[b]Azərbaycanlı millət vəkilinin oğlunun işi ilə bağlı Rusiya baş prokuroruna və Federal Təhlükəsizlik Xidmətinin rəisinə müraciət olunub[b]
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanın Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi ilə bağlı Rusiyanın Baş Prokuroruna, Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəisinə müraciət olunub.
[E. İsmayılovun vəkili Cərulla Ramazanov APA-ya bildirib ki, müdafiə tərəfi prosesin Çelyabinsk Vilayət Məhkəməsində aparılmasının əleyhinədir və bununla bağlı martın 31-də FTX-də və Rusiya Baş Prokurorluğunda aidiyyəti şəxslərlə görüşəcək. Vəkil Çelyabinsk vilayəti rəhbərliyinin E. İsmayılovun həbsində maraqlı olduğunu da bildirib: "Bu səbəbdən Çelyabinsk Vilayət Məhkəməsində işə baxılması ədalətsiz qərarın çıxarılmasına səbəb olacaq. Necə ki, artıq vilayət rəhbərliyi Etimad İsmayılov barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsinə nail olub. Prosesdə vəkil kimi iştirakıma isə yerli hüquq-mühafizə orqanları maneçilik törədir, Etimad İsmayılovla görüşə icazə verilmir. Ümumilikdə isə Çelyabinsk qubernatorunun maliyyə fırıldaqları nəticəsində vilayətdə fəaliyyət göstərən şirkətlərin əli ilə 172 milyon Rusiya rublu (7,2 milyon ABŞ dolları) məbləğində yeyinti baş verib". C. Ramazanovun sözlərinə görə, yaxın günlərdə qərardan kassasiya şikayəti də veriləcək. Qeyd edək ki, E. İsmayılov "Avroasiya" Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk qubernatorunun himayəsində olan şirkətlərdən birinin "Avroasiya"ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd də verib. Xatırladaq ki, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb və martın 27-də Çelyabinsk Şəhər Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Azərbaycan Xəbərləri
Printable View

03-29-2008, 02:46 PMAPAAzərbaycanlı millət vəkilinin oğlunun işi ilə bağlı Rusiya baş prokuroruna və Federal Təhlükəsizlik Xidmətinin rəisinə müraciət olunub

03-29-2008, 03:01 PMAPAGürcüstan Milli Hərəkat Partiyasının baş katibi Kvemo Kartlinin qubernatoru təyin edilib
[b]Gürcüstan Milli Hərəkat Partiyasının baş katibi Kvemo Kartlinin qubernatoru təyin edilib[b]
Tiflis - APA. Gürcüstanın əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Kvemo Kartli regionuna yeni qubernator təyin edilib.
[APA-nın məlumatına görə, prezident Mixail Saakaşvilinin fərmanı ilə Zurab Melikişvili qubernator vəzifəsindən azad edilib və onun əvəzinə bu posta hakim Milli Hərəkat Partiyasının baş katibi David Kirkitadze təyin olunub. M. Saakaşvili martın 28-də Bolnisi rayonuna səfər edərək yeni qubernatoru əhaliyə təqdim edib. Elə həmin gün Rustavi şəhər bələdiyyəsində regional idarəçilik üzrə dövlət naziri David Tkeşelaşvili və yeni qubernatorun iştirakı ilə toplantı keçirilib. D. Tkeşelaşvili gördüyü işlərə görə sabiq qubernator Z. Melikişviliyə təşəkkür edib. Sonra D. Kirkitadze çıxış edərək öz planları haqda iştirakçılara məlumat verib. Qeyd edək ki, Z. Melikişvili mayın 21-də keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. -
03-29-2008, 03:46 PMAPATarkan Bakıda verəcəyi konsert proqramında Krımdan olan müğənni Zarema ilə birgə çıxış edəcək
[b]Tarkan Bakıda verəcəyi konsert proqramında Krımdan olan müğənni Zarema ilə birgə çıxış edəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkanın Bakıda verəcəyi "Vay anam vay" adlı konsertinin biletləri sabahdan Yaşıl Teatrın kassalarında satışa çıxarılacaq. Bu barədə APA-ya konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, mayın 9-10-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertin biletləri 50-350 manat arasındadır. N. Emiloğlu onu da deyib ki, artıq konsertin afişaları vurulmağa başlanılıb. Telekanallarda isə reklam çarxlarının nümayişinə aprelin ilk ongünlüyündə start veriləcək. Konsert proqramında Tarkandan əvvəl Krımdan olan məşhur müğənni Zarema çıxış edəcək. Zaremanın sənətə yeni gəldiyini qeyd edən N. Emiloğlu qısa müddət ərzində müğənninin çox tanındığını vurğulayıb. O bildirib ki, Zaremanın "Atak" adlı mahnısına çəkdirdiyi klip Krımda ən bahalı klip hesab olunur. Təşkilatçı iki günlük konsert proqramı çərçivəsində Zaremanın 6 mahnı ifa edəcəyini qeyd edib. Müğənnini konsertdə özünün xüsusi rəqs qrupu müşayiət edəcək. Konsertin biletlərini almaq üçün 050-510-96-26 nömrəli telefona müraciət etmək olar. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
03-29-2008, 03:51 PMAPAYeni Azərbaycan Partiyası prezident seçkilərinə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir
[b]Yeni Azərbaycan Partiyası prezident seçkilərinə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir[b]
[Bakı. Elnur Məmmədli - APA. "Yeni Azərbaycan Partiyası bu il keçiriləcək prezident seçkilərinə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir və növbəti mərhələdə yalnız rəsmi olaraq namizədin irəli sürülməsi barədə qərar qalıb". Bu açıqlamanı APA-ya YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı verib. Onun sözlərinə görə, prezident seçkiləri ilə bağlı partiyanın ali orqanın toplantısı keçiriləcək və burada ölkə prezidenti İlham Əliyevin prezidentliyə növbəti dəfə namizədliyi irəli sürüləcək. O, qurultayın vaxtının hələlik dəqiqləşmədiyini qeyd edib: "Qurultayın çağırılması Nizamnaməyə uyğun olaraq həyata keçiriləcək. Bunun üçün sədrin sərəncamı olmalı və yaxud Siyasi Şura və ya İdarə Heyəti qərar verməlidir. Sədr nə zaman məsləhət bilsə, o zaman qurultay keçiriləcək". -
03-29-2008, 04:26 PMAPAHuman Rights Watch: "Ermənistan hökuməti dinc aksiyaların keçirilməsinə mane olmamalıdır"
[b]Human Rights Watch: "Ermənistan hökuməti dinc aksiyaların keçirilməsinə mane olmamalıdır"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı Ermənistanda vəziyyətlə bağlı bəyanat yayıb. APA-nın təşkilatın saytına istinadən yaydığı məlumata görə, qurum Ermənistan hakimiyyət orqanlarını müxalifət tərəfdarlarının dinc nümayiş keçirməsinə imkan verməyə və kütləvi aksiyaları qadağan etməməyə çağırıb. Human Rights Watch həmçinin Ermənistan hökumətinin sərbəst toplaşmaq haqqında qanunda nəzərdə tutulan məhdudiyyətləri ləğv etməsini və mitinqlərə polis qüvvələrinin gətirilməsini dayandırmasını istəyib. Bəyanatda İrəvan küçələrində "xalq gəzintisi" adlanan dinc aksiyalar zamanı 80 nəfərin həbs olunması pislənib. Human Rights Watch hesab edir ki, sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran sərəncam və qanunlar Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. -
03-29-2008, 04:36 PMAPAMixail Saakaşvili Abxaziyaya qeyri-məhdud muxtariyyət təklif edib
[b]Mixail Saakaşvili Abxaziyaya qeyri-məhdud muxtariyyət təklif edib[b]
[Tiflis - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Abxaziyaya qeyri-məhdud muxtariyyət təklif edib. APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili Strateji Tədqiqatlar Mərkəzində politoloqlarla görüşdə Abxaziyaya Gürcüstan dövlətinin tərkibində qeyri-məhdud muxtariyyət, federalizm, təhlükəsizlik və dinc inkişaf təminatı, mərkəzi hakimiyyət strukturlarında geniş təmsilçilik, hətta vitse-prezident postu verməyə hazır olduqlarını bildirib: "Abxazların hüquqlarını pozacaq qərarların qəbulunu əngəlləmək üçün onlara Konstitusiya dəyişikliklərinə və qanunların qəbuluna veto qoymaq hüququ da təklif edirəm". M. Saakaşvili Abxaziyanin faktiki rəhbərliyi ilə danışıqlara hazır olduğunu da söyləyib. -
03-29-2008, 05:11 PMAPAİosif Şaqal: "Erməni soyqırımı" məsələsini İsrail parlamentinin müzakirəsinə çıxarmaq istəyən qüvvələr var"
[b]İosif Şaqal: "Erməni soyqırımı" məsələsini İsrail parlamentinin müzakirəsinə çıxarmaq istəyən qüvvələr var"[b]
Bakı. Laçın Sultanova-APA. "Erməni soyqırımı" məsələsini İsrail parlamentinin müzakirəsinə çıxarmaq istəyən qüvvələr var". Bu açıqlamanı APA-ya Knessetin üzvü, Azərbaycan-İsrail Assosiasiyasının prezidenti İosif Şaqal verib. O, bu müzakirələrin baş tutmaması üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini deyib:
["Vəziyyəti dramatikləşdirmək lazım deyil. Məsələ müzakirəyə çıxarılsa belə, İsrailin soyqırımı məsələsinə münasibəti birmənalıdır. İsrail dövləti heç bir soyqırımı tanımır. Əgər erməni soyqırımı tanınırsa, onda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktı da tanınmalı, Ukraynadakı "Qolodomor" da soyqırımı kimi qəbul olunmalıdır". İ. Şaqalın sözlərinə görə, İsrailin öz dövlət maraqları, strateji maraqları var: "Bu, müttəfiqlik, təhlükəsizlik və digər ölkələrdə yaşayan yəhudilərin taleyi ilə bağlı anlayışlardır. Ermənistanda yəhudilər demək olar ki, yoxdur. İsrail bir yəhudiyə təsir edə biləcək addımı heç vaxt atmayıb və atmayacaq. Azərbaycanda yəhudilər hər zaman çox gözəl yaşayıb və yaşayır, Azərbaycanın İsrail ilə yaxşı münasibətləri var. Biz bu münasibətləri pozmaq istəmirik. Azərbaycan və Türkiyə bizim regionda real müttəfiqlərimizdir, Türkiyə ilə bizim çox ciddi münasibətlərimiz var". -
03-29-2008, 05:36 PMAPAGoranboyda 75 yaşlı kişi qətlə yetirilib
[b]Goranboyda 75 yaşlı kişi qətlə yetirilib[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Goranboyun Qaraçinar kəndində qətl hadisəsi baş verib. Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, əslən Kəlbəcər rayonundan olan 1951-ci il təvəllüdlü Novruz Murtuzayev qonşusu 75 yaşlı Məmməd İsayevi münaqişə zəminində ağacla döyərək qətlə yetirib. İlkin araşdırmalar zamanı qonşular arasında münaqişənin boş qalmış ərazi üstündə baş verdiyi məlum olub. Faktla bağlı Goranboy RPŞ-də 120.1 (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi başlanılıb. -
03-29-2008, 06:41 PMAPAAzərbaycanda gənc aktyorların müsabiqəsi keçiriləcək
[b]Azərbaycanda gənc aktyorların müsabiqəsi keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Mədəniyyətinin Təbliği Mərkəzi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə birgə ilk dəfə olaraq gənc aktyorların müsabiqəsini keçirəcək. Mərkəzin direktoru Arif Mədətov APA-ya deyib ki, mayda start götürəcək müsabiqədə iştirak üçün 20 nəfər seçiləcək. Müsabiqədə iştirak edən gənc aktyorlar komik, lirik və dramatik obrazları canlandıracaqlar. A. Mədətov bildirib ki, yaşayış yeri və fəaliyyətindən asılı olmayaraq istənilən gənc aktyor bu müsabiqəyə qatıla bilər. Münsiflər heyətində Siyavuş Aslan, Firəngiz Mütəllimova, Mərahim Fərzəlibəyov, Hacı İsmayılov və Arif Mədətovun təmsil olunacağı müsabiqənin seçim turları Dövlət Akademik Milli Dram Teatrında aparılacaq. Mərkəz rəhbərinin sözlərinə görə, münsiflər heyəti iştirakçı seçimi zamanı əsasən gənc aktyorların istedadına və səs tembrinə önəm veriləcək. Müsabiqənin sonunda 20 iştirakçıdan 10-u I dərəcəli, 10-u isə II dərəcəli mükafatla təltif olunacaq. Birinci dərəcəli gənc aktyorlar eləcə də, paytaxt teatrlarında işlə təmin olunacaqlar. -
03-29-2008, 06:46 PMAPABu ilin yanvar-fevral aylarında Azərbaycanda 2837 cinayət hadisəsi qeydə alınıb
[b]Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2837 cinayət hadisəsi qeydə alınıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin yanvar-fevral aylarında ölkədə 2837 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Qeydə alınan cinayətlərin 37 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 30 faizi iqtisadi sahədə, 28 faizi şəxsiyyət əleyhinə, 5 faizi dövlət hakimiyyəti əleyhinədir.
[Cinayətlərin 41-i xarici vətəndaşlar tərəfindən, 11-i isə xarici vətəndaşlara qarşı törədilib. Əməliyyat-istintaq tədbirləri nəticəsində bu ilin iki ayı ərzində açılmış cinayətlərin 14,7 faizi bir qrup şəxs, 9,1 faizi əvvəllər cinayət törətmiş şəxslər, 3 faizi yetkinlik yaşına çatmayanlar və ya onların iştirakı ilə, 2,8 faizi sərxoşluq vəziyyətində olan şəxslər tərəfindən, 1 faizi isə narkomanlar və narkotik təsir altında olan şəxslər tərəfindən törədilib. -
03-29-2008, 06:51 PMAPAAzərbaycanlı müğənninin anasının və bacısının məhkəməsi başa çatıb
[b]Azərbaycanlı müğənninin anasının və bacısının məhkəməsi başa çatıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müğənni Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
[APA-nın məlumatına görə, məhkəmədə dövlət ittihamçısı Ellada İsmayılovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini, Adilə Həsənovaya isə 2 il müddətinə şərti cəza verilməsini xahiş edib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib, A. Həsənovaya isə bəraət verilib.Qeyd edək ki, Ellada İsmayılova Cinayət Məcəlləsinin 144-1 .1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), A. Həsənova isə CM-nin 144-1. 2. 5-ci (insan alverinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədilməsi) maddələri ilə ittiham olunub. -
03-29-2008, 06:56 PMAPAYanvar-fevral aylarında Azərbaycanda 1851 nəfər hüquqpozucu aşkar edilib
[b]Yanvar-fevral aylarında Azərbaycanda 1851 nəfər hüquqpozucu aşkar edilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin yanvar-fevral aylarında ölkədə 1851 nəfər hüquqpozucu aşkar edilib. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, onların 79,7 faizi cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilən hüquqpozucularının 81,5 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyənlər, 8,4 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4 faizi sərxoş vəziyyətdə olan şəxslər, 13,8 faizi qadınlar, 3 faizi isə yetkinlik yaşına çatmayanlardır. -
03-29-2008, 07:01 PMAPAQarabağ Azadlıq Təşkilatı bu qurumun adından məcburi köçkünlərdən pul toplayan qəzet redaktoru ilə bağlı məhkəməyə müraciət edəcək
[b]Qarabağ Azadlıq Təşkilatı bu qurumun adından məcburi köçkünlərdən pul toplayan qəzet redaktoru ilə bağlı məhkəməyə müraciət edəcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) qurum adından məcburi köçkünlərdən pul toplayan qəzet redaktoru ilə bağlı açıqlama yayıb. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirib ki, Tariyel Nəcəfov adlı şəxs özünü "Nurlu səhər" qəzetinin baş redaktoru kimi təqdim edərək, Ağdam və Laçın rayonlarından olan məcburi köçkünlər Gülsüm Məmmədova və Qumru Cəfərovadan, o cümlədən digər şəxslərdən xeyli miqdarda pul yığıb. T. Nəcəfov pulların QAT üçün toplandığını iddia edərək, qəzetin QAT-ın orqanı olduğunu deyib. QAT baş verənləri dələduzluq kimi qiymətləndirib, Tariyel Nəcəfov adlı şəxsi tanımadığını bəyan edib. Təşkilat yaxın günlərdə faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. -
03-29-2008, 07:06 PMAPAAzərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək
[b]Azərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Martın 31-də Bakıda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək.
[Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak etmək üçün 15 dövlətin məsul nümayəndələrinin, o cümlədən prokurorluq orqanlarının və antikorrupsiya qurumlarının rəhbərlərinin Azərbaycana səfəri gözlənilir. Eyni zamanda aprelin 1-də Bakıda korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq konfrans təşkil olunacaq. Müxtəlif dövlətlərin aidiyyəti məsul şəxslərinin və nüfuzlu beynəlxalq mütəxəssislərin qatılacağı tədbirdə mütəşəkkil cinayətkarlığın bu təhlükəli növü ilə səmərəli mübarizə vasitələri müzakirə ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyanın təşkilatçılarından biri olub. Assosiasiyanın ötən il Pekində keçirilən 1-ci illik Konfransı və Ümumi Yığıncağında təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsi formalaşıb. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın vitse-prezidenti seçilib. Assosiasiya 140 ölkəni əhatə edir. -
03-29-2008, 07:11 PMAPAVaşinqtonun mərkəzində uydurma "erməni soyqırımı"na həsr olunmuş muzey tikiləcək
[b]Vaşinqtonun mərkəzində uydurma "erməni soyqırımı"na həsr olunmuş muzey tikiləcək[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. ABŞ-ın Tarixi abidələrin qorunması üzrə müşahidə komissiyası (HPRB) Vaşinqtonun mərkəzində uydurma "erməni soyqırımı"na həsr olunmuş muzeyin yaradılacağını təsdiqləyib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, ABŞ Milli Bankının qədim binasının restavrasiyası nəticəsində yaradılacaq muzeyin qarşısında saxta soyqırımla bağlı memorial kompleks də qoyulacaq. Kompleks Ağ Evdən bir neçə addım aralıda yerləşəcək. Məsələyə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik deyib ki, adı çəkilən komissiya müstəqil qurumdur və işi sadəcə, yeni inşa olunan binaların arxitekturasının müəyyən meyarlara uyğun olub-olmadığını yoxlamaqdan və tikintiyə icazə verməkdən ibarətdir. Diplomatın sözlərinə görə, muzeyin yaradılmasında ABŞ-ın rəsmi dövlət qurumlarının heç bir rolu yoxdur. -
03-29-2008, 07:16 PMAPATürkiyə İraqın şimalındakı PKK mövqelərini növbəti dəfə bombardman edib
[b]Türkiyə İraqın şimalındakı PKK mövqelərini növbəti dəfə bombardman edib[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Silahlı Qüvvələri martın 27-də və 28-də PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini yerdən və havadan bombardman edib.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, Silahlı Qüvvələrin Baş Qərargahı martın 27-də İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyəyə keçməyə hazırlaşan bir qrup terrorçunun müəyyən edildiyini və bu qrupun top atəşinə tutulduğunu açıqlayıb. Top atəşləri nəticəsində 15 terrorçunun məhv edildiyi müəyyənləşdirilib. Martın 28-də isə hərbi təyyarələr eyni bölgədəki PKK mövqelərini bombalayıb. Bombardman nəticəsində nə qədər PKK-çının məhv edildiyini müəyyənləşdirmək mümkün olmayıb. Baş Qərargah İraqın şimalının bundan sonra da izlənəcəyini və Türkiyəyə qarşı yönələcək bütün təhlükələrin qarşısının dərhal alınacağını bəyan edib. -
03-29-2008, 07:21 PMAPAAzərbaycan Mətbuat Şurasının sədri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib
[b]Azərbaycan Mətbuat Şurasının sədri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Yeni Müsavat" qəzetinin redaksiyasında aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib.
[Bu barədə APA-ya açıqlama verən MŞ-nın sədri həmkarlarının bütün aksiyasına, o cümlədən aclıq aksiyasına hörmətlə yanaşdığını bildirib: "Ancaq burada bir nüansı qeyd etmək istəyirəm ki, aclıq məqsədə çatmaq üçün heç də son vasitə deyil. Çünki bu aksiyanın mahiyyətində insan taleyi dayanır. Ona görə də aclığa çox ciddi yanaşılmalıdır. Aclıq olum və ölüm arasında seçimdir, istəyinə nail olmadıqda insanın ölüm ərəfəsi özünə şüurlu sui-qəsdidir, yəni ölümü bilə-bilə qəbul etməsidir". Ə. Amaşov aksiya keçirən jurnalistlərə bütün bunları nəzərə almağı tövsiyə edib. Onun sözlərinə görə, MŞ heç vaxt həbsdə olan jurnalistlərin taleyinə biganə qalmayıb, onların azadlığa çıxması üçün səyləri əsirgəməyib: "Biz bu yolu sonuncu jurnalist məhbəsi tərk edənədək davam etdirəcəyik". Qeyd edək ki, Eynulla Fətullayevlə həmrəylik nümayiş etdirən jurnalistlər Şahvələd Çobanoğlu, Elşən Balaxanılı, Zahid Səfəroğlu aclığı davam etdirirlər. Bu gün aksiyaya jurnalist Natiq Cavadlı və Azərbaycan Demokratik Gənclər Hərəkatının sədri Ağası Şakiroğlu da qoşulub. -
03-29-2008, 07:26 PMAPAMüdafiə Nazirliyi mətbuat xidmətinin rəisi: " Azərbaycanı danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər"
[b]Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi: " Azərbaycanı danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların kəsilməsi barədə bəyanatlar verməklə qorxuda bilməzlər".
[Bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Azərbaycanla Ermənistan arasında danışıqların kəsilməsi ehtimalının artması barədə açıqlamasına münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu APA-nın "Danışıqların kəsilməsi müharibə ehtimalını artıra bilərmi" sualına cavabında deyib ki, danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir: "Müharibə arzu olunan hadisə deyil. Bu yeni qırğınlar, yeni qanlar deməkdir. İşğalçı Ermənistan bunu anlamalıdır. Məhz onların günahı ucbatından bu günə qədər Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır və regionu narahat edir. Ona görə də müharibə təhlükəsi münaqişə ilə bağlı hər hansı vəziyyətin yaranmasına baxmayaraq hər an real ola bilər".Nazirlik sözçüsü deyib ki, Azərbaycanın əraziləri işğal altındadır, onu azad etmək təcavüzə məruz qalan tərəf kimi bizim hüququmuzdur: "Bunu bizə heç kim qadağan edə bilməz. Müharibəni yaxınlaşdıran amillər göz qabağındadır. Danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi nəzərdən qaçırılmamalıdır. Çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" BMT Baş Assambleyasının qəbul etdiyi ədalətli qətnaməni şübhə altına almaqla münaqişənin həllini bir qədər də mürəkkəbləşdirdilər. Onlar tərəf olduqlarını açıqca meydana qoymaqla təcavüzkarı necə deyərlər, müdafiə etdilər. BMT Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, münaqişənin həlli yollarının Minsk Qrupunun həmsədr ölkələri vasitəsi ilə çözülməsi barədə qətnamə qəbul edib. Burada pis nə var ki? Əslində bu hər iki tərəfin, eyni zamanda bütün bəşəriyyətin maraqlarına cavab verir. Məhz bu yol müharibənin yenidən başlanmasının qarşısını almaq üçün ən təsirli və ən ədalətli yoldur. BMT-nin sülhsevər qətnaməsinin mahiyyəti də bundan ibarətdir. Əvəzində isə Minsk Qrupu həmsədri olan ölkələr adıçəkilən qətnaməni kənara qoydular və daha təhlükəli yolu seçdilər. Onlar dünyanın bir hissəsində müharibə ocağını söndürmək əvəzinə müharibə ocağının üzərinə su yox, benzin tökdülər. Necə ola bilər - sərf edən zaman BMT-nin sanksiyaları və qətnamələri kara gəlir, təsirli olur, amma Azərbaycanla bağlı məlum qətnamə əhəmiyyətsiz sayılır? Onların ədalət dedikləri budurmu? İkili standartın nə olduğu həmsədr ölkələrin simasında göründü. Bizi danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər".E. Sabiroğlu qeyd edib ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və nəyin gücünə olsa da, öz ərazi bütövlüyünü bərpa edəcək: "Azərbaycanın qüdrətli dövləti, yekdil xalqı, güclü ordusu bu taleyüklü arzumuzu reallaşdırmağa tam imkan verir. Bu yol uzaqda deyil". -
03-29-2008, 07:36 PMAPAAzərbaycan paytaxtında güclü yanğın olub
[b]Azərbaycan paytaxtında güclü yanğın olub[b]
Bakı. Samir Kazımlı-APA. Bu gün saat 18.00 radələrində Bakının Xətai rayonu ərazisində yerləşən Radiozavodun qarşısındakı beşmərtəbəli inzibati binada yanğın baş verib.
[Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralananların olub-olmadığı hələlik məlum deyil. Fövqəladə Hallar Nazirliyinin və Xətai rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerindədirlər. Bölmədən hazırda yanğının davam etdiyini bildiriblər. -
03-29-2008, 08:21 PMAPAQafqaz Müsəlmanları İdarəsinin sədri Strasburqa səfər edəcək
[b]Qafqaz Müsəlmanları İdarəsinin sədri Strasburqa səfər edəcək[b]
Bakı. Fuad Qulubəyli, Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə aprelin 8-də Strasburqa səfər edəcək.
[APA-nın Avropa bürosunun məlumatına görə, bir günlük səfər zamanı A. Paşazadə Strasburqda "Dinlərarası və mədəniyyətlərarası dialoq" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Tədbirdə Avropa ölkələri arasında dini sahədə vəziyyət müzakirə olunacaq. Konfransda A. Paşazadə ilə yanaşı, bir çox dövlətlərin dini liderləri də iştirak edəcəklər. -
03-29-2008, 09:16 PMAPAPrezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciət edib
[b]Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciət edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezident müraciətində təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirdiyini qeyd edib:
["Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "böyük Ermənistan" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalıb. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılıb, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilib". Dövlət başçısı soyqırımı siyasətinin müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirildiyini, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu xatırladıb: "XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və digər faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir". 1988-ci ildə erməni millətçilərinin SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladığını, az sonra isə tammiqyaslı hərbi əməliyyatlara keçdiyini qeyd edən prezident İ. Əliyev 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsinin qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı, insanlığın tarixində qara ləkə kimi qalacağını vurğulayıb.Dövlət başçısı siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində zəngin təcrübəsi olan erməni millətçilərinin bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi apardıqlarını, dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycan ərazilərinin işğalını unutdurmağa çalışdıqlarını bildirib: "Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı faktor rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Lakin Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti iflasa məhkumdur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyil və bu imkanlar getdikcə daralmaqdadır. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun siyasi nüfuzu, dünya azərbaycanlılarının və Azərbaycanın dostlarının getdikcə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Biz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa çalışır və çox hallarda buna müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarını anma tədbirləri bütün dünyada getdikcə daha əzəmətli, daha mütəşəkkil xarakter alır və geniş əks-səda doğurur".Azərbaycanın bu gün regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq, həm də əməkdaşlıq və tolerantlıq məkanı kimi qəbul edildiyini bildirən prezident diqqəti ölkədə sosial və milli-dini həmrəyliyin mövcudluğuna yönəldib: "Nə qədər ağır olsa da, biz soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmək niyyətində deyilik. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyirik. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid edib. Bu ölkədə baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin uzağı görməyən, təcavüzkar siyasətinin nəticəsi, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir. Ermənistan rəhbərliyi öz təcavüzkar və davakar siyasətindən nə qədər tez imtina etsə, qonşularla siyasətini əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qursa, bu, onun özü üçün bir o qədər yaxşı olar. Sizi əmin edirəm ki, xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq.Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram". -
03-30-2008, 10:06 AMAPAToy mərasimində əl qumbarası partladılıb, çoxlu yaralananlar var
[b]Toy mərasimində əl qumbarası partladılıb, çoxlu yaralananlar var[b]
Qronnı-APA. Çeçenistanın Şelkovski rayonunda keçirilən toy mərasimində əl qumbarasının partladılması nəticəsində 19 nəfər yaralanıb.
[APA-nın məlumatına görə, toyda cavanlar arasında dava düşüb və onlar münasibətlərinin ayırd etmək üçün çölə çıxıblar. Bu zaman toy iştirakçılarından biri əl qumbarasını partladıb. Partlayış camaatın sıx olduğu yerdə baş vermədiyi üçün yaralananların sayı az olub. Hazırda faktla bağlı araşdırma aparılır. Səhər saatlarına kimi həkimlər toyda iştirak edən 17-25 yaşlı 19 nəfərə ilkin tibbi yardım göstəriblər. Yaralıların vəziyyətinin orta-stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. -
03-30-2008, 10:31 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşkəsə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşkəsə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 29-da saat 20.15-dən 20.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.55-dən 22.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-30-2008, 10:36 AMAPASergey Lavrov Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasının Rusiya-ABŞ münasibətlərində problem yaradacağını bəyan edib
[b]Sergey Lavrov Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasının Rusiya-ABŞ münasibətlərində problem yaradacağını bəyan edib[b]
[Moskva - APA. "ABŞ Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya qoşulması istiqamətində addımlar atmaq niyyətindədir. İndiki ABŞ administrasiyası Ukrayna və Gürcüstanın NATO-ya yolunun dönməz xarakter alması üçün hər şeyi etmək qərarına gəlib. Bu siyasət Moskva ilə Vaşinqtonun münasibətlərini çətinləşdirə bilər". APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu bəyanatla çıxış edib. Onun fikrincə, Ukrayna və Gürcüstan əhalisinin əksəriyyətinin alyansa qoşulmağın əleyhinə olması nəzərə alınmır. Nazir bildirib ki, Abxaziya və Cənubi Osetiya da Gürcüstanın NATO-ya üzvlüyünün qəti əleyhinədir, rəsmi Tiflis isə hesab edir ki, bu addım ölkənin ərazi bütövlüyünün bərpasını təmin etməyə imkan yaradacaq: "Gürcüstanın bunu hansı metodlarla edəcəyi tamamilə aydındır. Əgər Ukrayna və Gürcüstanın üzvlük məsələsi praktik məcraya yönəlsə, bu, bizim nəinki ABŞ, eyni zamanda NATO ilə münasibətlərimizə də ciddi təsir göstərəcək". Xatırladaq ki, ABŞ prezidenti Corc Buş martın 27-də bəyanatla çıxış edərək bildirib ki, Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü üçün irəliyə doğru aydın yol göstərilməlidir. Bu məsələ aprelin 2-də başlayacaq zirvə toplantısının ilk günündə müzakirə ediləcək. Martın 31-də isə ABŞ prezidenti C. Buş Ukraynaya dövlət səfərinə gedəcək. Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qoşulmaları gözlənilir. -
03-30-2008, 10:56 AMAPATacikistanın Azərbaycana yeni təyin edilmiş səfiri Bakıya gəlib
[b]Tacikistanın Azərbaycana yeni təyin edilmiş səfiri Bakıya gəlib[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Tacikistanın Azərbaycana yeni təyin edilən fövqəladə və səlahiyyətli səfiri Zokir Vezirov artıq Bakıdadır. APA-nın məlumatına görə, səfir bu gün səhər Azərbaycana gəlib. Tacikistanın Azərbaycandakı səfirliyinin rəsmi açılışının vaxtı isə Z. Vezirovun etimadnaməsini xarici işlər naziri Elmar Məmmədyarova və prezident İlham Əliyevə təqdim etməsindən sonra müəyyənləşəcək. -
03-30-2008, 11:31 AMAPAYuliya Timoşenko Azərbaycana aprelin ikinci yarısında səfər edəcək
[b]Yuliya Timoşenko Azərbaycana aprelin ikinci yarısında səfər edəcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko aprelin ikinci yarısında Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Yuliya Timoşenko Blokunun nümayəndəsi Andriy Şkil məlumat verib.
[Onun sözlərinə görə, xanım Timoşenkonun Polşaya rəsmi səfəri ilə əlaqədar Azərbaycana gözlənilən səfərinin müddəti bir qədər uzaq tarixə təyin olunub. Səfər zamanı Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq. Yuliya Timoşenkonun Bakıda keçirəcəyi müzakirələrin əsas mövzularından birinin "Bəyaz axın" layihəsi ilə bağlı olacağı gözlənilir. -
03-30-2008, 11:41 AMAPAAlan Vaddams sabah etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edəcək
[b]Alan Vaddams sabah etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams sabah etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edəcək. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Qeyd edək ki, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyi rəsmən fevralın 4-də fəaliyyətə başlayıb, Alan Vaddams səfir vəzifəsinin icrasına başlamaq üçün martın 13-də Bakıya gəlib. Qeyd edək ki, buna qədər Alan Vaddams Avropa Komissiyasının Azərbaycanda xüsusi nümayəndəsi vəzifəsində çalışıb. -
03-30-2008, 12:06 PMAPAAzərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçiriləcə
[b]Azərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçiriləcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Sabah Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda parlament dinləmələri keçiriləcək.
[Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov APA-ya açıqlamasında dinləmələrin Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində həyata keçiriləcəyini bildirib: "Bu dinləmələr Avropa Şurasının qadınlara qarşı məişət zorakılığı ilə mübarizə adlı kampaniyası çərçivəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən təşkil olunacaq". A. Nəsirov tədbirdə Estoniya parlamentinin vitse-spikeri Kristina Oylandın, bir sıra beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin təmsilçilərinin də iştirak edəcəyini deyib. -
03-30-2008, 12:31 PMAPA"Aqo" qrupu: "Azərbaycanda söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyirik"
[b]"Aqo" qrupu: "Azərbaycanda söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyirik"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Nazirlər Komitəsi katibinin müavini Kristof Puarellenin APA-nın Avropa bürosuna müsahibəsi
[- Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq Qrupu aprelin 2-5-də Azərbaycanda səfərdə olacaq. Səfər zamanı hansı məsələlər müzakirə ediləcək? - Bildiyiniz kimi, qrupa 13 ölkə daxildir, lakin səfərdə 9 ölkənin nümayəndəsi iştirak edəcək. Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də qrup Azərbaycanın götürdüyü və hələ də tam yerinə yetirmədiyi öhdəliklərin həyata keçirilməsinin vəziyyəti ilə maraqlanacaq. Qrup bu işi təbii ki, iki gün ərzində rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri, media mənsubları, siyasi qüvvələrin təmsilçiləri ilə keçirəcəyi görüşlər vasitəsilə reallaşdıracaq. Görüşlərdə media və söz azadlığı məsələsi diqqət mərkəzində olacaq. Bilirsiniz ki, ötən səfərimiz zamani əsas diqqət məhkəmə sisteminin müstəqilliyi və funksiyası məsələsinə yönəlmişdi. Bu səfər zamanı isə "Aqo" qrupu diqqəti əsasən medianın vəziyyətinə yönəltmək qərarına gəlib. Mətbuatın vəziyyəti həm peşəkar media mənsubları, həm də dövlət orqanlarının təmsilçiləri ilə keçiriləcək görüşlərdə müzakirə ediləcək. Daha sonra bir neçə müxalifət partiyasının liderləri ilə görüşəcəyik. Təəssüf ki, bütün partiyalarla görüşə bilməyəcəyik. Bununla belə, ölkədəki əsas siyasi qüvvələrin təmsilçiləri ilə görüşlər keçirəcəyik. Bu görüşlərdə əsas müzakirə mövzusu ölkədə qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələsi olacaq. Qrup bu məsələni rəsmi dairələrlə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də müzakirə edəcək. Prezident seçkiləri Avropa Şurasının diqqətindəki əsas məsələlərdəndir və qurum bu seçkilərlə əlaqəli bütün prosesləri yaxından izləməkdədir. Bu kontekstdə müzakirəsinə ehtiyac duyulan bir çox məsələ var. Məsələn, biz Seçki Məcəlləsinə dəyişikliklər, bu dəyişikliklərdən sonra onun həyata keçirilməsi yolları, seçki öncəsi bütün namizədlərin bərabər səviyyədə seçki kampaniyası aparması, mediadan bərabər səviyyədə istifadə etməsi və müxalifət təmsilçilərinin azad şəkildə seçki kampaniyası apara bilməsi istiqamətində görüləcək işlər haqqında da müzakirə aparacağıq. Seçkilər kontekstində sərbəst toplaşmaq azadlığı da təbii ki, gündəmdəki məsələlərdən biri olacaq. Ümumilikdə Azərbaycandakı demokratik institutların inkişafı məsələsi bütün tərəflərlə müzakirə ediləcək. Bildiyiniz kimi, bu yaxınlarda AŞ Nazirlər Komitəsində insan haqları üzrə komissar Tomas Hammarberqin Azərbaycan üzrə hesabatı dinlənilib. Komissarın bu hesabatda qaldırdığı bütün məqamlar "Aqo" qrupu tərəfindən bir daha qaldırılacaq.- Azərbaycanda mətbuat azadlığı sahəsində yaranmış vəziyyəti necə qiymətləndirirsiniz? - Avropa Şurasının baş katibi bu məsələ ilə bağlı öz narahatlığını bildirib. "Aqo" qrupu da ötən ilin iyununda Bakıda yüksək səviyyədə keçirdiyi bütün görüşlərdə söz və mətbuat azadlığının təmin edilməsinin vacibliyini vurğulamışdı və həbs edilən jurnalistlərin vəziyyətinə öz münasibətini bildirmişdi. Problem bu gün də mövcuddur və son günlər aclığa başlamış bəzi jurnalistlərin, eləcə də Eynulla Fətullayevin məsələsi bu səfər zamanı müzakirə ediləcək. Hesab edirəm ki, eyni mesajlar bu səfər sırasında da ölkə rəhbərliyinə çatdırılacaq. "Aqo" qrupu söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyir. Maraqlı tərəflər dedikdə, həm media mənsubları, həm də dövlət strukturlarının təmsilçiləri nəzərdə tutulur. Elektron media vasitələrinin işi ilə məşğul olan Milli Televiziya və Radio Şurasının rəhbəri də Azərbaycan XİN-lə birgə keçirəcəyimiz dəyirmi masa çərçivəsində görüşəcəyimiz şəxslərdən biri olacaq. Bu dəyirmi masada digər rəsmi şəxslərin də iştirakı gözlənilir. Məqsəd hər iki tərəflə fikir mübadiləsi aparmaq, vəziyyəti yenidən nəzərdən keçirməkdir. Müzakirə edilən məsələlər arasında mediaya dair qanunvericilik və bunun Avropa standartlarına nə dərəcədə uyğunluğu məsələsi də olacaq. Bildiyiniz kimi, AŞ keçən ilin iyun ayında Azərbaycanda radio-televiziya haqqında qanunla bağlı ekspertiza aparmışdı və "Aqo" qrupu bu mövzunu ardıcıl izləyib. Bu qanun AŞ üçün çox vacibdir. Belə ki, elektron medianın fəaliyyətini məhz bu sənəd tənzimləyir. AŞ ekspertləri həmin qanunla bağlı bir neçə tövsiyə ilə çıxış etmişdilər və "Aqo" qrupu bu tövsiyələrə nə dərəcədə cavab veriləcəyini diqqətdə saxlayır. Bu məsələ də təbii ki, dəyirmi masada müzakirə ediləcək.- Azərbaycandan öncə Ermənistana səfər edəcəksiniz. Avropa Şurasının bu ölkədə prezident seçkilərindən sonra baş vermiş hadisələrə münasibəti necədir? - Bu, "Aqo" qrupunun Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ölkəyə ilk səfəridir və seçkilərdən sonra baş vermiş olaylar kontekstində bu ölkədə müzakirə ediləcək çox məsələlər var. Seçkilərdən sonra baş vermiş olaylar, fövqəladə vəziyyətin elan edilməsi, aparılmış həbslər səfərimizin əsas müzakirə mövzuları olacaq. Qrup Ermənistandakı vəziyyəti yaxından izləyir və ölkədə seçkilərdən sonra aparılan həbslər barədə hər gün məlumat alır. "Aqo" qrupu AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqlə də Ermənistandakı vəziyyətə dair məsləhətləşmələr aparıb. Bilirsiniz ki, cənab komissar bu yaxınlarda Ermənistana səfər etmişdi. Biz həbs edilən şəxslərin vəziyyəti ilə yaxından maraqlanacağıq və yaranmış vəziyyətdən çıxış yollarına dair ümumi fikir mübadiləsi aparacağıq. Biz Ermənistandakı bu olaylardan sonra dialoq yaratmaq və qarşılıqlı etibar əldə etmək üçün ölkədəki siyasi qüvvələrin hansı addımları ata biləcəyini öyrənmək istəyirik. Bundan başqa, Ermənistanda da müzakirə edəcəyimiz əsas məsələlərdən biri bu ölkədə medianın vəziyyəti olacaq. - Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunacaqmı? - Biz hər iki ölkədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vəziyyəti də müzakirə etmək niyyətindəyik. Bildiyiniz kimi, AŞ bu məsələnin həlli prosesində birinci dərəcəli rola malik deyil. Ancaq həm Azərbaycan, həm də Ermənistanın quruma üzv olarkən götürdükləri öhdəliklər arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi də var və bu, başlıca öhdəliklərdən biri sayılır. Ona görə də bu mövzu hər zaman "Aqo" qrupunun diqqətindədir və hər iki ölkəyə səfər zamanı da gündəlikdə olacaq. Qrup istər İrəvanda, istərsə də Bakıda münaqişənin həllinə dair indiki vəziyyəti, aparılan danışıqları, münaqişənin həlli perspektivlərini müzakirə edəcək. Dediyim kimi, bu məsələ ilə birbaşa ATƏT-in Minsk Qrupu məşğul olur, lakin götürülmüş öhdəliklər baxımından AŞ də bu məsələnin tez bir zamanda həllində maraqlıdır. -
03-30-2008, 01:56 PMAPAAprelin 5-də ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
[b]Aprelin 5-də ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Aprelin 5-də ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Fuad İsmayılov məlumat verib.
[O bildirib ki, M. Haraşti çoxdan Azərbaycana getmək niyyətində idi, amma səfər müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb. ATƏT təmsilçisi iki günlük səfəri zamanı Bakıda həm rəsmi şəxslər, həm də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək. -
03-30-2008, 02:01 PMAPASəfir Fuad İsmayılov: "Hətta ATƏT-də belə həmsədrlərin geri çağırılması və təyin olunması prosedurunu dəqiq bilmirlər"
[b]Səfir Fuad İsmayılov: "Hətta ATƏT-də belə həmsədrlərin geri çağırılması və təyin olunması prosedurunu dəqiq bilmirlər"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Minsk Qrupu ilə bağlı Azərbaycanın ATƏT-in mərkəzi qərargahına sorğu göndərməsi ətrafında çox söz-söhbət gəzir. Məsələ burasındadır ki, göndərilən sorğu gerçəkdən də ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin geri çağırılması və təyin edilməsi prosedurasını aydınlaşdırmaqla əlaqədar idi".
[Bu açıqlamanı APA-ya Azərbaycanın ATƏT-də daimi nümayəndəsi rəhbəri, səfir Fuad İsmayılov verib. Onun sözlərinə görə, sorğunun göndərilməsinə səbəb bu prosedurun bu günə qədər də tam aydın olmaması ilə bağlıdır. Sorğunun ATƏT-in Baş Katibliyində və qurumun hüquq xidmətində araşdırılacağını bildirən Fuad İsmayılov hələlik müraciətə cavab verilmədiyini deyib: "Amma hətta ATƏT-də belə bu proseduru tam bilmirlər. Çünki indiyə kimi bu məsələ heç kəsin ağlına gəlməyib və buna zərurət yaranmayıb. Bir daha bildirmək istəyirəm ki, burada söhbət həmsədrlərin dəyişdirilməsindən deyil, prosedurun aydınlaşdırılmasından gedir". -
03-30-2008, 02:06 PMAPAMartın 31-də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır
[b]Martın 31-də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır[b]
[APA-nın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, abituriyentlər sabahdan başlayaraq mayın 31-dək internet vasitəsilə elektron ərizələri doldurmalı və tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiqləməlidirlər. Paytaxtda yaşayan abituriyentlər ərizələrini Binəqədi rayonu - 83, 246, 297 saylı, Xətai rayonu - 95, 55, 249 saylı, Nəsimi rayonu - 19, 46 saylı, Səbayel rayonu - 190, 49 saylı, Sabunçu rayonu - 107, 75 saylı, Qaradağ rayonu - 139 saylı, Əzizbəyov rayonu - 183 saylı, Nizami rayonu - 210, 250 saylı, Nərimanov rayonu - 47, 178 saylı, Yasamal rayonu - 158, 225 saylı, Suraxanı rayonu - 85, 104 saylı məktəblərdə, digər rayonların (şəhərlərin) abituriyentləri isə ərizələrini təhsil şöbələri və telekommunikasiya qovşaqlarında yaradılmış komissiyalarda təsdiq etdirə bilərlər. 2008-ci il aprelin 30-dək 16 yaşı tamam olmayan şəxslər tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək Azərbaycan Müəllimlər İnstitutu (Bakı), TQDK-nın Naxçıvan MR Regional Şöbəsi (Naxçıvan şəhəri) və Gəncə Şəhər Təhsil Şöbəsində yaradılmış komissiyalara təqdim etməlidirlər. Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar sənədlərini Qazax Rayon Təhsil Şöbəsində, Rusiya Federasiyası Dağıstan Respublikasında yaşayan azərbaycanlılar isə Qusar Rayon Təhsil Şöbəsində yaradılmış komissiyaya təqdim edə bilərlər. M. Abbaszadə deyib ki, ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər test imtahanından əlavə xüsusi qabiliyyət imtahanı verməlidir və onlar internet vasitəsilə ərizə doldurduqdan və təsdiq etdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında təyin olunmuş müddətdə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanları iyunun 28-dən iyulun 7-dək keçiriləcək. TQDK sədrinin sözlərinə görə, internet xətti olan orta məktəblərin rəhbərləri abituriyentlərə ərizə doldurmaq üçün şərait yaratmağa borcludur. Bundan əlavə, telekommunikasiya qovşaqlarında abituriyentlər üçün dövlət tərəfindən pulsuz internet xətti də təşkil olunub. -
03-30-2008, 02:11 PMAPABu ilin yanvarında qəzaya uğrayan Azərbaycan Silahlı Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin bir pilotunun cəsədinin axtarışları davam etdirilir
[b]Bu ilin yanvarında qəzaya uğrayan Azərbaycan Silahlı Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin bir pilotunun cəsədinin axtarışları davam etdirilir[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu il yanvarın 29-da qəzaya uğramış Azərbaycan Silahlı Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin pilotlarından biri Fəxrəddin Əsgərovun cəsədinin axtarışları davam etdirilir. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu martın 30-da keçirdiyi mətbuat konfransında bildirib: "Ümidimizi kəsməmişik, son ana qədər hərbçimizin axtarışını davam etdirəcəyik. İnanmaq istərdik ki, gec də olsa, onu tapıb ailəsinə verəcəyik, adət-ənənəyə uyğun olaraq torpağa tapşıracağıq". Nazirlik sözçüsü jurnalistlərin suallarına cavab olaraq onu da deyib ki, təyyarənin qəzaya uğraması ilə bağlı heç kim həbs olunmayıb. E. Sabiroğlu təyyarənin qara qutusunun oxunması prosesinin davam etdirildiyini qeyd edib. Onun sözlərinə görə, qara qutuda qeydə alınan bütün məlumatlar müəyyənləşdiriləndən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. -
03-30-2008, 02:16 PMAPASəməd Seyidov: "Aqo" qrupu Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və ölkədə gedən proseslərlə bağlı müzakirələr aparacaq"
[b]Səməd Seyidov: "Aqo" qrupu Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və ölkədə gedən proseslərlə bağlı müzakirələr aparacaq"[b]
[Bakı. Ramil Məmmədli - APA. Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin "Aqo" qrupunun ölkəmizə iki günlük səfəri çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və ölkədə gedən proseslər müzakirə mövzusu olacaq. Bu barədə APA-ya Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, "Aqo" qrupu səfər zamanı Prezidentin İcra Aparatında, Milli Məclisdə və Xarici İşlər Nazirliyində görüşlər keçirəcək. Görüşlərdə iyunda AŞ PA-da Azərbaycanla bağlı keçiriləcək dinləmələrə hazırlıq məsələləri də müzakirə mövzusu olacaq. -
03-30-2008, 02:21 PMAPASəməd Seyidov: "Avropa Şurası Ermənistanda keçirilən prezident seçkilərini lazımınca dəyərləndirməyib"
[b]Səməd Seyidov: "Avropa Şurası Ermənistanda keçirilən prezident seçkilərini lazımınca dəyərləndirməyib"[b]
Bakı. Ramil Məmmədli-APA. "Avropa Şurası Parlament Assambleyasında Azərbaycan üçün prioritet məsələlərdən biri müxtəlif ölkələrdə keçirilən seçkilərin, o cümlədən də Ermənistandakı prezident seçkilərinin müzakirəyə çıxarılması olacaq".
[Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Onun sözlərinə görə, Ermənistanda antidemokratik, hüquq normalarına zidd keçirilən prezident seçkiləri bəzi beynəlxalq təşkilatlar, həmçinin də Avropa Şurası tərəfindən lazımınca dəyərləndirilməyib. O, bununla bağlı AŞ PA Bürosunda məsələ qaldırdığını da diqqətə çatdırıb: "Avropa Şurası insan hüquqları, qanunun aliliyi və demokratiya məsələləri ilə məşğul olan təşkilatdırsa, niyə Rusiyada, Gürcüstanda, Azərbaycanda keçirilən seçkilərdən sonra müxalifət partiyalarının sədrlərini Avropa Şurasına dəvət edir və onlarla müzakirələr aparır, ancaq Ermənistandan bir nəfər də müxalifətdən olan siyasi partiyanın nümayəndəsi quruma çağırılmır? Ermənistanda bütün mətbuatın fəaliyyəti dayandırılıb. Buna da heç bir münasibət bildirilmir. Yalnız problemin aradan qaldırılması tövsiyə olunur. Biz bu ikili standartlara qarşı çıxış edirik. Aprel sessiyasında da bu məqamlar xüsusi diqqətə çatdırlacaq". -
03-30-2008, 02:26 PMAPAAzərbaycan Müdafiə Nazirliyinin sözcüsü: "Atəşkəs əsasən Ağdam, Xocavənd, Füzuli, Tərtər və Tovuz istiqamətlərində pozulur"
[b]Azərbaycan Müdafiə Nazirliyinin sözcüsü: "Atəşkəs əsasən Ağdam, Xocavənd, Füzuli, Tərtər və Tovuz istiqamətlərində pozulur"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Cəbhə bölgəsində atəşkəs intensiv olaraq pozulur. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu keçirdiyi mətbuat konfransında bildirib: "Ermənilər atəşkəs rejiminin tələblərinə əməl etmədiklərindən bu hadisələr son zamanlar yenidən geniş xarakter alıb".
[E. Sabiroğlu deyib ki, atəşkəs əsasən cəbhənin Ağdam, Xocavənd, Füzuli, Tərtər və Tovuz istiqamətlərində pozulur. Onun sözlərinə görə, Goranboy, Cəbrayıl, Qazax, Xanlar rayonları istiqamətində isə nisbətən az pozuntu halları qeydə alınıb: "Belə bir vəziyyətdə təbii ki, atəşkəs rejimini pozan Ermənistan Silahlı Qüvvələri layiqli cavabını alıb, bütün hallarda düşmən susdurulub". Nazirlik sözçüsü deyib ki, son iki ayda Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində (Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qapanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri ərazisində) üç dəfə monitorinq keçirilib və monitorinq zamanı heç bir insident qeydə alınmayıb: "Monitorinqlər zamanı Ermənistan tərəfi atəşkəs rejiminə əməl edir, qurtaran kimi isə atəşkəsi pozur. Bu, artıq ənənəyə çevrilib". -
03-30-2008, 02:31 PMAPAXətai rayonunda çürümüş meyit tapılıb
[b]Xətai rayonunda çürümüş meyit tapılıb[b]
[Bakı. Samir Kazımlı - APA. Dünən Xətai rayonunun Əhmədli Yolu küçəsində yerləşən Təcrübə Sınaq Zavodunun yaxınlığındakı mazut gölməçəsində 68 yaşlı Saatlı rayon sakini Sərdar İsmayılovun çürümüş cəsədi tapılıb. Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı Sərdar İsmayılovun martın 10-da gölməçəyə yıxılaraq öldüyü müəyyənləşdirilib. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır. -
03-30-2008, 02:46 PMAPABakıda "Tarix: olduğu kimi" adlı beynəlxalq elmi konfrans keçirilir
[b]Bakıda "Tarix: olduğu kimi" adlı beynəlxalq elmi konfrans keçirilir[b]
[Bakı. Ramil Məmmədli-APA. "İrəli" Ümumrespublika Gənclər Hərəkatı, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü ilə iki günlük "Tarix: olduğu kimi" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi məqamları açıqlayıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında dövlətin gördüyü işləri diqqətə çatdırıb. Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycan xalqının başına gətirilən soyqırım aktlarının beynəlxalq aləmə çatdırılması istiqamətində ölkə diplomatiyası zəruri addımlar atır. Onun sözlərinə görə, bir əsrdən artıqdır ki, ermənilər havadarlarının dəstəyi ilə regionda sabitliyi pozur, bölgənin inkişafına maneçilik törədirlər. Milli Məclisin sədr müavini Bahar Muradova isə Ermənistanın ləyaqətsiz mübarizə metoduna üstünlük verdiyini bildirib. O, bu səpkili tədbirlərin sayının artırılmasın vacibliyinə də toxunub: "Azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı tədbirlər xaricdə daha çox təşkil olunmalıdır. Ümumilikdə isə təbliğatın daha təsiredici mexanizmi tapılmalıdır". 2001-2006-cı illərdə ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı səfiri olan Sichan Siv isə ailəsinin soyqırıma məruz qaldığını deyib. O, Kambocalı olduğunu və 1970-ci illərin əvvəllərində bu ölkədə baş verən hakimiyyət dəyişikliyindən sonra mənsub olduğu millətin soyqırıma məruz qaldığını söyləyib. Keçmiş səfir millətlərə qarşı yönələn bütün soyqırım aktlarını pislədiyini bildirib. Sonra konfransda "Faciənin tarixi" və "Danışır erməni elitası" adlı kitabın və eyni adlı filmin təqdimatı keçirilib. Qeyd edək ki, konfrans iki gün davam edəcək. Tədbirdə elmi araşdırmaların aparılması məqsədilə işçi qrupun yaradılması da nəzərdə tutulub. -
03-30-2008, 02:51 PMAPAAzərbaycanın hərbi doktrinası yaxın zamanlarda Milli Məclisdə qəbul olunacaq
[b]Azərbaycanın hərbi doktrinası yaxın zamanlarda Milli Məclisdə qəbul olunacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın hərbi doktrina layihəsinin yaxın zamanlarda Milli Məclisdə müzakirəsi və qəbulu gözlənilir. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Nazirlik təmsilçisi deyib ki, sənəd artıq hazırdır və Milli Məclisə təqdim edilib. E. Sabiroğlunun sözlərinə görə, layihədə Azərbaycanın milli maraqları, milli təhlükəsizliyini qoruya bilən bütün amillər nəzərə alınıb: "O cümlədən Azərbaycanın strateji müttəfiqləri də həmin sənəddə göstərilib". Mətbuat xidmətinin rəisi sənədin hazırlanmasında Müdafiə Nazirliyinin böyük xidmətlərinin olduğunu deyib. -
03-30-2008, 03:06 PMAPATürkiyənin "Cumhuriyet" qəzetinin binasına yandırıcı maddə atılıb
[b]Türkiyənin "Cumhuriyet" qəzetinin binasına yandırıcı maddə atılıb[b]
[Ankara - APA. Bu gün Türkiyənin aparıcı mətbuat orqanlarından biri olan "Cumhuriyet" qəzetinin binasına yandırıcı maddə atılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, qəzetin mühafizə xidməti olayı törədən 3 nəfərdən biri olan 13-14 yaşlı yeniyetməni yaxalayaraq polisə təhvil verib. Hadisədən sonra redaksiya binasında yanğın başlasa da, tezliklə söndürülüb. Polis hadisə yerindən qaçan 2 yeniyetmənin axtarışını davam etdirir. Xatırladaq ki, martın 21-də "Cumhuriyet" qəzetinin sahibi və baş yazarı İlhan Səlcuq "Ergenekon" adlandırılan gizli təşkilatla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. O, bir gün sonra ölkəni tərk etməmək şərtilə azadlığa buraxılıb. Qeyd edək ki, "Cumhuriyet" qatı solçu-atatürkçü mövqeyi ilə tanınır və Türkiyənin mövcud hökumətinə qarşı kəskin müxalifət mövqeyi tutur.