[b]Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrləri gələn ay İstanbulda toplaşacaqlar[b]
Bakı. Ramil Məmmədli - APA. Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrlərinin görüşü mayın sonunda İstanbulda keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Nizami Cəfərov bildirib. N. Cəfərov deyib ki, bütün türkdilli dövlətlərin parlament sədrlərinin toplantıda iştirakının təmin olunması üçün komissiya fəaliyyət göstərir. O, bəzi türkdilli dövlətlərin parlament assambleyasının yaradılmasında qeyri-səmimi mövqe nümayiş etdirdiyini də bildirib: "Təəssüf edirik ki, bəzi dövlətlər bu məsələyə lazımı dərəcədə əhəmiyyət vermir. Amma inanıram ki, bu məsələ həllini tapacaq. Çünki parlament səviyyəsində birliyə nail olunması daha demokratik, kütləvi və dünyanın qəbul edəcəyi formadır". N. Cəfərov İstanbul görüşündə muxtar türk dövlətlərinin parlament nümayəndələrinin iştirakının əhəmiyyətini də vurğulayıb: "Parlament sədrlərinin görüşündə altı müstəqil türkdilli dövlətin məclis rəhbərləri ilə yanaşı, yarımmüstəqil, yəni Tatarıstan, Başqırdıstan kimi muxtar türk dövlətlərinin parlament sədrlərinin də iştirakı yaxşı olardı. Hətta İran parlamentində təmsil olunan türk deputatlar da bu toplantıya qatıla bilərlər".
Azərbaycan Xəbərləri
Printable View

04-11-2008, 02:36 PMAPATürkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrləri gələn ay İstanbulda toplaşacaqlar

04-11-2008, 04:21 PMAPAAzərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul edib
[b]Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul edib[b]
[APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də fövqəladə hallar zamanı birgə əməkdaşlıq müzakirə olunub. K. Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində Türkiyənin müvafiq qurumlarının təcrübəsindən istifadə etdiyini qeyd edib: "Biz öz fəaliyyətimizdə Türkiyənin təcrübəsindən istifadə edirik. Gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi vacibdir".C. Çiçək isə Azərbaycanın ötən dövrdə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb: "Azərbaycanın inkişafı, təhlükəsizliyi bütün bölgənin asayişi deməkdir". Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.Qeyd edək ki, bu gün C. Çiçək Ədliyyə Nazirliyində də görüş keçirəcək. Sabah isə o, FHN-in «İzotop» Xüsusi Kombinatı, Böhranların İdarə Olunması Mərkəzi və digər strukturlarında olacaq. -
04-11-2008, 04:26 PMAPAAzərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyənin müvafiq qurumları ilə birgə təlimlər keçirəcək
[b]Azərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyənin müvafiq qurumları ilə birgə təlimlər keçirəcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlıq sazişlərinə uyğun olaraq, Türkiyənin müvafiq qurumları ilə birgə təlimlər keçirəcək.
[APA-nın məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəklə görüşündə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.K. Heydərov deyib ki, təlimlər fövqəladə halların aradan qaldırılmasında birgə iştirak, həmçinin xilasetmə əməliyyatları və s.-lə bağlı olacaq. -
04-11-2008, 04:31 PMAPAAzərbaycanın Fövqəladə Hallar Nazirliyi Türkiyədən müxtəlif təyinatlı texnikalar alacaq
[b]Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Türkiyədən müxtəlif təyinatlı texnikalar alacaq[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyədən müxtəlif təyinatlı texnikalar alacaq. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
[K. Heydərovun sözlərinə görə, hazırda bununla bağlı Türkiyə şirkətləri ilə danışıqlar aparılır. FHN Türkiyədən yanğınsöndürmə avadanlıqları, fərdi mühafizə vasitələri və digər avadanlıqlar almağı planlaşdırır. -
04-11-2008, 04:36 PMAPAHeydər Əliyev Fondu Rafiq Babayevə həsr olunmuş albom hazırlayıb
[b]Heydər Əliyev Fondu Rafiq Babayevə həsr olunmuş albom hazırlayıb[b]
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondu bəstəkar, pianoçu Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomu hazırlayıb. APA-nın məlumatına görə, bu gün Fondda albomun təqdimat mərasimi keçirilib.
[Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva bildirib ki, alboma R. Babayevin həyat və yaradıcılığını əks etdirən kitab, 2 DVD və zəngin yaradıcılığından seçmələr olan 8 SD daxildir. "Rafiq Babayev musiqi aləminə yeni nəfəs, fərqli baxış gətirib, muğam və saz havası ilə cazın sintezini yaradıb" deyən M. Əliyeva R. Babayevin Azərbaycan mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Millət vəkili xatırladıb ki, R. Babayev ermənilərin 1994-cü ilin mart ayında Bakı Metropolitenində törətdiyi terror nəticəsində faciəli şəkildə həlak olub: "Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb". M. Əliyeva ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda ermənilər tərəfindən 32 terror aktının həyata keçirildiyini, 2 mindən çox insan bu terrorun qurbanı olduğunu da diqqətə çatdırıb: "Bu albomla biz təkcə Rafiq Babayevi yox, həmin terror nəticəsində həlak olmuş bütün günahsız insanların ruhunu yad edirik".Tədbirdə çıxış edən R. Babayevin qızı Fərziyyə Babayeva ailəsi adından Heydər Əliyev Fonduna və albomun hazırlanmasında xidmətləri olanlara minnətdarlığını bildirib. Tədbirin sonunda R. Babayevin bəslədiyi musiqi ifa olunub. -
04-11-2008, 04:56 PMAPAAmerikadakı Azərbaycan diaspor təşkilatları sabah "Türk Network" layihəsinin təqdimatını keçirəcək
[b]Amerikadakı Azərbaycan diaspor təşkilatları sabah "Türk Network" layihəsinin təqdimatını keçirəcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Aprelin 12-də ABŞ-da "Türk Network" şəbəkəsinin təqdimatı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihəni Amerika Türk Dərnəkləri Federasiyası və Amerika Azərbaycan Cəmiyyəti birgə həyata keçirir. Şəbəkənin yaradılmasında məqsəd Azərbaycan və Türk diaspor təşkilatları arasındakı əməkdaşlığı daha da təkmilləşdirmək və Amerika ilə Türk dünyası arasında əlaqələri inkişaf etdirməkdir. Bundan başqa, "Türk Network" layihəsi ABŞ-dakı prezident seçkisi ərəfəsində bu ölkədəki türkləri siyasi cəhətdən fəallaşdırmağa da xidmət göstərəcək. Qeyd edək ki, bir neçə ay əvvəl "US Azeri’s Network" adlı şəbəkə yaradan Azərbaycan diaspor təşkilatları da "Türk Network" layihəsində fəal iştirak edəcək. -
04-11-2008, 05:06 PMAPAAzərbaycanlı professorun İstanbuldakı evini yarıblar
[b]Azərbaycanlı professorun İstanbuldakı evini yarıblar[b]
Bakı. Samir Kazımlı - APA. Tanınmış türkoloq Kamil Vəli Nərimanoğlunun Türkiyənin İstanbul şəhərindəki evi naməlum şəxslər tərəfindən qarət olunub.
[APA-nın məlumatına ğörə, şəhərin Aksaray səmtində yerləşən evdə oğurluq hadisəsi təxminən 20 gün öncə baş verib. Hadisə baş verən zaman mənzildə heç kım olmayıb. Oğruların mənzildən müəyyən miqdarda pul, qızıl-zinət əşyaları və 1 ədəd nootbuk apardıqları bildirilir. Məlumata görə, Yeditepe Universitetinin professoru, Türk Dil Qurumunun və Atatürk Kültür Mərkəzinin həqiqi üzvü Kamil Vəli Nərimanoğlu Türkiyədə yaxşı tanındığından, polisə oğurluq hadisəsinin üstünü açmaq üçün ciddi təlimat verilib. Professorun xanımının və baldızının pasportları oğurlandığına görə onlar Azərbaycana İstanbuldakı baş konsulluğun verdiyi səyahət sənədi ilə qayıdıblar. Kamil Vəli Nərimanoğlunun həyat yoldaşı Fatma Vəli APA-ya açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu il martın 25-də ailə üzvləri ilə birlikdə İstanbula gəzməyə çıxıb, axşam saatlarında evə qayıdanda isə mənzillərinin qarət olunduğunu görüblər: "Evə qayıdanda gördük ki, qapını sındıraraq evdən oğurluq ediblər. Oğrular gəlinimin qızıllarını, oğluma ezamiyyətdə istifadə etmək üçün işlədiyi, bp şirkəti tərəfindən verilən bank kartı, noutbuk, mənim və bacımın sənədləri ilə yanaşı, geri qayıtmaq üçün təyyarə biletlərimizi də oğurlayıblar". Hadisə ilə bağlı cinayət işinin başlandığını deyən F. Vəli hələlik oğruların müəyyən olunmadığını bildirib: "Hadisədən bir gün sonra polislər bizim evin yaxınlığındakı evlərin birindən qızıl əşyaları oğurlayan bir şəxsi tutmuşdular. Həmin şəxsin oğurladığı əşyalara baxdıq. Lakin orada bizim oğurlanmış əşyalarımız yox idi".Qeyd edək ki, Kamil Vəli Nərmanoğlu hazırda Türkiyədədir. -
04-11-2008, 05:41 PMAPAAŞ PA sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasının keçirilib-keçirilməyəcəyi sual altındadır
[b]AŞ PA sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasının keçirilib-keçirilməyəcəyi sual altındadır[b]
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) aprelin 14-18-də Strasburqda keçiriləcək yaz sessiyası çərçivəsində qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasının olub-olmayacağı hələlik sual altındadır.
[Bu barədə APA-ya Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, alt komitənin sədri Lord Rassel Conston AŞ PA missiyasının tərkibində fevralın 19-da Ermənistanda prezident seçkilərini izləyərkən özünü pis edib və oradan birbaşa Londona aparılıb: "Hazırda onun vəziyyəti normaldır, amma sessiyaya qatılıb-qatılmayacağı məlum deyil". S. Seyidovun sözlərinə görə, bu səbəbdən sessiya zamanı Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında R. Constonun təşəbbüsü ilə deputatların görüşünə hazırlıq məqsədilə danışıqların baş tutub-tutmayacağı da sual altındadır. Sessiyada Azərbaycan üçün prioritet məsələlərdən danışan missiya rəhbəri Azərbaycan üçün bütün məsələlərin prioritet olduğunu qeyd edib: "Xüsusilə Avropa Şurasında gedən tendensiyalar bizi narahat etməyə bilməz. Ermənistanda keçirilmiş prezident seçkilərinə yanaşmada ikili standartlar və Azərbaycana qarşı bəzi məqamlarda qeyri-obyektiv münasibət təbii ki, tərəfindən xüsusi vurğulanacaq. Heç kim və heç kəs inkar etmir ki, Azərbaycanda müəyyən problemlər var. Keçid dövründə olan bütün ölkələrdə bu problemlər mövcuddur. Lakin bunları hansısa formada qabarıq şəkildə yalnız Azərbaycana şamil etmək düzgün deyil. Biz konstruktiv dialoqa hazırıq, ancaq konstruktivlik qarşılıqlı olmalıdır. Məsələn, niyə Venesiya Komissiyası ilə müzakirələr normal gedir? Çünki hər iki tərəf konstruktivlik göstərir. Birtərəfli, təzyiq formasında olan münasibətlər təbii ki, Azərbaycan tərəfindən qəbul oluna bilməz".S. Seyidov sessiya çərçivəsində GUAM ölkələrinin nümayəndə heyətlərinin ənənəvi görüşünün keçiriləcəyini, fikir mübadiləsi aparılacağını da sözlərinə əlavə edib. -
04-11-2008, 05:56 PMAPAMahmud Kərimov: "Dövlət elmdən səmərə götürmək istəyirsə, Ümumi Daxil Məhsulun azı iki faizini bu sahəyə ayırmalıdır"
[b]Mahmud Kərimov: "Dövlət elmdən səmərə götürmək istəyirsə, Ümumi Daxil Məhsulun azı iki faizini bu sahəyə ayırmalıdır"[b]
Bakı. Laçın Sultanova - APA. "Prezidentin imzaladığı sərəncam elmin infrastrukturunun dəyişdirilməsi və prioritet istiqamətlərin seçilməsinə yaxşı imkan yaradır". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
[O bildirib ki, ölkə başçısının Azərbaycan elmində islahat aparmaq məqsədilə yaratdığı dövlət komissiyası fəaliyyətə başladıqdan sonra bu sahədə hansı islahatların həyata keçiriləcəyi müəyyənləşəcək: "Hələ altı ay vaxtımız var. Bu müddətdə islahat proqramını hazırlamağa çalışacağıq". M. Kərimov maliyyə mexanizmlərinin işlənib hazırlanmasını da zəruri sayır: "Bazar iqtisadiyyatına uyğun yeni maliyyə mexanizmləri olmalıdır. Əslində bunu çoxdan arzu edirdik, təklif edirdik ki, elmi mövzular və layihələr müsabiqə əsasında maliyyələşdirilsin. Çox güman ki, bundan sonra belə olacaq. Müasir tələblərə uyğun maliyyələşmə mexanizmi hazırlanacaq, müsabiqələr elan olunacaq, qalib gələn layihə maliyyələşdiriləcək. Dövlət elmdən səmərə götürmək istəyirsə, Ümumi Daxil Məhsulun ən azı iki faizini elmə ayırmalıdır, bizdə isə hazırda 0,2 faiz ayrılır. Bu, nəinki elmin inkişafı, hətta elmin saxlanılması üçün kifayət deyil. Ancaq güman edirəm ki, biz dediyim sənədi hazırlayıb hökumətə təqdim etsək, bundan sonra elmə ayrılan vəsait ÜDM-in 2 faizi olmasa da, hər halda 0,2 faizi də olmayacaq". Elmi müəssisələrin birləşdirilməsi ehtimalına toxunan AMEA prezidentinin sözlərinə görə, belə birləşmələr baş verə bilər: "Bu, təkmilləşdirmə prosesinin tərkib hissəsidir. Yəqin ki, müəyyən birləşmələr olacaq. Biz elmi-tədqiqat müəssisələrimizdə monitorinq aparmalıyıq ki, o müəssisələrin elmi nəticələri necədir, işi necə qurulub və s. Bundan sonra təkliflər veriləcək, elmin inkişafı üçün zəmin yaranacaq". -
04-11-2008, 06:51 PMAPAAzərbaycanın AŞ PA-dakı nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburqa gedir
[b]Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburqa gedir[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün sabah Strasburqa yola düşəcək.
[Bu barədə APA-ya parlamentin mətbuat xidmətindən məlumat verilib. Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin daimi komissiya sədrlərinin müavinləri Gültəkin Hacıyeva, Aydın Mirzəzadə, deputatlar Sabir Hacıyev və Qənirə Paşayeva daxildir. Tədbirdə Rusiya Federasiyasında, Monakoda, Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri, Avropada müsəlman icmalarının ekstremizmə məruz qalması, uşaqlar və yeniyetmələr arasında intihar halları, Serbiyada milli azlıqların vəziyyəti, davamlı inkişaf, turizm və digər məsələlər müzakirə ediləcək. Səfər aprelin 19-da başa çatacaq. -
04-11-2008, 07:11 PMAPAAzərbaycan Mətbuat Şurasında fikir ayrılığı yaranıb
[b]Azərbaycan Mətbuat Şurasında fikir ayrılığı yaranıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri arasında fikir ayrılığı yaranıb. Bu, MŞ-nın Nizamnaməsinin dəyişdirilməsi və şura sədrinin səlahiyyət müddətinin uzadılması ilə bağlıdır.
[Şura üzvlərinin bir hissəsi qurumun Nizamnaməsinin dəyişdirilməsini və sədrin səlahiyyət müddətinin uzadılmasını istəyir. İkinci tərəf isə bunun əleyhinə çıxaraq, Nizamnamənin olduğu kimi saxlanılmasını və MŞ-ya yeni sədr seçilməsi təklifini irəli sürür. MŞ-nın Nizamnaməsinin dəyişdirilməsi təklifini irəli sürənlər şuranın hazırkı sədri Əflatun Amaşovun hələ bir müddət də sədr postunda qalmasına tərəfdar olanlardır. Bununla bağlı APA-ya açıqlamasında MŞ sədrinin müavini Qulu Məhərrəmli şuranın növbəti hesabat-seçki qurultayının iyunun sonu, iyulun əvvəllərində keçiriləcəyini deyib. Onun sözlərinə görə, qurultayda MŞ-yə sədr seçilməsi məsələsi də gündəlikdə olacaq. Q. Məhərrəmli MŞ üzvləri arasında yaranan fikir ayrılığına aydınlıq gətirib: "Şura üzvlərinin bir hissəsi Nizamnamənin dəyişdirilməsinə tərəfdardır, bir hissəsi isə buna ehtiyac olmadığını iddia edir. Mətbuat Şurasının bəzi üzvləri Əflatun Amaşovun yaxşı işlədiyini və onun səlahiyyət müddətinin uzadılması istəyir. Başqa bir tərəf isə Mətbuat Şurasının Nizamnaməsinin qurultay tərəfindən müəyyənləşdirildiyini, sədrin səlahiyyət müddətinin uzadılmasına ehtiyac olmadığını söyləyir. Bu fikirlər hələ mülahizə formasındadır". MŞ-nın sədr müavini yaranmış vəziyyətlə bağlı mövqeyini də açıqlayıb: "Hesab edirəm ki, Nizamnamənin dəyişdirilməsinə ehtiyac yoxdur". MŞ-nın üzvü Arif Əliyev də APA-ya açıqlamasında məsələyə daha kəskin münasibət bildirib: "Heç bir vəchlə qəbul edə bilmirəm ki, fərdlərə görə nizamnamələr yazılsın. Nizamnamə məhz belə şeylərin qarşısını almaq üçündür. Kiminsə gəlib orada kök salıb strukturları sıradan çıxarmaması üçün sədrlik üçün qısa müddət qoyulub. Mətbuat Şurasının Nizamnaməsində də 4 il, indiki halda isə təxminən 5 il müddət kifayətdir". A. Əliyev deyib ki, Azərbaycan jurnalistlərinin belə bir dəyişikliyə tərəfdar olacağını təsəvvür eləmir: "İndi baxarıq görək, nə cür olur". MŞ-nın İdarə Heyətinin digər üzvü Rəşad Məcid isə qurumun Nizamnaməsinin qurultayda dəyişdiriləcəyini və Əflatun Amaşovun səlahiyyət müddətinin uzadılacağını deyib: "Nizamnamədə yalnız səlahiyyət müddətini göstərən rəqəm dəyişdiriləcək. Konkret olaraq 2 rəqəmi 3,4 və yaxud da 5 rəqəmi ilə əvəzlənəcək və Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçiləcək". R. Məcid öz mövqeyini belə əsaslandırıb: "Hesab edirik ki, Əflatun Amaşovun fəaliyyəti qənaətbəxş olub və ona işləmək üçün bir qədər də vaxt verilməlidir". -
04-11-2008, 07:36 PMAPAGUAM ölkələri ATƏT-in Daimi Şurasında Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinə dair bəyanat yayıb
[b]GUAM ölkələri ATƏT-in Daimi Şurasında Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinə dair bəyanat yayıb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. GUAM ölkələri ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stabbın aprelin 10-da ATƏT Daimi Şurasında Finlandiyanın sədrliyinin prioritetlərini açıqlamasına cavab olaraq birgə bəyanatla çıxış ediblər.
[Ukraynanın ATƏT-dəki nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatı Daimi Şurada Ukrayna nümayəndəliyinin rəhbəri səsləndirib. Bəyanatda bildirilir ki, A. Stabbın açıqladığı prioritetlər GUAM dövlətlərinin maraqları ilə tam üst-üstə düşür və üzv ölkələr tərəfindən dəstəklənilir: "Dondurulmuş münaqişələr" yalnız konstruktiv danışıqlar əsasında həll oluna bilər. GUAM ölkələri münaqişələrin yaranmasını önləyən və onların nizama salınmasında böyük rolu olan bir təşkilat kimi ATƏT-in Azərbaycanda, Moldovada və Gürcüstanda "dondurulmuş münaqişələr"in həllinə öz töhfəsini verəcəyinə inanır". Bəyanatda qeyd olunur ki, GUAM ölkələri ATƏT sədrinin münaqişələrin həlli üzrə şəxsi nümayəndəsi Heyki Talvitiyenin fəaliyyətini dəstəkləyir və danışıqlar prosesinin canlanmasına effektiv yardım göstərməyə hazırdır: "GUAM-ın "dondurulmuş münaqişələr"in həllinə dair mövqeyi dəyişilməz olaraq qalır. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli, münaqişələrin həllində BMT qətnamələri və ATƏT-in qərarları əsas götürülməli, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar". -
04-11-2008, 07:51 PMAPARəsul Quliyevin Böyük Britaniyada yaşayan qohumunun 514 min manatı mənimsənilib
[b]Rəsul Quliyevin Böyük Britaniyada yaşayan qohumunun 514 min manatı mənimsənilib[b]
Bakı. Samir Kazımlı - APA. Saxta etibarnamə ilə Beynəlxalq Bankın Səbayel filialından 514 min manat məbləğində pulu mənimsənildiyi bildirilən Böyük Britaniya vətəndaşı Almas Namiq qızı Quliyeva eks-spiker Rəsul Quliyevin qohumudur.
[APA-nın apardığı araşdırma zamanı məlum olub ki, A. Quliyeva R. Quliyevin bacısı oğlu İlqar Quliyevin həyat yoldaşıdır. A. Quliyevanın və onun həyat yoldaşının Böyük Britaniya vətəndaşı olduqları, hazırda həmin ölkədə yaşadıqları bildirilir. Qeyd edək ki, Bakı şəhər sakini, 52 yaşlı Qadir Ələsgərov saxta sənəd vasitəsilə Böyük Britaniya vətəndaşının külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, ötən ilin oktyabr ayında Q. Ələsgərov saxta etibarnamədən istifadə edərək, Səbayel Rayon Məhkəməsinin qərarı ilə "Qələbə" MMC tərəfindən Beynəlxalq Bankın Səbayel filialında 54 yaşlı Almaz Namiq qızı Quliyevanın adına depozitə qoyulmuş 514 min manat pulu öz adına keçirərək mənimsəyib. Rayon Polis İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılır. Xatırladaq ki, 2005-ci ilin iyun ayının 3-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında AHY-107 saylı "Bakı-London" aviareysi ilə uçmaq istəyən A. Quliyevaya məxsus çantaya gömrük baxışı keçirilərkən kişi ayaqqabısının bir tayına yerləşdirilmiş İspaniya istehsalı "MAQNUM" modelli, uzunluğu 122 mm olan 5,6 mm kalibrli, istifadəyə yararlı odlu silah olan revolver və onun 5 mm kalibrli 5 ədəd patronu aşkarlanıb. Faktla bağlı A. Quliyeva barəsində Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə cinayət işi başlansa da, o, sonradan o sərbəst buraxılıb. -
04-12-2008, 11:06 AMAPAErmənilər yenə atəşkəsi pozublar
[b]Ermənilər yenə atəşkəsi pozublar[b]
[Bakı. Elbrus Seyfullayev- APA. Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi yenidən pozub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 11.55-dən 12.15-dək Ermənistanın Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini atəşə tutublar. Ermənilər saat 22.15-dən 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən, aprelin 12-də saat 01.30-dan 02.40-dək isə Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, həmçinin saat 05.20-dən 05.40-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-12-2008, 11:11 AMAPAMoskvada nəşr edilən «İlxam Aliev: Bioqrafiya prodoljaetsya» kitabının Bakıda təqdimatı keçiriləcək
[b]Moskvada nəşr edilən «İlxam Aliev: Bioqrafiya prodoljaetsya» kitabının Bakıda təqdimatı keçiriləcək[b]
Bakı. Laura Cəbrayıllı - APA. Rusiyanın «Molodaya Qvardiya» nəşriyyatının çap etdiyi «Görkəmli şəxsiyyətlərin həyatı» seriyasından Azərbaycan prezidenti İlham Əliyevə həsr olunmuş «İlxam Aliev: Bioqrafiya prodoljaetsya» kitabının Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında elektron versiyası hazırlanıb.
[Milli Kitabxanadan APA-ya verilən məlumata görə, kitabı Hüseynbala Mirələmov və Viktor Andrianov qələmə alıb. Moskvada işıq üzü görən kitabın və nəşrin elektron versiyasının yaxın günlərdə Milli Kitabxanada təqdimatı keçiriləcək. -
04-12-2008, 11:16 AMAPAABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı dinləmələr keçiriləc
[b]ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı dinləmələr keçiriləcək[b]
ABŞ. Hüsniyyə Həsənova-APA. Bu il aprelin 17-də ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarına təsiri barədə müzakirələr keçiriləcək. APA-nın ABŞ bürosunun məlumatına görə, dinləmələr Konqresdə Helsinki Komissiyasının rəhbəri Alsi Hastinqsin və senator Benjamin Kardinin rəhbərliyi ilə keçiriləcək.
[Konqresdən bildiriblər ki, bu il fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkiləri son on ilin ən ciddi siyasi böhranını yaradıb. Bu ölkədə martın 1-də polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 8 günahsız dinc sakin öldürülüb. Bundan sonra rəsmi İrəvanın tətbiq etdiyi fövqəladə vəziyyət Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurub. Konqresdən verilən açıqlamada daha sonra qeyd olunub ki, seçkilərdə baş nazir Serj Sarkisyan prezident seçilsə də, müxalifət hələ də onu prezident kimi tanımır və ölkədə tərəflər arasında vəziyyət gərgin olaraq qalmaqdadır. Bütün bunları nəzərə alaraq, Konqresdə siyasi böhranın Ermənistanda yaratdığı fəsadlar, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar və rəsmi İrəvanın Minilliyin Çağırışı proqramına uyğun inkişaf etməsi məsələləri ilə bağlı dinləmələr keçirilməsinə qərar verilib. Dinləmələrdə Dövlət Katibinin Avropa və Avroasiya məsələləri üzrə müavinin müşaviri Metyu Brayza, Ermənistan prezidentinin müşaviri Viqen Sarqsyan və sabiq prezident Levon Ter Petrosyanın mətbuat katibi Arman Qriqoriyan da çıxış edəcəklər. -
04-12-2008, 11:21 AMAPAStrasburqda beynəlxalq QHT-lər konfransı keçiriləcək
[b]Strasburqda beynəlxalq QHT-lər konfransı keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu ilin aprel ayının 14-17-də Strasburqda (Fransa) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində beynəlxalq QHT-lər konfransı keçiriləcək. Bu barədə APA-ya AŞPA-dan məlumat verilib.
[Konfransda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Moldova, Ukrayna və Belarusda qeyri-hökumət təşkilatlarının hazırkı vəziyyəti, fəaliyyəti və islahatların aparılması ilə bağlı məsələlər müzakirə olunacaq. Bununla yanaşı toplantı iştirakçıları üçün «İnsan haqları uşağın gözü ilə» mövzusunda seminar, həmçinin media və yeni kommunikasiya texnologiyaları məsələlərinə həsr olunmuş konfrans keçiriləcək. -
04-12-2008, 11:31 AMAPAXocalı soyqırımı ilə bağlı yeni faktlar aşkarlanıb.
[b]Xocalı soyqırımı ilə bağlı yeni faktlar aşkarlanıb.[b]
Bakı. Elbrus Seyfullayev-APA. Xocalı soyqırımı ilə bağlı yeni faktlar aşkarlanıb. Bu barədə APA-ya Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib. Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, Xocalıya hücumda Rusiyanın 366-cı motoatıcı alayı ilə yanaşı keçmiş SSRİ-nin xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət 150 nəfərlik qrup iştirak edib.
[Eyni zamanda o da məlum olub ki, Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırıb. Belə ki, 1989-cu ilin dekabrında Ermənistan ordusunun zabitləri Baqdasar Gevorkyan, Bano Siraderyan və Samvel Şarinyan SSRİ quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda döyüşmüş rus zabiti Vladimir Varonovla danışıqlar apararaq, onu Sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət xüsusi təyinatlı qrup təşkil etməyə və bu qrupla Xocalıya hücum etməyə razı salıblar. Vladimir Varonov 1990-cı ilin birinci rübündə artıq 150 nəfərlik batalyonu təşkil edərək, döyüşə hazır vəziyyətə gətirib. Bu batalyonun qərargah rəisi tanınmış sovet kəşfiyyatçısı İvan Qukasov, onun yardımçıları isə Alik Petrosyan və Feliks Qeoxlyan təyin edildilər.Yeni yaradılmış xüsusi təyinatlı batalyonun döyüş komandirləri Qukosov, Sumbat Akopyan, Karen Gevorkyan olublar. Peşəkarlardan seçilmiş bu batalyonun partizan metodu ilə hərəkət cədvəlinə və hücum xəttinə Vladimir Vardanov və Vazgen Sarkisyan rəhbərlik edibdilər. Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücuma keçərək, günahsız insanları qətliam edib. Faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, gözləri çıxarılıb, başları kəsilib, hamilə qadınların qarınları süngü ilə deşilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (onlardan 76-sı uşaqdır), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld. rubl dəyərində ziyan dəyib. -
04-12-2008, 01:56 PMAPAİranda Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani həbs edilib
[b]İranda Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani həbs edilib[b]
Bakı. Ramil Məmmədli-APA. İrandakı azərbaycanlılarının hazırda həbsdə olan fəallarından biri olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani həbs edilib.
[APA-nın İrandakı mənbələrinə istinadən verdiyi məlumata görə, dünən gecə saat 01.30 radələrində İranın xüsusi xidmət orqanlarının (ETTELAAT) əməkdaşları R. Lisaninin evində axtarış apararaq, onun kompüterini müsadirə edərək, özünü həbs ediblər. Xanım Lisani həyat yoldaşının məhkəmə prosesi və ona edilən təzyiqlərlə bağlı məlumatları yaydığı üçün saxlanılıb. Qeyd edək ki, A. Lisani hazırda İranın Yazd həbsxanasında saxlanılır. -
04-12-2008, 02:01 PMAPAƏli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb
[b]Əli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb[b]
Əli Bayramlı-Əlibəy Zeynalov-APA. Əli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Əli Bayramlı Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini İrşad Rzayev məlumat verib.
[Onun sözlərinə görə, bu il aprelin 8-dən 9-a keçən gecə saat 2.50 radələrində polisə Əli Bayramlı şəhər sakini Fətiyev Nazim Kamandar oğlunun yaşadığı ünvana 4 nəfər maskalanmış xəncər, kəsici və dəmir linglərlə silahlanmış mütəşəkkil dəstənin soyğunçuluq məqsədi ilə basqın etməsi barədə məlumat daxil olub. Basqın nəticəsində N. Fətiyevə dəmir ling vasitəsilə baş nahiyyəsindən ağır zərbə endirilib və xəncərlə döş qəfəsini dəlib daxilə keçən xəsarət yetirilib. Basqınçılar evin xanımı Heybətova Natəvan Fizuli qızını isə boğmağa cəhd ediblər. Nizami Fətiyev basqınçılara müqavimət göstərib, eyni zamanda səs-küyü eşidərək qonşular köməyə gəliblər. Bina görə də basqınçıları bir-iki əşya götürərək, hadisə yerindən qaçıblar. Hadisə nəticəsində zərərçəkən Nazim Fətiyev Əli Bayramlı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Əli Bayramlı Şəhər Polis Şöbəsində rəis Şahmar Paşayevin rəhbərliyi ilə dərhal operativ əməliyyat axtarış tədbirləri nəticəsində basqınçılar yaxalanıb. Bunların 1986-cı il təvəllüdlü, Sumqayıt Universitetinin mexanika fakültəsinin 4-cü kurs tələbəsi Səfərov Elnur Zabit oğlu, 1987-ci il təvəllüdlü BDU-nun Geologiya fakültəsinin 4-cü kurs tələbəsi Abdullayev Anar Ağabəy oğlu, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyarxan oğlu və 1976-cı il təvəllüdlü Bağırov Mahir İsfəndiyar oğlu olduğu müəyyənləşib. Basqınçıların hamısı Bakı sakinləridir. Cinayətkar qrupdan maddi sübut kimi cinayətdə istifadə olunan üç sintetik maska corab, 3 ədəd dəmir ling və bir ədəd xəncər götürülüb. Faktla bağlı Əli Bayramlı Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/ -
04-12-2008, 02:41 PMAPAŞeyxülislamın Səudiyyə Ərəbistanı Krallığına səfəri başlayır
[b]Şeyxülislamın Səudiyyə Ərəbistanı Krallığına səfəri başlayır[b]
[APA-nın məlumatına görə, bu barədə A. Paşazadə məlumat verib. Şeyx bir həftə davam edəcək səfərdə Səudiyyə Ərəbistanı Krallığının Həcc naziri və digər rəsmi şəxslərlə görüşlər keçirəcəyini deyib. Onun sözlərinə görə, keçirəcəyi görüşlərdə bu ilki Həcc ziyarəti ilə yanaşı, dünyada dini sahədə gedən proseslər də müzakirə olunacaq. A. Paşazadə son vaxtlar dünya ölkələrində dinlərarası dialoqa çağırışların intensivləşdiyini, Azərbaycanda isə bu məsələ ilə bağlı hələ iki il əvvəl böyük bir tədbirin keçirildiyini deyib: "Əslində dinlərarası dialoqa çağırış məhz bizim təşəbbüsümüz olub. Bu bizim qələbəmizdir". -
04-12-2008, 04:11 PMAPABakının Qaradağ rayonunda arvad ərini qətlə yetirib
[b]Bakının Qaradağ rayonunda arvad ərini qətlə yetirib[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Bakının Qaradağ rayonunun Müşfiq qəsəbəsində arvad ərini qətlə yetirib. Daxili işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Qalina Kolduşova ailə münaqişəsi zəminində əri Anatolini bıçaqla qətlə yetirib. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.Kolduşova tutulub. -
04-12-2008, 04:16 PMAPAŞeyxülislam: "Azərbaycanda kiminsə dini etiqadına görə həbs edilməsi məsələsi yoxdur"
[b]Şeyxülislam: "Azərbaycanda kiminsə dini etiqadına görə həbs edilməsi məsələsi yoxdur"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Bu günə kimi Azərbaycanda kiminsə dini etiqadına görə həbs edilməsi məsələsi yoxdur. İstənilən şəxs, hətta dindar olsa belə, qanun pozuntusuna yol veribsə, qanun qarşısında cavab verməlidir".
[APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx qloballaşma dövründə xarici dövlətlərdən ölkəyə qeyri-ənənəvi dinlərin daxil olmasını mümkün sayıb. Onun sözlərinə görə, belə ənənəvi təriqətlər həm müsəlman, həm də xristian təmayüllü ola bilər: "Azərbaycanda qanundan kənar fəaliyyət göstərən dini təriqətlərlə mübarizə aparmaq üçün hüquq-mühafizə orqanları var". -
04-12-2008, 04:21 PMAPAŞeyx BMT baş katibini Bakıda keçiriləcək din xadimlərinin sammitinə dəvət edib
[b]Şeyx BMT baş katibini Bakıda keçiriləcək din xadimlərinin sammitinə dəvət edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvaya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Paşazadə səfər zamanı bütün Rusiya Patriarxı II Aleksi ilə görüşdüyünü bildirib. QMİ sədri görüşdə qloballaşan dünyada artan təhlükə və təhdidlərin, müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında qarşıdurma yaratma meyllərinin qarşısının yalnız siyasətçilərin səyləri sayəsində alınmasının qeyri-mümkünlüyü haqda müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, görüş zamanı Birləşmiş Millətlər Təşkilatı nəzdində Dinlərarası Məşvərət Şurasının yaradılması ideyası haqda da danışılıb: "Belə bir şuranın yaradılma təşəbbüsü 2006-cı ildə Moskvada keçirilən Dini liderlərin Ümumdünya Sammitində MDB Dinlərarası Sülhyaratma Şurasının həmsədrləri kimi mən və Moskva və bütün Rusiya Patriarxı II Aleksi tərəfindən irəli sürülüb. BMT-nin himayəsində fəaliyyət göstərəcəyi təqdirdə bu şuranın dünya birliyi üçün taleyüklü qərarların qəbul edilməsi prosesində ənənəvi dinlərin liderlərinin müdrik fikir və tövsiyələrinin nəzərə alınmasını təmin etmək məramına xidmət edəcəyi gözlənilir". Şeyx vaxtilə Qarabağ probleminin dinlərarası münaqişə müstəvisinə transfer edilməsinin qarşısının alınması üçün gərgin səylərinə görə II Aleksiyə öz təşəkkürlərini bildirdiyini və Patriarxı Azərbaycana səfər dəvət etdiyini deyib. A. Paşazadə, həmçinin Moskva Patriarxlığının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Smolensk və Kalininqrad mitropoliti Kiril və BMT-nin baş katibi Pan Ki Munla da görüşü haqda məlumat verib. QMİ sədri Pan Ki Munu 2009-cu ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan din xadimlərinin sammitinə də dəvət edib. -
04-13-2008, 11:26 AMAPADağıstanın Xasavyurd rayonunda silahlı dəstə başçılarından biri öldürülüb
[b]Dağıstanın Xasavyurd rayonunda silahlı dəstə başçılarından biri öldürülüb[b]
[Xasavyurd. Solmaz Mehdiyeva-APA. Dağıstanın Çeçenistanla həmsərhəd olan Xasavyurd rayonunda silahlı dəstə başçılarından biri öldürülüb. APA-nın Dağıstan bürosunun məlumatına görə, rayon daxili işlər orqanları əməkdaşları bu gecə silahlı dəstə üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçiriblər. Nəticədə bir neçə terror aktı törətməkdə təqsirləndirilən dəstə başçısı İsmayıl Yanqizbayev öldürülüb. -
04-13-2008, 11:31 AMAPAAzərbaycanın Şəki şəhərində qan vermə aksiyası keçirilib
[b]Azərbaycanın Şəki şəhərində qan vermə aksiyası keçirilib[b]
[Şəki. Hafiz Heydərov-APA. Şəkidə Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə qan vermə aksiyası keçirilib. Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Seyran Məmmədovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aksiya Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibəti ilə təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov başda olmaqla 100-ə yaxın rayon sakini talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə aksiyada iştirak edib. -
04-13-2008, 11:36 AMAPAİranın Şiraz şəhərində məsciddə baş verən partlayış nəticəsində 10 nəfər ölüb
[b]İranın Şiraz şəhərində məsciddə baş verən partlayış nəticəsində 10 nəfər ölüb[b]
Şiraz. Ramil Məmmədli-APA. İranın Şiraz şəhərində məscidə yerləşdirilən bombanın partlaması nəticəsində 10 nəfər ölüb, 160-dan çox insan yaralanıb.
[APA-nın İranın rəsmi İRNA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam yerli vaxtla 20.30 radələrində şəhərdəki məscidlərdən birində olub. Partlayışın təsiri hadisə yerindən 1 km aralıda yerləşən evlərdə də hiss olunub. Hadisənin terror aktı olduğu ehtimal edilsə də, indiyədək heç bir qrup üzərinə götürməyib. Ölü və yaralı sayının artacağı ehtimal edilir. -
04-13-2008, 12:26 PMAPAİtaliyada parlament seçkisi keçirilir
[b]İtaliyada parlament seçkisi keçirilir[b]
[Roma-APA. Bu gün və sabah İtaliyada parlament seçkisi keçirilir. APA-nın məlumatına görə, səsvermə bu gün yerli vaxtla saat 08.00-22.00, sabah isə 07.00-15.00 arasında olacaq. Səsvermə nəticəsində Təmsilçilər Məclisi və Senat formalaşacaq. İtaliyada baş nazir postu uğrunda 35 siyasi partiyadan 32 namizəd mübarizə aparır. Seçkinin ilkin nəticəsi sabah saat 15.00-dan sonra açıqlanacaqa -
04-13-2008, 12:41 PMAPAFuad Muxtarov: "Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır"
[b]Fuad Muxtarov: "Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır"[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il keçiriləcək prezident seçkisində iştirak edib-etməyəcəyini hələ də müəyyənləşdirməyib. Bu barədə APA-ya AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən baş katib Fuad Muxtarov bildirib. Onun sözlərinə görə, partiyanın seçkilərlə bağlı mövqeyinin müəyyənləşməməsinə səbəb AMİP lideri Etibar Məmmədovun prezident seçkisində öz namizədliyini irəli sürüb sürməyəcəyi ilə bağlı qərarının olmamasıdır: "Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır. Bu məsələni partiyanın yaxın günlərdə keçiriləcək qurultayında müzakirə edəcəyik. Seçki prosesinə start verilənə kimi bu məsələ həllini tapacaq. Əgər Etibar Məmmədov öz namizədliyini irəli sürməsə, o zaman başqa variantlara baxacağıq. Əslində uzun müddətdir ki, bu məsələ partiyanın daxilində müzakirə edilir və bir sıra şəxslər ümumiyyətlə ,indiki şərtlərlə seçkilərə qatılmağın əhəmiyyətsiz olduğunu bildirərək boykot yolunu tutmağı vacib sayırlar. Bütün bu suallara qurultayda cavab tapılacaq". -
04-13-2008, 12:46 PMAPAAzərbaycanın Bərdə rayonunda çaya düşərək boğulan 4 yaşlı uşağın meyiti tapılıb
[b]Azərbaycanın Bərdə rayonunda çaya düşərək boğulan 4 yaşlı uşağın meyiti tapılıb[b]
Bərdə. Teymur Quliyev-APA. Aprelin 2-də Bərdənin Əyricə kəndi ərazisində Tərtər çayına düşərək boğulan 4 yaşlı Abışov Seyfəddin Bəhmən oğlunun meyiti Tərtər çayının Kürlə qovuşan hissəsində tapılıb.
[Bərdə Rayon Polis şöbəsinin rəisi polis polkovniki Ağalar Məhərrəmov APA-nın Qarabağ bürosuna bildirib ki, cəsədi Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları aşkarlayıblar. Seyfəddin Abışovun meyiti valideynlərinə təhvil verilib. Qeyd edək ki, Abışovlar ailəsi Kəlbəcərdən məcburi köçkündür. -
04-13-2008, 01:06 PMAPAMahaçqalada Mircəlal Paşayevin 100 illik yubileyi qeyd olunacaq
[b]Mahaçqalada Mircəlal Paşayevin 100 illik yubileyi qeyd olunacaq[b]
[Bakı.Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Dağıstanın paytaxtı Mahaçqalada yazıçı Mircəlal Paşayevin anadan olmasının 100 illiyi münasibəti ilə yubiley mərasimi keçiriləcək. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə razılıq nümayəndəliyin sədri İsmayıl Ağayev ilə Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Dağıstan Nümayəndəliyinin sədr müavini Əjdər Əsgər arasında aprelin 12-də keçirilən görüşdə əldə edilib. Görüşdə Ə. Əsgər Mahaçqalada Heydər Əliyev və Əziz Əliyev məktəblərinin açılmasının əhəmiyyətini vurğulayıb. O, bu məsələdə dəstək göstərilməsi üçün Azərbaycan Prezidentinin İcra Aparatına, Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edildiyini söyləyib. Ə. Əsgər azərbaycanlı uşaqların ana dilində təhsil almaları üçün Mahaçqalada "Bazar günü" məktəbinin açılması istiqamətində işlər aparıldığını da deyib. -
04-14-2008, 11:06 AMAPAÇində 14 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib
[b]Çində 14 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib[b]
[Liaoning-APA. Çinin Liaoning əyalətində mədəndə baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 2 nəfər isə itkin düşüb. APA-nın məlumatına görə, hadisə dünən olub. Hadisənin səbəbləri araşdırılır. -
04-14-2008, 11:11 AMAPASülhəddin Əkbər: "Müsavat seçkilərdə iştirak edən partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər"
[b]Sülhəddin Əkbər: "Müsavat seçkilərdə iştirak edən partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Müsavat Partiyası prezident seçkisində iştirak edən siyasi partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər. İndiki şəraitdə konkret hansı partiyalarla birdə mitinq keçirəcəyimizi demək mümkün deyil". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, hazırda müxalifət düşərgəsində qeyri-müəyyənliklər: "Hesab edirik ki, bu ayın sonuna kimi qeyri-müəyyənliklər mərhələsi başa çatacaq və siyasi mənzərə daha aydın olacaq. O zaman Müsavatın nəzərdə tutduğu mitinqlərdə digər müxalif qüvvələrlə birgə hərəkət etmək strategiyasını hazırlamaq daha asan olacaq. Mitinqlərdə müxalifətin digər partiyalarının iştirak edib-etməyəcəyi isə onların qərarlarından asılı olacaq. Hansı partiyaların seçkidə iştirak, hansıların boykot mövqeyi tutacağı dəqiqləşəndə biz də əməkdaşlıq edəcəyimiz partiyaları müəyyənləşdirəcəyik. Müsavat demokratiya uğrunda aktiv mübarizə aparmaq istəyən partiyalarla birgə hərəkət etməyə üstünlük verəcək". -
04-14-2008, 11:16 AMAPAAbbas Lisaninin həyat yoldaşı sərbəst buraxılıb
[b]Abbas Lisaninin həyat yoldaşı sərbəst buraxılıb[b]
Bakı.Ramil Məmmədli-APA. İran azərbaycanlılarının haqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə sərbəst buraxılıb.
[APA-nın məlumatına görə, İranın xüsusi xidmət orqanlarının (ettelaat) əməkdaşları aprelin 11-də saat 01.00 radələrində R. Əlizadənin evində axtarış aparıblar. Bundan sonra onun özünü həbs ediblər, kompüterini isə müsadirə ediblər. R. Əlizadə aprelin 12-də gecə saatlarında sərbəst buraxılıb. R. Əlizadəyə həyat yoldaşının məhkəmə prosesi və ona edilən təzyiqlərlə bağlı məlumatlar yaymaması barədə xəbərdarlıq edilib. Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb. -
04-14-2008, 11:21 AMAPAABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb, dörd nəfər ağır yaralanıb
[b]ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb, dörd nəfər ağır yaralanıb[b]
[Los-Anceles. Turan Hüseynova-APA. ABŞ-ın Los-Anceles şəhərinin yaxınlığında iki motorlu kiçik təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində dörd nəfər ağır yaralanıb. APA-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, hadisə zamanı təyyarədə iki nəfər olub. Onların hər ikisi və təyyarənin düşdüyü evdə olan daha iki nəfər ağır bədən xəsarəti alıb. -
04-14-2008, 11:26 AMAPABərdədə ölümlə nəticələnən yol qəzası baş verib
[b]Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bərdə. Teymur Quliyev-APA. Bu gün Bərdənin Soğanverdilər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bakı şəhəri, Günəşli qəsəbəsi sakini Həsənov Xanlar Hümbət oğlunun idarə etdiyi 10 SO 126 nömrə nişanlı "Mercedes-Benz" markalı mikroavtobus yoldan çıxaraq beton dirəyə çırpılıb. Qəza nəticəsində 24 yaşlı sürücü hadisə yerində keçinib. -
04-14-2008, 11:31 AMAPAQoşunların təmas xəttində monitorinq keçiriləcək
[b]Qoşunların təmas xəttində monitorinq keçiriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun köməkçiləri Piter Ki və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Jaslan Nurtazin keçirəcəklər. -
04-14-2008, 11:36 AMAPAAzərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər
[b]Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində Tiflis şəhərində (Gürcüstan) «İmmediate Response-2008» təliminin Yekun Planlaşdırma konfransı (14 -19 aprel), Lvov şəhərində (Ukrayna) «Sea Breaze-2008» təliminin Əsas Planlaşdırma Konfransı (14 -18 aprel), Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) «Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu» (14 -24 aprel), Bakı şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən «Beynəlxalq humanitar hüquq üzrə təlim» kursu (14 -18 aprel) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-14-2008, 11:41 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Buxarest şəhərində «Avropa Təhlükəsizlik Siyasəti və İnteqrasiya kursu» (14 aprel - 04 iyul), Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Vışkov şəhərində (Çex Respublikası) «Təlimatçı hazırlığı» kursu (14 aprel - 23 may), Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, San Antonio şəhərində "Rabitə zabitinin təməl ixtisas kursu" (16 aprel 2008-13 yanvar 2009) keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-14-2008, 11:46 AMAPATehranda Xəzərin statusu ilə bağlı beştərəfli görüş keçiriləcək
[b]Tehranda Xəzərin statusu ilə bağlı beştərəfli görüş keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. Aprelin 15-16-da İranın paytaxtı Tehran şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə 5 Xəzəryanı dövlətin işçi qruplarının görüşü keçiriləcək.
[Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun rəhbəri Xələf Xələfov başçılıq edəcək. İclasda Xəzərin hüququ statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılmamış müddəaları ətrafında müzakirələr aparılacaq.