[b]Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır[b]
Bakı. Laçın Sultanova, Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası öz işinə başlayır. APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti artıq Strasburqdadır.
[Sessiyada Ermənistanda demokratik institutlarının fəaliyyətinə dair məsələ növbədənkənar məsələ kimi gündəliyə salınıb. Avropada təhlükəsiz və leqal abortların həyata keçirilməsi, müsəlman icmalarının ekstremizmə qarşı səyləri, Avropada uşaq və yeniyetmələr arasında sui-qəsd halları, Avropa ədəbiyyatının tədrisi məsələləri isə gündəliyə əvvəlcədən daxil edilib. Sessiya çərçivəsində "Olimpiya oyunları ərəfəsində Çində vəziyyət" mövzusunda dinləmələr keçiriləcək. Dinləmələrə Çin rəsmiləri, Tibetin dini lideri Dalay-Lamanın nümayəndəsi və hüquq-müdafiə təşkilatlarının təmsilçiləri də dəvət olunublar. Sessiyanın fəxri qonaqları qismində isə Almaniyanın federal kansleri Angela Merkel, Slovakiya prezidenti İvan Qasparoviç, Ukraynanın baş naziri Yuliya Timoşenko, Fransanın xarici işlər naziri Bernar Kuşner iştirak edəcəklər. Assambleya bu gün Ermənistan, Monako, Rusiya, Serbiya və Monteneqroda keçirilmiş seçkiləri müzakirə edəcək, Slovakiya prezidentini dinləyəcək. Azərbaycana birbaşa aidiyyəti olan məsələ - hakimlərin seçilməsinə isə sabah baxılacaq. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyadakı prioritet məsələlərdən danışaraq deyib ki, gündəmdəki bütün məsələlər Azərbaycan üçün prioritetdir: "Avropa Şurasında müşahidə olunan tendensiyalar bizi narahat etməyə bilməz. Ermənistanda keçirilmiş prezident seçkilərinə ikili standart nöqteyi-nəzərindən yanaşılması və Azərbaycana qarşı bəzi qeyri-obyektiv mövqelər bizim tərəfimizdən vurğulanacaq. Heç kim Azərbaycanda problemlərin olduğunu inkar etmir. Keçid dövrüdür, bütün ölkələrdə bu tip problemlər mövcuddur, ancaq məhz Azərbaycanla bağlı hansısa problemi qabarıq formada gündəmə gətirmək düzgün deyil. Biz konstruktiv dialoqa hazırıq, ancaq konstruktivlik hər iki tərəfdən olmalıdır. Məsələn, Venesiya Komissiyası ilə münasibətlər normal şəkildə gedir. Niyə? Çünki hər iki tərəf konstruktivlik göstərir - Venesiya Komissiyası Azərbaycanın maraqlarını, Azərbaycan tərəfi isə beynəlxalq təşkilatın prinsiplərini nəzərə almaya bilməz. Ancaq birtərəfli, təzyiq formasında qaldırılan məsələlər təbii ki, Azərbaycan üçün qəbulolunmazdır". S. Seyidov sessiya çərçivəsində GUAM ölkələri nümayəndə heyətlərinin ənənəvi görüşünün keçiriləcəyini də söyləyib. Dağlıq Qarabağ üzrə alt komitənin iclasının keçirilməsi isə qurumun rəhbəri Lord Rassel Constonun sessiyanın işində iştirak edib-etməyəcəyindən asılıdır. Son aylar deputatın səhhətində problemlər yaranıb. Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 18-də yekunlaşacaq.
Azərbaycan Xəbərləri
Printable View

04-14-2008, 12:01 PMAPAAvropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır

04-14-2008, 02:11 PMAPAFuad Ələsgərov: "Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakim vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi prosesi tam şəffaf olub"
[b]Fuad Ələsgərov: "Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakim vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi prosesi tam şəffaf olub"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosunda Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakimin seçilməsi məsələsinə baxılacaq.
[APA-nın məlumatına görə, Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərov jurnalistlərə açıqlamasında bildirib ki, AŞ PA tərəfindən Azərbaycandan namizədliyi irəli sürülən 3 hakimdən 1-i bu vəzifəyə təyin olunacaq: "Hesab edirəm ki, namizədlərin müəyyənləşdirilməsi prosesi tam şəffaf olub, AŞ PA-nın tövsiyə və tələbləri nəzərə alınıb". -
04-14-2008, 02:16 PMAPAXəzər İbrahim: "İranın dinc nüvə proqramını beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirməsi sülh və sabitliyə xidmət edə bilər"
[b]Xəzər İbrahim: "İranın dinc nüvə proqramını beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirməsi sülh və sabitliyə xidmət edə bilər"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır və heç bir yeni gərginliyin yaranmasını istəmir. APA-nın məlumatına görə, bu barədə Bakıda keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. O, həmçinin bildirib ki, İranın dinc nüvə proqramına nail olması və bu proqramı beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirməsi sülh və sabitliyə xidmət edə bilər. -
04-14-2008, 02:21 PMAPAAzərbaycan Müdafiə Nazirliyi əsgərin əsir düşməsi ilə bağlı faktı araşdırır
[b]Azərbaycan Müdafiə Nazirliyi əsgərin əsir düşməsi ilə bağlı faktı araşdırır[b]
Bakı. Teymur Quliyev-APA. "Azərbaycan Ordusunun əsgəri Vüsal Heybətovun əsir düşməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bizdə belə bir məlumat yoxdur və bu istiqamətdə araşdırmalar aparırıq". Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.
[Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov da APA-ya deyib ki. onlarda əsgərin əsir düşməsi ilə bağlı məlumat yoxdur: "Biz hazırda bu məlumatı Beynəlxalq Qırmızı Xaş Komitəsi ilə birlikdə araşdırırıq".Qeyd edək kii, Ermənistanın "Novosti-Armeniya" agentliyi aprelin 11-də Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vüsal Şirsultan oğlu Heybətovun ermənilər tərəfindən əsri götürülməsi barədə xəbər yayıb. Agentlik bu məlumatı separatçıların əsir və itkin düşmüş şəxslərlə bağlı komissiyasına istinadən yayıb. Əsgərin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. Onun 1989-cu il təvəllüdlü olduğu və Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırıldığı müəyyənləşdirilib. Erməni tərəfi hadisə barədə ATƏT-in və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı ofislərinin məlumatlandırıldığını bildirir. -
04-14-2008, 02:26 PMAPAAŞPA Bürosu Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərin siyahısını təsdiqləyib
[b]AŞPA Bürosu Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərin siyahısını təsdiqləyib[b]
Strasburq-Fuad Qulubəyli-APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi Bürosunun iclasında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan olan hakimi ilə bağlı Hakimlərin Seçilməsi üzrə Alt Komitənin qərarı təsdiqlənib.
[Bu barədə APA-nın Avropa bürosuna eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözləri nə görə, büro Azərbaycandan olan hakimlərlə bağlı siyahını təsdiqləyib. S. Seyidov onu da deyib ki, alt komitənin də qərarı əsasında büro iştirakçıları Xanlar Hacıyevi ən təcrübəli və qəbul olunacaq namizəd kimi gördüklərini deyiblər. Azərbaycanın Avropa Məhkəməsinə hakiminin təsdiqlənməsi ilə bağlı səsvermə sabah AŞ PA sessiyasında keçiriləcək. Qeyd edək ki, bu il martın 13-də Avropa İnsan Hüquqları Məhkəməsinin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində Azərbaycandan bu quruma hakimliyə namizəd göstərilən üç nəfərlə bağlı müsahibə keçirilib. Müsahibə tam konfidensial şəraitdə keçib. Alt Komitə müsahibənin yekunu kimi hakimliyə namizədlər haqqında rəy hazırlayaraq AŞ PA Bürosuna təqdim edib. Keçirilən müsahibədə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimi postuna namizəd göstərilmiş üç hakim - Xanlar Hacıyev, Rəşad Həsənov, Aygün Abdullayeva iştirak ediblər. Onlardan biri Azərbaycanı AİHM-də təmsil etmək hüququ qazanacaq. -
04-14-2008, 02:31 PMAPAPrezident Aparatının şöbə müdiri Fuad Ələsgərov: "Mikolaş Haraşti emosiyalara qapıldı"
[b]Prezident Aparatının şöbə müdiri Fuad Ələsgərov: "Mikolaş Haraşti emosiyalara qapıldı"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "ATƏT-in media məsələləri üzrə komissarı Mikolaş Haraşti emosiyaya qapıldı". APA-nın xəbərinə görə, bu fikirləri Prezident Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Mikolaş Haraştinin "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə bağlı Baş Prokurorluğunun məlumatı barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib: "ATƏT nümayəndəsi emosiyalardan uzaq olmalıdır. Çünki onun hər bir hesabatı balanslaşdırılmalı, ölçülüb-biçilməlidir. İnsan emosiyalara qapılanda səhvə yol verir. Bu hal Haraşti ilə bağı baş verdi. O emosiyalara qapıldı. O gərək Azərbaycanın prokurorluq sisteminin topladığı sübutlara, araşdırmalara hörmətlə yanaşaydı. Hər halda son qərarı məhkəmə verəcək". -
04-14-2008, 02:36 PMAPAAzərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yenilənmiş variantının məzmunu açıqlanıb
[b]Azərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yenilənmiş variantının məzmunu açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. 2008-ci il martın 7-də Azərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) yenilənmiş variantı NATO-nun ali qərar orqanı olan Şimali Atlantika Şurası tərəfindən bəyənilib.
[APA-nın Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəd struktur etibarilə 4 fəsildən ibarətdir. "Siyasi və təhlükəsizlik məsələləri" adlanan I fəsildə Xarici siyasət strategiyası, Hərbi doktrina, Böhranların idarə edilməsi üzrə milli konsepsiya və Milli dəniz təhlükəsizliyi strategiyası kimi strateji planlaşdırma məqsədi daşıyan sənədlərin hazırlanması, regional təhlükəsizlik məsələləri və Azərbaycanın təhlükəsizlik siyasəti barədə NATO ilə məsləhətləşmələr aparması nəzərdə tutulub. "Müdafiə və hərbi məsələlər" adlanan II fəsildə Strateji müdafiə icmalının hazırlanması, Silahlı Qüvvələrdə müdafiə planlaşdırmasının inkişafı, maddi-texniki təminat və təchizat, habelə kadr və şəxsi heyət sistemlərinin təkmilləşdirilməsi, hərbi təlim və tədris sisteminin və Silahlı Qüvvələrin qərargah strukturlarının NATO standartlarına uyğunlaşdırılmasının davam etdirilməsi, sülhməramlı əməliyyatlar üçün cəlb edilən taburun tam komplektləşdirilməsi, Müdafiə Nazirliyinə mülki mütəxəssislərin cəlb edilməsi, Hərbi-Dəniz Qüvvələrinin imkanlarının artırılması kimi məqsədlər qarşıya qoyulub. "İctimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit" adlanan III fəsildə NATO Etimad fondu layihəsi çərçivəsində Ağstafa rayonunun Saloğlu kəndinin mərmi və partlamamış sursatlardan təmizlənməsi, Avroatlantik inteqrasiya məsələləri üzrə ictimai məlumatlandırma strategiyasının hazırlanması, "NATO həftələri"nin keçirilməsi, Azərbaycanda NATO Beynəlxalq Məktəbinin inkişaf etdirilməsi, avroatlantik mərkəzlərin yaradılması kimi məqsədlər qarşıya qoyulub. "İnzibati məsələlər, informasiya təhlükəsizliyi, resurslar və hüquqi məsələlər" adlanan IV fəsildə informasiya təhlükəsizliyini gücləndirəcək təhlükəsiz rabitə sistemlərinin qurulması, informasiya təhlükəsizliyinin müxtəlif aspektləri üzrə kadrların hazırlanması və s. məqsədlər nəzərdə tutulub. -
04-14-2008, 02:41 PMAPAAzərbaycanın hərbi prokuroru: "Samir Məmmədov nə vaxtsa Azərbaycana gətiriləcək"
[b]Azərbaycanın hərbi prokuroru: "Samir Məmmədov nə vaxtsa Azərbaycana gətiriləcək"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən və sonradan üçüncü ölkəyə təhvil verilən əsgəri Samir Məmmədovun hazırda harada olması barədə məlumatlı deyiləm". APA-nın xəbərinə görə, bu barədə jurnalistlərin sualına cavab olaraq Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib. Xanlar Vəliyev təəssüflə qeyd edib ki, Samir Məmmədov özü Azərbaycana qayıtmaqdan imtina edib: "Hər bir halda mən zənn edirəm ki, o, sonda Azərbaycana gətiriləcək". -
04-14-2008, 04:01 PMAPAAŞ PA-da Ermənistanda keçirilən prezident seçkisi və demokratik institutların fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq
[b]AŞ PA-da Ermənistanda keçirilən prezident seçkisi və demokratik institutların fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq[b]
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Bürosu Parlament Assambleyasının (AŞ PA) Siyasi Bürosunda Ermənistanda keçirilən prezident seçkisi ilə bağlı müzakirələr aparılması gözlənilir.
[APA-nın Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, büroda həmçinin, Ermənistanda demokratik institutların fəaliyyətinə dair müzakirələrin aparılması barədə qərar qəbul edilib: "Biz seçkidən sonra baş verən hadisələr nəticəsində 28 nəfərin ölməsi, aksiya iştirakçılarına qarşı odlu silahlardan istifadə olunması və digər məsələlərlə bağlı məlumatları çatdırdıq. Bildirdik ki, Ermənistan nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınması məsələsini qaldırmaq lazımdır. Əgər bu sessiyada müvafiq qərar qəbul olunmasa, məsələni iyun sessiyasında yenidən qaldırmaq lazım gələcək. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə reaksiya göstərilmədi. İndi isə Ermənistan rəhbərliyi öz vətəndaşlarına qarşı belə siyasət yürüdür. Ermənistanla bağlı məsələnin müzakirəyə çıxarılması müsbət haldır". -
04-14-2008, 04:06 PMAPAEldar Mahmudov: "Ermənilər əsir və girovluqda olan azərbaycanlılar haqqında məlumatları gizlədirlər"
[b]Eldar Mahmudov: "Ermənilər əsir və girovluqda olan azərbaycanlılar haqqında məlumatları gizlədirlər"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 50 min insan sağlamlığını, 20 minə yaxın insan həyatını itirib. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında bu günə olan məlumata görə, 4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və axtarışdadır".
[APA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bu gün çərçivə sazişinin imzalanması mərasimində çıxış edən komissiyanın sədri, Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib. Komissiya sədri erməni tərəfinin hərbi əməliyyatların gedişində əsir, girov götürülməsi, saxlanması ilə bağlı barələrində şahid ifadələri olan azərbaycanlılar barədə məlumatları gizlətməkdə davam etdiyini açıqlayıb. Nazir Ermənistanın əsir, itkin və girovlarla bağlı fəaliyyət göstərən dövlət komissiyasının çox zaman destruktiv mövqe nümayiş etdirdiyini də deyib. Onun sözlərinə görə, faktlar sübut edir ki, Ermənistan, separatçı rejim əsir və girovlara münasibətdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. E. Mahmudov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində beynəlxalq hüquqa zidd olaraq azərbaycanlı mülki şəxslərin - qadın, qoca və uşaqların girov götürüldüyünü diqqətə çatdırıb: "Onlar uzun müddət qeyri-insani şəraitdə saxlanılıb, işgəncələrə məruz qalıblar, yaralı və xəstələrə heç bir tibbi yardım göstərilməyib. Bir çox halda isə girov götürülən mülki əhali kütləvi şəkildə qətlə yetirilib". Nazir qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana 414 ermənin itkin düşməsi barədə BQXK vasitəsi ilə məlumat çatdırıb: "Onlardan bəzilərinin guya Azərbaycanda saxlanması barədə yalan məlumatlar yayıblar. Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin təqdim etdiyi itkin ermənilərin siyahısı üzrə zəruri araşdırma və təhlil aparmışıq. Həmin siyahıda adları olan şəxslərdən 197 nəfəri Ermənistan, 211 nəfər isə erməni millətindən olan Azərbaycan vətəndaşıdır. Onların axtarışı istiqamətində gördüyümüz işlər barədə komitəyə dolğun məlumatlar vermişik. Bizdə olan məlumatlara görə, Ermənistan heç öz vətəndaşlarının axtarışı istiqamətində ilkin tədbirləri belə görməyib". -
04-14-2008, 04:11 PMAPAAŞ PA-nın plenar iclasında Ermənistanla bağlı müzakirələr başlayıb
[b]AŞ PA-nın plenar iclasında Ermənistanla bağlı müzakirələr başlayıb[b]
Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının plenar iclasında Ermənistanda demokratik institutların fəaliyyəti ilə bağlı müzakirələr başlayıb.
[APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Şurasının Ermənistanda səfərdə olmuş missiyasının rəhbəri Con Preskott bu ölkədə yaranmış vəziyyətə dair məruzə ilə çıxış edəcək. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun da çıxışı gözlənilir. -
04-14-2008, 04:16 PMAPADövlət Komissiyanın katibi: "4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır"
[b]Dövlət Komissiyanın katibi: "4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) ötən il keçirilən son iclasından indiyədək əsirlikdə olan 5 Azərbaycan vətəndaşı azad edilib, 2 erməni qarşı tərəfə qaytarılıb. APA-nın xəbərinə görə, bu barədə DK katibi Şahin Sayılov bildirib. Ş. Sayılov hazırda DK-da və Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) olan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı mövcud siyahılarda dəqiqləşmə işinə ciddi diqqət yetirildiyini və fərqin aradan qaldırılması istiqamətində zəruri işlər görüldüyünü söyləyib. O, 1062 şəxs barədə dəqiqləşdirilən məlumatların BQXK-ə göndərildiyini, itkin düşmüş şəxs kimi qeydiyyatda olan 231 nəfərin taleyinə aydınlıq gətirildiyini bildirib, 18 nəfərin isə itkin düşməsi faktının aşkarlanaraq qeydiyyata götürüldüyünü, barələrində zəruri işlərin aparıldığını qeyd edib. Komissiya katibi hazırda 4360 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, onlardan 783 nəfərinin Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri olduğunu diqqətə çatdırıb. Komissiyanın katibi son illər aparılan araşdırmalar nəticəsində 97 Azərbaycan vətəndaşının hərbi əməliyyatlar zamanı sağ olaraq işğal edilən ərazilərdə qaldığının təsdiq edildiyini açıqlayıb. -
04-14-2008, 04:21 PMAPAAŞ PA-nın Ermənistan üzrə xüsusi məruzəçisi bu ölkədə keçirilən prezident seçkilərindən sonrakı hadisələrdə 28 nəfərin öldüyünü bildirib
[b]AŞ PA-nın Ermənistan üzrə xüsusi məruzəçisi bu ölkədə keçirilən prezident seçkilərindən sonrakı hadisələrdə 28 nəfərin öldüyünü bildirib[b]
Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının Bürosunda Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirə olunub.
[APA-nın məlumatına görə, Ermənistan üzrə xüsusi məruzəçi Con Preskot çıxış edərək araşdırmalar və yoxlamalar nəticəsində Ermənistanda prezident seçkiləri zamanı qarşıdurmada, əvvəllər bəyan olunduğu kimi, 8 nəfərin deyil, 28 nəfərin öldüyünü bildirib. Onlardan 8-i meydanlarda, qalan 20 nəfər isə sonradan xəstəxanada dünyalarını dəyişiblər. C. Preskot onu da deyib ki, nümayişçilərə qarşı döyüş üçün nəzərdə tutulmuş bütün vasitələrdən, hətta döyüş qumbaralarından da istifadə olunub. Büro müzakirələrin nəticəsi olaraq aprelin 17-də AŞ PA-nın plenar iclasında Ermənistanda baş vermiş hadisələrin xüsusi müzakirəyə çıxarılması ilə bağlı qərar qəbul edib. Məsələnin müzakirəsi zamanı deputatlar Ermənistana qarşı bir neçə sanksiyanın tətbiq edilməsini, hətta Ermənistanın AŞ PA-da səs hüququnun dondurulmasını təklif ediblər. Ermənistanla bağlı qərarın AŞ PA plenar iclasında veriləcəyi gözlənilir. -
04-14-2008, 04:26 PMAPALuis Mariya de Puç: "AŞ PA-da Ermənistanda baş verən hadisələrlə bağlı sənəd qəbul olunacaq"
[b]Luis Mariya de Puç: "AŞ PA-da Ermənistanda baş verən hadisələrlə bağlı sənəd qəbul olunacaq"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində qurumun yeni prezidenti Luis Maria de Puç mətbuat konfransı keçirib.
[APA-nın Avropa bürosunun məlumatına görə, AŞ PA prezidenti Ermənistanda baş verən son hadisələrə münasibət bildirib: "AŞ PA və şəxsən mən özüm qurumun rəhbəri kimi Ermənistandakı vəziyyətdən çox narahatıq. Biz bu istiqamətdə artıq müəyyən işlər aparmışıq və indi də vəziyyəti yaxşılaşdırmaq uçun yol tapmağa çalışırıq. Mən Ermənistan parlamentinin spikeri Tiqran Torosyanla Sankt-Peterburqdakı görüşüm zamanı Avropa Şurasının standartlarını ona bir daha anlatmağa çalışdım, qurumun bir çox prinsip və standartlarının Ermənistan tərəfindən pozulduğunu bildirdim. Əgər Ermənistan rəhbərliyi həqiqətən də Avropa Şurasının prinsiplərinin tərəfdarlarıdırsa və götürdüyü öhdəliklərə əməl etməyi düşünürsə, biz bu ölkənin pozulmuş bəzi elementləri bərpa etməsinə və standartlara uyğunlaşdırmasına çalışmalıyıq". Ermənistanda baş verən hadisələrin sessiyada müzakirəyə çıxarılacağını qeyd edən AŞ PA prezidenti müzakirələrdən sonra tövsiyə xarakterli sənədin qəbul ediləcəyini, bununla da AŞ PA-nın öz mövqeyini ortaya qoyacağını vurğulayıb: "Biz inanırıq ki, Ermənistan qurumun prinsiplərini qəbul edir və yerinə yetirməyə çalışır. Lakin problemlərin olduğu halda, biz bütün digər dövlətlərə nümayiş etdirdiyimiz münasibəti Ermənistana da qarşı göstərəcək, rəsmi İrəvanın Avropa Şurasının standartlarını qəbul etməsində təkid edəcəyik". Gələn həftə Ermənistana səfər etməyi planlaşdırdığını diqqətə çatdıran Luis Mariya de Puç Azərbaycana da səfər edəcəyini deyib. Lakin o, Azərbaycana səfərinin dəqiq tarixinin hələlik məlum olmadığını söyləyib. -
04-14-2008, 04:31 PMAPAAŞ PA parlamentarları Ermənistanın Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməsini tələb edirlər
[b]AŞ PA parlamentarları Ermənistanın Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməsini tələb edirlər[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində bu gün Rusiya, Serbiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələr keçirilir.
[Ermənistanda keçirilmiş seçkilərdən sonra yaranmış vəziyyətlə bağlı çıxış edən Avropa Xalq Partiyasının üzvü, macarıstanlı deputat Nemet Zsolt kəskin danışıb. APA-nın Avropa bürosunun məlumatına görə, seçkilərdən sonrakı dövrdə dinc nümayişçilərə atəş açıldığını deyən N. Zsolt 9 nəfərin həlak olduğunu, 200 nəfərin siyasi motivlərlə həbs edildiyini bildirib: "Bundan sonra fövqəladə vəziyyət elan olundu. Ən pisi isə odur ki, Ermənistan hakimiyyəti Avropa Şurasının, Venesiya Komissiyasının rəyini almadan, onlara müraciət etmədən "Sərbəst toplaşma azadlığı haqqında" qanuna dəyişikliklər edib. Bu gün Ermənistan müxalifəti təkrar seçkilərin keçirilməsinin tələb edir və indiki prezidentin legitimliyini tanımır. Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq, məsələni araşdırmaq ucun müxalifət nümayəndələrinin iştirakı ilə müstəqil araşdırma aparmalıdır. Ermənistan bunu etməsə, AŞ PA bunu edəcək. Ermənistandakı son seçkilər onu göstərdi ki, bu ölkənin Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməlidir". AŞ PA-nın Ermənistanda prezident seçkilərini işləmiş missiyasına, habelə seçkilərdən sonra baş verənləri araşdırmaq üçün bu ölkəyə göndərdiyi qrupa rəhbərlik etmiş məruzəçi Con Preskot də çıxışında Ermənistanda prezident seçkiləri zamanı baş verən qarşıdurmada ölən və yaralananların olduğunu bildirib. O, dinc nümayişçilərə qarşı döyüş üçün nəzərdə tutulmuş bütün vasitələrdən istifadə olunduğunu deyib. Qeyd edək ki, fasilədən sonra Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Ermənistandakı prezident seçkiləri ilə bağlı çıxış edəcək. -
04-14-2008, 05:31 PMAPAMüsavat Partiyası mayın 3-nə mitinq təyin edib
[b]Müsavat Partiyası mayın 3-nə mitinq təyin edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının Divanı mayın 3-də mitinq keçirmək barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiya ölkədə kütləvi bahalaşmanın qarşısının alınması, əhalini mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçkiqabağı demokratik şəraitin yaradılması, mətbuata təzyiqlərin dayandırılması tələbləri ilə keçiriləcək. Mitinqin keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə üç yer - keçmiş "Qələbə" kinoteatrının qarşısındakı meydan, "Nərimanov" kinoteatrının qarşısındakı meydan və Ukrayna meydanı təklif olunacaq. Şəhər rəhbərliyi hansı varianta razılaşsa, aksiya orada keçiriləcək. Divanın toplantısında mayın 3-də partiya Məclisinin növbəti iclasının keçirilməsi qərara alınıb və Azərbaycan Xalq Cümhuriyyətinin 90, Əbülfəz Elçibəyin 70 illik yubileylərinin qeyd olunması üçün İsa Qəmbərin rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb. Komitəyə təntənəli tədbirlər planı hazırlamaq həvalə edilib. -
04-14-2008, 05:51 PMAPAƏdliyyə Nazirliyi Penitensiar Xidməti: "Eynulla Fətullayev intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına köçürülüb"
[b]Ədliyyə Nazirliyi Penitensiar Xidməti: "Eynulla Fətullayev intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına köçürülüb"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayev rejim pozuntusu halına yol verdiyi üçün cərimə təcridxanasına köçürülüb.
[Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, daxili intizam qaydalarını pozduğu üçün aprelin 10-da məhkumun barəsində 10 sutkalıq cəza müddəti seçilib. -
04-14-2008, 05:56 PMAPAİrəvanda martın 1-2-də baş vermiş qarşıdurmada ölənlərin sayı 10-a çatıb
[b]İrəvanda martın 1-2-də baş vermiş qarşıdurmada ölənlərin sayı 10-a çatıb[b]
İrəvan - APA. Ermənistanın paytaxtı İrəvanda martın 1-2-də hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında baş vermiş qarşıdurmada ölənlərin sayı 10-a yüksəlib.
[APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, hadisələr zamanı ağır yaralanmış Ararat vilayətinin sakini, 29 yaşlı Samvel Arutunyan aprelin 11-də keçinib. Səhiyyə nazirinin müşaviri Ruslana Gevorkyan bildirib ki, bir neçə gün əvvəl S. Arutunyanın vəziyyəti yaxşılaşıb, hətta həkimlər onu süni nəfəsalma aparatından ayırıblar: "Ancaq aprelin 11-də onun vəziyyəti pisləşdi və xəstə yenidən süni nəfəsalma aparatına qoşuldu, axşam saat 19-da isə keçindi". R. Gevorkyan hazırda xəstəxanalarda 1-2 mart hadisələri zamanı xəsarət almış 3 nəfərin müalicəsinin davam etdirildiyini, onların hamısının səhhətinin qənaətbəxş olduğunu söyləyib. -
04-14-2008, 06:06 PMAPAAzərbaycan Yazıçılar Birliyinin üzvü Əsəd Cahangirə sonuncu xəbərdarlıq olunub
[b]Azərbaycan Yazıçılar Birliyinin üzvü Əsəd Cahangirə sonuncu xəbərdarlıq olunub[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin iclasında birliyin üzvü Əsəd Cahangirlə bağlı şikayətlərə baxılıb və ona sonuncu xəbərdarlıq olunub. APA-nın məlumatına görə, birlik üzvləri Ə. Cahangirin etik normalara riayət etmədiyini əsas gətirərək, onun AYB-dən uzaqlaşdırılması xahişi ilə katibliyə müraciət ediblər. Ə. Cahangir katibliyin iclasında üzr istəyərək, bundan sonra daha diqqətli olacağını bildirib. Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib: "İclasda Əsəd Cahangirə etimad göstərilib. Bildirilib ki, davranışında etik normaları gözləməsə, o, müzakirəsiz AYB-dən xaric olunacaq". -
04-14-2008, 08:06 PMAPAAzərbaycan paytaxtında baş verən yol qəzasında iki nəfər ölüb
[b]Azərbaycan paytaxtında baş verən yol qəzasında iki nəfər ölüb[b]
Bakı. Samir Kazımlı- APA. Bu gün saat 17.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-qəzası baş verib.
[Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "VAZ-2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub, nəticədə "VAZ-2106"-ın sürücüsü və bir sərnişini aldığı xəsarətdən hadisə yerində ölüb, dörd nəfər isə ağır yaralanıb. Yaralılar Eyvazlı Günel Rafiq Qızı, Ələsgərli Sara Mirmahmud qızı, Ələsgərli Almaz Əmir qızı, Hidayətli Seymur Sabir oğlu 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. İlkin versiyaya görə, "Mersedes"in sürücüsü hərbçidir. Hadisəyə səbəb isə "VAZ-2106" markalı avtomobilin "Mersedes"in yoluna çıxması olub. Faktla bağlı araşdırma aparılır. -
04-14-2008, 08:11 PMAPASəməd Seyidov: "Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bunlar nə vaxtdan Avropa Şurasının standartlarına daxildir?"
[b]Səməd Seyidov: "Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bunlar nə vaxtdan Avropa Şurasının standartlarına daxildir?"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Rusiya, Serbiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələr keçirilib.
[APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. S. Seyidov AŞ PA-nın Ermənistandakı prezident seçkilərini izləmiş missiyasına, habelə seçkilərdən sonra baş verənləri araşdırmaq üçün bu ölkəyə göndərdiyi missiyaya rəhbərlik etmiş məruzəşi Con Preskotun hazırladığı məruzə ilə razılaşmadığını deyib. Azərbaycanlı millət vəkili bildirib ki, Ermənistanda totalitar rejim hökm sürür: "Ermənistanda, ümumiyyətlə, seçki deyilən nəsə keçirilmədi. Bəlkə də Avropa Şurasının tarixində bu quruma üzv olan heç bir ölkədə orda baş verənlərə bənzər hadisələrə rast gəlinməyib. Biz Ermənistanda demokratik institutların fəaliyyətini müzakirə edəcəyik, amma bu müzakirənin adını Ermənistanda demokratik institutların fəaliyyətsizliyi adlandırsaq, daha yaxşı olar. Mən cənab Preskotun bu seçkilərlə bağlı hesabatını oxuduqdan sonra istərdim ki, əsasən seçkilərdən danışım. Cənab Preskot hesabatında belə yekun qənaətə gəlib ki, seçkilər Avropa Şurasının standartlarına uyğun keçirilib. Bu nə deməkdir, bu hansı standartlardır? Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bu baş verənlər nə vaxtdan Avropa Şurasının standartlarına daxildir? Bəlkə Avropada yeni standartlar peyda olub, bizim xəbərimiz yoxdur? Bütün bunlarla yanaşı, həm də Avropa Şurasına heç olmasa bu müzakirələri təşkil etdiyi üçün təşəkkür edirəm. Mən hələ də başa düşə bilmirəm ki, Tibetdə bir neçə nəfər həlak olanda ayağa qalxan dünya Ermənistandakı bu qədər qəddar vəziyyətə niyə göz yumur? Biz elə etməliyik ki, bütün dünyanın Ermənistanda baş verənlərdən xəbəri olsun". -
04-14-2008, 10:21 PMAPAQənirə Paşayeva Ermənistanın addımlarının bölgədə vəziyyəti gərginləşdirməyə yönəldiyini bəyan edib
[b]Qənirə Paşayeva Ermənistanın addımlarının bölgədə vəziyyəti gərginləşdirməyə yönəldiyini bəyan edib[b]
[Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Kosovo, Rusiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələrdə azərbaycanlı millət vəkili Qənirə Paşayeva da çıxış edib. APA-nın Avropa bürosunun məlumatına görə, millət vəkili Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb, Ermənistanın BMT və AŞPA-nın qətnamələrinə məhəl qolmayaraq, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyini xatırladıb: "Qonşu Ermənistanda keçirilən son seçkilər, bu seçkilər ərəfəsində və seçkilərdən sonra baş verən proseslər Avropa Şurası, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarını narahat etməklə yanaşı, Cənubi Qafqaz bölgəsində gərginliyi artırıb. Bugünkü Ermənistan prezident Serc Sarkisyan seçki təbliğatı kampaniyasında və innaqurasiya mərasimində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə davam edən danışıqlar prosesinə zərbə vuran çoxsaylı açıqlamalar verib. Ən dəhşətlisi odur ki, rəsmi İrəvan Ermənistan prezidentinin seçkilərini işğal etdiyi Azərbaycan ərazilərində, Dağlıq Qarabağda, Laçın və Kəlbəcər rayonlarında keçirib. Bununla da rəsmi İrəvan beynəlxalq hüquq normalarını növbəti dəfə pozub, eyni zamanda münaqişənin dinc yolla nizamlanmasına dair Avropa Şurası qarşısındakı öhdəliyə əməl etmədiyini bir daha göstərib. Ermənistan rəhbərliyi seçkilərdən dərhal sonra ölkədə elan etdiyi fövqaladə vəziyyət rejiminə qarşı beynəlxalq təşkitlatların və ölkə ictimaiyyətin sərt reaksiyasını gördükdən sonra beynəlxalq təşkilatların və əhalinin diqqətini başqa istiqamətdə yönəltmək üçün bütün bölgə üçün təhlükəli olan təxribat xarakterli addımlara əl atıb. Martın 4-də Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq işğal etdikləri Azərbaycan ərazilərində qurduqları hərbi mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinə və dinc sakinlərə hücum ediblər. Ölən və yaralananlar olub. Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınsa da, gərginlik bu gün də davam edir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qurduğu mövqelərindən atəşkəs rejimini tez-tez pozaraq, snayperlərlə öz həyətlərində, əkin sahələrində işləyən dinc sakinləri hədəfə alır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Avropa Şurası Parlament Asambleyası Ermənistan rəhbərliyindən bölgədə vəziyyəti gərginləşdirən addımları dayandırmağı və 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb etməlidir. Əks halda, bölgədə vəziyyət daha da gərginləşəcək". Q. Paşayeva AŞ PA rəhbərliyini bu günlərdə Ermənistan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş sənədlə tanış olamağa çağırıb. Onun sözlərinə görə, bu sənəd münaqişə ətrafında bölgədə vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Q. Paşayeva BMT- Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamənin qəbul olunduğunu, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiqləndiyini, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarını qayıtmasına imkan verməyə çağırıldığını vurğulayıb: "Amma Ermənistan parlamentində müzakirə olunan sənəddə və çıxışlarda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsinin və bununlada bölgədə davamlı sülh və sabitliyin yaranmasının vacibliyi barədə bir cümlə də yoxdur. Əksinə, parlamentdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri surətlə məskunlaşdırmağın vacibliyi vurğulanıb. Onların fikrincə, işğal etdikləri Azərbaycan ərazilərinə erməniləri surətlə köçürməklə danışıqlar prosesində rəsmi Bakını çətin vəziyyətdə qoya bilərlər. Ermənistan parlamentindəki müzakirələrdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi ya Dağlıq Qarabağın müstəqilliyi, yaxud Ermənistana birləşdirilməsi yolu ilə öz həllini tapa bilər. Bu isə Ermənistanın ölkələrin ərazi bütövlüyü kimi beynəlxalq hüquq prinsiplərinə, BMT, AŞPA-nın və digər beynəlxalq təşkilatların qətnamələrinə, AŞ qarşısında üzərinə götürdüyü öhdəliyə məhəl qoymadığını bir daha aydın şəkildə göstərir. Eyni zamanda danışıqlar prosesini zərbə altına qoyur". Ermənistandakı prezident seçkilərinə yanaşmadan danışan millət vəkili qeyd edib ki, demokratik və azad seçkilər, insan haqları və qanun aliliyinin qorunması və.s kimi Avropa Şurasının təməl sütunları olan dəyər və prinsiplərə yanaşmada ikili standartlara yol verilməməlidir: "Biz bir ölkədə bu sahədə baş verən pozuntulara loyal, digərinə kəskin münasibət bildirməklə Avropa məkanı insanları arasında təşkilata olan inamı və etimadı ciddi sarsıtmış oluruq. Ermənistan dövləti də Avropa Şurasının üzvü kimi qurumun norma və prinsiplərinə sadiq qalmalı, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir". -
04-15-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozublar
[b]Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozublar[b]
Dağlıq Qarabağ-APA. Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə atəşkəs rejimini növbəti dəfə pozublar.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 18.30-dan bu gün saat 03.00-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsindəki mövqelərini atəşə tutublar. Bundan başqa ermənilər saat 15.40-dan gecə saat 02.45-dək fasilələrlə Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, o cümlədən Aşağı Veysəlli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 23.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan bu gün saat 01.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, bu gün saat 01.25-dən 01.35-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-15-2008, 10:36 AMAPAİtaliyada keçirilən parlament seçkilərində Silvio Berluskoninin partiyası qalib gəlib
[b]İtaliyada keçirilən parlament seçkilərində Silvio Berluskoninin partiyası qalib gəlib[b]
[Roma - APA. İtaliya parlamentinə keçirilən növbədənkənar seçkilərdə Silvio Berluskoninin rəhbərlik etdiyi sağ-mərkəzçi "Azadlıq xalqı" partiyası qalib gəlib. APA-nın məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyi artıq seçkilərin ilkin nəticələrini açıqlayıb. İlkin hesablamalara görə, Silvio Berluskoninin partiyası Senata keçirilən seçkilərdə 47,1 faiz, aşağı palataya keçirilən seçkilərdə isə 45,2 faiz səs toplayıb. Onun əsas rəqibi Valter Vetroninin Demokrat Partiyası isə müvafiq olaraq 37,9 faiz və 39,1 faiz səs toplayıb. Demokrat Partiyasının seçki qərargahında çıxış edən Valter Vetroni rəqibini qalib gəlməsi münasibətilə təbrik edib. Sağ-mərkəzçi partiyanın seçkilərdə qalib gəlməsi rəsmiləşdikdən sonra Silvio Berluskoni artıq üçüncü dəfə İtaliya hökumətinə rəhbərlik etmək imkanı qazanacaq. Xatırladaq ki, 72 yaşlı Silvio Berluskoni buna qədər 1994 və 2001-2006-cı illərdə İtaliya hökumətinə rəhbərlik edib. İtaliyanın ən varlı şəxsi olan Berluskoninin rəhbərlik etdiyi "Fininvest" holdinqi özündə 150-dən artıq şirkəti birləşdirir. Silvio Berluskoni həmçinin "Milan" futbol klubunun prezidentidir. "Forbes" jurnalının versiyasına görə, İtaliyanın keçmiş və gələcək baş naziri dünyanın 25 ən varlı adamından biridir. -
04-15-2008, 10:51 AMAPAŞuşada doğulmuş və Bakıda hərbi təhsil almış Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub
[b]Şuşada doğulmuş və Bakıda hərbi təhsil almış Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub[b]
İrəvan - APA. Prezident Serj Sarkisyanın fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyran Ohanyan müdafiə naziri təyin olunub. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, S. Sarkisyanın digər fərmanı ilə Fransadakı səfir Eduard Nalbandyan xarici işlər naziri vəzifəsinə gətirilib.
[S. Ohanyan 1962-ci ildə qədim Azərbaycan şəhəri Şuşada anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Almaniya Demokratik Respublikasında dislokasiya olunmuş sovet qoşunlarında xidmət edib, 1988-ci ildə Zaqafqaziya hərbi dairəsinə göndərilib. 1992-ci ilin aprelinə qədər Xankəndindəki 366-cı motoatıcı alayın tərkibində batalyon komandiri olub və Xocalı soyqırımının törədilməsində fəal iştirak edib. 1992-ci ilin sentyabrında döyüşlərdə ağır yaralanıb. 2007-ci ilin mayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub. Yeni xarici işlər naziri E. Nalbandyan isə 1956-cı ildə Ermənistanda doğulub. 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1988-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1978-1983-cü illərdə SSRİ-nin Liviyadakı səfirliyində, 1983-1986-cı ildə SSRİ XİN aparatında çalışıb, 1986-1992-ci illərdə SSRİ-nin, sonra Rusiyanın Misirdəki səfirliyinin müşaviri, 1992-1993-cü illərdə Ermənistanın Misir, Mərakeş və Omandakı müvəqqəti işlər vəkili olub. 1999-cu ildən indiyədək Ermənistanın Fransadakı səfiri vəzifəsində çalışıb. Fransız, ingilis, ərəb dillərini bilir. -
04-15-2008, 11:16 AMAPAÇeçenistan prezidenti və "Şərq" xüsusi batalyonunun komandirinin mühafizəçiləri arasında atışma baş verib
[b]Çeçenistan prezidenti və "Şərq" xüsusi batalyonunun komandirinin mühafizəçiləri arasında atışma baş verib[b]
[Çeçenistan - APA. Aprelin 14-də Çeçenistanın Qudermes şəhərində prezident Ramzan Kadırov və "Şərq" xüsusi batalyonunun komandiri Sulim Yamadayevin mühafizəçiləri arasında atışma baş verib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışmaya mühafizəçilərdən ibarət avtomobil kortejlərinin bir-birinə yol verməməsi səbəb olub. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir. Olaydan sonra şəhərdə gərgin vəziyyət yaranıb, küçələrə hərbi qüvvə yeridilib, əlavə milis postları qoyulub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. -
04-15-2008, 11:21 AMAPAAraz Əzimov: "Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq"
[b]Araz Əzimov: "Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Bu gün Vyanada keçiriləcək görüş işçi xarakter daşıyan görüşdür. Minsk Qrupunun həmsədrləri son aylarda baş verənləri öz aralarında müzakirə edib ATƏT sədrinə məruzə edəcəklər. Onlar hansısa addımlar təklif etməlidirlər. Çünki Buxarestdə onlardan müxtəlif məsələlərin aydınlaşdırılması tələb olunub".
[APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun bu gün Vyanada keçiriləcək toplantısı ilə bağlı açıqlamasında deyib. O, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilməsinin dövlət başçılarının öz qərarlarından asılı olduğunu söyləyib: "Metyu Brayza görüşün olacağını deyirsə, ya nəsə bilir, ya da bu, onun istəyidir. Danışıqlar üçün əsas yarandıqda biz bundan heç vaxt çəkinmirik. Amma Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq". GUAM ölkələri ərazisindəki münaqişələrlə bağı BMT-yə təqdim olunmuş qətnaməyə toxunan A. Əzimov Azərbaycanın bu məsələdə ilk addımı atdığını xatırladıb: "Bu, GUAM-ın qətnaməsinin irəli sürülməsi və səsə qoyulması üçün əlavə əsas olacaq". Nazir müavini Azərbaycanın həmsədrlərin dəyişdirilməsi proseduru barədə ATƏT-ə göndərdiyi sorğuya hələ cavab verilmədiyini də bildirib. -
04-15-2008, 11:26 AMAPAAzərbaycanda həbs edilmiş Böyük Britaniya vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb
[b]Azərbaycanda həbs edilmiş Böyük Britaniya vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda həbs edilmiş Böyük Britaniya vətəndaşı Patrik O`Brayan bu gün məhkəmə zalından azadlığa buraxılıb.
[APA-nın məlumatına görə, bu barədə qərar bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilmiş prosesdə qəbul olunub. Qərar Azərbaycan qanunvericiliyinə əsasən qəbul olunub. Törədilmiş cinayətin üstündən 15 il keçibsə, qanunvericilik həmin şəxsin həbsinə icazə vermir. Məhkəmə məhz bu müddəanı əsas götürərək, Böyük Britaniya vətəndaşının həbsdən azad edilməsinə qərar verib. Həmçinin məhkəmədə Patrik O`Brayanın ittiham olunduğu cinayəti törətməsi sübuta yetirilməyib. Qeyd edək ki, Böyük Britaniya vətəndaşının 1975-77-ci illərdə öz ölkəsində seksual xarakterli hərəkətlər etdiyi, buna görə də İnterpol vasitəsilə axtarışda olduğu bildirilib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə diplomatik kanallar vasitəsilə Böyük Britaniyada cinayət törətməkdə təqsirləndirilən Patrik O`Brayanın həbsinə dair səlahiyyətli məhkəmənin qərarı və onun təslim edilməsi barədə sorğu daxil olub. Bundan sonra P. O`Brayan bu ilin fevralında Bakıda saxlanılıb və barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. -
04-15-2008, 11:31 AMAPAABŞ-dakı Azərbaycan diaspora təşkilatlarının rəhbərləri Kolumbiya Universitetində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiri
[b]ABŞ-dakı Azərbaycan diaspora təşkilatlarının rəhbərləri Kolumbiya Universitetində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiriblər[b]
Nyu-York. Hüsniyyə Həsənova - APA. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporasının rəhbərləri Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin hər il keçirdiyi "Millətlərin Araşdırılması üzrə Ümumdünya Assosiasiyası"nın ("World Convention of the Association for the Study of Nationalities") 13-cü toplantısında çıxışlar ediblər.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov, Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov, Azərbaycan Diplomatik Akademiyasının nümayəndələri Fariz İsmayılzadə, Taleh Ziyadov və digər diaspora fəalları Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiriblər. Onlar toplantının Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hissəsində regionda ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın Rusiya İmperiyasının ərazini ələ keçirməsindən sonra başladığını bildiriblər. Erməni alimləri isə Ermənistan siyasi elitasının Rusiyadan çox asılı olduğunu və güzəştə gedən istənilən qüvvənin siyasi səhnədən uzaqlaşdırıldığını söyləyiblər. Türkiyədə yaşayan milli azlıqların vəziyyəti ilə bağlı dinləmələr isə kəskin bəyanatlarla yadda qalıb. Erməni alimi Alla Mirzoyan Ankaranın Azərbaycana dəstək verməsini səhv adlandıraraq Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılmasının vacibliyini vurğulayıb. A. Mirzoyan uydurma "erməni soyqırımı"nın tanınması istiqamətində erməni diasporasının apardığı mübarizənin Türkiyənin ərazi bütövlüyünə qarşı yönəlmədiyini deyib. Buna cavab olaraq Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov ermənilərin Dağlıq Qarabağı işğal edərək Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri kobud surətdə pozduğunu bəyan edib. Onun qondarma "erməni soyqırımı" bəhanəsindən istifadə edərək Türkiyəyə qarşı da eyni addımın atılmasının niyə mümkünsüz olduğu barədə sualına erməni alimi cavab verə bilməyib. Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov isə Türkiyədə erməni jurnalisti Qrant Dinkin dəfn mərasiminə 100 min insanın qatıldığını misal göstərərək hər hansı erməninin qətlə yetirilmiş türkün və azərbaycanlının dəfn mərasiminə qatılmasının mümkünsüz olduğunu söyləyib. -
04-15-2008, 11:56 AMAPAMəşhur amerikalı nəzəriyyəçi-fizik Con Arçibald Uiler vəfat edib
[b]Məşhur amerikalı nəzəriyyəçi-fizik Con Arçibald Uiler vəfat edib[b]
[Vaşinqton - APA. Məşhur amerikalı nəzəriyyəçi-fizik, Prinston Universitetinin professoru Con Arçibald Uiler 96 yaşında vəfat edib. APA-nın məlumatına görə, ABŞ-da atom silahının yaradılmasında xüsusi rol oynayan və elmə "qara dəliklər" anlayışını gətirən alim pnevmoniyadan əziyyət çəkirmiş. 1911-ci ildə ABŞ-ın Ceksonvill şəhərində dünyaya gələn C. A. Uiler 21 yaşında Con Hopkins Universitetində fizika üzrə doktorluq dissertasiyası müdafiə edib. 30-cu illərin ortalarında Danimarkaya gedərək görkəmli alim Nilson Borla birlikdə çalışıb. 1939-cu ildə N. Bor ABŞ-a köçüb və alman alimlərinin atom nüvəsinin parçalanmasında uğur əldə etdiklərini xəbər verib. Bir müddət sonra N. Bor və C. A. Uiler ABŞ-da atom nüvəsinin parçalanması nəzəriyyəsini işləyib hazırlayıblar. İkinci Dünya Müharibəsi illərində C. A. Uiler atom bombası yaradılması məqsədi güdən "Manhattan Projekt" layihəsində çalışıb. O, 1967-ci ilin dekabrında keçirilən elmi konfransda ilk dəfə olaraq zaman və məkanda "qara dəliklər" terminini işlədib. -
04-15-2008, 12:01 PMAPAAzərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans keçirilir
[b]Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans keçirilir[b]
[APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın tarixindən danışıb. Nazir GUAM-a daxil olan ölkələrin Avropa və Avro-Atlantik qurumlara üzvlüyünü özünə öhdəlik götürdüyünü, hazırda quruma Azərbaycanın sədrlik etdiyini söyləyib. Onun sözlərinə görə, GUAM ölkələri geosiyasi, iqtisadi inkişafa üstünlük verir. Mövcud münaqişələr isə bu ölkələrin iqtisadi inkişafına maneçilik törədir: "GUAM ərazisindəki mövcud münaqişələrin hamısı aqressiv separatizm tətbiq edilməklə yaranıb. Həmin ərazilər legitim qurumların nəzarətindən çıxıb. Münaqişələr regionda müxtəlif növ cinayətlər üçün şərait yaradıb, təhlükə və risklər üçün münbit şərait var. İnanırıq ki, münaqişələrin həllinin sülh yolundan başqa alternativ yoxdur. Amma münaqişələrin həllində yaranmış durğunluq beynəlxalq ictimaiyyəti narahat etməlidir. Bu münaqişələrin həllində beynəlxalq prinsiplərinin tətbiq olunması təmin edilməlidir. Münaqişələrin həllində ikili standart yanaşması etimadsızlıq yaradır". Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski Ukraynanın dondurulmuş münaqişələrin həllinə böyük diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna münaqişələrin ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli dəstəkləyir. Ötən il Kiyevdə dondurulmuş münaqişələrə həsr olunmuş forumun keçirildiyini xatırladan səfir bu il də belə bir tədbirin planlaşdırıldığını bildirib. O, Kosovonun müstəqilliyini elan etməsi ilə yeni problemin ortaya çıxdığını söyləyib: "Separatçılar bu prosesdən istifadə etməyə başlayıblar. Ukrayna Kosovonu presedent saymır. Hər bir münaqişənin ayrıca həllini axtarmaq lazımdır". Gürcüstanın re-inteqrasiya üzrə dövlət nazirinin müavini Dmitri Mandcavidze ölkəsindəki mövcud vəziyyətdən danışıb. O bildirib ki, GUAM dövlətlərinin münaqişələrin həllində prioritetləri olmalıdır: "Mövcud vəziyyət dözülməzdir və dəyişilməlidir. Gürcüstandakı münaqişələr Gürcüstanın ərazi bütövlüyü və bütün etnik qrupların maraqlarına uyğun həllini tapacaq. Bu münaqişələrin həllində Rusiya amili var, istənilən xarici faktorun müdaxiləsi qəbuledilməzdir. Gürcüstanda münaqişələrlə bağlı heç bir danışıq getmir, prosesə sıfırdan başlamalıyıq. Avro-Atlantik cəmiyyət münaqişələrin həllinə kifayət qədər diqqət yetirmir". Moldovanın re-inteqrasiya üzrə dövlət nazirinin müavini İon Ptevila münaqişələrin həllinə beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət yetirmədiyini bildirib. Ciddi təhlükə və riskin ortaya çıxdığını deyən nazir müavini münaqişələrin yaranmasında və həllində oxşarlıqların olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, digərləri ilə müqayisədə Dnestryanı münaqişənin həlli daha asandır. GUAM-ın baş katibi Valeri Çeçalaşvili qurumun fəaliyyətindən danışıb, regional təşəbbüsün beynəlxalq təşkilata çevrildiyini deyib: "GUAM öz potensialı ilə yaranmış münaqişələrin həllinə nail ola bilər. Bu həll beynəlxalq hüquq prinsipləri çərçivəsində olmalıdır. Quruma üzv ölkələrdə separatçı rejimlərin gələcəyi yoxdur". -
04-15-2008, 12:16 PMAPAAzərbaycan sülhməramlılarını Kosovodan çıxarıb
[b]Azərbaycan sülhməramlılarını Kosovodan çıxarıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Kosovoda Sülhün Dəstəklənməsi Əməliyyatlarında (KFOR) xidmət edən sülhməramlı taqımı Vətənə qayıdıb. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu məlumat verib.
[E. Sabiroğlunun sözlərinə görə, taqım Milli Məclisin qərarına əsasən geri çağırılıb.Qeyd edək ki, Azərbaycan sülhməramlı taqımı Türkiyə Silahlı Qüvvələrinin egidası altında Kosovonun Albaniya ilə həmsərhəd Draqaş bölgəsində sülhyaratma əməliyyatlarında iştirak edib. 33 hərbçidən ibarət olan taqım 1 sentyabr 1999-cu ildən etibarən KFOR-un tərkibində Kosovoda xidmət edib. Kosovo birtərəfli qaydada öz müstəqilliyini elan edəndən sonra Azərbaycan prezidentinin müraciəti əsasında Milli Məclis martın 4-də sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib. Azərbaycan sülhməramlılarının xidmət etdiyi ərazinin Gürcüstan sülhməramlılarına təhvil verildiyi bildirilir. -
04-15-2008, 12:21 PMAPAXanlar rayonunun Göygöl adlandırılması parlamentin müzakirəsinə tövsiyə edilib
[b]Xanlar rayonunun Göygöl adlandırılması parlamentin müzakirəsinə tövsiyə edilib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycanın Xanlar rayonunun adının dəyişdirilməsi ilə bağlı məsələ yenidən müzakirəyə çıxarılıb. Rayonun Göygöl adlandırılması ilə bağlı təklif müzakirə edilib və məsələnin parlamentin müzakirəsinə çıxarılması tövsiyə olunub. Bundan başqa, Qobustan rayonunun Yekəxana kəndinin Qədirli adlandırılması təklifinə də baxılıb. Bu məsələnin də Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə edilib. -
04-15-2008, 12:36 PMAPAAzərbaycanın xalq artisti Yaşar Nuriyə donorluq etməyə razılıq verən iki nəfər aprelin 20-də Türkiyəyə gedəcək
[b]Azərbaycanın xalq artisti Yaşar Nuriyə donorluq etməyə razılıq verən iki nəfər aprelin 20-də Türkiyəyə gedəcək[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Yaşar Nuriyə donorluq etmək üçün iki nəfər aprelin 20-də Türkiyəyə gedəcək. Bu barədə APA-ya açıqlamasında xalq artisti özü məlumat verib.
[Y. Nurinin yaxın qohumları olan donorlar, Türkiyənin İstanbul "Memorial" Xəstəxanasında analiz verəcəklər. Onların hansının analizinin nəticələri müsbət alınsa, Y. Nuriyə qaraciyərin köçürülməsi əməliyyatı aparılacaq. Qeyd edək ki, bu il fevralın 9-da İstanbul "Memorial" Xəstəxanasına yerləşdirilən Y. Nuri qaraciyər serrozundan əziyyət çəkir. Hazırda Bakıda olan aktyora donor axtarılır. -
04-15-2008, 12:41 PMAPAMoldova dövlət nazirinin müavini: "Moldova GUAM-dan çıxmaq niyyətində deyil"
[b]Moldova dövlət nazirinin müavini: "Moldova GUAM-dan çıxmaq niyyətində deyil"[b]
Bakı. Tamara Qriqoriyeva - APA. "Moldova GUAM-dan çıxmaq fikrində deyil. Sadəcə, biz təşkilatın fəaliyyətindən narazıyıq". APA-nın məlumatına görə, bunu Moldovanın Reinteqrasiya üzrə dövlət nazirinin müavini İon Ptevli bildirib.
[Moldova prezidentinin bir müddət əvvəl ölkəsinin GUAM-dan çıxacağı ilə bağlı fikirlərinə aydınlıq gətirən nazir müavini indiyədək GUAM çərçivəsində heç bir konkret layihənin həyata keçirilməsinə nail olunmadığını qeyd edib: "Əminik ki, iqtisadi, energetika, kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin həyata keçirilməsi üçün şanslar var. Bu layihələrin yaxın vaxtlarda həyata keçirilməsini istəyirik". -
04-15-2008, 12:46 PMAPAOruc Zalov: "Cinayətkar qruplar Cənubi Qafqazın nəzarətsiz əraziləri vasitəsilə Avropaya narkotik vasitələr ötürmək gücünə malikdirlər"
[b]Oruc Zalov: "Cinayətkar qruplar Cənubi Qafqazın nəzarətsiz əraziləri vasitəsilə Avropaya narkotik vasitələr ötürmək gücünə malikdirlər"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Bir sıra ölkələrdə, xüsusən Əfqanıstanda qanunsuz istehsal edilən narkotik vasitələrin qeyri-leqal daşınması zamanı Azərbaycan ərazilərindən də tranzit kimi istifadə edilir".
[APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov Avropa Birliyi, BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi "Cənubi Qafqazda narkotiklərə nəzarət" proqramının 5-ci mərhələsinin təqdimat mərasimindəki çıxışında deyib. Əfqanıstanda narkotik vasitələrin istehsalının ilbəil artdığına diqqət çəkən nazir müavini bildirib ki, 2006-cı ildə bu ölkədə 4600 ton heroin istehsal olunubsa, ötən il bu rəqəm 8 min tonu ötüb: "Sözsüz ki, cənubdakı bəzi ölkələrdə, Əfqanıstanın nəzarət olunmayan ərazilərində istehsal olunan narkotik maddələr imkanlı və inkişaf etməkdə olunan ölkələrə satış məqsədilə ötürülür. Bu məqsədlə Cənubi Qafqazın ərazindən də istifadə olunması da istisna deyil". O. Zalov Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin ilbəil genişləndiyini söyləyib. O, elə bu gün səhər aparılan əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan çox narkotik maddənin aşkarlandığını xəbər verib: "Nə qədər geniş mübarizə tədbirləri aparılsa da, belə hallar baş verir. Azərbaycanın 20 faiz ərazisi işğal altında olduğundan həmin ərazilərə nəzarət etmək mümkün deyil. Cinayətkar dəstələr Əfqanıstandan, İrandan Cənubi Qafqazın nəzarət olunmayan əraziləri vasitəsilə Avropa ölkələrinə narkotik vasitələr ötürmək gücünə malikdirlər". DİN rəsmisi Azərbaycanda narkotik maddələrdən istifadənin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomaniyadan əziyyət çəkən insanların müalicəsi ilə bağlı mühüm addımlar atıldığını qeyd edib. Bununla bağlı dövlət proqramının təsdiq olunduğunu xatırladan O. Zalov sənədin icra edilməkdə olduğunu vurğulayıb. -
04-15-2008, 12:51 PMAPAAzərbaycanın xarici işlər naziri: "Ermənistanın yeni xarici işlər nazirini hətta üzdən belə tanımıram"
[b]Azərbaycanın xarici işlər naziri: "Ermənistanın yeni xarici işlər nazirini hətta üzdən belə tanımıram"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də beynəlxalq təşkilatlar anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü prinsipindən kənarda həll oluna bilməz".
[APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. O, həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair təkliflər irəli sürməli olduğunu deyib: "Ola bilsin ki, buna qədər xarici işlər nazirləri arasında tanışlıq xarakteri daşıyan görüş keçirilsin. Mən Ermənistanın xarici işlər naziri ilə görüşməyin əleyhinə deyiləm, onu hətta üzdən belə tanımıram. Amma bu görüşün nə vaxt və harada keçirilməsi məsələsini həmsədrlər müəyyənləşdirməlidir. Biz Dağlıq Qarabağ münaqişəsinin həll etməliyik, amma Ermənistan da gərək konstruktiv mövqedən çıxış etsin. Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, bu, bir o qədər bu ölkəyə və ümumilikdə regiona pozitiv təsir göstərəcək". Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin bir mənalı şəkildə dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həllini vacib sayıb: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə tam şəkildə bizim mövqeyimizi əks etdirir. Bizim mövqeyimiz dəyişməz qalır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz yurdlarına qayıtmalıdır. Bildiyiniz kimi, bu mövqe hərtərəfli dəstək qazanıb. O cümlədən NATO-nun Buxarest sammitinin yekin bəyannaməsində də bu mövqeyə tam dəstək verilib. Bəyannamədə Azərbaycanla yanaşı, Moldova, Ermənistan və Gürcüstanın da ərazi bütövlüyünün tanınması məsələsi də öz əksini tapıb". Elmar Məmmədyarov Ermənistan xarici siyasət idarəsinə yeni rəhbər təyin olunmasının danışıqlar prosesinin sıfır nöqtəsindən başlaması anlamı daşımadığını bildirib: "Hesab etmirəm ki, Ermənistan xarici işlər naziri postuna yeni təyinatla əlaqədar danışıqlar prosesi yenidən başlasın. Bu, əvvəlki danışıqların davamı olacaq. Biz artıq Praqa prosesi çərçivəsində çox məsələləri razılaşdırmışıq və bu prosesi davam etdirməliyik. Beynəlxalq ictimaiyyət artıq Ermənistanın bunu qəbul etmədiyini bilir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsini müzakirə edə bilərik". Elmar Məmmədyarov Bolqarıstana gözlənilən səfəri çərçivəsində bu ölkənin prezidenti, baş naziri, xarici işlər naziri ilə görüşlərinin planlaşdırıldığını bildirib: "Bu səfər Bolqarıstan prezidentinin Bakıya səfəri zamanı başlanan dialoqun davamı olacaq. Azərbaycanla Bolqarıstanın münasibətləri uğurla inkişaf edir. Bu əməkdaşlığın inkişafı xüsusilə iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə daha çox nəzərə çarpır. Biz həmçinin "Nabucco" layihəsi çərçivəsində də əməkdaşlıq edirik". -
04-15-2008, 12:56 PMAPAAzərbaycan Milli Məclisində Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında insident baş verib
[b]Azərbaycan Milli Məclisində Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında insident baş verib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında deputat Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında növbəti dəfə insident baş verib.
[APA-nın məlumatına görə, iclas başlayan kimi millət vəkili Sabir Rüstəmxanlı parlamentdə deputatlar arasında ayrı-seçkilik qoyulduğunu deyib. O, millət vəkillərinin bir qisminin ayrıca liftlərdən və qapılardan istifadə etməsinə etirazını bildirib. Spiker O. Əsədov isə "danışığınıza fikir verin, bu, məndən əvvəl də belə olub, heç kim ayrı-seçkiliyə yol vermir", - deyə cavab verib. Bu vaxt P. Hüseyn yerindən qalxaraq, S. Rüstəmxanlının haqlı olduğunu söyləyib. Spiker isə əsəbi halda onu yerindən danışmamağa, söhbətə müdaxilə etməməyə çağırıb. Bundan sonra P. Hüseyn daha sərt reaksiya göstərib. O, spikeri etik normalara əməl etməyə dəvət edib. Mübahisəyə müdaxilə edən deputat Nizami İsgəndərov həmkarı P. Hüseynə sözlərinə və hərəkətlərinə diqqət etməyi məsləhət görüb. P. Hüseyn isə cavabında onun ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra O. Əsədov P. Hüseynə "Sən özündən çox razısan, amma buna heç bir səbəb yoxdur", - deyə bildirib. -
04-15-2008, 01:01 PMAPAElsevər Ağayev: "Azərbaycanda narkomaniyadan əziyyət çəkən 21 mindən artıq xəstə qeydiyyatda olsa da, bu rəqəm reallığı əks etdirmir"
[b]Elsevər Ağayev: "Azərbaycanda narkomaniyadan əziyyət çəkən 21 mindən artıq xəstə qeydiyyatda olsa da, bu rəqəm reallığı əks etdirmir"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanın regionlarında narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün həkim çatışmazlığı mövcuddur. Bu səbəbdən Səhiyyə Nazirliyinin tapşırığı ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu bölgələrdə narkologiya üzrə mütəxəssislərin hazırlanması üzrə səyyar kurslar keçirir". Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, regionlarda mövcud olan narkoloji dispanserlərin fəaliyyətinin və kadr potensialının gücləndirilməsi istiqamətində də müvafiq işlərin görülməsi nəzərdə tutulub. Nazir müavini narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün Respublika Narkoloji Dispanserində "Metodom" preparatından istifadə edildiyini söyləyib: "Paralel müalicə metodu olan bu üsulla hazırda 96 xəstə müalicə olunur. Xəstələrin bu üsulla müalicəsi dövlət hesabına həyata keçirilir". E. Ağayev narkomaniyadan əziyyət çəkən xəstələrin sayının müəyyənləşdirilməsi istiqamətində də işlərin görüldüyünü açıqlayıb: "Azərbaycanda narkomaniyadan əziyyət çəkən 21 mindən artıq xəstə qeydiyyatdadır. Amma bu rəqəm reallığı əks etdirmədiyindən dəqiq sayın araşdırılması istiqamətində işlər başlanıb". -
04-15-2008, 01:06 PMAPARusiya mətbuatı: Vladimir Putin Alina Kabaeva ilə evlənməyə hazırlaşır
[b]Rusiya mətbuatı: Vladimir Putin Alina Kabaeva ilə evlənməyə hazırlaşır[b]
Moskva - APA. Fransa prezidenti Nikolya Sarkozinin ardınca Rusiya prezidenti Vladimir Putin də həyat yoldaşından boşanaraq məşhur bir xanımla evlənməyə qərar verib.
[APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, Putin tanınmış gimnast, Dövlət Dumasına "Vahid Rusiya"dan deputat seçilmiş Alina Kabaeva ilə evlənməyə hazırlaşır. Rusiya mətbuatı Vladimir Putinin həyat yoldaşı Lyudmila Putinadan iki ay əvvəl boşandığını vurğulayaraq bildirir ki, Moskvanın korporativ şənlik şirkətləri arasında yeni cütlüyün toyuna dair qapalı tender elan olunub. Toyun iyunun 15-də Sankt-Peterburqun Konstantinov sarayında keçiriləcəyi gözlənilir.Qeyd edək ki, Rusiyanın ən gözəl qadınlarından sayılan 1983-cü il təvəllüdlü Alina Kabaeva idmançı ailəsində dünyaya gəlib. Atası Marat Kabaev 1980-ci illərdə Daşkəndin "Paxtakor" komandasının hücumçusu, anası Lyubov Kabaeva isə Özbəkistanın basketbol üzrə yığma komandasının oyunçusu olub. Alina Kabaeva gimnastika üzrə Avropa və Olimpiya çempionu, Rusiya Dövlət Dumasının gənclər siyasəti komissiyasının sədr müavini, Putinin dostu Yuri Kovalçuka məxsus "Milli Mediaqrup"un şurasının sədridir.Kreml Putin-Kabaeva sevgisinə dair xəbərlərə hələ ki, münasibət bildirməyib. Alina Kabaevanın mətbuat katibi xəbərləri təkzib etsə də, atası daha çox irəli gedib. Marat Kabaev "qızınızın prezident xanımı olmasına münasibətiniz necədir?" sualına sevincək olubmuş kimi "Putin yoxsa Medvedev" sualı ilə cavab verib. "Putin" cavabını eşidən keçmiş futbolçu səlahiyyət müddəti başa çatmaqda olan prezidentə məsləhət verməkdən də çəkinməyib: "Əgər qızım belə bir kişiyə ərə getsə, bundan yalnız şad olaram. Putin həqiqətən mənə oxşayır. Ancaq Vladimir Vladimiroviç bilməlidir ki, Alina ilə çox ehtiyatlı davranmaq lazımdır. Axı o, çox zərifdir".