[b]Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı təkliflər yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Seçki Məcəlləsinin cəmiyyətlə və həyatla uyğunlaşmayan, problem yaradan məqamlarının aradan qaldırılması üçün irəli sürülən təkliflər yaxın zamanlarda Milli Məclisdə müzakirə olunacaq".
[APA-nın xəbərinə görə, bu barədə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Bu gün Bakıda siyasi hüquqların müdafiəsi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edən Ə. Həsənov bu yöndə Avropa Şurasının Venesiya Komissiyası ilə iş aparıldığını deyib. Şöbə müdiri indiyədək Seçki Məcəlləsinin dəfələrlə təkmilləşdirildiyini də xatırladıb.
Azərbaycan Xəbərləri
Printable View

04-07-2008, 02:26 PMAPAAzərbaycanın Seçki Məcəlləsi ilə bağlı təkliflər yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq

04-07-2008, 02:31 PMAPAMəzahir Pənahov: "Hələ ötən prezident seçkilərindən bizə borclu olan namizədlər var"
[b]Məzahir Pənahov: "Hələ ötən prezident seçkilərindən bizə borclu olan namizədlər var"[b]
Bakı. Elnur Məmmədli - APA. "Mərkəzi Seçki Komissiyası seçkilərdə namizəd olan şəxslərə təbliğat kampaniyası aparmaq üçün dövlət tərəfindən vəsait ayrılmasında maraqlı deyil. Çünki qanunun tələbinə uyğun olaraq namizədlər müəyyənləşdirilmiş baryeri aşa bilməyəndə həmin vəsaiti geri qaytarmırlar və məsuliyyət MSK-nın üzərində qalır".
[APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, prosesdən xəbəri olan şəxslər günahın MSK-da olmadığını başa düşür: "Mən deməyə məcburam ki, hələ ötən prezident seçkilərindən bizə borclu olan namizədlər var. Növbəti seçkilər keçirilərkən ötən seçkilərdə borclu qalan namizədlərə vəsait verilməməlidir. Qanunda belə bir tələb nəzərdə tutulub. Əslində bu məsələni çox şişirtməyə də ehtiyac yoxdur. Çünki həmin namizədlər hamısı özümüzün qohum-əqrəbalarımızdır, başqa millətdən deyillər". M. Pənahovun sözlərinə görə, MSK-ya borclular sırasında sonuncu parlament seçkilərində namizəd olmuş şəxslər də var. -
04-07-2008, 02:36 PMAPAMəşhur Hollivud ulduzu Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək
[b]Məşhur Hollivud ulduzu Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək[b]
Bakı. Ülkər Qasımova - APA. Məşhur Hollivud aktyoru, "Titanik" filmində yaratdığı baş rola görə Oskar mükafatına layiq görülən Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək.
[APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, film ABŞ və Rusiyanın birgə layihəsi əsasında çəkiləcək. "Kral üçün məktub" adlanacaq filmin çəkilişləri Azərbaycan, Moskva və Los-Ancelesdə aparılacaq. Filmin prodüseri Leonardo Di Kaprio və aktyor Djimon Hounsdur. Filmdə tanınmış aktyor ansamblı iştirak edəcək. Filmin süjet xətti barədə hələ ki, geniş məlumat verilmir. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin təbliği və istismarı sektorunun müdiri Yusif Şeyxov isə APA-ya açıqlamasında bu barədə məlumatı olmadığını bildirib. -
04-07-2008, 02:41 PMAPAEdvard Lintner: "Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir"
[b]Edvard Lintner: "Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda siyasi məhbus məsələsinin yaz sessiyasınadək təxirə salınmasında məqsəd bu problemlə bağlı anlaşılmazlıqların aradan qaldırılması üçün Azərbaycan hökumətinə vaxt verilməsi olub".
[APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə verdiyi açıqlamada Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin keçmiş sədri, almaniyalı Edvard Lintner deyib. O bildirib ki, siyasi məhbus məsələsi dərindən araşdırılmalıdır: "Azərbaycan hökuməti iddia edir ki, bu şəxslər cinayət törətdikləri üçün tutulublar. Avropa Şurasının bəzi dairələrində isə fikir var ki, onlar siyasi fikirlərinə görə həbs olunublar. Avropa Şurası yaz sessiyasınadək buna daha çox diqqət ayırmaq istəyir". E. Lintner qeyd edib ki, Bakıda keçirilən ikigünlük konfransın yekununda siyasi məhbus məsələsi ilə məşğul olacaq komissiya yaradılacaq. Qonağın sözlərinə görə, Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir: "Fevralda həmməruzəçilərin Azərbaycan hökuməti ilə görüşü çox uğurlu keçib və məsələnin həllinə zəmin yaranıb". AŞ PA üzvü Azərbaycanda QHT-lərin bu məsələ ilə yaxından məşğul olmasına sevindiyini bildirib. -
04-07-2008, 03:31 PMAPATürkiyə Baş Prokurorluğu Fətulla Gülən haqqında bəraət qərarından protest verib
[b]Türkiyə Baş Prokurorluğu Fətulla Gülən haqqında bəraət qərarından protest verib[b]
[Ankara - APA. Türkiyənin Yarğıtay Cümhuriyyət Baş Prokurorluğu "nurçular" adlanan dini cərəyanın lideri Fətulla Gülən haqqında bəraət hökmü verən aşağı məhkəmə instansiyanın qərarını təsdiqləyən Yarğıtay 9-cu Cəza Dairəsinin qərarından protest verib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, protest Yarğıtayın Plenumunda müzakirə ediləcək. Baş Prokurorluğun etirazında dövlətin dünyəvi xarakterini zorla dəyişdirməyə cəhddə ittiham olunan və hazırda ABŞ-da yaşayan F. Gülən haqqında dəlillərin axıra qədər araşdırılmasının vacibliyi vurğulanır. Etirazda Türkiyə Əmniyyət Müdirliyinin (polis idarəsi), Ankara Əmniyyət Müdirliyinin, Baş Qərargah və Jandarma Komandanlığının "nurçular"ın şirkətləri, məktəbləri, yataqxanaları, vəqfləri, xarici ölkələrdəki fəaliyyətləri barədə hazırladıqları raportlarda, sənədlərdə əksini tapmış məqamlara da yer verilib. Sənəddə bildirilir ki, F. Gülənin ölkə içində qurub, daha sonra xaricdən idarə etdiyi təşkilatın məqsədi Türkiyənin Konstitusiya quruluşunu dəyişdirmək, dünyəvilik prinsipini ləğv edərək yerində şəriətə əsaslanan dövlət qurmaqdır. Bu məqsədə çatmaq üçün ölkə daxilində və xaricində məktəblər, liseylər, hazırlıq kursları, universitetlər, yataqxanalar, müxtəlif şirkətlər yaradılıb və hakimiyyət strukturlarında təşkilatlanmaq, dövlət idarəçiliyini ələ keçirmək üçün təhsilli kadr ehtiyatı və iqtisadi güc ortaya qoyulub. Qeyd edək ki, F. Gülən 8 il əvvəl "dünyəvi dövlət sistemini dəyişdirərək yerinə dini qaydalara əsaslanan dövlət qurmaq məqsədilə qeyri-qanuni təşkilat yaratmaq" ittihamı ilə mühakimə olunub. Ancaq məhkəmə Bülənt Ecevitin baş nazirliyi dövründə verilən amnistiyaya uyğun olaraq iş üzrə hökm çıxarılmasını təxirə salıb. F. Gülənin vəkilləri isə məhkəmənin davam etdirilməsini tələb ediblər. Nəticədə 2006-cı ilin mayında Ankara 11-ci Ağır Cəza Məhkəməsi dini lideri yenidən mühakimə edib və ona bəraət verib. Bu il martın 7-də isə Yarğıtay 9-cu Cəza Dairəsi F. Gülən haqqında bəraət qərarı verən Ankara 11-ci Ağır Cəza Məhkəməsinin hökmünü təsdiqləyib. -
04-07-2008, 03:41 PMAPAAzərbaycanın müdafiə naziri Türkmənistanla ikitərəfli hərbi əlaqələrin başlanıldığını bildirib
[b]Azərbaycanın müdafiə naziri Türkmənistanla ikitərəfli hərbi əlaqələrin başlanıldığını bildirib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Türkmənistanın müdafiə naziri, ordu generalı Ağagəldi Məmmədgəldiyev bu gün Bakıya iki günlük rəsmi səfərə gəlib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq rəsmi səfərinə Fəxri Xiyabanda Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Azərbaycan Müdafiə Nazirliyində A. Məmmədgəldiyevin təntənəli qarşılanma mərasimi olub. İki ölkənin müdafiə nazirləri əvvəlcə təkbətək görüşüblər. Sonra isə tərəflər nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparıblar. S. Əbiyev qeyd edib ki, son vaxtlar iki ölkə arasında yaranan əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə xidmət edir və bu, getdikcə inkişaf etdirilməlidir: "Türkmənistan və Azərbaycan qardaş ölkələrdir, tarixi köklərimiz də eynidir. Məhz bu mənəvi amil bizi daha da yaxınlaşmağa sövq edir. Sizin səfərinizi ikitərəfli hərbi münasibətlərin başlanğıcı kimi qiymətləndirmək olar. Bütün sahələrdə olduğu kimi, Azərbaycanla Türkmənistan hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsini zəruri məsələ kimi həmişə diqqət mərkəzində saxlamalıdırlar". Regionda mövcud hərbi-siyasi vəziyyətə toxunan S. Əbiyev bildirib ki, işğalçı Ermənistan münaqişənin dinc şəkildə nizamlanmasına maneçilik törətməkdə davam edir: "Azərbaycan bu vəziyyətlə barışa bilməz. Ya sülh əldə edilməlidir, ya da biz ərazilərimizi başqa vasitələrlə işğaldan azad edəcəyik". Türkmənistanın müdafiə naziri ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib, bu sahədə azərbaycanlı həmkarının fikirlərini bölüşdüyünü bildirib. Qonaq Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və işğal olunmuş torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edib. Görüşdə hərbi əməkdaşlığın perspektivləri, Xəzərin statusu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov iştirak edib. -
04-07-2008, 04:01 PMAPAAzərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək
[b]Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda növbəti prezident seçkiləri bu il oktyabrın 15-də keçiriləcək. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
[O bildirib ki, Seçki Məcəlləsinə əsasən prezident seçkiləri 5 ildən bir, ilin 10-cu ayının 3-cü həftəsinin çərşənbə günü keçirilməlidir. Prezident seçkilərinin sonuncu dəfə 2003-cü il oktyabrın 15-də keçirildiyini xatırladan qurum sədri bu il də seçkilərin məhz həmin tarixə təsadüf etdiyini söyləyib: "Seçki Məcəlləsinin tələbinə görə, seçkilərdə namizədliyin irəli sürülməsinə seçkilər elan olunduqdan sonra başlanır, seçki kampaniyasına isə səsverməyə 120 gün qalmış start verilir". -
04-07-2008, 04:06 PMAPAİsgəndər Həmidov partiya sədrliyindən istefa verərək, siyasətdən getdiyini bəyan edib
[b]İsgəndər Həmidov partiya sədrliyindən istefa verərək, siyasətdən getdiyini bəyan edib[b]
Bakı. Ramil Məmmədli - APA. "Mən səhvlərimə görə üzr istəyirəm. Amma Azərbaycan cəmiyyəti bilsin ki, heç vaxt heç kimə, xüsusilə millətə xəyanət etməmişəm". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri vəzifəsindən istefa vermiş, keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib.
[O bildirib ki, artıq siyasətdən getməklə bağlı qərar qəbul edib. Buna səbəb onun ibadətlə məşğul olmasıdır. İ. Həmidov bu addımı ilə həm də Azərbaycanda çoxdan bəri partiya sədrləri postunda olanlara nümunə göstərmək istədiyini söyləyib: "İbadətlə məşğul olan şəxs yalan danışmamalıdır. Artıq 60 yaşım tamam olur. Kərbəlaya gedib, Allaha daha da yaxın olmaq istəyirəm. Mən daxili işlər naziri olanda da istefa mədəniyyəti nümayiş etdirmişəm. Heç kim əvəzolunmaz deyil, partiya sədri də tapılacaq. Amma qərar verdim ki, mənim üçün siyasətlə məşğul olmaq daha bəsdir". O, indiyə qədər siyasətlə məşğul olmasının səbəblərini də açıqlayıb: "Mən iki məqsədlə siyasətə gəlmişdim. Birincisi, ölkənin müstəqillik əldə etməsində az da olsa, rol oynamaq idi. Biz millət olaraq bunu qazandıq. İkincisi məqsəd isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Bu məqsəd uğrunda istənilən vaxt döyüşməyə hazıram". İ. Həmidov müxalifətdə təmsil olunan bəzi partiya sədrlərinin ünvanına ağır ittihamlar səsləndirib: "Partiya sədrləri qrantla özlərini satmaq hesabına yerlərində möhkəm oturublar. Dinlə bu məsələlər üst-üstə düşmür. Digər tərəfdən, Azərbaycan siyasətində o qədər yalanlar danışırlar ki... Bunlar yalanın altında yaşamağa öyrəşiblər. O qədər yalan danışırlar ki, sonradan özləri də buna inanırlar. Əxlaqsız insanlar siyasəti əxlaqsız meydanına çevirib, özümü burda, bu düşərgədə görmürəm. Siyasətdən getməklə də bütün bunlara etirazımı bildirirəm. Bu, mənim sonuncu mübarizə metodumdur. Bizdən cavan insanlar var. İmkan verək görək onlar necə işləyir". O, AMDP-dən liderlik postu ilə bağlı təklifdən də imtina edəcəyini deyib. İ. Həmidov partiyasının bundan sonrakı fəaliyyətindən narahat olmadığını da diqqətə çatıdırıb: "Hazırda partiya sədri vəzifəsini təşkilat sədrinin birinci müavini Oqtay Xəlili icra edir. Partiyada məni əvəz edəcək onlarla insan var". -
04-07-2008, 04:16 PMAPAEynulla Fətullayev aclıq aksiyasını dayandırıb
[b]Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayev bu il martın 26-dan etibarən həbsdə başladığı aclıq aksiyasını dayandırıb.
[Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Bu gün E. Fətullayevlə görüşən vəkili İsaxan Aşurov APA-ya bu barədə dəqiq məlumata malik olmadığını deyib: "Eynulla ATƏT-in media üzrə xüsusi nümayəndəsi Mikolaş Haraşti ilə görüşündə aksiyanı dayandırıb-dayandırmamaq barədə qərar verməli idi. O, məndən sonra cənab Haraşti ilə görüşəcəkdi. Bu haqda dəqiq məlumatı da ATƏT təmsilçisi verəcək".İ. Aşurov 14 gün aclıq edən jurnalistin xeyli arıqladığını deyib. -
04-07-2008, 04:41 PMAPAFəqani Məhərrəmov: "AMİP daxilində bəzi qüvvələr növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır"
[b]Fəqani Məhərrəmov: "AMİP daxilində bəzi qüvvələr növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır"[b]
Bakı. Elnur Məmmədli - APA. "Azərbaycan Milli İstiqlal Partiyasının daxilində bəzi dairələr aprelin 20-də keçiriləcək növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır. Onlar partiya funksionerlərindən birinin namizədliyini irəli sürüb, onun Etibar Məmmədov tərəfindən dəstəklənməsi barədə rəy yaratmağa çalışırlar".
[Bunu APA-ya açıqlamasında AMİP Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov deyib. Onun sözlərinə görə, özünün namizədliyinin dəstəklənməsi barədə bir çox rayon təşkilatında görüşlər keçirib və açıq dəstək alıb: "Yaxın günlərdə məni dəstəkləyəcək rayon təşkilatları və qurultay nümayəndələri birgə bəyanatla çıxış edəcək. Bu, açıq dəstək kampaniyasıdır və gizli heç bir iş görmürük. Qurultaya kimi bütün tərəflərin mövqeyi bəlli olacaq". F. Məhərrəmov bildirib ki, müəyyən olunmuş planla bağlı onda dəqiq məlumatlar var və bunun qarşısını almaq üçün paytaxta gəlib. Onun üçün AMİP-in müvəqqəti məskunlaşdığı Nəsimi rayon təşkilatının qərargahında otaq da ayrılıb: "Biz qurultay günü namizəd ortaya çıxarılmasının əleyhinəyik. Qurultayda Nizamnamədə dəyişikliklər olacaq ki, namizədlər qurultay günü irəli sürülə bilməz. Qurultaya ən azı 15 gün qalana kimi namizədlər müəyyənləşməlidir ki, iddiası olan hər bir şəxs rayon təşkilatlarında görüşlər keçirsin, təbliğatını aparsın, platformasını açıqlasın". F. Məhərrəmov AMİP lideri Etibar Məmmədovla görüşlərində onun tövsiyə xarakterli fikirlərini nəzərə aldığını qeyd edib. O, həmçinin qurultayda özünə əsas rəqib kimi hazırkı baş katib Fuad Muxtarovu gördüyünü qeyd edib: "Onun da qalib gəlmək imkanları var". AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən F. Muxtarov isə APA-ya açıqlamasında partiya sədrliyinə namizədliyini irəli sürmək məsələsində hələlik yekun qərara gəlmədiyini bildirib. Onun sözlərinə görə, bu, proseslərin gedişindən asılı olacaq. F. Muxtarov həmçinin AMİP-də E. Məmmədovun adından spekulyasiya etməyə hazırlaşan dairələrin olmasından da xəbərsiz olduğunu qeyd edib. Partiyanın baş katibi qurultaya qədər namizədlərin müəyyən olunması və Nizamnamədə belə dəyişikliyin edilməsinə tərəfdar olduğunu da vurğulayıb. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov da bəzi dairələrin E. Məmmədovun adından spekulyasiya etməyə hazırlaşmasından xəbərsiz olduğunu söyləyib. -
04-07-2008, 05:21 PMAPAAleksandr Stabb aprelin 10-da ATƏT-ə sədrliyi müddətində təşkilatın prioritetlərini açıqlayacaq
[b]Aleksandr Stabb aprelin 10-da ATƏT-ə sədrliyi müddətində təşkilatın prioritetlərini açıqlayacaq[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in yeni sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb ATƏT Daimi Şurasının aprelin 10-da keçiriləcək toplantısında çıxış edəcək.
[APA-nın ATƏT-in informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, A. Stabb ATƏT-ə sədrliyi müddətində təşkilatın prioritetlərini açıqlayacaq. Qeyd edək ki, 40 yaşlı A. Stabb vəzifəsinin icrasına aprelin 4-də başlayıb. Ondan əvvəl ATƏT və Finlandiya XİN-ə rəhbərlik etmiş İlkka Kanerva barlardan birində striptiz göstərən qadınla aralarında baş vermiş seksual qalmaqala görə vəzifəsindən gedib. -
04-07-2008, 05:31 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Türkmənistanın müdafiə nazirini qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın müdafiə nazirini qəbul edib[b]
[~Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Türkmənistan arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirib, xalqlarımızın daim dostluq və əməkdaşlıq şəraitində yaşadığını, müstəqilliyimizin hazırkı inkişaf mərhələsində ənənəvi qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. O, Müdafiə nazirlikləri arasında əməkdaşlığın ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət etdiyini vurğulayıb. Öz növbəsində, qonaq Türkmənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında əməkdaşlığın əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından faydalı olduğunu bildirib. -
04-07-2008, 05:36 PMAPAJurnalistlərin aclıq aksiyası başa çatıb
[b]Jurnalistlərin aclıq aksiyası başa çatıb[b]
Bakı. Hacı Zeynalov - APA. Bir qrup jurnalist hazırda həbsdə olan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevlə həmrəylik məqsədilə keçirdiyi aclıq aksiyasını dayandırıb.
[Bu barədə APA-ya "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru olmuş Şahvələd Çobanoğlu məlumat verib. Ş. Çobanoğlu bildirib ki, E. Fətullayev aclıq aksiyasını dayandırdıqdan sonra onlar da analoji qərar qəbul ediblər. -
04-07-2008, 05:51 PMAPA"Aqo" Qrupu Azərbaycanla bağlı məruzəsini aprelin 23-də Avropa Şurası Nazirlər Komitəsinə təqdim edəcək
[b]"Aqo" Qrupu Azərbaycanla bağlı məruzəsini aprelin 23-də Avropa Şurası Nazirlər Komitəsinə təqdim edəcək[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinqâ…¦Qrupu Azərbaycana səfərinin yekunları əsasında hazırladığı məruzəni aprelin 23-də AŞ NK-ya təqdim edəcək.
[Bu barədə APA-ya Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia məlumat verib. Qeyd edək ki, AŞ Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu aprelin 2-4-də Azərbaycanda səfərdə olub. -
04-07-2008, 07:06 PMAPAEynulla Fətullayev aclıq aksiyasını ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin xahişindən sonra dayandırıb
[b]Eynulla Fətullayev aclıq aksiyasını ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin xahişindən sonra dayandırıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bu gün 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevlə görüşüblər.
[ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, E. Fətullayev onların xahişi ilə aclıq aksiyasını dayandırdığını bildirib və onunla həmrəylik nümayiş etdirərək aclıq aksiyası keçirən şəxsləri də aclığı dayandırmağa çağırıb. E. Fətullayev bununla bağlı bəyanat da verib. -
04-07-2008, 07:11 PMAPAElmar Məmmədyarov: "Azərbaycan demokratiya və mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidədir"
[b]Elmar Məmmədyarov: "Azərbaycan demokratiya və mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidədir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştini qəbul edib.
[Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycana səfərinin əsas məqsədinin ATƏT tərəfindən hazırlanmış "Mətbuatın özünü-tənzim sorğu kitabı" adlı yeni nəşri təqdim etmək olduğunu bildirən ATƏT rəsmisi qeyd edib ki, bu təqdimatın məqsədi məsuliyyətli və etik jurnalistikanın əhəmiyyətini müzakirə etmək üçün jurnalistləri bir araya gətirmək, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi zərurəti haqda maarifləndirmə işi aparmaqdır. Azərbaycan prezidentinin həbs olunmuş jurnalistlərin əfv olunması ilə bağlı sərəncamını yüksək qiymətləndirən qonaq bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb, mətbuat azadlığının demokratiyanın əsas göstəricilərindən olduğunu qeyd edərək, KİV azadlığı, mətbuatda plüralizm sahəsində təkmilləşmə işlərinin aparılmasının məqsədə müvafiq olduğunu bildirib.Öz növbəsində, E. Məmmədyarov Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, ölkəmizin demokratiyanın, mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidə olduğunu vurğulayıb. Nazir ölkəmizin inkişafının mühüm istiqamətlərindən biri kimi demokratik islahatların davam etdiriləcəyini bildirib, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd edib. -
04-07-2008, 07:56 PMAPAPrezident İlham Əliyev "Azərbaycanda siyasi hüquqların qorunması-yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib
[b]Prezident İlham Əliyev "Azərbaycanda siyasi hüquqların qorunması-yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda siyasi hüquqların qorunması-yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçılarını qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycan cəmiyyətinin daha da demokratikləşməsi istiqamətində görülən işlərdən danışan prezident Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə pozulduğunu vurğulayıb. Dövlət başçısı, həmçinin Azərbaycanın sürətli iqtisadi inkişafı, Avratlantik strukturlara inteqrasiyası, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlərə toxunub.Çıxış edən qonaqlar Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduqlarını qeyd ediblər. -
04-07-2008, 08:01 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Nizami Bəhmənovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti İlham Əliyev Nizami Bəhmənovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Nizami Bəhmənovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
[N. Bəhmənov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, N. Bəhmənov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəridir. Prezidentin digər sərəncamı ilə Azərbaycanın ictimai həyatında fəal iştirakına görə Salman Musayev də "Şöhrət" ordeni ilə təltif edilib. -
04-07-2008, 10:36 PMAPABaş Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı açıqlama yayıb
[b]Baş Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı açıqlama yayıb[b]
Bakı-APA. Baş Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bu il martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.
[Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, "Azadlıq"ın əməkdaşı bu il martın 14-də Bakının Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən ona bıcaqla xəsarət yetirilməsi barədə Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edib. Bununla bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən CM-nin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, daha sonra cinayət işi Bakı Şəhər Polis İdarəsinin istintaq şöbəsində, az sonra isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilib. Baş Prokurorluq məlumatında qeyd edib ki, istintaqın ilk günündən A. Xəlilov hadisənin əvvəllər "Zeytun bağı" adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənməsi ilə bağlı fikirlər irəli sürüb, onun ifadəsinə əsasən hadisə yerinin yaxınlığındakı müəssisələrin işçiləri, ərazidəki sakinlər, taksi sürücüləri dindirilib. İstintaq A. Xəlilovun insidentdən dərhal sonra hadisə yerində tibbi yardım üçün heç kimə müraciət etmədiyini, "Azadlıq" qəzetinin əməkdaşlarına zəng etdiyini, onun çağırışı ilə gəlmiş "Azadlıq" qəzetinin direktoru Azər Əhmədovla birlikdə 28-ci polis bölməsinə getdiklərini, daha sonra polis işçiləri ilə təkrar əraziyə qayıtdıqlarını müəyyənləşdirib. Hadisədən təxminən 1 saat sonra, saat 20.40 radələrində isə onlar tibbi yardım almaq üçün Kliniki Tibbi Yardım Mərkəzinə müraciət ediblər. Hadisə yerinin yaxınlığında Ayna Sultanova küçəsi 1 ünvanında yerləşən ərzaq mağazasında satıcısı Zülfəli Babayev istintaqa ifadəsində həmin gün müştəri kimi xidmət göstərdiyi və "Azərbaycan" nəşriyyatının işçisi kimi tanıdığı A. Xəlilovun saat 19.50-20.00 radələrində mağazanın giriş qapısında dayanmaq üçün ondan icazə istədiyini, sonradan çıxıb getdiyini, təxminən 15-20 dəqiqə sonra polis işçilərinin əraziyə gələrək, hadisə ilə bağlı sorğu-suala başladıqlarını deyib. O, A. Xəlilovun həmin gün ona hər hansı şəxslə insidenti barədə söz demədiyini və tibbi yardım istəmədiyini söyləyib.Məlumatda daha sonra qeyd olunub ki, A. Xəlilov ona xəsarət yetirənləri görəcəyi təqdirdə mütləq tanıyacağını dəfələrlə desə də, 2 dəfə xüsusi kompüter proqramı və rəssam tərəfindən fotorobotun tərtib edilməsi zamanı onların əlamətlərini tam dəqiqliklə təsvir edə bilməyib.Baş Prokurorluq qeyd edib ki, istintaq kompleks əməliyyat-axtarış apararkən texniki vasitələrdən istifadə edib, bu zaman A. Xəlilova məxsus 484-85-76 saylı telefondan çoxsaylı zənglərin edildiyi, 681-80-60 saylı mobil telefona seksual xarakterli mesajlar göndərildiyi müəyyənlışib. Bu telefonun 1965-ci ildə Bakıda anadan olmuş, qeyri-ənənəvi seksual orientasiyalı Sergey Strekalin adlı şəxsə məxsus olması müəyyənləşdirilib və o, istintaqa cəlb edilib. Narkotik vasitələrdən istifadəyə meylli və yüngül həyat tərzi keçirən, hadisə baş verəndə həmin ərazidə olması texniki vasitələrlə müəyyənləşdirilmiş S. Strekalin şübhəli şəxs qismində dindirilib və o, martın 13-də təxminən saat 19.30 radələrində sürücüsü Eldar Rəsulovla birlikdə tanışının dəvəti ilə Səfərova Nüsrət Yaşar qızı ilə restorana getmək üçün sonuncunun yaşadığı Apelyasiya Məhkəməsinin yaxınlığındakı evin qarşısına gələlər, maşında onu gözlədiyini, bu vaxt əvvəllər tanıdığı A. Xəlilovun küçədən keçdiyini gördüyünü deyib. O, maşından kustar üsulla hazırlanmış düyməli bıçağı götürərək, enib və Aqili maşınına dəvət edib. S. Strekalin ifadəsində Aqili 2005-ci ildən tanıdığını, onunla intim münasibətləri olduğunu, 2007-ci ilin noyabr-dekabr aylarına qədər bu münasibətlərin davam etdiyini deyib. O bildirib ki, Aqil onu 3-cü şəxslər qarşısında ifşa etdiyinə görə aralarında soyuqluq və mübahisə yaranıb. Bu səbəbdən də maşında oturarkən Aqili ifşaedici hərəkətlərindən çəkindirmək və qorxutmaq üçün sol əli ilə onun boynundan tutub sağ əlindəki bağlı bıçağın dəstəyi ilə sinəsindən bir neçə dəfə zərbə endirib. Aqil maşından düşüb getdikdən sonra isəəlində olan bıçağın zərbələr zamanı düyməsinin bilmədən basılması nəticəsində açılmış vəziyyətdə olduğunu və bıçağın üzərində qan izlərini görüb. O, Aqili yaraladığını düşünərək həmin gün bıçağı 8-ci mikrorayonda yerləşən "Pink house" restoranının yaxınlığındakı yaşıllığa atıb. S. Sterekalin deyib ki, hadisədən iki gün sonra televiziyada Aqilin bıçaqlanmasını eşidib və martın 15-də ona zəng edib, amma müxbirin telefonu bağlı olduğu üçün danışa bilməyib. S. Strekalinə məxsus telefondan A. Xəlilova edilmiş bu zəng "Azercell-Telecom" Birgə Müəssisəsindən götürülmüş cıxarışlarla təsdiqini tapıb.S. Strekalin bu ifadəsini A. Xəlilovla üzləşmədə və hal şahidlərinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq edib. Bu hadisəni S. Strekalinin oturduğu maşının sürücüsü Eldar Rəsulov və tanışı Nüsrət Səfərova təsdiqləyiblər. Baş Prokurorluq qeyd edib ki, istintaq zamanı A.Xəlilov S. Strekalinlə tanışlığını etiraf etsə də, digər məlumatları və ifadələri inkar edib. Lakin istintaq A. Xəlilovun S. Strekalindən başqa, sonuncunun evində qeyri-ənənəvi orientasiyaya malik kişi cinsinə mənsub digər şəxslərlə də münasibətlərinin olduğunu müəyyənləşdirib və belələrindən biri kimi Xalis Məmmədov adlı bir şəxsi göstərib. Açıqlamada bildirilib ki, "Azercell-Telekom" Birgə Müəssisəsindən götürülmüş çıxarışlarla A. Xəlilovun telefonundan S. Strekalinə 2007-ci ilin dekabr və 2008-ci ilin yanvar ayları ərzində çoxsaylı telefon zəngləri edildiyi, 16 seksual xarakterli yazılı mesaj göndərildiyi müəyyənləşib. Baş Prokurorluq bildirib ki, S. Strekalinin hadisə zamanı məhz həmin yerdə olması və A. Xəlilova xəsarət yetirməsi faktı həyata keçirilmiş digər əməliyyat-texniki tədbirlərlə də öz təsdiqini tapıb. Buna görə də S. Strekalin CM-nin 127.1 və 234.1 (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib.Açıqlamada qeyd olunub ki, bu faktlar hadisənin A. Xəlilovun jurnalist kimi peşə fəaliyyəti ilə deyil, onun şəxsi həyatı ilə bağlı olduğunu, hadisənin şəxsi zəmində intiqam almaq niyyəti ilə baş verdiyini göstərir.Baş Prokurorluq vurğulayıb ki, hazırda istintaq davam edir və cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halların tam, obyektiv araşdırılması təmin ediləcək. -
04-08-2008, 10:11 AMAPAAzərbaycan Rusiyaya nota verib
[b]Azərbaycan Rusiyaya nota verib[b]
Moskva. Anarə Axundova - APA. Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
[Səfirlikdən APA-nın Rusiya bürosuna verilən məlumatda bildirilir ki, bu il martın 28-də Moskvada Rusiya Federasiyası (RF) Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin başçılıq etdiyi MDB ölkələri İnstitutunda "Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda" adlı beynəlxalq konfrans keçirilib. Həmin konfransa Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimin nümayəndələri dəvət edilib və RF hakimiyyət orqanlarının nümayəndələri iştirak edib. Faktla bağlı səfirlik müvafiq tədbirlər görüb və 07.04.2008 tarixində RF XİN-ə etiraz notası ünvanlanıb. Sənəddə aydın və kəskin şəkildə RF Konstitusiyasına görə qanunvericilik hakimiyyəti orqanının nümayəndəsi, üstəgəl parlamentin MDB məsələləri ilə məşğul olan komitə sədrinin birinci müavini K. Zatulinin bu cür qanunsuz fəaliyyətdən əl çəkməməsinə diqqət yetirilib və belə bir fəaliyyətin qəbuledilməz olduğu bildirilib. Konfransa RF XİN və Moskva Hökuməti nümayəndələrin dəvət edilməsinin də iki ölkə arasında təşəkkül tapmış və Azərbaycanla Rusiya arasında bağlanmış müqavilə və digər siyasi-hüquqi sənədlərdə əks etdirilmiş strateji əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi açıq bəyan edilib. RF XİN-dən konfransın keçirilməsi ilə əlaqədar izahatın verilməsi və gələcəkdə bu cür hallara yol verilməməsi də xahiş olunub. -
04-08-2008, 10:31 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 7-də saat 19.50-dən 19.55-dək Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsindəki mövqelərini, saat 11.30-dan 11.45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 12.40-dan 12.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, aprelin 8-də saat 00.15-dən 00.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-08-2008, 11:06 AMAPAUNESCO Azərbaycan paytaxtında konfrans keçirəcək
[b]UNESCO Azərbaycan paytaxtında konfrans keçirəcək[b]
Bakı. Laçın Sultanova - APA. BMT-nin mədəniyyət, elm və təhsil üzrə təşkilatı olan UNESCO-nun Bakıda konfransı keçiriləcək.
[YUNESKO-nun ictimaiyyət və informasiya bürosundan APA-ya verilən məlumata görə, konfrans mayın 14-16-da paytaxtın «Gülüstan» sarayında təşkil olunacaq. Konfrans Avropada savadlılığın yayılması problemlərinə həsr olunacaq. -
04-08-2008, 11:26 AMAPAABŞ Qəbələ RLS-dən birgə istifadə məsələsində Rusiya ilə əməkdaşlığı mümkün sayır
[b]ABŞ Qəbələ RLS-dən birgə istifadə məsələsində Rusiya ilə əməkdaşlığı mümkün sayır[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ raket hücumundan müdafiə məsələsində, o cümlədən Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlıq etmək üçün hər cür imkan olduğu qənaətindədir.
[APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu NATO-nun Buxarest sammitinin və Soçidə keçirilmiş Putin-Buş görüşünün yekunlarına həsr olunmuş brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid deyib. O bildirib ki, 2007-ci ildə "Böyük səkkizlər"in Almaniyada keçirilən toplantısı zamanı Rusiyanın Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə ilə bağlı irəli sürdüyü təklif ABŞ tərəfindən qəbul edilib, ancaq Vaşinqton bunu Polşa və Çexiyada yerləşdirəcəyi antiraket sisteminin ümumi tərkib hissəsi kimi görmək istəyir. D. Frid Rusiyanın ABŞ-ın bu planlarının əleyhinə çıxmaqda davam etdiyini söyləyib. Onun sözlərinə görə, NATO sammitinin yekun Bəyannaməsində raket təhlükələrinə operativ reaksiya sistemini yaradılmasında ABŞ, Avropa və Rusiyanın bərabərhüquqlu tərəfdaş kimi iştirak etməkdə maraqlı olduqları göstərilir. -
04-08-2008, 01:01 PMAPA"Azəri star-2008" müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub
[b]"Azəri star-2008" müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub[b]
[Bakı. Ülkər Qasımova-APA. "Azəri star-2008" müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub. Layihənin rəhbəri Kamal Ceng İçten APA-ya bildirib ki, münsiflər heyətində bəstəkar Eldar Mansurov, aktrisa Sənubər İsgəndəli, sənətçilər Faiq Ağayev və Röya təmsil olunur. Onun sözlərinə görə, aprelin 7-də "Azəri star-2008"-in seçim turları başa çatıb. Müsabiqənin canlı yayımında 20 gənc mübarizə aparacaq. Həmin sənətçilərdən 8-i qız, 12-si isə oğlandır. Layihə rəhbərinin sözlərinə görə, seçim turları ilə bağlı gündəlik verilişlərin yayımına gələn həftədən başlanılacaq. Müsabiqənin canlı yayımına aprelin 25-də start verilməsi nəzərdə tutulur. -
04-08-2008, 01:06 PMAPA"İsrail-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü: "Knessetdə "erməni soyqırımı"nın tanınması İsrailin təcridinə səbəb olacaq"
[b]"İsrail-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü: "Knessetdə "erməni soyqırımı"nın tanınması İsrailin təcridinə səbəb olacaq"[b]
Bakı. Laçın Sultanova - APA. "İsrail-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü Yana Salman İsrail parlamentinin (Knesset) deputatı, "erməni soyqırımı" məsələsini Knessetin müzakirəsinə çıxarmış deputat Zeyev Elkinə məktub ünvanlayıb.
[APA-nın məlumatına görə, məktubda deyilir ki, "erməni soyqırımı" heç nədən nəsə əldə etmək məqsədi güdən zəngin təxəyyülün uydurmasıdır. Ermənilər "soyqırımı sənayesi" yaradaraq yalan, iftira, hiyləgərliklə xristian dünyasından milyardlarla dollar almaq məqsədi güdürlər. İxtisasca tarixçi olan Yana Salman yazır ki, «soyqırımı» sözü ilk dəfə II Dünya Müharibəsi zamanı yəhudi millətini məhv etmək cəhdini təsvir etmək üçün yaranıb. Osmanlı Türkiyəsi tərəfindən isə heç zaman qarşıya bir milləti məhv etmək məqsədi qoyulmayıb. Erməni məsələsinin birdəfəlik həlli barədə heç bir sənəd mövcud deyil. Osmanlı Türkiyəsində yaşayan ermənilər bu ölkənin siyasi və iqtisadi qüvvəsinin sarsıdılmasına yönəlmiş Rusiya xristian ideyasının bələdçiləri olublar, bu azmış kimi, ölkə daxilində "beşinci kolon" hərbi birləşmə yaradıblar. Əslində bu, vətəndaşı olduqları ölkəyə düşmən mövqeyində durmaq demək idi. 1919-cu ilin Paris konfransında ermənilər «soyqırımı» (sözün özü istifadə olunmamışdı) məsələsini iki dəfə qaldırsalar da, hər iki dəfə bu iddia keçməyib. Müharibə bitdikdən dərhal sonra, özü də konfransda Türkiyə nümayəndələrinin iştirakı olmadan bu məsələ rədd edilib. Y. Salman deputat Z. Elkini vətənpərvər olmağa çağırıb və bildirib ki, "erməni soyqırımı"nın tanınması İsrail-Türkiyə əlaqələrinin pisləşməsinə və İsrailin təcrid olunmasına, başqa sözlə, «hamıya qarşı tək» vəziyyətə düşməsinə səbəb olacaq. -
04-08-2008, 01:11 PMAPAAzərbaycanda səfərdə olan amerikalı cazmenlər mətbuat konfransı keçiriblər
[b]Azərbaycanda səfərdə olan amerikalı cazmenlər mətbuat konfransı keçiriblər[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanda səfərdə olan Amerikanın tanınmış cazmenləri Dan Tepfer və Coul Harrison mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Dan Tepfer bildirib ki, o, bir çox beynəlxalq müsabiqənin, o cümlədən Edinburq və Dandi Cazı Festivallarının, Parisdə Beynəlxalq Hərbi Solal Cazı Fortepianosu Yarışının, Vaşinqtondakı FMJS Caz Yarışmasının laureatıdır. Caz fortepianosu işində magistr dərəcəsi aldığını deyən Tepfer 2007-ci ilin aprel ayında isə Amerikan Pianoçular Assosiasiyasının "Koul qapıçısı" prizini qazanıb. O, hazırda Nyu-Yorkda caz pianoçusu Fred Hersch və klassik pianoçu Zitta Zohar ilə oxuyur. Cazmen Azərbaycanın dünya şöhrətli cazmeni Vaqif Mustafazadənin yaradıcılığı ilə tanış olduğunu qeyd edib: "Mən Vaqif Mustafazadənin 1979-cu ildə Latviyadakı konsertinə qulaq asmışam. Səfər zamanı muğamla cazın sintezini dinləmək və öyrənmək istəyirəm. Burada həm master-klasslar keçirəcək, həm də Azərbaycan musiqiçiləri ilə tanış olacağıq". Coul Harrison isə bildirib ki, o, Mississipi Dövlət Universitetinin professoru olub, 14 il orada çalışıb, həmçinin Missisipi Fortepianosu Vitrininin direktoru vəzifəsində çalışıb. Hazırda Amerika Pianoçular Assosiasiyasının üzvüdür. O, 2002-ci ildə müqavilə əsasında İngiltərə Musiqiçilərinin Assosiasiyasında kampaniya sədri olduğunu da qeyd edib. Harrison hazırda Şimali Karolina, İndiana universitetlərində dərs dediyini və İsveçrədə, Avstriyada və İtaliyada tədqiqatlar apardığını da diqqətə çatdırıb. ABŞ Səfirliyinin mədəniyyət üzrə müşaviri Dmitri Taraxovski layihənin "Qarant Sığorta" Şirkətinin sponsorluğu ilə həyata keçirildiyini qeyd edib: "Qonaqların səfər proqramı zəngindir. Caz mədəniyyəti mərkəzlərindən hesab olunan Bakıya səfərləri çərçivəsində musiqiçilər Milli Musiqi Konservatoriyasında, Bülbül adına Musiqi Məktəbində təlimlər keçərək, öz təcrübələrini tələbələrlə bölüşəcəklər. Bundan başqa, musiqi menecerləri, bu sahənin bilicilərinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq". D.Taraxovski qeyd edib ki, qonaqlar aprelin 9-da Bakı Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək, aprelin 10-da isə Türkiyəyə yola düşəcəklər. -
04-08-2008, 01:16 PMAPATürkiyəli ekspert: "Ermənistan böyük dövlətlərin istifadə etdiyi oyuncaqdır"
[b]Türkiyəli ekspert: "Ermənistan böyük dövlətlərin istifadə etdiyi oyuncaqdır"[b]
[İstanbul. Mayis Əlizadə - APA. "Avropa Birliyi Məhkəməsinin PKK-nın terror təşkilatları siyahısından çıxarılması ilə bağlı qərarı AB-nin Türkiyəyə qarşı ikili standart tətbiq etdiyini bir daha göstərir. AB-nin qəbul etdiyi qərarlarda Fransa, Almaniya və İngiltərədən birinin möhürünü mütləq görə bilirik. PKK terror təşkilatı ilə bağlı qəbul edilən bu qərar Türkiyəyə "sən Avropaya gəlmə, səni istəmirik" xəbərdarlığını da ehtiva edir. Bu, bir siyasi qərardır və Türkiyə bu qərarı doğru şərh etmək məcburiyyətindədir". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Yedditəpə Universteti beynəlxalq əlaqələr kafedrasının müəllimi və "Habertürk" televiziyasının "Aynanın arxası" proqramının aparıcısı, politologiya doktoru Erol Mütərcimlər deyib. O, Mustafa Kamal Atatürkdən misal gətirərək Avropanın iki üzü olduğunu bildirib: "Birincisi, renessansı yaşamış, müasir, islahatçı Avropa, ikincisi isə müstəmləkəçi Avropa. Öz ölkələri üçün insan hüquqları prinsipindən çıxış edən AB növbə başqa ölkələrə gələndə bu dəyərləri arxa plana atır. Fransa Afrika ölkələrindən gələnlərin haqlarını tapdalayır, Almaniyada irqçilər türkləri yandırırlar. Bu səpkili faktlara AB ölkələri insan haqları adına heç bir reaksiya göstərmirlər, ancaq Türkiyədə azyaşlı uşaqları qətlə yetirən PKK-nın adını terror siyahısından çıxarırlar. Bu qərardan sonra AB Məhkəməsi Türkiyədən PKK terror təşkilatını siyasi təşkilat kimi tanımağı da tələb edə bilər. Türkiyədə buna qarşı dura və milli dövləti qoruya biləcək siyasi iradə yoxdur. Siyasi iqtidarın təslimiyyət yolunu seçməsini xaricdəkilər də yaxşı bilir və hökumətə təzyiqləri davam etdirirlər". Ekspertin fikrincə, bir müddət sonra Türkiyəni parçalanma prosesinə daxil etməyə çalışacaqlar: "Amma bu ölkənin ordusu ve xalqının buna icazə verməyəcəyinə inanıram"."PKK ilə eyni paraleldə hərəkət edən erməni terrorçuları Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, 1992-ci ildə Xocalı soyqırımını törətmişlər. Avropa Birliyi Məhkəməsinin bu qərarı terrorçu və işğalçılara cəsarət verməyəcəkmi?" sualına politologiya doktoru Erol Mütərcimlər belə cavab verib: "Onların dalında duran qüvvələrə baxmaq lazımdır. Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün ermənilər gücü haradan alırlar? Əlbəttə ki, Qərbdən və Rusiyadan. Ermənistan böyük dövlətlərin istifadə etdiyi oyuncaqdır. Bunu yaxşı görmək lazımdır. Azərbaycan ilk növbədə bu oyuncaqdan ona qarşı istifadə edənlərlə münasibətlərinə yenidən baxmalıdır. Bu, eyni zamanda Türkiyəyə də aiddir". -
04-08-2008, 01:21 PMAPAAzərbaycanın meyxana ustası Ağasəlim Çıldağ vəfat edib
[b]Azərbaycanın meyxana ustası Ağasəlim Çıldağ vəfat edib[b]
Bakı. Ülkər Qasımova - APA. Meyxana ustası, "Şöhrət" ordenli Ağasəlim Çıldağ uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 78 yaşında vəfat edib.
[Mərhumun bacısı oğlu meyxanaçı Ağamirzənin APA-ya bildirdiyinə görə, A. Çıldağla vida mərasimi doğulub, boya-başa çatdığı Maştağada keçiriləcək. Mərhum bu gün Maştağa qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, bir neçə il əvvəl insult keçirən A. Çıldağın son vaxtlar ayaqları tutulub. O, xəstəliyi ilə əlaqədar uzun müddət müalicə alıb. -
04-08-2008, 01:26 PMAPAAvropa Birliyi Azərbaycanda məskunlaşmış çeçenlərə yardım ayırıb
[b]Avropa Birliyi Azərbaycanda məskunlaşmış çeçenlərə yardım ayırıb[b]
Brüssel - APA. Avropa Komissiyası Çeçenistan münaqişəsinin qurbanlarına 11 milyon avro həcmində humanitar yardım ayırıb.
[APA-nın "Kavkazskiy uzel" saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının Moskvadakı nümayəndəliyindən bildiriblər ki, humanitar yardım həm Çeçenistan daxilində yaşayış yerlərini dəyişmiş şəxslərə, həm də qonşu ölkələrdə və regionlarda məskunlaşmış köçkünlərə veriləcək. Çeçenistana ayrılacaq vəsait əhalinin gəlirlərinin artırılması işinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, şəxsi evlərin təmirinə, həmçinin ilk tibbi yardım xidməti, ana və uşaqların qorunmasına yönələcək. Vəsaitin bir hissəsi Azərbaycanda yaşayan aztəminatlı çeçenlərə yardım üçün sərf ediləcək. Avropa Komissiyasının məlumatlarına əsasən İnquşetiyada 14 minə yaxın, Dağıstanda 4 min, Azərbaycanda 2100, Gürcüstanda isə 1100 Çeçenistan qaçqını məskunlaşıb. -
04-08-2008, 01:31 PMAPAUkrayna Müdafiə Nazirliyi: "GUAM-ın sülhməramlı kontingentinin yaradılması üçün dövlət başçılarının siyasi qərarı lazımdır"
[b]Ukrayna Müdafiə Nazirliyi: "GUAM-ın sülhməramlı kontingentinin yaradılması üçün dövlət başçılarının siyasi qərarı lazımdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "GUAM-ın sülhməramlı kontingentinin yaradılması ideyasının gerçəkləşməsinə mane olan əsas amil dövlət başçılarının bu yöndə siyasi qərarının olmamasıdır".
[Bunu APA-ya Ukrayna Müdafiə Nazirliyindən deyiblər. Nazirlikdən bildiriblər ki, dövlət başçıları müvafiq sənədi imzalamadan bu ideya layihə olaraq qalacaq. Ukrayna Müdafiə Nazirliyi bu məsələ ilə bağlı müdafiə nazirlərinin xüsusi görüşünü də vacib sayır. Belə bir görüş MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında baş tuta bilər. -
04-08-2008, 01:41 PMAPAAmerika alimləri: "Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır"
[b]Amerika alimləri: "Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır"[b]
Los Anceles. Hüsniyyə Həsənova - APA. Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır. APA-nın ABŞ bürosunun məlumatına görə, Pensilvaniya Dövlət Universitetinin Antropologiya Departamentinin müəllimləri - İvan Nasidze və Mark Stonekin Qafqazın 9 xalqının DNK kodunu müqayisə etdikdən sonra bu qənaətə qəliblər.
[Alimlər Qafqazın Azərbaycan, gürcü, erməni, kabardin, inquş, çeçen, abxaz, çərkəz və dargin xalqlarının 353 nümayəndəsindən qan analizi götürüblər. Qan analizi götürülən insanların qohum olmamasına xüsusi nəzarət edən antropoloqlar onların DNK kodlarının oxşarlığına baxıblar. Aparılan araşdırma nəticəsində alimlər Qafqazda azərbaycanlıların Altay, ermənilərin isə Hind-Avropa dil qrupuna məxsus olmasına baxmayaraq, iki ən yaxın xalq olduğunu müəyyən ediblər. Onların ehtimalına görə, bu iki xalq 1300-1400 il əvvəl həddindən artıq yaxın olub. Lakin ötən 11 əsrdə Oğuzların Azərbaycana köçməsi sayəsində Azərbaycan dilinin Altay dilinə yaxınlaşması prosesi baş verib. Ermənilər isə yaşadıqları ərazilərdə Hind-Avropa dilli xalqlarının təsirinə məruz qalaraq müasir dillərinə yiyələniblər. -
04-08-2008, 01:51 PMAPAStrasburqda "Mədəniyyətlərarası dialoqda dini ölçü" mövzusunda konfrans keçirilir
[b]Strasburqda "Mədəniyyətlərarası dialoqda dini ölçü" mövzusunda konfrans keçirilir[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurasında "Mədəniyyətlərarası dialoqda dini ölçü" mövzusunda konfrans keçirilir.
[APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Şurası Nazirlər Komitəsi adından San-Marino xarici işlər naziri Fiorenzo Stolfinin sədrliyi ilə keçirilən tədbirdə məqsəd Avropa cəmiyyətində qarşılıqlı anlaşma, hörmət və tolerantlığa nail olmaq, bununla da Avropa dəyərlərini daha da möhkəmləndirmək və yaymaqdan ibarətdir. Konfransda üç səmavi dinin təmsilçiləri, bu sahənin alimləri, eləcə də AŞ yanında daimi nümayəndəliklərin təmsilçiləri iştirak edirlər. Toplantıda əsasən "Təhsildə dini elementlərin tədrisi və qavranılması", "Dinin təhsil, demokratik vətəndaşlıq, insan haqları və mədəniyyətlərarası dialoqda rolu" mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin də iştirakı gözlənilsə də, son anda səfər təxirə salınıb. -
04-08-2008, 02:16 PMAPARazılıq əldə olunarsa, NATO enerji infrastrukturları və layihələrin qorunmasında Azərbaycana yardım edə bilər
[b]Razılıq əldə olunarsa, NATO enerji infrastrukturları və layihələrin qorunmasında Azərbaycana yardım edə bilər[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycan hökuməti ilə NATO arasında razılıq əldə olunarsa, alyans enerji infrastrukturlarının və layihələrin qorunmasında Azərbaycana yardım göstərə bilər.
[Bu barədə APA-ya Azərbaycanın NATO-dakı daimi nümayəndəliyindən məlumat verilib. Nümayəndəlikdən bildirilib ki, ərazisindəki enerji infrastrukturlarının qorunması hər bir ölkənin daxili işi olsa da, əldə olunmuş razılıqlar çərçivəsində NATO həmin dövlətlərin müvafiq qurumlarına təlimlər, təhlillər və digər formalarda yardımlar göstərmək imkanına malikdir. Nümayəndəlikdən yaxın günlərdə NATO ekspertlərinin Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) birinci hissəsinin icrasının monitorinqini aparmaq və ikinci hissəyə start verilməsi məqsədi ilə Azərbaycana səfər edəcəyi də bildirilib. -
04-08-2008, 02:26 PMAPAMəhkəmə Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzetinin yerləşdiyi binadan çıxarılması barədə qərar qəbul edib
[b]Məhkəmə Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzetinin yerləşdiyi binadan çıxarılması barədə qərar qəbul edib[b]
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) və "Bakı-Zaman" qəzeti yerləşdiyi binadan çıxarılacaq. Bu barədə APA-ya binanın sahibi, Rəsul Quliyevin qaynı İdris Quliyev məlumat verib.
[Onun sözlərinə görə, partiya və qəzetin binadan çıxarılması ilə bağlı bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinə müraciət edib və təxminən bir ay əvvəl hakim Fuad Hüseynovun sədrliyi ilə iddia təmin edilib. Buna baxmayaraq, qəzet və partiya rəhbərliyi binanı tərk etməyib və məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. İ. Quliyev bu günlərdə Apellyasiya Məhkəməsinin Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxladığını qeyd edib. Məhkəmə cavabdeh tərəflərin xahişini nəzərə alaraq, onların 3 aydan sonra qərargahı tərk etməsinə razılıq verib. İ. Quliyev icarə müqaviləsini pozmasının, partiya və qəzeti binadan çıxarmasının səbəblərinə aydınlıq gətirməyib. Maraqlıdır ki, icarə müqaviləsinin tərəflərindən biri olan ACP sədrinin müavini Yaqub Abbasov APA-ya məsələdən xəbərsiz olduğunu bildirib və bu barədə danışmaq istəməyib. ACP sədri Akif Şahbazov da eyni mövqe nümayiş etdirib. ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva isə məsələdən xəbərdar olduğunu qeyd edib: "Hələlik partiyanın hansı addım atacağı, harada məskunlaşacağı müəyyənləşdirməyib. Yəqin ki, bu barədə lazımı addımlar atılacaq". Z. Dünyamalıyeva İ. Quliyevin addımına münasibət bildirmək istəmədiyini söyləyib. -
04-08-2008, 02:51 PMAPAİsrail Türkiyəyə uydurma "erməni soyqırımı"nın tanınmayacağına dair təminat verib
[b]İsrail Türkiyəyə uydurma "erməni soyqırımı"nın tanınmayacağına dair təminat verib[b]
Ankara - APA. İsraildə səfərdə olan Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin rəhbəri Murad Mərcan bu ölkə parlamentinə təqdim olunan və uydurma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qərar layihəsinin qəbul edilməyəcəyinə inandıqlarını bildirib.
[APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri M. Mərcan İsrail prezidenti Şimon Peres başda olmaqla, görüşdükləri bütün səlahiyyətli şəxslərdən saxta "soyqırım"ın tanınması cəhdlərinin nəticəsiz qalacağına dair təminat aldıqlarını açıqlayıb. O bildirib ki, İsrail Türkiyədən çox şey gözləyir: "İsrailin bölgədə təhlükəsizliklə bağlı narahatlığını anlamalıyıq". Qeyd edək ki, uydurma "erməni soyqırımı" ilə bağlı qərar layihəsini Knessetin gündəminə "Meretz" Partiyası tərəfindən gətirilib. -
04-08-2008, 03:16 PMAPAAbbas Lisaninin məhkəməsi olub
[b]Abbas Lisaninin məhkəməsi olub[b]
[Bakı.Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisanin məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. R. Əlizadə deyib ki, A. Lisani 2005-ci ildə Səttarxanın və Bağırxanın məzarı üzərində keçirilən mitinqdə İran hökuməti əleyhinə fikirlər söyləməkdə ittiham olunub. Təbriz İnqilab Məhkəməsində dünən keçirilən məhkəmə iclasında A. Lisani 50 min İran tüməni (60 ABŞ dolları) məbləğində cərimə olunub.Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb. -
04-08-2008, 03:21 PMAPATacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər
[b]Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər[b]
[Bakı. Laçın Sultanova-APA. Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Anaməmməd Məmmədov etimadnamələrinin surətini bu gün xarici işlər naziri Elmar Məmmədyarova təqdim ediblər. APA-nın məlumatına görə, Tacikistan Azərbaycana ilk dəfədir səfir təyin edir, Türkmənistanın isə ölkəmizdə ötən əsrin 90-ci illərində səfirliyi fəaliyyət göstərib. 2001-ci ildə maliyyə çətinlikləri əsas gətirilərək, Türkmənistan səfirliyinin Bakıda fəaliyyəti dayandırılıb.Hər iki ölkənin səfirləri etimadnamələrini prezident İlham Əliyevə təqdim etdikdən sonra diplomatik missiyanın rəhbərləri kimi rəsmən fəaliyyətə başlayacaqlar. -
04-08-2008, 04:41 PMAPATacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər
[b]Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər[b]
[Bakı. Laçın Sultanova-APA. Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Annaməmməd Məmmədov etimadnamələrinin surətini bu gün xarici işlər naziri Elmar Məmmədyarova təqdim ediblər. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tacikistan səfiri ilə görüşdə qarşılıqlı rəsmi səfərlərin artdığını və iqtisadi, siyasi müstəvidə daha sıx əməkdaşlığın qurulmasında vacib rol oynadığını qeyd edən tərəflər ikitərəfli əlaqələrin mövcud baza əsasında daha da irəli aparılmasının zəruriliyini vurğulayıblar. Z. Vəzirov bu yaxınlarda Bakı-Düşənbə aviareysinin açılacağını bildirib, Tacikistanın Azərbaycanda bir sıra iqtisadi maraqlarının olduğunu, neft koksundan əlavə, digər neft məhsullarının idxalı, kənd təsərrüfatı, bank sistemi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Tərəflər, həmçinin sərmayə qoyuluşu, elmi kadrların hazırlanması, hərbi-texniki sahədə əməkdaşlıq, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Türkmənistan səfiri Annaməmməd Məmmədovla görüşdə isə qardaş xalqlar arasında dost əlaqələrin möhkəmləndirilməsinin hər iki dövlətin milli maraqlarına uyğun olduğu, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud şərtlərin əlverişliliyini vurğulanıb. Xüsusilə, prezidentlərin görüşü, qarşılıqlı səfərlər, hökumətlərarası komissiyanın görüşlərinin səmərəliliyi qeyd olunub, Azərbaycan və Türkmənistan arasında bir sıra məsələlərin nizama salınması alqışlanıb. E. Məmmədyarov bu əlverişli şəraitin əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirməyə əsas verdiyini, bu imkanlardan bəhrələnərək, XİN-lərarası məsləhətləşmələr keçirmək və energetika, humanitar, mədəniyyət, elm-təhsil, hərbi sferalarda birgə fəaliyyət qurmağın zəruriliyini diqqətə çatdırıb. Qeyd edək ki, Tacikistan Azərbaycana ilk dəfədir, səfir təyin edir, Türkmənistanın isə ölkəmizdə ötən əsrin 90-ci illərində səfirliyi fəaliyyət göstərib. 2001-ci ildə maliyyə çətinlikləri səbəbi əsas gətirilərək, Türkmənistan səfirliyinin Bakıda fəaliyyəti dayandırılıb. -
04-08-2008, 04:46 PMAPAAzərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır
[b]Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır[b]
Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın «İrkut» korporasiyası Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə imzalanmış sazişə uyğun olaraq aprelin 15-də ilk "Be-200" amfibiya-təyyarəsini Azərbaycana göndərəcək.
[APA-nın məlumatına görə, təyyarə İrkutskda yerləşən aviazavoddadır və hazırda sınaqdan keçirilir. Qeyd edək ki, Be-200 amfibiya-təyyarəsini alqı-satqısına dair müqavilə 2007-ci ildə imzalanıb. Azərbaycan bu təyyarələri satın alan ilk xarici ölkədir. Hazırda Be-200 amfibiya-təyyarələrinin almaq məqsədi ilə Yunanıstan, Portuqaliya və İtaliya da «İrkut» şirkəti ilə danışıqlar aparır. -
04-08-2008, 04:51 PMAPAAzərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri mərkəzin perspektiv planlarını açıqlayıb
[b]Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri mərkəzin perspektiv planlarını açıqlayıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev mərkəzin perspektiv planlarını açıqlayıb. APA-nın məlumatına görə, E. Nuriyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu il fevralın 8-dən fəaliyyətə başlayan mərkəzin əsas vəzifəsi ölkədə və regionda baş verən hadisələri izləmək, analiz etmək və siyasi məsləhətlər verməkdir. O, həmçinin qeyd edib ki, mərkəz Bakıda və xaricdə müxtəlif seminarlar, konfrans və simpoziumlar keçirməyi də planlaşdırır.