[b]Xəzər İbrahim: "Rusiya Ermənistandan tələb etməlidir ki, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsın"[b]
Bakı. Laçın Sultanova - APA. "Rusiya Ermənistandan tələb etməlidir ki, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsın". APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib.
[Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli variantı yoxdur" ifadəsinə münasibət bildirən azərbaycanlı diplomat hesab edir ki, rusiyalı nazir bu bəyanatını Ermənistana müvafiq mesaj verməklə gücləndirməlidir: "Rusiya Ermənistan hökumətindən tələb etməlidir ki, öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarsın".
Azərbaycan Xəbərləri
Printable View

06-02-2008, 02:11 PMAPAXəzər İbrahim: "Rusiya Ermənistandan tələb etməlidir ki, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsın"

06-02-2008, 02:21 PMAPAAzərbaycanın Lənkəran rayonunda cənazə maşını aşıb
[b]Azərbaycanın Lənkəran rayonunda cənazə maşını aşıb[b]
[Lənkəran - APA. Lənkəran rayonunun Biləsər kəndində cənazə maşını qəzaya uğrayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kənd sakini İsrafil Mirzəyev atdan yıxılıb və aldığı xəsarətdən ölüb. Mərhumun oğlu Yadigar Mirzəyev atasının meyitini "QAZ-66" markalı avtomobildə evə apararkən maşını aşırıb. Nəticədə "QAZ-66"ın xəsarət alan sərnişinləri, Y. Mirzəyevin qardaşı Ehtiram Mirzəyev, həmkəndliləri Gülü Rəhimova və Məmməd Ağayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır. -
06-02-2008, 02:31 PMAPAGəncə ərazisindən xaricdə istehsal olunmuş pulemyot və pulemyot patronu tapılıb
[b]Gəncə ərazisindən xaricdə istehsal olunmuş pulemyot və pulemyot patronu tapılıb[b]
[Gəncə - APA. Gəncə Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisindən 1 ədəd xaricdə istehsal olunmuş pulemyot, 125 ədəd pulemyot patronu və 1 ədəd pulemyot lenti tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır. -
06-02-2008, 02:41 PMAPAAzərbaycan seçicilərinin siyahısı MSK-nın saytına yerləşdirilib
[b]Azərbaycan seçicilərinin siyahısı MSK-nın saytına yerləşdirilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) 2008-ci il üçün seçici siyahılarını qurumun rəsmi saytına yerləşdirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bütün seçki dairələri üzrə siyahılar MSK-da təsdiq olunandan sonra [ saytına daxil edilib. Saytda seçicilərin öz adlarını siyahılarda tapması üçün axtarış sistemi qurulub. Bundan əlavə, adları siyahılarda olmayan seçicilər saytdakı qaynar xətt vasitəsi ilə qurum rəhbərliyinə müraciət edə bilərlər. 2008-ci ilin seçici siyahısında 4 834 584 seçici var. Onlardan 2 320 697-si (48,00%) kişi, 2 513 887-si (52,00%) isə qadındır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə seçicilərin sayı təxminən 200 min nəfər artıb. -
06-02-2008, 02:51 PMAPAİosif Kobzon xəstəxanaya yerləşdirilib
[b]İosif Kobzon xəstəxanaya yerləşdirilib[b]
Moskva - APA. SSRİ-nin xalq artisti, Rusiya Dövlət Dumasının üzvü İosif Kobzon ağır angina diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
[APA-nın məlumatına görə, hazırda İosif Kobzon Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsində həkim nəzarəti altında müalicə olunur. Həkimlər deputatın qan təzyiqini normallaşdırmağa çalışırlar. Qeyd edək ki, ötən il İosif Kobzon 70 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycanda konsert proqramı ilə çıxış edib. -
06-02-2008, 03:01 PMAPAXəzər İbrahim: "Azərbaycan PKK-nın fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür"
[b]Xəzər İbrahim: "Azərbaycan PKK-nın fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür"[b]
[Bakı. Laçın Sultanova - APA. "Azərbaycan PKK terror təşkilatının fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. ABŞ Dövlət Departamentinin narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan terror təşkilatlarının sırasında PKK-nı da göstərməsi və bu terrorçu qurumun işğal olunmuş Azərbaycan ərazilərindən tranzit kimi istifadə etməsi ehtimalına dair sualı cavablandıran diplomat bildirib ki, bölgədə çoxlu təhdidlər və təhlükələr var: "Bu, həm beynəlxalq terrorçuluq, həm narkotiklərin daşıması, həm də silahların qeyri-qanuni dövriyyəsi və daşınması ilə bağlıdır. Təbii ki, bu təhlükələrə cavab vermək üçün Azərbaycan daimi iş aparır. PKK-nın fəaliyyətinə gəldikdə isə Azərbaycan dəfələrlə bu qurumun terrorçu təşkilat olduğunu qeyd edib". -
06-02-2008, 04:21 PMAPAHəftə sonu paytaxtda daha beş maşın yandırılıb
[b]Həftə sonu paytaxtda daha beş maşın yandırılıb[b]
Moskva-APA. Son iki gündə Moskvada daha iki avtomobil yandırılması faktı qeydə alınıb. APA-nın məlumatına görə, şənbə günü naməlum şəxslər "Hyundai Sonata" və VAZ markalı iki avtomobili yandırıblar.
[Daha üç analoji hadisə isə bu gecə qeydə alınıb. Ekspertlər hər üç halda maşınların qəsdən yandırılması ehtimalını təsdiqləyiblər. Qeyd edək ki, mayın 30-da naməlum şəxslər paytaxtda daha yeddi maşını yandırıblar. Faktla bağlı xuliqanlıq məqsədilə başqa şəxsə məxsus əmlakın məhv edilməsi faktı üzrə cinayət işi başlanıb. Faktla bağlı iki nəfər Kaliniqrad sakini şübhəli şəxs qismində saxlanıb. -
06-02-2008, 04:31 PMAPA"Marneuli" radiosu fəaliyyətini iki həftəyə bərpa edəcək
[b]"Marneuli" radiosu fəaliyyətini iki həftəyə bərpa edəcək[b]
[Tiflis. Turan Hüseynova-APA. Azərbaycanların Gürcüstanda kompakt yaşadığı ərazilərdə yayımlanan "Marneuli" radiosunun fəaliyyəti iki həftə sonra bərpa ediləcək. Bu barədə APA-ya "Marneuli" radiosunun texniki direktoru Emin Əhmədov məlumat verib. Onun sözlərinə görə, radionun öz tezliyi olmadığına görə səsucaldanla efirə çıxır. Şəhərin mərkəzi bağında quraşdırılan səsucaldanla yayımlanan radio gündə iki saat efirə çıxır və burada Azərbaycan, rus və gürcü dillərində xəbərlər yayımlanır. Hal-hazırda texniki problemlər səbəbilə radio yalnız internet vasitəsilə yayımlanır. Emin Əhmədov radioya xüsusi tezlik verilməsi ilə bağlı bürokratik əngəllərin olduğunu deyib. "Radiomuza lisenziya verməkdən imtina etmirlər, yalnız , müəyyən bürokratik əngəllər var. Layihənin rəhbərləri hazırda danışıqları davam etdirirlər. Bu proses həmçinin Avropa Şurasının nəzarəti altındadır". Qeyd edək ki "Marneuli" radiosu, iki il bundan əvvəl BBC və "Studio Re"nin birgə layihəsi əsasında yaranıb. İcma layihəsi olması səbəbilə radio yalnız azərbaycanlıların kompakt yaşadığı yerlərdə - Marneuli rayon mərkəzi və 7 km ətrafda yerləşən kəndlərə yayımlanır. Radioda 7 nəfər çalışır. -
06-02-2008, 06:21 PMAPAPiter Semnebi: "Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir"
[b]Piter Semnebi: "Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, qarşıdakı seçki Azərbaycanla Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının imzalanmasından sonra keçiriləcək ilk seçkidir: "Biz digər beynəlxalq təşkilatlarla birlikdə seçki kampaniyasının gedişini və bilavasitə seçkini müşahidə edəcəyik". P. Semnebi bu kontekstdə media məsələsinin də önəmli rol oynadığını və AB-nin bu sahədəki vəziyyəti də müşahidə edəcəyini söyləyib. -
06-02-2008, 06:31 PMAPAAzərbaycanın mədəniyyət və turizm naziri GUAM ölkələrinin milli kulinariyası ilə bağlı xüsusi toplunun hazırlanmasını təklif edib
[b]Azərbaycanın mədəniyyət və turizm naziri GUAM ölkələrinin milli kulinariyası ilə bağlı xüsusi toplunun hazırlanmasını təklif edib[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev GUAM-a üzv ölkələrin milli kulinariyasına həsr olunmuş xüsusi toplunun hazırlanması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, bu təklifi nazir Azərbaycanda səfərdə olan GUAM ölkələrinin yazıçı və şairləri ilə görüşündə səsləndirib: "Bütün dörd ölkənin kulinariyasını əks etdirən böyük bir toplunun hazırlanmasına ehtiyac duyulur. Fikrimcə, bu təklif tez bir zamanda həyata keçirilməlidir. Toplu ingilis dilində nəşr olunmalı və dünyanın bütün ölkələrinə yayılmalıdır. Bu layihənin gerçəkləşməsi Azərbaycan kulinariyasının mənimsənilməsinin qarşısının alınmasına da kömək edəcək. Bununla həm də Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna kulinariyasının daha geniş tanıdılmasına müvəffəq olacağıq". Ə. Qarayev GUAM ölkələrinin yazıçı və şairlərinin əsərlərindən ibarət toplunun hazırlanmasının zəruriliyini də vurğulayıb. -
06-02-2008, 06:41 PMAPAArif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub
[b]Arif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Arif Qazıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, A. Qazıyev Azərbaycan muğam sənətinin təbliğində səmərəli fəaliyyətinə görə təltif olunub. -
06-02-2008, 06:51 PMAPAMüasir Müsavat Partiyasının "Yeni Müsavat" qəzetinə qarşı apellyasiya şikayəti təmin edilməyib
[b]Müasir Müsavat Partiyasının "Yeni Müsavat" qəzetinə qarşı apellyasiya şikayəti təmin edilməyib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Rəhman Mirzəyevin sədrliyi ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "Yeni Müsavat" qəzetinin baş redaktor əvəzi Azər Ayxana və qəzetin Cahangir adlı əməkdaşına qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Binəqədi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə H. Hacıyevin şikayəti təmin edilməyib.Qeyd edək ki, H. Hacıyev "Yeni Müsavat" qəzetində Cahangir imzası ilə ""Balıq Hafiz"in kürəkəni həbs olunub" başlıqlı məqaləyə ilə bağlı məhkəməyə müraciət edib. O, A. Ayxan və Cahangirin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini istəyib. Məhkəmə isə onun şikayətinə baxmaqdan imtina edib. -
06-02-2008, 07:01 PMAPAADP növbəti dəfə Azərbaycan hakimiyyətini siyasi dialoqa çağırıb
[b]ADP növbəti dəfə Azərbaycan hakimiyyətini siyasi dialoqa çağırıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) növbəti dəfə hakimiyyəti siyasi dialoqa çağırıb. Partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında ölkədə iqtisadi-sosial vəziyyətin ağır olduğu, siyasi münasibətlərin kəskinləşdiyi bildirilib, partiya bir sıra nöqsanların aradan qaldırılması üçün siyasi dialoqun vacib olduğunu qeyd edib. ADP problemlərin yeganə həll yolunu məhz dialoqda gördüyünü bəyan edib. İdarə Heyətində, həmçinin "Azadlıq" blokunun prezident seçkilərini boykot qərarı müzakirə edilib. Seçkilərdə iştirakın vacibliyi qənaətinə gələn partiya seçkilərlə bağlı işin aparılmasını məqsədə uyğun hesab edib. -
06-02-2008, 07:11 PMAPAHelsinkidə ATƏT məkanındakı münaqişələr müzakirə edilib
[b]Helsinkidə ATƏT məkanındakı münaqişələr müzakirə edilib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Helsinkidə ATƏT-in hazırkı sədri Finlandiya, ötən il quruma sədrlik etmiş İspaniya, eləcə də 2009, 2010, 2011-ci illərdə təşkilata sədrlik edəcək Yunanıstan, Qazaxıstan və Litva nümayəndələrinin görüşü keçirilib. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən qurumun hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb ATƏT məkanındakı əsas problemlər sırasında həll olunmamış münaqişələri də göstərib. İştirakçılar münaqişələrin qarşısının alınmasında və həllində ATƏT-in rolunun kifayət qədər böyük olduğunu vurğulayıblar. Bundan başqa, toplantıda terrorçuluqla mübarizə, gender bərabərliyi, insan alveri, insan hüquqlarının müdafiəsi, demokratiyanın təmin edilməsi və digər problemlər də müzakirə olunub. -
06-02-2008, 07:21 PMAPASəfər Əbiyev: "Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş kimi baxıb"
[b]Səfər Əbiyev: "Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş kimi baxıb"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ukraynanın müdafiə naziri Yuri Yexanurov Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Bakıya iki günlük rəsmi səfərə gəlib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Azərbaycan Müdafiə Nazirliyində əvvəlcə müdafiə nazirlərinin təkbətək, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub.S. Əbiyev bildirib ki, Azərbaycan və Ukrayna arasında müxtəlif istiqamətlər üzrə geniş əlaqələr var, xüsusilə iqtisadi sahədə mövcud əlaqələr iki ölkənin bir-birinə yaxınlaşmasına daha böyük təkan verib. Azərbaycan prezidentinin bir müddət əvvəl Ukraynaya səfəri zamanı imzalanan sənədlərin münasibətlərin dərinləşməsi üçün geniş imkanlar açdığını qeyd edən nazir Azərbaycanın Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş ölkə kimi baxdığını vurğulayıb: "Birləşmiş Millətlər Təşkilatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilərkən Ukraynanın ədalətli mövqe tutaraq Azərbaycanın mövqeyini dəstəkləməsi də buna əyani sübutdur". Azərbaycanın müdafiə naziri Ermənistanın işğalçı siyasət yürütməsi nəticəsində regionda vəziyyətin gərgin hal aldığını ukraynalı həmkarının diqqətinə çatdırıb. Nazirin sözlərinə görə, bu günə qədər beynəlxalq təşkilatların vasitəsilə aparılan danışıqlar da heç bir səmərə verməyib. S. Əbiyev münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, digər vasitələrdən istifadə ediləcəyini istisna etməyib. Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. -
06-02-2008, 07:31 PMAPAErməni hərbçiləri Azərbaycanın Ağdam rayonunun işğalda olan ərazilərinə od vurublar
[b]Erməni hərbçiləri Azərbaycanın Ağdam rayonunun işğalda olan ərazilərinə od vurublar[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Erməni hərbçiləri işğal olunan Azərbaycan torpaqlarında yanğınlar törətməkdə davam edirlər.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilər bu gün Ağdamın işğal altında olan Novruzlu və İsmayılbəyli kəndlərinin ərazilərinə od vurublar. Ətraf kəndlərdən müşahidə olunan yanğının miqyası getdikcə genişlənir. Yanğın hazırda davam edir. -
06-02-2008, 07:41 PMAPAATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanın yeni qəbul olunmuş Seçki Məcəlləsini müzakirə ediblər
[b]ATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanın yeni qəbul olunmuş Seçki Məcəlləsini müzakirə ediblər[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT ölkələrinin Azərbaycan akkreditə olunmuş səfirləri təşkilatın Bakı Ofisində bu gün bir araya gəliblər.
[ATƏT-in Bakı Ofisinin demokratikləşmə məsələləri üzrə rəhbəri Culiane Markard-Narten APA-ya bildirib ki, səfirlər bu gün Milli Məclisdə qəbul olunmuş Seçki Məcəlləsini müzakirə ediblər. Onun sözlərinə görə, müzakirələrə MSK sədri Məzahir Pənahov da qatılıb. Səfirlər həmçinin Azərbaycanda seçkilərə hazırlıq və demokratik islahatlar məsələsini də müzakirə ediblər. -
06-02-2008, 07:51 PMAPABakıda "İmam Xomeyni: təfəkkürdə yeniçilik" mövzusunda elmi konfrans keçirilib
[b]Bakıda "İmam Xomeyni: təfəkkürdə yeniçilik" mövzusunda elmi konfrans keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Bakıda İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İmam Xomeyni: təfəkkürdə yeniçilik" mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, İmam Xomeyninin vəfatının 19-cu ildönümü ilə bağlı təşkil edilən tədbirdə İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib ki, İran İslam İnqilabı ölkənin inkişafına təkan verib. Hazırda İranın regionun inkişaf etmiş dövlətlərdən bir olduğunu söyləyən səfir qeyd edib ki, ölkəsinin qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini bildirib. İlahiyyatçı-alim Vasim Məmmədəliyev, Mədəniyyət Mərkəzinin rəhbəri Seyid Ocaqnejat İmam Xomeyninin həyat və fəaliyyəti, gördüyü işlər haqqında danışıblar. -
06-02-2008, 08:01 PMAPANizami rayon sakininin evindən xeyli pul və qızıl-zinət əşyaları oğurlanıb
[b]Nizami rayon sakininin evindən xeyli pul və qızıl-zinət əşyaları oğurlanıb[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün naməlum şəxslər Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində yaşayan İsa Vəliyevin mənzilindən oğurluq ediblər. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən məlumat verilib. Naməlum şəxslər evdən 10 min manat, 6 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar. Hələlik hadisəni törədənlərin şəxsiyyəti müəyyənləşdirilməyib, əməliyyat-axtarış tədbirləri görülür. -
06-02-2008, 08:11 PMAPAAzərbaycan prezidenti Ukraynanın müdafiə nazirini qəbul edib
[b]Azərbaycan prezidenti Ukraynanın müdafiə nazirini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Ukraynanın müdafiə naziri Yuri Yexanurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu səfərin iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. -
06-02-2008, 08:21 PMAPANovruz Məmmədov: "Bundan sonra Ermənistanın danışıqlar prosesində hansı addımlar atacağını bilmirik"
[b]Novruz Məmmədov: "Bundan sonra Ermənistanın danışıqlar prosesində hansı addımlar atacağını bilmirik"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək görüşü ilə bağlı indidən dəqiq fikir söyləmək mümkün deyil".
[APA-nın məlumatına görə, bu barədə Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Şöbə müdiri bəzi problemlərin olduğunu söyləyib: "Əvvəla, biz Ermənistanın yeni prezidentinin mövqeyi ilə tam tanış deyilik. Digər tərəfdən, Ermənistanda keçirilən prezident seçkisindən sonra gərginlik yarandı, kütləvi aksiyalar təşkil edildi, fövqəladə hal elan olundu, mətbuatın fəaliyyəti məhdudlaşdırıldı. Bunlardan sonra belə fikir yaranıb ki, Ermənistan əhalisi yeni prezidentə nə qədər etimad göstərir? Biz bundan sonra Ermənistanın danışıqlar prosesində hansı addımlar atacağını bilmirik". -
06-02-2008, 08:31 PMAPAAzərbaycan prezident Peter Semnebini qəbul edib
[b]Azərbaycan prezident Peter Semnebini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. -
06-02-2008, 08:41 PMAPAFatma Abdullazadə "Şöhrət" ordeni ilə təltif olunub
[b]Fatma Abdullazadə "Şöhrət" ordeni ilə təltif olunub[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Fatma Abdullazadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, F. Abdullazadə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, F. Abdullazadə Prezidentin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır. -
06-02-2008, 08:51 PMAPASəməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir qrup əməkdaşına fəxri adlar verilib
[b]Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir qrup əməkdaşına fəxri adlar verilib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir qrup əməkdaşına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, teatrın yaranmasının 85 illiyi münasibəti ilə İranə Tağızadəyə Azərbaycanın "Əməkdar incəsənət xadimi", Firdovsi Atakişiyev, Fuad Osmanov və Sibirova Zinayida İvanovnaya isə "Əməkdar artist" fəxri adı verilib. -
06-03-2008, 10:31 AMAPAAzərbaycan prezidenti Əli Bayramlı məhkəmələrinin və Xanlar Rayon Məhkəməsinin adının dəyişdirilməsi haqqında fərman imzalayıb
[b]Azərbaycan prezidenti Əli Bayramlı məhkəmələrinin və Xanlar Rayon Məhkəməsinin adının dəyişdirilməsi haqqında fərman imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Əli Bayramlı Apellyasiya Məhkəməsinin, Əli Bayramlı yerli İqtisad Məhkəməsinin, Əli Bayramlı Şəhər Məhkəməsinin və Xanlar Rayon Məhkəməsinin adının dəyişdirilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, "Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında" qanunun və "Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında" qanununun qüvvəyə minməsi ilə əlaqədar Əli Bayramlı Apellyasiya Məhkəməsi, Əli Bayramlı yerli İqtisad Məhkəməsi, Əli Bayramlı Şəhər Məhkəməsi və Xanlar Rayon Məhkəməsi müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsi, Şirvan yerli İqtisad Məhkəməsi, Şirvan Şəhər Məhkəməsi və Göygöl Rayon Məhkəməsi adlandırılıb. -
06-03-2008, 11:01 AMAPAQırğızıstanın Rusiyadakı səfiri Azərbaycan, Gürcüstan və Ermənistanda da ölkəsini təmsil edəcək
[b]Qırğızıstanın Rusiyadakı səfiri Azərbaycan, Gürcüstan və Ermənistanda da ölkəsini təmsil edəcək[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Qırğızıstanın Rusiyadakı səfiri eyni zamanda bu ölkənin Azərbaycan, Gürcustan və Ermənistanda səfiri təyin olunub. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Qırğızıstanın Rusiyadakı səfiri Raimkul Atakurov prezident Kurmanbek Bakıyevin fərmanı ilə Azərbaycan, Gürcüstan və Ermənistanda fövqəladə və səlahiyyətli səfir təyin edilib. Səfirin iqamətgahı Moskvada yerləşir. R. Atakurov 1960-cı yanvarın 2-də Oş vilayətində anadan olub. Evlidir, iki qızı var. -
06-03-2008, 11:11 AMAPAMoskvada ruslarla ermənilər arasında kütləvi dava olub
[b]Moskvada ruslarla ermənilər arasında kütləvi dava olub[b]
Bakı. Laçın Sultanova - APA. Bu gecə Moskvada 919 saylı orta məktəbin futbol meydançasında rus və erməni gəncləri arasında kütləvi dava baş verib.
[APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, 25-30 nəfərin iştirakı ilə baş vermiş davanın səbəbləri hələlik məlum deyil. Dava zamanı hər iki tərəf beysbol ağacından və travmatik silahdan istifadə edib. İnsident nəticəsində 5 nəfər zərər çəkib, onlardan biri xəstəxanaya yerləşdirilib. Milis dava baş vermiş yerdə 4 beysbol ağacı, bıçaq, travmatik silahdan atılmış 2 giliz və 9 millimetr kalibrli patron götürüblər. -
06-03-2008, 01:41 PMAPAEynulla Fətullayevin kasasiya şikayəti təmin olunmayıb
[b]Eynulla Fətullayevin kasasiya şikayəti təmin olunmayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ali Məhkəmədə jurnalist Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakim Müzəffər Ağazadənin sədrliyi ilə keçirilən iclasda şikayət təmin olunmayıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, E. Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Jurnalist Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə), 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə təqsirləndirilib. -
06-03-2008, 01:51 PMAPAMoskvanın Basman bazarında baş vermiş faciə ilə bağlı açılmış cinayət işinə xitam verilib
[b]Moskvanın Basman bazarında baş vermiş faciə ilə bağlı açılmış cinayət işinə xitam verilib[b]
[Bakı. Laçın Sultanova - APA. 2006-cı il fevralın 23-də Moskvanın Basman bazarında 66 insanın ölümü ilə nəticələnmiş faciə ilə bağlı istintaq işinə xitam verilib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, "ehtiyatsızlıq ucbatından iki və daha çox insanın ölümünə səbəb olma" maddəsi ilə açılmış cinayət işi "günahkarların müəyyən edilməməsi" üzündən dayandırılıb. Bazarın direktoru Mark Mişiyevin və iş üzrə adı keçən digər şəxslərin günahını sübuta yetirmək mümkün olmayıb. Ekspertlərin rəyinə əsasən bazarın binasını layihələndirən, inşa və istismar edənlərin demək olar ki, hamısı hadisədə günahkardır, lakin məhz hansı səbəbdən tavanın uyduğunu müəyyən etmək mümkün deyil.Qeyd edək ki, Basman bazarının tavanının uçması nəticəsində ölənlərin 47 nəfəri azərbaycanlı olub. -
06-03-2008, 02:01 PMAPAAzərbaycan Ordusunun əsgəri vəfat edib
[b]Azərbaycan Ordusunun əsgəri vəfat edib[b]
Quba. Solmaz Mehdiyeva - APA. Azərbaycan Müdafiə Nazirliyinin Naftalanda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Xəlilov Şahid İsa oğlu vəfat edib.
[Mərhum 2007-ci ildə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən məlumata görə, əsgərin meyiti bu gün anadan olduğu Qubanın II Nügədi kəndinə aparılaraq torpağa tapşırılıb. Onun hərbi xidmətinin başa çatmasına bir ay qalıbmış. İlkin ehtimallara görə, əsgər güllə yarasından ölüb. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, faktla bağlı daha sonra ətraflı məlumat veriləcək. -
06-03-2008, 02:11 PMAPAAzərbaycan-Ermənistan sərhədində bu gün keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb
[b]Azərbaycan-Ermənistan sərhədində bu gün keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb[b]
Qazax. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində bu gün keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb.
[Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqdən əvvəl rayon İcra Hakimiyyətində brifinq təşkil edilib, cəbhə zonasında baş verən bütün hadisələr ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin diqqətinə çatdırılıb. Səhra köməkçiləri bu brifinqlə kifayətlənərək, təmas xəttinə getməmək barədə qərara gəliblər.Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Antal Herdiç və İrji Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulovun keçirməsi nəzərdə tutulmuşdu. -
06-03-2008, 02:21 PMAPAAzərbaycan Jurnalistlərinin V Qurultayının vaxtı və yeri bəlli olub
[b]Azərbaycan Jurnalistlərinin V Qurultayının vaxtı və yeri bəlli olub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Jurnalistlərinin V Qurultayı iyunun 20-də Azərbaycan Mahnı Teatrında keçiriləcək.
[Bu barədə APA-ya Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, artıq Şuranın 155 üzvünün 70 faizindən çoxu qurultayda iştirakla bağlı sənədlərini təqdim edib: "Bizim hesablamalara görə, qurultayda 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir". Ə. Amaşov deyib ki, qurultayın gündəliyinə MŞ sədrinin və Nəzarət Təftiş Komissiyasının hesabatları, nizamnamə dəyişikliyi ilə bağlı məsələnin müzakirəsi, İdarə Heyəti üzvləri və MŞ sədrinin seçkisi daxildir. -
06-03-2008, 02:31 PMAPAAzərbaycanla Türkiyə arasında "Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq" Protokolu imzalanı
[b]Azərbaycanla Türkiyə arasında "Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq" Protokolu imzalanıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya arasında "Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq" Protokolu imzalanıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədi Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyənin dövlət naziri Murat Başesgioğlu imzalayıb. Protokola əsasən, tərəflər dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində qarşılıqlı səfərlərin təşkil edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması, dövlət qulluğunun idarə olunmasının öyrənilməsi və təhlili, dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsinə yönələn təlim kursları və seminarların təşkil edilməsi və s. məsələlərlə bağlı razılığa gəliblər. B. Xəlilov Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Jalə Aygüllə də görüşüb. -
06-03-2008, 02:41 PMAPAİyunun 16-sı Azərbaycanda qeyri-iş günüdür
[b]İyunun 16-sı Azərbaycanda qeyri-iş günüdür[b]
Bakı. Elbrus Seyfullayev - APA. İyunun 16-sı Azərbaycanda qeyri-iş günüdür. Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
[Mətbuat xidmətinin rəhbəri deyib ki, 15 İyun - Milli Qurtuluş Günü bazara təsadüf etdiyindən iyunun 16-sı - bazar ertəsi qeyri-iş günü hesab olunacaq. -
06-03-2008, 02:51 PMAPAArtur Rasizadə: "Xarici şirkətlərin Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyətinin qarşısını almaq üçün bütün tədbirlər görülür"
[b]Artur Rasizadə: "Xarici şirkətlərin Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyətinin qarşısını almaq üçün bütün tədbirlər görülür"[b]
Bakı. Rəşad Süleymanov - APA. "Azərbaycan hökumətinin etirazlarına baxmayaraq, Ermənistanın təşəbbüsü ilə bir sıra xarici şirkətlər Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyətlərini davam etdirirlər".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş naziri Artur Rasizadə deyib. O bildirib ki, rəsmi Bakı bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırıb: "Bütün diplomatik vasitələrdən istifadə edərək belə halların qarşısını almağa çalışırıq". A. Rasizadə onu da əlavə edib ki, işğal olunmuş torpaqların azad olunması üçün təkcə Müdafiə Nazirliyi deyil, hamı çalışmalıdır: "Mətbuat da, cəmiyyət də güclənməli, məmurlar da öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar". -
06-03-2008, 03:01 PMAPAİnsan alveri ilə məşğul olan Gəncə sakini həbs olunub
[b]İnsan alveri ilə məşğul olan Gəncə sakini həbs olunub[b]
[Bakı - APA. Gəncə şəhər sakini Müslüm Fərəci bir qrup şəxslə cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müslüm Fərəci DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. -
06-03-2008, 03:11 PMAPAAğstafa sakinindən 1,4 kiloqram marixuana götürülüb
[b]Ağstafa sakinindən 1,4 kiloqram marixuana götürülüb[b]
[Bakı-APA. Ağstafada keçirilən əməliyyat zamanı rayon sakini Ramiz Tağıyevdən narkotik maddə götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. DİN-in Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Ramiz Tağıyevdən 1 kiloqram 400 qram marixuana götürülüb. -
06-03-2008, 04:21 PMAPAAzərbaycanın xarici işlər naziri Diqbi Consla görüşüb
[b]Azərbaycanın xarici işlər naziri Diqbi Consla görüşüb[b]
[Bakı. Turan Hüseynova - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Diqbi Consla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən D. Cons E. Məmmədyarovla bir sıra məsələləri müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, görüşdə iki ölkə arasında mövcud münasibətlər, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, Böyük Britaniyanın Azərbaycanda neft və qaz sahəsində daha çox investisiya qoyması, Azərbaycanın regionda rolu və digər məsələlər ətrafında müzakirələr aparılıb. -
06-03-2008, 04:31 PMAPAMetyu Brayza: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tanışlıq xarakteri daşıyır"
[b]Metyu Brayza: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tanışlıq xarakteri daşıyır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tanışlıq xarakteri daşıyır".
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib. Onun sözlərinə görə, nəticə barədə danışmaq hələ tezdir: "Hər şey tərəflərin əhval-ruhiyyəsindən və prezidentlərin hansı səviyyədə münasibət quracağından asılıdır". M. Brayza bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Abxaziya münaqişəsi də müzakirə olunacaq. -
06-03-2008, 04:41 PMAPAKrımda yeni tatar məktəbi açılacaq
[b]Krımda yeni tatar məktəbi açılacaq[b]
[Kiyev. Kərim Həsənli - APA. Ukrayna Təhsil Nazirliyi Krım Muxtar Respublikasında yeni Krım-tatar məktəbinin açılması barədə qərar qəbul edib. APA-nın məlumatına görə, yeni məktəb 2009-2010-cu tədris ilindən fəaliyyət göstərəcək. Ukraynanın Millətlər və Dinlər üzrə Dövlət Komitəsinin sədr müavini Viktor Pobedonostsev Simferopolda "Deportasiya olunmuş vətəndaşların Ukrayna cəmiyyətinə sosial-mədəni adaptasiyası və inteqrasiyası" mövzusunda keçirilən konfransda çıxışında bildirib ki, yeni tatar məktəbi muxtar respublikanın paytaxtında açılacaq və 920 uşaq üçün nəzərdə tutulacaq. Layihənin gerçəkləşdirilməsi üçün Ukrayna hökuməti 21,6 milyon qrivna vəsait ayırıb. Hazırda Krım MR-də 657 orta təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 14-ü Krım-tatar məktəbidir.