[b]Azərbaycan və Finlandiya prezidentləri arasında təkbətək görüş olub[b]
Helsinki. Elbrus Seyfullayev - APA. Finlandiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin mayın 29-da Finlandiya prezidenti, xanım Tarya Halonenlə təkbətək görüşü olub.
[APA-nın "AzerTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensialın olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla həyata keçirildiyini bildiriblər.Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Xəbərləri
Printable View

05-29-2008, 04:31 PMAPAAzərbaycan və Finlandiya prezidentləri arasında təkbətək görüş olub

05-29-2008, 04:41 PMAPAEstoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib
[b]Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Estoniyanın Tallin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90, Heydər Əliyevin 85, Estoniya Respublikasının 90 və "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin 20 illik yubileylərinə həsr edilən konfrans keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirə qatılan 150-dək qonaq arasında Estoniyanın sabiq prezidenti Arnold Ruutel, Estoniya parlamentinin üzvü Andres Herkel, vitse-spiker Yuri Ratas, Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, Türkiyə, Gürcüstan və Böyük Britaniyanın Estoniyadakı səfirləri də olub. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə və professor Musa Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məruzələrlə çıxış ediblər. Konfransdan sonra ADR-in 90 illiyinə, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər göstərilib. -
05-29-2008, 04:51 PMAPATürkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini yenidən bombalayıb
[b]Türkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini yenidən bombalayıb[b]
[Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini yenidən bombalayıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatın bu gün yerli vaxtla səhər saat 11.00-da başladığını açıqlayıb. Əməliyyat zamanı İraqın şimalındakı Hakurk bölgəsində PKK-ya məxsus 16 hədəf vurulub. Bombardman nəticəsində terror təşkilatının məruz qaldığı itkilər müəyyənləşdirilir. -
05-29-2008, 05:21 PMAPAKürd terrorçuları 8 İran əsgərini öldürüblər
[b]Kürd terrorçuları 8 İran əsgərini öldürüblər[b]
İran - APA. İranın Qərbi Azərbaycan əyalətində kürd terrorçuları ilə hökumət qüvvələri arasında toqquşma baş verib.
[APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının İrandakı qolu olan PJAK terrorçuları ilə İnqilab Keşikçiləri Korpusunun əsgərləri arasında Qərbi Azərbaycanın Alvatan bölgəsində baş verən döyüşdə 6 hərbçi öldürülüb. Uzaqdan idarə olunan bombanın terrorçular tərəfindən partladılması nəticəsində isə daha 2 əsgər həlak olub. PJAK-ın nə qədər itki verdiyi bəlli deyil. Xatırladaq ki, 5 gün əvvəl İran hərbçiləri ilə terrorçular arasındakı toqquşmada 9 terrorçu məhv edilmiş, 3 əsgər həlak olmuşdu. -
05-29-2008, 05:51 PMAPAABŞ Dövlət Departamentinin nümayəndəsi: "Ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq"
[b]ABŞ Dövlət Departamentinin nümayəndəsi: "Ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Biz ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Devid Merkel deyib. O, hökumətin, prezidentliyə namizədlərin, seçki komissiyalarının və qeyri-hökumət təşkilatlarının normal seçki keçirilməsi üçün çalışacaqlarına böyük ümid bəslədiklərini bildirib. D. Merkel beynəlxalq ictimaiyyətin də buna dəstək verəcəyinə inandığını söyləyib: "Bizim hamımız normal seçki keçirilməsi üçün Azərbaycanla birlikdə işləyəcəyik". -
05-29-2008, 06:01 PMAPAİyunda X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalı keçiriləcək
[b]İyunda X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalı keçiriləcək[b]
Bakı. Ülkər Qasımova-APA. İyunun 1-7-də X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında festivala həsr olunmuş mətbuat konfransı keçirilib.
[Tədbirdə çıxış edən ittifaqın katibi və festivalın baş direktor müavini Abbas Əliyev bildirib ki, ötən illərdə olduğu kimi, bu il də festivalda, əsasən uğurlu ekran taleyinə malik filmlər göstəriləcək: "Etiraf etmək lazımdır ki, filmləri nümayiş etdirmək üçün məkan çatışmazlığı var. Hazırda Heydər Əliyev adına Sarayda əsaslı təmir işləri aparılır. Yaşıl teatrda isə film nümayişi ancaq axşam 10-dan sonra mümkün ola bilər. Açıq havada filmlərin nümayişi uğursuz alınar. O səbəbdən festivalın açılış mərasimi iyunun 1-də Musiqili Komediya Teatrında olacaq. Filmlər "Azərbaycan" kinoteatrında və "İbrus" teatrının kinozalında nümayiş etdiriləcək".Qeyd edək ki, iyunun 2-də Abşeron mehmanxanasında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya) və "Dost" (Azərbaycan) filmləri nümayişi etdiriləcək. A. Əliyev deyib ki, festivalın bağlanış mərasimində, yəni iyunun 7-də "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr Nevski" (Rusiya) filmləri göstəriləcək. Festivalın bağlanış mərasimində "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyaları üzrə mükafatlar təqdim olunacaq. Festivala Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin "Persona-non-qrata", "Var gücü ilə, qalopla" və "Kamuflaj" filmlərindən ibarət retrospektiv təşkil olunacaq. A. Əliyevin sözlərinə görə, festivalın 10 illik yubiley mərasiminə Fransadan Branyev Georgiy (ssenarist), İsraildən Abramov Efraim (ssenarist), Polşadan rejissorlar Yakimovski Ancey, Kşiştof Zanussi, Estoniyadan prodüser Erika Laansalu, aktrisa Viyre Valdma, Latviyadan rejissor Poşkus Yuris, aktyor Andis Strods, Belarusdan kino tənqidçisi Sidorenko Anton, Qırğızıstandan rejissor Ernest Abdıjaparov, aktrisa Asema Toktobekova və digər ölkələrin tanınmış kino xadimləri qatılacaqlar. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
05-29-2008, 06:11 PMAPA"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri məlum olub
[b]"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri məlum olub[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinin adları açıqlanıb. APA-nın məlumatına görə, "ən yaxşı şeir" və "ən yaxşı nəsr" nominasiyası üzrə bu ilin fevralında start verilən müsabiqəyə ümumilikdə 120-dən artıq əsər təqdim edilib. Beləliklə, "ən yaxşı şeir" nominasiyasının qalibləri Cavidan (I yer), Rəbiqə Nazimqızı (II yer) və Elmin Həsənli (III yer) olub. Nəsr nominasiyası üzrə isə Ülviyyə Heydərova (I yer), Sevinc Çılğın (II yer), Jalə İsmayıl (III yer) fərqlənib. -
05-29-2008, 06:21 PMAPA"Eurovision-2009"da Türkiyəni "Həpsi" qrupunun təmsil edəcəyi gözlənilir
[b]"Eurovision-2009"da Türkiyəni "Həpsi" qrupunun təmsil edəcəyi gözlənilir[b]
[Bakı. Ülkər Qasımova - APA. Gələn il Rusiyanın paytaxtı Moskvada keçiriləcək 54-cü "Eurovision" mahnı müsabiqəsində Türkiyəni "Həpsi" qrupu təmsil edə bilər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TRT 4 qızdan ibarət qrupa müvafiq təkliflə müraciət edib. Qrup üzvləri hələlik qəti cavab verməsələr də, təklifə etinasız yanaşmayıblar. TRT hesab edir ki, Cemre, Eren, Yasemin və Gülçindən ibarət qrup yarışmada təkcə ifası ilə yox, yüksək səviyyəli şousu ilə də böyük rəğbət qazana bilər.Xatırladaq ki, Belqradda keçirilən "Eurovision-2008"də Türkiyəni təmsil edən "Mor və ötəsi" qrupu 7-ci olub. Moskvada keçiriləcək "Eurovision-2009" müsabiqəsinin yarımfinalları mayın 12-də və 14-də, finalı isə mayın 16-da keçiriləcək. -
05-29-2008, 06:32 PMAPAEstoniya Müdafiə Qüvvələrinin komandanı: "İşğal olunmuş torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir"
[b]Estoniya Müdafiə Qüvvələrinin komandanı: "İşğal olunmuş torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Estoniya Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Ants Laaneots mayın 29-da Bakıya iki günlük rəsmi səfərə gəlib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qonaq Fəxri Xiyabanda Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoyub.Sonra Müdafiə Nazirliyində əvvəlcə müdafiə nazirlərinin təkbətək, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub. S. Əbiyev iki ölkə arasında yaranan əməkdaşlıqdan razılıq ifadə edərək bildirib ki, Estoniyanın NATO üzvü kimi qazandığı təcrübə Azərbaycan üçün böyük maraq kəsb edir. Azərbaycanın "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlıq nəticəsində yiyələndiyi nailiyyətlərdən danışan S. Əbiyev İPAP səviyyəsində son illər xeyli irəliləyişin əldə edildiyini vurğulayıb. O, planın birinci mərhələsinin uğurla yerinə yetirildiyini, artıq ikinci mərhələyə start verildiyini bildirib. Regionda mövcud hərbi-siyasi vəziyyətə toxunan S. Əbiyev Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını, münaqişənin dinc şəkildə nizamlanmasına maneçilik törətdiyini, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmədiyini qeyd edib: "Təəssüf ki, ATƏT-in Minsk Qrupunun səyləri də bir nəticə vermir". Nazir qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsində heç bir güzəştə yol verməyəcək: "Ermənistan dinc yolla problemin həllini ləngitməkdə davam edərsə, Azərbaycan bu münasibətlə qətiyyən barışmayacaq və nəyin bahasına olursa-olsun, torpaqlarını işğaldan azad edəcək. Ermənistan bunu birdəfəlik anlamalıdır". Öz növbəsində Estoniya Müdafiə Qüvvələrinin komandanı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının Estoniya üçün prinsipial əhəmiyyət kəsb etdiyini, işğal olunmuş torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Görüşdə hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. -
05-29-2008, 06:41 PMAPANazim İmanov: "GUAM-ı siyasətçilər yaradıb, amma iqtisadiyyat inkişaf etdirəcək"
[b]Nazim İmanov: "GUAM-ı siyasətçilər yaradıb, amma iqtisadiyyat inkişaf etdirəcək"[b]
[Bakı. Laçın Sultanova - APA. "GUAM təşkilatını siyasətçilər yaradıb, amma bu qurumu iqtisadiyyat inkişaf etdirəcək". APA-nın məlumatına görə, bu fikirləri "Qafqaz və qloballaşma" jurnalının baş redaktoru, professor Nazim İmanov "GUAM-ın inkişaf strategiyası" adlı beynəlxalq konfransda çıxışında deyib. Onun sözlərinə görə, hazırda quruma üzv ölkələri ərazilərində olan münaqişələr birləşdirir: "Həmin münaqişələr həll olunandan sonra onları iqtisadi tamamlama siyasəti birləşdirəcək. Azərbaycan hazırda kapital qoyuluşuna qadir olan ölkədir. Ölkəmizin 8 milyard dollar valyuta ehtiyatı var, neft gəlirləri hesabına 15-20 ildən sonra bu göstərici 300 milyard dollara çatacaq". Nazim İmanov digər GUAM ölkələrinin də sərmayəyə ehtiyacları olduğunu deyib. İqtisadçı alim hesab edir ki, əgər GUAM ölkələri ümumi iqtisadi maraqlar tapsalar, qurumun böyük perspektivi olacaq. -
05-29-2008, 07:31 PMAPAFinlandiya prezidenti: "Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını sürətləndirmiş olaca
[b]Finlandiya prezidenti: "Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını sürətləndirmiş olacaq"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan prezidenti İlham Əliyev və Finlandiya prezidenti Tarya Halonen danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər.
[APA-nın Finlandiya prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, mətbuat konfransında çıxış edən Tarya Halonen bildirib ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub: "Azərbaycan aktiv şəkildə inkişaf edir və Finlandiya ölkənin Avropa məkanına inteqrasiya siyasətini alqışlayır". Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Finlandiya prezidenti konfliktin nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini bildirib: "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən pozitiv nəticələr əldə olunacağına ümid bəsləyirik. Ümidvarıq ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini sürətləndirmiş olacaq". Mətbuat konfransında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev onu rəsmi səfərə dəvət etdiyinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Finlandiya prezidentinə təşəkkür edib. O, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini və Finlandiya ilə iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub, ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlının öz doğma yurd-yuvasından zorla çıxarıldığını bildirib. Qeyd edək ki, Finlandiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti sabah baş nazir Matti Vanxanenlə görüşəcək, Hietaniemi məzarlığına baş çəkəcək. -
05-29-2008, 07:41 PMAPAAzərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa ediləcək əlavə və dəyişikliklərdə polisin səlahiyyətləri məhdudlaşdır&
[b]Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa ediləcək əlavə və dəyişikliklərdə polisin səlahiyyətləri məhdudlaşdırılır[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa ediləcək əlavə və dəyişikliyə görə sərbəst toplaşmaq azadlığı məqsədəuyğunluq mülahizələri ilə məhdudlaşdırıla bilməz. Toplantının keçirilməsi ilə bağlı müraciətlərə baxan orqanlar məhdudlaşdırmanı bu qanunun müvafiq müddəaları və beynəlxalq konvensiyalarla əsaslandırmalıdır".
[Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov bildirib. Sabah Milli Məclisin müzakirəsinə çıxarılacaq ""Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklik haqqında" qanun layihəsi barədə danışan ekspert sənədin Avropa standartlarına tam cavab verdiyini, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi üçün bütün hüquqi təminatların nəzərdə tutulduğunu deyib. Sərbəst toplaşmaq üçün yerlərin müəyyən olunmasına gəlincə, L. Hüseynov deyib ki, müvafiq qurum tərəfindən sərbəst toplaşmanın qadağan oluna biləcəyi yerli və mərkəzi İcra hakimiyyətlərinin siyahısı hazırlanacaq: "Yəni qanunda birbaşa qadağa yoxdur". "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təxminən 15 maddəsinə müxtəlif xarakterli əlavə və dəyişikliyin ediləcəyini bildirən L. Hüseynov sənədlə bağlı əsaslandırılmış irada rast gəlmədiyini də deyib: "Qanuna ediləcək əlavə və dəyişiklik vasitəsilə polisin səlahiyyətlərinə məhdudiyyət qoyulur. Burada söhbət toplantı iştirakçılarına mümkün güc tətbiqi və toplantının keçirilməsinə öz səlahiyyəti çərçivəsində hər hansı müdaxilənin qarşısının alınmasından gedir. Qanunda göstərilir ki, polisin hərəkətləri qarşıya qoyulan məqsədə mütənasib olmalıdır". -
05-29-2008, 11:41 PMAPAAzərbaycanın cənub-qərb hissəsində güclü külək başlayıb
[b]Azərbaycanın cənub-qərb hissəsində güclü külək başlayıb[b]
[Tərtər. Teymur Zahidoğlu-APA. Bu gün axşam saatlarında ölkənin cənub-qərb hissəsində güclü külək başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, külək Tərtər və Goranboy rayonlarında bir neçə ağacı kökündən qoparıb. Bir neçə yerdə ağaclar elektrik dirəklərinin üstünə düşüb. Bölgənin bir hissəsi işıqsız qalıb. Rayon İcra Hakimiyyətlərindən bildirilib ki, hazırda rayonlarda dəyən ziyanla bağlı araşdırmalar aparılır və operaativ tədbirlər görülür. -
05-30-2008, 10:01 AMAPAAzərbaycan prezidenti Finlandiya parlamentinin sədri ilə görüşüb
[b]Azərbaycan prezidenti Finlandiya parlamentinin sədri ilə görüşüb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Finlandiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev mayın 29-da bu ölkənin parlamentində olub. APA-nın "AzerTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı parlamentin üzvləri ilə görüşüb, Fəxri qonaqlar kitabını imzalayıb.
[Görüşdə parlamentlərarası əlaqələr, regional, beynəlxalq təşkilatlar çərçivəsində, habelə iki ölkə arasında əməkdaşlığın perspektivləri, müxtəlif sahələrdə əlaqələr və digər məsələlər müzakirə olunub.Finlandiya parlamentinin - Eduskuntanın sədri Sauli Niinistö son on ildə Azərbaycanda görülən işləri, neft-qaz sənayesinin inkişafını yüksək qiymətləndirib, Azərbaycanda etibarlı və dayanıqlı iqtisadiyyata xeyli sərmayə qoyulduğunu vurğulayıb. O, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini də qeyd edib. Öz növbəsində prezident İ. Əliyev bildirib ki, Azərbaycan iki ölkə arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli və səmərəli əməkdaşlıq edir. Dövlət başçısı Finlandiya ilə ikitərəfli əməkdaşlığın, siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu, iqtisadi əlaqələr üçün yeni imkanların açıldığını bildirib.Görüşdən sonra İ. Əliyev parlamentin binası ilə yaxından tanış olub.Mayın 29-da prezident İ. Əliyev Helsinkidə Paaskivi Cəmiyyətinin üzvləri ilə də görüşüb. Cəmiyyətin sədri, professor Mikko Viitasalo 1958-ci ildə yaradılmış bu qurumun Finlandiyanın xarici siyasəti ilə bağlı müzakirələr apardığını və vətəndaş forumu təşkil etdiyini bildirib. M. Viitasalo Qafqazda vəziyyəti izlədiklərini, Azərbaycanda dinamik inkişaf getməsindən, beynəlxalq layihələrin həyata keçirilməsindən xəbərdar olduqlarını qeyd edib.Görüşdə çıxış edən prezident İ. Əliyev Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən Azərbaycanın çətin dövr yaşadığını xatırladıb, sonrakı illərdə müstəqilliyin qorunub saxlanması, bazar iqtisadiyyatının qurulması sahəsində görülən işlərdən danışıb. Dövlət başçısı bildirib ki, iri beynəlxalq şirkətlərin Azərbaycanın neft sektoruna sərmayə qoymağa cəlb edilməsi digər sahələrə də vəsait qoymağa yol açıb. Prezident neft gəlirlərinin toplanması və xərclənməsində tam şəffaflığa nail olunduğunu deyib, Azərbaycan Dövlət Neft Fondunun şəffaflığa görə ötən il BMT tərəfindən mükafatlandırıldığını vurğulayıb.Ermənistan-Azərbaycan münaqişəsi barədə də danışan İ. Əliyev görüş iştirakçılarının suallarını cavablandırıb.Sonda Azərbaycan prezidentinə Paaskivi Cəmiyyətinin fəxri qonaqlar üçün nəzərdə tutulmuş xüsusi medalı təqdim olunub. Dünən həmçinin Prezident sarayında Finlandiya prezidenti adından Azərbaycan prezidentinin şərəfinə rəsmi qəbul təşkil edilib.Azərbaycan prezidentinin Finlandiyaya rəsmi səfəri davam edir. -
05-30-2008, 10:11 AMAPANaməlum şəxslər paytaxtda 14 avtomobil yandırıblar
[b]Naməlum şəxslər paytaxtda 14 avtomobil yandırıblar[b]
Moskva - APA. Moskvanın Severnoe Butovo mikrorayonunda naməlum şəxslər mayın 29-dan 30-na keçən gecə 14 avtomobil yandırıblar. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, ilk hadisə Kulikovskaya küçəsi, ev 1 ünvanının həyətində baş verib.
[Milis əməkdaşları dərhal avtomobillərin yandırıldığı ünvana gəlsələr də, hadisəni törədənləri yaxalamaq mümkün olmayıb. Milislər həyətdə 10 avtomobilə od vurulduğunu görüblər.Yarım saatdan sonra isə analoji hadisə Dmitri Donskoy küçəsindəki 16 saylı evin həyətində baş verib. Naməlum şəxslər burada 4 avtomobili yandırıblar. Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlərin axtarışı aparılır. -
05-30-2008, 10:21 AMAPAAmerika Azərbaycan Şurasının fəalları konqresmen Bred Şermanın şərəfinə təşkil olunan naharda iştirak ediblər
[b]Amerika Azərbaycan Şurasının fəalları konqresmen Bred Şermanın şərəfinə təşkil olunan naharda iştirak ediblər[b]
[Kaliforniya. Hüsniyyə Həsənova-APA. Kaliforniyanın 27-ci seçki dairəsindən Konqresə seçilən Bred Şermanın şərəfinə təşkil olunan nahara Amerika Azərbaycan Şurasının icraçı direktoru Cavid Hüseynov və fəallardan Aydan Mirzə də qatılıblar. APA-nın ABŞ bürosunun məlumatına görə, Nümayəndələr Palatasının üzvü ilə görüşündə Cavid Hüseynov cənab Şermana ötən gün 90 illik yubileyini qeyd etmiş müsəlman dünyanın ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanda çox əsirlik tarixi olan yəhudi icmasının mövcudluğu və ümumiyyətlə Azərbaycanın bu gün İsraillə sıx əməkdaşlıq etməsi də diqqət mərkəzində olub. Cavid Hüseynov qeyd edib ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycanla bağlı ictimai qurumlar da yerli yəhudi icmaları ilə yaxından əməkdaşlıq edirlər. Tərəflər bildiriblər ki, ABŞ üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün əldə edilməsi hər iki ölkənin marağındadır. Yalnız dialoq vasitəsi ilə ermənilər və azərbaycanlılar müharibənin acı fəlakətlərini aradan qaldıra, əməkdaşlıq sayəsində Qafqazın təhlükəsizliyini təmin edə bilərlər. Qeyd edək ki, Konqresmen Bred Şerman Nümayəndələr Palatasının Maliyyə Xidmətlər və Hüquq Komitəsinin üzvü, Xarici Əlaqələr Komitəsinin səlahiyyətli üzvü və Terrorizm, Nüvə Silahının Yayılmaması və Ticarət Alt Komitəsinin sədridir. Konqresmen Şermanla görüş Barri və Maykl Qrobstenin dəstəyi və dəvəti sayəsində baş tutub. -
05-30-2008, 10:51 AMAPAOmbudsman Aparatının əməkdaşları polis bölmələrinə baxış keçiriblər
[b]Ombudsman Aparatının əməkdaşları polis bölmələrinə baxış keçiriblər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ombudsman Aparatının əməkdaşları Nəsimi Rayon Polis İdarəsinə, həmin idarənin 20 və 21-ci, Nərimanov rayon Polis İdarəsinə, həmin idarənin 18-ci, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölmələrinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndələr saxlanılan şəxslərlə təkbətək görüşüb, onların saxlanma şəraitini araşdırıblar. Söhbət aparılan şəxslər onlara qarşı zorakılıq hallarına yol verilmədiyini bildiriblər. Baxış keçirilən polis orqanlarının rəhbərliyinə müvafiq tövsiyələr verilib. -
05-30-2008, 11:01 AMAPAABŞ dövlət katibinin müavini Azərbaycana gəlib
[b]ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavini Riçard Bauçer Azərbaycana gəlib.
[ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henikin APA-ya verdiyi məlumata görə, səfər bir günlükdür. Qonaq Xarici İşlər Nazirliyində olacaq, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə bir araya gələcək və ABŞ səfirliyində bəzi görüşlər keçirəcək. Görüşlərdə ABŞ-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanda seçkiqabağı vəziyyət və digər məsələlər müzakirə olunacaq. -
05-30-2008, 11:11 AMAPATürkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
[b]Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər[b]
[Ankara. Laçın Sultanova - APA. Ankarada Türkiyə və Rusiya xarici siyasət idarələri arasında məsləhətləşmələr keçirilib. APA-nın məlumatına görə, məsləhətləşmələr Türkiyə xarici işlər nazirinin müavini Ərtoğrul Apakanla rusiyalı həmkarı Andrey Denisov arasında keçirilib. Məsləhətləşmələrdə Türkiyə-Rusiya əlaqələrinin genişləndirilməsi ilə yanaşı region və dünyada baş verən aktual problemlər, o cümlədən Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyət, İraq və İranın nüvə problemi, Yaxın Şərq və Kiprdə münaqişələrin nizamlanması məsələləri müzakirə olunub. -
05-30-2008, 11:41 AMAPAXəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı konfrans keçiriləcək
[b]Xəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı konfrans keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. İyunun 24-26-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov tədbirin keçirilməsi barədə xüsusi sərəncam imzalayıb. Konfransa Xəzəryanı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. -
05-30-2008, 12:21 PMAPAAzərbaycan parlamentində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarıl&
[b]Azərbaycan parlamentində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
[APA-nın xəbərinə görə, sənəd barədə parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verib. Hazırda layihə ilə bağlı müzakirələr aparılır. -
05-30-2008, 12:31 PMAPAArarat vilayətinin qubernatoru Ermənistanın daxili işlər naziri təyin olunub
[b]Ararat vilayətinin qubernatoru Ermənistanın daxili işlər naziri təyin olunub[b]
İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan daxili işlər naziri Ayk Arutyunyanı istefaya göndərib.
[APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, prezidentin digər sərəncamı ilə bu vəzifəyə Ararat vilayətinin qubernatoru Alik Sarkisyan təyin olunub və ona general-mayor rütbəsi verilib.Alik Sergeyeviç Sarkisyan 1 iyun 1957-ci ildə Ararat vilayətinin Kanaçut kədində anadan olub. Xaçatur Abovyan adına İrəvan Pedaqoji İnstitutunu və Ermənistan DİN-in Ali Milis Məktəbini bitirib. 1982-2000-ci illərdə daxili işlər orqanlarında çalışıb. 2000-ci ildən Ararat vilayətinin qubernatoru idi. Evlidir, iki qızı və iki nəvəsi var. -
05-30-2008, 03:51 PMAPAİyunda Akademik Milli Dram Teatrı və Rus Dram Teatrında tamaşa nümayiş etdirilməyəcək
[b]İyunda Akademik Milli Dram Teatrı və Rus Dram Teatrında tamaşa nümayiş etdirilməyəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İyun ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında tamaşa nümayiş etdirilməyəcək. Bunun səbəbi Dövlət Akademik Milli Dram Teatrında iyunun 1-dən etibarən əsaslı təmir işlərinin başlanması, Rus Dram Teatrının isə bu ay ərzində əsaslı təmir olunmuş binaya köçməsidir. Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyatov APA-ya deyib ki, artıq teatrın bütün kollektivi Dənizçilər Evinə köçüb. İyunun 1-dən 135 yaşı olan Dram Teatrında əsaslı təmir işlərinə başlanılacaq. Onun sözlərinə görə, əsaslı təmir müddətində teatrın kollektivi, əsasən səfərlərdə olacaq və paytaxtda tamaşa göstərməyəcək. Rus Dram Teatrından isə APA-ya bildirilib ki, teatrın kollektivi qarşıdakı üç ay müddətində tamaşa hazırlamayacaq. Teatr tamaşalarını yeni binanın sentyabrın ortalarında keçiriləcək açılışında tamaşalarına təqdim edəcək. -
05-30-2008, 04:01 PMAPAÇitada azərbaycanlıların ev və maşınlarını yandıran 32 nəfərə hökm oxunub
[b]Çitada azərbaycanlıların ev və maşınlarını yandıran 32 nəfərə hökm oxunub[b]
Çita-APA. Zabaykalye vilayətinin Xilok rayon məhkəməsində 2006-cı ildə Xaraqun kəndində azərbaycanlı ailələrinə basqınlarda iştirak edən 32 şəxsə hökm oxunub.
[APA-nın məlumatına görə, həmin faciəli hadisələr zamanı bir azərbaycanlı öldürülüb, 11 nəfər yaralanıb. Məhkəmə basqın və qarətlərin iştirakçılarından 8 nəfəri cəzalarını ağır rejimli koloniyada çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Digər basqınçılar 2 ildən 3 il 6 ay müddətə həbs cəzası alıblar. Qeyd edək ki, istintaq Xaraqunda 19 azərbaycanlı ailəsinin evinə basqınların təşkilində 40 nəfəri günahkar bilib. Bu hadisələr zamanı azərbaycanlılara məxsus onlarla ev və maşın yandırılıb, soydaşlarımıza ümumilikdə 2 milyon rubldan artıq ziyan dəyib. -
05-30-2008, 04:11 PMAPAMir Cəlal Paşayevə həsr olunmuş kitabların və onların elektron versiyasının təqdimatı keçirilib
[b]Mir Cəlal Paşayevə həsr olunmuş kitabların və onların elektron versiyasının təqdimatı keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Rəhilə Gülgünün Mir Cəlal Paşayevə həsr etdiyi "Göylər adamı" kitabının, "Mir Cəlal. Biblioqrafiya", "Mir Cəlal irsi" kitablarının isə elektron versiyalarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Göylər adamı" kitabının nazirliyin hazırladığı "Silinməz izlər" seriyasından ilk nəşr olduğunu bildirib: "Kitabda yazıçı, pedaqoq, ədəbiyyatşünas Mir Cəlal Paşayevin həyat və yaradıcılığı yeni yozumda əks olunub. Nəşrdə yazıçının bioqrafiyası ilə yanaşı, yaradıcılığından nümunələr, onunla bağlı xatirələr, müasirləri, ailə üzvləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb. Bu materialların çoxu oxuculara ilk dəfə təqdim edilir". Professor Təhsin Mütəllibov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, yazıçı Vidadi Babanlı və başqaları çıxış edərək Mir Cəlal Paşayevlə bağlı xatirələrini danışıblar. Tədbirdə yazıçının ailə üzvləri, dostları, tələbələri, elm və ədəbiyyat xadimləri iştirak ediblər. -
05-30-2008, 04:21 PMAPAAzərbaycanın xarici işlər naziri Polşaya rəsmi səfər edəcək
[b]Azərbaycanın xarici işlər naziri Polşaya rəsmi səfər edəcək[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 12-13-də Polşada rəsmi səfərdə olacaq. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov polşalı həmkarı Radoslav Sikorski ilə görüş keçirəcək, ikitərəfli münasibətlərin perspektivlərini və digər aktual məsələləri müzakirə edəcək. Hazırda səfərin proqramı dəqiqləşdirilir.Qeyd edək ki, bu səfər Polşa xarici işlər nazirinin ötən il Bakıya səfərinə cavab olaraq həyata keçiriləcək. -
05-30-2008, 04:31 PMAPAİlk Azərbaycan vətəndaşı ABŞ Hərbi Akademiyasına qəbul olunub
[b]İlk Azərbaycan vətəndaşı ABŞ Hərbi Akademiyasına qəbul olunub[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycan vətəndaşı Hüseyn Pənahov Amerikanın ən nüfuzlu hərbi akademiyalarından biri olan ABŞ-ın Vest Point Hərbi Akademiyasına qəbul olunub.
[Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. H. Panahov bu ilin iyun ayından 2012-ci ilin iyununa qədər orada iqtisadiyyat elmini öyrənəcək. Səfirlikdən onu da bildiriblər ki, bu Hərbi Akademiyanın təməli iki əsir öncə qoyulub. Hərbi Akademiya çalışır ki, "Vest Point Təcrübəsi" prosesi çərçivəsində hərbi kursantlar dörd vacib sahədə inkişafa nail olsunlar. Bunlar intellektual, fiziki hazırlıq, hərbi və mənəvi-etik qaydaların öyrənilməsidir. Hərbi kursantlar Vest Pointdə təhsil almağa başladıqları ilk gündən liderlik təcrübəsi də daxil olmaqla, hərbi biliklərə yiyələnirlər. -
05-30-2008, 04:41 PMAPAAzərbaycan paytaxtında polisin öldürülməsi il bağlı başlanmış cinayət işini Bakı Şəhər Prokurorluğu araşdıracaq
[b]Azərbaycan paytaxtında polisin öldürülməsi il bağlı başlanmış cinayət işini Bakı Şəhər Prokurorluğu araşdıracaq[b]
Bakı. Hacı Zeynalov - APA. Binəqədi rayon 28 may qəsəbəsində baş verən silahlı qarşıdurma zamanı qətlə yetirilən polis zabiti Ramil Əli oğlu Zamanovun meyiti məhkəmə tibbi ekspertizasında müayinə edilib.
[Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, müayinə zamanı onun bədənində bir güllə yarası aşkarlanıb. Rayon prokurorluğunda hadisənin şahidləri və polisi qətlə yetirməkdə təqsirləndirilən Seymur Bahadur oğlu Əliyev ilkin ifadə veriblər. O, törətdiyi cinayəti etiraf edib. Binəqədi rayon prokurorunun köməkçisi Bəsti Sultanrəşidqızı APA-ya bildirib ki, S. Əliyevin barəsində Binəqədi Rayon Prokurorluğunda başlanmış cinayət işini Bakı Şəhər Prokurorluğu araşdıracaq. Onun sözlərinə görə, S. Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, avtomobil oğurluğunda və qanunsuz silah gəzdirməkdə təqsirli bilinən S. Əliyev Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən yaxalanarkən beşaçılan tüfənglə əməliyyatçıları atəşə tutub. Nəticədə polis zabiti Ramil Zamanov qətlə yetirilib. -
05-30-2008, 08:01 PMAPAAzərbaycan Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
[b]Azərbaycan Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Daxili İşlər Nazirliyində (DİN) "Yol hərəkəti təhlükəsizliyinin təmini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işlər"ə, "Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyəti"nə həsr olunan geniş Kollegiya iclası keçirilib. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən nazir Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsinin, ərazi polis orqanlarının və aidiyyəti qurumların rəislərindən üzərilərinə düşən vəzifələrin məsuliyyətini dərk etməyi, müzakirələrdən ciddi nəticə çıxarmağı, neqativ halların qarşısının alınması üçün kəsərli təbirlərin görülməsini tələb edib. R. Usubov bildirib ki, təxminən 4 aydan sonra ölkədə prezident seçkisi keçiriləcək: "Seçkilərə hazırlıq dövründə daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdən biri də əhalinin şəxsiyyəti təsdiq edən sənədlərlə tam təmin edilməsidir. Seçki hüququ olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının sürətləndirilməsi üçün bu işə qeydiyyat və şəxsiyyət vəsiqəsi strukturları ilə bərabər digər xidmət sahələrinin əməkdaşları da cəlb olunmalıdır. Seçki gününədək 18 yaşı tamam olacaq gənclərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmini işi gündəlik nəzarətdə saxlanılmalıdır". Yerli polis orqanlarının rəhbərlərindən tələb edilib ki, səsvermə hüququna mailik, habelə ölkədə qeydiyyatda olmaqla respublikanın hüquqlarından kənarda yaşayan vətəndaşların, eləcə də son vaxtlar qeydiyyatdan çıxaraq müvəqqəti yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin siyahıları hazırlanaraq DİN-in Baş Pasport , Qeydiyyat və Miqrasiya İdarəsinə təqdim olunsun. Daxili işlər naziri ərazi polis orqanlarının rəhbərlərindən xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların dərindən təhlil edilməsini, onların tezliklə aradan qaldırılması üçün əlavə tədbirləri müəyyən edilib həyata keçirilməsini tələb edib. -
05-30-2008, 08:11 PMAPAMirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən tarixi binanın özülünün qazılması sakinlərin narahatlığına səbəb olub
[b]Mirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən tarixi binanın özülünün qazılması sakinlərin narahatlığına səbəb olub[b]
[Bakı. Hacı Zeynalov - APA. "Dünən 15 saylı Mənzil İstismar İdarəsinin əməkdaşları yaşadığımız Nəsimi rayonu Mirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən iki mərtəbəli tarixi binanın özülündə quyu qazıblar". Bu sözləri APA-ya həmin ünvanda yaşayan sakinlərdən biri Rəhiməxanım Əhmədova deyib. Şikayətçi qeyd edib ki, Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları binanın özülünü yoxlamaq məqsədilə qazıntı apardıqlarını deyiblər. Onun sözlərinə görə, binanın özülündə quyu qazan MİS əməkdaşları həmin yeri bağlamayıblar: "Özülü qazılan binada 31 ailə yaşayır. MİS əməkdaşlarından binanın özülündə qazılmış quyunun bağlanmasını tələb etsək də, tələbimizə əhəmiyyət verən yoxdur. Binanın hər an çökmək təhlükəsi var. Bu gecə qorxumuzdan yatmamışıq". Şikayətçi qeyd edib ki, problem tezliklə aradan qaldırılmasa, bina çökə bilər. R. Əhmədovanın sözlərinə görə, binanın özülü 2 metr dərinliyində və 2 metr enində qazılıb. Şikayətçi binanın özülünün açılması göstərişini 15 saylı MİS-in müdiri Mirkazım Əliyevin verdiyini də vurğulayıb. 15 saylı MİS-dən isə APA-ya bildirilib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin Layihə İnstitutunun müraciəti əsasında həmin ünvanda yerləşən binanın özülündə quyu qazılıb. Məqsəd isə binanın qəzalı vəziyyətdə olub-olmamasını yoxlamaqdır. -
05-30-2008, 08:21 PMAPAMladen İvanoviç: "Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm"
[b]Mladen İvanoviç: "Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm". Azərbaycanda səfərdə olan Xorvatiya Bələdiyyə Assosiasiyasının rəhbəri Mladen İvanoviç APA-ya deyib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı Azərbaycanla təmsil etdiyi ölkə arasında oxşar məqamlar çoxdur. "Xorvatiya da postsovet ölkəsidir. Bizdə də yerli özünüidarəetmə qurumları yeni formalaşır. Azərbaycanda olduğu kimi çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atırıq. Azərbaycan da bu problemdən xali deyil". O, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin mümkünlüyünü də qeyd edib: "Xorvatiya bu sahədə elə bir uğur əldə etməyib ki, onu Azərbaycanla bölüşsün. Əməkdaşlığımız yalnız təcrübə mübadiləsi mərhələsində ola bilər". -
05-30-2008, 08:31 PMAPAAzərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi təklifi ilə çıxış edib
[b]Azərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi təklifi ilə çıxış edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsini təklif edir.
[APA-nın məlumatına görə, bu barədə Mili Məclisin bugünkü iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı Prezident Aparatı Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bildirib. Ş. Əliyev seçki kampaniyasının müddətinin 120 gündən 60 günədək endirilməsi ilə bağlı təkliflər səsləndiyini xatırladıb: "Lakin biz hesab edirik ki, 60 gün azdır. Bizim təklifimizə görə, seçki kampaniyasının müddəti 75 gün müəyyən olunmalı, bunun 28 günü isə təbliğata həsr olunmalıdır". Ş. Əliyev həmçinin barmaqların rəngli mürəkkəblə boyanmasına da mənfi münasibət bildirib. Onun sözlərinə görə, bu, seçicilərin hüququnun pozulması kimi qiymətləndirilə bilər. Şöbə müdiri həmçinin dövlətin seçkidə iştirak etmədiyini, ona görə də dövlətə məxsus Kütləvi İnformasiya Vasitələrində seçki təbliğatı aparılmasının mümkün olmadığını bildirib. -
05-30-2008, 08:41 PMAPAAzərbaycan prezidentinin Finlandiyaya rəsmi səfəri başa çatıb
[b]Azərbaycan prezidentinin Finlandiyaya rəsmi səfəri başa çatıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyevin Finlandiyaya rəsmi səfəri başa çatıb. APA-nın məlumatına görə, Helsinkinin Vantaa beynəlxalq hava limanında Azərbaycan prezidentini Finlandiyanın yüksək vəzifəli rəsmi şəxsləri yola salıblar. Dövlət başçısı artıq Vətənə dönüb. -
05-30-2008, 08:51 PMAPAKomitə sədri: "Azərbaycanda dini azadlıq tam və bütöv şəkildə təmin olunur"
[b]Komitə sədri: "Azərbaycanda dini azadlıq tam və bütöv şəkildə təmin olunur"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanda dini azadlıq tam və bütöv şəkildə təmin olunur". APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı illik hesabatına münasibət bildirərkən deyib. Hesabatın komitəyə təqdim olunduğunu deyən H. Orucova artıq oradakı iradlarla bağlı cavab verildiyini söyləyib: "Həmin iradların heç bir əsası yoxdur". -
05-30-2008, 09:01 PMAPAMilli Məclisdə "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsinin müzakirəsi iyunun 2-də davam etdiriləcək
[b]Milli Məclisdə "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsinin müzakirəsi iyunun 2-də davam etdiriləcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib.
[Komissiya sədri sənədə təklif olunan dəyişikliklərin seçki prosesinə qanunsuz müdaxilənin tam aradan qaldırılmasına xidmət etdiyini deyib: "Sənədə təklif olunan dəyişikliyə əsasən, "exit-poll" keçirən təşkilatları MSK-a qeydiyyata alır. Seçki bülletenlərinin zərfə qoyulması ilə bağlı müddəa sənəddən çıxarılır, seçicilər öz adlarını seçici siyahısında tapmadıqda, bu məsələni məhkəmə yox, seçki məntəqələri həll edir. Bütün seçici siyahılarında seçicilərin ünvanı dəqiq göstərilir. Dövlət teleradio şirkətlərində təbliğat-təşviqat aparılmır, bu səlahiyyət İctimai Televiziyaya verilir. Digər KİV-də isə təbliğat-təşviqat aparılması "Reklam haqqında" qanunla tənzimlənir. Təbliğat materiallarının ictimai və tarixi binalar üzərinə vurulması qadağan olunur. Sənəddən "şəxsi maliyyə vahidi" anlayışı çıxarılır. Bundan başqa, prezident seçkilərində namizədlik üçün yuxarı hədd 10 milyon manat, parlament seçkilərində namizəd olmaq üçün isə yuxarı hədd 500 min manat olmaqla fond yaradılması əksini tapıb. Yaradılan fondun 3 faizi məbləğində isə depozit qoyulmalıdır". Ə. Hüseynov deyib ki, seçki kampaniyasının 120 gündən 60 günə endirilməsi ilə bağlı rəhbərlik etdiyi komissiya tərəfindən təklif irəli sürülüb. Onun sözlərinə görə, beynəlxalq təcrübədə seçki kampaniyasının müddəti 45-90 gün arasında müəyyən olunur: "Hesab edirik ki, Azərbaycanda seçkilərin qısa müddətdə keçirilməsi üçün seçki administrasiyası formalaşıb". Müzakirələr zamanı çıxış edən deputatlar sənədə təklif olunan bir sıra müddəaya etirazlarını bildiriblər. İqbal Ağazadə "exit-poll" keçirən təşkilatın MSK tərəfindən qeydiyyata alınmasını, tarixi binalar istisna olmaqla, digər obyektlərin üzərinə təbliğat materiallarının vurulmasına qadağa qoyulmasının əleyhinə çıxıb. Pənah Hüseyn isə belə bir Seçki Məcəlləsi ilə azad və ədalətli seçki keçirilməsinin mümkün olmayacağını bildirib. Siyavuş Novruzov isə seçkidə iştirak edən namizədlərin maliyyə fondunun yaradılması ilə bağlı konkretləşmə aparılmasına ehtiyac olduğunu deyib. Müzakirələr parlamentin iyunun 2-də keçiriləcək iclasında davam etdiriləcək. -
05-30-2008, 09:11 PMAPAAzərbaycan prezidenti ABŞ rəsmilərini qəbul edib
[b]Azərbaycan prezidenti ABŞ rəsmilərini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə müavini Riçard Bauçeri və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkeli qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. -
05-30-2008, 09:21 PMAPAQazaxıstan səfiri: "Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək"
[b]Qazaxıstan səfiri: "Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Payızda Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısı keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib. Onun sözlərinə görə, sammitdən əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək. -
05-31-2008, 10:11 AMAPAEdvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən müsbət nəticələr gözləyir
[b]Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən müsbət nəticələr gözləyir[b]
Moskva - APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 6-da keçiriləcək Sankt-Peterburq görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təkan verəcək.
[APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə E. Nalbandyan Moskvada rusiyalı həmkarı Sergel Lavrovla görüşündən sonra keçirilən brifinqdə bildirib. "Əsas odur ki, biz iki ölkənin prezidentlərini iyunun 6-da Sankt-Peterburqda gözləyirik. Ümid edirik ki, görüş müsbət alınacaq, prezidentlər bu görüşdən sonra xarici işlər nazirlərinə danışıqları davam etdirmək haqda göstəriş verəcək və biz Minsk Qrupunun vasitəçiliyi ilə ortada olan təkliflər əsasında münaqişənin nizamlanması yollarını tapmağa çalışacağıq", - deyə erməni nazir bildirib. Öz növbəsində, Rusiyanın xarici işlər naziri S. Lavrov da prezidentlərin Sankt-Peterburq görüşünün xarici işlər nazirlərinin həmsədrlərin dəstəyi ilə danışıqlar prosesi üçün əsas olacağına ümidvar olduğunu deyib: "Əlbəttə ki, razılaşma yalnız birbaşa danışıqlar çərçivəsində əldə oluna bilər. Lakin tərəflər hər zaman vasitəçilik mexanizmini də yüksək qiymətləndiriblər". -
05-31-2008, 10:31 AMAPARusiyada yaşayan 29 Azərbaycan vətəndaşı bu ölkənin ali məktəblərinə büdcə hesabına qəbul olmaq hüququ qazanıb
[b]Rusiyada yaşayan 29 Azərbaycan vətəndaşı bu ölkənin ali məktəblərinə büdcə hesabına qəbul olmaq hüququ qazanıb[b]
Bakı. Laçın Sultanova - APA. Rusiyada yaşayan 29 Azərbaycan vətəndaşı bu ölkənin ali məktəblərinə büdcə hesabına qəbul olmaq hüququ qazanıb. Ümumrusiya Azərbaycan Konqresindən (ÜAK) APA-ya verilən məlumata görə, bu işin təşkilini ÜAK həyata keçirib.
[Test imtahanında 73 Azərbaycan vətəndaşı iştirak edib. Bu imkan Rusiyanın Təhsil və Elm Nazirliyinin Azərbaycan və ÜAK-a ayırdığı kvota nəticəsində mümkün olub. ÜAK beşinci ildir ki, belə bir imtahanın keçirilməsini təşkil edir, imtahanı isə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri keçirib. İmtahandan uğurla çıxacaqları təqdirdə, Rusiya dövlətinin hesabına təhsil alacaq gələcək tələbələr mühəndis, iqtisadiyyatçı, geoloq, müəllim, menecer və digər ixtisasları seçiblər. Bir neçə nəfər isə ilk dəfədir ki, tibb təhsil müəssisələrində Rusiya büdcəsi hesabına ayrılmış yerlərdə təhsil alacaq. ÜAK-dan, həmçinin bildiriblər ki, Azərbaycan ilk dəfədir, gənc alimləri Rusiyanın iri elmi mərkəzlərində aspirantura və doktoranturalara göndərmək imkanı əldə edib. -
05-31-2008, 01:11 PMAPAİran xarici işlər nazirinin birinci müavini iyunun 4-də Azərbaycana gələcək
[b]İran xarici işlər nazirinin birinci müavini iyunun 4-də Azərbaycana gələcək[b]
Bakı. Ramil Məmmədli - APA. İran xarici işlər nazirinin birinci müavini Şeyx Əttar iyunun 4-də Azərbaycana gələcək.
[Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, iki gün çəkəcək səfər zamanı Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq, iclasın tarixi müəyyənləşdiriləcək. A. Həsənovun sözlərinə görə, səfər çərçivəsində Ş. Əttarın Azərbaycan rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Maniçöhr Möttəkidir. Komissiyanın toplantısı zamanı M. Möttəki də Azərbaycana səfər edəcək.