[b]Azərbaycan paytaxtında bir ailənin dörd üzvü qətlə yetirilib[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 7/19 saylı binanın 26-cı mənzilində dəhşətli qətl hadisəsi baş verib.
[Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, evə girən cinayətkar dəstə mənzildə olan Ofeliya Aslanova, onun qızları - Sevinc, Nərgiz və 7 yaşlı nəvəsi Fəridi qətlə yetirib. Cinayətin izini itirmək məqsədilə qətlə yetirilən şəxslər yandırılıb. Hadisə yerinə gələn istintaq qrupu araşdırmalara başlayıb. Ekspert kriminalistlər otaqda olan barmaq izlərini götürüblər. Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Azərbaycan Xəbərləri
Printable View

04-15-2008, 01:11 PMAPAAzərbaycan paytaxtında bir ailənin dörd üzvü qətlə yetirilib

04-15-2008, 01:16 PMAPAAzərbaycan Milli Məclisində Dağlıq Qarabağa dair müzakirələrin aparılması təklif edilib
[b]Azərbaycan Milli Məclisində Dağlıq Qarabağa dair müzakirələrin aparılması təklif edilib[b]
[BAKI. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı deputat Musa Quliyev Gəncədə Ermənistandan qaçqın düşən azərbaycanlıların məskunlaşdıqları Yeni İrəvan adlanan əraziyə qəsəbə statusunun verilməsini təklif edib. Ölkə başçısı Ağdamda səfərdə olarkən İrəvanın ermənilərə verilməsi məsələsinə toxunduğunu xatırladan deputata Milli Məclisin bu sahədə hansı işlər gördüyü ilə maraqlanıb. Spiker Oqtay Əsədov cavabında bildirib ki, Milli Məclisinin komissiyası bu sahədə işləyir və yaxın iclasların birində məsələ ilə bağlı bəyanat veriləcək. Deputat Fəzail Ağamalı təklif edib ki, qərbi azərbaycanlılarla bağlı veb-sayt yaradılsın. Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə Dağlıq Qarabağa dair müzakirələrin aparılmasını təklif edib. Onun sözlərinə görə, Ermənistanda Serj Sərkisyan hakimiyyətə gələndən sonra qeyri-demokratik rejim daha da aqressivləşib. Erməni tərəfi konstruktiv olmayacağını bəyan edib. Deputat Fazil Qəzənfəroğlu Azərbaycanda nəşr olunan "Diplomat" qəzetinin PKK terror təşkilatını təbliğ etdiyini söyləyib. Qəzetdə Türkiyə əleyhinə materialların dərc olun deyən millət vəkili bununla bağlı ölçü götürülməsini təklif edib. Deputat həmçinin Əbülfəz Elçibəyin 70 illik yubileyinin qeyd olunması, ona eks-prezident statusunun, ailəsinə təqaüdün verilməsi ilə bağlı məsələ qaldırıb. Millət vəkili İkram İsrafilov isə bildirib ki, Müsavat Partiyasının onlarla rayon təşkilatı qərargahından çıxarılıb: "Buna son qoyulmalıdır. Ölkədə seçkiqabağı vəziyyət yaxşılaşdırılmalıdır". Millət vəkili Vahid Əhmədov isə bildirib ki, yaşayış minimumu və ehtiyac meyarı yüksəldilməlidir. -
04-15-2008, 01:46 PMAPAAzərbaycan prezidenti Ukrayna səfiri Stepan Volkovetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
[b]Azərbaycan prezidenti Ukrayna səfiri Stepan Volkovetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ukrayna səfiri Stepan Volkovetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Volkovetski son illər Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və humanitar sahələrdə uğurla inkişaf etdiyini deyib.Öz növbəsində prezident İ. Əliyev iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. -
04-15-2008, 01:51 PMAPAQoşunların təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb
[b]Qoşunların təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb[b]
[Goranboy. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb. Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun köməkçiləri Piter Ki və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Jaslan Nurtazin keçiriblər. -
04-15-2008, 01:56 PMAPAAŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı müzakirələr aparılmayıb
[b]AŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı müzakirələr aparılmayıb[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin ilk iclası keçirilib.
[İclasda iştirak edən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-nın Avropa bürosunun əməkdaşına verdiyi məlumata görə, iclasda əsasən Ermənistanda mövcud durum və Gürcüstanda seçkiqabağı vəziyyət müzakirə olunub. AŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı heç bir məsələ müzakirə edilməyib. AŞ PA-nın yaz sessiyası çərçivəsində Monitorinq Komitəsinin daha iki iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclaslarda Azərbaycanla bağlı müzakirələr aparılacaq. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin APA-nın Avropa bürosuna verdiyi məlumata görə, iclasda həmməruzəçilərin qurumun iyun sessiyasına qədər Azərbaycana səfəri məsələsi də müzakirə edilə bilər. -
04-15-2008, 02:01 PMAPASumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleks tikiləcək
[b]Sumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleks tikiləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Sumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleksinin tikilməsi nəzərdə tutulur. Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kompleks Hacı Zeynalabdin qəsəbəsində ucaldılacaq. Artıq kompleksin yerləşdiyi ümumi sahəsi 300 m təşkil edən ərazi daş hasara alınıb. Abidənin tikintisi məqsədilə şairin doğma vətəni olan Xızı rayonunun Sayalı kəndindən xüsusi daşlar gətirilib. Hazırda həmin ərazinin tamet daş örtüyü ilə döşənilməsi işləri həyata keçirilir. Daha sonra isə xatirə memorialının yerləşdiyi sahənin müxtəlif növ ağac və dekorativ kollarla bəzədilməsi, oturacaqlarla təmin edilməsi nəzərdə tutulub. Qeyd edək ki, kompleksin tikinti işlərinin aprelin sonunda başa çatdırılması nəzərdə tutulur. -
04-15-2008, 02:06 PMAPAABŞ-dakı Azərbaycan diasporasının rəhbərləri Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri ilə görüşüblər
[b]ABŞ-dakı Azərbaycan diasporasının rəhbərləri Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri ilə görüşüblər[b]
Nyu-York. Hüsniyyə Həsənova - APA. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris Azəri, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov və Azərbaycan Amerika Şurasının rəhbəri Cavid Hüseynov Nyu-Yorkun yəhudi icmasının Əlaqələr Şurasının konqresmenlər üçün təşkil etdiyi səhər yeməyinə qatılıblar.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbirdə iştirak edən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Şariv, konqresmenlər Stiv İsrael, Harri Akerman, Nita Lovey, Yvett Klark, senator Ron Viden, eləcə də Nyu-York yəhudi icmasının Əlaqələr Şurasının nümayəndələri Yaxın Şərq sülh prosesi, ABŞ-la İsrailin qlobal terror və regional təhlükələr baxımından birgə maraqları barədə danışıblar. İştirakçılar mərasimə dəvət olunan Azərbaycan diasporasının nümayəndələrini salamlayıblar. Tədbirin gedişində Adil Bağırov və Cavid Hüseynov Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri Nita Loveylə görüşüblər. Onlar Azərbaycanın Türkiyə ilə birlikdə ABŞ və İsraillə strateji müttəfiqlik yaradan iki dünyəvi müsəlman dövlətindən biri kimi Ağ Evin davamlı dəstəyinə layiq olduğunu söyləyiblər. Cəmiyyət rəhbərləri xanım Loveyə yəhudilərin uzun illər Azərbaycanda sülh və əmin-amanlıq içində yaşadığı barədə məlumat veriblər. Xatırladaq ki, bir müddət əvvəl Konqresin 39 ermənipərəst üzvü xanım Loveyə müraciət edərək 2009-cu ildə Azərbaycana ayrılan maddi yardımın azaldılmasını tələb ediblər. Diaspora üzvləri senator Ron Videnlə də görüş keçiriblər. -
04-15-2008, 02:11 PMAPAValeri Çeçelaşvili: "Moldova GUAM-dan çıxmayacaq"
[b]Valeri Çeçelaşvili: "Moldova GUAM-dan çıxmayacaq"[b]
Bakı. Laçın Sultanova - APA. "Tam məsuliyyətlə deyə bilərəm ki, Moldova GUAM-dan çıxmayacaq".
[APA-nın məlumatına görə, bu sözləri GUAM-ın baş katibi Valeri Çeçelaşvili Bakıda bəyan edib. Baş katib bu barədə məlumatların şişirdildiyini qeyd edib. Xatırladaq ki, bir qədər əvvəl Moldova prezidenti Vladimir Voronin GUAM-dan gözlədiklərini almadıqları barədə açıqlama verib. -
04-15-2008, 02:21 PMAPAMəzahir Əfəndiyev: "Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən keçirilir"
[b]Məzahir Əfəndiyev: "Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən keçirilir"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. "Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən keçirilir. Bu cinayətlərlə bağlı məsuliyyətə cəlb olunma hallarına görə, İran vətəndaşları çoxluq təşkil edir". APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının beşinci mərhələsinin təqdimat mərasimində çıxış edən proqramın Azərbaycan üzrə əlaqələndiricisi Məzahir Əfəndiyev bildirib. M. Əfəndiyev deyib ki, 2007-ci ildə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən İranla yanaşı, Afrika, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna vətəndaşları da cinayət məsuliyyətinə cəlb olunublar. -
04-15-2008, 03:21 PMAPAPiter Şider: "Ümid edirik ki, Azərbaycan Avropa standartlarına uyğun seçki keçirmək baxımından nümunə olacaq"
[b]Piter Şider: "Ümid edirik ki, Azərbaycan Avropa standartlarına uyğun seçki keçirmək baxımından nümunə olacaq"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini necə yerinə yetirməsi ilə bağlı iradlar olsa da, inkişaf da göz önündədir". APA-nın məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının fəxri prezidenti Piter Şider deyib. O, prezident seçkilərinin keçiriləcəyi cari ilin Azərbaycan üçün çox əhəmiyyətli il olduğunu bildirib: "Biz ümid edirik ki, Azərbaycan Avropa standartlarına uyğun seçki keçirmək baxımından nümunə olacaq". P. Şider hər şeyin Azərbaycandan asılı olduğunu söyləyərək ölkədə seçki kampaniyasının gedişində xüsusi problem yaranmayacağına, Azərbaycanın azad, demokratik, ədalətli seçki keçirəcəyinə ümid bəslədiklərini vurğulayıb. -
04-15-2008, 03:26 PMAPAValeri Çeçelaşvili: "GUAM ərazisində münaqişələrlə bağlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq"
[b]Valeri Çeçelaşvili: "GUAM ərazisində münaqişələrlə bağlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq"[b]
Bakı. Laçın Sultanova-APA. "BMT Baş Assambleyasında "GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq təhlükəsizliyə təsiri" adlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq".
[APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O bildirib ki, bu istiqamətdə iş davam etdirilir: "Biz ardıcıl şəkildə və səbirlə dünya birliyinin bütün üzvlərinə münaqişələrin nizamlanması məsələsində GUAM-ın prioritet və prinsiplərinin nədən ibarət olduğunu izah edirik. Ümid edirik ki, bu qətnamənin qəbulu üçün dövlətlərin əksəriyyətinin müsbət rəyini alacağıq". Valeri Çeçelaşvili adı çəkilən qətnamənin BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində müzakirəsini də istisna etməyib. -
04-15-2008, 03:31 PMAPAAŞ PA-nın fəxri prezidenti Piter Şider: "BMT-də qəbul olunan qətnamə Azərbaycan üçün çox vacib sənəddir"
[b]AŞ PA-nın fəxri prezidenti Piter Şider: "BMT-də qəbul olunan qətnamə Azərbaycan üçün çox vacib sənəddir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı konfransın keçirilməsi çox yaxşı təşəbbüsdür. GUAM üzvləri bu kimi təşəbbüsləri intensivləşdirməlidir, çünki Avropa cəmiyyəti belə konfranslar sayəsində həllini tapmamış münaqişələr problemi ilə yaxından tanış ola bilir".
[APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının fəxri prezidenti Piter Şider söyləyib. O, BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamə qəbulunu şərh edən cənab Şider sənədin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "BMT-də qəbul olunan qətnamə dünya birliyinin Dağlıq Qarabağ münaqişəsi barədə hansı fikirdə olduğunu göstərdi". Piter Şider AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təşəbbüslərlə çıxış etdiyini bildirib: "Ötən il AŞ PA məruzəçisi Leo Platvoet Cənubi Qafqazda itkin düşən şəxslərlə bağlı hesabat hazırlayaraq quruma təqdim etmişdi. Bu hesabatda bir çox tövsiyələr öz əksini tapıb". ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəyərləndirən AŞ PA fəxri prezidenti hesab edir ki, münaqişənin nizamlanması prosesinə Minsk Qrupunun bütün üzvləri cəlb olunmalıdır. -
04-15-2008, 03:36 PMAPAHökməli qəsəbəsində ər-arvad qətlə yetirilib
[b]Hökməli qəsəbəsində ər-arvad qətlə yetirilib[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Abşeron rayonunun Hökməli qəsəbəsində qətl hadisəsi baş verib.
[Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov APA-ya bildirib ki, qəsəbə sakinləri Nuruz Rüstəmov və Səriyyə Rüstəmova qətlə yetiriliblər. T. Ağacanovun sözlərinə görə, Rüstəmovların qətlə yetirilməsi ilə bağlı hələlik saxlanılan yoxdur. Qətlin hansı səbəbdən törədilməsi araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. -
04-15-2008, 03:41 PMAPAİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri daxili işlər naziri Ramil Usubovla görüşüb
[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri daxili işlər naziri Ramil Usubovla görüşüb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün daxili işlər naziri Ramil Usubovla görüşüb. Komitə sədri APA-ya bildirib ki, görüşdə ölkədə insan haqlarının durumu, polis idarə və şöbələrinin müvəqqəti saxlama təcridxanalarında keçirdiyi monitorinqlərin yekunları, ona edilən şikayətlər barədə müzakirələr aparılıb. Elçin Behbudovun sözlərinə görə, nazir rayonlara səfərləri zamanı şikayətçiləri dinlədiyini, şəxsən özünün müvəqqəti saxlama təcridxanalarına baş çəkdiyini diqqətə çatdırıb: "Nazir dedi ki, o, təcridxanaların standartlara uyğun olmasını diqqət mərkəzində saxlayır. Ramil Usubov nazirliyin kollegiya iclaslarında işgəncə hallarına, qanunsuz saxlamalara yol verilməməsi ilə bağlı tapşırıqlar verdiyini də qeyd etdi". -
04-15-2008, 03:46 PMAPABakıda GUAM çərçivəsində keçirilən konfransda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək
[b]Bakıda GUAM çərçivəsində keçirilən konfransda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək[b]
Bakı. Laçın Sultanova-APA. Bakıda keçirilən "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfransın yekununda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək.
[APA-nın məlumatına görə, konfransda çıxış edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili bunu çox dəyərli təşəbbüs adlandırıb. Tədbirdə çıxış edən Polşa xarici işlər nazirinin müavini Andrjey Kremer hər bir münaqişənin öz dərin tarixinin olduğunu qeyd edib və onların həllinə inandığını söyləyib. Yerli icmaların görəcəyi işin hələ çox olduğunu hesab edən Kremer bəyan edib ki, Polşa GUAM-la mütəmadi və daimi əməkdaşlığa diqqət yetirir.Latviya xarici işlər nazirinin müavini Edqards Skuya çıxışında GUAM ərazisindəki münaqişələrin Avropanın ümumi təhlükəsizliyinə böyük təhlükə törətdiyini deyib. Onun fikrincə, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti çərçivəsində münaqişələrin həllində böyük imkanları var. Bu imkanları reallaşdırmaq üçün iqtisadi və hüquqi islahatların gücləndirilməsini vacib sayan Edqards Skuya həlli uzadılmış münaqişələrin gələcək inkişafı ləngitdiyini deyib. Latviya rəsmisi bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyin qorunması prinsipləri çərçivəsində həll olunacağını deyib.Litva xarici işlər nazirinin müavini Yaroslav Neveroviç GUAM-ı əməkdaşlıq üçün yaxşı məkan adlandırıb. Litvanın regional əməkdaşlığa xüsusi diqqət yetirdiyini, üç Baltikyanı ölkənin əməkdaşlıq etməsinin onların Avropaya inteqrasiyasına təkan verdiyini deyən nazir müavini bəyan edib ki, əsas hədəfləri demokratiyanı Şərqə doğru inkişaf etdirməkdir. "Litva Cənubi Qafqaz respublikalarının ərazi bütövlüyünü dəstəkləyir" deyən Neveroviç ölkəsinin gələn il ATƏT-ə sədrlik edəcəyini və bundan istifadə edərək münaqişələrin həllinə xüsusi diqqət yetirəcəyini söyləyib.İsveçrə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Pyer Helo ölkəsinin münaqişələrin həllində təcrübəsindən danışıb. O, münaqişələrin ərazilərin bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.Sloveniya Xarici İşlər Nazirliyinin siyasətin planlaşdırılması və çoxtərəfli münaqişələr məsələləri üzrə baş direktoru xanım Anita Pipan ölkəsinin Avropa İttifaqına sədrlik etdiyini və münaqişələrin həll olunmasının prioritet məsələlərdən biri olduğunu söyləyib. O hesab edir ki, münaqişələrin həll olunması üçün konstruktiv siyasi dialoq və danışıqlar yolu ilə kompromislərə nail olmaq lazımdır.Rumıniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru George Mageru münaqişələrin regional təhlükəsizliyə böyük təhlükə törətdiyini deyib. "Dağlıq Qarabağ münaqişəsinin fərqli bir xüsusiyyətə malik olduğu üçün fərqli həll yolunu tələb edir". O bəyan edib ki, separatist rejimlər tanınmamalı, qeyri-qanuni hərbi qüvvələr tərksilah edilməlidir.Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti Osman Faruk Loğoğlu bəyan edib ki, münaqişələrin həlli zamanı ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinə hörmət edilməlidir. O, apardığı müşahidələrdən belə nəticə çıxarıb ki, vaxtın uzadılması münaqişələrin həllinə mane edir, beynəlxalq ictimaiyyət münaqişələrin həllinə az diqqət yetirir: "Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyəti məsələnin həllini ləngidir. Bununla da münaqişələrin həlli perspektivləri azalır, radikallıq çoxalır, digər separatçı qruplar Kosovo presedentindən ruhlanır. Münaqişələrin həlli BMT çərçivəsində həyata keçirilməli və beynəlxalq ictimaiyyətin diqqəti altında olmalıdır. Uğur o zaman ola bilər ki, regional təşkilatlar, o cümlədən GUAM münaqişələrin həllinə dəstək versin". Konfrans işini davam etdirir. -
04-15-2008, 04:01 PMAPAVladimir Putin "Yedinaya Rossiya" Partiyasının sədri seçilib
[b]Vladimir Putin "Yedinaya Rossiya" Partiyasının sədri seçilib[b]
[Moskva - APA. Rusiya prezidenti Vladimir Putin "Yedinaya Rossiya" Partiyasına başçılıq etməyə razılıq verib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, V. Putin bunu partiyanın qurultayındakı çıxışında deyib və qərarın yeni prezident Dmitri Medvedevin andiçmə mərasimindən sonra qüvvəyə minməsini istəyib: "Mən partiya rəhbərliyinin və üzvlərinin təklifini minnətdarlıqla qəbul edirəm". V. Putin bildirib ki, partiyada islahat aparılmalı və "Yedinaya Rossiya" təsadüfi adamlardan xilas olmalıdır: "Partiya gənclər, ziyalılar, sahibkarlar, fəhlələr və kənd zəhmətkeşləri ilə fəal işləməlidir". V. Putinin çıxışından sonra qurultay onu yekdilliklə partiyanın sədri seçib. Qərar yeni prezidentin öz səlahiyyətlərinin icrasına başlamasından sonra qüvvəyə minəcək. -
04-15-2008, 04:36 PMAPAAngela Merkel: "Almaniya üçün Xolokost qırğınını tanımaq mühüm məsələdir"
[b]Angela Merkel: "Almaniya üçün Xolokost qırğınını tanımaq mühüm məsələdir"[b]
[Strasburq. Fuad Qulubəyli-APA. "Avropa Şurası və Avropa İttifaqı fərqli təşkilatlardır, amma bu təşkilatlar ümumi dəyərlər baxımından bir-birilərini tamamlayırlar". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Almaniyanın baş kansleri, xanım Angela Merkel AŞ PA-nın yaz sessiyasında çıxışı zamanı söyləyib. Bütün Avropa ölkələrinin Avropa Şurasında təmsil olunduğunu xatırladan xanım Merkel bu ölkələr arasında güclü qarşıdurma faktlarının olmamasını müsbət məqam kimi qeyd edib. İnsan hüquqlarının qorunmasında Avropa İnsan Hüquqları Məhkəməsinin mühüm rol oynadığını deyən Angela Merkel məhkəmə işinin daha da səriştəli şəkildə işləyə bilməsi üçün Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü Protokolunun ratifikasiya edilməsini zəruri sayıb: "Biz gələcəkdə də Avropa vətəndaşlarının rifahı naminə birlikdə çox işlər görməliyik və bununla da dünyaya nümayiş etdirməliyik ki, biz avropalılar yaxşı nümunə ola bilərik". Ermənistanın AŞ PA-da nümayəndə heyətinin üzvlərindən biri Almaniyanın demokratiyaya doğru yolunun Xolokost qırğınını tanımaqdan keçdiyini bildirib və kanslerdən digər xalqların tarixində soyqırımlarına hansı münasibət bəslədiyini soruşub. Angela Merkel Almaniya üçün Xolokost qırğınını tanımağın mühüm məsələ olduğunu bildirib: "Almaniya öz tarixini həmişə bilib və Xolokostun tanınması bizim üçün çox mühüm məsələdir. Kim öz tarixini, keçmişini bilmir, onun gələcəyi də olmaz. Təbii ki, Avropada əsas dəyərlərdən biri azadlıqdır. Lakin tolerantlıq da nəzərə alınmalı və ölkələr bu kimi məsələlərdə məhz belə dəyərlərdən çıxış edərək belə problemlərə yanaşmalıdır". -
04-15-2008, 04:46 PMAPADünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək
[b]Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı bu il mayın 23-25-də Almaniyanın Köln şəhərində keçiriləcək. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK informasiya xidmətinin rəhbəri Rəşad Xasayoğlunun APA-ya verdiyi məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin aprelin 14-də keçirilən toplantısında verilib. Qurultayın son iş günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə və 2006-cı ilin mayında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrə həsr olunacaq. Qeyd edək ki, 2008-ci ilin martın 4-də DAK İdarə Heyətinin toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Qulamrza Səbri Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən çıxarılıb və DAK sədrinin vəzifəsinin icrası qurum sədrinin birinci müavini Sabir Rüstəmxanlıya tapşırılıb. Hazırda Qulamrza Səbri Təbrizinin və Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qruplar ayrı-ayrılıqda qurultay keçirməyə hazırlaşırlar. -
04-15-2008, 04:56 PMAPAAzərbaycan prezidenti "Azadlıq" radiosunun prezidentini qəbul edib
[b]Azərbaycan prezidenti "Azadlıq" radiosunun prezidentini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün "Azadlıq" radiosunun prezidenti Cefri Gedmini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Gedmin bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaqdır. Qonaq Azərbaycanda dinamizm və inkişafın şahidi olduğunu vurğulayıb.Öz növbəsində, dövlət başçısı bildirib ki, Azərbaycanda bütün sahələrdə çox sürətli inkişaf var və bu iqtisadi inkişaf prosesləri respublikanın bütün bölgələrini əhatə edir. -
04-15-2008, 05:01 PMAPASəyavuş Novruzov Pənah Hüseynə xəbərdarlıq edib
[b]Səyavuş Novruzov Pənah Hüseynə xəbərdarlıq edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında deputat Səyavuş Novruzov həmkarı Pənah Hüseynə xəbərdarlıq edib.
[APA-nın məlumatına görə, S. Novruzov günün birinci yarısında iclasda baş verən insidentdən sonra P. Hüseynin üzr istəməsini gözlədiyini söyləyib: "Elə bilirdim, o, əməlinə görə üzrxahlıq edəcək, amma bu olmadı. Mən Pənah Hüseyndən əvvəlcə xahiş, sonra tələb edirəm ki, etik normalara riayət etsin". S. Novruzov deyib ki, parlamentdə YAP-ın 64 deputatı var. Əgər P. Hüseyn etik normalara əməl etməsə, ona başqa cür cavab veriləcək: "İndi 1992-ci il deyil ki, yerindən danışasan. Hər kəs növbəsi çatanda çıxış etməlidir". -
04-15-2008, 05:11 PMAPAAzərbaycan paytaxtında baş verən qətlin qarət məqsədilə törədildiyi ehtimal olunur
[b]Azərbaycan paytaxtında baş verən qətlin qarət məqsədilə törədildiyi ehtimal olunur[b]
Bakı. Hacı Zeynalov-APA. Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 7/19 saylı binanın 26-cı mənzilində baş vermiş qətlin qarət məqsədilə törədildiyi ehtimal olunur.
[Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən APA-ya bildirilib ki, polisə sözügedən ünvanda yanğın baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları 4 nəfərin meyitini aşkarlayıblar. Məlum olub ki, evdə yaşayan Ofeliya Aslanova, onun qızları - Sevinc Aslanova, Nərgiz Aslanova və 7 yaşlı nəvəsi Fərid qətlə yetiriləndən sonra yanğın törədilib. Hadisə yerində işləyən əməliyyatçıların ilkin qənaətinə görə, qətl qarət məqsədilə törədilib. Otaqlarda əşyaların dağınıq olması bu qənaətə gəlməyə əsas verir. İlkin ehtimala görə, cinayətkar və ya cinayətkarlar mənzilə qapıdan daxil olublar. Evdəkilərin qapını açması belə deməyə əsas verir ki, cinayəti törədən şəxs və ya şəxslər onların tanıdıqları adam və ya adamlar olublar. Hadisənin şahidinin olmaması üçün ailənin bütün üzvləri qətlə yetirilib. Hələlik mənzildən oğurluq edilib-edilmədiyi müəyyənləşdirilməyib. S. Aslanovanın ev alqı-satqısı ilə məşğul olduğu bildirilir. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri görülür. -
04-15-2008, 05:21 PMAPAAndres Herkel: "Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm"
[b]Andres Herkel: "Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm. Mənə də elə gəlir ki, Ermənistanla bağlı hesabatlar Azərbaycanla bağlı hesabatlar kimi sərt olmayıb. Bu baxımdan AŞ PA-nın yaz sessiyasının dördüncü günü Ermənistanla bağlı fövqəladə müzakirələrin keçirilməsi barədə qərarına çox müsbət yanaşıram".
[Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib. O, Rusiya və Ermənistanda seçkilərdən sonrakı vəziyyətlə bağlı keçirilən müzakirələrdə Ermənistana qarşı kəskin mövqe tutmadığını bildirib: "Rusiyaya gəldikdə isə hesab edirəm ki, uzun müddət bu ölkə ilə bağlı elə də ciddi bir hesabat hazırlanmayıb və bu vəziyyət monitorinq altında olan ölkələr üzrə mütəmadi hesabatların hazırlanması prinsipinə uyğun deyil. Təbii ki, mənim əsas vəzifəm ilk növbədə Azərbaycanla məşğul olmaqdır. Bununla bağlı mən istər plenar iclaslar, yaxud komitə iclasları vaxtı digər ölkə ilə də bağlı öz tənqidi fikirlərimi bildirirəm. Ümumilikdə iş formatı səviyyəsində AŞ PA-da ikili standartlar siyasətinin olduğunu düşünmürəm. Amma Assambleya bəzi ölkələrin öz öhdəliklərini yerinə yetirməsinə qətiyyətlə yanaşmır və bu zaman ikili standartlardan yanaşma hallarını müşahidə etmək mümkündür. Ermənistana gəldikdə, məni əsasən narahat edən məqam odur ki, bu ölkədə hökumət gücdən qeyri-adekvat istifadə edib və küçə döyüşlərindən sonra məsələnin ciddiliyini anlamağa başlayıblar. Bu hal Ermənistandakı problemlərin olmadığı digər ölkələrdə də müxalifətin hakimiyyəti seçkilər yolu ilə deyil, güc yolu ilə ələ keçirməsi üçün siqnal rolunu oynaya bilər. Amma mən ilk növbədə Azərbaycanla bağlı məsələlərlə məşğulam və ölkənizlə bağlı işləri mütəmadi müstəviyə keçirmək istəyirəm".Andres Herkel həmməruzəçilərin Azərbaycana səfərinin vaxtının dəqiqləşmədiyini deyib: "Güman edirəm ki, mayın ortasında səfər edəcəyik. Səfərin AŞ PA-nın iyun sessiyasına qədər reallaşması vacibdir". Andres Herkel Azərbaycanda jurnalistlərin həbsinin ən narahatedici məqam olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlər həll olunsa, həmməruzəçilər Dağlıq Qarabağdan qaçqın düşmüş qaçqınların hüquqlarının müdafiəsi məsələsi ilə məşğul ola bilər. -
04-15-2008, 05:36 PMAPAAprelin 17-də Avropa Şurasının yeni binasının rəsmi açılış mərasimi keçiriləcək
[b]Aprelin 17-də Avropa Şurasının yeni binasının rəsmi açılış mərasimi keçiriləcək[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Aprelin 17-də Avropa Şurasının yeni binasının - "Aqora"nın rəsmi açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, açılış mərasimində AŞ PA prezidenti Luis Mariya de Puç, Avropa Şurasının xarici və Avropa işləri üzrə naziri Bernard Kuşner, qurumun baş katibi Terri Devis, Nazirlər Müavinləri Aparatının sədri Emil Kuçar iştirak edəcək. Avropa Şurasının baş ofisindən APA-ya daxil olan məlumata görə, Bernard Kuşner binanın adı həkk olunan lövhənin örtüyünü təntənəli surətdə açacaq. Binanın adı Avropa Şurası heyəti tərəfindən səsvermə nəticəsində qəbul olunub. "Aqora" qədim Yunanıstanda demokratik institutların yerləşdiyi meydanın adı olub. Martın 13-də bina Kannda keçirilən MİPİM - xüsusi mülkiyyət professionalları bazarında dünyanın ən yaxşı biznes binası seçilib. Arxitektorlar binanın memarlıq keyfiyyətlərini və ofis üçün optimal imkanlarını yüksək qiymətləndiriblər. Bina sentyabrın 15-də Avropa Mirası Günləri çərçivəsində ictimaiyyətə təqdim olunacaq. -
04-15-2008, 05:56 PMAPAQazaxıstan səfiri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb
[b]Qazaxıstan səfiri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb[b]
[Bakı-APA. Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov və Qazaxıstan Müdafiə Nazirliyinin Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov müdafiə sənayesi naziri Yavər Camalovla görüşüblər. APA-nın "Kazinform"a istinadən yaydığı məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Qazaxıstanın yeni hərbi doktrinaya uyğun olaraq öz hərbi qüvvələrini modernizə etdiyini və döyüş hazırlığı səviyyəsini yüksəltdiyini bildirib. Görüşdə çıxış edən nazir Yavər Camalov Azərbaycanda müdafiə sənayesi sahəsində xüsusi dövlət qurumunun yaradılmasını günün tələbi kimi dəyərləndirib və müdafiə sənayesi sahəsində Qazaxıstanın "Kazinjinirink" Milli Şirkəti ilə əməkdaşlığa hazır olduğunu deyib. -
04-15-2008, 06:26 PMAPAKosovodan qayıdan azərbaycanlı əsgərlərin rəsmi qarşılanma mərasimi keçirilib
[b]Kosovodan qayıdan azərbaycanlı əsgərlərin rəsmi qarşılanma mərasimi keçirilib[b]
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən taborun komandiri, polkovnik-leytenant Elxan Şalbuzov 1999-cu ildən 400-dən artıq azərbaycanlı hərbçinin Kosovoda Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində xidmət keçdiyini bildirib. Kosovodakı sülhməramlı tağımın komandiri kapitan Əmirbəy Baxşıyev bildirib ki, Azərbaycan hərbçiləri Kosovonun albanlar yaşayan Draqaş rayonunun 19 kəndində asayişin qorunmasında iştirak edib: «Xidmət etdiyimiz 9 il ərzində taqımımız bir çox nailiyyət əldə edib, yerli əhalinin və komandanlığın sevgisini qazanıb». Ə.Baxşıyev Azərbaycan sülhməramlı taqımının Kosovodakı türk taboru, çoxmillətli cənub briqadası komandiri, KFOR (Kosovoda Sülhün Dəstəklənməsi Əməliyyatları) birlikləri komandanlığı və Draqaş şəhər icra başçısı tərəfindən qiymətli hədiyyə və fəxri fərmanlarla təltif olunduğunu qeyd edib. Taqımda xidmət edən baş gizir Rövşən Qəhrəmanov Əfqanıstan, İraq və Kosovoda xidmət keçdiyini, xidmət etdiyi bütün sülhyaratma əməliyyatlarında Azərbaycan hərbçilərinin peşəkarlığının yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Daha sonra Kosovodan qayıtmış 34 hərbçiyə (1 zabit, 1 gizir və 32 əsgərə) KFOR komandanlığının «Nailiyyət Medalı» təqdim olunub. Qeyd edək ki, Kosovo müstəqilliyini elan edəndən sonra Azərbaycan Milli Məclisi sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib. -
04-15-2008, 07:06 PMAPAPyer Helq: "İsveçrə GUAM-da müşahidəçi statusu ilə təmsilçiliyə dəvət olunsa, bu təklifi həvəslə müzakirə edərik"
[b]Pyer Helq: "İsveçrə GUAM-da müşahidəçi statusu ilə təmsilçiliyə dəvət olunsa, bu təklifi həvəslə müzakirə edərik"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "İsveçrə ənənəvi olaraq bütün dünyada insan hüquqlarına hörmətlə yanaşılmasını zəruri hesab edən ölkədir, buna görə də ölkəmiz bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük maraq göstərir". Bu eksklüziv açıqlamanı APA-ya İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Pyer Helq verib. O, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib: "Biz inanırıq ki, hamının maraqlarını qorumaq üçün hamını dinləmək vacibdir". GUAM-ın kifayət qədər güclü və perspektivli təşkilat adlandıran Pyer Helq qurumun daim inkişaf etdiyini, gücləndiyini bildirib: "İsveçrə bu qurumda müşahidəçi statusu ilə iştiraka, yaxud GUAM formatında əməkdaşlığa dair hələlik rəsmi dəvət almayıb. Əgər belə bir dəvət olsa, təklifi çox həvəslə müzakirə edərik". -
04-15-2008, 07:21 PMAPAAzərbaycanda "Aşıq Ələsgər günləri: saz və söz bayramı" adlı tədbirkeçirilib
[b]Azərbaycanda "Aşıq Ələsgər günləri: saz və söz bayramı" adlı tədbirkeçirilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə "Aşıq Ələsgər günləri: saz və söz bayramı" adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə ya AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov açaraq, Azərbaycan aşıq məktəbindən və onun görkəmli nümayəndələrindən danışıb. Saz və söz bayramı Aşıq Oqtay, Aşıq Mahmud, Aşıq Fəzail, Aşıq Altay, eləcə də Şirvan aşıq qruplarının ifası ilə davam edib. İran aşıqları və "İrs" folklor ansamblının ifasında Güney Azərbaycanın aşıq sənətindən, folklor yaradıcılığından nümunələr oxunub. Azərbaycanda IV dəfə təşkil olunan Aşıq Ələsgər günləri bu gün başa çatıb. -
04-15-2008, 07:31 PMAPASiyavuş Novruzov: "Azərbaycanda seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var"
[b]Siyavuş Novruzov: "Azərbaycanda seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Dünyanın heç bir yerində seçki kampaniyasının müddəti 90 gündən artıq deyil. Bir çox ölkələrdə seçki kampaniyası 60 günü əhatə edir". Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Siyavuş Novruzov verib. Onun sözlərinə görə, Azərbaycanda da seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var və bununla bağlı YAP aidiyyəti qurumlara, beynəlxalq təşkilatlara təkliflər təqdim edib. Millət vəkilinin fikrincə, seçki kampaniyasının müddəti 120 gündən 60 günə endirilməli, namizədliyin irəli sürülməsi, imzatoplama, namizədliyin qeydə alınması, təbliğat və təşviqat kampaniyaları bu müddətdə həyata keçirilməlidir. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə daxil olmuş qanun layihəsində seçki kampaniyasının müddətinin 90 günə endirilməsi ilə bağlı yayılan məlumatlara gəldikdə, S. Novruzov bundan xəbərsiz olduğunu deyib: "Mən Milli Məclisin dövlət və hüquq quruculuğu komissiyasının üzvü olmadığından layihədən xəbərim yoxdur. Amma belə bir təklif irəli sürüləcəksə, biz bunu dəstəkləyəcəyik". -
04-15-2008, 07:36 PMAPAAvropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş: "Gələn həftə Azərbaycanda olacağam"
[b]Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş: "Gələn həftə Azərbaycanda olacağam"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ Nazirlər Komitəsinin sədri Yan Kubişə sorğu ünvanlayıb.
[APA-nın Avropa bürosunun xəbərinə görə, azərbaycanlı parlamentar sorğusunda Ermənistanda keçirilən prezident seçkiləri zamanı işğal olunmuş Azərbaycan ərazilərində - Dağlıq Qarabağda, Laçın və Kəlbəcər rayonlarında da seçki məntəqələri yaradıldığını xatırladaraq bildirib ki, bununla da rəsmi İrəvan beynəlxalq hüquq normalarını növbəti dəfə pozmaqla yanaşı, münaqişənin dinc yolla nizamlanmasına dair Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əməl etmədiyini bir daha göstərib. O, Ermənistan rəhbərliyinin seçkilərdən dərhal sonra ölkədə elan etdiyi fövqəladə vəziyyət rejiminə beynəlxalq təşkilatların və ölkə ictimaiyyətinin sərt reaksiyasını gördükdən sonra diqqəti başqa istiqamətə yönəltmək üçün atəşkəs rejimini pozduğunu bildirib. Q. Paşayeva deyib ki, Ermənistan prezidentinin andiçməsindən dərhal sonra bu ölkə parlamentində keçirilən müzakirələrdə rəsmi İrəvanın münaqişənin ya Dağlıq Qarabağın müstəqilliyi, ya da Ermənistana birləşdirilməsi yolundan başqa heç bir həll yolu ilə razılaşmayacağı qeyd olunub. Bu isə Ermənistanın ölkələrin ərazi bütövlüyü kimi beynəlxalq hüquq prinsiplərinə, BMT-nin, AŞ PA-nın və digər beynəlxalq təşkilatların qətnamələrinə, AŞ qarşısında götürdüyü öhdəliyə məhəl qoymadığının daha bir sübutudur: "Bütün bunları nəzərə alaraq Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində deyil, əksinə, vəziyyəti daha da gərginləşdirmək istiqamətində addımları Nazirlər Komitəsinin sədri kimi sizi və rəhbərlik etdiyiniz qurumu narahat edirmi və onların qarşısının alınması istiqamətində hansı addımlar atmağı planlaşdırırsınız?" AŞ Nazirlər Komitəsinin sədri Y. Kubiş sorğuya cavabında bildirib ki, Avropa Şurasına qəbul edilərkən həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə öhdəlik götürüblər: "Buna görə də hesab edirəm ki, hər iki ölkə Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına xələl gətirə biləcək bəyanatlardan boyun qaçırmalıdır. Çox ümid edirəm ki, bu danışıqlar prosesi sayəsində tezliklə Azərbaycan və Ermənistan arasında razılıq əldə ediləcək. Bu məqsədə çatmaq üçün Azərbaycan və Ermənistan xalqları arasında dialoq, qarşılıqlı anlaşma və etimad çox vacibdir. Təbii ki, buna yardım etmək ilk növbədə iki ölkə rəhbərliklərinin üzərinə düşən vəzifədir. Bizim edə biləcəyimiz köməyə gəldikdə, ötən il İsveç hökumətinin təşkilatçılığı ilə bu ölkədə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransı misal göstərə bilərəm. Mənim özüm də gələn həftə Azərbaycana olacağam və bu məsələ ilə bağlı müzakirələr aparacağam. Lazım gələrsə, ATƏT-də çalışdığım vaxt qazandığım təcrübədən istifadə edərək bu işə öz töhfəmi verə bilərəm". -
04-15-2008, 11:26 PMAPALənkəranda başı bədənindən ayrılmış kişi meyiti aşkarlanıb
[b]Lənkəranda başı bədənindən ayrılmış kişi meyiti aşkarlanıb[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Bu gün saat 21.20 radələrində Lənkəran dəmir yolu vağzalında başı bədənindən ayrılmış, 50-55 yaşında kişi meyiti aşkarlanıb. Lənkəran rayon Prokurorluğunun müstəntiqi Rəfail Bədəlovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşməyən kişinin ölümündən öncə Astara-Bakı istiqamətində hərəkət edən 659 saylı sərnişin qatarı ərazidən keçib. İlkin versiyaya görə, bu şəxs qatarın altında qalıb. Onun rus olduğu güman edilir.Hazırda faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır. -
04-16-2008, 10:11 AMAPAXanlar Hacıyev Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki hakimi seçilib
[b]Xanlar Hacıyev Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki hakimi seçilib[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assamleyasının (AŞ PA) dünən keçirilmiş plenar iclasında Sloveniya, Monteneqro, Azərbaycan və San-Marino dövlətlərindən Avropa İnsan Haqları Məhkəməsinə hakim seçkiləri keçirilib.
[APA-nın Avropa bürosunun məlumatına görə, səsvermə bütün plenar iclas boyu davam edib və sonda nəticələr rəsmən elan olunub. Xanlar Hacıyev 131 səslə Azərbaycan adına Avropa İnsan Haqları Məhkəməsinin hakimi vəzisinə seçilib. X. Hacıyevin bu vəzifədəki mandatının müddəti 2013-cü ilə qədərdir. Azərbaycandan olan digər namizədlər - Rövşən İsmayılov 14, Səadət Yusifova isə 21 səs toplayıblar. -
04-16-2008, 10:21 AMAPAUkrayna prezidentinin atasının alman casusu olması barədə iddialar səslənir
[b]Ukrayna prezidentinin atasının alman casusu olması barədə iddialar səslənir[b]
[Moskva-APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun atasının müharibə illərindəki ölkədə ciddi müzakirə mövzusuna çevrilib. APA-nın məlumatına görə, bu günlərdə İsraildən olan təhqiqatçı Yuri Vilnerin nəşr etdirdiyi "Andrey Yuşşenko: obraz və "əfsanə" adlı kitab vəziyyəti daha da gərginləşdirib. Müəllif Viktor Yuşşenkonun siyasətə qədəm basdığı illərdə İkinci Dünya müharibəsi tarixinə fərqli baxışı ilə seçildiyini xatırladır. Sovet qoşunları ilə hitlerçilər arasında heç bir fərq görmədiyini bildirən Yuşşenko o dövrdə fəaliyyət göstərən OUN-UPA millətçi hərbi birləşmələrinə simpatiyasını gizlətmir. Müəllifin fikrincə, Ukrayna prezidentinin bu fikirləri atasından aldığı tərbiyənin məhsuludur. Yuri Vilner Viktor Yuşşenkonun atasının müharibənin əksər dövrünü alman əsirliyində keçirdiyini xatırladır və Andrey Yuşşenkonun əsirlik həyatı ilə bağlı bəzi həqiqətləri gizlətdiyini iddia edir. Müəllifin fikrincə, ata Yuşşenko müharibədən əvvəlki həyatı, əsir düşmə vəziyyəti, müharibə dövründə nə işlə məşğul olması ilə bağlı faktları qəsdən gizlətməyə çalışır: "Əldə etdiyimiz məlumatlar göstərir ki, Andrey Yuşşenko əsir düşərgəsində polis funksiyasını yerinə yetirib, buna qədər isə əsirlərin davranışı ilə bağlı almanlara casusluq edirmiş". Vilner hesab edir ki, araşdırmalar davam etdirilsə, o zaman Andrey Yuşşenkonun düşmənlərlə əməkdaşlığına dair təkzibedilməz faktlar əldə etmək mümkündür. Qeyd edək ki, Andrey Yuşşenko 1944-1945-ci illərdə Flossenbürq hərbi düşərgəsinə əsirlikdə olub. Burada saxlanan hərbi əsirlər "Messerşmidt" firmasının hərbi-sənaye müəssisələrində məcburi əməklə məşğul olublar. 1938-1945-ci illərdə Flossenbürq düşərgəsində 100 mindən artıq əsir saxlanıb, onlardan 30 min nəfəri vəfat edib. -
04-16-2008, 10:36 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 15-də saat 16.50-dən 18.00-dək ara-sıra Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, saat 13.35-dən bu gecə saat 02.55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 21.48-dan 21.12-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.35-dən 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, aprelin 16-da saat 00.40-dan 00.55-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-16-2008, 10:41 AMAPANaxçıvanda qanunsuz fəaliyyət göstərən üç tədris müəssisəsinin saxta diplom verdiyi müəyyənləşdirilib
[b]Naxçıvanda qanunsuz fəaliyyət göstərən üç tədris müəssisəsinin saxta diplom verdiyi müəyyənləşdirilib[b]
Naxçıvan - APA. Naxçıvanda Muxtar Respublikasında (MR) qanunsuz sahibkarlıqla məşğul olmaqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən 3 nəfərlə bağlı araşdırma aparılır.
[APA-nın MR mətbuatına istinadən verdiyi məlumata görə, Naxçıvan Milli Təhlükəsizik Nazirliyi (MTN) və Daxili İşlər Nazirliyinin (DİN) həyata keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Əliyev Nəriman Allahverdi oğlu tutulub. Onun qanunsuz olaraq və aidiyyəti orqanlardan razılıq almadan 1991-ci ildə "Təbib" tibb müəssisəsini yaratdığı müəyyənləşdirilib. Məlum olub ki, sözügedən müəssisəsə dövlət qeydiyyatına alınmayıb və 2003-cü ilədək qanunsuz fəaliyyət göstərib. Bundan başqa, gizli yolla fəaliyyət göstərən məktəbə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iştirakı olmadan 750 nəfərin qəbul edildiyi və onlara saxta diplomların verildiyi də aşkarlanıb. Naxçıvan şəhər sakini Cəfərov Zöhrab Fuad oğlunun 1990-cı ildə qanunsuz olaraq "Gənc Təbib" və 1993-cü ildə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan Şöbəsi yaratdığı müəyyənləşdirilib. Həmin müəssisələr 2001-ci ilədək qanunsuz fəaliyyət göstərib. 1000 nəfərə saxta diplom verilib. Naxçıvan şəhər sakini İsmayılov Ziyəddin Yusif oğlunun isə qeyri-qanuni olaraq «Sənət» Tədris Kommersiya Mərkəzini yaratdığı, guya həftədə iki dəfə tibb fənnini tədris etdiyi, bir illik kurslardan sonra iştirakçılara tibb ixtisası üzrə sənəd verdiyi məlum olub. Hər 3 faktla bağlı araşdırma aparılır. -
04-16-2008, 11:01 AMAPATomas Hammarberq: "Qaçqın probleminin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır"
[b]Tomas Hammarberq: "Qaçqın probleminin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır"[b]
Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) aprelin 15-də keçirilən plenar iclasında AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberq 2007-ci il üçün hazırladığı yekun hesabatla çıxış edib.
[APA-nın Avropa bürosunun xəbərinə görə, komissar çıxışından sonra sualları cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva T. Hammarberqin Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulması haqda danışmadığını təəssüflə qeyd edib: "Yüz minlərlə insan öz yurduna qayıda bilmir. Cənab Hammarberq, siz hecə hesab edirsiniz, bu insanların hüquqlarını bərpası üçün nə etmək olar?" T. Hammarberq isə ötən ilin sentyabrında vəziyyəti öyrənmək üçün Azərbaycana səfər etdiyini və bu səfərdən sonra xüsusi hesabat hazırladığını xatırladıb: "Həmin hesabatda bütün lazımi tövsiyələr əksini tapıb. Biz qaçqın düşərgələrinə də baş çəkmişdik və qaçqın düşmüş şəxslərlə söhbət aparmışdıq. Hesabatda qeyd etdik ki, Azərbaycan hökuməti qaçqınların həyat şəraitini yaxşılaşdırmaq üçün son vaxtlar mühüm işlər görüb. Lakin hesab edirəm ki, bu məsələnin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır. Ümid edirik ki, bizim hazırladığımız hesabatlar və sənədlər insanların pozulmuş hüquqlarının bərpasında hansısa rol oynayacaq. Minsk Qrupu çərçivəsində sülh razılığı əldə olunsa, bu problem birdəfəlik öz həllini tapacaq". -
04-16-2008, 11:34 AMAPAİlqar Quliyev: "Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzeti binanı tərk etməlidir, başqa yol yoxdur"
[b]İlqar Quliyev: "Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzeti binanı tərk etməlidir, başqa yol yoxdur"[b]
Bakı. Elnur Məmmədli - APA. "Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargahın Rəsul Quliyevə heç bir aidiyyəti yoxdur. O binanın bir hissəsi atam İdris Quliyevin, digər hissəsi isə qardaşımın adınadır".
[Bunu APA-ya açıqlamasında Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyev deyib. Onun sözlərinə görə, həmin binadan istifadə etmək üçün Açıq Cəmiyyət Partiyası (ACP) və "Bakı-Zaman" qəzeti ilə müqavilə bağlanıb. Həmin müqavilədə isə iki ay əvvəldən xəbərdarlıq etməklə onların binadan çıxarılmasının mümkün olması barədə müddəa əksini tapıb: "Ötən ilin sentyabrından onlara xəbərdarlıq edilib ki, binanı boşaltsınlar. Akif Şahbazovla dəfələrlə danışmışam, məktublar yazılıb, amma çıxmırlar. Axırda məhkəməyə müraciət etməli olduq. Yenə də binadan çıxmayacaqlarını bildirirlər. Amma çıxacaqlar, başqa yolu yoxdur. Məhkəmənin qərarı var və qərar icra olunmalıdır. Nə qədər tez çıxsalar, bir o qədər yaxşıdır". İ. Quliyev bəzi qəzetləri R. Quliyevin vəkili kimi çıxış etməkdə ittiham edib və binanın guya eks-spikerə məxsus olması barədə fikirlərin əsassız olduğunu qeyd edib. -
04-16-2008, 11:42 AMAPATerri Devis: "Siyasətlə məşğul olan adamın həbsdə olması onun siyasi məhbus olduğu anlamına gəlmir"
[b]Terri Devis: "Siyasətlə məşğul olan adamın həbsdə olması onun siyasi məhbus olduğu anlamına gəlmir"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurasının baş katibi Terri Devisin APA-nın Avropa bürosuna müsahibəsi
[- Cənab Terri Devis, bu yaxınlarda Azərbaycanda medianın durumuna dair bəyanat yayıbsınız. Söylədiyiniz problemlərin həllini necə görürsünüz?- Mən vəziyyət yaxından izləyirəm və artıq Azərbaycanda jurnalistlərin vəziyyətinə dair öz narahatlığımı bildirmişəm. Əlavə etmək istəyirəm ki, jurnalist olmaq faktı təbii ki, qanuna tabe olmamaq anlamına gəlmir. Jurnalist, siyasətçi və yaxud nazir olmasından asılı olmayaraq, heç kim qanundan üstün ola bilməz. Qanun isə öz növbəsində söz azadlığına əngəl törətmək üçün istifadə edilməməlidir. Bildiyiniz kimi, söz azadlığına Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təminat verilir və mən hər zaman söz azadlığını qətiyyətlə müdafiə edirəm. Amma söz azadlığının başqa bir tərəfi də var. Söz azadlığı kiməsə yalan danışmağa və ya hansısa düzgün olmayan fikir ifadə etməyə imkan vermir. Jurnalistlərin söz azadlığı hüququ olsa da, mən özüm şəxsən yalan danışan jurnalistləri tənqid edirəm. Yəni demək istəyirəm ki, jurnalisti yazısına görə tənqid etməklə qanunu əldə bayraq tutaraq söz azadlığından istifadə etmiş jurnalisti həbs etmək arasında böyük fərq var. Mən Azərbaycandakı vəziyyətlə bağlı həm açıq şəkildə, həm də özəl görüşlərimdə öz narahatlığımı hər dəfə ifadə etmişəm və bu məsələni izləməkdə davam edirəm.- Sizcə, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına ehtiyac varmı?- Bu, Avropa Şurası Parlament Assambleyasının səlahiyyətində olan məsələdir. Mən məruzəçi təyin etmirəm və belə şeyə ehtiyac duyulduqda ilk növbədə AŞ PA-ya müraciət olunur. Hesab edirəm ki, qurumun icra hakimiyyətinin digər strukturun, yəni AŞ PA-nın işinə qarışması hakimiyyətin balanslaşdırılması işinə zərər vura bilər. Həmçinin siyasi məhbus dedikdə, ilk növbədə bunun hansı anlam daşıdığını da bilməliyik. Tanınmış siyasi xadim belə qanundan üstün deyil və əgər bu şəxs cinayət əməli törədirsə, cəzasız qalmamalıdır. O, məhkəmə prosesinə cəlb oluna və lazım gələrsə, cəzalandırıla bilər. Yəni hər hansı siyasətlə məşğul olan adamın həbsdə olması, onun siyasi məhbus olduğu kimi dəyərləndirilməməlidir. Burada əsas məsələ həmin şəxsin hansı əməlinə görə həbs edilməsidir. Əgər o, siyasi motivlərə görə həbs edilirsə, o zaman onu siyasi məhbus adlandıra bilərik. Və təbii ki, hökumət də siyasətçiləri təqib və həbs etmək üçün qanunlardan sui-istifadə etməməlidir. Bir çox ölkələrdə hakimiyyət nümayəndələri bəzi ittihamlarla siyasətçiləri təqib edirlər. Yalnız ona görə ki, həmin siyasətçilərin mövqeyi onların xoşuna gəlmir. Çox vaxt belə ittihamlar irəli sürülsə də, onlar dəqiqləşmir. Əgər kimsə Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürürsə, o zaman bu ittihamlar dəqiqləşdirilməli və söhbətin hansı şəxsdən getdiyi konkret şəkildə göstərilməlidir. Ötən həftə bir nəfər mənə dedi ki, filan ölkədə siyasi məhbus var. Söhbət Azərbaycandan getmir. Mən də ona söylədim ki, siyasi məhbus dedikdə, kimi nəzərdə tutur və həmin şəxslərin adını konkret göstərsin. Əgər ümumi deyil, konkret ittiham və məlumatlar olsa, bu məsələlərə dair şəxsi anket aça bilərəm. Yəni mən belə məsələlərdə AŞ PA-da fərqli işləyirəm. - Seçki Məcəlləsinə və "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı rəsmi Bakı ilə Venesiya Komissiyası arasında keçirilmiş müzakirələri necə dəyərləndirirsiniz? Yekunlar Sizi qane edirmi?- Hal-hazırda Venesiya Komissiyasının bu məsələ ilə bağlı yekun danışıqlara dair hesabatını və rəyini gözləyirəm. Hələlik bu hesabatı görməmişəm və indiki məqamda öz fikrimi bildirmək istəməzdim. Venesiya Komissiyası çox böyük beynəlxalq nüfuza malikdir və əgər bu qurum hər hansı qanunu tənqid edirsə, mən bu tənqidləri həmişə həmin ölkələrin rəhbərliklərinə çatdırıram. Unutmaq olmaz ki, Azərbaycan və yaxud digər dövlətlərin hakimiyyət dairələri Venesiya Komissiyasının tənqidlərini qəbul etməyə məcbur deyil. Amma onlar Venesiya Komissiyasının rəyini qəbul etmirlərsə, o zaman mən həmin hökuməti açıq şəkildə tənqid etdikdə, onların şikayətlənməyə hüququ olmayacaq. Təbii ki, mən Venesiya Komissiyasının tövsiyələrini qəbul etməyən hökumətə qarşı tənqidi bəyanatları birdən-birə irəli sürməyəcəyəm. Amma tənqid etməyə mənim səlahiyyətim çatır. Yəni söz azadlığı hüququ həmçinin Avropa Şurasının baş katibinə də şamil edilir. - Azərbaycan prezident seçkilərinin ədalətli və demokratik keçiriləcəyinə inanırsınızmı?- Hesab edirəm ki, hər kəs mənimlə razılaşar. Keçmişdə bir çox tənqidi məqamlar olsa da, hər dəfə vəziyyət yavaş-yavaş müsbətə doğru dəyişir və hələ də bu tendensiyanın davamı üçün münbit şərait var. Mən Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilə biləcəyinə əminəm, lakin növbəti seçkilərin azad və ədalətli keçiriləcəyini söyləmək üçün gözləmək lazımdır. Biz ingilislərin belə bir sözü var: "İnsanların deserti yeməsi onun dadlı olmasına dəlalət edir". Əgər Avropa Şurası seçkilərin azad və demokratik keçirilməsində azərbaycanlıların hər hansı yardıma ehtiyac duyduqlarını hiss etsə, Avropa Şurası bunu etmək üçün səlahiyyətli çərçivəsində hər şey etməyə hazırdır. Deməliyəm ki, Azərbaycandakı vəziyyətə dair mənim də özümün xüsusi marağım var və əvvəllər də şəxsən Azərbaycan prezidenti İlham Əliyevə bu ölkə ilə bağlı öz şəxsi mülahizələrimi bildirmişəm. Prezidentin bu mülahizələri nəzərə aldığına əminəm. Məsələn, Venesiya Komissiyası ilk dəfə öz tövsiyələrini təqdim etdikdə, Azərbaycan hökuməti bunu qəbul etmək istəmirdi. Lakin mən prezident Əliyevlə söhbət etdikdən sonra hökumət rəsmilərinin bu məsələyə münasibəti dəyişdi. Buna çox sevinirəm. Azərbaycanda hələ də keçmişlə yaşayan bir çox insanlar var. Hesab edirəm ki, prezident Əliyev bizim ona və ölkəsinə yardım etmək istəyimizi çox gözəl anlayır və bilir ki, tövsiyələrimiz əslində yalnız tənqid üçün deyil, konstruktiv dialoq qurmaq üçündür. Bizim bu iradəmiz Avropa Şurası ilə Azərbaycan arasında dostluq münasibətlərindən qaynaqlanır. Bir məsələni xüsusi qeyd etmək istərdim. Məsələn, bir çox üzv ölkələrdə seçkilər keçirilən zaman AŞ PA-dan olan müşahidəçilər seçici siyahılarındakı qüsurları tənqid edirlər. Ədalətli, düzgün tərtib olunmuş və seçki hüququna malik hər bir şəxsə səs vermək hüququ verən seçicilər siyahısı azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Fikrimcə, heç bir hakimiyyət ədalətli sayıla biləcək seçki siyahılarını qısa müddət ərzində tərtib etməyə başlaya bilməz. Bu, azad və ədalətli seçkilərin keçirilməsi üçün çox mühüm əsasdır. - Prezident seçkilərinə kimi Azərbaycana səfər edəcəyinizi söyləmişdiniz...- Hələ səfərin tarixi dəqiqləşməyib. Azərbaycana səfər etməkdə olduqca maraqlıyam. Bildiyiniz kimi, bir neçə dəfə Azərbaycana səfər etmişəm. Gürcüstana, yoxsa Azərbaycana daha çox səfər etdiyimi dəqiq deyə bilmərəm. Yalnız onu dəqiq bilirəm ki, hər iki ölkəyə bir neçə səfərim olub. Digər ölkələrdən olan dostlarım bəzən şikayətlənir ki, Azərbaycan və Gürcüstana onların ölkəsindən daha çox səfər edirəm. Dəqiq tarix bəlli olmasa da, ən tez bir zamanda Azərbaycana gedəcəyimə həqiqətən də çox ümid edirəm. Təbii ki, işlərim çox olduğuna və digər ölkələrə səfər etməli olduğuma görə Azərbaycana istədiyim qədər gedə bilmirəm. Məndə Azərbaycana qarşı xüsusi maraq var, bu maraq Azərbaycan və Ermənistanın Avropa Şurasına üzv olmasına yardım etdiyim vaxtdan başlayır. Mən hər hansı ölkəyə səfər etməyimdən asılı olmayaraq, daxili siyasi proseslərə qarışmıram. Azərbaycanın da daxili siyasəti ilə bağlı ayrıca mövqe tutmuram. -
04-16-2008, 11:46 AMAPAAzərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasport verilməsi bərpa olunub
[b]Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasport verilməsi bərpa olunub[b]
Moskva. Laçın Sultanova - APA. Bu il aprelin 1-dən Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasport verilməsi bərpa olunub.
[APA-nın məlumatına görə, bu işi Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Xidmətinin Moskvaya müvəqqəti ezam olunmuş əməkdaşı həyata keçirir.Qeyd edək ki, tələbatın az olması ilə əlaqədar keçən ilin sonunda pasport verilməsi prosesi dayandırılıb, nazirliyin əməkdaşı geri çağırılıb. 2007-ci ilin əvvəlindən başlanmış bu proses nəticəsində Rusiyada olan Azərbaycan vətəndaşlarının əksəriyyəti pasportla təmin olunub. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda isə pasport verilməsi prosesi keçən ilin yazında tamamlanıb. -
04-16-2008, 11:52 AMAPAValeri Çeçelaşvili: "GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil"
[b]Valeri Çeçelaşvili: "GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Rusiya GUAM ölkələri ərazisindəki bütün münaqişələrdə bu və ya digər şəkildə iştirak edir". APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.
[O, Rusiyanın GUAM ölkələri ərazisindəki münaqişələrin hamısında vasitəçi olduğunu bildirib: "Rusiya bu meydanda fəal oyunçudur və onun öz maraqları var. Ancaq GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil. GUAM-ın sənədlərində Rusiyanın maraqlarına zidd olan bir sətir də yoxdur. Təşkilatın hər bir üzvü Rusiya ilə əməkdaşlıqda sərbəstdir, üstəlik, üzv ölkələrin bir sıra problemləri - separatçılıq, mütəşəkkil cinayətkarlıq Rusiya ərazisində də var və qarşılıqlı əməkdaşlıq bu problemlərin həllinə yardımçı ola bilər". V. Çeçelaşvili GUAM çərçivəsində həyata keçirilən bəzi layihələrin MDB çərçivəsində də gündəmə gəldiyini, amma yerinə yetirilmədiyini söyləyib: "Buna misal kimi azad ticarət zonasının yaradılması layihəsini göstərmək mümkündür". Baş katibin sözlərinə görə, separatçılıq bəlasının qarşısı nə qədər tez və effektiv alınsa, həm GUAM ölkələri, həm də bütün region üçün o qədər yaxşı olar. -
04-16-2008, 12:12 PMAPABu ilin 3 ayında Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar
[b]Bu ilin 3 ayında Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu ilin ilk üç ayı ərzində Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar.
[APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən təsdiqlənmiş məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəs yanvarda 65, fevralda 53, martda isə 115 dəfə pozulub. Atəşkəsin ən çox pozulması faktı Füzuli (52), Ağdam (48), Tərtər (32), Goranboy (23), Xocavənd (28) və Tovuz (23) rayonları istiqamətində qeydə alınıb. Atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 9 əsgəri həlak olub, 2 nəfər isə yaralanıb. Həlak olmuş hərbçilər Çinar Nurəddin oğlu Əliyev, İsmayıl Əfqan oğlu Ağəmmədov, Bəhruz Mədət oğlu Hətəmi, Sərdar Əli oğlu Orucov, Ramin İsmayıl oğlu İsmayılov, Tusayev Nemət Həbibbulla oğlu, Yusif Oruc oğlu Qasımov, Bəhruz Arzu oğlu İsmayılov, Ceyhun Bahəddin oğlu Səfərovdur. Ülvi Vaqif oğlu İsmayılov və Rövşən Xəzər oğlu Alcanov isə yaralanıb.Monitorinqin nəticələri göstərir ki, Ermənistan Silahlı Qüvvələrinin aktivliyi daha çox mart ayının birinci ongünlüyündə qeydə alınıb. Təkcə 3-4 mart tarixlərində cəbhə xəttinin Goranboy və Tərtər rayonları istiqamətində 36 saatdan artıq intensiv döyüşlər gedib. Bu döyüşlər zamanı minaatanlardan, ağır hərbi texnikalardan istifadə olunub.Ümumilikdə ötən ilin müavifiq dövrü ilə müqayisədə Ermənistan ordusu cari ilin ilk 3 ayında cəbhə xətinin cənubunda - Füzuli və Xocavənd rayonları istiqamətində aktivliyi artırıblar. Martın sonlarında isə ermənilərin Ermənistan-Azərbaycan dövlət sərhədində də aktivliyi qeydə alınıb. Ermənistan Silahlı Qüvvələri müntəzəm olaraq Ermənistanın Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Tovuz və Qazax rayonlarını, bir neçə halda Gədəbəy, bir halda isə Azərbaycan ordusunun Daşkəsən rayonu ərazisindəki mövqelərini atəşə tutublar. Dövlət sərhədində yerləşən və ermənilərin atəşinə ən çox məruz qalan yaşayış məntəqələri Tovuz rayonunun Koxa Nəbi, Ağdam, Əlibəyli, Qazax rayonun Məzəm, Qızıl Hacılı və Bala Cəfərli kəndləri olub. Ötən dövrdə Qarabağ cəbhəsində düşmənin atəşinə ən çox məruz qalan kəndlər isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Alxanlı, Ağdamın Yusifcanlı, Tərtər rayonunun Qapanlı, Göyarx, Borsunlu, Goranboyun Tap Qaraqoyunlu kəndləri olub.Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 2006-cı ildə 220, 2007-ci il ərzində isə 575 dəfə pozulub. Ötən il cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 17 hərbi qulluqçusu həlak olub, 9 hərbçi isə yaralanıb. Xatırladaq ki, APA-nın apardığı monitorinqin nəticələrinə görə, 2007-ci il ərzində Qazax rayonu istiqamətində atəşkəs 49, Tovuzda 26, Tərtərdə 84, Ağdamda 202, Xocavənddə isə 68 dəfə pozulub.