[b]Azərbaycanın paytaxtında 22 yaşlı ruhi xəstə itkin düşüb[b]
[Bakı. Samir Kazımlı-APA. İyunun 1-də saat 16:00 radələrində Nərimanov rayonunun Məmməd Arif küçəsi, ev 38 ünvanında yaşayan, 22 yaşlı Sabir Əliyarov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Nərimanov rayon Polis İradəsinin 18-ci polis bölməsindən APA-ya verilən məlumata görə, hələlik S. Əlyarovu harada olması müəyyənləşməyib . Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis bölməsindən S. Əliyarovun ruhi xəstə olduğu bildiriblər. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci polis bölməsində araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

06-07-2008, 04:11 PMAPAAzərbaycanın paytaxtında 22 yaşlı ruhi xəstə itkin düşüb

06-07-2008, 04:21 PMAPAƏsgər Səbayel Ağayevin yaxınları onun silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından öldüyünə inanmır
[b]Əsgər Səbayel Ağayevin yaxınları onun silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından öldüyünə inanmır[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. "Bacım oğlu Səbayel Ağayev digər əsgər yoldaşları tərəfindən qətlə yetirilib". Bu sözləri APA-ya iyunun 4-də aldığı güllə yarasından həlak olan Qazax rayonu ərazisindəki "N" saylı hərbi hissədə xidmət edən əsgər, 1988-ci il təvəllüdlü Səbayel Ruhab oğlu Ağayevin dayısı Bahadır Cahangirov deyib. Onun sözlərinə görə, ekspertin rəyində əsgərin kəllə-beyin zədələri aldığı qeyd olunub: "Səbayelin silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından öldüyü barədə məlumat həqiqəti əks etdirmir". Qazax rayonunun müstəntiqi Elman Məmmədov isə APA-ya bildirib ki, faktla bağlı araşdırma aparılır: "Əsgər avtomatı çənəsinə dirəyərək atəş açdığına görə, ekspertin rəyində onun kəllə-beyin travması aldığı qeyd olunub. Hadisə yerindən götürülən avtomatlar və digər əşyalar yoxlanılması üçün ekspertizaya göndərilib, bütün hallar yoxlandıqdan sonra mətbuata ətraflı məlumat veriləcək". Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırılma aparıldığını bildiriblər. Qeyd edək ki, 1988-ci il təvəllüdlü Səbail Ağayev hərbi xidmətə 2007-ci ilin oktyabrında Astara rayon Hərbi Komissarlığı tərəfindən çağırılıb. -
06-07-2008, 04:31 PMAPAXətai rayonunda baş verən yanğın bir nəfərin ölümünə səbəb olub
[b]Xətai rayonunda baş verən yanğın bir nəfərin ölümünə səbəb olub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Dünən saat 05.20 radələrində Xətai rayonundakı Nəsrəddin Tusi küçəsi, ev 11, mənzil 28-də yaşayan Cabir Cəbrayılova məxsus qarajda yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə qarajın yanar konstruksiyaları yanıb, orada müvəqqəti yaşayan Oleq Qladkov isə aldığı yanıq xəsarətindən ölüb. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 04:41 PMAPALerikdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var
[b]Lerikdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Dünən saat 22.00 radələrində Lerik rayonunun Dibiyanı kəndində, kənd sakini Ramiz Muradov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Ramiz Muradovun qızı Gülnarə və oğlu Elariz Muradov hadisə yerində ölüblər. Sürücü və onun oğlu Zamiq Muradov isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırmalar aparılır. -
06-08-2008, 12:01 PMAPALondonda Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan sərgi açılıb
[b]Londonda Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan sərgi açılıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan sərgi açılıb. Bu barədə APA-ya tədbirin təşkilatçısı, Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" cəmiyyətindən bildirilib. Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və təbiətini əks etdirən foto-şəkillər və yağlı boya ilə çəkilən rəsm əsərləri nümayiş olunub. Tədbirdə, həmçinin "Azerbaijan: past, present, future" adlı kitabının da təqdimatı keçirilib. Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov çıxışında belə tədbirlərin əhəmiyyətindən roldan danışıb. "Odlar Yurdu" Təşkilatının sədri İlham Nağıyev sərginin bir ay davam edəcəyini bildirib. -
06-08-2008, 12:11 PMAPAPaytaxtda daha iki maşın yandırılıb
[b]Paytaxtda daha iki maşın yandırılıb[b]
[Moskva-APA. Bu gecə Moskvada daha 2 maşın yandırılıb. APA-nın məlumatına görə, naməlum şəxslər yerli vaxtla saat 00.30 radələrində Moskvanın cənubunda iki ədəd "Moskviç" markalı maşına od vurublar. Bununla da son bir həftə ərzində Moskvada yandırılan maşınların sayı 20-ni keçib. -
06-08-2008, 12:21 PMAPAHillari Klinton namizədliyini geri götürdüyünü rəsmən bəyan edib
[b]Hillari Klinton namizədliyini geri götürdüyünü rəsmən bəyan edib[b]
[ABŞ-APA. ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton prezidentliyə namizədliyini geri götürdüyünü rəsmi olaraq bəyan edib. APA-nın məlumatına görə, rəqibi Barak Obamanı təbrik edən Hillari Klinton onu dəstəklədiyini də bildirib. Barak Obama onun namizədliyini dəstəkləyən Hillari Klintona təşəkkür edib. -
06-08-2008, 12:31 PMAPAUkraynada şaxtada baş verən partlayışda 42 nəfər itkin düşüb
[b]Ukraynada şaxtada baş verən partlayışda 42 nəfər itkin düşüb[b]
[Donetsk-APA. Bu gün yerli vaxtla saat 05.00 radələrində Ukraynanın Donetsk vilayətində yerləşən şaxtada partlayış baş verib. APA-nın məlumatına görə, nəticədə şaxtada olan 42 şaxtaçı itkin düşüb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Hələlik hadisənin səbəbi məlum deyil. -
06-08-2008, 12:51 PMAPADünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilib
[b]Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X qurultayı bu gün işini yekunlaşdırıb. DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin APA-ya verdiyi məlumata görə, iyunun 6-8-də keçirilən qurultay birinci günü İranda yaşayan azərbaycanlıların milli hüquqları, İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ilin mayında baş verən qanlı hadisələr, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü və Azərbaycan diasporunun vəziyyəti barədə müzakirələr aparılıb. Qurultayın sonuncu günü isə DAK-ın təşkilati məsələlərinə baxılıb. İ. Ağayev bildirib ki, qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişiklik edilib. Qurumda həmsədrlik institutu yaradılıb - Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Təşkilatın 17 nəfərdən ibarət İdarə Heyəti (8 nəfər Güney Azərbaycandan, 1-i Türkiyədən, 4-ü MDB ölkələrindən, 5-i isə Azərbaycandan), 50 nəfərlik Məşvərət Məclisi formalaşdırılıb. Qurultayda Qarabağ münaqişəsi və İrandakı azərbaycanlıların hüquqları ilə bağlı bəyanat da qəbul edilib. -
06-08-2008, 01:01 PMAPAKlassik Xalq Cəbhəsi Partiyasının rayon təşkilatlarının müşavirəsi keçirilib
[b]Klassik Xalq Cəbhəsi Partiyasının rayon təşkilatlarının müşavirəsi keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rayon (şəhər) təşkilatlarının müşavirəsi keçirilib. KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya bildirib ki, iyunun 7-də keçirilən müşavirədə partiya sədri Mirmahmud Mirəlioğlu ölkədəki ictimai-siyasi vəziyyət barədə çıxış edib, toplantıda partiyanın prezident seçkisinə hazırlığı ilə bağlı məsələ müzakirə olunub. Müşavirədə iyunun 28-də partiyanın rayon təşkilatlarının iştirakı ilə genişləndirilmiş konfransı keçirilməsi barədə qərar qəbul edilib. X. Teyyublu deyib ki, partiyanın Ali Məclisin toplantısı isə iyulda keçiriləcək. -
06-08-2008, 01:11 PMAPAXankəndi Seçki Dairəsinin məntəqələrinin sayının artırılması üçün MSK-ya müraciət olunacaq
[b]Xankəndi Seçki Dairəsinin məntəqələrinin sayının artırılması üçün MSK-ya müraciət olunacaq[b]
[Bakı. Elnur Məmmədli - APA. 122 Saylı Xankəndi Seçki Dairəsinin (DSK) rəhbərliyi dairənin məntəqələrinin sayının artırılması xahişi ilə gələn həftə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyə hazırlaşır. DSK-nın sədri Allahverdi Doluxanov APA-ya bildirib ki, bu məsələni bir neçə dəfə MSK qarşısında qaldırıb. Lakin MSK rəhbərliyi bu məsələyə seçici siyahılarının yenidən tərtib olunması prosesi başa çatdıqdan sonra baxacağını bildirib. A. Doluxanovun sözlərinə görə, hazırda dairənin 9 məntəqəsi var. Ağcabədi və Ağdamda yaşayan seçicilər Bərdədəki, Naftalandakı seçicilər isə Gəncədəki seçki məntəqəsində səs verməyə məcburdur: "Müraciətdə Naftalanda və Ağcabədidə yeni məntəqələrin yaradılmasını xahiş edəcəyik". Qeyd edək ki, hazırda 122 saylı Xankəndi seçki dairəsinin 4623 seçicisi var. Onlar ölkənin ayrı-ayrı regionlarında məskunlaşıblar. -
06-08-2008, 01:41 PMAPAAzərbaycanda keçirilən X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı başa çatıb
[b]Azərbaycanda keçirilən X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı başa çatıb[b]
Bakı. Ülkər Qasımova-APA. "Azərbaycan" Kinoteatrında X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalının bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, festivalın sonuncu günündə Azərbaycanda istehsal olunan "Hökmdarın taleyi" və Rusiyada istehsal olunan "Aleksandr Nevski" filmləri göstərilib.
[Mərasimində "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz" nominasiyasında "Hökmdarın taleyi" filmində yaratdığı İbrahim Xan obrazına görə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov, "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz" nominasiyasında Qırğızıstan istehsalı olan "İşıqlı sərinlik" filmində yaratdığı obraza görə qırğız aktrisası Asema Toktobekova, "Bəşəriyyətə ən humanist göndəriş" nominasiyasında İranın istehsal etdiyi "Əbədi uşaqlar" filminin rejissoru Puran Drəxşəndə, "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" polyak rejissoru Kşiştov Zanussi və "Ən yaxşı debüt film" nominasiyasında rejissor İqor Kalyonovun "Aleksnadr Nevski" filmi mükafata layiq görülüb. Qeyd edək ki, 1996-cı ildən etibarən keçirilməyə başlanılan festival Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dünya Kinosunun 100 illiyi Fondunun təşkilatçılığı ilə gerçəkləşib. Festivalın Təşkilat Komitəsinin sədri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovdur. İyunun 1-də start götürən X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalında "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya), "Dost" (Azərbaycan) və digər filmlər nümayiş etdirilib. Festivalın ilk günlərin Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin "Persona-non-qrata", "Var gücü ilə, qalopla" və "Kamuflaj" filmlərindən ibarət retrospektiv təşkil olunub. Bakıda keçirilən Beynəlxalq Kinofestivalda fransalı ssenarist Georgiy Branyev, İsrailli ssenarist Efraim Abramov, polşalı rejissorlar Ancey Yakimovski, Kşiştof Zanussi, estoniyalı prodüser Erika Laansalu, aktrisa Viyre Valdma, latviyalı rejissor Yuris Poşkus, aktyor Andis Strods, belaruslu kino tənqidçisi Anton Sidorenko, qırğızıstanlı rejissor Ernest Abdıjaparov, Rusiyada yaşayan həmyerlimiz Yuli Qusman və digər ölkələrin tanınmış kino xadimləri iştirak ediblər. X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsus idi. -
06-08-2008, 01:51 PMAPAMüsavat Partiyasının Divanında keçirilməsi planlaşdırılan aksiyalarla bağlı müzakirələr aparılacaq
[b]Müsavat Partiyasının Divanında keçirilməsi planlaşdırılan aksiyalarla bağlı müzakirələr aparılacaq[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı məsələni partiya Divanının növbəti iclasında bir daha müzakirə edəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, partiya Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldilməsi və müxalifətin vahid mövqedən çıxış etməsi üçün mümkün addımları atacaq. Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi, mitinqlərin təşkil olunması nəzərdə tutulub. O, Müsavatın kütləvi aksiyalar keçirməsi ilə bağlı məsələnin gündəlikdə olduğunu və Divanın iclasında bu barədə də müzakirələrin aparılacağını qeyd edib: "Bu prosesdə bizimlə bir yerdə olmaq istəyən siyasi qüvvələrlə birgə fəaliyyət göstərmək niyyətindəyik. Müsavat mitinq keçirmək üçün müzakirə aparır və kim bu aksiyalara qoşulacaqsa, problem olmayacaq. Əgər həmin qüvvələr bu məqamda da passiv mövqe nümayiş etdirsələr, Müsavat qərarlarına uyğun olaraq təkbaşına hərəkət edəcək". -
06-09-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə istiqamətdə pozub[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 8-də saat 20.30-dan 20.35-dək Ermənistanın Noyemveryan rayonunun Berdivan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən mövqelərini, saat 22.00-dan 22.50-dək və iyunun 9-u saat 01.03-dən 01.08-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.40-dan 01.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. -
06-09-2008, 10:31 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaq
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan arasında imzalanan fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində bu gün Türkiyənin Konya şəhərində "Anadolu qartalı 2008" təlimi başlanacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün, həmçinin Ankara şəhərində "Quru qoşunları əməliyyatları" üzrə terminologiya kursuna da start veriləcək. Sabah isə "Enernity 2008" təliminin ilkin planlaşdırma konfransı baş tutacaq. Bu gün Yunanıstanın Kilkis şəhərində "Çoxmillətli Sülhməramlı Əməliyyatlar üzrə zabit təməl kursu", iyunun 10-da İsveçin Upsala şəhərində "Hava məkanının idarə edilməsi" mövzusunda seminar keçiriləcək. Həmin gün Qətərin Doha şəhərində "Yırtıcı şahin 2008" təliminin İlkin Planlaşdırma Konfransı başlanacaq. İyunun 15-dən-21-dək isə Londonda təlim inspeksiyaları baş tutacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək. -
06-09-2008, 11:21 AMAPAZaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür
[b]Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür[b]
Zaqatala. Hafiz Heydərov-APA. Bu gün Azərbaycanın sovetləşməsinə qarşı ölkənin şimal-qərb bölgəsində etiraz səsini ucaltmış Zaqatala üsyançılarının şəhər qalasını ələ keçirməsindən və qalada məskunlaşmış bolşeviklərin Hərbi İnqilab Komitəsinin üzvlərini, sovet məmurlarını həbs etməsindən 88 il ötür.
[APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1920-ci ilin iyununda baş vermiş Zaqatala üsyanı Azərbaycanın sovetləşməsinə qarşı xalqın ən möhtəşəm etirazı idi. Zaqatala üsyanı həmin dövrdə sovet quruculuğuna qarşı baş qaldırmış Gəncə və Qarabağ üsyanlarından fərqlənirdi. Belə ki, Zaqatala üsyanına birinci olaraq yerli əhalinin silahlı dəstələri başlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun regiondakı hissələri sonradan bu üsyana qoşulublar. Bölgənin məşhur din xadimi Talalı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Qax rayonu ərazisində, Kürmük çayı vadisindəki döyüşdə 11-ci Qızıl Ordu hissələrini darmadağın edərək qısa müddət ərzində Zaqatala quberniyasının bütün ərazisini bolşevik işğalçılarından azad edib. Lakin sonradan əlavə kömək alan 11-ci Qızıl Ordu hissələri üsyanı yatıraraq iyunun 18-də Zaqatalanı yenidən işğal edib. Məğlub olmuş üsyançılara isə divan tutulub. Qeyd edək ki, bu günə qədər Azərbaycanın azadlığı uğrunda vuruşan Zaqatala üsyançılarının xatirəsini əbədiləşdirmək mümkün olmayıb. -
06-09-2008, 11:31 AMAPAMoskvada qafqazlılarla yerli sakinlər arasında dava düşüb, yaralananlar var
[b]Moskvada qafqazlılarla yerli sakinlər arasında dava düşüb, yaralananlar var[b]
[Moskva - APA. Bu gün səhər Moskvanın şimalında qafqazlılarla yerli sakinlər arasında baş verən kütləvi davada ən az 5 nəfər yaralanıb. APA-nın məlumatına görə, hadisə "Babuşkinskaya" metro stansiyasının yaxınlığında baş verib. Davada təqribən iyirmiyə yaxın şəxs iştirak edib. Dəmir dəyənək və zəncirlərdən istifadə olunan toqquşmada bir neçə nəfər yaralanıb. Hadisə yerinə gələn milis işçiləri insidenti sakitləşdirməyə müvəffəq olublar. Faktla bağlı bir neçə nəfər saxlanıb. Davada iştirak qafqazlıların erməni olduğu güman edilir. -
06-09-2008, 11:41 AMAPA"Fuji Optical Ltd" şirkəti növbəti dəfə Azərbaycanın məcburi köçkünlərinə yardım edəcək
[b]"Fuji Optical Ltd" şirkəti növbəti dəfə Azərbaycanın məcburi köçkünlərinə yardım edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Yaponiyanın "Fuji Optical Ltd" şirkətinin rəhbəri, "Nansen" mükafatının qalibi, optika mütəxəssisi Akio Kanai onu müşayiət edən 5 nəfərdən ibarət mütəxəssis qrupu ilə iyunun 10-dan 19-dək oftalmoloji xidmət göstərmək məqsədilə Azərbaycanda səfərdə olacaq. BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Bakı ofisindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Biləsuvar rayonunda Yeni Xocavənd qəsəbəsində və Sumqayıt şəhərində A. Kanai və onun rəhbərlik etdiyi nümayəndə heyəti minlərlə məcburi köçkünə göz müayinəsi xidməti göstərəcək, eynəklər paylayacaq. 2008-ci ildə təqribən 3 500 məcburi köçkünün bu xidmətdən yararlanması gözlənilir. Qeyd edək ki, A. Kanainin Azərbaycana əvvəlki səfərləri (2005, 2006 və 2007-ci illər ərzində) zamanı minlərlə məcburi köçkün pulsuz göz müayinəsindən keçib və "Fuji Optical Ltd" tərəfindən eynəklərlə təmin olunub. Dünyada son 20 il ərzində təxminən 110000 insana pulsuz göz müayinəsi üzrə göstərdiyi xidmətə görə A. Kanai BMT QAK tərəfindən ötən ilin "Nansen qaçqın mükafatına" layiq görülüb. -
06-09-2008, 11:51 AMAPAMikloş Haraşti: "ABŞ bütün dünya üzrə jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir"
[b]Mikloş Haraşti: "ABŞ bütün dünya üzrə jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "ABŞ təkcə ölkə daxilində deyil, bütün dünya üzrə, o cümlədən Rusiya, Belarus, Azərbaycan, Özbəkistan və digər ölkələrdə də jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir". APA-nın məlumatına görə, bu sözlər ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin "The Washington Post" qəzetində dərc olunmuş məqaləsində əksini tapıb. M. Haraştinin fikrincə, qanun jurnalistlərin mənbələrinin konfidensiallığını nəzərə almalıdır: "ABŞ-da KİV azadlığı sahəsində baş verən geriləmə başqa dövlətlərin Vaşinqtonu bu məsələdə ikili standart yeritməkdə ittiham etməsinə əsas yaradıb. Bu aspektdən istifadə edərək hökumətlər KİV azadlığına riayət etməkdən yayınırlar". M. Haraşti bildirir ki, Azərbaycan, Belarus, Rusiya, Özbəkistan kimi ölkələrdə jurnalistlər dövlət sirlərini yaymaq ittihamı ilə təqib olunmurlar, ancaq onları diffamasiya, təhqir və ekstremizmə görə həbsxanaya salırlar. ATƏT təmsilçisi adı çəkilən ölkələrdə tədqiqat jurnalistikasının inkişaf etmədiyini də söyləyib: "Əlbəttə, ABŞ-ın ədliyyə departamenti digər ölkə hökumətlərini öz jurnalistlərini həbs etməsinə görə günahlandırıla bilməz. Ancaq amerikan davranış sistemi digər dövlətlərin bənzəməyə çalışdığı bir modeldir". -
06-09-2008, 12:01 PMAPAAzərbaycan Dövlət Musiqili Komediya Teatrında "O olmasın, bu olsun" əsəri yeni quruluşda səhnələşdiriləcək
[b]Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "O olmasın, bu olsun" əsəri yeni quruluşda səhnələşdiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsəri yeni quruluşda səhnəyə qoyulacaq. Teatrın mətbuat xidmətindən APA-ya bildiriliib ki, teatr rəhbərliyinin dəvəti ilə tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verəcək. Tamaşanın quruluşcu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, baletmeysterlər Zakir və Yeganə Ağayevlər, xormeyster Vaqif Məstənov, dirijoru Ziya Bağırovdur. Tamaşada Məşədi İbad obrazını əməkdar artist Ramiz Məmmədov canlandıracaq. Gülnaz rolunu İnarə Babayeva, Sərvər rolunu Fərid Əliyev oynayacaq. Xalq artistləri Afaq Bəşirqızı və Arif Quliyev də gənc həmkərları ilə bərabər səhnəyə çıxacaqlar. Teatr mövsümü iyulun birinci yarısında bu tamaşa ilə başa vuracaq. Qeyd edək ki, Cənnət Səlimova ilk dəfə bu əsərə 1998-ci ildə məhz bu teatrın səhnəsində quruluş verib. "O olmasın, bu olsun" əsəri 1913-cü ildə ilk dəfə Müslüm Maqomayevin rejissorluğu ilə tamaşaya qoyulub. 1942-ci ildə isə öz istedadı ilə yaşıdlarından seçilən gənc rejissor Ş. Bədəlbəyli "Məşədi İbad"a təkrar səhnə həyatı verir. Tanınmış aktyorlar Əlihüseyn Qafarlı, Aliyə Terequlova, Kamal Kərimov, Nəsibə Zeynalova, Lütvəli Abdullayev tamaşanın araya-ərsəyə gəlməsində fəallıq göstəriblər. 1954-cü ildə isə Soltan Şərifov dövrün tələb və maraqlarına cavab olaraq bu əsərin səhnə yozumunu bir qədər dəyişdirməyə çalışıb. Bu ənənəni 1985-ci ildə rejissor Vaqif İbrahimoğlu davam etdirib. -
06-09-2008, 12:11 PMAPARusiya fövqəladə hallar nazirinin Azərbaycana səfəri başlayıb
[b]Rusiya fövqəladə hallar nazirinin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Rusiya fövqəladə hallar naziri Sergey Şoyqunun Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, S. Şoyqu və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
[Qeyd edək ki, rusiyalı nazir K. Heydərov və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. -
06-09-2008, 12:21 PMAPAZəminə Dünyamalıyeva: "Rəsul Quliyev 2003-cü ildə İlham Əliyevi dəstəkləməli idi, İsa Qəmbəri yox..."
[b]Zəminə Dünyamalıyeva: "Rəsul Quliyev 2003-cü ildə İlham Əliyevi dəstəkləməli idi, İsa Qəmbəri yox..."[b]
"Rəsul Quliyev papağını qabağına qoyub düşünməli, prezidentə müraciət etməlidir ki, Azərbaycana qayıtmasına imkan verilsin"
[Bakı. Elnur Məmmədli - APA. "Mənim builki prezident seçkisi ilə bağlı fikirlərim Açıq Cəmiyyət Partiyasının rəhbərliyinin fikirlərindən fərqlənir. Fikirlərim partiya liderinin xoşuna gəlməyə bilər, amma məncə, Rəsul Quliyev papağını qabağına qoyub düşünməli, ölkə prezidentinə müraciət etməlidir ki, Azərbaycanda seçkiyə qatılmayacaq, sadəcə, ölkəyə qayıtmasına imkan verilsin". Bunları APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva deyib. Onun sözlərinə görə, 11 il mühacirət ömrü yaşayan R. Quliyev həm mühacirətdə, həm vəzifədə olduğu vaxtlarda xalqa xidmət edib: "Amma nəinki xalq üçün etdiyi xidmətin, bütün sülaləsi üçün etdiklərinin zərrə qədər əhəmiyyəti olmadısa, nə qədər də acı olsa, deyəcəyəm ki, o, açıq etiraflarını etməlidir". Belə bir müraciətin edilməsi üçün ACP-də hər hansı müzakirənin aparılıb-aparılmaması ilə bağlı sualı Z. Dünyamalıyeva kəskin cavablandırıb: "Partiya kimdir?! Bu gün Rəsul Quliyevə haqsız ittihamlar irəli sürülür, partiyadakı qılquyruqlar isə bilmirsən müxalifətdədir, hakimiyyətdədir, Rəsul Quliyevin yanındadır, yoxsa haradadır. Bu gün Rəsul Quliyevə öz ailəsinin içindən düşmənlər də belə adamların hesabına meydana çıxarıb. Özlərini qohum adlandıranlar Rəsul Quliyevdən başqalarına, başqalarından Rəsul Quliyevə söz daşıyırlar. Partiyada bu müzakirəni kim edəcək? Yoxsa başıboş Akif Şahbazov edəcək? Rəsul Quliyev özü bütün dost-düşmənini gözünün önünə gətirməlidir".Z. Dünyamalıyevanın sözlərinə görə, vəziyyətin bu yerə gəlib çıxmasına səbəb R. Quliyevin saxta dostlara inanması olub: "Amma bu gün onun yanında heç kim yoxdur. Onun özəl məktublarını çörək verdiyi bacısı oğlu bu gün mətbuata çıxarır. İki qardaş arasında Azərbaycana gəlməklə bağlı məsləhətləşmə aparılırsa, burada pis heç nə yoxdur. Mənim də orada məktubum var, amma İlqar mənim məktubumu götürüb Telman Quliyevin adından verib. Mən Rəsul Quliyevə də yazmışam ki, bütün bunlardan nəticə çıxarmalıdır".R. Quliyevin müşaviri 2003-cü ildə keçirilən prezident seçkilərinə də toxunub: "Azərbaycanda 2003-cü il prezident seçkiləri ərəfəsi ADP Siyasi Şuranın iclasında İsa Qəmbərin və ya Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi barədə müzakirə aparıldı. Mən hər ikisinin əleyhinə səs verdim. Bildirdim ki, onları dəstəkləməkdənsə, İlham Əliyevi dəstəkləyirəm. Mən heç nədən çəkinmirəm və bu gün də bəlli olur ki, həmin vaxt düzgün qərar qəbul edilmədi. Rəsul Quliyev 2003-cü ildə İlham Əliyevi dəstəkləməli idi, İsa Qəmbəri yox. Bu gün İsa Qəmbər öz kampaniyasını kənarda qoyub, Rəsul Quliyevin şəxsiyyətinə zərbə vurmaqla məşğuldur. Ona görə də düşünürəm ki, gec də olsa, həmin addımı bu il atmalıdır".ACP sədri Akif Şahbazov Z. Dünyamalıyevanın təklifinə münasibət bildirərkən APA-ya deyib ki, formasından asılı olmayaraq, R. Quliyevin Azərbaycana qayıtmasına şərait yaratmaq lazımdır: "Rəsul Quliyev də bununla bağlı dolayısı ilə müraciətlər edib. Zəminə Dünyamalıyevanın fikirlərini də qəribçiliyə salmaq olmaz. Bu, mümkün olan variantlardandır. Partiya lideri bu və digər məsələlərlə bağlı kiməsə müraciət etməkdə sərbəstdir". A. Şahbazov bildirib ki, ACP prezident seçkilərinə qatılmaqla bağlı qərardan əvvəl R. Quliyevin Azərbaycana qayıtmasına çalışacaq. Z. Dünyamalıyevanın ACP və onun haqqında səsləndirdiyi fikirlərə gəldikdə, A. Şahbazov hələlik bunlara cavab vermək istəmədiyini bildirib. -
06-09-2008, 12:31 PMAPADaha bir neçə Rusiya şirkətinin saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunur
[b]Daha bir neçə Rusiya şirkətinin saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunur[b]
[Bakı. Zaur Nurməmmədov - APA. APA İnformasiya Agentliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət, yaxud Ermənistanın tərkib hissəsi kimi təqdim edən şirkətləri araşdıraraq üzə çıxarmaqda davam edir. Rusiyanın "Rosfoto" foto bankının saytında Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi göstərilib. Dadivank monastrının məbədlərinin birinin fotosunun altında qeyd olunur ki, "Bu, Dağlıq Qarabağın tərkib hissəsi olduğu Ermənistan ərazisində ən qədim monastırdır" ([). Bundan başqa fotoşəkillərin çəkilişi, dərci və saxlanması ilə məşğul olan "STRİM" internet-layihəsi də Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edib. Saytda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən şəkillər yerləşdirilib. Şəkillərdən biri Qarabağ müharibəsində dağıdılmış binalardan birinin şəklidir ([). Şəkilaltı mətndə bildirilir ki, "bu bina Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakert şəhərinin mərkəzində yerləşir. Binanın bir hissəsi Azərbaycan aviasiyasının hücumları nəticəsində darmadağın edilib, amma binanın fasadı bərpa olunur". Bundan başqa bayraq və vımpellərin istehsalı ilə məşğul olan Rusiyanın "Zolotaya korona" şirkətinin saytında da Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub - [. -
06-09-2008, 12:41 PMAPAQırğızıstan Xarici İşlər Nazirliyi Çingiz Aytmatovun səhhətinin ağır olması barədə məlumat yayıb
[b]Qırğızıstan Xarici İşlər Nazirliyi Çingiz Aytmatovun səhhətinin ağır olması barədə məlumat yayıb[b]
Bişkek - APA. Almaniyanın Nürnberq şəhərinin klinikalarından birində müalicə olunan Qırğızıstanın xalq yazıcısı Çingiz Aytmatovun səhhəti ağır olaraq qalır.
[APA-nın məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib. XİN-in məlumatına görə, alman həkimlər Aytmatovun vəziyyətini "stabil-ağır" olaraq qiymətləndirirlər. O, əvvəlki kimi süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə müalicə olunur. Qeyd edək ki, Çingiz Aytmatov xəstəxanaya böyrək çatışmazlığı diaqnozu ilə gətirilib. -
06-09-2008, 12:51 PMAPAAzərbaycanın Daşkəsən rayonunda baş verən yol-nəqliyyat hadisəsində polis əməkdaşı həlak olub
[b]Azərbaycanın Daşkəsən rayonunda baş verən yol-nəqliyyat hadisəsində polis əməkdaşı həlak olub[b]
Daşkəsən. Nəzakət Ağayeva, Hacı Zeynalov - APA. Daşkəsəndə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yol polisinin əməkdaşı həlak olub. Bu barədə APA-ya Daşkəsən Rayon Polis Şöbəsindən bildirilib.
[Hadisə Daşkəsən-Gəncə yolunun 18-ci km-də qeydə alınıb. Alik Hüseyn oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı maşınla Daşkəsən yol patrul xidmətinin inspektoru Vahid Əliyevi vurub. Polis əməkdaşı aldığı xəsarətdən keçinib. Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
06-09-2008, 01:01 PMAPAATƏT Parlament Assambleyasının prezidenti postunda Qoran Lenmarkeri kimin əvəzləyəcəyi dəqiqləşməyib
[b]ATƏT Parlament Assambleyasının prezidenti postunda Qoran Lenmarkeri kimin əvəzləyəcəyi dəqiqləşməyib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. ATƏT Parlament Assambleyasının hazırkı prezidenti Qoran Lenmarker öz postundan qurumun yay sessiyasında uzaqlaşdırılacaq. ATƏT PA-nın mətbuat katibi Klas Berqman APA-ya bildirib ki, sessiyanın 3 iyulda keçiriləcək iclasında quruma yeni prezident seçkiləri keçiriləcək. Hazırda bu posta bir neçə namizəd nəzərdən keçirilir. Onların əksəriyyəti ATƏT və qurumun Parlament Assambleyasının təmsilçiləridir. Qoran Lenmarker ATƏT PA-nın tərkibində fəaliyyətini davam etdirsə də, onun hansı vəzifəni tutacağı sessiyada müəyyənləşəcək. Klas Berqman həmçinin Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə qərarın da sessiyada veriləcəyini bildirib. -
06-09-2008, 01:11 PMAPAAzərbaycanda prezident seçkilərinə hazırlıqla əlaqədar YAP ümumrespublika müşavirəsi keçirib
[b]Azərbaycanda prezident seçkilərinə hazırlıqla əlaqədar YAP ümumrespublika müşavirəsi keçirib[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə çıxış edən partiya sədrinin müavini, icra katibi Əli Əhmədov parlamentin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişiklik aparıldığını qeyd edib. O, dəyişikliklərə uyğun olaraq təbliğat kampaniyasına avqustun əvvəllərində start veriləcəyini, 28 gün təşviqat aparılacağını, qalan günlərdə isə namizədin müəyyən edilməsi, qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedurların həyata keçiriləcəyini bildirib. Ə. Əhmədov şəhər və rayon təşkilatlarının seçki kampaniyasının daha çevik və dinamik aparılması üçün ciddi çalışmasının vacib olduğunu deyib, prezident seçkilərinə hazırlıq işlərinə partiya tərəfindən artıq start verildiyini vurğulayıb. Prezident seçkilərində irəli sürülmüş namizədin kimliyinin əsas məsələ olduğunu vurğulayan sədr müavini qeyd edib ki, bu seçkilərdə partiya tərəfindən dəstəklənəcək namizəd İlham Əliyev cəmiyyətdə yüksək nüfuza malikdir: "YAP tərəfindən məhz İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi budəfəki seçkilərin də partiyamız üçün uğurlu olacağına təminat verir". Ə. Əhmədov oktyabrın 15-də keçiriləcək seçkilərlə əlaqədar partiya rəhbərliyi tərəfindən xüsusi konsepsiya və bu konsepsiyanın həyata keçirilməsi üçün iş planının hazırlandığı bildirib. Müşavirədə YAP icra katibinin müavini Siyavuş Novruzov iş planına uyğun olaraq partiyanın şəhər və rayon təşkilatları tərəfindən görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. O, seçkilər ərəfəsində partiyanın rayon və şəhər təşkilatlarının konfranslarının və qurultayının keçirilməsinin nəzərdə tutulduğunu deyib. -
06-09-2008, 01:21 PMAPAElmar Məmmədyarovun Belarusa səfəri təxirə salınıb
[b]Elmar Məmmədyarovun Belarusa səfəri təxirə salınıb[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belarusa rəsmi səfəri təxirə salınıb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. O bildirib ki, səfərin tarixi diplomatik kanallara müəyyənləşdiriləcək. -
06-09-2008, 01:31 PMAPAAzərbaycanın xarici işlər naziri iyunun 12-də Polşaya rəsmi səfər edəcək
[b]Azərbaycanın xarici işlər naziri iyunun 12-də Polşaya rəsmi səfər edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-13-də Polşada rəsmi səfərdə olacaq. APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, nazirin Polşanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq vəziyyət müzakirə olunacaq. -
06-09-2008, 01:41 PMAPAANS-in "Yeni Müsavat"a qarşı qaldırdığı iddia ilə bağlı məhkəmənin hazırlıq keçirilib
[b]ANS-in "Yeni Müsavat"a qarşı qaldırdığı iddia ilə bağlı məhkəmənin hazırlıq keçirilib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə ANS Müstəqil Yayım və Media Şirkətlər Qrupunun "Yeni Müsavat" qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya məhkəmədən bildirilib. Məhkəmə baxışı iyulun 14-ə təyin olunub. Qeyd edək ki, ANS "Yeni Müsavat" qəzetində dərc olunan "Hərbi nazir aparat rəhbərinə qarşı" başlıqlı yazı ilə bağlı iddia qaldırıb. Şirkət qəzet redaksiyasının 50 min, yazı müəllifinin 10 min manat təzminat ödəməsi, qəzetin təkzib verməsi barədə qərarın çıxarılmasını istəyir. -
06-09-2008, 01:51 PMAPARusiya muxtar respublikalarda prezidentlik institutunu ləğv etməyə hazırlaşır
[b]Rusiya muxtar respublikalarda prezidentlik institutunu ləğv etməyə hazırlaşır[b]
[Moskva - APA. Kreml muxtar respublikalarda prezidentlik institutunu ləğv etməyə hazırlaşır. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Tatarıstan parlamenti tətilə çıxmazdan əvvəl prezidentlik institutunun ləğvi Konstitusiya dəyişikliyini müzakirəyə çıxarmaq niyyətindədir. Belə olan təqdirdə Tatarıstana 17 ildir rəhbərlik edən Mintimer Şaymiyev parlamentin spikeri olacaq. Analoji islahatların sonradan digər muxtar respublikalarda da həyata keçiriləcəyi istisna edilmir. Rusiya mətbuatı Tatarıstan nümunəsinin ilk öncə Başqırdıstan və Çuvaşiyada tətbiq olunacağını yazır. -
06-09-2008, 02:01 PMAPAAzərbaycan prezidenti Sergey Şoyqunu qəbul edib
[b]Azərbaycan prezidenti Sergey Şoyqunu qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 9-da Rusiyanın Mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Sergey Şoyqunu qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Rusiyanın Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndiyi vurğulanıb, nazirliklər arasında təcrübə mübadiləsinin aparılmasının qarşılıqlı faydalı olduğu qeyd olunub. -
06-09-2008, 02:11 PMAPAXəzər İbrahim: "Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq"
[b]Xəzər İbrahim: "Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq"[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycan bu ilin payızında Xəzəryanı ölkələrin Bakıda keçiriləcək sammitində dənizin hüquqi statusuna dair məsələnin həll olunacağına ümid edir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. İran və Türkmənistanla status məsələsi ilə bağlı danışıqların davam etdiyini söyləyən diplomat bildirib ki, danışıqlarda hər dövlət öz maraqlarından çıxış edir, lakin bu maraqlar digər dövlətlərin maraqları ilə ziddiyyət yaratmamalıdır. -
06-09-2008, 02:21 PMAPAHəmsədrlər prezidentlərin Sankt-Peterburq görüşündə yeni təkliflər irəli sürməyiblər
[b]Həmsədrlər prezidentlərin Sankt-Peterburq görüşündə yeni təkliflər irəli sürməyiblər[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə yeni təkliflər irəli sürülməyib".
[APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, görüşdə prezidentlər xarici işlər nazirlərinə mövqelərin yaxınlaşdırılması istiqamətində fəaliyyəti davam etdirmək barədə tapşırıq veriblər. İyunun sonuncu həftəsində həmsədrlərin regiona gələcəyini söyləyən diplomat hesab edir ki, ola bilsin, vasitəçilərin səfəri zamanı hansısa yeni fikir səslənsin. -
06-09-2008, 02:41 PMAPAHüsaməddin Cindoruk: "Cümhuriyyətimizin təməlindəki dünyəvilik prinsipini qorumaq vəzifəsi Konstitusiya Məhkəməsinə verilib"
[b]Hüsaməddin Cindoruk: "Cümhuriyyətimizin təməlindəki dünyəvilik prinsipini qorumaq vəzifəsi Konstitusiya Məhkəməsinə verilib"[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindorukun APA-nın Türkiyə bürosuna müsahibəsi
[- Ali məktəblərdə hicabı sərbəstləşdirən Konstitusiya dəyişikliyi barədə qərarın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) və onu dəstəkləyən media ölkənin ən yüksək məhkəməsinə qarşı total hücuma başlayıblar. Təcrübəli hüquqşünas kimi bu vəziyyəti necə qiymətləndirirsiniz?- Onların iddia etdiyi kimi, Konstitusiya Məhkəməsi kiminsə tərəfini saxlayan bir qurum deyil. Məsələn, Konstitusiya Məhkəməsi üzvlərinin özlərinə sədr seçdikləri Haşim Kılıç hicabla bağlı qərarın əleyhinə səs verib və son vaxtlar qəbul edilən qərarlarda çoxluğa qarşı mövqe tutur. O, hakim yox, mühasibdir. Məhkəmənin belə bir adamı özünə sədr seçməsi bu qurumun o qədər də qatı və sxolastik bir qurum olmadığnıı göstərir. Ona görə də məhkəməyə hücum edən siyasətçilər və onları qeydsiz-şərtsiz dəstəkləyən bəzi media orqanları diqqətli olmalıdır. Mən illərdən bəri siyasi prosesləri çox yaxından izləyən bir adamam. Bizim də yanlış şərhlərimiz olub, Konstitusiya Məhkəməsinin də bəzi qanunları səhv şərh edərək ləğv etmədiyini görmüşük. AKP-yə və digər siyasətçilərə tövsiyəm odur ki, məhkəmə ilə vuruşmaq yerinə yeni Konstitusiya hazırlasınlar.- İqtidar partiyasının qapadılması tələbi ilə Konstitusiya Məhkəməsində başqa bir proses gedir. Bu durumda yeni Konstitusiya ilə bağlı nə edilə bilər?- Qapadılma ilə bağlı prosesi yaddan çıxarıb işlərini görməlidirlər. Porblemdən siyasi çıxış yolu tapılacaq. Yaponiya Konstitusiyasında silahlanma və müharibə ilə bağlı dəyişdirilməsi mümkün olmayan yasaqlar, Almaniya Konstitusiyasında faşizmin qarşısını kəsən maddələr var. İtaliyada, İspaniyada da belədir. Müasir demokratik sistemlər özlərini qorumaq üçün Konstitusiyalara müvafiq maddələr daxil edirlər və demokratik rejimi mühafizə edəcək hüquq sistemi qururlar. Bizim cümhuriyyətimizin təməlindəki dünyəvilik prinsipi bəlkə də ideoloji xarakter daşıyır. Bu ideologiyanı qorumaq vəzifəsi də Konstitusiya Məhkəməsinə verilib. İqtidar partiyası bu həssaslığı nəzərə almalıdır. Mən AKP-nin "milli hakimiyyət" anlayışını qəbul etmirəm. Seçkidə qalib gələn partiya hökuməti idarə edir, amma onun dövlətin bütün qurumlarını ələ keçirərək oraya öz adamlarını yerləşdirməsinə icazə verilmir. Hakimiyyət bölgüsü prinsipi də var. Əgər qanunvericilik və icra orqanı məhkəmələri də ələ keçirərsə, ölkədə diktatura yaranmazmı? Dövlət idarə etmək çox önəmli bir fəlsəfədir. Hər həftə siyasi liderlərin partiyaların parlament fraksiyasında çıxış edərək demoqogiya yaratması yanlışdır. Türkiyə hazırda bunun sıxıntısını çəkir - partiyanın sədri və ya baş nazir parlament qrupunda çıxış edəndə tərəfdarları ona "sənə canımız fəda" deyirlər. Belə getməz. Türkiyə lider demokratiyasından xilas olmalıdır. İki partiyanın - AKP və MHP-nin birləşərək universitetlərdə hicabı sərbəstləşdirməsinə Konstitusiya Məhkəməsi baryer qoyubsa, burada hüquqa hörmət etməkdən başqa çarə yoxdur. Türkiyədə partiyaların seçki ittifaqına icazə verilməli və 10%-lik baryer aşağı çəkilməlidir. Baxın, İtaliyada Berluskoni 11 partiyanın ittifaqını yaradaraq yenidən iqtidara gəldi. Orada seçki baryeri 5%-dir. AKP seçki baryerini aşağı salmadan, seçki ittifaqlarına icazə vermədən, məmurların həmkarlar təşkilatlarına sərbəstlik vermədən, hələ üstəlik işçilərin hüquqlarını minimuma endirərək, böyük həmkarlar təşkilatlarını ələ keçirərək, hökuməti qeydsiz-şərtsiz dəstəkləyən media qurumları yaradaraq seçkilərdə qalib gəlməyə çalışır. Mən bu durumda keçiriləcək seçkinin hüquqi olsa belə, siyasi cəhətdən çox da demokratik olmayacağını düşünürəm. Türkiyə bunları müzakirə etməlidir. -
06-09-2008, 03:21 PMAPAAraz Əzimov: "Ermənistan Cənubi Qafqazın xəritəsini dəyişə bilməz"
[b]Araz Əzimov: "Ermənistan Cənubi Qafqazın xəritəsini dəyişə bilməz"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Sankt-Peterburq görüşü Azərbaycan prezidentinin qarşı tərəfin mövqeyini öyrənməsi və qaranlıq qalmış məsələləri aydınlaşdırması baxımından çox vacib idi".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, görüş siyasi nöqteyi-nəzərdən önəmli olub: "Həmişə bəyan etdiyimiz kimi, Azərbaycan problemin həlli üçün səylərini sona qədər davam etdirəcək". A. Əzimov qarşı tərəfə məsləhət görüb ki, vaxt keçirməklə, görüşlər yolu ilə hazırkı vəziyyəti uzadıb hansısa siyasi maraqlarını təmin edəcəyini düşünməsin: "Biz onları rahat buraxmayacağıq. Bütün səviyyələrdə Ermənistanın Azərbaycana qarşı törətdiyi əməllər haqqında məlumatlar yayılacaq və bu fəaliyyətimiz işğal altındakı ərazilərimiz boşaldılana qədər davam edəcək. Azərbaycanın bu istiqamətdə imkanları məhdud deyil və prezidentin mövqeyi qətidir. Ermənistanın isə imkanları məhduddur və heç bir dövlət onun mövqeyini dəstəkləmir". Nazir müavini Ermənistanın Cənubi Qafqazın xəritəsini dəyişə bilməyəcəyini bəyan edib: "Regionda üç ölkə var - Azərbaycan, Ermənistan və Gürcüstan. Biz istərdik ki, üç ölkə arasında normal qonşuluq münasibətləri bərpa edilsin. Amma buna əngəl törədən bir problem var - Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı. Ermənistanın yeni rəhbərliyi vəziyyəti araşdıraraq bu problemin aradan qaldırılması üçün düzgün qərar qəbul etməlidir". Danışıqların hansı nöqtədən davam edəcəyinə dair sualı cavablandıran diplomatın sözlərinə görə, Azərbaycan danışıqlara həmişə eyni nöqtədən başlayır və eyni nöqtədən davam etməyə hazırdır: "Bu nöqtə ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan əraziləri geri qaytarılmalı və münaqişə ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir". A. Əzimov Azərbaycanın kompromislərə hazır olduğunu da vurğulayıb. -
06-09-2008, 03:31 PMAPAAraz Əzimov: "GUAM-ın Tiflis sammitində təşkilatın əhəmiyyət verdiyi prioritet sahələr müzakirə olunacaq"
[b]Araz Əzimov: "GUAM-ın Tiflis sammitində təşkilatın əhəmiyyət verdiyi prioritet sahələr müzakirə olunacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. GUAM sammitində əsasən təşkilatın əhəmiyyət verdiyi prioritet sahələr müzakirə olunacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.
[Onun sözlərinə görə, bu prioritetlər həm beynəlxalq səviyyədə siyasi əməkdaşlıqdan, həm münaqişələrin həllindən, həm GUAM-ın geniş və zəngin potensialın inkişafından, həm Avropaya inteqrasiyasından, həm də tranzit potensialının genişləndirilməsindən ibarətdir. Araz Əzimov Azərbaycanın təşkilatda sədrlik etdiyi bir il ərzində bu sahələrə böyük diqqət yetirdiyini deyib. XİN rəsmisi həmçinin bildirib ki Tiflisdəki sammitdə "GUAM+" formatında görüşlər keçiriləcək. -
06-09-2008, 03:51 PMAPATürkiyə vətəndaşının Bakıda qanunsuz ayaqqabı istehsalı ilə məşğul olduğu müəyyənləşdirilib
[b]Türkiyə vətəndaşının Bakıda qanunsuz ayaqqabı istehsalı ilə məşğul olduğu müəyyənləşdirilib[b]
[Bakı-APA. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saxsı Qablar Zavodunun həyətində Türkiyə vətəndaşı Mustafa Çakırın Türkiyə və İtaliya əmtəə nişanlarından istifadə edərək qanunsuz ayaqqabı istehsalı ilə məşğul olduğu müəyyənləşdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır. -
06-09-2008, 04:01 PMAPAPolşanın birinci xanımı Azərbaycana gəlib
[b]Polşanın birinci xanımı Azərbaycana gəlib[b]
Bakı. Laçın Sultanova - APA. Polşa prezidentinin xanımı Mariya Kaçinska Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın dəvəti ilə Bakıya gəlib.
[Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi M. Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iyunun 10-11-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Səfər çərçivəsində xanım Kaçinska Bakı Slavyan Universitetində fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzində müəllim və tələbələrlə görüşəcək, polşalı memar Yozef Qoslavskinin adını əbədiləşdirəcək xatirə lövhəsinin açılış mərasimində də iştirak edəcək. Qeyd edək ki, xatirə lövhəsi memarın yaşadığı binanın üzərinə prezident İlham Əliyevin sərəncamı ilə vurulub.19-cu əsrin sonlarında Bakı şəhərinin memarı vəzifəsində çalışan Qoslavski Hacı Zeynalabdin Tağıyevin mülkü (Tarix Muzeyi), Şəhər Dumasının binası (Bakı İcra Hakimiyyəti), Müsəlman qızlar məktəbi (Əlyazmalar İnstitutu), Neft Akademiyasının köhnə binası və digər binaların müəllifi olub. -
06-09-2008, 04:11 PMAPASabah Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda konfrans başlayır
[b]Sabah Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda konfrans başlayır[b]
Bakı. Tamara Qriqoryeva-APA. Sabah Bakıda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iki günlük konfrans öz işinə başlayacaq.
[APA-nın məlumatına görə, iclasda gələcək nəsillərin hüquqları, sivilizasiyalar arasında əməkdaşlıq, təhsil, media və əyləncə məsələləri, BMT-nin İnkişaf Proqramı, gender problemi ətrafında müzakirələr aparılacaq. Sessiyanın giriş sözü ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva açacaq. Daha sonra sessiyada Polşa Cənubi Afrika Respublikası, Latviya, Anqolanın birinci xanımları, Türkiyə baş nazirinin həyat yoldaşı, Argentina vitse-prezidentinin xanımı, Rusiya Federasiya Şurasının vitse-spikeri, Texas ştatının qubernatorunun xanımı çıxış edəcəklər. Konfransda "Münaqişə və insan sivilizasiyalarının birliyi", "Qadınlara ehtiram - həyata ehtiramdır", "Milli şüur insanların qloballaşmanın tərkibinə çevrilməsinə qarşı müdafiə vasitəsi kimi", "Qərb və Şərq - biz bir-birimizi necə görürük" kimi mövzularda məruzələr dinlənəcək. Bundan başqa konfransın işində bir sıra qadın nazirlərin, beynəlxalq təşkilatların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin çıxışları gözlənilir.