[b]Azərbaycanın xalq artisti, bəstəkar Ramiz Mustafayev vəfat edib[b]
Bakı. Ülkər Qasımova - APA. Bu gün səhər saatlarında Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli bəstəkar Ramiz Mustafayev 81 yaşında dünyasını dəyişib.
[Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, mərhumla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Bəstəkar II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Azərbaycan Xəbərləri
Printable View

04-10-2008, 01:36 PMAPAAzərbaycanın xalq artisti, bəstəkar Ramiz Mustafayev vəfat edib

04-10-2008, 01:41 PMAPAƏli Həsənov: "Mikloş Haraştinin Azərbaycan mediasının vəziyyətini qiymətləndirməsində qeyri-peşəkar yanaşma özünü büruzə verir"
[b]Əli Həsənov: "Mikloş Haraştinin Azərbaycan mediasının vəziyyətini qiymətləndirməsində qeyri-peşəkar yanaşma özünü büruzə verir"[b]
Bakı. Elnur Məmmədli - APA. "Təəssüf edirəm ki, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti belə emosional, qeyri-peşəkar yanaşmaya əsaslanan çıxış edib". APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
[Şöbə müdiri bildirib ki, belə çıxışlar fakta əsaslanmalı, ATƏT təmsilçisinin fikri kiminsə şəxsi mülahizəsi əsasında formalaşmamalıdır: "ATƏT kimi ciddi qurumun nümayəndəsinin Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı açıqlaması faktlara əsaslanmalıdır. Haraştinin çıxışı isə emosional, subyektiv mülahizələrlə doludur. Burada Azərbaycan mediasının vəziyyətinin qiymətləndirilməsində qeyri-peşəkar yanaşma özünü büruzə verir". Ə. Həsənov "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlillə bağlı Baş Prokurorluğunun yaydığı materialların televiziyalarda yayımlanması ilə bağlı səslənən iradlara da münasibət bildirib. Şöbə müdiri bunun böhtan kampaniyası adlandırılmasının əsassız olduğunu söyləyib: "Baş Prokurorluq yaydığı materialın həqiqiliyinə və real prosesləri əks etdirməsinə cavabdehdir, məhkəmədə də bunu sübut etməyə hazır olmalıdır. Əminəm ki, Baş Prokurorluq yaydığı məlumatın həqiqiliyini sübut edəcək. Məsələ ətrafında Azərbaycan mediasında kampaniya aparılır. Təəssüf ki, bu məsələdə Azərbaycanın bəzi media nümayəndələri iştirak edir və müxtəlif beynəlxalq media qurumlarını da bu işə cəlb edə biliblər". -
04-10-2008, 01:46 PMAPAVardan Oskanyanı Edvard Nalbandyanın əvəz edəcəyi gözlənilir
[b]Vardan Oskanyanı Edvard Nalbandyanın əvəz edəcəyi gözlənilir[b]
İrəvan - APA. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün rəhbərlik etdiyi idarənin kollektivi ilə vidalaşıb. APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, V. Oskanyanı bu postda ölkənin Fransa, İsrail, Vatikan və Andorradakı səfiri Edvard Nalbandyanın əvəz edəcəyi gözlənilir.
[E. Nalbandyan 1956-cı ildə Ermənistanda anadan olub. 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1988-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1978-1983-cü illərdə SSRİ-nin Liviyadakı səfirliyində, 1983-1986-cı ildə SSRİ XİN aparatında çalışıb, 1986-1992-ci illərdə SSRİ-nin, sonra Rusiyanın Misirdəki səfirliyinin müşaviri, 1992-1993-cü illərdə Ermənistanın Misir, Mərakeş və Omandakı müvəqqəti işlər vəkili olub. 1999-cu ildən Ermənistanın Fransadakı səfiridir. SSRİ Xalqlar Dostluğu ordeni, Vatikanın Böyük Müqəddəs Georgi Xaçı ordeni ilə təltif edilən E. Nalbandyan Fransa Şərəf Legionunun cəngavəridir. Fransız, ingilis, ərəb dillərini bilir. Evlidir, bir qız atasıdır. -
04-10-2008, 01:51 PMAPAAzərbaycanın xalq yazıçısı Hüseyn İbrahimov 89 yaşında dünyasını dəyişib
[b]Azərbaycanın xalq yazıçısı Hüseyn İbrahimov 89 yaşında dünyasını dəyişib[b]
[Naxçıvan. Samir Cabbarov - APA. Azərbaycanın xalq yazıçısı, "Şöhrət" ordenli Hüseyn İbrahimov uzun sürən xəstəlikdən sonra bu gün səhər 89 yaşında dünyasını dəyişib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, mərhumla vida mərasimi bu gün keçiriləcək. Qeyd edək ki, H. İbrahimov 1980-2007-ci illərdə Naxçıvan MR Yazıçılar Birliyinin sədri, "Şərq qapısı" qəzetinin redaktoru, uzun illər Naxçıvan Ali Məclisinin üzvü olub, müxtəlif illərdə Naxçıvan Radio Verilişləri Komitəsində çalışıb. -
04-10-2008, 01:56 PMAPAAzərbaycan Prezident Aparatının şöbə müdiri: "Seçki Məcəlləsinə hansı dəyişikliklərin təklif edildiyi parlamentdə müzakirə aparılarkən daha aydın bilin<
[b]Azərbaycan Prezident Aparatının şöbə müdiri: "Seçki Məcəlləsinə hansı dəyişikliklərin təklif edildiyi parlamentdə müzakirə aparılarkən daha aydın bilinəcək"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Seçki Məcəlləsinə hansı dəyişikliklərin təklif edildiyi bu məsələ ilə bağlı parlamentdə müzakirə aparılarkən daha aydın bilinəcək". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbə müdiri Əli Həsənov deyib. Onun özlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsində ötən seçki müddətində problemlər yaradan, seçkilərin keçirilməsinə, təşkilinə, seçki mühitinin liberallığına müəyyən xələl gətirən müddəaların dəyişdirilməsi nəzərdə tutulub: "Layihədə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə əlaqədar məsələnin olub-olmadığı barədə konkret heç nə deyə bilmərəm". -
04-10-2008, 02:01 PMAPAƏli Həsənov: "Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi ölkə başçısı İlham Əliyevdir"
[b]Əli Həsənov: "Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi ölkə başçısı İlham Əliyevdir"[b]
Bakı. Elnur Məmmədli - APA. "Mərkəzi Seçki Komissiyası işini seçki qrafikinə uyğun quracaq. Qurum seçki qrafikini elan edəndən sonra Yeni Azərbaycan Partiyasının müvafiq toplantısında prezidentliyə namizəd irəli sürüləcək".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbə müdiri Əli Həsənov deyib. "Hamıya bəllidir, Yeni Azərbaycan Partiyası dəfələrlə bəyan edib ki, partiyanın namizədi ölkənin prezidenti İlham Əliyevdir, alternativ namizəd yoxdur", - deyə Ə. Həsənov bildirib. -
04-10-2008, 02:06 PMAPAAzərbaycan parlamentinin I vitse-spikeri: "Terror Ermənistanın dövlət siyasətidir"
[b]Azərbaycan parlamentinin I vitse-spikeri: "Terror Ermənistanın dövlət siyasətidir"[b]
Bakı. Elnur Məmmədli-APA. "Ermənistanın terrorçuluğu dəstəkləmək məqsədi ilə PKK terror təşkilatına 2 milyon dollarlıq yardım göstərməsi yenilik deyil. Dəfələrlə bildirmişik ki, terror Ermənistanın dövlət siyasətidir və harada yaşamalarından asılı olmayaraq, ermənilər terroru dəstəkləyirlər".
[APA-nın məlumatına görə bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Ermənistanın PKK-ya yardım etməsində qeyri-adi heç nə yoxdur: "Ermənistanın bu hərəkətinə qiymət verilməlidir və dünya ictimaiyyəti Ermənistanın iç üzünü bilməlidir. Terror siyasəti ifşa olunmalıdır. Bu məsələləri parlamentdə müzakirə etmək və qiymət vermək lazımdır". -
04-10-2008, 02:11 PMAPARəşad Məcidin "10 sentyabr" hekayəsi ABŞ-da dərc olunub
[b]Rəşad Məcidin "10 sentyabr" hekayəsi ABŞ-da dərc olunub[b]
Bakı. Laura Cəbrayıllı - APA. ABŞ-da nəşr edilən "Other Voices" ("Başqa səslər") dərgisinin beynəlxalq yazıçıların hekayələrindən ibarət "Aramızdakı əcnəbi" adlı antologiyası işıq üzü görüb.
[APA-nın məlumatına görə, kitab müxtəlif mədəniyyətə, milliyyətə, irqə mənsub olan insanların fərqli həyat tərzlərinin, qarşılaşdıqları çətinliklərinin üzə çıxarılması məqsədilə dərc olunub. Antologiyada Ana Menendez, Josip Novakoviç, Vanda Koleman, Toni de Souza, Samrat Upadhyay, Luis Alfaro, Nasan İnqlander kimi tanınmış yerli yazarlarla birlikdə, Banqladeş, İran, İsrail, Pakistan, Azərbaycan və Zimbabvedən olan nasirlərin əsərləri də çap edilib. Antologiyada yazıçı Rəşad Məcidin "10 sentyabr" hekayəsi də yer alıb. Hekayəni ingilis dilinə gənc yazıçı Səməd Səfərov tərcümə edib. -
04-10-2008, 02:16 PMAPAAzərbaycan Milli Məclisinin aprelin 15-də keçiriləcək iclasında Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi məsələsi müzakirə olunacaq
[b]Azərbaycan Milli Məclisinin aprelin 15-də keçiriləcək iclasında Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi məsələsi müzakirə olunacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin növbəti iclası aprelin 15-də keçiriləcək. Bu barədə APA-ya məlumat parlamentdən daxil olub.
[Məlumata görə, iclasda "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi, İnzibati-Prosessual Məcəllə layihəsi, Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi, Astara, Lənkəran, Siyəzən və digər rayonlarda bir neçə yaşayış məntəqələrinin adının dəyişdirilməsi və ya dəqiqləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. -
04-10-2008, 02:21 PMAPAZahid Oruc: "Ana Vətən Partiyasının növbəti qurultayında Fəzail Ağamalının partiyanın sədrliyinə namizədliyini dəstəkləyəcəyəm"
[b]Zahid Oruc: "Ana Vətən Partiyasının növbəti qurultayında Fəzail Ağamalının partiyanın sədrliyinə namizədliyini dəstəkləyəcəyəm"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Ana Vətən Partiyasında ziddiyyət yaranması ilə bağlı mətbuatda yer alan məlumatların heç bir əsası yoxdur. Bu, tamamilə cəfəngiyyatdır. Mən Fəzail Ağamalını həmişə siyasi proseslərdə qalib gəlmiş partiya sədri hesab edirəm". Bu sözləri APA-ya açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Oruc bildirib. Sədr müavini AVP-nin bir neçə ay sonra keçiriləcək qurultayında Fəzail Ağamalının partiya sədrliyinə namizədliyini dəstəkləyəcəyini açıqlayıb: "Mən özüm də Fəzail Ağamalıya səs verəcəyəm". -
04-10-2008, 03:31 PMAPAAxtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutulub
[b]Axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutulub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 97 və 134-cü maddələri (qəsdən adam öldürmə, meyit üzərində təhqiredici hərəkətlər) ilə axtarışda olan Özbəkistan vətəndaşı Şaiq Qarayev Azərbaycanda tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Özbəkistan vətəndaşı Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. -
04-10-2008, 03:36 PMAPARöya Türkiyə şirkətini məhkəməyə verir
[b]Röya Türkiyə şirkətini məhkəməyə verir[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan sənətçisi Röyanın "Gəl danış" adlı albomu icazəsiz olaraq Türkiyədə hazırlanıb və satışa çıxarılıb. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röyanın diski Türkiyənin "Ozan" musiqi şirkəti tərəfindən hazırlanıb.
[Albomda Röyanın ifasında 12 mahnı toplanılıb. Diskin çox aşağı səviyyədə hazırlandığını qeyd edən mətbuat katibi albomun 8-10 YTL arasında satıldığını qeyd edib. Röya isə albomu icazəsiz hazırladıqlarına və satışa çıxardıqlarına görə musiqi şirkətini məhkəməyə verəcək. Ü. Alovlu bildirib ki, Röyanın hüquqlarını məhkəmədə Türkiyənin Musiqi Əsəri Sahibləri Məslək Birliyi (MESAM) müdafiə edəcək. -
04-10-2008, 03:42 PMAPAZiyafət Əsgərov: "Seçki komissiyalarının paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumlardan Azərbaycan hökumətinə təzyiq yoxdur, ola da bilməz"
[b]Ziyafət Əsgərov: "Seçki komissiyalarının paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumlardan Azərbaycan hökumətinə təzyiq yoxdur, ola da bilməz"[b]
Bakı. Elnur Məmmədli - APA. "Seçki komissiyalarının paritet əsaslarla formalaşması barədə müxalifətin təklifi seçkilərin şəffaf keçirilməsinə hesablanmayıb. Onlar bilirlər ki, bu seçkilərdə YAP-ın namizədi qalib gələcək, buna görə də bu cür yolla 2000-ci ildə törətdikləri təxribatı təkrar etməyi düşünür, seçki komissiyalarının fəaliyyətini iflic etməyə çalışırlar".
[APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə seçki komissiyalarının paritet əsaslarla formalaşması nəzərdə tutulmayıb: "Seçki komissiyalarını paritet əsaslarla təşkil etmək mümkün deyil. Biz 2000-ci ildə belə təcrübəyə əl atdıq, amma sonradan müxalifət MSK-nı boykot etdi, qurumun fəaliyyətini iflic vəziyyətə saldı. Sonradan məcbur olub komissiyaları 2/3 prinsipi ilə formalaşdırdıq. Bir daha buna yol verə bilmərik. Bizə ölkədə sabit şəraitdə normal, şəffaf və qanuna müvafiq seçkilər keçirilməsi lazımdır". Komissiyaların paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumların Azərbaycan hökumətinə təzyiqlər etməsi barədə iddialara gəldikdə, Z. Əsgərov bunu təkzib edib: "Bununla bağlı beynəlxalq qurumlardan heç bir təzyiq yoxdur, ola da bilməz. Azərbaycan müstəqil dövlətdir və seçkilərin şəffaf ədalətli keçirilməsinə beynəlxalq təşkilatlar yox, biz məsuliyyət daşıyırıq. Sabah seçki məsuliyyətinə görə də biz cavab verəcəyik, müxalifətə nə var ki?.." -
04-10-2008, 03:46 PMAPATədqiqatçı-alim: "Sığon qəbiristanlığında arxeoloji qazıntıların aparılmasına ehtiyac var"
[b]Tədqiqatçı-alim: "Sığon qəbiristanlığında arxeoloji qazıntıların aparılmasına ehtiyac var"[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Lənkərandakı tarixi abidələrdən olan Sığon qəbiristanlığında arxeoloji qazıntıların aparılması vacibdir. Lənkəran Dövlət Universitetinin dosenti, tədqiqatçı-alim Mirhaşım Talışlı APA-nın cənub bürosuna açıqlamasında Sığon qəbiristanlığının islamdan xeyli öncə, eramızdan əvvəl V-III əsrlərə aid olduğunu bildirib. Onun sözlərinə görə, daha müfəssəl məlumat əldə etmək üçün ərazidə arxeoloji qazıntılar aparılmalıdır. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin mütəxəssisi Vüsal Nəsirov isə APA-nın yerli bürosuna ərazinin tarixi abidə kimi 2001-ci ildə Nazirlər Kabineti tərəfindən qeydiyyata alındığını deyib. Onun sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan və son tunc, ilk dəmir dövrünə aid olan Sığon qəbiristanlığı ilə bağlı araşdırma aparmağa ehtiyac var. Qeyd edək ki, rayonun Bəlləbur və Lüvəsər kəndlərini birləşdirən ərazidə yerləşən qəbiristanlığın ərazisi vaxtilə 2 hektardan çox olub. Sığon daha sonra həyətyanı torpaq sahəsi kimi yerli sakinlər arasında bölüşdürülüb. Hazırda qəbiristanlığın ərazisi 200-250 kv.m-dir. 1918-ci il oktyabr inqilabından əvvəl fransız səyyahı və tədqiqatçısı Jak de Morqan bu qəbiristanlıqda arxeoloji qazıntılar aparıb. O, tapılan qədim maddi mədəniyyət nümunələrini özü ilə Fransaya apararaq, muzeylərə təqdim edib. O vaxtdan indiyədək ərazidə heç bir arxeoloji qazıntı aparılmayıb. -
04-10-2008, 03:51 PMAPAATƏT-in fəaliyyətdə olan yeni sədri fəaliyyətinin prioritetlərini açıqlayıb
[b]ATƏT-in fəaliyyətdə olan yeni sədri fəaliyyətinin prioritetlərini açıqlayıb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Biz "dondurulmuş münaqişələr"in həlli prioritetlərini diqqətlə araşdırmalıyıq. Mənim məqsədim bu tip münaqişələrin sülh yolu ilə həlli istiqamətində atılan addımları daha da gücləndirməkdir. Mən ATƏT çərçivəsində mövcud olan danışıq mexanizmlərini, o cümlədən Minsk Qrupunun və həmsədrlərin fəaliyyətini dəstəkləyirəm".
[APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb təşkilatın Daimi Şurasındakı çıxışında deyib. O, tərəflərin Finlandiyanın sədrliyini konstruktiv öhdəliklərlə qarşılayacağına səmimi qəlbdən inandığını söyləyib. A. Stabb Dağlıq Qarabağ və Cənubi Osetiyada baş verən son hərbi toqquşmalardan narahatlığını bildirib və tərəfləri güc nümayiş etdirməkdən çəkinməyə çağırıb. Yeni sədr ATƏT-in Kosovodakı fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın bu ərazidəki fəaliyyətini davam etdirməsini dəstəkləyib. O, ATƏT-in Mərkəzi Asiyadakı təşəbbüslərini və Əfqanıstandakı işini genişləndirmək niyyətini də alqışlayıb. İnsan alveri probleminə toxunan sədr deyib ki, ATƏT bu bəla ilə mübarizənin yollarını daha dərindən araşdırmalı və trafikinq qurbanlarına kömək etməlidir. A. Stabb Finlandiyanın təklifi ilə iyunun 1-2-də Helsinkidə ötən il təşkilata sədrlik etmiş İspaniya, gələn il sədrlik edəcək Yunanıstan, 2010-cu ildə sədrlik edəcək Qazaxıstan və 2011-ci ildə sədrlik edəcək Litvanın iştirakı ilə kvintet formasında görüş keçiriləcəyini də açıqlayıb. -
04-10-2008, 03:56 PMAPABakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb, 17 nəfər yaralanıb
[b]Bakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb, 17 nəfər yaralanıb[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakının Ziya Bünyadov küçəsi ilə hərəkət edən 150 saylı marşurut qəzaya uğrayıb.
[Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, qəza nəticəsində avtobus aşıb. Avtobusda olan 17 sərnişin yüngül xəsarət alıb. Sərnişinlər Klinik Tibbi Mərkəzə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. V. Əsədov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. -
04-10-2008, 04:01 PMAPARusiya Ali Məhkəməsi "nurçular"ın fəaliyyətini qadağan edib
[b]Rusiya Ali Məhkəməsi "nurçular"ın fəaliyyətini qadağan edib[b]
Moskva - APA. Rusiya Federasiyasının Ali Məhkəməsi "nurçular"ın ölkə ərazisində fəaliyyətinin qadağan olunması ilə bağlı qərar qəbul edib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bununla da Ali Məhkəmə Baş Prokurorluğun "nurçular"ın fəaliyyətində ekstremizm elementləri olduğuna dair vəsatətini təmin etmiş olub.
[Vəsatət Ədliyyə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti tərəfindən də dəstəklənib. Ali Məhkəmədən verilən açıqlamada bildirilir: "Məhkəmə Baş Prokurorluğun dövlətin maraqlarının müdafiəsi üçün "Nurçular" beynəlxalq dini təşkilatının ekstremist təşkilat kimi tanınması və onun Rusiya Federasiyası ərazisindəki fəaliyyətinin qadağan olunması barədə vəsatətinə qapalı rejimdə baxaraq, onu təmin etmək barədə qərar qəbul edib". "İnterfaks" agentliyi qeyd edir ki, "nurçular" Rusiya ərazisində hər hansı hüquqi qeydiyyata malik olmayıb: "Təşkilat üzvləri şəxsi evlərdə qeyri-leqal liseylər, mədrəsələr yaradaraq tanışlarını, qohumlarını, qonşularını və digər şəxsləri ora cəlb ediblər. Mədrəsələrdə "nurçuluq" təliminin banisi Səid Nursinin ideyaları tədris edilib. "Nurçular" sektasının tərəfdarları bütün Rusiya ərazisində, o cümlədən Moskva, Sankt-Peterburq, Krasnoyarsk, Çelyabinsk, Omsk, Mahaçqala və digər şəhərlərdə öz şəbəkələrinin yaratmağa cəhd göstəriblər". -
04-10-2008, 04:36 PMAPAArif Hacılı: "Beşlər"in" perspektivini görmürəm"
[b]Arif Hacılı: "Beşlər"in" perspektivini görmürəm"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Beşlər"in hər hansı perspektivini görmürəm. Əslində belə bir qurum mövcud deyil və buna görə də bu beş müxalifət təşkilatının birgə müzakirələrini nə blok, nə də başqa qurum adlandırmaq mümkün deyil". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, beş müxalifət təşkilatının rəhbərinin birgə müzakirələri, sadəcə, bir məşvərət toplantısıdır və gələcəkdə də hər hansı blokun yaradılması gözlənilmir: "Mən ümumiyyətlə, siyasi partiyaların, ayrı-ayrı siyasətçilərin blok yaradılması işinə enerji sərf etməsini lüzumsuz hesab edirəm. Düşünürəm ki, diqqət cəmiyyətə, narazı elektorata yönəldilməli və enerji buna sərf olunmalıdır. Ümumilikdə isə müxalifət liderlərinin birgə fikir mübadiləsi aparmasının ziyanı yoxdur". Qeyd edək ki, "beşlər"də Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və "Azərbaycan Naminə" İctimai Forum təmsil olunur. -
04-10-2008, 04:41 PMAPATürkiyənin Tunceli rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib, 1-i yaxalanıb
[b]Türkiyənin Tunceli rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib, 1-i yaxalanıb[b]
Ankara - APA. Türkiyənin cənub-şərqindəki Tunceli rayonu ərazisində PKK-çılara qarşı aparılan əməliyyat zamanı 11 terrorçu məhv edilib, 1-i yaxalanıb.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin "Bahar" əməliyyatı çərçivəsində 8 aprel gecəsi - futbol üzrə Avropa Çempionlar Liqasında "Çelsi" ilə "Fənərbağça"nın oyunu sırasında Tuncelinin Nazimiyyə qəsəbəsinin Doqquzqayalar istiqamətində yerləşən mağaralarda cəmləşən və terror aktlarına hazırlaşan bir qrup terrorçuya qarşı qəfil əməliyyat keçirilib. Matçın birinci hissəsi başa çatdıqdan sonra əraziyə hərbi vertolyotlar vasitəsilə Jandarma Qüvvələrinin xüsusi təyinatlı qüvvələri endirilib. Xüsusi təyinatlılar terrorçuların gizləndiyi mağaraları mühasirəyə alıb. Gecə boyunca davam edən döyüşdə terror təşkilatına ağır zərbə vurulub. İndiyə qədər 11 terrorçunun öldüyü müəyyənləşdirilib, 1 terrorçu isə sağ yaxalanıb. Mağaralarda çoxlu sayda silah-sursat, partlayıcı maddələr, tonlarla qida məhsulları aşkarlanaraq götürülüb. Əməliyyatlar davam edir. -
04-10-2008, 06:06 PMAPAUNESĞ¡O-nun təhsil qanunu üzrə nümayəndəsi: "Qərbdə Azərbaycan təhsil qanununun Avropa standartlarına cavab verəcəyini gözləyirlər"
[b]UNESĞ¡O-nun təhsil qanunu üzrə nümayəndəsi: "Qərbdə Azərbaycan təhsil qanununun Avropa standartlarına cavab verəcəyini gözləyirlər"[b]
Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsi və Bolonya sisteminə uyğunlaşdırılması üçün bu müəssisələrin daxilində ciddi dəyişiklik baş verməlidir".
[Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, UNESĞ¡O-nun təhsil qanunu üzrə nümayəndəsi Jan De Groof APA-ya açıqlamasında deyib ki, Azərbaycan öz təhsil sistemini Bolonya sisteminə uyğunlaşdırmaq üçün tədris prosesini bu tələblərə uyğunlaşdırmalıdır. "Birinci məsələ ondan ibarətdir ki, Avropadakı kredit qiymətləndirmə sisteminin dəyərləndirmə forması Azərbaycana gətirilərək, burada tətbiq olunmalıdır. İkincisi, təhsilin keyfiyyəti məsələsidir ki, bu amil beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Sonuncu məqam isə bu dəyişikliklərin universitetlərin daxilində baş verməsinin təmin olunmasıdır. Universitetlərdə tədrisin keyfiyyəti artırılmalı və bu tədris müəssisələrinə müstəqillik verilməlidir. Bu üç məqam ən vacib amillərdir". O, Azərbaycanın "Təhsil haqqında" qanununun gec qəbul olunmasından da narahatlığını ifadə edib: "Qərbdə Azərbaycan təhsil qanununun Avropa standartlarına cavab verəcəyini gözləyirlər". -
04-10-2008, 06:11 PMAPABQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri ilə görüşüblər
[b]BQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri ilə görüşüblər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri Yaqub Muxtarovla görüşüblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, aprelin 9-da baş tutan üçüncü görüş zamanı əsirin saxlanma şəraiti, mənəvi, psixoloji durumu öyrənilib. Y. Muxtarovun ailəsinə məktub yazdığı bildirilib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Y. Muxtarov Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində bu il martın 9-da əsir götürülüb. -
04-10-2008, 06:16 PMAPALeyla Əliyeva İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib
[b]Leyla Əliyeva İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri Leyla Əliyeva İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib.
[Bu barədə APA-ya Küveytdə İKT-nin Gənclər Forumunun İdarə Heyətinin iclasında iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov bildirib. F. Muradov İdarə Heyəti üzvlərinin aprelin 9-10-da keçirilən iclasında L. Əliyevanın konfransın işində aktiv iştirakının qeyd edildiyini, onun yeni seçildiyi vəzifədə İKT-nin Gənclər Forumunu layiqincə təmsil edəcəyinə inam ifadə edildiyini bildirib: "İdarə Heyətinin üzvləri Leyla Əliyevanın beynəlxalq əlaqələr sahəsində çox zəngin bilgilərə malik olduğunu, Rusiyada Azərbaycan gənclərinin hərəkatının təşkili sahəsində böyük iş təcrübəsinə yiyələndiyini vurğuladılar". F. Muradov deyib ki, baş koordinatorun funksiyalarına təşkilatı dünya səviyyəsində təmsil etmək və "Gənclər Sivilizasiya Alyansı Uğrunda" Beynəlxalq Hərəkata rəhbərlik etmək daxildir. Millət vəkili L. Əliyevanı bu vəzifəyə təsdiq edən sənədin İKT-nin Gənclər Forumu tərəfindən ona təqdim olunacağını deyib. -
04-10-2008, 06:21 PMAPATürkiyədə azərbaycanlı hakerin başçılığı ilə müxtəlif bank hesablarından 5 milyon dollar pul oğurlayan şəbəkə ifşa edilib
[b]Türkiyədə azərbaycanlı hakerin başçılığı ilə müxtəlif bank hesablarından 5 milyon dollar pul oğurlayan şəbəkə ifşa edilib[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyədə Nicat Kərimov adlı azərbaycanlı hüquqşünasın başçılıq etdiyi və internet vasitəsilə 2 minə yaxın bank hesabından 7 milyon lirə (5 milyon dollardan çox) pul oğurlayan cinayətkar şəbəkə ifşa edilib.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyədəki bəzi qurumlar və şəxslər polisə şikayət edərək, hesablarından pul çıxarıldığını bildirdikdən sonra polis təhqiqata başlayıb. Altı aylıq təhqiqatdan sonra "Karnaval" adı verilən əməliyyat keçirilib və N. Kərimov da daxil olmaqla 67 nəfər saxlanılıb. İfadələri alındıqdan sonra onların 29-u buraxılıb. Şəbəkənin "beyin mərkəzi" "Neco" ləqəbli azərbaycanlı haker Nicat Kərimovla birlikdə "Junior" ləqəbli Cüneyd Tatlısoy, "Şiki" ləqəbli Şövqi İşınay və Fateh Şağbandan ibarət olub. Bu qrup müxtəlif internet saytlarına viruslu fayl və linklər göndərməklə müxtəlif şəxslərin kimlik (şəxsiyyət vəsiqəsi) və bank hesabları barədə məlumatlar əldə ediblər, sonra buna uyğun saxta sənəd, kimlik və kredit kartı hazırlayaraq bankomatlardan və banklardan pul çıxarıblar. N. Kərimov və Ş. İşınay pulun bir qismini bu ilin fevralında Braziliyanın Rio de-Janeyro şəhərində keçirilən ənənəvi karnavalda xərcləyiblər. Nicatın braziliyalı qadınla evli və 1 övlad sahibi olduğu müəyyənləşdirilib. -
04-10-2008, 06:26 PMAPATürkiyədə "Google" beynəlxalq axtarış şəbəkəsinə giriş qadağan edilib
[b]Türkiyədə "Google" beynəlxalq axtarış şəbəkəsinə giriş qadağan edilib[b]
[Türkiyə. Mayis Əlizadə-APA. Türkiyədə "Google" beynəlxalq axtarış şəbəkəsinə giriş qadağan edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qərar məhkəmədə qəbul olunub. Qadağa bütünlükdə "Google"a yox, [ subdomain-e qoyulub. Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə "YouTube" portalına giriş də qadağan edilib. -
04-10-2008, 06:31 PMAPAABŞ terror təşkilatlarının yeni siyahısını açıqlayıb
[b]ABŞ terror təşkilatlarının yeni siyahısını açıqlayıb[b]
[Vaşinqton - APA. ABŞ Dövlət Departamentinin Antiterror Bürosu xarici terror təşkilatlarının siyahısını yeniləyib. APA-nın məlumatına görə, 44 təşkilatın adının olduğu siyahıya Türkiyədən KONGRA-GEL (əvvəlki adı - PKK və KADEK) və DHKP/C (Devrimci Halk Kurtuluş Cephesi-Partisi) terror təşkilatları da salınıb. Dövlət Departamentindən bildiriblər ki, terror təşkilatlarının siyahısı "Vətəndaşlıq və miqrasiya" qanununa uyğun hazırlanır və müntəzəm yenilənir. Siyahıya ABŞ-ın milli təhlükəsizliyinə və ABŞ vətəndaşlarının güvənliyinə təhdid təşkil edən, həm terrorçu fəaliyyətlə məşğul olan, həm də terror planları hazırladığı müəyyənləşdirilmiş qurumlar daxil edilir. Siyahını hazırlamaqda məqsəd terrorçuluqla mübarizə ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq, terror təşkilatlarını təcrid vəziyyətinə salmaq və iqtisadi dəstəkdən məhrum etmək və dünya hökumətlərini ABŞ-ın bu məsələdə tutduğu mövqedən xəbərdar etməkdir. -
04-10-2008, 06:36 PMAPAEmin Sabitoğluna həsr olunmuş "Bu dənizin gözü yaşlı sənsiz" kitabının təqdimat mərasimi keçirilib
[b]Emin Sabitoğluna həsr olunmuş "Bu dənizin gözü yaşlı sənsiz" kitabının təqdimat mərasimi keçirilib[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr olunmuş "Bu dənizin gözü yaşlı sənsiz" kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifi Sudabə Sərvidir. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova, xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə çıxışlarında Emin Sabitoğlunun 60-cı illərdə sənətə gəldiyini, onun musiqilərinin dünya bəstəkarları tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər. Tədbirdə Emin Sabitoğlunun mahnıları ifa olunub. -
04-11-2008, 10:56 AMAPAPrezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb
[b]Prezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə Azərbaycan elminin qədim ənənələrindən və tarixi nailiyyətlərindən söz açılıb. Sərəncamda Azərbaycanda neft, neft emalı və neft kimyası sahələri ilə bağlı fundamental araşdırmalara başlanılması, elm ocaqlarının yaradılması və Azərbaycan elminin ötən əsr ərzində təqdirəlayiq nailiyyətlər əldə etdiyi qeyd olunub. Lakin 1980-ci illərin sonlarından etibarən yaranmış dərin iqtisadi və sosial böhran elmdə də özünü kəskin büruzə verib və sonrakı dövrdə elmin ümumi vəziyyəti təhlil edilməyib, bu səbəbdən də keçən müddət ərzində aparılan elmi tədqiqatlar səviyyə etibarilə respublikanın davamlı yüksəlməkdə olan inkişaf tempindən geri qalıb. Sərəncamda qeyd olunub ki, humanitar və ictimai elmlər sahəsində nailiyyətlər əldə edilsə də, sovet ideologiyasının təsiri və təzyiqi ucbatından tariximizin bir sıra məqamları təhrif olunmuş, bəzi dövrləri isə tədqiqatdan kənarda qalıb. Milli müstəqillik dövrü xalqımıza məxsus mədəni-mənəvi dəyərlərlə bağlı olan istiqamətlərdə bir çox məsələlərin yenidən, azərbaycançılıq məfkurəsi mövqeyindən işıqlandırılmasını aktuallaşdırıb. Sənəddə bildirilib ki, hazırda Azərbaycanda elmi araşdırmalar ali təhsil müəssisələrində və 80-dən artıq elmi tədqiqat institutunda 30 minə yaxın elmi işçi tərəfindən həyata keçirilir. Həmin tədqiqat institutlarının bir qismi elmi araşdırmalar aparmır və daha çox tabeçiliyində olduğu qurumların tapşırıqlarını yerinə yetirir. Eyni zamanda istər sahə institutlarında, istərsə də akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmiş qayda və metodlarla davam etdirdikləri tədqiqatlar yeni dövrün standartlarına cavab vermir. Müasir elmin tələbləri ilə ayaqlaşmaq iqtidarında olan kollektivlər isə maddi-texniki bazanın zəifliyi və maliyyə çatışmazlığı səbəbindən öz elmi layihələrini gerçəkləşdirməkdə çətinliklərlə üzləşirlər. Ayrı-ayrı alimlərin dünyanın aparıcı elm mərkəzləri ilə işgüzar əlaqələr qurmaları və mötəbər konfranslarda iştirak etmələri də nəticə baxımından elmin inkişafına gözlənilən təsiri göstərmir. Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyil. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaradıb. Azərbaycan Milli Elmlər Akademiyası isə elmin strategiyasına dair məsələləri müzakirə etsə də, bu günədək müstəqil Azərbaycanda elmin yeni simasını müəyyən etməyə və elmi araşdırmaların dünyada qəbul edilmiş sxemlər əsasında maliyyələşdirilməsinə nail ola bilməyib. Sənəddə göstərilib ki, elmdə islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılmasına səbəb elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirməkdir. Yaradılmış Dövlət Komissiyasının sədri baş nazir Artur Rasi-zadə, müavini isə AMEA-nın prezidenti Mahmud Kərimov təyin edilib. -
04-11-2008, 11:01 AMAPATürkiyə baş nazirinin müavini Cəmil Çiçək sabah Azərbaycana səfər edəcək
[b]Türkiyə baş nazirinin müavini Cəmil Çiçək sabah Azərbaycana səfər edəcək[b]
Bakı. Gülşən Hacıyeva-APA. Aprelin 11-də Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayacaq.
[Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, C. Çiçəyin səfəri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarətlə başlayacaq. Onun Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ədliyyə naziri Fikrət Məmmədovla görüşləri nəzərdə tutulub. Bundan başqa, onun Fövqəladə Hallar Nazirliyinin bir neçə müəssisəsinə baş çəkməsi planlaşdırır. Bunların arasında İzotop müəssisəsi, Xilasetmə Mərkəzinin Suraxanı rayon şöbəsi də var. Nümayəndə heyəti aprelin 12-də Türkiyəyə qayıdacaq. -
04-11-2008, 11:06 AMAPAAzərbaycan prezidenti Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna maliyyə yardımı haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna maliyyə yardımı haqqında sərəncam imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) maliyyə yardımı haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncamda qeyd olunub ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasına köməklik göstərilməsini və onların diaspor fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədi ilə Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) 2008-ci ildə nəzərdə tutulan təşkilati və ictimai tədbirlərin həyata keçirilməsi üçün bu ilin dövlət büdcəsi hesabına maliyyə yardımının verilməsi məqsədəuyğun hesab edilib. -
04-11-2008, 11:11 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 10-da saat 15.10-dan 15.15-dək və saat 17.30-dan 17.40-dək Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsində yerləşən mövqelərini, saat 08.00-dan 08.20-dək və saat 22.00-dan 22.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 20.45-dən 22.40-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, aprelin 11-də saat 01.30-dan 03.30-dək fasilələrlə Tərtər rayonunun Qızıl Oba və Çiləbürt, Ağdam rayonunun Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-11-2008, 11:16 AMAPANaxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası təsis edilib
[b]Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası təsis edilib[b]
Naxçıvan. Samir Cabbarov - APA. Naxçıvan Muxtar Respublikasının (MR) Vəkillər Kollegiyası təsis edilib.
[APA-nın məlumatına görə, bununla bağlı keçirilən təsis yığıncağında Kollegiyanın Nizamnaməsi və Rəyasət Heyəti sədrinin seçilməsi məsələləri müzakirə olunub. Müzakirələrdən sonra MR Vəkillər Kollegiyasının Nizamnaməsi səs çoxluğu ilə qəbul edilib, Tural Hüseynov isə qurumun Rəyasət Heyətinin sədri seçilib. -
04-11-2008, 11:46 AMAPAAzərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədlərlə bağlı aprelin 14-də AŞ PA Bürosunda müzakirələr aparılacaq
[b]Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədlərlə bağlı aprelin 14-də AŞ PA Bürosunda müzakirələr aparılacaq[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsini tutmaq üçün müəyyənləşdirilən namizədlərlə bağlı Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun aprelin 14-də keçiriləcək iclasında müzakirə aparılacaq.
[Bu barədə APA-ya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib. Ç. Əsgərovun sözlərinə görə, Büro Azərbaycandan olan namizədlərlə bağlı məsələyə AŞ PA sessiyasında baxılması barədə qərar qəbul edəcək. Nümayəndə onu da deyib ki, AŞ PA sessiyasında Azərbaycandan olan namizədlərlə bağlı aprelin 15-də müzakirələr açılacaq.Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyevin, Rövşən İsmayılovun və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. Namizədlərlə bağlı AŞ PA-nın Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müzakirələr aparılıb. Alt Komitənin Azərbaycandan olan namizədlər haqqında müsbət rəy açıqladığı bildirilib. -
04-11-2008, 12:01 PMAPAErməni əsirliyində olan azərbaycanlı əsgərin 2-ci məktubu ailəsinə çatdırılıb
[b]Erməni əsirliyində olan azərbaycanlı əsgərin 2-ci məktubu ailəsinə çatdırılıb[b]
[Şəki. Hafiz Heydərov-APA. Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Yaqub Muxtarovun 2-ci məktubu ailəsinə çatdırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna əsirin anası Ulduz Muxtarova məlumat verib. U. Muxtarovanın dediyinə görə, məktubu onlara Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gətirib. Məktubun rus dilində yazıldığını qeyd edən anası Y. Muxtarovun tezliklə vətənə qayıtmaq arzusunda olduğunu bildirib. Məktubda yazılıb: "Salam anam, atam və bacım. Necəsiz? Mən çox yaxşıyam. Sizi çox sevirəm. Nə vaxt bilmirəm, amma tezliklə vətənə qayıtmaq arzusundayam". Y. Muxtarov həmçinin, ailəsinin ona ünvanladığı məktubu aldığını və valideynlərindən yeni məktub gözlədiyini bildirib. Ailəsi Y. Muxtarova 2-ci məktubu yollayıb.Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Y. Muxtarov bu il martın 9-da Tovuz rayonu istiqamətində əsir götürülüb. -
04-11-2008, 12:11 PMAPATürkiyə baş nazirinin müavini Cəmil Çiçəyin Azərbaycana səfəri başlayıb
[b]Türkiyə baş nazirinin müavini Cəmil Çiçəyin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
[APA-nın məlumatına görə, nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, C. Çiçəyin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ədliyyə naziri Fikrət Məmmədovla görüşləri nəzərdə tutulub. Bundan başqa, onun Fövqəladə Hallar Nazirliyinin bir neçə müəssisəsinə baş çəkməsi planlaşdırılıb. -
04-11-2008, 12:41 PMAPAYunanıstanın Azərbaycandakı səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəklə
[b]Yunanıstanın Azərbaycandakı səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəkləyirik"[b]
Bakı. Arzu Yaqubova - APA. Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Demidisin APA-ya müsahibəsi
[- Bu il Azərbaycan prezidentinin Yunanıstana səfəri planlaşdırılır. Yunanıstan parlamentinin sədrinin Azərbaycana səfəri də gündəmdədir. Bu səfərlərin təxmini vaxtı haqda məlumatınız varmı? - Azərbaycan prezidentinin Yunanıstana qarşıdakı səfərinin vaxtı haqda onu deyə bilərəm ki, yunan tərəfi səfəri bu il noyabrın ortalarında gerçəkləşdirməyi təklif edib. Yunanıstan parlamentinin sədrinin Azərbaycana səfərinə gəldikdə isə, mənə məlumdur ki, bizim spiker Azərbaycan tərəfinin dəvətini alıb və bu səfərə razılıq verib. Səfərlərin dəqiq tarixi qarşılıqlı razılaşdırmalardan sonra bəlli olacaq. - İlham Əliyevin səfəri ikitərəfli münasibətlərin inkişafına hansı pozitiv təzirlər göstərə bilər? - Rəsmi şəxslərin səfərləri ikitərəfli dövlətlərarası münasibətlərin inkişafı baxımından həmişə vacibdir. Səfərlərin yekununda imzalanan sənədlər də ikitərəfli əlaqələrin intensivləşməsi üçün əlavə stimul olur. Hesab edirəm ki, İ. Əliyevin qarşıdakı səfəri də istisna təşkil etməyəcək və Yunanıstanla Azərbaycan arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. - Bu gün Yunanıstan-Azərbaycan münasibətlərinin yüksək inkişaf dövründə olduğunu söyləmək olarmı? - Yunanıstanla Azərbaycan arasında siyasi əlaqələrin səviyyəsi kifayət qədər yüksəkdir. Yunanıstan Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına böyük kömək göstərir. Biz Avropa Şurasında da Azərbaycana dəstək verməyə davam edirik. Hər iki ölkə regional qurumlar, məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. İqtisadi əlaqələrə gəldikdə, təəssüf ki, bu sahədə münasibətlərin səviyyəsi mövcud potensiala uyğun deyil və bu istiqamətdə hələ işləməliyik. Bu ilin martında Yunanıstanın inkişaf naziri X. Foliasın səfəri bu yöndə ciddi addım oldu. Obrazlı desək, qarşılıqlı faydalı əməkdaşlığın qapıları açıqdır. Bizim əməkdaşlığımız yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Ticarət, bərpa olunan enerji sahələrində qarşılıqlı əlaqələrin inkişafı da bizim planlarımıza daxildir. Biznes Şurasının yaradılması da ölkələrimizin iqtisadi cəhətdən yaxınlaşmasına kömək edəcək. - Şuranın yaradılması hansı mərhələdədir? - Bu ideya Bakıda Yunanıstanın inkişaf naziri X. Folias tərəfindən səsləndirilib və hələlik müzakirə səviyyəsindədir. Bu məsələ ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi məşğul olur. Müzakirələr davam edir və hazırkı mərhələdə mənim detallar haqda məlumatım yoxdur. Onu bilirəm ki, yunan tərəfi başqa ölkələrlə imzalanan analoji layihələri Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə təqdim edib. Azərbaycan tərəfi bu sənədləri öyrənir və ümid edirəm ki, yaxın vaxtlarda müvafiq cavab verəcək. - Azərbaycanda fəaliyyət göstərən yunan şirkətlərinin sayı çox deyil. Bunu necə izah edərdiniz? - İqtisadi münasibətlərin səviyyəsinin mövcud potensiala uyğun olmadığını dedikdə mən bu məqamı da nəzərdə tuturdum. Bu cür vəziyyətin səbəblərindən biri məncə odur ki, Yunanıstanda Azərbaycanı yaxşı tanımırlar. Bunun da səbəbləri var. Məsələn, Azərbaycanın Yunanıstandakı səfirliyi 2004-cü ildə fəaliyyətə başlayıb. Razılaşın ki, bu, yunanları Azərbaycan haqqında məlumatlandırmaq üçün o qədər də böyük müddət deyil. Məsələnin coğrafi aspektləri də var. Yunan biznesmenləri yaxşı tanıdıqları regionların ölkələrinə kapital qoymağa üstünlük verirlər. Məsələn, Yaxın və Orta Şərq, eləcə də Balkan ölkələrinə. Ancaq düşünürəm ki, yunan biznes dairələri Azərbaycan iqtisadiyyatı barədə kifayət qədər məlumatlandırılsalar, Azərbaycanda biznes qurmaq istəyəcəklər. - Yunanıstan Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Afinanın münaqişə ilə bağlı bugünkü mövqeyi nədən ibarətdir? - Bizim bu məsələdə mövqeyimiz kifayət qədər aydındır və dəfələrlə dilə gətirilib. Biz Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəkləyirik. Biz münaqişə tərəfləri arasında prezidentlər səviyyəsində danışıqları da dəstəkləyirik. Ümumən Yunanıstan problemin siyasi dialoq, sülh danışıqları yolu ilə həllinin tərəfdarıdır. - Azərbaycan tərəfinin bu məsələni digər beynəlxalq təşkilatlar, xüsusən BMT müstəvisinə çıxarmasını necə qiymətləndirirsiniz? - Azərbaycan müstəqil dövlətdir və öz problemini BMT-nin müzakirəsinə çıxara bilər. Amma mən Azərbaycanın xarici siyasəti haqqında fikir söyləmək hüququna malik deyiləm. Mənim fikrim belədir ki, Azərbaycan suveren dövlət kimi müstəqil xarici siyasət kursu yeritmək hüququna malikdir. - Necə düşünürsünüz, ATƏT-lə müqayisədə münaqişənin BMT, Avropa Birliyi kimi beynəlxalq təşkilatlar çərçivəsində həlli nə dərəcədə effektli olardı? - Mən yalnız onu təkrarlaya bilərəm ki, bu məsələnin həlli Azərbaycan hökumətinin səlahiyyəti daxilindədir. Azərbaycan tərəfinin bu məsələyə dair öz mövqeyi var və problem bu mövqeyə uyğun həll olunacaq. Mən problemin həlli yolları barədə Azərbaycanın əvəzindən danışa bilmərəm. - BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" haqqında qətnaməyə Yunanıstanın münasibəti necə olub? - Yunanıstan Minsk Qrupunun həmsədri Fransa istisna olmaqla, Avropa Birliyinin digər 26 üzvü kimi, bu məsələdə neytral mövqe tutdu. Bu məsələdən danışarkən bəzi texniki məqamlara aydınlıq gətirmək istərdim. Adətən beynəlxalq təşkilatlar çərçivəsində bu tipli məsələyə baxılarkən Avropa Birliyi ölkələri müzakirədən əvvəl vahid mövqe formalaşdırır və bu mövqedən çıxış edirlər. Yunanıstan AB ölkələrinin vahid mövqeyinə uyğun olaraq neytrallıq göstərib. -
04-11-2008, 01:51 PMAPATürkmənistan vətəndaşı Azərbaycan paytaxtında qətlə yetirilib
[b]Türkmənistan vətəndaşı Azərbaycan paytaxtında qətlə yetirilib[b]
Bakı. Hacı Zeynalov - APA. Bakının Müşviqabad qəsəbəsində ağır qətl hadisəsi baş verib.
[Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsindən APA-ya verilən məlumata görə, Türkmənistan vətəndaşı, 1949-cu il təvəllüdlü Anatoli Koldyuşevin meyiti bu gecə Müşviqabad qəsəbəsində yaşadığı ev 4, mənzil 107-də tapılıb. Məlumata görə, mərhum çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı hələlik saxlanılan yoxdur. Araşdırmalar davam edir. -
04-11-2008, 01:56 PMAPADünyanın ən balaca qızı Hindistanda yaşayır
[b]Dünyanın ən balaca qızı Hindistanda yaşayır[b]
[Bakı. Laçın Sultanova - APA. Dünyanın ən balaca qızı Hindistanda yaşayır. APA-nın «Telegraph» qəzetinə istinadən verdiyi məlumata görə, 15 yaşlı Yoti Amge Hindistanın Naqpur şəhərində yaşayır. Onun çəkisi cəmi 5 kiloqram, boyu isə 58 santimetrdir. Balaca olmağı ilə fəxr edən Yoti hamının ona diqqət yetirməsindən məmnundur. "Mən digər adamlar kimiyəm - onlar kimi yeyirəm, arzular qururam, özümü başqa cür hiss etmirəm», deyən qızcığaz digər həmyaşıdları kimi məktəbdə oxuyur. Sinifdə onun boyuna uyğun olaraq parta quraşdırılıb. Yoti aktrisa olub Hollivudda kinoya çəkilmək istəyir. -
04-11-2008, 02:11 PMAPAİsrailin Azərbaycandakı keçmiş səfiri: "İsrail parlamentində müzakirəyə çıxarılan "erməni soyqırımı" məsələsi ilə bağlı sənəd qəbu
[b]İsrailin Azərbaycandakı keçmiş səfiri: "İsrail parlamentində müzakirəyə çıxarılan "erməni soyqırımı" məsələsi ilə bağlı sənəd qəbul oluna bilməz"[b]
Bakı. Ramil Məmmədli - APA. "İsrail parlamentində müzakirəyə çıxarılan "erməni soyqırımı" məsələsi ilə bağlı sənəd qəbul oluna bilməz". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı keçmiş səfiri Eytan Naye deyib.
[O bildirib ki, bu məsələ tarixçilər tərəfindən müzakirə edilməli və siyasi mübarizə vasitəsinə çevrilməməlidir: "İsrail demokratik dövlətdir. Knessetin az sayda deputatı "erməni soyqırımı" məsələsini parlamentin müzakirəsinə çıxarmaq istəyib. Bu, onların mövqeyidir. İsrail dövlətinin bu məsələyə dair mövqeyi isə dəyişməyib. Hesab edirəm ki, bu məsələyə tarixçilər münasibət bildirməlidirlər. Mən səfir olanda da İsrail parlamentində "erməni soyqırımı"nı müzakirəyə çıxarmaq istəmişdilər. Amma buna nail ola bilmədilər. Bu dəfə də həmin vəziyyətin təkrarlanacağına əminəm və azsaylı şəxslərin istəyi keçməyəcək". İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərinə də toxunan keçmiş səfir dostluq əlaqələrinin daha da inkişaf etdiyini diqqətə çatdırıb: "İnsanlar dəyişsə də, maraqlar qalmaqdadır və dostluq əlaqələri də bu baxımdan inkişaf edir". -
04-11-2008, 02:26 PMAPAAzərbaycan paytaxtında öz evinə od vuran II qrup əlil yanaraq ölüb
[b]Azərbaycan paytaxtında öz evinə od vuran II qrup əlil yanaraq ölüb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 2 mənzil 63-də yaşayan, 2-ci qrup əlil Əziz Mehdiyev özünə məxsus 3 otaqlı mənzili qəsdən yandırıb (mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir).
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar 25 kvm. sahədə yanıb. Yanğın söndürüldükdən sonra Ə. Mehdiyevin yanmış meyiti tapılıb. Daha bir yanğın Binəqədi qəsəbəsində, qəsəbə sakini Pirəli Cabbarova məxsus çörəkbişirmə sexində qeydə alınıb. Nəticədə sexin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Füzuli rayonunun 2-ci Mahmudlu kənd sakini Nobat Məmmədovaya məxsus 4 otaqlı evdə baş verən yanğın nəticəsində isə ev tamam yanaraq yararsız hala düşüb. Hər üç faktla bağlı araşdırma aparılır. -
04-11-2008, 02:31 PMAPAYazın sonu-yayın əvvəllərində Bakıda türkdilli dövlət başçılarının növbəti sammiti keçiriləcək
[b]Yazın sonu-yayın əvvəllərində Bakıda türkdilli dövlət başçılarının növbəti sammiti keçiriləcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Türkdilli dövlət başçılarının növbəti sammiti yazın sonu-yayın əvvəllərində Bakıda keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin deputatı Nizami Cəfərov məlumat verib. O bildirib ki, görüşün vaxtının dəyişdirilməsi müzakirə mövzusu deyil. N. Cəfərov sammitdə türkdilli ölkələrin bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsinin müzakirə olunacağını deyib.