Əsas məzmuna keç
Sayfa 86/461 İlkİlk ... 3676848586878896136186 ... SonSon
4610 sonuçtan 851 ile 860 arası

Azərbaycan Xəbərləri

1. #851
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vasili İstratov: "Rusiya NATO-ya daxil olmaq istəyən ölkələrlə münasibətlərə yenidən baxacaq"

[b]Vasili İstratov: "Rusiya NATO-ya daxil olmaq istəyən ölkələrlə münasibətlərə yenidən baxacaq"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "NATO-nun genişlənməsi ilə bağlı Rusiyanın öz mövqeyi bar və bu mövqeyi gizlətmirik".

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov verib. O, Azərbaycanın NATO-ya üzv qəbul olmaq ehtimalını da dəyərləndirib: "NATO hərbi alyansına daxil olmağa hazırlaşan istənilən ölkə anlamalıdır ki, Rusiya həmin ölkə ilə təhlükəsizlik münasibətlərinə yenidən baxmalı olacaq". Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair dialoq prosesinə toxunan səfir dekabrdan bəri danışıqların aparılmadığını deyib: "Amma Rusiya istənilən təklifləri müzakirə etməyə hazırdır".

2. #852
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında "GUAM ölkələrinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda beynəlxalq konfrans keçiriləcək

[b]Azərbaycan paytaxtında "GUAM ölkələrinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda beynəlxalq konfrans keçiriləcək[b]

Bakı. Laçın Sultanova - APA. Aprelin 15-16-da Bakıda «GUAM ölkələrinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə 15 ölkənin rəsmi nümayəndələri və ekspertlərinin iştirakı gözlənilir. GUAM ölkələrindən başqa, tədbirə Baltikyanı ölkələr, Türkiyə, İsrail, İsveçrə, Slovakiya, Sloveniya və digər dövlətlərdən nümayəndələr qatılacaq.

3. #853
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT sədri tutduğu postdan istefa verib

[b]ATƏT sədri tutduğu postdan istefa verib[b]

Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva tutduğu postdan istefa verib. Bu barədə APA-ya Finlandiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

XİN-dən bildiriblər ki, səlahiyyətlərin rəsmi olaraq təhvil verilməsi aprelin 4-də həyata keçiriləcək. Bundan sonra İlkka Kanerva yalnız Finlandiya parlamentinin üzvü kimi fəaliyyət göstərəcək. Finlandiyanın xarici işlər naziri postuna isə Aleksandr Spudd təyin olunub. Əvvəllər Finlandiyanı Avropa parlamentində təmsil edən Aleksandr Spudd üç ilə yaxındır ki, Xarici İşlər Nazirliyi sistemində çalışır.

4. #854
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabah İnsan Hüquqları üzrə İşçi Qrupun Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlərinin iştirakı ilə iclası keçiriləcək

[b]Sabah İnsan Hüquqları üzrə İşçi Qrupun Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlərinin iştirakı ilə iclası keçiriləcək[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Sabah hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Hüquqları üzrə İşçi Qrupun iclası keçiriləcək.

İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə APA-ya bildirib ki, iclasda Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun bu Azərbaycana gələcək üzvləri də iştirak edəcəklər. Onun sözlərinə görə, hüquq müdafiəçiləri iclasda İşçi Qrupda aparılan müzakirələr, razı və narazı qaldıqları məqamlar, həbsdə olan jurnalistlər və xəstə məhkumlara əfv fərmanının şamil edilməsi barədə çıxış edəcək təkliflərini bildirəcəklər: "Biz "Aqo" qrupunun üzvlərindən həbsdə olan jurnalistlərin və xəstə məhkumların azadlığa buraxılması üçün yardımçı olmalarını xahiş edəcəyik. Eyni zamanda bildirəcəyik ki, Azərbaycanda məhbus siyahıları ilə bağlı yaranan mübahisələri, problemləri bir əfv fərmanı ilə həll etmək mümkündür".

5. #855
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Buxarestdə NATO-nun zirvə toplantısı başlayır

[b]Buxarestdə NATO-nun zirvə toplantısı başlayır[b]

Buxarest - APA. Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO-nun növbəti zirvə toplantısı başlayır.

APA-nın məlumatına görə, toplantıda hərbi-siyasi blokun üzvü olan 26 ölkənin, Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramında iştirak edən 23 dövlətin prezidentləri, baş nazirləri, hökumət üzvləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri - ümumilikdə 3 min nəfər iştirak edəcək. Sammitin işini 3,5 mindən çox media nümayəndəsi işıqlandıracaq. Əsas müzakirə mövzuları NATO-nun genişlənməsi, alyansın Kosovo və Əfqanıstandakı sülhməramlı əməliyyatları ilə bağlı məsələlər olacaq. Sammit çərçivəsində Şimali Atlantika Şurasının, Şimali Atlantika Tərəfdaşlıq Şurasının, NATO-Rusiya Şurasının və NATO-Ukrayna Komissiyasının iclasları da keçiriləcək. NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planında iştirak edən Albaniya, Makedoniya və Xorvatiyanın tamhüquqlu üzvlüyə dəvət alması gözlənilir. Ancaq Makedoniya ilə bağlı məsələ bir qədər mürəkkəbdir. Yunanıstan eyni adlı vilayətə malik olduğundan Makedoniyanın bu adla NATO-ya qəbuluna qarşı çıxır. Ukrayna və Gürcüstan hökumətləri isə Buxarest sammitində NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qəbul ediləcəklərini gözləyirlər. ABŞ onların bu niyyətinə fəal dəstək versə də, Fransa və Almaniya Rusiya ilə münasibətlərin pisləşəcəyindən ehtiyatlanaraq bunun əleyhinədir.

6. #856
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçiriləcək

[b]Bakıda Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçiriləcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. Bakıda Azərbaycan və Litva xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Məsləhətləşmələrdə iştirak etmək üçün Litva Xarici İşlər Nazirliyindən iki nümayəndə heyəti Bakıya gəlib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kudzmanas Kyastutis məlumat verib. Onun sözlərinə görə, Litva Xarici İşlər Nazirliyinin Şərqi Avropa ölkələri ilə qonşuluq münasibətləri departamentinin və planlaşdırma departamentinin nümayəndələri Azərbaycan xarici siyasət idarəsində, Sənayə və Energetika Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Nəqliyyat Nazirliyində, TRACEKA-nın yerli ofisində görüşlər keçirəcəklər. Görüşlərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.

7. #857
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün təqdimat hazırlanır

[b]Azərbaycan aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün təqdimat hazırlanır[b]

Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün təqdimat hazırlanır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib.

Qeyri-maddi mədəni abidələrin siyahısına aid edilən aşıq sənətinin Azərbaycanın hüdudlarından kənarda təbliğatına son zamanlar geniş yer verildiyini deyən H. İsmayılov bu məsələnin UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu bildirib: "Qədim tarixə malik olan muğam sənətimiz artıq UNESCO-nun mədəni irs siyahısına daxil edilib. İndi məqsədimiz aşıq sənətinin də dünya miqyasında mühafizə olunan mədəni irs siyahısına qəbuludur. Bu istiqamətdə müəyyən işlərə artıq başlanıb və tələb olunan sənədlər toplanır". H. İsmayılovun sözlərinə görə, yaxın günlərdə Azərbaycan aşıq yaradıcılığına həsr olunmuş müsabiqənin keçirilməsi də nəzərdə tutulur.

8. #858
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan müdafiə nazirinin müavini Manvel Qriqoryan tutduğu vəzifədən azad edilib

[b]Ermənistan müdafiə nazirinin müavini Manvel Qriqoryan tutduğu vəzifədən azad edilib[b]

İrəvan-APA. Ermənistan müdafiə nazirinin müavini Manvel Qriqoryan tutduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, prezident Robert Köçəryan müdafiə nazirinin müavinini bu gün imzaladığı sərəncamla vəzifədən azad edib.

Qeyd edək ki, fevralın 21-də keçirilən mitinqdə prezidentliyə namizəd Levon Ter-Petrosyan general Manvel Qriqoryanın müxalifət hərəkatına qoşulduğunu bəyan etmişdi. Bir gün sonra Müdafiə Nazirliyi bu məlumatı rəsmi şəkildə təkzib etsə də, seçkilərdə qalib elan olunan Serj Sərkisyan bu faktı təsdiqləmişdi: "Təəssüf edirəm ki, general Manvel Qriqoryan nədənsə siyasətlə məşğul olmaq qərarına gəlib və Ali Baş Komandana itaətsizlik göstərir. Mən müdafiə naziri olanda heç zaman onu siyasətə cəlb etməmişəm. Onun belə addım atması mənim qəlbimi ağrıdır. Onun müxalifətə keçməsi məsələsi araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir".

9. #859
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-da yaşayan soydaşlarımız Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərəcəklər

[b]ABŞ-da yaşayan soydaşlarımız Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərəcəklər[b]

Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ-da yaşayan azərbaycanlılar Konqresin Azərbaycan və Türkiyə üzrə işçi qruplarına daxil olan konqresmenlərin xeyrinə maliyyə vəsaitləri toplamağa başlayıblar.

Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azərinin APA-ya verdiyi məlumata görə, artıq 20 azərbaycanlı ailə bu konqresmenlərə maddi yardım göstərəcəyini bəyan edib. Qeyd edək ki, ABŞ Konqresinin Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərilməsi təşəbbüsü ilə Amerikada yaşayan azərbaycanlı Naimi Əmirəliyevin ailəsi çıxış edib. Naimi Əmirəliyev hər iki işçi qrupunda təmsil olunan 22 konqresmenin hər birinə il ərzində 100 dollar yardım göstərməyə boyun olub. O, qruplara daxil olan hər bir yeni konqresmenə də 100 dollar maddi yardım göstərəcəyini bildirib.Qeyd edək ki, ABŞ-ın mövcud qanunvericiliyinə görə, ölkə vətəndaşları və "Green Card" sahibləri hər bir konqresmenə ildə 2300 dollara qədər maddi yardım göstərə bilərlər. Aprel ayında Amerikada yaşayan azərbaycanlılar Nyu-York ştatından Konqresə seçilən Ed Tovns və Virciniyadan olan konqresmen Telma Drakın xeyrinə ianə toplama kampaniyasına start verəcəklər.

10. #860
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ səfiri: "İnanırıq ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir"

[b]ABŞ səfiri: "İnanırıq ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "ABŞ Azərbaycanı strateji tərəfdaş kimi dəyərləndirir və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə tərəfdardır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ səfiri Ann Dersi verib.

Dağlıq Qarabağın müstəqilliyini qəbul etmədiklərini deyən səfir ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib: "ABŞ sülh prosesini və münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Biz inanırıq ki, Azərbaycan hökuməti problemi sülh yolu ilə həll etmək istəyir".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.