[b]Pakistanda terrorçular 40-a yaxın mülki şəxsi girov götürüblər[b]
[Pakistan - APA. Pakistanın Sind vilayətində terrorçular sərnişinlərlə dolu üç mikroavtobusu ələ keçiriblər. APA-nın məlumatına görə, ümumilikdə terrorçuların əlində 40-ya yaxın mülki şəxsin girov olduğu bildirilir. Pakistan polisi danışıqlar yolu ilə girovların bir qismini azad etsə də, terrorçular sərnişinlərin bir qismini öz əllərində saxlamaqda davam edirlər. Girovların azad edilməsi əməliyyatı zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, dünən Pakistanın Əfgqanıstanla həmsərhəd rayonunda 40-dək sərnişinin olduğu avtobus terrorçuların hücumuna məruz qalıb. Terrorçular sərnişinləri 24 saat girov saxladıqdan sonra azadlığa buraxıblar.
Azərbaycan Xəbərləri
Printable View

03-27-2008, 11:11 PMAPAPakistanda terrorçular 40-a yaxın mülki şəxsi girov götürüblər

03-27-2008, 11:16 PMAPADaşkəsəndəki meşə massivində baş verən yanğın söndürülüb
[b]Daşkəsəndəki meşə massivində baş verən yanğın söndürülüb[b]
[Daşkəsən. Ayxan Hüseynov-APA. Dünən axşamdan başlayaraq Daşkəsən rayonunda əsən güclü külək nəticəsində meşə zolağında yanğın başlayıb. Yanğın nəticəsində Dəstəfur meşəliyinin 4-cü meşə dolayının 12 hektar ərazisi yanıb. Daşkəsən rayon icra başçısının birinci müavini Cavanşir Qocayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, dünən axşam saatlarından başlamış yanğını bu gün səhər saatlarında söndürmək mümkün olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən, Nizami, Kəpəz, Xanlar rayon Dövlət Yanğından Mühavizə Xidmətlərinin yanğın söndürmə briqadaları, adıçəkilən rayonların Mülki Müdafiə Qərargahları əməkdaşları və digər aidiyyəti orqanları cəlb olunub.Qeyd edək ki, Dəstəfur meşəliyinin yanğın baş vermiş 4-cü meşə dolayı əsasən qarışıq ağaclardan ibarətdir. /APA/ -
03-27-2008, 11:21 PMAPAŞimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusu ilə üzv qəbul olunmaq üçün İSESCO-ya müraciət edib
[b]Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusu ilə üzv qəbul olunmaq üçün İSESCO-ya müraciət edib[b]
[Levkoşa - APA. Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) İSESCO-ya müşahidəçi üzv statusu ilə qəbul olmaq niyyətindədir. ŞKTC rəhbərliyi artıq müvafiq xahişlə İSESCO rəhbərliyinə müraciət edib. Bu barədə APA-ya İSESCO-nun mənzil-qərargahından məlumat verilib. Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyəti 1979-cu ildən İslam Konfransı Təşkilatında müşahidəçi statusu ilə təmsil olunur. -
03-27-2008, 11:26 PMAPAİlyas İsmayılovun oğluna qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb
[b]İlyas İsmayılovun oğluna qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb[b]
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanın Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılovun məhkəməsi bu gün Rusiya vaxtı ilə saat 15.00-da Çelyabinskdə keçiriləcək.
[Bu barədə APA-ya Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib. E. Şükürlünün sözlərinə görə, E. İsmayılova Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: " Bu maddələr "Çirkli pulların yuyulması" və "dələduzluq"dur. E. Şükürlü bildirib ki, E. İsmayılovun vəkili Cərulla Ramazanova ionunla görüşmək və prosesdə yaxından iştirak etmək imkanı yaradılmır: " Çelyabinski rəhbərliyi hüquq-mühafizə orqanlarının dəstəyi ilə bu məsələni maraqlı tərəf kimi öz xeyrinə həll etmək istəyir". E. Şükürlü bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi də bu ölkənin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirlikləri ilə danışıqlar aparıb. "Hüquq-mühafizə orqanlarından səfirliyə bildirilib ki, onlar Moskvanın Domodedovo hava limanında Etimad İsmayılovun saxlanması ilə bağlı əməliyyat keçirməyiblər. Bizim qənaətimiz isə belədir ki, Etimad İsmayılov maraqlı tərəf olan Çelyabinsk rəhbərliyinin sifarişi ilə bu bölgənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurlanıb. İndi isə məsələyə qanuni don geyindirilməyə çalışılır".Qeyd edək ki, E. İsmayılov Avroasiya Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahidbidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitaj Məhkəməsinin həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənədi də var. Qeyd edək ki, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. -
03-27-2008, 11:31 PMAPAÖmürlük məhkumun kamerasından sabunun içərisində gizlədilmiş mobil telefon aşkarlanıb
[b]Ömürlük məhkumun kamerasından sabunun içərisində gizlədilmiş mobil telefon aşkarlanıb[b]
Bakı-APA. Bu ilin yanvar-mart aylarında Azərbaycanın cəzaçəkmə müəssisələrində ayrı-ayrı vətəndaşlar, habelə məhkumlar tərəfindən qanunvericilikdə qadağan olunmuş əşyaların ötürülməsi, saxlanması və istifadə olunmasına dair bir sıra faktlar aşkarlanıb.
[Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, cari ilin əvvəlindən qadağan olunmuş əşyaların verilməsi, ötürülməsi və dövriyyəsi ilə bağlı 5 fakt narkotik maddələrlə, 20 faktdan artıq isə mobil telefonların aşkar edilməsi ilə əlaqədar olub. Qadağan olunmuş əşyaları əsasən müxtəlif yollarla, o cümlədən məhkumlara gətirilən sovqat və bağlamalarda, konserv qutularının, un məmulatlarının, mürəbbə və sirkəyə qoyulmuş tərəvəz qablarının, ilkin tələbat malları və sanitar-gigiyena məqsədləri üçün nəzərdə tutulmuş əşyaların içərisində keçirilməyə cəhd edirlər. Sonuncu belə bir fakt dünən Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisəsində aşkarlanıb. Əldə olunmuş əməliyyat məlumatı əsasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Şakir Hacımurad oğlu Rzaxanovun kamerasında axtarış-baxış tədbirləri həyata keçirilib və nəticədə iki ədəd təsərrüfat sabununun içərisində gizlədilmiş "Sony-Ericsson" markalı mobil telefonun tərkib hissələri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. -
03-27-2008, 11:36 PMAPABakıda insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq tədbir keçirilir
[b]Bakıda insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq tədbir keçirilir[b]
[Bakı. Elnur Hüseynquliyev-APA. Bu gün Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ-ın Ədliyyə Departamenti və ATƏT-in maliyyə dəstəyi ilə "İnsan alverinə qarşı mübarizə" beynəlxalq tədbir öz işinə başlayıb. APA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, Amerika Hüquqşünaslar Assosiasiyasının və digər təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi insan alverini müasir dövrün quldurluğu adlandırıb: "Bu cinayətin qurbanları məcburi əmək və ya seksual istismara məruz qalırlar. Hər il 800 minə yaxın insan digər dövlətlərə aparılır, milyonlarla insanlar öz dövlətlərinin hüdudlarında insan alverinin qurbanına çevrilirlər. Seksual istismara məruz qalan qadınlar insan alverinin əsasını təşkil edir. Bununla yanaşı təxminən 12 milyon 300 min uşaq və kişi insan alverinin cinayətinin qurbanına çevrilərək məcburi əməyə cəlb olunurlar" Səfir Azərbaycanın bu problemə qarşı mübarizə sahəsində üzərinə öhdəlik götürməsini alqışlayıb və ABŞ-ın insan alverinə qarşı mübarizə istiqamətində Azərbaycana hər cür dəstək verəcəyini vurğulayıb. Qeyd edək ki, tədbirə sabah yekun vurulacaq. -
03-27-2008, 11:41 PMAPAİlyas İsmayılovun oğlu barəsində Rusiya məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib
[b]İlyas İsmayılovun oğlu barəsində Rusiya məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib[b]
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanın Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılov barəsində Çelyabinski məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
[Bu barədə APA-ya Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib. E. Şükürlünün sözlərinə görə, hazırda E. İsmayılovun vəkilləri qərardan kassasiya şikayəti verməyə hazırlaşırlar.E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin "Çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, E. İsmayılov Avroasiya Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahidbidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitaj Məhkəməsinin həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənədi də var. Onu da xatırladaq ki, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. -
03-27-2008, 11:46 PMAPARöya: "Konsertimə həmkarlarımdan Elnarə və Natəvandan başqa heç kimi qonaq kimi dəvət etməmşəm"
[b]Röya: "Konsertimə həmkarlarımdan Elnarə və Natəvandan başqa heç kimi qonaq kimi dəvət etməmşəm"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Konsertimə həmkarlarımdan Elnarə və Natəvandan başqa heç kimi dəvət etməmşəm. Bu konsertdə keçmiş "W trio" qrupunun üzvlərinin ifasında yeni mahnı səslənəcək. Bu mahnı isə sözləri və musiqisi reper Cinə məxsus olan "Kimdir nömrə 1?" adlanır. Sadəcə mən digər həmkarlarıma demək istəyriəm ki, bəsdirin nömrə və kateqoriya söhbəti etdiniz. Hər birimizə tamaşaçılar qiymət verməlidir. Gəlin hamımız dost olaq və bir-birimizin ayağından çəkməyək". APA-nın məlumatına görə, bu sözləri müğənni Röya bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirəcəyi solo konsertdən danışan Röya bildirib ki, bu konsert əvvəlki konsertlərindən həm format, həm də quruluş etibarı ilə fərqlənəcək: "Məni sevənlər bu dəfə müğənnilərini lirik mahnıların deyil, disko, nayt-klub janrının ifaçısı kimi görəcəklər. Bu səbəbdən də konsert möhtəşəm diskotekanı xatırladacaq. Konsertdə istifadə olunacaq işıq və qeyri-adi səs effektləri isə xaricdən gətiriləcək". Repertuara 17 mahnı daxil edildiyini deyən Röya bunlardan bəzilərinin yeni tərzdə səslənəcəyini bildirib. Konsertdə rəqs etmək istəyənlər üçün xüsusi rəqs meydançası ayrılacaq. "Mən sizə göstərərəm" adı altında gerçəkləşəcək konsertlərin biletlərinin satıldığını da bildirən Röya, bunu əvvəlcədən bildiyini söyləyib: "Mən bilirdim ki, biletlər satılacaq. Bu əvvəldən məlum idi. Konsertdə tamaşaçılar üçün bir sıra sürprizlər edəcəyəm. Tamaşaçılarıma eksklüziv geyimlər və beş yeni mahnı hazırlamışam". Röya Türkiyənin "Cəza" qrupu ilə birgə layihələr həyata keçirəcəyini də söyləyib. Hazırda Türkiyənin "Kral" televiziyası ilə danışıqlar apardığını deyən Röya, yaxın vaxtlarda bir neçə klipinin həmin kanalda nümayiş olunacağını vurğulayıb. -
03-27-2008, 11:51 PMAPA"Şeron" qrupu yeni internet saytını təqdim edib
[b]"Şeron" qrupu yeni internet saytını təqdim edib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupu yeni internet saytının təqdimatını keçirib. APA-nın məlumatına görə, tədbirdə sayt haqqında ətraflı məlumat verən qrupun prodüseri Orxan Qafarov bildirib ki, [ internet saytında qrupla bağlı geniş və maraqlı məlumatlar, fotosessiyalar, eləcə də son xəbərlər toplanılıb: "Bundan sonra qrupla bağlı yeni məlumatları ilk olaraq bu saytda yerləşdiriləcək. Saytda qrup üzvlərinin ifasında iki yeni - "Sarı köynək" və qrupun yeni yazdırdığı "Çəkər ha" mahnılarını dinləmək və yükləmək şansınız var. İnternet portalında bu zamana kimi "Şeron" qrupunun ifasında dinlədiyiniz mahnılar, eləcə də bütün kliplər toplanılıb. O. Qafarov deyib ki, internet saytı Azərbaycan, rus və ingilis dillərində olan bölmələrdən ibarətdir. "Şeron"un pərəstişkarları sayt vasitəsilə sual və istəklərinə də cavab ala bilərlər. Daha sonra öz yaradıcılıq yeniliklərindən danışan "Şeron" qrupunun rəhbəri Ülvi Cəfərov bildirib ki, hazırda qrup "Sarı köynək" mahnısına klip çəkilişlərinə hazırlıq aparır. "Şeron"un yeni klipini rejissor Ülviyyə Könül ekranlaşdıracaq. Ü. Cəfərov eləcə də, qrupun may ayında yeni layihəni pərəstişkarlarının ixtiyarına verəcəyini qeyd edib. O bildirib ki, layihə qrupun Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə hazırladığı klassik mahnılardan ibarətdir. Qeyd edək ki, Türkiyənin tanınmış sənətçisi Bengü yaxın günlərdə Azərbaycana səfər edəcək. Bengünün bu səfəri isə məhz "Şeron" qrupunun rəhbəri Ülvi Cəfərovla görüşmək istəyidir: "Bengünün Bakıya gəlməsinin səbəbləri hələ mənə tamamilə məlum deyil. Ola bilər ki, biz duet oxuyaq. O mənimlə duet oxumaq istəyini bildirib, ancaq mən tək deyil, qrupla duetə razılıq verəcəyəm". -
03-28-2008, 12:21 PMAPAABŞ-da xəstəxanada atışma baş verib, ölən və yaralananlar var
[b]ABŞ-da xəstəxanada atışma baş verib, ölən və yaralananlar var[b]
Kolumbus-APA. ABŞ xəstəxanalarının birində baş verən atışma nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb. APA-nın məlumatına görə, yaralanan şəxs xəstəxana əməkdaşlarına atəş açan 63 yaşlı təqaüddə olan müəllimdir.
[Polislər cinayətkarı zərərsizləşdirmək istəyən zaman onu çiyin nahiyəsindən yaralayıblar. Hazırda faktla bağlı araşdırma aparılır. Kolumbus polis orqanlarının ilkin rəyinə görə, cinayət qisasçılıq zəminində baş verib. Tibb işçilərinə atəş açan şəxsin anası dörd il əvvəl bu xəstəxanada vəfat edib. İlkin ehtimallara görə, qatilin öldürdüyü şəxslər bir zamanlar onun anasını müalicə etmiş həkim və tibb bacısıdır. Bundan başqa 63 yaşlı cinayətkarın açdığı atəş nəticəsində küçədən keçən bir nəfər də ağır güllə yarası alıb və ilkin tibbi yardıma baxmayaraq hadisə yerində keçinib. -
03-28-2008, 12:51 PMAPABerlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir
[b]Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir[b]
Berlin-APA. Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir.
[Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda "Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu" mövzusunda məruzə ilə çıxış edən XÖYAİÜDK sədri Nazim İbrahimov müzakirələrin müasir dövrdə Azərbaycan və Türk diaspor təşkilatlarının qarşısında duran ən mühüm vəzifələrə həsr edildiyini bildirib. O, Azərbaycan və Türk diasporlarının yüksələn xətlə inkişaf etməkdə olan əməkdaşlığının türkdilli ölkələr arasında münasibətlərin inkişafına öz müsbət töhfələrini verməkdə olduğunu vurğulayıb: "Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması istiqamətində ilk addımlar atılmaqdadır, Türkdilli ölkələrin dövlət və hökumət başçılarının Zirvə Toplantıları katibliyinin yaradılması məsələsinin gündəmə gəlməsi Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın ölkələrimizin münasibətlərinin inkişafına verdiyi töhfələrdəndir". Daha sonra iclasda çıxış edən Prezidentin İcra Araratının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ən vacib məsələ diaspor üzvlərinin yaşadıqları ölkələrdə bütün sahələrdə fəallıq göstərmələridir: "Bununla onlar müsbət mənada ciddi faktora çevrilə bilərlər. Diaspor təşkilatları dövlət tədbirləri də daxil olmaqla bütün ictimai-siyasi, humanitar tədbirlərdə iştirak etməklə özlərini tanıdır və əhəmiyyətlərini artırmış olurlar". Toplantıda çıxış edən Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov isə bu iclasın Almaniyada Azərbaycan ilinin açılışı ilə eyni günə düşməsinə diqqət yetirib. Səfirin sözlərinə görə, iki tədbirin eyni vaxta təsadüf etməsi dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan və türk diasporu üzvlərinə Azərbaycan mədəniyyətinin klassik və zəngin nümunələri ilə tanış olmaq imkanı verir. "Azərbaycan və Türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin inkişafı və perspektivləri" mövzusunda çıxış edən AMEA prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov bildirib ki, dünyadakı erməni diasporunun apardığı təbliğat, uydurma erməni soyqırımı iddialarının qarşısını almaq və Azərbaycan, eləcə də Türkiyə həqiqətlərini beynəlxalq aləmə yaymaq məqsədilə yeni təbliğat üsullarından istifadə etməyə ehtiyac var. Ortaq türk dilinin yaradılmasını da aktual sayan Mahmud Kərimov deyib ki, bu, inteqrasiya prosesini sürətləndirə və bütün türkdilli dövlətlərin ərazisində yayımlana bilən ümumtürk televiziyasının yaradılmasına zəmin olar. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın çıxışı isə "Ortaq problemlərimizin həllində diasporların rolu"na həsr olunub. O deyib ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha səmərəli nəticələr verməsi üçün bütün diaspor üzvləri ortaq problemlərimizi bilməlidir. Millət vəkili ortaq problemlərdən bəhs edən kitab hazırlanmasını, müxtəlif dillərə tərcümə edilərək diaspor təşkilatları arasında yayılmasını təklif edib. Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural Amerikadakı Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlıq və işbirliyinin erməni diasporunu təlaşa saldığını bildirib. Bu mövzunu davam etdirən Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri də Azərbaycan və türk diasporunun birgə fəaliyyətinin bugünkü nəticələrindən ermənilərin narahat olmasına dair faktlar səsləndirib. O, ötən il yaradılan "US Azeris Network" şəbəkəsinin əhəmiyyətindən danışıb və bildirib ki, bu şəbəkə vasitəsilə diaspor üzvləri bütün zəruri sənədlərdən, tədbirlərdən dərhal xəbər tutur, eləcə də səslərini Amerika qanunvericilərinə əvvəlkindən daha tez çatdıra bilirlər. Qeyd edək ki, iclasın sonunda Berlin Bəyannaməsi və 1918-ci martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanat qəbul olunacaq. Xatırladaq ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I Forumunda yaradılıb. Azərbaycan və türk icmalarının fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan Koordinasiya Şurasının 101 üzvü var. -
03-28-2008, 01:06 PMAPASankt-Peterburqda 33 yaşlı Azərbaycan vətəndaşı öldürülüb
[b]Sankt-Peterburqda 33 yaşlı Azərbaycan vətəndaşı öldürülüb[b]
Sankt-Peterburqun Krasnoqvardeysk rayonunda Azərbaycan vətəndaşının cəsədi tapılıb.
[APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları cəsədin üzərində çoxsaylı kəsici-deşici xarakterli yaralar aşkarlandığını bildiriblər. Piskarev prospektindəki meşə-park zonasında tapılan cəsədin şəxsiyyəti müəyyənləşsə də, öldürülən şəxsin kimliyi açıqlanmır. 33 yaşlı soydaşımızın Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olduğu bildirilir. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. Qeyd edək ki, ilin əvvəlində başlayaraq Sankt-Peterburqda milli, dini, irqi zəmində yeddi qətl hadisəsi qeydə alınıb. -
03-28-2008, 03:06 PMAPATürkiyənin "Tərəf" qəzetinin müxbiri həbs olunub
[b]Türkiyənin "Tərəf" qəzetinin müxbiri həbs olunub[b]
[İstanbul - APA. İstanbul 12-ci Ağır Cəza Məhkəməsi "Tərəf" qəzetinin müxbiri Sönər Arıkanoğlunun həbs edilməsinə qərar verib. APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə jurnalistin evində axtarış aparan polislər daha sonra onu özləri ilə aparıblar. Sönər Arıkanoğlu "Ergenekon" təşkilatı ilə bağlı istintaqın gedişinin gizli saxlanması barədə məhkəmə qərarını pozmaqda ittiham olunur. Qeyd edək ki, Sönər Arıkanoğlu "Ergenekon" işi üzrə həbs olunan sayca 44-cü şəxsdir. Saxlanan şəxslə arasında istefada olan general Vəli Küçük və İşçi Partiyasının sədri Doğu Perincək də var. -
03-28-2008, 03:11 PMAPAAzərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb
[b]Azərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb[b]
Balakən. Hafiz Heydərov-APA. Azərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb.
[Balakən rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Loğman İsmayılovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonda keçirilən "Sərhəd-Sipər" əməliyyatı nəticəsində İtitala kəndi ərazisində yerləşən Qoşa-Bulaq adlanan yerdə 1 ədəd "Karabin" tipli tüfəng, 2 ədəd əl-qumbarasının alışqanı və 182 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb. Tapılmış silah-sursat hər hansı bir cinayətdə istifadə olunub-olunmadığı araşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinin silah anbarına təhvil veriləcək. Qeyd edək ki, Azərbaycanın Rusiya ilə sərhəd olan şimal-qərb bölgəsində keçirilən "Sərhəd-Sipər" əməliyyatı hələ 3 gün davam edəcək. -
03-28-2008, 03:16 PMAPAMoskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
[b]Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir[b]
Moskva-APA. Bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası öz işinə başlayıb. APA-nın məlumatına görə, "Prezident-otel" mehmanxana kompleksinin konfrans salonunda keçiriləcək iclasa Qırğızıstanın xarici işlər naziri E. Karabayev sədrlik edəcək.
[MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə 15 məsələ daxil edilib. Müzakirə olunacaq məsələlər sırasında Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümünə hazırlıq prosesi, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin fəaliyyətinin effektivliyinin artırılması, MDB çərçivəsində çoxmərhələli xarici-siyasi məsləhətləşmələrin aparılması planının müzakirəsi, 2008-ci il üzrə Fəaliyyət Planının təsdiqi və sair məsələlər daxildir. Bundan başqa iclasda Abxaziya ərazisində sülhməramlı missiya həyata keçirən kollektiv qüvvələrin yeni komandanın təyin edilməsi məsələsinə də baxılacaq. Bu posta general-mayor Sergey Çernomırdinin namizədliyi irəli sürülüb. Xarici işlər nazirləri həmçinin MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyini də təsdiq edəcəklər. Toplantının sonunda MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və tarixi müəyyənləşəcək. -
03-28-2008, 03:21 PMAPAAkif Nağı: "Qarabağ Azadlıq Təşkilatına yeni sədr seçilə bilər"
[b]Akif Nağı: "Qarabağ Azadlıq Təşkilatına yeni sədr seçilə bilər"[b]
[Bakı. Elnur Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) növbəti qurultayında sədr dəyişikliyi ola bilər. Bu barədə APA-ya təşkilatın sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, QAT-da sədrliyə iddialı digər şəxslər də var və onlar qurultayda öz iddialarını ortaya qoyacaqlar. A. Nağının sözlərinə görə, QAT-ın növbəti qurultayı bu il mayın 30-da keçiriləcək və hazırda qurultaya hazırlıq işləri gedir. Qurultayda qurumun ötən müddət ərzindəki fəaliyyəti ilə bağlı hesabat, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müzakirə olunacaq, qurumun rəhbər qurumlarına yeni seçkilər keçiriləcək. Hələlik qurultayın keçiriləcəyi yeri müəyyənləşdirilməyib. A. Nağı ötən dövrdə QAT-a kollektiv şəkildə bir sıra qurumların qoşulduğunu qeyd edib. Qeyd edək ki, QAT 2000-ci ildə yaradılıb və sonuncu qurultayı 2003-cü ildə keçirilib. -
03-28-2008, 03:26 PMAPATürkdilli xalqların ABŞ-dakı diaspor təşkilatları bu ölkə keçirilən seçkilərdə eyni prezidentliyə namizədi dəstəkləyəcəklər
[b]Türkdilli xalqların ABŞ-dakı diaspor təşkilatları bu ölkə keçirilən seçkilərdə eyni prezidentliyə namizədi dəstəkləyəcəklər[b]
Berlin-APA. ABŞ-da fəaliyyət göstərən türkdilli ölkələrin diaspora qurumları bu ölkədə keçiriləcək prezident seçkilərində dəstəkləyəcəkləri namizədlə bağlı birgə qərar verəcəklər.
[Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının Berlində keçirilən iclasının yekun bəyannaməsində bildirilib. Bəyannamədə göstərilib ki, buna səbəb erməni diasporu və lobbisinin Amerikada keçiriləcək prezident seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirməsi, ayrı-ayrı namizədlərə «erməni soyqırımı» iddialarını qəbul etməklə bağlı təsir göstərmək cəhdləridir. Bütün bunları nəzərə alaraq, ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələrindən ibarət İşçi qrupun yaradılacaq. İşçi qrup aprel ayı ərzində seçkilərlə əlaqədar Amerikadakı türkdilli xalqların diaspor təşkilatlarının birgə fəaliyyətinin taktika və strategiyasını müəyyən edən sənəd hazırlayaraq, bütün icmalara təqdim edəcək. Həmin qərar barədə prezidentliyə namizədə məlumat veriləcək və icmaların namizədin seçki kampaniyasında fəal iştirakı istiqamətində tədbirlər görüləcək. -
03-28-2008, 03:31 PMAPAATXƏM üzvləri Neftçalada Qafqaz İslam Ordusunun əsgərlərinin məzarlarını ziyarət ediblər
[b]ATXƏM üzvləri Neftçalada Qafqaz İslam Ordusunun əsgərlərinin məzarlarını ziyarət ediblər[b]
[Bakı. Elnur Məmmədli-APA. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin üzvləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər planı çərçivəsində Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam Ordusunun Neftçala rayonu ərazisində şəhid olmuş qəhrəman əsgərlərinin məzarlarını ziyarət ediblər. TÜSIAB-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimə TÜSİAB və TRT kanalının Azərbaycan nümayəndəliyinin rəhbəri də qatılıb. Neftçalanın Seyidlər kənd məzarlığında uyuyan 10 şəhidin qəbirləri üzərində ucaldılmış xatirə abidəsi önündə keçirilən tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov həmin günlərdə Türkiyə ordu komandanlığının qəbul etdiyi siyasi qərarı Azərbaycanın bir dövlət kimi mövcudluğunun qarantı olan tarixi hadisə kimi dəyərləndirib. O, Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında keçdiyi şərəfli yola tarixi ekskurs edərək, bu yolu Türkiyə-Azərbaycan əbədi qardaşlığının bünövrəsi kimi, bir kökdən rişələnən iki xalqın ayrılmazlığının tarixi təsdiqi kimi qiymətləndirib. İlham İsmayılov artıq "Nuru Paşa" filminin çəkilişi üzərində gərgin iş getdiyini söyləyərək bildirib ki, bədii-sənədli janrda olacaq bu filmin təqdimatı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik birləşmələrindən azad etməsinin 90 illiyi münasibəti ilə 2008-ci il sentyabrın 15-də keçiriləcək. Tədbirdə çıxış edən TÜSİAB baş katibi Ümit Yanık, professor Hüseynağa Hüseynov, Salyan Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Xəzər Emin və Neftçala rayonunun baş axundu Hacı Əliqəmə qardaş torpaqlarında canlarından keçən türk əsgərlərinin qəhrəmanlıqları və onların bu ərazilərdə keçdikləri döyüş yolundan danışaraq, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını xüsusi vurğulayıblar. -
03-28-2008, 03:36 PMAPAQohumun qətlə yetirən Gəncə sakini tutulub
[b]Qohumun qətlə yetirən Gəncə sakini tutulub[b]
[Bakı. Hacı Zeynalov-APA. Gədəbəy sakini Qumlu kənd sakini Zakir Şirinovu qətlə yetirən Gəncə şəhər sakini, qohumu Fəxrəddin Şirinov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, F. Şirinov Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Bəlli olub ki, onu qohumu öz evində küt alətlə qətlə yetirib.Qeyd edək ki, Z. Şirinovun meyiti bu il martın 23-də öz evində aşkarlanıb. -
03-28-2008, 03:41 PMAPASalyan sakinləri Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət ediblər
[b]Salyan sakinləri Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət ediblər[b]
[Bakı. Elnur Məmmədli - APA. Salyan rayonunun bir qrup sakini Kür çayının istiqamətinin dəyişdirilməməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət edib. Bu barədə APA-ya rayonda fəaliyyət göstərən "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, Kürün rayon ərazisindən keçən hissəsində istiqamətin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin bir müddət əvvəl qəbul etdiyi qərarın icrasına başlanılıb. Qərara görə, Kürün rayon mərkəzindən keçən 5.5 km-lik hissəsi düz xətt boyunca 1.2 km-lik hissə ilə əvəz olunacaq. Qərarda Neftçala rayonunun Şorkənd kəndində yerləşən 65 evin köçürülməsi də nəzərdə tutulub. E. Məmmədovun sözlərinə görə, Kürün istiqamətinin dəyişdirilməsi rayon sakinlərində narazılıq yaradıb. Onlar ölkə prezidentinə etdiyi müraciətdə çayın istiqamətinin dəyişdirilməsinin gələcəkdə rayon üçün təhlükə yaradacağını, içməli su problemlərinin ortaya çıxacağını qeyd ediblər. Rayon mütəxəssisləri daşqınların qarşısının başqa yollarla alınmasının mümkün olduğunu bildiriblər: "Son illərə qədər Kür çayı hər hansı daşqın təhlükəsi yaratmırdı. Sadəcə, çaydan lilin daimi olaraq təmizlənməməsi daşqınlara və həmçinin, rayon ərazisindəki drenaj sisteminin sıradan çıxması isə qrunt sularının yığılmasına səbəb olub". -
03-28-2008, 03:51 PMAPAXələf Xələfov Azərbaycanda səfərdə olan Meksika xarici işlər nazirinin müavinini qəbul edib
[b]Xələf Xələfov Azərbaycanda səfərdə olan Meksika xarici işlər nazirinin müavinini qəbul edib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika xarici işlər nazirinin müavini Mariya Lourdes Aranda Bezaurini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
[Meksika rəsmisinin ölkəmizə səfərinin Azərbaycan və Meksika arasında münasibətlərin inkişafına təkan verəcəyini bildirən nazir müavini Xələf Xələfov bu əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanların istifadə edilməsini vacib sayıb. Azərbaycanın regionda aparıcı mövqeyi, ölkəmizin təşəbbüskarı olduğu regional enerji və nəqliyyat layihələri və onların Cənubi Qafqazın dünyada əhəmiyyətinin artırılmasında rolu, siyasi, iqtisadi, müdafiə sahələrində aparılan islahatlar barədə qonağa məlumat verən nazir müavini Azərbaycanın çoxvektorlu siyasət yürütdüyünü və bu siyasət çərçivəsində Amerika dövlətləri ilə əlaqələri genişləndirdiyini diqqətə çatdırıb. Öz növbəsində, xanım M. Bezauri də ölkəsinin bu əməkdaşlıqda maraqlı olduğunu, Azərbaycanın Meksikada səfirlik açmasının yüksək qiymətləndirildiyini qeyd edib. Qonaq, hər iki dövlətin enerji istehsalçısı olduğunu nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinə, xüsusilə enerji ehtiyatlarının düzgün istismarı və neft gəlirlərinin istifadə edilməsi təcrübəsinin öyrənilməsində xüsusi marağın olduğunu diqqətə çatdırıb. Daha sonra, tərəflər parlamentlər arasında əlaqələrin qurulması, aqrobiznes, kiçik və orta sahibkarlığın inkişafı, təhsil, səhiyyə, sosial inkişaf, elmi-texniki və mədəniyyət sahələrində mübadilələr, qarşılıqlı imkanların öyrənilməsi və inkişaf etdirilməsi, çoxtərəfli səviyyədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. -
03-28-2008, 04:41 PMAPAErmənilər Benilüks Azərbaycanlıları Konqresinin ofisinə basqın ediblər
[b]Ermənilər Benilüks Azərbaycanlıları Konqresinin ofisinə basqın ediblər[b]
Bakı. Elnur Məmmədli-APA. Martın 26-dan 27-nə keçən gecə Benilüks Azərbaycanlılar Konqresinin Rotterdam şəhərində yerləşən ofisinə basqın olunub. Qurumun sədri Sahil Qasımovun APA-ya verdiyi məlumata görə, gecəyarı törədilən basqın zamanı ofis dağıdılıb, otaqlar bərbad hala salınıb.
[Basqınçılar ofisin Azərbaycanın bayrağı çəkilmiş pəncərəsini qırıblar. S. Qasımov bildirib ki, hadisədən sonra əraziyə polislər gəlib və məsələ ilə bağrı araşdırmalara başlayıblar. Konqres sədri şahidlərinin ifadələri əsasında bu basqının ermənilər tərəfindən törədildiyi təəssüratının yarandığını bildirib: "Bu basqının Azərbaycanın və türk diaspor qurumlarının Berlində keçirilən iclası və həmçinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində həyata keçirilməsi təsadüfi deyil". S. Qasımov Rotterdam polisinin ofisi nəzarət altında saxladığını qeyd edib. -
03-28-2008, 05:41 PMAPAABŞ səfiri Qənimət Zahidin ailəsinə baş çəkib
[b]ABŞ səfiri Qənimət Zahidin ailəsinə baş çəkib[b]
Bakı. Hacı Zeynalov-APA. Amerikanın Azərbaycandakı səfiri Ann Dersi "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin ailə üzvlərinə baş çəkib. APA-nın məlumatına görə, səfir ziyarətinin səbəbinin Novruz bayramı münasibəti ilə olduğunu bildirib.
[Q. Zahidin həyat yoldaşı Ayəndə Zahid səfirdən sadəcə bəyanatlar vermək yox, jurnalistlərin azadlığı üçün konkret addımlar atmağı xahiş edib. Səfir isə öz növbəsində ABŞ-ın müstəqil mətbuatın inkişafına hər zaman dəstək verdiyini və bu istiqamətdə iş apardığını bildirib: "Azərbaycan hökumətinə də tövsiyə edirik ki, müstəqil mətbuatın yaradılmasında maraqlı olsun". -
03-28-2008, 05:46 PMAPAMasallıda azyaşlı uşaq yelləncəyin ipinə dolaşaraq boğulub
[b]Masallıda azyaşlı uşaq yelləncəyin ipinə dolaşaraq boğulub[b]
[Masallı rayonunun Qədirli kəndində bədbəxt hadisə baş verib. Masallı rayon prokuroru Rizvan Həsənovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Qədirli kənd sakini Əzizov Şəmsəddin Sədrəddin oğlunun meyiti yaşadığı evin həyətindəki tövlənin tirindən asılmış yelləncəkdən asılı vəziyyətdə tapılıb. Mərhumun anası Qətibə Əzizova oğlunun həmişə həmin yelləncəkdə oynadığını bildirib. R. Həsənov meyitin üzərində hər hansı zorakılıq əlamətinin olmadığını deyib. Hadisə ilə bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. -
03-28-2008, 06:56 PMAPAMeksika ilə Azərbaycan arasında iki saziş imzalanıb
[b]Meksika ilə Azərbaycan arasında iki saziş imzalanıb[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan Meksika xarici işlər nazirinin müavini Mariya Lourdes Aranda Bezauri ilə birgə brifinq keçirib. APA-nın məlumatına görə, X. Xələfov həmkarı ilə apardığı danışıqların uğurlu olduğunu deyib. Onun sözlərinə görə, Mariya Lourdes Aranda Bezaurinin səfəri Meksikadan Azərbaycana birinci yüksək səviyyəli səfərdir. XİN müavinləri səviyyəsində siyasi məsləhətləşmələr aparıldığını deyən Azərbaycan rəsmisi danışıqlarda enerji, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və aqrobiznes sahələrində qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıldığını vurğulayıb. Nazir müavinlərinin qənaətinə görə, Azərbaycanla Meksika arasında əməkdaşlığın böyük potensialı var. Meksika rəsmisinin səfəri zamanı iki ölkənin diplomatik akademiyaları arasında təcrübə mübadiləsi aparılmasına və siyasi dialoqun başlanmasına dair sazişlər də imzalanıb. Mariya Lourdes Aranda Bezauri Meksika xarici işlər nazirinin Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovu ölkəsinə dəvət etməsilə bağlı məktubunu da gətirib. Artıq sənaye və energetika naziri Natiq Əliyevlə görüşən qonağın İqtisadi İnkişaf Nazirliyində və ARDNŞ-də də görüşləri olacaq. Bu səfərdən sonra mədəni əlaqələrin genişlənməsi və biznes-forumların keçirilməsi də nəzərdə tutulur.Meksikanın xarici işlər nazirinin müavini isə bildirib ki, bundan sonra Azərbaycanla Meksika arasında ikitərəfli yüksəksəviyyəli səfərlərin sayı artacaq. O, ölkəsinin Azərbaycanla bir çox sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu, xüsusən enerji sahəsi ilə bağlı maraqlandığını da deyib. Azərbaycanla gələcəkdə bu sahədəki əməkdaşlığa dair saziş də imzalanmasının mümkünlüyünü deyən nazir müavini Neft Fondu ilə bağlı ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini söyləyib. Meksikalı diplomat ölkəsinin 2009-cu ilin sonunda Azərbaycanda səfirlik açmaq istədiyini də vurğulayıb. Bu səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat aldığını deyən qonaq Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. -
03-29-2008, 11:26 AMAPAAvropa Şurası Nazirlər Komitəsinin sədrinin Azərbaycana gözlənilən səfəri təxirə salınıb
[b]Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Azərbaycana gözlənilən səfəri təxirə salınıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubişin Azərbaycana gözlənilən səfəri aprelin sonuna kimi təxirə salınıb.
[Bu barədə APA-ya Yan Kubişin mətbuat katibi Yan Şkoda məlumat verib. Onun sözlərinə görə, Yan Kubiş Avropa Şurasının bir sıra tədbirlərində iştirak etməli olduğu üçün onun Azərbaycana gözlənilən səfəri təxirə salınıb. Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Azərbaycana səfəri martın 31-nə nəzərdə tutulurdu. -
03-29-2008, 11:46 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 28 və 29-da Ermənistanın Noyemberyan rayonunun Berkaber kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli kəndi sahəsində yerləşən mövqelərimizi, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığında yerləşən mövqelərimizi, Ermənistanın İcevan rayonunun Azatamut kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərimizi, Ermənistanın İcevan rayonunun Vazaşen kəndinin yaxınlığında yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Ermənistanın Berd rayonunun Ayqebar kəndinin yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərimizi, Ermənistanın Berd rayonunun Mosesqex kəndinin yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərimizi, Ermənistanın Berd rayonunun Parakavar kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-29-2008, 12:21 PMAPAUkrayna prezidenti Viktor Yuşşenko apreldə Bakıya gələcək
[b]Ukrayna prezidenti Viktor Yuşşenko apreldə Bakıya gələcək[b]
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko aprel ayında Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski məlumat verib.
[O bildirib ki, səfər çərçivəsində Bakıdakı "Dostluq" kinoteatrının qarşısında böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimi keçiriləcək. Heykəlin iki ölkə arasındakı tarixi dostluğun nümunəsi olduğunu vurğulayan diplomat deyib ki, T. Şevçenko adi bir şair deyil, onun ideyaları Ukraynanın milli dirçəlişinin əsasını təşkil edib. Ukraynanın tanınmış heykəltəraşı İqor Qreçanikin rəhbərlik etdiyi qrup tərəfindən hazırlanmış abidə artıq Bakıya gətirilib. S. Volkovetski abidənin qoyulacağı yerdə aparılan abadlıq işlərinə görə Bakı şəhərinin rəhbərliyinə minnətdarlığını bildirib. -
03-29-2008, 12:31 PMAPAPolşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağ regionuna səfərdən çəkinməyə çağırıb
[b]Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağ regionuna səfərdən çəkinməyə çağırıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarının Ermənistana getməsini tövsiyə etməyən xəbərdarlığını ləğv edib.
[APA-nın Polşa Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, rəsmi Varşava martın 6-da Ermənistanda yaranmış gərgin vəziyyətlə əlaqədar öz vətəndaşlarını bu ölkəyə səfərdən çəkinməyə çağırmışdı. Bununla belə Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağ regionuna səfərdən çəkindirən tövsiyəsini qüvvədə saxlayıb. Nazirlik qeyd edir ki, bu tövsiyə sırf informasiya xarakteri daşıyır və hər hansı irad üçün əsas ola bilməz. -
03-29-2008, 12:36 PMAPAAvropa Şurasının rəhbərliyi Hollandiyada çəkilmiş İslamı təhrif və təhqir edən filmi pisləyən bəyanatla çıxış edib
[b]Avropa Şurasının rəhbərliyi Hollandiyada çəkilmiş İslamı təhrif və təhqir edən filmi pisləyən bəyanatla çıxış edib[b]
Bakı. Laçın Sultanova-APA. Avropa Şurasının baş katibi Terri Devis və onun müavini Mod de Bur-Bukikkio Hollandiyada çəkilmiş və İslamı təhqir edən filmlə bağlı bəyanatla çıxış ediblər.
[APA-nın Avropa Şurasına istinadən yaydığı məlumata görə, onlar bəyan ediblər ki, holland siyasətçisi Heyert Vildersin filmi cəhalət, xurafat və vahimə ilə bağlı çox pis manipulyasiyadır: "Bu filmdə ekstremistlərə böyük yer ayrılıb, onların maraqlarına xidmət edən adi bir təbliğatdır. Film Avropada yaşayan və İslama sitayiş edənləri kədərləndirəcək, çünki onlar zorakılığı rədd edir və ümumbəşəri dəyərləri qəbul edirlər. İnsan haqları üzrə Avropa Konvensiyasının qoruyucusu olan Avropa Şurasının baş katibi və onun müavini kimi biz fikir azadlığını dəstəkləyirik, lakin bu film məyusluq və narahatçılıq doğurur. Bu gün Avropa demokratiyası üçün çox qəmgin gündür, çünki onun əsas prinsiplərinin bir çoxu dözümsüzlük və təhqiredici stereotiplərin büruzə verilməsi üçün istifadə olunur. Avropanın bütün ölkələrində yaşayan və müxtəlif dinlərə aid olan əhalisinin əksəriyyəti dialoq və Avropa dəyərlərinə hörmət olunacağına inanır". -
03-29-2008, 12:51 PMAPATürkiyəli diplomat Candan Azər: "Heydər Əliyev 1994-cü ildə mənə Minsk Qrupunun Azərbaycana heç bir fayda verməyəcəyini demişdi"
[b]Türkiyəli diplomat Candan Azər: "Heydər Əliyev 1994-cü ildə mənə Minsk Qrupunun Azərbaycana heç bir fayda verməyəcəyini demişdi"[b]
Ankara. Mayis Əlizadə - APA. "Heydər Əliyev tanıdığım ən güclü dövlət adamlarından biri idi. Mən onunla dost olmaqdan qürur duyurdum. 1994-cü ilin axırlarında mənə Minsk Qrupunun gələcəyinin olmadığını və onun fəaliyyətinin Azərbaycana heç bir fayda verməyəcəyini demişdi. Onun dedikləri düz çıxdı".
[Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya idarəsinin keçmiş rəisi, bu ölkənin ATƏT-in Minsk Qrupundakı keçmiş nümayəndəsi, istefada olan səfir Candan Azər deyib. Azərbaycan hökumətinin Minsk Qrupunun formatının və həmsədlərin dəyişdirilməsi prosedrunu öyrənmək üçün ATƏT-ə müraciət etməsinə münasibət bildirən diplomat rəsmi Bakının düzgün qərar qəbul etdiyini söyləyib və bu mövqeyini davam etdirməsini məsləhət görüb: "İşğal edilmiş torpaqların danışıqlar yolu ilə geri qaytarılması çox çətindir. Mən Azərbaycanın öz torpaqlarını geri alacağına inanıram". -
03-29-2008, 01:11 PMAPAAzərbaycanın xarici işlər naziri NATO sammitində iştirak etmək üçün aprelin 2-də Buxarestə gedəcək
[b]Azərbaycanın xarici işlər naziri NATO sammitində iştirak etmək üçün aprelin 2-də Buxarestə gedəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 2-də Rumıniyaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi NATO-nun Buxarestdə keçiriləcək sammitində iştirak etməkdir. Qeyd edək ki, sammitin gündəliyinə daxil olan əsas məsələlər arasında Avroatlantik məkanda enerji təhlükəsizliyi də var. Müzakirə olunacaq digər əsas məsələlər isə NATO-nun genişləndirilməsi, NATO-nun Əfqanıstan və Kosovoda apardığı sülhyaratma əməliyyatları, Şərqi Balkanlarda vəziyyət və s.-dir.Aprelin 4-dək Buxarestdə səfərdə olacaq E. Məmmədyarovun bəzi ikitərəfli görüşləri də nəzərdə tutulur. -
03-29-2008, 01:51 PMAPAAzərbaycanın hüquq müdafiəçisi Eynulla Fətullayev və Əli İnsanovla görüşəcək
[b]Azərbaycanın hüquq müdafiəçisi Eynulla Fətullayev və Əli İnsanovla görüşəcək[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov martın 31-də 12 və 13 saylı cəzaçəkmə müəssisələrində monitorinq keçirəcək. Komitə sədri APA-ya bildirib ki, müəssisələrə baş çəkməkdə məqsədi həbsdə olan jurnalist Eynulla Fətullayev və sabiq səhiyyə naziri Əli İnsanovla görüşməkdir. E. Behbudov deyib ki, bununla bağlı ona E. Fətullayevin atası və Ə. İnsanov tərəfindən müraciət olunub. Qeyd edək ki, E. Fətullayev 12, Ə. İnsanov isə 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. -
03-29-2008, 01:56 PMAPAAzərbaycan parlamentinin spikeri Oqtay Əsədov MDB Parlament Assambleyasının plenar sessiyasında iştirak edəcək
[b]Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov MDB Parlament Assambleyasının plenar sessiyasında iştirak edəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Aprelin 3-4-də Sankt-Peterburqda MDB Parlament Assambleyasının plenar sessiyası keçiriləcək. APA-nın məlumatına görə, plenar sessiyanın işində AŞ PA prezidenti Luis Maria de Puç da iştirak edəcək. Onun plenar sessiyada çıxışı da nəzərdə tutulur. İclasa Azərbaycan, Ermənistan, Moldova, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və Tacikistan parlamentlərinin rəhbərləri də qatılacaq. AŞ PA prezidentinin bu ölkələrinin spikerləri ilə təkbətək görüşləri də planlaşdırılıb. Sessiya çərçivəsində MDB Parlament Assambleyası və AŞ PA-nın miqrasiya proseslərinin qloballaşması mövzusunda birgə konfrans keçirməsi də nəzərdə tutulur. Konfransda həmçinin insan hüquqları və sosial siyasət məsələləri müzakirə olunacaq. -
03-29-2008, 02:06 PMAPABMT İnsan Haqları Şurasının iclasında münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul edilib
[b]BMT İnsan Haqları Şurasının iclasında münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul edilib[b]
Bakı. Tamara Qriqoryeva - APA. BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən 7-ci iclasında Azərbaycanın təşəbbüsü ilə münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul edilib.
[Azərbaycanın BMT-nin Cenevrədə yerləşən qərargahındakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, sənəd yekdilliklə qəbul olunub. Qətnamədə bildirilir ki, münaqişə tərəfləri itkin düşənlərin taleyini aydınlaşdırmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə hərtərəfli əməkdaşlıq etməlidir. Azərbaycanın daimi nümayəndəsi Elçin Əmirbəyov toplantıda çıxış edərək beynəlxalq ictimaiyyətin problemə diqqətini artırmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, sentyabr ayında qətnamə layihəsi ilə bağlı açıq müzakirələr keçiriləcək və bunun əsasında təşkilatın ali komissarı qısa icmal hazırlayacaq. -
03-29-2008, 02:11 PMAPARusiyada axtarışda olan qadın Azərbaycanda tutulub
[b]Rusiyada axtarışda olan qadın Azərbaycanda tutulub[b]
Gəncə. Məhbubə Qasımbəyli-APA. Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanın Smolensk şəhər Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan azərbaycanlı qadın tutulub.
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 və 162-ci (qəsdən adam öldürmə və quldurluq) maddələri ilə axtarışda olan Nigar İbişova həbs edilib. -
03-29-2008, 02:16 PMAPAAprelin 1-də Milli Məclisin növbəti iclası keçiriləcək
[b]Aprelin 1-də Milli Məclisin növbəti iclası keçiriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Aprelin 1-də Azərbaycan Milli Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasda "Avtomobil nəqliyyatı haqqında" və "Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında" qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan başqa, deputatlar MDB ölkələrində Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılmasına dair müqavilə, Azərbaycanla Bolqarıstan, Misir və Fransa arasında saziş və konvensiyaların təsdiqlənməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər. -
03-29-2008, 02:21 PMAPAMDB dövlət başçılarının növbəti sammiti sentyabrın 26-da Bişkekdə keçiriləcək
[b]MDB dövlət başçılarının növbəti sammiti sentyabrın 26-da Bişkekdə keçiriləcək[b]
Bakı, Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının növbəti iclası bu il sentyabrın 26-da Bişkekdə keçiriləcək. APA-nın məlumatına görə, MDB Xarici İşlər Nazirləri Şurasının dünən Moskvada keçirilmiş iclasında sammitə hazırlıqla bağlı müzakirələr aparılıb.
[Nazirlərin görüşündə 20-yə yaxın məsələ müzakirə olunub, onlar arasında sosial-humanitar sahəyə aid məsələlər əksəriyyət təşkil edib. Görüşdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyinin qeyd olunmasına dair layihə təsdiq olunub. Bu layihəyə əsasən, 2009-cu ildən başlayaraq MDB-nin bütün ərazisində MDB xalqlarının bu qələbədə rolunu əks etdirən tədbirlərin keçirilməsi, veteranların sosial təminatının yaxşılaşdırması nəzərdə tutulub. -
03-29-2008, 02:26 PMAPAAzərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi aprelin 15-nə təyin edilib
[b]Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi aprelin 15-nə təyin edilib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bakı Apellyasiya Məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı - "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və daha 4 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verdiyi apellyasiya şikayət üzrə ilkin məhkəmə baxışı davam etdirilib. APA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sabiq nazirin vəkili İsaxan Aşurovun məhkəmə tərkibinə etirazı təmin olunmayıb. Məhkəmə heyəti apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılacağını bildirərək, məhkəmə baxışını aprelin 15-nə təyin edib. -
03-29-2008, 02:36 PMAPANadir Qafarzadə "Nömrə 1" layihəsindən uzaqlaşdırılıb
[b]Nadir Qafarzadə "Nömrə 1" layihəsindən uzaqlaşdırılıb[b]
Bakı. Ülkər Qasımova - APA. Müğənni Nadir Qafarzadə "Nömrə 1" layihəsindən uzaqlaşdırılıb. N. Qafarzadə APA-ya açıqlamasında bildirib ki, layihədə iştirakdan özü imtina edib:
["Məni bu layihədən uzaqlaşdırmayıblar. Sadəcə özüm bu layihədə iştirakdan imtina etmişəm. Belə bir layihədə iştirak etməyi lazım bilmədim. Onu da qeyd etmək istəyirəm ki, layihədən ayrılmağımın iştirakçılarla əlaqəsi yoxdur". N. Qafarzadə televiziyalarda görünməməyinin səbəbini toylarının çoxluğu ilə əlaqələndirib. Layihənin aparıcısı Emin Musəvi isə APA-ya N. Qafarzadənin layihədən uzaqlaşdırılması barədə növbəti verilişdə ətraflı məlumat veriləcəyini bildirib. APA-nın əldə etdiyi məlumata görə isə, N. Qafarzadənin Azərbaycan teleməkanında görünməsinə bir müddət qadağa qoyulub. Məhz bu səbəbdən o, "Nömrə 1" layihəsindən də uzaqlaşdırılıb. Bunun səbəbi isə onun digər müğənnilərlə birgə Xocalı soyqırımının ildönümündə İsraildə konsert verməsidir.