[b]Moskva metrosunda "Oxuyan Moskva" adlı qatar istifadəyə verilib[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Moskva metrosunda "Oxuyan Moskva" adlı qatar istifadəyə verilib. APA-nın məlumatına görə, bu gün istifadəyə verilən metro qatarına daxil olan sərnişinlər məşhur ədəbi personajların, kitab illüstrasiyalarının və ədəbi yaradıcılıq nümunələrinin sehrinə düşürlər. Belə ki, qatar içəridən və bayırdan ədəbi qəhrəmanların rəsmləri və məşhur əsərlərdən parçalarla bəzədilib. Qeyri-adi qatarın sərnişinləri hər gün adət etdikləri reklamların əvəzinə çağdaş ədəbiyyat nümunələri ilə tanış olacaq, maraqlı məlumatlar ala biləcəklər. Qeyd edək ki, qatar ilk olaraq Sokolniçiy stansiyası ilə Kropotkina stansiyası arasında hərəkət edəcək.
Azərbaycan Xəbərləri
Printable View

05-31-2008, 01:21 PMAPAMoskva metrosunda "Oxuyan Moskva" adlı qatar istifadəyə verilib

05-31-2008, 01:31 PMAPASabah X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının açılış mərasimi keçiriləcək
[b]Sabah X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının açılış mərasimi keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, festivalda 10-a yaxın ölkə iştirak edəcək. Festivalın 10 illik yubileyində Fransadan Georgiy Branyev (ssenarist), İsraildən Efraim Abramov (ssenarist), Polşadan rejissorlar Ancey Yakimovski, Kşiştov Zanussi, Estoniya prodüseri Erika Laansalu, Estoniya aktrisası Valdma Viyre, Latviyadan rejissor Yuris Poşkus, aktyor Andis Strods, Belarusdan kino tənqidçisi Anton Sidorenko, Qırğızıstandan rejissor Ernest Abdıjaparov, aktrisası Asema Toktobekova və digər ölkələrin tanınmış kino xadimləri iştirak edəcək.Qeyd edək ki, qonaqlar bu gün Bakıya təşrif buyuracaqlar. İyunun 7-nə kimi davam edəcək "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı çərçivəsində "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya), "Dost" (Azərbaycan) "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr Nevski döyüşü" (Rusiya) filmləri nümayiş olunacaq. 7 günlük film festivalında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində Polşanın tanınmış kinorejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi təşkil olunacaq. Festivalın bağlanışında "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyalarında mükafatlar təqdim olunacaq.Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
05-31-2008, 01:41 PMAPABakıda vətəndaşlardan narkotik vasitələr götürülüb
[b]Bakıda vətəndaşlardan narkotik vasitələr götürülüb[b]
[Bakı - APA. Mayın 30-da həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Nizami Bağırovdan 0,319 qram heroin, Yasamal rayon Polis İdarəsinin əməkdaşları isə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Həsənovdan 0,527 qram heroin götürüblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, həmin gün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Soltan Turabovdan 0,513 qram heroin götürüblər. -
05-31-2008, 01:51 PMAPABakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək
[b]Bakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Bakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Bu barədə APA-ya teatrın aktyoru Şövqi Hüseynov məlumat verib. O bildirib ki, festival 20-27 iyun tarixlərində keçiriləcək. Teatr kollektivi festivalda Cənnət Səlimovanın quruluş verdiyi "İtlər" tamaşası ilə çıxış edəcək. Bir neçə gün əvvəl teatr truppasının Trabzonda keçirilən beynəlxalq teatr festivalında iştirak etdiyini bildirən Ş. Hüseynov elə bu festivala da orada dəvət alıb. Tamaşanın rollarında Şövqi Hüseynov, Nofəl Vəliyev, İlqar Cahangirov, Gülər Nəbiyeva, Şəbnəm Əliyeva və başqaları çıxış edəcəklər. -
05-31-2008, 02:01 PMAPA"Media forum" yeni ünvana köçür
[b]"Media forum" yeni ünvana köçür[b]
Bakı-APA. "Media forum" saytının redaksiyası yeni ünvana köçür.
["Media forum"dan APA-ya verilən məlumata görə, bununla əlaqədar mayın 31-dən sayta giriş və redaksiya ilə elektron yazışmalar mümkün olmayacaq. Texniki avadanlıqların yeni ofisdə quraşdırılması prosesi başa çatandan sonra sayt əvvəlki qaydada işləyəcək. -
05-31-2008, 02:11 PMAPAAzərbaycan paytaxtında orta məktəb məzunlarının iştirakı ilə iki yol-qəza hadisəsi qeydə alınıb
[b]Azərbaycan paytaxtında orta məktəb məzunlarının iştirakı ilə iki yol-qəza hadisəsi qeydə alınıb[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisindəki məktəblərdən birinin məzunu Təbriz Oruc oğlu Kazımov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.
[Nəticədə sürücü və digər sərnişinlər ağır bədən xəsarəti ilə Kiliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Digər yol qəza hadisəsi isə Binəqədi rayon 9-cu mikrorayonda baş verib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Səid Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu il 11-ci sinfi bitirən məzunlardan biri idarə etdiyi "VAZ-2107" markalı avtomobili "Sona" şadlıq sarayının qarşısında olan dirəyə çırpıb. Nəticədə avtomobilin sürücüsü və digər iki sərnişin ağır xəsarətlərlə Klinik Tibbi Mərkəzə çatdırılıblar. Hər iki fakt üzrə araşdırma aparılır. -
05-31-2008, 02:21 PMAPAAzərbaycanın prokurorluq orqanlarında işləmək istəyənlər test imtahanı veriblər
[b]Azərbaycanın prokurorluq orqanlarında işləmək istəyənlər test imtahanı veriblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün prokurorluq orqanlarında çalışmaq istəyənlər üçün test imtahanı keçirilib. Respublika Prokurorluğunun mətbuat xidmətindən Bu APA-ya verilən məlumata görə, hazırda imtahanını nəticələnələri yoxlanılır. Test imtahanından uğurla keçən namizədlər ikinci yazılı tura vəsiqə qazanacaqlar. Qeyd edək ki, prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 368 nəfər test imtahanından keçib. Baş Prokurorluğun 150 ştat vahidi üzrə elan olunan müsabiqədə onlara 1009 sualdan ibarət test toplusu təqdim olunub. Hər namizədə 100 sual verilib. 80 sual hüququn müxtəlif sahələrini əhatə edib, 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. -
06-01-2008, 12:51 PMAPAÇində hərbi-nəqliyyat vertolyotu qəzaya uğrayıb
[b]Çində hərbi-nəqliyyat vertolyotu qəzaya uğrayıb[b]
Bakı - APA. Çinin Sıçuan əyalətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən xilasetmə tədbirlərində iştirak edən hərbi-nəqliyyat vertolyotu qəzaya uğrayıb.
[APA-nın məlumatına görə, ilkin ehtimallara əsasən, qəzaya pis hava şəraiti və güclü külək səbəb olub. Hadisə zamanı vertolyotda 4 ekipaj üzvü və zəlzələdən zərər çəkmiş 10 yerli sakin olub. Ölən və xəsarət alanlar haqqında hələ dəqiq məlumat yoxdur. Çinin dövlət başçısı Xu Tzintao yerli icra hakimiyyəti orqanlarına vertolyotun tapılması üçün xüsusi axtarış tədbirlərinin təşkil olunması və zərər çəkənlərə köməyin göstərilməsinə dair tapşırıq verib. Xatırladaq ki, bu ilin may ayının 12-də Sıçuan əyalətində baş vermiş zəlzələ Çin tarixində son 30 ildə ən güclü təbii fəlakət olub. Son məlumatlara görə, zəlzələ nəticəsində təxminən 70 min nəfər həlak olub, təbii fəlakətin baş verdiyi ərazidən isə ən azı 14 mln. nəfər ölkənin başqa şəhər və rayonlarına köçürülüb. -
06-01-2008, 01:01 PMAPAAzərbaycan paytaxtında avtomobil partladılıb
[b]Azərbaycan paytaxtında avtomobil partladılıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda partlayış baş verib.
[Binəqədi Rayon 6-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, Biləcəri qəsəbəsi, Yeni yaşayış Massivi, döngə 2-də yaşayan Xəlil Gümüşov səhər saatlarında qaraja daxil olaraq şəxsi avtomobilini işə salmaq istəyib. Bu zaman qarajda qumbara partlayıb. X.Gümüşov və onlara qonaq gələn bacısının həyat yoldaşı Eyyub Şıxəliyev ağır bədən xəsarətləri ilə Təcili Tibbi Klinik Xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. İlkin ehtimallara görə, qumbara qəsdən qaraja yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsində bütün versiyalarla bağlı araşdırma aparılır. -
06-01-2008, 01:11 PMAPAAzərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rəsm sərgisi keçirilir
[b]Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rəsm sərgisi keçirilir[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın Ombudsman Aparatı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə «Mən və hüquqlarım» mövzusunda Bakıda rəsm sərgisi təşkil edib. Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərgi Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Uşaqdan-Uşağa Sülh Şəbəkəsi ilə birlikdə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində keçirilib. Sərgidə məqsəd uşaqlara hüquqlarını izah etmək, onları hüquqi cəhətdən maarifləndirmək, vətənpərvərlik ruhunda tərbiyə etmək, dünyagörüşlərinin zənginləşməsinə nail olmaqdır. Sərginin açılış mərasiminə dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, səfirliklərin nümayəndələri iştirak ediblər. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova sərginin açılış mərasimində çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətində uşaqların hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu deyib. Ombudsman sərgidə Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin yetirmələrinin, həmçinin Bakı şəhər məktəblilərinin, uşaq yaradıcılıq mərkəzləri üzvlərinin, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların rəsmlərinin nümayiş etdirildiyini bildirib.Sərgidə Həyat Əliyeva və Nərminə Quliyeva I yer, Aysun Hadızadə və Emin Məmmədov II yer, Murad Yüzbaşov və Səbinə Popova III yerə layiq görülüblər. Ombudsman onlara sertifikatlar və pul mükafatları təqdim edib. -
06-01-2008, 01:21 PMAPAAzərbaycan Kişinyovda «İfadə azadlığı» mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib
[b]Azərbaycan Kişinyovda «İfadə azadlığı» mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Səfixanlı Kişinyovda (Moldava) «İfadə azadlığı» mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib. Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Avropa Komissiyasının TAİEX proqramının Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi ilə birgə təşkil etdiyi seminarda Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların təmsilçiləri, Qara dəniz regionuna daxil olan ölkələrin dövlət, QHT və KİV nümayəndələri iştirak ediblər. A.Səfixanlı seminarda çıxış edərək Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ötən dövr ərzində respublikada fikir, söz və məlumat azadlığının təmin edilməsi, media hüquqlarının müdafiəsi, jurnalistlərin peşə hazırlığının və hüquq mədəniyyətinin yüksəldilməsi sahəsində fəaliyyəti barədə məlumat verib. O, ötən müddət ərzində Ombudsman Aparatında KİV nümayəndələri ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının gerçəkləşdirilməsinə dair məsləhətləşmələrin aparıldığını, bu planın əhəmiyyəti və əhatə dairəsi ilə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. -
06-01-2008, 01:31 PMAPAAzərbaycanın cənubunda iki qardaş arasında silahlı mübahisə baş verib
[b]Azərbaycanın cənubunda iki qardaş arasında silahlı mübahisə baş verib[b]
[Masallı. Ağəddin Babayev - APA. Azərbaycanın Masallı rayonunda iki qardaş arasında baş verən mübahisə birinin digərinə silahlı hücum etməsi ilə nəticələnib. Masallı Rayon Polis Şöbəsinin rəis müavini Rizvan Quliyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Köçəkli kənd sakini, 1956-cı il təvəllüdlü Ağabala Möhübbət oğlu Quliyev polisə zəng edərək 1967-ci il təvəllüdlü, qapı qonşusu olan qardaşı Oqtay Möhübbət oğlu Şəmiyevin onu silahla hədələyərək evdən çıxmasını tələb etdiyini bildirib. Şikayətçi bildirib ki, O.Şəmiyev 16 kalibrli ov tüfəngi ilə onun evinə girərək tavana 4 atəş açıb, nəticədə evin tavanı zədələnib, şüşələr qırılıb. Dərhal əməliyyat keçirən polis O.Şəmiyevi həbs edib, onun evində axtarış apararkən 16 kalibrli ov tüfəngi və 15 patron aşkar edib. O.Şəmiyev öz ifadəsində qardaşının yaşadığı evin qanuni olaraq ona məxsus olduğunu bildirib və evdən çıxması ilə bağlı qardaşına dəfələrlə xəbərdarlıq etdiyini qeyd edib. Faktla bağlı O.Şəmiyevlə bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. -
06-01-2008, 01:41 PMAPAAzərbaycanın Dəvəçi rayonunda üçotaqlı ev yanıb
[b]Azərbaycanın Dəvəçi rayonunda üçotaqlı ev yanıb[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Dünən saat 04:00 radələrində Azərbaycanın Dəvəçi rayonunda ev yanıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Söhbətli kənd sakini Vüqar Kərimova məxsus birmərtəbəli 3-otaqlı evdə baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Faktla bağlı araşdırma aparılır. -
06-01-2008, 01:51 PMAPAYerevanda İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək
[b]Yerevanda İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu ilin iyun ayının 6-8-də Yerevanda (Ermənistan) İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı məsələlərinə həsr olunmuş konfrans keçiriləcək. APA-nın «IranPress»ə istinadən verdiyi məlumata görə, Yerevandakı Arya Beynəlxalq Universitetində təşkil olunacaq konfransda İranın Cənubi Qafqaz, həmçinin Mərkəzi Asiya respublikaları ilə ikitərəfli geosiyasi və iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, mədəni və tarixi əlaqələr, münaqişələrin həlli yolları və s. aktual məsələlər müzakirə ediləcək. -
06-01-2008, 02:01 PMAPAMakedoniyada növbədənkənar parlament seçkiləri keçirilir
[b]Makedoniyada növbədənkənar parlament seçkiləri keçirilir[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Makedoniyada növbədənkənar parlament seçkiləri keçirilir. APA-nın məlumatına görə, yerli vaxtla saat 07:00-dan 19:00-dək keçiriləcək seçkilərdə 16 partiyanın təmsilçiləri iştirak edir.Makedoniya Dövlət Seçki Komissiyası seçkilərin ilkin nəticələrini səsvermə başa çatdıqdan sonra 12 saat ərzində açıqlayacaq. Sosioloji sorğulara əsasən, parlamentdə ən çox mandat qazanan «Yaxşı Makedoniya uğrunda» koalisiya olacaq. Koalisiya ölkənin baş naziri Nikola Qruyevskinin sədrlik etdiyi hakim Makedoniya Daxili İnqilab Təşkilatı və Makedoniya Demokratik Milli Birlik Partiyasının bazasında yaradılıb. Bu blokun səslərin 31%-ni qazanacağı proqnozlaşdırılır. Qeyd edək ki, seçkilərdə iştirak edən 16 partiyadan 7-si milli azlıqların (5-i albanların, 1-i serblərin və 1-i türklərin) maraqlarını təmsil edir. Ölkə vətəndaşlarının 1,779 mln-u seçici hüququna malikdir, seçkiləri isə 5,8 min müşahidəçi, o cümlədən 464 xarici dövlət təmsilçisi izləyir. -
06-01-2008, 02:11 PMAPABakı şəhərində soyğunçular ticarət obyektindən pul aparıblar
[b]Bakı şəhərində soyğunçular ticarət obyektindən pul aparıblar[b]
[Bakı. Şəhriyar Əliazdə - APA. Bu gün Bakının Nəsimi rayonundakı marketlərdən birində soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, marketə daxil olan soyğunçular satıcı Mənzur Həmzəyevə bıçaqla hədə-qorxu gələrək, kassadakı pulları aparıblar. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. -
06-01-2008, 02:21 PMAPAAzərbaycanın qərbində quldurluqla məşğul olan dəstənin üzvləri yaxalanıb
[b]Azərbaycanın qərbində quldurluqla məşğul olan dəstənin üzvləri yaxalanıb[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın Gəncə şəhərində quldurluqla məşğul olan mütəşəkkil dəstənin üzvləri yaxalanıb. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər Vüsal Həsənov, Taleh Məmmədov və Yasin Əliyevdir. Onlar oğurluq, quldurluq, polisə müqavimət göstərmə, evlərə basqın etməkdə təqsirləndirilir. Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
06-01-2008, 02:31 PMAPAHəyətyanı sahədə marixuana becərən Sumqayıt sakini yaxalanıb
[b]Həyətyanı sahədə marixuana becərən Sumqayıt sakini yaxalanıb[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycanın Sumqayıt şəhərində narkotik vasitələrin becərilməsi ilə məşğul olmaqda təqsirləndirilən şəxs yaxalanıb. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsinin sakini 22 yaşlı Rahib Həsənovun həyətyanı sahəsinə baxış zamanı xeyli sayda marixuana kolu aşkarlanıb. Fakta bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. -
06-01-2008, 02:41 PMAPAAzərbaycan paytaxtında soyğunçuluq hadisəsi baş verib
[b]Azərbaycan paytaxtında soyğunçuluq hadisəsi baş verib[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı şəhərinin Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, işdən evə qayıdan Bakı sakini Zəminə Rəhilovaya naməlum şəxs yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və onun üstündə olan zinət əşyalarını, pulunu və 1 ədəd «Nokia N95» markalı mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Bundan sonra Z.Rəhilova Polis İdarəsinə müraciət edib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən şəxslərin kimliyi hələlik məlum deyil. -
06-01-2008, 02:51 PMAPAOdessada «Qara dəniz bölgəsində dondurulmuş münaqişələr» mövzusunda konfrans keçirilib
[b]Odessada «Qara dəniz bölgəsində dondurulmuş münaqişələr» mövzusunda konfrans keçirilib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Ukraynanın Odessa şəhərinin meriyasında «Qara dəniz bölgəsində dondurulmuş münaqişələr» mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, tədbirdə əsas müzakirə obyekti Moldova, Azərbaycan və Gürcüstan ərazisində dondurulmuş münaqişələr, onların həlli yolları, münaqişə tərəfləri arasında dialoqun dəstəklənməsi, Avropa İttifaqı və rəsmi Kiyevin bu prosesdə vasitəçilik rolu və s. məsələlər olub. Bununla yanaşı, Rusiyanın dondurulmuş münaqişələrin həllinə təsir imkanları ayrıca blokda müzakirə edilib. Tədbirdə adları sadalanan dövlətlərin rəsmi təmsilçiləri ilə yanaşı bir sıra beynəlxalq təşkilatın nümayəndələri də iştirak ediblər. -
06-01-2008, 03:01 PMAPARusiyada parlament deputatı qətlə yetirilib
[b]Rusiyada parlament deputatı qətlə yetirilib[b]
[Bakı - APA. Ötən gecə Rusiyanın Qaraçay-Çərkəz Respublikası parlamentinin deputatı Murad Akbayev naməlum şəxslər tərəfindən qətlə yetirilib. APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, M.Akbayev şəxsi avtomobilində ticarət kompleksi qarşısında naməlum şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, hadisə yerində keçirilən axtarış zamanı qara toxunma maska aşkarlanıb, hadisəni törədənlərin qaçdığı avtomaşın isə hələ müəyyənləşdirilməyib. Hadisə ilə bağlı başqa məlumatlar verilmir, araşdırmalar davam etdirilir. -
06-01-2008, 03:11 PMAPAAzərbaycan paytaxtında Son Zəng günü ilə bağlı keçirilən bayram gəzintiləri zamanı asayişin pozulması faktı qeydə alınmayıb
[b]Azərbaycan paytaxtında Son Zəng günü ilə bağlı keçirilən bayram gəzintiləri zamanı asayişin pozulması faktı qeydə alınmayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Mayın 31-də Son Zəng günü Bakı şəhərinin Dənizkənarı Milli Parkda məzunların bayram gəzintiləri zamanı hər hansı xoşagəlməz hadisə və asayişin pozulması halı baş verməyib. Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov məlumat verib. N.Məcidovun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il məzunlara nəzarət daha da güclü olub və onların etik həddi aşan hərəkət etməsinin qarşısı DBİ-nin mühafizəçiləri və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb. O, məzunların etik həddi aşmayan bütün oyunlardan istifadə etməsinə şərait yaradıldığını qeyd edib. Rəis müavini bildirib ki, gecə yarısına kimi DBİ-nin mühafizəçiləri gücləndirilmiş iş rejimində işləyiblər. -
06-01-2008, 03:21 PMAPAQarabağ Azadlıq Təşkilatının növbəti qurultayı keçirilib
[b]Qarabağ Azadlıq Təşkilatının növbəti qurultayı keçirilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ötən gün III qurultayını keçirməyə nail olub. Təşkilatın sədri Akif Nağının APA-ya verdiyi məlumata görə, QAT-ın qurultayı mayın 31-də axşam saatlarında Ağdaş rayonu ərazisində yerləşən restoranların birində keçirilib. Qurultayda Qarabağ probleminin həlli ətrafında beynəlxalq aləmdə aparılan müzakirələrə diqqət yetirilib və bu müzakirələrin nəticəsində torpaqların işğaldan azad edilməsinin mümkünsüzlüyü bildirilib. Təşkilati məsələlərin müzakirəsində isə QAT-ın 45 nəfərlik Məclisi, 25 nəfərlik İdarə Heyəti və 12 nəfərlik Ağsaqqallar Şurası seçilib. A.Nağı yenidən təşkilatın sədrliyinə namizədliyini irəli sürüb və növbəti müddətə QAT-ın sədri seçilib. A.Nağı bildirib ki, təşkilat qurultayı Qarabağ ərazisində keçirmək istəyib. Bu məqsədlə Ağdam, Tərtər və Bərdə rayon icra hakimiyyətlərinə rəsmi müraciət olunsa da, QAT-a cavab verilməyib. Ötən gün isə qurultay keçirmək üçün Tərtərin Dördyol adlanan ərazisinə getmək istədikdə, yerli polis təşkilat üzvlərini rayon ərazisinə buraxmayıb. A.Nağı qurultayı Yevlax və Şəkidə keçirmək üçün cəhd etdiklərini, lakin bunun da qarşısının alındığını qeyd edib. Bu səbəbdən QAT toplantısını yolüstü restoranda keçirməyə məcbur olub. -
06-01-2008, 03:31 PMAPABayram günlərində Azərbaycan paytaxtındakı böyük parklarda asayişin qorunmasına atlı əsgərlər cəlb olunacaq
[b]Bayram günlərində Azərbaycan paytaxtındakı böyük parklarda asayişin qorunmasına atlı əsgərlər cəlb olunacaq[b]
[Bakı. Elnur Məmmədli - APA. Bundan sonra Azərbaycanda bayram günlərində paytaxtın böyük parklarında xarici ölkələrdə olduğu kimi asayişi atlı əsgərlər də qoruyacaq. Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov məlumat verib. N.Məcidovun sözlərinə görə, artıq 28 May Respublika Günü və Son Zəng Günü Milli Parkda xüsusi paltar geyinmiş atlı əsgərlər olub. İdarə rəsmisi bildirib ki, bu xüsusi xidmət Daxili Qoşunlar tərəfindən təşkil olunub. Rəis müavini bu xidmətin daha da təkmilləşdirilməsinin, paytaxtın digər parklarında da təşkil edilməsinin nəzərdə tutulduğunu qeyd edib. -
06-01-2008, 03:41 PMAPASon Zəng günü Bakıda saxlanılan 15 yeniyetməyə xəbərdarlıq edilib
[b]Son Zəng günü Bakıda saxlanılan 15 yeniyetməyə xəbərdarlıq edilib[b]
[Bakı. Hacı Zeynalov - APA. Ötən gün Bakı şəhərində Son Zəng günü ilə bağlı Milli Parkda keçirilən tədbirlər zamanı qanunu pozan 15 nəfər yeniyetmə saxlanılaraq paytaxtın Səbail Rayon Polis İdarəsinə aparılıb. Bu barədə APA-ya Rayon Polis İdarəsindən məlumat verilib. Onlara ciddi xəbərdarlıq ediləndən sonra saxlanılanlar sərbəst buraxılıb. Həmin gün tədbir qurtarana kimi isə Bakı Polis Qarnizonu Milli Parkı nəzarətdə saxlayıb. -
06-01-2008, 03:51 PMAPAAzərbaycan paytaxtında dəhşətli yanğın baş verib
[b]Azərbaycan paytaxtında dəhşətli yanğın baş verib[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Mayın 31-də axşam saatlarında Bakının Yasamal rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata əsasən, hadisə rayon sakini Bayram Bayramovun evində baş verib. Yanğın nəticəsində ev sahibi B.Bayramov boğularaq dünyasını dəyişib. Hadisə yerinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, yanğın qəsdən törədilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. -
06-01-2008, 08:01 PMAPAHollivudda yanğın baş verib
[b]Hollivudda yanğın baş verib[b]
Los-Anceles. Hüsniyyə Həsənova-APA. Dünyanın ən məşhur kino mərkəzi olan Hollivudda güclü yanğın baş verib. APA-nın ABŞ bürosunun məlumatına görə, Hollivudun əsas şirkətlərindən sayılan "Universal" şirkətinə məxsus film studiyalarından birində partlayışla müşayiət olunan yanğın başlayıb.
[Yerli vaxtla sabah saat 6-7 radələrində başlamış yanğın indiyə qədər davam edir. Yanğın başlamış yerin yaxınlığında daha bir neçə böyük studiya və məşhur ulduzların yerləşdiyi otel də var. Yanğının baş verdiyi studiyada hansı filmin çəkilişlərinin aparılması barədə hələlik məlumat yoxdur. İlkin məlumatlarda yanğın nəticəsində ölən və yaralananın olmadığı bildirilir. Qeyd edək ki, bu mərkəz ABŞ-ın Koliforniya ştatının Los-Anceles şəhərində yerləşir. -
06-01-2008, 08:21 PMAPAUcardakı avtovağzalda yanğın baş verib
[b]Ucardakı avtovağzalda yanğın baş verib[b]
[Ucar. Zahid Abışov-APA. Bu gün saat 18 radələrində Ucar rayonundakı avtovağzala məxsus restoranda yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın restoranın dam örtüyünü əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib. İdarənin rəisi Müşfiq Məmmədov bildirib ki, yanğın nəticəsində restoranın ümumi sahəsi 575 kv metr olan dam örtüyü sıradan çıxıb. Onun sözlərinə görə, yanğının yaxınlıqdakı banka və satış mərkəzinə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisə restorandakı sobadan bir neçə közün binanın dam örtüyünə sıçraması nəticəsində baş verib. Hadisə yerinə Göyçay rayonundan da əlavə yanğınsöndürən maşın cəlb edilib və yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, restoran 2006-cı il iyunun 9-da istifadəyə verilib. -
06-01-2008, 10:51 PMAPABakıda X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalının açılış mərasimi keçirilib
[b]Bakıda X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalının açılış mərasimi keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival iştirakçılarını salamlayıb və festivalın işinə uğurlar arzulıayıb: "Azərbaycanda ilk beynəlxalq film festivalı olan "Şərq-Qərb" artıq 10 ilini tamamlayır. Artıq bu festival dünyada yetərincə tanınır və ildən-ilə festivalda iştirak edən ölkələrin sayı artır". Ə. Qarayev festivalın 1996-cı ildən etibarən keçirildiyini və festivalın Təşkilat Komitəsinin sədrinin Rüstəm İbrahimbəyov olduğunu vurğulayıb. Daha sonra nazir dövlət başçısı İlham Əliyevin festival iştirakçılarına ünvanladığı məktubu oxuyub. Tədbirin açılış mərasimi 1 İyun-Uşaqların Beynəlxalq Müdafiə Gününə təsadüf etdiyi üçün elə tədbirin aparılması da balacalara həvalə olunub. "Şərq Çırağı" Uşaq Yaradıcılıq Birliyinin istedadlı və balaca üzvləri maraqlı rəqs, məzəli nömrələrlə çıxış ediblər. Festivalın açılış mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının və festivalın təşkilat komitəsinin sədri Rüstəm İbrahimbəyov, Azərbaycanın tanınmış kino xadimləri iştirak ediblər. Eyni zamanda fransalı ssenarist Georgiy Branyev, israililli ssenarist Efraim Abramov, polşalı rejissorlar Ancey Yakimovski, Kşiştof Zanussi, estoniyalı prodüser Erika Laansalu, aktrisa Viyre Valdma, latviyalı rejissor Yuris Poşkus, aktyor Andis Strods, belaruslu kino tənqidçisi Anton Sidorenko, qırğızıstanlı rejissor Ernest Abdıjaparov, aktrisa Asema Toktobekova, Rusiyada yaşayan həmyerlimiz Yuli Qusman və digər ölkələrin tanınmış kino xadimləri qatılıblar.Qeyd edək ki, festival iyunun 7-nə kimi davam edəcək. Festival çərçivəsində iyunun 2-də Abşeron mehmanxanasında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya) və "Dost" (Azərbaycan) filmləri nümayiş etdiriləcək. Festivalın bağlanış mərasimində, yəni iyunun 7-də "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr Nevski" (Rusiya) filmləri göstəriləcək və "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyalar üzrə mükafatlar təqdim olunacaq. Yeddi günlük festivalın ilk üç günündə Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin "Persona-non-qrata", "Var gücü ilə, qalopla" və "Kamuflaj" filmlərindən ibarət retrospektiv təşkil olunacaq. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-01-2008, 11:21 PMAPAAzərbaycan VI Beynəlxalq Türk Dili Olimpiadasının mahnı yarışmasının qalibi olub
[b]Azərbaycan VI Beynəlxalq Türk Dili Olimpiadasının mahnı yarışmasının qalibi olub[b]
[İstanbul-APA. Bu gün Türkiyənin İstanbul şəhərində VI Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Azərbaycan olimpiadanın mahnı yarışmasının qalibi olub. Azərbaycanın təmsilçisi olan Xədicə Əlizadə Türkiyənin Qara dəniz bölgəsinin folkloruna məxsus "Mən səni sevdiyimi" mahnısı ilə finala vəsiqə qazanmış 10 ölkə arasında birinci olub. Ona medalını və qalib olması barədə diplomu Türkiyə Böyük Millət Məclisinin başqanı Köksal Toptan təqdim edib. TBMM başqanı bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və onun əhəmiyyətindən danışıb. O deyib ki, bu mərasim dünyanı sülhə, birliyə və dostluğa çağırır. Eyni yarışma üzrə ikinci yeri Türkmənistan, üçüncü yeri isə Tacikistan qazanıb. -
06-02-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 1-də saat 09.30-dan 14.15-dək ara-sıra Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini, saat 12.00-dan 12.05-dək və saat 22.30-da Ağdam rayonunun Mərzili və Yusifjanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan iyunun 2-si saat 02.45-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.10-dan 00.45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-02-2008, 10:31 AMAPAAzərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək
[b]Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 3-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Antal Herdiç və İrji Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcəklər. -
06-02-2008, 10:41 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərində iştirak edirlər
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərində iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində Ostend şəhərində (Belçika Krallığı) «Dənizdə minalara qarşı mübarizə» mövzusunda konfrans (02 -05 iyun), Neapol şəhərində (İtaliya) «Hücum gəmisində təlim» kursu (02 -19 iyun), Berlin şəhərində (Almaniya) «Qara Dəniz Təhlükəsizlik Siyasəti» mövzusunda konfrans (03-05 iyun), İstanbul şəhərində (Türkiyə) «Orta şərqin qeyri-müəyyən gələcəyi və təhlükəsizlik problemləri» mövzusunda konfrans (05-06 iyun) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
06-02-2008, 10:51 AMAPAAzərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıblar
[b]Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıblar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində yardımçı işçi qrupunun iclası (2-4 iyun), Ankara şəhərində «Xəritəçilik üzrə stajkeçmə» təlimi (2-27 iyun), İstanbul şəhərində «Dalğıc kursu» (2 iyun - 25 iyul) və Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının dinləyici zabitlər qrupunun mədəni gəzintidə iştirakı (08-14 iyun);Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq isə San Antonio şəhərində "Aerodrom əməliyyatları üzrə zabit kursu" (6 iyun - 5 dekabr) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
06-02-2008, 12:01 PMAPAHillari Klinton Puerto-Rikoda keçirilən ilkin seçkidə qalib gəlib
[b]Hillari Klinton Puerto-Rikoda keçirilən ilkin seçkidə qalib gəlib[b]
[Vaşinqton - APA. Əhalisi ABŞ vətəndaşı olan Puerto-Rikoda Demokrat Partiyasının prezidentliyə vahid namizədini müəyyənləşdirmək üçün ilkin seçki keçirilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, H. Klinton 68% səs toplayaraq qalib gəlib və Puert-Rikodan demokratların ümummilli qurultayına gedəcək 55 nümayəndənin 35-nin səsini əldə edib. Buna baxmayaraq, sabiq birinci ledi rəqibi Barak Obamaya çata bilməyib. Belə ki, B. Obama 2070 qurultay nümayəndəsinin dəstəyinə malik olduğu halda, H. Klintonu dəstəkləyənlərin sayı 1910-dur. Demokratların prezidentliyə rəsmi namizədi olmaq üçün 2118 səs tələb olunur. Növbəti ilkin seçkilər iyunun 3-də Montana və Şimali Dakota ştatlarında keçiriləcək. Qeyd edək ki, Puerto-Rikonun statusuna əsasən yerli əhali ABŞ vətəndaşı olsa da, Konqresdə təmsilçilik hüququndan məhrumdur və prezident seçkilərində səsvermə hüququna da malik deyil. -
06-02-2008, 12:11 PMAPAUkrayna parlamentinin üzvü Oleq Babayev: "Damarlarında azərbaycanlı qanı axan şəxs kimi Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı siyasətini dəstəkləyirəm"
[b]Ukrayna parlamentinin üzvü Oleq Babayev: "Damarlarında azərbaycanlı qanı axan şəxs kimi Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı siyasətini dəstəkləyirəm"[b]
Kiyev. Zaur Nurməmmədov-APA. "Təəssüf ki, həddən artıq məşğul olduğuma görə Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri və Azərbaycandakı qohumlarımla çox az-az görüşə bilirəm. Amma ümidvaram ki, soydaşlarımızla əlaqələri genişləndirə biləcəyəm. Qeyd etmək istəyirəm ki, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə çox yaxşı münasibətlərimiz var".
[Bu eksklüziv açıqlamanı APA-ya Ukrayna Ali Radasının üzvü, milliyyətcə azərbaycanlı olan Oleq Babayev verib. O, Azərbaycanla Ukrayna arasında normal ikitərəfli münasibətlərin mövcud olduğunu xatırladıb: "Mən isə damarlarında azərbaycanlı qanı axan bir şəxs kimi hər iki ölkənin bu istiqamətdəki xarici siyasət kursunu aktiv şəkildə dəstəkləyirəm. Həmçinin ümidvaram ki, yaxın zamanlarda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq". Eyni zamanda Ukrayna çempionatında çıxış edən "Vorskla" klubunun prezidenti olan Oleq Babayev Azərbaycan futbolunun inkişafı perspektivlərinə də münasibət bildirib: "Bu gün idmanın, xüsusilə də futbol sektorunun uğurlu inkişafının əsas faktorlarından biri bu sahənin lazımi səviyyədə maliyyələşdirilməsidir. Bundan başqa, futbol klublarının gələcəkdə daha normal fəaliyyət göstərməsi üçün əsas diqqəti orta məktəblərdə futbolun təbliğinə ayırmaq lazımdır".Qeyd edək ki, Oleq Babayev 1965-ci ildə Rusiyanın Kursk şəhərində anadan olub. Atası azərbaycanlı, anası rusdur. Orta məktəbi bitirdikdən sonra Minsk Ali Hərbi-Siyasi Ümumqoşun Məktəbinə daxil olub. 11 il Uzaq Şərqdə, Çexoslovakiya və Kiyevdə hərbi qulluqda olub. Ordudan tərxis olunduqdan sonra 9 il Kremençuk ət kombinatının direktoru vəzifəsində çalışıb. 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin maliyyə bölümünü bitirib. Hazırda "Yuliya Timoşenko Bloku"nun üzvü kimi Ali Radada təmsil olunur. Ukrayna parlamentinin ekoloji siyasət, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması komitəsinin üzvüdür. Oleq Babayev həmçinin "Vorskla" futbol klubunun prezidenti, cüdo üzrə idman ustasıdır. -
06-02-2008, 12:21 PMAPAQazaxıstanda Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlı və gürcülərin xatirə kompleksi açılıb
[b]Qazaxıstanda Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlı və gürcülərin xatirə kompleksi açılıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Qazaxıstanda Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlı və gürcülərin xatirəsinə ucaldılmış memorial kompleksin açılışı keçirilib. APA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Qırğızıstan, Polşa, Almaniya, Avstriya və Rumıniya səfirliklərinin nümayəndələri iştirak ediblər. -
06-02-2008, 12:31 PMAPAAllahşükür Paşazadə Almaniya və Səudiyyə Ərəbistanında keçiriləcək tədbirlərdə iştirak edəcək
[b]Allahşükür Paşazadə Almaniya və Səudiyyə Ərəbistanında keçiriləcək tədbirlərdə iştirak edəcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Almaniyaya gedib.
[QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Konrad Adenauer Fondu, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi və Azərbaycan-Almaniya dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda iyunun 2-3-də Berlində keçiriləcək konfransda iştirak etməkdir. A. Paşazadə konfransda müxtəlif din nümayəndələrinin dinc birgə yaşayış, faydalı əməkdaşlıq məkanı olan, tolerantlığın hökm sürdüyü Azərbaycanda üç dini konfessiya - İsam, xristian və yəhudi dinləri arasında mövcud, bütün dünya üçün örnək ola biləcək münasibətlər barədə məruzə ilə çıxış edəcək.İyunun 4-də isə QMİ sədri Səudiyyə Ərəbistanında keçirilən Dialoq üzrə Beynəlxalq İslam konfransında iştirak etmək məqsədilə Məkkə şəhərinə yola düşəcək. Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz al-Səudun himayəsi ilə İslam Aləmi Liqasının Baş Katibliyinin qərargahında keçiriləcək tədbirdə İslamda dialoq və onun hüdudları ilə bağlı elmi müzakirələr aparılacaq, dialoqa dair İslam Paktı hazırlanacaq. Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək. -
06-02-2008, 12:41 PMAPAKeçmiş hakimlər vəkilliyə qəbul olunublar
[b]Keçmiş hakimlər vəkilliyə qəbul olunublar[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanda vəkilliyə qəbul prosesi davam edir. Vəkillər Kollegiyasından APA-ya verilən məlumata görə, qurumun Rəyasət Heyətinin iclasında daha 7 şəxs vəkilliyə qəbul olunub. Onlardan 3-ü - Nadim Heydərov, Ramiz Mirzəyev və İmamqulu Həsənov keçmiş hakimlərdir. Kollegiyadan bildirilib ki, yaxın zamanlarda vəkilliyə yeni qəbul prosesi başlanacaq. Qeyd edək ki, Azərbaycanda vəkillərin sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. -
06-02-2008, 02:01 PMAPAMetyu Brayza və Stiven Mənnin Azərbaycana səfəri gözlənilir
[b]Metyu Brayza və Stiven Mənnin Azərbaycana səfəri gözlənilir[b]
Bakı. Laçın Sultanova - APA. ABŞ dövlət katibinin müavinin köməkçiləri, ATƏT-in Minsk Qrupunun hazırkı həmsədri Metyu Brayza və keçmiş həmsədr, ABŞ Dövlət Departamentində Avrasiya enerji məsələlərinin koordinatoru Stiven Mənnin sabah Bakıda açılacaq «Xəzərneftqaz-2008» sərgisində iştirakı gözlənilir.
[APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib. Qeyd edək ki, sərgidə ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Avropa enerjisi üzrə xüsusi nümayəndəsi Boydon Qrey rəhbərlik edəcək.