[b]Amerikalı musiqiçi Reni Kaufman Bakıda konsert verəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Sentyabrın 30-da amerikalı musiqiçisi Reni Kaufman Bakıya gələcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Dmitri Tarxovski məlumat verib. Onun sözlərinə görə, Reni Kaufman ABŞ səfirinin rezidensiyasında, Bakının qəsəbələrində yerləşən uşaq evlərində, ölkənin şimal-qərb regionunda konsert proqramları ilə çıxış edəcək. Səfərin oktyabrın 10-da başa çatacağı gözlənilir. Qeyd edək ki, Reni Kaufman ən müxtəlif musiqi janrlarında ifa edir. Ötən il o Bakı və rayonlarda konsert proqramları ilə çıxış edib.
Azərbaycan Xəbərləri
Printable View

09-22-2008, 05:00 PMAPAAmerikalı musiqiçi Reni Kaufman Bakıda konsert verəcək

09-22-2008, 05:10 PMAPAAzərbaycanda İKT-nin inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması yekunlaşır
[b]Azərbaycanda İKT-nin inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması yekunlaşır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-2012-ci illər üçün hazırladığı İKT-nin İnkişafı üzrə yeni Dövlət Proqramının layihəsi son variantda müzakirə edilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Nazir müavininin sözlərinə görə, növbəti dövlət proqramının əsas özəyini elektron hökumətin formalaşdırılması, qurulması və onun tətbiqi ilə bağlı digər məsələlər təşkil edəcək. Sənədə 2008-ci ilədək icrası başa çatmayan layihələr də daxil ediləcək. İ.Məmmədov bildirib ki, Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün artıq tender keçirilib. Tender prosedurasının başa çatmaq üzrə olduğu deyən nazir müavini qeyd edib ki, qalib şirkətlə müqavilənin imzalanması Azərbaycanda elektron imzanın tətbiqi, o cümlədən elektron hökumətin yaradılması üçün ən əsas elementinin həyata keçirilməsinə şərait yaradacaq. -
09-22-2008, 05:30 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 2,5 dəfə artıracaq
[b]Azərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 2,5 dəfə artıracaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) gələn il Gürcüstanda daha 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Bununla da ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin ümumi sayı 50-yə çatacaq. Cari ilin sonuna qədər isə ARDNŞ-in bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatdırılacaq. Avqust ayında Poti şəhərində bir yanacaqdoldurma məntəqəsi açılıb. Yaxın vaxtlarda Kutaisi şəhərində və digər əyalət mərkəzlərində yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, ARDNŞ cari il aprelin 25-də Gürcüstanın Rustavi şəhərində SOCAR brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə daxil olan ilk kompleksini istifadəyə verib. Qeyd edək ki, ARDNŞ-in törəmə müəssisəsi olan «SOCAR Energy-Georgia» MMC bu günədək Gürcüstan iqtisadiyyatına 400 mln. ABŞ dollarından artıq investisiya yatırıb. Şirkət 2006-cı ilin mart ayında yaradılıb. -
09-22-2008, 05:40 PMAPABöyük Millət Partiyası Demokratik Azərbaycan Dünyası Partiyası ilə birləşib
[b]Böyük Millət Partiyası Demokratik Azərbaycan Dünyası Partiyası ilə birləşib[b]
[Bakı. Ramil Məmmədli - APA. Böyük Millət Partiyası (BMP) Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) ilə birləşib. DADP sədri Məmməd Əlizadə APA-ya açıqlamasında bildirib ki, bununla bağlı hər iki partiyanın ali qurumlarının qərarı var və bu sənəd müqavilə ilə öz təsdiqini tapıb. Onun sözlərinə görə, BMP sədri Samir Adıgözəlli isə DADP sədrinin müavini təyin olunacaq: "Samir Adıgözəllinin müavin təyin olunması ilə bağlı sərəncam artıq hazırdır. Böyük Millət Partiyasının digər üzvlərinin Demokratik Azərbaycan Dünyası Partiyasına üzv qəbul olunması üçün ərizə ilə müraciət edəcəklər". O, bu prosesin sona çatmasında heç bir problem olmayacağını da deyib. -
09-22-2008, 05:50 PMAPAİqdır bələdiyyə başqanı Nurəddin Aras: "İşğalçı ermənilər Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə Ermənistanla sərhədləri açmamal
[b]İqdır bələdiyyə başqanı Nurəddin Aras: "İşğalçı ermənilər Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə Ermənistanla sərhədləri açmamalıdır" - EKSKLÜZİV[b]
İqdır-APA. "Ermənistanla sərhədlərin açılması ilə bağlı fikirlərim ciddi şəkildə təhrif olunub. Siyasi rəqiblərim milləti aldatmaq məqsədilə mənə aid olmayan sözləri mənim adımdan yayımlayıblar. 20 il əvvəl Azərbaycan barədə düşüncələrim necə idisə, indi də dəyişməz qalıb".
[Bu eksklüziv açıqlamanı APA-ya İqdır bələdiyyə başqanı Nurəddin Aras verib. O, guya Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istədiyi barədə xəbərlərin kökündən yalan olduğunu bildirib: "Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır, ortada Dağlıq Qarabağ problemi olduğu, ermənilərin Türkiyəyə qarşı ərazi iddiası irəli sürdüyü bir vaxtda sərhədlərin açılmasını kim istəyə bilər. Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri zamanı bəzi mətbuat orqanlarına verdiyim açıqlamaları bəzi media qurumları təhrif edərək yayımlayıblar. Biz bu sözləri deməyə məcburuq - Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından dərhal geri çəkilməli, Dağlıq Qarabağdakı ev-eşiklərindən qovulmuş azərbaycanlı qardaş-bacılarımız öz yurdlarına dönməlidir. Eyni zamanda ermənilər Qars və Gümrü müqavilələrini, yəni Türkiyənin sərhədlərini tanımalı, ölkəmizə qarşı ərazi iddialarından imtina etməlidir. Ermənilər işğal altında saxladıqları torpaqlardan geri çəkilməyənə kimi Türkiyə Ermənistanla sərhədləri açmamalıdır. Bunu tələb etmişik və tələb etməkdəyik. Mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ ərazisindən qoşunlarını çıxardıqdan, qondarma "soyqırımı" iddialarından əl çəkdikdən sonra bu ölkə ilə sərhədlər açıla bilər. Bu fikrimizi dünən də söylədik, bu gün söyləməkdəyik". Nurəddin Aras Türkiyənin Ermənistana yönəlik siyasətinin Azərbaycana hər hansı ziyan verməməsini arzuladıqlarını bildirib: "İstəyimizi budur ki, Türkiyə Cümhuriyyətinin Ermənistan siyasəti dost Azərbaycana heç bir formada zərər verməsin, dostlarımızı incitməsin və rəncidə etməsin. Türkiyəni qondarma "erməni soyqırımı" iddiaları ilə küncə sıxışdırmaq istəyən ölkələrlə əl-ələ verən Ermənistan qondarma ""soyqırımı"n tanınmasını xarici siyasətinin əsas prinsiplərindən biri olaraq qəbul edib. Ermənistan məktəblərində divarlardan asılmış xəritələrdə Türkiyənin 12 vilayəti bu ölkənin ərazisi kini göstərilir. Ermənistan bayrağında Türkiyənin ərazisində olan Ağrı dağının şəkli var. Bu ölkənin himnində "Torpaqlarımız işğal latında, bu torpaqları azad etmək üçün ölün, öldürün" sözləri yer alır. Belə olan təqdirdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmək məntiqsiz bir davranışdır. Unutmayaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması önündə ən böyük əngəl Türk düşmənçiliyi üzərində qurulmuş erməni siyasətidir. Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycanla Türkiyə - bir millət, iki dövlətdir. Bu siyasət bu gün də davam edir". Nurəddin Aras beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinə nəzərən ikili standart siyasəti yürütdüyünü bildirib: "Dünya birliyinə səslənirəm, 86 il əvvəl baş verən hadisələrlə maraqlanmaq cəsarəti göstərirlər, amma ermənilərin çox yaxın keçmişdə Dağlıq Qarabağda törətdiyi vəhşilikləri niyə görmürlər? Ermənilərin 1992-ci ildə Xocalıda həyata keçirdiyi vəhşiliklərə nə ad vermək olar? Bu vəhşiliklər soyqırımı deyil? Hörmətli prezidentimizin Ermənistan səfər dövlətimizin həyata keçirdiyi bir siyasətdir. Biz təbii ki, hörmətli prezidentimizin səfərlərini tənqid edə bilərik. Çünki, Türkiyə bir respublikadır, Mustafa Kamal Atatürkün söylədiyi kimi "Yurdda sülh, cahanda sülh" prinsipini həmişə əsas götürür. Problemlərin həlli masa arxasında tapılır, bu olmasa, müharibə qaçılmaz olur". Nurəddin Aras Azərbaycanın "İğdırda yaşayan soydaşlarımızın vaz keçmədikləri sevda" adlandırıb: "Mən səmimi qəlbdən deyirəm: Azərbaycan bizim vaz keçmədiyimiz sevdamızdır, ata-baba yurdumuzdur. Azərbaycanın yaxşı günü bizim toy-bayramımız, Allah eləməsin, pis günü bizim yas günümüzdür. Qoy heç kəs bunu unutmasın". -
09-22-2008, 06:00 PMAPAGəncədə insan alveri ilə mübarizə mövzusunda seminar keçirilib
[b]Gəncədə insan alveri ilə mübarizə mövzusunda seminar keçirilib[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin təşəbbüsü ilə Gəncə şəhərində insan alveri ilə mübarizə mövzusuna həsr olunan seminar keçirilib. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Rauf Məcidov APA -nın qərb bürosuna bildirib ki, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində son illər əhəmiyyətli irəliləyişlər müşahidə olunsa da, insan alveri qurbanların sayı ilbəil artır: "2005 -ci ildə 160 nəfər insan alverinin qurbanı var idisə, bu ilin 8 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 289 fakt aşkarlanıb, 235 cinayət isə açılıb və 266 nəfər təqsirli bilinib"."Hüquq Dünyası" İctimai Birliyinin sədri Nazir Quliyev isə bildirib ki, iri şəhərlərdə - Bakıda Gəncədə və Sumqayıtda insan alverinin qurbanları daha çoxdur. -
09-22-2008, 06:10 PMAPAİctimai Televiziya ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq
[b]İctimai Televiziya ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq[b]
[Bakı. Laura Cəbrayıllı - APA. İctimai Televiziya ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə qatılan respublikaçı namizəd Con Makkeynlə rəqibi demokrat Barak Obama arasında təşkil ediləcək debatları yayımlayacaq. Namizədlərin debatında regional və Gürcüstanda baş verən hadisələrlə bağlı müzakirələr aparılacaq. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib. Layihə ilə bağlı IREX Mediaya Yardım Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şeldon Markoff və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüb. Layihənin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağını deyən İ. Ömərov ilk dəfə olaraq Azərbaycan tamaşaçılarına debatları təfərrüatı ilə çatdıracaqlarını bildirib. Terri Devidson isə builki debatların əvvəlkilərdən əsaslı formada fərqlənəcəyini qeyd edib. -
09-22-2008, 06:20 PMAPABerti Foqts: "AFFA-da mənim istefamı istəyənlər var"
[b]Berti Foqts: "AFFA-da mənim istefamı istəyənlər var"[b]
"Futbolu inkişaf etdirməliyik ki, bu da əsl macəradır"
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. "Azərbaycanda futbol çox populyardır. Lakin bir nömrəli idman növü güləşdir. Bütün günü televiziyada güləş verirlər". "APA-SPORT"un məlumatına görə, bu sözləri Almaniya mətbuatına müsahibəsində Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. 62 yaşlı mütəxəssis 2010-cu il dünya çempionatının sonunadək yığmamızı tərk etmək niyyətində olmadığını bildirib: "Təbii ki, Azərbaycan milli komandasını Almaniya ilə oyuna da özüm çıxaracağam. Müqaviləmin sonunadək, yəni seçmə mərhələ bitənə qədər çalışacağıma heç şübhəm yoxdur. Hamı ilə yaxşı münasibətlərim var. Həm də biz Azərbaycanda missioner funksiyasını yerinə yetiririk. Lixtenşteynlə 0:0 hesablı nəticədən başqa problemlərimiz də var".Foqts Azərbaycandakı fəaliyyətini macəraya bənzədir: "Futbolu inkişaf etdirməliyik ki, bu da əsl macəradır. Azərbaycan futbolu Avropadakından ciddi fərqlənir. Əksər futbolçular həyatında ilk dəfə şporlu butslar geyirdi. Biz bu ayaqqabıları Uelslə matçdan üç gün əvvəl almışdıq. Bəzi futbolçular Kardiffdə ömründə ilk dəfə yağış altında oynadı".Alman mütəxəssisin fikrincə, AFFA-da da onun istefasını istəyənlər var: "Bizim dünya çempionatının final mərhələsinə çıxmağımızı sadəlövh, heç vaxt oyunlarımıza gəlməyən jurnalistlər gözləyir. Belələri burada çoxdur. Odun üstə yağ tökən insanlar da bundan istifadə edərək istefamı istəyir. Təbii ki, federasiya nümayəndələri arasında da belələri var".Azərbaycanda legioner limitinə toxunan Foqts yerli futbolçulara süni məhdudiyyət qoyulmasına narazılığını bildirib: "Biz Almaniyada legioner limitinin 6 olmasını istəyirik. Azərbaycanda isə bu rəqəm demək olar ki, 11-dir. Burada işlər belə gedir. Mənim oyunçularıma "İnter"də də yer tapılmır. Rəsmi olaraq deyirlər ki, onları yığma üçün qoruyuruq. Əslində, bu sayıqlamaqdır. Həm də Azərbaycanda futbolçular az məşq edirlər. Avropa futbolçuları həftədə 25 saat məşq edirsə, Azərbaycanda bu rəqəm 6,5 saatdır".Klublarda çalışan həmkarları ilə münasibətlərinin isti olmadığını etiraf edən alman mütəxəssis futbolçuların fiziki durumundan da gileylənib: "Dörd saatlıq yol qət edirəm ki, İran və ya Gürcüstanda bir oyun izləyim. Oyunçularım da bütün bunlardan sonra 60-cı dəqiqədə meydanda yıxılıb qalırlar. Lixtenşteyni ilk hissədə 3:0 və ya 4:0 udmalı olan komandamız görüşün sonlarında rəqibindən zəif təsir bağışlayır". -
09-22-2008, 06:30 PMAPABarak Obama: "Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün geniş imkanlar açacaq"
[b]Barak Obama: "Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün geniş imkanlar açacaq"[b]
[Vaşinqton - APA. "Qafqazdakı son hadisələr sülhün əldə edilməsi yolunda ardıcıl olmağın önəmini ortaya qoydu. Son günlərdə biz Ermənistan və Türkiyə prezidentlərinin ümidverici addımlarının şahidi olduq. Onların dialoqa başlaması münasibətlərin normallaşmasına gətirib çıxara bilər, bu isə ticarət, nəqliyyat və enerji məsələlərində Ermənistan üçün geniş imkanlar açacaq". APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, bu sözlər ABŞ prezidentliyinə namizəd Barak Obamanın Ermənistanın Müstəqillik Günü ilə bağlı müraciətində əksini tapıb. B. Obama bildirib ki, ABŞ-ın siyasəti də bu istiqamətdə qurulmalıdır. O, erməni xalqının müharibə və qeyri-sabitliklə müşayiət olunan dövrü arxada qoyaraq öz taleyinin sahibi olduğunu qeyd edib: "Ermənistan və diaspora hətta soyqırım və ağrı-acılar dövründə də ermənilikdən geri addım atmayıb". B. Obama ermənilərin ABŞ-da elmin, mədəniyyətin, biznesin və siyasi təfəkkürün inkişafına böyük töhfə verdiklərini də vurğulayıb. -
09-22-2008, 06:40 PMAPAAzərbaycan Tarif Şurasının nümayəndələri CAREC ölkələri üçün keçirilən forumda iştirak ediblər
[b]Azərbaycan Tarif Şurasının nümayəndələri CAREC ölkələri üçün keçirilən forumda iştirak ediblər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Tarif (Qiymət) Şurasının nümayəndələri Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Bişkəkdə (Qırğızıstan) keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələrinin Elektrik Enerjisi Tənzimləyicilərinin IV illik Forumunda (CMERF) iştirak ediblər.Tarif Şurasından «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Monqolustan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Çin nümayəndələri, habelə AİB-in müxtəlif məsləhətçi şirkətlərinin ekspertləri iştirak edib. Toplantıda hər bir ölkə əvvəlki forumdan keçən müddət ərzində sektorda baş verən dəyişikliklər barədə məlumat verib və sualları cavablandırıb. Forum başa çatdıqdan sonra təşkil olunmuş seminarda əsasən «Dövlət və özəl sektorun əməkdaşlığının genişləndirilməsində tənzimləyicilərin rolu», «Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində tənzimləyicilərin rolu», «İstehlakçı hüquqlarının müdafiəsi və maarifləndirmə», «Əhali istehlakçı qrupları üzrə böyük sərbəstlik xartiyası», «Xidmətlərin stimullaşdırılmasında enerji səmərəliliyi və keyfiyyət», «Texniki göstərici standartları», «Təmiz ətraf mühitin formalaşmasında tənzimləyicilərin rolu», «Xərclər əsasında tariflərin formalaşdırılması» və digər mövzulara dair təqdimatlar dinlənilib.Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır. -
09-22-2008, 06:50 PMAPAMilli Teleradio Şurası: Azərbaycanda radio kanalının açılması üçün elan edilən müsabiqəyə hələ sənəd verən olmayıb
[b]Milli Teleradio Şurası: Azərbaycanda radio kanalının açılması üçün elan edilən müsabiqəyə hələ sənəd verən olmayıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio yayım proqramının açılması üçün elan etdiyi müsabiqəyə indiyədək sənəd verən olmayıb. Bu il sentyabrın 8-dən Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün başlayan müsabiqə ilə hələlik yalnız şifahi maraqlananlar var". Bu açıqlamanı APA-ya MTRŞ-nin üzvü Qafar Cəbiyev verib. O, müsabiqənin şərtlərinin ağır olmadığını, yalnız hamı üçün eyni olan prinsiplərin tələb edildiyini bildirib: "Hələ vaxta var. Adətən, maraqlananlar müsabiqənin sonunda daha fəallaşırlar". Qeyd edək ki, müsabiqəyə oktyabrın 8-də yekun vurulacaq. -
09-22-2008, 07:10 PMAPAMilli Teleradio Şurası televiziya verilişləri ilə bağlı yeni qərar qəbul edəcək
[b]Milli Teleradio Şurası televiziya verilişləri ilə bağlı yeni qərar qəbul edəcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Biz Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında milli mənəviyyatın, dövlət dilinin, mənəvi dəyərlərin həmişə ön planda olmasını arzu edirik. Bu mövzuların televiziyamızda üstünlük təşkil etməsi ilə bağlı Milli Teleradio Şurasının müəyyən qərar qəbul etməsi nəzərdə tutulur". Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev verib. O, qəbul ediləcək qərarda televiziya kanallarında yayımlanan proqramlarla bağlı müəyyən tövsiyələrin əks olunacağını bildirib. -
09-22-2008, 07:30 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adlarla təltif edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adlarla təltif edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Vaqif Novruzov "Azərbaycan Respublikasının əməkdar elm xadimi", Mahal Əliyev, Tamara Qasımova, Ramiz Məmmədov və Famil Şərifov "Azərbaycan Respublikasının əməkdar müəllimi", Könül Ələkbərov və Anubat Nəzərli "Azərbaycan Respublikasının əməkdar həkimi", Tural Abdullayev və Zərinə Abdullayeva "Azərbaycan Respublikasının əməkdar artisti", Nazim Babayev və Rövşən Süleymanov "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülüb. -
09-22-2008, 07:40 PMAPAAzərbaycan prezidenti XIII Pekin Paralimpiya Oyunlarında iştirak edən idmançıları və onların məşqçilərini qəbul edib
[b]Azərbaycan prezidenti XIII Pekin Paralimpiya Oyunlarında iştirak edən idmançıları və onların məşqçilərini qəbul edib[b]
[Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul edib. APA-nın xəbərinə görə, prezident görüş iştirakçılarını Pekin Paralimpiya Oyunlarında qazanılmış qələbə münasibətilə təbrik edib: "Müstəqil Azərbaycanın tarixində ilk dəfə bizim paralimpiyaçılarımız 10 medal qazanıblar. Onlardan 2-si qızıl, 3-ü gümüş, 5-i bürünc medaldır. Bu, çox böyük nailiyyətdir, çox böyük qələbədir". Ölkədə idmanla məşğul olmaq üçün yeni imkanlar yaradıldığını deyən prezident daha bir neçə idman kompleksinin açılacağını söyləyib. Daha sonra prezident idmançılara və onların məşqçilərinə mükafatları təqdim edib. -
09-23-2008, 10:30 AMAPATüryançay Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş verib
[b]Türyançay Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş verib[b]
[Ağdaş. Şahnəzər Bəşirov-APA. Sentyabrın 22-də saat 18.25 radələrində Türyançay Dövlət Təbiət Qoruğunun Ağdaş rayonu ərazisində yerləşən hissəsində yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, qoruqda, yüksək dağlıq ərazidə yerləşən 18-ci əsr tarixi memarlıq abidəsi olan Surxay Qalasında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Ağdaş və Göyçay Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları hadisə yerinə gəliblər. Havanın qaranlıq olması, keçilməz yollar yanğının tez söndürülməsinə imkan verməyib. Yanğın saat 23-də söndürülüb. Məlumata görə, yanğın nəticəsində qoruğun 0, 5 hektar ərazisi - ağaclar, kollar yanıb. 5 min hektar qoruq ərazisi yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır. -
09-23-2008, 10:40 AMAPAAzərbaycan hərbçiləri Türkiyə, Çin, Polşa, Bolqarıstanda keçiriləcək tədbirlərə qatılacaqlar
[b]Azərbaycan hərbçiləri Türkiyə, Çin, Polşa, Bolqarıstanda keçiriləcək tədbirlərə qatılacaqlar[b]
[Bakı-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq sentyabrın 23-25-də Ankara şəhərində Türkiyə Respublikasının REM Komandanlığını ziyarət keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanla Çin arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq bu gündən başlayaraq Nankin şəhərində «Qərargah zabitlərinin hazırlıq kursu» təşkil olunacaq. Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Regional Response - 2009 təliminin növbəti planlaşdırma konfransı 29 sentyabr- 3 oktyabr tarixlərində keçiriləcək. Azərbaycanla Polşa arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Varşava, Torun şəhərlərində Polşa Respublikasının Qərargah Komandanlıq və Təlim mərkəzləri ilə tanışlıq səfəri olacaq. Səfər 29 sentyabr-4 oktyabr tarixlərində gerçəkləşəcək. 29 sentyabr-10 noyabr tarixlərində isə Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Çoxmillətli Əməliyyatlarda mülki-hərbi əməkdaşlıq mövzusunda kurs keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək. -
09-23-2008, 10:50 AMAPAMoskvada "Azərbaycan - 2008: prezident seçkiləri və daxili siyasətin strategiyası" adlı dəyirmi masa keçiriləcək
[b]Moskvada "Azərbaycan - 2008: prezident seçkiləri və daxili siyasətin strategiyası" adlı dəyirmi masa keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. Sentyabrın 24-də Moskvada "Vahid Rusiya Naminə" Fondu və "Rusiyanın strategiyası" jurnalının təşkilatçılığı ilə "Azərbaycan - 2008: prezident seçkiləri və daxili siyasətin strategiyası" mövzusunda dəyirmi masa keçiriləcək. APA-nın məlumatına görə, dəyirmi masada Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev təmsil edəcək. Tədbirə 50-dən çox rusiyalı ekspert və Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları dəvət olunub. -
09-23-2008, 11:10 AMAPAKondoliza Rays: "Türkiyə mükəmməl müttəfiq və Qafqazda önəmli bir gücdür"
[b]Kondoliza Rays: "Türkiyə mükəmməl müttəfiq və Qafqazda önəmli bir gücdür"[b]
[Bakı. Viktoriya Dementyeva - APA. "Türkiyə mükəmməl müttəfiqdir və son Gürcüstan hadisələri də daxil olmaqla, bir çox böhranlı vəziyyətdə çox önəmli rol oynayıb". APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Kondoliza Rays bu sözləri Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşündə deyib. O, Gürcüstan məsələsi ilə bağlı Ankara ilə müntəzəm əlaqə saxladıqlarını, Türkiyənin Qafqazda çox önəmli bir güc olduğunu bildirib. Görüş 40 dəqiqə davam edib. -
09-23-2008, 11:20 AMAPAMoldova səfiri İon Robu: "Ölkəmiz Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir" - EKSKLÜZİV
[b]Moldova səfiri İon Robu: "Ölkəmiz Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir" - EKSKLÜZİV[b]
Bakı. Arzu Yaqubova-APA. Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İon Robunun APA-ya müsahibəsi
[- Cənab səfir, Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq tempini necə qiymətləndirirsiniz? İki ölkənin hökumətləri arasında imzalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında saziş necə həyata keçirilir? - Mən ölkələrimizin iqtisadi sahədə əməkdaşlıq tempini pozitiv dəyərləndirərdim. Moldova-Azərbaycan iqtisadi-ticarət münasibətlərinin analizi stabil inkişafdan müsbət irəliləyişlərdən xəbər verir. Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi bir il əvvələ nisbətən 1,5 dəfə artıb, mal dövriyyəsinin strukturu genişlənib. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanla Moldova atasında iqtisadi münasibətlərin indiki səviyyəsi mövcud potensiala cavab vermir. Buna görə də iqtisadi əməkdaşlığı ölkələrimiz arasında münasibətlərin mərkəz nöqtəsinə çevirmək qarşımızda duran təxirəsalınmaz vəzifədir. Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün real imkanlar var. Son illər həm Moldova, həm də Azərbaycan biznes dairələri və sərmayədarlar üçün cəlbedici ölkələrə çevrilib. İqtisadi əlaqələri daha da möhkəmlətmək üçün Azərbaycan şirkətlərinin Moldova iqtisadiyyatına sərmayə qoymasına bütün zəruri şəraiti yaratmağa hazırıq.- Azərbaycan-Moldova hökumətlərarası komissiyasının gündəliyində müzakirəsi son dərəcə zəruri olan məsələlər varmı?- Ölkələrimizin iqtisadiyyatının inkişafı üçün ən perspektivli yol - qarşılıqlı investisiya layihələridir. Hər iki ölkənin prezidentləri müvafiq qurumlar qarşısında qoyduğu vəzifələrdən biri konkret sahələr üzrə əməkdaşlıq layihələri təqdim etmək və reallaşdırmaqdır. Bütün bu layihələr Hökumətlərarası komissiyanın növbəti iclasında diqqətlə nəzərdən keçiriləcək. Komissiyanın iclasının noyabr-dekabr aylarında keçiriləcəyi nəzərdə tutulur. - İki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının müddəalarından biri neft-kimya sənayesi sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu razılaşma necə həyata keçirilir?- Qeyd etdiyiniz proqramda neft-kimya sənayesi məhsullarının qarşılıqlı daşımalarının təşkili nəzərdə tutulur. Ticarət dövriyyəsində bu məhsulların yeri var, amma təəssüf ki, çox az miqdardadır. Hazırda Moldova şirkətləri Azərbaycandan bu məhsulların idxalının reallaşdırılması üzərində aktiv çalışırlar. - Birgə müəssisələrin yaradılması prosesi necə gedir? Azərbaycan və Moldovada qarşılıqlı ticarət nümayəndəliklərinin açılması istiqamətində irəliləyiş varmı?- Moldovada mövcud olan statistikaya əsasən, hələ iki ilə əvvələ qədər 20 Moldova-Azərbaycan birgə müəssisəsi qeydiyyatdan keçib və fəaliyyət göstərir. Birgə müəssisələrin yaradılması istiqamətində işlər uzunmüddətli əməkdaşlıq proqramına uyğun olaraq davam etdirilir. Bu il "Moldovanın Azərbaycanda Ticarət Evi" məhdud məsuliyyətli cəmiyyəti və qurumun nizamnaməsi qeydiyyatdan keçib. - İki ölkənin neft-qaz sektorunda əməkdaşlığı necə inkişaf edir?- Azərbaycanla Moldova arasında əməkdaşlığın əsas prioritet sahələrindən biri - energetika sahəsidir. Moldova Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir. Biz daha çox texniki yardım göstərilməsində maraqlıyıq. Azərbaycanın ölkəmizdə neft və qaz yataqlarının geoloji kəşfiyyat işlərində köməklik göstərməsini istəyirik. Martda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekspertləri ikinci dəfə Moldovada səfərdə olublar. Onlar mövcud geoloji və geofiziki məlumatları, əvvəllər aparılmış geoloji kəşfiyyat işlərinin nəticələrini öyrəniblər. - Moldova Xəzərin enerji resurslarının Avropaya nəqli marşrutlarının müxtəlifləşdirilməsi ideyasına necə yanaşır?- Azərbaycanın Avropa ölkələrinə enerji resursları ixrac edən ölkə kimi rolu çox böyükdür. Xəzərin enerji resurslarının Avropaya nəqli üçün yeni nəqliyyat dəhlizlərinin yaradılmasında Moldovanın ikitərəfli və çoxtərəfli səviyyədə iştirakı nəzərdən keçirilir. Bununla əlaqədar Moldovanın cənubunda yerləşən Curculeştı neft terminalının Xəzər neftinin Avropaya nəqli sisteminə qoşulması imkanları dəyərləndirilir. -
09-23-2008, 11:30 AMAPATürkiyə, Almaniya və Belçikada hərbi kurslar keçiriləcək
[b]Türkiyə, Almaniya və Belçikada hərbi kurslar keçiriləcək[b]
[Bakı-APA. Bu gün Türkiyənin Ankara şəhərində Anadolu Qartalı 2009 təliminin ilkin planlaşdırma toplantısı keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, 26 sentyabr-19 dekabr tarixlərində Almaniyanın Qarmiş şəhərində C. Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzində təhlükəsizlik proqramı üzrə kurs baş tutacaq. 29 sentyabr-10 oktyabrda isə Norveçin Oslo şəhərində isə «Komandanlıq zabitlərinin Beynəlxalq kursu» keçiriləcək. Bundan başqa, sentyabrın 30-da Belçikanın Brüssel şəhərində «Sənaye günü» konfransı, 30 sentyabr-1 oktyabr tarixlərində isə Almaniyanın Berlin şəhərində adi silahlara nəzarətlə bağlı Berlin seminarı keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək. -
09-23-2008, 11:40 AMAPAGəncədə Şəhər Günü qeyd olunur
[b]Gəncədə Şəhər Günü qeyd olunur[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncədə Şəhər Günü qeyd olunur. APA-nın yerli bürosunun xəbərinə görə, Gəncənin 2502-ci illiyi münasibəti ilə keçirilən bayram tədbirlərində Rusiya, Ukrayna, Belarus və Türkiyənin Azərbaycandakı səfirləri, Dərbənd şəhər meri, ətraf rayonların icra başçıları da iştirak edir. Şəhər Günü ilə bağlı Heydər Əliyevin abidəsi, Cavad xanın məqbərəsi ziyarət olunub. Gəncə şəhər darvazalarının önündə keçirilən tədbirdə Azərbaycanın milli adət-ənənələri nümayiş etdirilib. Şəhər Günü Gəncə şəhər embleminin qarşısında davam etdiriləcək. Daha sonra Heydər Əliyev meydanında teatrlaşdırılmış keçid, hərbi parad olacaq. Axşam isə Nizami məqbərəsi önündə Nizami poeziya günləri keçiriləcək. -
09-23-2008, 11:50 AMAPA"Əl-Qaidə" gələn ay ABŞ-da terror aksiyaları törətməyə hazırlaşır
[b]"Əl-Qaidə" gələn ay ABŞ-da terror aksiyaları törətməyə hazırlaşır[b]
[Vaşinqton - APA. "Əl-Qaidə" beynəlxalq terror təşkilatı dünyanın müxtəlif ölkələrindəki özəklərinə xəbərdarlıq göndərib. APA-nın xəbərinə görə, ABŞ-ın "The New York Sun" qəzeti adının çəkilməsini istəməyən dövlət məmuruna istinadən mesajda aşağıdakı sözlərin yer aldığını yazıb: "Hazır olun. Tezliklə bizə lazım ola bilərsiniz". Xəbərdarlığı şərh edən ekspertlər bildiriblər ki, "Əl-Qaidə" ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir edə biləcək "oktyabr sürprizi"nə hazırlaşır. Qəzet xatırladır ki, 2004-cü ilin martında İspaniyada elektrik qatarında törədilən terror aktı parlament seçkilərində İraqdan qoşunları çıxaracağını vəd edən sosialistlərin qələbəsinə gətirib çıxarıb. Ancaq ekspertlər ABŞ-da törədiləcək terrorun xarici siyasətdə sərt xəttin tərəfdarı və İraqdan qoşunların çıxarılmasının əleyhdarı olan Con Makkeynin mövqelərini gücləndirəcəyini söyləyirlər. -
09-23-2008, 12:00 PMAPAAbdulla Gül Serj Sarkisyanla görüşməyəcək
[b]Abdulla Gül Serj Sarkisyanla görüşməyəcək[b]
[Nyu-York - APA. BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak etmək üçün ABŞ-da olan Türkiyə prezidenti Abdulla Gül görüşlərə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Gül 63-cü sessiyanın sədri Migel D’Eskoto Brokman, Avropa Komissiyasının sədri Joze Manuel Barroso və İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu ilə görüşüb. O, "Afrikanın inkişaf ehtiyacları" adlı toplantıya da qatılıb. Bu gün Türkiyə prezidenti Baş Assambleyada çıxış edəcək. A. Gülün 10-dan çox ölkənin lideri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Bu ölkələr arasında Ermənistanın adı yoxdur. Erməni tərəfi ilə danışıqları xarici işlər naziri Əli Babacan aparacaq. A. Gül ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə də bir araya gələcək. -
09-23-2008, 12:10 PMAPAQüdsdə törədilən terror aktında çoxlu sayda İsrail əsgəri ölüb
[b]Qüdsdə törədilən terror aktında çoxlu sayda İsrail əsgəri ölüb[b]
[Qüds-APA. Bu gecə Qüdsdə törədilən terror akt nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. APA-nın məlumatına görə, terrorçu kamikadze trotil yüklənmiş avtomobili əhalinin gur olan yerində işə salıb. Partlayış nəticəsində ölənlərin əksəriyyəti İsrail ordusunun əsgərləridir. Hələlik heç bir terror təşkilatı aksiyaya görə məsuliyyəti öz üzərinə götürməyib. Aksiyanı fələstinli terrorçunun həyata keçirdiyi dəqiqləşib. -
09-23-2008, 12:20 PMAPADow Jones indeksi 3,3%, Nasdaq 4,2%, S&P 500 isə 3,8% düşüb
[b]Dow Jones indeksi 3,3%, Nasdaq 4,2%, S&P 500 isə 3,8% düşüb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 22-də Amerika bazarlarında Dow Jones indeksi 3,3% - 11015,69 bəndədək, Nasdaq 4,2% - 2178,98 bəndədək, S&P 500 isə 3,8% - 1207,09 bəndədək düşüb. «APA-ECONOMICS»in məlumatına görə, hərraca ABŞ dollarının ucuzlaşması və sərmayəçilərin Amerika hökumətinin iqtisadiyyatın möhkəmlənməsinə yönəldilmiş planının milli valyuta məzənnəsinin daha da düşməsinə gətirib çıxaracağına dair proqnozları təsir edib.Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,41% - 5236,26 bəndədək, Almaniya DAX-ı 1,32% - 6107,75 bəndədək, Fransa CAC-40-ı isə 2,34% - 4223,51 bəndədək enib. Nəticədə, «Ryanair Holdings» aviaşirkətinin qiymətli kağızları 6,3%, «Holcim» sement istehsalçısının isə 18% ucuzlaşıb.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4829 dollar təşkil edib. -
09-23-2008, 12:50 PMAPAAzərbaycanli alim Türkiyənin Mersin Universitetinin dekanı seçilib
[b]Azərbaycanli alim Türkiyənin Mersin Universitetinin dekanı seçilib[b]
Mersin. Mayis Əlizadə - APA. Azərbaycanlı alim Fəxrəddin Abdullayev Türkiyənin Mersin Universitetinin fənn-ədəbiyyat fakültəsinin dekanı seçilib.
[F. Abdullayev APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyəyə 1994-cü ildə gəldiyini deyib: "Bir müddət Trabzondakı Qara Dəniz Texniki Universitetində çalışdım. 1998-ci ildən bəri isə Mersin Universitetinin fənn-ədəbiyyat fakültəsində işləyirəm. Kafedra müdiriyəm və universitet Senatının üzvüyəm. İş yoldaşlarım məni dekan vəzifəsinə namizəd göstərdilər və bu vəzifəyə seçki ilə seçildim. Sentyabrın 16-da Ali Təhsil Qurumu məni bu vəzifəyə təsdiqlədi. Bizi gözləyən böyük işlər var. İş yoldaşlarımla birlikdə fakültəmizi universitetimizin qabaqcıl qurumu səviyyəsinə gətirəcəyimizə inanıram. Mənim bu vəzifəyə seçilməyim bir daha göstərir ki, Türkiyə ilə Azərbaycan həqiqətən eyni millətin iki dövlətidir. Türkiyədə azərbaycanlı həmkarlarımız istənilən vəzifəyə seçilə bilirlər - yetər ki, buna layiq olsunlar. Buradan Azərbaycandakı alimlərə müraciət edirəm ki, buralara gəlsinlər və onlarla birlikdə ikinci dalğanın yolunu açaq. Bilirsiniz ki, son illərdə Türkiyədə 30-dan artıq universitet açılıb. Buna görə də böyük elmi potensiala ehtiyac var".Professor hər gün Azərbaycanın 4 televiziya kanalını izlədiyini və ölkənin sürətlə böyüməsindən xəbərdar olduğunu söyləyib: "Ölkəmiz layiq olduğu yerə gələcək. Qarabağ problemi həll edilməlidir. Çünki bu, bizim qəlbimizə saplanmış bıçaqdır. Aparılan siyasət nəticəsində yaxın vaxtlarda problemin həll ediləcəyinə inanıram". Qeyd edək ki, 1957-ci ildə Şamaxı rayonunda anadan olan Fəxrəddin Abdullayev Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1986-cı ildə Ukraynada namizədlik, 2003-cü ildə isə eyni ölkədə doktorluq dissertasiyası müdafiə edib. -
09-23-2008, 01:00 PMAPABFB-da 10505320S seriyalı DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb
[b]BFB-da 10505320S seriyalı DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10505320S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 291 min manat təşkil edib. Sifariş 90,81% (gəlirlik 11,19%) qiymətdə təqdim olunub. Hərrac baş tutmamış hesab olunub. -
09-23-2008, 01:10 PMAPAYaxın günlərdə Azərbaycan paytaxtında məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə imzalanacaq
[b]Yaxın günlərdə Azərbaycan paytaxtında məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə imzalanacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bakı şəhərində məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə 2008-ci ilin sentyabr ayının sonunda imzalanacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib. M.Cabbarovun sözlərinə görə, zavodun tikintisinə dair bütün sənədlərin hazırlanması artıq başa çatmaq üzrədir: «Yaxın günlərdə məişət tullantılarının emalı zavodunun tikintisinə dair Azərbaycanla Fransanın CNIM şirkəti arasında müqavilə imzalanacaq».Qeyd edək ki, hazırda Bakı və Bakı ətrafı ərazilərdə 1 mln. tona yaxın məişət tullantıları müşahidə olunur və zavodun məhz bu tullantıların əsasən cəmləşdiyi yerdə (Balaxanı poliqonu) tikintisi planlaşdırılır. Zavodun illik gücü isə 500 min ton olacaq. -
09-23-2008, 01:20 PMAPAABŞ-ın ən çox erməni tələbəsi olan universitetində Azərbaycan dili tədris olunacaq
[b]ABŞ-ın ən çox erməni tələbəsi olan universitetində Azərbaycan dili tədris olunacaq[b]
Los-Anceles. Hüsniyyə Həsənova - APA. Yaxın həftələrdə ABŞ-ın Kaliforniya Universitetində Azərbaycan dilinin tədrisinə başlanacaq.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, universitetin Yaxın Şərq Dilləri və Mədəniyyətləri Departamenti tərəfindən təşkil olunan kurslarda Azərbaycan dilinin ilkin əsasları tədris ediləcək. Dərsləri Bakı Dövlət Universitetinin professoru Altay Göyüşov keçəcək. Qeyd edək ki, Los-Ancelesin Kaliforniya Universiteti ABŞ-da ən çox erməni tələbəsi olan elm ocağıdır. -
09-23-2008, 01:30 PMAPAElmar Məmmədyarov Xorvatiya, Lüksemburq, Gürcüstan və Ukraynanın xarici işlər nazirləri ilə görüşüb
[b]Elmar Məmmədyarov Xorvatiya, Lüksemburq, Gürcüstan və Ukraynanın xarici işlər nazirləri ilə görüşüb[b]
[Nyu-York-APA. BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak məqsədilə Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xorvatiyalı həmkarı Qordon Yandrokoviç ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə ikitərəfli, beynəlxalq və regional məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov regional münaqişələrin "dondurulmuş" olmadığını, regionda təhlükəsizlik üçün təhdid yaratdığını, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu vurğulayıb. Xorvatiya rəsmisi ölkəsinin Azərbaycanın bu mövqeyini dəstəklədiyini bir daha təkrarlayıb. Qordon Yandrokoviç ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib, Azərbaycanda ÜDM-in artımı və digər göstəricilər barəsində məlumatların sevindirici olduğunu söyləyib.Elmar Məmmədyarov həmçinin Lüksemburqun xarici işlər və immiqrasiya naziri Jan Asselborn ilə də görüşüb. Söhbət zamanı beynəlxalq, enerji və bir sıra digər məsələlər müzakirə olunub, regional sabitliyin bərqərar olması üçün Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb. Görüşdə qeyd olunub ki, Türkiyənin təklif etdiyi "Qafqazda Təhlükəsizlik və İnkişaf Platforması" maraqlı və müsbət təşəbbüsdür. XİN başçısı səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Yekaterine Tkeşelaşvili ilə də görüşüb..Məmmədyarov regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinin bütün region ölkələrinin maraq dairəsində olduğunu deyib. Regional münaqişələrin həllinin vacibliyini vurğulayan XİN başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Cənubi Qafqazda müsbət şəraitin yaradılmasına əhəmiyyətli töhfə verəcəyi qeyd edib. Görüşdə, həmçinin iki ölkə arasında enerji və nəqliyyat layihələri, bu sahədə mövcud vəziyyət də müzakirə olunub. Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin (AYK) üzvləri ilə də görüşüb, ikitərəfli, beynəlxalq və regional məsələləri müzakirə edib. AYK nümayəndələri bu yaxınlarda Azərbaycana səfərlərini xatırladaraq, ölkədən xoş təəssüratlarla qayıtdıqlarını qeyd ediblər. Elmar Məmmədyarov dünən həmçinin Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko ilə görüşüb. Söhbət zamanı ikitərəfli, regional, beynəlxalq, GUAM çərçivəsində əməkdaşlıq, birgə fəaliyyət və enerji məsələləri diqqət mərkəzində olub. Tərəflər həmçinin BMT Baş Assambleyasının 63-cü sessiyasında müzakirə olunacaq məsələlər və qəbul ediləcək sənədlər ətrafında da fikir mübadiləsi aparıblar. Dünən axşam Elmar Məmmədyarov ABŞ prezidenti Corc Buş və xanımı Lora Buş tərəfindən verilən ziyafətdə iştirak edib. XİN başçısının səfəri davam edir. -
09-23-2008, 01:40 PMAPA«BP-Azerbaijan» şirkəti «Çıraq Neft Layihəsi» üzrə təqdimat keçirib
[b]«BP-Azerbaijan» şirkəti «Çıraq Neft Layihəsi» üzrə təqdimat keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakıda «BP-Azerbaijan» şirkətinin «Çıraq Neft Layihəsi» (ÇNL) üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi ilə bağlı iş həcminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, «BP-Azerbaijan» şirkətinin ÇNL üzrə direktoru İlqar Məmmədov bildirib ki, yeni yataqdan neft Xəzərin 175 metr dərinliyindən əldə olunacaq: «Artıq 2007-ci ildə kəşfiyyat işləri yekunlaşıb, 2008-ci ildə isə ilkin layihənin yekunlaşması nəzərdə tutulub. Bundan sonra, 2009-cu ildə mühəndis-layihə işlərinə start veriləcək, 2013-cü ildə isə ilkin neft hasilatına başlanacaq». İ.Məmmədovun sözlərinə görə, yataqdan ildə 331 mln. standart barel neftin əldə olunacağı gözlənilir: «Platformanın hazırlanması üçün 28 istismar, 17 vurucu quyudan və dayaq piltəsinə qədər 16 quyudan istifadə ediləcək». Layihənin ətraf mühitin qorunması ilə bağlı əlaqələndiricisi Ayaz Həsənov isə bildirib ki, sentyabr ayı ərzində ekologiyanın qorunması ilə bağlı mütəxəssislərin və ictimaiyyətin fikirlərinin öyrənilməsinə cəhd olunub: «Gələn ilin aprel ayında müvafiq sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq. Nazirliyin rəyindən sonra prosesin növbəti mərhələsinə start veriləcək. Yataqda neft hasilatı zamanı ekologiyanın qorunması üçün müasir avadanlıqlardan istifadə ediləcək». -
09-23-2008, 01:50 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri Məmmədyarov-Nalbandyan görüşünü təşkil etmək üçün Nyu-Yorka gediblər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Məmmədyarov-Nalbandyan görüşünü təşkil etmək üçün Nyu-Yorka gediblər[b]
Bakı. Laçın Sultanova-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Nyu-Yorkdadır.
[APA-nın məlumatına görə, vasitəçilər Nyu-Yorka BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş təşkil etmək məqsədi ilə gediblər. Vasitəçilər hal-hazırda nazirlərin iş qrafikini öyrənirlər. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının ilə bağlı aparılan danışıqların Nyu-York raunduna Türkiyə XİN başçısı Ali Babacanın da qatılacağı gözlənilir. -
09-23-2008, 02:00 PMAPAƏli Babacan: "Türkiyə-Ermənistan əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz"
[b]Əli Babacan: "Türkiyə-Ermənistan əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz"[b]
Nyu-York - APA. BMT Baş Assambleyasının 63-cü sessiyasına qatılmaq məqsədilə ABŞ-a gedən Türkiyənin xarici işlər naziri Əli Babacan Nyu-Yorkdakı Xarici Əlaqələr Şurasında (Council of Foreign Relations - CFR) çıxış edib.
[APA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Babacan çıxışında Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlər, İraq, Kipr problemləri, Avropa Birliyinə üzvlük, Türkiyədə son illər artan antiamerika əhval-ruhiyyəsi və digər mövzulara toxunub. Ə. Babacan bildirib ki, Türkiyənin Ermənistanla əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz. O, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olduğunu deyib. Nazir hər iki ölkənin xarici işlər nazirlərinə üçtərəfli görüş keçirməyi təklif etdiyini və yaxın günlərdə bu görüşün baş tutacağını söyləyib. "Kiprdəki türk əsgərlərini nə zaman geri çəkəcəksiniz?" sualını cavablandıran Ə. Babacanın sözlərinə görə, türk əsgərləri nə qədər lazımdırsa, o qədər adada qalacaq: "Kipr yunanları Annan planını qəbul etsəydi, türk əsgərlərinin sayı azaldılacaqdı. Unutmamalıyıq ki, adada Yunanıstan əsgərləri də var. Annan planı hər iki tərəfdə hərbi kontingentin ixtisarını nəzərdə tuturdu. Ancaq yunanlar "yox" dedilər". Ə. Babacan Türkiyədə ABŞ-a duyulan inamsızlığın İraqdakı hadisələrlə bağlı olduğunu vurğulayıb: "PKK-çılardan Amerika silahlarının tapılması, İraqa göndərilən silahların terrorçuların əlinə keçməsi Türkiyədə ciddi narazılığa səbəb olub. Lakin bu, uzun sürə bilməz. Vaxtilə İtaliya da terrorçulara simpatiya ilə yanaşmışdı. O zaman Türkiyədə hətta İtaliyaya qarşı boykot da gündəmə gəlmişdi. Amma sonra vəziyyət dəyişdi və Türkiyədə İtaliyaya münasibət normallaşdı. PKK-ya qarşı mübarizə məqsədilə ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi həyata keçirilməyə başlandıqdan qısa müddət sonra ictimaiyyətdə Amerikaya dəstəyin faizi 12-13-ə yüksəldi". -
09-23-2008, 02:10 PMAPAAzərbaycan bu il avtomobil idxalını 30% artıra bilər
[b]Azərbaycan bu il avtomobil idxalını 30% artıra bilər[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında kommersiya məqsədi ilə yük-gömrük bəyannamələri əsasında Azərbaycana 30 minə yaxın avtomobil gətirilib.
[Bu isə ötən ilin müvafiq dövrünə nisbətdə 50% çoxdur. «APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.A.Əliyevin sözlərinə görə, ötən ay avtomobil idxalından 40 mln. ABŞ dollarından çox gömrük vergi və rüsumu toplanaraq dövlət büdcəsinə köçürülüb.Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana 50 mindən artıq avtomobil gətirilib. DGK sədrinin fikrincə, tendensiya belə davam edərsə bu il Azərbaycana gətirilən avtomobillərin sayı 80 mindən çox olacaq.Qeyd edək ki, 2007-ci ildə Azərbaycana 60 mindən artıq avtomobil gətirilib. -
09-23-2008, 02:20 PMAPAYanvar-avqust aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri 34% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri 34% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,8% artaraq 1 488,1 manata çatıb və ayda orta hesabla 186 manat təşkil edib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə əhali tərəfindən əldə edilən 12 709,5 mln. manatlıq gəlirin 66%-i son istehlaka, 9,1%-i vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 24,9%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 11 559,2 mln. manatlıq və ya əvvəlki ildəkindən 36,5% çox vəsait qalıb. -
09-23-2008, 02:30 PMAPANazirlər Kabinetinin qərarına əsasən sentyabrın 28-dən oktyabrın 2-dək ölkədə qeyri-iş günü olacaq
[b]Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 28-dən oktyabrın 2-dək ölkədə qeyri-iş günü olacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Nazirlər Kabineti "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" qərar qəbul edib.
[Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, sözügedən qərarda Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2008-ci ilin 27 sentyabr istirahət günü ilə 29 sentyabr iş gününün yeri dəyişdirilməsi öz əksini tapıb. Bununla da qərara əsasən sentyabrın 28-dən oktyabrın 2-dək qeyri-iş günləri sayılacaq. -
09-23-2008, 02:40 PMAPAGürcüstan Rusiyaya məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb
[b]Gürcüstan Rusiyaya məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb[b]
[Tiflis - APA. Gürcüstan ərazisində Rusiyaya məxsus pilotsuz kəşfiyyat təyyarəsi vurulub. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili pilotsuz təyyarənin sentyabrın 22-də səhər Qori şəhəri yaxınlığında vurulduğunu açıqlayıb. Rusiya tərəfi isə informasiyanı təsdiq etməyib. Rusiya Müdafiə Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Aleksandr Drobışevski həmin zonada heç bir uçuş həyata keçirmədiklərini açıqlayıb. -
09-23-2008, 02:50 PMAPA«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platforması ətrafında qazsızma ilə bağlı çəkiliş aparılıb
[b]«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platforması ətrafında qazsızma ilə bağlı çəkiliş aparılıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasında baş vermiş qaz sızması ilə bağlı məlumatlar araşdırılır. Bunu APA-ya açıqlamasında «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib. T.Bayatlının sözlərinə görə, hadisə ilə bağlı işçilər platformadan uzaqlaşdırılıb və oradakı bütün əməliyyatlar dayandırılıb. «Qərbi Azəri» platformasında neft və qazın hasilatı «Mərkəzi Azəri» platformasında texnoloji emaldan keçir. Bu səbəbdən «Qərbi Azəri» platformasında da iş dayandırılıb. Artıq bir həftədir suda müşahidə olunan qazın hansı mənşəli olması istiqamətində araşdırma aparılır. İndiyə qədər iki dəfə vertolyotla uçuş keçirilib, video və foto çəkiliş aparılıb. Həmçinin, tədqiqat işləri üçün uzaqdan idarə olunan gəmidən də istifadə olunur: «Həmin gəmi məlumatları bizə çatdırıb və hazırda bu məlumatların təhlili prosesi gedir. Ümid edirik ki, bu məlumatlar bizə atacağımız addımı müəyyənləşdirməyə yardım edəcək». Qeyd edək ki, sentyabrın 17-də səhər saatlarından «BP-Azerbaijan» şirkətinin 5 hasilat platformasından biri - «Mərkəzi Azəri» ətrafında suda qazsızma müşahidə olunub. Nəticədə, «Mərkəzi Azəri» və «Qərbi Azəri»də hasilat dayandırılıb, işçi heyəti evakuasiya olunub, ümumi hasilatın gündəlik səviyyəsi isə (842 min barel) təxminən 50% aşağı düşüb.Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir. -
09-23-2008, 03:10 PMAPAMüğənni Kərim boşanmaq üçün məhkəməyə müraciət edib
[b]Müğənni Kərim boşanmaq üçün məhkəməyə müraciət edib[b]
[Bakı. Ülkər Qasımova-APA. Müğənni Kərim həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. APA-nın məlumatına görə, müğənni bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, boşanmaq haqqında ərizəni bir ay əvvəl məhkəməyə təqdim edib. O, nə üçün bu qərara gəlməsinin səbəblərini açıqlamayıb: "Səbəbləri məhkəmədə açıqlayacağıq. Məhkəməyə müraciət edən mən olmuşam. Bu yaxınlarda rəsmi şəkildə boşanacağıq". Məsələ ilə bağlı müğənninin həyat yoldaşı Təranə Səmədova məhkəməyə qədər danışmayacağını bildirib: "Mən bütün suallara məhkəmədə cavab verəcəyəm". -
09-23-2008, 03:20 PMAPABMT Azərbaycana Mərakeş çəyirtkəsi ilə mübarizə aparmağa kömək edəcək
[b]BMT Azərbaycana Mərakeş çəyirtkəsi ilə mübarizə aparmağa kömək edəcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Gürcüstanla sərhəddə Mərakeş çəyirtkəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycana yardım göstərəcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev bildirib.Xidmət rəisinin sözlərinə görə, bu ilin əvvəlində Mərakeş çəyirtkələri Azərbaycanın Gürcüstanla sərhədi yaxınlığındakı əkin sahələrinə xeyli ziyan vurub. Azərbaycandan fərqli olaraq, bu ziyanvericilərə qarşı Gürcüstan tərəfdə mübarizə tədbirləri həyata keçirilmədiyindən problem hələ də həll olunmayıb. M.Dünyamalıyev Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində fitosanitar vəziyyətin pozulması və bu sahədə müvafiq tədbirlərin görülməsinə dair məsələ qaldırdığını da vurğulayıb.