[b]Lətif Hüseynov: "Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək"[b]
Bakı. Elbrus Seyfullayev - APA. Avropa Şurasının Venesiya Komissiyasının üzvü Lətif Hüseynov müsahibə verib. APA-nın məlumatına görə, müsahibədə L. Hüseynov Azərbaycanın Seçki Məcəlləsinə və "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişiklərlə bağlı rəsmi Bakı ilə Venesiya Komissiyası arasında aparılan müzakirələrə dair fikirlərini bildirib, əldə olunan razılıqların bəzi detallarını açıqlayıb.
[- Avropa Şurası Venesiya Komissiyasının son sessiyasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı verilən rəydə hansı məsələlər əksini tapıb?- Avropa Şurası Venesiya Komissiyasının mart ayında keçirilən plenar sessiyasında Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı hazırlanan aralıq rəy müzakirə olunaraq qəbul edilib. Aralıq rəy ona görə deyirəm ki, hələlik bu sənəd qəbul olunmayıb. Həmin rəydə məcəlləyə əlavə və dəyişikliklə bağlı məsələ əksini tapıb. Azərbaycan hökumətinin təqdim etdiyi əlavə və dəyişikliklə bağlı verilən həmin rəy ümumilikdə müsbətdir. Ancaq orada müəyyən iradlar da var. Məsələn, bu iradlardan biri "exit-poll" keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında akkreditasiya olunması ilə bağlıdır. Azərbaycan hökumətinin təqdim etdiyi təkliflərdə həmin təşkilatların mütləq akkreditasiyadan keçməsi əksini tapıb. Venesiya Komissiyası isə belə bir qeydiyyatın aparılmasına ehtiyac görmür. Bundan başqa, hərbçilərin səsvermə prosedurunun yaxşılaşdırılması ilə bağlı təkliflər var. Bu təklifdə məqsəd ondan ibarətdir ki, hərbçilər mümkün qədər digər seçicilərlə birgə səs verməlidirlər. Azərbaycan hökumətin təqdim etdiyi layihədə isə mövcud reallıqdan irəli gələrək, xüsusi rejimin hökm sürdüyü ərazilərdə bu təcrübəni tətbiq etməyə imkanın olmadığı göstərilib. Artıq rəy Azərbaycan hökumətinə təqdim olunub. Çox güman ki, həmin rəy öyrənilməklə və nəzərə alınmaqla qanun layihəsinin son variantı Milli Məclisə təqdim olunacaq. Ola bilər ki, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişiklik "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bir yerdə Milli Məclisə təqdim olunsun. - Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə seçki komissiyalarının tərkibi ilə bağlı müddəa varmı?- Azərbaycan hökumətinin təqdim etdiyi layihədə seçki komissiyalarının tərkibi ilə bağlı hər hansı müddəa yoxdur. Ancaq mart ayında Venesiya Komissiyasında keçirilən müzakirələr zamanı Azərbaycan hökumətinin nümayəndəsi bildirdi ki, sənəd qəbul olunmaq üçün parlamentə təqdim olunan zaman bu məsələ də ayrıca müddəa kimi parlamentə təqdim oluna bilər. Yəni Seçki Məcəlləsinə əlavə və dəyişiklik Milli Məclisdə müzakirə olunarkən seçki komissiyalarının tərkibi ilə bağlı məsələ də müzakirə oluna bilər. Ümumiyyətlə, seçki komissiyalarının tərkibi ilə bağlı Avropada da vahid standart yoxdur. Yəni müxtəlif variantlar ola bilər. Venesiya Komissiyası nə vaxtsa formal olaraq seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı təqdim etdiyi variantdan geri çəkilmək istəmir. Ancaq hökumət də hesab edir ki, bu bir tövsiyədir, bunu qəbul etmək də, etməmək də olar. Azərbaycan tərəfi hesab edir ki, mövcud Seçki Məcəlləsi tamamilə beynəlxalq standartlara uyğundur. Hazırda seçki komissiyalarının tərkibi mövcud standartlara zidd deyil. Ancaq Azərbaycan hökuməti yenə də konkret təkliflər olarsa, müzakirələrə hazır olduğunu bildirir. - Azərbaycan hökumətinin Venesiya Komissiyasına təqdim etdiyi layihədə barmaqların mürəkkəbə batırılması ilə bağlı müddəa əksini tapıbmı?- Bəli, bu müddəa konkret şəkildə göstərilib. Ümumilikdə təklif olunan əlavə və dəyişikliklər 10-dan az deyil. Hesab edirəm ki, Azərbaycan hökuməti Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliyə seçki prosesinin təkmilləşdirilməsi kimi yanaşıb. Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək. - Bəs Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa əlavə və dəyişikliklə bağlı nə vəziyyət nə yerdədir? - Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa əlavə və dəyişikliklə bağlı Venesiya Komissiyasının rəyi ötən ilin dekabrında verilib. Bu, Venesiya Komissiyasının Avropa Şurasının üzvü olan ölkələrin analoji qanunları ilə bağlı verdiyi ən müsbət rəylərdən biri sayılır. Bu layihədə isə cəmi bir müddəa ilə bağlı irad var. Söhbət İcra Hakimiyyəti orqanlarının qarşısında toplaşmaqdan gedir. Orada göstərilib ki, bu irad istisna olmaqla, "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər bu formada parlamentdə qəbul olunarsa, Avropa standartlarına tam uyğun olacaq. İradla bağlı müddəaya gəlinsə, Azərbaycan hökumətinin təqdim etdiyi layihədə göstərilib ki, icra hakimiyyətlərinin qarşısında toplantılar keçirilməməlidir. Hazırda məsələ Venesiya Komissiyası ilə dialoq səviyyəsində razılaşdırılır və son variant yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq. - Azərbaycanda İşgəncələr Əleyhinə Komitənin yaradılması nə qədər realdır?- BMT tərəfindən İşgəncələr Əleyhinə Konvensiya 1984-cü ildə qəbul olunub. Bu yaxınlarda həmin konvensiyaya fakültativ bir protokol da qəbul olundu. Həmin protokola əsasən, İşgəncələr Əleyhinə Alt Komitə yaradılır. Həmin komitənin əsas məqsədi iştirakçı dövlətlərin azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və orada saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olmaqdır. Bununla bağlı dövlətlərin milli mexanizmlər yaratması da nəzərdə tutulub. Həmin qurum qeyri-dövlət təşkilatı da ola bilər. Ancaq ona müəyyən status verilməlidir. Bu qurumun əməkdaşları azadlıqdan məhrumetmə yerlərinə istənilən vaxt səfər edib, istənilən şəxslə görüşmək imkanına malik olmalıdırlar. Azərbaycan isə həmin protokola qoşulmayıb, hələlik bizdə bu məsələ öyrənilir. Hesab edirəm ki, komitənin yaradılması məsələsində Azərbaycanda problem olmamalıdır.- Siz bir neçə gün əvvəl BMT-də ən yüksək Ekspert Orqanına seçildiniz. Bununla bağlı nə deyə bilərsiniz? - BMT-də ən yüksək Ekspert Orqanına seçilməyim ilk növbədə Azərbaycanın uğurudur. Digər təşkilatlardan fərqli olaraq, burada hər ölkədən bir deyil, cəmi 18 ekspert fəaliyyət göstərir. Bu ekspertləri İnsan Haqları Şurasının üzvü olan 47 dövlət seçir. Bizim daxil olduğumuz 22 dövlətdən ibarət Şərqi Avropa qrupundan 2 yerə 4 namizəd verilmişdi. Maraqlıdır ki, 30 dövlət Azərbaycana səs verib. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Mən bunu BMT-də "Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətə dair" qəbul olunan qətnamədən sonra ölkənin növbəti uğuru kimi qiymətləndirirəm.
Azərbaycan Xəbərləri
Printable View

03-31-2008, 06:06 PMAPALətif Hüseynov: "Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək"

03-31-2008, 06:16 PMAPA"Aqo" qrupu Ermənistan hökumətini siyasi motivlə həbs olunanları azad etməyə çağırıb
[b]"Aqo" qrupu Ermənistan hökumətini siyasi motivlə həbs olunanları azad etməyə çağırıb[b]
İrəvan - APA. "Avropa Şurası Ermənistanda sabitliyin yaranması və regionun inkişafında maraqlıdır". APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun sədri, isveçli Per Syorgen İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
[O, Ermənistanın mövcud vəziyyətdən çıxış və demokratik inkişaf yoluna qayıdış cəhdləri göstərdiyi çətin bir dövrdə bu ölkəyə səfər etdiklərini söyləyib. P. Syorgen səfər zamanı diqqəti təkcə Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərini necə yerinə yetirdiyinə yox, KİV azadlığının təmin olunması, seçkilərin şəffaflığı və 1 mart hadisələrindən sonra yaranmış vəziyyətin öyrənilməsinə də yönəldəcəklərini bildirib. "Aqo" qrupunun rəhbəri ölkədə durumun normallaşdırılması məqsədilə 6 təklif irəli sürdüklərini və bu təklifləri Ermənistanın xarici işlər nazirinə təqdim etdiklərini açıqlayıb. O, 1 mart hadisələrinə görə həbs olunan şəxslərin saxlanıldığı İrəvandakı "Kentron" istintaq təcridxanasında olduqlarını və bu şəxslərin öz ailələrindən, cəmiyyətdən tamamilə təcrid edildiklərini vurğulayıb: "Bu, düzgün deyil. Ədliyyə naziri bizi əmin etdi ki, məsələ həll olunacaq". P. Syorgen bəyan edib ki, "Aqo" Qrupu beynəlxalq təşkilatların siyasi motivlərlə həbs olunmuş bütün şəxslərin azadlığı buraxılmasına dair tələbini dəstəkləyir və Ermənistanın ədliyyə naziri həbsdən azad ediləcək şəxslər barədə qrupa müntəzəm məlumat verəcək. O, 1-2 mart olaylarının müstəqil və tərəfsiz şəkildə araşdırılması tələbini də dəstəklədiklərini açıqlayaraq təhqiqata beynəlxalq ekspertlərin də kömək edə biləcəyini deyib. P. Syorgen Ermənistan parlamentinin "Mitinqlər, yürüşlər, nümayişlər, kütləvi toplantıların keçirilməsi haqqında" qanuna etdiyi əlavələrə də toxunub: "Təəssüf edirəm ki, qanun Avropa Şurası ilə müzakirə və məsləhətləşmə aparılmadan qəbul olunub. Venesiya Komissiyası artıq sənədi araşdırıb və öz tövsiyələrini Ermənistan hökumətinə təqdim edəcək". P. Syorgen hakimiyyətlə müxalifət arasında siyasi dialoqun vacibliyini də vurğulayıb. -
03-31-2008, 06:21 PMAPABakı Şəhər İcra Hakimiyyəti Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar BMT-nin Bakı nümayəndəliyinin qarşısında aksiya keçirilməsin<
[b]Bakı Şəhər İcra Hakimiyyəti Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar BMT-nin Bakı nümayəndəliyinin qarşısında aksiya keçirilməsinə icazə verməyib[b]
[Bakı. Elnur Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup məcburi köçkün jurnalistin Kəlbəcərin ermənilər tərəfindən işğalının növbəti ildönümü ilə bağlı aprelin 2-də BMT-nin Bakı nümayəndəliyinin binası qarşısında aksiya keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Aksiyanın təşkilat komitəsindən APA-ya daxil olan məlumata görə, şəhər rəhbərliyi bu gün jurnalistlərə göndərdiyi cavab məktubunda aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. BŞİH öz qərarını "Sərbəst toplaşma azadlığı haqqında" qanunun 9-cu maddəsinin üçüncü hissəsinin birinci bəndinə uyğun olaraq qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr radius çərçivəsində kütləvi aksiyaların keçirilməsinin qadağan olunduğunu əsas gətirilib. BŞİH-in rədd cavabına baxmayaraq, təşkilatçılar aksiyanı keçirmək niyyətində olduqlarını bildiriblər. -
03-31-2008, 06:41 PMAPARobert Köçəryan Dağlıq Qarabağa gedib
[b]Robert Köçəryan Dağlıq Qarabağa gedib[b]
[Xankəndi - APA. Ermənistan prezidenti Robert Köçəryan bu gün işğal altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağa səfər edib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, R. Köçəryan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüş zamanı münaqişənin həlli prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -
03-31-2008, 07:01 PMAPAAzərbaycan parlamentində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda dinləmələr keçirilib
[b]Azərbaycan parlamentində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda dinləmələr keçirilib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda parlament dinləmələri keçirilib. APA-nın məlumatına görə, Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində keçirilən tədbirdə Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland, bir sıra beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin təmsilçiləri də iştirak ediblər. Dinləmələr zamanı vitse-spiker Bahar Muradova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Qadınların cəmiyyətin qurulmasında yaxından iştirak etdiyini deyən B. Muradova qeyd edib ki, bununla bağlı bəzi sahələrdə müəyyən problemlər mövcuddur. O, sözlərinə misal olaraq bir sıra dövlət qurumlarında qadınların kifayət qədər təmsil olunmadıqlarını deyib. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov Azərbaycanda qadın hüquqlarının qorunması ilə bağlı dövlət səviyyəsində iş aparıldığını deyib. Onun sözlərinə görə, ölkədə qəbul edilən Milli Fəaliyyət Planının bir hissəsi qadınların hüquqlarının qorunması ilə bağlıdır. Ə. Hüseynov, həmçinin Azərbaycanda "Gender bərabərliyi haqqında" qanunun qəbul edildiyini də xatırladıb. Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland ölkəsində sözügedən sahədə vəziyyətə dair məruzə ilə çıxış edib. O, hər il Estoniyada orta hesabla 500 qadının insan alverinin qurbanı olduğunu diqqətə çatdırıb. K. Ojuland Estoniyada hər gün 285 qadının zorakılığa və cinsi istismara məruz qaldığını da bildirib. -
03-31-2008, 07:51 PMAPAABŞ Dövlət Departamentinin qaçqın və köçkünlərlə iş üzrə bürosu Şimali və Cənubi Qafqazda QHT-lər üçün qrant proqramı elan edib
[b]ABŞ Dövlət Departamentinin qaçqın və köçkünlərlə iş üzrə bürosu Şimali və Cənubi Qafqazda QHT-lər üçün qrant proqramı elan edib[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. ABŞ Dövlət Departamenti Şimali və Cənubi Qafqazda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün qaçqın və məcburi köçkünlərə yardım məqsədilə qrant proqramı elan edib. APA-nın məlumatına görə, yardımın ümumi məbləği 2,6 milyon dollardır. Qeyri-hökumət təşkilatları aprelin 28-dək qrantları almaq üçün Amerika Dövlət Departamentinin qaçqın və köçkünlərlə iş üzrə bürosuna müraciət etməlidirlər. Yardım bir il müddətinə nəzərdə tutulub. Bu yardım Azərbaycan qeyri-hökumət təşkilatlarına qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunması, sanitariya məsələlərinin həlli və psixoloji yardım məqsədilə veriləcək. -
03-31-2008, 08:06 PMAPAAzərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir
[b]Azərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Bakıda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 15 dövlətdən olan 30-dan çox nümayəndə, o cümlədən Çin, İndoneziya, Ukrayna, Şimali İrlandiya və Uqandanın prokurorluq orqanlarının rəhbərləri, Pakistan və Hindistanın antikorrupsiya qurumlarının başçıları iştirak edir. İcraiyyə Komitəsinin bugünkü iclasında Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov çıxış edib. Daha sonra Assosiasiyanın növbəti tədbirlərinin keçirilməsi mexanizmi barədə müzakirələr aparılıb. İcraiyyə Komitəsinin üzvləri Ədliyyə Nazirliyində, Baş Prokurorluq yayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olub, hüquqi sahədə əməkdaşlığın perspektivləri barədə müzakirə aparıblar. -
04-01-2008, 10:11 AMAPA2007-ci ildə Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 69 nəfəri korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb edib
[b]2007-ci ildə Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 69 nəfəri korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb edib[b]
Bakı. Tamara Qriqoryeva - APA. 2007-ci ildə Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müxtəlif vəzifəli 69 nəfər korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb olunub.
[APA-nın məlumatına görə, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib. Bu ilin I rübündə idarə tərəfindən korrupsiya faktı ilə bağlı 13 cinayət işinin başlandığını qeyd edən baş prokuror ilin əvvəlindən müxtəlif vəzifəli 6 nəfərin cinayət məsuliyyətinə cəlb olduğunu diqqətə çatdırıb. O, korrupsiya ilə mübarizə tədbirlərinin davam etdirildiyini vurğulayıb. -
04-01-2008, 01:21 PMAPAAzərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik ediləcək
[b]Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik ediləcək[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəyişiklik ediləcək".
[APA-nın məlumatına görə, bunu Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsinə (CM) konkret bu müddəanın daxil edilməsi ilə bağlı öhdəlik götürüb. K. Əliyev deyib ki, "Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya"ya əlavə tədbirlər planı hazırlanıb. Planda cinayət qanunvericiliyinə dəyişikliklərlə bağlı tapşırıqlar verilib: "Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı bir sıra dövlətlərin təcrübəsi öyrəniləcək və Azərbaycanın cinayət qanunvericiliyinə tətbiq olunacaq. Hüquqi şəxslərin cinayət məsuliyyətinin yaradılması Azərbaycan cinayət qanunvericiliyinin əsas prinsiplərinin dəyişdirilməsi və Cinayət Məsuliyyətinin əksər müddəasının yenilənməsinə gətirib çıxaracaq". -
04-01-2008, 01:26 PMAPASərdar Cəlaloğlu: "Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrə səfər etmək, bu səfərlərə ümid bağlamaq yanlışdır"
[b]Sərdar Cəlaloğlu: "Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrə səfər etmək, bu səfərlərə ümid bağlamaq yanlışdır"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Prezident seçkiləri Azərbaycanın daxilində keçirilir, xaricdə yox. Buna görə də bu seçkilərlə əlaqədar xaricə səfərlər etmək, bu səfərlərə böyük ümidlər bağlamaq yanlışdır. Bundan əvvəlki seçkilərdə müxalifətçilərin xaricə etdikləri səfərlər seçkilərə heç bir təsir göstərməyib". Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, seçkilərdə namizədliyini irəli sürməsinə baxmayaraq, xarici ölkələrə səfər etməyəcək. S. Cəlaloğlu seçkilər vaxtı namizədlərin öz işlərini Azərbaycan daxilində qurmasına tərəfdar olduğunu qeyd edib: "Mən namizəd olaraq seçki ərəfəsində daha çox ölkə daxilində fəaliyyət göstərəcəyəm. Ola bilər ki, əvvəlki seçkilərdə olduğu kimi, bu il də namizədlər seçkiqabağı təbliğat məqsədi ilə xaricə səfər etsinlər. Amma bu səfərlərin heç biri ölkədə gedən siyasi proseslərə təsir etməyəcək". -
04-01-2008, 01:31 PMAPA"Azadlıq" qəzetinin əməkdaşına fiziki güc tətbiq edilən ərazinin sahibi həbs edilib
[b]"Azadlıq" qəzetinin əməkdaşına fiziki güc tətbiq edilən ərazinin sahibi həbs edilib[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Zeytun Bağları" Kəndli Fermer Təsərrüfatı Birliyinin rəhbəri Natiq İsa oğlu Allahverdiyev həbs olunub. Bu barədə APA-ya Respublika Prokurorluğundan məlumat verilib.
[Məlumata görə, saxlanan şəxslə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə (sənədlərin saxtalaşdırılması) cinayət işi başlanıb. Həbs olunan şəxsin əməllərində torpaqlara zərər vurma cinayətinin olub-olmadığının araşdırıldığı da bildirib. Hazırda Respublika Prokurorluğu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu faktı araşdırır. Qeyd edək ki, "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin "Zeytun bağları" ərazisində üzləşdiyi insidentdə ona fiziki güc tətbiq etmiş adamlardan biri kimi N. Allahverdiyevin qardaşı Dağbəyi Allahverdiyevin adı çəkilib. Respublika Prokurorluğundan onu da bildiriblər ki, "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə qarşı törədilən cinayət faktını Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə təhqiqat qrupu araşdırır. -
04-01-2008, 01:36 PMAPAQənimət Zahid də aclığa başlayıb
[b]Qənimət Zahid də aclığa başlayıb[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bayıl İstintaq Təcridxanasında müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib. A. Əhmədov deyib ki, qəzetin həbsdəki əməkdaşı Mirzə Sakitin də aclıq aksiyasına başlaması gözlənilir. Bir qrup jurnalistin aclıq aksiyası isə davam edir. Bu gün hüquq müdafiəçisi Arzu Abdullayeva və onun köməkçisi Aynur Elgünəş aclıq aksiyasını dayandırıblar. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru və təsisçisi olmuş Eynulla Fətullayevin də aclıq aksiyası davam edir. Bunu onun vəkili İsaxan Aşurov bildirib. Qeyd edək ki, aksiyanı martın 26-da E. Fətullayev başlayıb. Digər jurnalistlər də ona dəstək olaraq aksiyaya qoşulublar. -
04-01-2008, 01:41 PMAPABruno Pueza: "Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə ilə bağlı düzgün yoldadır"
[b]Bruno Pueza: "Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə ilə bağlı düzgün yoldadır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan hökuməti korrupsiya ilə mübarizə istiqamətində uğurlu addımlar atmaqdadır. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə BMT-nin Azərbaycanda daimi nümayəndəliyinin rəhbəri Bruno Pueza verib.
[Onun sözlərinə görə, bununla belə, bu sahədə həllini gözləyən problemlər çoxdur: "Əlbəttə ki, korrupsiyaya qarşı mübarizə sahəsindəki durumu ideal saymaq olmaz. Bəzi problemlər mövcuddur və onların həlli üçün illərlə vaxt lazımdır. Azərbaycan bununlas bağlı düzgün yoldadır - ölkə buna dair qanunvericilik bazasını təkmilləşdirir, dövlət idarəetmə sistemini, ictimai nəzarət mexanizmlərini, iqtisadiyyatın liberallaşması sistemini mükəmməlləşdirir". -
04-01-2008, 01:46 PMAPASamuxda iki fahişəlik yuvası aşkarlanıb
[b]Samuxda iki fahişəlik yuvası aşkarlanıb[b]
[Samux. Ayxan Hüseynov - APA. Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi reyd nəticəsində rayon ərazisində fəaliyyət göstərən iki restoranda əxlaqsızlıq yuvası aşkarlanıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, reyd zamanı rayon mərkəzində yerləşən "Qafqaz" restoranında 18, Qarayeri qəsəbəsində yerləşən "Alaqapı" restoranında isə 8 nəfər saxlanılıb. "Qafqaz" restoranında saxlananlardan 8 nəfəri, "Alaqapı" restoranında saxlananlardan isə 4 nəfəri fahişəliklə məşğul olan qadınlardır. Samux RPŞ-nin rəis müavini Bahadur Şükürov jurnalistlərə açıqlamasında hər iki restoranın sahibinin saxlandığını deyib. Onun sözlərinə görə, "Qafqaz" restoranın sahibi Aytəkin Ələsgərov və "Alaqapı" restoranının sahibi Eldəniz Məmmədov barədə Cinayət Məcəlləsinin 244-cü maddəsi (əxlaqsızlıq yuvası saxlama) ilə cinayət işi başlanıb.Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə isə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb etdiyi üçün Ellada Osmanova adlı qadın saxlanılıb. -
04-01-2008, 01:51 PMAPAYaap de Hoop Sxeffer: "Rusiya Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna mane ola bilməz"
[b]Yaap de Hoop Sxeffer: "Rusiya Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna mane ola bilməz"[b]
Brüssel - APA. "Rusiya Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna mane ola bilməz, amma bu qəbulu gecikdirməsi mümkündür". APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu sözləri Brüsseldə jurnalistlərə açıqlamasında NATO-nun baş katibi Yaap de Hoop Sxeffer deyib.
[Rusiyanın NATO-da qərarların qəbulu prosesində iştirak etmədiyini vurğulayan baş katib keçmiş sovet respublikalarının alyansa inteqrasiyasına qarşı çıxan Moskvanın mövqeyinin bu məsələdə müəyyən rol oynadığını da etiraf edib: "Mənim fikrimcə, söhbət təşkilata qəbulun baş tutub-tutmayacağından yox, nə vaxt baş tutacağından gedir". Yaap de Hoop Sxeffer bildirib ki, Rusiyanın mövqeyi nəzərə alınaraq Ukrayna və Gürcüstana NATO üzvlüyünə namizəd statusu verilməsi təxirə salına bilər. Onun sözlərinə görə, hətta bu iki ölkənin hərbi-siyasi bloka üzvlüyü prosesi "dondurulsa" belə, Ukrayna və Gürcüstana üzvlüyə mümkün namizəd kimi baxılacaq. Qeyd edək ki, Kiyev və Tiflis aprelin 2-də başlayacaq Buxarest sammitində NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət alacaqlarına ümid bəsləyirlər. ABŞ buna tərəfdar olsa da, bəzi ölkələr, xüsusən Almaniya və Fransa belə addımın Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb olacağından ehtiyatlanırlar. -
04-01-2008, 01:56 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri arasında növbəti görüş Buxarestdə keçiriləcək
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında növbəti görüş Buxarestdə keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) arasında növbəti görüş NATO sammiti çərçivəsində Buxarestdə keçiriləcək.
[Bu barədə APA-ya Bernar Fasienin ofisindən məlumat verilib. Artıq həmsədrlər bu gün Buxarestə gediblər. Onların Azərbaycan və Ermənistanın xarici işlər nazirlər ilə də görüşü gözlənilir. -
04-01-2008, 02:01 PMAPAAzərbaycan prezidenti ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
[b]Azərbaycan prezidenti ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. -
04-01-2008, 02:31 PMAPAATƏT sədri dəyişilə bilər
[b]ATƏT sədri dəyişilə bilər[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva striptiz klubunda çalışan rəqqasə ilə münasibətlərinə görə öz postundan uzaqlaşdırıla bilər. APA-nın Finlandiya mətbuatına istinadən yaydığı məlumata görə, Finlandiyanın hakim partiyası 29 yaşlı rəqqasəyə 200-dən artıq intim xarakterli SMS göndərən iki qız atası İlkka Kanervanı dəstəkləmədiyini bəyan edib.
[Hakim partiyanın lideri Yurki Kataynen bildirib ki, onlar İlkka Kanervanın xarici işlər naziri postunda qalmasını məqbul saymırlar və o, artıq partiyanın etimadını tamamilə itirib. Partiya lideri İlkka Kanervanın istefaya göndərilməsi barədə qərarın asanlıqla qəbul olunmadığını vurğulayıb. Finlandiya mətbuatının yazdığına görə, yeni xarici işlər nazirinin adı yaxın iki gün ərzində açıqlana bilər. Bununla belə, Finlandiya Xarici İşlər Nazirliyi İlkka Kanervanın xəstə olduğu və xəstəliyi ilə bağlı şərh vermədiyi barədə məlumat yayıb. O, xəstəliyi ilə əlaqədar NATO-nun Buxarest sammitində də iştirak edə bilməyəcək. Yeri gəlmişkən, bu, İlkka Kanervanın intim xarakterli ilk qalmaqalı deyil. 2005-ci ildə Finlandiya parlamentinə sədrlik edən İlkka Kanervanın o zaman iki fotomodelə intim xarakterli SMS göndərdiyi məlum olmuşdu. -
04-01-2008, 02:41 PMAPAMüasir Müsavat Partiyası Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək
[b]Müasir Müsavat Partiyası Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Müasir Müsavat Partiyası (MMP) aprelin 3-də Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. MMP-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunan ərazilərində vəziyyətə dair" qətnamənin əleyhinə səs verməsinə etiraz ediləcək. Piketdə "Fransa, antitürk siyasətindən əl çək!", "ATƏT-in həmsədrləri, ermənipərəstlikdən əl çək!", "Fransalı həmsədr tutduğu vəzifədən uşaqlaşdırılsın!" şüarları səsləndiriləcək. -
04-01-2008, 02:51 PMAPAAzərbaycan parlamentinin I vitse-spikeri: "Beynəlxalq hüquq müəyyən dövlətlərin güc vasitəsinə çevrilib"
[b]Azərbaycan parlamentinin I vitse-spikeri: "Beynəlxalq hüquq müəyyən dövlətlərin güc vasitəsinə çevrilib"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında millət vəkilləri BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti haqqında qəbul etdiyi qətnamənin lehinə və əleyhinə səs verən dövlətlərlə bağlı münasibətlərini açıqlayıblar. APA-nın məlumatına görə, deputat Əli Məsimli bildirib ki, parlament BMT-nin qətnaməsinə münasibət bildirməli, lehinə səs verənlərə müsbət, əleyhinə səs verənlərə mənfi reaksiya göstərilməlidir. Millət vəkili Qüdrət Həsənquliyev də məsələyə münasibət bildirilməsinin vacibliyini qeyd edib: "İndiyədək Azərbaycan Ermənistanla danışıqlar aparıb. Bu danışıqlar ATƏT-in Minsk Qrupu və digər qurumların iştirakı ilə keçirilib. Azərbaycanın ordunun gücləndirilməsi vacib idi və bu artıq baş verib. Parlamentdə Qarabağla bağlı müzakirələr aparılmalıdır". Azərbaycan torpaqlarının işğal altında olduğunu xatırladan deputat bildirib ki, bu məsələyə parlament münasibət bildirməlidir. O, 1998-ci ildə Heydər Əliyev tərəfindən belə müzakirələrin keçirildiyini söyləyib: "Mən təklif edirəm ki, prezidenti Milli Məclisə dəvət edərək, belə müzakirələr keçirək. Qətnamənin əleyhinə səs verənlərə parlament etiraz etməlidir". Digər deputatlar da çıxışlarında məsələyə münasibət bildirilməsinin vacib olduğunu bildiriblər. Millət vəkili Qənirə Paşayeva deyib ki, parlament qətnamə ilə bağlı Minsk Qrupunun üzvü olan dövlətlərə müraciət göndərməlidir. Millət vəkili Siyavuş Novruzov Azərbaycanın mövqeyini müdafiə edən Pakistan və Özbəkistana təşəkkür mətbunun göndərilməsinin vacib olduğunu söyləyib. Parlamentin I vitse-spikeri Ziyafət Əsgərov səslənən fikirlərlə razı olduğunu deyib: "Bu düzgün mövqedir. Bəzən beynəlxalq hüquqda nə hüquq qalır, nə də məntiq. Beynəlxalq hüquq müəyyən dövlətlərin güc vasitəsinə çevrilib". -
04-01-2008, 02:56 PMAPAAzərbaycan Milli Məclisinin sədri Rusiyaya gedəcək
[b]Azərbaycan Milli Məclisinin sədri Rusiyaya gedəcək[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 2-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq.
[APA-nın xəbərinə görə, bu barədə MM mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib. Nümayəndə heyəti MDB Parlament Assambleyasının 30-cu plenar iclasında və Assambleya Şurasının iclasında iştirak edəcək. Səfər çərçivəsində O. Əsədovun Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının prezidentləri, Moldovanın, Ukraynanın parlament sədrləri, Rusiya Dövlət Dumasının sədri ilə görüşü nəzərdə tutulub. -
04-01-2008, 03:01 PMAPAParisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir
[b]Parisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir[b]
[Bakı. Laçın Sultanova-APA. Parisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiya aprelin 17-nə kimi davam edəcək. Sessiyanın gündəliyində duran əsas məsələlər - təhsil, elm və mədəniyyət mövzusunda aktual məsələlərə aid "Hamıya təhsil" proqramının həyata keçirilməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinin qeyd olunması, yerli xalqların və ölməkdə olan dillərin qorunması, dünya təbii və mədəni irsinin qorunması, BMT tərəfindən 2011-ci ilin Beynəlxalq Kimya İli elan olunması məsələləri daxildir. Ölkəmizi sessiyada Azərbaycanın YUNESKO-dakı səfiri Eleonora Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. -
04-01-2008, 03:16 PMAPACorc Buş Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət olunması üçün ciddi çalışacağını bildirib
[b]Corc Buş Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət olunması üçün ciddi çalışacağını bildirib[b]
Kiyev - APA. "Mən Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət olunması üçün səylə işləyəcəyəm. Hesab edirəm ki, bu, həm bizim, həm də Ukrayna və Gürcüstanın maraqlarına uyğundur".
[APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, bunu Kiyevdə həmkarı Viktor Yuşşenko ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ prezidenti Corc Buş deyib. O, Ukrayna və Gürcüstanın üzvlüyünə dəstək almaq üçün NATO üzvü olan bir çox ölkənin rəhbəri ilə şəxsən danışdığını bildirib: "Biz müsbət cavab almaq üçün bir çox NATO üzvü ilə işləmişik. Şəxsən mən bir neçə liderlə danışdım, dövlət katibi Rays, cənab Hedli də öz həmkarları ilə müzakirə aparıblar. Mən tam əminəm ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü təşkilatımızın maraqlarına uyğundur". C. Buş NATO sammitində keçiriləcək səsvermənin necə nəticələnəcəyini əvvəlcədən söyləyə bilməyəcəyini vurğulayıb: "Ancaq mənim burada dayanmağım dediklərimi yerinə yetirdiyimə dair çox aydın siqnaldır". Bununla yanaşı, ABŞ prezidenti Ukraynaya təkcə NATO məsələsi ilə bağlı gəlmədiyini bildirib. Onun sözlərinə görə, Ukraynada baş verən "narıncı inqilab" amerikalıları heyrətə gətirib: "Son on il ərzində Ukrayna bizim vətəndaşlarımızı heyrətləndirib. Orada sizin mehriban dostlarınız var. Əsas məsələ korrupsiyalaşmamış, şəffaf, xalqa qulaq asan hökumətin olmasıdır. Belə bir hökumət Ukraynada var". Öz növbəsində Viktor Yuşşenko ümid etdiyini bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qoşulmasına müqavimət göstərməyəcək: "Mən istərdim ki, dünyada və Avropada bununla bağlı aparılan müzakirələr hansısa yeni ayırıcı pərdə yaranmasına səbəb olmasın və alyansın işinin təməl prinsipi - açıq qapı siyasəti heç NATO-nun üzvü olmayan bir ölkənin veto hüququ ilə əvəzlənməsin. Əminəm ki, biz düzgün strateji yolla gedirik və milli suverenlik çərçivəsində hərəkət edirik". -
04-01-2008, 05:56 PMAPAAzərbaycana gələn çinli immiqrantların sayı 3000 nəfəri keçib
[b]Azərbaycana gələn çinli immiqrantların sayı 3000 nəfəri keçib[b]
Bakı. Ramil Məmmədli-APA. "Miqrantlara Hüquqi Yardım Mərkəzi" İctimai Birliyi "Azərbaycanda miqrasiya proseslərinin mövcud vəziyyəti və miqrantların problemləri" mövzusunda mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, birliyin sədri Əlövsət Əliyev bildirib ki, BMT-nin araşdırmalarına əsasən, son 35 ildə dünyadakı miqrantların sayı 200 milyona çatıb. Miqrantların sayın görə ABŞ dünyada birinci, Rusiya ikinci, Almaniya üçüncü, Ukrayna dördüncü yerləri tutub. Ə. Əliyev Azərbaycanda isə 100 minə yaxın immiqrantın olduğunu deyib: "Rəsmi statistikaya əsasən, ölkə ərazisindəki miqrantların 9400 nəfəri daxili işlər orqanlarında qeydiyyatdan keçib, 632 nəfər isə inzibati qaydada ölkə hüdudlarından uzaqlaşdırılıb". O, çinli miqrantların Azərbaycana axını haqda da məlumat verib: "Qeyri-rəsmi hesablamalara görə, 2006-cı ildə Azərbaycana gələn çinli miqrantların sayı 1000 nəfər olduğu halda, 2007-ci ilin əvvəllərində onların sayı 3000 min nəfəri keçib. 2001-ci ildən indiyədək isə 5341 nəfər əcnəbiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycanda işləmək üçün fərdi icazə verilib". Azərbaycandakı miqrantların problemlərinə də toxunan Ə. Əliyev əcnəbilərin qeydiyyat müddətlərinin uzadılmasında mövcud olan problemlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda yaşayan əcnəbilərin hüquqi yardım almasına ciddi maneələr yaradılıb. O, bu və ya digər problemlərin həlli ilə bağlı hökumətə tövsiyələrlə müraciət etdiklərini də qeyd edib. -
04-01-2008, 06:01 PMAPAAzərbaycan Milli Məclisinin bugünkü iclasında bir neçə qanun qəbul edilib
[b]Azərbaycan Milli Məclisinin bugünkü iclasında bir neçə qanun qəbul edilib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin bugünkü iclasında 34 məsələ müzakirə olunaraq qəbul edilib. APA-nın məlumatına görə, millət vəkilləri "Avtomobil nəqliyyatı haqqında", "Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında" qanun layihələrini üçüncü oxunuşda qəbul ediblər. Bundan başqa, deputatlar Azərbaycanla Bolqarıstan, Yaponiya, Fransa, Misir respublikaları arasında bir sıra müqavilə və sazişlərin təsdiq edilməsi ilə bağlı məsələləri müzakirə edərək qəbul ediblər. İclasda həmçinin Ümumdünya Poçt İttifaqının ümumi reqlamentinin, Ümumdünya Poçt Konvensiyasının, Ümumdünya Poçt Konvensiyasının yekun protokolunun və "Poçt ödəniş xidmətləri haqqında" sazişin təsdiq edilməsi ilə bağlı sənədlər də ratifikasiya edilib. Millət vəkilləri "Hesablama palatası haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Nəşriyyat işi haqqında", "Baytarlıq haqqında" qanunlara da əlavə və dəyişikliklərə müsbət münasibət bildiriblər. -
04-01-2008, 06:11 PMAPA2007-ci ildə Rusiyada 12 azərbaycanlı qətlə yetirilib, 56 soydaşımız isə yaralanıb
[b]2007-ci ildə Rusiyada 12 azərbaycanlı qətlə yetirilib, 56 soydaşımız isə yaralanıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Ötən il Rusiyada 12 azərbaycanlı miqrant qətlə yetirilib, 56 nəfər isə yaralanıb. "Miqrantlara Hüquqi Yardım Mərkəzi" İctimai Birliyinin sədri Əlövsət Əliyev APA-ya bildirib ki, bu ölkədə yaşayan azərbaycanlı miqrantlar ötən il ərzində 248 dəfə hücumlara məruz qalıblar: "Ötən il Rusiyada azərbaycanlılara məxsus 101 ticarət obyekti dağıdılıb, yandırılıb və ya qarət olunub. Bu ilin üç ayı ərzində isə soydaşlarımıza qarşı törədilən 5 ağır cinayət faktı qeydə alınıb. Azərbaycanlılara qarşı cinayət faktlarının artmasına səbəb isə Rusiyada yerli millətçilər arasında anti-azərbaycanlı təbliğatının güclənməsidir". Ə. Əliyev ötən il Ukraynadan deportasiya olunan əcnəbilərin 30 faizini azərbaycanlıların təşkil etdiyini deyib. Onun sözlərinə görə, 2007-ci ildə Ukraynadan 13 min əcnəbi deportasiya edilib. Birlik rəhbəri ötən il xarici ölkələrdə qaçqın statusu almaq istəyən Azərbaycan vətəndaşlarının sayının azaldığını da vurğulayıb. -
04-01-2008, 06:16 PMAPANovruz Məmmədov: "Azərbaycan prezidenti NATO sammiti çərçivəsində bir neçə iclasda çıxış edəcək"
[b]Novruz Məmmədov: "Azərbaycan prezidenti NATO sammiti çərçivəsində bir neçə iclasda çıxış edəcək"[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan NATO-nun müxtəlif proqramları çərçivəsində alyansla çox uğurlu əməkdaşlıq edir". Bunu APA-ya açıqlamasında Prezidentin İcra Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov deyib.
[Rəsmi Bakının Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlıq etdiyini xatırladan şöbə müdiri bildirib ki, Azərbaycan dünyada təhlükəsizliyin təmin olunmasına böyük töhfə verir. N. Məmmədov Azərbaycan prezidentinin NATO-nun Buxarest sammiti çərçivəsində keçiriləcək bir neçə böyük iclasda çıxış edəcəyini açıqlayıb. Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanla NATO arasında əməkdaşlıq məsələlərinə dair fikirlərini bildirəcək.Qeyd edək ki, prezident İ. Əliyev sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək. Onun Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko və digər həmkarları ilə görüşləri nəzərdə tutulub. -
04-01-2008, 06:21 PMAPAAzərbaycan İslam Partiyası müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb
[b]Azərbaycan İslam Partiyası müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb. AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın bunun bağlı bu gün yaydığı bəyanatda Hollandiyada İslam dinini təhqir edən qəzet materialının və qısametrajlı filmin nümayiş etdirilməsinə diqqət yönəldilib: "Hollandiya siyasətçilərinin İslamın və Qurani-Kərimin bəşəri dəyərlərinə kölgə salmağa xidmət edən təxribat niyyətli filmin nümayişini müsəlmanlara qarşı düşmənçilik, o cümlədən də təhqir siyasətinin davamı kimi qiymətləndiririk. Bu səbəbdən də bütün müsəlman ölkələrindən Hollandiya ilə iqtisadi və siyasi əlaqələri kəsməyi tələb edirik". -
04-01-2008, 06:26 PMAPAAzərbaycan ATƏT-in katibliyinə göndərdiyi sorğuya hələ cavab almayıb
[b]Azərbaycan ATƏT-in katibliyinə göndərdiyi sorğuya hələ cavab almayıb[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi mexanizmi barədə bu təşkilatın katibliyinə göndərdiyi sorğuya hələ cavab almayıb.
[Bunu APA-ya Prezidentin İcra Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, ATƏT katibliyi sorğuya rəsmi cavab verdikdən sonra Azərbaycan öz mövqeyini bildirəcək. Şöbə müdirinin sözlərinə görə, Azərbaycanın taleyüklü məsələsi ilə məşğul olan tərəflərin, yəni həmsədrlərin fəaliyyətinə nəzər salmağa rəsmi Bakının ixtiyarı və hüququ var: "Son proseslərdə onların davranışı bizi müəyyən mənada təəccübləndirdi və təəssüfləndirdi". -
04-01-2008, 06:31 PMAPAAraz Əzimov: "Minsk Qrupuna həmsədr ölkələrin qətnamənin əleyhinə səs verməsini obyektiv addım sayması ilə razı deyilik"
[b]Araz Əzimov: "Minsk Qrupuna həmsədr ölkələrin qətnamənin əleyhinə səs verməsini obyektiv addım sayması ilə razı deyilik"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Güc yolu ilə əldə olunmuş, yerli əhalisi qovulan ərazidə heç bir bərpa-yenidənqurma işlərindən söhbət gedə bilməz". APA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ermənilərin işğal altında saxladıqları Azərbaycanın Laçın rayonunda apardıqları bərpa və yenidənqurma işlərinə münasibət bildirib:
["Azərbaycan tərəfi işğal altında olan ərazilərdə baş verən hadisələrdən xəbərdardır. Bu, artıq məlum faktlardır. Azərbaycan da Dağlıq Qarabağda bərpa-yenidənqurma işlərinin aparılmasına tərəfdardır. Lakin bu, yalnız münaqişənin həllindən sonra baş verə bilər". Robert Köçəryanın "Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq" tipli bəyanatını şərh edən Araz Əzimov rəsmi Bakının bu kimi qeyri-qanuni hərəkətlərə qanuni cavab verəcəyini deyib. O, münaqişənin həlli prosesinə cəlb olunan bütün subyektlərin problemin sülh yolu ilə həllinə tərəfdar olduqlarını deyib. Nazir müavininin sözlərinə görə, Azərbaycan ATƏT-in Minsk Qrupunun statusunu şübhə altına almır və əvvəlki formata sadiqdir: "Lakin ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin qətnamənin əleyhinə səs verməsini obyektiv addım sayması ilə razı deyilik. Bu, qeyri-obyektiv qiymətləndirmədir". -
04-01-2008, 06:36 PMAPAAzərbaycanlı karikaturaçı-rəssam Kubada keçirilən beynəlxalq müsabiqəsinin qalibi olub
[b]Azərbaycanlı karikaturaçı-rəssam Kubada keçirilən beynəlxalq müsabiqəsinin qalibi olub[b]
[Bakı. Ülkər Qasımova-APA. Kubanın tanınmış "Dedete" satirik qəzeti beynəlxalq karikatura müsabiqəsi keçirib. APA-nın məlumatına görə, müsabiqənin məqsədi dünyada mövcud ekoloji problemləri karikatura rəsmləri vasitəsilə insanlara çatdırmaq olub. Müsabiqədə 37 ölkədən 300 karikaturaçının iştirak edib. Azərbaycanı təmsil edən karikaturaçı Seyran Cəfərli müsabiqənin qalibi seçilib. O, müsabiqənin əsas mükafatı olan "Qran Premio"ya layiq görülüb və çəkdiyi karikatura rəsmi "Dedete" qəzetinin ön səhifəsində dərc edilib.Qeyd edək ki, Seyran Cəfərli Bakıda nəşr olunan "Karikatura" jurnalının baş redaktorudur. -
04-01-2008, 06:41 PMAPAEstoniya parlamentinin vitse-spikeri: "BMT-də keçirilən səsvermədə bitərəf qalmağımız Avropa Birliyinin mövqeyindən çıxış etməyimizlə əlaqədar idi"
[b]Estoniya parlamentinin vitse-spikeri: "BMT-də keçirilən səsvermədə bitərəf qalmağımız Avropa Birliyinin mövqeyindən çıxış etməyimizlə əlaqədar idi"[b]
[O, Estoniyanın Avropa Birliyinin mövqeyindən çıxış etdiyini bildirib: "Ərazi bütövlüyü məsələsinə gəldikdə isə, Estoniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, qaçqınların öz yurd-yuvasına qayıtmasını istəyir və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Estoniya Azərbaycanın NATO-ya inteqrasiya siyasətini də dəstəkləyir. Əgər Azərbaycan NATO-ya üzv olmağa böyük maraq nümayiş etdirərsə, Estoniya öz təcrübəsindən yararlanaraq ölkənizə hər cür yardım göstərməyə hazırdır". -
04-01-2008, 06:46 PMAPAATƏT-in İrəvan ofisinin əməkdaşını müxalifətçi zənn edən erməni polisləri onu zorla bölməyə aparıblar
[b]ATƏT-in İrəvan ofisinin əməkdaşını müxalifətçi zənn edən erməni polisləri onu zorla bölməyə aparıblar[b]
İrəvan - APA. Martın 27-də ATƏT-in İrəvandakı ofisinin xanım əməkdaşlarından biri saxlanılaraq polisə aparılıb.
[APA-nın Ermənistan mənbələrinə istinadən verdiyi məlumata görə, öz yaxını ilə "Armentel" mobil rabitə operatorunun şəhərin Şimal prospektində yerləşən bölməsinə daxil olan ATƏT nümayəndəsi polisin diqqətini cəlb edib. Onları həmin prospektdə etiraz aksiyası üsulu kimi gəzintiyə çıxmış müxalifətçi hesab edən polislər heç bir izahat vermədən xanımları maşına basaraq bölməyə aparıblar. İnsident barədə məlumat alan ATƏT ofisi məsələyə qarışdıqdan sonra saxlanılanlar sərbəst buraxılıb. ATƏT-in İrəvan ofisi hadisə ilə bağlı hakimiyyətdən izahat istəyib. -
04-01-2008, 06:51 PMAPAHəbsdə olan Ermənistan müxalifətçiləri aclıq elan edib
[b]Həbsdə olan Ermənistan müxalifətçiləri aclıq elan edib[b]
[İrəvan - APA. Ermənistan müxalifətinin həbsdə olan 10-dan çox tanınmış nümayəndəsi aclıq elan edib. APA-nın Ermənistan mənbələrinə istinadən verdiyi məlumata görə, aclıq aksiyası keçirənlər arasında Levon Ter-Petrosyanın seçki qərargahının rəhbəri, keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan, parlament sədrinin keçmiş müavini Karapet Rubinyan, deputat Myasnik Malxasyan, "Respublika" Partiyasının İdarə Heyətinin üzvləri Smbat Ayvazyan və Suren Surenyants da var. Onlar siyasi motivlə həbs olunduqlarını bildirərək barələrində qaldırılmış cinayət işlərinin ləğv olunmasını tələb edirlər. Qeyd edək ki, İrəvanda baş verən 1-2 mart hadisələrinə görə 100-dən çox adam həbs olunub. -
04-01-2008, 06:56 PMAPAAraz Əzimov: "Həmsədrlər bizim mesajlarımızdan nəticə çıxara biliblərsə, bu, yaxşı haldır"
[b]Araz Əzimov: "Həmsədrlər bizim mesajlarımızdan nəticə çıxara biliblərsə, bu, yaxşı haldır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Prezidentlərin görüşü onların özlərindən asılıdır. Məsələ sadəcə, görüşməkdən ibarət deyil, danışıqlar üçün əsas yaranmasından ibarətdir". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.
[O, Azərbaycanın ərazi bütövlüyü məsələsinin danışıqların aparılması üçün əsas olduğunu deyib: "Əgər danışıqların əsasında yenə də siyasi uydurmalar durursa, bu, görüş üçün əsas götürülə bilməz. Azərbaycan tərəfi yenə də bildirir ki, ərazi bütövlüyü alternativsiz əsasdır, danışıqlar bunun əsasında aparılırsa, biz dialoqa hazırıq". Araz Əzimov münaqişənin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun öz potensialını tam şəkildə ortaya qoymadığını bildirib: "Biz görürük ki, Minsk Qrupu öz potensialından tam istifadə etmir. Digər tərəfdən, həmsədrlər münaqişənin nizamlanması prosesini öz inhisarına alaraq bu prosesi istədikləri istiqamətə yönəldir və qeyri-müəyyənlik yaradırlar. Həmsədrlər bizim mesajlarımızdan nəticə çıxara biliblərsə, bu, yaxşı haldır. Həmsədr ölkələrin üzərinə böyük məsuliyyət düşür, bu məsuliyyəti yerinə yetirən şəxslər bunu dərk etməlidir". -
04-01-2008, 07:01 PMAPAAzərbaycan Dövlət Musiqili Komediya Teatrının truppası Masallıya qastrola gedəcək
[b]Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppası Masallıya qastrola gedəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi yaxın günlərdə Masallıya qastrola gedəcək. Teatrın aktyoru Novruz Qartal APA-ya bildirib ki, səfər çərçivəsində teatr truppası aprelin 9-da İsi Məlikzadə və Süleyman Ələsgərovun "Kələkbazlar" tamaşası ilə çıxış edəcək. Tamaşada rolları Novruz Qartal, Çingiz Əhmədov, Emma Məlikova, Əzizağa Əzizov, Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Mehriban Zalıyeva və Elnarə Yusifova ifa edəcəklər. Tamaşanın rejissoru Əhəd Hacıyevdir. Səfər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Bundan başqa truppanın Xaçmaz rayonuna da qastrol səfəri nəzərdə tutulur. -
04-01-2008, 07:06 PMAPAAzərbaycan DİN İdarə rəisi: "Ötən il mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı artıb"
[b]Azərbaycan DİN İdarə rəisi: "Ötən il mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı artıb"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili işlər orqanlarında mövcud olan sağlam mənəvi-psixoloji durumun qorunub saxlanılması, nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülüb, nəticədə gənc əməkdaşlar tərəfindən intizam qaydalarının pozulması 51,1 faiz azalıb, xidmətin birinci ilində fərqləndiyinə görə mükafatlandırılan əməkdaşların sayı 13,1 faiz artıb.
[Bu barədə Daxili İşlər Nazirliyində (DİN) bu gün keçirilən Kollegiya iclasında çıxış edən nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov bildirib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idarə rəisi bildirib ki, eyni zamanda 2006-cı illə müqayisədə ötən il xidməti qəbahətləri yığıncaqlarda müzakirə edilən əməkdaşların və icra intizamı qaydalarının pozulması faktları üzrə qəbul edilmiş prinsipial qərarlar nəticəsində mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı artıb. -
04-01-2008, 07:11 PMAPAİsrail Knessetinin komissiyasının iclasında «erməni soyqırımı» məsələsinin müzakirəyə çıxarılması ilə insident baş verib
[b]İsrail Knessetinin komissiyasının iclasında «erməni soyqırımı» məsələsinin müzakirəyə çıxarılması ilə insident baş verib[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün İsrail Knessetinin reqlament üzrə komissiyasının iclasında Knessetin hansı komissiyasında «erməni soyqırımı» məsələsinin müzakirə edilməsi barədə müzakirələr aparılıb.
[APA-nın İsrail KİV-nə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı əslən Bakıdan olan İosif Şaqalla hakim partiyanın təmsilçisi Zeyev Elkin arasında qalmaqal düşüb, onlar bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Bununla belə, müzakirə və mübahisələrin sonunda «erməni məsələsinin» Knessetin Xarici işlər və təhlükəsizlik komissiyasında müzakirə olunması barədə qərar qəbul olunub. İclasdan sonra İ. Şaqal jurnalistlərə 1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin tarixi fakt olduğunu deyib: «Ermənilər Türkiyə vətəndaşları olduqları halda, rus-türk müharibəsində Rusiyanın tərəfindən iştirak ediblər. Bu hal kollaborasionizm adlanır. Analoji hadisə birinci Livan müharibəsi zamanı İsrailin tərəfində olan SADAL döyüşçüləri ilə bağlı da yaşandı. "Hizbullah" gələndə, bizim tərəfimizdə olan və ölkədən çıxa bilməyənləri güllələdi. Nəzərə almaq lazımdır ki, onlar xristian olduqları üçün yox, məhz kollaborasionist olduqları üçün öldürüldülər". -
04-01-2008, 07:16 PMAPAAzərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya keçirilib
[b]Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Aprelin 1-də Daxili İşlər Nazirliyində keçmiş illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması istiqamətində, həmçinin şəxsi heyət arasında mənəvi-psixoloji durumun, nizam-intizamın, sosial müdafiə işinin yaxşılaşdırılması üzrə fəaliyyətin təşkili və görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov ölkədə əməliyyat şəraitinə ciddi təsiri olan, ictimai təhlükəliliyi baxımından xüsusilə fərqlənən qəsdən adam öldürmə cinayətlərinin qarşısının alınması və açılması sahəsində əməliyyat-xidməti fəaliyyətin düzgün və səmərəli təşkilinin daim nazirliyin rəhbərliyinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Nazir bu işdə daxili işlər orqanlarının digər hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini deyib. Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov məruzə ilə çıxış ediblər. Sonra R. Usubov gündəlikdəki məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib. O, ərazi polis orqanlarının rəislərinin hər bir qəsdən adam öldürmə faktının açılması, bu faktlara görə axtarılan şəxslərin yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə bilavasitə rəhbərlik etmələrini, eyni zamanda, xəbərsiz itkin düşmüş şəxslərin qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimallarını dərindən araşdırılmalarını, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanları qarşısında vəsatət qaldırmalarını tələb edib. R. Usubov diqqəti şəxsi heyət arasında mənəvi-psixoloji durumun, nizam-intizamın möhkəmləndirilməsi, sosial müdafiə işinin yaxşılaşdırılması sahəsində daha ciddi tədbirlərin görülməsinə yönəldib. -
04-01-2008, 07:21 PMAPARumıniyanın Azərbaycandakı səfiri NATO sammiti ilə bağlı mətbuat konfransı keçirib
[b]Rumıniyanın Azərbaycandakı səfiri NATO sammiti ilə bağlı mətbuat konfransı keçirib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, səfir NATO-nun Buxarest sammiti və ölkəsinin hərbi-siyasi alyansda iştirakı barədə danışıb. O bildirib ki, Rumıniya NATO-nun Kosovo məsələsində fəallıq göstərəcəyinə və bu məsələnin sammitdə müzakirəsinə ümid edir. N. Ureki Kosovo məsələsində yalnız BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi çərçivəsində fəaliyyət göstərəcəklərini söyləyib. Diplomat hələlik Kosovonun tanınması kimi qiymətləndirilə biləcək addımlar atmaq fikrində olmadıqlarını açıqlayıb.