[b]İbrahim Bürhanov: "Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstana qayıdacağını düşünürəm"[b]
Bakı. Elbrus Seyfullayev-APA. "Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstandakı yurd-yuvasına qayıdacağını düşünürəm. Onlar könüllü olaraq yurd-yuvalarına qayıtmaq istəyir". Bu açıqlamanı APA-ya Ahısxa türklərinin "Vətən" cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri İbrahim Bürhanov bildirib. Gürcüstanda "Repatriasiya haqqında" qanun qüvvəyə minəndən bu günə kimi Azərbaycanda yaşayan yalnız 31 ailənin Axalkələk bölgəsinə köçdüyünü xatırladan İ. Bürhanov hazırda bu prosesin müəyyən qədər ləng getdiyini deyib. Ahısxa türklərinə doğma torpaqlarına qayıtmaq üçün Gürcüstanın Qaçqınların Məskunlaşması üzrə Dövlət Nazirliyi tərəfindən statusun verildiyini deyən təşkilat sədri bununla bağlı müəyyən prosedur qaydaların mövcud olduğunu bildirib: "Gürcüstana qayıtmaq istəyən şəxs ərizəsini gürcü dilində yazmalı, anketdəki suallara gürcü dilində cavab verməlidir. Bu da müəyyən çətinliklər yaradır".
4610 sonuçtan 881 ile 890 arası

04-02-2008, 07:01 PM #881Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Oqtay Əsədov Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
[b]Oqtay Əsədov Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, spiker Estoniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib: "Parlamentlər səviyyəsində münasibətlər dərinləşməkdədir və bu təqdirəlayiqdir. İqtisadi, siyasi sahədə əlaqələr mədəni sahədə də əməkdaşlığa geniş imkanlar açır. Azərbaycan mədəniyyəti günlərinin Estoniyada müvəffəqiyyətlə keçirilməsi buna əyani sübutdur. Kristina Ojuland Estoniyanın müstəqil Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini deyib: "Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da genişlənməsinə xidmət edir".

04-02-2008, 07:06 PM #882Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İbrahim Bürhanov: "Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstana qayıdacağını düşünürəm"

04-02-2008, 07:11 PM #883Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dağlıq Qarabağ müharibəsində itkin düşənlərin sümük qalıqlarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycanla BQXK arasında saziş imzalanacaq
[b]Dağlıq Qarabağ müharibəsində itkin düşənlərin sümük qalıqlarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycanla BQXK arasında saziş imzalanacaq[b]
Bakı. Ramil Məmmədli-APA. Dağlıq Qarabağ müharibəsində itkin düşən vətəndaşların sümük qalıqlarının müəyyənləşdirilməsi məqsədilə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında saziş imzalanacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə komissiyanın katibi Şahin Sailov məlumat verib. Onun sözlərinə görə, bu işlər "Antimorte" adlanan layihə çərçivəsində həyata keçiriləcək. İki il öncə BQXK Azərbaycan Xarici İşlər Nazirliyinə, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasına və Prezidentin İcra Aparatına itkinlərin axtarışı ilə bağlı proqram təqdim edib. Layihə Azərbaycan tərəfindən öyrənilib və hissə-hissə araşdırılıb. Ş. Şailov layihənin münaqişədən əziyyət çəkən tərəf kimi Azərbaycan üçün əhəmiyyətli olduğunu deyib: "Layihəyə əsasən, sülh dövründə döyüş aparılan ərazilərdə insan qalıqları aşkar edilərsə, onların eksqumasiyası və identifikasiyası aparılacaq. Tapılan sümük qalıqlarının eksqumasiyası ilə əldə olunan məlumatlar uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək olacaq".

04-02-2008, 07:16 PM #884Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Gürcüstanda itmiş iki İrəvan sakininin adını da Azərbaycanda əsir və girov düşmüşlərin siyahısına salıb
[b]Ermənistan Gürcüstanda itmiş iki İrəvan sakininin adını da Azərbaycanda əsir və girov düşmüşlərin siyahısına salıb[b]
Bakı. Ramil Məmmədli - APA. "Ermənistan Azərbaycanda 414 əsir və girovunun olması haqda uydurma rəqəmlər səsləndirib. Hətta Gürcüstanda itmiş iki İrəvan sakininin adı da həmin siyahıya salınıb". APA-nın məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov deyib ki, Azərbaycan 2007-ci ilin iyununda Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Plaetvoetə əsir və girovlarla bağlı bütün sənədləri təqdim edib. Beynəlxalq təşkilatlar isə hələ də bu məsələ ilə bağlı ciddi addımlar atmır. O, bu sənədlərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edildiyini də deyib: "Ötən əsrin 90-cı illərinin əvvəllərində, müharibənin gərgin dövrlərində bu təşkilatın Ermənistanda olan nümayəndələri azərbaycanlı əsir və girovlar haqqında məlumatlar toplayıblar. Onların baş çəkdiyi, gördüyü insanlar haqda məlumatlar bizə də təqdim edildi. Sonradan həmin insanları onlardan tələb edəndə, Ermənistan tərəfi həmin azərbaycanlıları görmədiklərini söyləyib. Ermənilər həmin siyahıdan olan dörd nəfərin ölməsi haqda məlumatı təsdiqləsələr də, sonradan bundan imtina etdilər".

04-03-2008, 11:46 AM #885Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İsrail uydurma "erməni soyqırımı"nı tanısa, Azərbaycan parlamentinə Fələstinə qarşı aparılan soyqırım siyasəti ilə bağlı sənəd təq
[b]İsrail uydurma "erməni soyqırımı"nı tanısa, Azərbaycan parlamentinə Fələstinə qarşı aparılan soyqırım siyasəti ilə bağlı sənəd təqdim ediləcək[b]
Bakı. Ramil Məmmədli - APA. "İsrailin 1967-ci ildən indiyədək Fələstin ərəblərinə qarşı apardığı soyqırımı siyasəti ilə bağlı sənəd Milli Məclisin müzakirəsinə çıxarıla bilər".
Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu deyib. O, sənədi özünün hazırladığını və İsrail-Azərbaycan münasibətlərinin pozulmaması üçün bu günə qədər komissiyaya təqdim etmədiyini bildirib: "Əgər İsrail parlamenti qondarma "erməni soyqırımı"nı tanısa, biz də İsrailin Fələstin ərəblərinə qarşı soyqırım siyasəti ilə bağlı sənədin qəbulu üçün əlimizdən gələni edəcəyik. Bu zaman bizim belə bir addım atmağımızın günahkarı İsrail tərəfi olacaq". F. Qəzənfəroğlu Milli Məclisdəki həmkarlarının bu sənədin qəbulunu dəstəkləyəcəklərinə inandığını söyləyib: "Sənəd əvvəlcə Milli Məclisin İnsan haqları komissiyasının müzakirəsinə təqdim ediləcək. Milli maraqlara xidmət edən bütün partiyaların millət vəkillərinin sənədin lehinə səs verəcəyinə inanıram".

04-03-2008, 11:51 AM #886Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Buxarestdə Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub
[b]Buxarestdə Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub[b]
Bakı. Fəxri Kərimli - APA. NATO-nun Buxarestdə keçirilən sammiti çərçisində bu gün Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) arasında görüş keçirilib.
APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Danışıqlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.Həmsədrlərin Ermənistanın baş naziri və yeni seçilmiş prezidenti Serj Sərkisyanla görüşü isə sabah keçiriləcək.

04-03-2008, 11:56 AM #887Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Aqo" qrupunun Azərbaycana səfəri başlayıb
[b]"Aqo" qrupunun Azərbaycana səfəri başlayıb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Bu gün Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun Azərbaycana səfəri başlayıb. APA-nın müxbirinin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında açıqlama verən "Aqo" qrupunun rəhbəri Pyer Syörgen bildirib ki, səfərlərinin məqsədi Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinin vəziyyəti ilə bağlı monitorinq aparılması və bu çərçivədə bir neçə görüş keçirməkdir.
Azərbaycandan əvvəl Ermənistana səfər etdiklərini deyən P. Syörgen bu ölkənin də Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı monitorinq aparıldığını, prezident seçkilərindən sonrakı vəziyyətlə tanış olduqlarını söyləyib: "Lakin biz bununla bağlı əlavə şərhlər vermək istəmirik. Oradakı müşahidələrimiz və tanış olduğumuz digər məsələlər barədə hesabatımızda bildiriləcək". Ermənistanda bir qrup müxalifətçinin aclıq aksiyasına başlaması ilə bağlı suala cavabında isə P. Syörgen bildirib ki, onlar bu məsələni yeni eşitdikləri üçün araşdırmaqla məşğuldurlar. Azərbaycanın post-monitorinq ölkəsi olmasının mümkünlüyü ilə bağlı suala cavabında isə P. Syörgen bildirib ki, bu məsələ ölkənin öhdəlikləri yerinə yetirməsinin vəziyyətindən və AŞ PA-nın qərarından asılıdır."Aqo" qrupunun rəhbəri Azərbaycanda keçirdikləri görüşlər və müşahidələri ilə bağlı yekun nəticənin də hesabatda əksini tapacağını vurğulayıb.

04-03-2008, 12:01 PM #888Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gəncədə keçirilən "Şahin" hərbi-idman oyunları başa çatıb
[b]Gəncədə keçirilən "Şahin" hərbi-idman oyunları başa çatıb[b]
Gəncə. Ayxan Hüseynov-APA. Orta məktəblərin 10-11 sinif şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyunlarının Gəncə birinciliynin qalibi müəyyən olunub. Gəncə şəhər Gənclər və İdman İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə məktəbləri arasında keçirilən şəhər birinciliyində Mir Cəlal Paşayevin adını daşıyan 39 saylı məktəbin kollektivi bütün mərhələlərdə üstün olaraq birinci yerə layiq görülüb. Şəhər üzrə ikinçi yeri 29, üçüncü yeri isə 12 nömrəli məktəbin kollektivi tutub. Qeyd edək ki, "Şahin" hərbi-idman oyunlarında birinci yeri tutmuş 39 saylı məktəbin komandası Ağstafada keçiriləcək zona birinciliyində iştirak edəcək.

04-03-2008, 12:06 PM #889Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə parlamentinin Qrant Dinkin ölümünü araşdıran komissiyasının üzvü istefa verib
[b]Türkiyə parlamentinin Qrant Dinkin ölümünü araşdıran komissiyasının üzvü istefa verib[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisi İnsan hüquqları komissiyasının üzvü Çətin Soysal Qrant Dinkin ölümünü araşdıran parlament komissiyasının üzvlüyündən istefa verib. Cümhuriyyət Xalq Partiyasının üzvü olan Ç. Soysal APA-nın Türkiyə bürosuna açıqlamasında komissiyanın öz funksiyasını itirdiyini bildirib: "2007-ci ilin oktyabrında yaradılan komissiya üç ay ərzində işə başlaya bilmədi. Bu ilin yanvarında fəaliyyətə başlayandan sonra bəzi şəxsləri dinlədik. Mart ayında komissiyanın AKP-dən olan sədrinə sənədlərlə tanış olmaq istədiyimi deyəndə mənə heç bir sənəd göstərmədi və alınan ifadələrin raport yazmaq üçün kifayət etdiyini bildirdi. Mən o vaxt istefa verməyi düşünürdüm, ancaq mənə onsuz da komissiyanın işini başa çatdırdığını dedilər". Ç. Soysal komissiya səmərəli fəaliyyət göstərmədiyinə görə qurumun üzvlüyündən istefa verdiyini deyib.

04-03-2008, 12:11 PM #890Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 13.25-dən 17.15-dək ara-sıra Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərini, saat 09.45-dən aprelin 3-ü saat 02.40-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Əbdülrəhmanlı, Qərvənd və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 22.30-dan aprelin 3-ü saat 04.30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 22.35-dən 23.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 3-də saat 01.30-dan 04.40-dək ara-sıra Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri