[b]"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə tədbir keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. "Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illiyinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, AXCP sədri Əli Kərimli bildirib ki, sovet rejiminin 70 il fəaliyyət göstərən təbliğat "maşını" Azərbaycan cəmiyyətində müstəqilliyə olan istəyi unutdura bilməyib. Şərqdə ilk demokratik respublikanın yaradıcıları haqda danışan Ə. Kərimli AXC-nin yaradılmasının milli məfkurənin inkişafına təkan verdiyini deyib. Professor Cəmil Həsənli 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı günü millətin kimliyinə tapınmaq məqamı adlandırıb. Müasir Azərbaycan ideologiyasının formalaşmasından söz açan C. Həsənli deyib ki, yeni Azərbaycan ideyasının qurucusu və ilk təbliğatçısı Həsən bəy Zərdabi olub: "Gənc ikən onun ətrafına toplaşan intellektli insanlar Azərbaycanı İslam hümmətçiliyindən türk millətçiliyinə aparıblar. Bundan isə müstəqil Azərbaycan yarandı. Cümhuriyyətin daha bir önəmi də odur ki, Rusiya tərəfindən xanlıqlar şəklində işğal edilən Azərbaycan 100 ildən sonra vahid dövlət olaraq meydana çıxdı, həmin dövrdə nümunə göstəriləcək parlament qura bildi". C. Həsənli AXC liderlərinə heykəl qoyulmasının zəruriliyini də qeyd edib. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov da şərqdə ilk demokratik respublika olan AXC-nin yaradılmasının əhəmiyyətindən, onun Azərbaycan xalqı üçün önəmindən danışıblar.
Azərbaycan Xəbərləri
Printable View

05-27-2008, 04:01 PMAPA"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə tədbir keçirib

05-27-2008, 04:11 PMAPAİsveç Cənubi Qafqazı Avropa Birliyinə yaxınlaşdırmaq istəyir
[b]İsveç Cənubi Qafqazı Avropa Birliyinə yaxınlaşdırmaq istəyir[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "İsveç Cənubi Qafqaz və Şərqi Avropa regionları ilə əlaqələrin inkişafında çox maraqlıdır və Avropa Birliyinin bu bölgələrlə tərəfdaşlığının genişləndirilməsini istəyir". Bunu APA-ya açıqlamasında İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Aden deyib. Avropa Birliyinin GUAM ölkələri, Ermənistan və Belarusun iştirakı ilə "Şərq tərəfdaşlığı" adlı təşkilat yaratmasına dair ölkəsinin irəli sürdüyü təşəbbüsü şərh edən diplomat bildirib ki, bu təşəbbüsdə məqsəd regionların inteqrasiyasına nail olmaq və müxtəlif səviyyələrdə mübadilələr həyata keçirməkdir: "Regionların yaxınlaşması çox vacibdir. Qarşılıqlı səfərləri, ticarət əlaqələrini, təhsil sahəsində mübadilələri gücləndirmək lazımdır". Səfirin sözlərinə görə, bu təşəbbüsü AB-yə üzvlük üçün zəmin kimi qiymətləndirmək lazım deyil. -
05-27-2008, 04:21 PMAPAAzərbaycan Kinematoqrafçılar İttifaqının X qurultayı keçiriləcək
[b]Azərbaycan Kinematoqrafçılar İttifaqının X qurultayı keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Mayın 30-da Azərbaycan Kinematoqrafçılar İttifaqının X qurultayı keçiriləcək. İttifaqın katibi Abbas Əliyev APA-ya deyib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında hər 5 ildən bir qurultay keçirilir. A. Əliyev X qurultay zamanı ittifaqn sədrliyinə və katibliyinə seçkilərin keçiriləcəyini də bildirib. Onun sözlərinə görə, qurultay zamanı bütün ittifaq üzvlərinin səlahiyyətləri eyni olur. Abbas bütün namizədlərin qurultay zamanı irəli sürüldüyünü deyib. Qurultay zamanı ittifaqın katibliyi səsvermə yolu ilə müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildən fəaliyyət göstərir. 1990-cı ildən etibarən ittifaqın sədri Azərbaycanın xalq yaxıçısı Rüstəm İbrahimbəyovdur. Həmin ilə kimi isə R. İbrahimbəyov ittifaqın I katib vəzifəsində olub. İttifaqın I katibi Rasim Balayev, katibləri Abbas Əliyev, Cəmil Fərəcov, Cəmil Quliyev, Eldar Quliyev, Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Vaqif Behbudov, Şamil Nəcəfzadə, Baba Vəziroğlu, Rəhman Bədəlovdur. -
05-27-2008, 04:31 PMAPAAtlantik Klubun təqdimat mərasimi keçirilib
[b]Atlantik Klubun təqdimat mərasimi keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Atlantik Klubun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının sədri, Atlantik Klubun rəhbəri Sülhəddin Əkbər bildirib ki, Azərbaycan-NATO əlaqələrinin inkişafına ictimai dəstəyin təşkili və bu sahədə elmi-sosioloji araşdırmaların həyata keçirilməsi məqsədilə yaradılan klub Azərbaycanın qloballaşan dünyaya adaptasiyası prosesinə yardım edəcək. S. Əkbər deyib ki, klub 13 ictimai təşkilat və şəxs tərəfindən təsis edilib və Avroatlantik strukturlarla Azərbaycan cəmiyyəti arasında vasitəçilik missiyasını həyata keçirəcək. S. Əkbərin sözlərinə görə, klub sədrlik 6 aydan bir rotasiya qaydasında həyata keçiriləcək. -
05-27-2008, 04:41 PMAPAAzərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qrant verilməsi haqqında müsabiqənin qayda və şərtlərini hazırlayıb
[b]Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qrant verilməsi haqqında müsabiqənin qayda və şərtlərini hazırlayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qrant verilməsi haqqında müsabiqənin qayda və şərtlərini hazırlayıb. Şuranın sədri Azay Quliyev APA-ya bildirib ki, mayın 29-da keçirəcəkləri növbəti toplantıda maliyyə yardımı haqqında müsabiqənin qayda və şərtləri ilə yanaşı, ekspertlər qrupu ilə bağlı Əsasnaməni müzakirə edəcəklərini deyib. Onun sözlərinə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bina problemi də həll olunmaq üzrədir: "Bizə bir neçə yer təklif ediblər. Bütün bu məsələlər yaxın bir neçə gün ərzində həllini tapmalıdır. Vaxt azdır. QHT-lər üçün ayrılan vəsaitlər aidiyyəti üzrə proqramlara yönəldilməlidir". -
05-27-2008, 04:51 PMAPAAlmaniya Federal Xarici İşlər Nazirliyi ölkədə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ofisinin fəaliyyət göstərməsi xəbərini təkzib edib
[b]Almaniya Federal Xarici İşlər Nazirliyi ölkədə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ofisinin fəaliyyət göstərməsi xəbərini təkzib edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu il Berlində qondarma "Dağlıq Qarabağ Respublikası"nın ofisi fəaliyyətə başlayıb. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, ofisin rəhbəri Qayane Apinyan jurnalistlərə bildirib ki, onların əməkdaşları hətta Almaniyada Azərbaycan Mədəniyyət Günləri tədbirlərinə də qatılırlar. O, azərbaycanlıların ofis təmsilçilərin "böyük hörmətlə" qarşıladıqlarını deyib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat katibi Ramil Fərzəliyev APA-ya açıqlamasında bildirib ki, bu məlumatla əlaqədar səfirlik Almaniya Federal Xarici İşlər Nazirliyinə müraciət edib: "Nazirlikdən bildirdilər ki, bu təşkilat barədə məlumatları yoxdur, çünki ölkədə bu adda qurum qeydiyyatdan keçməyib. Bu, yalnız ermənilərin növbəti təxribatından başqa bir şey deyil". Bununla belə səfirlik məsələni geniş şəkildə araşdırmaq üçün yenidən Almaniya Federal Xarici İşlər Nazirliyinə müraciət edib. -
05-27-2008, 05:01 PMAPAAzərbaycan Mərkəzi Seçki Komissiyası 2008-ci il üçün seçici siyahısını təsdiqləyib
[b]Azərbaycan Mərkəzi Seçki Komissiyası 2008-ci il üçün seçici siyahısını təsdiqləyib[b]
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) 2008-ci il üçün seçici siyahısını təsdiqləyib. APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, bu ilin yanvarından seçici siyahısının hazırlanması ilə bağlı başlayan proses artıq başa çatıb.
[O, siyahının dəqiq hazırlandığını vurğulayıb. MSK-nın nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynov isə bildirib ki, son dəqiqləşməyə görə hazırda Azərbaycanda 4 834 584 seçici var. Onlardan 2 320 697-si (48,00%) kişi, 2 513 887-si (52,00%) isə qadındır. Seçicilərin 55 482 nəfəri (1,15%) bu il 18 yaşına çatmış şəxsdir. Ölkədə 19-35 yaş arası 1 864 121 (38,56%), 36-55 yaş arası 2 020 925 (41,80%), 56 yaşdan yuxarı isə 894 056 (18,49) seçici var. MSK üzvü Akif Qurbanov isə seçici siyahılarının dəqiqləşdirilməsinin düzgün həyata keçirilmədiyini, şişirdilmiş rəqəmlərdən istifadə olunduğunu bildirib. O, dairələr üzrə seçicilərin sayını hesabladığını, lakin onların sayının elan olunmuş rəqəmdən az olduğunu qeyd edib. MSK üzvü təxminən 150 min seçicinin süni şəkildə artırıldığını bildirib və bunu izahını istəyib. A. Qurbanov MSK üzvlərini siyahının təsdiq olunmasının əleyhinə səs verməyə çağırıb. Buna baxmayaraq, MSK üzvləri siyahının lehinə səs veriblər. M. Pənahov qısa müddətdə siyahının MSK-nın saytında yerləşdiriləcəyini deyib. -
05-27-2008, 05:11 PMAPAAzərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib
[b]Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən tarix elmləri doktoru Eldar İsmayılov bildirib ki, 90 il bundan əvvəl, 1918-ci ildə Qafqazda Gürcüstan və Azərbaycan kimi müstəqil dövlətlərin yaranması gələcəkdə inkişaf edəcək hadisələr üçün tarixi nümunə olub. Bakı Dövlət Universitetinin kafedra müdiri Azad Rzayev isə qeyd edib ki, 26 və 28 may tarixləri Gürcüstan və Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılıb. Tiflis Dövlət Universitetinin professoru Nestan Kirtadze tarixə nəzər salaraq vurğulayıb ki, Rusiyanın o dövrdə parçalanması beynəlxalq ictimaiyyətin xeyrinə olmadığından, yeni yaranmış ölkələrin müstəqilliyini bu arenada qəbul etdirmək də çox çətin idi. Fətəli xan Xoyskinin nəvəsi Tamara Xoyski qeyd edib ki, babası qətlə yetiriləndən sonra Xoyski nəslinin nümayəndəsi kimi onun Tiflisdəki qəbrini ziyarət edən ilk insan məhz o olub. Qeyd edək ki, videokörpüdə Gürcüstan Elmlər Akademiyasının üzvləri, Tiflis Dövlət Universitetinin professorları da iştirak ediblər. -
05-27-2008, 05:21 PMAPAElçin Əzizov opera artistlərinin II Moskva beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülüb
[b]Elçin Əzizov opera artistlərinin II Moskva beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülüb[b]
[Bakı. Laçın Sultanova-APA. "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü Elçin Əzizov Qalina Vişnevskayanın keçirdiyi opera artistlərinin II Moskva beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülüb. APA-nın məlumatına görə, müsabiqənin qala-konserti və laureatların mükafatlandırılması mayın 28-də Beynəlxalq Musiqi Evində keçiriləcək. Qeyd edək ki, müsabiqə maestro Mstislav Rostropoviçə həsr olunub. -
05-27-2008, 05:31 PMAPAFətəli Xan Xoyskinin nəvəsi: "Şərqdə ilk demokratik respublikanın yaranması babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub"
[b]Fətəli Xan Xoyskinin nəvəsi: "Şərqdə ilk demokratik respublikanın yaranması babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub"[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. "Şərqdə ilk demokratik respublikanın yaranması mənim babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub". Bu sözləri APA-ya açıqlamasında Fətəli Xan Xoyskinin nəvəsi Tamara Xoyski deyib. O bildirib ki, demokratik respublikanın yaradılması dünya tarixində hər zaman böyük hadisə hesab edilir: "Azərbaycan Demokratik Respublikasının banisi olan insanlar öz xalqları üçün qısa müddətə də olsa dünyəvi dövlət qurmağa müvəffəq oldular". T. Xoyski qeyd edib ki, babasının ölümündən illər sonra dünyaya gəlsə də, valideynləri Xalq Cümhuriyyətinin ilk baş naziri haqqında ona çox şey danışıblar: "Mən babamı tarixi şəxsiyyət və Şərq tarixində irəliyə böyük bir addım atan insanların arasında olan, demokratik dünyəvi dövlətin qurucusu kimi tanıyıram". -
05-27-2008, 05:41 PMAPADövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd olunub
[b]Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd olunub[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə qurumun sədr müavini Vəfadar Misirov AXC-nin yaranması, fəaliyyəti, nailiyyətləri və süqutu barədə çıxış edib. O, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik və dünyəvi dövlətin qurulduğunu qeyd edərək, bunu xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda apardığı mübarizənin yekunu kimi qiymətləndirib. Daha sonra tədbirdə komissiyanın əməkdaşları Rauf Məcidbəyli və Asəf Əliyev AXC-nin keçdiyi yol, həmin dövrdə görülən işlərlə bağlı danışıblar. -
05-27-2008, 05:51 PMAPAPrezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
[b]Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Mayın 27-də prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti abidənin önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səslənib.Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidə paytaxtın İstiqlaliyyət küçəsində yerləşir. -
05-27-2008, 06:11 PMAPAƏli Əhmədov: "Qəti şəkildə inanırıq ki, prezident seçkiləri İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək"
[b]Əli Əhmədov: "Qəti şəkildə inanırıq ki, prezident seçkiləri İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Yeni Azərbaycan Partiyası bu ilin payızında keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır. Bizim partiyanı digərlərindən fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, biz bütün seçkilərə məsuliyyətlə yanaşırıq və bu yanaşmanın nəticəsi uğurlu olur". APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, seçkilərlə bağlı partiya bir sıra tədbirlər həyata keçirib, bundan sonrakı mərhələdə də müvafiq addımlar atılacaq: "Seçkilər zamanı bizə lazım olacaq resurslar dəyərləndirilib, tədbirlər həyata keçirəcək qruplar formalaşdırılıb və hazırda onlara təlimlər keçirilir. Kampaniyanın uğurlu alınması üçün bütün ilkin hazırlıqlar görülüb. Əsas gerçəklik odur ki, namizədimiz İlham Əliyevin seçicilər arasında böyük nüfuzu və reytinqi var. Qazanılan uğurlar, iqtisadi inkişaf İlham Əliyevin əhali tərəfindən dəstəkləndiyini əsaslandıran şərtlərdir. Ona görə də qəti şəkildə inanırıq ki, seçkilər İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək". -
05-27-2008, 06:21 PMAPAAzərbaycanda vəkil olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılacaq
[b]Azərbaycanda vəkil olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılacaq[b]
[Bakı. Elnur Məmmədli - APA. Yaxın vaxtlarda vəkil olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılacaq. APA-nın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bildirib. Onun sözlərinə görə, hazırlıq prosesi başa çatdıqdan sonra sənəd qəbulu elan olunacaq. A. Tağıyev ötən qəbul zamanı sənəd verənlərin bütün imtahan mərhələlərindən keçdiyini, 441 nəfərdən 240-ın vəkil adını qazandığını qeyd edib. Onun sözlərinə görə, onlardan 3 nəfər hələlik sonuncu imtahandan keçməyib. Buna səbəb onların dövlət qulluğunda olmasıdır: "Onlar ya öz fəaliyyətlərini dövlət qulluğunda davam etdirmək, ya da bundan imtina edib vəkil kimi çalışmaq barədə qərar verməlidirlər". A. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 735 vəkil var. -
05-27-2008, 06:31 PMAPA"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi qarşısında tədbir keçirib
[b]"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi qarşısında tədbir keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün "Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi qarşısında mərasim keçirib. APA-nın məlumatına görə, Milli Birlik Hərəkatının lideri Lələ Şövkət bildirib ki, mümkünsüzlüyə can atan ziyalılar keçən əsrin əvvəllərində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına nail olublar. Mərasimdə M. Ə. Rəsulzadənin xalq cümhuriyyətinin yaradılmasındakı rolu haqda çıxışlar edilib. -
05-27-2008, 06:41 PMAPA28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur
[b]28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. 28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur. APA-nın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə Belarusda da genişmiqyaslı konsert təşkil olunub. Minsk konsert zalında keçirilən tədbirdə azərbaycanlı incəsənət xadimləri musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun APA-ya verdiyi məlumata görə, Misir Ərəb Respublikasının prezidenti Hüsnü Mübarəkin şəxsi nümayəndəsi Əhməd Ənsari sabah bayram münasibətilə səfirliyə gələcək. O, Hüsnü Mübarəkin prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu səfirə təqdim edəcək. Bundan başqa, Misir telekanallarında Azərbaycanla bağlı 20 dəqiqəlik materialın efirə verilməsi nəzərdə tutulur. Həmin gün axşam isə Azərbaycanın Misirdəki səfirliyində Misir rəsmilərinin də iştirakı ilə ziyafət veriləcək. Rəsmi qəbul mərasimləri həmçinin Azərbaycanın İspaniya və İtaliyadakı səfirliklərində də təşkil olunacaq. -
05-27-2008, 06:51 PMAPAEros Ramazotti payızda Azərbaycana gələcək
[b]Eros Ramazotti payızda Azərbaycana gələcək[b]
[Bakı. Laura Cəbrayıllı - APA. İyunun 1-7-də Bakıda keçirilməsi nəzərdə tutulan I Beynəlxalq "Buta" Festivalı təxirə salınıb. APA-nın məlumatına görə, bunu "Buta" İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev keçirdiyi mətbuat konfransında açıqlayıb. O, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Bulvar İdarəsi və Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunan festivalın təxirə salınmasının səbəbini belə izah edib: "Biz Azərbaycan xalqı üçün bir sürpriz etmək istəyirdik. Bizim sürprizimiz isə dünyanın məşhur sənətçilərinin festival çərçivəsində konsert proqramları ilə çıxışı idi. Cəmi bir saat öncə məlum oldu ki, bizim ən böyük sürprizimiz - İtaliyanın məşhur pop ulduzu səhhətində yaranmış problemlə əlaqədar Bakıya gələ bilməyəcək. Biz isə onsuz bu festivalı keçirmək istəmirik". Jurnalistlərin təkidindən sonra N. Piriyev gözlənilən qonağın adını açıqlayıb: "Bəli, bu Eros Ramazotti idi. Onun Azərbaycana səfəri payızda gerçəkləşəcək. "Buta" festivalı da nəzərdə tutulan proqramla payızda təşkil olunacaq". Təşkilatçılar festivalın ilk günü üçün planlaşdırılan tədbirləri təxirə salmayıblar: "Biz uşaqlara verdiyimiz sözü dəyişə bilmərik. Ona görə də 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə konsert proqramları, foto-sərgi təşkil olunacaq". -
05-27-2008, 07:01 PMAPATürkiyədə müalicə olunan jurnalist Məmməd Nazimoğlunun səhhəti yaxşılaşıb
[b]Türkiyədə müalicə olunan jurnalist Məmməd Nazimoğlunun səhhəti yaxşılaşıb[b]
Bakı. Laura Cəbrayıllı - APA. Türkiyənin İstanbul "Memorial" Xəstəxanasında müalicə olunan Azərbaycanın tanınmış jurnalisti Məmməd Nazimoğlunun səhhəti yaxşılaşıb.
[Bu barədə APA-ya M. Nazimoğlunun dostu, onunla birgə Türkiyədə olan türkoloq-alim Ramiz Əsgər məlumat verib. O bildirib ki, müalicə nəticəsində M. Nazimoğlunun bədənindəki şişlər çəkilib: "İlkin analizlərin nəticəsi uğurludur. Təkrar analizlərin nəticəsi isə mayın 30-da açıqlanacaq. Bu nəticədən sonra onun əməliyyat olunub-olunmaması ilə bağlı qərar veriləcək". Qeyd edək ki, M. Nazimoğlu mayın 23-də qaraciyərində yaranmış problemlə əlaqədar İstanbul "Memorial" Xəstəxanasına aparılıb. -
05-27-2008, 07:11 PMAPAİraq Türkmən Cəbhəsinin qurultayı keçiriləcək
[b]İraq Türkmən Cəbhəsinin qurultayı keçiriləcək[b]
[Ərbil. Kərim Həsənli - APA. İyunun 10-da İraq Türkmən Cəbhəsinin V Qurultayı keçiriləcək. APA-nın xəbərinə görə, çoxsaylı İraq türkmən siyasi partiyaları və təşkilatlarını sıralarında birləşdirən İraq Türkmən Cəbhəsi (İTC) bu qurultayda Kərkük şəhəri ətrafında yaranmış vəziyyəti təhlil etmək və bununla bağlı fəaliyyət strategiyasını müəyyənləşdirmək fikrindədir. Əsası 1995-ci ilin aprel ayında kürd federal bölgəsinin Ərbil şəhərində qoyulan İTC-nin bu günə qədər bütün qurultayları Ərbil və Kərkük şəhərlərində keçirilib. İTC-yə daxil olan İraq Türkmən Müstəqillər Hərəkatı açıqlama yayaraq təşkilatın bu günə qədər demokratik ideyaların daşıyıcısı olduğunu və İraq türkmən xalqının V qurultaydan gözləntilərinin böyük olduğunu vurğulayıb. -
05-27-2008, 07:21 PMAPABuxarest Dunay çayı sahilində liman şəhərinə çevrilə bilər
[b]Buxarest Dunay çayı sahilində liman şəhərinə çevrilə bilər[b]
[Buxarest. Kərim Həsənli - APA. Rumıniyanın sosialist diktatoru Nikolaye Çauşeskunun fantastik layihələri arasında özünəməxsus yer tutan Dunay-Buxarest kanalının inşası layihəsi yenidən həyata keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, Rumıniyada sosialist rejiminin devrilməsindən sonra 1990-cı ildə tikinti işləri yarımçıq qalan layihə ölkə paytaxtının Qara dənizdən Şimal dənizinə qədər uzanan Dunay çayı üzərində mühüm liman şəhərinə çevrilməsini nəzərdə tutur. Təşəbbüsün müəllifi Rumıniya Su və Kanal Nəqliyyatı İdarəsi layihənin həyata keçirilməsi üçün 450 milyon avroya ehtiyac duyulduğunu açıqlayıb. Rumıniyanın nəqliyyat naziri Ludovik Orban məsələ ilə bağlı danışıqların aparıldığını bəyan edib. Kanalın istifadəyə verilməsindən 14 il sonra maya dəyərini çıxaracağı gözlənilir. Rumıniya hökuməti layihənin yenidən gündəliyə gətirilməsini müsbət qarşılayıb. Kanalın dərinliyinin 4,5 metr olması və buradan ildə 16 milyon yük daşınması planlaşdırılır. 73 km uzunluğa malik kanalın üzərində iki liman inşa olunacaq. Hazırda Buxarest-Dunay çayı kanalı üzrə işlərin 70%-i başa çatdırılıb. -
05-27-2008, 08:01 PMAPAPrezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib
[b]Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi ilə bağlı rəsmi qəbul keçirib. APA-nın məlumatına görə, "Gülüstan" sarayında təşkil olunan qəbula dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, KİV rəhbərləri qatılıblar.
[Qəbulda çıxış edən dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə böyük rolu olduğunu bildirib, Şərqdə ilk demokratik respublikanın qurulmasını önəmli hadisə kimi dəyərləndirib. Müasir Azərbaycanı dövlətinin artıq dünya miqyasında layiqli yerini tutduğunu qeyd edən prezident ölkədə gedən siyasi və iqtisadi islahatlardan danışıb. O, iqtisadi islahatlara paralel olaraq siyasi islahatların aparıldığını, Azərbaycanın bugünkü inkişafının məhz siyasi və iqtisadi islahatların paralel aparılması ilə bağlı olduğunu deyib. Azərbaycandakı uğurlu iqtisadi inkişafın ölkənin diplomatik qüdrətini də artırdığını deyən dövlət başçısı bildirib ki, ölkədə təhsil, səhiyyə, informasiya texnologiyaları və s. sahələrə də diqqət artırılır. Azərbaycanın yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmasında heç bir problemin olmadığını deyən ölkə başçısı hazırda ölkənin qarşısında dayanan yeganə problemin Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edib. Bu il ərzində münaqişə ilə bağlı fikirlərin tam aydınlaşacağını deyən prezident danışıqların yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığını vurğulayıb. İ. Əliyev deyib ki, danışıqlarda həm Dağlıq Qarabağ, həm də digər rayonların eyni vaxtda işğaldan azad olunması məsələsi müzakirə olunur: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və heç vaxt danışıqlardan kənarda qala bilməz". Ölkənin müstəqilliyinin çox müqəddəs olduğunu deyən prezident Azərbaycan xalqını AXC-nin 90 illik yubileyi münasibətilə təbrik edib. -
05-27-2008, 08:11 PMAPAABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib
[b]ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. ABŞ prezidenti Corc Buş 28 May - Azərbaycanın Respublika Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Respublika Günü münasibətilə Amerika xalqı adından İ. Əliyevi və Azərbaycan xalqını təbrik edən C. Buş Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin təmin edilməsində və Azərbaycanın Avratlantik birliyi ilə əlaqələrinin, o cümlədən demokratik təsisatların inkişaf etdirmək yolu ilə gücləndirilməsində həlledici tərəfdaş kimi Azərbaycanla işləməyə hazır olduqlarını bəyan edib: "Biz, həmçinin Azərbaycanın Əfqanıstana dəstəyini artırmaq üçün göstərdiyi son səyləri yüksək qiymətləndiririk. İkitərəfli tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyinə ümidvaram".Azərbaycanın Respublika Günü münasibətilə Almaniya, Çin, Avstriya, Pakistan, Avstraliya və digər dövlətlərin başçıları, həmçinin Roma Papası XVI Benedikt də İ. Əliyevə təbrik məktubu göndərib. -
05-28-2008, 12:21 AMAPAAzərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 90 il ötür
[b]Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 90 il ötür[b]
Bakı. Cavid Cabbaroğlu - APA. Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasından 90 il ötür. APA-nın məlumatına görə, AXC-nin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. Bundan başqa, dünyanın müxtəlif ölkələrində də AXC-nin 90 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir.
[AXC Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci ildə Tiflis şəhərində elan edilib. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında və Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edirdi. İstiqlal Bəyannaməsində deyilirdi:1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millət və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.Həmin vaxt Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında bolşevik Bakı Soveti və daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərinə yerləşdi. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra Azərbaycan Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti bir sıra mühüm qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib, Azərbaycan tarixinə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli kimi şəxsiyyətlər bəxş edib. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etmək üçün göndərdiyi XI Qızıl Ordu tərəfindən süquta uğradılıb, AXC-ni quranların bir hissəsi güllələnib, bir hissəsi sürgünə göndərilib, bir hissəsi isə məcburi mühacirətə getməli olub. AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadə də müxtəlif ölkələrdə mühacirət həyatı yaşamalı olub. Ancaq o, Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağına inamını bir an belə itirməyib. M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da 71 yaşında Türkiyədə dünyasını dəyişib. -
05-29-2008, 10:01 AMAPAAzərbaycanın cənubunda zəlzələ olub
[b]Azərbaycanın cənubunda zəlzələ olub[b]
Bakı. Laura Cəbrayıllı - APA. Mayın 29-da yerli vaxtla saat 07.05-də Azərbaycanın Lənkəran şəhərindən 10 km cənubda zəlzələ baş verib.
[Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, episentrdə zəlzələnin gücü Rixter cədvəli ilə 3 bala yaxın olub. Yeraltı təkanlar Lənkəran şəhərində 2 bal gücündə hiss edilib. Dağıntı və tələfat yoxdur. -
05-29-2008, 10:31 AMAPAQazaxıstanın sabiq mədəniyyət naziri TÜRKSOY-un sədri seçilib
[b]Qazaxıstanın sabiq mədəniyyət naziri TÜRKSOY-un sədri seçilib[b]
Ankara. Mayis Əlizadə-APA. Türkiyə paytaxtında Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının - TÜRKSOY-un 24-cü toplantısı keçirilib.
[APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın nümayəndə heyətləri qatılıb. Toplantıda TÜRKSOY-un yeni sədri seçilib. Qazaxıstanın sabiq mədəniyyət naziri, ölkənini xarici siyasət idarəsinin MDB məkanında mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair xüsusi nümayəndəsi Dyüsen Kaseinov TÜRKSOY-un yeni sədri seçilib. Qeyd edək ki, Qazaxıstan ilk dəfədir ki, Türk dünyasında son dərəcə nüfuzlu olan bu quruma sədrlik edəcək. Toplantıda həmçinin quruma üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə, birgə mədəni tədbirlərin keçirilməsinə dair məsələlər müzakirə olunub. -
05-29-2008, 10:41 AMAPANATO rəsmisi: "Sülhyaratma əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var"
[b]NATO rəsmisi: "Sülhyaratma əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var"[b]
Bakı. Rəşad Süleymanov - APA. NATO-nun egidası altında həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var.
[APA-nın məlumatına görə, bu barədə Bakıda Avro-Atlantik Mərkəzin NATO-nun Brüsseldəki mənzil qərargahı ilə təşkil etdiyi video konfransda NATO-nun İctimai Diplomatiya Bölməsinin Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Despina Afentuli bildirib. D. Afentulinin sözlərinə görə, Azərbaycan dünyanın müxtəlif konfliktli zonalarında sülhün təmin olunması üçün NATO ilə sıx əməkdaşlıq edir: «Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinin sayının artırılması nəzərdən keçirilir. Bu sahədə planlar mövcuddur».APA-nın «NATO-nun genişlənmə proqramlarında Azərbaycanın yeri varmı» sualını cavablandıran D. Afentuli «Bakı və Şimali Atlantika Alyansı konkret planlar üzrə əməkdaşlıq edir. Bütün addımlar tərəflər arasında razılaşdırıldıqdan sonra atılır», - deyə bildirib. -
05-29-2008, 10:51 AMAPANATO-nun baş katibi 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib
[b]NATO-nun baş katibi 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib[b]
Bakı. Rəşad Süleymanov - APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
[APA-nın məlumatına görə, Bakıda Avro-Atlantik Mərkəzin NATO-nun Brüsseldəki mənzil qərargahı ilə təşkil etdiyi video-konfransda çıxış edən Sxeffer Azərbaycanın bu gün Şimali Atlantika alyansı ilə sıx əməkdaşlıq edən ölkələrdən biri olduğunu vurğulayıb. Baş katib rəsmi Bakının Avro-Atlantik strukturlara inteqrasiyasını yüksək qiymətləndirib: "Azərbaycan bu gün artıq dünyada təhlükəsizliyin ixracatçısı sayılan dövlətlərdəndir. Biz təhlükəsizliyin təmin olunması üçün tərəfdaş dövlətlərlə əməkdaşlığımızı daha da genişləndirəcəyik".O, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) ikinci mərhələsinin başlanmasından məmnun olduqlarını da vurğulayıb. Sxeffer bildirib ki, Azərbaycan və NATO hazırda sülhməramlı əməliyyatlarda iştirak, siyasi dialoq, müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılmasında yaxından əməkdaşlıq edir.Baş katib rəhbərlik etdiyi qurumun Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu qeyd edib, bu sahədə rəsmi Bakının səylərini alqışladıqlarını bildirib. -
05-29-2008, 12:01 PMAPAMoldova yaxın vaxtlarda GUAM-dan çıxmaq fikrində deyil
[b]Moldova yaxın vaxtlarda GUAM-dan çıxmaq fikrində deyil[b]
Bakı. Tamara Qriqoryeva - APA. Moldova yaxın vaxtlarda GUAM-dan çıxmaq fikrində deyil. APA-nın məlumatına görə, bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.
[Baş katib Moldovanın GUAM-ın Abxaziya ilə bağlı BMT-də qaldırdığı məsələdə bitərəf qalmasının səbəbini Moldovadan nümayəndənin həmin tədbirdə iştirak etməməsi ilə izah edib. Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" konfransında üç məsələnin müzakirə olunacağını deyən V. Çeçelaşvili bunların dəmiryolu layihəsi və 2 regional məsələ olduğunu bildirib: "Regional məsələlər GUAM ərazisində azad ticarət zonalarının yaradılması və mütəşəkkil cinayətkarlığa qarşı elektron mübarizə mərkəzinin yaradılmasıdır". -
05-29-2008, 12:11 PMAPAAzərbaycan prezidenti Finlandiyada rəsmi səfərdədir
[b]Azərbaycan prezidenti Finlandiyada rəsmi səfərdədir[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Finlandiyaya rəsmi səfərə gedib.
[APA-nın məlumatına görə, Helsinki beynəlxalq hava limanında dövlət başçısını Finlandiyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar. Azərbaycan prezidenti ilk rəsmi səfəri çərçivəsində görüşlərini bu gün keçirəcək. -
05-29-2008, 02:01 PMAPAQubadakı kütləvi məzarlıqda aşkar olunan insan kəllələrinin sayı 184-ə çatıb
[b]Qubadakı kütləvi məzarlıqda aşkar olunan insan kəllələrinin sayı 184-ə çatıb[b]
Bakı. Laura Cəbrayıllı-APA. Qubada aşkar edilən kütləvi məzarlıqda üzə çıxarılan insan kəllələrinin sayı 184ə çatıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib.
[O, quyularda olan sümüklərlə tədqiqat sahəsindən aşkar edilən insan kəlləsi və sümüklərin fərqləndiyini bildirib: "Quyulardakı sümüklər əsasən uşaq, qadın və yaşlı kişilərə aiddir. Bu faktlar isə məzarlığın məhz 1918-ci il mayın 1-9-na kimi ermənilərin yerli əhaliyə qarşı törətdiyi soyqırımı nəticəsində yarandığını təsdiqləyir. Yalnız soyqırımı zamanı uşaqlara qarşı belə qəddarlıq nümayiş etdirilə bilər". Q. Ağayevin sözlərinə görə, yerli sakinlərdən biri onlara anasının səsi yazılan lent yazısı təqdim edib: "Hadisələrin şahidi olan həmin qadın danışır ki, ermənilər 1918-ci ildə uşaq, qoca və qadınları Qubanın Çuxur hamamına doldurub boğublar. Onların ah-naləsinin bütün Qubada eşidildiyini danışan qadının sözlərinə görə, onları hamamda boğduqdan sonra quyularda basdırıblar". -
05-29-2008, 02:11 PMAPAUkraynanın Azərbaycandakı səfiri: "GUAM-ın böyük perspektivləri var"
[b]Ukraynanın Azərbaycandakı səfiri: "GUAM-ın böyük perspektivləri var"[b]
[Bakı. Laçın Sultanova - APA. "GUAM-ın böyük perspektivləri var". APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk GUAM-ın fəaliyyətini dayandıracağına dair fikirlərə münasibət bildirərkən deyib. O xatırladıb ki, GUAM heç kimə qarşı deyil, yalnız təşkilata daxil olan 4 ölkənin maraqlarını və hamı ilə əməkdaşlığı nəzərdə tutan qurumdur. Səfir GUAM üzvlərinin maraqlarının üst-üstə düşdüyünü deyib, Azərbaycanın quruma sədrliyini yüksək qiymətləndirib.Qeyd edək ki, Azərbaycanın GUAM-da sədrliyi yekunlaşmaq üzrədir. Sədrlik iyulda Gürcüstana keçəcək. -
05-29-2008, 02:21 PMAPAUkraynanın Azərbaycandakı yeni səfiri mətbuat konfransı keçirib
[b]Ukraynanın Azərbaycandakı yeni səfiri mətbuat konfransı keçirib[b]
Bakı. Laçın Sultanova - APA. Ukraynanın Azərbaycandakı yeni səfiri Boris Klimçuk bu gün Bakıda ilk mətbuat konfransını keçirib. APA-nın məlumatına görə, diplomat öz bioqrafiyası barədə məlumat verərək Azərbaycana səfir təyin olunmasının onu çox məmnun etdiyini bildirib.
[İki ölkə arasında əməkdaşlığın böyük imkanlarından danışan səfir iqtisadi əlaqələrin hazırkı səviyyəsinin real potensiala uyğun gəlmədiyini deyib. O bildirib ki, yalnız neft-qaz sahəsində yox, kənd təsərrüfatından tutmuş kosmos sahəsinə kimi ikitərəfli əməkdaşlıq mümkündür. "Odessa-Brodı" və "Bəyaz axın" layihələrinin yaxşı perspektivi olduğunu söyləyən B. Klimçuk "Odessa-Brodı" boru kəmərinə Azərbaycan neftinin doldurulmasından öncə təxminən 50-100 min ton Azərbaycan neftinin Ukraynanın zavodlarında emal olunacağını açıqlayıb. Diplomat bu il Bakıda ilk dəfə nəşr olunmuş "Ukrayna-Azərbaycan tədris lüğəti"nin yenidən nəşrinə ehtiyac yarandığını vurğulayıb. O, noyabrda Bakıda keçiriləcək 4-cü enerji sammitinə qədər bu lüğətin təkrar çapına və Azərbaycan-Ukrayna lüğətinin nəşrinə nail olacağını deyib. B. Klimçuk səfirlik binasının tikintisi üçün Bakının Fəhlə prospektində 0,85 hektar ərazi ayrıldığını, Azərbaycan memarları tərəfindən Ukrayna arxitekturası da nəzərə alınmaqla layihə hazırlandığını bildirib. -
05-29-2008, 02:31 PMAPAAzərbaycan paytaxtında "GUAM-ın inkişaf strategiyası" adlı konfrans keçirilir
[b]Azərbaycan paytaxtında "GUAM-ın inkişaf strategiyası" adlı konfrans keçirilir[b]
Bakı. Tamara Qriqoryeva-APA. "GUAM-a üzv ölkələr öz fəaliyyətlərini regional əməkdaşlıq və inkişaf prinsipi üzərində qururlar". APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" adlı konfransda çıxış edən qurumun baş katibi Valeri Çeçelaşvili söyləyib.
[Onun sözlərinə görə, GUAM ölkələrinin xarici siyasət və Avroatlantika regionuna inteqrasiyaya dair prioritetləri eynidir: "GUAM-ın əsas hədəfləri Xəzər və Qara dəniz regionlarında stabilləşmə və reinteqrasiya məqsədilə iştirakçı dövlətlərin potensialını birləşdirməkdir". GUAM-ın büdcəsinin 1,5 milyard dollardan 3 milyard dollara kimi artdığını deyən baş katib bu il GUAM üzvü ölkələr arasında ticarət dövriyyəsinin həcminin 4 milyard dollara çatacağını bildirib. O, əsas hədəflərdən birinin GUAM ölkələri arasında ticarət dövriyyəsinin həcminin 10 milyard dollara çatdırılması olduğunu bildirib və bu hədəfə yaxın 10 il ərzində çatacaqlarını vurğulayıb. Konfransda çıxış edən Gürcüstan Xarici İşlər Nazirliyinin siyasi departamentinin direktoru David Dondua bildirib ki, GUAM ölkələri öz enerji təhlükəsizliklərini bərpa etməlidir: "GUAM dövlətləri həmçinin Asiyadan Avropaya malların daşınmasında mühüm tranzit rolunu oynaya bilər". Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bildirib ki, Azərbaycanın GUAM-a sədrlik etdiyi dövrdə qurum siyasi və iqtisadi planda böyük uğurlar əldə edib. Konfransda çıxış edən Moldovanın Azərbaycandakı səfiri İon Robu GUAM çərçivəsində gənclik festivallarının keçirilməsini vacib sayıb. -
05-29-2008, 02:41 PMAPALitva prezidenti xəstəxanaya yerləşdirilib
[b]Litva prezidenti xəstəxanaya yerləşdirilib[b]
[Vilnüs - APA. Litva prezidenti Valdas Adamkus Vilnüs Universitetinin kliniki xəstəxanasına yerləşdirilib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, aritmiyadan şikayətlənən prezident şəxsi həkiminin israrından sonra xəstəxanaya aparılıb. Həkimlər müayinə nəticəsində aritmiyanın səbəblərini müəyyənləşdirdikdən sonra V. Adamkusun evə buraxılacağı gözlənilir. 81 yaşlı dövlət başçısının mayın 29-na nəzərdə tutulan görüşləri təxirə salınıb. -
05-29-2008, 02:51 PMAPABu il Azərbaycanda orta məktəbi 121 244 nəfər bitirəcək
[b]Bu il Azərbaycanda orta məktəbi 121 244 nəfər bitirəcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu il Azərbaycanın dövlət və qeyri-dövlət orta gündüz ümumtəhsil məktəblərinin IX sinfini 156 101, XI sinfini isə 121 244 nəfər bitirir.
[Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 155 252 nəfəri dövlət orta məktəblərinin IX, 120 656 nəfəri XI sinif, 849 nəfəri qeyri-dövlət orta məktəblərinin IX, 588 nəfəri isə XI sinif şagirdidir. Axşam (qiyabi ) ümumtəhsil məktəblərində və gündüz ümumtəhsil məktəblərinin bazasında axşam sinifləri və qiyabi qruplar üzrə XII sinfi bitirənlərin sayı isə bu il 651 nəfər olacaq. 2008-2009-cu dərs ili üzrə Təhsil Nazirliyi sistemində olan gündüz ümumtəhsil məktəblərinin I sinfinə 122 546 şagird qəbulu gözlənilir. -
05-29-2008, 03:01 PMAPAADP sədri Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram direktoru ilə görüşüb
[b]ADP sədri Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram direktoru ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya üzrə proqram direktoru Laura Cevetlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət və MDİ ilə ADP arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. MDİ nümayəndəsi ADP ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri də, öz növbəsində, təmsil etdiyi partiyanın MDİ ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın prezident seçkiləri ilində partiya üçün səmərəli olacağına ümid etdiyini qeyd edib. Müzakirələrdə 2008-ci il prezident seçkiləri ətrafında da fikir mübadiləsi aparılıb, S. Cəlaloğlu təmsil etdiyi partiyanın bu seçkilərdə öz namizədi ilə iştirakda qərarlı olduqlarını bildirib. -
05-29-2008, 03:11 PMAPABAXCP-nin qurultayının vaxtı məlum olub
[b]BAXCP-nin qurultayının vaxtı məlum olub[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. HATO Parlament Assambleyasının Berlində keçirilmiş yaz sessiyasında iştirak edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev qurumun müxtəlif komitələrinin toplantılarında və plenar iclasda müzakirə olunan məsələlər barədə İdarə Heyətinin üzvlərini məlumatlandırıb.Daha sonra BAXCP-nin II Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin görülən işlər barədə hesabatı dinlənilib. Təşkilat Komitəsinin qurultayın müzakirəsinə təqdim edəcəyi sənədlərin siyahısı və əsas istiqamətləri müəyyənləşdirilib, bu məsələ ətrafında müzakirələr aparılıb və yerinə yetirilməsi üçün icra strukturlarına müvafiq tapşırıqlar verilib.BAXCP-nin II qurultayının iyunun 7-də keçirilməsinə qərar verilib. -
05-29-2008, 03:21 PMAPAYAP nümayəndə heyəti Seulda keçirilən beynəlxalq konfransa qatılıb
[b]YAP nümayəndə heyəti Seulda keçirilən beynəlxalq konfransa qatılıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Seulda "Siyasi korrupsiyaların qarşısının alınmasında siyasi partiyaların fəaliyyətinə dövlət nəzarəti" mövzusunda keçirilən seminarda iştirak edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Beynəlxalq Asiya Siyasi Partiyalar Konfransının təşkil etdiyi seminara 26 ölkənin nümayəndələri qatılıb. Seminarda "Demokratiyanın inkişafında ən yaxşı təcrübələr", "İnkişaf edən ölkələrdə siyasi gerçəkliklər və əngəllər", "Dövlət səviyyəsində effektiv sistemin tətbiqi yolları" mövzularında məruzələr dinlənilib. YAP nümayəndələri də tədbirdə çıxış edərək Azərbaycandakı siyasi proseslər, siyasi partiyalara olan dövlət qayğısı haqında məlumat veriblər. YAP-ın nümayəndə heyətinə partiyanın icra katibini müavini millət vəkili Mübariz Qurbanlı rəhbərlik edib. -
05-29-2008, 03:31 PMAPAAnkara Şərq-Qərb dəhlizinin əsas marşrutunun Türkiyə ərazisindən keçməsini istəyir
[b]Ankara Şərq-Qərb dəhlizinin əsas marşrutunun Türkiyə ərazisindən keçməsini istəyir[b]
[Ankara. Kərim Həsənli - APA. Türkiyə Dəmir Yollarının rəhbərliyi Beynəlxalq Dəmir Yolları Birliyinə (BDYB) Şərq-Qərb dəhlizinin əsas marşrutunu daha yüksək gəlirlərin əldə olunması məqsədilə Türkiyə ərazisindən keçirməyi təklif edib. APA-nın xəbərinə görə, hazırda Asiya-Avropa dəmir yolları vasitəsilə həyata keçirilən yük daşımalarının dəyəri 75 milyard dollara yaxındır. Türkiyə Dəmir Yollarının baş direktoru Süleyman Karaman Cənubi Koreyanın Seul şəhərində BDYB rəsmiləri ilə görüşü zamanı Ankaranın istəklərini çatdırıb və ölkəsinin Şərq-Yaxın Şərq-Qərb dəmir yolu üzrə dəmir yolu yük daşımaları bazarında əsas marşrut olmasını təklif edib. Onun sözlərinə görə, hazırda Rusiya və İran bu bazarın böyük hissəsinin əldə olunması uğrunda rəqabət aparırlar. Türkiyə bu baxımdan Qars-Axalkalaki və Bosfor keçidi dəmir yolu layihələrinə böyük ümidlər bəsləyir. Qeyd edək ki, 1922-ci ildə yaradılmış BDYB beş qitədə 191 ölkənin müvafiq qurumlarını birləşdirir. Təşkilatın Türkiyənin təklifinə cavabı gələn il məlum olacaq. -
05-29-2008, 03:51 PMAPAAvropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında II Avropa Şəhər Xartiyası qəbul olunub
[b]Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında II Avropa Şəhər Xartiyası qəbul olunub[b]
[Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında II Avropa Şəhər Xartiyası qəbul olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, Xartiya şəhər işlərinin inkişafı baxımından seçki yolu ilə seçilmiş bütün yerli məmurlar üçün çox vacib sənəd sayılır. Şəhərçilik üçün ümumi prinsiplərin əks olunduğu sənəddə şəhərlərin müasir cəmiyyətlərdə yeni iqtisadi, sosial və ətraf mühit şərtlərinə uyğunlaşma istiqamətində üstünlük təşkil edən yerlər olduğu qeyd edilir.