[b]Bernar Fasie: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Biz görürük ki, həm Azərbaycanda, həm Ermənistanda, həm Rusiyada, həm Amerikada, həm də Fransada vəziyyət çox ciddi şəkildə dəyişib. Bir müddət əvvəl Gürcüstanda baş verən hadisələr bir daha göstərdi ki, müharibə vəziyyətdən çıxış yolu deyil".
[APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədrli Bernar Fasie Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. B. Fasie qeyd edib ki, Gürcüstanda baş verən son hadisələr Azərbaycan və Ermənistana da təsirsiz ötüşməyib: "İndi təsəvvür edin ki, münaqişə bu ölkələrin ərazisində baş versəydi, nə olardı..." Fransalı həmsədr hesab edir ki, baş verənlərdən sonra regionda hər kəs "ağlını başına yığmalıdır". Türkiyə və Ermənistan arasında münasibətlərin istiləşməsinə toxunan diplomat bunu əhəmiyyətli tərpəniş adlandırıb. Onun fikrincə, bu dəyişikliklər prosesə müsbət təsir göstərəcək. B. Fasie ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə gələn həftənin sonlarında konstruktiv görüşlər keçirə biləcəklər: "Nyu-York görüşü uğurla alınsa, Azərbaycanda keçiriləcək seçkilərindən sonra - ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etməyə çalışacağıq". Amerikalı həmsədr Metyu Brayzanın ATƏT-in Minsk Qrupunun gələcəyi ilə bağlı dediklərinə münasibət bildirən B. Fasie qrupun təkcə ABŞ-dan ibarət olmadığını vurğulayıb: "Minsk Qrupu təkcə ABŞ demək deyil. Bu qrupa 10-dan çox ölkə daxildir. Əlbəttə, Rusiya ilə bağlı müəyyən çətinliklər var. Lakin bu, heç də o demək deyil ki, Minsk Qrupu fəaliyyətini davam etdirməyəcək". Qeyd edək ki, M. Brayza Gürcüstanda baş verənlərdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsinin mümkün olmadığını bildirib.Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bir daha diqqətə çatdıran diplomat bunun Minsk Qrupunun fəaliyyətini davam etdirməsinin göstəricisi olduğunu deyib. B. Fasie Türkiyənin danışıqlar prosesindəki roluna, əsasən də Ankaranın təklif etdiyi Qafqaz Sülh Platformasına da toxunub: "ATƏT-in Minsk Qrupunun üzvləri arasında Türkiyə də var. Hazırda Ankara İrəvanla münasibətləri qaydasına salmaq istəyir. Türkiyə hər zaman sülh danışıqlarına dəstək verib. Biz Ankaranın təklifini bir şans hesab edirik. Həmsədrlərin işinə yardım edəcək hər bir xoşməramlı addım alqışlanmalıdır. Ancaq dəstək vermək başqa, danışıqlar isə başqa şeydir". B. Fasie bir daha bəyan edib ki, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmayıblar. "Madrid təklifləri"nin nədən ibarət olması ilə bağlı məsələyə aydınlıq gətirən diplomat bu təkliflərin ATƏT-in Helsinki Xartiyasının üç prinsipi əsasında formalaşdırıldığını vurğulayıb: "Bunlar güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququdur. Ümumilikdə isə "Madrid sənədi" 14 komponentdən ibarətdir".
Azərbaycan Xəbərləri
Printable View

09-20-2008, 03:40 PMAPABernar Fasie: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq"

09-20-2008, 07:00 PMAPAMasallıda dəhşətli yol qəzası baş verib, beş nəfər ölüb, dörd nəfər yaralanıb
[b]Masallıda dəhşətli yol qəzası baş verib, beş nəfər ölüb, dörd nəfər yaralanıb[b]
Masallı. Ağəddin Babayev - APA. Bu gün saat 16.00 radələrində Masallı-Boradigah yolunun Masallı rayonunun Qızılavar kəndi ərazisində dəhşətli yol qəzası baş verib.
[APA-nın cənub bürosunun məlumatına görə, Bakıdan Boradigah istiqamətində hərəkət edən "Ford" markalı, 10 MJ 814 dövlət nömrə nişanlı mikroavtobus "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 5 nəfər hadisə yerindəcə ölüb, 4 nəfər isə yaralanıb. Yaralılar Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. İlkin məlumata görə, qəzaya "Ford"un sürücüsünün qarşısına çıxan inəyi vurmamaq üçün mikroavtobusu əks istiqamətdə hərəkət edən "KamAZ"ın yoluna çıxarması səbəb olub. Hadisə nəticəsində ölən və yarananların kimliyi dəqiqləşdirilir. Məlumata görə, mikroavtobusdakılar Bakıdan Boradigaha hüzr yerinə gəlirmişlər.Faktla bağlı araşdırma aparılır. -
09-20-2008, 07:20 PMAPAAzərbaycan prezidenti Qəbələdə bir neçə obyektin açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Qəbələdə bir neçə obyektin açılışında iştirak edib[b]
Qəbələ. Vüqar Heydərov-APA. Bu gün prezident İlham Əliyev Qəbələ rayonunda bir neçə obyektin açılışında iştirak edib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, prezident öncə Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib və xanımı Mehriban Əliyeva ilə birlikdə abidənin önünə gül dəstələri qoyub.
[Ölkə başçısı Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Daha sonra Qəbələdə süd emalı zavodunun açılışında iştirak edən prezident müəssisə ilə də tanış olub. "Gilan Holdinq" şirkətlər qrupuna daxil olan zavodda Türkiyə və Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılıb, 35 nəfər işlə təmin olunub. Daha sonra prezident Qəbələdəki müəssisələrin istehsal etdiyi yeni məhsulların sərgisinə baxıb. Əvvəlcə "Gilan Holdinq" şirkətlər qrupuna daxil olan Qəbələ lift zavodunun məhsulunun nümunələri ilə tanış olan ölkə başçısı şirə və şərab məhsullarına da baxıb.İlham Əliyev Qəbələ Olimpiya-İdman Kompleksində tikinti işlərinin gedişi ilə də tanış olub. -
09-20-2008, 10:10 PMAPABakı Şəhər Prokurorluğu baş redaktorun ölümü ilə bağlı açıqlama yayıb
[b]Bakı Şəhər Prokurorluğu baş redaktorun ölümü ilə bağlı açıqlama yayıb[b]
Bakı-APA. Bakı Şəhər Prokurorluğu "Yeni Kapital" qəzetinin baş redaktoru Malik Rəfiyevin ölümü ilə bağlı açıqlama yayıb. Bakı Şəhər Prokurorluğundan APA-ya daxil olan açıqlamada bildirilir ki, 18 sentyabr 2008-ci il tarixdə saat 09.00-da Bakı şəhəri Zaynal Abdinov küçəsində - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin arxasında özünə məxsus avtomobildə 1957-ci il təvəllüdlü Rəfiyev Malik İnqilab oğlunun meyiti aşkarlanıb.
[Məlumat əsasında Nəsimi rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə gedib, məhkəmə tibb ekspertizasının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Baxış zamanı M. Rəfiyevin meyiti "Mercedes-Benz E-230" markalı, 90 BE 952 dövlət nömrə nişanlı avtomobilin sürücü oturacağında, kəndirdən hazırlanmış ilgək vasitəsilə əl tutacağından asılı vəziyyətdə aşkarlanıb. Meyitin sol dirsək çuxurunda və hər iki saidin 1/3-nin ön səthində, sol əlin arxasında kəsik və cızıqlar, boynunun dərisində arxadan önə və bir qədər aşağıdan yuxarı doğru istiqamətdə yerləşmiş stranqulyasiya şırımı aşkar olunub. Maşından M. Rəfiyevə məxsus sənəd və əşyalarla yanaşı, üzərində "Mən xahiş edirəm ki, mənim ölümümdə heç kimi təqsirkar saymayın. Təqsirkar özüməm. Malik. 17.09.2008" yazısı olan kağız parçası və üzərində qana bənzər ləkələr olan ülgüc (lezva) aşkar edilərək götürülüb. Meyit daxili müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilib. Nəsimi rayon Prokurorluğunda 18.09.2008-ci il tarixdə M. Rəfiyevin intihar etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə dərhal cinayət işi başlanılıb və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin arayışına əsasən, M. Rəfiyevin meyitinin daxili müayinəsi zamanı asfiktik ölümün əlamətləri müəyyən edilib. Bundan əlavə, meyitin üzərindəki xəsarətlər M. Rəfiyevin özü tərəfindən yetirilmə xarakterlidir ki, bu da onun intihar etməsinə dəlalət edir. Meyitin üzərində qarşılıqlı mübarizə və özünü müdafiə üçün xarakterik olan əlamətlər aşkar edilməyib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, hadisə yerindən aşkarlanmış kağızdakı "Mən xahiş edirəm ki, mənim ölümümdə heç kimi təqsirkar saymayın. Təqsirkar özüməm. Malik. 17.09.2008" əlyazması da M. Rəfiyev tərəfindən icra olunub. Mətbuat Şurasının məktubuna əsasən isə M. Rəfiyevin baş redaktoru olduğu "Yeni kapital" qəzetinin nəşri və satışı ilə bağlı araşdırma aparılıb. Nəşriyyat və qəzet yayımı firmalarından bildirilib ki, bu adda qəzet onlar tərəfindən çap olunmayıb və yayılmayıb. Cinayət işinin istintaqı zamanı M. Rəfiyevin ölümünün onun peşə fəaliyyəti ilə bağlı olmadığı müəyyən edilib. Belə ki, M. Rəfiyev "Messenat Holding Şirkətlər Qrupu" MMC-nin mətbuat katibi işləməklə, həmin şirkətə məxsus mənzillərin alğı-satqısı ilə məşğul olub və bu fəaliyyəti ilə əlaqədar bir neçə şəxsə külli miqdarda borcu yaranıb. M. Rəfiyrv borclu olduğu şəxslərə həmin pulları qaytara bilməyib. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. İstintaqın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. -
09-20-2008, 11:00 PMAPAİslamabadda dəhşətli terror aktı törədilib, ən azı 52 nəfər ölüb, 100-dən çox yaralı var
[b]İslamabadda dəhşətli terror aktı törədilib, ən azı 52 nəfər ölüb, 100-dən çox yaralı var[b]
İslamabad - APA. Bu gün İslamabaddakı "Marriot" otelinin yaxınlığında baş verən partlayış nəticəsində ən azı 52 nəfər ölüb, yaralıların sayının isə 100-ü keçdiyi bildirilir. APA-nın SNN telekanalına istinadən verdiyi məlumata görə, ölənlərin sayının artacağı ehtimal olunur.
[Belə ki, otel binası alova büründüyündən xilasedicilər oraya yaxınlaşa bilmirlər. Oteldə insanların olduğu güman edilir. Yerli hüquq-mühafizə orqanları partlayışın terror aktı olduğunu bildirir. İslamabad polisinin məlumatına görə, otelin yaxınlığında tonlarla partlayıcı partladılıb. Fasadı partlayışın gücündən tamamilə dağılmış otelin uçmaq təhlükəsi yaranıb. Hücuma məruz qalmış otel hökumət binalarının və diplomatik missiyaların yaxınlığında yerləşir. İlkin məlumata görə, terror aktını avtomobili idarə edən kamikadze törədib. Digər məlumatlarda isə terrorçuların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İslamabadda olan zabitlərini hədəfə aldıqları bildirilir. Lakin digər mənbələr bu xəbəri təsdiqləmirlər. Hələlik terror aktını heç bir təşkilat öz üzərinə götürməyib. Terror aktı Pakistan prezidenti Asif Əli Zərdarinin parlamentdəki çıxışından az sonra baş verib. Prezident parlamentdəki çıxışında terrorla mübarizəyə sadiq qalacağını bəyan edib. -
09-21-2008, 12:50 PMAPAÇində baş verən partlayış 34 nəfərin ölümü ilə nəticələnib
[b]Çində baş verən partlayış 34 nəfərin ölümü ilə nəticələnib[b]
Bakı-APA. Çində qaz mədənində partlayış baş verib. APA-nın xəbərinə görə, hadisə nəticəsində 37 nəfər ölüb.
[Çin Xəbər Agentliyi patlayışın ölkənin Hənan bölgəsində baş verməsi barədə xəbər yayıb. Partlayış baş verəndə mədəndə 108 nəfər olub. İşçilərdən 64-ü öz səyi nəticəsində, 7-i isə xilasedici dəstələr tərəfindən xilas edilə bilib. -
09-21-2008, 10:10 PMAPA"Ergenekon"la bağlı həbs olunmuş generalın azad olunmasına qərar verilib, məşhur aktrisa və meneceri də sərbəst buraxılıb-YENİLƏNİB
[b]"Ergenekon"la bağlı həbs olunmuş generalın azad olunmasına qərar verilib, məşhur aktrisa və meneceri də sərbəst buraxılıb-YENİLƏNİB[b]
İstanbul-APA. Türkiyədə Ergenekon əməliyyatı çərçivəsində həbs olunmuş istefada olan general, Atatürkçü Düşüncə Dərnəyinin başqanı Şener Əruyğurun azad olunmasına qərar verilib.
[APA-nın xəbərinə görə, qərar bu gün İstanbuldakı 9-cu Ağır Cəza Məhkəməsi tərəfindən çıxarılıb. Ş. Əruyğurun azadlığa buraxılması ilə bağlı qərarın onun səhhətində yaranmış ciddi problemlə bağlı olduğu bildirilib. Qeyd edək ki, Ergenekon əməliyyatı çərçivəsində bu il iyulun 6-da həbs olunaraq, Kocaelidəki həbsxanaya göndərilən general sentyabrın 17-də yüksək qan təzyiqi səbəbi ilə həbsxanasda pilləkənlərdən yıxılıb. Nəticədə onun boynu sınıb, beyninə qan sızıb. Hazırda Kocaeli xəstəxanasında reanimasiya şöbəsində komada olan generalın hələlik azad olunması ilə bağlı qərardan belə xəbəri yoxdur.Həkimləri onun səhhətində müəyyən irəliləyişlər olduğunu desələr də, hələlik həyati təhlükəsi keçməyib. Buna görə də məhkəmənin qərarından dərhal sonra Kocaeli Xəstəxanasının baş həkimi Nazım Mutlu generalın ailəsinin qərar verəcəyi təqdirdə onun başqa bir xəstəxanaya köçürülməsinin mümkün olduğunu söyləyib. Eyni əməliyyat çərçivəsində həbs olunmuş 5 hərbçi və bir hərbi məktəb tələbəsinin də bu gün məhkəməsi keçirilib. Onlardan biri məhkəmədə sərbəst buraxılsa da, digərləri haqqında həbs-qətimkan tədbiri seçilib. Ergenekon əməliyyatı ilə bağlı saxlanılan aktrisa Nursəli İdiz və menecer Seyhan Soylunun da daxil olduğu 13 nəfər də məhkəməyə göndərilib. İfadələri alınan N. İldiz, S. Soylu və daha üç nəfər sərbəst buraxılıblar, vəkil Levent Təmizin də daxil olduğu 8 nəfər barəsində isə həbs-qətimkan tədbiri seçilib. -
09-21-2008, 10:30 PMAPAAzərbaycan prezidenti İslamabaddakı faciə ilə bağlı pakistanlı həmkarına başsağlığı verib
[b]Azərbaycan prezidenti İslamabaddakı faciə ilə bağlı pakistanlı həmkarına başsağlığı verib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Asif Əli Zərdariyə İslamabadda çoxlu sayda insan təlafatı ilə nəticələnmiş partlayışla bağlı başsağlığı verib.
[APA-nın xəbərinə görə, başsağlığı mətnində İslamabadda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığı vurğulanıb: " Biz bu hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq birliyin bu dəhşətli bəlaya qarşı mübarizəsini hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram". -
09-22-2008, 10:40 AMAPAAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% azalıb
[b]Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% azalıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı vasitəsilə 917,4 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7% az sərnişin daşınıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hava nəqliyyatı növü ilə daşınmanın 93,1%-i dövlət bölməsi, 6,9%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.Qeyd edək ki, ümumilikdə bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 10,6%, yük dövriyyəsi isə 18,9% artıb. Hesabat dövründə özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 13,5% artıb. -
09-22-2008, 10:50 AMAPAAzərbaycan sakinlərinin hər biri yanvar-avqust aylarında orta hesabla 1280 dollarlıq mal alıb
[b]Azərbaycan sakinlərinin hər biri yanvar-avqust aylarında orta hesabla 1280 dollarlıq mal alıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ticarət və xidmət şəbəkəsində əhaliyə 8 808,9 mln. manatlıq və ya 2007-ci ilin eyni dövrü ilə müqayisədə 18,1% çox istehlak malları satılıb və pullu xidmət göstərilib. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, artımın 63,6%-i ticarət fəaliyyəti, 36,4%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib. İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 77% və 23% təşkil edib.Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 90,7%-i özəl müəssisələrin fəaliyyəti hesabına təmin olunub. Bu ilin yanvar-avqust ayları ərzində ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1 041,1 manatlıq və ya əvvəlki ilin analoji dövründəkindən 306,1 manatlıq və ya 41,7% çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib. -
09-22-2008, 11:00 AMAPAQafqaz Xalqları Konqresi yaradılıb
[b]Qafqaz Xalqları Konqresi yaradılıb[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Gürcüstanda Qafqaz Xalqları Konqresi adlı qeyri-hökuməti təşkilatı yaradılıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, qurumun təsisçilərindən olan Tamaz Ququnişvili bildirib ki, qurumun yaradılmasında məqsəd Qafqaz xalqlarının yaxınlaşmasına nail olmaq, onları birləşdirməkdir: "Bizim təşkilatımız Qafqaz xalqları arasında mövcud olmuş tarixi əlaqələri bərpa etmək, onların milli-mədəni və dini dəyərlərini qorumağı qarşısına məqsəd qoyub". T. Ququnişvili konqresin Rusiyanın regiondakı imperialist siyasətinə qarı fəaliyyət göstərəcəyini də söyləyib. -
09-22-2008, 11:10 AMAPAİran İtaliyaya nota verib
[b]İran İtaliyaya nota verib[b]
Tehran-APA. İtaliyanın baş naziri Silvio Berluskoninin İran prezidentini Hitlerlə müqayisə etməsi Tehranda ciddi etiraza səbəb olub. APA-nın məlumatına görə, Parisdə "Keren Xaseyod" yəhudi ictimai birliyinin üzvləri ilə görüşən Silvio Berluskoni konkret ad çəkməsə də, Mahmud Əhmədinejadın fəaliyyətini Hitleri fəaliyyətinə bənzədib.
[Rəsmi Tehran bu bənzətmə ilə əlaqədar İraliya Xarici İşlər Nazirliyinə nota təqdim edib. Notada bildirilir ki, Berluskoninin bəyanatları yüksək mədəniyyətə malik italyan xalqının mövqeyinə yaraşmır: "İran beynəlxalq arenada daha məsuliyyətli mövqe tutaraq bəyan edir ki, bütün xalqlara və mədəniyyətlərə hörmətlə yanaşır". İranın İtaliyaya nota verməsi Romada birmənalı qarşılanmayıb. İtaliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, İran tərəfi Xolokostu, həmçinin İsrail dövlətinin mövcudluğunu şübhə altına alıb və Silvio Berluskoninin sözləri bu kimi bəyanatlara cavabdır. Berluskoninin lideri olduğu "Azadlıq Xalqı" hakim koalisiyasının üzvlərindən Enriko Pyanetta isə bildirib ki, Əhmədinejad Hitlerdən də təhlükəlidir, çünki təkcə bütöv xalqı deyil, həm də İsrail dövlətini məhv etmək istəyir. Mahmud Əhmədinejad isə İsrail əleyhinə bəyanatları davam etdirib. İran prezidenti bildirib ki, İsrail əlini nüvə düyməsinə basmazdan əvvəl bu təcavüzkarın əlinin sındıracaq: "İran istənilən təcavüzü dayandırmağa qabildir". Bundan başqa dünən İranda keçirilən hərbi paradda ölkənin əldə etdiyi yeni silah və texnika növləri nümayiş olunub. Paradda "ABŞ-a ölüm!", "İsrailə ölüm" şüarları səsləndirilib. -
09-22-2008, 11:20 AMAPAAFFA Bakıda dünya çempionatı keçirmək istəyir
[b]AFFA Bakıda dünya çempionatı keçirmək istəyir[b]
Elşad Nəsirov: "Təkliflərimizi FİFA-ya göndərəcəyik"
[Bakı. Mehman Süleymanov - APA-SPORT. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov assosiasiyanın rəsmi saytına müsahibə verib. O, Bakıda keçirilən çimərlik futbolu üzrə Avropa kuboku oyunlarının yekununu, yığmamızın çıxışı, qarşıda duran planlar haqda danışıb. - Azərbaycan yığması ilk dəfə iştirak etdiyi çimərlik futbolu üzrə Avropa kuboku oyunlarında üçüncü yeri tutdu. Təəssüratlarınızı bilmək maraqlı olardı…- Bildiyiniz kimi, Azərbaycan Çimərlik Futbol Federasiyası cəmi bir neçə aydır ki, aktiv fəaliyyətə başlayıb. Qısa müddətdə belə bir nəticəni qazanmaq yüksək göstəricidir. İngiltərə, Norveç və İtaliya kimi güclü yığmaları geridə qoyduq. Adlarını sadaladığım komandalar böyük təcrübəyə malikdirlər. Deməzdim ki, biz çimərlik futbolunu peşəkar səviyyədə oynayırıq. Çünki az vaxt ərzində bu mümkün də deyil. Amma qısa zaman çərçivəsində görülən işlər, inkişaf göz qabağındadır. Artıq bizdə inam var ki, yaxın vaxtlarda çalışqan futbolçularımızın və güclü baş məşqçimizin sayəsində daha da ciddi uğurlar qazanacağıq. Bu turnir göstərdi ki, komandamızda qələbə ruhu formalaşıb. Uşaqlar axıra kimi mübarizə apardılar. Rəqibin adından çəkinməmələrini xüsusi vurğulamaq istərdim. Onlar dünyanın, Avropanın ən yaxşı oyunçularına qarşı mübarizə apardılar.- Gələcəkdə Azərbaycanda belə turnirlərin keçirilməsi planlaşdırılırmı?- Seçmə mərhələ oyunlarını yəqin ki, Bakıda keçirə biləcəyik. 2011-ci il dünya çempionatını paytaxtımızda təşkil etmək üçün FİFA-ya təkliflərimizi irəli sürəcəyik. Ümumiyyətlə, çimərlik futbolu ilə bağlı planlarımız böyükdür.- Söylədiyiniz turnirlər kifayət qədər səviyyəli və məsuliyət tələb edən yarışlardır. Yeni inşa edilən bu arena həmin yarışların təşkil olunmasına kifayət edəcəkmi?- Bilirsiniz ki, belə stadion dünyada iki ölkədədir - Braziliyada, bir də Azərbaycanda. Yalnız İsveçrədə qapalı arena var. Ancaq bu stadion bizə kifayət etməyəcək. Yeni arenaların inşası üçün layihələr hazırlanacaq. Buzovnada, Novxanıda, Şüvəlanda yaxın gələcəkdə yeni arenalar istifadəyə veriləcək. Stadionların sayını çoxaldacağıq ki, gənclərin idmana marağı daha da artsın. Bizim məqsədimiz yalnız böyük futbolu inkişaf etdirmək deyil. Futbolun digər sahələrini də dirçəltmək lazımdır. Ölkəmizi dünyada, Avropada tanıtdıra biləcək bütün idman növlərinə diqqət yüksək səiyyədədir və gələcəkdə daha da çox olacaq. -
09-22-2008, 11:30 AMAPABu il Azərbaycanda aparılan inşaat işlərinin həcmi 55% artıb
[b]Bu il Azərbaycanda aparılan inşaat işlərinin həcmi 55% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi əvvəlki ilin analoji göstəricisini 55,1% üstələyərək 2 115,3 mln. manat təşkil edib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, görülən işlərin 1 629,3 mln. manatını (ümumi həcmin 77%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 285,9 mln. manatını (13,5%-i) əsaslı təmir, 90 mln. manatını (4,3%-i) cari təmir, 110,1 mln. manatını (5,2%-i) isə sair tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 1 574,5 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 540,8 mln. manatlıq inşaat işləri görüb.Hesabat dövründə inşaat bölməsində çalışmış işçilərin orta aylıq nominal əmək haqqı 398,7 manat təşkil edib. Eyni zamanda iri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 459,9 manat olub. -
09-22-2008, 11:40 AMAPAÖzcan Dəniz Bakıda ev almaq qərarına gəlib
[b]Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz Azərbaycan paytaxtında ev almaq qərarına gəlib. APA-nın məlumatına görə, sənətçi bunu dünən Yaşıl Teatr Bakı Konsert Kompleksində verdiyi konsertdə açıqlayıb. O, tamaşaçılara müraciət edərək Bakıda ev sahibi olmaq istəyini və burada qalmaq arzusunu dilə gətirib: "Sizin aranızda ev satan varmı? Ürəyimdən burada ev almaq keçir. İstəyirəm Bakıda evim olsun. Bəlkə gəlib burada qaldım". Ö. Dəniz Azərbaycan tamaşaçılarının sənətçilərə gül dəstəsi vermək adətini çox bəyəndiyini söyləyib: "Azərbaycanda tamaşaçıların səviyyəsi tamamilə başqadır. Sizin gül vermək adətinizi çox sevirəm. Ümumiyyətlə, ölkənizi öz vətənimdən ayrımıram. Türkiyə və Azərbaycan ayrılmaz iki dövlətdir. Bu gəlişimdə Bakıdakı yenilikləri görüb fərəh hiss keçirdim. Bakı artıq bir çox tanınmış şəhərləri geridə qoyub və Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bir-iki ildən sonra isə buranı ümumiyyətlə, tanımaq olmayacaq. Həm insanlar, həm şəhərin görüntüsü insanda gözəl ab-hava yaradır". Yaşıl Teatrın səhnəsində alqış sədaları altında repertuarındakı köhnə və yeni mahnıları oxuyan türkiyəli sənətçi Azərbaycan mahnılarına da müraciət edib. Konsertin sonuna yaxın tamaşaçıların yanına gələn Ö. Dənizi qız pərəstişkarları dövrəyə alıb və şəkil çəkdiriblər. O, yeni serialı haqqında da məlumat verərək 20 gündən sonra baş rol ifa etdiyi "Aşk yakar" serialının "Kanal D" efirində yayımlanmağa başlayacağını deyib: "İndiyə kimi canlandırdığım heç bir obraz özümdən və içimdən xəbər verməyib. Mən hiperaktiv, ətrafla çox tez ünsiyyət yaradan, gülüb-danışmağı sevən insanam. Ancaq Baran və Seymən belə bir obraz olmayıb. Yeni serialıma baxarkən çox ağlayacaqsınız. Ancaq rica edirəm ki, çox ağlamayın". Sənətçi 5 ay müddətində yeni albomunun işıq üzü görəcəyini və yeni bir filmə çəkiləcəyini də açıqlayıb. O, yeni albomu işıq üzü gördükdən sonra yenidən Bakıya gələcəyinə söz verib.Xatırladaq ki, Özcan Dənizin konserti Kamal Cenk İçtənin və Yaşıl Teatrın birgə təşkil etdiyi "Payız festivalı - 2008" layihəsi çərçivəsində baş tutub. Bu, "Payız festivalı" çərçivəsində təşkil olunan son konsert proqramı idi. Qeyd edək ki, konsertə informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də olub. -
09-22-2008, 11:50 AMAPABerlində "Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir
[b]Berlində "Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Berlində Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Xarici Siyasət üzrə Alman Şurasının (DGAP) təşkilatçılığı ilə "Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans başlayır. SAM-dan APA-ya verilən məlumata görə, Azərbaycan və Almaniya hökumət rəsmilərinin və Almaniyanın tanınmış siyasi ekspertlərinin dəvət edildiyi konfrans məruzələrin dinlənilməsi və geniş müzakirə formatında təşkil olunub. Almaniya tərəfi xarici işlər nazirinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə məruzəçisi Hans Diter Lukas, Bundestaqın üzvləri Eduard Lintner, Ştefan Rayhe və yerli siyasətsünaslar səviyyəsində təmsil edilir. Azərbaycan nümayəndə heyətinin tərkibində isə SAM-ın rəhbəri Elxan Nuriyev, Almaniyadakı səfir Pərviz Şahbazov, ATƏT-dəki daimi nümayəndə Fuad İsmayılov, Milli Məclisin üzvü Fuad Muradov, İslam Konfransı Təşkilatının Azərbaycan Gənclər Forumunun baş katibi Elşad İsgəndərov və Azərbaycan İnsan Hüquqları Fondunun sədri Tural Kərimli təmsil olunur. -
09-22-2008, 12:00 PMAPAAntalyada gənclərin beynəlxalq mədəniyyətlərarası görüşü keçirilib
[b]Antalyada gənclərin beynəlxalq mədəniyyətlərarası görüşü keçirilib[b]
[Antalya-APA. Antalyada Avropa Şurasının təşkilatçıliğı ilə gənclərin beynəlxalq mədəniyyətlərarası görüşü keçirilib. APA-nın məlumatına görə, altı gün davam edən tədbirə Moldova, Belarus, İsveçrə, Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və digər ölkələrdən olan gənclərin qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. Konfransda qadının cəmiyyətdə rolu, qadınlara qarşı zorakılıq, qadın alveri, insan hüquqları və onların qorunması kimi mövzular ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində həmçinin qeyd olunan mövzular ətrafında treninqlər, seminarlar keçirilib. Azərbaycanın konfransda Təfəkkür Gənclər Assosiasiyasının nümayəndələri təmsil edib. -
09-22-2008, 12:10 PMAPAMərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupunun iclası keçirilib
[b]Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupunun iclası keçirilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində mətbuat qrupunun iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadənin vaxtından əvvəl təbliğat-təşviqat kampaniyasına başlaması ilə bağlı müraciəti yenidən müzakirə edilib. Qrupun rəhbəri Azər Tağıyev bildirib ki, həqiqətən də İ. Ağazadə vaxtından əvvəl təbliğata başlayıb: "Amma biz istəmirik ki, sərt tədbirlər görülsün. Məsələyə bir qədər loyal yanaşılmasına tərəfdarıq". A.Tağıyev sadəcə Ümid Partiyasına qanunun tələblərinə əməl edilməsinin tapşırılması barədə qərar qəbul olunmasını təklif edib. Təklif müzakirələrdən sonra qəbul edilib.İclasda Ümid Partiyasının YAP-ın sentyabrın 17-də keçirdiyi mitinqdə dövlət rəsmilərinin iştirakı ilə bağlı müraciətinə də baxılıb. A. Tağıyev bildirib ki, müraciətdə adı çəkilən dövlət rəsmiləri, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Prezident Aparatının şöbə müdiri Əli Həsənov həm də YAP üzvüdür: "Digər tərəfdən onlar aksiyada çıxış edərək hər hansı çağırış səsləndirməyiblər. Sadəcə, aksiyanı müşahidə edib, dinləyiblər. Dinləmək hüququnu heç kimə qadağan etmək olmaz". Qrup partiyanın müraciətini əsassız sayıb. -
09-22-2008, 12:30 PMAPAİsrailin baş naziri Ehud Olmert istefa verib
[b]İsrailin baş naziri Ehud Olmert istefa verib[b]
[Tel-Əviv-APA. İsrailin baş naziri Ehud Olmert istefa verib. APA-nın məlumatına görə, bu istefa qərarı ilə növbədənkənar seçkilərə qədər hökumət başçısının dəyişdirilməsinə dair formal prosedur başa çatmış olub. Yaxın günlərdə hökumət başçısı postunun xarici işlər naziri Çipi Livniyə tapşırılması gözlənilir. Artıq prezident Şimon Peres bununla bağlı Knessetdəki fraksiya liderləri ilə danışıqlara başlayıb. Prezident öz yekun qərarını axşam saatlarında danışıqlar başa çatdıqdan sonra açıqlayacaq. Qanunvericiliyə görə, yeni hökumət formalaşdırmaq missiyası Knessetin 120 deputatından hər birinə tapşırıla bilər. Amma analitiklər bu postun partiyadaxili seçkilərdə qalib gələrək "Kadima" lideri postunda Olmerti əvəzləyən XİN başçısı Çipi Livniyə tapşırılacağını ehtimal edirlər. -
09-22-2008, 12:40 PMAPATürkiyəli sənətçi Devrim Erden: "Bu ilin sonuna kimi ailə qurmağı düşünürəm" - FOTOSESSİYA
[b]Türkiyəli sənətçi Devrim Erden: "Bu ilin sonuna kimi ailə qurmağı düşünürəm" - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova-APA. "Bu ilin sonuna kimi ailə qurmağı fikirləşirəm. Bu şanslı kişinin kim olduğunu hələ bilmirəm, ancaq ailə qurmağı qərarlaşdırmışam. Yəni hələ də subayam". Bu sözləri APA-ya açıqlamasında Bakıda səfərdə olan türkiyəli müğənni Devrim Erden deyib. Sənətçi bildirib ki, noyabrdan etibarən onun baş rolu canlandıracağı yeni serialın çəkilişlərinə başlanacaq: "Artıq yeni serialla bağlı danışıqlar baş tutub və bir imzanı atmaq qalıb. Bu zamana kimi serialla bağlı mənə bir çox təkliflər oldu, ancaq bu təkliflərini qəbul etməmişəm. Bu ilk serialım olacaq və "Kanal D" ekranlarında yayımlanacaq". Azərbaycanın mədəniyyətini və xalqını çox sevdiyini də deyən D. Erden Bakıda tez-tez konsert vermək istəyini də gizlətməyib. İkinci dəfə Bakıya səfər etdiyini bildirən sənətçi, burada yaşamaq istədiyini vurğulayıb: "Mənim ailəm Türkiyədədir. O səbəbdən də burada yaşaya bilmirəm. Anacq evləndikdən sonra Azərbaycanda yaşaya bilərəm. Azərbaycan şou-biznesini yaxından izləyirəm və şou-biznes nümayəndələrini bəyənirəm". Türkiyə şou-biznesində o qədər də qalmaqallı sənətçi kimi tanınmadığını qeyd edən D. Erden sənətçilərin çoxu ilə də dostluq münasibətinin olduğunu bildirib. D. Erden Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın sənətinə pərəstiş etdiyini və ona böyük sevgisinin olduğunu da qeyd edib. -
09-22-2008, 01:00 PMAPABakıda keçiriləcək inşaat sərgisində 10 Polşa şirkəti iştirak edəcək
[b]Bakıda keçiriləcək inşaat sərgisində 10 Polşa şirkəti iştirak edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Bakıda keçiriləcək inşaat sərgisində Polşanın 10 şirkəti iştirak edəcək. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Daniel Senkeviç məlumat verib. Xatırladaq ki, oktyabrın 22-25-də İTECA-nın təşkilatçılığı ilə Bakıda 14-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək. -
09-22-2008, 01:20 PMAPAElmi inkişafı üzrə Dövlət Proqram layihəsinin hazırlanması yekunlaşır
[b]Elmi inkişafı üzrə Dövlət Proqram layihəsinin hazırlanması yekunlaşır[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyası "2009-2015-ci illərdə elmi inkişafı üzrə Dövlət Proqramı"nın layihəsini yekunlaşdırmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir hesab edir ki, bu proqram təsdiq edildikdən sonra elm sahəsinin inkişafında əsaslı dəyişikliklər baş verəcək. M. Mərdanovun sözlərinə görə, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın layihəsi, eyni zamanda UNESCO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı da hökumətə təqdim edilib. Nazir bildirib ki, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsində ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədi ilə normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali məktəblərin strukturunun və idarə olunması sisteminin modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi və s. öz əksini tapıb. M. Mərdanov qeyd edib ki, hazırda Azərbaycanın ali məktəblərində 50 ölkədən 6500 əcnəbi tələbə, xarici ölkələrin ali məktəblərində isə 4000 azərbaycanlı tələbə təhsil alır. Xarici ölkələrdə təhsil alan tələbələrin 1000 nəfəri dövlət hesabına oxuyur. -
09-22-2008, 01:40 PMAPAMisir Mərdanov: "Bu il 70 mindən artıq şagird müasir tələbələrə uyğun məktəblərdə təhsil alacaq"
[b]Misir Mərdanov: "Bu il 70 mindən artıq şagird müasir tələbələrə uyğun məktəblərdə təhsil alacaq"[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin sonunadək Azərbaycanda 161 yeni məktəb binası istifadəyə veriləcək, 129 məktəbin binasının əsaslı təmiri isə başa çatdırılacaq. APA-nın məlumatına görə, bu barədə məlumat verən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, bununla da son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötəcək. Ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50 faizi müasir tələbələrə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edəcək. M. Mərdanov deyib ki, 2008-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600-dən çox məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Nazir hesab edir ki, bunun nəticəsində Azərbaycan məktəblərində çox növbəliliyin ləğvi və 5 günlük tədris həftəsinə keçmək mümkün olacaq. M. Mərdanovun bildirdiyinə görə, bu ilin sonunadək ölkə üzrə istilik sistemi bərpa edilmiş məktəblərin sayı 500-ü ötəcək. -
09-22-2008, 01:50 PMAPARusiya və Venesuela ABŞ sahilləri yaxınlığında hərbi təlimlərə başlayacaq
[b]Rusiya və Venesuela ABŞ sahilləri yaxınlığında hərbi təlimlərə başlayacaq[b]
[Moskva-APA. Rusiya Karib hövzəsində Venesuela ilə birgə hərbi təlimlər keçmək qərarını qətiləşdirib. APA-nın məlumatına görə, artıq Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanmasının gəmiləri artıq Karib hövzəsinə doğru istiqamət götürüblər. Rusiya hərbi komandanlığı təlimlərin üçüncü ölkəyə qarşı yönəlmədiyini bəyan ediblər. Qeyd edək ki, Rusiya və Venesuela hərbi donanmalarının birgə təlimləri 10-14 noyabrda Karib hövzəsində keçiriləcək. -
09-22-2008, 02:00 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
09-22-2008, 02:10 PMAPATovuz sakinini qatar vurub
[b]Tovuz sakinini qatar vurub[b]
[Bakı-APA. Sentyabrın 20-də saat 04.05 radələrində Göygöl rayonunu Alabaşlı Dəmir Yolu Stansiyasının ərazisində, Bakı-Tbilisi qatarı ilə Tovuz rayon sakini Məhəmməd Kərimov vurulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Kərimov hadisə yerində ölüb. Faktla bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. -
09-22-2008, 02:20 PMAPARespublika Sanitar Karantin Dövlət Müfəttişliyi: "Çində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Azərbaycanı heç bir narahatçılıq gözləmir"
[b]Respublika Sanitar Karantin Dövlət Müfəttişliyi: "Çində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Azərbaycanı heç bir narahatçılıq gözləmir"[b]
[Bakı. İlhamə Isabalayeva-APA. "Çində quru süddən baş verən zəhərlənmə ilə əlaqədar Azərbaycanı heç bir narahatçılıq gözləmir". Bu açıqlamanı APA-ya Respublika Sanitar Karantin Dövlət Müfəttişliyinin rəis müavini Cəfər Əhmədov verib. Rəis müavinin sözlərinə görə, Azərbaycan həmin ölkədən süd məhsulları idxal etmir: "Həmin məhsullar ölkəyə gətirilmədiyi üçün Azərbaycanın onların idxalına qadağa qoyması da tam düzgün olmazdı. Ancaq bu məsələyə yenə də baxıla bilər". -
09-22-2008, 02:30 PMAPA«Texnikabank»ın Qaradağ filialı istifadəyə verilib
[b]«Texnikabank»ın Qaradağ filialı istifadəyə verilib[b]
[Bakı. Rəşad Sleymanov - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) Qaradağ filialı istifadəyə verilib. Bu barədə «APA-ECONOMICS»ə «Texnikabank» SKB-dən məlumat verilib.Filialın açılış mərasimində «Texikabank» ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov və digər şəxslər iştirak edib. Müasir dizayn və interyerə malik olan bu inzibati binada bütün növ bank xidmətləri göstərilir.Qeyd edək ki, «Texnikabank» SKB-nin 35 filialı, 2 xidmət və 3 mübadilə şöbəsi var.Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri 34,570 mln. manat, xərcləri 20,796 mln. manat, mənfəəti 13,774 mln. manat olub. -
09-22-2008, 02:40 PMAPATürkiyə vətəndaşlarının mənzillərindən oğurluq edən şəxs tutulub
[b]Türkiyə vətəndaşlarının mənzillərindən oğurluq edən şəxs tutulub[b]
[Bakı-APA. Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 20-də Türkiyə vətəndaşları Abdul Menaf Dəniz Zəkriyə oğlunun və Bariş Boynuqalin Mustafa oğlunun mənzillərindən oğurluq etmiş şəxs tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, oğurluq edən şəxs Bakı şəhər sakini Vaqif Sultanovdur. Ondan 0,471 qram heroin götürülüb. -
09-22-2008, 02:50 PMAPAMasallı sakini yol qəzasında ölüb
[b]Masallı sakini yol qəzasında ölüb[b]
[Bakı-APA. Sentyabrın 20-də saat 04.30 radələrində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində, Masallı rayon sakini, Rəsul Əzizov "QAZ-53" markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Əzizovun sərnişini, oğlu İstanbul hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır. -
09-22-2008, 03:00 PMAPAYanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrindən mal satışı 15% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrindən mal satışı 15% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6 781,2 mln. manatlıq və ya 2007-ci ilin eyni dövründəkindən 15,3% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2007-ci ilin eyni dövrünə nisbətən 22,1% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 7,9% təşkil edib.Pərakəndə əmtəə dövriyyəsinin ümumi artımının 75,2%-i ticarət müəssisələri, 24,8%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.Cari ilin yanvar-avqust aylarında adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 234,4 manat artaraq orta hesabla 801,4 manata çatıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkənin hər bir sakini ticarət müəssisələrindən 146,6 manatlıq, bazar və yarmarkalardan isə 87,8 manatlıq çox istehlak malları alıb.Hesabat dövründə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq və qeyri-ərzaq mallarının payı 64,8% və 35,2% olub, əhaliyə 4 394,2 mln. manatlıq ərzaq, 2,387 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,2% və 28,9% artıb. Pərakəndə əmtəə dövriyyəsinin artımın 99,6%-i özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib, sektorun müəssisələrində əhaliyə 6 725,4 mln. manatlıq və ya 15,4% çox istehlak malları satılıb. -
09-22-2008, 03:20 PMAPA"Xocalı üzrə Müstəqil İctimai Tribunal" adlı layihənin təqdimatı keçirilib
[b]"Xocalı üzrə Müstəqil İctimai Tribunal" adlı layihənin təqdimatı keçirilib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bakıda "Xocalı üzrə Müstəqil İctimai Tribunal" adlı layihənin təqdimatı keçirilib. APA-nın məlumatına görə, layihədə məqsəd Xocalı faciəsini törədənlər üzərində məhkəmə prosesinin təşkili və tribunalın nəticələri əsasında sənədli filmin çəkilməsidir. İttiham olunan şəxslərin siyahısında Ermənistan prezidenti Serj Sarkisyan, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan, Dağlıq Qarabağ separatçılarının sabiq başçısı Arkadi Qukasyan və digər şəxslərin adları var. Layihə Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi ilə həyata keçiriləcək. -
09-22-2008, 03:30 PMAPAAzərbaycan www.odnoklassniki.ru saytında yerləşdirilmiş məlumatları araşdıracaq
[b]Azərbaycan [ saytında yerləşdirilmiş məlumatları araşdıracaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Rusiyanın [ saytında respublikanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiyası ilə bağlı yer almış məlumatlar araşdıracaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.İ.Məmmədovun sözlərinə görə, bu tip məsələlər tək RİTN deyil, digər aidiyyəti dövlət orqanları tərəfindən baxılaraq araşdırılmalıdır: «Bu saytlarda olan məlumatların müəyyən hissəsi gerçəkliyi əks etdirir. Bu məsələlər tək bizim nazirlik tərəfindən deyil, aidiyyəti dövlət qurumları tərəfindən araşdırılacaq və bununla bağlı dəqiq fikir söyləniləcək».Qeyd edək ki, [ saytının tanışlıq bölməsində istifadəçilər tərəfindən yaradılmış qruplarda Azərbaycanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiya məntəqələri göstərilib. -
09-22-2008, 03:50 PMAPAİqtisadi Tədqiqatlar Mərkəzinin üzvləri prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüş keçiriblər
[b]İqtisadi Tədqiqatlar Mərkəzinin üzvləri prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüş keçiriblər[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi "Oxfam" Beynəlxalq Təşkilatının maliyyə, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Koalisiyasının təşkilati dəstəyi ilə həyata keçirdiyi "Səhiyyəyə dair Minilliyin İnkişaf Məqsədləri kampaniyası" layihəsi çərçivəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizədi Qüdrət Həsənquliyevlə görüş keçirib. Koalisiyadan APA-ya verilən məlumata görə, görüşdə koalisiya nümayəndələri Minilliyin İnkişaf Məqsədləri, Azərbaycanda bunun icra səviyyəsi, ana və uşaq ölümü sahəsindəki mövcud vəziyyət, dünyada bu problemin aradan qaldırılması üçün istifadə edilən modellər barədə prezidentliyə namizədə ətraflı məlumat veriblər. Koalisiya adından bu məsələnin seçki platformasında əksini tapması, seçiləcəyi təqdirdə isə onun həllini diqqətdə saxlaması Q. Həsənquliyevdən xahiş olunub. Q. Həsənquliyev ölkənin səhiyyə sisteminin tibbi kadrların peşəkarlıq səviyyəsi baxımından gerilədiyini bildirərək, bütün sahələrdə analoji vəziyyətin yarandığını deyib. Onun sözlərinə görə, bunun ən mühüm səbəbi təhsil və idarəetmə sistemində mövcud olan korrupsiya hallarıdır. Prezidentliyə namizəd hesab edib ki, korrupsiyanı aradan qaldırmadan və ölkənin regionlarını sosial-iqtisadi baxımdan inkişaf etdirmədən təkcə səhiyyədə deyil, heç bir sahədə köklü dəyişikliyə nail olunması mümkün deyil. Qeyd edək ki, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Koalisiyası 2005-ci ildə BMT-nin yoxsulluğun azaldılması məqsədilə yaradılıb. Hazırda Koalisiyanın Azərbaycan da daxil olmaqla, onlarla ölkədə üzv təşkilatları fəaliyyət göstərir. -
09-22-2008, 04:00 PMAPAAzərbaycan iqtisadiyyatına kredit qoyuluşları 86% artıb
[b]Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 86% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85,5% və ya 2,9 mlrd. manat artaraq 6 361,5 mln. manata çatıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, kredit qoyuluşunun 44,2%-i dövlət, 53,3-i özəl banklar, 2,5%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 69,7%-i uzunmüddətli kreditlər təşkil edib, 1,7%-nin isə ödənilmə vaxtı keçib.Azərbaycan Milli Bankının təqdim etdiyi məlumata görə, 2008-ci ilin yanvar-avqust aylarında dövriyyəyə 13 036,3 mln. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 12 205,7 mln. manat daxil olub və emissiya 847,1 mln. manat təşkil edib. -
09-22-2008, 04:10 PMAPAQazaxıstan Poti limanında taxıl terminalı tikmək planından imtina edib
[b]Qazaxıstan Poti limanında taxıl terminalı tikmək planından imtina edib[b]
[Astana-APA. Qazaxıstan Gürcüstanın Poti limanında taxıl terminalı tikmək fikrindən imtina edib. APA-nın məlumatına görə, ölkənin kənd təsərrüfatı naziri Akilbek Kurişbayev bildirib ki, bu qərardan imtinaya səbəb avqustda baş verən hadisələrdən sonra Gürcüstanda yaranmış vəziyyətdir. Qeyd edək ki, Qazaxıstan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən sayılır. Ötən ilin iyununda imzalanmış hökumətlərarası sazişə əsasən, Qazaxıstan Poti limanında taxıl terminalı tikməli idi. Astana bu layihəyə 10 milyon dollar sərmayə qoyulacağını bildirmişdi. -
09-22-2008, 04:20 PMAPAArtur Lenk: "İsrail hökumətində hər kəs Azərbaycanla əməkdaşlığın vacib olduğunu anlayırlar"
[b]Artur Lenk: "İsrail hökumətində hər kəs Azərbaycanla əməkdaşlığın vacib olduğunu anlayırlar"[b]
[Bakı. Laçın Sultanova-APA. "İsrail hökumətinə kimin rəhbərlik etməsindən asılı olmayaraq, Azərbaycanla İsrail arasında əlaqələr daim inkişaf edəcək və möhkəm olacaq". Bu açıqlamanı APA-ya İsrailin Azərbaycandakı səfiri Artur Lenk verib. O bildirib ki, hökumətin hər bir bölməsində Azərbaycanla İsrail arasında əməkdaşlığın çox vacib olduğunu anlayırlar: "Hələlik İsraildə yeni hökumət formalaşmayıb, nazir Çipi Livni öz partiyası tərəfindən yeni hökumətin formalaşması üçün seçilib və yaxın vaxtlarda yeni hökumətin seçilməsi prosesi başlanacaq. Əgər Çipi Livni baş nazir seçilsə, o İsrail tarixində Qolden Meyerdən sonra ikinci qadın baş nazir olacaq. Maraqlı situasiya ondan ibarətdir ki, əgər Livni bu posta seçilərsə, ölkədə 3 ən vacib postda - baş nazir, Ali Məhkəmənin sədri və parlamentin sədri qadın olacaq. Üç qız atası kimi deyirəm ki, bu, çox əhəmiyyətli bir məsələdir". -
09-22-2008, 04:30 PMAPASentyabrın 30-u oktyabrın 1-i qeyri-iş günləridir
[b]Sentyabrın 30-u oktyabrın 1-i qeyri-iş günləridir[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Sentyabrın 30-u və oktyabrın 1-i Azərbaycanda qeyri-iş günləridir. Bu barədə APA-ya Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. O bildirib ki, həmin günlər Ramazan bayramına təsadüf etdiyi üçün Nazilər Kabinetinin qərarı ilə iş günləri sayılmayacaq. -
09-22-2008, 04:40 PMAPADolların ucuzlaşması davam edəcək
[b]Dolların ucuzlaşması davam edəcək[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Yaxın vaxtlarda dünya, o cümlədən Azərbaycanda ABŞ dollarının ucuzlaşması gözlənilir. Bu da ABŞ hökumətinin sentyabrın 20-də bəyan etdiyi növbəti addımının nəticəsi ola bilər.
[«APA-ECONOMICS»in məlumatına görə, maliyyə sektorunun müdafiə olunması üçün sentyabrın 20-də ABŞ konqresinə müvafiq qanun layihəsi təqdim edilib. Qəbul olunacağı şübhə doğurmayan bu sənədə əsasən, maliyyə sektoruna 700 mlrd. dollar məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Burada söhbət dövlət tərəfindən iri bank və investisiya fondlarından ipoteka və digər problemli aktivlərin alınması üzrə ixtisaslaşmış fondun yaradılmasından gedir. Analitiklərin fikrincə, bu, dövlətin 1937-ci ildən sonra maliyyə bazarına ən irimiqyaslı müdaxiləsi kimi qiymətləndirilə bilər.Qeyd edək ki, ABŞ-ın bu cür addım atacağı barədə ilk məlumatlar artıq ötən həftədən səsləndirilir. Nəticədə, fond bazarında bütün indekslər yüksəlib. Əvəzində, dolların avroya qarşı məzənnəsi düşüb və artıq üçhəftəlik minimumun çatıb (bu gün 1 avro 1,4479 dollar təşkil edir). Maraqlıdır ki, ABŞ hökumətinin böhrana qarşı gördüyü tədbirlərin öz iqtisadiyyatı üçün mənfi təsirləri də artıq özünü büruzə verməyə başlayıb. Burada söhbət dolların ucuzlaşması, dövlət istiqrazları üzrə gəlirliyin düşməsi, xammalın bahalaşması və s. gedir. Yaxın zamanda bazara ediləcək 700 mlrd. dollarlıq maliyyə müdaxiləsi ABŞ-da dollara təzyiqi artıracaq və inflyasiyanın səviyyəsinin yüksəldəcək. Bunun əsas nəticəsi isə dolların daha da ucuzlaşması olacaq. Düzdür, bütün bu proqnoz və ehtimallar ABŞ hökumətinə də məlumdur. Lakin rəsmi Vaşinqton üçün böhran nəticəsində maliyyə qurumlarını və bununla da bütün maliyyə sistemini müflisləşmədən xilas etmək dolların ucuzlaşmasının qarşısının alınmasından daha vacibdir. Qeyd edək ki, federal hökumətin planları haqqında məlumatlar bazara daxil olandan bir gün sonra - sentyabrın 19-da dollar 1% ucuzlaşıb.Dolların dünya bazarındakı mövqelərinin manatın cari məzənnəsinə də təsirini nəzərlə alsaq, Azərbaycanda da eyni tendensiyanın (dolların ucuzlaşması) təkrarlanacağını proqnozlaşdırmaq mümkündür. -
09-22-2008, 04:50 PMAPAAzərbaycanın ən iri neft strukturunda iki platformada neft hasilatının nə vaxt bərpa olunacağı bilinmir
[b]Azərbaycanın ən iri neft strukturunda iki platformada neft hasilatının nə vaxt bərpa olunacağı bilinmir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇC) yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» və «Qərbi Azəri» hasilat platformalarında detektorlar vasitəsi ilə qaz sızmasının səbəblərini araşdırır. Bu barədə «APA-ECONOMICS»ə ABƏŞ-in Bakıdakı baş ofisindən məlumat verilib.Konsorsiumdan bildirilib ki, hazırda hər iki platformada araşdırma və təhlil aparılır. Bu işə dalğıclar da cəlb olunub. Bunun təbii hadisə və ya qəzanın nəticəsi olduğu hələ dəqiq bilinmir. Həmçinin, nə ABƏŞ, nə də Azərbaycan Dövlət Neft Şirkətində hasilatın nə zaman bərpa olunacağı məlum deyil.Qeyd edək ki, sentyabrın 17-də «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının yaxınlığında detektorlar vasitəsi ilə dənizdə qaz sızması aşkarlanıb. Bununla əlaqədar platformaların bütün işçilərinin evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı təxminən 50%-dən çox azalıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi 800 min bareldən çoxdur.Qeyd edək ki, bu ilin iyul ayında AÇG-da neft hasilatının orta gündəlik səviyyəsi 841,169 min barel təşkil edib. Hesabat dövründə «Çıraq-1» platformasında gündəlik orta hesabla 124,801 min barel, «Azəri»də isə 668,624 min barel neft hasil olunub. Cari ilin aprel ayından hasilat prosesinə cəlb olunan «Günəşli» yatağının dərinsulu hissəsində isə orta hesabla gündə 47,839 min barel neft çıxarılıb. Xatırladaq ki, ötən il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 685,5 min barelə bərabər olub. Belə ki, «Çıraq-1»dən gündə orta hesabla 132,406 min barel, «Azəri»dən isə 553,092 min barel neft hasil edilib. «BP-Azerbaijan» şirkətinin proqnozlarına əsasən, 2008-ci ildə «Çıraq-1» platformasından gündəlik orta hesabla 134 min barel, «Mərkəzi Azəri»dən 243,5 min barel, «Qərbi Azəri»dən 235,3 min barel, «Şərqi Azəri»dən 144,4 min barel, dərinsulu «Günəşli»dən isə 82,8 min barel neft hasil olunacaq. Müqayisə üçün bildirək ki, 2006-cı ildə bu yataqlardan ümumilikdə gündəlik orta hesabla 472 min barel neft hasil edilib.Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.