Əsas məzmuna keç
Sayfa 97/461 İlkİlk ... 47879596979899107147197 ... SonSon
4610 sonuçtan 961 ile 970 arası

Azərbaycan Xəbərləri

1. #961
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Ombudsmanı sabiq iqtisadi inkişaf naziri ilə görüşüb

[b]Azərbaycan Ombudsmanı sabiq iqtisadi inkişaf naziri ilə görüşüb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya bildirilib ki, E. Süleymanova təcridxanada saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və İlkin İsmayılovla görüşüb. Həmin şəxslər saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı heç bir narazılıqlarının olmadığını bildiriblər. F. Əliyev bəzən ürəyində ağrıların olduğunu bildirərək, həkim tərəfindən müalicəsinin təşkil edilməsini, həmçinin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində aparılmış müayinənin nəticəsinə dair rəyin ona verilməsini xahiş edib.

2. #962
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilərin növbəti cəfəngiyyatı: "Talış xalqının əcdadı erməni etnosudur"

[b]Ermənilərin növbəti cəfəngiyyatı: "Talış xalqının əcdadı erməni etnosudur"[b]

Bakı. Məhbubə Qasımbəyli, Elbrus Seyfullayev - APA. İrəvanda "Talış xalq rəvayətləri və nağılları" adlı kitab çapdan çıxıb. APA-nın xəbərinə görə, kitab İrəvandakı "Qafqaz İranşünaslıq Mərkəzi"ndə Qurgen Melikyan Fondunun maliyyə dəstəyi ilə nəşr olunub.

Redaktoru Qarnik Asatryan adlı erməni olan kitabın 20-22 may 2005-ci ildə İrəvan şəhərində keçirilən 1-ci "Beynəlxalq Talış Konfransı" ilə əlaqədar dərc olunduğu bildirilib. Kitabda Belarusun paytaxtı Minsk şəhərində fəaliyyət göstərən "Talış Mədəniyyətinin Dirçəliş Beynəlxalq Fondu"nun emblemi, "Talışlar ölkəsi" adlı xəritə dərc olunub və Azərbaycanın bir sıra ərazisi qondarma ölkənin hüdudlarına daxil edilib. Bundan başqa, kitabda talış və erməni dillərinin qrammatikası arasında sıx bağlılığın olduğu, eləcə də erməni leksikonuna məxsus çoxsaylı sözlərin talış dilində də geniş istifadə edildiyi iddiası ortaya qoyulub. Kitabda talış xalqının əcdadları olan "kadusilərin" qədim erməni etnosu olması və talış etnoniminin buradan qaynaqlandığı da göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan APA-ya verilən məlumatda isə bildirilib ki, ermənilər bu kitabı nəşr etdirməklə Azərbaycan və talış xalqları arasında düşmənçilik toxumu səpməyə cəhdi edirlər: "Talış xalq nağılları və ravayətləri" kitabı erməni hiyləgərliyinin növbəti təzahüründən başqa bir şey deyil. Talışların hər hansı şəkildə ermənilərlə bağlılığının olduğunu iddia etmək bir xalq kimi talışlar üçün ən böyük təhqirdən başqa bir şey deyil. Əksinə, talışların bir xalq kimi, böyüklüyü də, xoşbəxtliyi də onların ermənilərlə heç bir ortaqlığının olmamasıdır".İnstitutdan bildirilib ki, kitabda 1993-cü ildə bir qrup separatçının ermənilərin və başqa düşmən dövlətlərin təhriki ilə "Talış-Muğan Respublikası" yaratmaq cəhdi də əks olunub və bu, talışların "mili oyanışı" kimi təqdim edilib: "Əslində bu, ermənilərin iç üzünü tamamilə açır. Kitabın erməni müəllifləri yaddan çıxarırlar ki, həmin bədnam hadisə ilk növbədə ermənilərin gen-bol təriflədikləri talış ziyalıları, alim və yazıçıları, sonra isə bütün talış xalqı tərəfindən pislənib. Separatçıların layiqli cavabı məhz talış xalqının birliyi və iradəsi ilə verilib". Əslən cənub bölgəsindən olan ziyalı, millət vəkili Hadı Rəcəbli də APA-ya açıqlamasında ermənilərin belə bir kitab nəşr etdirməsini Azərbaycanda etnik qarşıdurma yaratmaq cəhdi kimi dəyərləndirib: "Azərbaycanın iqtisadi qüdrətinin artması, demokratikləşmə sürətinə görə analoqunun olmaması bizi istəməyən qüvvələri, düşmənlərimizi narahat edir. Bu səbəbdən onlar Azərbaycan üçün problemlər yaratmağa, hiylələr qurmağa cəhd edirlər. Bu mənada dünya təcrübəsində özünü doğruldan metod xalqlar, etnik qruplar arasında münaqişə yaratmaqdır. Ermənilər də bu metoddan yararlanmağa çalışırlar. Mən Lənkəranda doğulan adam kimi, əminliklə deyirəm ki, belə bir kitabın nəşr olunmasından, onun ərsəyə gəlməsindən, məkrli niyyətlərdən Azərbaycanda yaşayan talışların xəbəri yoxdur. Onlar bu haqda heç düşünmürlər də... Talışların azərbaycanlılarla, ölkəmizdə yaşayan digər xalqlarla inteqrasiyası, assimilyasiyası prosesi gedir. Amma eyni zamanda bu etnos öz mədəniyyətini, dilini qoruyub saxlayır və bu yöndə həmişə dövlətin dəstəyini hiss edir".Cənub bölgəsindən olan digər millət vəkili Əhəd Abıyev isə APA-ya bildirib ki, talış etnosunun ermənilərdən törəməsi barədə fikirlər cəfəngiyyatdır: "Talışlar Azərbaycan dövlətçiliyinə həmişə sadiq olublar. Ermənilərin talış-azərbaycanlı qarşıdurması yaratmaq cəhdi nəticəsiz qalacaq. Bu gün bir nəfərin belə çıxıb talış olduğunu dilə gətirməsinə ehtiyac yoxdur. Cənub bölgəsində yaşayan istənilən şəxsin milliyyətini soruşanda, qürurla azərbaycanlı olduğunu söyləyir. Ona görə də ermənilərin iki xalq arasında qarşıdurma yaratmaq cəhdi əbəsdir".

3. #963
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BMT baş katibi Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb

[b]BMT baş katibi Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. BMT-nin baş katibi Pan Gi Mun Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katibin mətbuat müşaviri Mari Okabe 2006-cı ilin dekabrında qəbul olunmuş Əlil İnsanların Hüquqları barədə Konvensiyanın sürətli inkişafı mövzusunda olan məruzəsində qeyd edib ki, bu, bütün insanlar üçün universal insan hüquqlarının reallaşdırılması istiqamətində axtarışlar baxımından tarixi məqamdır. Qeyd olunub ki, baş katib, həmçinin konvensiyanı ratifikasiya etmiş və ya qoşulmuş ölkələri də təbrik edib: "126 ölkə Konvensiyanı ötən il martın 30-da imzalayıb və 71 ölkə isə könülü olaraq Konvensiyaya qoşulub". Dünyada ən azı 650 milyon şikəst insanın olduğu güman edilir və onların da 80 %-i az inkişaf etmiş ölkələrdə yaşayır.

4. #964
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Litva Avropa İttifaqının Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri möhkəmləndirmək barədə qərarını alqışlayıb

[b]Litva Avropa İttifaqının Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri möhkəmləndirmək barədə qərarını alqışlayıb[b]

Bakı. Tamara Qriqoryeva - APA. Litva Xarici İşlər Nazirliyi Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri möhkəmləndirmək barədə qərarını alqışlayıb. APA-nın məlumatına görə, Litva xarici siyasət idarəsi bununla bağlı xüsusi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Litva Avropa İttifaqının bu ölkələrlə əməkdaşlığını dəstəkləmək niyyətindədir. Rəsmi Vilnüs həmçinin bu ölkələri Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığa dair Fəaliyyət Planında nəzərdə tutulmuş islahatları daha aktiv şəkildə həyata keçirməyə çağırıb.

5. #965
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupu Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirib

[b]Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupu Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirib[b]

APA-nın məlumatına görə, qrupun rəhbəri Pyer Syörgen bildirib ki, Azərbaycanda olduqları müddətdə dövlət rəsmiləri, siyasi partiya liderləri, QHT nümayəndələri, mətbuat təmsilçiləri ilə görüşüblər. Görüşlərdə ölkədə ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığının, insan hüquqlarının durumu müzakirə edilib: "Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. İnanırıq ki, seçkiyədək "Sərbəst toplaşma azadlığı haqqında" qanun qəbul olunacaq". Həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Qənimət Zahid və Sakit Zahidovla görüşdüklərini deyən Pyer Syörgen bildirib ki, mətbuatın durumu onları narahat edir. Qrup rəhbəri həbs olunmuş 8 jurnalistdən 5-nin ötən ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılmasını müsbət qiymətləndirib. Pyer Syörgen Azərbaycanın öhdəliklərin yerinə yetirməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini, islahatlar apardığını, bununla belə, müəyyən problemlərin olduğunu da söyləyib.

6. #966
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Baş Prokurorluq: " "Azadlıq" qəzetinin rəhbərliyi istintaq məlumatlarını yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib"

[b]Baş Prokurorluq: " "Azadlıq" qəzetinin rəhbərliyi istintaq məlumatlarını yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib"[b]

Bakı-APA. ""Azadlıq" qəzetinin rəhbərliyi dezinformasiya xarakterli bəyanatları ilə cəmiyyətdə çaşqınlıq yaradaraq, istintaq məlumatlarını yaymaqla yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib ki, bu da qanunla yolverilməzdir". Bu barədə APA-ya Baş Prokurorluğunun mətbuat xidmətindən daxil olan və "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirlərinə münasibət bildirildiyi press-relizində qeyd olunub. Baş Prokurorluqdan bildirilib ki, bununla əlaqədar A. Əhmədov Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq, ona ibtidai istintaq məlumatlarını yaymağa görə, Cinayət Məcəlləsinin 300-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət haqqında xəbərdarlıq edilib: "İbtidai istintaq ciddi olaraq cinayət prossesual məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilir və Aqil Xəlilin hüquqları ilk gündən onun müdafiəçisi tərəfindən təmin olunur. İstintaqın nəticəsinə dair Baş Prokurorluq tərəfindən vaxtı çatanda geniş açıqlama veriləcək".Qeyd edək ki, bu gün saat 16.00-da "Azadlıq" qəzetinin baş direktoru A. Əhmədov mətbuat konfransı keçirərək, A. Xəlilə istintaq orqanlarının təzyiq etməsi ilə bağlı fikirlər söyləyib.

7. #967
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri aprelin 4-də saat 17.25-dən aprelin 5-i saat 01.45-dək fasilələrlə Gədəbəy, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 5-i saat 04.15-dən 04.20-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.

8. #968
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada baş verən güclü yanğın nəticəsində 3 nəfər ölüb

[b]Moskvada baş verən güclü yanğın nəticəsində 3 nəfər ölüb[b]

Moskva - APA. Rusiyanın paytaxtı Moskva şəhərinin şimal-şərqindəki 22 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində partlayış baş verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış çöl divarları və mərtəbələrarası örtükləri dağıdıb, nəticədə yanğın 10-cu, 12-ci mərtəbələrə də yayılıb. Sakinlər təcili evakuasiya edilib. Olay yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Alovlarla bir saatlıq mübarizədən sonra yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində bir qadın və iki kişi ölüb, 19 nəfərə ayaqüstü tibbi yardım göstərilib, 4 nəfər xəstəxanaya aparılıb, 79 nəfər psixoloqlara müraciət edib. Faktla bağlı təhqiqat aparılır.

9. #969
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

YAP Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı indiyədək aparılmış sorğularda əldə edilən məlumatları təhlil edir

[b]YAP Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı indiyədək aparılmış sorğularda əldə edilən məlumatları təhlil edir[b]

Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası bu il keçiriləcək prezident seçkiləri ilə bağlı hazırladığı proqrama uyğun olaraq, indiyədək keçirilən sorğularda əldə edilən məlumatların təhlilini aparır. APA-nın məlumatına görə, bu barədə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, partiyanın seçki qrupu hazırda seçicilərin, regionların təhlili ilə məşğuldur və bu proses seçkilərə start verilənə kimi yekunlaşacaq. Millət vəkili bildirib ki, normal təhlil aparılması seçki kampaniyasının aparılmasında və seçki mesajının hazırlanmasında önəmli rol oynayacaq: "Bu kimi tədqiqatları aparmadan seçkilərə getmək çətindir. Bütün dövlətlərdə bu, qəbul olunmuş prinsipdir və biz həmişə bu praktikadan istifadə etmişik". S. Novruzov bildirib ki, YAP ayda bir dəfədən az olmamaq şərti il əhali arasında sorğular keçirir, seçkilər yaxınlaşdıqca isə sorğuların intervalı azalacaq.

10. #970
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

[b]Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun başçılıq etdiyi nümayəndə heyəti mayın 12-də Azərbaycana rəsmi səfərə gələcək.

APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Boris Qrızlovla Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Sankt-Peterburqda keçirilmiş görüşündə razılıq əldə edilib. Görüş Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının, "EvrAzEs" Parlamentlərarası Assambleyasının və MDB-nin birgə tədbiri çərçivəsində baş tutub.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.