə alınıb. -
10-07-2008, 12:20 PMAPATürkiyə hərbi təyyarələri İraqın şimalındakı 21 hədəfə zərbə endirib
[b]Türkiyə hərbi təyyarələri İraqın şimalındakı 21 hədəfə zərbə endirib[b]
[Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr bu gün səhər PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini növbəti dəfə bombalayıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalındakı Avaşin-Basyan bölgəsi, İki Yaxa dağları və Buzul dağı istiqamətlərində müəyyənləşdirilmiş 21 hədəfin bombardman edildiyini açıqlayıb. Baş Qərargah PKK-çıların Aktütün sərhəd zastavasına hücumundan sonra itkin düşmüş sayılan 2 türk hərbçisinin meyitinin tapıldığını da elan edib. Bunlar Nurullah Oymak və Bahəddin Ərturhan adlı çavuşlardır. -
10-07-2008, 12:40 PMAPASamux rayonunun Sarıqamış kənd orta məktəbi təmir olunur
[b]Samux rayonunun Sarıqamış kənd orta məktəbi təmir olunur[b]
[Bakı. Laçın Sultanova-APA. Polşanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu Samux rayonunun Sarıqamış kənd orta məktəbini birgə təmir etdirirlər. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən bildirilib. Təmir Polşa Xarici İşlər Nazirliyinin "Polşa Yardımı" (Polish Aid) proqramı çərçivəsində ayırdığı vəsait hesabına həyata keçirilir. Səfirlikdən onu da bildiriblər ki, bu layihənin birinci mərhələsi 2007-ci ildə başa çatıb. Həmin mərhələ çərçivəsində Sarıqamış kənd orta məktəbinin sinif otaqları kompyuterlərlə təchiz edilib. -
10-07-2008, 12:50 PMAPAQurban Yetirmişli: "Azərbaycan ərazisində maksimum 7-7,5 bal gücündə zəlzələ ola bilər"
[b]Qurban Yetirmişli: "Azərbaycan ərazisində maksimum 7-7,5 bal gücündə zəlzələ ola bilər"[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Dünyanın müxtəlif bölgələrində zəlzələlər baş verməsi seysmoloji vəziyyətin aktivləşməsini göstərir. Alp-Himalay seysmik qurşağında yerləşən Azərbaycan da seysmik zonadır.
[Hesablamalara görə, Azərbaycanın zəlzələ ocaqlarının maksimal gücü Rixter cədvəli üzrə 7-7,5 bal gücündə ola bilər. Amma Azərbaycan ərazisində hazırda hər hansı aktivləşmə baş vermir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O, Azərbaycan ərazisində xırda yeraltı təkanların qeydə alındığını bildirib: "Biz hiss olunan zəlzələlər barəsində məlumat veririk. Xırda təkanlar həssas cihazlarla qeydə alınır və belə zəif təkanlar seysmik zonalar üçün normal sayılır. Bugünkü məlumatlara görə, Azərbaycanın hər hansı ərazisində güclü seysmik aktivləşmə yoxdur". -
10-07-2008, 01:10 PMAPAAzərbaycanda bank kreditləşməsinin məhdudlaşdırılması SKMF-nin fəaliyyətinə təsir göstərməyib
[b]Azərbaycanda bank kreditləşməsinin məhdudlaşdırılması SKMF-nin fəaliyyətinə təsir göstərməyib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Gələn il dövlət büdcəsindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi üçün Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ayrılmış vəsaitin həcmi 2 dəfə artırılacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Fondun icraçı direktoru Xaliq Məmmədov bildirib.X.Məmmədovun sözlərinə görə, 2009-cu ildə dövlət büdcəsindən SKMF-yə ayrılan vəsaitin 160 mln. manata çatdırılması nəzərdə tutulur. Artıq bu məqsədlə təkliflər hazırlanaraq hökumətə təqdim olunub. Fond rəhbərinin bildirdiyinə görə, bu günədək 2008-ci il büdcəsindən SKMF-yə ayrılan vəsaitin təxminən 68 mln. manatı sahibkarlara güzəştli kredit şəklində verilib. «Kreditlərin böyük hissəsi kənd təsərrüfatı təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldilir. Kreditlərin və faizlərin qaytarılması 100% təşkil edir və heç bir problem yoxdur», - deyə X.Məmmədov əlavə edib.X.Məmmədov onu da vurğulayıb ki, Fondun vəsaitinin banklar vasitəsi ilə verilməsində qarşıya çıxan problemlər kiçik layihələrin maliyyələşdirilməsi zamanı fermerlərin girov problemləri, sənədləşmə, bankla münasibətlərin düzgün qurulmaması və s. bağlıdır. X.Məmmədov əlavə edib ki, bankların kredit verilməsini dayandırmaları SKMF-nin fəaliyyətinə heç bir təsir göstərməyib. Qed edək ki, SKMF vəsaiti banklara illik 1%-dən, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə verir. Bu il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat ayrılması nəzərdə tutulub (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına). Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. -
10-07-2008, 01:20 PMAPAAzərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatının təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib
[b]Azərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatının təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyi və Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə «Azərbaycanın ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək» tvininq layihəsinin təqdimat mərasimi keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Aİ tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1 mln. avro olan layihənin icra müddəti iki il, icraçısı isə Hollandiya-Latviya konsorsiumudur. Nazir müavini qeyd edib ki, layihə balıq və digər dəniz məhsullarının beynəlxalq bazarlara ixracının tənzimlənməsi sahəsində səlahiyyətli orqanın institusional təşkilatlanmasının sürətləndirilməsi, inspeksiya fəaliyyəti üzrə təcrübə və peşəkar mütəxəssislərin hazırlanması, laboratoriya xidmətinin beynəlxalq standartların tələblərinə uyğun qurulması, məhsulların keyfiyyətinə və təhlükəsizliyinə daha effektiv nəzarətin həyata keçirilməsi sahəsində əhəmiyyətli olacaq. «Bu sahədə əldə ediləcək təcrübə həmçinin, digər yeyinti məhsullarının Avropa bazarlarına ixracında istifadə oluna bilər. Bundan başqa, layihənin icrası balıq və digər dəniz məhsullarının Avropa İttifaqı ölkələrinə və beynəlxalq bazarlara ixrac potensialının genişləndirilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək», - deyə N.Səfərov vurğulayıb. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəis əvəzi Aslan Cəfərov isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, yerli məhsulların keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətliliyinin artırılması sahəsində görülən işlərdən danışıb. A.Cəfərov bildirilib ki, balıqçılıq müəssisələrində ekspertizalar həyata keçirilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi təşkilati və metodiki köməkliklər göstərilib, müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi üzrə işlər aparılıb, bu sahədə çalışanlar üçün təlim kursları keçirilib. Konfransa çıxış edən dövlət orqanlarının, Hollandiyanın Ərzaq və İstehlak Mallarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Orqanın, Latviyanın Ərzaq və Baytarlıq Xidmətinin, Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbərləri və s. layihənin icra mexanizmi, eləcə də onun əhəmiyyəti, iqtisadi nəticələri barədə fikir mübadiləsi aparıblar.Konfransda çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Alan Vaadams isə bu cür layihələrin Aİ-yə qatılmaq istəyən ölkələrdə uğur qazandığını vurğulayıb. Gələcəkdə bu layihənin davamlı olacağını qeyd edən səfir layihənin ərzaq təhlükəsizliyini və rəqabəti gücləndirəcəyi, həmçinin Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayacağını bildirib. -
10-07-2008, 01:30 PMAPAPrezident seçkiləri günü 10 mindən artıq Azərbaycan vətəndaşı xaricdə yaradılmış seçki məntəqələrində səs verəcək
[b]Prezident seçkiləri günü 10 mindən artıq Azərbaycan vətəndaşı xaricdə yaradılmış seçki məntəqələrində səs verəcək[b]
[Bakı. Laçın Sultanova - APA. 15 oktyabr prezident seçkiləri günü 10 mindən artıq Azərbaycan vətəndaşı xarici ölkələrdə yaradılmış seçki məntəqələrində səs verəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, bu məqsədlə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində 33 seçki məntəqəsi yaradılıb. Azərbaycanlıların daha çox yaşadıqları ölkələrdə isə bir neçə seçki məntəqəsi fəaliyyət göstərəcək: "Məsələn, Rusiyada 3, Türkiyə, ABŞ və Qazaxıstan 2 seçki məntəqəsi yaradılıb. Məntəqələr səfirliklərdə və baş konsulluqlarda fəaliyyət göstərəcək". -
10-07-2008, 01:40 PMAPAYaqub Zurufçu solo-konsertə hazırlaşır
[b]Yaqub Zurufçu solo-konsertə hazırlaşır[b]
[Bakı. Ülkər Qasımova-APA. Sənətçi Yaqub Zurufçu Heydər Əliyev Sarayda solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən müğənni konserti bu ilin son ayında keçirmək istədiyini deyib. Hazırda konsertə hazırlaşan Yaqub Zurufçu konsertin Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin iştirakı ilə keçiriləcəyini vurğulayıb. Y. Zurufçu üç saata yaxın davam edəcək konsert proqrmında yeni yazılan mahnıları da ifa edəcək: "Konsertdə tamaşaçılarımın həsrətinə son qoyacağam. Həmin konsretdə yeni albomumda yer alan mahnıları da səsləndirəcəym. Hələlik konsertin adını müəyyənləşdirməmişik". Müğənni onu da deyib ki, bir müddət bundan əvvəl onun Amerikada yaşayan qızı Dəniz Bakıya gəlib, lakin burada qala bilməyib: "Dəniz bir aydan artıq Bakıda qaldı. Onu gözəl bir işə də düzəltdim. Ancaq təəssüf ki, Azərbaycanda qala bilmədi və yenidən Amerikaya qayıtdı". -
10-07-2008, 01:50 PMAPABakıda Qida Sınaq Laboratoriyası yaradılır
[b]Bakıda Qida Sınaq Laboratoriyası yaradılır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakıda İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Mərkəzi Qida Sınaq Laboratoriyası yaradılır. «APA-ECONOMICS»in məlumatına görə, bunu Xidmətin rəis əvəzi Aslan Cəfərov bildirib.A.Cəfərovun sözlərinə görə, artıq dövlət büdcəsindən bu məqsədlə maliyyə vəsaiti ayrılıb, laboratoriyanın layihə-smeta sənədləri hazırlanıb və müasir avadanlıqlar alınıb. Laboratoriyanın 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. -
10-07-2008, 02:00 PMAPAATƏT-in müşahidə missiyası AVCİYA-nın Saatlıdakı ofisinin seçkilərlə bağlı fəaliyyəti ilə tanış olub
[b]ATƏT-in müşahidə missiyası AVCİYA-nın Saatlıdakı ofisinin seçkilərlə bağlı fəaliyyəti ilə tanış olub[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün ATƏT-in Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının üzvləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Saatlı rayonundakı ofisində olublar. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT-in müşahidə missiyasının üzvləri AVCİYA-nın Saatlıdakı ofisində qurumun regional nümayəndəliyinin seçkilərlə bağlı fəaliyyəti ilə maraqlanıblar. Görüşdə ATƏT-in müşahidəçilərinin diqqətinə çatdırılıb ki, AVCİYA "ELS" təşkilatı ilə birlikdə 800 məntəqədə "exit-poll", "quick-count" (səslərin paralel sayılması) tədqiqatları aparacaq. Qonaqlar AVCİYA-nın seçkilərlə bağlı nəşrləri ilə də tanış olublar. AVCİYA-dan verilən digər məlumatda isə bildirib ki, qurum Bakı, Abşeron və Sumqayıtda seçki günü müşahidə fəaliyyəti ilə məşğul olanlar üçün treninqlərə başlayıb. AVCİYA-nın Seçki Qərargahı prezident seçkiləri ərəfəsi ölkənin 12 regional mərkəzində müşahidəçilərə treninqlər keçib. Treninqlərdə müşahidəçilərə seçki zamanı fəaliyyətlərini istiqamətləndirmək bacarığı aşılanıb. -
10-07-2008, 02:10 PMAPATürkiyə hökuməti İraqın şimalında "bufer zonası" yaradılmasını müzakirə edəcək
[b]Türkiyə hökuməti İraqın şimalında "bufer zonası" yaradılmasını müzakirə edəcək[b]
Ankara - APA. "Türkiyəyə qarşı açıq bir düşmənçilik ortadadır. Bu əngəllənməzsə, xəyanətkar quldur dəstəsi ölkəmizi qanlı bir parçalanma prosesinə sürükləyə bilər.
[Türkiyə dövləti olaraq bu xəyanətin belini qıracağıq. Başqa yol yoxdur". APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bu sözləri partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. O, bildirib ki, yalnız hərbi vasitələrlə terror probleminin həlli mümkün deyil: "Terror təşkilatına siyasi və maliyyə dəstəyi verənlər ortaya çıxarılmalıdır. Separatçılara himayəçilik edən Şimali İraq rəhbərliyi ilə danışıqlar aparmaqla məsələ həll olunası deyil. Terroru himayə etməyin müharibə səbəbi olduğu Bərzaniyə və İraq dövlətinə ultimatum şəklində bildirilməlidir. Ölkəmizin təhlükəsizliyi digər məsələlərdən üstün tutulmalıdır. Hökumət Türkiyə Silahlı Qüvvələrinə lazımi səlahiyyətlərin və tapşırıqların verilməsi üçün iradə göstərməlidir". D. Bağçalı Türkiyənin cənub-şərq vilayətlərində fövqəladə vəziyyət rejimi elan edilməsi də daxil olmaqla, bütün zəruri tədbirlərin görülməsini istəyib. O, PKK terrorçularının Türkiyəyə sızmasını əngəlləmək məqsədilə İraqın şimalında "bufer zonası" yaradılması təklifi ilə də çıxış edib. MHP liderinin təklifinə münasibət bildirən hökumət sözçüsü Cəmil Çiçək "bufer zonası"nın yaradılması məsələsinin müzakirə ediləcəyini söyləyib. -
10-07-2008, 02:20 PMAPANazir müavini Niyazi Səfərov: «Dünya maliyyə bazarındakı böhran Azərbaycana da təsir göstərə bilər»
[b]Nazir müavini Niyazi Səfərov: «Dünya maliyyə bazarındakı böhran Azərbaycana da təsir göstərə bilər»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. «APA-ECONOMICS»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.N.Səfərovun sözlərinə görə, qanunda müəyyən ərazilərdə müəyyən fəaliyyət növlərinə imtiyazlı rejimin yaradılması nəzərdə tutulur. Bu zonalarda vergi, valyuta tənzimlənməsi və s. kimi güzəştlər olacaq. N.Səfərov onu da əlavə edib ki, hazırda dünyanın maliyyə bazarlarında baş verən böhran müəyyən qədər Azərbaycana da təsir göstərə bilər: «Bu qlobal hadisədir. Hər hansı bir ölkə bundan 100% sığortalanıb demək də düz olmaz. Azərbaycan qoruyucu və qabaqlayıcı tədbirlər görür». -
10-07-2008, 02:30 PMAPA"Yaprak dökümü"ndə Fikrət rolunu canlandıran aktrisa serialın Azərbaycanda böyük maraqla seyr edildiyini öyrənib
[b]"Yaprak dökümü"ndə Fikrət rolunu canlandıran aktrisa serialın Azərbaycanda böyük maraqla seyr edildiyini öyrənib[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyənin "Kanal D" və Azərbaycanın ATV telekanallarında nümayişi davam edən "Yaprak dökümü" serialında Fikrət rolunu canlandıran Bennu Yıldırımlar serialın Azərbaycanda də böyük maraqla qarşılandığından xəbərdardır. APA-nın məlumatına görə, Türkiyənin "Cine-5" telekanalına müsahibə verən aktrisa bildirib ki, türk seriallarının digər ölkələrdə də izlənilməsi çox gözəl hadisədir: "Məsələn, cümə günü Azərbaycan televiziyasından gələcəklər və mənim evimdə çəkiliş aparacaqlar. Azərbaycanda "Yaprak dökümü"nü böyük bir zövqlə seyr edirlərmiş. Mən onlardan da mail alırdım, amma bu qədər sevildiyimizin fərqində deyildim. İndi öz evimdə onları qonaq edəcəyəm". Teatrda çalışan B. Yıldırımlar işinin çox olmasına baxmayaraq, "Yaprak dökümü"nün çəkilişinə qatılmaqdan böyük zövq aldığını deyib. O, pərəstişkarlarına çox böyük önəm verdiyini və elektron ünvanına gələn məktubları şəxsən özünün cavablandırdığını açıqlayıb. -
10-07-2008, 02:40 PMAPAIFC ilin sonunadək «Rabitəbank»da pay ala bilər
[b]IFC ilin sonunadək «Rabitəbank»da pay ala bilər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonuna kimi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarları sırasına qoşula bilər. Bu barədə «APA-ECONOMICS»ə IFC-nin Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova məlumat verib. A.Əzimovanın sözlərinə görə, hazırda IFC-nin «Rabitəbank»da neçə faiz paya malik olacağı müzakirə olunur: «IFC «Rabitəbank»da maksimum 20% paya malik ola bilər. Bütün məsələlərə dair aparılan danışıqlar cari ilin sonunadək başa çatacaq».Qeyd edək ki, 2007-ci ildə «Rabitəbank» IFC-dən 2 mln. ABŞ dolları həcmində kreditin alınmasına dair saziş imzalayıb. Kredit Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələrinə yönəldilib. Sazişə əsasən, IFC sonradan kreditin bir hissəsini bankın səhmlərinə (10-20%) çevirmək imkanı əldə edib. -
10-07-2008, 03:20 PMAPA"Tolişi Sədo" qəzetinin həbsdə olan baş redaktorunun oğlu məhkəmə zalından azadlığa buraxılıb
[b]"Tolişi Sədo" qəzetinin həbsdə olan baş redaktorunun oğlu məhkəmə zalından azadlığa buraxılıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Milli Elmlər Akademiyasının sabiq şöbə müdiri, "Tolişi Sədo" qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov bu gün məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə APA-ya N. Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri Hilal Məmmədov məlumat verib. H. Məmmədovun sözlərinə görə, bu gün Səbayel Rayon Məhkəməsində E. Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə sədrlik edən hakim Rauf Əhmədov təqsirləndirilən şəxsin barəsində açılmış cinayət işində kifayət qədər sübutların olmamasını əsas tutaraq cinayət işinə xitam verilməsinə və təqsirləndirilən şəxsin məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Qeyd edək ki, E. Məmmədov bu il iyulun 16-da üzərində az miqdarda narkotik vasitə ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik maddələri əldə etmə, hazırlama, saxlama və satma) maddəsi ilə ittiham irəli sürülüb. -
10-07-2008, 03:30 PMAPAAzərbaycan sentyabrda maye qaz istehsalını 13% azaldıb
[b]Azərbaycan sentyabrda maye qaz istehsalını 13% azaldıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Azərbaycanda 16,15 min ton maye qaz istehsal edilib ki, bu da avqust ayının istehsalından 13,4% azdır. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.Cari ilin yanvar-sentyabr aylarında maye qaz istehsalı 134,92 min ton təşkil edib. Bu da 2007-ci ilin 9 ayına nisbətən 21,5% çoxdur. -
10-07-2008, 03:40 PMAPAAzərbaycan prezidentinin cənub bölgəsinə səfəri başlayıb
[b]Azərbaycan prezidentinin cənub bölgəsinə səfəri başlayıb[b]
Biləsuvar. Ağəddin Babayev - APA. Azərbaycan prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri başlayıb.
[APA-nın cənub bürosunun məlumatına görə, dövlət başçısı ilk olaraq Biləsuvar rayonuna səfər edib. Prezident xanımı Mehriban Əliyeva ilə birgə xüsusi istedadlı uşaqlar üçün tikilmiş peşə liseyinin açılışına qatılıb. Sonra dövlət başçısı "Biləsuvaraqro" MMC tərəfindən tikilən, smeta dəyəri 7 milyon avro olan Süd Zavodunun açılışında iştirak edib. Xanımı ilə birgə Heydər Əliyevin abidəsini ziyarət edən prezident Heydər Əliyev Muzeyi ilə tanış olub, bunun ardınca isə Biləsuvarda inşa edilmiş Olimpiya İdman Kompleksinin açılışına qatılıb.Bununla da, ölkə başçısının Biləsuvara səfəri başa çatıb. -
10-07-2008, 03:50 PMAPA"Beşiktaş" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib
[b]"Beşiktaş" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib[b]
[Bakı - APA-SPORT. "Beşiktaş" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib. "APA-SPORT"un məlumatına görə, 39 yaşlı çalışdırıcı bu addımını son vaxtlar kəskin tənqidlərə məruz qalması ilə əlaqələndirib. İstefa ərizəsi rəhbərliyə bu gün təqdim olunub.Lakin "Beşiktaş" rəsmiləri hələlik yekun qərar verməyiblər. Ərtoğrul Sağlamın vəzifəsində qalıb-qalmayacağı tezliklə məlum olacaq.Qeyd edək ki, Sağlamın komandası ötən həftə Ukrayna "Metallist"inə uduzduğundan UEFA kubokunda mübarizəni erkən dayandırıb. Ötən ilin yayından "Beşiktaş"ı çalışdıran türkiyəli məşqçinin postuna real namizədlər arasında Mirça Luçesku, Stanislav Çerçesov və başqaları göstərilir.