[b]Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin yığıncağında "Şərq tərəfdaşlığı"nın yaradılması müzakirə edilib[b]
[Bakı. Tamara Qriqoryeva, Laçın Sultanova - APA. Bu gün Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən yığıncağında Polşa və İsveç "Şərq tərəfdaşlığı" adlı təşkilat yaradılmasına dair təkliflə çıxış ediblər. AB-nin xarici işlər üzrə komissarlığının mətbuat katibi Kristina Homann APA-ya bildirib ki, GUAM ölkələri və Ermənistanın iştirakı ilə "Şərq tərəfdaşlığı" adlı təşkilat yaradılmasına dair keçirilən bugünkü müzakirə ilk addımdır: "Konkret qərar qəbul edilərsə, təkcə 27 birlik üzvü ilə yox, şərqdəki tərəfdaşlar, o cümlədən Azərbaycanla da razılaşdırılacaq". AB-nin xarici siyasət üzrə komissarı Benita Ferrero-Valdner isə deyib ki, "Şərq tərəfdaşlığı"nın yaradılması AB-nin həmin ölkələrlə bağlı siyasətinin dəyişməsi mənasına gəlməyəcək. Qeyd edək ki, Ukrayna XİN təşəbbüsə münasibətini açıqlayaraq "Şərq tərəfdaşlığı"na daxil olacaq ölkələrə Avropa Birliyinə üzvlük perspektivinin verilməsini istəyib. Ukrayna XİN-in bəyanatında AB ilə digər Avropa ölkələri arasında münasibətlərin yeni çərçivələrinin axtarışına yönəlmiş səylər alqışlanır: "Hesab edirik ki, "Şərq tərəfdaşlığı" təşəbbüsü Avropa Birliyinin avropalı qonşularının quruma üzvlük perspektivini aydın surətdə nəzərdə tutmalıdır".
Azərbaycan Xəbərləri
Printable View

05-26-2008, 04:21 PMAPAAvropa Birliyi ölkələri xarici işlər nazirlərinin yığıncağında "Şərq tərəfdaşlığı"nın yaradılması müzakirə edilib

05-26-2008, 04:31 PMAPASəfir Əli Nağıyev: "Azərbaycan-Ermənistan münasibətlərindəki böhranın aradan qalxması Rusiyadan asılıdır"
[b]Səfir Əli Nağıyev: "Azərbaycan-Ermənistan münasibətlərindəki böhranın aradan qalxması Rusiyadan asılıdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla Ermənistanın münasibətlərində böhran yaranması ilk növbədə Rusiyanın maraqlarına cavab verir".
[APA-nın Belarus mətbuatına istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev Minskdə keçirdiyi mətbuat konfransında söyləyib. O, Azərbaycan-Ermənistan münasibətlərindəki böhranın aradan qaldırılmasının Rusiyadan asılı olduğunu bildirib: "Azərbaycanla Ermənistan arasında münasibətlərin böhran vəziyyətində olmasında Rusiyanın marağı aşkar hiss olunur. Bu böhran yalnız Rusiya istədikdə aradan qalxacaq. Mən öz sözlərimin altından imza ata bilərəm". Səfir istənilən halda Azərbaycanın bir qarış torpağını belə güzəştə getməyəcəyini bildirib. -
05-26-2008, 04:41 PMAPATÜRKSOY-un sabah keçirilən toplantısında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş məruzə dinləniləcək
[b]TÜRKSOY-un sabah keçirilən toplantısında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş məruzə dinləniləcək[b]
[Bakı. Laura Cəbrayıllı - APA. TÜRKSOY-un sabah Türkiyədə keçiriləcək 24-cü toplantısında Şərqdə ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş geniş məruzə dinləniləcək. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir deyib ki, sabah Ankaranın mərkəzi meydanlarında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş müxtəlif konsert proqramları da təşkil olunacaq. Qeyd edək ki, Türkdilli Dövlətlərin Mədəniyyət və Sənət Ortaq Birliyi - TÜRKSOY 1993-cü ildə yaradılıb. Təşkilata Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan daxildir. Bundan başqa, Şimali Kipr Türk Cümhuriyyəti, Altay, Başqırdıstan, Xakasiya, Yakutiya, Tatarıstan, Tuva və Qaqauz Yeri Muxtar qurumları təşkilatda müşahidəçi statusunda təmsil olunurlar. Rəsmi dili türkcə olan qurumun qərargahı Ankarada yerləşir. -
05-26-2008, 04:51 PMAPASeçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyinin formalaşdırılması üçün xüsusi toplantı keçirmək ideyası baş tutmayıb
[b]Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyinin formalaşdırılması üçün xüsusi toplantı keçirmək ideyası baş tutmayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair müxalifətin vahid mövqeyinin formalaşdırılması üçün xüsusi toplantı keçirmək ideyası baş tutmayıb. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O bildirib ki, "beşlər" formatında təmsil olunan partiyalar bununla bağlı layihə hazırlayaraq "Azadlıq" blokunun rəhbərliyinə göndəriblər. Blok nümayəndələri isə cavab olaraq bildiriblər ki, onların bu məsələyə münasibəti məlumdur və bununla bağlı əlavə tədbirlərin keçirilməsinə ehtiyac yoxdur. "Beşlər" formatında təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov "Azadlıq" blokunu müxalifətin ümumi işinə zərbə vurmaqda ittiham edib. Onun sözlərinə görə, "Azadlıq" bloku müxalifətin ümumi mövqeyinin ortaya çıxması naminə müzakirələrə dəvət olunmuşdu: "Amma mən hesab edirəm ki, "Azadlıq" blokunun bu müzakirələrdən imtina etməsi faciə deyil. Reallıqla danışanda bu gün onların şərt irəli sürmək imkanı yoxdur. Şərti o qüvvə irəli sürər ki, onun təsir imkanı, diktə etmək gücü olsun. Bunu bilə-bilə hansısa şərtlər irəli sürmək yalnız prosesi pozmağa xidmət edir". Ə. Orucovun fikrincə, "Azadlıq" bloku seçkiləri boykot etmək üçün yetərli gücə malik deyil. -
05-26-2008, 05:01 PMAPABeynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə direktoru dəyişdirilir
[b]Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə direktoru dəyişdirilir[b]
Bakı. Tamara Qriqoryeva - APA. Beynəlxalq Böhran Qrupunun (BBQ) Cənubi Qafqaz üzrə direktoru postunda dəyişiklik baş verəcək.
[BBQ-nin Brüsseldə yerləşən mərkəzi ofisindən APA-ya verilən məlumata görə, hazırkı direktor Maqdalena Friçeva ailə qurmağa hazırlaşdığından, yaxın vaxtlarda Tiflisdən Belçikaya qayıdacaq. Onu bu vəzifədə kimin əvəzləyəcəyi hələlik məlum deyil. Qeyd edək ki, BBQ-nin Cənubi Qafqaz direktorluğunun ofisi Gürcüstanın paytaxtı Tiflisdə yerləşir. -
05-26-2008, 05:11 PMAPAADP prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahı yaradıb
[b]ADP prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahı yaradıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Qərargahı (MSQ) yaradıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İdarə Heyətinin bu gün keçirilən toplantısında seçkiyə hazırlıq məsələləri müzakirə edilib. Partiyanın seçki məsələləri üzrə müavinliyinin İdarə Heyətinə təqdim etdiyi ADP-nin Mərkəzi və Yerli Seçki qərargahlarının Əsasnamə və Təlimat layihələrinə baxılıb və qəbul edilib. MSQ-yə Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədovun rəhbərlik etməsi qərara alınıb. -
05-26-2008, 05:21 PMAPAİranın azərbaycanlılar yaşayan şəhərlərdə 2006-cı ilin mayında baş verən qanlı hadisələrin ildönümü ilə əlaqədar Böyük Britaniya parlamenti qarş&
[b]İranın azərbaycanlılar yaşayan şəhərlərdə 2006-cı ilin mayında baş verən qanlı hadisələrin ildönümü ilə əlaqədar Böyük Britaniya parlamenti qarşısında piket keçirilib[b]
Bakı. Ramil Məmmədli - APA. İranın azərbaycanlılar yaşayan şəhərlərdə 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar Böyük Britaniyanın paytaxtı Londonda bu ölkə parlamentinin binası qarşısında piket keçirilib.
[Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Araşdırma və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, piketdə İranda insan haqları ilə bağlı vəziyyət pislənib, beynəlxalq təşkilatlardan tələb olunub ki, bu ölkədə qeyri-farslara qarşı aparılan diskriminasiya siyasətinin qarşısının alınması üçün ciddi addımlar atılsın. Qeyd edək ki, GAİP-in təşəbbüsü ilə keçirilən aksiyada Türk Ülkücü Ocağı, Türkmən İnsan Haqları Müdafiə Komitəsi və Əhvaz Ərəb Demokratik Cəbhəsinin nümayəndələri də iştirak edib. -
05-26-2008, 05:41 PMAPABMT baş katibi "mavi dəbilqəlilər"in 60 illik yubileyi ilə əlaqədar beynəlxalq birliyə müraciət edib
[b]BMT baş katibi "mavi dəbilqəlilər"in 60 illik yubileyi ilə əlaqədar beynəlxalq birliyə müraciət edib[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. BMT-nin baş katibi Pan Gi Mun BMT sülhməramlıların 60 illik yubileyi ilə əlaqədar beynəlxalq birliyə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə mayın 29-da qeyd olunan Beynəlxalq BMT Sülhməramlıları Gününün həm də BMT-nin sülhməramlı fəaliyyətinin 60 illik yubileyinə təsadüf etdiyi bildirilib: "60 il bundan əvvəl bu gün Təhlükəsizlik Şurası sülhün qorunması məqsədini daşıyan ilk missiyamızı təsis edib". Müraciətdə qeyd olunub ki, hazırda dünyada münaqişə zonalarına 110 mindən artıq sülhməramlı göndərilib, onlar təxminən 120 ölkənin təmsilçiləridirlər: "Bu, rekord rəqəmdir və Birləşmiş Millətlər Təşkilatının həyata keçirdiyi sülhməramlılıq fəaliyyətinə olan etibarın göstəricisidir". Baş katib bildirib ki, qeyd olunan yubiley ildönümü yalnız təntənə və şadlıq üçün yox, həm də həlak olmuş sülhməramlıların xatirəsini hörmətlə anmaq üçün bir səbəbdir: "Son altmış ildə sülhün möhkəmləndirilməsinə xidmət zamanı 2400-dən artıq sülhməramlı həlak olub. Yalnız keçən il biz 87 nəfər itki vermişik. Onların hər biri qəhrəmandır". -
05-26-2008, 05:51 PMAPAAŞ PA Monitorinq Komitəsinin sabahkı iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq
[b]AŞ PA Monitorinq Komitəsinin sabahkı iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Kiyevdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin (MK) iclası başlayıb. İclasda iştirak edən Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, Azərbaycanda demokratik institutların fəaliyyətinə dair həmməruzəçilərin hazırladıqları hesabat MK-nın sabahkı iclasında müzakirə olunacaq. Bu gün MK üzvləri Ukrayna Ali Radasının sədri Arseni Yatsenyuk, ədliyyə naziri Mikola Onişşuk, müxalifət partiyaları və hakim koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə görüşüblər. Sabahkı iclasda britaniyalı deputat Con Preskott "Ermənistanda prezident seçkilərindən sonrakı vəziyyət" adlı məruzə ilə çıxış edəcək, Bosniya və Herseqovina, Ukrayna, Serbiya və Gürcüstanda keçirilmiş seçkilər müzakirə olunacaq. -
05-26-2008, 06:01 PMAPAErmənilər Azərbaycanın Ağdamın rayonun işğalda olan Şıxlar kəndində güclü yanğın törədiblər
[b]Ermənilər Azərbaycanın Ağdamın rayonun işğalda olan Şıxlar kəndində güclü yanğın törədiblər[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Erməni hərbiçiləri Ağdamın işğal olunmuş Şıxlar kəndi ərazisində güclü yanğın törədiblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, miqyası birdən-birə genişlənən alov təmas xəttinin Azərbaycan tərəfinə keçib.
[Əvvəlcə Şıxlar kəndinin otlaq sahələri odlanıb, sonra isə düşmən əsgərləri işıqsaçan güllələrlə qoşunların mövqeləri arasındakı neytral ərazini yandırıblar. Yanğınlar genişləndikcə ərazidə dalbadal partlayış səsləri eşidilib, cəbhə xəttinin yaxınlığında yerləşən kəndi qara tüstü bürüyüb. Həmin vaxt hərbi birləşmələr arasında güclü atışma baş verib. Gecəyarı isə Orta Qışlaq yaşayış məntəqəsinə qara rəngli xırda həşəratların kütləvi axını qeydə alınıb. -
05-26-2008, 06:11 PMAPAİranda dövlət əleyhinə çıxış etməkdə ittiham olunan sabiq bələdiyyə sədri 3 il müddətinə azadlıqdan məhrum edilib
[b]İranda dövlət əleyhinə çıxış etməkdə ittiham olunan sabiq bələdiyyə sədri 3 il müddətinə azadlıqdan məhrum edilib[b]
[Bakı. Ramil Məmmədli-APA. İranın Maku vilayətinin Şot şəhər Şurasının (bələdiyyə) keçmiş sədri Əkbər Ləkistani məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Dünya Azərbaycanlıları Konqresi mətbuat xidmətidən APA-ya verilən məlumata görə, Maku İnqilab Məhkəməsi tərəfindən irəli sürülən ittihamda Ə. Ləkistaninin şəhərin Cümə məscidindəki çıxışı zaman İranın dövlət quruluşu və siyasətinin əleyhinə fikirlər söylədiyi bildirilib. Məhkəmənin qərarında Ə. Ləkistaninin Türkiyədə olduğu zaman ABŞ səfirliyi ilə əlaqə qurduğu və "Amerikanın səsi" radiosuna İran əleyhinə müsahibə verdiyi də qeyd olunub. Qeyd edək ki, Ə. Ləkistani ötən il 1 ay müddətinə həbsdə olub. -
05-26-2008, 06:21 PMAPA28 May - Respublika Günü münasibətilə Milli Parkda konsert və atəşfəşanlıq təşkil olunacaq
[b]28 May - Respublika Günü münasibətilə Milli Parkda konsert və atəşfəşanlıq təşkil olunacaq[b]
[Bakı. Elnur Məmmədli - APA. 28 May - Respublika Günü münasibətilə həmin gün Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, BŞİH başçısı Hacıbala Abutalıbov prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı sərəncamına uyğun olaraq bu barədə qərarı qəbul edib. Şəhər rəhbərliyinin qərarına görə, bayram günü saat 21.00-da Milli Parkda incəsənət ustalarının iştirakı ilə başlayacaq konsert proqramı saat 23.00-da atəşfəşanlıqla yekunlaşacaq. -
05-26-2008, 06:31 PMAPABöyük Britaniyada Oksford-Azərbaycan Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilib
[b]Böyük Britaniyada Oksford-Azərbaycan Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilib[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Oksford şəhərində Oksford-Azərbaycan Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Oksford şəhərinin meri S. Pressel, burada təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib. Səfir F. Qurbanov çıxış edərək, Britaniyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində belə bir cəmiyyətin yaradılmasının Azərbaycan həqiqətlərin çatdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Oksford meri S.Pressler, öz növbəsində, şəhər rəhbərliyinin gənclərin bu addımını dəstəklədiyini bildirib. -
05-26-2008, 06:41 PMAPAAzərbaycanda məhkəmə müxalifət partiyası sədrinin şikayətini təmin etməyib
[b]Azərbaycanda məhkəmə müxalifət partiyası sədrinin şikayətini təmin etməyib[b]
Bakı. Elnur Məmmədli - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayəti üzrə qərar qəbul edilib.
[Ə. Kərimlinin vəkili Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, AXCP sədrinin 1994-cü ildə barəsində başlanan cinayət işinin ləğv olunması ilə bağlı şikayəti təmin olunmayıb. Qərarda məhkəmənin cinayət işinə xitam vermək səlahiyyətinin olmadığı göstərilib. Vəkil qərardan apellyasiya şikayəti veriləcəyini deyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi Ə. Kərimli barəsində 1994-cü ildə başlanan cinayət işinin ləğv olunmadığını əsas gətirərək, ona ümumvətəndaş pasportu verməkdən imtina edib. -
05-26-2008, 06:51 PMAPAGürcüstan müxalifəti yeni parlamentin ilk iclasının keçiriləcəyi gün parlament binasını mühasirəyə alacaq
[b]Gürcüstan müxalifəti yeni parlamentin ilk iclasının keçiriləcəyi gün parlament binasını mühasirəyə alacaq[b]
[Tiflis - APA. Gürcüstanın birləşmiş müxalifətinin Rustaveli prospektində, parlamentin binası qarşısında keçirdiyi kütləvi aksiya başa çatıb. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, birləşmiş müxalifətin liderlərindən olan Levan Qaçeçiladze kütləni dağılışmağa və yeni qanunverici orqanın ilk iclasının keçiriləcəyi 10 iyunda yenidən meydana toplaşaraq parlament binasını mühasirəyə almağa çağırıb. O bildirib ki, telekanallar müxalifətə yer verməsələr də, müxalifət gələcək planları haqqında xalqı məlumatlandırmaq üçün imkan tapacaq. -
05-26-2008, 07:01 PMAPAPrezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb
[b]Prezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılıb. "Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" prezidentin 12 mart 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı Maliyyə Nazirliyi göstərilən vəsaitin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ayrılmasını təmin etməlidir. -
05-26-2008, 11:21 PMAPAErmənilər Ağdamın işğal altında olan daha iki kəndini yandırıblar
[b]Ermənilər Ağdamın işğal altında olan daha iki kəndini yandırıblar[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərinə od vurmaqda davam edirlər. APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilər Ağdamın cənubunda yerləşən Novruzlu və İsmayılbəyli kəndlərinin ərazilərinə od vurublar.
[Alov 30 metr hündürlüyünə qədər qalxıb. Yanğınla bərabər qatı tüstü qatı da ətrafı bürüyüb. Ağdamın Şıxlar kəndinin ərazilərində ötən gündən başlayan yanğınların miqyası bu gün daha da genişlənib. Buna görə də yaxınlıqdakı boş ərazilərdəki həşəratlar və gəmiricilər cəbhəyanı kəndlərə axışırlar. -
05-27-2008, 10:41 AMAPADağıstanda nəşr olunan qəzetin baş redaktoru məhkum edilib
[b]Dağıstanda nəşr olunan qəzetin baş redaktoru məhkum edilib[b]
[Mahaçqala. İslam Kərimov - APA. Dağıstanda nəşr olunan "Mnenie naroda" qəzetinin keçmiş baş redaktoru Nabiqula Cavatxanov Mahaçqala şəhəri Sovetski rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. APA-nın Dağıstan bürosunun məlumata görə, jurnalistin məhkum edilməsinin səbəbi sözügedən qəzetdə 2005-ci ilin yanvarında Mahaçqala şəhər sakini Aydın Balabekovun imzası ilə "Sionistlərə cavab" başlıqlı yazısının dərc olunmasıdır. Yazıda milli və dini qarşıdurmanı gücləndirən, yəhudi xalqına qarşı nifrət yarada bilən məqamların olduğu müəyyənləşdirilib. -
05-27-2008, 10:51 AMAPAAmerika azərbaycanlıları konqresmen Jean Şmidtin seçkiqabağı maliyyə toplantı mərasimində iştirak ediblər
[b]Amerika azərbaycanlıları konqresmen Jean Şmidtin seçkiqabağı maliyyə toplantı mərasimində iştirak ediblər[b]
Nyu-York. Hüsniyyə Həsənova-APA. Azərbaycan diasporunun üzvləri Ohayo ştatını Konqresdə təmsil edən Jean Şmidtin seçkiqabağı maliyyə toplantı mərasimində iştirak ediblər.
[APA-nın ABŞ bürosunun məlumatına görə, Manhettendə baş tutan mərasimə Azərbaycan Amerika Şurasının prezidenti Tomris Azəri, Amerika Azərbaycanlıları şəbəkəsinin həmtəsisçisi Adil Bağırov və çoxlu sayda fəal azərbaycanlı qatılıblar. Mərasimdə Tomris Azəri konqresmeni Azərbaycan və Türk icmalarının artan siyasi aktivliyi və icmaların təkmilləşməsi barədə məlumatlandırıb. Adil Bağırov isə ABŞ-la Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının əhəmiyyəti, türk mənşəli icmaların icra və qanunvericilik səviyyəsində apardığı işdən söhbət açıb. Qeyd edək ki, xanım Şmidt Konqresin Türkiyə üzrə İşçi Qrupunun üzvüdür. -
05-27-2008, 12:31 PMAPABrüsseldə Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib
[b]Brüsseldə Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib[b]
[Bakı. Laçın Sultanova - APA. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi və NATO yanında nümayəndəliyi Heydər Əliyev Fondunun dəstəyi ilə mayın 26-da Brüsselin "Volubilis" salonunda konsert və sərgi keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlər 28 May - Respublika Gününə və ADR-in 90 illiyinə həsr olunub. Salonun foyesində azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgidə 5-15 yaşlı uşaqların müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş etdirilib. Azərbaycan Gənclər Simfonik Orkestri və Uşaq Kapellası "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert proqramı ilə çıxış edib. Proqrama Azərbaycan və dünya klassiklərinin əsərləri daxil edilib. Yüksək səviyyədə keçən konsert proqramı iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə Belçikanın rəsmi qurumlarının və ictimaiyyət nümayəndələri, xarici ölkələrin səfirləri və təmsilçiləri, beynəlxalq məktəblərin şagirdləri, müxtəlif Avropa qurumlarının nümayəndələri, eləcə də Belçikada yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər. -
05-27-2008, 12:41 PMAPAYunus Oğuz: "Azərbaycanda siyasi partiyalara ehtiyac yoxdur"
[b]Yunus Oğuz: "Azərbaycanda siyasi partiyalara ehtiyac yoxdur"[b]
"Aşıq Ələsgərdən sonra Azərbaycanda dodaqdəyməzi mən yazmışam"Bakı. Elbrus Seyfullayev - APA. "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru Yunis Oğuzun APA-ya müsahibəsi
[- "Olaylar" brendi vaxtilə Azərbaycanda ən nüfuzlu KİV brendlərindən biri olub. Amma bu gün bunu o qədər də əminliklə demək olmur. Sizcə səbəb nədir? - O zaman biz müxalifətdə idik. Müxalifətdə də lider olmaq çətin deyil. Bu gün ən çox tirajlı qəzetlər müxalifət mətbuatıdır. Həyata keçirdiyimiz müstəqil siyasət bizim tirajımıza böyük təsir göstərib. Müxalif mövqeyə keçsək, tirajımız "Yeni Müsavat" qəzetindən də artıq olar. Ancaq bizim kursumuz müstəqil siyasət yürüdərək, Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdir. Biz bu kursu bilərəkdən seçmişik. - Yeri gəlmişkən, o vaxt "Olaylar"la yanaşı, Azərbaycan mətbuatının böyük bir hissəsi də kursunu dəyişdi...- Bəli, belə bir mərhələ oldu. Bu, sözsüz ki, tiraja da təsir etdi. O vaxt Azərbaycan siyasi səhnəsi də mediası qədər maraqlı idi. Azərbaycan siyasətində Heydər Əliyev kimi nəhəng, Əbülfəz Elçibəy kimi böyük şəxsiyyətlər var idi. - Hazırkı durumunuz sizi qane edir?- Vəziyyətimiz normaldır. Heç kəs əbədi olaraq yarışlarda birinci yeri tutmur. 2006-cı ilə qədər "Olaylar" İnformasiya Agentliyi birinci yerdə olub. Açığı durumumuzdan narazı deyiləm. Əgər narazı olsaydım, qapını bağlayıb gedərdim. Qəzetdə tirajın azalmasında isə həm də əlifba dəyişikliyinin rolu oldu. Bu gün "Olaylar" qəzetinin satışı 50 faizdən artıqdır.- Deyirsiniz ki, bu gün Azərbaycan müxalifətində Əbülfəz Elçibəy ola biləcək lider yoxdur? - Heç perspektivdə də görünmür. Bunu etiraf etmək lazımdır. Bəzilərinin lider olmaq şansları var idi, amma bunu itirdilər. Düzgün olmayan siyasətləri şanslarına son qoydu. - Bu şansı reallaşdırmaq üçün nə etmək lazımdır?- Bu barədə Əbülfəz Elçibəyin sağlığında düşünmək lazım idi. Elçibəyə bənzər xarizmatik bir lider ortaya çıxıb parçalanmanın qarşını almalı idi. Siz təsəvvür edin, bu gün müxalifət mətbuatı daha çox vuruşur, nəinki müxalifət. Mətbuat olmasa müxalifət liderlərinin heç biri görünməyəcək. Bu gün faktiki olaraq müxalifətçiliyi qəzetlər eləyir. Qəzetlər bir həftə çıxmasa, həmin müddətdə müxalifət də olmayacaq. Bu da vəziyyətə çox böyük təsir edir. İndi müxalifət liderlərinin qəzetlərdə çıxan müsahibələri belə oxunmur. Çünki onların nə deyəcəyini hamı bilir. Yəni onlara cəmiyyət tərəfindən dəstək verilmir. İndi cəmiyyət üçün "Azadlıq" qəzeti ilə "Yeni Müsavat" qəzetinin vuruşması daha maraqlıdır. - Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək?- Yeni siyasi liderlər yetişənə qədər belə olacaq. Mən bu vəziyyəti təmizlənmə, yerdəyişmə prosesi kimi qiymətləndirirəm. - Əməkdaşlarınız iş şəraitindən nə dərəcədə razıdır?- Ən uzunömürlü kollektivlərdən biri "Olaylar" İnformasiya Agentliyindədir. Elə əməkdaşlarımız var ki, 7-8 ildir burada çalışırlar. Agentlikdə orta aylıq əmək haqqı 250-350 manat arasındadır. Ancaq bundan yüksək məvacib alan əməkdaşlarımız da var. Hər mətbuat orqanının öz iş prinsipi, siyasi xətti və maliyyə kursu var. Biz bu məsələləri ayağımızı yorğanımıza görə uzatmaqla müəyyənləşdiririk. - İnformasiya Agentliyin rəhbəri kimi yeni layihələriniz yoxdur ki?- Mən öz büdcəmizə uyğun olaraq işi tənzimləyirəm. Buna görə də özümdən nəsə kəşf etmək fikrim yoxdur. Kreditə pul götürüb müəyyən iş görmək olar. Ancaq götürdüyün krediti qaytarmaq məsələsi də var. - Azərbaycanda beynəlxalq səviyyədə tanınan bir media orqanını yaratmaq üçün nə etmək lazımdır?- Bu gün Azərbaycanda xarici və yerli şirkətlər tərəfindən reklama 200 milyon dollardan artıq pul ayrılır. Bu vəsaitin yalnız 2 faizi qəzetlərin payına düşür. İndi bu pulla hansı işi görmək olar? Məsələn, APA-nın yayımladığı video görüntü ideyası hər kəsdən əvvəl məndə olub. Müxtəlif insanlara təkliflər də vermişdim. Sadəcə olaraq, həyata keçirə bilmədim. Ancaq bunun kim tərəfindən edilməsinin o qədər də fərqi yoxdur. Əsas odur ki, bu iş reallaşdı. Yəni ideyalarım çoxdur və bunun üçün böyük maliyyə vəsaiti lazımdır. - Siz həm də partiya sədrisiniz...- O vaxt Xalq Azadlıq Partiyasının sədri idim. SSRİ-nin tərkibindən çıxıb Azərbaycan dövlətini yaratmaq ideyası ilk dəfə bizim partiyanın məramnaməsində öz əksini tapıb. İndi Milli Vəhdət Partiyasının sədriyəm.- Siyasi proseslərdə aktiv fəaliyyət göstərməyən partiyanın saxlanılması nə dərəcədə məqsədəuyğundur?- O zaman partiyaların yaradılması fikir müxtəlifliyinin meydana gəlməsi üçün əsas idi. Məsələn, 1990-cı ildə biz öz partiyamızın Nizamnaməsində azərbaycançılıq ideyasını qoymuşduq. - Söhbət bu gündən gedir...- Ona qalsa, gərək bu gün bütün partiyaları bağlayasan. Mən bütün tərəflərdən olan partiyaları nəzərdə tuturam. Faktiki olaraq, bu gün Azərbaycanda siyasi partiyalara, ümumiyyətlə, ehtiyac yoxdur. - Bəs onda niyə birinci addımı atıb partiyanızı bağlamırsınız? Bu həm də başqalarına nümunə ola bilər...- Bunun sabahı var. Bu gün hər hansı bir partiyaya ehtiyac duyulmursa, bu o demək deyil ki, sabah da belə olacaq. Biz demokratik ölkədə yaşayırıq. Digər tərəfdən də bizim partiya seçkilərdən-seçkilərə həmişə aktiv olub. Əslində partiyalar seçkilərdən-seçkilərə fəaliyyət göstərməlidir. - Bu ilin payızında keçiriləcək prezident seçkilərində Milli Vəhdət Partiyası kimi dəstəkləyəcək?- Həmişə seçkilərdə öz namizədimiz olur. Bu dəfə öz namizədimiz olmasa, kimisə dəstəkləyəcəyik. - Siz həm də o adamlardansınız ki, Azərbaycanda keçirilən əksər seçkilərdə namizədliyinizi irəli sürürsünüz. Məlum olduğu kimi də heç vaxt da qalib gələ bilmirsiniz...- Hər döyüşə gedəndə qalib gələcəyini fikirləşən adam əvvəlcədən məğlub olduğunu etiraf etməlidir. Mən əslində təkcə 2005-ci ilin parlament seçkilərində normal iştirak etmişəm. Qatıldığım digər seçkilərdə isə heç namizədliyimi qeydə belə almayıblar. Mübarizədən qalib çıxmaq üçün müəyyən prinsiplərə əməl etməlisən. Məsələn, 2005-ci ilin parlament seçkilərində qüvvələrimin hamısını səfərbər etsəydim, Azərbaycan vətəndaş müharibəsi baş verə bilərdi. Rusiyadan müxtəlif adamlar gəlib bizə kömək təklif edirdilər. Azərbaycan dövlətinin maraqları olan yerdə qarşıdurmaya getmirəm. - Budəfəki prezident seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?- İnşallah, qismət olsa. Ancaq bizim gözləmədiyimiz çoxlu situasiyalar çıxa bilər. Mən fikirləşirəm ki, qatıldığım seçkilərin birində nə vaxtsa qalib gələcəyəm. Bütün dünyanın siyasətində belədir. Təəssüf ki, Azərbaycanda seçkidə uduzan adam o saat saxtakarlıq olduğunu bəyan edir. Yəni adamlar özlərində günah görmək istəmirlər. Məsələn, 2005-ci ilin parlament seçkilərində İsa Qəmbər kimi tanınmış siyasi lider, tanınmamış bir opponentinə uduzdu. Onun əlində şikayət etmək üçün bir dənə belə saxtalaşdırılmış protokol olmadı. Yəni seçkilər normal keçdi və Adil Əliyev İsa Qəmbərə qalib gəldi.- Jurnalistlərin növbəti qurultayında sədr seçilməsi ilə bağlı məsələnin ətrafında ciddi mübahisələr var. Sizin bu məsələyə münasibətiniz necədir?- Məsələləri qurultay həll edəcək. Amma mən şəxsən Əflatun Amaşovun mövqeyini dəstəkləyirəm. Onun Mətbuat Şurasının yaradılmasında və effektiv fəaliyyətində rolu olub. Biz hamımız kənarda durmuşuq, ancaq Amaşov işləyib. Hesab edirəm ki, o, hələ bir müddət işləməlidir. Mən qurultayda Əflatun Amaşovu dəstəkləyəcəyəm.- Azərbaycan jurnalistikasının portretini hansı rənglə çəkərdiniz?- Azərbaycanda iqtidar, müxalifət mətbuatı ilə yanaşı sarı, qara və boz mətbuat da var. Qara mətbuat adətən seçkidən-seçkiyə aktivləşir. Bu cür mətbuat müxalifət qəzetlərinin səyi nəticəsində yaranır. Bundan başqa, "reket jurnalistika"sı ilə məşğul olan boz mətbuat da var. Bu gün Azərbaycan mətbuatının 70-80 faizini boz və qara rənglər təşkil edir. Ancaq bu qədər qarışıq rənglər içərisində az olsa da ağ rəng də var. - Siz həm də yazıçılıqla məşğulsunuz... - Jurnalistika ədəbiyyata ciddi mane olur. Bu yaxınlarda "Attila" adlı kitabım çap olunub. Bir neçə aydan sonra isə "Nadir şah" adlı yeni romanım işıq üzü görəcək. - "Attila"da müxtəlif illərdə yazdığınız şeirləriniz də yer alıb. Yazdığınız şerlərə öz münasibətiniz necədir?- Bu normal bir haldır. Orada mənim həm zəif, həm də güclü şeirlərim var. Fikirləşmirəm ki, kimsə mən yazdığım kimi dodaqdəyməz yaza bilsin. Yəni orada elə şeirlər var ki, ikinci bir adam onları qələmə ala bilməz. Ancaq poeziyada Bəxtiyar Vahabzadə olmaq iddiasında deyiləm. Sadəcə, bu mənim daxili tələbatımı ödəmək üçün vasitədir. - Əvvəllər hər adam yazdığını üzə çıxarmırdı. Yəni bu işdə böyük bir mənəvi məsuliyyət var idi. Ancaq indi kim nə yazdı, çap elətdirir... - Bəli, əvvəllər insanların özünə nəzarət sistemi var idi. Elə mənim içimdə nəzarət sistemi olduğuna görə cavanlıqda yazdığım şeriləri çap etdirməmişəm. Bəlkə də indiyə kimi beş kitablıq şeir yazmışam. Üzə çıxardıqlarım həqiqətən də cəmiyyətə təqdim olunası şeirlərdir. Bir dəfə tanınmış türk sənətçi Əhməd Şəfəqə bir-iki şeir oxudum, dedi: "Sən bu şeirləri çap etdirməməklə, türk dünyasına zülm edirsən". Ondan sonra şeirlərimi çap etdirmək qərarına gəldim. Zəlimxan Yaqubun yazdığı bir-iki dodaqdəyməzi çıxsaq, Aşıq Ələsgərdən sonra Azərbaycanda dodaqdəyməzi mən yazmışam. - Özünüzü həyatın bir çox sahələrində sınamısınız. Artıq yaşınız 50-yə yaxınlaşır. Dincəlmək və ya ibadətlə məşğul olmaq fikriniz yoxdur ki? - Mən böyük həvəslə işləyirəm. Öz istədiyimə çatan insanam. 28 ildir, Azərbaycanda gedən bütün proseslərin içindəyəm. Namaz qılmasam da, Allaha çox inanıram. Hər gün qəzetlərdən qabaq Quranı oxuyuram... -
05-27-2008, 12:51 PMAPAAzərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi: "Sərdar Cəlaloğlunun şikayət etdiyi məsələ üzrə hüquq pozuntusu olmadığı üçün barışı
[b]Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi: "Sərdar Cəlaloğlunun şikayət etdiyi məsələ üzrə hüquq pozuntusu olmadığı üçün barışığa ehtiyac yoxdur"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyətinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə barışıq əldə etmək üçün vaxt ayırmayıb. Bu barədə APA-nın sualına cavab olaraq Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib. Ç. Əsgərov S. Cəlaloğlunun belə bir vaxtın ayrılması və müddətin mayın sonunda başa çatacağı barədə açıqlamasına münasibət bildirərkən deyib ki, məhkəmə barışıq sazişi əldə etmək təklifi versə də, bunun əldə olunması üçün hər hansı müddət yoxdur. Ç. Əsgərovun sözlərinə görə, ADP sədrinin 2003-cü ilin 16 oktyabr iğtişaşları ilə bağlı həbsi üzrə məhkəmə qərarından verilən şikayətlə əlaqədar hökumətlə onun arasında barışıq əldə olunmayıb. Nümayəndə deyib ki, S. Cəlaloğlunun şikayət etdiyi məsələ üzrə hüquq pozuntusu yoxdur, ona görə də belə bir barışığın əldə olunmasına ehtiyac görülməyib. -
05-27-2008, 01:01 PMAPAAzərbaycan prezidenti gürcüstanlı həmkarını təbrik edib
[b]Azərbaycan prezidenti gürcüstanlı həmkarını təbrik edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvilini rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezident İ. Əliyev məktubunda Yeni Azərbaycan Partiyası ilə "Vahid Milli Hərəkat" Partiyası arasında hərtərəfli əlaqələrin inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib: "Sizə və "Vahid Milli Hərəkat" Partiyasının bütün üzvlərinə böyük uğurlar və rifah, qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram". -
05-27-2008, 01:11 PMAPAXəzər İbrahim: "Beynəlxalq təşkilatları cəbhə xəttindəki yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə daim məlumatlandırırı
[b]Xəzər İbrahim: "Beynəlxalq təşkilatları cəbhə xəttindəki yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə daim məlumatlandırırıq"[b]
[Bakı. Laçın Sultanova - APA. "İşğal olunmuş ərazilərdə qəsdən törədilən yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə diplomatik nümayəndəliklərimiz vasitəsilə beynəlxalq təşkilatları daim məlumatlandırırıq". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim son günlər cəbhənin Ağdam istiqamətində baş verən yanğınlara münasibət bildirərkən deyib. O, 2006-cı ildə ATƏT-in xüsusi missiyasının bölgəyə gəldiyini və məruzə hazırlayaraq BMT Baş Assambleyasına təqdim etdiyini, bunun əsasında müvafiq qətnamə qəbul olunduğunu xatırladıb. Diplomatın sözlərinə görə, hesabatda yer almış tövsiyələrin bəziləri yerinə yetirilib, bəziləri isə yox: "Biz bu məsələni diqqət mərkəzində saxlayırıq". -
05-27-2008, 01:21 PMAPAİranda zəlzələ olub
[b]İranda zəlzələ olub[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün İranın şimal-qərbində yerləşən Zəncan vilayətində Rixter ölçüsü ilə 5,3 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, dağıntı və qurbanlar barədə məlumat yoxdur. Yeraltı təkanlar Gilan vilayətində də hiss olunub. -
05-27-2008, 01:31 PMAPABakıda avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb
[b]Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayı və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər (7 qadın, 11 azyaşlı) saxlanılıb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Saxlanılan şəxslər Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər. -
05-27-2008, 01:41 PMAPASalyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb
[b]Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Dünyamalı Quliyev saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. D. Quliyevdən 2,005 kq marixuana və 43,264 qr tiryək götürülüb. -
05-27-2008, 01:51 PMAPATürkiyənin qərb sahillərində akulaların peyda olması səbəbindən bir çox çimərliklər bağlanıb
[b]Türkiyənin qərb sahillərində akulaların peyda olması səbəbindən bir çox çimərliklər bağlanıb[b]
[Bodrum - APA. Türkiyənin qərb sahilləri çoxlu sayda akulaların hücumuna məruz qalıb. APA-nın məlumatına görə, çimərliklərə yaxın ərazilərdə akula sürülərinin peyda olması səbəbindən bir çox yerli kurortlarda istirahət proqramlarında dəyişikliklər edilib. Təkcə Bodrum və Marmarisdə onlarla çimərlik bağlanıb, dəniz gəzintilərinə qəti şəkildə qadağa qoyulub. Akulaların peyda olması turistlər arasında ciddi təşvişə səbəb olub. Yerli hakimiyyət orqanları isə sahil sularında peyda olan akulaların bu növünün çox nadir hallarda insanlara hücum etdiklərini bildirirlər. Hələlik alimlər otuz ildən artıq Egey sahillərində görünməyən akulaların birdən-birə peyda olmasının səbəblərini araşdırırlar. -
05-27-2008, 02:01 PMAPAAzərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi uğurla başa çatıb
[b]Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi uğurla başa çatıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Mayın 18-dən 26-dək NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilib.
[Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlim uğurla başa çatıb. Brunsum şəhərindəki (Niderland Krallığı) NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti (İsveç - 1, Avstriya -1, Almaniya -1, Finlandiya - 1, Belçika - 2) qiymətləndiricilər qrupunun üzvləri qismində iştirak edib. Təlimin şərti ssenarisinə uyğun olaraq, NATO qüvvələri ilə birgə 15 tapşırıq (arama və axtarma, humanitar yüklərin müşayiət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi və s.) icra olunub. Azərbaycan Silahlı Qüvvələrinin bölüyü tapşırıqların yerinə yetirilməsində uğurlu nəticələr əldə edib. NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupu təlimdən razı qaldıqlarını bildiriblər. Yaxın zamanlarda komandanlığın hesabatı Müdafiə Nazirliyinə təqdim ediləcək.Qeyd edək ki, OCC çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün ilkin özünü qiymətləndirmə təlimi 13-15 noyabr 2007-ci il tarixlərində keçirilib. -
05-27-2008, 02:11 PMAPANyu-Yorkda QDİƏT ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək
[b]Nyu-Yorkda QDİƏT ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Sentyabrın 25-də Nyu-Yorkda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək. APA-nın QDİƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq. Nazirlər təşkilatın inkişaf perspektivləri və Albaniyanın qarşıdakı sədrliyini müzakirə edəcəklər. Sessiya çərçivəsində GUAM ölkələri XİN rəhbərlərinin görüşü də planlaşdırılır. -
05-27-2008, 02:21 PMAPAAndrey Nesterenko: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir"
[b]Andrey Nesterenko: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir"[b]
[Bakı. Laçın Sultanova-APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 29-dan iyunun 1-nə kimi Rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada işgüzar səfərdə olacaq. APA-nın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, səfəri şərh edən XİN rəsmisi Andrey Nesterenko deyib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırkı vəziyyət də müzakirə olunacaq. Rusiyanın bu münaqişəyə münasibətini açıqlayan XİN rəsmisi deyib ki, Rusiyanın prinsipial mövqeyi dəyişilməzdir: "Biz gələcəkdə də tərəflərə qarşılıqlı səmərəli qərar tapmaq üçün yardım etməyə hazırıq. Biz ona əsaslanırıq ki, nizamlanmanın yekun formulunun seçimini görə məsuliyyət tərəflərin üzərindədir. Rusiya münaqişəyə cəlb olunmuş tərəfləri qane edəcək varianta dəstək verməyə, kompromis razılaşma əldə olunduğu halda isə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır". -
05-27-2008, 02:31 PMAPAYAP-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
[b]YAP-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib[b]
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov 90 il əvvəl Azərbaycanın Şərqdə ilk demokratik cümhuriyyət qurduğunu bildirib. O, cümhuriyyət zamanı qəbul olunmuş bayrağın, himnin və gerbin bu gün də müqəddəs dəyər kimi saxlanıldığını deyib. Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mücadilənin bütün insanları birləşdirdiyini bildirib. O, ilk dəfə olaraq Azərbaycan adının coğrafi məkandan dövlət adına gətirilərək siyasiləşdirildiyini qeyd edib. Tarixçi AXC dövründə Milli Ordunun yaradılmasını, Azərbaycan dilinin dövlət dili elan olunmasını, parlamentin formalaşmasını, Azərbaycan Dövlət Universitetinin yaradılmasını mühüm hadisə kimi qeyd edib. Digər tarixçi Kərim Şükürov isə hadisələrə tənqidi yanaşıb, o zaman parlamentin xalq tərəfindən seçilmədiyini bildirib. Onun sözlərinə görə, məhz bunun nəticəsi idi ki, 1920-ci il aprelin 27-də həmin parlament hökumətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə tarixi məsələlərə siyasi yanaşmaya ehtiyac olmadığını dilə gətirib: "Biz istəyirik ki, AXC-nin başladığı işlər bu gün davam etdirilsin. Bu gün cümhuriyyətlə bağlı birmənalı fikir mövcud deyil. Cümhuriyyətin şərəfinə yalnız bəzi Avropa ölkələrində qəbirüstü abidələrə oxşayan abidələr qoyulub. Halbuki bu abidələr daha möhtəşəm ola bilərdi. Bu vaxta qədər soyqırımı abidəsi də ucaldılmayıb. Rəsulzadənin heykəlinin qoyulacağı yerdən onun xatirə daşını götürüb, əvəzində fəvvarə düzəltmək isə bütövlükdə cümhuriyyətə hörmətsizlikdir". Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə millətin öz tarixinə səhvləri və doğruları ilə birgə sahib çıxmasını vacib sayıb. Digər tədbir iştirakçıları da mövzu ilə bağlı fikirlərini bildiriblər. -
05-27-2008, 02:41 PMAPAAzərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 90 illiyi ilə bağlı iyunun 19-da Milli Məclisin xüsusi iclası keçiriləcək
[b]Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 90 illiyi ilə bağlı iyunun 19-da Milli Məclisin xüsusi iclası keçiriləcək[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və parlamentin 90 illik yubileyi ilə bağlı iyunun 19-da Milli Məclisin xüsusi iclası keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə parlamentin vitse-spiker Bahar Muradova bildirib. Onun sözlərinə görə, artıq 70-dək ölkəyə tədbirdə iştirak üçün dəvətnamə göndərilib. Yubiley tədbirinə ayrı-ayrı ölkələrin parlament rəhbərliyi, beynəlxalq təşkilatların parlament assambleyalarının rəsmiləri və xüsusi qonaqlar dəvət edilib. -
05-27-2008, 02:51 PMAPAMilli Məclisin komissiya sədri Azərbaycanda yer adlarının dəyişdirilməsini düzgün hesab etmir
[b]Milli Məclisin komissiya sədri Azərbaycanda yer adlarının dəyişdirilməsini düzgün hesab etmir[b]
Bakı. Elnur Məmmədli - APA. "Azərbaycanda rayon, şəhər və digər ərazilərin adlarının dəyişdirilməsini düzgün hesab etmirəm və bunun tərəfdarı deyiləm. Amma məsələni mənim fikrim həll etmir. Bu, daha yox yerli əhalinin istəyindən asılıdır".
[APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional siyasət daimi komissiyasının sədri Arif Rəhimzadə son vaxtlar bəzi rayonların adlarının dəyişdirilməsinə münasibət bildirərkən deyib. O, tarixi adların saxlanmasını daha məqsədəuyğun hesab edir: "Hər bir ad Azərbaycanın tarixidir. Yaxşıdır, pisdir, bu tarixdir. Bu adları süni surətdə yaddan çıxarmaq düzgün deyil". A. Rəhimzadə bildirib ki, hələlik rəhbərlik etdiyi komissiyada addəyişmə ilə bağlı yeni müraciətə baxılmır. -
05-27-2008, 03:01 PMAPAYAP prezident seçkiləri ilə bağlı proqram hazırlayıb
[b]YAP prezident seçkiləri ilə bağlı proqram hazırlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı seçki proqramı hazırlayıb. APA-nın məlumatına görə, YAP icra katibinin müavini, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, proqram seçki ərəfəsində elan olunacaq. Proqram üzərində uzun müddət iş getdiyini qeyd edən millət vəkili sənəddə partiyanın seçki ərəfəsi fəaliyyəti, namizədin təbliğatı, seçkilər zamanı atılacaq addımların əksini tapdığını deyib. -
05-27-2008, 03:11 PMAPARəis Rəsulzadə: "Məhəmməd Əmin Rəsulzadənin müxtəlif ölkələrdəki arxivləri tam araşdırılmayıb"
[b]Rəis Rəsulzadə: "Məhəmməd Əmin Rəsulzadənin müxtəlif ölkələrdəki arxivləri tam araşdırılmayıb"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Mən bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Azərbaycanın bu günü, cümhuriyyətimizin 90 illiyinin qeyd edilməsi çox sevindiricidir. Amma unutmamalıyıq ki, Azərbaycan davası bu gün də davam edir. Bu gün də torpağımızın bütövlüyünə qarşı olanlar, ərazimizə göz dikənlər var. Biz azadlığımızı göz bəbəyimiz kimi qorumalı, təkrar yüksələn və dalğalanan bayrağımızı bir daha enməyə qoymamalıyıq". Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın əməkdar rəssamı, dosent, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib. O bildirib ki, M. Ə. Rəsulzadənin müxtəlif arxivlərdəki irsi bütünlüklə Azərbaycana gətirilməyib: "Onun yaşadığı ölkələrin arxivlərində Məhəmməd Əmin Rəsulzadənin əlyazmaları, çıxışları, müxtəlif sənədləri qalmaqdadır. Fransada, Polşada, Almaniyada, Türkiyədə, Rusiyada olan bu arxiv sənədləri hələ bütünlüklə araşdırılmayıb. Bu baxımdan onun nəşr edilən kitabları, irsi tam mükəmməl deyil". -
05-27-2008, 03:21 PMAPAİsveçin Azərbaycandakı səfiri: "Boykot müxalifətin tam marginallaşmasına səbəb ola bilər"
[b]İsveçin Azərbaycandakı səfiri: "Boykot müxalifətin tam marginallaşmasına səbəb ola bilər"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Müxalifətin seçkiyə qatılmaq istəməməsinin səbəblərini başa düşmək olar, amma seçkinin boykot edilməsi çox mənfi haldır". Bu sözləri APA-ya açıqlamasında İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Aden deyib. O bildirib ki, bütün siyasi qüvvələrin seçkilər kimi vacib bir prosesdə iştirakı zəruridir: "Seçkilərin boykot edilməsi həmin siyasi qüvvələrə çox pis təsir göstərə bilər. Seçkilər demokratik qaydada təşkil edilməlidir. Hamı iştirak etməsə, bunu necə etmək olar?" Diplomatın fikrincə, boykot həmin siyasi qüvvələrin tam marginallaşmasına gətirib çıxara bilər. -
05-27-2008, 03:31 PMAPARusiyalı general: "ABŞ planlarından imtina etməsə, Qəbələ RLS-lə bağlı təklif qüvvəsini itirəcək"
[b]Rusiyalı general: "ABŞ planlarından imtina etməsə, Qəbələ RLS-lə bağlı təklif qüvvəsini itirəcək"[b]
[Bakı. Laçın Sultanova - APA. "ABŞ Çexiya və Polşada raket hücumundan müdafiə sistemi elementlərini quraşdırsa, Rusiyanın Qəbələ RLS-dən birgə istifadə haqqında təklifi qüvvəsini itirəcək". APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Müqavilə İdarəsinin rəisi, general-leytenant Yevgeni Bujinski çıxış edib. O bildirib ki, Qəbələ RLS-dən birgə istifadə təklifi ABŞ-ın Avropada hava hücumundan müdafiə planlarına alternativdir, əlavə deyil. -
05-27-2008, 03:41 PMAPAİstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib
[b]İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans və sərgi təşkil olunub. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan muzeyin elmi işçisi Aida Axundova İstiqlal Muzeyinin 1919-cu ildə təsis edildiyini bildirib: "Azərbaycan Parlamentinin ildönümü münasibəti ilə yaranan bu muzey cümhuriyyətin süqutu ilə bağlanıb. Cümhuriyyətin dövlət xadimlərinin evlərindən və şəxsi kolleksiyalarından gətirilən eksponatlar, o cümlədən milli bayrağımız Moskvaya, İnqilab Muzeyinə aparılıb. Azərbaycanın İstiqlal Muzeyi müstəqilliyimizin bərpasından sonra, 1991-ci ildə təkrar yaradılıb". Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, professor Anar İsgəndərov, tarixçi-alim Kamran Qədimov və başqaları çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, ordu quruculuğundan, parlamentinin yaradılmasından söz açıblar. Tədbirdə cümhuriyyətin dövlət xadimlərinin ailə üzvləri, Milli Aviasiya Akademiyası, Ali Hərbi Təyyarəçilik Məktəbi, Polis Akademiyasının müdavimləri də iştirak ediblər. -
05-27-2008, 03:51 PMAPAÜmid Partiyası Milli Məclisə təqdim olunmuş Seçki Məcəlləsini geriyə addım hesab edir
[b]Ümid Partiyası Milli Məclisə təqdim olunmuş Seçki Məcəlləsini geriyə addım hesab edir[b]
[Bakı. Ramil Məmmədli - APA. Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın İcra Aparatının rəhbəri Nəsimi Məmmədli bildirib ki, Milli Məclisin təqdim olunan seçki qanunu geriyə atılan addımdır. O bu qanunla seçki keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə imicinə mənfi təsir edəcəyini deyib. Partiyanın Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi Akif Qurbanlı isə bildirib ki, MM-də müzakirəyə çıxarılacaq Seçki Məcəlləsinin vacib əhəmiyyət kəsb edən müddəalarına dəyişiklik edilməyib: "Dövlət televiziyasında təbliğat kampaniyası aparılmasına qadağa qoyulması da şəxsin namizəd kimi hüquqlarını məhdudlaşdırır". ADP sədrinin müavini Taliyət Əliyev isə bu məsələdə beynəlxalq təşkilatları ittiham edib. O deyib ki, Avropa Şurası Venesiya Komissiyası, ATƏT və digər beynəlxalq təşkilatlar Seçki Məcəlləsindəki anti-demokratik dəyişikliklərə münasibət bildirmir. "Sonra da deyəcəklər ki, Seçki Məcəlləsinin bu şəkildə qəbul olunmasından təəssüflənirlər. Ümumiyyətlə, Venesiya Komissiyasının bu məsələdə gördüyü işin qiyməti sıfırdan da aşağıdır".