[b]Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının təsis edilməsi haqqında" qanunu təsdiqləyib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının təsis edilməsi haqqında" qanununun tətbiq olunması haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan prezidentinə təqdim etsin. Fərmanla müəyyən edilib ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının Əsasnaməsi"ndə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətləri həyata keçirir.
Azərbaycan Xəbərləri
Printable View

06-05-2008, 07:11 PMAPAPrezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının təsis edilməsi haqqında" qanunu təsdiqləyib

06-05-2008, 07:21 PMAPATürkiyə Konstitusiya Məhkəməsi universitetlərdə baş örtüyündən istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib
[b]Türkiyə Konstitusiya Məhkəməsi universitetlərdə baş örtüyündən istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib[b]
Ankara - APA. Türkiyə Konstitusiya Məhkəməsi (KM) ali təhsil müəssisələrində baş örtüyündən (türban) istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib.
[APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında Cümhuriyyət Xalq Partiyası (CHP) və Demokratik Sol Partiyasının (DSP) müraciətləri əsasında yekun qərar qəbul olunub. KM bu il fevralın 9-da Böyük Millət Məclisində qəbul olunan Konstitusiya dəyişikliklərinin icrasının dayandırılması və tamamilə ləğvi barədə müraciəti təmin edib. Konstitusiya Məhkəməsi ən yuxarı instansiya olduğu üçün qərardan apellyasiya verilməsi mümkün deyil. Xatırladaq ki, dəyişiklik təklifi 549 millət vəkilindən ibarət parlamentdə 340 yerə sahib olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə 70 yerə sahib olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən hazırlanmış və qəbul olunmuşdu. -
06-05-2008, 08:21 PMAPAƏlirza Şeyx Əttar: "İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır"
[b]Əlirza Şeyx Əttar: "İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır"[b]
Bakı. Ramil Məmmədli - APA. "İran Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəllər vasitəçi olub. Təəssüf ki, kənar qüvvələrinin təsiri nəticəsində ölkəmiz vasitəçilikdən uzaqlaşdırılıb".
[APA-nın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, hər iki tərəfdən təklif olacağı təqdirdə, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazır olduğunu bildirib. Qonaq ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş saymasa da, İranın bu çərçivədə danışıqları dəstəklədiyini qeyd edib. Əlirza Şeyx Əttar İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. İran şirkətlərinin separatçı Dağlıq Qarabağ rejimi ilə əməkdaşlığı barədə məlumatları ölkəsinə qarşı təxribat hesab edən nazir müavini İranın heç bir telekommunikasiya şirkətinin Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq etmədiyini söyləyib. O, Ermənistan yeni müdafiə naziri Seyran Ohanyanın İrana səfərinə də münasibət bildirib. İranın 15 qonşusu olduğunu xatırladan nazir müavini qonşuluq çərçivəsində belə səfərlərin normal olduğunu deyib. O, erməni nazirlə keçirilən görüşlərdə Azərbaycan əleyhinə heç bir məsələ müzakirə olunmadığını diqqətə çatdırıb. Əlirza şeyx Əttar İranın Xəzəryanı dövlətlərin Parlament Assambleyasının yaradılmasının tərəfdarı olduğunu da bildirib. Ölkəsinin nüvə proqramına toxunan qonaq təzyiqlərə baxmayaraq, İranın uranın zənginləşdirilməsini davam etdirəcəyini vurğulayıb. -
06-06-2008, 11:41 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 5-də saat 19.30-dan 19.45-dək Ermənistanın İcevan rayonunun Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 18.30-dan 18.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 23.20-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 6-da saat 03.45-dən 03.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. -
06-06-2008, 11:51 AMAPAQazaxıstan səfiri Azərbaycan parlamentinin spikeri ilə görüşüb
[b]Qazaxıstan səfiri Azərbaycan parlamentinin spikeri ilə görüşüb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb. APA-nın məlumatına görə, görüşün əsas məqsədi Qazaxıstan Senatının spikeri Kasımcomərd Tokayev və Məclisin vitse-spikeri Janibek Karibjanovun Azərbaycana gözlənilən səfərinin detallarını müzakirə etmək olub. Qeyd edək ki, Qazaxıstan nümayəndə heyəti Azərbaycan parlamentinin 90 illik yubileyində iştirak etmək üçün ölkəmizə səfər edəcək. -
06-06-2008, 12:01 PMAPAFərhad Əliyevin cinayət işi üzrə təqsirləndirilən Rafael Rüstəmovun məhkəməsi iyunun 10-na təyin olunub
[b]Fərhad Əliyevin cinayət işi üzrə təqsirləndirilən Rafael Rüstəmovun məhkəməsi iyunun 10-na təyin olunub[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin cinayət işi üzrə təqsirləndirilən Rafael Rüstəmovun məhkəməsinin hazırlıq iclası keçirilib.
[APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı iyunun 10-na təyin edilib. İttihama görə, R. Rüstəmov Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 213 (vergidən yayınma) maddələri ilə ittiham olunur. Qeyd edək ki, R. Rüstəmovun cinayət işi ümumi işdən ayrılıb, istintaq başqa icraatda aparılıb. -
06-06-2008, 12:11 PMAPAAzərbaycan prezidenti Sankt-Peterburqa gedib
[b]Azərbaycan prezidenti Sankt-Peterburqa gedib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün iyunun 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan dövlət başçısını Sankt-Peterburqun hava limanında vitse-qubernator Aleksandr Vaxmistrov və digər rəsmi şəxslər qarşılayıblar.Qeyd edək ki, Beynəlxalq İqtisadi Forumda da iştirak edəcək İ. Əliyevin Rusiya prezidenti Dmitri Medvedyev və MDB üzvü olan bəzi ölkələrin başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur. Bundan başqa, bu gün Azərbaycan prezidentinin Ermənistan prezidenti Serj Sərkisyanla da görüşü olacaq. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparacaqlar. -
06-06-2008, 12:21 PMAPAABŞ-ın San-Xose Universitetinin professoru Namiq Sultanov: "Azərbaycan klassik musiqisi vətənimizin dünyaya tanıdılmasında əvəzolunmaz rol oynaya bilər"
[b]ABŞ-ın San-Xose Universitetinin professoru Namiq Sultanov: "Azərbaycan klassik musiqisi vətənimizin dünyaya tanıdılmasında əvəzolunmaz rol oynaya bilər"[b]
Los-Anceles. Hüsniyyə Həsənova - APA. ABŞ-ın Kaliforniya ştatındakı San-Xose Universitetinin professoru Namiq Sultanovun APA-nın ABŞ bürosuna müsahibəsi
[- Fortepianoya və ümumiyyətlə, musiqiyə marağınız necə yaranıb? - Bizim ailədə musiqiçi yox idi və heç vaxt da olmayıb. Musiqiyə həvəsim bilmirəm necə yaranıb, amma yadımdadır ki, 5 yaşımda valideynlərim qardaşım üçün piano aldılar və bundan sonra o, evdə musiqi dərsləri almağa başladı. Mən də dərslərdə qardaşımın yanında oturaraq ona verilən dərsdən nəsə öyrənməyə çalışırdım. Müəllim gedəndən sonra isə oturub özüm məşğul olurdum. Valideynlərim bu həvəsimi görüb məni Bülbül adına Musiqi Məktəbinə apardılar. Lakin orada piano sinfi olmadığı üçün məni skripka sinfinə götürdülər. Daha sonra bir daha piano sinfinə keçmək istədim, lakin yerlər dolu olduğu üçün fleyta sinfinə yazıldım. 1958-ci ildə Moskvada keçirilən Pyotr Çaykovski adına birinci musiqi müsabiqəsində amerikalı pianoçu Van Kliverin 1-ci yeri tutması sensasiyaya çevrildi. O, Çaykovskinin fortepiano ilə orkestr üçün 1-ci konsertini çalmışdı. Biz Bakıda oturaraq onun triumfal çıxışlarına baxırdıq. Elə o vaxt mən qərara gəldim ki, dahi bəstəkarın həmin əsərini ifa edim. Lakin 1958-ci ildə hələ piano sinfinə getmirdim. Buna baxmayaraq, müəllimlərimə söyləmədən gizlicə bu konserti öyrənməyə başladım. O vaxtlar bizim Filarmoniyanın baş dirijoru Əhəd İsrafilzadə idi və mən əsəri onun üçün ifa etdim. İfam Əhəd müəllimin xoşuna gəldi və o qərara aldı ki, Filarmoniyada orkestrin müşayiəti ilə çıxış edim. Belə də oldu, afişalar çap edildi və konsert baş tutdu. İfam çox uğurlu alındığı üçün məni dərhal piano sinfinə və dəyərli müəllim, professor Brenerin bölməsinə keçirdilər. Bir ildən sonra Moskva Konservatoriyası yanında orta ixtisas musiqi məktəbinə girdim. Ümumilikdə Moskva şəhərində keçirdiyim 11 il ərzində Konservatoriyanı və onun aspiranturasını bitirməyə müvəffəq oldum. - Bildiyimizə görə, rus piano məktəbinin "xaç atası" Lev Naumovun şagirdi olmusunuz. - Mən Konservatoriyaya daxil olanda ilk olaraq məşhur Henrix Nenhauzun sinfinə düşdüm. Bu, mənim üçün böyük xoşbəxtlik idi. Həmin dövrlər professor Nenhauz Sovet İttifaqının ən qabaqcıl musiqiçisi və müəllimi sayılırdı. O, təkcə musiqiçi kimi deyil, fəlsəfə, ədəbiyyat, teatr sənəti və bir çox başqa sahələrdə də mükəmməl biliklərə malik idi. Ona görə də onun dərsləri hər dəfə bayrama çevrilirdi. Təəssüf ki, professor Nenhauz dərslər başlayandan iki ay sonra dünyasını dəyişdi və mən onun tələbəsi sayılan Lev Naumovun sinfinə keçdim. L. Naumov da musiqini çox dərindən hiss edərək bizə tamamilə başqa müstəvidə təqdim edirdi. Ümumiyyətlə, o dövrlər Moskva Konservatoriyası başqa bir dünyanı xatırladırdı. Məsələn, dəhlizdə gedərkən qarşına Nenhauz, Qoldenveyzer, Rastropoviç, Koqan kimi dahi musiqiçilər çıxırdı. - Siz artıq 30 ildən çoxdur müəllimlik edirsiniz və Azərbaycan (sovet), Türkiyə və ABŞ tədris üsullarına yaxşı bələdsiniz. Sizcə hansı məktəb istedadlı tələbələri üzə çıxarmağa daha çox kömək edir?- Müqayisə etsək, Türkiyənin təhsil sistemi ABŞ-da mövcud olan sistemə daha yaxındır. Rus (sovet) sistemi bir az fərqlidir. Hər bir sistemin öz üstün cəhətləri var. Sovet təhsil sisteminin mənəvi tərəfləri daha yaxşı qurulmuşdu. Müəllimlər bizimlə çox işləməyə çalışırdılar, təkcə musiqi deyil, ümumən incəsənət barədə ətraflı biliklər verirdilər. Amerikada isə tələbələri stimullaşdırmaq üçün digər vasitələr mövcuddur. Məsələn, bu ölkədə çoxlu sayda müsabiqələr, yarışlar təşkil olunur. Özü də bu yarışlar üç mərhələdə - yerli, ölkə və beynəlxalq miqyasda keçirilir. Eyni zamanda ABŞ-da təhsil pullu olduğu üçün tələbələrdə təhsil qrantları udmağa maraq yaranır. Belə qrantların sayı da kifayət qədərdir. - Artıq 6 ildir San-Xose şəhərində keçirilən Beynəlxalq Piano Müsabiqəsində münsiflər heyətində Azərbaycanı təmsil edirsiniz. Bu il 27 ölkədən 100-ə yaxın pianoçu yarışmaya qatılacaq. Bu akademik mühitdə tanınmış azərbaycanlı bəstəkarların əsərlərinin təbliğatının aparılmasına imkan varmı? - İlk olaraq qeyd edim ki, San-Xose şəhərində keçirilən müsabiqə yüksək səviyyəli müsahibə kateqoriyasına aiddir. Münsiflər heyətində klassik musiqinin beşiyi sayılan Fransa, Avstriya, İtaliya, İngiltərə, yeni qitədən Amerika, Kanada kimi ölkələrin tanınmış elm mərkəzlərinin nümayəndələri yer alıb. Mən isə aydındır ki, azərbaycanlı musiqiçi kimi təmsil olunmuşam. Əlbəttə, belə nəhəng ölkələr arasında vətənimi təmsil etmək mənə qürur verir. Bu, bizim ölkəyə, eyni zamanda Azərbaycanda klassik musiqiyə verilən qiymətin təzahürüdür. Digər tərəfdən, bir necə cümlə müsabiqənin şərtləri haqqında demək istərdim ki, azərbaycanlı oxucuda bu müsabiqələr barədə düzgün fikir yaransın. Mövcud qaydalara görə, mən öz tələbəmi yarış iştirakçıları sırasına daxil edə bilmərəm. Bu, mənim qeyri-obyektivliyim barədə rəy yarada bilər. İfaçılara da müəllimləri barədə danışmaq qadağan olunur. Ehtimal edilir ki, münsiflər heyətində oturan insan müsabiqə iştirakçısının müəllimini tanıyarsa, ona daha çox qiymət verə bilər. Eyni qayda təkcə münsiflər heyətinə deyil, təşkilat komitəsi üzvlərinə də şamil olunur. Yəni Amerikada keçirilən istənilən beynəlxalq səviyyəli müsabiqədə nəzarət sistemi və obyektivlik ən yüksək səviyyədə qurulub. Azərbaycan bəstəkarlarının əsərlərinin ABŞ-da təbliğinə gəldikdə isə, burada çox böyük imkanlar var. Məsələn, Kaliforniyada tez-tez radioda Xaçaturyanın əsərlərinin səsləndirildiyinin şahidi oluram. Lakin Qara Qarayevin "Yeddi gözəl"i, "Leyli və Məcnun"u Fikrət Əmirovun "1001 gecə"si digər bəstəkarların əsərlərindən heç də geri qalmır. Əminəm ki, bizim dahi bəstəkarlarımızın əsərləri ABŞ-da tez-tez ifa olunsa, yerli əhalidə ölkəmizin musiqi səviyyəsi haqqında təsəvvür yaranar. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun bəstəkarlıq dili o qədər müasir, rəngarəngdir ki, Amerika dinləyicisi ona laqeyd qala bilməz. - Azərbaycan mədəniyyətini, onun milli musiqisini, klassik musiqisini və rəqslərini dünyada təbliğ etmək baxımından hansı ölkənin modelini Azərbaycan üçün münasib sayırsınız? - Bildiyiniz kimi, bizim çox böyük sərvətimiz olan milli musiqimiz - muğamımız var. Xüsusən son illər muğamın təbliğatı yüksək səviyyədə aparılır. Mən özüm də Bakıda keçirilən muğam yarışmalarına maraqla baxırdım. Bu sahə qorunmalı və inkişaf etdirilməlidir. Eyni sözləri milli rəqslərimiz, folklorumuz haqqında da deyə bilərəm. Lakin Azərbaycanın potensialını yalnız milli musiqi ilə rəqslərin üzərində quraraq dünyada təbliğ etmək kifayət deyil. Belə baxanda dünyanın hər bir ölkəsinin, hətta Afrikanın ən geridə qalmış ölkəsinin də milli musiqisi və mədəniyyəti var. Amerika və ya Avropa tamaşaçısına xarici mədəniyyət nümunələri ilə tanış olmaq maraqlıdır. Lakin Azərbaycanın digər ölkələrlə müqayisədə bir vacib üstünlüyü var və biz ondan istifadə etməliyik. Bizim klassik musiqi əsərlərimiz dünya səviyyəsinə çıxmağa layiq əsərlərdir. Azərbaycan öz klassik musiqi əsərləri ilə inkişaf etmiş dünya ilə eyni düşüncə tərzinə, intellektual potensiala, demokratik dəyərləri bölüşmək, digər mədəniyyətləri anlamaq və təhlil etmək imkanına malik millət kimi təqdim oluna bilər. Azərbaycan öz klassik musiqi ənənələrini itirməməli, əksinə, inkişaf etdirməlidir. Azərbaycanı sevdirmək üçün birinci növbədə vətənimizi tanıtmaq lazımdır. Klassik musiqi isə bu prosesdə əvəzolunmaz rol oynaya bilər. -
06-06-2008, 01:51 PMAPABakıda Aleksandr Puşkinin anadan olmasının 209-cu ildönümü qeyd edilib
[b]Bakıda Aleksandr Puşkinin anadan olmasının 209-cu ildönümü qeyd edilib[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 209-cü ildönümü ilə bağlı şairin Bakı şəhərindəki abidəsi önündə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov da iştirak edib. O, tədbirin təşkili və abidənin yerləşdiyi sahəyə göstərilən diqqətə görə Səbayel rayon rəhbərliyinə minnətdarlığını bildirib. Səfir Azərbaycanda rus dilinə və Rusiya tədbirlərinə olan diqqətdən məmnunluğunu ifadə edib. Səbayel rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov isə Puşkinin cəmi 37 il yaşamasına baxmayaraq, böyük irs qoyub getdiyini deyib. Onun sözlərinə görə, Puşkin öz yaradıcılığı ilə xalqları yaxınlaşdırıb, bütün xalqlar onu öz şairi kimi sevir. Azərbaycanın Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin hər kəsin Puşkinin yaradıcılığı ilə uşaqlıqdan tanış olduğunu, Azərbaycanda bu şairə böyük hörmət və sevgi bəslənildiyini vurğulayıb. Tədbirin sonunda V. İstratov artıq 5-ci dəfədir keçirilən "Puşkiniada" ədəbi müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim edib. -
06-06-2008, 02:01 PMAPAAmerikalı tədqiqatçı Custin Makkarti: "Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlərsə, o zaman tarixi Azərbaycan torpaqlarını qaytarmal
[b]Amerikalı tədqiqatçı Custin Makkarti: "Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlərsə, o zaman tarixi Azərbaycan torpaqlarını qaytarmalıdırlar"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Ermənilərin qondarma "soyqırımı" mövzusunda təbliğatı genişləndirməsi siyasətlə bağlıdır. Onlar siyasi arenada qalib gəlmək istəyirlər, buna görə də tarixdən yararlanmağa çalışırlar".
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Luisvill Universitetinin professoru, qondarma "erməni soyqırımı" iddialarını ifşa edən amerikalı tədqiqatçı Custin Makkarti verib. O, ermənilərin tarix boyu türklərlə mənfi münasibətdə olduğunu bildirib: "Bundan başqa ermənilərin uzun illər ərzində formalaşdırdığı güclü diasporu mövcuddur, bu amildə öz rolunu oynayır. Təəssüf ki, bu situasiyanı dəyişmək çox çətindir". Tədqiqatçı bildirib ki, tarixçilərin əsas məqsədi həqiqəti üzə çıxarmaq, türklərlə azərbaycanlıların hədəfi isə bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Custin Makkarti ermənilərin Dağlıq Qarabağ iddiasına da münasibət bildirib: "Əgər ermənilər hesab edirlər ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir, o zaman nəzərə almalıdırlar ki, Ermənistan torpaqlarının böyük əksəriyyəti tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqlar da Azərbaycana qaytarılmalıdır". -
06-06-2008, 02:11 PMAPAMixail Zabelin: "Rus dilinə dövlət dili statusu verilməsi uzun prosesdir, amma hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır"
[b]Mixail Zabelin: "Rus dilinə dövlət dili statusu verilməsi uzun prosesdir, amma hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır"[b]
Bakı. Laçın Sultanova-APA. "Prezident, hökumət və Milli Məclis qarşısında hansısa məsələni qaldırmazdan əvvəl həmin məsələ müfəssəl hazırlanmalıdır. Rus dilinə dövlət dili statusu verilməsi məsələsi uzun prosesdir, amma bununla yanaşı hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır".
[Bu açıqlamanı APA-ya Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin verib. Dövlət Dumasında "MDB ölkələrində rus dilinin ikinci dövlət dili elan olunması" barədə səslənən təklifə münasibət bildirən Mixail Zabelin xatırladıb ki, bu məsələ Azərbaycan Konstitusiyası qəbul olunarkən qaldırılmışdı: "Biz beş min nəfərin imzası ilə ölkə rəhbərliyinə müraciət ünvanlamışdıq. Amma həmin vaxt Azərbaycan demokratik inkişaf yoluna yeni gədəm qoyduğu üçün, müraciətimiz lazımi nəticə vermədi. Bununla belə dövlət dili ilə bağlı bənddə yazılıb ki, dövlət digər dillərin inkişaf və istifadə olunması üçün əlindən gələni edir. Güman edirəm ki, gələcəkdə rus dili ikinci dövlət dili kimi olmasa da, millətlərarası ünsiyyət dili kimi Konstitusiyada əksini tapa bilər". Mixail Zabelin rus dilinə dövlət statusu verilməsi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində əlaqə görmədiyini bildirib: "Bunlar tamamilə başqa-başqa məsələlərdir. Qarabağda baş verənlər separatçı hərəkatdır, o münaqişədə rus muzdluları iştirak edib, amma bu, rəsmi Rusiyanın mövqeyi olmayıb. Ərəb ölkələri və Türkiyədən olan muzdlular Çeçenistanda vuruşublar, amma Rusiya bu ölkələri təqsirləndirməyib". -
06-06-2008, 02:21 PMAPACorc Buş Ross Uilsonu vəzifədən uzaqlaşdırır
[b]Corc Buş Ross Uilsonu vəzifədən uzaqlaşdırır[b]
[Ankara - APA. ABŞ Türkiyəyə yeni səfir təyin etməyə hazırlaşır. APA-nın "CNN Türk"ə istinadən verdiyi məlumata görə, prezident Corc Buş bu vəzifəyə özünün milli təhlükəsizlik üzrə müşavirinin müavini Ceyms Franklin Cefrinin namizədliyini irəli sürüb. C. F. Cefri daha əvvəl müxtəlif vaxtlarda üç dəfə Türkiyədə çalışıb və türk dilini bilir. O, diplomatik fəaliyyətə 1977-ci ildə başlayıb, bundan əvvəl isə hərbçi olub və Vyetnamda, Almaniyada xidmət edib. Xatırladaq ki, hazırda ABŞ-ın Türkiyədəki səfiri daha öncə Azərbaycanda səfir olmuş Ross Uilsondur. C. F. Cefri Senatda təsdiqləndikdən sonra vəzifəsinin icrasına başlayacaq. -
06-06-2008, 06:11 PMAPAAzərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv keçdiyini bəyan ediblər
[b]Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv keçdiyini bəyan ediblər[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan və Ermənistan prezidentləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi ilə tanış olublar". APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sankt-Peterburqda tərəflər arasında görüşün yekunlarına həsr olunmuş brifinqdə səsləndirib.
[O bildirib ki, prezidentlər xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllinə dair danışıqların davam etdirilməsi barədə tapşırıq veriblər: "Danışıqlar prosesi davam edir, prezidentlərin görüşü prosesin sıfır nöqtəsindən başlaması demək deyil". Brifinqdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün konstruktiv məcrada keçdiyini bildirib. O, münaqişənin həllinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması yollarının axtarılmasının zəruriliyini vurğulayıb. XİN başçısı danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyini vurğulayıb. Jurnalistlərin suallarını cavablandıran hər iki ölkənin xarici işlər nazirləri görüşdə Madrid təkliflərinin müzakirə olunmadığını bildirib və bunu tərəflərin həmin təkliflərə fərqli yanaşmasının olması ilə izah ediblər. Nazirlər həmin təkliflərə yenidən baxılmasına ehtiyac olduğunu söyləyiblər. Danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü pozitiv dəyərləndiriblər. Amerikalı həmsədr Metyu Brayza görüşün tanışlıq xarakteri daşıdığını və uğurlu keçdiyini bildirib. O, tərəflərin danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb. Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, danışıqlar masasında olan təkliflərin təkmilləşdirilməsi üçün tərəflərin istənilən təklifini dinləməyə və mövqeləri yaxınlaşdırmağa hazırdırlar. -
06-06-2008, 06:21 PMAPATürkiyədə əməliyyat olunmuş Yaşar Nuri bu günlərdə Azərbaycana qayıdacaq
[b]Türkiyədə əməliyyat olunmuş Yaşar Nuri bu günlərdə Azərbaycana qayıdacaq[b]
Bakı. Ülkər Qasımova - APA. İstanbul "Memorial" Xəstəxanasında qaraciyərində əməliyyat aparılmış Azərbaycanın xalq artisti Yaşar Nuri bu günlərdə Azərbaycan qayıdacaq.
[Bu barədə APA-ya Türkiyədən Y. Nuri bildirib. Artıq xəstəxanadan çıxdığını deyən xalq artisti hazırda İstanbulda xüsusi evdə yaşadığını söyləyib: "Bu gün tikişlərim sökülüb və mən özümü olduqca yaxşı hiss edirəm. Mütəmadi olaraq İstanbul "Memorial" Xəstəxanasına gedir, analizlər verirəm. Yaxın günlərdə vətənimə qayıdıb, yaxşıca istirahət edəcəyəm". Y. Nuri deyib ki, həkimlər onun vəziyyətini yaxşı qiymətləndirirlər. Qeyd edək ki, mayın 15-də İstanbul "Memorial" Xəstəxanasında xalq artistinə qaraciyər köçürülüb. -
06-06-2008, 06:31 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun sonunda regiona səfər edəcəklər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun sonunda regiona səfər edəcəklər[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv və pozitiv atmosferdə keçdi". ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza prezidentlərin Sankt-Peterburq görüşünü APA-ya belə şərh edib.
[Onun sözlərinə görə, hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər. O, həmsədrlərin iyunun sonunda regiona səfər edəcəyini də vurğulayıb. Qeyd edək ki, Sankt-Peterburqda brifinq keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin ayın sonunda regiona səfərinin planlaşdırıldığını bildirib. XİN başçısının sözlərinə görə, hazırda prezidentlərin və xarici işlər nazirlərinin iş cədvəli nəzərə alınmaqla, həmsədrlərin regiona növbəti səfərinin dəqiq vaxtı razılaşdırılır. -
06-06-2008, 06:41 PMAPAVardan Oskanyan ictimai fond təsis edib
[b]Vardan Oskanyan ictimai fond təsis edib[b]
[İrəvan - APA. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan ictimai fond təsis edib. APA-nın məlumatına görə, "Çivilitas Fondu" adlanacaq qurum Ermənistanın xarici siyasətinin ictimaiyyət tərəfindən anlaşılması və ölkədə demokratiyanın inkişafına yönəlik proqramların həyata keçirilməsindən ibarətdir. Fond bu məqsədlə dəyirmi masalar, konfranslar keçirməyi və xarici siyasət problemlərinin araşdırılacağı diskussiyalar təşkil etməyi planlaşdırır. -
06-06-2008, 06:51 PMAPA"Kurtlar vadisi" teleserialının qəhrəmanları Oktay Kaynarca və Özgü Namal münasibətlərinə son qoyublar
[b]"Kurtlar vadisi" teleserialının qəhrəmanları Oktay Kaynarca və Özgü Namal münasibətlərinə son qoyublar[b]
İstanbul - APA. Məşhur "Kurtlar vadisi" teleserialından Azərbaycan tamaşaçılarına yaxşı tanış olan Çakır rolunun ifaçısı Oqtay Kaynarca və Elif rolunun ifaçısı Ozgü Namal altı il yarım davam edən sevgi münasibətlərinə son qoyublar.
[APA-nın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, bir müddət öncə əlaqələrinin sona çatdığına dair xəbərləri təkzib edən cütlük dünən birgə açıqlama yayaraq, əlaqələrinin iki ay əvvəldən bitdiyini bəyan edib. Açıqlamada bildirilir ki, sevgililər bu qərarı birgə qəbul ediblər və dostcasına da ayrılıblar. Ayrılığın səbəbləri barədə məlumat verilməsə də, Özgü Namal artıq özünə yeni sevgili də tapıb. Bu, "Limon ağacı" teleserialından tamaşaçılara yaxşı tanış olan aktyor Kaan Urqancıoğludur. Əyləncə məkanlarının birindən mehriban şəkildə çıxan yeni cütlük paparassilərə yaxalanmağa da "macal" tapıb. -
06-06-2008, 07:01 PMAPARusiya prezidentinin köməkçisi Dmitri Medvedevlə İlham Əliyevin görüşü haqqında açıqlama verib
[b]Rusiya prezidentinin köməkçisi Dmitri Medvedevlə İlham Əliyevin görüşü haqqında açıqlama verib[b]
[Bakı. Zaur Nurməmmədov - APA. "Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında çox mehriban, açıq söhbət oldu". APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. O, prezidentlərin yanacaq-energetika, kənd təsərrüfatı sahələrinə aid məsələləri, iqtisadi-ticarət əlaqələrini, regiondakı durumu müzakirə etdiklərini bildirib: "Azərbaycan prezidenti Ermənistan prezidenti ilə yenicə keçirdiyi görüşlə bağlı təəssüratlarını da bölüşdü". S. Prixodko Moskvanın Azərbaycanın rus dili və mədəniyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib. -
06-06-2008, 07:11 PMAPAOmbudsmanın nümayəndələri Qənimət Zahidlə görüşüblər
[b]Ombudsmanın nümayəndələri Qənimət Zahidlə görüşüblər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 2, 6, 9, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsmanın nümayəndələri müəssisələrdəki yataq korpuslarına, tibbi-sanitar hissələrə, yeməkxanalara, cərimə təcridxanalarına, kamera tipli otaqlara baxış keçirib, məhkumlarla görüşüblər. Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını söyləyiblər. Bəzi məhkumlar azadlıqdan məhrum edilmələrinə dair məhkəmə hökmlərindən narazılıqlarını ifadə ediblər. Ombudsman nümayəndələri 1, 6, 9 və 17 saylı Cəzaçəkmə Müəssisəsində digər məhkumlarla yanaşı, Ruslan Bəşirli, Eldəniz Lahıcov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və sabiq polis rəisi Natiq Əfəndiyevlə görüşüblər. Məhkumlar saxlanma şəraiti ilə əlaqədar narazılıqlarının olmadığını bildiriblər. -
06-07-2008, 05:41 AMAPAProkuror AMEA-nın vətənə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına cəza istəyib
[b]Prokuror AMEA-nın vətənə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına cəza istəyib[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədov və bölmənin sabiq əməkdaşı Elman Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən N. Məmmədovun 12 il, E. Quliyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti məhkəmə prosesi iyunun 9-na təyin olunub. Qeyd edək ki, N. Məmmədov və E. Quliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunurlar. -
06-07-2008, 10:21 AMAPAAzərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında uçuşlar həyata keçirib
[b]Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında uçuşlar həyata keçirib[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri bu gün saat 10:00 radələrindən etibarən Bakı səmasında uçuşlara başlayıb.
[APA-nın məlumatına görə, təyyarələr tək-tək və üç-üç paytaxtın mərkəzi hissəsi və Bakı buxtası üzərində uçuşlar edib. Müdafiə Nazirliyindən APA-ya uçuşların iyunun 26-da Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədi daşıdığı bildirilib.Qeyd edək ki, artıq Azərbaycan Hərbi Hava Qüvvələri təyyarə və vertolyotları bir həftədən artıqdır, paradın keçiriləcəyi Azadlıq meydanının və Bakının mərkəzi hissəsi üzərində təlim uçuşları keçirir. -
06-07-2008, 10:31 AMAPAABŞ Konqresinin Nümayəndələr Palatasının ən uzun müddətli spikeri BTC-yə dəstək verən nüfuzlu hüquq şirkətində çalışacaq
[b]ABŞ Konqresinin Nümayəndələr Palatasının ən uzun müddətli spikeri BTC-yə dəstək verən nüfuzlu hüquq şirkətində çalışacaq[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri, İllinoys ştatından olan konqresmen Dennis Hastert Bakı-Tiflis-Ceyhan (BTC) layihəsinə dəstək verən nüfuzlu "Dickstein Shapiro LLP" şirkətində çalışacaq.
[APA-nın ABŞ bürosunun ABC kanalına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının ən uzun müddətli spikeri olmuş D. Hastert şirkətdə baş məsləhətçi kimi Dövlət Qanunvericiliyi və Strateji Qruplarla iş üzrə ixtisaslaşacaq. Qeyd edək ki, adı çəkilən şirkət 1999-cu ildə BTC layihəsi üzrə İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan arasında imzalanan dövlətlərarası müqavilədə Türkiyənin "Botaş" və Enerji Nazirliyinin hüquqi məsləhətçisi qismində çıxış edib. "Dickestein Shapiro" şirkəti boru kəmərinin keçdiyi ərazilərdə vergi ödəmələri, torpaq sahələri və ətraf mühitlə bağlı məsələlərlə məşğul olub. Bu məlumatlar hüquq firmasının İnternet səhifəsində yerləşdirilib. Əlavə edək ki, "Dickestein Shapiro" 400 hüquqşünasla Amerikanın 500 ən iri şirkətindən 100-nə xidmət edir. ABŞ Erməni Milli Komitəsi artıq bəyanat yayıb ki, D. Hastert qondarma "erməni soyqırımı"nı tanıyan 106 nömrəli qanun layihəsinin Konqresdə müzakirəsinə mane olmaq istiqamətində fəaliyyət göstərəcək. -
06-07-2008, 10:51 AMAPAAzərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə növbəti qapalı dəyirmi masa keçirilir
[b]Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə növbəti qapalı dəyirmi masa keçirilir[b]
Bakı. Samir Kazımlı - APA. Bu gün Azərbaycan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü ilə "Azərbaycan böyük dövlətlərin siyasətində" mövzusunda növbəti qapalı dəyirmi masanın təşkil ediləcək.
[APA-nın xəbərinə görə, qapalı müzakirələrdə iştirak edəcək politoloq və analitiklərin siyahısı məxfi saxlanılır. Qeyd edək ki, SAM dövlət başçısının fərmanı ilə 2007-ci ilin noyabr ayında yaradılıb. Mərkəzin qarşısında duran əsas məqsəd - dünya geopolitikasına təsir edən və onu müəyyənləşdirən amillərin araşdırılmasından, lokal, regional və beynəlxalq siyasi proseslərin analiz edilməsindən, dövlət siyasəti, xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələlərinə dair ölkə rəhbərliyi üçün müvafiq tövsiyələr hazırlamaqdan ibarətdir. -
06-07-2008, 11:01 AMAPAErmənilər müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 6-da saat 17.35-dən 18.00-dək və axşam 20.30-dan 20.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqes və Çinari kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi kəndi yerləşən mövqelərini atəşə tutublar. Bundan başqa ermənilər saat 13.10-dan 13.20-dək və iyunun 7-də saat 05.10-dan 05.20-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 18.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.02-dən 23.14-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-07-2008, 11:11 AMAPANarkotik vasitələrin satışında təqsirləndirilən Tovuz sakini həbs olunub
[b]Narkotik vasitələrin satışında təqsirləndirilən Tovuz sakini həbs olunub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Tovuz rayonunda narkotik vasitələrin alveri ilə məşğul olmaqda təqsirləndirilən Bahəddin Kərimov yaxalanıb. Bu barədə APA-ya Tovuz rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, saxlanılan şəxsin mənzilinə baxış zamanı müxtəlif cür narkotik vasitələr və spesifik qoxuya malik maddələr aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb. İlkin dindirmələr zamanı B. Kərimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
06-07-2008, 11:21 AMAPAVenesiya Komissiyasının 75-ci sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib
[b]Venesiya Komissiyasının 75-ci sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib[b]
Bakı. Tamara Qriqoryeva-APA. 13-14 iyunda Venesiya Komissiyasının 75-ci sessiyası keçiriləcək. APA-nın məlumatına görə, sessiyanın ilk gününün gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib.
[Əvvəlcə Venesiya Komissiyasının üzvləri Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna dəyişikliklər barədə məlumatlandırılacaq, daha sonra Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri müzakirə edəcəklər. Sessiyada VK üzvlərindən Endzins, Paszolay və Pilqrim bu sənədə rəy verəcəklər. İclasda Prezidentin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edəcəklər. Qeyd edək ki, Venesiya Komissiyasının iclasında Ermənistanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklərlə bağlı da müzakirələrin keçirilməsi nəzərdə tutulur. -
06-07-2008, 01:51 PMAPAGəncə sakini Kür çayında boğulub
[b]Gəncə sakini Kür çayında boğulub[b]
Samux. Nəzakət Ağayeva-APA. Gəncə şəhər sakini, 17 yaşlı Səbuhi Elbrus oğlu Musayev Kür çayı üzərindəki yerləşən Yenikənd Su Elektrik Stansiyası yaxınlığında çimərkən boğularaq ölüb.
[Samux rayon Polis Şöbəsinin rəis müavini Bahadur Şükürovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hadisə dünən saat 15-00 radələrində baş verib. İlkin ehtimala görə, üç dostu ilə birlikdə Kürə çimməyə gedən Səbuhi üzə bilmədiyindən çayda batıb. Dostlarından biri onu xilas etmək istəsə də, cəhdi boşa çıxıb. Rayon polis şöbəsinə daxil olan məlumat əsasında çay sahilinə gələn polislər onun meyitini sudan çıxarıblar. Xatırladaq ki, Yenikənd Su Elektrik Stansiyası yaxınlığında ötən ay bir Gəncə sakini də boğulub ölmüşdü. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır. -
06-07-2008, 02:01 PMAPAGürcüstan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib, müxalifət parlamentin iclasını boykot edib
[b]Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib, müxalifət parlamentin iclasını boykot edib[b]
Tiflis-APA. Gürcüstan parlamentinin yeni tərkibdə ilk ilclası işə başlayıb. APA-nın məlumatına görə, iclasda 120 millət vəkili qeydiyyatdan keçiblər.
[Proporsional sistem üzrə parlamentdə təmsilçilik hüququ qazanan "Birləşmiş müxalifət" blokunun, Leyborist Partiyasının və Xristian-Demokrat Hərəkatının deputatları isə sessiyanı boykot ediblər. Bu düşərgədən yalnız leyboristlərin nümayəndəsi Ramaz Tevdoradze toplantıya qatılıb. Parlamentin açılış mərasimində çıxış edən prezident Mixail Saakaşvili müxalifəti dialoqa çağırıb. Cəmi altı dəqiqə çıxış edən prezident bütün dünyanın gözünü Gürcüstanda olduğunu, ölkənin böyük bir siyasi böhrandan çıxdığını, bundan sonra da qarşıya çıxacaq çətinlikləri dəf edəcəyini bildirib: "Bu gün bizim əsas hədəfimiz Gürcüstanın birliyini bərpa etməkdir, buna görə də hamını bu hədəf ətrafında birləşməyə çağırıram". Prezident seçkilərdə namizədliyini irəli sürməyən sabiq spiker Nino Burcanadzeyə də xidmətlərinə görə təşəkkür edib. Qeyd edək ki, mayın 21-də keçirilən parlament seçkilərində hakim Vahid Milli Hərəkat Partiyası 150 deputat mandatından 119-na sahib çıxıb. "Birləşmiş müxalifət" 17, leyboristlər və xristian-demokratlar hərəyə 6, respublikaçılar isə 2 mandat qazanıblar. Parlamentin fəaliyyətini boykot edən "Birləşmiş müxalifət" bloku deputatların parlament binasına daxil olmasını əngəlləməyə çalışsalar da, millət vəkilləri polisin köməyi ilə binaya daxil ola biliblər. -
06-07-2008, 02:11 PMAPAAzərbaycan paytaxtında oğurluqla məşğul olan 2 nəfər yaxalanıb
[b]Azərbaycan paytaxtında oğurluqla məşğul olan 2 nəfər yaxalanıb[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. İyunun 6-da Bakının Sabunçu rayonunda oğurluqla təqsirləndirilən 2 nəfər yaxalanıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər Bakı sakinləri Şəmsi Hüseynov və Elnur Cəbiyevdir. Onlar evlərə girərək oğurluq etməkdə təqsirləndirilirlər. Saxlanılan şəxslər barəsində Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci(oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
06-07-2008, 02:21 PMAPAQusar rayonunda silah-sursat aşkarlanıb
[b]Qusar rayonunda silah-sursat aşkarlanıb[b]
[Qusar. Solmaz Mehdiyeva - APA. Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Hil yolunda yerləşən "Bənövşə" gölünün yaxınlığında silah-sursat aşkar ediblər. Qusar RPŞ-dən APA-nın şimal bürosuna verilən məlumata görə, bu haqda məlumat daxil olduqdan sonra polis əməkdaşları əraziyə gedərək, oradan 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd "RQ-1" qumbarası, qumbaraatan üçün 2 alışdırıcı və bir necə müxtəlif çaplı güllələr aşkarlayıblar. Faktla bağlı RPŞ-də araşdırma aparılır. Hadisə yerinə Daxili Qoşunları əsgərləri də cəlb olunub. -
06-07-2008, 02:31 PMAPAİnsan alveri ilə məşğul olan daha iki şəxs həbs olunub
[b]İnsan alveri ilə məşğul olan daha iki şəxs həbs olunub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elmira Quliyeva və Rəşad Nəbiyev yaxalanıb. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər gəlir əldə etmək məqsədilə qadınları BƏƏ-nə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilirlər. -
06-07-2008, 02:41 PMAPAİşə düzəltmək adı ilə vətəndaşlardan pul alan şəxs həbs olunub
[b]İşə düzəltmək adı ilə vətəndaşlardan pul alan şəxs həbs olunub[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilən Nəsimi Güləliyev həbs olunub.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin mart-iyun ayları ərzində işə düzəltmək adı ilə Bakı şəhər sakinləri Alim Muxtarovdan 840 manat, Nazim Məmmədovdan 400 dollar, Emin Nəcəfovdan 23 manat və 300 dollar, Vidadi Abbasovdan 24 manat və 250 dollar, Şamil Yusifovdan 36 manat və 500 dollar, Nemət Misirovdan 50 manat və 100 dollar, Sami Kərimovdan 24 manat və 200 dollar, Azər Əliyevdən 23 manat və 150 dollar, Gəncə şəhər sakini Kifayət Məmmədovadan 400 dollar, Bərdə rayon sakini Elgün Abbasovdan 500 dollar, Lənkəran rayon sakini Tapdıq Məmmədovdan 40 manat və 200 dollar, Astara rayon sakini Samir Məstiyevdən 60 manat və 100 dollar, Yardımlı rayon sakini Elxan Abdinovdan isə 700 dollar alması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 02:51 PMAPABakı sakinindən 2,1 kiloqram marixuana götürülüb
[b]Bakı sakinindən 2,1 kiloqram marixuana götürülüb[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakinindən 2 kiloqram 105 qram narkotik vasitə olan marixuana götürülüb. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxs əvvəllər məhkum olunmuş İsa Cahangirovdur. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 03:01 PMAPADavid Bakradze Gürcüstan parlamentinin spikeri seçilib
[b]David Bakradze Gürcüstan parlamentinin spikeri seçilib[b]
Tiflis-APA. Gürcüstan parlamentinin yeni tərkibdə keçirilən ilk iclasında 35 yaşlı David Bakradze spiker seçilib.
[APA-nın məlumatına görə, yeni spiker buna qədər xarici işlər naziri və münaqişələrin nizamlanması üzrə dövlət naziri vəzifələrində çalışıb. Qeyd edək ki, Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclası bu gün keçirilib. İclasa yalnız hakim Milli Birlik Hərəkatı Partiyasından olan millət vəkilləri qatılıblar. Müxalifət təmsilçiləri parlamentin iclasını boykot ediblər. Mayın 21-də keçirilən parlament seçkilərində hakim Vahid Milli Hərəkat Partiyası 150 deputat mandatından 119-na sahib çıxıb. "Birləşmiş müxalifət" 17, leyboristlər və xristian-demokratlar hərəyə 6, respublikaçılar isə 2 mandat qazanıblar. -
06-07-2008, 03:11 PMAPAGürcüstan parlamentinin işini boykot edən müxalifət liderləri deputat mandatlarını doğrayıblar
[b]Gürcüstan parlamentinin işini boykot edən müxalifət liderləri deputat mandatlarını doğrayıblar[b]
Tiflis-APA. Gürcüstan müxalifətinin Şota Rustaveli prospektində keçirdiyi mitinq başa çatıb.
[APA-nın məlumatına görə, parlamentin işini boykot edən müxalifət liderləri bundan sonra atacaqları addımları yaxın günlərdə bəyan edəcəklərini bildiriblər. Mitinqdə tərəfdarları qarşısında çıxış edən "Birləşmiş müxalifət" blokunun lideri Levan Qaçeçiladze hamını gözü qarşısında plastik deputat mandatını bıçaqla doğrayıb. Daha sonra digər müxalifət liderləri də eyni addımı təkrarlayıblar. Mitinq bu aksiya ilə başa çatıb. -
06-07-2008, 03:21 PMAPAAzərbaycan prezidentinin Sankt-Peterburqa səfəri başa çatıb
[b]Azərbaycan prezidentinin Sankt-Peterburqa səfəri başa çatıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan prezidentinin Sankt-Peterburqa səfəri başa çatıb.
[APA-nın "AzerTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə görüşündə iştirak edən Azərbaycan prezidenti iyunun 7-də vətənə yola düşüb. Azərbaycan dövlətinin başçısını Pulkovo hava limanında Rusiya XİN-in, Sankt-Peterburq Administrasiyasının yüksək vəzifəli nümayəndələri yola salıblar. Qeyd edək ki, prezident İ. Əliyev səfər çərçivəsində Rusiya prezidenti Dmitri Medvedyevlə görüşüb. Bundan başqa, iyunun 6-da Azərbaycan dövlət başçısı Ermənistan prezidenti Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparıb. -
06-07-2008, 03:31 PMAPAXeyli miqdarda borcu ödəməkdən yayınan şəxs tutulub
[b]Xeyli miqdarda borcu ödəməkdən yayınan şəxs tutulub[b]
[Bakı. Samir Kazımlı - APA. Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 196.1-ci (məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə barəsində axtarış elan olunan, Şüvəlan qəsəbəsində məskunlaşan məcburi köçkün, 28 yaşlı Sadıq Əhməd oğlu İsgəndərov tutulub. Əzizbəyov RPİ-nin 1-ci polis bölməsindən APA-ya verilən məlumata görə, 2008-ci ilin əvvəllərindən axtarışda olan S. İsgəndərov saxlanıldıqdan sonra Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təhvil verilib. -
06-07-2008, 03:41 PMAPANarkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olan Oğuz rayon sakini həbs olunub
[b]Narkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olan Oğuz rayon sakini həbs olunub[b]
[Oğuz. Hafiz Heydərov-APA. Oğuz polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanması və əkilib-becərilməsi ilə məşğul olan rayon sakinini həbs edib. Oğuz rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kənd sakini Tərlan Əli oğlu Qədirovun üzərindən 25 qram qurudulmuş marixuana aşkar edilib. Bundan başqa T. Qədirovun yaşadığı həyətyanı sahədən xüsusi şəraitdə yetişdirilmiş, ümumi çəkisi 140 qram olan 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 03:51 PMAPASel aparmış Zaqatala sakininin cəsədini tapmaq mümkün olmayıb
[b]Sel aparmış Zaqatala sakininin cəsədini tapmaq mümkün olmayıb[b]
[Zaqatala. Hafiz Heydərov-APA. Dörd gün əvvəl sel aparmış 68 yaşlı Zaqatala sakininin cəsədinin tapılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri hələ bir nəticə verməyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Dombabinə kənd sakinləri məlumat verib. Yerli sakinlərin sözlərinə görə, Soltan Şabanovun cəsədinin tapılmasını tezləşdirmək məqsədi ilə kənd ərazisindən keçən Qaraçayda suyun axınının qarşısı tam alınıb. Görülən tədbirlərə rəğmən meyitin sözügedən çayda olmadığı məlum olub. Artıq S. Şabanovun meyitinin tapılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri Gürcüstanla sərhəd olan Alazan çayında davam etdirilir. Meyitin tapılması istiqamətində aparılan axtarışlara yerli sakinlərlə bərabər sərhəd dəstəsinin əsgərləri də cəlb olunub. Xatırladaq ki, S. Şabanov 4 gün əvvəl yaşadığı Zaqatala rayonunun Dombabinə kəndi ərazisindən keçən Qaraçayı keçmək istəyərkən onu sel aparıb. Son günlər rayonda havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsinin qalxması S. Şabanovun cəsədinin tapılmasında problem yaradıb. -
06-07-2008, 04:01 PMAPAANS-in əməkdaşının bıçaqlanması barədə məlumatın yanlış olduğu aydınlaşıb
[b]ANS-in əməkdaşının bıçaqlanması barədə məlumatın yanlış olduğu aydınlaşıb[b]
Bakı. Samir Kazımlı - APA. ANS telekanalının cənub bölgəsi üzrə müxbiri Ələddin Əzimovun bıçaqlanması barədə məlumatın yanlış olduğu aydınlaşıb.
[APA-nın məlumatına görə, bu gün bəzi mətbuat orqanlarında Biləsuvar rayonunda baş vermiş bıçaqlaşma hadisəsi zamanı ANS-in bölgə müxbiri Ə. Əzimovun xəsarət alması barədə məlumat yayılsa da, aparılan araşdırma zamanı bıçaqlanan şəxsin başqası olduğu üzə çıxıb. Yanlışlıq isə bıçaqlanan şəxslə ANS-in bölgə müxbirinin ad və soyadının eyni olması səbəbindən baş verib. Belə ki, iyunun 3-də Biləsuvar rayonunun Günəşli kənd sakini Ələddin Əzimovla həmkəndlisi Cabir Həsənov arasında mübahisə düşüb. İşi araşdıran Biləsuvar Rayon Polis Şöbəsinin müstəntiqi Yaşar İbadovun APA-ya verdiyi məlumata görə, hadisə baş verən zaman onların hər ikisi sərxoş olub: "Hər iki şəxs bir kəndəndir, əvvəldən bir-birini tanıyıblar. İyunun 3-də saat 01:00 radələrində onlar birlikdə pivə içdikdən sonra aralarında mübahisə baş verib. Mübahisə zamanı Cabir Həsənov Ələddin Əzimova bıçaqla xəsarət yetirib". Müstəntiqin sözlərinə görə, Cabir Həsənov saxlanılaraq, barəsində rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Ə. Əzimov isə hazırda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur. Onun səhhətinin qənaətbəxş olduğunu deyən Y. İbadov bildirib ki, C. Həsənov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib. 4 ay öncə isə cəzasını çəkdikdən sonra azadlığa çıxıb.Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.