[b]Türkiyədə türklüyü təhqir etməyə görə cəza nəzərdə tutan qanun maddəsi dəyişdirilir[b]
Ankara - APA. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) ölkə Cəza Qanununun (Cinayət Məcəlləsi) 301-ci maddəsini dəyişdirmək üçün hərəkətə keçib.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, parlamentə təqdim olunacaq dəyişiklik təklifində türklüyü təhqir etmək üstündə 3 ilə qədər həbs cəzası nəzərdə tutan maddədəki "türklük" sözü, "türk milləti" ilə əvəzlənir, cəza müddəti 2 ilə endirilir və prokurorların bu maddə ilə cinayət işi qaldırmaq səlahiyyəti əllərindən alınır. Dəyişiklik təklifinə əsasən bundan sonra prokurorlar öz təşəbbüsləri, eləcə də vətəndaşların şikayəti əsasında yox, yalnız prezidentin icazəsi ilə 301-ci maddə ilə cinayət işi aça bilər.AKP-nin təşəbbüsü Milliyyətçi Hərəkat Partiyasında (MHP) sərt etiraz doğurub. MHP lideri Dövlət Bağçalı bildirib ki, bu məsələni gündəmə gətirmək AKP-nin siyasi iflası olacaq: "Bu yola sapma hazırlığı içində olan baş nazir türk milləti qarşısında bu suallara cavab verməlidir: türklüyə həqarətin sərbəstləşdirilməsini kim və hansı hüquqla tələb edir? "Erməni soyqırımı" yalanının sərbəst şəkildə səsləndirilməsinə və bunun haqlı sayılacağına səbəb olacaq belə bir zillətə boyun əyilməsi, bunu Türkiyədən tələb edənlərin hiyləgər məqsədləri ilə AKP-nin əməllərinin üst-üstə düşməsi necə izah ediləcək?" D. Bağçalı hesab edir ki, dəyişiklik təklifi parlamentə gətirildikdən sonra AKP-nin 339 millət vəkili türk millətinin və türk tarixinin qarşısında qürur və heysiyyət imtahanı verəcək. MHP lideri 301-ci maddənin dəyişdirilməsini əngəlləmək üçün hər cür imkandan istifadə edəcəklərini də açıqlayıb. Bu məqsədlə parlamentdaxili mübarizə və kütləvi etiraz aksiyaları ilə yanaşı, reklam kampaniyasından da istifadə ediləcək. Artıq partiyanın sifarişi ilə reklam rolikləri və afişalar hazırlanıb. Reklam rolikləri televiziya kanallarında yayımlanacaq, afişalar isə böyük şəhərlərin küçələrindəki bilbordlara vurulacaq.
Azərbaycan Xəbərləri
Printable View

04-08-2008, 04:56 PMAPATürkiyədə türklüyü təhqir etməyə görə cəza nəzərdə tutan qanun maddəsi dəyişdirilir

04-08-2008, 05:01 PMAPABeynəlxalq Böhran Qrupu: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təsir göstərməlidir"
[b]Beynəlxalq Böhran Qrupu: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təsir göstərməlidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Öz tarixində əsrin böhranını yaşamasına baxmayaraq, sabah Ermənistan yeni prezidentinin andiçmə mərasimini keçirir. Beynəlxalq ictimaiyyət siyasi məhbusların azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq mühitin yaradılması məqsədilə Ermənistana təsir göstərməlidir".
[APA-nın məlumatına görə, bu sözlər Beynəlxalq Böhran Qrupunun Ermənistandakı vəziyyətlə bağlı açıqlamasında əksini tapıb. Açıqlamada bildirilir ki, Ermənistanda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. BBQ-nin Qafqaz üzrə koordinatoru Maqdalena Friçeva bu ölkədə demokratiyanın ciddi itkilərə məruz qaldığını, bütün hakimiyyətin icra strukturu və təhlükəsizlik xidmətinin əlində cəmləşdiyini deyib. BBQ hesab edir ki, ABŞ və Avropa hökumətləri demokratik inkişaf təmin olunmasa, əməkdaşlığın çətinləşəcəyini Ermənistana başa salmalıdır: "Yaxın vaxtlarda müvafiq addımlar atılmasa, Avropa Birliyi və ABŞ Ermənistana xarici yardımları müvəqqəti dayandırmalıdır". -
04-08-2008, 05:26 PMAPAKoreya Respublikasının baş naziri Azərbaycana gələcək
[b]Koreya Respublikasının baş naziri Azərbaycana gələcək[b]
Bakı. Turan Hüseynova - APA. Koreya Respublikasının yeni baş naziri Xan Seunq So mayın 18-də Azərbaycana rəsmi səfərə gələcək.
[Koreya Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində 6-7 nazir olacaq. Səfər zamanı ikili vergiqoymanın aradan qaldırılması, Bakı nəqliyyatının intellektual idarəetmə sisteminin yaradılması, ətraf mühitin qorunması və digər sahələrdə ikitərəfli sənədlər imzalanacaq. Səfər mayın 20-də yekunlaşacaq. -
04-08-2008, 05:51 PMAPAQızıl Aypara Cəmiyyəti prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb
[b]Qızıl Aypara Cəmiyyəti prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin növbəti Baş Məclisi keçirilib. Cəmiyyətin informasiya və beynəlxalq şöbəsinin müdiri Pərviz Nəzərovun APA-ya verdiyi məlumata görə, Baş Məclisdə təşkilati məsələlərə - prezident və vitse-prezidentlərin seçilməsi məsələsinə baxılıb.
[Novruz Aslanov növbəti 4 ildə yenidən cəmiyyətin prezidenti, Qafar Əsgərzadə və Azər Sultanov isə vitse-prezidentləri seçiliblər. Baş Məclis, həmçinin qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb. Baş Məclisdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev də iştirak ediblər. -
04-08-2008, 06:06 PMAPARusiyanın Tver vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədr müavini öldürülüb
[b]Rusiyanın Tver vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədr müavini öldürülüb[b]
Tver - APA. Rusiyanın Tver vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədr müavini, iş adamı Etibar Nağıyev qətlə yetirilib.
[APA-nın məlumatına görə, E. Nağıyev aprelin 4-dən 5-nə keçən gecə evinin qarşısında avtomobilindən çıxarkən avtomat silahdan atəşə tutulub. Yaralı biznesmen xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi qaldırılıb. -
04-08-2008, 07:01 PMAPAAzərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır
[b]Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır[b]
[Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın «İrkut» korporasiyası Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə imzalanmış sazişə uyğun olaraq aprelin 15-də ilk "Be-200" amfibiya-təyyarəsini Azərbaycana göndərəcək. APA-nın məlumatına görə, təyyarə İrkutskda yerləşən aviazavoddadır və hazırda sınaqdan keçirilir.Qeyd edək ki, "Be-200" amfibiya-təyyarəsini alqı-satqısına dair müqavilə 2007-ci ildə imzalanıb. Azərbaycan bu təyyarələri satın alan ilk xarici ölkədir. Hazırda Be-200 amfibiya-təyyarələrinin almaq məqsədi ilə Yunanıstan, Portuqaliya və İtaliya da «İrkut» şirkəti ilə danışıqlar aparır. -
04-08-2008, 07:11 PMAPAAzərbaycan prezidenti Tacikistan və Türkmənistan səfirlərinin etimadnamələrini qəbul edib
[b]Azərbaycan prezidenti Tacikistan və Türkmənistan səfirlərinin etimadnamələrini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakir Vəzirovun etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir Z. Vəzirov etimadnaməsini Azərbaycan dövlət başçısına təqdim edib. İ. Əliyev deyib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. O, əlaqələrin daha da möhkəmlənməsi işində yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, səfirin öz fəaliyyətində bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.Öz növbəsində Z. Vəzirov səfirlik fəaliyyətində qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.Bu gün prezident İ. Əliyev Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anaməmməd Məmmədovun da etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Azərbaycan dövlət başçısına təqdim edib.Söhbət zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib, əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub. -
04-08-2008, 07:21 PMAPAErmənistanın yeni baş nazirinin adı bəlli olub
[b]Ermənistanın yeni baş nazirinin adı bəlli olub[b]
[İrəvan - APA. Ermənistan Respublika Partiyasının Şurası Mərkəzi Bankın rəhbəri Tiqran Sarkisyanı baş nazir vəzifəsinə namizəd göstərib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, Tiqran Sarkisyanın namizədliyi Respublika Partiyasının lideri, yeni seçilmiş prezident Serj Sarkisyan tərəfindən irəli sürülüb. T. Sarkisyan 1960-cı ildə Kirovakanda doğulub. Ermənistan Xalq Təsərrüfatı İnstitutunu və Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib. İqtisad elmləri namizədidir. -
04-09-2008, 10:56 AMAPAAzərbaycanın Yevlax rayonunda qətl hadisəsi baş verib
[b]Azərbaycanın Yevlax rayonunda qətl hadisəsi baş verib[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Dünən Yevlax rayonunda üzərində bıçaq xəsarətləri olan meyit tapılıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyitin şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, Yevlax rayonu Aran qəsəbə sakini Muxtar Həsənovdur. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Razi Mustafayev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120. 1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. -
04-09-2008, 11:01 AMAPAMetyu Brayza Azərbaycana gəlir
[b]Metyu Brayza Azərbaycana gəlir[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza aprelin 11-də Azərbaycana gələcək. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib.
[M. Brayza hazırda Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdədir. O, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcək. -
04-09-2008, 11:06 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri aprelin 8-də 13.00-dan 13.25-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, saat 12.00-dan 12.10-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 12.45-dən 13.00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.30-dan 21.50-dək Füzuli, Qazax və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 9-da saat 01.30-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 04.40-dan 05.00-dək isə Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-09-2008, 11:11 AMAPAAzərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Kəlbəcərin işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirib
[b]Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Kəlbəcərin işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirib[b]
Los-Anceles. Hüsniyyə Həsənova - APA. Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə Kəlbəcər rayonunun işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbiri giriş sözü ilə baş konsul Elin Süleymanov açıb. Sonra çıxış edən Montana Universitetinin professoru Tomas Qolts Kəlbəcərin işğalının şahidi olmuş yeganə xarici jurnalist kimi həmin hadisələrlə bağlı təəssüratlarını bölüşüb. O, işğalın günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi, əmlakın talan edilməsi və sair erməni vəhşilikləri ilə müşayiət olunduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə Kəlbəcərin işğalından dərhal sonra BMT-nin ərazinin boşaldılmasını tələb edən qətnamə qəbul etdiyini, lakin ermənilərin həmin sənədə məhəl qoymadığını xatırladıb. Onun sözlərinə görə, dünya ictimaiyyəti ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər barədə məlumatlıdır və buna görə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O, sözlərinə sübut kimi BMT Baş Assambleyasının qəbul etdiyi son qətnaməni göstərib. Qeyd edək ki, tədbirdə Beverli Hils şəhərinin meri Cimmi Delşad, İran Yəhudiləri Federasiyasının baş katibi Sem Kermanian, "Azerbaijan İnternational" jurnalının baş redaktoru Betti Bleyr, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov, Los-Anceles Konsulluq Korpusunun, Dövlət Departamentinin nümayəndələri də iştirak ediblər. -
04-09-2008, 12:16 PMAPAMəlahət Həsənova: "Əfv üçün əcnəbilərə yalvaranlar, öz ölkəsinin prezidentinə, ya da Əfv Komissiyasına müraciət etsələr, daha yaxşı olar"
[b]Məlahət Həsənova: "Əfv üçün əcnəbilərə yalvaranlar, öz ölkəsinin prezidentinə, ya da Əfv Komissiyasına müraciət etsələr, daha yaxşı olar"[b]
"Beynəlxalq təşkilatlardan "Azərbaycanda siyasi məhbus" terminini leksikonundan çıxarmağı tələb etməliyik"Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının, Prezident Yanında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət Həsənovanın APA-ya müsahibəsi
[- Yeni Azərbaycan Partiyası prezident seçkisinə necə hazırlaşır? - Yeni Azərbaycan Partiyası seçkiyə hazırlığa indi başlamayıb. 2003-cü ildən bu günə kimi görülən bütün işlər prezident seçkisinə hazırlıq hesab oluna bilər. Cənab prezident 2003-cü ilin seçki kampaniyasında xalqa verdiyi vədlərin hamısını reallaşdırıb. Bu illər ərzində görülən bütün işlər onu göstərir ki, bizim qarşıdakı prezident seçkilərində deyəcək sözümüz kifayət qədərdir. Hətta bu illər ərzində heç bir iş görülməsəydi belə, ötən ay "Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətə dair" BMT-də qəbul olunan qətnamə bizim uğurumuz üçün yetərli idi. Çoxu bu qətnamənin maliyyətini anlamır. Amma unutmamalıyıq ki, 1994-cü ildən bu günə kimi BMT-də Qarabağla bağlı nəinki qətnamə qəbul olunmayıb, heç müzakirə belə aparılmayıb. - Bu gün Azərbaycanın siyasi düşərgəsində passivlik hökm sürür. Bu situasiyada kiminsə prezident seçkilərinə hazırlaşdığı görünmür...- Bu passivliyin ən böyük səbəbi müxalifətin iqtidarla müqayisə olunmaz dərəcədə zəifliyidir. Dünyanın inkişaf etmiş bütün ölkələrində sağlam müxalifət cəmiyyətin inkişafına fayda verir. Həmin ölkələrdə iqtidarla müxalifət milli məsələlərdə vahid mövqedən çıxış edə bilir. Məsələn, mən BMT-də məlum qətnamənin qəbulu zamanı bu sənədin əleyhinə səs verən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrə müxalifətin çox ciddi və kəskin etiraz edəcəyini gözləyirdim. Amma belə olmadı, bu missiyanı da Azərbaycan hökumətivə iqtidar siyasətçiləri həyata keçirdi. Bu məsələ ilə bağlı Milli Məclisdə də iqtidardan olan millət vəkilləri ilə müqayisədə demək olar ki, müxalifəti təmsil edən deputatlar məsələyə münasibət bildirmədilər. Nəyə görə ölkə müxalifəti çıxış edib Minsk Qrupunun üzvlüyünə Türkiyənin daxil edilməsini ciddi tələb etmir? - Bəzi beynəlxalq təşkilatların Azərbaycanda prezident seçkisinin Ermənistandakı oxşar ssenari əsasında baş tutması istiqamətində müəyyən işlər apardığı haqda məlumatlar yayılıb. Buna Sizin münasibətiniz necədir? - Doğrudan da, Avropa Şurasında keçirilən son iclaslar onu göstərir ki, Cənubi Qafqaz ölkələri arasında kəskin ayrı-seçkiliyə yol verilir, yenə də ikili standartlardan çıxış edirlər. Bir ölkədə keçirilən prezident seçkisi zamanı millət vəkilləri və yüzlərlə müxalifətçi həbs olunduğu, prezidentliyə namizəd ev dustağı edildiyi, deputatın axtarışda olduğu, mətbuata senzura tətbiq olunduğu halda, Avropa Şurası buna göz yumursa, onda baş verənlərə nə ad vermək olar? Bu nəinki ikili standartdır, bu riyakar siyasətdir. Demokratiya Avropada, eləcə də bəzi beynəlxalq təşkilatların öz məqsədlərinə çatması üçün istifadə edilən vasitədir. Beynəlxalq təşkilatlar da digər ölkələrdə keçirilən seçkilərdə baş verənlərə kəskin münasibət bildirmədilər. Yəni bu təşkilatların Ermənistanı nokautdan çıxarmaq üçün Azərbaycanda nəsə hazırlamağa çalışacaqları gözləniləndir. Bir də bu bir reallıqdır ki, bəzi ölkələr və bəzi beynəlxalq təşkilatlar həm də Azərbaycanda gedən sürətli inkişafı, Azərbaycan prezidentinin müstəqil, xalqımızın mənafeyinə uyğun siyasət aparmasını, onların dili ilə desək, region üçün təhlükə hesab edirlər.- YAP-ın Nəsimi rayon təşkilatına sədr seçiləndən sonra Sizdən əvvəl təşkilata rəhbərlik edən sabiq səhiyyə naziri Əli İnsanovun tərəfdarlarının kütləvi şəkildə partiya sıralarını tərk etməsi haqda məlumat yayılmışdı. Bu nə dərəcədə doğrudur?- İnsanlar Yeni Azərbaycan Partiyasına Əli İnsanova görə yox, Heydər Əliyevə və İlham Əliyevə bəslədikləri sevgiyə görə üzv olurlar. Bu partiyada Əli İnsanov kimi adamlar siyasi fiqur, yaxud da kimin üçün isə stimul ola bilməz. YAP-ın Nəsimi rayon təşkilatının 21 min üzvü var və onlar hər an əməli fəaliyyətləri ilə öz sədrlərinin müsəlləh əsgəri olduqlarını sübut etməyə hazırdırlar. - Bu yaxınlarda Murovda yerləşən hərbi hissəyə getmişdiniz. Hərbiçilərimizin vəziyyəti necədir? - Ölkə başçısı gecə-gündüz ordunun maddi texniki bazasının yaxşılaşdırılası üçün bütün imkanlardan istifadə edir, prezidentimiz tez-tez özü hərbi hissələrə, hətta ən çətin mövqelərə səfər edir, zabitlərimizin və əsgərlərimizin vəziyyəti ilə şəxsən tanış olur. Milli Orduya ayrılan büdcə demək olar ki, Ermənistanın büdcəsi qədədir. Lakin düşünürəm ki, orduya diqqət və qayğını təkcə ölkə başçısı göstərməməlidir, bu, ümumxalq işidir və biz bir çox ölkənin müsbət təcrübəsindən öz qanunvericiliyimizdə də istifadə etməliyik. Buna məncə imkanlar da var. Bəzi dövlətlərdə, o cümlədən Rusiyada, İsraildə hərbiçiləri vergidən azad ediblər. Bu, Sovet dövründə də belə idi. Bu güzəşt Azərbaycanda da tətbiq oluna bilər. Ancaq söhbət təkcə dövlətin yox, həm də cəmiyyətin orduya münasibətindən gedir. Murova gedəndə bir neçə orta məktəbdə şagirdlərə əsgərlərin ünvanına məktub yazmağı xahiş etmişdim. Təsəvvür edin, əsgərlərə yazılan 300-dək məktubun mahiyyətini ancaq "sağ-salamat gəl" ifadələri təşkil edirdi. Bu məktublarda vətənpərvərlik hissi aşılanan bir cümləyə belə rast gəlmədim. Bu gün gənclərin hərbi hissələrə müntəzəm səfərləri təşkil olunmalıdır. Murovda səkkiz il xidmət edin bir zabitlə söhbət elədim. O da bu məsələdən çox narazı olduğunu bildirdi. Orada yeni xidmətə başlayan əsgərlərlə də görüşdüm. Onların çoxu bir-iki aydır, xidmət etmələrinə baxmayaraq, evə getmək üçün icazə istəyirdilər. Məncə, burada dövlət yox, Milli Ordunun rəhbərliyi yox, birbaşa özümüz cavabdehlik daşıyırıq. Ailələrin, valideynlərin, Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin ordu ilə bağlı işini yetərli saymıram. Bu günlərdə Azərbaycanda təhsil alan bir türk tələbənin "Salam, Azərbaycan əsgəri" adlı məktubunu oxuyub heyrətə gəlmişəm. Biz ideologiya sahəsində güclü iş qurmalıyıq. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da işini qeyri-qənaətbəxş saymaq olar. Yaxşı olar ki, özlərindən uydurduqları dırnaqarası "siyasi məhbus" məsələləri ilə yox, bir az da Milli Ordumuz qarşısında olan borcları haqqında düşünəydilər. Axı bu, xalqın ordusudur. Bu məsələdə medianın da üzərinə böyük məsuliyyət düşür. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə televiziyaların əksəriyyətində şou-biznes verilişləri yayımlanırdı. - Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz?- Müsbət qiymətləndirəm. Bu gün Milli Məclis qəbul olunan qanunların təkmilləşdirilməsi üzərində çox işləyir. Olduqca zəngin milli qanunvericilik bazası yaradılıb və bu istiqamətdə iş davam etdirilir. Ancaq deputatlar cəmiyyətin ictimai-siyasi həyatında da yaxından iştirak etməli, aktiv olmalıdırlar. Deputatın vəzifəsi təkcə parlamentin iclasında iştirak etmək və ya qanun yaradıcılığı ilə məşğul olmaq deyil. - Bəzən Milli Məclisdə kəskin mübahisələrin yaşandığının şahidi oluruq. Xanım deputat kimi bunlar Sizə necə təsir edir? - Parlament siyasi mübarizə meydanıdır. Orada fikir ayrılığının olması təbiidir, normaldır, amma dərəcəsində və müəyyən etik çərçivələrdə... - Cəmiyyətdə parlamentin qəbul etdiyi yazılmış qanunlarla yanaşı, onun qəbul etmədiyi və çox vaxt həlledici rol oynayan, xalqımızın minilliklər boyu yaranan yazılmamış qanunlar da hökm sürür. Maraqlıdır, Siz hansı qanuna daha çox riayət edirsiniz? - Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da yazılmamış qanunlar var. Bəzən yazılmamış qanunlar, yazılmışlardan daha keçərli olur. Mənim üçün də belədir. Azərbaycan qadının yanında söyüş söyülməsinə, təhqiramiz ifadələr işlədilməsinə münasibət bizim yazılmamış qanunlarımızdandır. Bəzən parlamentdə də yazılmış və yazılmamış qanunları pozanlara rast gəlmək olur. - Siz həm də Prezident yanında Əfv Komissiyasının üzvüsünüz... - Mətbuatın Əfv Komissiyasının fəaliyyəti ilə işindən narazıyam. Cəmiyyətdə əfv olunmasına daha çox ehtiyac olan insanlardan daha çox, mətbuat siyasi məhbus şousu yaradanların təbliğat obyektinə çevrilib. Bəzən adı siyasi məhbus kimi çəkilən insanların hansısa ağır cinayət törədikləri tamamilə unudulur, onların azadlığa çıxıb-çıxmayacağı əsas müzakirə obyektinə çevrilir. Əli İnsanov həbs olunana kimi müxalifət mətbuatının "qəhrəman"ı idi. Onun soyadına kimi hər bir addımı müzakirə mövzusu idi. Bu gün isə Əli İnsanov həmin mətbuatda cəngavər kimi qələmə verilir. Nəyə görə, OMON hadisələrində həbs olunan əmrə tabe sıravi əsgərlərin deyil, məhz Elçin Əmiraslanovun adı siyasi məhbus siyahılarına salınır? Bax, bu cür yanaşma dəhşətlidir. Bəzən ən ağır cinayət törədən hansısa şəxs haqqında davamlı olaraq komissiyasına əfv olunmaq üçün müraciət edilir, onun müraciətinə mənfi cavab verildikdə isə özünü siyasi məhbus kimi qələmə verməyə başlayır. Əfv Komissiyasının Əsasnaməsinə görə, hər hansı məhbusu əfv etmək istəyərkən, mütləq qarşı tərəfin, yəni cinayətin qurbanının da mövqeyi nəzərə alınır. Yəni bu cür süni müraciətlər komissiyanın işini ağırlaşdırır. - Əfv Komissiyası həm də hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahılarını müzakirə edir... - Nəyə görə Avropa Şurası siyasi məhbus deyəndə məhz Azərbaycanı yada salır? Axı, bu qurumun həm də Ermənistan və Gürcüstan kimi siyasi hadisələrə görə çoxlu sayda insanların həbs olunduğu üzvləri də var. Biz bir neçə dəfə onlardan, yəni beynəlxalq təşkilatların nümayəndələrindən bunun səbəbini soruşanda deyirlər ki, həmin ölkələrdən onlara şikayətlər daxil olmur. Görünür, bu ölkələrdəki hüquq müdafiəçilərinin vətənə, dövlətə yanaşması bizimkilərdən fərqlidir. Biz hamımız beynəlxalq təşkilatlardan "Azərbaycanda siyasi məhbus" terminini leksikonundan çıxarmağı tələb etməliyik. Bu gün ölkəmizdəki sabitlik, tolerantlıq, söz və mətbuat azadlığı düşmənlərimizi və onların havadarlarını çox narahat edir. Dünyanın hansı ölkəsində məscidlə sinaqoq və ya kilsə eyni küçədə yerləşir? Bu, yalnız Azərbaycanda mövcuddur. Bu gün Azərbaycanda Prezident Aparatının qarşısında avtomobillər, sağdan-sola, soldan-sağa ötüb keçir. Heç kəsə qadağa qoyulmur. Ancaq gedin, ölkəmizdə olan bəzi səfirliklərin nümayəndəliklərinə fikir verin. Bəzi səfirliklərin yerləşən küçədə hər tərəfdən barrikadalar qurulub, ətrafda maşın saxlamağa belə imkan vermirlər. Bəyəm, bu, cəmiyyətdə azadlığın, demokratiyanın, sərbəstliyin fərqini ortaya qoymur?- Əfv olunmaq üçün komissiyasına müraciət hansı formada həyata keçirilməlidir? - Əfv olunmaq istəyən məhkumun müraciəti mütləqdir. Bəzən əfv olunmaq üçün bütün kriteriyaları uyğun gələn məhbus, sadəcə, müraciət etmədiyindən əfv komissiyasında müzakirəyə problem yaradır. Bir də görürsən, əfv olunmaq üçün beynəlxalq təşkilatlara, tanımadıqları əcnəbilərə yalvaranlar, öz ölkəsinin prezidentinə, yaxud Əfv Komissiyasının üzvlərinə müraciət etsələr, daha yaxşı olar. - İngilis dilini bilirsiniz?- Bilirəm. - Musiqiyə münasibətiniz necədir?- Azərbaycanın musiqi sahəsində bəşəriyyətə töhfələri daha çox olub. Soltan Hacıbəyovun "Karvan" simfoniyasına bir dəfə qulaq asan və ömründə heç vaxt dəvə karvanı görməyən istənilən şəxs karvanın nə olduğunu asanlıqla təsəvvür edə bilər. Bu gün dünya Azərbaycan muğamının dili ilə danışır. Və ya Asəf Zeynallının Cəfər Cabbarlının "Ölkəm" şerinə bəstələdiyi musiqini necə dinləməmək olar? Mən indi də Şövkət xanıma, Sara Qədimovaya Bülbülə sevə-sevə qulaq asıram. - Həkim olduğunuz yadınızdan çıxmayıb ki?.. - Təəssüf ki, həkim olduğumu unutmuşam. On ildir, həkimlik etmirəm. Həkimlik gözəl sənətdir. İnsan öz sağlamlığı üçün əvvəl Allaha, sonra həkimə yalvarır. Orta məktəbdə dəftərlərimə ağ xalatlı qız şəkli çəkərdim. Həkim olmaq mənim böyük arzularımdan idi. Ancaq həyatda hər şey heç də sən istədiyin kimi olmur.- Xanım kimi ən böyük uğurunuz nədir?- Tərcümeyi-halımda ən gözəl dəyərlərdən biri də iki oğul anası olmağımdır. Mənim bir oğlum hərbi təhsil alır, ikincisi isə yenicə ailə qurub və Almaniyada təhsilini davam etdirir. -
04-09-2008, 12:21 PMAPAVəkil Aslan İsmayılov Azərbaycan muzeylərindən oğurlanan tarixi əsərlərin tapılması və geri qaytarılması ilə bağlı müraciət edib
[b]Vəkil Aslan İsmayılov Azərbaycan muzeylərindən oğurlanan tarixi əsərlərin tapılması və geri qaytarılması ilə bağlı müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Vəkil Aslan İsmayılov Azərbaycan muzeylərindən oğurlanan tarixi əsərlərin, qiymətli əşyaların tapılması və geri qaytarılması ilə bağlı müraciət hazırlayıb.
[Aslan İsmayılovun APA-ya daxil olan müraciətində bildirilir ki, vaxtilə muzeylərdəki çox qiymətli əsərlərin bəziləri bir çox imkanlı həmyerlilərimiz tərəfindən alınıb və mənzillərində yerləşdirilib: "Bu gün mən həmin şəxslərə, iş adamlarına müraciət edərək, onlardan itirilmək üzrə olan mədəniyyətimizin yenidən bərpa olunmasına yardım etmələrini xahiş edirəm. Əgər imkanlı şəxslərimiz xalqın yaddaşında dövrümüzün Hacı Zeynalabdin Tağıyevi kimi qalmaq istəyirlərsə, bunun ən asan yolu vaxtilə Azərbaycan mədəniyyətindən çalınan əsərlərin muzeylərimizə qaytarılmasıdır". Bu təcrübənin dəfələrlə beynəlxalq aləmdə sınaqdan keçirildiyini xatırladan vəkil bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə təklif də verib: "Nazirlik muzeyə bəxşiş etmiş şəxsin adını əşyalara yazsın ki, həmin muzeyləri ziyarət edənlər mədəniyyətimizə bu əsərləri hədiyyə etmiş şəxsləri tanısınlar". -
04-09-2008, 01:06 PMAPAAzərbaycan paytaxtında ölümlə nəticələnən yanğın baş verib
[b]Azərbaycan paytaxtında ölümlə nəticələnən yanğın baş verib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gecə Suraxanı rayonunun Hövsan qəsəbəsində ölümlə nəticələnən yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə qəsəbə sakini Eldar Rzayevə məxsus 1 mərtəbəli 5 otaqlı evdə olub. Nəticədə evin yanar konstruksiyaları və içindəki əşyalar 250 kv.m. sahədə yanıb. Yanıq xəsarəti almış E. Rzayev xəstəxanaya aparılarkən yolda ölüb. -
04-09-2008, 03:06 PMAPARusiya tərəfindən Azərbaycanın notasına hələlik reaksiya verilməyib
[b]Rusiya tərəfindən Azərbaycanın notasına hələlik reaksiya verilməyib[b]
Bakı. Laçın Sultanova - APA. Rusiya Azərbaycanın notasına hələlik reaksiya verməyib. Bu barədə məlumat verən Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov APA-nın sualının cavabında bildirib ki, sözügedən nota haqqında mətbuatdan xəbər tutub: "Rusiya tərəfinin reaksiyası mənə məlum deyil".
[Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin birinci müavini Konstantin Zatulinin başçılıq etdiyi MDB ölkələri İnstitutunda «Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda» adlı konfransın keçirilməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota verib. Notada həmin tədbirdə Dağlıq Qarabağ separatçılarının iştirakına aydınlıq gətirilməsi istənilir. -
04-09-2008, 03:11 PMAPAAzərbaycan Müdafiə Nazirliyi: "Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib"
[b]Azərbaycan Müdafiə Nazirliyi: "Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib"[b]
Bakı. Rəşad Süleymanov - APA. Son vaxtlar Ermənistanın adı qeyri-leqal silah satışı ilə bağlı fırıldaqlarda tez-tez çəkilir. Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən APA-ya daxil olan məlumatda bildirilir ki, bununla yanaşı, Ermənistan ərazilərində münaqişə olan ölkələrə muzdluların göndərilməsində də iştirak edir.
[Məlumata görə, 2007-ci il ərzində Ermənistandakı hərbi hissələrdən PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib. PKK sıralarında Türkiyəyə qarşı döyüşən terrorçular arasında Ermənistandan və Yaxın Şərq ölkələrindən olan erməni mənşəli muzdluların olduğu da məlumdur. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində və İraqın şimalında PKK-ya qarşı apardığı antiterror əməliyyatları zamanı öldürülən terrorçular arasında erməni mənşəli muzdluların olduğu üzə çıxıb. Ermənistandan göndərilən silah-sursatın bir hissəsi müxtəlif yollarla İraqdakı koalisiya qüvvələrinə qarşı döyüşən silahlı qrupların da əlinə keçir. Yaxın və Orta Şərqdə fəaliyyət göstərən terrorçu təşkilatlara Ermənistan vasitəsilə silah göndərilməsi faktları məlumdur. Müxtəlif terrorçu qurumlara silah satışında günahlandırılan Rusiya Hərbi Hava Qüvvələrinin sabiq zabiti Viktor Butun və erməni mənşəli Böyük Britaniya vətəndaşı Endryu Smulyanın Tailandda həbsi Ermənistanın qanunsuz silah ticarətində iştirakını bir daha təsdiqləyir. Bu şəxslər Tailandda "Fuerzas Armadas Revolucionarias Columbia" adlı terrorçu qruplaşmaya "Yer-Hava" tipli zenit-raket kompleksinin satışı ilə bağlı danışıqlar aparıblar. Həmin fırıldaqçılar daha əvvəl də silahlı münaqişələrin bürüdüyü Liberiya, Konqo, Anqola, İraq və Kolumbiya kimi üçüncü dünya ölkələrinə qeyri-leqal silah satışında iştirak ediblər. 2005-ci ilin martında silah qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşları - Artur və Levon Solomonyan qardaşlarının ABŞ-da həbs olunması da bu baxımdan diqqətçəkəndir. A. Solomonyanın başçılıq etdiyi beynəlxalq cinayət şəbəkəsi Rusiya, Ermənistan və Şimali Qafqazdakı hərbi hissələrdən alınmış silahların satışı ilə məşğul olub. "United Nations Register of Conventional" adlı təşkilatın silah ixracı və idxalına dair illik hesabatında Ermənistan öz ordusu üçün əldə etdiyi silahları sənədlərdə göstərməyən və gizlədən ölkələr sırasında qeyd olunub. 2007-ci ilin yayında rəsmi İrəvanın müxtəlif ölkələrdən gizli şəkildə silah və hərbi texnika alması ilə bağlı bir neçə fakt üzə çıxıb. 2007-ci ilin iyulunda Türkiyənin ərazi sularında Ermənistan Müdafiə Nazirliyinin Albaniyanın "Meiko" firmasından aldığı 60 konteyner qanunsuz silah daşıyan gəmi saxlanılıb. Qaçaqmal silahlar arasında 75 mm-dən 122 mm-ə qədər, müxtəlif kalibrli artilleriya qurğuları da olub. Sonradan müəyyənləşdirilib ki, bu silahlar Tirana ətrafındakı silah anbarlarından qeyri-qanuni əldə edilib. Həmin anbarda cari ilin mart ayında güclü partlayış baş verib. Partlayışın Ermənistana silah satışı ilə bağlı fırıldağı ört-basdır etmək məqsədilə qəsdən törədildiyi istisna edilmir. 2007-ci ilin avqustunda Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın maliyyə dəstəyi ilə "Radiotexkomplekt" Qapalı Səhmdar Cəmiyyətindən hərbi təyinatlı rabitə vasitəsi alınaraq qeyri-leqal yolla Ermənistana göndərilib. Elə həmin dövrdə Krasnodar diyarındakı "Qafqaz" dəniz limanında gömrük işçiləri Ermənistan Müdafiə Nazirliyinə məxsus "Faqot" raket kompleksi və BM-21 "Qrad" reaktiv atəş sistemi üçün nəzərdə tutulmuş ehtiyat hissələrin qaçaqmal yolu ilə keçirilməsinin qarşısını alıblar. Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan beynəlxalq terrorçuluğun silah bazasına, eyni zamanda qeyri-qanuni silah satışının mərkəzinə çevrilib. -
04-09-2008, 03:16 PMAPADima Bilanın "Eurovision-2008" müsabiqəsində ifa edəcəyi "Believe me" mahnısına çəkilən klipi piratlar oğurlayıb
[b]Dima Bilanın "Eurovision-2008" müsabiqəsində ifa edəcəyi "Believe me" mahnısına çəkilən klipi piratlar oğurlayıb[b]
[Bakı. Ülkər Qasımova - APA. Rusiyanı "Eurovision-2008" müsabiqəsində təmsil edəcək Dima Bilanın yarışda ifa edəcəyi "Believe me" mahnısına çəkilən klip piratlar tərəfindən oğurlanıb. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, tam hazır olmayan klipin DVD versiyası Amerikada bir studiyada unudulub. Nəticədə heç yerdə nümayiş olunmayan klip Rusiyaya çatmamış piratların əlinə keçib. Piratlar həmin klipi bəzi yerlərdə nümayiş etdiriblər. Klipin son variantı isə yaxın vaxtlarda hazır olacaq. Klipdə Dima Bilanla yanaşı, fiqurlu konki sürən Yevgeni Plyuşenko və skripkaçı Edvin Marten çəkilib. "Believe me" mahnısına çəkilən klipdə üç dost xeyriyyə konserti verərək xəstə bir uşağı xilas edir. Qeyd edək ki, klipin çəkilişləri iki həftə əvvəl Moskvada aparılıb. -
04-09-2008, 03:21 PMAPAAzərbaycan xarici işlər nazirinin müavini Küveytdə səfərdə olub
[b]Azərbaycan xarici işlər nazirinin müavini Küveytdə səfərdə olub[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Küveytdə səfərdə olub. Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, X. Xələfov Əl-Küveytdə müxtəlif görüşlər keçirib. Səfərin əsas məqsədi prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinə hazırlıqla bağlı müzakirələr aparmaq olub. -
04-09-2008, 03:26 PMAPAAzərbaycanın ilk İnzibati Prosessual Məcəlləsi ikinci oxunuş üçün Milli Məclisə tövsiyə olunub
[b]Azərbaycanın ilk İnzibati Prosessual Məcəlləsi ikinci oxunuş üçün Milli Məclisə tövsiyə olunub[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının bugünkü iclasında İnzibati Prosessual Məcəllənin layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, iclasda komissiya sədri Əli Hüseynov bu sənədin Azərbaycanın ilk İnzibati Prosessual Məcəlləsi olduğunu bildirib. Onun sözlərinə görə, bu məcəllə vətəndaş və dövlət münasibətlərin tənzimlənməsinə xidmət edəcək: "Bu məcəllə həm Məhkəmə Hüquq Şurasında, həm də müxtəlif məhkəmə orqanlarında geniş müzakirə olunmalıdır". Millət vəkili Qüdrət Həsənquliyev məcəlləyə inzibati fəaliyyət haqqında ayrıca fəslin daxil edilməsini təklif edib. Onun sözlərinə görə, həmin fəsildə yoxlama-nəzarət funksiyaları haqqında anlayışlar yer ala bilər. Deputat, həmçinin məhkəmələrinin həddən artıq sıx qrafiklə çalışdıqlarını, inzibati məsələlərə yerli məhkəmələr tərəfindən baxılmasının məqsədəuyğun olduğunu deyib. Müzakirələrdən sonra İnzibati Prosessual Məcəllənin layihəsi ikinci oxunuş üçün parlamentə tövsiyə olunub. -
04-09-2008, 03:31 PMAPAAzərbaycan MSK sədri: "Prezident seçkisində "exit-poll" keçirmək istəyən təşkilatlar bizdən xüsusi icazə almaq məcburiyyətində deyil"
[b]Azərbaycan MSK sədri: "Prezident seçkisində "exit-poll" keçirmək istəyən təşkilatlar bizdən xüsusi icazə almaq məcburiyyətində deyil"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Prezident seçkisində "exit-poll" keçirmək istəyən təşkilatlar üçün heç bir problem yaradıla bilməz. Həmin təşkilatlar bunun üçün bizdən xüsusi icazə almaq məcburiyyətində deyil". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, MSK "exit-poll" keçirəcək təşkilatların bu qurumda qeydiyyatdan keçməsini istəyir. M. Pənahov bunu Azərbaycanda sorğunu hansı təşkilatın keçirməsi barədə məlumatlı olmaq baxımından vacib sayır: "Çünki biz bilməliyik ki, hansı təşkilat bu prosesdə iştirak edir. Bizdən soranda da cavab verə bilməliyik. Amma biz kiminsə qarşısını kəsmək barədə düşünmürük. Qeydiyyata almaq məsələsi prosesdə hər hansı senzura yaratmaq məqsədi daşımır". M. Pənahov prezident seçkisinə çox vaxtın qaldığını əsas gətirərək hansı təşkilatların "exit-poll" keçirəcəyinin hələ məlum olmadığını qeyd edib. -
04-09-2008, 03:56 PMAPAErmənistan parlamenti "Dağlıq Qarabağ probleminin həlli barədə" bəyanat qəbul edəcək
[b]Ermənistan parlamenti "Dağlıq Qarabağ probleminin həlli barədə" bəyanat qəbul edəcək[b]
İrəvan - APA. Ermənistan parlamenti "Dağlıq Qarabağ probleminin həlli barədə" bəyanat qəbul etməyə hazırlaşır.
[APA-nın "Arminfo"ya istinadən verdiyi xəbərə görə, bəyanat layihəsində prezidentə və hökumətə təklif olunur ki, dünya ictimaiyyətinin Dağlıq Qarabağ problemi haqqında hərtərəfli məlumatlandırılması, Ermənistanın münaqişənin həlli istiqamətində siyasətinin daha təşəbbüskar olması, Azərbaycanın hücum edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyi və müdafiəsini təmin etməsi üçün beynəlxalq hüquq çərçivəsində hüquqi əsaslar yaratması məqsədilə səyləri və cəhdləri genişləndirilsin. Parlamentin sədri Tiqran Torosyan Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkün olduğunu da söyləyib: "Lazım gəlsə, bu addımın da atılması mümkündür. Bəyanatda bundan bəhs olunmaması onu göstərir ki, prezidentin dediyi vaxt hələ çatmayıb". -
04-09-2008, 04:01 PMAPAMəzahir Pənahov Azərbaycanda bu il keçiriləcək prezident seçkisinin şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcəyini bildirir
[b]Məzahir Pənahov Azərbaycanda bu il keçiriləcək prezident seçkisinin şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcəyini bildirir[b]
[Bakı. Elnur Məmmədli-APA. "Azərbaycanda bu il keçiriləcək prezident seçkisi şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcək. Çünki bütün seçki komissiyaları üçün daha yaxşı şərait yaradılıb və bunun müqabilində seçkilərin daha demokratik keçirilməsi təmin ediləcək". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, dairə seçki komissiyalarına binaların tikildiyini, aşağı seçki komissiyalarının təchizatının gücləndirildiyini, müvafiq aparatlarla təmin olunduğunu qeyd edib: "Seçici siyahılının dəqiqləşməsində bütün qüvvələr səfərbər edilib və bu il siyahılar əvvəlkilərdən daha dəqiq olacaq. Bu məqsədlə "qaynar xətt"dən, reklam çarxlarından istifadə etmişik. Artıq vətəndaşlar anlayırlar ki, seçici siyahılarına düşmək həm də onların öz işidir". M. Pənahov sonuncu parlament seçkisində pilot layihələrin həyata keçirildiyini, seçki dairələrinin ərazilərində, əhalinin gur olduğu yerlərdə monitorların quraşdırıldığını və səsvermənin gedişi ilə bağlı nəticələrin titrlərlə əhaliyə çatdırıldığını xatırladıb. O, növbəti prezident seçkisində də bu təcrübədən istifadə olunacağını və bir çox dairəni əhatə edəcəyini qeyd edib. -
04-09-2008, 04:11 PMAPADİN-in Daxili Qoşunlarının Baş Qərargahının əməkdaşının avtomobilindən sənədlər oğurlanıb
[b]DİN-in Daxili Qoşunlarının Baş Qərargahının əməkdaşının avtomobilindən sənədlər oğurlanıb[b]
[Bakı. Samir Kazımlı - APA. Bu il aprelin 7-də saat 19:00 radələrində Ə. Ələkbərov küçəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş Qərargahında katibə işləyən, Bakı şəhər sakin Samirə Novruzovaya məxsus "Hunday-Tukson" markalı 10 VK 609 nömrə nişanlı avtomobildən oğurluq edilib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər avtomobilin şüşələrini sındıraraq avtomobilin içərisindəki əl çantasını oğurlayıblar. Hadisə zamanı çantada sənədlər və pul olub. Rayon Polis İdarəsindən hadisə ilə bağlı saxlanılan şəxsin olmadığını bildirdilər.Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. -
04-09-2008, 04:21 PMAPAErmənistanda Serj Sarkisyanın andiçmə mərasimi ilə paralel müxalifətin etiraz aksiyası keçirilib
[b]Ermənistanda Serj Sarkisyanın andiçmə mərasimi ilə paralel müxalifətin etiraz aksiyası keçirilib[b]
İrəvan - APA. Bu gün İrəvandakı Milli Akademik Opera və Balet Teatrında Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanın andiçmə mərasimi keçirilib.
[APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, 54 yaşlı S. Sarkisyan əlini ölkə Konstitusiyası və Yevangeliya kitabına basaraq and içib. Mərasimə 58 dövlətin və 12 beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Rusiya nümayəndə heyətinə Dövlət Dumasının sədri Boris Qrızlov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin müavininin köməkçisi Metyu Brayza rəhbərlik edib. Qonşu ölkələr - Gürcüstanı baş nazir Lado Qurgenidze, İranı isə energetika naziri Pərviz Fəttah təmsil edib. Andiçmədən sonra S. Sarkisyan Azadlıq meydanına gedərək, onun şərəfinə təşkil olunmuş hərbi paradı izləyib. İnauqurasiya ilə paralel 40 gün əvvəl - martın 1-2-də qanlı hadisələrin baş verdiyi Fransa səfirliyinin yaxınlığında müxalifətin əvvəlcədən planlaşdırılmayan etiraz aksiyası da keçirilib. Ölənlərin qırxı münasibətilə mətəm mərasimi keçirmək üçün Aleksandr Myasnikyanın abidəsi önünə toplaşanların sayı getdikcə artıb və min nəfəri ötüb. Polisin maneçiliyinə baxmayaraq, ərazidə spontan şəkildə mitinq başlayıb. İştirakçılar hökumət əleyhinə şüarlar qışqırıblar və Levon Ter-Petrosyana dəstəklərini ifadə ediblər. -
04-09-2008, 04:36 PMAPAErmənistan müxalifəti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə Dağlıq Qarabağın gələcək statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyənlə
[b]Ermənistan müxalifəti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə Dağlıq Qarabağın gələcək statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyənləşdirir"[b]
İrəvan - APA. Ermənistanın müxalifət partiyaları Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə əlaqədar birgə bəyanat yayıb. APA-nın ARMİNFO-ya istinadən verdiyi xəbərə görə, bəyanatı 19 müxalifət partiyası, o cümlədən sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Ümummilli Hərəkatı, Xalq, Respublika və "Yeni Zamanlar" partiyaları imzalayıb.
[Bəyanatda bildirilib ki, münaqişənin nizamlanması ətrafında baş verən indiki proseslər Dağlıq Qarabağın gələcəyini və regiondakı sülh proseslərini təhlükə altına salır, hakimiyyətin xarici siyasət kursunun bacarıqsızlığını ortaya qoyur. Bəyanat müəlliflərinin fikrincə, bu il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qətnamənin qəbulu da məhz Ermənistan hakimiyyətinin 10 illik uğursuz xarici siyasətinin nəticəsidir: "Bu qətnamə Ermənistanın və Dağlıq Qarabağın mövqelərinə zərbə vurmaqla yanaşı, erməni tərəfindən birtərəfli güzəştlər tələb edir və Dağlıq Qarabağın gələcək statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyənləşdirir. Bu qətnamənin qəbulundan sonra Azərbaycan elə güclü üstünlük əldə edib ki, artıq danışıqlardan və görüşlərdən imtina edəcəyi barədə bəyanatlar verir. Buna misal olaraq Azərbaycan tərəfinin Buxarestdə görüşdən imtina etməsini göstərmək olar".Bəyanatı imzalayan siyasi qüvvələr hesab edir ki, beynəlxalq aləmdə erməni tərəfinin mövqeyinin zəifləməsində Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ separatçılarını danışıqlar prosesindən uzaqlaşdırması da mühüm rol oynayıb: "Öz hakimiyyətini qorumaq üçün nəticələrinin aradan qaldırılması mümkün olmayan bu cür sövdələşməyə gedən hakim administrasiya bununla da Dağlıq Qarabağın beynəlxalq hüquqi tanınmasına ağır zərbə vurub, məsələyə Azərbaycanın ərazilərinin işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan dövlətlərarası münaqişəsi kimi baxılmasına şərait yaradıb. Məhz bunun nəticəsində 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası qəbul etdiyi qətnamədə Ermənistanı ilk dəfə olaraq Azərbaycan ərazilərini işğal etməkdə ittiham edib".ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi "Madrid prinsipləri"ni də sərt tənqid edən bəyanat müəlliflərinin fikrincə, bu sənəd 2006-cı ilin iyununda edilən təkliflərlə müqayisədə Ermənistanın mövqelərinin gerilədiyini göstərir: "Bu il fevralın 19-da keçirilən və çoxsaylı saxtakarlıqla, dinc mitinqçilərə qarşı zorakılıqla müşayiət olunan prezident seçkiləri isə Ermənistan hakimiyyətinin ən böyük səhvi idi. Ermənistan hakimiyyəti bu hərəkətləri ilə öz diktator mahiyyətini göstərdi, ölkənin beynəlxalq nüfuzuna böyük zərbə vurdu və danışıqlar prosesini iflasa uğratdı. Bu siyasətin davamı hərbi əməliyyatların başlamasına və müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər".Sonda bəyanatı imzalayan siyasi qüvvələr beynəlxalq aləmdə Ermənistanın mövqelərinin zəifləməsinin məsuliyyətini ölkənin indiki hakimiyyətinin üzərinə düşdüyünü bəyan ediblər. -
04-09-2008, 04:41 PMAPAHeydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin rəis müavininin avtomobilindən sənədlər oğurlanıb
[b]Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin rəis müavininin avtomobilindən sənədlər oğurlanıb[b]
Bakı. Samir Kazımlı - APA. Aprelin 7-də saat 20:00 radələrində Yasamal rayonunun S. Dağlı küçəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində işləyən, Bakı şəhər sakini 40 yaşlı Rüfət Əlişah oğlu Hüseynova məxsus "Hunday-Sonata" markalı Az 10 İX 112 nömrə nişanlı avtomobildən oğurluq edilib.
[Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər avtomobilin şüşələrini sındıraraq, içərisindən R. Hüseynova məxsus 1 ədəd mobil telefonu və sənədləri oğurlayıblar. Hadisə ilə əlaqədar saxlanılan olmayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. -
04-09-2008, 04:46 PMAPAAzərbaycanın Şəki rayonunda 19 yaşlı gənc intihar edib
[b]Azərbaycanın Şəki rayonunda 19 yaşlı gənc intihar edib[b]
Şəki. Hafiz Heydərov - APA. Azərbaycanın Şəki rayonunda 19 yaşlı gənc intihar edir. Şəki Rayon Prokurorluğundan (RP) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən axşam rayonun Şəki kəndində baş verib.
[Kənd sakini 1989-cu il təvəllüdlü Zaur Zeynal oğlu Xəlilov yaşadığı həyətdəki yarım tikilidən özünü asaraq intihar edib. Mərhumun ailəsi istintaqa verdiyi ifadəsində övladlarının heç bir probleminin olmadığını və onun hansı səbəbdən özünə qəsd etdiyini bilmədiklərini qeyd ediblər. Faktla bağlı Şəki RP-da CM-nin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
04-09-2008, 05:31 PMAPAATƏT sədrinin şəxsi nümayəndəsi: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini diqqətdə saxlayır"
[b]ATƏT sədrinin şəxsi nümayəndəsi: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini diqqətdə saxlayır"[b]
İrəvan - APA. ATƏT nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini diqqətdə saxlayır. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, finlandiyalı diplomat Heykki Talvitie (Heikki Talvitie) Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşdə bildirib.
[Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunub. Qeyd edək ki, H. Talvitie Ermənistanın yeni prezidenti Serj Sərkisyanın and içmə mərasimində iştirak etmək üçün İrəvanda səfərdədir. -
04-09-2008, 05:46 PMAPAMetyu Brayza: "Minsk Qrupunun qalıb-qalmayacağından asılı olmayaraq, mənim ölkəm Qarabağ probleminin həllində vacib rol oynayacaq"
[b]Metyu Brayza: "Minsk Qrupunun qalıb-qalmayacağından asılı olmayaraq, mənim ölkəm Qarabağ probleminin həllində vacib rol oynayacaq"[b]
İrəvan - APA. ATƏT-in amerikalı həmsədri Metyu Brayza həm Azərbaycanda, həm də Ermənistanda ümumi dil tapmağa hazır olan qüvvələr olduğunu bildirib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, M. Brayza deyib ki, vasitəçi kimi vəzifəsi bu proseslərə dəstək verməkdir.
[Onun fikrincə, Azərbaycan Minsk Qrupunun buraxılmasına çalışmır: "Mən Bakıda hansı arzuların olduğunu bilmirəm, ancaq orada çox yüksək səviyyəli insanların mənə dediklərini bilirəm. Hesab etmirəm ki, onlar Minsk Qrupunun buraxılmasına çalışırlar. Onlar sadəcə, bunun üçün hansısa prosedurun olub-olmadığını soruşublar. Minsk Qrupunun mövcud olub-olmayacağı mənim üçün fərq etmir. Mənim ölkəm Qarabağ probleminin həllində vacib rol oynamağa davam edəcək". M. Brayza Minsk Qrupunun çox yaxşı işlədiyini bildirib: "Masada olan çərçivə sazişi hələ tam hazır deyil. İndiyə qədər çox şeyə nail olmuşuq. Minsk Qrupu çərçivəsində bu iş davam etdirilməli və başa çatdırılmalıdır". Amerikalı həmsədr Azərbaycanın danışıqları davam etdirmək arzusunu və istəyini hiss etdiyini də vurğulayıb: "Əlbəttə, Ermənistan kimi Azərbaycanın da sənədə dəyişiklik etməyə çalışmaq hüququ var. Mən ümumi dil tapmaq üçün vasitəçi kimi hər iki tərəflə əməkdaşlıq etməliyəm". Qeyd edək ki, M. Brayza Ermənistana səfərini tamamladıqdan sonra aprelin 11-də Azərbaycana gələcək. -
04-09-2008, 05:56 PMAPAVardan Oskanyan: "Ermənistanın yeni hökumətində təmsil olunmayacağam"
[b]Vardan Oskanyan: "Ermənistanın yeni hökumətində təmsil olunmayacağam"[b]
İrəvan - APA. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan yeni hökumətdə təmsil olunmayacaq.
[APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə V. Oskanyan özü bildirib: "Mən işləməkdə davam edəcəyəm, amma hökumətin tərkibində yox. Ölkənin inkişafına və dövlətçiliyin möhkəmlənməsinə töhfəmi verməyə çalışacağam. Mən Ermənistanda olacağam və maksimum əməkdaşlıq edəcəyəm, ancaq hökumətin tərkibində olmayacağam". V. Oskanyan 10 il eyni vəzifədə çalışmağın kifayət qədər uzun müddət olduğunu dəfələrlə bəyan etdiyini söyləyib: "Mən yorulduğuma görə belə demirəm, sadəcə, yeniləşməyə ehtiyac var. Yeni prezident yeni nazir təyin etməlidir". Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, hökumət yeni prezidentin andiçmə günü istefaya gedir. Ermənistan parlamentinin sədri Tiqran Torosyan bildirib ki, hökumətin yeni tərkibi növbəti həftə formalaşdırılacaq. Ermənistanın yeni prezidenti Serj Sərkisyan isə bu gün and içərək, vəzifəsinin icrasına başlayıb. -
04-09-2008, 08:06 PMAPAMədəniyyət və turizm naziri ilə ABŞ-ın Azərbaycandakı səfiri kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar
[b]Mədəniyyət və turizm naziri ilə ABŞ-ın Azərbaycandakı səfiri kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar. APA-nın məlumatına görə, Ə.Qarayev bildirib ki, memoranduma əsasən, Gəncə, Lənkəran şəhər, habelə Salyan, Kürdəmir rayonlarında fəaliyyət göstərən mərkəzi kitabxanalarda Amerika guşələri yaradılacaq, bu sahədə üç il müddətində əməkdaşlıq ediləcək: "Anlaşma Memorandumu kitabxanaların müasir texnologiyalarla, ingilis dilli kitablarla təmin olunmasına böyük təkan verəcək. Layihənin davamı kimi artıq bu cür guşələrin digər rayonlarda da yaradılması nəzərdə tutulub". Ann Dersi isə deyib ki, memoranduma əsasən, Mədəniyyət və Turizm Nazirliyi Amerika mərkəzləri üçün sahələr ayıracaq, çap və elektron kolleksiyaları daxil olmaqla internetə ictimai girişi, eyni zamanda sözügedən mərkəzlərin müvafiq proqramlarını təmin edəcək: "Anlaşma Memorandumuna əsasən, beş Amerika mərkəzi inkişaf etdiriləcək. Birinci mərkəz keçən il Xaçmaz şəhərində açılıb. Digər dörd mərkəz isə imzalanan sənədə əsasən yaradılacaq. Amerika mərkəzləri ilk dəfə 2000-ci ilin oktyabrında açılıb. Bu mərkəzlərin indi dünyanın təxminən yüz ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir". Səfir bildirib ki, Azərbaycandakı beş Amerika mərkəzi iki ölkəni birləşdirən körpü olacaq. Ann Dersi mərkəzlərdə xeyli proqramın həyata keçiriləcəyini bildirib. -
04-09-2008, 08:11 PMAPAMikloş Haraşti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
[b]Mikloş Haraşti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanda medianın vəziyyəti ilə bağlı narahatlıq doğuran məqamlar və problemlər var". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in media azadlığı üzrə nümayəndəsi bu gün Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O, Azərbaycan mediasını peşəkarlığa və etik normalara riayət etməyə çağırıb. Xüsusi nümayəndə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlillə bağlı televiziyaların nümayiş etdirdiyi reportaja da münasibətini bildirib və bu reportajın yayılmasından narahatlığını ifadə edib. O, baş prokuror Zakir Qaralovla görüşdüyünü və A. Xəlilə xəsarət yetirən şəxslərlə bağlı tədbir görülməməsindən, həmçinin Elmar Hüseynovun qatillərinin tapılmamasından narahatlıq keçirdiyini diqqətə çatdırdığını bildirib. M. Haraşti A. Xəlilin anası ilə də görüşüb, onunla oğlu ilə bağlı son hadisələr ətrafında söhbət edib. A. Xəlillə bağlı məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu qeyd edən xüsusi nümayəndə cinayət işinin araşdırılmasının vacibliyini vurğulayıb. M. Haraşti Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə də çağırıb. -
04-09-2008, 08:16 PMAPAAzərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclasında qurumun növbəti qurultayının vaxtı məlum olacaq
[b]Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclasında qurumun növbəti qurultayının vaxtı məlum olacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Mətbuat Şurasının İdarə Heyətinin toplantısı keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şura sədri Əflatun Amaşov qurumun 3 aylıq fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu ilin üç ayı ərzində Mətbuat Şurasına 141 müraciət daxil olub, müraciətlərin bir qismi qurumun Şikayətlər Komissiyasında araşdırılacaq. Daha sonra İdarə Heyətində Mətbuat Şurasının 4-cü qurultayının keçirilməsi ilə bağlı müzakirələr aparılıb, qurultayın vaxtının növbəti toplantıda müəyyənləşdirilməsi qərara alınıb. -
04-09-2008, 08:21 PMAPAAzərbaycan Ombudsmanı məcburi köçkünün "Qaçqınkom"da döyülməsi ilə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib
[b]Azərbaycan Ombudsmanı məcburi köçkünün "Qaçqınkom"da döyülməsi ilə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ombudsman Aparatının əməkdaşları Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında Ağdam rayonundan olan məcburi köçkün, 63 yaşlı Rəfiqə Əliyevanın mühafizə polisi tərəfindən döyülməsi barədə yayılan məlumatla bağlı araşdırma aparıb.
[Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndələri bu gün Kliniki Tibbi Mərkəzdə müalicə alan Rəfiqə Əliyeva və onun oğlu Nazim Əliyevlə görüşüblər. Söhbət zamanı işıq pulu borcunu həll etmək məqsədilə "Qaçqınkom"a müraciət edən məcburi köçkün qadına mühafizə polisinin çavuşu Məmmədəli Həsənovun fiziki xəsarət yetirdiyi bildirilib. Qeyd olunub ki, aldığı zərbələr nəticəsində R. Əliyevanın dalağı partlayıb, qabırğaları əzilib, ağ ciyərində zədələr əmələ gəlib, nəticədə R. Əliyeva Kliniki Tibbi Mərkəzə yerləşdirilib, üzərində cərrahiyyə əməliyyatı aparılıb. Məlumata görə, hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsində araşdırma aparılır. Ombudsman baş prokurora və daxili işlər nazirinə müraciət edərək, məsələni xüsusi nəzarətdə saxlamağı və təqsirkar şəxslərin qanunvericilik çərçivəsində cəzalandırılmasını xahiş edib. -
04-09-2008, 08:26 PMAPAQaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Şöhrət" ordeni ilə təltif olunub
[b]Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Şöhrət" ordeni ilə təltif olunub[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Əli Həsənovun "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.
[Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən bildirilib. Ə. Həsənov dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə təltif edilib. Qeyd edək ki, Ə. Həsənov baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. -
04-10-2008, 11:11 AMAPAAzərbaycanda Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri Qobustan həbsxanasında monitorinq keçiriblər
[b]Azərbaycanda Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri Qobustan həbsxanasında monitorinq keçiriblər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri - Sahib Məmmədov, Eldar Zeynalov, Zəlihə Tahirova, Elmira Ələkbərova və Elmari Məmişov Qobustan həbsxanasında monitorinq keçiriblər. İctimai Komitənin koordinatoru Sahib Məmmədov APA-ya bildirib ki, onlar saxlanma şəraiti ilə tanış olub, qida blokuna, tibbi hissəyə, cərimə kamerasına baxış keçiriblər. Cərimə kamerasında saxlanılan ömürlük məhbus Şakir Rzaxanov və başqa 13 məhkumla təkbətək söhbət apardıqlarını bildirən hüquq müdafiəçisi deyib ki, bir sıra şəxslərdən saxlanma şəraiti ilə bağlı şikayətlər qəbul ediblər. S. Məmmədov monitorinqin nəticələri ilə bağlı hesabat hazırlayacaqlarını, Ədliyyə Nazirliyi qarşısında Qobustan həbsxanasındakı vəziyyətlə bağlı İctimai Komitənin iclasında müzakirələrin açılması təklifi ilə çıxış edəcəklərini söyləyib. O, iclasa həbsxana rəisi Kazım Abdullayevin də dəvət olunacağını qeyd edib. S. Məmmədov görüşdükləri məhkumların, əsasən barələrində olan məhkəmə qərarlarından şikayətçi olduqlarını deyib. -
04-10-2008, 11:36 AMAPADaha bir erməni əsilli deputat ABŞ Konqresinin üzvü olub
[b]Daha bir erməni əsilli deputat ABŞ Konqresinin üzvü olub[b]
Los Anceles. Hüsniyyə Həsənova - APA. Bir müddət əvvəl dünyasını dəyişmiş ABŞ Konqresinin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Tom Lantosun yerini Konqresdə erməni əsilli Jaki Speier tutub.
[APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin nüfuzlu simalarından sayılan kaliforniyalı millət vəkili Tom Lantosun yerini tutan demokrat J. Speier bundan əvvəl ştatın senatoru olub. T. Lantos ölümündən əvvəl məhz xanım Speieri siyasi varisi görmək istədiyini bəyan edib. Qeyd edək ki, J. Speier yarı alman, yarı erməni əsillidir. Senatda təmsil olduğu vaxtda o, qondarma "erməni soyqırımı"na dair Kaliforniya Senatında onlarla qanunvericilik aktlarının təşəbbüskarı olub. 2005-ci ildə J. Speier Kaliforniya ştatında qondarma "erməni soyqırımı"nın qanun şəklində tanınması üçün qanun layihəsi ilə də çıxış edib. Bundan başqa, o, 1915-ci ildə öz mülkünü itirən ermənilərin məhkəmələrə müraciət etməsini mümkün edən qanun layihəsini səsverməyə çıxarıb və Senat sənədin lehinə səs verib. 2006-cı ildə qubernator Arnold Şvartsenegger məlum qanunu imzalayaraq, sənədə hüququ qüvvə verib. Qeyd edək ki, J. Speier ABŞ Konqresinə seçilən ikinci erməni əsilli millət vəkilidir. Erməni əsilli digər konqresmen isə Kaliforniya ştatından olan Anna Eşhodur. -
04-10-2008, 11:41 AMAPAAzərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbərini qəbul edib
[b]Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbərini qəbul edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri tümgeneral Selahattin Kısacıkı qəbul edib.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb. Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti aprelin 11-də Azərbaycanın hərbi təhsil müəssisələri ilə tanış olacaq. -
04-10-2008, 11:46 AMAPAPolşa Avropa Birliyi ilə Rusiya arasında strateji tərəfdaşlığa dair aparılan danışıqlara veto qoya bilər
[b]Polşa Avropa Birliyi ilə Rusiya arasında strateji tərəfdaşlığa dair aparılan danışıqlara veto qoya bilər[b]
[Varşava - APA. Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə etiraz edən bəzi Avropa ölkələri bu mövqelərindən vaz keçməsələr, Polşa hökuməti Avropa Birliyi (AB) ilə Rusiya arasında strateji tərəfdaşlığa dair aparılan danışıqlara veto qoya bilər. APA-nın məlumatına görə, bunu Polşa prezidenti Lex Kaçinski "Reuters"ə müsahibəsində deyib. O bildirib ki, Ukrayna və Gürcüstana NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planının təqdim edilməməsi Rusiyanın bu məsələdə de-fakto veto hüququna malik olduğunu göstərir: "NATO-nun Buxarest sammitində baş verənlərin Moskvanın mövqeyi ilə əlaqəsi olmadığını yalnız siyasi cəhətdən informasiyasız insanlar düşünə bilər". L. Kaçinskinin sözlərinə görə, onun üçün AB və Rusiya arasında çərçivə sazişinin imzalanması ilə Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyası bir-biri ilə sıx bağlı olan məsələlərdir. L. Kaçinski öz mövqeyini Buxarest sammitində Ukrayna və Gürcüstana üzvlüklə bağlı Fəaliyyət Planı təqdim olunmasını əngəlləyən Fransa və Almaniya liderlərinə çatdıracağını açıqlayıb.