[b]Naxçıvanda əlil vətəndaşlara pulsuz protez-ortopedik xidmət göstərilib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan Muxtar Respublikasının bölgələrində əlil vətəndaşların protez-ortopedik xidmətlərlə təmin olunması məqsədilə səyyar səfərlər təşkil olunub. Naxçıvan Protez Ortopedik Bərpa Mərkəzinin əməkdaşı Mübariz Rüstəmlinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, son bir ayda Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə müxtəlif bölgələrə təşkil olunan səyyar səfərlər zamanı 50-dən artıq vətəndaş müayinə edilib. 19 vətəndaşa aşağı və yuxarı ərafların hazırlanması üzrə protez və ortezlər hazırlanaraq müvafiq xidmətlər göstərilib. Məlumata görə, bütün növ xidmətlər pulsuz həyata keçirilib. Qeyd edək ki, Naxçıvan Protez Ortopedik Bərpa Mərkəzi 2002-ci ildən fəaliyyətə başlayıb. Bu il 180-dən artıq əlil vətəndaşa müxtəlif protez-ortopedik xidmətlər göstərilib.
Azərbaycan Xəbərləri
Printable View

09-23-2008, 03:30 PMAPANaxçıvanda əlil vətəndaşlara pulsuz protez-ortopedik xidmət göstərilib

09-23-2008, 03:40 PMAPAŞəmkirdə silah-sursat tapılıb
[b]Şəmkirdə silah-sursat tapılıb[b]
[Bakı-APA. Şəmkir rayonu ərazisində silah-sursat aşkarlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd "TOZ-8", 1 ədəd ov tüfəngləri, 5 ədəd qumbara, 5 ədəd trotil şaşka, 1 ədəd süngü-bıçaq, 1 ədəd tüstüverici şaşka, 1024 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb. -
09-23-2008, 03:50 PMAPAAvaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb
[b]Avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nizami rayon Polis İdarəsi, Yasamal rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 2-si kişi, 11-i qadın, 5-i azyaşlı olub. Saxlanılanlar Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər. -
09-23-2008, 04:10 PMAPAPKK-çılar təslim olur
[b]PKK-çılar təslim olur[b]
[Şırnak - APA. PKK sıralarını tərk edən 6 terrorçu Türkiyənin cənub-şərqindəki Şırnak rayonunun Silopi qəsəbəsi ərazisində təhlükəsizlik qüvvələrinə təslim olub. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında açıqlama yayılıb. -
09-23-2008, 04:20 PMAPABakı Musiqi Akademiyasının dosentləri İtaliyada keçirilən "İbla Qran-Pri" beynəlxalq musiqi festivalının diplomuna layiq görülüblər
[b]Bakı Musiqi Akademiyasının dosentləri İtaliyada keçirilən "İbla Qran-Pri" beynəlxalq musiqi festivalının diplomuna layiq görülüblər[b]
[Bakı. Ülkər Qasımova-APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosentləri, pianoçular Maya Sadıqzadə və Fəridə Əhmədbəyova İtaliyada keçirilən "İbla Qran-Pri" beynəlxalq musiqi festivalında iştirak ediblər. Bu barədə APA-ya məlumat verən festival iştirakçısı Maya Sadıqzadə bildirib ki, onların festival çərçivəsində keçirilən müsabiqədə fərqlənmə diplomuna layiq görülüblər. Festival çərçivəsində birgə konsert verən pianoçular proqramda Azərbaycan bəstəkarıarı Qara Qarayev, Arif Məlikovla yanaşı, Bax, Motsart və digər dünya bəstəkarlarının əsərlərini ifa ediblər. M. Sadıqzadə qeyd edib ki, səfər çərçivəsində hər iki pianoçu bu ilin sonunda Çində keçiriləcək beynəlxalq musiqi festivalına dəvət olunublar. -
09-23-2008, 04:30 PMAPASabah Bakıda 100 şirkətin iştirakı ilə beynəlxalq səhiyyə sərgisi başlayır
[b]Sabah Bakıda 100 şirkətin iştirakı ilə beynəlxalq səhiyyə sərgisi başlayır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Sentyabrın 24-27-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı «İteca Caspian»ın birgə təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE-2008) keçiriləcək. «İteca Caspian»dan «APA-ECONOMICS»ə verilən məlumata görə, sərgiyə 19 ölkənin 100 şirkəti qatılacaq. Beynəlxalq tədbirdə Azərbaycanın «HB Co. Ltd.», «Caspident», «Labservis», Türkiyənin «AKGUN Kompüterləri», «Bonmed», «Kurt&kurt», Almaniyanın HEEL, Rusiyanın «İntelfarm», «MSM-Medical», ABŞ-ın «Blend-a-med», Latviyanın «AuroBalt», Hindistanın «NEJ Biotech», Çinin «Mindray» şirkəti, Belarusun «Borisov zavodu» və s. iştirak edəcək. Sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Stomatoloji Assosiasiyasının rəsmi dəstəyi ilə olacaq. Sərgidə tədbir iştirakçıları tibbi texnika və avadanlıqların ən son modellərini nümayiş etdirəcək. -
09-23-2008, 05:00 PMAPA"Amnesty İnternational" İranda həbs edilən azərbaycanlıların sərbəst buraxılması ilə bağlı bəyanat verib
[b]"Amnesty İnternational" İranda həbs edilən azərbaycanlıların sərbəst buraxılması ilə bağlı bəyanat verib[b]
[Bakı. Ramil Məmmədli - APA. "Amnesty International" təşkilatı İranda sentyabrın 10-da və daha əvvəlcə həbs edilən azərbaycanlı hüquq-müdafiəçilərinin, jurnalistlərin, yazıçı və şairlərin sərbəst buraxılması ilə bağlı bəyanat verib. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bəyanatda İran xüsusi xidmət orqanları tərəfindən həbs olunan azərbaycanlıların sərbəst buraxılması tələb edilib: "Jurnalist Əlirza Sərrafi, yazıçılar Əkbər Azad, Həsən Rəşidi, şair-jurnalist Səid Muğanlı, insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat, müəllimlər Hüseyn Heydəri, Abbas Nəimi və "Evrin" dərnəyinin üzvü Mehdi Nəimi və şair Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) sentyabrın 10-da həbs olunublar. Onlar Tehrandakı "Evin" həbsxanasının 209-cu bölməsində təkadamlıq kameralarda təzyiq altında saxlanılırlar. Milli fəalların İranda yeni dərs ili günü məktəblərin açılışını boykot etməyi planlaşdırdığına görə həbs edildiyi ehtimal olunur. "Amnesty İnternational" onları vicdan məhbusu hesab edir və İran hökumətindən həmin azərbaycanlıların azadlığa buraxmasını tələb edir". Bəyanatda qeyd olunub ki, həbs olunan 20 nəfərdən 9 nəfəri barəsində məlumat almaq hələ də mümkün deyil: "Biz beynəlxalq insan hüquqları təşkilatı olaraq, rəsmi Tehranın bu hərəkətlərini qınayır və məsələ ilə bağlı İran hökumətinə öz etirazımızı bildiririk". -
09-23-2008, 05:10 PMAPAAzərbaycanın Aran rayonlarındakı ağac emalı şəxslərində qanun pozuntuları aşkarlanıb
[b]Azərbaycanın Aran rayonlarındakı ağac emalı şəxslərində qanun pozuntuları aşkarlanıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin inzibati ərazilərində (Göyçay, Kürdəmir, Ucar, Zərdab) fəaliyyət göstərən mişar sexləri və ağac emalı ilə məşğul olan fiziki şəxslərə məxsus 22 obyektdə yerli meşə materiallarından istifadənin qanunauyğunluğunun yoxlanılması məqsədilə araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, araşdırma zamanı 6 Göyçay sakini, 1 Kürdəmir sakininə məxsus sexlərdə qanunsuz yolla əldə edilmiş yerli meşə materiallarından hazırlanmış yeşiklərlə bağlı faktlar aşkar edilib. Bununla əlaqədar qanuna müvafiq qaydada sənədləşdirmə işləri aparılıb.Yerli meşə materiallarından qanunsuz istifadənin qarşısının alınmasında nöqsanlara yol verdiyinə görə ETSN-nin 6 saylı şöbəsinin bir neçə əməkdaşı da cəzalandırılıb, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin cavabdeh şəxslərinə isə təcili tədbirlərin həyata keçirilməsi üçün göstərişlər verilib. -
09-23-2008, 05:30 PMAPABakıda Əzizbəyov metrostansiyasının yaxınlığındakı körpünün bir hissəsi istifadəyə verilib
[b]Bakıda Əzizbəyov metrostansiyasının yaxınlığındakı körpünün bir hissəsi istifadəyə verilib[b]
[Bakı-APA. Bu gün Bakıda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan yeni yol qovşağının bir hissəsi istifadəyə verilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev körpünün açılış mərasimində iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov prezidentə yol qovşağının Bakının mərkəzi ilə ətraf yaşayış məntəqələrini və hava limanını əlaqələndirəcəyi barədə məlumat verib. Prezident İlham Əliyev yol qovşağının birinci hissəsinin açılışını bildirən lenti kəsib. Prezident daha sonra Heydər Əliyev prospektində Əzizbəyov dairəsindən Ramstor dairəsinədək ərazidə aparılan yenidənqurma işləri ilə də tanış olub. Qeyd edək ki, bu gün açılışı keçirilən yol ötürücüsünün bir hissəsinin ümumi uzunluğu 1286 metrdir. Layihəyə əsasən yol qovşağının 936 metri 4 cərgəli, eni 23,4 metrdir, 350 metri isə 2 cərgəli, eni 11,4 metrdir. İstinad divarları 710 metr təşkil edir. Tikinti işlərinə 2006-cı ilin martında başlanılıb. Yol qovşağını "Azərkörpü" Səhmdar Cəmiyyəti inşa edir. Burada 65 metr uzunluğunda körpü aşırımları var. -
09-23-2008, 05:40 PMAPAQüdrət Həsənquliyevin vəkilləri təsdiqlənib
[b]Qüdrət Həsənquliyevin vəkilləri təsdiqlənib[b]
[Bakı. Elnur Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin 50 nəfərdən ibarət vəkillər qrupu təsdiqlənib. Bundan başqa, BAXCP-dən Mikayıl Rəhimov MSK-nın məşvərətçi səs hüquqlu üzvü seçilib. İclasda 16 saylı Yasamal ikinci, 7 saylı Ordubad-Culfa dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. -
09-23-2008, 05:50 PMAPAAzərbaycanın aparıcı mobil rabitə operatoru bazarda 65% paya malikdir
[b]Azərbaycanın aparıcı mobil rabitə operatoru bazarda 65% paya malikdir[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin sonuna kimi «Azercell Telecom» şirkətinin abonentlərinin sayının 14,3% artaraq 4 mln. nəfərə çatacağı gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Azercell Telecom»un prezidenti Halim Ateş bildirib. H.Atesin sözlərinə görə, hazırda 3,5 mln. nəfər abonenti olan şirkət Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində ümumilikdə 1 mlrd. ABŞ dollarına yaxın sərmayə yatırıb. Bu ilin yanvar-iyun aylarında «Azercell»in yatırdığı sərmayənin həcmi isə 40 mln. dollar olub. Həmin müddətdə dövlətə 50 mln. dollar, ümumilikdə 12 il ərzində isə 500 mln. dollara yaxın vergi ödənilib. Hazırda «Azercell» Azərbaycanda qeyri-neft sektorunda ən çox sərmayə yatıran şirkətdir.H.Ateş onu da əlavə edib ki, 12 ildə «Azercell»in 6-7 mln. mobil telefon nömrəsi satılıb. Amma həmin nömrələrin yalnız 3,5 mln-u istifadə edilir.H.Ateş hazırda şirkətin Azərbaycanın mobil rabitə xidmətləri bazarında 65% paya sahib olduğunu da açıqlayıb. Şirkət prezidenti qeyd edib ki, hazırda «Azercell»də çalışan 740 işçinin yalnız 5-i (4-ü Türkiyə, 1-i Özbəkistan) xarici vətəndaşdır. H.Ateşin sözlərinə görə, şirkətdə ondan sonra ən yüksək vəzifəni tutanların biri türk, biri özbəkdir. Qalan rəhbər vəzifələrdə isə azərbaycanlılar çalışır. -
09-23-2008, 06:00 PMAPABeynəlxalq Heyvan Sağlamlığı Təşkilatının Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin səviyyəsini qiymətləndirməyə başlayıb
[b]Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin səviyyəsini qiymətləndirməyə başlayıb[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin Avropa və beynəlxalq standartlara uyğunluq səviyyəsinin qiymətləndirməsinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, qiymətləndirmə oktyabrın 5-dək həyata keçiriləcək. Ekspert qrupu Dövlət Baytarlıq Xidmətində, ölkənin baytarlıq idarə və laboratoriyalarında, elmi-tədqiqat və tədris müəssisələrində, ət kəsimi və emalı məntəqələrində, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində olacaqlar. Ekspertlər ölkədə aparılan baytarlıq tədbirləri və müayinələrinin standartlara uyğunluğu, kadr hazırlığı, maddi-texniki bazanın günün tələblərinə cavab verməsi, ölkənin biopreparatarlarla təminatı, onun saxlanma şəraiti və digər məsələlərlə yaxından tanış olacaq, aparılan tədbirlərin beynəlxalq tələblərə və standartlara uyğunluğuna nəzarəti həyata keçirəcəklər. Ekspertlərin tövsiyə xarakterli araşdırmaları başa çatdıqdan sonra Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) Avropa Komissiyası üçün məlumat hazırlamaları nəzərdə tutulur. -
09-23-2008, 06:10 PMAPAGələn il MDB məkanında ən yüksək inflyasiya Azərbaycanda olacaq
[b]Gələn il MDB məkanında ən yüksək inflyasiya Azərbaycanda olacaq[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda inflyasiyanın tempi 2009-cu il üçün 18% səviyyəsində proqnozlaşdırılır. «APA-ECONOMICS»in xəbərinə görə, bu barədə MDB-nin Statistika Komitəsinin proqnozlarında deyilir.
[Komitənin proqnozlarına əsasən, gələn il Azərbaycandakı inflyasiya MDB məkanında ən yüksək olacaq.Bu göstəriciyə görə, ikinci yeri Ukrayna, üçüncü yeri isə Belarus tutur:Ölkə2009-cu il (proqnoz, %) -
09-23-2008, 06:20 PMAPATahir Süleymanov "Şöhrət" ordeni ilə təltif edilib
[b]Tahir Süleymanov "Şöhrət" ordeni ilə təltif edilib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Tahir Süleymanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, T. Süleymanov bu təltifə ictimai-siyasi həyatdakı fəal iştirakına görə layiq görülüb. -
09-23-2008, 06:30 PMAPAHeroin satmaq istəyən Şirvan sakini tutulub
[b]Heroin satmaq istəyən Şirvan sakini tutulub[b]
[Tərtər. Teymur Zahidoğlu-APA. Tərtər rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində heroin satmaq istəyən şəxsi tutublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, saxlanılan şəxs 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Tarıverdiyev Yavər Ələsgər oğludur. Onun üzərindən 1,223 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır. -
09-23-2008, 06:40 PMAPA"Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi ölkənin Korrupsiyanı Qavrama İndeksi üzrə aşağı reytinq almasını düzgün hesab etmir
[b]"Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi ölkənin Korrupsiyanı Qavrama İndeksi üzrə aşağı reytinq almasını düzgün hesab etmir[b]
[Bakı-APA. "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi üzrə son iki ildə aldığı reytinqin aşağı olmasından narahatlıq keçirir". APA-nın məlumatına görə, bu fikirlər "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsinin yaydığı press-relizdə öz əksini tapıb. Təşkilat Azərbaycanın bu indeks üzrə 2007-ci ildə 2,1, bu il isə 1,9 bal aldığını xatırladıb: "Ölkə 2003-cü ildə olan 1,8 ballıq reytinqini artırmaq üçün uğurlu addımlar atıb və 2004-cü ildə bu göstərici öz pik nöqtəsinə - 2,4 bala çatıb. Bu sabit artım tempinə ilk növbədə hökumət və vətəndaş cəmiyyətlərinin gördüyü bir sıra tədbirlər nəticəsində nail olunub". Sənəddə bildirilir ki, hökumət korrupsiyaya qarşı mübarizə sahəsində 2007-2010 illəri əhatə edən milli strategiya həyata keçirir. "Bu strategiyanın icrasına daha çox vətəndaş cəmiyyətlərinin və beynəlxalq təşkilatların cəlb olunması görülən işi 2004-2006-cı illərdə korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramına nəzərən daha effektli edib. Korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər göz qabağındadır: bu sahədə bir sıra mühüm qanunlar qəbul olunub, Azərbaycanda Korrupsiyaya qarşı mübarizəyə dair dövlət komissiyası, Azərbaycan Respublikası baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsi, bu problemin həlli ilə məşğul olan vətəndaş cəmiyyətlərinin şəbəkəsi fəaliyyət göstərir. Press-relizdə qeyd olunur ki, Azərbaycan "Transparency İnternational"ın fəaliyyət göstərdiyi 90 ölkə arasında yeganə dövlətdir ki, burada korrupsiyanın qurbanı olan vətəndaşlara hüquqi yardım göstərən 5 ictimai mərkəz fəaliyyət göstərir. 2005-ci ilin iyulundan başlayaraq bu mərkəzlərə 15 mindən artıq şəxs müraciət edib, onlardan 2000 nəfəri müxtəlif problemlərlə bağlı yazılı şikayət edib ki, bu şikayətlərin 80 faizi mərkəzlərlə əməkdaşlıq edən dövlət qurumları tərəfindən həll olunub. "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi Dünya Bankının hesabatına əsasən Azərbaycanın 2007/2008-ci illərdə dünyada ən çox islahatlar həyata keçirən ölkə olduğunu, tənzimləyici islahatlar üzrə 10 göstəricidən 7-də normallaşma halının qeydə alındığını xatırladıb: "Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin konkret cəhdləri EİTİ, GRECO, Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən müsbət qiymətləndirilib. Lakin bu münasibət geniş biznes cəmiyyətində hələ rezonans doğurmayıb, adətən bu cür reaksiyalar gecikir. Bununla əlaqədar "Transparency İnternational" təşkilatının Azərbaycandakı Milli Bölməsi təəssüf edir ki, mövcud olan metodologiya qeydə alınan müsbət dəyişikliklərin İndeksdə öz əksini tapmasına imkan vermir və Azərbaycanın layiq olduğu yüksək yerlərdə təmsil olunmasına şərait yaratmır". -
09-23-2008, 06:50 PMAPASabah Odessada «Qara dəniz kruizləri» mövzusunda beynəlxalq konfrans keçiriləcək
[b]Sabah Odessada «Qara dəniz kruizləri» mövzusunda beynəlxalq konfrans keçiriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Sentyabrın 24-25-də Odessa şəhərində (Ukrayna) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dəstəyi ilə «Qara dəniz kruizləri» mövzusunda I beynəlxalq konfrans keçiriləcək. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.Konfransda Dövlət Dəniz Administrasiyasının əməkdaşı Fuad Mərdiyev iştirak edəcək.Tədbirdə həmçinin Türkiyə, ABŞ, İtaliya, Ukrayna, Bolgarıstan, Rumıniya, Rusiya, Yunanıstan, Gürcüstan, İspaniya və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Konfransda Qara dəniz sahillərində turizmin inkişafı, Krım yarımadasında dəniz turizmi və s. məsələlərin müzakirəsi gözlənilir. -
09-23-2008, 07:00 PMAPA"Ruslar Azərbaycanın tarixində" kitabının təqdimatı keçirilib
[b]"Ruslar Azərbaycanın tarixində" kitabının təqdimatı keçirilib[b]
[Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda "Ruslar Azərbaycanın tarixində" kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, kitab Azərbaycan Rus İcmasının yaradılmasının 15 iliyi ilə bağlı nəşr olunub. Kitabın müəllifləri Georgi Zapletin və Gülnarə Şirinzadədir. Təqdimat mərasimində çıxış edən Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin bildirib ki, kitabda rusların Azərbaycan tarixindəki rolundan danışılsa da, kitab ümumiyyətlə, Azərbaycan xalqı haqqındadır. Azərbaycan Rus İcmasının Cənubi Qafqazda ən böyük rus icması olduğunu bildirən M. Zabelin bəyan edib ki, Azərbaycan onların vətənidir: "Biz Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni edəcəyik. Azərbaycanda millətindən, dinindən asılı olmayaraq bütün əhali üçün eyni şərait yaradılıb". Akademik Akif Əlizadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, professor Rafiq Zeynalov, Xəzəryanı və Bakı Yepiskopu Aleksandr Ata rusların Azərbaycanda əsrlər boyu yaşaması, ölkənin inkişafında, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə rolları barədə danışıblar. -
09-23-2008, 08:00 PMAPAMoskvanın Tuşinsk bazarında partlayış baş verib, dörd nəfər xəsarət alıb
[b]Moskvanın Tuşinsk bazarında partlayış baş verib, dörd nəfər xəsarət alıb[b]
[Moskva-APA. Moskvanın Tuşinsk bazarında partlayış baş verib. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları partlayış nəticəsində 4 nəfərin xəsarət aldığını bildirirlər. Xəsarət alanlardan üçü xəstəxanaya yerləşdirilib, bir nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib. Partlayışı səbəbləri məlum deyil. Mütəxəssislər partlayışın qaz balonundakı nasazlıqdan, yaxud əldəqayırma partlayıcı qurğunun işə salınmasından qaynaqlandığını araşdırırlar. -
09-23-2008, 08:10 PMAPAAğcabədidə ölümlə nəticələnən yol qəzası baş verib
[b]Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Ağcabədi. Teymur Zahidoğlu-APA. Bu gün Aran-Bəhramtəpə yolunun 87-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağcabədi rayon Afşar kənd sakini 1984-cü il təvəllüdlü Ağamalıyev Elmurad Cahangir oğlu idarə etdiyi "Mersedes"- 200 markalı, 50-BT-131 dövlət nömrə nişanlı maşını aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. -
09-24-2008, 10:10 AMAPAİran prezidenti Mahmud Əhmədinejad: "Gürcüstan və Cənubi Osetiya xalqları NATO ilə Qərbin təxribatının qurbanı olublar"
[b]İran prezidenti Mahmud Əhmədinejad: "Gürcüstan və Cənubi Osetiya xalqları NATO ilə Qərbin təxribatının qurbanı olublar"[b]
Nyu-York-APA. "İranın nüvə proqramı sülh xarakteri daşıyır, amma başqa ölkələrə öz maraqlarını diktə etmək üçün nüvə texnologiyalarını öz inhisarına almaq istəyən dövlətlər bu faktı inkar edirlər".
[APA-nın məlumatına görə, bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının 63-cü sessiyasında keçirilən siyasi debatlarda söyləyib. O, İran xalqının dostların köməyi ilə öz hüquqlarını sonadək müdafiə edəcəyini bildirib. Çıxışında müxtəlif regionlarda, o cümlədən Qafqaz regionunda gedən proseslərə münasibət bildirən İran prezidenti Gürcüstan, Cənubi Osetiya və Abxaziya xalqlarının NATO və bəzi Qərb dövlətlərinin təxribatının qurbanı olduğunu deyib. BMT Təhlükəsizlik Şurasını ikili standartlara dayanıqlı qərarlar qəbul etməkdə suçlayan Əhmədinajed bildirib ki, bu qurumdan başqa mövqe gözləmək düzgün olmazdı: "BMT Təhlükəsizlik Şurası heç bir qərar qəbul edə bilməz, çünki bu səhnənin əsas oyunçuları NATO ölkələridir. Amerika imperiyası qürub çağını yaşayır, buna görə də ölkənin yeni rəhbərləri ABŞ-dan kənarda təsir dairələrini məhdudlaşdırmalıdır". -
09-24-2008, 10:20 AMAPAHidrometeorologiya İdarəsi Naxçıvan çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib
[b]Hidrometeorologiya İdarəsi Naxçıvan çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Sentyabrın 24-dən 30-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava qeyri-sabit keçəcək. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsi əhaliyə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar bəzi dağ çaylarında daşqınların olacağı barədə xəbərdarlıq edib. İdarənin məlumatında yaxın bir həftə ərzində muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, axşam və gecə saatlarında leysan xarakterli olacağı, çaylarda suyun səviyyəsinin artacağı qeyd olunub. -
09-24-2008, 10:30 AMAPATexniki komissiya Permdəki təyyarə qəzasının pilotların səhvi ucbatından baş verdiyini açıqlayıb
[b]Texniki komissiya Permdəki təyyarə qəzasının pilotların səhvi ucbatından baş verdiyini açıqlayıb[b]
[Moskva-APA. Perm səmasında "Boeing 737-500" təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran texniki komissiyanın ekspertləri ilkin versiyanı açıqlayıblar. APA-nın "Kommersant"a istinadən yaydığı məlumata görə, ekspertlər qəzanın mühərriklərdən birinin nasazlığı səbəbindən baş verməsin versiyasını rədd ediblər. Onlar həmçinin bildiriblər ki, laynerin sürətinin avtomatik tənzimlənməsi sistemindəki nasazlıq qəzaya səbəb ola bilməzdi. Hazırda texniki komissiya qəzanın pilotların səhvi ucbatından baş verdiyi ehtimalını daha ağlabatan hesab edirlər. Bəzi ekspertlər bildiriblər ki, təyyarə ekstremal situasiyada olarkən eniş əvəzinə pilotların səhvi ucbatından yenidən havaya qalxıb. Dispetçer məntəqəsi ilə pilotlar arasında danışıqların mətni göstərir ki, pilotlar təyyarənin eniş əvəzinə yenidən havaya qalxmasından yalnız dispetçerin sözlərindən sonra xəbər tutublar. "Kommersant"ın yazdığına görə, pilotların "Boeing 737-500" təyyarəsində uçuş təcrübələri çox az olub, onların əsasən "Tu-134" və "An-24" təyyarələri sürüblər. Qeyd edək ki, sentyabrın 14-də Moskva-Perm reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində 88 nəfər həlak olub. Həlak olanların arasında 12 soydaşımız da olub. -
09-24-2008, 10:40 AMAPAABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş aclığı soyqırım kimi tanıyıb
[b]ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş aclığı soyqırım kimi tanıyıb[b]
Vaşinqton - APA. ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş dəhşətli aclığı ("qolodomor") Ukrayna xalqına qarşı soyqırım kimi tanıyıb.
[APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasında qəbul olunan qətnamədə bildirilir ki, "qolodomor"un öyrənilməsi üzrə ABŞ-da 1985-ci ildə yaradılmış komissiya Ukraynadakı aclığın süni şəkildə - qəsdən törədildiyi qənaətinə gəlib: "Sovet diktatoru Stalin süni yaradılmış aclıqdan kimsənin xilas olmaması və ac insanlara beynəlxalq yardımların qarşısını almaq üçün Ukraynanın sərhədlərini bağlamağı əmr edib". Konqres Sovet hökumətinin bu cinayətinin pisləyib və faciə barədə həqiqətlərin dünyada yayılmasını istəyib. Qeyd edək ki, Ukrayna "qolodomor"un tanınması məsələsini BMT Baş Assambleyasının gündəminə daxil etməyə nail olub. Hazırlanan qətnamədə totalitar rejimim yaratdığı aclıq nəticəsində ölən milyonlarla ukraynalının, həmçinin rus, qazax və digər millətlərin nümayəndələrinin xatirəsinin yad etmək təklif olunur. Rusiya qətnamənin əleyhinə olduğunu bəyan edib. -
09-24-2008, 10:50 AMAPARusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Azərbaycana gələcək
[b]Rusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Azərbaycana gələcək[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Rusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılıb. Bu barədə APA-ya Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Oktyabrın 13-dən 17-nə qədər Azərbaycanda olacaqları bildirilən qonaqlar oktyabrın 15-də keçiriləcək prezident seçkilərində MDB müşahidə missiyasının tərkibində müşahidə aparacaqlar. Nümayəndə heyətinin tərkibi müəyyənləşdirilir. -
09-24-2008, 11:10 AMAPATürkiyənin ədliyyə naziri sabah Azərbaycana gələcək
[b]Türkiyənin ədliyyə naziri sabah Azərbaycana gələcək[b]
[Bakı. Hafiz Heydərov-APA. Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin sabah Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib. Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə, ədliyyə naziri Fikrət Məmmədovla, baş prokuror Zakir Qaralovla, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəyi gözlənilir. Məlumata görə, Mehmet Əli Şahin Azərbaycanın penitensiar müəssisələrinə də baxış keçirəcək. -
09-24-2008, 11:20 AMAPASamarada islah-əmək koloniyasında baş verən iğtişaşlar zamanı 29 məhbus yaralanıb
[b]Samarada islah-əmək koloniyasında baş verən iğtişaşlar zamanı 29 məhbus yaralanıb[b]
[Samara-APA. Samara islah-əmək koloniyasında baş verən toqquşmalar nəticəsində 29 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, yaralılardan beşinin vəziyyəti ağırdır. Yaralılardan biri Samara şəhər xəstəxanasının yanıq şöbəsinə, digər iki yaralı isə xüsusi tibb müəssisələrində həkim nəzarəti altındadır. Qeyd edək ki, dünən axşam radələrində koloniyada məhbuslar arasında dava düşüb. Koloniya rəhbərliyi toqquşma zamanı yaralananların hamısının kriminal ənənələrə tabe olmaq istəməyən və avtoritetlərlə mübahisə edən məhbuslar olduğunu bildirib. Toqquşma zamanı məhbuslar koloniyanın ərazisindəki istifadəyə yararsız binaya od vurublar. Faktla bağlı kütləvi iğtişaşa törətmək və cəmiyyətdən təcrid etmə müəssisələrinin fəaliyyətini pozmaq maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, Samara islah-əmək koloniyasında əsasən narkotik maddələrlə bağlı cinayətlərə görə məhkum olunmuş 2 min nəfərə yaxın məhbus cəza çəkir. Koloniyada saxlanan məhbusların 30 faizi 15 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası alanlardır. -
09-24-2008, 11:30 AMAPAMixail Saakaşvili: "BMT təkcə Rusiyanın Gürcüstana təcavüzünə deyil, dünyanın hər yerində təcavüz hallarına qarşı sərt mövqe tutmalıdır"
[b]Mixail Saakaşvili: "BMT təkcə Rusiyanın Gürcüstana təcavüzünə deyil, dünyanın hər yerində təcavüz hallarına qarşı sərt mövqe tutmalıdır"[b]
[Nyu-York-APA. "Gürcüstan ərazilərinin işğal edilməsi, ölkənin iki separatçı bölgəsinin müstəqilliyinin tanınması və minlərlə insana qarşı etnik təmizləmə siyasəti yürüdülməsi dünyaya, millətlər cəmiyyətinə meydan oxumaqdır". APA-nın məlumatına görə, bu fikirləri BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib. O, BMT-ni konkret silahlı təcavüz faktına münasibət bildirməklə yanaşı, dünyanın hər yerində təcavüz faktlarına qarşı sərt mövqe tutmağa çağırıb. Mixail Saakaşvili ölkəsinə silahlı təcavüzə ölkənin daha da demokratikləşməsi metodları ilə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, "İkinci qızılgül inqilabı" planlarına parlamentin səlahiyyətlərinin genişləndirilməsi, müstəqil məhkəmə sisteminin möhkəmləndirilməsi, siyasi həyatda plüralizmin dəstəklənməsi və özəl mülkiyyətin müdafiəsinə dair tədbirlər daxildir. Prezident həmçinin BMT-ni Abxaziya və Cənubi Osetiya ərazisində sühlməramlı fəaliyyət və vasitəçilik mexanizmlərinin dəyişdirilməsinin vacib olduğunu bildirib. -
09-24-2008, 11:40 AMAPADünya bazarında neftin qiyməti 107 dollara enib
[b]Dünya bazarında neftin qiyməti 107 dollara enib[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,76 dollar düşərək 1 barelə görə 106,61 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,96 dollar - 103,08 dollaradək ucuzlaşıb. Bu gün səhər isə WTI neftinin qiyməti 51 sent - 107,10 dollaradək, Brent markalı neftin dəyəri 52 sent - 103,60 dollaradək bahalaşıb.Qeyd edək ki, son 5 gün ərzində neft qiymətinin artım tempi maksimum səviyyəyə - 17,5%-ə çatıb. -
09-24-2008, 11:50 AMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
09-24-2008, 12:20 PMAPAAbdulla Gül: "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə kömək edəcək"
[b]Abdulla Gül: "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə kömək edəcək"[b]
Nyu-York - APA. Türkiyə prezidenti Abdulla Gül BT Baş Assambleyasının 63-cü sessiyasının açılışında çıxış edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Gül çıxışında ölkəsinin Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması təşəbbüsünə xüsusi toxunub.
[O, təşəbbüsə BMT səviyyəsində dəstək verilməsini istəyib: "Mənim Ermənistana və Azərbaycana, baş nazir Ərdoğanın isə Gürcüstana və Rusiyaya səfərləri zamanı bütün tərəflərin bu ideyaya müsbət yanaşdığını gördük". Türkiyə prezidentinin fikrincə, Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması Dağlıq Qarabağ problemi də daxil olmaqla, "dondurulmuş münaqişələr"in ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə kömək edəcək. Kipr probleminə də toxunan A. Gül adadakı türklərə qarşı beynəlxalq təcridə son qoyulmasının vaxtının çatdığını vurğulayıb. -
09-24-2008, 12:30 PMAPABakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti başlayıb
[b]Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti başlayıb[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti (YES) işə başlayıb.
[APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin, YES İnc. təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Misir prezidentinin xanımı Suzan Mübarək, Azərbaycanın dövlət və hökumət rəsmiləri iştirak edirlər. Tədbirdə açılış sözü ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu sammit ilk dəfə 2002-ci ildə ABŞ-ın sabiq prezidenti Bill Klinton və Misirin birinci xanımı Suzan Mübarəkin sədrliyi ilə İsgəndəriyyə şəhərində keçirilib. 2006-cı ildə Keniyanın paytaxtı Nayrobidə keçirilən üçüncü sammit zamanı, 4-cü tədbirin Bakıda keçirilməsi qərara alınıb. A. Rəhimov deyib ki, tədbirdə 70 ölkədən 600-ə yaxın nümayəndə iştirak edir. Daha sonra Prezident Aparatının humanitar məsələlər üzrə şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, sammitə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatılması tədbirə marağın göstəricisidir. Daha sonra Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tədbirdə çıxış edib. Azərbaycan iqtisadiyyatında son illərdə böyük irəliləyişlər olduğunu bildirən M. Əliyeva deyib ki, Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələr ölkənin inkişafına böyük imkanlar yaradır. M. Əliyeva sammit çərçivəsində gənclərin məşğulluq məsələlərinin müzakirə olunacağını deyib. O, ölkədə əhalinin sosial müdafiəsi sahəsində də böyük işlər görüldüyünü, yoxsulluq səviyyəsinin aşağı düşdüyünü vurğulayıb. Misir prezidentinin xanımı S. Mübarək isə çıxışında deyib ki, YES Sammiti hədəflərə çatmaq üçün əsas platformadır. S. Mübarək qeyd edib ki, yoxsulluğun aradan qaldırılması bütün millətlərin əsas strategiyası olmalıdır, təhsillə bağlı problemlərin aradan qaldırılması üçün gənclər həvəsləndirilməli, onlara maddi yardımlar göstərilməlidir. Tədbir işini davam etdirir. Sammit sentyabrın 27-də başa çatacaq. -
09-24-2008, 12:40 PMAPA"Yaddan çıxmaz Qarabağ" ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək
[b]"Yaddan çıxmaz Qarabağ" ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 2-dən 8-dək "Yaddan çıxmaz Qarabağ" ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, artıq üçüncü dəfədir ki, həyata keçirilən aksiya çərçivəsində Bakı şəhərində və bütün rayonlarda silsilə tədbirlər baş tutacaq. Aksiyanın ilk günündə, oktyabrın 2-də uşaqların asfalt üzərində rəsm sərgisi təşkil olunacaq. Oktyabrın 3-də isə Füzuli rayonunun Horadiz qəsəbəsində tanınmış sənətçilərin iştirakı ilə konsert proqramının təşkili, hərbi hissələrdə tədbirlərin, yazıçılarla görüşlərin və s. keçirilməsi nəzərdə tutulub. -
09-24-2008, 12:50 PMAPAAvropa Məhkəməsi Qulamhüseyn Əlibəyli və Həsən Kərimovun şikayətləri üzrə kommunikasiyaya başlayıb
[b]Avropa Məhkəməsi Qulamhüseyn Əlibəyli və Həsən Kərimovun şikayətləri üzrə kommunikasiyaya başlayıb[b]
[Bakı-APA. Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha iki şikayətlə bağlı kommunikasiya başlanıb. Avropa İnsan Hüququları Məhkəməsi AXCP Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəyli və partiya sədrinin müavini Həsən Kərimovun 2005-ci il parlament seçkiləri ilə bağlı məhkəməyə göndərdikləri şikayətlərlə bağlı hökumətə sorğu göndərib. Bu barədə APA-ya Hüquq Maarifçili Cəmiyyətindən bildirilib. Qeyd edilib ki, Q. Əlibəyli şikayətində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozulduğunu bildirib. H. Kərimov isə Konvensiyanın 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozuntusundan şikayət edib. -
09-24-2008, 01:00 PMAPA"Ergenekon"la bağlı həbs olunmuş ordu generalı Xurşid Tolonun səhhəti pisləşib
[b]"Ergenekon"la bağlı həbs olunmuş ordu generalı Xurşid Tolonun səhhəti pisləşib[b]
Kocaeli - APA. Terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı aparılan istintaq çərçivəsində həbs olunmuş ordu generalı Xurşid Tolonun səhhəti pisləşib.
[APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu gün səhər Kocaeli bölgəsinin Kandıra qəsəbəsi ərazisindəki xüsusi həbsxanada saxlanılan X. Tolonun səhhətində problem yaranıb və o, Kocaeli Dövlət Xəstəxanasına aparılıb. Xatırladaq ki, eyni həbsxanada saxlanılan digər ordu generalı Şənər Əruyğur da hazırda Kocaeli Dövlət Xəstəxanasında müalicə olunur. Sentyabrın 17-də həbsxanada yıxılan Ş. Əruyğurun beyninə qan sızıb və boyun sümüyü üç yerdən qırılıb. -
09-24-2008, 01:10 PMAPATürkiyə vətəndaşının Bakıda törətdiyi avtomobil qəzasında iki nəfər ölüb
[b]Türkiyə vətəndaşının Bakıda törətdiyi avtomobil qəzasında iki nəfər ölüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında Türkiyə vətəndaşının törətdiyi avtomobil qəzasında iki nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Qaradağ rayonu ərazisində baş verib. "Azərinşaat Servis" MMC-nin əməkdaşı olan Türkiyə Respublikasının vətəndaşı 1964-cü il təvəllüdlü Korba Asim Halilibrahimlinin idarə etdiyi "FORD" markalı 90-AC-190 dövlət nömrə nişanlı avtomobil 1988-ci il təvəllüdlü Hörmət Fərziyevin idarə etdiyi Vaz-2106 markalı, 30-BC-448 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində H. Fərziyev və onun maşınında olan sərnişin Zaur Rəhimov hadisə yerindəcə keçiniblər. Türkiyə vətəndaşı A. Halilibrahimli isə yünqül bədən xəsarəti alıb. Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. -
09-24-2008, 01:20 PMAPANaxçıvanda hərbi təlim zamanı üç Azərbaycan əsgəri həlak olub - YENİLƏNİB
[b]Naxçıvanda hərbi təlim zamanı üç Azərbaycan əsgəri həlak olub - YENİLƏNİB[b]
Bakı. Hafiz Heydərov-APA. Naxçıvan Muxtar Respublikasında hərbi təlim zamanı tankda baş vermiş partlayış üç əsgərin ölümü ilə nəticələnib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Səfərovun APA-ya verdiyi məlumata görə, hadisə Muxtar Respublikada yerləşən "N" saylı hərbi hissələrin birində baş verib. Poliqonda hərbi təlim keçirilən zaman mərminin lülədə partlaması tankda olan üç ekipaj üzvünün ölümü ilə nəticələnib. Əsgərlərdən ikisi hadisə yerində, biri isə hospitalda dünyasını dəyişib. Faktla bağlı Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, hadisə zamanı həlak olanlar 1989-cu il təvəllüdlü, əsgər Asif Həsən oğlu Orucov (Laçın rayon Hərbi Komissarlığı), 1989-cu il təvəllüdlü, əsgər Rauf İlqar oğlu Məmmədov (Göyçay rayon Hərbi Komissarlığı) və 1977-ci il təvəllüdlü, gizir Mayis Tahir oğlu Abıyevdir (Yardımlı rayon Hərbi Komissarlığı). -
09-24-2008, 01:30 PMAPAAzərbaycan paytaxtında üç beynəlxalq tibb sərgisi başlayıb
[b]Azərbaycan paytaxtında üç beynəlxalq tibb sərgisi başlayıb[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian»ın təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə, III Azərbaycan Beynəlxalq Stomatologiya və II Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin açılış mərasimi keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi regionun ən iri səhiyyə sərgisidir. Ölkənin səhiyyə sistemi ilə bağlı bəzi məlumatları açıqlayan nazir müavininin sözlərinə görə, səhiyyə sisteminin büdcəsi hər il 40-50% artır. Bu artım səhiyyə işçilərinin əmək haqlarının ödənilməsinə, səhiyyə müəssisələrinin müasir avadanlıqla təchizinə, təmirinə, tikintisinə sərf edilir. E.Ağayev qeyd edib ki, yaxın vaxtlarda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Talassemiya Mərkəzinin açılışı olacaq. Bundan əlavə, Səhiyyə Nazirliyinin büdcəsi hesabına Oğuz, Xanlar və Yevlax rayonlarında müasir tibb mərkəzləri tikilir. Nazir müavini onu da əlavə edib ki, son vaxtlar ölkədə sovet dövründə istehsal edilən köhnə təcili yardım maşınlarının yeni «Mercedes» markalı maşınlarla əvəz edilməsi üçün işlər aparılır. Artıq paytaxtda belə təcili yardım maşınları istifadəyə verilib. Bu yaxınlarda isə regionlar üçün ölkəyə yeni gətirilən «Mercedes» markalı təcili yardım maşınlarının bölgüsü həyata keçiriləcək.Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-preizdenti Mehman Əhmədov bu sərgiləri ölkədə son vaxtlar səhiyyə sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirib. «İteca Caspian»ın prezidenti Fərid Məmmədov isə qeyd edib ki, sərgilər Azərbaycanın Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Stomatologiya Assosiasiyasının dəstəyi ilə keçirilir.Beynəlxalq Səhiyyə Sərgisində 19 ölkədən 100 şirkət iştirak edir. Sərgidə farmakologiya, tibbi avadanlıq, tibbi elektronika, aptek və tibb müəssisələri üçün avadanlıq və mebel, diaqnostika, gigiyena vasitələri, kosmetologiya, pəhriz və qida əlavələri, xəstəxanalar, tibbi təhsil, sığorta, tibb informasiya texnologiyaları üzrə stendlər nümayiş olunur. Sərgidə Azərbaycanın «Arash Medical», «HB Co. Ltd.», «Vitta», «Labservis» , İsrailin «Osteosintez», Gürcüstanın «Batfarma», Latviyanın «Tonus Elast», İspaniyanın «Fenin Spanish Group», Rusiyanın «MSM-Medical» və «Megard Group», İtaliyanın «Betafarma Spa» və s. şirkətlər iştirak edir. -
09-24-2008, 01:40 PMAPABVF: «Hələ dünyanın iqtisadi tənəzzül təhlükəsi yoxdur»
[b]BVF: «Hələ dünyanın iqtisadi tənəzzül təhlükəsi yoxdur»[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bazar iqtisadiyyatı hazırda dnya miqyasında müşahidə olunan dərin maliyyə böhranından sağlamlaşmış çıxacaq. «APA-ECONOMICS»in Almaniyanın «Frankfurter Algemeine Zeitung» nəşrinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Dominik Stross-Kan bəyan edib. BVF başçısının fikrincə, hazırkı böhran hələ azad bazar iqtisadiyyatının sonu demək deyil: «Bu cür iqtisadiyyatın tənzimlənməsi vacibdir. Sistemli böhranın təhlükəsi aradan qalxan kimi, yeni tənzimləmə tədbirləri maliyyə sistemi və bazar iqtisadiyyatını möhkəmlədərək bazarın nöqsanlarını zəiflədəcək». D.Stross-Kan 700 mlrd. dollar həcmində qiymətləndirilən böhranla mübarizə məqsədilə hazırlanmış ABŞ hökumətinin tədbirlər planının BVF tərəfindən dəstəkləndiyini vurğulayıb. Bununla yanaşı BVF rəsmisi hesab edir ki, ABŞ-ın müstəqil investisiya bankının modeli iflasa uğrayıb. Onun fikrincə, gələcəkdə investisiya funksiyası hər bir universal banka məxsus olacaq. D.Stross-Kan ABŞ-ın bir sıra investisiya banklarının spekulyativ əməliyyatlarda iştirak etməsi səbəbindən iri həcmli zərərlə üzləşdiyini qeyd edib.Buna baxmayaraq, D.Stross-Kans hesab edir ki, dünya miqyasında hələ iqtisadi tənəzzül təhlükəsi yoxdur: «Hazırda biz artım templərinin azalmasının uzunçəkən dövrünü yaşayırıq və hətta gələn il gözlənilən sağlamlaşma zəif inkişaf edəcək». -
09-24-2008, 02:10 PMAPAƏli Həsənov: ""Nabukko" layihəsində dəyişikliklə bağlı Azərbaycana hər hansı təklif daxil olmayıb"
[b]Əli Həsənov: ""Nabukko" layihəsində dəyişikliklə bağlı Azərbaycana hər hansı təklif daxil olmayıb"[b]
[Bakı. Laçın Sultanova - APA. ""Nabukko" qaz kəməri layihəsində dəyişikliklə bağlı Azərbaycan hökumətinə hər hansı təklif daxil olmayıb". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. "Nabukko" kəmərinin Ermənistandan keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirən Ə. Həsənov bu gün kəmərin marşrutunun dəyişdirilməsi üçün ciddi əsas görmədiklərini söyləyib. O, kəmərin marşrutunun artıq müəyyən olunduğunu xatırladıb: "Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmasa, Azərbaycanın bu ərazilər üzərində suveren hüquqları bərpa olunmasa və Cənubi Qafqazda sülh yaranmasa, Ermənistanla heç bir əməkdaşlığa getməyəcək".