[b]Metyu Brayza: "Gürcüstan hadisələrindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil"[b]
Bakı. Tamara Qriqoriyeva - APA. "Gürcüstanda baş verən hadisələrdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil".
[APA-nın xəbərinə görə, sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Bununla belə, M. Brayza Minsk Qrupunun fəaliyyətinin davam etməsini zərurəti sayır: "Əgər Rusiya Saakaşvili və Fransa prezidenti Nikola Sarkozi qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ümidvaram ki, biz Minsk Qrupu çərçivəsində fəaliyyəti davam etdirə bilərik". M. Brayza qeyd edib ki, avqust ayında Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub və birbaşa Gürcüstana müdaxilə edib: "Bu da onu göstərir ki, Minsk Qrupu əvvəllər necə fəaliyyət göstərirdisə, bu cür davam edə bilməz. Amma mən düşünürəm ki, biz Minsk Qrupunun fəaliyyətinin bərpasına qayıtmaq yolundayıq. Rusiya da görür ki, onun atdığı addımlar beynəlxalq imicinə ziyan vurub"."Hər dəfə Azərbaycana gələndə ölkə hökumətinin nümayəndələri mənə ABŞ-ın Qarabağ münaqişəsinin həllinə daha yüksək səviyyədə müdaxilə etməsini istədiklərini bildirirlər" deyən M. Brayza ümid etdiyini bildirib ki, gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Dağlıq Qarabağla bağlı danışıqların daha aktiv davam etməsi mümkün olacaq.
Azərbaycan Xəbərləri
Printable View

09-18-2008, 05:50 PMAPAMetyu Brayza: "Gürcüstan hadisələrindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil"

09-18-2008, 06:00 PMAPAYanvar-avqust aylarında Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 12% artaraq 3 662 dollara çatıb
[b]Yanvar-avqust aylarında Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 12% artaraq 3 662 dollara çatıb[b]
[Bakı. Nicat Mustafayev - APA-economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 2007-ci ilin eyni dövrünə nisbətən 13,2% artıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövrü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə ÜDM-nin həcmi müqayisəli qiymətlərlə 2,4 mlrd. manat artaraq 25,9 mlrd. manat təşkil edib.Əlavə dəyərin 75,0%-i iqtisadiyyatın istehsal sahələrində əldə edilib və 2007-ci ilin eyni dövründəkindən 14% çox olub. Xidmət sahələrində əvvəlki illə müqayisədə 9,9% çox əlavə dəyər yaranıb və ÜDM-də xüsusi çəkisi 2007-ci ildəki 21,7%-dən 17,9%-dək azalıb. Məhsula və idxala xalis vergilər ÜDM-nin 7,1%-ni təşkil edib. Bu dövr sənayedə 16 187,5 mln. manatlıq, yaxud ÜDM-nin 62,5%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1 413,6 mln. manatlıq (5,5%), tikintidə 1 807,5 mln. manatlıq (7%), nəqliyyatda 1 171,3 mln. manatlıq (4,5%), poçt və rabitədə 417,5 mln. manatlıq (1,6%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə 1 270,8 mln. manatlıq (4,9%), mehmanxana və restoran xidmətlərində 217,2 mln. manatlıq (0,8%), sosial və digər xidmətlər sahəsində isə 1 569,4 mln. manatlıq (6,1%) əlavə dəyər yaranıb. Hesabat dövründə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 3 031,5 manat (3 661,6 ABŞ dolları) təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% artıb. -
09-18-2008, 06:10 PMAPAAzərbaycan paytaxtında beynəlxalq qiymətləndirmə konqresi keçiriləcək
[b]Azərbaycan paytaxtında beynəlxalq qiymətləndirmə konqresi keçiriləcək[b]
[Bakı. Elnur Hüseynquluyev, Viktoriya Dementyeva - APA-ECONOMICS. Bu ilin noyabr ayının 13-15-də Bakıda MDB ölkələrinin VII Beynəlxalq Qiymətləndirmə Konqresi keçiriləcək.Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Elçin Səmədlinin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, konqres AQC, MDB ölkələri Qiymətləndirmə Şurası və İFC-nin dəstəyi ilə keçirilir. Toplantının əsas mövzusu daşınmaz əmlak bazarında qiymətləndirmə fəaliyyəti ilə bağlı olacaq.Konfransda Azərbaycanı AQC ilə yanaşı Milli Bankın da nümayəndələri təmsil edəcək. Qeyd edə ki, AQC 1999-cu ildən fəaliyyət göstərir. -
09-18-2008, 06:20 PMAPAYaxın günlərdə Azərbaycanda iki regional hava limanı istifadəyə veriləcək
[b]Yaxın günlərdə Azərbaycanda iki regional hava limanı istifadəyə veriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın günlərdə Azərbaycanın Zaqatala Hava Limanı istifadəyə veriləcək. Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Hava Yolları» QSC-dən məlumat verilib.Hava limanı istifadəyə veriləndən sonra Bakıdan Zaqatalaya aviareyslərin təşkili də nəzərdə tutulur. Zaqatalaya uçuşların ATR markalı təyyarələrlə həyata keçirilməsi planlaşdırılır.Tikintisinə 2006-cı ildə başlanılmış Zaqatala Hava Limanının uçuş-enmə zolağının uzunluğu 2 100 metrdir. Hava limanı 1 saatda 100 sərnişinə xidmət göstərmək imkanına malikdir.Qeyd edək ki, hazırda «Azərbaycan Hava Yolları» QSC-yə Heydər Əliyev Beynəlxalq Hava Limanı, Naxçıvan, Gəncə, Yevlax və Zabrat aeroportları daxildir. Yaxın günlərdə Lənkəranda aeroportun istifadəyə verilməsi planlaşdırılır. -
09-18-2008, 06:30 PMAPAAzərbaycana xaricdən cəlb olunmuş kapitalın həcmi I yarımillikdə 13% artıb
[b]Azərbaycana xaricdən cəlb olunmuş kapitalın həcmi I yarımillikdə 13% artıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın 2008-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında kredit və digər investisiyaların ümumi həcmi 1 910,1 mln. ABŞ dolları təşkil edib, bu da keçən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 1,3 dəfə çoxdur. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bunun yalnız 8,5%-i (149,3 mln. dollar) birbaşa dövlət investisiyası və dövlət zəmanəti ilə cəlb olunmuş kreditlərdir. Qalan 1 502,3 mln. dollar isə dövlət zəmanəti olmadan alınan kreditlərin payına düşür ki, bunun da 683,1 mln. dolları ARDNŞ tərəfindən cəlb olunub. Həmin vəsait əsasən ARDNŞ-in Gürcüstan və Türkiyədəki enerji layihələrinin maliyyələşdirilməsinə yönəldilib.Dövlət zəmanəti olmadan cəlb edilən kreditlərin qalan 814,4 mln. dolları əsasən banklar (525,9 mln. dollar), digər müəssisə və şirkətlər tərəfindən alınıb. Bu da öznövbəsində əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1,5 dəfə çoxdur.Hesabat ilində xaricdən cəlb olunmuş kapitalın ümumi həcmi 4 mlrd. dollar təşkil edərək əvvəlki ilin müvafiq dövrünün göstəricisini 12,9% üstələyib. Bu göstəricinin artımı dövlət zamanəti olmayan xarici kreditlərin və qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb olunması ilə bağlıdır.Ölkə iqtisadiyyatında istifadə olunmuş birbaşa investisiyalar üzrə repatriasiya və xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların ümumi məbləği 31,2% azalaraq 3 mlrd. dollar təşkil edib. Bu azalma əsasən «Əsrin müqaviləsi» çərçivəsində konsorsium (ABƏŞ) tərəfindən birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının azalması ilə bağlıdır. Belə ki, 2007-ci ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə repatriasiya olunmuş investisiyaların həcmi 4 mlrd. dollar məbləğində olduğu halda, bu ilin ilk yarısında həmin göstərici 1,2 mlrd. dollar azalaraq 2,8 mlrd. dollar təşkil edib.Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,1 mlrd. dollara yaxın olub. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80% təşkil edib. Hesabat dövründə qeyri-neft sektoruna yönəldilmiş xarici kapital isə 413,1 mln. dollara bərabər olub. -
09-18-2008, 06:50 PMAPAAzərbaycanda sığortaçıların aktivlərinin əsas hissəsi banklara yatırılıb
[b]Azərbaycanda sığortaçıların aktivlərinin əsas hissəsi banklara yatırılıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin aktivlərinin əsas hissəsi banklarda yerləşdirilmiş depozitlərin payına düşür. «APA-ECONOMICS»in xəbərinə görə, Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin məlumatına əsasən, bu rəqəm 88 mln. manat və yaxud sığorta aktivlərinin 39,4%-i təşkil edir. Belə ki, ölkədəki sığortaçıların ümumi aktivlərinin həcmi 2008-ci ilin ilk yarısının sonunda 223,2 mln. manat təşkil edib və bu, ilin əvvəlinə nisbətən 42,2% çoxdur. Aktivlərin strukturunda həmçinin birbaşa sığorta üzrə debitorlarla hesablaşmalar (41,2 mln. manat), əsas vəsaitlər (30,8 mln. manat), hesablaşma hesabları (18,1 mln. manat) və s. var: Qeyd edək ki, sığortaçıların məcmu əsas vəsaitlərinin tərkibində uzunmüddətli maliyyə qoyuluşları (5,2 mln. manat), uzunmüddətli qiymətli kağızlar (1,1 mln. manat), pul vəsaitləri və hesablaşmalar bölməsində isə qısamüddətli maliyyə qoyuluşları (6,1 mln. manat) və qısamüddətli qiymətli kağızlar (7,1 mln. manat) yer alıb. Beləliklə, bu cür investisayaların strukturu aşağıdakı kimidir: Burada bir neçə amilləri vurğulamaq lazımdır. Belə ki, sığortaçılar ən likvid olan aktivlərə, yəni bank depozitlərinə üstünlük verir. Qeyd edək ki, dünya praktikasında sığortaçıların aktivlərində bank depozitlərinin payı 10%-i üstələmir. Bundan əlavə, sığortaçılar ümumilikdə gəlirliyi daha aşağı olan qısamüddətli investisiyalara üstünlük verir. Lakin etiraf etmək lazımdır ki, sığortaçılar artıq investisiya fəaliyyətini genişləndirir: uzunmüddətli maliyyə qoyuluşları ilin əvvəlindən 5,2 dəfə, uzunmüddətli qiymətli kağızların alınması 9 dəfə, qısamüddətli maliyyə qoyuluşları 2,1 dəfə, qısamüddətli qiymətli kağızların alınması isə 4,8 dəfə artıb. Qeyd edək ki, Avropa və ABŞ sığortaçılarının əsas mənfəət mənbəyi rolunda məhz investisiya fəaliyyəti, aktivlərin idarə edilməsi üzrə əməliyyatlar çıxış etdiyi halda, Azərbaycanda sığortaçılar əsas gəliri yalnız birbaşa sığorta əməliyyatlarından qazanır, investisiya fəaliyyəti isə ikinci dərəcəli xarakteri daşıyır. -
09-18-2008, 07:00 PMAPAMetyu Brayza: "Ümid edirik ki, iqtisadi inkişaf insan haqları sahəsində də vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq"
[b]Metyu Brayza: "Ümid edirik ki, iqtisadi inkişaf insan haqları sahəsində də vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan hökuməti 15 oktyabr seçkilərinin azad və ədalətli keçirilməsi ilə bağlı öhdəlik götürüb". APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, seçkilərə yalnız proses başa çatdıqdan sonra qiymət verilə biləcəyini söyləyib. Dünya Bankının iqtisadi inkişafına görə Azərbaycanı lider dövlətlərdən biri adlandırdığını xatırladaraq ümid etdiyini bildirib ki, iqtisadi inkişaf insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq. Bakıda prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, sənaye və energetika naziri Natiq Əliyev, müdafiə naziri Səfər Əbiyev və digər rəsmi şəxslərlə görüşdüyünü vurğulayan qonağın sözlərinə görə, görüşlərdə qarşıdan gələn seçkilər, enerji və bölgədə yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb: "Bizim fəaliyyət planımız var və əməkdaşlığımızı davam etdirəcəyik". -
09-18-2008, 07:10 PMAPAMetyu Brayza: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç vaxt bugünkü qədər diqqət ayırmayıb"
[b]Metyu Brayza: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç vaxt bugünkü qədər diqqət ayırmayıb"[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, həmsədr Azərbaycan və Birləşmiş Ştatların aktiv əməkdaşlığı davam etdirdiyini qeyd edib: "Hazırda bu əməkdaşlığın ən əsas aspekti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır". Metyu Brayzanın sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Biz hər iki münaqişə tərəfinə razılığa gəlmələri üçün yardım etmək niyyətindəyik. Bu razılaşma ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır, daha sonra beynəlxalq hüququn digər təcrübəsindən yararlanmaq lazımdır. Biz hər iki tərəfi qane edən yol tapmalıyıq, daha sonra biznesdə olduğu kimi saziş imzalanmalıdır. Mənim rəhbərlərim Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç zaman bugünkü kimi diqqət ayırmayıblar". Metyu Brayza Bakıda digər həmsədr Bernar Fasie ilə görüş planlaşdırdığını, həmçinin rusiyalı həmsədr Yuri Merzlyakovla əməkdaşlığı davam etdirməyə ümidvar olduğunu bildirib. O, həmçinin Türkiyənin təklif etdiyi Qafqaz Əməkdaşlıq və Sabitlik Paktına da münasibətini açıqlayıb: "Regionda sülhün bərqərar olmasına xidmət edən istənilən addım təqdirəlayiqidir. Türkiyə həm Birləşmiş Ştatların, həm də Azərbaycanın müttəfiqidir. Əgər bu ölkə sülhün bərqərar olmasına töhfə vermək istəyirsə, bu, yaxşı haldır. Bəzi region ölkələri bu platformada ABŞ və Avropa İttifaqının nə üçün iştirak etmədiyinin, yeni formatda yalnız Türkiyə və Rusiyanın təmsil olunmasının səbəbini soruşurlar. Və Gürcüstan da bildirir ki, bu ölkənin ərazi bütövlüyünü pozan Rusiya ilə birgə bu layihədə iştirak etməyə hazır deyil. Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri deyil, amma bu ölkə Azərbaycan və Ermənistan barədə bizdən daha çox məlumatlıdır". Metyu Brayza Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları da müsbət qiymətləndirib: "Hər iki ölkə siyasi nöqteyi-nəzərdən mühüm addımlar atıblar. Bu, yeni istiqamətdir, Gürcüstanda baş verən hadisələrdən sonra yeni istiqamətlər lazımdır". Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirən amerikalı həmsədr bildirib ki, nə zaman görüşmək lazım olduğunu dövlət başçıları müəyyənləşdirirlər: "Biz diplomatlar isə yalnız məsləhət veririk".GUAM ölkələrinin Gürcüstanda baş verən hadisələrə münasibətini açıqlayan Metyu Brayza bu ittifaqın rəsmi Tiflisə açıq dəstək verdiyini deyib: "Məsələn, Viktor Yuşşenko bu dəstəyi açıq şəkildə etiraf etdi. Bəzi hallarda bu dəstək sakit şəkildə, amma son dərəcə əhəmiyyətli oldu". Metyu Brayza bildirib ki, ABŞ-ın regionla bağlı siyasəti dəyişməyəcək: "Biz yalnız regionda daha aktiv olacağıq". -
09-18-2008, 07:20 PMAPADünya ədəbiyyatından nümunələrin Azərbaycan dilində nəşrinə 5 milyon manat ayrılıb
[b]Dünya ədəbiyyatından nümunələrin Azərbaycan dilində nəşrinə 5 milyon manat ayrılıb[b]
[Bakı - APA. Dövlət başçısı İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu əsərlərin Azərbaycan dilində çapının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat məbləğində vəsait ayrılıb.Maliyyə Nazirliyi göstərilən vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmasını təmin edəcək. -
09-18-2008, 07:30 PMAPADövlət başçısı İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı - APA. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə, 5 nəfər "Şöhrət" ordeni, 48 nəfər "Tərəqqi" medalı ilə təltif olunub. Dövlət başçısı İ. Əliyev Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətlərinə görə 6 şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında da sərəncam imzalayıb. Bundan başqa, prezidentin digər sərəncamı ilə 10 nəfər "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilib. -
09-18-2008, 07:50 PMAPABernar Fasienin Azərbaycana səfəri başlayıb
[b]Bernar Fasienin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Viktoriya Dementyeva - APA. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycana gəlib.
[APA-nın məlumatına görə, B. Fasie hava limanında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsini həlli, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə etməkdir. B. Fasie Nyu-Yorkda həmsədrlərin də görüşünün keçiriləcəyini söyləyib. O, həmkarları Metyu Brayza və Yuri Merzlyakovla fəaliyyətlərini əlaqələndirdiklərini və danışıqlar prosesinin əvvəlki formatda davam etdiriləcəyini söyləyib. Fransalı diplomat bu gün səhər Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovla telefon əlaqəsi saxladığını və Ermənistana səfəri ilə bağlı ona məlumat verdiyini bildirib. Ermənistanın Azərbaycanla kompromisə hazır olub-olmaması barədə suala diplomat belə cavab verib: "Tanqo rəqsi üçün iki nəfərə ehtiyac var". -
09-18-2008, 08:10 PMAPASilahlılar 300 məktəblini girov götürüblər
[b]Silahlılar 300 məktəblini girov götürüblər[b]
[İslamabad - APA. Pakistanın şimal-qərbindəki sərhəd əyalətində 300 məktəbli girov götürülüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Pakistan dövlət televiziyası xəbər verib ki, silahlılar yerli sakinlərlə atışmadan sonra içərisində uşaqlar olan məktəbi ələ keçiriblər. Hadisə barədə əlavə məlumat verilmir. Hələlik yalnız o məlumdur ki, ərazidə "Taliban" hərəkatına bağlı olan Pakistan döyüşçüləri fəallıq göstərirlər. -
09-18-2008, 08:20 PMAPATürkiyədə 5 leytenant və 1 kursant həbs olunub
[b]Türkiyədə 5 leytenant və 1 kursant həbs olunub[b]
[Ankara - APA. Türkiyə Silahlı Qüvvələrinin leytenant rütbəli 5 zabiti və 1 kursant həbs olunub. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, İstanbul Cümhuriyyət Prokurorluğunun təlimatı ilə sentyabrın 18-də 5 leytenant və 1 kursant hərbi komandanlıq tərəfindən saxlanılıb. Onlar ifadə vermək üçün İstanbul Qarnizon Komandanlığına aparılıblar. Bu şəxslər terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı aparılan istintaq çərçivəsində həbs olunublar. -
09-19-2008, 10:10 AMAPAYanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yatırılan investisiya 37% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yatırılan investisiya 37% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 396,6 mln. manat məbləğində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 36,6% çox investisiya yönəldilib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3 341,1 mln. manat və ya ümumi investisiyanın 61,9%-i, qeyri-dövlət müəssisələri 2 055,5 mln. manat və 38,1%-i qədər sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 3 410,6 mln. manata çatıb. İstehsal təyinatlı obyektlərin inşasında 4 069,3 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində isə 1 327,3 mln. manatlıq investisiyadan istifadə edilib.Ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Belə ki, cari ilin ilk 8 ayı ərzində əsas kapitala yönəldilmiş vəsaitin 70,9%-i daxili investisiyalar təşkil edib və bu göstərici keçən ilə nibətən 69,7% artıb. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 83,9%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 16,1%-i qeyri-dövlət müəssisələrinin payına düşüb.Büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4 326,3 mln. manat vəsait nəzərdə tutulub. Hesabat dövründə həmin vəsaitin 2 147,9 mln. manatından və ya 49,6%-dən istifadə edilib. İstifadə edilmiş investisiyanın ¾ hissəsindən çoxunu tikinti-quraşdırma işləri təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 442,2 mln. manat (ümumi investisiyanın 45,2%-i), bank kreditləri 183,4 mln. manat (3,4%), büdcə vəsaitləri 2 254 mln. manat (41,8%-i), büdcədənkənar fondların vəsaitləri 354,8 mln. manat (6,6%-i), əhalinin şəxsi vəsaitləri 159,9 mln. manat (3%-i), digər vəsaitlər isə 2,3 mln. manat təşkil edib. Təhlil olunan dövr ərzində əsas kapitala yönəldilmiş bütün investisiyanın 44,7%-i sənaye sahələrinin inkişafına, 3,5%-i kənd təsərrüfatına, 0,3%-i ticarət və xidmətə, 24,8%-i nəqliyyata, 1,7%-i rabitəyə, 7,5%-i mənzil tikintisinə, 2,6%-i səhiyyəyə, 4,4%-i təhsilə, 10,5%-i isə digər sahələrə sərf edilib. -
09-19-2008, 10:20 AMAPANaxçıvanda bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib
[b]Naxçıvanda bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvanda bir qrup mədəniyyət işçisi Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunub. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən regionda musiqi mədəniyyətin inkişafındakı xidmətlərinə görə Cəfərli Azər Babalı oğlu və Nağıyev Elçin Nağı oğlu Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, Xəlilov Yaşar Sulet oğlu Naxçıvan MR-in əməkdar incəsənət xadimi, Həsənov Fərman Bilal oğlu isə Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. -
09-19-2008, 10:30 AMAPAİlk dəfə Manamada
[b]İlk dəfə Manamada[b]
Azərbaycan yığması Asiyanın 7-ci komandasına qarşı
[Bakı - APA-SPORT. Azərbaycan yığması oktyabrın 15-də növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. "APA-SPORT" agentliyinin AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya istinadən məlumatına görə, Berti Foqtsun komandası həmin gün Manamada Bəhreynin qonağı olacaq. Millimiz oktyabrın 11-də Helsinkidə Finlandiya ilə dünya çempionatının seçmə mərhələ oyunundan sonra çarter reysilə birbaşa Manamaya yollanacaq. Bu, Azərbaycan yığmasının Bəhreynlə ilk görüşü olacaq. Bəhreyn FİFA-nın reytinq cədvəlində 138-ci yerdə qərarlaşan Azərbaycanı xeyli qabaqlayır. Belə ki, rəqibimiz hazırda dünyanın 66-cı, Asiyanın 7-ci yığma komandasıdır.Asiyalılar 2010-cu il dünya çempionatının seçmə mərhələsinə uğursuz başlayıblar. Qətər, Yaponiya, Avstraliya və Özbəkistanla eyni qrupda olan Bəhreyn iki oyundan topladığı 1 xalla autsayderdir. Qətərlə səfərdə heç-heçə oynayan (1:1) rəqibimiz evdə Yaponiyaya uduzub - 2:3. -
09-19-2008, 11:10 AMAPAKondoliza Rays: "Rusiyanın öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək"
[b]Kondoliza Rays: "Rusiyanın öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək"[b]
[Vaşinqton - APA. ABŞ dövlət katibi Kondoliza Rays Rusiya hakimiyyətinin siyasətinin bu ölkəni beynəlxalq təcridə doğru apardığını və onun dünyadakı mövqelərinin zəiflətdiyini bildirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Almaniya Marşall Fondunun Vaşinqton bölməsində ABŞ-Rusiya münasibətləri mövzusunda çıxış edən K. Rays deyib ki, Rusiyanın davranışı onun haqqında daxili siyasətdə avtoritar, xarici siyasətdə isə aqressiv ölkə obrazı yaradır. O bildirib ki, bu cür siyasət nəticəsiz qalacaq və Rusiyanın NATO-nun genişlənməsi, Gürcüstan və Ukraynanın alyansa qəbulu mövzusunda öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək. Dövlət katibi Rusiyanı Gürcüstana qarşı müharibəyə başlamaqda ittiham etsə də, hərbi əməliyyatların başlamasına görə məsuliyyətin Gürcüstanın üzərinə düşdüyünü də söyləyib. K. Rays Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasını vahid və müstəqil Gürcüstanı parçalamaq cəhdi kimi qiymətləndirib və Moskvanı təbii ehtiyatlardan siyasi silah kimi istifadə etməkdə qınayıb. -
09-19-2008, 11:40 AMAPAAta Corc Buş Mixail Qorbaçovu "Azadlıq" medalı ilə təltif edib
[b]Ata Corc Buş Mixail Qorbaçovu "Azadlıq" medalı ilə təltif edib[b]
[Vaşinqton-APA. ABŞ-ın sabiq prezidenti Corc Buş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu "Azadlıq" medalı ilə təltif edib. APA-nın məlumatına görə, bu medal ABŞ Milli Konstitusiya Mərkəzi tərəfindən təsis olunub. Ata Corc Buş sabiq həmkarının millətlərə azadlıq bəxş etdiyini bildirib: "Şərqi Avropa xalqları soyuq müharibənin qaranlığında boğulurdular. Qorbaçov onlara işıq yolu göstərdi. Berlin divarının çökməsindən 20 il sonra biz Qorbaçovun müsbət siyasətinin nəticələrini görürük". Qeyd edək ki, bu medal 1988-ci ildə təsis olunub. İndiyədək bu medala Lex Valensa, Vatslav Havel, Cimmi Karter, Kofi Annan, Kolin Pauell, Həmid Kərzayi, Viktor Yuşşenko, Bill Klinton və ata Corc Buş layiq görülüblər. -
09-19-2008, 11:50 AMAPACoanna Roulinq "Edinburq" mükafatına layiq görülüb
[b]Coanna Roulinq "Edinburq" mükafatına layiq görülüb[b]
[Edinburq-APA. "Harri Porter" seriyasından olan kitabların müəllifi Coanna Roulinq "Edinburq" mükafatına layiq görülüb. APA-nın məlumatına görə, mükafat yazıçıya bu gün təqdim olunacaq. Şotlandiya parytaxtının rəhbərliyi bu mükafatı şəhərin tanınmasında böyük xidmətləri olan şəxslərə təqdim edir. Edinburqun lord-meri Coanna Roulinqin Harri Porter haqqında ilk kitabı məhz şəhər kafelərindən birində yazdığını, bununla da şəhərə böyük şöhrət gətirdiyini bildirib. Qeyd edək ki, ötən il "Edinburq" mükafatı inspektor Rebus haqqında serial kitablar yazan yazıçı İen Renkinə təqdim olunub. -
09-19-2008, 12:00 PMAPAAzərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub
[b]Azərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, bu münasibətlə sentyabrın 18-də Ankarada TÜRKSOY-un baş direktorluğunun binasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və bəstəkarın "Leyli və Məcnun" operasının 100-cü ildönümü ilə bağlı hazırlanan foto sərginin açılışı olub. Tədbirdə TÜRKSOY baş direktorunun müavini Firat Purtas, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gənc və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə iştirak ediblər. Mərasimdə çıxış edənlər bəstəkarın həyat və yaradıcılığından danışıblar. Sərgi bir həftə müddətində TÜRKSOY-un binasında nümayiş etdiriləcək. -
09-19-2008, 12:10 PMAPARusiya Azərbaycanın da iştirak ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı regional mərkəz yaradır
[b]Rusiya Azərbaycanın da iştirak ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı regional mərkəz yaradır[b]
[Moskva - APA. Rusiya prezidenti Dmitri Medvedev narkotiklərin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Mərkəzi Asiya Regional İnformasiya-Koordinasiya Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, mərkəzin yaradılması üçün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanla saziş imzalanacaq. Sərəncama əsasən sazişin yüksək səviyyədə imzalanması məqsədəuyğundur. -
09-19-2008, 12:20 PMAPAİnquşetiyanın sabiq prezidenti, general Ruslan Auşev Bakıya gəlib
[b]İnquşetiyanın sabiq prezidenti, general Ruslan Auşev Bakıya gəlib[b]
[Bakı. Viktoriya Dementyeva-APA. İnquşetiyanın sabiq prezidenti, MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitənin sədri, general Ruslan Auşev Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları Birliyinin dəvəti ilə Bakıya gəlib. APA-nın məlumatına görə, Ruslan Auşev birliyin hesabat konfransında iştirak edəcək. Konfransda birliyin sədrinin, nəzarət-təftiş komissiyasının hesabatı dinlənəcək, qurumun nizamnaməsinə dəyişikliklər müzakirə olunacaq. Bundan başqa konfransda sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyinə həsr olunmuş tədbirlər də müzakirə olunacaq. Bu tarixin Azərbaycanda da qeyd olunması nəzərdə tutulur. -
09-19-2008, 12:30 PMAPAÖzcan Dəniz sabah Bakıya gələcək
[b]Özcan Dəniz sabah Bakıya gələcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz sabah axşam Bakıya gələcək. Müğənni sentyabrın 21-də Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert verəcək. Konsertin təşkilatçılarından olan "Azəri Star production"un rəhbəri Kamal Cenk İçten APA-ya açıqlamasında bildirib ki, Özcan Dəniz Bakıda olacağı iki gün müddətində "Respublika" mehmanxanasında qalacaq. K.C. İçten müğənninin Mahsun Qırmızıgül kimi xüsusi sifarişlər vermədiyini və təşkialtçılar qarşısında tələblər irəli sürmədiyini açıqlayıb. K.C. İçten konsertin yüksək səviyyədə baş tutacağını əminliklə vurğulayıb. Sentyabrın 21-də keçiriləcək konsert proqramında ilk olaraq səhnəyə türkiyəli müğənni Devrim Erden çıxacaq. Saat 21:00 üçün isə Özcan Dənizin bakılı tamaşaçılar qarşısında konserti başlayacaq. Xatırladaq ki, sentyabrın 14-dən Bakıda ilk dəfə olaraq türk müğənnilərinin iştirakı ilə "Payız festivalı-2008" keçirilməyə başlanılıb. Bu festival çərçivəsində hələ ki, ancaq Mahsun Qırmızügülün konserti baş tutub. Festival çərçivəsində konsertlərinin keçirilməsi nəzərdə tutulan türkiyəli müğənnilər İzzət Yıldızxan, kibariyə və İsmayıl YK-nın Bakıya səfəri isə baş tutmayıb. Qeyd edək ki, festivala informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var. -
09-19-2008, 12:40 PMAPAEdvard Nalbandyan: "Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm"
[b]Edvard Nalbandyan: "Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm"[b]
İrəvan-APA. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın daha çevik mövqedən çıxış etməsi üçün öz nüfuzundan istifadə edə bilər".
[APA-nın "Novosti-Armenia"ya istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan verib. ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın "Türkiyə Ermənistanın daha çevik mövqedən çıxış etməsinə yardım göstərə bilər" fikirlərinə münasibət bildirən Edvard Nalbandyan qeyd edib ki, həmsədr səhvə yol verib: "O yəqin ki, Ermənistan deyil, Azərbaycan demək istəyirmiş. Həm Türkiyə, həm də Azərbaycan rəhbərləri dəfələrlə "Biz bir millət, iki dövlətik" ifadəsini işlədiblər. Bu kontekstdə Türkiyənin Ermənistana təsir etməsi fikri məncə bir az şişirdilib". Edvard Nalbandyan Nyu-Yorkda Türkiyə və Azərbaycandan olan həmkarları ilə üçtərəfli görüşün əleyhinə olmadığını bildirib: "Hələ sentyabrın 6-da İrəvanda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşümüz zamanı bu görüş barədə razılıq əldə olunub. Cənab Babacan görüşün üçtərəfli formatda keçirilməsini təklif edib. Mən belə bir görüşün keçirilməsini əleyhinə deyiləm". Ermənistan xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var: "Bu əsaslar bütün ölkələrin regional əməkdaşlığı üçün yaxşı imkanlar yarada bilər". ATƏT-in Minsk Qrupu formatının özünü doğrultduğunu bildirən Edvard Nalbandyan qeyd edib ki, bu format beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir: "Münaqişənin nizamlanması istiqamətində danışıqlar davam edir. Bu danışıqlar əvvəlki formatda və Minsk Qrupunun təklif etdiyi əvvəlki təkliflər əsasında aparılır". -
09-19-2008, 12:50 PMAPAAzərbaycanda müharibə əlilləri üçün prezident təqaüdünün ödənilməsinə oktyabrda başlanacaq
[b]Azərbaycanda müharibə əlilləri üçün prezident təqaüdünün ödənilməsinə oktyabrda başlanacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müvafiq dövlət qurumları ilə birlikdə müharibə əlilləri üçün yeni təsis edilən prezident təqaüdünün verilməsi və ödənilməsi üçün xüsusi qaydalar hazırlayır. Bu barədə «APA-ECONOMICS»ə ƏƏSMN-in pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov məlumat verib. Şöbə müdiri bildirib ki, dövlət başçısının bu ilin sentyabrın 9-da verdiyi sərəncam əsasında təsis edilən prezident təqaüdünün ödənilməsinə oktyabrdan başlanacaq. Bu təqaüd Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olan və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirən zaman, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən əlil şəxslərə aiddir. Prezident təqaüdünün məbləği I qrup müharibə əlilləri üçün 90 manat, II qrup əlillər üçün 70 manat, III qrup üçün 50 manat məbləğində təyin edilib. V.Həsənov deyib ki, sentyabrın 1-dən hesablanacaq bu təqaüdü ölkədə təxminən 15,3 min nəfər alacaq. -
09-19-2008, 01:00 PMAPABakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək
[b]Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Payızda Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının beşinci iclası keçiriləcək. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, komissiyanın iclasının Azərbaycanda prezident seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi iclas çərçivəsində biznes-forumun keçirilməsi təklifi ilə də çıxış edib. Toplantıda hər hansı hökumətlərarası sənədin imzalanması nəzərdə tutulmur. Qeyd edək komissiyaya Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov, Pakistan tərəfdən isə enerji və təbii ehtiyatlar naziri A. Amadulla sədrlik edir. -
09-19-2008, 01:10 PMAPAAzərbaycan hökuməti ABƏŞ-in aktivlərinin dövlətin balansına keçirilməsi məsələsini müzakirə edir
[b]Azərbaycan hökuməti ABƏŞ-in aktivlərinin dövlətin balansına keçirilməsi məsələsini müzakirə edir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsinin icrasında «0» balansı mərhələsi başlayıb və xarici şirkətlərin yatırdıqları investisiyaların repatriasiyası (qaytarılması) başa çatıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş.Mösümovun sözlərinə görə, hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) aktivlərinin ölkə hökumətinin balansına keçirilməsi məsələləri müzakirə olunur. Bu məsələyə dair ARDNF, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və ABƏŞ-in iştirakı ilə yaradılmış işçi qrupu aktivlərin dövlət balansına keçirilmə müddətini müzakirə edir. Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neftin ixracından əldə olunan gəlirin 80%-i Azərbaycan hökumətinin, 20%-i isə xarici tərəfdaşların payına düşür. -
09-19-2008, 01:20 PMAPAAzərbaycanı "Qızıl minbər" müsəlman filmləri festivalında təmsil edəcək filmlər dəqiqləşib
[b]Azərbaycanı "Qızıl minbər" müsəlman filmləri festivalında təmsil edəcək filmlər dəqiqləşib[b]
[Bakı. Ülkər Qasımova-APA. 16-22 oktyabr tarixlərində Kazanda keçiriləcək "Qızıl minbər" müsəlman filmləri festivalının müsabiqəsində Azərbaycanı Ramiz Fətəliyevin "Hökmdarın taleyi" və Mehriban Ələkbərzadənin "Məhkumlar" filmləri deyil, müstəqil prodüser mərkəzlərində istehsal olunan "Düyün" və "Səhra gülü" filmləri təmsil edəcək. APA-nın məlumatına görə, Əli İsa Cabbarovun rejissoru olduğu "Düyün" filmi "Dərviş" Prodüser Mərkəzində, Tahir Əliyevin rejissoru olduğu "Səhra gülü" filmi isə AzTV-də istehsal olunub. Festivalın rəsmi internet saytı olan [ da ölkəmizin "Düyün" və "Səhra gülü" filmləri ilə təmsil olunacağı qeyd olunur. Bu faktı APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən də təsdiqləyiblər. Şöbədən verilən məlumatda bildirilib ki, Ramiz Fətəliyevin "Hökmdarın" taleyi filmi festivalın müsabiqəsində iştirak etməsə də, festival çərçivəsində bu filmin nümayişi nəzərdə tutulur. Digər "Məhkumlar" filmi ətrafında isə mübahisələr yarandığından filmin festivalda iştirakı təsdiqlənməyib. -
09-19-2008, 01:30 PMAPAYaap de Hoop Sxeffer: "Gürcü-osetin münaqişəsi məsələsində bütün tərəflər güzəştə getməlidir"
[b]Yaap de Hoop Sxeffer: "Gürcü-osetin münaqişəsi məsələsində bütün tərəflər güzəştə getməlidir"[b]
[London - APA. NATO ölkələri müdafiə nazirlərinin Londonda keçirilən müşavirəsində gürcü-osetin münaqişəsi və onun Şimali Atlantika bloku üçün nəticələri müzakirə olunur. APA-nın məlumatına görə, məsələ ilə bağlı Rusiyanın "Vesti" telekanalına açıqlama verən alyansın baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, problemin siyasi yolla həlli yolunun axtarılması vacibdir: "Bu, o deməkdir ki, bütün tərəflər güzəştə getməlidir". Sxeffer deyib ki, Medvedev-Sarkozi planını heç vaxt qəbulolunmaz adlandırmayıb: "Mən Gürcüstan ərazisində, o cümlədən Cənubi Osetiya və Abxaziyada rus qoşunlarının mövcudiyyətini tənqid etmişəm. Bunu qəbul etmək çətindir". NATO-nun baş katibi Rusiyanın etirazlarına və Gürcüstanın separatçı bölgələri ətrafındakı vəziyyətə baxmayaraq, Ukrayna və Gürcüstanın hərbi-siyasi blokun üzvlüyünə namizəd kimi qaldıqlarını söyləyib. -
09-19-2008, 01:40 PMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
09-19-2008, 01:50 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
09-19-2008, 02:10 PMAPAAvqustda Bakıda kommersiya xarakterli əmlakın orta satış qiyməti 1,6% artıb
[b]Avqustda Bakıda kommersiya xarakterli əmlakın orta satış qiyməti 1,6% artıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 1,6%, icarə qiymətlərində isə 1,4% artım qeydə alınıb. Bu barədə «APA-ECONOMICS»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.Nəticədə, Bakı şəhəri üzrə 1 kv. m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) iyul ayında qeydə alınan 3 561 ABŞ dollarından 3 618 dollara qədər artıb. Avqust ayında bazara çıxarılan qeyri-yaşayış sahələri iyul ayında olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası iyul ayına nisbətən zəif olub.Şəhərin zonaları üzrə I və IV zonalarda qiymət azalması, II və III zonalarda isə qiymət artımı müşahidə edilib. Aparılan araşdırmalara əsasən, qiymət artımı iyul ayı ilə müqayisədə 1,6%, ilin əvvəli ilə müqayisədə 30,7%, son bir illə müqayisədə isə 37,4% təşkil edib. -
09-19-2008, 02:20 PMAPAGələn il Azərbaycanda sosial müavinətlər yenidən artırılacaq
[b]Gələn il Azərbaycanda sosial müavinətlər yenidən artırılacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə sosial müavinətlərin artırılması üçün təkliflər hazırlayaraq hökumətə təqdim edəcək. ƏƏSMN-in pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov «APA-ECONOMICS»ə bildirib ki, müavinətlərin nə qədər artırılacağı barədə indidən fikir yürütmək olmaz. Çünki artımla bağlı müzakirələr gələn il aparılacaq.Şöbə müdiri qeyd edib ki, «Sosial müavinətlər haqqında» qanuna görə, ildə bir dəfədən az olmayaraq, sosial müavinətlərinin məbləğinin indeksləşdirilməsi qaydası müəyyən edilməlidir. Bunun üçün də hər il sosial müavinətlərin artırılması məqsədilə tədbirlər görülür.V.Həsənovun sözlərinə görə, bu ilin sentyabrın 1-dən Azərbaycanda 286 417 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği orta hesabla 50% artırılıb. -
09-19-2008, 02:30 PMAPATürkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb
[b]Türkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb[b]
[Ankara - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Doğan" media qrupuna qarşı tənqidlərini və ittihamlarını davam etdirir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan medianın etibarını və inandırıcılığını itirdiyini bildirərək rəhbərlik etdiyi partiyanın üzvlərini bu qəzetləri almamağa çağırıb: "Media inandırıcılığını itirib və özünü bitirib. Ona görə də mən sizi yalan, yanlış xəbərlər yayımlayan mediaya qarşı kampaniyaya başlamağa, həmin qəzetləri almamağa səsləyirəm. Bu, bizim ən təbii haqqımızdır. Hansı dili başa düşürlərsə, o dildə danışacağıq. Bu ölkəyə xidmət edərkən bir də onlarlamı məşğul olmalıyıq? İşimiz-gücümüz var". -
09-19-2008, 02:40 PMAPASamux sakini intihar edib
[b]Samux sakini intihar edib[b]
[Samux. Nəzakət Məşədiəliqızı-APA. Bu gün saat 3-4 radələrində Samux rayonunda intihar hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Əhmədbəyli kənd sakini 1955-ci il təvəllüdlü Müzəffər Əli oğlu Əliyev qızının və bacısının gözü qarşısında ülgüclə damarlarını kəsib. O, xəstəxanaya aparılarkən yolda keçinib. Ailə üzvləri M. Əliyevin Ruhi Dispanserdə qeydiyyatda olduğunu bildiriblər. Məlumata görə, içki düşkünü olan mərhum intihar edən zaman da işgili olub. -
09-19-2008, 02:50 PMAPAAzərbaycan Nəqliyyat Nazirliyində seminar keçirilib
[b]Azərbaycan Nəqliyyat Nazirliyində seminar keçirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Nəqliyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihəsinə dair seminar keçirilib. Bu barədə «APA-ECONOMICS»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.«Azəryolservis» ASC-nin Korporativ Planının həyata keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyinə dəstək seminarının keçirilməsində məqsəd layihə və onun mahiyyəti barədə məlumat vermək, gələcəkdə görüləcək işlər və prioritetlər barədə iştirakçılarla birgə müzakirə aparmaqdır. Seminarda «Azəryolservis» ASC, onun missiyası, məqsədləri və regional ofislər də daxil olmaqla strukturu, Məsləhət Şurasının mümkün rolu da daxil olmaqla, Nəqliyyat Nazirliyi ilə «Azəryolservis» arasında xidməti sazişlər və icra göstəriciləri, «Müştəri» və «Təminatçı» anlayışları, ilk pilot təcrübələr-təklif və onun müzakirəsi, həmçinin istismar standartları, materiallar, müqaviləyə nəzarət edilməsi məsələləri müzakirə olunub. Seminarda «Finnroad» şirkətinin nümayəndələri, layihə üzrə qrup rəhbəri Esko Sirvio və idarəetmə üzrə mütəxəssis Antti Talvitie iştirak edib.Qeyd edək ki, məsləhətçi şirkət «Azəryolservis» ASC-nin Korporativ Planının həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyi üçün 5 müzakirə sənədi hazırlayıb. Bu planın əsas komponentləri 5 seminardan ibarətdir. Bu seminarlarda korporativ plana dair bütün əhəmiyyətli məsələlər müzakirə olunacaq. -
09-19-2008, 03:30 PMAPAAmerikanın "C.J. Chenier and The Red Hot Loisiana Band" caz qrupu Sumqayıtda çıxış edib
[b]Amerikanın "C.J. Chenier and The Red Hot Loisiana Band" caz qrupu Sumqayıtda çıxış edib[b]
[Bakı. Ülkər Qasımova-APA. Amerikanın "C.J. Chenier and The Red Hot Loisiana Band" caz qrupu Sumqayıt şəhərinin "Kimyaçılar" mədəniyyət sarayının qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ABŞ-ın ölkəmizdəki səfirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, konsertdə Luiziana ştatının Amerika xalq musiqisinin unikal nümunələri ifa ediib. Si Djeyin rəhbərlik etdiyi qrup konsertdə vals, blyuz, rok-n-rol janrında musiqilər səsləndirib. -
09-19-2008, 03:40 PMAPAAbşeronda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb
[b]Abşeronda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb[b]
[Bakı-APA. Sentyabrın 18-də saat 10.00 radələrində Abşeron rayonunun ərazisində, Şamaxı şəhər sakini, Ruxsar Babayev "Mercedes" markalı avtomaşınla dəmir borunun üstündən keçərkən, boru avtomaşının altından çıxaraq sərnişini Adıgözəl Bədəlova dəyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Bədəlov aldığı xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır. -
09-19-2008, 03:50 PMAPAATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib
[b]ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib[b]
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib.
[Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd bu bölgədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşməkdir. Bernar Fasie Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək, Ermənistana səfəri zamanı apardığı danışıqlar barədə dövlət başçısını məlumatlandıracaq. -
09-19-2008, 04:00 PMAPA«İki sahil» qəzeti Neftçilər gününə həsr olunan xüsusi buraxılış hazırlayıb
[b]«İki sahil» qəzeti Neftçilər gününə həsr olunan xüsusi buraxılış hazırlayıb[b]
[Bakı-APA. "İki sahil" qəzeti 20 sentyabr- Neftçilər günü münasibəti ilə 48 səhifəlik xüsusi buraxılış hazırlayıb. Qəzetin redaksiyasından APA-ya verilən məlumata görə, buraxılışda Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi yolu əks etdirən yazılar, rəngli şəkillər öz əksini tapıb. Xüsusi buraxılış Heydər Əliyevin «Neftçilər günü»nün təsis edilməsi haqqında 16 avqust 2001-ci il tarixli fərmanı və Prezident İlham Əliyevin neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncamı ilə başlanıb. Xüsusi buraxılışda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyətindən də bəhs edilib. Buraxılışda şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynovun, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun, ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmədovun, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, vitse-prezident Mikayıl İsmayılovun, «Azneft» İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun yazıları da dərc olunub.