[b]Əli Həsənov: "Müşahidəçilər seçki kampaniyasını dinamik qiymətləndirirlər"[b]
[Bakı. Laçın Sultanova - APA. "Seçki kampaniyası ən yüksək mərhələsinə daxil olub - təbliğat və təşviqat mərhələsinə. Namizədlər bütün ölkə ərazisində görüşlər keçirir, seçicilərlə təmasda olur, ictimai televiziya və radio ilə təbliğat kampaniyası aparırlar. Rəsmi qəzetlərdə namizədlərin platformaları dərc olunur və digər seçkiqabağı prosedurlar həyata keçirilir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, ölkədə vəziyyətin sabit olduğunu, müşahidəçilərin seçkiqabağı kampaniyanı kifayət qədər dinamik hesab etdiklərini bildirib: "Düşünürük ki, sona qədər belə olacaq".
Azərbaycan Xəbərləri
Printable View

09-24-2008, 02:30 PMAPAƏli Həsənov: "Müşahidəçilər seçki kampaniyasını dinamik qiymətləndirirlər"

09-24-2008, 02:40 PMAPAƏli Həsənov: "Biz Azərbaycanı rus icmasının nümayəndələri olmadan təsəvvür etmirik"
[b]Əli Həsənov: "Biz Azərbaycanı rus icmasının nümayəndələri olmadan təsəvvür etmirik"[b]
[Bakı. Laçın Sultanova - APA. "Biz Azərbaycanı rus icmasının nümayəndələri olmadan təsəvvür etmirik". APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rus İcmasının yaradılmasının 15 illiyi ilə bağlı tədbirdə iştirak edən Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Milli rəngarəngliyin Azərbaycanın ən böyük sərvətlərindən biri olduğunu söyləyən şöbə müdiri ölkədə müxtəlif etnik qrupların nümayəndələrinin yaşadığını xatırladıb: "Onlar neçə illərdir Azərbaycan xalqı ilə birlikdə dövlət quruculuğunda iştirak edirlər. Ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında bu millətlərin oğulları da Azərbaycan xalqının övladları ilə birlikdə vuruşublar. Rus icması da bu çoxsaylı etnik tərkibin əsas qruplarından biridir". Ə. Həsənov Azərbaycanın Rus İcmasının 15 ildir digər QHT-lə bərabər vətəndaş cəmiyyətinin inkişafında iştirak etdiyini də vurğulayıb. -
09-24-2008, 02:50 PMAPAOrdu generalı Xurşid Tolon xəstəxanadan çıxıb
[b]Ordu generalı Xurşid Tolon xəstəxanadan çıxıb[b]
[Kocaeli - APA. Bu gün səhər saxlanıldığı Kocaeli bölgəsinin Kandıra qəsəbəsindəki xüsusi həbsxanada səhhəti pisləşərək Kocaeli Dövlət Xəstəxanasına aparılan ordu generalı Xurşid Tolonun vəziyyəti yaxşılaşıb. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, müayinə nəticəsində generalın təzyiqinin düşdüyü və həbsxanada normadan artıq dərəcədə (12 kq) çəki itirdiyi müəyyənləşib. Müalicə müəssisəsinə xərəkdə gətirilən X. Tolon bir qədər sonra xəstəxananı yeriyərək tərk edib və həbsxanaya göndərilib. Xatırladaq ki, eyni həbsxanada saxlanılan digər ordu generalı Şənər Əruyğur hazırda Kocaeli Dövlət Xəstəxanasında müalicə olunur. Sentyabrın 17-də həbsxanada yıxılan Ş. Əruyğurun beyninə qan sızıb və boyun sümüyü üç yerdən qırılıb. -
09-24-2008, 03:00 PMAPAXaricdəki soydaşlarımızın Azərbaycanda ödənişli ali təhsil alması sahəsində güzəştli qiymətlər tətbiq oluna bilər
[b]Xaricdəki soydaşlarımızın Azərbaycanda ödənişli ali təhsil alması sahəsində güzəştli qiymətlər tətbiq oluna bilər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Gələcəkdə Azərbaycanda xarici ölkə vətəndaşı olan azərbaycanlıların ödənişli ali təhsili güzəştli qiymətlərlə alması mümkündür. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.Nazirin sözlərinə görə, hazırda Azərbaycanda ali təhsil alan əcnəbilər və xarici ölkə vətəndaşları olan azərbaycanlılar arasında təhsil haqqı kimi ödənilən ödənişlərin məbləğində heç bir fərq qoyulmur: «Bu məsələ üzrə düşünmək və soydaşlarımız üçün hər hansı güzəştlər tətbiq etmək olardı».Qeyd edək ki, hazırda Azərbaycanda 50 ölkədən 6,5 min nəfər əcnəbi tələbə təhsil alır. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı isə 4 min. təşkil edir ki, bunun da 1 min nəfəri dövlət hesabına təhsil alır. -
09-24-2008, 03:10 PMAPAAzərbaycanda məşğul əhalinin sayı 4 mln. nəfəri ötüb
[b]Azərbaycanda məşğul əhalinin sayı 4 mln. nəfəri ötüb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanda məşğul əhalinin sayı bu il sentyabr ayının 1-nə 4,04 mln. nəfər təşkil edib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2008-ci ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 396,1 min nəfər, orta siyahı sayı isə 1 361,7 min nəfər təşkil edib və onların 871,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 489,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 21,2%-i istehsal sahələrində, o cümlədən 13,3%-i sənayedə, 5,1%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub. Xidmət sahəsində çalışanların 24,9%-i təhsil, 19,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 9,9%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,1%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 3,8%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,5%-i isə digər sahələrdə cəmlənib.Cari ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda 4,9 min əcnəbi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,5 min nəfəri sənayedə, 1,3 min nəfəri tikintidə, 1 000 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərməsi sahəsində, 0,5 min nəfəri isə topdan və pərakəndə ticarət sahələrində işləyib. Məşğulluq mərkəzlərinin məlumatına görə, 2008-ci il sentyabr ayının 1-i vəziyyətinə Azərbaycan üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 842 nəfər olub və onların 2 395 nəfəri işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 119,9 manat təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 3 nəfər şəxsdən ibarət olub. -
09-24-2008, 03:20 PMAPAAzərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılmasına dair qərar qəbul olunub
[b]Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılmasına dair qərar qəbul olunub[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Nazirlər Kabineti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Bu barədə «APA-ECONOMICS»ə Nazirlər Kabinetindən məlumat verilib.Mərkəz dövlət büdcəsindən maliyyələşdiriləcək. Nazirlər Kabinetinin qərarına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir ay müddətində Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əsasnaməsinin layihəsini, struktur və ştat sayı barədə təkliflərini hazırlayaraq hökumətə təqdim etməlidir. -
09-24-2008, 03:30 PMAPABakıda Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr olunmuş konfrans keçirilib
[b]Bakıda Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr olunmuş konfrans keçirilib[b]
[Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda "Rus İcması - 15 illik yol" adlı konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən icma rəhbəri, millət vəkili Mixail Zabelin qeyd edib ki, hazırda Azərbaycanda 150 min rus yaşayır. Rus dilinin Azərbaycanda qorunduğunu qeyd edən icma rəhbərinin sözlərinə görə, ölkədə 15 min tələbə rus dilində təsir alır, rus dilində nəşr olunan qəzetlərin sayı sovetlər dövrü ilə müqayisədə dəfələrlə artıb. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir ki, 170 ildən artıqdır ki, 100 minlərlə rus Azərbaycanı öz vətəni hesab edir, milli, etnik ənənələrini saxlayaraq cəmiyyətimizə inteqrasiya olunub. Konfransda çıxış edən Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev millətin mədəni səviyyəsinin neçə dil bilməklə müəyyən olunduğunu deyib: "Hollandlar ən mədəni millət sayılırlar, çünki əhalinin əksəriyyəti heç olmasa 2 dil bilir. Arzu edərdim ki, azərbaycanlılar bu birinciliyi hollandların əlindən alsınlar. Rusiyada bilsinlər ki, Azərbaycanda bu ölkəyə və ruslara münasibət dəyişməyib". Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata rusların Azərbaycan cəmiyyətində rolundan, ölkəmizdəki tolerantlıqdan danışıb. Ümümrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında oynadığı rola diqqət çəkib. O, Rusiya icmasının rəhbəri Mixail Zabelinə Moskvada rus dilində nəşr olunmuş "Azərbaycan nağılları" 2 cildliyini hədiyyə edib. Konfrans iştirakçıları Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Moskva meri Yuri Lujkova müraciətlər qəbul ediblər. -
09-24-2008, 04:00 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Gəncəyə səfər edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə səfər edib[b]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Azərbaycan prezidenti İlham Əliyev Qərb bölgəsinə səfər çərçivəsində Gəncə şəhərində olub.
[APA-nın Qərb bürosunun məlumatına görə, ölkə prezidentinin Gəncəyə səfəri Heydər Əliyev meydanından başlanıb. Ölkə başçısı burada Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Şah Abbas məscidində aparılan təmir işləri ilə maraqlanıb, Gəncə Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Ölkə başçısının Gəncəyə səfəri Nizami məqbərəsini ziyarətlə yekunlaşıb. -
09-24-2008, 04:10 PMAPABFB-da 10504820S seriyalı 505,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
[b]BFB-da 10504820S seriyalı 505,8 min manatlıq DQİ emissiyası yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10504820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 878,8 min manat təşkil edib. Sifarişlər 90,55% (gəlirlik 12,09%) - 91,70% (gəlirlik 10,49%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 91,70% (gəlirlik 10,49%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 505,8 min manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 4-də icra olunacaq. -
09-24-2008, 04:20 PMAPABu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib
[b]Bu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103819S seriyalı, ümumi həcmi 40 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 9 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 33 222 200 manat təşkil edib. Sifarişlər 99,12% (gəlirlik 11,41%) - 99,28% (gəlirlik 9,32%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,19% (gəlirlik 10,50%), orta ölçülmüş qiyməti isə 99,27% (gəlirlik 9,45%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 564 200 manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 30 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 22-də icra olunacaq. -
09-24-2008, 04:30 PMAPAAzərbaycanda 450 yeni orta məktəbə tələbat var
[b]Azərbaycanda 450 yeni orta məktəbə tələbat var[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanda 450 orta təhsil məktəbin tikintisinə ehtiyac var. «APA-ECONOMICS»in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.
[Nazirin sözlərinə görə, Azərbaycanda 1200 məktəbin əsaslı təmirə, 450-dən artıq yeni məktəbin tikintisinə və şagird sıxlığı problemlərini aradan qaldırmaq üçün 600 məktəbin yanında əlavə korpusların inşasına ehtiyac duyulur: «Yaxın bir neçə il ərzində biz təhsil ocaqlarında normal şərait yaratmalıyıq».Bundan başqa M.Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi məktəblərdə qışa hazırlıq məsələlərinə də ciddi yanaşır. Belə ki, ən əsas məsələlərdən biri təhsilə mane olmamaq şərti ilə başlanmış və nəzərdə tutulan təmir işlərini başa çatdırmaq və istilik sistemlərini quraşdırmaqdır ki, hazırda bu işlər davam etdirilir: «Ümumiyyətlə, bu il ölkənin təhsil sahəsi keçən ildəkindən bir qədər yüksək səviyyədə olacaq».Qeyd edək ki, hazırda Azərbaycanda 4 545 min orta təhsil məktəb mövcuddur. -
09-24-2008, 04:40 PMAPAAzərbaycan təyyarə və vertolyot istehsalına hazırlaşır
[b]Azərbaycan təyyarə və vertolyot istehsalına hazırlaşır[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın illərdə Azərbaycanda bir sıra xarici şirkətlərin iştirakı ilə təyyarə və vertolyotların istehsalını başlanıla bilər. Bu barədə «APA-ECONOMICS»ə hökumətdəki mənbələrdən məlumat verilib.
[Hazırda Azərbaycan tərəfi Rusiya, Ukrayna, Türkiyə və Çexiya şirkətləri ilə hərbi və mülki təyinatlı təyyarə və vertolyotların istehsalının qurulmasına dair müzakirələr aparılır. Danışıqlar davam etdiyindən həmin şirkətlərin adları açıqlanmır.«Bu gün Rusiya və Ukraynada istehsal edilən təyyarələrin müəyyən hissəsi Azərbaycanda hazırlanır. Gələcəkdə planlar var ki, həmin təyyarələr Azərbaycanda da istehsal olunsun. Bunun üçün hazırda istismarsız qalmış müəssisə ayrıla bilər», - deyə hökumətdən bildirilib.Müzakirələrə əsasən, hazırda Müdafiə Nazirliyinin balansında olan Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Təyyarə Təmiri Zavodununun yenidən qurulması və məhz burada təyyarələrin yığılmasının təşkili nəzərdə tutulur. Qeyd edək ki, hazırda Azərbaycanın iki müəssisəsi - Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan «İqlim» Elmi İstehsalat Müəssisəsi və «Avia-Aqreqat» zavodu aviasiya texnikalarının istehsalı ilə məşğuldur. Bu müəssisələrdə xüsusi təyinatlı mürəkkəb aviasiya texnikası, müxtəlif aerodrom kondisionerləri, bort bələdçisinin universal konteyneri, hava-hava radiatorları, yanacaq-yağ, hava-hava istilik mübadiləediciləri, ventilyator və s. istehsal edilir.Azərbaycanın «İqlim» zavodu Rusiyanın aviasiya texnikası istehsal edən «Vımpel» zavodu, İrkutsk Aviasiya İstehsalat Birliyi, «Aviakor» Samara Aviasiya Zavodu, Novosibirsk Aviasiya İstehsalat Birliyi, «RSK MiQ» müəssisəsi və «Rosoboroneksport» şirkəti ilə əməkdaşlıq edir. -
09-24-2008, 05:00 PMAPAİlhamə Quliyevaya "Hummer" hədiyyə olunub
[b]İlhamə Quliyevaya "Hummer" hədiyyə olunub[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti İlhamə Quliyevaya ağ rəngli "Hummer" markalı avtomobil hədiyyə edilib. Bu barədə APA-ya açıqlama verən məşhur sənətçi bildirib ki, avtomobil ona pərəstişkarı tərəfindən hədiyyə olunub: "Bu avtomobili sənətimi sevən, məni bir qadın və incəsənət xadimi kimi qiymətləndirən pərəstişkarımın hədiyyəsidir. Həmin insan ailəvi dostumuzdur, sanballı, adlı-sanlı şəxsiyyətdir. Hazırda avtomobili impressariom Tolik idarə edir, ancaq yaxın vaxtlarda mən də idarə edəcəyəm. Olduqca rahat və asan idarə olunan avtomobildir". Oğlu Orxan Nadirovun işinə gəlincə, xalq artisti artıq istintaqın tamamlandığını və bu yaxınlarda məhkəmə prosesinin keçiriləcəyini söyləyib: "Orxanın işi ilə bağlı çox rahatam. Ancaq məhkəmə proseslərində iştirak etməyəcəyəm. Məhkəməyə vəkili ilə birlikdə atası qatılacaq". Yaradıcılığındakı yeniliklərdən söz açan müğənni sentyabrın 28-də Hollandiyada solo-konsert verəcəyini söyləyib. İ. Quliyeva bu aya təyin olunan, sonradan isə təxirə salınan hesabat konsertinə də toxunub: "Tolik Yaşıl Teatrda konsertimi keçirmək fikrinə düşmüşdü, ancaq seçkilərə az vaxt qaldığına görə tələsik konsert təşkil etmək istəmədim. Həm də anamın ili çıxmamış solo-konsertdə oxumaq istəmədim. Seçikilərlə bağlı çıxışlarımı edirəm. Anamın ili çıxdıqdan sonra Bakıda konsert keçirib, yaradıcılığımın hesabatını verəcəyəm". İ. Quliyeva yeni albomunun işıq üzü gördüyünü və albomda Novruz Aslan, Xanım İsmayılqızı, Aygün Səmədzadə, Gövhər Həsənzadə, Aybəniz Güllər, Sevda Məmmədli kimi bəstəkarların əsərlərinin yer aldığını xatırladıb: "Bu, mənim onuncu albomumdur. Albomun təqdimat mərasimini keçirmək fikrində deyiləm. Bu tendesiyanın əsasını mən qoymuşam, amma indi eləmək istəmirəm. Çünki bu ənənə köhnəlib". Sənətçi bu yaxınlarda üç yeni klipinin ekranlarda nümayiş olunacağını da deyib. -
09-24-2008, 05:10 PMAPAStenli Eskudero: "Ailəmlə Nardaran sakinləri arasında yaranmış problem gec-tez öz qanuni həllini tapacaq"
[b]Stenli Eskudero: "Ailəmlə Nardaran sakinləri arasında yaranmış problem gec-tez öz qanuni həllini tapacaq"[b]
Bakı. Rəşad Süleymanov-APA. "Ailəmlə Nardaran sakinləri arasında yaranmış problem uzun və mürəkkəb məsələdir". Bu açıqlamanı APA-ya ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero verib.
[O, qeyd olunan məsələnin dərinliyinə getmək istəmədiyini bildirib: "Mən heç də bu məsələnin dərinliyinə getmək istəmirəm. Ailəm və mən sözügedən torpaq sahəsinin əsl sahibləriyik. Hətta dünən bu məsələ ilə əlaqədar məhkəmə prosesi də keçirilib". S.Eskudero onu da əlavə edib ki, bu məsələ gec-tez öz qanuni həllini tapacaq və problemə son qoyulacaq. Qeyd edək ki, Naradaran sakinləri S. Eskudronun ailəsinin onların uzun illərdən bəri əkib becərdiyi 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz edirlər. -
09-24-2008, 05:30 PMAPAMDB müşahidəçiləri prezidentliyə namizədlərin vəkilləri ilə görüşlərə başlayıblar
[b]MDB müşahidəçiləri prezidentliyə namizədlərin vəkilləri ilə görüşlərə başlayıblar[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda keçiriləcək seçkiləri müşahidə missiyasının nümayəndələri prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin vəkili Müzəffər Baxışovla görüşüblər. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidəçilər bildiriblər ki, seçki prosesinin monitorinqi Azərbaycan qanunları və MDB-nin sənədləri çərçivəsində, ölkənin daxili işlərinə qarışmamaq prinsipi əsasında aparılacaq. M. Baxışov isə qonaqlara Q. Əlibəylinin seçki kampaniyasında iştirakından danışıb. Qeyd edək ki, bu, missiya nümayəndələrinin prezidentliyə namizədlərinin vəkilləri ilə keçirdiyi ilk görüş olub. Dünən isə MDB müşahidəçiləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər. -
09-24-2008, 06:40 PMAPAAzərbaycan prezidenti Kürdəmirdə bir neçə obyektin açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Kürdəmirdə bir neçə obyektin açılışında iştirak edib[b]
[Kürdəmir. Şahnəzər Bəşirov-APA. Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonunda səfərdə olub. APA-nın yerli bürosunun məlumatına görə, ölkə başçısı Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında iştirak edib, burada ictimaiyyət nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev rayonda Gənclər Evinin, Bakı-Qazax magistral yolunun Kürdəmir şəhəri ərazisindən keçən 10,5 kilometrlik dairəvi yolunun açılış mərasimlərinə də qatılıb. Ölkə başçısının Kürdəmirə səfəri "Qelios" firmasının şirə emalı kombinatının açılış mərasimində iştirakla yekunlaşıb. -
09-24-2008, 06:50 PMAPABu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8071 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8107 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8071 AZN/$1 təşkil edib.USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 16,75% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
09-24-2008, 07:00 PMAPAQüdrət Həsənquliyev Lənkəranda seçicilərlə görüşüb
[b]Qüdrət Həsənquliyev Lənkəranda seçicilərlə görüşüb[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Bu gün prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyev Lənkəran şəhərində seçicilərlə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən görüşü prezidentliyə namizədin vəkili, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov açaraq Q. Həsənquliyevin fəaliyyəti barədə məlumat verib. Q. Həsənquliyev çıxışında Azərbaycanda Konstitusiya islahatları, platformasındakı sosial-iqtisadi islahatlarla bağlı müddəalar, Dağlıq Qarabağ probleminin həli və ordu quruculuğu məsələləri barədə danışıb. Prezidentliyə namizəd qeyd edib ki, Azərbaycanda neft pulları səmərəli istifadə olunmalı, ölkədə istehsal və emal müəssisələri açılmalıdır. Görüşdə çıxış edən Lənkəran Dövlət Universitetinin professoru Məsud Məmmədov çalışdığı təhsil müəssisəsindəki mənfi hallardan danışıb. Q. Həsənquliyev seçicilərin şikayətlərini dinləyib, suallarını cavablandırıb. -
09-24-2008, 07:20 PMAPABakıda İsrail rejissorunun filminə baxış keçirilib
[b]Bakıda İsrail rejissorunun filminə baxış keçirilib[b]
[Bakı. Viktoriya Dementyeva - APA. İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dövlət Dillər Universitetində İsrail rejissoru Eran Kolirinin "Qrupun səfəri" adlı filminə baxış keçirilib. APA-nın məlumatına görə, baxışda Dövlət Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Diplomatiya Akademiyasının 200-ə yaxın tələbəsi, eləcə də Azərbaycandakı yəhudi icmasının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, "Qrupun səfəri" İsraildə 2007-ci ilin ən yaxşı filmi seçilib və Kann festivalında mükafata layiq görülüb. -
09-24-2008, 08:00 PMAPAOmbudsman Aparatının nümayəndələri müvəqqəti saxlama təcridxanalarına baxış keçiriblər
[b]Ombudsman Aparatının nümayəndələri müvəqqəti saxlama təcridxanalarına baxış keçiriblər[b]
[Bakı. Hafiz Heydərov-APA. Ombudsman Aparatının Çevik Araşdırma Qrupu polis idarələrinin müvəqqəti saxlama təcridxanalarına, polis bölmələrinin növbətçi hissələri yanında müvəqqəti saxlama yerlərinə baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma qrupu Nizami, Əzizbəyov, Nəsimi, Qaradağ, Binəqədi, Nərimanov, Suraxanı, Xətai və Sabunçu rayon polis idarələrinin müvəqqəti saxlama təcridxanalarında Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmadığını yoxlayıb. Məlumata görə, polis bölmələrinin növbətçi hissələri yanında müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərlə görüş keçirən qrup üzvləri hər hansı bir şikayət faktı ilə qarşılaşmayıblar. -
09-25-2008, 10:20 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 17,60 -
09-25-2008, 10:50 AMAPARusiya Dövlət Dumasının keçmiş deputatı Ruslan Yamadayev öldürülüb
[b]Rusiya Dövlət Dumasının keçmiş deputatı Ruslan Yamadayev öldürülüb[b]
Moskva - APA. Sentyabrın 24-də Rusiya Dövlət Dumasının keçmiş deputatı, "Şərq" xüsusi təyinatlı çeçen batalyonunun sabiq komandiri Sulim Yamadayevin qardaşı Ruslan Yamadayev Moskvada sui-qəsd nəticəsində öldürülüb.
[APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, R. Yamadayevin idarə etdiyi "Mercedes S 600" markalı avtomobil Moskva vaxtı ilə saat 17.15-də Smolensk küçəsində atəşə tutulub. Belə ki, R. Yamadayevin avtomobili yol ayrıcında dayanarkən üzünü tənziflə örtmüş qatil ona yaxınlaşıb və zirehli maşının sürücü tərəfdəki pəncərəsindən "Kedr" tipli tapança-pulemyotdan atəş açmağa başlayıb. Güllə darağını tam boşaltdıqdan sonra killer "Audi-80" markalı avtomobillə hadisə yerindən uzaqlaşıb. Bəzi şahidlər isə atəş açanların iki nəfər olduğunu bildirirlər. Hüquq-mühafizə orqanlarını əməkdaşları olay yerində onlarla giliz aşkarlayıblar. Avtomobildə olan Çeçenistanın keçmiş hərbi komendantı, general-polkovnik Sergey Kizyun ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır. -
09-25-2008, 11:00 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
09-25-2008, 11:10 AMAPAABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandırıb
[b]ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandırıb[b]
[Vaşinqton - APA. ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandıraraq Vaşinqtona qayıtmaq barədə qərar qəbul edib. APA-nın "France Presse" agentliyinə istinadən yaydığı məlumata görə, C. Makkeyn ölkədəki kəskin maliyyə böhranı ilə əlaqədar bu qərarı verib. O, rəqibi Barak Obamanı qərarından xəbərdar edərək onu da seçki kampaniyasını dayandırmağa çağırıb və cümə gününə təyin olunmuş teledebatları təxirə salmağı təklif edib. Ancaq demokratların namizədi bununla razılaşmayıb. O, jurnalistlərə bildirib ki, prezidentliyə namizəd eyni anda bir neçə işi yerinə yetirməyi bacarmalıdır. B. Obama Nümayəndələr Palatasının sədri Nensi Pelosi, demokratların lideri Hovard Din və maliyyə naziri Henri Polsonla müntəzəm əlaqə saxladığını söyləyib. Namizəd deyib ki, onun köməyinə ehtiyac yaransa, dərhal Vaşinqtona yola düşməyə hazırdır. B. Obamanın fikrincə, məhz indiki şəraitdə amerikalılar bilməlidir ki, növbəti prezident bu qarma-qarışıqlıqla necə mübarizə aparmaq niyyətindədir. -
09-25-2008, 11:20 AMAPAAudit Komitəsi: «Zamin Bank»ın filial direktorunun mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur»
[b]Audit Komitəsi: «Zamin Bank»ın filial direktorunun mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur»[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) «Mərkəz» filialının həbs edilən direktoru Vidadi Xudiyevin mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur. Bunu «APA-ECONOMICS»ə açıqlamasında bankın Audit Komitəsinin sədri Namiq Bağırov bildirib. N.Bağırovun sözlərinə görə, həbs olunan V.Xudiyev 2007-ci ilin noyabr ayının 30-dan «Zamin Bank» SKB-də işləmir: «Həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşları aldadaraq onların pullarını mənimsəyib. Mənimsənilən pulların bankın vəsaitlərinə heç bir aidiyyəti yoxdur».Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində «Zamin Bank» ASC-nin «Mərkəz» filialının direktoru, Bakı şəhər sakini Vidadi Xudiyev tutulub. V.Xudiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaq yolu ilə Orxan Şirinov, Sərdar Qəribov və qeyrilərinə məxsus 100 min manat məbləğində pul vəsaitlərini mənimsəməsi bildirilir. Faktla əlaqədar Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb. -
09-25-2008, 11:30 AMAPAUkraynada "narıncı koalisiya"nın bərpası ilə bağlı danışıqlar başlayıb
[b]Ukraynada "narıncı koalisiya"nın bərpası ilə bağlı danışıqlar başlayıb[b]
[Kiyev - APA. Ukraynada "Yuliya Timoşenko" bloku, "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" blokları və Litvinin bloku arasında yeni koalisiyanın formalaşdırılması ilə bağlı danışıqlar başlayıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, danışıqlarda "Yuliya Timoşenko" blokunu təmsil edən Ali Radanın sədr müavini Nikolay Tomenko ilk görüşün nəticələrindən nikbin olduğunu bildirib: "Buz tərpəndi və üçtərəfli formatda koalisiyanın formalaşdırılması üçün şans yarandı". N. Tomenko parlamentin növbəti iclasının gündəliyini birgə müəyyənləşdirəcəklərini söyləyib: "İki gün ərzində cəhd edəcəyik ki, üç fraksiya de-fakto koordinəli şəkildə çalışmağa başlasın"."Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" fraksiyasının lideri Vyaçeslav Kirilenko isə deyib ki, üçtərəfli koalisiyanın yaradılması ilə xeyli sayda problemin həlli mümkündür. O, koalisiya razılaşmasının imzalanması üçün irəli sürdükləri şərtləri də açıqlayıb. Buna əsasən "Yuliya Timoşenko" bloku Regionlar Partiyası və kommunistlərlə birgə səsvermədən, prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan və Viktor Yuşşenkonun veto qoyduğu qanun layihələrini dəstəkləməkdən imtina etməlidir. V. Kirilenko Rusiya-Gürcüstan münaqişəsinə dair ümumi mövqe ortaya qoyulmasını və deputat toxunulmazlığının ləğvini istədiklərini də vurğulayıb. Hər üç blok bu gün məsləhətləşmələri davam etdirəcək. Sentyabrın 26-da isə hər üç fraksiyanın deputatlarının iştirakı ilə görüş keçiriləcək. "Yuliya Timoşenko" blokunun üzvü Andrey Şkil bildirib ki, görüşə prezident Viktor Yuşenko da dəvət olunmalıdır. Xatırladaq ki, sentyabrın 2-də "Yuliya Timoşenko" bloku, Regionlar Partiyası və kommunistlərin səsləri ilə prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan qanun layihələri qəbul edilib. Həmçinin bu üç fraksiya "Bizim Ukrayna"nın Rusiya-Gürcüstan müharibəsi ilə bağlı təklif etdiyi bəyanatı dəstəkləməyib. Bundan sonra "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" bloku koalisiya hökumətindən çıxdığını bəyan edib. -
09-25-2008, 11:40 AMAPAAvropa ölkələri mədəniyyət nazirlərinin Bakı müşavirəsinə 10 İKT üzvü də dəvət olunub
[b]Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı müşavirəsinə 10 İKT üzvü də dəvət olunub[b]
[Bakı. Laçın Sultanova - APA. Avropa ölkələri mədəniyyət nazirlərinin dekabrın 2-3-də Bakıda keçiriləcək müşavirəsinə ilk dəfə olaraq İslam Konfransı Təşkilatının (İKT) 10 üzvü, o cümlədən Özbəkistan, Qazaxıstan, Türkmənistan və Tacikistanın mədəniyyət nazirləri də dəvət olunublar. APA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müstəqil Dövlətlər Birliyinin Mədəni Əməkdaşlıq Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən 23-cü iclasında çıxışında deyib. Qeyd edək ki, Bakı müşavirəsinin təşkilatçıları Avropa Şurası və Azərbaycan hökumətidir. -
09-25-2008, 11:50 AMAPAVenesuela prezidenti Uqo Çavesin Rusiyaya rəsmi səfəri başlayır
[b]Venesuela prezidenti Uqo Çavesin Rusiyaya rəsmi səfəri başlayır[b]
[Moskva - APA. Venesuela prezidenti Uqo Çaves Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə bu gün Moskvaya iki günlük rəsmi səfərə gəlir. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, səfər zamanı enerji, elm və texnologiya sahələrində ikitərəfli razılaşmaların imzalanacağı gözlənilir. Moskvaya Pekindən gələn Venesuela lideri Rusiyadan Fransaya, oradan isə Portuqaliyaya yola düşəcək. U. Çavesin səfəri iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi və hərbi-texniki sahələrdə ikitərəfli əlaqələrin gücləndiyi dövrə təsadüf edir. Bu günlərdə Rusiyanın Tu-160 strateji-bombardmançı təyyarələri Venesuelaya uçuş həyata keçiriblər. -
09-25-2008, 12:00 PMAPAAzərbaycanda sümük iliyinin transplantasiyası əməliyyatı keçiriləcək
[b]Azərbaycanda sümük iliyinin transplantasiyası əməliyyatı keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Yaxın vaxtlarda Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Talassemiya Mərkəzinin açılış mərasimi olacaq. Azərbaycan Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili şöbəsinin rəisi Soltan Əliyev APA-ya bildirib ki, bu mərkəzdə ölkədə ilk dəfə olaraq, sümük iliyinin transplantasiyası əməliyyatı keçiriləcək. Hazırda bu əməliyyat MDB məkanında yalnız Moskva (Rusiya) və Minsk (Belarus) şəhərlərində aparılır. S. Əliyevin sözlərinə görə, bu əməliyyatın aparılması üçün artıq mütəxəssis hazırlığı da həyata keçirilib. -
09-25-2008, 12:10 PMAPA"Qazprom" Ermənistana satdığı qazın qiymətini 40 faiz artırıb
[b]"Qazprom" Ermənistana satdığı qazın qiymətini 40 faiz artırıb[b]
İrəvan-APA. Rusiyanın "Qazprom" şirkəti gələn il aprelin 1-dən Ermənistana nəql edilən mavi yanacağın qiymətinin 40 faiz bahalaşması haqqında qərar qəbul edib.
[APA-nın məlumatına görə, RAO "ArmRosQazprom" şirkətinin baş direktoru Karen Karapetyan bildirib ki, aprelin 1-dən Ermənistan qazın hər min kubmetri 154 dollara satılacaq. Hazırda bu qiymət 110 dollar təşkil edir. "Qazprom" həmçinin 2010-cu ilin aprelindən başlayaraq Ermənistana qazın hər min kubmetrini 200 dollara satmaq barədə qərar qəbul edib. 2011-ci ildən başlayaraq isə Ermənistan Rusiyadan mavi yanacağı Avropa qiymətləri ilə nəql edəcək. -
09-25-2008, 12:20 PMAPADow Jones indeksi 0,27%, S&P 500 0,2% enib, Nasdaq isə 0,11% yüksəlib
[b]Dow Jones indeksi 0,27%, S&P 500 0,2% enib, Nasdaq isə 0,11% yüksəlib[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 14-də Amerika bazarlarında Dow Jones indeksi 0,27% - 10825,17 bəndədək, S&P 500 0,2% - 1185,87 bəndədək enib, Nasdaq isə 0,11% - 2155,68 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, «Goldman Sachs» bankının səhmləri 6,4%, «Berkshire Hathaway» investisiya şirkətinin 3,5% bahalaşıb, «Citigroup» və «Morgan Stanley»in müvafiq olaraq 5,2% və 11,4% düşüb. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,79% - 5095,57 bəndədək, Almaniya DAX-ı 0,26% - 6052,87 bəndədək, Fransa CAC-40-ı isə 0,61% - 4114,54 bəndədək enib. «Anglo American Plc.» hasilat şirkətinin qiymətli kağızları 6%, İsveçrənin «Xstrata Plc.»in 5,3%, Fransanın «Total»ın 1,1%, «PSA Peugeot Citroen»in 2,7%, «Renault»un 2,9%, «Volkswagen AG»nin 5,8% ucuzlaşıb, Fransanın «Credit Agricole» bankının 5,1%, «Deutsche Bank»ın 3,1%, UBS-in 4,9% artıb.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4657 dollar təşkil edib. -
09-25-2008, 12:30 PMAPASadiq Gözəlov: "Polis Akademiyasında kütləvi zəhərlənmə halı baş verməyib"
[b]Sadiq Gözəlov: "Polis Akademiyasında kütləvi zəhərlənmə halı baş verməyib"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Daxili İşlər Nazirliyinin Polis Akademiyasında heç bir kütləvi zəhərlənmə halı baş verməyib".
[Bu barədə APA-nın sualına cavab olaraq DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov bildirib. Polis Akademiyasının müdavimlərinin kütləvi zəhərlənmələri barədə mətbuatda verilən məlumatlara münasibət bildirən S. Gözəlov deyib ki, sentyabrın 20-nə keçən gecə 33 müdavim Akademiyanın tibb hissəsinə mədə-bağırsaq pozğunluğu ilə bağlı müraciət edib: "Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanada onların müayinələri təşkil olunub. Müayinə zamanı yalnız 13 nəfərdə mədə-bağırsaq disfunksiyası müəyyən edilib. Müayinədən və ilkin tibbi yardımdan sonra müdavimlərin hamısı təhsil müəssisəsinə qayıdıblar. Akademiyada hər hansı qida zəhərlənməsindən söhbət gedə bilməz".S. Gözəlov deyib ki, DİN rəhbərliyinin göstərişinə əsasən faktla bağlı araşdırma aparılır. -
09-25-2008, 12:50 PMAPATürk futbolçu qol vurdu və öldü
[b]Türk futbolçu qol vurdu və öldü[b]
[Bakı - APA-SPORT. Almaniyanın aşağı liqası çərçivəsində keçirilən oyun faciə ilə nəticələnib. "APA-SPORT"un məlumatına görə, "Maynts Ditib Türkgücü" klubunun üzvü Ufuk Akkaynak görüşün 43-cü dəqiqəsində gözlənilmədən yerə yıxılıb. Meydanda təxminən 90 dəqiqə tibbi müdaxilə olunan türk hücumçu daha sonra xəstəxanaya aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb. 26 yaşlı Akkaynak ürək tutmasından vəfat edib. Qeyd edək ki, həmin anda "Maynts Ditib Türkgücü" 2:0 hesabı ilə öndə olub. Rəqib, "Uilli Uakker" klubunun qapısına ikinci qolu məhz Ufuk vurub. -
09-25-2008, 01:00 PMAPASumqayıt Dövlət Musiqili Dram Teatrının yubileyi qeyd olunacaq
[b]Sumqayıt Dövlət Musiqili Dram Teatrının yubileyi qeyd olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya bildirilib ki, yubiley tədbiri sentyabrın 26-da keçiriləcək. Həmin gün teatr kollektivinin iştirakı ilə yubiley üçün hazırlanmış "Fando və Lif" tamaşası nümayiş olunacaq. Yubiley ərəfəsində teatr kollektivinin Bakıda çıxışı nəzərdə tutulub. -
09-25-2008, 01:20 PMAPAGəncədə qətl hadisəsi baş verib
[b]Gəncədə qətl hadisəsi baş verib[b]
[Gəncə. Nəzakət Məşədəliqızı-APA. Gəncə şəhərində qətl hadisəsi baş verib. Gəncə şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün saat 02.15 radələrində F. Əmirov küçəsi bina 32, mənzil 25 -də yaşayan 1991-ci il təvəllüdlü Orxan Mahir oğlu Həsənli yaşadığı evdə şəxsi münasibətlər zəminində dostu 1991-ci il təvəllüdlü Taleh Mehman oğlu Məmmədovun ürəyinə bıçaq zərbəsi vurub. T. Məmmədovu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırmaq mümkün olmayıb, o yolda keçinib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayəti işi açılıb. -
09-25-2008, 01:30 PMAPABraziliyada Rivaldonu dəli adlandırıblar
[b]Braziliyada Rivaldonu dəli adlandırıblar[b]
"Bəlkə də Azərbaycan yığmasında forma geyinən beşinci braziliyalı mən oldum"
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Hacievskinin məni əvəzedici heyətə yollamasında heç bir problem yoxdur. Görünür, baş məşqçi mənə arxayın olmaq üçün burada sınaqdan keçirir". "APA-SPORT"un məlumatına görə, bunu "Bakı" klubunun braziliyalı futbolçusu Bruno Bastelli deyib. Braziliyanın məşhur "Santos" komandasının yetirməsi olan 22 yaşlı hücumçunun fikrincə, peşəkar futbolçu üçün hansı klubda çıxış etmək önəmli deyil: "Əsas necə oynamaqdır. Həmyerlim Rivaldo Yunanıstanın "Olimpiakos" klubuna keçəndə hamı onu dəli adlandırmışdı. "Bakı"ya düşdüyüm üçün özümü şanslı hesab edirəm. Çempionlar Liqasında çıxış etmək ən böyük arzularımdandır. Azərbaycanda özümü göstərməklə, Avropanın ortabab klublarından birinə də keçmək olar. "Santos"da məni avropalılar görmürdü. Burada isə belə deyil". Bakını həm gözəlliyi, yeni tikililərə, həm də çoxlu tıxaclara görə San-Pauloya bənzədən Bruno komandalarımızın çox sürətli futbol oynadığını söyləyib. Onun daha bir arzusu yığmamızda çıxış etməkdir: "Həmyerlilərimin Azərbaycan millisində oynamağında heç bir problem görmürəm. Bəlkə millinizin formasını geyinən beşinci braziliyalı elə mən özüm oldum. Əlbəttə, bunun üçün var gücümlə çalışmalıyam. "Bakı"nın əsas heyətinə düşəcəyimə söz verirəm. Mən Azərbaycana pul qazanmağa gəlməmişəm. Hələ gəncəm və əsas məqsədim karyera qurmaqdır". -
09-25-2008, 01:40 PMAPAAzərbaycan futbol yığması Çexiyanı məyus etdi
[b]Azərbaycan futbol yığması Çexiyanı məyus etdi[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. 19 yaşlı qızlardan ibarət Azərbaycanın futbol yığması Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb. "APA-SPORT"un məlumatına görə, Bakıda keçirilən 6-cı qrupun ilk oyununda milli komandamız Çexiyanı 2:1 hesabı ilə üstələyib. Millimizin qollarını Nelli Qarayeva və Nərminə Rzayeva vurub. Qeyd edək ki, komandamızla bir qrupda yer alan Finlandiya və Şimali İrlandiya yığmaları arasında qarşılaşma da bu gün keçiriləcək. -
09-25-2008, 01:50 PMAPALatviya parlamenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edib
[b]Latviya parlamenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edib[b]
[Riqa-APA. Latviya Seymi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə qanun layihəsini rədd edib. APA-nın məlumatına görə, müraciətin iclasın gündəliyinə daxil edilməsi təklifinin lehinə 5, əleyhinə 68 millət vəkili səs verib. Qeyd edək ki, bu separatçı bölgələrin müstəqilliyinin tanınması barədə qanunvericilik təşəbbüsü ilə "Vahid Latviyada İnsan Hüquqları Uğrunda" müxalifət partiyası təqdim edib. Qanun layihəsində Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq, bu bölgələrin BMT və ATƏT-ə üzvlüyünə dəstək vermək, münaqişədən əziyyətə çəkən Cənubi Osetiyaya 4 milyon dollar yardım göstərmək kimi müddəalar var. Xatırladaq ki, bu günə kimi hər iki separatçı rejimin müstəqilliyini Rusiyadan başqa yalnız Nikaraqua tanıyıb. -
09-25-2008, 02:00 PMAPAMisirin birinci xanımı Suzan Mubarək: "Azərbaycanda olmağıma görə məmnunluq hissi keçirirəm"
[b]Misirin birinci xanımı Suzan Mubarək: "Azərbaycanda olmağıma görə məmnunluq hissi keçirirəm"[b]
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan Misirin birinci xanımı Suzan Mübarəklə görüş keçirilib.
[APA-nın məlumatına görə, görüşdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə, Azərbaycanın İnsan Haqları üzrə müvəkkili Elmira Süleymanova, millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Elmira Axundova iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova S. Mübarəkin qadın problemlərinə xüsusi diqqətlə yanaşdığını, qadınlara olan zorakılığa qarşı fəal mübarizə apardığını bildirib. Xanım S. Mübarək Azərbaycanda olmaqdan məmnun qaldığını qeyd edib: "Sizin gözəl mühitdə olmaqdan məmnuniyyət hissi keçirirəm. Şadam ki, sizinlə yaxından tanış olmaq imkanı yaranıb. Ölkənizdə hiss olunan dəyişikliklər bizə də tanışdır, Misir bu mərhələni artıq keçib. İnkişaf etmiş ölkələrdə qadınların rolu bariz şəkildə görünür" . Misirin birinci xanımı sabah Bakıda keçiriləcək Azərbaycan Qadınlarının I Qurultayında iştirak edəcək. -
09-25-2008, 02:10 PMAPAEldar Quliyev: "Azərbaycan-Rusiya münasibətləri lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər"
[b]Eldar Quliyev: "Azərbaycan-Rusiya münasibətləri lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər"[b]
Bakı. Laçın Sultanova - APA. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru, səfir Eldar Quliyevin APA-ya müsahibəsi
[- Ümumrusiya Azərbaycan Konqresinin vəzifələri nədən ibarətdir?- Təşkilatımız 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Konqresi Rüstəm İbrahimbəyov, Araz Ağalarov, Telman İsmayılov, Tahir Salahov, Əhməd İsgəndərov, Məmməd Əliyev və digərləri təsis ediblər. Bu işdə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rzayevin də böyük əməyi olub. Hazırda onların hamısı və Rusiya parlamentinin yeganə azərbaycanlı üzvü Fərhad Əhmədov təşkilatın vitse-prezidentləridir. ÜAK Rusiyada yaşayan Azərbaycan diasporasını birləşdirir. Məqsəd diasporanın milli-mədəni maraqlarını və vətəndaş hüquqlarını reallaşdırmaq, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. Rusiya-Azərbaycan əlaqələrinin möhkəmliyindən çox şey asılıdır. Son hadisələr göstərdi ki, münasibətlərimiz lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar yaranar. Bunun üçün yollar var. Ölkələrimiz arasındakı dostluq əlaqələrində həm Azərbaycandakı rus icması, həm də Rusiyada yaşayan Azərbaycan diasporası öz rolunu oynamalıdır. - ÜAK-ın üzvlərinin sayı nə qədərdir? Rusiyaya qazanc dalınca gələn soydaşlarımızla əlaqəniz necədir?- Konqresin Rusiyanın 72 bölgəsində nümayəndəliyi var. Üzvlərimizin sayı 100 mindən artıqdır. Biz bu hərəkata daha çox azərbaycanlı cəlb etmək istəyirik, lakin bəziləri inanmırlar ki, birlikdə daha çox şeyə nail olmaq mümkündür. Təşkilatımızın "Azerbaydjanskiy Konqres" qəzeti vasitəsilə soydaşlarımıza müraciət edirik, bildiririk ki, Rusiyada qeydiyyata düşmək, qanuni əsasda işləmək lazımdır. Bunun üçün ÜAK-ın nəzdində onların hüquqlarını müdafiə edən mərkəz də yaradılıb. Lakin elələri var ki, bu müraciətlərə əhəmiyyət vermirlər, kimlərəsə rüşvət verib, qeyri-leqal yaşamağı üstün tuturlar.- Rusiya-Gürcüstan münaqişəsindən sonra orada yaşayan qafqazlılar, o cümlədən azərbaycanlılar özlərini necə hiss edirlər?- Qafqazlılarla, azərbaycanlılarla bağlı heç nə dəyişməyib, hətta gürcülərə münasibət də dəyişməyib. Rusiya rəhbərliyi hiss etdi ki, gürcülərə qarşı şovinizm baş qaldırsa, digər millətlərə qarşı da baş qaldıra bilər. Buna yol verməmək üçün fövqəladə tədbirlər görüldü.- Rusiyada ifrat millətçi hərəkatlar kortəbii yaranır, yoxsa onları idarə edənlər var?- Rusiya hüquq-mühafizə orqanları da etiraf edirlər ki, skinhedlər və digər radikal millətçi hərəkatlar müəyyən dairələr tərəfindən maliyyələşdirilir. Onlar Rusiyada sabitliyi pozmaq istəyirlər.- Dağlıq Qarabağ münaqişəsinin həllində ÜAK hansısa rol oynayırmı?- Qarabağ haqqında həm öz qəzetimizdə, həm də ayrıca materiallar çap edirik, çıxışlar edirik, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, münaqişə haqqında həqiqətləri çatdırırıq. Moskvada yaşayan Azərbaycan gəncləri bir neçə dəfə anti-Azərbaycan tədbirlərinin qarşısını alıblar, biz də onlara dəstək olmuşuq. Moskvada bəzi qüvvələr Azərbaycana qarşı aksiyalar təşkil etmək üçün erməni gənclərini maliyyələşdirir və küçələrə çıxarırlar. - Rusiya-Gürcüstan qarşıdurması zamanı Azərbaycanın tutduğu mövqeni necə qiymətləndirirsiniz?- Azərbaycan rəhbərliyi bu məsələdə ən ağıllı, ən düzgün siyasət yeritdi. Bu, Azərbaycanın maraqlarına uyğun yeganə mövqe idi.- Qarşıdan gələn prezident seçkiləri ilə bağlı Rusiyada yaşayan Azərbaycan vətəndaşlarıyla hansısa iş aparılırmı?- Konqresin rəhbərliyi hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib. Oktyabrın 3-də Moskvadakı "Bakı" kinoteatrında mitinq keçiriləcək, Rusiyanın 72 regionundan nümayəndələr gələcək və İlham Əliyevə dəstəklərini nümayiş etdirəcəklər. Biz hesab edirik ki, İlham Əliyev Azərbaycan üçün çox şey edib və edəcək. Ona inanırıq.