[b]Bakıda oğurluq avtomobillərin ehtiyat hissələrini satan şəxs həbs olunub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakının Səbayel rayonunda avtomobilləri oğurlayıb ehtiyat hissələrini satmaqda təqsirləndirilən Samir Məmmədov yaxalanıb. Səbayel rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, S. Məmmədov əsasən Almaniyada istehsal olunan avtomaşınları oğurlayaraq, ehtiyat hissələrini söküb və onları avtomobillərin təmiri ilə məşğul olan bir neçə obyektə ucuz qiymətə satıb. İlkin dindirmələr zamanı təqsirləndirilən şəxs günahını etiraf edib. O, əməlini işsizliklə əsaslandırıb. Faktla bağlı Səbayel rayon Polis İdarəsində araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

06-04-2008, 06:21 PMAPABakıda oğurluq avtomobillərin ehtiyat hissələrini satan şəxs həbs olunub

06-04-2008, 06:31 PMAPAGəncədə yol qəzası baş verib
[b]Gəncədə yol qəzası baş verib[b]
[Gəncə. Nəzakət Ağayeva-APA. Gəncədə ağır yol qəzası baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü 26 yaşlı Elməddin Yusifzadə idarə etdiyi "Opel Vektra" markalı maşını Gəncədə şəhər ruhi-əsəb dispanserinin yaxınlığında dərəyə aşırıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 24 yaşlı sərnişin Elmira Əliyeva ciddi xəsarət alıblar. Yaralılar təcili xəstəxanaya çatdırılıb, ilkin tibbi yardımdan sonra onlar evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. -
06-04-2008, 06:41 PMAPABöyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinə təsir göstərə bilmir
[b]Böyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinə təsir göstərə bilmir[b]
[Bakı. Rəşad Süleymanov - APA. Böyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinin fəaliyyətinə müdaxilə edə, onlara təsir göstərə bilmir. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Diqbi Cons deyib. O bildirib ki, Böyük Britaniya qanunvericiliyinə əsasən hökumətin özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur: "Əgər bizim şirkətlər münaqişə regionunda humanitar fəaliyyətlər göstərirlərsə, mən bunu dəstəkləyirəm. Yox, əgər söhbət həmin şirkətlərin biznes fəaliyyəti qurmağından gedirsə, deyə bilərəm ki, bizim hökumət biznes qurumlarının işinə müdaxilə etmir. Ona görə də şirkətlər istədikləri yeri seçir və sərbəst fəaliyyət göstərirlər". Belə olan təqdirdə Britaniya şirkətlərinin İrana qarşı tətbiq olunan sanksiyalarda iştirakının necə gerçəkləşdiyi barədə suala isə nazir "bu, BMT-nin qətnamələri əsasında həyata keçirilir",- deyə cavab verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladan jurnalistlərə britaniyalı nazir belə cavab verib: "Hansısa qətnamədə belə sanksiyalar nəzərdə tutulursa, Britaniya şirkətləri onu yerinə yetirəcəklər". -
06-04-2008, 06:51 PMAPAAzərbaycan və İran xarici işlər nazirlərinin görüşü razılaşdırılıb
[b]Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü razılaşdırılıb[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycan və İran xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü barədə razılığa gəlinib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyində keçirdiyi görüşlərdən sonra İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar məlumat verib. O, xarici işlər naziri Elmar Məmmədyarov və onun müavini Xələf Xələfovla yüksək səviyyədə danışıqlar apardığını bildirib. Əlirza Şeyx Əttarın sözlərinə görə, yaxın bir ay ərzində İran-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur. -
06-04-2008, 07:01 PMAPAMaksim Qalkin Bakıya gələcək
[b]Maksim Qalkin Bakıya gələcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İyunun 25-də Rusiyanın tanınmış parodiya usatsı Maksim Qalkin Bakıda çıxış edəcək. Parodiya ustasının konserti Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək. Yaşıl Teatrdan APA-ya bildirilib ki, "Yeni parodiya şousu" adı konsert proqramının biletləri 20-150 manat arasındadır. -
06-04-2008, 07:11 PMAPABakıda polyak rejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi başa çatıb
[b]Bakıda polyak rejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi başa çatıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakıda keçirilən X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı çərçivəsində polyak rejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi başa çatıb. APA-nın məlumatına görə, sonuncu olaraq rejissorun "Var gücü ilə, qalopla" bədii filminin retrospektivi təşkil olunub. Kinofestival çərçivəsində bu gün eləcə də "Azərbaycan" kinoteatrında Rusiyada istehsal olunmuş "Sürgün" və "Yük 200" filmləri nümayiş olunub. Qeyd edək ki, iyunun 7-də başa çatacaq festivalda 10-a yaxın ölkənin tanınmış kino xadimləri iştirak edir. Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dünya Kinosunun 100 illiyi Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın bu il 10 yaşı tamam olur. Festivalın bağlanış mərasimində "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr. Neva döyüşü" (Rusiya) filmləri nümayiş olunacaq. Mərasimdə eyni zamanda "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyaları üzrə mükafatlar təqdim olunacaq. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-04-2008, 07:21 PMAPAEldar Namazov: "Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir"
[b]Eldar Namazov: "Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir". "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov APA-ya bildirib ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların iyunda keçirilməsi nəzərdə tutulan forumu ilə bağlı bir neçə istiqamətdə məsləhətləşmələr aparılır. "Bu dəfə kimlərinsə iddiasına görə forum təxirə salınmayacaq. Hesab edirəm ki, kim birgəfəaliyyət göstərmək və əməkdaşlıq etmək istəyirsə, bu tədbirə qatılacaq". Onun sözlərinə görə, əməkdaşlığa meylli olan qurumlar artıq foruma dəstək veriblər. Seçkidə boykot tərəfdarı olmadıqlarını da söyləyən E. Namazov deyib ki, Seçki Məcəlləsinin bu şəkildə qəbulu onların seçkidə iştirakları ilə bağlı qərarlarını dəyişməyəcək: "Bizim üçün boykot məsələsi gündəmdə heç vaxt olmayıb. Çünki əvvəlcədən vəziyyəti təhlil etmişdik. Təəssüf ki, müxalifət düşərgəsində təmsil olunan bəzi partiyalar bu məqama diqqət yetirmədilər. Hər halda müxalifət partiyaları bütün maneələrə baxmayaraq, seçkilərə mübarizə meydanı kimi baxmalıdır, seçkiyə faiz üçün qatılmamalıdır". -
06-04-2008, 07:31 PMAPAYAP rəsmi saytında keçirdiyi sorğunun nəticələrini açıqlayıb
[b]YAP rəsmi saytında keçirdiyi sorğunun nəticələrini açıqlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) rəsmi İnternet saytında "BMT Baş Məclisində Azərbaycan Respublikasının təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamənin səsverməsi zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) tutduğu mövqeyə necə münasibət bəsləyirsiniz?" mövzusunda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sorğu iştirakçılarının 65 faizi Minsk Qrupu həmsədrlərinin səsvermə zamanı tutduqları mövqeni çox mənfi, 4 faizi mənfi qiymətləndirib, 26 faizi isə bunun gözlənilən olduğunu bildirib. YAP mətbuat xidmətinin sorğunun nəticələrinə əlavə etdiyi şərhdə deyilir ki, cavabların bir-birinə yaxın və əsasən mənfi təmayüldə olması təsadüf deyil: "ATƏT kimi təşkilat münaqişənin həllində lazımi qətiyyəti göstərmir və bu amil konfliktin uzanmasına və dərinləşməsinə gətirib çıxarır. Halbuki Minsk Qrupunun həmsədri olan ölkələr (ABŞ, Fransa, Rusiya) dünyada və regionda kifayət qədər nüfuzlu və aparıcı dövlətlərdir, onlar təcavüzkar Ermənistana təsir göstərmək üçün yetərincə güclü vasitələrə malikdirlər. Lakin bu dövlətlər təcavüzkar Ermənistanla ərazisi işğala məruz qalmış Azərbaycan arasında heç bir fərq qoymur. Onların bir çox halda - konkret məlum səsvermə zamanı olduğu kimi - təcavüzkarın xeyrinə qərarlar vermələri heç şübhəsiz, Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib". -
06-04-2008, 07:41 PMAPAYAP-ın icra katibi Çinin Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri ilə görüşüb
[b]YAP-ın icra katibi Çinin Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Bakıda səfərdə olan Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri Li Fanlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Çinlə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb. Tanışlıq xarakteri daşıyan görüşdə qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin törətdiyi fəsadlar, münaqişənin sülh yolu ilə həlli istiqamətində rəsmi Bakının səyləri, Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edən islahatlar, o cümlədən YAP-ın fəaliyyəti, məqsədi və məramı barədə geniş məlumat verilib. -
06-04-2008, 08:11 PMAPADövlət Komissiyası: 550 azərbaycanlı erməni əsirliyində qətlə yetirilib
[b]Dövlət Komissiyası: 550 azərbaycanlı erməni əsirliyində qətlə yetirilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu tərəfindən 2008-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 100 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.
[APA-nın xəbərinə görə, bu barədə Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub. Həmin şəxslərdən 26 nəfərin sağ olduğu, bəzilərinin Azərbaycandan kənarda yaşadığı, 33 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 41 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyənləşdirilib. 1 iyun 2008-ci il tarixinə olan məlumata görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4264 nəfərdir. Onlardan 3439 nəfər hərbçi, 817 nəfər mülki şəxsdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47-si itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 azyaşlı qız), 262-si qadın, 359-u yaşlı insandır (156 qadın). Əsir, itkin düşmüş 4264 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1396 nəfər azad edilib. Onlardan 343 nəfəri qadın, 1053 nəfəri kişidir, (eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qoca (112 nəfər yaşlı qadın)). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 446 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. -
06-05-2008, 10:11 AMAPAHərbi vertolyotlar Azərbaycan paytaxtı üzərində uçuşlar həyata keçirib
[b]Hərbi vertolyotlar Azərbaycan paytaxtı üzərində uçuşlar həyata keçirib[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar bu gün Bakı səmasında uçuşlar keçirib.
[APA-nın məlumatına görə, zərbə vertolyotları saat 9:30-dan başlayaraq paytaxtın və Bakı buxtasının üzərində uçuşlar yerinə yetirib. Müdafiə Nazirliyindən APA-ya uçuşların iyunun 26-da keçiriləcək hərbi paradla əlaqədar təlim məqsədi daşıdığı bildirilib. -
06-05-2008, 10:21 AMAPALondonda Azərbaycana həsr olunmuş sərgi keçirilib
[b]Londonda Azərbaycana həsr olunmuş sərgi keçirilib[b]
[London. Məhbubə Qasımbəyli - APA. London SOAS Universitetində Azərbaycanla bağlı sərgi keçirilib. APA-nın məlumatına görə, Odlar Yurdu Cəmiyyətinin "Pro Art" təşkilatı ilə birgə təşkil etdiyi sərgi Azərbaycan Demokratik Respublikasının (ADR) 90 illiyinə həsr olunub. Sərgidə Azərbaycan tarixinin müxtəlif mərhələlərini əks etdirən lövhələrlə yanası, yeni çapdan çıxmış "Azerbaijan. Past, Present, Future" adlı kitabça da nümayiş etdirilib. Sərgidə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib, ADR-in Azərbaycan tarixində tutduğu yerdən danışıb. Tədbirdə müxtəlif təşkilatların təmsilçiləri ilə yanası, universitetdə təhsil alan tələbələr də iştirak edib. Qeyd edək ki, Azərbaycanla bağlı informasiyaların yer lövhələr bir ay müddətində universitetdə saxlanılacaq. -
06-05-2008, 10:31 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 4-də saat 19.35-dən 20.00-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini, saat 15.00-dan 15.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 14.30-dan 22.45-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.05-dən iyunun 5-i saat 06.20-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 20.15-dən 20.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-05-2008, 10:51 AMAPAABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı 41-ə çatıb
[b]ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı 41-ə çatıb[b]
Bakı. Laçın Sultanova - APA. ABŞ Konqresinin daha bir üzvü Azərbaycan üzrə işçi qrupa daxil olub.
[Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qrupa daxil olan şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, xanım Elison Şvartsdır. Pensilvaniya ştatından olan E. Şvarts Demokrat Partiyasının üzvüdür. Bununla da, Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 41-ə çatıb. -
06-05-2008, 11:31 AMAPAHillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib
[b]Hillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib[b]
Vaşinqton - APA. ABŞ-ın sabiq birinci xanımı, senator Hillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib.
[APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın CNN, NBC və "Fox" teleşirkətləri məlumat yayıblar. H. Klinton iyunun 4-də özünün seçki qərargahında olub və bütün əməkdaşları iyunun 6-da evinə dəvət edib. Seçki qərargahının əməkdaşlarının əksəriyyətinə deyilib ki, iyunun 6-sı onların sonuncu iş günü olacaq və gələn həftədən sərbəstdirlər. Teleşirkətlər H. Klintonun hansı formada yarışdan çəkiləcəyinə dair müxtəlif xəbərlər yayırlar. CNN seçki kampaniyasına birdəfəlik son qoyulmasından, NBC və "Fox" isə kampaniyanın dayandırılmasından bəhs edirlər. ABŞ-dakı mövcud praktikaya əsasən demokratların prezidentliyə namizədi olmaq üçün mübarizə aparan şəxs yarışı dayandırsa da, namizəd olaraq qalır və ilkin seçkidə qazandığı səsləri qoruyur, həmçinin müəyyən mərhələdə namizədliyini bərpa etmək hüququnu özündə saxlayır. Namizədliyini birdəfəlik geri götürən şəxs isə "praymeriz"də əldə etdiyi səsləri itirir. Qeyd edək ki, demokratlar daxilində keçirilən ilkin seçkilərdə 2 min 159 qurultay nümayəndəsinin dəstəyini qazanan Keniya əsilli senator Barak Obama qalib gəlib. Demokratların prezidentliyə vahid namizədi olmaq üçün 2 min 118 səs kifayət edir. -
06-05-2008, 11:41 AMAPAƏli Əhmədov: "Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır"
[b]Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirm’si ilə bağlı yayılan məlumatlar dezinformasiyadır. Mətbuatda guya artıq binanın tikildiyini yazırlar. Əgər doğrudan da belə bir tikinti varsa, bizə də göstərsinlər, görək hardadır". Bunu APA-ya açıqlamasında YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, hazırda YAP-ın yeni bina inşa etdirmək niyyəti yoxdur, gələcəkdə isə hər şey ola bilər: "YAP-ın qərargahı var, şəhərin ən yaxşı yerindədir və bundan yaxşı yeri də təsəvvür etmək mümkün deyil. Bu qərargah bizi qane edir və burada özümüzü yaxşı hiss edirik. Bizi indi maraqlandıran əsas məsələ 2008-ci il prezident seçkiləridir. Başqa məsələlər barədə düşünməyə vaxtımız yoxdur". -
06-05-2008, 12:01 PMAPAKXCP-də prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır
[b]KXCP-də prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır[b]
[Bakı. Ramil Məmmədli - APA. "İstənilən müxalifət təşkilatında olduğu kimi, Klassik Xalq Cəbhəsi Partiyasında da prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır və bu mövqe Seçki Məcəlləsinin bu şəkildə qəbulundan sonra təbii sayılmalıdır". Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, partiyanın prezident seçkisində iştirak edib-etməyəcəyinə dair qərar Ali Məclisin iyunun 7-də keçiriləcək toplantısında veriləcək. "Boykot məsələsi yarış deyil ki, kimdənsə geridə qalmamaq üçün çalışasan. Amma bu barədə fikirlər bizim partiyada da formalaşa bilər. Çünki Seçki Məcəlləsinin bu şəkildə qəbulu bizi də qane etmədi. Demokratik Seçki Mərkəzində də bu fikirdə olanlar var. Hesab edirəm ki, məsələyə Ali Məclisin sessiyasında obyektiv qiymət veriləcək". M. Mirəlioğlu müxalifət düşərgəsində təmsil olunan partiyaların iştirakı ilə forumun keçirilməsi cəhdlərinə də münasibətini açıqlayıb: "Forum haqqında çox danışılıb. Hətta bunu sammit kimi təqdim edənlər var. Bu, bizim tərəfimizdən gözlənilən və qəbul olunandır. Hesab edirəm ki, birgə müzakirələrin aparılması ölkədə ictimai-siyasi vəziyyətə təsir edə bilər". -
06-05-2008, 12:11 PMAPA"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
[b]"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Nəsimi rayon Məhkəməsində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
[APA-nın məlumatına görə, iş üzrə zərərçəkən A. Xəlil hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə iştirak etməyib. Hakim bildirib ki, A. Xəlil məhkəməyə yazılı vəsatət göndərərək onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun Azərbaycanda olmadığını, buna görə prosesin təxirə salınmasını xahiş edib. Jurnalist, həmçinin cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Vəsatətin 1-ci hissəsi təmin olunmayıb, amma A. Xəlilə cinayət işi ilə tanış olmaq üçün imkan yaradılacağı bildirilib. İş üzrə təqsirləndirilən S. Strekalin ibtidai istintaq zamanı təzyiqə məruz qalmadığını söyləyib. Məhkəmə baxışı iyunun 20-ə təyin edilib. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 27.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
06-05-2008, 01:41 PMAPAAzərbaycanda "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsin
[b]Azərbaycanda "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qəbul olunacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, komissiyanın sədri Əli Hüseynov bildirib ki, Azərbaycan bu qanunun qəbul olunması ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb. Müzakirələr zamanı deputat Vahid Əhmədov cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılmasında bankların və QHT-lərin xüsusi rol oynadığını deyib. Onun fikrincə, qanunda banklara nəzarət mexanizmi, həmçinin qeyri-nəğd hesablaşmalara aid müddəalar da əksini tapmalıdır. Deputat Qüdrət Həsənquliyev isə sənəddə korrupsiyaya əsas yaradan müddəaların olduğunu söyləyərək onların çıxarılmasını təklif edib. Onun sözlərinə görə, bank hesablarına nəzarət mümkün olmadığından bu işin effektiv şəkildə həyata keçirilməsi istiqamətində düşünülməlidir: "Bu gün cinayət qrupların əksəriyyəti banklar açıblar və orada özlərinə lazım olan əməliyyatları aparırlar". Müzakirələrdən sonra qanun layihəsi parlamentə tövsiyə olunub. -
06-05-2008, 01:51 PMAPATürkiyəli politoloq İrfan Ülkü: "Ərdoğanın Naxçıvana səfəri tarixi səfər idi"
[b]Türkiyəli politoloq İrfan Ülkü: "Ərdoğanın Naxçıvana səfəri tarixi səfər idi"[b]
[İstanbul. Mayis Əlizadə - APA. "Naxçıvan türk dünyasının nöqteyi-nəzərincə geosiyasi önəmə malik olduğuna görə Rəcəb Tayyib Ərdoğanın səfəri tarixi səfər idi". Türkiyədə nəşr olunan "Yeni çağ" qəzetinin siyasi icmalçısı, "Haber 6" telekanalının yayın baş direktoru İrfan Ülkü APA-nın Türkiyə bürosuna baş nazir Ərdoğanın Naxçıvana səfərini belə şərh edib. Onun sözlərinə görə, bundan sonra bölgödə iqtisadi proseslər Naxçıvan-Qars-İğdır-Ərdahan-Doğu Bəyazit çevrəsində cərəyana edəcək: "Türkiyənin Qafqaz və Orta Asiyaya açılan qapısı olan Naxçıvan erməni işğalından sonra bağlı qalıb. Bakıdan Naxçıvana yalnız hava reysləri var. 1992-ci ildən sonra baş nazir Süleyman Dəmirəlin Sədərəkdə "Həsrət körpüsü"nü açmasından sonra bu, Türkiyə baş nazirinin 16 ildə bölgəyə ikinci səfəridir. Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin görüşü iki qardaş ölkənin Naxçıvanla bağlı dünyaya verdiyi önəmli mesajdır. İmzalanmış sazişə görə, Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə "İpək yolu"na çıxacaq qatarlar əvvəlcə Naxçıvana gedəcək, daha sonra səfərə başlayacaqlar. Bu da Naxçıvanın erməni blokadasından xilasına səbəb olacaq". İrfan Ülkü Türkiyənin uzun illər Naxçıvanla maraqlanmadığını deyib: "Ecevit hökuməti dövründə Naxçıvana ötürülən elektrik enerjisi üçün 100 milyon dollar pul istəyirdilər. Amma o vaxtın siyasətçiləri anlamırdılar ki, Türkiyə-Azərbaycan-Naxçıvan münasibətlərini pulla ölçmək mümkün deyil. ABŞ-ın İrana hərbi müdaxilə planı var. Bu iddialarla bağlı Naxçıvan əlavə önəm daşıyır. Baş nazir Ərdoğan özü ilə enerji və nəqliyyat nazirlərini də Naxçıvana aparmışdı. Bu, o deməkdir ki, bölgəyə yatırılan türk sərmayəsinin həcmi daha da artırılacaq. Bunu Naxçıvan rəhbərliyi də çox istəyir. Ötən il İğdırdan Naxçıvana gedəndə sərhəddə söhbət etdiyim adamların hamısı sərbəst ticarət bölgəsinin yaradılmasını istəyirdilər. Yaxın zamanlarda orada yaradılacaq bu cür ticarət bölgəsi Naxçıvanın və regionun inkişafına güclü təkan verəcək. Bundan sonra Naxçıvana Qars-Ərdəhan-İğdır-Doğu Bəyazit kontekstində baxılacaq". -
06-05-2008, 02:01 PMAPAMedia Hüququ İnstitutu Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb
[b]Media Hüququ İnstitutu Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb. MHİ-dən APA-ya verilən məlumata görə, "Azərbaycanda media hüququ: önəmli olaylar və tendensiyalar" adlanan sənəddə may ayında media qanunvericiliyinə diqqətçəkən dəyişikliklərin edildiyi, həmin dəyişikliklərin azad medianın sıxışdırılmasına xidmət etdiyini bildirilib. Qeyd olunub ki, mayda aşağı məhkəmə instansiyalarının jurnalistlər barəsində çıxardığı ağır məhkəmə qərar və hökmlərindən verilən şikayətlər təmin olunmayıb, jurnalistlərin qaldırdıqları iddialar rədd edilib. Hesabatda Milli Teleradio Şurasının yeni telekanalın açılması məqsədilə elan etdiyi müsabiqənin vaxtının müraciət edənlərin olmaması səbəbindən uzadılması faktı da öz əksini tapıb. -
06-05-2008, 02:11 PMAPAMurad Hüseynov fransalı musiqiçilərlə birlikdə konsert verib
[b]Murad Hüseynov fransalı musiqiçilərlə birlikdə konsert verib[b]
[Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov iyunun 4-də Bakıda fransalı skripkaçı Julien Şova və violneçelist Farbris Bianla birgə konsert verib. Bu barədə APA-ya məlumat verən M. Hüseynov konsertin Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirildiyini deyib. Konsertdə Fikrət Əmirov, Bethoven, Motsart və Şubertin mahnıları ifa olunub. Konsert Fransanın Azərbaycandakı Səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Buta" İncəsənət Mərkəzinin birgə təşkilatçılığı həyata keçirilib. M. Hüseynov onu da deyib ki, hər üç musiqiçi eyni proqramla Farnsanın paytaxtı Parisdə də konsert verəcəklər. Bu ayın sonunda isə pianoçu Türkiyədə konsert proqramı ilə çıxış edəcəyini bildirib. -
06-05-2008, 02:21 PMAPAİnsan alveri ilə məşğul olan dəstə üzvləri tutulublar
[b]İnsan alveri ilə məşğul olan dəstə üzvləri tutulublar[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olan qrupun üzvləri tutulublar. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Saxlanılan qrup üzvləri Tovuz rayon sakinləri Dilarə Əsgərova və Zabitə Qasımovadır. -
06-05-2008, 02:31 PMAPA"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi təxirə salınıb
[b]"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi təxirə salınıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Nəsimi Rayon Məhkəməsində Azadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Bu barədə APA-ya məlumat verən "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib ki, prosesin təxirə salınması qəzetin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun Azərbaycanda olmaması ilə bağlıdır. Cavabdeh tərəf prosesə sədrlik edən hakim Elçin Qurbanovdan iclası təxirə salmasını xahiş edib. Proses iyulun 1-dək təxirə salıb.Qeyd edək ki, Birliyin sədri Təhmasib Novruzov "Azadlıq" qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub. -
06-05-2008, 02:41 PMAPAŞimali İraqın kürd rejimi Kərkük məsələsində güzəştə getməyə hazır olduğunu bəyan edib
[b]Şimali İraqın kürd rejimi Kərkük məsələsində güzəştə getməyə hazır olduğunu bəyan edib[b]
[Kərkük. Kərim Həsənli - APA. Şimali İraqdakı kürd federal bölgəsinın rəhbərliyi İraq türkmənlərinin yaşadıqları əsas şəhər olan Kərkükün gələcək taleyinə dair keçirilməsi planlaşdırılan referendumun xaricində həll yolu olduğunu da bildirib. APA-nın məlumatına görə, federal bölgənin xarici işlər naziri Nəçirvan Bərzani Kərkükün idarəçiliyinin kürdlərlə bərabər şəhərdə yaşayan digər etnik qruplar - ərəblər, türkmənlər və assuriyalılar ilə bölüşdürülməsindən ibarət variantı nəzərdən keçirməyə hazır olduqlarını açıqlayıb: "Biz kürdlər adından Kərkükdəki hakimiyyəti bölüşməyə hazır olduğumuzu bildiririk". N. Bərzani təmsil etdiyi qurumun Kərkükün statusu probleminin həll olunmasını istədiyini və referendum üzərində təkid etmədiyini vurğulayıb. BMT-nin İraq təmsilçiliyi də Kərkük probleminin regionda zorakılığı təhrik edəcək referendum yerinə siyasi formul əsasında dinc yolla həllini tövsiyə edib. Qeyd edək ki, kürd federal bölgəsinin parlamentinin qərarına əsasən şəhərin taleyinə dair referendum bu ay keçirilməli idi. Ancaq türkmən icması şəhərdə demoqrafik durumun süni şəkildə kürdlərin xeyrinə dəyişdirildiyini bildirərək bunun əleyhinə çıxır. -
06-05-2008, 02:51 PMAPAQaqauz Respublikasının sabiq rəhbərləri Türkiyə prezidenti və baş nazirinə müraciət ediblər
[b]Qaqauz Respublikasının sabiq rəhbərləri Türkiyə prezidenti və baş nazirinə müraciət ediblər[b]
[Komrat. Kərim Həsənli - APA. Qaqauz Respublikasının keçmiş prezidenti və Ali Sovetinin sədri Türkiyə rəhbərliyinə müraciət edib. APA-nın verdiyi xəbərə görə, Moldovadakı Qaqauz Yeri muxtar bölgəsinin başqanının müşavirləri, 1990-94-cü illərdə mövcud olmuş separatçı Qaqauz Respublikasının prezidenti Stepan Topal və Ali Sovetinin sədri Mixail Kendigelən Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana açıq məktub yazıblar. Onlar məktublarında Moldova rəhbərliyindən şikayət ediblər. Məktubda Türkiyənin Qaqauz Yeri muxtar bölgəsinin təşkil olunmasındakı rolu vurğulanaraq, muxtariyyətin hazırkı rəhbərliyinin türk dünyası ilə əlaqələrə böyük ümidlər bəslədiyi, Azərbaycan, Tatarıstan və Başqırdıstan ilə əlaqələr qurulduğu, Komrat şəhərində böyük liderlər olan Heydər Əliyev və Süleyman Dəmirələ abidələrin qoyulmasının planlaşdırıldığı vurğulanır. Müraciət müəllifləri əvəzində Qaqauz Yerinin başqanı Mixail Formuzalın Türkiyəyə səfərlərinə qeyri-rəsmi qadağanın qoyulması, muxtariyyətin statusuna dair hüquqi aktların birmənalı olaraq Kişinyovdakı mərkəzi hakimiyyət tərəfindən tapdalanması, qaqauz dili və mədəniyyətinin inkişafına heç bir vəsaitin ayrılmaması, bölgənin iqtisadi inkişafının əngəllənməsi və region üçün ayrılan yardımların qarşısının kəsilməsi faktları qeyd olunur: "Təəssüflə qeyd edirik ki, bu gün bizim unikal mədəniyyətə, dilə və ənənələrə sahib olan qədim və azsaylı türk mənşəli xalqımızın qorunması və inkişafı real təhlükə altındadır". Sənəddə Qaqauz Yeri sakinləri adından rəsmi Ankaradan qaqauz xalqının maraqlarının qarantı qismində çıxış etmək və muxtariyyəti mərkəzi hakimiyyət tərəfindən tətbiq olunan iqtisadi blokadadan çıxarmaq xahiş olunur. -
06-05-2008, 03:01 PMAPAÖtən ay Azərbaycanın dövlət sərhədini pozan 54 nəfər saxlanılıb
[b]Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 54 nəfər saxlanılıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin mayında Azərbaycan dövlət sərhədini keçən və ya keçməyə cəhd göstərən 28 halda 54 nəfər sərhəd pozucusu saxlanılıb.
[Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tutulan sərhəd pozucularının 26 nəfəri İran, 15 nəfəri Azərbaycan, 5 nəfəri Gürcüstan, 3 nəfəri Türkiyə, 2 nəfəri İraq, 1 nəfəri Rusiya, 1 nəfəri Əfqanıstan və 1 nəfəri Pakistan vətəndaşıdır. Sərhəddə rejim qaydalarını pozduğu üçün 10 halda 16 Azərbaycan vətəndaşı, vizaları olmadığı üçün 65 halda 108 nəfər (23 İran, 17 Türkiyə, 12 Çin, 8 İraq, 6 Pakistan, 5 Azərbaycan, 5 Özbəkistan, 4 Hindistan, 3 İordaniya, 3 Malayziya, 3 Türkmənistan, 2 Filippin, 2 İsrail, 2 Liviya, 2 Rusiya, hər ölkədən bir nəfər olmaqla Almaniya, Böyük Britaniya, Fransa, İndoneziya, İtaliya, Qazaxıstan, Livan, Nigeriya, Oman, Səudiyyə Ərəbistanı və Vyetnam vətəndaşı), vizalarının müddəti qurtardığı üçün 16 halda 20 nəfər (6 İran, 4 Türkiyə, 3 Böyük Britaniya, 2 Fransa, 2 Kanada, hər ölkədən 1 nəfər olmaqla Almaniya, Boliviya və İsrail vətəndaşı), müvafiq sənədləri olmadığına görə 18 halda 19 nəfər (7 Azərbaycan, 5 Rusiya, 3 İran, 2 Qazaxıstan, hər ölkədən 1 nəfər olmaqla Almaniya və Bosniya-Herseqovina vətəndaşı) saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. Ay ərzində axtarışda olan 70 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ötən ay 7 halda 54,188 kq narkotik vasitə aşkarlanaq götürülüb. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Azərbaycana məxsus 11 qayıq saxlanılaraq baxış keçirilib. Ay ərzində sərhəd rejim qaydalarını pozduğu üçün 3 qayıqda 7 Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. 65 halda ümumi dəyəri təxminən 216 971 manat olan qaçaqmalı saxlanılıb. -
06-05-2008, 03:11 PMAPAİraqda xidmət edən gürcü hərbçisi həlak olub
[b]İraqda xidmət edən gürcü hərbçisi həlak olub[b]
[Bağdad - APA. İraqda xidmət edən Gürcüstan sülhməramlılarının bir hərbçisi həlak olub. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Giqa Tatiaşvili 28 yaşlı serjant İrakli Kordzayanın bombardman zamanı öldüyünü açıqlayıb. O, hərbçinin cənazəsinin bir neçə gündən sonra Tiflisə gətiriləcəyini, bütün xərcləri Müdafiə Nazirliyinin öz üzərinə götürdüyünü bildirib. Dövlət İ. Kordzayanın ailəsinə 10 min dollar birdəfəlik yardım göstərəcək. -
06-05-2008, 03:21 PMAPAUkrayna və Gürcüstan birgə sülhməramlı qüvvələr yaratmaq barədə razılığa gəlib
[b]Ukrayna və Gürcüstan birgə sülhməramlı qüvvələr yaratmaq barədə razılığa gəlib[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ukrayna və Gürcüstan birgə sülhməramlı hərbi kontingent formalaşdırmaq niyyətindədir. Bu quruma sonradan digər GUAM ölkələri də daxil ola bilər".
[APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanda səfərdə olan Ukraynanın müdafiə naziri Yuri Yexanurov söyləyib. O, hazırda Gürcüstan tərəfi ilə hərbi kontingentin strukturu və qarşısında duracaq vəzifələrlə bağlı məsləhətləşmələrin davam etdiyini deyib: "Çox ümid edirəm ki, GUAM-a üzv digər ölkələr də qısa bir zamanda bu layihəyə qoşulacaqlar". Ukrayna Müdafiə Nazirliyinin beynəlxalq münasibətlər departamentinin direktoru İvan Androsenko APA-ya açıqlamasında birgə sülhməramlı hərbi birləşmələrin yaradılması ideyasının Yuri Yexanurovun Bakıya səfəri zamanı da müzakirə olunduğunu deyib: "Bu məsələ Bakıda da müzakirə olunub və çox pozitiv qarşılanıb. Bu gün nazir Kiyevə qayıdır, o qayıtdıqdan sonra məsələ ilə bağlı qərar qəbul olunacaq". Androsenko GUAM sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı Moldova ilə xüsusi danışıqların aparılmayacağını bildirib: "Heç bir ölkə ilə ayrı-ayrılıqdan danışıq aparılmamalıdır, qərarı konsensus yolu ilə vermək lazımdır". -
06-05-2008, 03:31 PMAPAAzərbaycan prezidenti İran xarici işlər nazirinin müavinini qəbul edib
[b]Azərbaycan prezidenti İran xarici işlər nazirinin müavinini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də İran İslam Respublikası xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.Ölkələr arasında münasibətlərin gələcək perspektivlərinə dair də fikir mübadiləsi aparılıb. -
06-05-2008, 03:41 PMAPAMoskva rus dilinin MDB ölkələrində ikinci dövlət dili kimi qəbul olunması təklifi ilə çıxış edib
[b]Moskva rus dilinin MDB ölkələrində ikinci dövlət dili kimi qəbul olunması təklifi ilə çıxış edib[b]
Moskva - APA. Rusiya Dövlət Dumasının MDB və yaxın xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitəsinin rəhbəri Aleksey Ostrovski keçmiş sovet respublikalarının rəhbərlərinə rus dilinə rəsmi dövlət dili statusu verilməsini təklif edib.
[APA-nın məlumatına görə, Ostrovski bildirib ki, "dövlətin iki rəsmi dilinin mövcud olması innovasiya formulu deyil. Bu cür hal sovetlər dönəmində də mövcud olub, yəni tarixi faktdır". O bildirib ki, bəzi ölkələrdə rus dilinin statusu milli azlıqların dili statusuna kimi endirilib, digər ölkələrdə isə bu dil yalnız danışıq dili kimi istifadə olunur: "Xüsusilə Ukraynadakı vəziyyət narahatlıq doğurur. Bu ölkənin əhalisinin 40 faizinin rus dilini doğma dili hesab etməsinə baxmayaraq, bu dil heç bir rəsmi statusa malik deyil". -
06-05-2008, 03:51 PMAPASeyid Lazım Ağanın ocağı onların adından istifadə edənlərə etiraz edir
[b]Seyid Lazım Ağanın ocağı onların adından istifadə edənlərə etiraz edir[b]
Bakı-APA. Seyid Lazım Ağanın nəvəsi Seyid Lazım Seyid Məhəmməd oğlu Əliyev Ocaqlarının adından istifadə olunması ilə bağlı xəbərə etirazını bildirib.
[APA-nın xəbərinə görə, L. Əliyev "Azadlıq" qəzetinin 22 may tarixli sayında Seyid Lazım Ağanın ocağı adından redaksiyaya hədiyyə verilməsi barədə yayılmış məlumatla razılaşmayıb. O, bununla bağlı yazdığı etiraz məktubunda bildirib ki, qəzetdə dərc olunmuş məlumata görə, Laçın rayonu Seyidlər kənd sakini Adil Əliyev və Saatlı rayonu Sarıcılar kənd sakini Əliş Əzizov redaksiyaya gələrək qəzetin baş redaktoru Qənimət Zahidin iş otağına Seyid Lazım Ağanın ocağı adından Atatürkün büstünü və Seyid Lazım Ağanın şəklini hədiyyə ediblər. Məktubda daha sonra bildirilib: "Mən Seyid Lazım Ağanın nəvəsi Lazım Əliyev bu məqaləyə qəti etiraz edirəm. Belə ki, həmin Adil Əliyev və Əliş Əzizovu mən və qardaşlarım tanımırıq və onların Seyid Lazım Ağanın ocağı adından danışmaq ixtiyarı yoxdur. Onlar yalnız öz adlarından danışa bilərlər. Seyid Lazım Ağanın ocağı adından onun övladları və nəvəsi söz demək ixtiyarındadırlar". Məktubda daha sonra bildirilib ki, Seyid Lazım Ağanın varisləri prezident İlham Əliyevin siyasətini bəyənir və qarşıdan gələn prezident seçkilərində ona səs verəcəklərini bəyan edirlər. -
06-05-2008, 04:01 PMAPAAzərbaycanın xarici işlər naziri Belarusa rəsmi səfərə gedəcək
[b]Azərbaycanın xarici işlər naziri Belarusa rəsmi səfərə gedəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 10-11-də Belarusa rəsmi səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Belarus XİN-in mətbuat katibi Andrey Popov açıqlama verib. O bildirib ki, E. Məmmədyarov Minskdə Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko, parlamentin aşağı palatasının sədri Vadim Popov və həmkarı Sergey Martınovla görüşlər keçirəcək. Danışıqlarda əsasən enerji və xarici siyasət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. -
06-05-2008, 04:11 PMAPANovruz Məmmədov: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ehtiyac yaranıb"
[b]Novruz Məmmədov: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ehtiyac yaranıb"[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan Ermənistan istisna olmaqla, bütün MDB üzvləri ilə həm təşkilat daxilində, həm də ikitərəfli qaydada əlaqələri genişləndirmək üçün addımlar atır". Bu sözləri APA-ya açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
[Əlaqələri genişləndirmək üçün müəyyən təşəbbüs, konsepsiya və planların olduğunu bildirən şöbə müdiri sabah Sankt-Peterburqda təşkil olunacaq Beynəlxalq İqtisadi Forum və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində ikitərəfli münasibətləri tənzimləyən görüşlərin keçiriləcəyini qeyd edib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın görüşünün hansı formatda keçiriləcəyi, görüşə ev sahibliyi edən Dmitri Medvedyevin görüşə qatılıb-qatılmayacağına dair sualı cavablandıran şöbə müdiri bunun Ermənistan prezidenti yeni seçiləndən sonra ilk görüş olacağını, odur ki, bu görüşə ehtiyac duyulduğunu söyləyib. O, görüşün formatı barədə dəqiq məlumatı olmadığını bildirib: "Azərbaycan prezidenti üçün Ermənistan prezidentinin doğrudan da münaqişənin həlli ilə bağlı müəyyən konstruktiv mövqeyinin, fikirlərinin və ümumiyyətlə, bu məsələni həll etmək səlahiyyətinin olub-olmadığını bilmək çox vacibdir. Çünki son aylar baş verən proseslər, seçkilərdən sonra insanların qətliamı, müxtəlif səviyyədə həbslər, ölkədəki vəziyyət, KİV-in bağlanması göstərir ki, Ermənistan cəmiyyətində bir parçalanma var və əhalinin müəyyən hissəsi Serj Sərkisyana etimad göstərmir. Yaranmış böhrandan sonra Ermənistan prezidentinin münaqişəni həll etmək imkanları da çətinləşir. Bu nöqteyi-nəzərdən bu görüş bizim üçün bir növ tanışlıq xarakteri daşıyacaq, vəziyyətin öyrənilməsi üçün bir imkan olacaq".MDB çərçivəsində baş nazir müavinləri səviyyəsində koordinatorlar institutunun yaradılması təşəbbüsünə münasibət bildirən N. Məmmədov yalnız institut yarandıqdan sonra onun məqsəd və vəzifələri haqqında konkret fikir söyləməyin mümkünlüyünü vurğulayıb. -
06-05-2008, 04:31 PMAPAAŞ PA-nın yay sessiyasının gündəliyi açıqlanıb
[b]AŞ PA-nın yay sessiyasının gündəliyi açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gündəliyi açıqlanıb. APA-nın məlumatına görə, sessiyanın ilk iş günündə AŞ PA prezidenti çıxış edəcək, bəzi komitələrin üzvləri dəyişdiriləcək və Türkiyədə demokratik institutların fəaliyyəti ətrafında diskussiyalar aparılacaq.
[Daha sonra iclasda Boris Zalanın AŞPA Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair hesabatı, Gürcüstan və Makedoniyada parlament seçkiləri ilə bağlı məruzələr dinlənəcək. Günün ikinci yarısında AŞ PA Nazirlər Komitəsinin sədri və İsveçin xarici işlər naziri Karl Bildt kommunike ilə çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Daha sonra AŞ PA üzvləri Qara dənizin ekologiyasına zərər vurulmasına qarşı mübarizəyə dair hesabatı müzakirə edəcəklər. İyunun 24-də həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda demokratik institutların fəaliyyətinə dair hesabatı açıqlayacaqlar. Hesabat ətrafında müzakirələrdən sonra xüsusi qətnamənin qəbul olunması gözlənilir. Həmin gün qadınların müasir cəmiyyətdə rolu və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropa ölkələrində fəaliyyətinə dair məruzələr dinləniləcək. İyunun 25-də keçiriləck iclasın gündəliyinə Avropada demokratiyanın vəziyyəti, Avropada diversifikasiya və miqrasiya məsələləri (məruzəçi Andreas Qross), miqrantların demokratik proseslərdə iştirakında müsbət irəliləyişlər, Avropada demokratik institutların fəaliyyəti (məruzəçi Sergey Qolovatıy), tədris prosesində mədəniyyət, demokratiya və insan hüquqlarının təmin olunması barədə hesabatlar dinlənəcək. Bi r gün sonra AŞ PA üzvləri Çində ümumi vəziyyəti müzakirə edəcəklər, daha sonra Serbiya prezidenti Boris Tadiç iştirakçılar qarşısında çıxış edəcək. Daha sonra Türkiyədə demokratik institutların fəaliyyətinə dair müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Sessiya iştirakçıları həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini müzakirə edəcək (məruzəçi Maykl Xankok), qurumun rəhbəri Yakob Kellenberq bəyanatla çıxış edəcək. Sessiyada Ermənistanda demokratik institutların fəaliyyəti məsələsinin də müzakirəsi gözlənilir. Bu məsələnin gündəliyə daxil edilməsi AŞ PA Monitorinq Komitəsi həmməruzəçilərinin 16-17 iyunda Ermənistana səfərindən asılıdır. Əgər həmməruzəçilər ötən müddət ərzində ciddi irəliləyiş əldə olunmadığı qənaətinə gəlsələr, o zaman məsələ AŞ PA sessiyasında müzakirə olunacaq. -
06-05-2008, 05:41 PMAPABeynəlxalq Böhran Qrupu Abxaziya münaqişəsi ilə bağlı hesabatını açıqlayıb
[b]Beynəlxalq Böhran Qrupu Abxaziya münaqişəsi ilə bağlı hesabatını açıqlayıb[b]
Tiflis. Vüqar Məsimoğlu-APA. Moskva və Tiflis Abxaziya və ətraf bölgələrdə güc tətbiqi hazırlıqlarını dayandırmalı, yaranmış gərginliyin Qafqazda yeni müharibəyə səbəb olmaması üçün ritorikanı bir az yumşaltmalıdırlar.
[Bu fikirlər Beynəlxalq Böhran Qrupunun "Gürcüstan və Rusiya: Abxaziya uğrunda qarşıdurma" adlı hesabatında öz əksini tapıb. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə regional ofisindən APA-ya verilən məlumata görə, hesabatda gürcü-abxaz münaqişəsinin səbəbləri araşdırılır və bütün maraqlı tərəflər tövsiyələr verilir. Hesabatın müəlliflərindən BBQ-nın Qafqaz layihəsinin direktoru Maqdalena Friçeva bildirib ki, Rusiya son iki ay ərzində Abxaziyaya yerləşdirdiyi qoşun və texnikanı oradan çıxarmalıdır: "Eyni zamanda Gürcüstanda Abxaziya ilə münasibətlərdə yeni yanaşmalar tapmalı, bu bölgəni Rusiyadan asılılığı zəiflədəcək mexanizmlərlə şirnikləndirməli, qarşılıqlı etimadın möhkəmlənməsinə yönəlik yollar düşünüb tapmalıdır. NATO-nun öz strateji sərhədlərinə yaxınlaşmasından ehtiyatlanan Rusiya aprel-may aylarında Abxaziyaya əlavə hərbi qüvvələr yerləşdirib və bununla da gərginliyi daha da artırmış olub. Bu siyasət özündə separatçı bölgə ilə əlaqələri dərinləşdirməyi nəzərdə tutur. Rusiya bəyan edib ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə bu ərazidə yaşayan vətəndaşlarını müdafiə etmək üçün güc tətbiq edəcək və Gürcüstanın pilotsuz kəşfiyyat aparatlarını vuracaq. Bu bəyanatlar da həmin siyasəti özündə əks etdirir. Gürcüstan isə bəyan edir ki, Rusiya Suxuminin müstəqilliyə can atmaq meyllərinə iqtisadi, maliyyə və hərbi dəstək verməklə Gürcüstanın ərazi bütövlüyünü pozmuş olur. Qərbdə bir çoxları hesab edir ki, Moskva artıq münaqişənin tərəfinə çevrilib". Hesabat müəllifləri hesab edir ki, Qərb münaqişənin dinc yolla nizamlanması üçün öz təsir gücündən istifadə etməlidir: "Diplomatik addımların effektini artırmaqla Rusiyanı öz qoşunlarını bölgədən çıxarmağın və danışıqlar formatının dəyişdirilməsinin zəruriliyinə inandırmaq lazımdır. Dialoq formatının dəyişdirilməsi zamanı əsas ağırlıq birbaşa gürcü-abxaz dialoqunun üzərinə salınmalı, Avropa İttifaqı danışıqlarda Rusiya və BMT ilə eyni statusda iştirak etməlidir". -
06-05-2008, 05:51 PMAPAAqil Xəlilə mükafat verilməsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təşəbbüskar olub
[b]Aqil Xəlilə mükafat verilməsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təşəbbüskar olub[b]
[Bakı. Hacı Zeynalov - APA. "Amnesty İnternational" təşkilatı bir müddət əvvəl "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilə mükafat verib. Bu barədə APA-ya məlumat verən A. Xəlil bildirib ki, o, hələ mükafatın mahiyyəti barədə məlumatsızdır. O, sadəcə, mükafatın ona təqdim olunması üçün dəvətnamə alıb: "Mən bu mükafatı özüm almaq istəyirəm. Buna görə də Londona getmək fikrim var".Qeyd edək ki, A. Xəlilin bu il mayın 22-də saat 16.00-da Böyük Britaniya Krallığının Azərbaycandakı səfirliyinə dəvət olunub. O, səfirlikdə görüşlər keçirərək danışıqlar aparıb. Ona mükafatın verilməsində də Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüskar olduğu bildirilir. A. Xəlil iyunun 17-də mükafatı almaq üçün Londona getməyi planlaşdırır. -
06-05-2008, 06:01 PMAPARusiya millətçiləri konfrans keçirəcəklər
[b]Rusiya millətçiləri konfrans keçirəcəklər[b]
[Bakı. Laçın Sultanova - APA. İyunun 8-də Moskvada "Yeni siyasi milliyyətçilik" adlı konfrans keçiriləcək. Konfransın təşkilatçılarından biri olan "Narod" hərəkatından APA-ya verilən məlumata görə, tədbirin digər təşkilatçıları "Velikaya Rossiya" siyasi partiyası, Qeyri-leqal Miqrasiya ilə Mübarizə Hərəkatı və Rus İctimai Hərəkatıdır. Konfransın məqsədi vətəndaş milliyyətçiliyi konsepsiyası ətrafında milliyyətçi təşkilatların konsolidasiyası, yaxın dövr üçün məqsəd və vəzifələrin müəyyən edilməsi, müasir Rusiya siyasəti üçün əməkdaşlığın yeni formalarının bəyan olunmasıdır.Tədbirin nəticələri əsasında konfrans təşkilatçılarının fəaliyyətinin koordinasiyası haqqında sazişin imzalanacağı gözlənilir. -
06-05-2008, 06:21 PMAPADAK-ın təşəbbüsü ilə "İranda insan haqlarının bugünkü durumu" mövzusunda dəyirmi masa keçirilib
[b]DAK-ın təşəbbüsü ilə "İranda insan haqlarının bugünkü durumu" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə "İranda insan haqlarının bugünkü durumu" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, DAK Gənclər Təşkilatının sədri Məzdan Seyidli bildirib ki, İranda insan haqlarının pozulması faktlarının sayı artıb, qeyri-fars millətlərə olan qeyri-insani rəftar, işgəncə, edam, sürgün və mədəni soyqırım halları dünya ictimaiyyətinin diqqətini cəlb edib. Onun sözlərinə görə, İranda hakimiyyəti ələ keçirən farslar din faktorundun istifadə edərək, digər millətləri istismar edir. DAK İnformasiya Mərkəzinin rəhbəri Əlirza Amanbəyli İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda apardıqları mübarizəyə diqqəti yönəldib. O, bu məsələdə beynəlxalq təşkilatları aktiv olmağa da çağırıb. Ə. Amanbəyli deyib ki, 2007-ci ildə 470 İran vətəndaşı müxtəlif səbəblərdən aşkar şəkildə edam olunub. Güney Azərbaycan İstiqlal Partiyasının informasiya mərkəzinin sədri Sadiq İsabəyli, Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı nümayəndəliyin rəhbəri Ağrı Qaradağlı və digərləri beynəlxalq təşkilatların diqqətini İranda baş verənlərə yönəltməyin vacibliyini vurğulayıblar. -
06-05-2008, 06:51 PMAPAİrana keçmək istəyən 12 PKK terrorçusu məhv edilib
[b]İrana keçmək istəyən 12 PKK terrorçusu məhv edilib[b]
İran - APA. İranın şimal-qərb sərhədlərində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib.
[APA-nın İran dövlət radiosuna istinadən verdiyi məlumata görə, təxminən 40 nəfərlik terrorçu qrup İrana daxil olmağa cəhd göstərib. Qərbi Azərbaycan vilayəti ərazisində, Türkiyə və İraq sərhədləri yaxınlığında baş verən toqquşmada 12 terrorçu məhv edilib, xeylisi yaralanıb və qaçmağa müvəffəq olub. Döyüşdə 4 İran əsgəri həlak olub, 1-i yaralanıb. Qərbi Azərbaycan vilayətinin polis idarəsinin nümayəndəsi Şəhnam Rzai faktı təsdiqləyərək, toqquşmaların Hac Umran və Piranşəhr bölgələrində olduğunu açıqlayıb.