[b]Daha bir amerikalı konqresmen Azərbaycan üzrə işçi qrupuna daxil olub[b]
Bakı. Laçın Sultanova - APA. ABŞ Nümayəndələr palatasına Nyu-York ştatından üzv seçilmiş demokrat-konqresmen Edalfus Tauns Azərbaycan üzrə işçi qrupuna qoşulduğunu bəyan edib.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 37 nəfərə çatıb.
4610 sonuçtan 841 ile 850 arası

04-01-2008, 07:36 PM #841Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Estoniya parlamentinin vitse-spikeri: "Azərbaycanda siyasi məhbuslarla bağlı dair xüsusi müzakirəçinin təyin olunmasına prezident seçkilərindən sonra baxıla bilər"
[b]Estoniya parlamentinin vitse-spikeri: "Azərbaycanda siyasi məhbuslarla bağlı dair xüsusi müzakirəçinin təyin olunmasına prezident seçkilərindən sonra baxıla bilər"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanda siyasi məhbus məsələsinə dair xüsusi məruzəçinin yaxın zamanlarda təyin olunacağı gözlənilmir. APA-nın məlumatına görə, Bakıda keçirdiyi mətbuat konfransında Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland bildirib ki, hazırda bu istiqamətdə müzakirələr davam edir: "Avropa Şurası seçkilər zamanı heç bir ölkənin daxili siyasətinə qarışmaq istəmədiyindən, məruzəçinin təyin olunması ilə prezident seçkilərindən sonra məşğul olacaq. Bu məsələyə dair xüsusi monitorinqin də prezident seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur".

04-01-2008, 07:41 PM #842Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Daha bir amerikalı konqresmen Azərbaycan üzrə işçi qrupuna daxil olub

04-01-2008, 07:56 PM #843Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Akif İslamzadə "Sevgili canan"a klip çəkdirəcək
[b]Akif İslamzadə "Sevgili canan"a klip çəkdirəcək[b]
Bakı. Ülkər Qasımova - APA. Akif İslamzadənin vaxtilə ifa etdiyi "Sevgili canan" mahnısına klip çəkiləcək. Bu barədə APA-ya məlumat verən Akif İslamzadənin sözlərinə görə, hazırda layihənin həyata keçirilməsinə hazırlıq gedir: "Klipdə ifa etdiyim "Sevgili canan" mahnısı səsləndiriləcək. Ancaq mən bu klipdə mahnı ifaçısı kimi yox, sadəcə, bir obraz iştirakçısı kimi çıxış edəcəyəm". A. İslamzadə deyib ki, klipin süjet xətti yaradıcı heyət tərəfindən hazırlanacaq. O, klipin peşəkar rejissor tərəfindən çəkilməsini arzuladığını deyib. Qeyd edək ki, "Sevgili canan" mahnısının sözləri böyük şairimiz Nizami Gəncəviyə, musiqisi isə dahi bəstəkar Üzeyir Hacıbəyova məxsusdur.

04-01-2008, 08:01 PM #844Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti İlham Əliyev Ənvər Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti İlham Əliyev Ənvər Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Ənvər Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ə. Əliyev Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə təltif olunub.

04-01-2008, 08:06 PM #845Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AŞ PA Monitorinq Komitəsinin apreldə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq
[b]AŞ PA Monitorinq Komitəsinin apreldə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq[b]
Bakı. Turan Hüseynova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin apreldə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O, AŞ PA-nın yay sessiyasında da Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarılacağını deyib: "Burada qeyri-adi heç nə yoxdur, ənənəvi müzakirələrdir". Azərbaycanda jurnalistlərin aclıq aksiyası keçirməsinə münasibət bildirən S. Seyidov qanunun aliliyinin hər şeydən üstün olduğunu söyləyib: "Bu məsələdə jurnalistlərə ayrıca yanaşmaq olmaz".

04-01-2008, 08:16 PM #846Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın sabiq səhiyyə naziri aclıq aksiyasına başlayacaq
[b]Azərbaycanın sabiq səhiyyə naziri aclıq aksiyasına başlayacaq[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün hüquq müdafiəçiləri Səidə Qocamanlı və Səadət Bənənyarlı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayevlə görüşüblər. Bu barədə APA-ya məlumat verən S. Qocamanlı bildirib ki, 8 gündür aclıq aksiyası keçirən jurnalistin səhhəti hələlik normaldır. O, E. Fətullayevin həkim nəzarətində saxlandığını söyləyib: "Eynulla Fətullayev arıqlayıb, hələlik səhhətində ciddi problem yoxdur. Ancaq aclığın 10-cu günündən sonra fəsadlar ortaya çıxa bilər. Buna görə qərara aldıq ki, həftənin cümə günü yenidən ona baş çəkək". Hüquq müdafiəçiləri daha sonra 13 saylı Cəzaçəkmə Müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanovla görüşüblər. Sabiq nazir jurnalistlərin aclıq aksiyasına dəstək məqsədi ilə aprelin 3-dən aclığa başlayacağını, bununla bağlı sabah müəssisə rəhbərliyinə müraciət edəcəyini söyləyib.

04-02-2008, 11:01 AM #847Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MSK təmsilçisi Monteneqroda prezident seçkilərini müşahidə edəcək
[b]MSK təmsilçisi Monteneqroda prezident seçkilərini müşahidə edəcək[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Monteneqroda aprelin 6-da keçiriləcək prezident seçkilərini izləmək üçün bu ölkəyə səfər edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurum təmsilçisi bu prosesdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasında tərkibində iştirak edəcək. Müşahidə missiyası aprelin 9-na qədər Monteneqroda olacaq. Qeyd edək ki, Azərbaycan 2000-ci ildən etibarən ATƏT-in Seçki Müşahidə Missiyalarının tərkibində müxtəlif ölkələrdə keçirilən seçkiləri müşahidə edir.

04-02-2008, 11:11 AM #848Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AMİP-in növbədənkənar qurultayı aprelin 20-də keçiriləcək
[b]AMİP-in növbədənkənar qurultayı aprelin 20-də keçiriləcək[b]
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar qurultayı aprelin 20-də keçiriləcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, bu qərar AMİP-in Siyasi Şurasının iclasında qəbul edilib.
Qurultayın keçirilməsi üçün yer ayrılması məqsədi ilə bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Ə. Orucovun sözlərinə görə, qurultayda partiyanın yeni sədri, Siyasi Şurası, Mərkəzi İntizam Komissiyası və digər seçkili orqanları formalaşacaq, bu il keçiriləcək prezident seçkiləri ilə bağlı qərar veriləcək. O, partiya sədrliyinə seçkilərin gizli səsvermə ilə keçiriləcəyini bildirib. Ə. Orucov hələlik iki nəfərin öz iddiasını irəli sürdüyünü və Siyasi Şuranın iclasında digər iddialıların ortaya çıxmadığını bildirib. AMİP lideri Etibar Məmmədovun yenidən sədrliyə qayıtması ilə bağlı ehtimallara gəldikdə, Ə. Orucov bunun mümkün olmadığını bildirib.

04-02-2008, 11:16 AM #849Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən 15 il ötür
[b]Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən 15 il ötür[b]
Bakı. Cavid Cabbaroğlu - APA. Bu gün Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür. APA-nın məlumatına görə, 1993-cü il martın 27-də Ermənistan hərbi birləşmələrinin başladığı genişmiqyaslı hücum Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.
İşğal nəticəsində 55 hərbçi və 250-yə yaxın mülki şəxs şəhid olub, 321 nəfər əsir və girov götürülüb. İşğal nəticəsində 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, bu ərazilərdə olan 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana dağıdılıb, 52 min soydaşımız məcburi köçkün düşüb. Hazırda Kəlbəcər rayonunun 2.185 kvadrat kilometr ərazisi hələ də Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəlbəcərin işğalı nəticəsində Azərbaycan büdcəsinə 703,5 milyard manat ziyan dəyib.

04-02-2008, 11:21 AM #850Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BMT baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciət edib
[b]BMT baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Ən azı 68 ölkədə minaların mövcudluğu milyonlarla qadın, kişi, oğlan və qızın ölüm, əlsiz, ayaqsız qalmaq və ya digər yaşayış vasitələrindən məhrum olmaq qorxusu altında yaşamasına səbəb olur. Bu, insanların işə və ya məktəbə rahat getməsini, kənd təsərrüfatı ilə məşğul olmasını və bazarlara gedişini məhdudlaşdırır".
Bu fikirlər BMT baş katibi Pan Gi Munun 4 aprel - Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciətində qeyd olunub. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, 2007-ci ildə partlayıcı qurğulardan 6000 şəxs zərər çəkib, bu rəqəm əvvəlki illərdə olan göstəricilərdən az fərqlənir. Hər il dünyada 100 kv.km-dən çox ərazi minalardan təmizlənir və 7 milyondan çox insana minalanmış ərazilərdə təhlükədən necə müdafiə olunmaq öyrədilir: "Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü xatırladır ki, minalardan və müharibədən sonra qalan partlayıcı qurğulardan zərər çəkmiş şəxslər həyatları boyu yoxsulluq və ayrı-seçkilik, uyğun səhiyyənin və ya reabilitasiya xidmətlərinin olmamağı kimi problemlərlə qarşılaşa bilərlər. Üzv dövlətlər vətəndaş cəmiyyəti və BMT bu insanlara öz hüquqlarından istifadə və öz cəmiyyətlərində istehsalatda fəal iştirak etməyə imkan yaradan hüquqi, sosial və iqtisadi şəraiti təmin etməyə çalışmalıdır". Baş katib bütün tərksilah, minalar, müharibədən sonrakı partlayıcı qurğular və bu qurğuların dağıdıcı effekti üzrə humanitar və humanitar hüquq beynəlxalq sənədləri ratifikasiya etməmiş ölkələrə müraciət edərək bildirib ki, bu sənədlərin geniş ratifikasiyası və onların tam həyata keçirilməsi vasitəsi ilə beynəlxalq icma yeni bədbəxt hadisə və insan ölümlərinin qarşısını ala, ziyan çəkmiş şəxslər və onların ailələrinin hüquqlarının tam həyata keçirilməsinə nail ola bilər.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 37 nəfərə çatıb.

Yer imleri