[b]Natiq Məmmədov: "Seçki kampaniyasının müddətinin 75 günə endirilməsi MSK-nın fəaliyyətinə problem yaratmayacaq"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi Mərkəzi Seçki Komissiyasının fəaliyyəti üçün heç bir problem yaratmayacaq. Əksinə, bu seçkilərin daha çevik keçirilməsinə yardım edəcək". Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov verib. Onun sözlərinə görə, MSK əvvəlki illərdən fərqli olaraq bu dəfə 75 günlük təqvim planı hazırlayacaq. Qurumun bu istiqamətdə fəaliyyətə başlaması seçkinin təyin edilməsindən asılıdır: "İndidən bununla bağlı fəaliyyətə başlamaq hələ tezdir. MSK öz fəaliyyətinin qanunun tələblərinə uyğun quracaq". Seçki təbliğatı zamanı təşviqat materiallarının müəyyən olunmuş yerlərə yapışdırılması ilə bağlı qanunda edilən dəyişikliyin müsbət istiqamətdə atılan addım olduğunu deyən N. Məmmədov hesab edir ki, bu il keçiriləcək prezident seçkilərində əvvəlki seçkilərdə yaranmış mənzərə müşahidə olunmayacaq: "Yəni divarlara, harada gəldi, necə gəldi şəkillərin yapışdırılması düzgün deyildi. Ona görə də qanunvericilikdə çox düzgün dəyişiklik edilib, artıq ayrılmış yerlərdən başqa yerdə hər hansı təşviqat materialının yerləşdirilməsi qadağan edilir. O cümlədən binaların divarlarına, dirəklərə şəkillər yapışdırılmayacaq. Təşviqatın ayrılması üçün xüsusi yerlər ayrılacaq, orada namizədlər bərabər şəkildə öz materiallarını yerləşdirə bilərlər. Bu daha sivil üsuldur. Hər bir məntəqənin ərazisində xüsusi yerlər olacaq".
Azərbaycan Xəbərləri
Printable View

06-03-2008, 04:51 PMAPANatiq Məmmədov: "Seçki kampaniyasının müddətinin 75 günə endirilməsi MSK-nın fəaliyyətinə problem yaratmayacaq"

06-03-2008, 05:01 PMAPAAzərbaycanın İordaniyadakı səfirliyi yeni binaya köçür
[b]Azərbaycanın İordaniyadakı səfirliyi yeni binaya köçür[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın İordaniyadakı səfirliyi yeni binaya köçəcək. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyinin birinci katibi Kənan Murtuzov məlumat verib. Yeni üçmərtəbəli bina paytaxt Əmman şəhərinin mərkəzi rayonlarından birində yerləşir. -
06-03-2008, 05:11 PMAPAMakedoniya Türk Demokratik Partiyasının sədri deputat seçilib
[b]Makedoniya Türk Demokratik Partiyasının sədri deputat seçilib[b]
[Skopye. Kərim Həsənli - APA. Makedoniya Türk Demokratik Partiyasının sədri parlament seçkilərində qalib gəlib. APA-nın xəbərinə görə, ötən bazar günü keçirilən qalmaqallı növbədənkənar seçkilərdə türk icmasının ən az bir deputat yeri qazanması dəqiqləşib. TDP-nin VMRO partiyası ilə birgə yaratdığı "Daha yaxşı Makedoniya ittifaqı" seçki koalisiyasının səslərin 48 %-ni əldə edərək, qələbə qazanması partiyanın sədri Kənan Hasibin qanunvericilik orqanında təmsil olunmasını rəsmiləşdirib. TDP sədri yeni hökumət koalisiyasının təşkilində türk icmasının da iştirak edəcəyini bildirib: "Yeni qurulacaq hökumətdə yerimiz olacaq. Makedoniya türklərinin problemlərini istər qanunvericilik orqanında, istərsə də hökumətdə qaldıracaq və onların həlli yollarını axtaracağıq". Qeyd edək ki, əhalisi 2,1 milyon nəfər olan Makedoniyada 80 min türk yaşayır. -
06-03-2008, 05:21 PMAPAİstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək
[b]İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək[b]
[İstanbul. Kərim Həsənli - APA. Sabah İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək. APA-nın xəbərinə görə, bayramın əsas hissəsi "Beşiktaş"ın "İnönü" stadionunda təşkil olunacaq. Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan da iştirak edəcək. İyunun 2-də 32 türkdilli dövlət və icmanı təmsil edən 44 qrup milli geyimlərdə İstanbulun Kadıköy rayonundakı Söyüdlüçeşmə prospektindən İskələ meydanına qədər yürüş keçirib. Yürüşə Azərbaycandan olan uşaqlar da qatılıb. Türk Dünyası Uşaq Şənlik Bayramı Türkiyə prezidenti Abdulla Gülün himayəsində Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilir.1995-ci ilin may ayından bəri təşkil olunan mərasimlərdə indiyə qədər 2000 uşaq iştirak edib. -
06-03-2008, 05:31 PMAPASov. İKP MK Siyasi Bürosunun keçmiş üzvü Qriqori Romanov vəfat edib
[b]Sov. İKP MK Siyasi Bürosunun keçmiş üzvü Qriqori Romanov vəfat edib[b]
Moskva - APA. Sov. İKP MK Siyasi Bürosunun keçmiş üzvü, Leninqrad vilayət partiya komitəsinin birinci katibi Qriqori Romanov Moskvada vəfat edib.
[APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, Romanov 86 yaşında dünyasını dəyişib. O, 1970-85-ci illərdə SSRİ-nin ikinci paytaxtına rəhbərlik edib. 1985-ci ildə Sov. İKP MK-nın baş katibi Çernenkonun vəfatından sonra sovet imperiyasının növbəti rəhbəri postuna Qorbaçovla yanaşı, Romanovun da adı hallanırdı. Bu səbəbdən Qorbaçovun hakimiyyətə gəlişindən bir neçə ay sonra Romanov təqaüdə göndərilmişdi. O, son illər bağ evində yaşayıb və memuar yazmayıb. -
06-03-2008, 06:51 PMAPAPiter Semnebi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb
[b]Piter Semnebi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir qrup müxalifət lideri ilə görüşüb. Ümid Partiyasının sədri İqbal Ağazadənin APA-ya verdiyi məlumata görə, görüşdə ondan başqa Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib. Görüşdə 2008-ci ilin prezident seçkilərinə hazırlıq, seçki öncəsi ölkədə ictimai-siyasi durum, partiyaların hazırlıq səviyyəsi və s. məsələlər müzakirə olunub. İ. Ağazadə bildirib ki, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, mətbuata olan təzyiqlər, seçkiöncəsi ölkədə yaranmış vəziyyət barədə geniş diskussiya aparılıb: "Seçki Məcəlləsinə yeni qəbul olunmuş dəyişiklər, "Diffamasiya haqqında" qanunun qəbul edilməməsi, "Siyasi partiyalar" və "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunlarda olan boşluqların və digər problemlərin seçki prosesinə ciddi mənfi təsiri olacağını diplomatın diqqətinə çatdırıldı". P. Semnebi isə öz növbəsində bu il keçirilən seçkilərin Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının imzalanmasından sonra ilk seçki olacağını və bu seçkinin də Avropa İttifaqı üçün əhəmiyyətli olduğunu qeyd edib. -
06-03-2008, 07:01 PMAPAAzərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib
[b]Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıdan sonra mətbuat konfransı keçirən qrupun sədri Kamil Səlimov 2008-2010-cu illər üçün qarşıda duran vəzifələrin müzakirə olunduğunu, məhkəmə və hüquq islahatlarına dair layihə menecmenti üzrə və söz azadlığı üzrə alt qrupların məruzələrinin dinlənildiyini, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova ilə keçirilən görüş haqqında məlumat verildiyini bildirib. Yığıncaqda vətəndaşların hüquq pozuntuları ilə bağlı şikayətlərinə baxılması və hüquqi yardım göstərilməsi, seçkilərin monitorinqi, hüquq-mühafizə orqanları ilə iş üzrə alt qrupların da məruzələri dinlənilib. Vəkil, insan hüquqları və hüquqi məsələlər üzrə məsləhətçi Mark Qutrie işçi qrupa üzv seçilib. Vətəndaşların hüquq-mühafizə orqanlarına göndərdiyi ərizə və şikayətlərə vaxtında baxılmadığını deyən K. Səlimovun sözlərinə görə, işçi qrupa daxil olan ərizə və şikayətlər cəmiyyətlə məhkəmə sistemi arasında etimadın olmadığını göstərir. Qeyd edək ki, işçi qrup aprelin 7-8-də "Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın yekunu olaraq yaradılıb. Qrupun tərkibində dövlət orqanlarını təmsil edən 10 nəfər, Milli Məclisin 2 deputatı, 10 beynəlxalq ekspert və 12 QHT nümayəndəsi fəaliyyət göstərir. -
06-03-2008, 07:11 PMAPAPiter Semnebi MSK sədri ilə görüşüb
[b]Piter Semnebi MSK sədri ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, görüşdə P. Semnebi bu ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi ilə maraqlanıb. MSK sədri qonağa seçkilərlə bağlı bu vaxta qədər görülən işlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Tərəflər arasında seçkilərdə medianın roluna dair fikir mübadiləsi aparılıb. R. Qasımovun sözlərinə görə, P. Semnebi müzakirə olunan məsələlərlə bağlı öz mövqeyini bildirməyib. -
06-03-2008, 07:21 PMAPAAzərbaycan və Rusiya prezidentlərinin Sankt-Peterburqda görüşü keçiriləcək
[b]Azərbaycan və Rusiya prezidentlərinin Sankt-Peterburqda görüşü keçiriləcək[b]
Bakı. Laçın Sultanova-APA. İyunun 6-da Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedevlə ilk görüşü baş tutacaq.
[APA-nın Rusiya prezidentinin köməkçisi Sergey Prixodkoya istinadən yaydığı məlumata görə, 12-ci Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində keçiriləcək MDB-nin qeyri-formal sammitində iştirak edəcək dövlət başçılarının Dmitri Medvedevlə ikitərəfli görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Dmitri Medvedev prezident seçilməmişdən əvvəl Azərbaycanda bir neçə dəfə səfərdə olub və prezident İlham Əliyevlə görüşüb. İyunun 6-da keçiriləcək görüşDmitri Medvedev prezident seçiləndən sonra Azərbaycan və Rusiya dövlət başçılarının ilk görüşü olacaq. -
06-03-2008, 07:31 PMAPAAzərbaycanın cənub sərhədində atışma baş verib, ölən və yaralananlar var
[b]Azərbaycanın cənub sərhədində atışma baş verib, ölən və yaralananlar var[b]
Bakı - APA. İyunun 2-dən 3-nə keçən gecə Azərbaycanın cənub sərhədində Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığında insident baş verib. APA-nın Lider TV-yə istinadən verdiyi məlumata görə, hadisə 4 İran vətəndaşının sərhədi qanunsuz pozması nəticəsində baş verib.
[Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə sərhəd pozucuları arasında atışma baş verib və nəticədə pozuculardan biri güllələnib. Digər iki nəfər isə yaralı halda ələ keçirilib. Sərhəd pozucularının qaçaqmalçılıqla məşğul olduqları aşkarlanıb. Yaralananlar 25 yaşlı Məhəmmədi Ruhulla Mirəxan oğlu və 47 yaşlı Həsənzadə İsrafil Barat oğlu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların üzərində əməliyyat aparılıb, vəziyyətləri orta-ağırdır.Sərhəd pozucularından biri isə qaçıb. DSX faktı araşdırdığını bildirib. -
06-03-2008, 07:41 PMAPAPiter Semnebi: "Dağlıq Qarabağa səfər etməyə hazıram, amma bunun üçün bütün tərəflərin prinsipial razılığı olmalıdır"
[b]Piter Semnebi: "Dağlıq Qarabağa səfər etməyə hazıram, amma bunun üçün bütün tərəflərin prinsipial razılığı olmalıdır"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Prinsipcə, Dağlıq Qarabağa səfər etməyə hazıram, amma bunun üçün bütün tərəflərin prinsipial razılığı olmalıdır". APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Cənubi Qafqaz üzər xüsusi nümayəndəsi Piter Semnebi söyləyib.
[O, Dağlıq Qarabağa səfərin faydalı ola biləcəyini vurğulayıb: ""Hazırda bu səfəri necə təşkil etməyi düşünürəm. Avropa İttifaqı bu münaqişənin həllində müsbət rol oynaya, tərəflər arasında münasibətlərin yaxşılaşmasına təsir göstərə bilər". Piter Semnebi hər iki ölkənin ziyalılarının Dağlıq Qarabağa ötən il etdiyi səfəri ümidverici adlandırıb: "Ümidvaram ki, gələcəkdə bu kimi təşəbbüslər tərəflər arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək". -
06-03-2008, 07:51 PMAPAAzərbaycanın xarici işlər naziri Boyden Qrey, Stiven Mənn və Metyu Brayza ilə görüşüb
[b]Azərbaycanın xarici işlər naziri Boyden Qrey, Stiven Mənn və Metyu Brayza ilə görüşüb[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey, ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənn və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşüb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycanın enerji siyasəti və enerji sahəsində Orta Asiya ölkələri ilə əməkdaşlığı, xüsusilə Azərbaycan və Türkmənistan arasında intensivləşmiş dialoqu müzakirə olunub. ABŞ nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanla yanaşı, enerji daşıyıcılarının təchizatçıları kimi Orta Asiya ölkələri ilə əməkdaşlığa önəm verdiyini, ABŞ şirkətlərinin bu əməkdaşlıqda xüsusi marağını vurğulayıb. Öz növbəsində E.Məmmədyarov Azərbaycanın enerji siyasətində diversifikasiya amilini əsas tutmaqla yanaşı, enerji tranziti marşrutlarının öz ərazisindən keçməsində də maraqlı olduğunu, bunun ölkə üçün geostrateji və iqtisadi əhəmiyyətini diqqətə çatdırıb. -
06-03-2008, 08:01 PMAPANorveçin dövlət katibi: "İnanıram ki, Azərbaycan dünya standartlarına uyğun demokratik seçkilər keçirə biləcəyini bütün dünyaya sübut edəcək"
[b]Norveçin dövlət katibi: "İnanıram ki, Azərbaycan dünya standartlarına uyğun demokratik seçkilər keçirə biləcəyini bütün dünyaya sübut edəcək"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycanla Norveç arasında çox sıx əlaqələr mövcuddur". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini, xanım Liv Monika Stabholt verib.
[O, xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini deyib. O, Azərbaycan prezidenti İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyevlə görüşü zamanı da Azərbaycanla Norveç arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıldığını bildirib. Dövlət katibi həmçinin qeyd edib ki, Norveçin "Statoil" şirkəti bundan sonra da həm boru kəmərləri layihəsində, həm də hasilat sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək və böyük layihələrə imza atacaq. Liv Monika Stabholt Azərbaycanda bu il keçiriləcək seçkilərin ölkəmiz üçün gözəl fürsət olacağını düşünür: "Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək və dünyanın gözü Azərbaycanın üzərində olacaq. Bu, ölkəniz üçün öz imkanlarını və potensialını bütün dünyaya göstərmək üçün gözəl bir fürsətdir. Azərbaycanın dünya standartlarına cavab verən seçkilər keçirəcəyini bütün dünyaya sübut edəcəyinə inanıram. Ümidvaram ki, ölkədə baş tutacaq demokratik seçkilər Azərbaycanın bundan sonrakı inkişafına təkan verəcək. -
06-03-2008, 08:11 PMAPAAzərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılır
[b]Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılır[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəd Fövqəladə Hallar Nazirliyi (FHN) üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədi ilə imzalanıb. Sərəncama görə, akademiya FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. -
06-03-2008, 08:21 PMAPAPiter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib
[b]Piter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib[b]
[APA-nın məlumatına görə, P. Semnebi iki günlük səfəri zamanı prezident, xarici işlər naziri, sənaye və energetika naziri, Mərkəzi Seçki Komissiyasının sədri, müxalifət rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və diplomatlarla görüşdüyünü bildirib. O, görüşlərdə əsas müzakirə mövzularının qarşıdakı prezident seçkiləri, Dağlıq Qarabağ münaqişəsinin həlli, KİV-in vəziyyəti və enerji məsələsi olduğunu deyib. Xüsusi nümayəndə prezident seçkilərinin önəmini vurğulayaraq bu seçkinin Azərbaycanla Avropa Birliyi arasında Fəaliyyət Planının imzalanmasından sonra keçiriləcək ilk seçki olacağına diqqət çəkib: "Biz istərdik ki, seçkilər maksimum demokratik və azad keçirilsin. Bunun üçün bizim hansı köməyi göstərə biləcəyimizi də bilmək istərdik. Normal seçki keçirilməsinin ən vacib şərtləri ədalətli seçki kampaniyasının aparılması, sərbəst toplaşma azadlığının və seçki şikayətlərinin araşdırılmasının təmin olunmasıdır". P. Semnebi KİV-lə bağlı vəziyyətin AB-nin diqqət mərkəzində olduğunu söyləyib. Enerji məsələsinə toxunan AB təmsilçisi Türkmənistan səfiri ilə görüşünü xüsusi qeyd edib: "Türkmənistanla münasibətlər enerji baxımından çox vacibdir. Avropa Birliyinin Orta Asiya üzrə nümayəndəsi Pyer Morellə birlikdə bu sahədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəyik". -
06-04-2008, 10:31 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 11.40-dan 19.40-dək ara-sıra Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini, saat 15.00-dan 15.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.10-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 23.00-dan 23.10-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 4-də saat 06.00-dan 06.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-04-2008, 10:41 AMAPABarak Obama özünü ilkin seçkilərin qalibi elan edib
[b]Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib[b]
Vaşinqton - APA. ABŞ-da prezident seçkiləri öncəsi ilkin seçkilər başa çatıb. APA-nın məlumatına görə, dünən demokratlar da seçkilərdə bu düşərgəni təmsil edəcək namizədi müəyyənləşdiriblər.
[Demokratların əsas namizədlərindən Hillari Klinton Cənubi Dakotada, Barak Obama isə Montanada keçirilən ilkin seçkilərdə qalib gəlib. Seçkilər başa çatdıqdan sonra dərhal sonra senator Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib: "Bu gün mən əminliklə deyə bilərəm ki, demokratlar məni rəsmi qaydada ABŞ prezidenti postuna namizəd irəli sürüblər. Artıq bu yarışda mənim üçün yeni mərhələ başlayıb. Bu gün biz bir tarixi mərhələnin bitməsini və yeni mərhələnin başlamasını qeyd edirik". Barak Obama ilkin seçkilər dövründə apardığı uğurlu kampaniyaya görə rəqibi Hillari Klintonu təbrik edib. ABŞ-ın sabiq "first lady"si isə öz məğlubiyyəti ilə barışmayıb. Barak Obamanı uğurlu kampaniya münasibətilə təbrik edən Hillari Klinton bildirib ki, noyabrda keçirilən seçkilərdən sonra Ağ Evdə məskunlaşmaq niyyətindədir.Qeyd edək ki, hazırda Barak Obama ümummilli qurultaya seçilmiş nümayəndələrdən 2132-nin dəstəyinə sahibdir. Onun namizədliyinin təsdiq olunması üçün 2118 nümayəndənin səsini qazanmaq lazımdır. Hillari Klinton isə 1925 səs ehtiyatına malikdir.Respublikaçılar da namizədləri Con Makkeynin prezident seçkilərində Barak Obama ilə yarışacağına əmindirlər. Luizianada seçiciləri qarşısında çıxış edən respublikaçıların namizədi Con Makkeyn seçkilərdə Barak Obamanı məğlub edəcəyini bildirib: "Obama ilk baxışdan əla təsir bağışlaya bilər. Amma Vaşinqtonda real dəyişikliklər həyata keçirməyə o deyil, mən qadirəm. Amerikalılar məni çoxdan tanıyırlar, Obama isə hələ indi-indi tanınmağa başlayıb". -
06-04-2008, 01:21 PMAPAMüsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməmək barədə qərarını dəyişməyəcək
[b]Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməmək barədə qərarını dəyişməyəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməməklə bağlı qərarında hər hansı dəyişiklik etmək fikrində deyil. Bu barədə APA-ya açıqlamasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, Seçki Məcəlləsində seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması ilə bağlı hər hansı müddəa olacağı təqdirdə, partiyanın qərarını dəyişməsi mümkün idi: "Lakin qanunda belə bir dəyişiklik edilmədiyindən biz bu məsələyə yenidən qayırmağı düşünmürük. Bununla belə, seçkiyə kimi seçki komissiyaları paritet əsaslarla formalaşdırılsa, qərarda dəyişiklik ola bilər". -
06-04-2008, 01:24 PMyeshu
İnşallah keçmişi qaranlıq Obama seçkileri qazana bilmez! :mad:

06-04-2008, 01:31 PMAPAİsveçrə səfiri: "Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur"
[b]İsveçrə səfiri: "Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur"[b]
Bakı. Turan Hüseynova - APA. Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində iş aparılır. Bu barədə APA-ya İsveçrənin Azərbaycandakı səfiri Alan Qidetti məlumat verib.
[Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Səfir hazırda ticarət dövriyyəsinin ümumi həcminin 100 milyon dollardan artıq olduğunu bildirib. İsveçrənin Azərbaycanda sement biznesinə maraq göstərdiyini deyən səfir bu sahəyə sərmayə yatırmaq istədiklərini vurğulayıb. Dövlətlərarası əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin böyük rol oynadığını deyən Alan Qidetti yaxın zamanlarda İsveçrə parlamentinin spikerinin Azərbaycana səfər edəcəyini bildirib: "Səfər zamanı İsveçrə prezidentinin mayın 10-13-də Bakıya səfəri zamanı başlanmış enerji dialoqu davam etdiriləcək". -
06-04-2008, 01:41 PMAPAAzərbaycan paytaxtında ata iki övladını qətlə yetirib
[b]Azərbaycan paytaxtında ata iki övladını qətlə yetirib[b]
Bakı - APA. Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uzun illər bağlı qalmış qətlin üstü açılıb.
[DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində məlum olub ki, 2007-ci ilin oktyabrında vəfat etmiş Bilgəh qəsəbə sakini Hüseynağa Əliyev 1992-ci ildə öz evində doğma oğlu Tapdıq Əliyevi boğaraq öldürüb. Hadisə zamanı qızları Yeganə və Birdanə Əliyevalar da onun yanında olublar. N. Əliyev qızlarının iştirakı ilə qətlə yetirdiyi oğlunu kənd qəbiristanlığındakı sərdabədə dəfn edib. Yeganə və Birdanə Əliyevalar atalarının digər qızı Təranə Əliyevanı da boğaraq qətlə yetirdiyini, eyni yerdə dəfn etdiyini bildiriblər. İyunun 3-də Təranə və Tapdıq Əliyevlərin cəsədlərinin qalıqları eksqumasiya edilib. -
06-04-2008, 01:51 PMAPAEldar Sabiroğlu: "Xalqımız iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin hansı nüfuza, hansı gücə malik olduğunu görəcək"
[b]Eldar Sabiroğlu: "Xalqımız iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin hansı nüfuza, hansı gücə malik olduğunu görəcək"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi münasibətilə Bakıda keçiriləcək hərbi paradda bütün qoşun növləri iştirak edəcək.
[APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, Müdafiə Nazirliyi hərbi parada ciddi hazırlaşır: "Xalqımız həmin gün Azərbaycan Silahlı Qüvvələrinin hansı nüfuza, gücə malik olduğunu görəcək". -
06-04-2008, 02:01 PMAPAƏli Kərimov həbs edilib
[b]Əli Kərimov həbs edilib[b]
Bakı - APA. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ 40-cı PB əməkdaşları Azər Bəndəliyevdən 0,222 qram heroin, Nərimanov RPİ əməkdaşları Xızı rayon sakini Abbas Həsənovdan 0,259 qram heroin, Nizami RPİ əməkdaşları Bakı şəhər sakinləri Amil Paşayevdən 0,038 qram, Əli Kərimovdan 0,034 qram heroin, Dəvəçi RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Emin Fərzəliyevdən 2 qram tiryək götürüblər.
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Goranboy RPŞ əməkdaşları tərəfindən isə Quşçular kənd bələdiyyəsinə məxsus 0,18 hektar sahədən yabanı halda bitmiş, çəkisi 380 kiloqram olan 1280 ədəd çətənə kolu yığılaraq məhv edilib. -
06-04-2008, 02:11 PMAPAVasili İstratov: "Azərbaycandan Rusiyaya rusların kütləvi axını müşahidə olunmur"
[b]Vasili İstratov: "Azərbaycandan Rusiyaya rusların kütləvi axını müşahidə olunmur"[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov ölkəsinin dövlət bayramı olan Rusiya Gününə həsr olunmuş mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, "Qazprom" şirkətinin Azərbaycan rəhbərliyi ilə danışıqlarını şərh edən səfir bildirib ki, şirkət Azərbaycandan Avropa qiymətləri ilə təbii qaz almaq və bununla bağlı uzunmüddətli saziş imzalamaq istəyir: "Qərarı Azərbaycan verməlidir". Rusiyanın Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb edib-etmədiyi haqda sualı cavablandıran diplomat onda belə məlumat olmadığını deyib. Azərbaycanın Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərində yaşayan Rusiya vətəndaşlarının probleminə toxunan V. İstratov hesab edir ki, bu məsələ sərt qərarlar qəbul olunmadan həllini tapmalıdır. "Soydaşların qayıdış proqramı" çərçivəsində Azərbaycandan Rusiyaya nə qədər rusun köçməsi ilə bağlı suala cavab verən səfir kütləvi axının müşahidə olunmadığını, gedənlərin sayının onlarla olduğunu söyləyib. Azərbaycanın regionlarına səfərindən danışan V. İstratovun sözlərinə görə, yaxın aylarda Gəncə, Lənkəran, Şəki və Naxçıvanda rus ədəbiyyatı mərkəzləri yaradılacaq. O, Azərbaycanda rus dilinə marağın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Televiziya kanallarının qarşılıqlı yayımı barədə danışıqların bərpa olunub-olunmadığı barədə sualı cavablandıran səfir bildirib ki, bu məsələ ilə bağlı hansısa canlanma barədə məlumata malik deyil. -
06-04-2008, 02:21 PMAPAMüdafiə Nazirliyinin rəsmisi: "Təxribat törətmək üçün sərhədi keçən erməni hərbçilərinin əməlləri Azərbaycan qanunvericiliyinə uyğun qiymətləndiriləc&
[b]Müdafiə Nazirliyinin rəsmisi: "Təxribat törətmək üçün sərhədi keçən erməni hərbçilərinin əməlləri Azərbaycan qanunvericiliyinə uyğun qiymətləndiriləcək"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Təxribat törətmək məqsədi ilə Azərbaycan ərazisinə keçən və cəbhənin Naxçıvan istiqamətində saxlanılan Ermənistan Silahlı Qüvvələrinin 4 hərbçisi Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyanla bağlı araşdırmalar davam edir. APA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat konfransında deyib ki, araşdırmalar başa çatandan sonra Müdafiə Nazirliyi mövqeyini ictimaiyyətə açıqlayacaq: "Onların fəaliyyəti Azərbaycan qanunvericiliyinə uyğun olaraq qiymətləndiriləcək". Son zamanlar Azərbaycan Ordusunun əsgərlərinin Ermənistana tərəfindən əsir götürülməsi hallarının artması barədə jurnalistlərin suallarını cavablandıran nazirlik sözçüsü deyib ki, Ermənistan tərəfdən son illərdə daha çox əsir düşən olub: "Amma ermənilər bunu KİV-də yaymırlar. Bizdən əsir düşmə hallarını Azərbaycan Ordusunun zəifliyi kimi qiymətləndirilməsi fikri ilə qətiyyən razılaşmaq olmaz. Müharibə şəraitidir, belə hallar ola bilər. Əsir düşmə hallarının düzgün qiymətləndirilməsi lazımdır". -
06-04-2008, 02:41 PMAPATarkan Bakıya səfəri zamanı beşulduzlu otellərdən birinin kral nömrəsində qalıb
[b]Tarkan Bakıya səfəri zamanı beşulduzlu otellərdən birinin kral nömrəsində qalıb[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkan ötən ay Bakıya üç günlük səfəri zamanı beşulduzlu otellərdən birinin xüsusi kral nömrəsində qalıb. APA-nın əldə etdiyi məlumata görə, Tarkan səfəri ərəfəsində təşkilatçı "SƏS Organizathion"dan bir sıra tələblərinin yerinə yetirilməsini istəyib. Belə ki, sənətçi otağına daim təzə meyvələrin gətirilməsini, bu meyvələrin hər iki saatdan bir dəyişdirilməsini, eləcə də nömrəyə viski, qırmızı çaxır, adi çay, enerji artıran bitki çayı, mineral su və adi suyun qoyulmasını istəyib. 60 nəfərlik heyətlə Bakıya gələn meqa-star otağına 10 nəfərlik yemək masası da qoydurub. Bu, onu göstərir ki, Tarkan tək yox, öz musiqiçiləri ilə birlikdə yemək yeməyə üstünlük verir. Sənətçinin sifarişləri sırasında nömrəsinə böyük bir güzgünün, dekorativ lampaların, şamların və makyaj üçün xüsusi işıqla təchiz olunmuş masanın yerləşdirilməsi də olub. O, Bakıda plov, təzə yaşıl salat, təzə pomidor, soyuq qəlyanaltı olaraq toyuq qızartması yeyib. Bir çox türkiyəli müğənninin Bakıya səfəri təşkil edən "SƏS Organizathion"ın rəhbəri Nahid Emiloğlu Tarkanın heç də kaprizli sənətçi olmadığını deyib. -
06-04-2008, 02:51 PMAPAPaytaxtda yandırılan maşınların sayı 27-yə çatıb
[b]Paytaxtda yandırılan maşınların sayı 27-yə çatıb[b]
Moskva-APA. Dünən Rusiya paytaxtında daha beş maşın yandırılıb. APA-nın məlumatına görə, naməlum şəxslər Moskvanın müxtəlif rayonlarında iki "QAZel", bir "Jiquli", "Audi" və "Hyundai" maşınlarına od vurublar.
[Bununla da son 5 gündə Moskvada yandırılan maşınların sayı 27-yə çatıb. Hələlik cinayətkarları tutmaq mümkün olmayıb. Dünən Moskva hüquq-mühafizə orqanları şahid ifadələri əsasında şübhəli şəxsin foto-robotunu hazırlaşıblar. Psixiatrlar maşınlara od vuran şəxsin psixi problemlərdən əziyyət çəkdiyini ehtimal edirlər. Ümumilikdə Moskvada maşınların yandırılması nəticəsində mülkiyyət sahiblərinə 4,5 milyon rubl ziyan dəyib. -
06-04-2008, 03:11 PMAPAAzərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədov məhkəmədə tutdurduğu qohumlarını bağışladığını bildirib
[b]Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədov məhkəmədə tutdurduğu qohumlarını bağışladığını bildirib[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə millət vəkili Əhəd Əhmədovdan şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş müxbiri Rza Pənahov, "Yeni Cümhuriyyət" qəzetinin baş redaktoru Nüsrət Rəhimov, "Mühakimə" qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar), digər təqsirləndirilənlər Zahid Muradov və Zabil Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
[APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Rauf Əliyev bildirib ki, cinayət işində ailə məsələləri olduğu üçün prosesin qapalı keçirilməsinə qərar verilib. Bundan sonra məhkəmə prosesini işıqlandıran KİV nümayəndələri zaldan çıxarılıb və proses jurnalistlərin iştirakı olmadan davam etdirilib.Əlavə edək ki, APA-nın əməkdaşı prosesdən bir gün əvvəl - iyunun 3-də Ə. Əhmədovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə gəldiyinin şahidi olub. Güman olunur ki, Ə. Əhmədov məsələnin ictimaiyyətə qapalı qalması məqsədilə hakimdən prosesin jurnalistlərin iştirakı olmadan keçirilməsini xahiş edib. Ə. Əhmədov özü də müəyyən dairələrdə prosesin qapalı keçirilməsinə çalışacağını söyləyib. Bugünkü prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib, millət vəkili tərəfindən şərləndiklərini bildiriblər. Zərərçəkmiş şəxs qismində ifadə verən millət vəkili Əhəd Əhmədov isə təqsirləndirilənləri bağışladığını deyərək, hökm çıxarılarkən onların ailə vəziyyətinin nəzərə alınmasını xahiş edib. Sonra prosesdə şahidlər dindirilib. Məhkəmə prosesi iyunun 9-da davam etdiriləcək. Qeyd edək ki, ittihamnaməyə görə, təqsirləndirilən N. Rəhimov Ə. Əhmədovun özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə ondan 1500 dollar alarkən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra Ş. Mirzəyev (Vəfadar), Ə. Əhmədovun qaynı oğlu Z. Muradov, baldızı oğlu Z. Pənahov və bacanağı R. Pənahov da həbs olunublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunurlar. -
06-04-2008, 03:21 PMAPAAzərbaycan Müdafiə Nazirliyinin sözçüsü: "Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından geri çəkilməsə, hərbi yol qaçılmazdır"
[b]Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü: "Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından geri çəkilməsə, hərbi yol qaçılmazdır"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti, əsgərlərin döyüş qabiliyyətinin səviyyəsi müharibə şəraitinə tam cavab verir. Orduda müsbət dəyişikliklər çoxdur. Bütün bunların arxasında dövlətin diqqət və qayğısı dayanır. Prezident İlham Əliyevin gündəlik fəaliyyətində Azərbaycan ordusunun inkişafı üçün görülən tədbirlər önəmli yer tutur".
[APA-nın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2003-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin büdcəsi 135 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm təxminən 10 dəfəyə qədər artırılıb: "Yüksəliş Azərbaycan ordusuna bütün istiqamətlər üzrə müsbət təsirini göstərir. Bura hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasından tutmuş, ordunun yeni və müasir silahlarla təchiz edilməsinə qədər olan bütün zəruri tədbirlər daxildir. Azərbaycan Ordusunun gücünü dost ölkələr qeyd edir, düşmənlərimiz də bunu etiraf etmək məcburiyyəti qarşısında qalırlar". E. Sabiroğlunun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalı davam edərsə, vəziyyət nəzarətdən çıxa və bölgədə arzu olunmayan şərait yarana bilər: "Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından geri çəkilməlidir. Bu, dövlətimizin rəhbərliyinin, Müdafiə Nazirliyinin və xalqın tələbidir. Əks təqdirdə, hərbi yol qaçılmazdır". MN mətbuat xidmətinin rəisi Ermənistanın atəşkəs rejimini pozmağa davam etdiyini və hər iki tərəfdən itkilər olduğunu da nəzərə çatdırıb. Onun sözlərinə görə, atəşkəsin pozulması Ağdam, Xocavənd, Tərtər, Füzuli, Gədəbəy və Tovuz istiqamətlərində intensiv şəkildə, Goranboy, Qazax, Cəbrayıl, Göygöl rayonları ərazisində isə az-az müşahidə olunur. Bu il atəşkəs rejimi ilə bağlı ATƏT tərəfindən 9 monitorinq keçirildiyini xatırladan E. Sabiroğlu iyunun 3-də Qazax rayonunun Məzəm kəndi yaxınlığında keçirilməsi nəzərdə tutulan monitorinqin baş tutmamasının səbəbini belə izah edib: "ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra köməkçiləri Qazax rayon İcra Hakimiyyətində brifinq keçiriblər. Onlara təmas xəttində baş verən hadisələr ətraflı çatdırılıb. Ancaq səhra köməkçiləri təmas xəttinə getməmək barədə qərar qəbul ediblər. Bizə məlum olan budur". -
06-04-2008, 03:31 PMAPABerlində "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib
[b]Berlində "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Almaniyanın Berlin şəhərində Konrad Adenauer Fondu, Almaniya-Azərbaycan Forumu və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Almaniya Bundestaqının rəhbərliyinin nümayəndələri və üzvləri, Konrad Adenauer Fondunun və Almaniya-Azərbaycan Forumunun rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri iştirakı ediblər. Konfransda "Azərbaycanda dini qurumların hüquqi əsasları və mövcud durumu: dinin milli və regional səviyyədə rolu" mövzusunda əsas məruzəçi kimi çıxış edən H. Orucov qeyd edib ki, Azərbaycanda islam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və iudaizm məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir. Şeyxülislam Hacı Allahşükür Paşazadə konfransda "Qafqazda islamı xarakterizə edən xüsusiyyətlərin təqdimatı və siyasət üçün əhəmiyyəti: demoqrafik inkişaf və meyllər" mövzusunda məruzə ilə çıxış edib. A. Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin rəhbərləri ilə yaxından əməkdaşlıq edir. Konfransda qeyri-islam dini icmaların nümayəndələri kimi məruzə ilə çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşein və Bakı Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov Azərbaycandakı tolerantlığın digər dövlətlər, hətta Avropa ölkələri üçün örnək olduğunu deyiblər. -
06-04-2008, 03:51 PMAPATürkiyənin "Memorial" Xəstəxanasında müayinə olunan Məmməd Nazimoğlu Azərbaycana qayıdıb
[b]Türkiyənin "Memorial" Xəstəxanasında müayinə olunan Məmməd Nazimoğlu Azərbaycana qayıdıb[b]
Bakı. Laura Cəbrayıllı - APA. Türkiyənin "Memorial" Xəstəxanasında müayinə olunan Azərbaycanın tanınmış jurnalisti Məmməd Nazimoğlu bu gün vətənə qayıdıb.
[Onunla birlikdə Türkiyədə olan türkoloq-alim Ramiz Əsgər APA-ya bildirib ki, M. Nazimoğluna üç aylıq pəhriz və müalicə kursu təyin edilib: "Məmməd müəllimin xəstəxanada ən yüksək səviyyədə tam müayinəsi və analizləri aparıldı. Qaraciyərində aşkarlanan hepatit B virusunun inkişafına qarşı həkim Yılmaz Çakaloğlu tərəfindən ciddi müalicə və istirahət kursu təyin edildi. Hələlik orqan köçürülməsini vacib saymayan həkim müalicədən sonra sentyabrda təkrar xəstəxanaya qayıtmağımızı tövsiyə etdi". Qeyd edək ki, Məmməd Nazimoğlu qaraciyərində yaranmış problemlə əlaqədar mayın 23-də İstanbula aparılıb. -
06-04-2008, 04:01 PMAPAGUAM milli koordinatorları iyunun 6-da qurumun Tiflis sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər
[b]GUAM milli koordinatorları iyunun 6-da qurumun Tiflis sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər[b]
[Bakı. Laçın Sultanova-APA. GUAM milli koordinatorlarının 11-ci iclası iyunun 6-da Tiflisdə keçiriləcək. APA-nın məlumatına görə, görüşdə cari məsələlər və əsasən təşkilatın iyulun 1-2-də Tiflisdə keçiriləcək 3-cü sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Koordinatorların görüşündə GUAM-ın baş katibi Valeri Çeçelaşvili də iştirak edəcək. -
06-04-2008, 04:11 PMAPAŞirvanda "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib
[b]Şirvanda "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib[b]
[Şirvan. Əlibəy Zeynalov-APA. Şirvanda "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan QHT-lərin Regional Resurs və Təlim Mərkəzində Beynəlxalq Ətraf Mühit günü münasibətilə "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib. Seminar-treninqdə Şirvan şəhərinin ekoloji problemlərinə bilavasitə məsuliyyət daşıyan müəssisə nümayəndələri, ekoloji problemlərlə məşğul olan QHT-lər və KİV nümayəndələri iştirak edirdilər. Tədbirin işində BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Ombudsman Elmira Süleymanova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Dünya Bankının nümayəndəsi iştirak ediblər. Seminar zamanı qlobal, texnogen və yerli xarakterli ekoloji problemlər ətrafında məhsuldar müzakirələr aparılıb. -
06-04-2008, 04:41 PMAPAİyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək
[b]İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək[b]
[Bakı. Elbrus Seyfullayev-APA. İyunun 18-də "Park İnn" otelində Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək. Bu barədə APA-ya partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı məlumat verib. Partiya sədri sayca VI olacaq qurultayda rəhbər orqanların hesabatı ilə yanaşı, təşkilatı məsələlərə də baxılacağını deyib. Onun sözlərinə görə, qurultayda həmçinin bu ilin payızında ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələyə də münasibət bildiriləcək: "Qurultay prezident seçkisinə start verildiyi müddətə təsadüf etmədiyindən, prezidentliyə namizədin irəli sürülməsi Ali Məclisə həvalə ediləcək. Biz hələ 2003-cü ildə prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürən ilk və yeganə partiya olmuşuq. Çox güman ki, bu dəfə də qurultay seçki kampaniyasına start verilən zaman İlham Əliyevin namizədliyinin irəli sürülməsini Ali Məclisə tövsiyə edəcək". Qeyd edək ki, Azərbaycan Sosial Rifah Partiyası 1994-cü ildə yaradılıb. Partiyanın yaradıcısı olan X. Kazımlı həmin vaxtdan təşkilata rəhbərlik edir. -
06-04-2008, 04:51 PMAPAAzərbaycanda yerli və Türkiyə ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulu başlayır
[b]Azərbaycanda yerli və Türkiyə ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulu başlayır[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycan ali məktəblərinin magistratura pilləsinə sənəd qəbuluna başlayır. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 5-dən 14-dək İnternet vasitəsilə aparılan sənəd qəbulu zamanı bu il ali məktəbi bitirən bakalavrlar elektron ərizələrini təhsil aldıqları ali məktəbdə, əvvəlki illərin məzunu olmuş bakalavrlar isə ali məktəblərdən birində yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirə bilərlər. Hər bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni qəbul proqramına aid olmalıdır. Müsabiqəyə təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılacaq. Komissiyadan bildirilib ki, Türkiyə universitetlərinin magistraturasına qəbul olunmaq istəyən bakalavrlar elektron ərizədə Azərbaycan ali məktəbləri ilə yanaşı, həmin ölkənin universitetlərinin magistr ixtisaslarının kodlarını da göstərməlidirlər. Türkiyə universitetlərinin magistr ixtisaslarına müsabiqə Azərbaycan ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaq. -
06-04-2008, 05:21 PMAPA"Kulturoloqların I Beynəlxalq Bakı Forumu" keçiriləcək
[b]"Kulturoloqların I Beynəlxalq Bakı Forumu" keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İyunun 6-da Muzey Mərkəzində "Kulturoloqların I Beynəlxalq Bakı Forumu" keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, forumun keçirilməsində məqsəd Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etməkdir. Forumda Fransanın, Almaniyanın, Rusiyanın, Qazaxıstanın və Gürcüstanın tanınmış alimləri iştirak edəcək. Tədbirdə qonaqlarla yanaşı yerli alimlərin məruzələri səsləndiriləcək. Forumun əsas mövzusu "Mədəniyyət siyasətinin sosial əhəmiyyəti"dir. Qeyd olunan mövzu çərçivəsində mədəniyyətin sosial təzahür formaları, mədəniyyətin siyasi potensialları, cəmiyyətin mütərəqqi qüvvələrinin səfərbər olunmasında mədəniyyətin rolu və bu kimi məsələlər müzakirə olunacaq. -
06-04-2008, 05:31 PMAPAErmənistan hərbi birləşmələrinin soyqırımına məruz qalan Xocalı sakinləri Robert Köçəryanı Avropa Məhkəməsinə verəcəklər
[b]Ermənistan hərbi birləşmələrinin soyqırımına məruz qalan Xocalı sakinləri Robert Köçəryanı Avropa Məhkəməsinə verəcəklər[b]
Bakı. Ramil Məmmədli - APA. Ermənistan hərbi birləşmələri tərəfindən soyqırımına məruz qalan Xocalı sakinləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı məhkəməyə verəcək.
[Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçmiş üzvü, tədqiqatçı Aygün Həsənoğlu APA-ya bildirib ki, artıq bununla bağlı Xocalıda erməni təcavüzünə məruz qalan yüzədək azərbaycanlının vəkalətnaməsi toplanıb: "Proses bir aya bitəcək. Təhlükəsizlik baxımdan adının açıqlanması məqsədəuyğun hesab olunmayan Türkiyədə fəaliyyət göstərən beynəlxalq təşkilatın köməyi ilə iddia Avropa İnsan Haqları Məhkəməsinə təqdim ediləcək. İddiada insanların kütləvi halda qətlə yetirilməsi, fərdi və kütləvi işgəncə halları və ən əsası soyqırımı faktı əksini tapacaq. Robert Köçəryanla yanaşı, soyqırımının törədilməsində iştirak etmiş bütün şəxslərə qarşı da iddia qaldırılacaq". O, məsələyə Xocalı Soyqırımını Tanıtma Cəmiyyəti, Erməni Terroru ilə Mübarizə İttifaqı və "Xəzər" Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən dəstək verildiyini də deyib: "Əgər Avropa Məhkəməsi ədalətsiz qərar verərsə, digər beynəlxalq məhkəmə instansiyalarına şikayət edəcəyik. Prosesi sona qədər davam etdirməkdə israrlıyıq. Hesab edirik ki, təqdim edəcəyimiz faktlar beynəlxalq məhkəmə instansiyalarının ədalətli qərar verməsi üçün yetərli olacaq". -
06-04-2008, 05:51 PMAPAOmbudsman Elmira Süleymanova Yaponiyada "Dinlər uşaqlar naminə" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib
[b]Ombudsman Elmira Süleymanova Yaponiyada "Dinlər uşaqlar naminə" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib[b]
[Şirvan-APA. Əlibəy Zeynalov. Yaponiyanın Xirosima şəhərində "Dinlər uşaqlar naminə" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Ombudsmanı Elmira Süleymanova da iştirak edib. Ombudsman APA-nın Mil-Muğan bürosunun əməkdaşına açıqlamasında bildirib ki, tədbirin təşkilatçısı Yaponiyanın "Oriqato" Fondu olub, toplantıda YUNESCO və YUNİSEF-in nümayəndələri də iştirak ediblər. E. Süleymanovanın sözlərinə görə, konfransda əsasən uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiəsi barədə müzakirələr aparılıb. 30-dan çox ölkədən 300 nümayəndənin iştirak etdiyi konfransın devizi Cəlalləddin Ruminin "Mən uşaqsız dünyadan qorxuram" sözləri olub. E. Süleymanova deyib ki, o və Azərbaycanı konfransda təmsil edən digər şəxslər 20 illik erməni təcavüzünün ölkəmizə vurduğu ziyan barədə ətraflı məlumat veriblər: "Konfransda Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məsələlərə də toxunuldu. Biz orda sərgi də təşkil etdik. Ermənilər sərgilərində Şuşanın şəkillərindən öz məqsədləri üçün də istifadə etmişdilər. Lakin Azərbaycandan olan iştirakçılar sərgidə Şuşanın daha böyük şəkillərini nümayiş etdirdilər". -
06-04-2008, 06:01 PMAPAFəxriyyə Xələfovanın adını daşıyan ətir istehsal olunacaq
[b]Fəxriyyə Xələfovanın adını daşıyan ətir istehsal olunacaq[b]
Bakı. Ülkər Qasımova - APA. Əmədkar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın adını daşıyan ətir istehsal olunacaq.
[APA-nın məlumatına görə, bu barədə məlumat verən Fəxriyyə Xələfova hazırda bununla bağlı danışıqlar getdiyini bildirib: "Bu fikir məndə uzun müddətdir ki, var. Ancaq ideyanı həyata keçirmək üçün bir sıra problemlər mövcud idi. İndi artıq bunun vaxtı gəlib çatıb. Yaxın vaxtlarda mənim adımı daşıyan ətir istehsal olunacaq". -
06-04-2008, 06:11 PMAPA"Erməni sindromu" adlı kitabın təqdimatı keçirilib
[b]"Erməni sindromu" adlı kitabın təqdimatı keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün yazıçı-tədqiqatçı Aygün Həsənoğlunun "Erməni sindromu" adlı kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanov bildirib ki, indiyədək ermənilərin Azərbaycana qarşı təcavüzündən bəhs edən əsərlərin böyük əksəriyyəti emosiyalar əsasında yazılıb, son illərdə isə bu tip əsərlər öz yerini konkret faktlara əsaslanan materiallara verməkdədir və A. Həsənoğlunun müəllifi olduğu "Erməni sindromu" adlı kitab da bu tip nəşrlərdəndir: "Bu cür kitablar gələcək nəsilləri unutqanlıq xəstəliyindən uzaqlaşdırmağa kömək edəcək və həqiqətin üzə çıxmasına yardım olacaq". A. Həsənoğlu isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında çalışdığı dövrdə erməni vəhşiliyinə məruz qalan insanlarla təmasda olduğunu söyləyib: "Bundan başqa, komissiyanın arxivində işləmək imkanı əldə etdim. "Erməni sindromu"nda qeyd olunan əksər faktlar həmin arxivin materiallarıdır".