[b]«Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində Azərbaycana litvalı ekspert gəlib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının hazırlanması məqsədilə fərdi məsləhətçi qismində seçilmiş litvalı ekspert Albina Aleksine Azərbaycana gəlib. Bu barədə «APA-ECONOMICS»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib.Ekspert bu gün Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının hazırlanması prosesinə cəlb edilmiş mütəxəssislər üçün təqdimat keçirib.Təqdimatında məsləhətçi daşınmaz əmlakın qiymətləndirilməsinə təsir edən amillər, əmlak bazarının araşdırılması, daşınmaz əmlakın texniki göstəriciləri, əmlakın qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə və s. məsələlərə toxunub. Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mövcud olan vəziyyətə nəzər salınıb.
Azərbaycan Xəbərləri
Printable View

09-19-2008, 04:10 PMAPA«Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində Azərbaycana litvalı ekspert gəlib

09-19-2008, 04:20 PMAPATürkiyənin jurnalist təşkilatları fövqəladə toplantı keçirəcəklər
[b]Türkiyənin jurnalist təşkilatları fövqəladə toplantı keçirəcəklər[b]
[Ankara - APA. Türkiyənin jurnalist təşkilatları baş nazir Rəcəb Tayyib Ərdoğanın öz tərəfdarlarını qəzet almamağa və medianı boykot etməyə çağırması ilə bağlı fövqəladə toplantı keçirəcəklər. APA-nın məlumatına görə, Türkiyə Qəzetçilər Cəmiyyəti bütün media qurumlarını sentyabrın 30-da fövqəladə toplantıya çağırıb. Ölkə müxalifəti də baş nazirin çağırışına kəskin reaksiya verib. Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal Rəcəb Tayyib Ərdoğanın totalitarizm və diktatura həvəsində olduğunu bildirib: "Yəqin bundan sonrakı mərhələdə imkanları olsa, qəzetlərin nəşrini də əngəlləməyə çalışacaqlar". Milliyyətçi Hərəkat Partiyası parlament fraksiyasını həmsədri Oktay Vural isə baş nazirin korrupsiya hallarını işıqlandırmayan sözəbaxan media yaratmaq istədiyini söyləyib. -
09-19-2008, 04:30 PMAPAAzərbaycan futbol yığması İngiltərəni məğlub etdi
[b]Azərbaycan futbol yığması İngiltərəni məğlub etdi[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Azərbaycanın çimərlik futbolu üzrə milli komandası ilk rəsmi görüşünü qələbə ilə başa vurub. "APA-SPORT"un məlumatına görə, braziliyalı mütəxəssis Qustavo Enrike Zlokkovik Silvanın çalışdırdığı yığmamız Bakıda təşkil olunan Avropa kubokunda İngiltərəni məğlub edib - 3:1. Komandamızdan qolların ikisini Zeynal Zeynalov, digərini Hikmət Bağırov vurub. Bağırov dünən İspaniyaya 2:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə də fərqlənib. İspanlar isə bu gün keçirilən qrupun digər oyununda Norveçi darmadağın edib - 10:1. Azərbaycan yığması ikinci rəsmi matçını sabah 15:15-də İsveçrəyə qarşı keçirəcək. -
09-19-2008, 04:40 PMAPAAvropa İttifaqı «Visa» və «MasterCard»a alternativ yaradır
[b]Avropa İttifaqı «Visa» və «MasterCard»a alternativ yaradır[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Fransa və Almaniyanın aparıcı bankları Avropa Komissiyası ilə Avropada yeni, «Visa» və «MasterCard»a alternativ olacaq ödəniş sisteminin yaradılmasına dair danışıqlar aparır.«APA-ECONOMICS»in məlumatına görə, bu təklifi Avropa Mərkəzi Bankı da dəstəkləyir. «Artıq «Visa» və «MasterCard»ın mövcudluğu kifayət etmir. Avropanın elektron ödənişlərinin bazarında daha güclü rəqabətdə ehtiyac var», - deyə Avropa Mərkəzi Bankının ödəniş sistemləri üzrə baş direktoru Jan-Mişel Qodfrua bəyan edib. Qeyd edək ki, Avropa Mərkəzi Bankı artıq vahid ödəniş sisteminin (SEPA) yaradılmasına start verib. SEPA 2010-cu ilin sonuna kimi vahid müdafiə sistemi ilə təchiz olunacaq Avropa kredit kartının tətbiqini nəzərdə tutur. -
09-19-2008, 04:50 PMAPAAzərbaycanda fəaliyyət göstərən 13 xarici neft şirkəti hesabatını açıqlamaqdan imtina edib
[b]Azərbaycanda fəaliyyət göstərən 13 xarici neft şirkəti hesabatını açıqlamaqdan imtina edib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan ictimai birliklərinin «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyası (MSŞA) neft şirkətlərinin fərdi şəkildə hesabatlarının açıqlanmasına nail olmaq istiqamətində iş aparır. «APA-ECONOMICS»in məlumatına görə, bunu Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu bildirib.Q.İbadoğlunun sözlərinə görə, MSŞA üzrə Hökumət Komissiyasının da təsiri nəticəsində Azərbaycanda fəaliyyət göstərən 5 neft şirkəti - «Middle East Petroleum», «Binagadi Oil», BP, «Shell» və «StatoilHydro» fərdi qaydada hesabatları təqdim etməyə razılıq verib. «Hess Ltd.» və ARDNŞ isə yalnız bütün şirkətlər fərdi hesabatlarının açıqlanmasına razı olacaqları təqdirdə öz razılıqlarını verəcəklərini bəyan edib.Koalisiya əlaqələndiricisi onu da bildirib ki, 13 şirkət fərdi şəkildə hesabatların açıqlanmasına razılıq verməyib. Bu şirkətlər arasında «Total», «ExxonMobil», «Devon», «Chevron», «Rafi Oil FZE» və s. şirkətlər var. Yalnız «LUKoil» şirkəti indiyədək bu müraciətə münasibət bildirməyib.Qeyd edək ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2002-ci ilin sentyabr ayında Yohanesburqda (CAR) keçirilmiş Davamlı İnkişaf üzrə Dünya Samitində Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr tərəfindən irəli sürülüb. Azərbaycan bu təşəbbüsü dəstəkləyən və ən fəal iştirakçısı olan dövlətlərdəndir. -
09-19-2008, 05:00 PMAPABakıda cinayət törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı həbs olunub
[b]Bakıda cinayət törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı həbs olunub[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında cinayət törədən Rusiya vətəndaşı həbs olunub. Binəgədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1973-cü il təvəllüdlü Makeeyev Mixail Aleksandroviç yaxın qohumunu, milliyətcə rus olan Nazarenko Aleksandr Viktoroviçi yaşadığı evdə şəxsi münaqişə zəmnində bıçaqlayaraq hadisə yerindən qaçıb. Döş nahiyyəsindən və qolundan ağır xəsarət alan A. Viktoroviçin vəziyyətinin ağır oldu]u bildirilib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlanlığa zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. -
09-19-2008, 05:10 PMAPADövlət prezidentliyə namizədlərdən ikisinə təbliğat-təşviqat kampaniyası aparmaq üçün vəsait ayırmayacaq
[b]Dövlət prezidentliyə namizədlərdən ikisinə təbliğat-təşviqat kampaniyası aparmaq üçün vəsait ayırmayacaq[b]
Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən şəxslərin hər birinə təbliğat-təşviqat kampaniyasını aparmaq üçün 12 min manat vəsait ayrılacaq.
[APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, vəsait artıq dövlət büdcəsindən ayrılıb və gələn həftə namizədlərin seçki fonduna köçürüləcək. MSK üzvü onu da qeyd edib ki, ötən prezident seçkilərində iştirak etmiş Qüdrət Həsənquliyev və Hafiz Hacıyev 3 faizlik baryeri aşa bilmədiklərinə baxmayaraq, onlar həmin vəsaiti geri qaytarmayıblar. Buna görə də adıçəkilən şəxslərə yenidən pul ayrılmayacaq. -
09-19-2008, 05:20 PMAPAElçin Behbudov 2 və 16 saylı cəzaçəkmə müəssisələrində olub
[b]Elçin Behbudov 2 və 16 saylı cəzaçəkmə müəssisələrində olub[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 2 və 16 saylı cəzaçəkmə müəssisələrində olub. Komitə sədri APA-ya bildirib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan politoloq Rövşən Novruzoğlu və "Bizim Yol" qəzetinin baş redaktoru Müşfiq Hüseynovla görüşüb. Məhbusların saxlanma şəraitindən narazılıqlarının olmadığını deyən E. Behbudov M. Hüseynovun yaxın günlərdə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüləcəyini bildirib.Komitə sədri 16 saylı Cəzaçəkmə Müəssisəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum edilən Çin vətəndaşı Xu Yunqla da görüşdüyünü bildirib. Hüquq müdafiəçisi hər iki müəssisədə qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı maraqlandığını da deyib. Onun sözlərinə görə, 2 saylı müəssisədə 1050, 16 saylı müəssisədə isə 507 nəfər məhbus səs verəcək. -
09-19-2008, 05:30 PMAPA"Qalatasaray" İsveçrə yığmasının futbolçusunu transfer edəcək
[b]"Qalatasaray" İsveçrə yığmasının futbolçusunu transfer edəcək[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Qarşısına UEFA kubokunun finalına yüksəlməyi məqsəd qoyan "Qalatasaray" heyətini qış fasiləsində gücləndirəcək. "APA-SPORT"un məlumatına görə, komanda rəhbərliyinin transfer etməyə hazırlaşdığı futbolçu türkdür. Belə ki, "Qalatasaray"ın Futbol Şöbəsinin müdiri Haldun Üstünəl "Bellinzona" ilə oyunu stadionda canlı izləyən İsveçrə yığmasının üzvü Eren Derdiyokla danışıq aparıb. Avropa çempionatının final mərhələsində Türkiyəyə qarşı da mübarizə aparan gənc futbolçu "Qalatasaray"a məmnuniyyətlə gələcəyini açıqlayıb. Qeyd edək ki, Dediyok hazırda İsveçrənin "Bazel" klubunda çıxış edir. -
09-19-2008, 05:40 PMAPAYanvar-avqust aylarında Azərbaycanın dəmir yolu ilə yükdaşımalar 1% azalıb
[b]Yanvar-avqust aylarında Azərbaycanın dəmir yolu ilə yükdaşımalar 1% azalıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə 18,6 mln. ton yük daşınıb. Bu, 2007-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 1% azdır.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dəmir yolunda orta hesabla sutka ərzində yüklən vaqonların sayı 5,2% azalıb, boşaldılan yük vaqonlarının sayı isə 9,6% artıb. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 10,5% azalma ilə, Qərb istiqaməti üzrə 10,1%, Cənub istiqaməti üzrə isə 12,6% çoxalma ilə müşahidə olunub. Qeyd edək ki, ölkənin ümumi nəqliyyat daşınmalarından 153,7 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,9% çox gəlir əldə edilib və artım dəmir yolu nəqliyyatında 15,8%, dəniz nəqliyyatında 19,1%, avtomobil nəqliyyatında isə 13,6% səviyyəsində müşahidə olunub. -
09-19-2008, 05:50 PMAPAYanvar-avqust aylarında Azərbaycanda magistral neft və qaz kəmərləri ilə nəqletmə müvafiq olaraq 17% və 59% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycanda magistral neft və qaz kəmərləri ilə nəqletmə müvafiq olaraq 17% və 59% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 31,2 mln. ton neft nəql edilib. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Ötən dövr ərzində Bakıdan 23,5 mln. ton və ya 23,5% çox neft ötürülüb. Ümumilikdə, magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 16,5% artıb.Hesabat dövrü ərzində ölkənin magistral qaz kəmərləri ilə 7,1 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,9% çox qaz nəql edilib. Nəql edilən qazın 29%-i Bakı-Tiflis-Ərzurum (BTƏ) kəməri vasitəsilə həyata keçirilib. Cari ilin səkkiz ayı ərzində bu kəmər vasitəsilə 3 mlrd. kubmetr qaz ötürülüb. -
09-19-2008, 06:00 PMAPAAzərbaycanın müdafiə naziri Səfər Əbiyev Bernar Fasie ilə görüşüb
[b]Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Bernar Fasie ilə görüşüb[b]
[Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 19-də ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasieni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. -
09-19-2008, 06:10 PMAPASəfir Hulusi Kılıc: "Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyi həmişə davam edəcək"
[b]Səfir Hulusi Kılıc: "Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyi həmişə davam edəcək"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Tarix keçmişin aynasıdır. Biz bu aynada 1918-ci il hadisələrini, Azərbaycan-türk qardaşlarının kürək-kürəyə dayanıb bir mücadilə apardığını, 1918-ci ildə bu torpaqları kimlərin işğal etmək istədiyini görürük". APA-nın məlumatına görə, bu açıqlamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç verib. Milli Azərbaycan Tarixi Muzeyində açılan Qafqaz İslam Ordusu və Bakının azad edilməsinə dair sərgi ilə tanış olan səfir hər kəsin bu sərgini görməsini tövsiyə edib: "Türkiyə-Azərbaycan qardaşlığına hələ şübhə edənlər varsa, buyurub, bu sərgiyə baxsınlar. Onlar görəcəklər ki, bizim qardaşlığımız Çanaqqala savaşı, Azərbaycan torpaqlarının qurtuluşundan sonra Türkiyədəki istiqlal savaşında azərbaycanlı qardaşlarımızın Atatürkə etdiyi yardımlarla, daha sonra isə Dağlıq Qarabağ məsələsində davam edib, həmişə də davam edəcək". -
09-19-2008, 06:20 PMAPAMilli Azərbaycan Tarixi Muzeyində Bakının azad edilməsinə həsr olunmuş sərgi açılıb
[b]Milli Azərbaycan Tarixi Muzeyində Bakının azad edilməsinə həsr olunmuş sərgi açılıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz İslam Ordusu və Bakının rus-daşnak qoşunundan azad edilməsinə həsr olunmuş sərgi açılıb. APA-nın məlumatına görə, sərgidə Qafqaz İslam Ordusunun tarixi, döyüşlərinə dair məlumatlar, əsgərlərinin geyimləri, silahları nümayiş olunub. Sərgi ilə tanış olan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç sərginin gözəl hazırlandığını və burada Azərbaycan-Türkiyə qardaşlığının əks olunduğunu bildirib. Sərginin iştirakçılarına yenicə çapdan çıxmış Mehman Süleymanovun "Nuru Paşa", Qaimmaqam Rüştü Türkərin "Qafqaz Türk İslam Ordusu Bakı yollarında" kitabı təqdim edilib. -
09-19-2008, 06:30 PMAPADövlət İncəsənət Muzeyi və Gənc Tamaşaçılar Teatrının bərpa layihələrində dəyişiklik olub
[b]Dövlət İncəsənət Muzeyi və Gənc Tamaşaçılar Teatrının bərpa layihələrində dəyişiklik olub[b]
[Bakı. Ülkər Qasımova-APA. Hazırda əsaslı təmir işləri aparılan Azərbaycan Dövlət İncəsənət Muzeyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bərpa layihələrində dəyişiklik olub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, elə məhz bu səbəbdən binaların istifadəyə verilməsi prosesi bir qədər gecikəcək. Mədəniyyət və turizm naziri hər iki mədəniyyət ocağının bu ilin son ayında təhvil veriləcəyini açıqlayıb. -
09-19-2008, 06:40 PMAPAAzərbaycan bankları yalnız faiz gəlirlərindən mənfəət götürür
[b]Azərbaycan bankları yalnız faiz gəlirlərindən mənfəət götürür[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının cari mənfəəti yalnız faiz gəlirləri hesabına formalaşır. Azərbaycan Milli Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bankların qeyri-faiz xərcləri isə qeyri-faiz gəlirlərini üstələyir. Belə ki, 2008-ci ilin avqust ayının əvvəlinə Azərbaycandakı bankların məcmu mənfəəti 146,59 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin eyni dövrü ilə müqayisədə 63,2% çoxdur. O cümlədən, faiz mənfəəti - 296,53 mln. manat (artım - 85,3%), qeyri-faiz zərəri - 29,09 mln. manat (artım - 85,1%), aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar isə 120,71 mln. manat təşkil edib (artım - 121%). Qeyd edək ki, bu ayırmaların kəskin şəkildə artmasının əsas səbəbləri aktivlərin ümumi həcminin və aktivlərin ümumi strukturunda yüksək riskli aktivlərin artması ilə bağlıdır.Qeyd edək ki, avqust ayının əvvəlinə bankların ümumi faiz gəlirləri 533,66 mln. manat (artım - 97,2%), faiz xərcləri 237,13 mln. manat (artım - 114,5%), qeyri-faiz gəlirləri 162,02 mln. manat (artım - 56,5%), xərcləri isə 191,11 mln. manat (artım - 60,3%) təşkil edib. Göründüyü kimi, bankların faiz gəlir və xərclərinin kəskin artımı müşahidə olunur ki, bu da kreditləşmənin genişlənməsi ilə bağlıdır. Belə ki, avqustun 1-nə, bank kreditlərinin həcmi 6 361,5 mln. manat təşkil edib və bu, 2007-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 84,7% artıqdır. Faiz gəlirləri və kreditlərin artım templərinin müqayisəsi banklar tərəfindən kreditlər üzrə faiz dərəcələrinin kiçik səviyyədə qaldırdığını göstərir. Banklarda qeyri-faiz gəlirlərinin aşağı səviyyədə olması və ümumilikdə qeyri-faiz xərclərinin gəlirləri üstələməsi olduqca neqativ amildir. Çünki bu, bankların öz mənfəətini yalnız kredit əməliyyatlardan əldə etdiyini göstərir. Xatırladaq ki, qeyri-faiz gəlirlərə investisiya fəaliyyətindən, valyuta əməliyyatlardan, alınmış komissiya və cərimələrdən və s. bu kimi gəlirlər aiddir; qeyri-faiz xərclərə isə əməliyyat xərcləri, qiymətli kağızlarla əməliyyatlar üzrə xərclər, inzibati və s. bu kimi xərclər aiddir. Qeyd edək ki, bu cür gəlir və xərclərin strukturu normal kimi qiymətləndirilə bilməz, çünki banklar kreditləşmədən başqa geniş çeşiddə digər xidmətlər göstərir (kreditlərlə bağlı olmayan) və bunlardan gəlir götürməlidir. Lakin Azərbaycan bankları bu cür xidmətlərdən faydalanmır (yalnız zərər əldə edir). -
09-19-2008, 06:50 PMAPANizami Quliyev: "İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim, Qulamhüseyn Əlibəylinin təsis edəcəyi partiyada olacağam"
[b]Nizami Quliyev: "İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim, Qulamhüseyn Əlibəylinin təsis edəcəyi partiyada olacağam"[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş millət vəkili Nizami Quliyev partiya sıralarından istefa verib. N. Quliyev APA-ya bildirib ki, bu gün istefa ərizəsini AXCP rəhbərliyinə təqdim edib. İstefasının səbəblərinə toxunan N. Quliyev bunun partiyada taktiki gedişlərlə bağlı yaranmış fikir ayrılıqları ilə izah edib: "Taktiki gedişlər də daha çox seçkiyə münasibətdə fərqlidir. Mən elə bilirəm ki, partiyanın prioritet vəzifəsi seçkilərdə iştirak və bu yolla hakimiyyətə gəlməkdir. Əgər hər hansı bir partiya seçkidə iştirakdan imtina edirsə, onun proqramdan kənar əlavə resursları olmalıdır. Yəni xalqı inqilaba, üsyana hazırlamalıdır. Bu olmadığına və partiya seçkidə iştirak etmədiyinə görə, digər tərəfdən seçkiləri aktiv yox, passiv boykot etdiyinə görə qərara gəldim ki, bu partiyada siyasi fəaliyyəti davam etdirmək mənim xarakterimə uyğun gəlmir". N. Quliyev bir qədər əvvəl AXCP-dən istefa vermiş Qulamhüseyn Əlibəylinin təklifi ilə ona qoşulmaq qərarı verdiyini qeyd edib: "Qulamhüseyn bəyin təklifi ilə dərhal razılaşdım. Yəqin o özü də gələcəkdə bu məsələləri açıqlayacaq. Qulamhüseyn bəy seçkilərdə iştirak edir, mən də həmişə seçkidə iştirakın tərəfdarı olmuşam". Partiyadan digər şəxslərin də istefaya hazırlaşıb-hazırlaşmamasına gəldikdə, N. Quliyev bu barədə hər hansı fikir bildirmək istəməyib: "Nə Qulamhüseyn bəy, nə də mən o əxlaqın sahibi deyilik ki, partiyadan kimlərisə uzaqlaşdırmağa çalışaq. Bu mövqedən asılı olan məsələdir. Bizim əqidəmiz dəyişməyib, eynidir. Biz uzun illərdir, bu əqidədəyik. Sadəcə, taktiki gedişlərlə razılaşmadığımız üçün bu addımı atmışıq. Biz heç kimə heç nə təklif etməmişik". N. Quliyev Q. Əlibəylinin təsis edəcəyi partiyada təmsil olunacağını da qeyd edib. -
09-19-2008, 07:00 PMAPAAzərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olub
[b]Azərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olub[b]
Balakən. Vüqar Heydərov - APA. Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunda olub.
[APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət başçısı Daxili Qoşunların Zaqatalada inşa edilən hərbi hissəsinə baxış keçirib, daha sonra Heydər Əliyev adına Parkda Heydər Əliyevin abidəsini ziyarət edib. Parkda Heydər Əliyev muzeyinin açılışı olub. Bundan başqa, prezident İ. Əliyev Zaqatalada yeni tikilmiş stadionun və aeroportun açılışına qatılıb. Ölkə başçısı Zaqatala aeroportunun açılışında çıxış edib. Daha sonra o, Zərifə Əliyeva adına parkın, və "Qafqaz" otelinin açılışlarına qatılıb. Ölkə başçısı rayonda Diaqnostika Mərkəzinin, Zərifə Əliyeva adına Texniki Fənlər Liseyinin açılışında, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 36 mənzilli 4 mərtəbəli binanın orderlərinin verilməsi mərasimində də iştirak edib. Zaqatalaya səfərini başa vuraraq, Qax rayonuna gedən prezident İ. Əliyev burada parkın, Heydər Əliyev Muzeyinin açılışında iştirak edib. Ölkə başçısının iştirakı ilə Qaxda yeni İdman Kompleksinin təməl qoyma mərasimi də keçirilib. Prezidentin Şəki, Oğuz, Qəbələ rayonlarına da gedəcəyi gözlənilir. -
09-19-2008, 07:10 PMAPAMurtuz Ələsgərov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib
[b]Murtuz Ələsgərov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib[b]
[Bakı - APA. Prezident İlham Əliyev Murtuz Ələsgərovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M. Ələsgərov Azərbaycanda hüquq elmi və təhsilinin inkişafında xidmətlərinə görə təltif olunub. -
09-19-2008, 07:30 PMAPAABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
[b]ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb[b]
[İrəvan-APA. ABŞ-ın Ermənistandakı yeni səfiri Mari Yovanoviç səlahiyyətlərinin icrasına başlayıb. APA-nın "Reqnum" agentliyinə istinadən yaydığı məlumata görə, xanım səfir bu gün etimadnaməsinin surətini xarici işlər naziri Edvard Nalbandyana təqdim edib. Qeyd edək ki, artıq iki ildir ABŞ-ın Ermənistanda səfiri vəzifəsi vakant qalmışdı. Sabiq səfir Con Evans 2006-cı ildə verdiyi bir bəyanatda Türkiyənin guya ermənilərə qarşı soyqırımı törətdiyini bəyan etməsindən sonra rəsmi Vaşinqton onu geri çağırıb. ABŞ prezidenti Corc Buş Ermənistana səfir postuna qondarma "erməni soyqırımı"nı tanımaqdan qəti şəkildə imtina edən Riçard Xoqlandın namizədliyini irəli sürsə də, Konqres onun namizədliyini təsdiqləməyib. Avqustun 1-də ABŞ Senatı Mari Yovanoviçin Ermənistana səfir təyin olunması barədə prezidentin sərəncamını təsdiqləyib. Mari Yovanoviç bundan əvvəl ABŞ-ın Qırğızıstanda səfiri vəzifəsində çalışıb. -
09-19-2008, 11:10 PMAPAAzərbaycan pezidenti İlham Əliyev Bernar Fasieni qəbul edib
[b]Azərbaycan pezidenti İlham Əliyev Bernar Fasieni qəbul edib[b]
[Bakı - APA. Azərbaycan pezidenti İlham Əliyev sentyabrın 19-da ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasieni qəbul edib. Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionda vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. -
09-20-2008, 01:20 AMAPAPrezident İlham Əliyev: "Gələcək illər üçün düşünülmüş proqramlarımız, konkret addımlarımız olacaq"
[b]Prezident İlham Əliyev: "Gələcək illər üçün düşünülmüş proqramlarımız, konkret addımlarımız olacaq"[b]
"Son 5 ildə iqtisadiyyat 2,7 dəfə artıb. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Azərbaycanda olan inkişaf başqa heç bir ölkədə yoxdur. Son dörd ildə iqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında birinci ölkədir".
[Zaqatala-APA. "Azərbaycanda son illər ərzində nəqliyyat sektoruna çox böyük diqqət göstərilir. Mülki aviasiyanın inkişafı üçün əməli-praktik addımlar atılır. Son illər ərzində ABŞ və Fransa istehsalı olan 12 ədəd Boinq, Airbus və ATR təyyarələri alınıb. Bu yaxınlarda imzalanmış müqavilələr əsasında daha 8 təyyarə alınacaq. Ən son model olan Boinq-787 təyyarələri də gətiriləcək. Dünyada ən qabaqcıl texnologiyalar nədirsə, onlar Azərbaycanda tətbiq olunur və olunmalıdır. Çünki Azərbaycanın uğurlu, hərtərəfli inkişafı bunu tələb edir". APA-nın xəbərinə görə, bunu ölkənin şimal-qərb rayonlarına səfəri çərçivəsində ZaqatalaHava Limanının açılışında çıxış edən prezident İlham Əliyev deyib. Ölkədə nəqliyyat sektorunun inkişafı üçün işlər görüldüyünü deyən ölkə başçısı Xəzər Dəniz Gəmiçiliyinin inkişafı üçün yeni tankerlər alındığını, dəmir yollarının bərpa olunduğunu, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldığını xatırladıb. Azərbaycanın dəmir yolu vasitəsilə Avropa ilə birləşəcəyini söyləyən prezident BTQ-nin Asiyanı da Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcəyini və bununla da ölkənin nəqliyyat imkanlarının daha da artacağını deyib: "Azərbaycan coğrafi yerləşməsinə görə Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Biz bu təbii körpünü infrastruktur layihələri ilə zənginləşdiririk. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və istismara verilməsi, həm böyük iqtisadi maraqları təmin edəcək, həm də bizim siyasi maraqlarımız tam şəkildə təmin olunacaq". Bakıdan Zaqatala və Balakənə qədər yeni avtomobil yolunun tikintisi layihəsi olduğunu bildirən İlham Əliyev yolun bəzi hissələrinin tikilməyə başladığını da vurğulayıb. Bu gün Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Zaqatalada da aeroportların fəaliyyət göstərdiyini deyən dövlət başçısı bu yaxınlarda Lənkəran aeroportunun da fəaliyyətə başlayacağını bildirib.Azərbaycanda bütün bölgələrdə sürətli inkişaf getdiyini deyən prezident son beş ildə 700 mindən çox yeni iş yeri açıldığını, qeyri-neft sektorunun inkişaf etdiyini, ölkənin yerli istehsalla əsas kənd təsərrüfatı məhsulları ilə maksimum dərəcədə təmin edildiyini, enerji təminatı olduğunu vurğulayıb: "Gələcək illər üçün düşünülmüş proqramlarımız var, konkret addımlarımız olacaq. Son 5 ildə iqtisadiyyat 2,7 dəfə artıb. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Azərbaycanda olan inkişaf başqa heç bir ölkədə yoxdur. Son dörd ildə iqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında birinci ölkədir. Bir il deyil, iki il deyil, dörd il ərzində! Bu inkişafın dayanıqlı olması artıq faktdır. Bu inkişaf uzunmüddətli olacaq. Bu gün bizim başladığımız layihələr bir neçə ildən sonra öz bəhrəsini verəcək. Mən şübhə etmirəm ki, bütün görülən tədbirlər və gələcəkdə atılacaq addımlar nəticəsində Azərbaycan zəngin, qüdrətli, müasir dövlətə çevriləcək". "Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlamış və davam etdirilən neft strategiyası uzun illərdir ki, öz bəhrəsini verir. Azərbaycan heç kimdən asılı deyil, artan iqtisadi imkanlarımız bizə kifayətdir. Biz öz gələcək inkişaf strategiyamızı daxili resurslara əsaslanaraq icra edirik. Arxayınıq ki, daxili resurslarımız və aparılan iqtisadi islahatlar bizi öz məqsədimizə çatdıracaq. Bu islahatlar davamlı olacaq"-deyən dövlət başçısı islahatların aparılması istiqamətində atılmış addımların dünyanın ən böyük beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini və qiymətləndirildiyini də qeyd edib. Dünya Bankının bu yaxınlarda Azərbaycanı dünya miqyasında ən birinci islahatçı ölkə kimi tanıyıb, bəyan etməsini xatırladan prezident "bütün bunları biz öz zəhmətimiz hesabına, Azərbaycanda aparılan cəsarətli islahatlar nəticəsində əldə edirik. Həm insanların həyat səviyyəsinin yaxşılaşması, həm iqtisadiyyatın şaxələndirilməsi, bütün bölgələrdə quruculuq-abadlıq işlərinin daha da sürətlə getməsi üçün əlavə tədbirlər görüləcək. Nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşaması, dövlətin daha da möhkəmlənməsi məsələləri öz həllini tapır və tapacaq"-deyə, vurğulayıb. -
09-20-2008, 10:50 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.25-dən 23.55-dək Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 20-də saat 05.10-dan 05.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
09-20-2008, 11:10 AMAPAQoran Lenmarker: "Türkiyənin Qafqazdakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlarda iştirakı məqsədəuyğun olardı"
[b]Qoran Lenmarker: "Türkiyənin Qafqazdakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlarda iştirakı məqsədəuyğun olardı"[b]
Toronto. Tamara Qriqoryeva - APA. ATƏT Parlament Assamlbeyasının (PA) Gürcüstan və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycan və Ermənistanı Gürcüstanla birlikdə Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda aktiv iştirak etməyə çağırıb.
[APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, "ATƏT açıq dünyada" adı altında Torontoda keçirilən dinləmələrin "Bir qədər əvvəl Gürcüstandakı münaqişə" mövzusunda müzakirələrində çıxış edən Q. Lenmarkerin fikrincə, regionun müstəqil ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan maraqlı tərəf kimi hər şeydən əvvəl Qafqazdakı münaqişələrin nizamlanması üçün danışıqlar aparmalıdırlar. Xüsusi nümayəndə Türkiyəni də danışıqlarda iştiraka dəvət etməyi məqsədəuyğun hesab edir. O bu danışıqlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirə mövzusu ola biləcəyini vurğulayıb. Q. Lenmarkerin fikrincə, Qafqazdakı vəziyyəti sülh yolu ilə həllinə nail olmaq üçün regiona neytral müşahidəçilər göndərilməlidir.O qeyd edib ki, tərəflərin razılığı əsasında regiona göndəriləcək beynəlxalq müşahidəçilərin əsas məqsədlərindən biri gürcü-osetin münaqişəsinin etnik təmizləmə olub-olmadığını aydınlaşdırmaq olmalıdır. -
09-20-2008, 11:20 AMAPAAzərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığa dair 10-dək sənəd imzalanacaq
[b]Azərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığa dair 10-dək sənəd imzalanacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Kubanın Azərbaycandakı səfiri Marselo Kavalyero Torres iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşüb. APA-nın məlumatına görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı, həmçinin Azərbaycan-Kuba hökumətlərarası komissiyasının bu il dekabrın əvvəllərində keçiriləcək ikinci iclasının təfərrüatlarına dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, tərəflər iclasın yekunu olaraq 10-dək sənəd imzalamağı planlaşdırır. -
09-20-2008, 11:30 AMAPAAlmaniyada keçiriləcək beynəlxalq konfransda Azərbaycan deputatı da iştirak edəcək
[b]Almaniyada keçiriləcək beynəlxalq konfransda Azərbaycan deputatı da iştirak edəcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Sentyabrın 21-24-də Almaniyada "Azərbaycan və Avropa İttifaqının strateji əməkdaşlığının yeni istiqamətləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Milli Məclisin üzvü Fuad Muradov da iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə "Azərbaycan - Avropa qonşuluq siyasəti: stabillikdən modernləşməyə doğru", həmçinin "Qafqaz regionunda uzun müddətli perspektivlər" mövzusunda müzakirələr aparılacaq. F. Muradovun konfransda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın inkişaf perspektivləri, əldə olunan nəticələrlə bağlı çıxışı nəzərdə tutulub. Millət vəkili bu gün Almaniyaya yola düşəcək. -
09-20-2008, 11:40 AMAPA"Qalatasaray" Terimə təklif göndərib
[b]"Qalatasaray" Terimə təklif göndərib[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim arzuladığına çatıb. "APA-SPORT"un məlumatına görə, bir müddət əvvəl eyni vaxtda yığma və klubda çalışmaq istədiyini dilə gətirən mütəxəssis Türkiyənin "Qalatasaray" klubundan təklif alıb. Səkkiz il əvvəl İstanbul təmsilçisinə UEFA kubokunu qazandıran 55 yaşlı çalışdırıcının idman direktoru vəzifəsinə gətirilməsi gözlənilir. Almaniyalı mütəxəssis Mixael Skibbenin komandaya uğur gətirə bilmədiyini görən klub rəhbərliyi Terimə "Gəl, müəyyən büdcə ilə komandanı özün idarə et" təklifini göndərib. -
09-20-2008, 11:50 AMAPADünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur
[b]Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib: «Biz istərdik ki, neftin qiyməti optimal səviyyədə qalsın. Nə çox yuxarı qalxsın, nə də aşağı ensin. Bu optimal səviyyə 1 barrel neft üçün 80-110 dollar arası hesab oluna bilər».R. Abdullayevin sözlərinə görə, düna bazarında neftin qiyməti sürətlə balaşdıqca, digər məhsulların, mal, iş və xidmətlərin də qiymətləri qalxır. Bu isə öz növbəsində xərclərin sürətli artımını şərtləndirir. -
09-20-2008, 12:00 PMAPAAzərbaycan neftçiləri bu gün peşə bayramlarını qeyd edirlər
[b]Azərbaycan neftçiləri bu gün peşə bayramlarını qeyd edirlər[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Azərbaycan neftçiləri öz peşə bayramlarını qeyd edirlər. «APA-ECONOMICS»in məlumatına görə, 14 il əvvəl - 1994-cü ildə Azərbaycan hökuməti ilə xarici neft şirktləri arasında «Əsrin müqaviləsi»nin imzalandığı 20 sentyabr tarixi Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün bayram münasibəti ilə ARDNŞ-in işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında şirkətin «Əsrin müqaviləsi»nin Azərbaycanın sosial-iqtisadi həyatını dəyişdiyini və ölkənin sürətli inkişafına başlanğıc olduğunu qeyd edib.R. Abdullayev ötən 14 il ərzində Azərbaycan neftçilərinin bir çox uğurlara imza atdıqlarını və böyük işlər görüldüyünü, nəhəng regional layihələrin reallaşdırıldığını vurğulayıb.Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə «Xəzərin azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü» üzrə birinci saziş imzalanıb. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş reallaşdırılıb. -
09-20-2008, 12:10 PMAPAAzərbaycandakı yeraltı qaz anbarlarının tutumu 1,4 mlrd. kub/metrdən 5 mlrd. kub/metrə çatdırılacaq
[b]Azərbaycandakı yeraltı qaz anbarlarının tutumu 1,4 mlrd. kub/metrdən 5 mlrd. kub/metrə çatdırılacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın yeraltı qaz anbarlarının təmiri layihəsi çərçivəsində 20-yə yaxın quyu təmir edilib. «APA-ECONOMICS»in xəbərinə görə, bu barədə məlumat verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bütün quyulara gələn qaz xətlərinin yeniləşdirildiyini bildirib. «Artıq kompressor stansiyası qurulur. Cari ilin noyabr ayına qədər Rusiyadan yeni kompressorlar gətiriləcək. Təmirdən sonra yeraltı qaz anbarlarına 2 mlrd. kub/metrdən artıq qaz vurmağı planlaşdırırıq», - deyə R.Abdullayev vurğulayıb.ARDNŞ prezidentinin sözlərinə görə, qaz anbarlarının təmiri iki mərhələdə həyata keçiriləcək. İkinci mərhələ gələn ilin sonuna qədər yekunlaşacaq. Bundan sonra yeraltı qaz anbarlarına 5 mlrd. kub/metr həcmində qaz vurulması mümkün olacaq.R. Abdullayev Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarının tikintisi ilə bağlı müəssisənin yaradıldığını, artıq bir neçə quyunun qazılmasına başlandığını qeyd edib. Naxçıvandakı qaz anbarının həcmi 300 mln. kub/metrə yaxın olacaq.Qeyd edək ki, hazırda Azərbaycanda 2 yeraltı qaz anbarı - Qalmaz və Qaradağ mövcuddur. Bu il yeraltı anbarlara 1,4 mlrd. kubmetr qaz yığılacaq. -
09-20-2008, 12:20 PMAPAŞtutqartda Azərbaycanda yaşayan almanların mədəniyyətinə həsr olunan sərgi açılacaq
[b]Ştutqartda Azərbaycanda yaşayan almanların mədəniyyətinə həsr olunan sərgi açılacaq[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Almaniyanın Ştutqart şəhərində almanların Azərbaycana köçüb gəlməsinin 190 illiyinə həsr olunmuş fotosərgi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Ştutqart Beynəlxalq Əlaqələr İnstitutu və Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin birgə layihəsi əsasında təşkil olunacaq. Bu barədə APA-ya Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev məlumat verib. Noyabrın sonunda açılacaq sərgidə Azərbaycanda yaşayan almanların mədəniyyəti, həyatı, abidələri, adət-ənənələri əks olunacaq. Ç. Abdullayev bildirib ki, almanların köçüb gəlməsinin 190 illiyi münasibəti ilə Azərbaycanda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. -
09-20-2008, 12:30 PMAPAARDNŞ Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün artırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparır
[b]ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün artırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. ARDNŞ Rusiya tərəfi ilə Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün 5 mln. tona çatdırılması istiqamətində danışıqlar aparır. «APA-ECONOMICS»in bildirdiyinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.R. Abdullayevin sözlərinə görə, Gürcüstanda hərbi əməliyyatlar zamanı Azəri-Çıraq-Günəşli yatağından hasil edilən neftin nəqli Bakı-Novorossiysk marşrutu ilə həyata keçirilib. Hazırda isə həmin neft yenidən BTC kəməri nəql olunur. Şimal marşrutu ilə yalnız ARDNŞ-in nefti yola salınır. Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə ABƏŞ-in payına düşür. Bakı - Novorossiysk neft kəmərilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların neftlərilə qarışır və Novorossiysk limanından Urals xam neft markası altında satılır. -
09-20-2008, 12:40 PMAPA"Qaradağ Sement" yeni məhsulunu təqdim edib
[b]"Qaradağ Sement" yeni məhsulunu təqdim edib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. "Qaradağ Sement" ASC müştərilərə yeni sulfata davamlı sement məhsulunu təqdim edib. «APA-ECONOMICS»in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən şirkətin rəhbəri Horia Adrian bildirib ki, "Qaradağ Sement" ilk dəfə olaraq 2005-ci ildə "Hər sementin öz yeri var!" prinsipini irəli sürüb və öz məhsulları üçün tövsiyə olunan tətbiq sahələrini müəyyən edib. Şirkətin satış meneceri Balint Kato isə bildirib ki, hazırda müştərilərə təqdim olunan sulfata davamlı sement - SOLİD müxtəlif duzların təsirinə məruz qalan beton bünövrə və yeraltı qurğular, habelə təbii suların təsiri altında istismar olunan beton və hörgü konstruksiyaları üçün istifadə oluna bilər. Bundan əlavə, SOLİD sementi irihəcmli, aşağı istilik ayrılması tələb olunan beton konstruksiyalarının istehsalı üçün də məqsədəuyğundur. Yüksək möhkəmliyə malik yeni sement, həmçinin, adi beton və beton məmulatlarının istehsalında da istifadə oluna bilər. B. Katonun sözlərinə görə, şirkət bu il 50 min ton sulfata davamlı sement istehsalı proqnozlaşdırır.Şirkət nümayəndəsi qeyd edib ki, SOLİD sementi həm yerli, həm də xarici standartlara uyğun olaraq istehsal olunur. Sementin sulfata davamlılıq xassəsi 2008-ci ilin mart ayında Rusiyanın CEMİSCON şirkəti tərəfindən sınaqdan keçirilib və sertifikatlaşdırılıb. Sement, həmçinin, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən də sertifikat alıb.Qeyd edək ki, "Qaradağ Sement" ASC Azərbaycanda ən iri klinker və sement istehsalçısıdır. Zavod 1999-cu ildə özəlləşdirilib və müəssisənin kapitalının əsas pay sahibi kimi «Holcim Group» (İsveçrə) çıxış edir. 2007-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı və 2008-ci ildə Azərbaycan İnvestisiya Şirkəti ayır-ayrılıqda "Qarabağ Sement" ASC-nin ümumi kapitalının 10%-lik payını almaqla zavodun səhmdarları sırasına qatılıb. "Qarabağ Sement" ASC-nin 2007-ci ildə bazar payı 42% təşkil edib və ötən il il şirkət 1,34 mln. ton sement satıb. -
09-20-2008, 12:50 PMAPARövnəq Abdullayev: "Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır"
[b]Rövnəq Abdullayev: "Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır"[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayevin sözlərinə görə, kəmərdə son sınaqlar aparılıb: «Hazırda Gürcüstan tərəfindən kəmərin istismarına dair razılıq sənədlərinin alınması gözlənilir. Bu sənədlər alınandan sonra kəmər işə salınacaq».Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən, yəni 1999-cu ildən 2005-ci ilin sonunadək bu marşrutla 50 mln. ton, 2006-cı ilin ilk 10 ayı ərzində isə 5,6 mln. ton neft nəql olunub. Həmin vaxtdan sonra kəmər istismar olunmayıb və ilk dəfə bu ilin avqust ayının əvvəlində boru xəttinə 100 min ton neft vurulub.Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Sonradan nasos stansiyalarında aparılan modernləşdirmədən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neft nəqlinə imkan verir. -
09-20-2008, 01:00 PMAPAMaradonanın rekordu qırıldı
[b]Maradonanın rekordu qırıldı[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Dünya futbolunun əfsanəvi Dieqo Maradonanın rekordu qırılıb. "APA-SPORT"un məlumatına görə, ukraynalı Nikolay Kutsenko topu 850 min dəfə çiləməklə, 48 yaşlı argentinalı dünya çempionunun rekordunu təzələyib. Əslən Xarkovdan olan N. Kutsenko bunu 2012-ci il Avropa çempionatının Ukraynada keçirilməsinə dəstək məqsədilə baş tutan aksiyada edib. Kiyevdən Varşavaya 17 gün davam edən 900 kilometrlik marafonda Kutsenko da daxil olmaqla, 15 nəfər iştirak edib. Rekordçudan fərqli olaraq, qalan 14 şəxs əlil olduğundan arabada hərəkət edib. İştirakçılar hər gün 42 kilometr yol qət edərkən, Kutsenko fasiləsiz topu çiləyib. Ümumilikdə topu 850 min dəfə çiləyən ukraynalı bununla Maradonanın rekordunu qırıb. Belə ki, Dieqo başla topu təxminən 7 min dəfə çiləyib. Ukraynalının göstəricisinin Ginnesin Rekordlar Kitabına düşməsi üçün rəsmi müraciət olunacaq. -
09-20-2008, 01:10 PMAPAAzərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirinin Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı açıqlanıb
[b]Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirinin Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı açıqlanıb[b]
Bakı-APA. Türkiyənin xarici işlər naziri Əli Babacan BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində Türkiyənin Ermənistanla münasibətlərinə dair önəmli görüşlər keçirəcək. APA-nın xəbərinə görə, bu barədə "SNN Türk" məlumat yayıb. Məlumatda Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı da açıqlanıb.
[Əli Babacanın Azərbaycan və Ermənistanın xarici işləri nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla əvvəlcə ayrı-ayrılıqda, daha sonra birgə görüşləri Nyu-Yorkda sentyabrın 25-26-da baş tutacaq. Məlumata görə, üç ölkənin xarici işlər nazirləri Qarabağ problemi ilə bağlı da müzakirələr aparacaqlar. Türkiyə Xarici İşlər Nazirliyindən bu toplantıda hər hansı qərar qəbul olunmasının və ortaq açıqlamalar verilməsinin gözlənilmədiyini bildiriblər. Xatırladaq ki, bəzi mənbələr bir neçə gün əvvəl üç tərəfin Dağlıq Qarabağ probleminin həlli mövzusunda ilkin anlaşma əldə etməyə çalışacağı barədə məlumat yayıb.Məlumata görə, Əli Babacanın Amerikada erməni diasporunun nümayəndələri ilə də görüşləri planlaşdırılmır. Yetkililər bunu Türkiyənin Ermənistanla münasibətlərini dövlətlərarası dialoq zəminində aparmaq istəyi ilə əsaslandırıblar. -
09-20-2008, 01:40 PMAPAQubada mavi yanacaq təminatında problem yaranıb
[b]Qubada mavi yanacaq təminatında problem yaranıb[b]
[Quba. Solmaz Mehdiyeva-APA. Payız mövsümünün başlanması ilə əlaqədar Qubada mavi yanacağa olan tələbat artıb. Xüsusilə şəhərin mərkəzi hissəsində təbii qazla bağlı ciddi problem yaşanır. Quba Qaz İstismarı İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, şəhərin qaz təchizatının zəifləməsinin əsas səbəbi yeraltı qaz xətlərinin köhnəlməsi və yararsız hala düşməsidir. Şəhərə qazın verilməsindəki problemin aradan qaldırılması məqsədilə Quba rayon İcra Hakimiyyətinin büdcəsi hesabına təcili tədbirlər başlanıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov APA-nın yerli bürosuna açıqlamasında min üç yüz metr uzunluğunda olan şəhərdaxili yeraltı dəmir boruların yeni plastik borularla əvəzlənəcəyini deyib. Onun sözlərinə görə, hazırda yeraltı qaz xətlərinin yeni borularla əvəzlənməsi prosesi aparılır. Bu səbəbdən Quba şəhərinin bir neçə mərkəzi küçəsində avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. -
09-20-2008, 01:50 PMAPAValentin Xodukin Azərbaycan çempionatında danışılmış oyunların olduğunu açıqladı
[b]Valentin Xodukin Azərbaycan çempionatında danışılmış oyunların olduğunu açıqladı[b]
"Simurq-İnter oyununa nəzarət etmək istəyənlər, buyurub stadiona gəlsinlər"
[Bakı. Mehman Süleymanov - APA-SPORT. ""Simurq"la səfər oyununa hazırlığımız bu gün başa çatdı. Qaxa döyüşkən heyət aparıram. Sabahkı görüşdə meydana yalnız qələbə üçün çıxacağıq". Bunu "APA-SPORT"a açıqlamasında son Azərbaycan çempionu olan Bakının "İnter" futbol komandasının baş məşqçisi Valentin Xodukin deyib. 69 yaşlı ukraynalı mütəxəssis bildirib ki, Premyer Liqanın növbəti turu çərçivəsində sabah Qaxda qonağı olacaqları "Simurq"u kənar amillər, xüsusilə də hakim səhvi olmadan məğlub etmək gücündədirlər: "Sözsüz ki, rəqibin lider olması motivasiyanı daha da artırır. Digər tərəfdən, "Simurq"un liderliyi haqda danışmaq hələ tezdir. Çünki bu komandanın yalnız "Neftçi" ilə ciddi sınağı olub. Ona qalsa, "Simurq"la liderliyi bölüşdürən "Bakı"nın gücünün xeyli artdığını söyləmək daha düzgündür". İstənilən halda "Simurq"u ciddi rəqib hesab edən "İnter"in baş məşqçisi yalnız qələbəyə köklənib: "Çünki 4 turdan sonra xal itkisi limitimiz tükənmək üzrədir. Səfərdə oynasaq belə, heç-heçə bizi qane etmir. Bu mənada bir sıra taktiki yeniliklər hazırlamışam". "Simurq"u yaxşı tanıdığını deyən Xodukin orada bir neçə həmyerlisini yer aldığını, hücumçulardan Ramin Nəsibov və Elşən Məmmədovun "İnter"də rəhbərliyi altında çıxış etdiyi xatırladıb: "Komandanı çalışdıran həmyerlim Roman Pokoranın məşqçilik bacarığına, komandasının oyun üslubuna yaxşı bələdəm. Ancaq bütün bunlar "qardaş komanda" kimi qələmə verilən "İnter"lə "Simurq"un oyunlarının danışılmış olması demək deyil. Ümumiyyətlə, belə nağıllar xoşuma gəlmir. Çempionatı keçirən qurumun nümayəndələri bizim görüşə nəzarət etmək istəyirsə, buyurub stadiona gəlsinlər. Danışılmış, şübhəli oyundan söhbət gedirsə, bu, ötən mövsüm olub. Hətta elə matç olub ki, tribunada yer alan sıravi azarkeş də nəticənin razılaşdırıldığını görərək, bunu gülüşlə qarşılayıb".Qeyd edək ki, Premyer Liqanı keçirən Azərbaycan Peşəkar Futbol Liqası "Simurq" - "İnter" oyununa xüsusi nəzarət komissiyası göndərəcək. -
09-20-2008, 02:50 PMAPAAğcabədidə Qarabağ Muğam Mərkəzinin açılışı olub
[b]Ağcabədidə Qarabağ Muğam Mərkəzinin açılışı olub[b]
[Ağcabədi. Teymur Zahidoğlu-APA. Bu gün Ağcabədi rayonunda Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin açılış mərasimi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, saat 14.00-da başlayan mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Əmlakının Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən Muğam Mərkəzinin ümumi sahəsi 1300 kvadrat metrdir. Mərkəz hər biri 154 tamaşaçı tutumu olan yay və qış zallarında, 6 sinif, 2 iki müdiriyyət, 1 iclas, 2 qrim otağı və foyedən ibarətdir.Mərkəzin qarşısında Üzeyir Hacıbəylinin qranitdən büstü qoyulub. Muğam Mərkəzinin qarşısında salınan parkda isə dahi bəstəkarın əsərlərindən fraqmentləri əks etdirən memarlıq kompozisiyaları yaradılıb. -
09-20-2008, 03:30 PMAPAZaqatala aeroportundan istifadə edən ilk əcnəbi diplomat kimi Bernar Fasieyə sertifikat verilib
[b]Zaqatala aeroportundan istifadə edən ilk əcnəbi diplomat kimi Bernar Fasieyə sertifikat verilib[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasieyə ilk xarici diplomat kimi Zaqatala Beynəlxalq Aeroportundan istifadə etdiyinə görə hava limanının sertifikatı verilib.
[APA-nın məlumatına görə, bu barədə B. Fasie özü bildirib. B. Fasie Zaqatalaya Fransa istehsalı olan vertolyotla getdiyini, Fransa istehsalı olan təyyarə ilə isə qayıtdığını vurğulayıb.