[b]Azərbaycan sülhməramlılarının Kosovodan geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın Kosovoda sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərinin geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir.
Bu barədə APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, Kosovodan geri qayıdacaq hərbçilərin daha sonra hansı ölkələrdə sülhyaratma əməliyyatlarında iştirak edəcəkləri hələ məlum deyil. Nazirlik təmsilçisi bununla bağlı sülhməramlılar Azərbaycana qayıdandan sonra qərar veriləcəyini deyib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı Türkiyə taborunun tərkibində 1999-cu ildən Kosovonun Draqaş bölgəsində sülhyaratma missiyasını həyata keçirib. Azərbaycan taqımının xidməti ərazisinə 18 yaşayış məntəqəsi daxil olub. Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə əlaqədar Milli Məclis martın 4-də sülhməramlıların Kosovodan geri çağırılması haqqında qərar qəbul edib.
4610 sonuçtan 761 ile 770 arası

03-30-2008, 03:36 PM #761Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
[b]Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək[b]
Bakı. Laura Cəbrayıllı - APA. Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə APA-ya AMEA-dan məlumat verilib. Konfransda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən məruzələr dinləniləcək, xidmətlərindən söhbət açılacaq.

03-30-2008, 03:46 PM #762Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan sülhməramlılarının Kosovodan geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir

03-30-2008, 04:01 PM #763Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bahar Muradova: "Minsk Qrupunun həmsədrləri təcavüzü törədənlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymamalıdır"
[b]Bahar Muradova: "Minsk Qrupunun həmsədrləri təcavüzü törədənlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymamalıdır"[b]
Bakı. Ramil Məmmədli-APA. "ATƏT-in Minsk Qrupunun həmsədrləri təcavüzü törədənlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymamalıdır". APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, həmsədr ölkələrin dəyişdirilməsi ilə bağlı ictimai təşkilatların mövqeyini anlamaq başa düşüləndir. B. Muradova Minsk Qrupunun münaqişənin həllindəki vasitəçilik missiyasını da tənqid edib: "Minsk Qrupu öz vasitəçilik missiyasını həyata keçirsə də, təəssüf ki, bu missiya istənilən nəticəni verə bilmir. Çünki bu günə qədər tərəfləri razılaşdıran variant ortaya qoyulmayıb. Bu durum həmsədrlərin fəaliyyəti ilə yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyindən qaynaqlanır. Digər tərəfdən də həmsədrlər tərəflərin mövqelərini balanslaşdırmağa səy göstərməməlidir. Təəssüf ki, BMT-nin işğal faktı ilə bağlı son qətnaməsinin müzakirəsi də göstərdi ki, həmsədrlərin mövqeyi münaqişənin həllinin uzanmasına gətirib çıxarır. Minsk Qrupu bu qətnamənin qəbulu zamanı ən azı bitərəf qala bilərdi".

03-30-2008, 04:11 PM #764Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ-ın BMT-dəki keçmiş səfiri: "BMT Azərbaycanda baş vermiş soyqırımlara görə hərbi tribunalın təşkili üçün siyasi iradə nümayiş etdirməlidir"
[b]ABŞ-ın BMT-dəki keçmiş səfiri: "BMT Azərbaycanda baş vermiş soyqırımlara görə hərbi tribunalın təşkili üçün siyasi iradə nümayiş etdirməlidir"[b]
Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanda baş verən soyqırım aktlarına görə hərbi tribunalın təşkil edilməsi üçün BMT güclü siyasi iradə nümayiş etdirməlidir". Bunu Bakıda səfərdə olan ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı keçmiş səfiri Sichan Siv deyib.
O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktları BMT tərəfindən pislənilməlidir: "Ermənistanın Azərbaycana təcavüzü baş verməməli idi. Ümumiyyətlə, belə hadisələr qınanmalı və mühakimə edilməlidir. BMT mürəkkəb təşkilatdır. Təşkilatın hər bir üzvü baş verənlərə qiymət verməlidir ki, soyqırıma görə hərbi tribunal təşkil edilsin". Keçmiş səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinə münasibət bildirməyib. O, ailə üzvlərinin soyqırıma məruz qaldığını da açıqlayıb: "Azərbaycandakı soyqırım hadisələrinə dair baxdığım filmdə deyilir ki, "qətllər törədilirdi, amma dünya bunu izləyirdi". Vaxtilə yaşadığım Kambocada da eyni vəziyyət baş vermişdi. İnsanları öldürürdülər, dünya isə sakitcə izləyirdi. O vaxt yalnız 5 ölkə bunu pisləmişdi. Ümid edirəm ki, gələcəkdə beynəlxalq aləm belə hadisələrin qarşısını vaxtında ala biləcək".

03-30-2008, 05:26 PM #765Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müsavat Partiyası 31 mart soyqırımının ildönümü münasibətilə tədbir keçirib
[b]Müsavat Partiyası 31 mart soyqırımının ildönümü münasibətilə tədbir keçirib[b]
Bakı. Elnur Məmmədli - APA. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Müsavat Partiyasının qərargahında anım tədbiri keçirilib. APA-nın məlumatına görə, partiyanın başqanı İsa Qəmbər öz çıxışında bu qətliamın erməni və bolşeviklərin birgə törətdiyi cinayət hadisəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, bu hadisəyə düzgün yanaşmanı Məmməd Əmin Rəsulzadə öz əsərlərində göstərib. İ. Qəmbərin fikrincə, bu soyqırımı faktı Azərbaycan ictimaiyyətinin şüurunda geniş yayılmayıb: "Bu kimi hadisələrin gələcəkdə də təkrarlanmamağı üçün faktın araşdırılması mütəxəssislərin əsas vəzifəsidir". Tarix elmlər namizədi Məryəm Oruclu 31 mart soyqırımının ermənilərin əsrlər boyu həyata keçirdiyi qətliamların davamı olduğunu deyib. Onun sözlərinə görə, hadisə zamanı minlərlə Azərbaycan türkü qətlə yetirilib, etnik təmizləmə həyata keçirilib. Müsavat başqanını müavini, professor Qabil Hüseynli ermənilərin həyata keçirdiyi soyqırımı prosesinin uzun bir dövrü əhatə etdiyini deyib. Onun sözlərinə görə, bu proses Qars və İqdırdan başlayıb, Urmiya, İrəvan, Bakı, Quba, Neftçala və digər ərazilərdə davam edib. Natiq həyata keçirilən soyqırımı faktının böyük bir ərazini əhatə etdiyini və hadisə nəticəsində ümumilikdə 1,5 milyona qədər türkün qətlə yetirildiyini deyib. Müsavat Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ermənilərin türklər tərəfindən soyqırımına məruz qalması ilə bağlı yalançı təbliğat apardığını və müəyyən nəticələr əldə etdiklərini bildirib. O, hadisənin mahiyyətinin Azərbaycan və beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının vacib olduğunu qeyd edib.

03-30-2008, 05:31 PM #766Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dünyanın bir sıra ölkələrində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçiriləcək
[b]Dünyanın bir sıra ölkələrində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçiriləcək[b]
Bakı.Ülviyyə Əliyeva-APA. 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək. Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin APA-ya verdiyi məlumata görə, martın 31-də bu ölkə KİV-də soyqırımına həsr olunmuş yazılar dərc olunacaq, Küveytin xarici işlər naziri başda olmaqla, dövlət rəsmiləri və diaspora nümayəndələri ilə görüşlər təşkil olunacaq. Azərbaycanın İordaniyadakı səfirliyində isə martın 31-də bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə İordaniyanın siyasi-ictimai həyatında aktiv iştirak edən ziyalılarla yanaşı, bu ölkənin universitetlərində oxuyan tələbələr də iştirak edəcək. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, sabah səfir Namiq Əliyev və bir qrup azərbaycanlı Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edəcək. Marneulidəki Azərbaycan Mədəniyyət Mərkəzində soyqırımı ilə bağlı fotosərgi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən isə bildirilib ki sabah bu ölkədəki dövlət qurumları və diplomatik nümayəndəliklərə, KİV-ə soyqırımı faktları ilə bağlı məlumatlar göndəriləcək.

03-30-2008, 05:36 PM #767Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elmira Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək
[b]Elmira Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova martın 31-dən aprelin 4-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, E. Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək. MDB Parlamentlərarası Assambleyasının aprelin 3-4-də keçiriləcək tədbirləri çərçivəsində E. Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman" adlı çoxcildlik tədqiqatının rus dilində çapdan çıxmış I və II cildlərinin təqdimat mərasimi də olacaq.

03-30-2008, 05:41 PM #768Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Məhkəmə Hacı Məmmədovun həbsdə olan yeznəsinin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib
[b]Məhkəmə Hacı Məmmədovun həbsdə olan yeznəsinin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə ağır cinayətlərdə ittiham olunan Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bacısının əri Xosrov Cavadovun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunması ilə bağlı apellyasiya şikayətinə baxılıb.
X. Cavadovun vəkili İsaxan Aşurovun APA-ya verdiyi məlumata görə, proses X. Cavadovun iştirakı olmadan keçirilib. Məhkəmədə X. Cavadovun şikayəti təmin olunub və onun vaxtından əvvəl azad olunmasına qərar verilib. Qeyd edək ki, X. Cavadov qanunsuz silah saxlamaqda ittiham olunaraq 2005-ci ildə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasının başa çatmasına 5 ay 12 gün qalırdı.

03-31-2008, 11:21 AM #769Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Dövlət Filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub
[b]Azərbaycan prezidenti Dövlət Filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dövlət Filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə filarmoniyanın yerləşdiyi bağa gəliblər. Bakının ilk yaşıllıq zolaqlarından olan bu bağın əsası 1830-cu ildə qoyulub, 1859-cu ildə ərazisi genişləndirilib. Prezident İ. Əliyevə məlumat verilib ki, burada bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar da aparılır. Ərazidə İçərişəhərin ikinci qala divarı və qala qapısı aşkar olunub. Mütəxəssislərin fikrincə, buna əsasən dəniz sularının altında qalan Səbayel qalasının İçərişəhərlə bağlı olması ehtimalı istisna edilmir. Dövlət başçısına burada qədim su quyularının aşkar olunması barədə də məlumat verilib, onların bərpa edilərək, bulaq kompleksi kimi əhalinin istifadəsinə veriləcəyi bildirilib.Prezident İ. Əliyev və xanımı İçərişəhərin keçmişini əks etdirən fotoşəkillə, qazıntılar zamanı tapılmış mədəniyyət nümunələri ilə tanış olublar. Prezident bərpa və yenidənqurma işlərinin keyfiyyətlə görülməsi, maddi-mədəniyyət abidələrini diqqətlə bərpa edilməsi barədə tapşırıq verib.Sonra dövlət başçısı və xanımı dənizkənarı Milli Parka gəliblər. Prezidentin sərəncamı ilə burada geniş abadlıq və yenidənqurma işlərinə başlanıb.Dənizkənarı bulvar kimi tanınan parkın əsası 1909-cu ildə qoyulub, sonralar hər iki istiqamətdə genişləndirilib. 1970-ci illərdə, Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma tədbirləri geniş vüsət alanda dənizkənarı bulvarda da xeyli iş görülüb. 1998-ci il dekabrın 29-da prezident Heydər Əliyevin sərəncamı ilə bulvara Milli Park statusu verilib. Hazırda parkın uzunluğu 3 kilometr, sahəsi 70 hektardır.Prezident İ. Əliyevə məlumat verilib ki, parkda yeni çəmənliklər salınacaq, müxtəlif çeşidli gül kolları əkiləcək, ən müasir standartlara cavab verən yeni attraksionlar quraşdırılacaq. Dövlət başçısı parkda abadlaşdırma və yenidənqurma işlərinin yüksək keyfiyyətlə görülməsi ilə bağlı tapşırıqlarını verib.

03-31-2008, 11:26 AM #770Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Füzuli rayonunda su kanalından xeyli sayda hərbi sursat aşkarlanıb
[b]Azərbaycanın Füzuli rayonunda su kanalından xeyli sayda hərbi sursat aşkarlanıb[b]
Füzuli. Teymur Zahidoğlu-APA. Bu gün Füzuli rayonun Kərimbəyli kəndi yaxınlığında Baş Mil kanalından xeyli sayda hərbi sursat aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Kərimbəyli kənd sakini Soltan Məmmədov kanalın içindən xeyli sayda partlamamış tank və top mərmiləri tapıb. Daha sonra isə o, bununla əlaqədar ANAMA-ya məlumat verib. ANAMA-nın mütəxəssislərinin "Azərsu" SC-yə müraciətindən sonra kanalda su dayandırılıb və əraziyə baxış keçirilib. Mütəxəssislər daha bir neçə yerdə partlamamış hərbi sursat aşkarlayıblar və belə qənaətə gəliblər ki, kanal, həmçinin ətraf əraziləri çirkləndirilib, ərazidə xeyli saytda hərbi sursat olması ehtimal edilib. Onlar bunun 1993-94-cü illərdə ərazi düşmən işğalında olarkən atıldığını da güman ediblər. Ərazinin təmizlənməsi üçün ANAMA tərəfindən müasir avadanlıq cəlb edilib. Qurumdan onu da bildiriblər ki, tam təmizləmə işləri payızda kənd təsərrüfatında suya daha az ehtiyac olduğu vaxtda aparılacaq. Həmin vaxt kanalda su axını dayandırılaraq, təmizlənmə işləri görüləcək.İlkin mərhələdə isə kanalın yaşayış məntəqələrinə yaxın əraziləri və körpülərin altı təmizlənəcək.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bu barədə APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, Kosovodan geri qayıdacaq hərbçilərin daha sonra hansı ölkələrdə sülhyaratma əməliyyatlarında iştirak edəcəkləri hələ məlum deyil. Nazirlik təmsilçisi bununla bağlı sülhməramlılar Azərbaycana qayıdandan sonra qərar veriləcəyini deyib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı Türkiyə taborunun tərkibində 1999-cu ildən Kosovonun Draqaş bölgəsində sülhyaratma missiyasını həyata keçirib. Azərbaycan taqımının xidməti ərazisinə 18 yaşayış məntəqəsi daxil olub. Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə əlaqədar Milli Məclis martın 4-də sülhməramlıların Kosovodan geri çağırılması haqqında qərar qəbul edib.

Yer imleri