[b]Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə APA-ya AMEA-dan məlumat verilib. Konfransda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən məruzələr dinləniləcək, xidmətlərindən söhbət açılacaq.
Azərbaycan Xəbərləri
Printable View

03-30-2008, 03:36 PMAPAHeydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

03-30-2008, 03:46 PMAPAAzərbaycan sülhməramlılarının Kosovodan geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir
[b]Azərbaycan sülhməramlılarının Kosovodan geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın Kosovoda sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərinin geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir.
[Bu barədə APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, Kosovodan geri qayıdacaq hərbçilərin daha sonra hansı ölkələrdə sülhyaratma əməliyyatlarında iştirak edəcəkləri hələ məlum deyil. Nazirlik təmsilçisi bununla bağlı sülhməramlılar Azərbaycana qayıdandan sonra qərar veriləcəyini deyib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı Türkiyə taborunun tərkibində 1999-cu ildən Kosovonun Draqaş bölgəsində sülhyaratma missiyasını həyata keçirib. Azərbaycan taqımının xidməti ərazisinə 18 yaşayış məntəqəsi daxil olub. Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə əlaqədar Milli Məclis martın 4-də sülhməramlıların Kosovodan geri çağırılması haqqında qərar qəbul edib. -
03-30-2008, 04:01 PMAPABahar Muradova: "Minsk Qrupunun həmsədrləri təcavüzü törədənlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymamalıdır"
[b]Bahar Muradova: "Minsk Qrupunun həmsədrləri təcavüzü törədənlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymamalıdır"[b]
[Bakı. Ramil Məmmədli-APA. "ATƏT-in Minsk Qrupunun həmsədrləri təcavüzü törədənlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymamalıdır". APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, həmsədr ölkələrin dəyişdirilməsi ilə bağlı ictimai təşkilatların mövqeyini anlamaq başa düşüləndir. B. Muradova Minsk Qrupunun münaqişənin həllindəki vasitəçilik missiyasını da tənqid edib: "Minsk Qrupu öz vasitəçilik missiyasını həyata keçirsə də, təəssüf ki, bu missiya istənilən nəticəni verə bilmir. Çünki bu günə qədər tərəfləri razılaşdıran variant ortaya qoyulmayıb. Bu durum həmsədrlərin fəaliyyəti ilə yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyindən qaynaqlanır. Digər tərəfdən də həmsədrlər tərəflərin mövqelərini balanslaşdırmağa səy göstərməməlidir. Təəssüf ki, BMT-nin işğal faktı ilə bağlı son qətnaməsinin müzakirəsi də göstərdi ki, həmsədrlərin mövqeyi münaqişənin həllinin uzanmasına gətirib çıxarır. Minsk Qrupu bu qətnamənin qəbulu zamanı ən azı bitərəf qala bilərdi". -
03-30-2008, 04:11 PMAPAABŞ-ın BMT-dəki keçmiş səfiri: "BMT Azərbaycanda baş vermiş soyqırımlara görə hərbi tribunalın təşkili üçün siyasi iradə nümayiş etdirməlidir"
[b]ABŞ-ın BMT-dəki keçmiş səfiri: "BMT Azərbaycanda baş vermiş soyqırımlara görə hərbi tribunalın təşkili üçün siyasi iradə nümayiş etdirməlidir"[b]
Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanda baş verən soyqırım aktlarına görə hərbi tribunalın təşkil edilməsi üçün BMT güclü siyasi iradə nümayiş etdirməlidir". Bunu Bakıda səfərdə olan ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı keçmiş səfiri Sichan Siv deyib.
[O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktları BMT tərəfindən pislənilməlidir: "Ermənistanın Azərbaycana təcavüzü baş verməməli idi. Ümumiyyətlə, belə hadisələr qınanmalı və mühakimə edilməlidir. BMT mürəkkəb təşkilatdır. Təşkilatın hər bir üzvü baş verənlərə qiymət verməlidir ki, soyqırıma görə hərbi tribunal təşkil edilsin". Keçmiş səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinə münasibət bildirməyib. O, ailə üzvlərinin soyqırıma məruz qaldığını da açıqlayıb: "Azərbaycandakı soyqırım hadisələrinə dair baxdığım filmdə deyilir ki, "qətllər törədilirdi, amma dünya bunu izləyirdi". Vaxtilə yaşadığım Kambocada da eyni vəziyyət baş vermişdi. İnsanları öldürürdülər, dünya isə sakitcə izləyirdi. O vaxt yalnız 5 ölkə bunu pisləmişdi. Ümid edirəm ki, gələcəkdə beynəlxalq aləm belə hadisələrin qarşısını vaxtında ala biləcək". -
03-30-2008, 05:26 PMAPAMüsavat Partiyası 31 mart soyqırımının ildönümü münasibətilə tədbir keçirib
[b]Müsavat Partiyası 31 mart soyqırımının ildönümü münasibətilə tədbir keçirib[b]
[Bakı. Elnur Məmmədli - APA. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Müsavat Partiyasının qərargahında anım tədbiri keçirilib. APA-nın məlumatına görə, partiyanın başqanı İsa Qəmbər öz çıxışında bu qətliamın erməni və bolşeviklərin birgə törətdiyi cinayət hadisəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, bu hadisəyə düzgün yanaşmanı Məmməd Əmin Rəsulzadə öz əsərlərində göstərib. İ. Qəmbərin fikrincə, bu soyqırımı faktı Azərbaycan ictimaiyyətinin şüurunda geniş yayılmayıb: "Bu kimi hadisələrin gələcəkdə də təkrarlanmamağı üçün faktın araşdırılması mütəxəssislərin əsas vəzifəsidir". Tarix elmlər namizədi Məryəm Oruclu 31 mart soyqırımının ermənilərin əsrlər boyu həyata keçirdiyi qətliamların davamı olduğunu deyib. Onun sözlərinə görə, hadisə zamanı minlərlə Azərbaycan türkü qətlə yetirilib, etnik təmizləmə həyata keçirilib. Müsavat başqanını müavini, professor Qabil Hüseynli ermənilərin həyata keçirdiyi soyqırımı prosesinin uzun bir dövrü əhatə etdiyini deyib. Onun sözlərinə görə, bu proses Qars və İqdırdan başlayıb, Urmiya, İrəvan, Bakı, Quba, Neftçala və digər ərazilərdə davam edib. Natiq həyata keçirilən soyqırımı faktının böyük bir ərazini əhatə etdiyini və hadisə nəticəsində ümumilikdə 1,5 milyona qədər türkün qətlə yetirildiyini deyib. Müsavat Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ermənilərin türklər tərəfindən soyqırımına məruz qalması ilə bağlı yalançı təbliğat apardığını və müəyyən nəticələr əldə etdiklərini bildirib. O, hadisənin mahiyyətinin Azərbaycan və beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının vacib olduğunu qeyd edib. -
03-30-2008, 05:31 PMAPADünyanın bir sıra ölkələrində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçiriləcək
[b]Dünyanın bir sıra ölkələrində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçiriləcək[b]
[Bakı.Ülviyyə Əliyeva-APA. 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək. Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin APA-ya verdiyi məlumata görə, martın 31-də bu ölkə KİV-də soyqırımına həsr olunmuş yazılar dərc olunacaq, Küveytin xarici işlər naziri başda olmaqla, dövlət rəsmiləri və diaspora nümayəndələri ilə görüşlər təşkil olunacaq. Azərbaycanın İordaniyadakı səfirliyində isə martın 31-də bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə İordaniyanın siyasi-ictimai həyatında aktiv iştirak edən ziyalılarla yanaşı, bu ölkənin universitetlərində oxuyan tələbələr də iştirak edəcək. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, sabah səfir Namiq Əliyev və bir qrup azərbaycanlı Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edəcək. Marneulidəki Azərbaycan Mədəniyyət Mərkəzində soyqırımı ilə bağlı fotosərgi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən isə bildirilib ki sabah bu ölkədəki dövlət qurumları və diplomatik nümayəndəliklərə, KİV-ə soyqırımı faktları ilə bağlı məlumatlar göndəriləcək. -
03-30-2008, 05:36 PMAPAElmira Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək
[b]Elmira Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova martın 31-dən aprelin 4-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, E. Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək. MDB Parlamentlərarası Assambleyasının aprelin 3-4-də keçiriləcək tədbirləri çərçivəsində E. Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman" adlı çoxcildlik tədqiqatının rus dilində çapdan çıxmış I və II cildlərinin təqdimat mərasimi də olacaq. -
03-30-2008, 05:41 PMAPAMəhkəmə Hacı Məmmədovun həbsdə olan yeznəsinin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib
[b]Məhkəmə Hacı Məmmədovun həbsdə olan yeznəsinin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə ağır cinayətlərdə ittiham olunan Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bacısının əri Xosrov Cavadovun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunması ilə bağlı apellyasiya şikayətinə baxılıb.
[X. Cavadovun vəkili İsaxan Aşurovun APA-ya verdiyi məlumata görə, proses X. Cavadovun iştirakı olmadan keçirilib. Məhkəmədə X. Cavadovun şikayəti təmin olunub və onun vaxtından əvvəl azad olunmasına qərar verilib. Qeyd edək ki, X. Cavadov qanunsuz silah saxlamaqda ittiham olunaraq 2005-ci ildə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasının başa çatmasına 5 ay 12 gün qalırdı. -
03-31-2008, 11:21 AMAPAAzərbaycan prezidenti Dövlət Filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub
[b]Azərbaycan prezidenti Dövlət Filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dövlət Filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə filarmoniyanın yerləşdiyi bağa gəliblər. Bakının ilk yaşıllıq zolaqlarından olan bu bağın əsası 1830-cu ildə qoyulub, 1859-cu ildə ərazisi genişləndirilib. Prezident İ. Əliyevə məlumat verilib ki, burada bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar da aparılır. Ərazidə İçərişəhərin ikinci qala divarı və qala qapısı aşkar olunub. Mütəxəssislərin fikrincə, buna əsasən dəniz sularının altında qalan Səbayel qalasının İçərişəhərlə bağlı olması ehtimalı istisna edilmir. Dövlət başçısına burada qədim su quyularının aşkar olunması barədə də məlumat verilib, onların bərpa edilərək, bulaq kompleksi kimi əhalinin istifadəsinə veriləcəyi bildirilib.Prezident İ. Əliyev və xanımı İçərişəhərin keçmişini əks etdirən fotoşəkillə, qazıntılar zamanı tapılmış mədəniyyət nümunələri ilə tanış olublar. Prezident bərpa və yenidənqurma işlərinin keyfiyyətlə görülməsi, maddi-mədəniyyət abidələrini diqqətlə bərpa edilməsi barədə tapşırıq verib.Sonra dövlət başçısı və xanımı dənizkənarı Milli Parka gəliblər. Prezidentin sərəncamı ilə burada geniş abadlıq və yenidənqurma işlərinə başlanıb.Dənizkənarı bulvar kimi tanınan parkın əsası 1909-cu ildə qoyulub, sonralar hər iki istiqamətdə genişləndirilib. 1970-ci illərdə, Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma tədbirləri geniş vüsət alanda dənizkənarı bulvarda da xeyli iş görülüb. 1998-ci il dekabrın 29-da prezident Heydər Əliyevin sərəncamı ilə bulvara Milli Park statusu verilib. Hazırda parkın uzunluğu 3 kilometr, sahəsi 70 hektardır.Prezident İ. Əliyevə məlumat verilib ki, parkda yeni çəmənliklər salınacaq, müxtəlif çeşidli gül kolları əkiləcək, ən müasir standartlara cavab verən yeni attraksionlar quraşdırılacaq. Dövlət başçısı parkda abadlaşdırma və yenidənqurma işlərinin yüksək keyfiyyətlə görülməsi ilə bağlı tapşırıqlarını verib. -
03-31-2008, 11:26 AMAPAAzərbaycanın Füzuli rayonunda su kanalından xeyli sayda hərbi sursat aşkarlanıb
[b]Azərbaycanın Füzuli rayonunda su kanalından xeyli sayda hərbi sursat aşkarlanıb[b]
[Füzuli. Teymur Zahidoğlu-APA. Bu gün Füzuli rayonun Kərimbəyli kəndi yaxınlığında Baş Mil kanalından xeyli sayda hərbi sursat aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Kərimbəyli kənd sakini Soltan Məmmədov kanalın içindən xeyli sayda partlamamış tank və top mərmiləri tapıb. Daha sonra isə o, bununla əlaqədar ANAMA-ya məlumat verib. ANAMA-nın mütəxəssislərinin "Azərsu" SC-yə müraciətindən sonra kanalda su dayandırılıb və əraziyə baxış keçirilib. Mütəxəssislər daha bir neçə yerdə partlamamış hərbi sursat aşkarlayıblar və belə qənaətə gəliblər ki, kanal, həmçinin ətraf əraziləri çirkləndirilib, ərazidə xeyli saytda hərbi sursat olması ehtimal edilib. Onlar bunun 1993-94-cü illərdə ərazi düşmən işğalında olarkən atıldığını da güman ediblər. Ərazinin təmizlənməsi üçün ANAMA tərəfindən müasir avadanlıq cəlb edilib. Qurumdan onu da bildiriblər ki, tam təmizləmə işləri payızda kənd təsərrüfatında suya daha az ehtiyac olduğu vaxtda aparılacaq. Həmin vaxt kanalda su axını dayandırılaraq, təmizlənmə işləri görüləcək.İlkin mərhələdə isə kanalın yaşayış məntəqələrinə yaxın əraziləri və körpülərin altı təmizlənəcək. -
03-31-2008, 11:31 AMAPAAzərbaycan paytaxtında 20 yaşlı qızı oğurlayaraq zorlayan 3 nəfər həbs olunub
[b]Azərbaycan paytaxtında 20 yaşlı qızı oğurlayaraq zorlayan 3 nəfər həbs olunub[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Dünən günorta saatlarında metronun "20 Yanvar" stansiyasının yaxınlığında 20 yaşlı qız oğurlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisənin şahidlərinin sözlərindən məlum olub ki, qızı zorla "AzSamand" markalı avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar.
[Polislərin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qızı Müşfiqabad qəsəbə sakini, 1981-ci il təvəllüdlü Seymur Abbasovun oğurladığı və Novxanıdakı bağ evinə apardığı müəyyənləşib. Əməliyyat qrupu S. Abbasovla yanaşı, bağ evində onun iş yoldaşları Rəşad Hacıyev və Samir Sadıxovu da yaxalayıb. Hələlik adı açıqlanmayan zərərçəkən isə bildirib ki, oğlanlar onu bağ evinə apararaq orada döyüb, sonra isə zorlayıblar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. -
03-31-2008, 11:36 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 30-da saat 11.40-dan 23.55-dək fasilələrlə Ermənistanın Berd, İcevan və Noyemberyan rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu, Tovuz rayonunun Ağbulaq və Ağdam kəndləri, Qazax rayonunun isə Qızıl Hacılı və Aşağı Əskipara kəndləri sahəsindəki mövqelərini, saat 12.40-dan 12.50-dək və saat 21.20-dən 22.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.50-dən 00.00-dək ara-sıra Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-31-2008, 12:31 PMAPARumıniya prezidenti yol qəzası törətdiyinə görə cəzalandırılıb
[b]Rumıniya prezidenti yol qəzası törətdiyinə görə cəzalandırılıb[b]
[Bakı. Laçın Sultanova - APA. Rumıniya prezidenti Trayan Basesku kiçik yol-nəqliyyat hadisəsinin səbəbkarı olub. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, T. Baseskunun idarə etdiyi avtomobil şəhər meriyasının binası yaxınlığında öndə hərəkət edən başqa bir avtomobilə dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Prezident mühafizəçilərinin müşayiəti ilə yol polisi idarəsinə gedərək protokol doldurub və alkoqol testindən keçib. Törətdiyi qəzaya görə dövlət başçısına 3 cərimə bəndi cəza (il ərzində 15 cərimə alan sürücü imtahandan keçməli olur) kəsilib və o, 100 ley (40 dollar) məbləğində cərimələnib. Hadisənin səbəbkarı olduğunu etiraf edən T. Basesku bildirib ki, vaxtilə Buxarestin meri işləyərkən oturduğu kabinetin pəncərələrinə baxdığı üçün qarşıdakı maşına diqqət yetirməyib. -
03-31-2008, 12:36 PMAPAAvropa Məhkəməsinin hakimi vəzifəsinə Azərbaycandan olan namizədlərlə bağlı müzakirələr AŞ PA-nın aprelin 15-də keçiriləcək iclasında aparılacaq
[b]Avropa Məhkəməsinin hakimi vəzifəsinə Azərbaycandan olan namizədlərlə bağlı müzakirələr AŞ PA-nın aprelin 15-də keçiriləcək iclasında aparılacaq[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsinə müəyyənləşdirilən namizədlərlə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının aprelin 15-də keçiriləcək iclasında müzakirələr aparılacaq.
[Bu barədə APA-ya Azərbaycan Respublikasının İnsan Haqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov məlumat verib. Ç. Əsgərov güman edir ki, müzakirələr zamanı müsbət qərar qəbul olunacaq və Azərbaycandan Avropa Məhkəməsində çalışacaq hakim müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyevin, Rövşən İsmayılovun və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. Namizədlərlə bağlı AŞ PA-nın Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müzakirələr aparılıb. Alt Komitənin Azərbaycandan olan namizədlər haqqında müsbət rəy açıqladığı bildirilib. -
03-31-2008, 12:41 PMAPAİlk dəfə olaraq "Ukrayna-Azərbaycan tədris lüğəti" nəşr olunub
[b]İlk dəfə olaraq "Ukrayna-Azərbaycan tədris lüğəti" nəşr olunub[b]
[Bakı. Laçın Sultanova - APA. İlk dəfə olaraq "Ukrayna-Azərbaycan tədris lüğəti" nəşr olunub. Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, lüğət Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetskinin təşəbbüsü ilə Bakı Slavyan Universiteti (BSU) tərəfindən hazırlanıb və nəşr edilib. Lüğətdə 11 minə yaxın söz və müasir Ukrayna dilinin frazeoloji birləşmələri yer alıb. Sözlərin tərcüməsi ilə yanaşı, lüğətdə Ukrayna dilini öyrənmək üçün vacib olan sözlərdən istifadəyə dair nümunələr və sözlərin əsas qrammatik formaları göstərilib. Səfirlikdən o da bildirilib ki, lüğətin nüsxələri böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin bu ilin aprelində Bakıda keçiriləcək açılış mərasimində Ukrayna və Azərbaycan prezidentləri Viktor Yuşşenko və İlham Əliyevə təqdim olunacaq. -
03-31-2008, 01:01 PMAPATümendə Fərman Salmanova həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
[b]Tümendə Fərman Salmanova həsr olunmuş elmi-praktik konfrans keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. Aprelin 2-3-də Tümendə "Salmanovskiye çteniya" adlı gənc mütəxəssislərin ikinci elmi-praktiki konfransı keçiriləcək. APA-nın məlumatına görə, tədbirdə Rusiya prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Viktor Basargin, Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay Laverov, Neft v və Qaz Problemləri İnstitutunun direktoru Anatoli Dmitriyevski, Tümen ali təhsil ocaqlarının rektorları, vilayətin elm müəssisələrinin baş direktorları iştirak edəcəklər. Konfransa 60-dan çox alimin qatılacağı gözlənilir. Onların əksəriyyəti elmi məruzə ilə çıxış edəcək. Bu konfrans görkəmli geoloq, Tümenin neft sənayesində böyük işlər görmüş həmyerlimiz Fərman Salmanova həsr olunduğu üçün «Salmanovskiye çteniya» adlandırılır. -
03-31-2008, 01:31 PMAPAAzərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi Parisdə qeyd olunacaq
[b]Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi Parisdə qeyd olunacaq[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Aprelin 2-də Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. Parisin "Les Champs Elysees" teatrında keçiriləcək yubiley tədbirinə Fransanın dövlət və hökumət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri də qatılacaqlar. Tədbirin bədii hissəsində Azərbaycanın incəsənət xadimləri xüsusi konsert proqramı ilə çıxış edəcəklər. -
03-31-2008, 01:46 PMAPAEstoniya parlamentinin vitse-spikerinin Azərbaycana səfəri başlayıb
[b]Estoniya parlamentinin vitse-spikerinin Azərbaycana səfəri başlayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Estoniya parlamentinin vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası siyasi komitəsinin sədr müavini Kristina Ojulandın (Kristiina Ojuland) Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, K. Ojuland Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Estoniya parlamentinin vitse-spikeri jurnalistlərə açıqlamasında Azərbaycan-Estoniya əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edir. K. Ojuland Azərbaycan Xarici İşlər, İqtisadi İnkişaf nazirliklərində və Milli Məclisdə görüşlər keçirəcəyini söyləyib. -
03-31-2008, 01:51 PMAPAAŞ PA siyasi komitəsinin sədr müavini: "Avropa Şurasının Azərbaycanı monitorinq altında saxlaması normaldır"
[b]AŞ PA siyasi komitəsinin sədr müavini: "Avropa Şurasının Azərbaycanı monitorinq altında saxlaması normaldır"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Avropa Şurasının Azərbaycanı monitorinq altında saxlaması normaldır, burada qeyri-adi heç nə yoxdur". APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Estoniya parlamentinin vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) siyasi komitəsinin sədr müavini Kristina Ojuland (Kristiina Ojuland) jurnalistlərə açıqlamasında deyib.
[K. Ojulandın sözlərinə görə, monitorinqlər Avropa Şurasına üzv olan bütün ölkələrdə aparılır: "Daimi həmməruzəçilər var, onlar ölkələrdə baş verən prosesləri izləyir və yekun hesabat hazırlayırlar".Qeyd edək ki, AŞ Azərbaycanı monitorinq altında olan ölkələr sırasına aid edir. -
03-31-2008, 02:26 PMAPAAkif Şahbazov: "Apardığımız danışıqlar göstərdi ki, müxalifətin indiki prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur"
[b]Akif Şahbazov: "Apardığımız danışıqlar göstərdi ki, müxalifətin indiki prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Müxalifət liderləri ilə aparılan danışıqlar göstərdi ki, prezident seçkilərində bu düşərgənin hazırkı prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur. Buna baxmayaraq, biz müxalifətin seçkiyə vahid şəkildə getməsi üçün bütün imkanlarımızdan istifadə etdik və bu təşəbbüsümüzün səmimi olduğunu göstərdik". Bu açıqlamanı APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov partiya lideri Rəsul Quliyevin təşəbbüsü ilə müxalifət liderləri arasında aparılan danışıqların yekununa münasibət bildirərkən deyib. O, belə cəhdlərin davam etdirilməsini vacib sayıb: "Azərbaycan xalqının mənafeyi baxımdan bir bayraq altında birləşmək cəhdi belə müsbət hal olardı. Mənim fikrimcə, bundan sonra prezident seçkiləri ilə bağlı geniş müzakirələrə vaxt sərf etməyə dəyməz. Kimlərsə manipulyasiya xarakterli mübarizə əzmini ortaya qoymuş olsa da, mənim üçün 2008-ci il prezident seçkiləri artıq qurtarıb". A. Şahbazovun fikrincə, o, bu seçkilərdə hər hansı dəyişikliyin olacağına inanmır: "Biz seçkilərlə bağlı konkret nəticəyə gəlməmişik. Bizim yeganə məqsədimiz Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlıdır. O gəldikdən sonra siyasi mövqeyimizin necə olacağı barədə qərara gələcəyik". -
03-31-2008, 02:31 PMAPAİbrus Teatrının kollektivi Sankt-Peterburqa qastrola gedəcək
[b]İbrus Teatrının kollektivi Sankt-Peterburqa qastrola gedəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İbrus Teatrının kollektivi aprelin 9-dan 13-nə qədər Sankt-Peterburqa qastrol səfərinə gedəcək. Teatrdan APA-ya verilən məlumata görə, səfərin məqsədi Sankt-Peterburqda keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etməkdir. Festivalda teatrın truppası Rüstəm İbrahimbəyovun "Şirə bənzər" tamaşası ilə çıxış edəcək. Tamaşada əsas rolları Fuad Poladov, Mehriban Zəki, Mələk Abbaszadə canlandırır. -
03-31-2008, 02:36 PMAPAAzərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçirilir
[b]Azərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçirilir[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda parlament dinləmələri keçirilir.
[APA-nın məlumatına görə, vitse-spiker Bahar Muradova çıxışında bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Ölkədə qadınların cəmiyyətdə yaxından iştirak etdiyini deyən B. Muradova qeyd edib ki, bəzi sahələrdə narahatlıqlar var, bir sıra dövlət qurumlarında qadınlar kifayət qədər təmsil olunmurlar: "Ancaq qadınlara mane olan heç nə yoxdur". Qeyd edək ki, dinləmələr Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində keçirilir. Tədbirdə Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland, bir sıra beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin təmsilçiləri də iştirak edir. -
03-31-2008, 02:56 PMAPANuşirəvan Məhərrəmli: "Telekanallarda türk dilində filmlərin yayımına dair xüsusi müzakirələrə ehtiyac yoxdur"
[b]Nuşirəvan Məhərrəmli: "Telekanallarda türk dilində filmlərin yayımına dair xüsusi müzakirələrə ehtiyac yoxdur"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın televiziya kanallarında türk dilində olan filmlərin yayımında artım yoxdur. Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
[Şura sədri deyib ki, televiziya kanalları MTRŞ-nin türk dilində olan filmlərlə bağlı tövsiyələrinə uyğun hərəkət edirlər: "Türkiyədə istehsal olunan seriallara həftə ərzində 10-12, bəzən isə 14 saat vaxt ayrılıb. Bu, çox da böyük rəqəm deyil, bu səbəbdən xüsusi müzakirələr açmağa ehtiyac yoxdur. Türk dilində olan filmlərin yayımına daha çox vaxt ayrılsa, bu prosesə müdaxilə edəcəyik". N. Məhərrəmli televiziya kanallarında Azərbaycan dilindən istifadə, reklamların yerləşdirilməsi və qanunvericiliyin digər tələbləri ilə bağlı şura tərəfindən aparılan monitorinqin davam etdirildiyini də deyib: "Bununla bağlı ciddi problemlər aşkar etməmişik. Amma çox təəssüf ki, Azərbaycanda yaşayan ziyalılardan bəziləri kanallarda öz fikirlərini ana dillərində ifadə edə bilmirlər. Bu, çox utandırıcı bir haldır. Bir sıra kanallarda onların fikirlərinin tərcüməsi titrlərdə verilir. Bəzi kanallar isə buna az diqqət yetirirlər. Təəssüf ki, Azərbaycanda bu cür danışan şəxslər də var. Onlar öz xalqlarına, ana dillərinə, mənsub olduqları ölkənin qanunlarına hörmətsizlik nümayiş etdirirlər. Biz kanallara bu faktların aradan qaldırılması üçün müvafiq tövsiyələr veririk. Azərbaycan dilini bilməyənlərin fikirləri ya tərcümə olunmalı, ya da həmin şəxslər efirdə çıxış etməməlidirlər". -
03-31-2008, 03:06 PMAPADenis Bribosia: "Mənim ölkəm Fransada hər üç gündə bir qadın məişət zorakılığı nəticəsində dünyasını dəyişir"
[b]Denis Bribosia: "Mənim ölkəm Fransada hər üç gündə bir qadın məişət zorakılığı nəticəsində dünyasını dəyişir"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Mənim ölkəm Fransada hər üç gündə bir qadın məişət zorakılığı nəticəsində dünyasını dəyişir". APA-nın məlumatına görə, bunu martın 31-də Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda keçirilən parlament dinləmələrində Avropa Şurasının Bakı Ofisinin rəhbəri Denis Bribosia deyib.
[D. Bribosia bildirib ki, Avropanın bütün ölkələrində belə problemlər var: "Bu, qlobal problemdir. Zorakılıq təkcə həbsxanada yox, məişətdə də baş verir". D. Bribosia kampaniyanın 2006-cı ilin noyabrında başladığını və Avropa Şurasına üzv olan bütün ölkələrdə həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, kampaniya çərçivəsində üç istiqamətdə - yerli, hökumət və parlamentlər səviyyəsində iş aparılır. Bu il aprelin sonunda Vyanada bütün ölkələrin hesabatı təqdim olunacaq: "İnanıram ki, Azərbaycan üçün hesabatı təqdim etmək çətin olmayacaq". -
03-31-2008, 03:11 PMAPAAzərbaycan paytaxtında yataqxana tipli binada partlayış olub
[b]Azərbaycan paytaxtında yataqxana tipli binada partlayış olub[b]
[Bakı. Samir Kazımlı - APA. Dünən saat 19.00 radələrində Bakıxanov qəsəbəsinin Seyid Şuşinski küçəsində yerləşən 21 saylı yataqxana tipli binada partlayış olub. Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, həmin binanın 1 saylı mənzilində qaz sayğacı quraşdırılan zaman partlayış baş verib. Partlayış zamanı orada olan Qaz İstehsalat Birliyinin əməkdaşı, Bakı şəhər sakini, 49 yaşlı İlqar Adil oğlu Nuriyev xəsarət alıb. Yaralıya xəstəxanada tibbi yardım göstərilib və o, evə buraxılıb. Hələlik partlayışın baş vermə səbəbləri məlum deyil. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. -
03-31-2008, 03:21 PMAPABölgələrdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub
[b]Bölgələrdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub[b]
[Bakı-APA. Naxçıvanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunub. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan şəhər ictimaiyyətinin, nazirlik, idarə və təşkilatlarının nümayəndələri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni və xatirə muzeyini ziyarət ediblər. Muxtar Respublikasının şəhər və rayonlarında da soyqırım qurbanlarını anma mərasimləri keçirilir. Mədəniyyət müəssisələrində sərgilər, müxtəlif idmanı yarışları təşkil olunub. Hacıqabulda soyqırım gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, konfransda çıxış edən məruzəçilər və tarixi faktları araşdıran mütəxəssislər qeyd ediblər ki, Hacıqabul rayonunun Nəvahi kəndində həmin vaxtlarda erməni cəlladları yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Soyqırımı günü ilə əlaqədar Salyanda da tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kərəm Muradovun verdiyi məlumata görə, rayonda ucaldılmış soyqırımı abidəsinin və Salyan rayonunda şəhid olmuş türk əsgərlərinin qəbirləri ziyarət ediləndən sonra elmi-praktiki konfrans təşkil olunub. Lənkəranda ucaldılmış soyqırım qurbanlarının xatirə abidə kompleksi ziyarət edilib.Rayonun və şəhərin ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Tibb Texnikumunda, Dövlət Humanitar Kollecində, Peşə Liseyində ilk dərslər azərbaycanlıların soyqırımı mövzusuna həsr olunub. Soyqırımı ilə bağlı elmi-praktik konfrans keçirilib. -
03-31-2008, 03:31 PMAPABaş prokuror: "Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi hadisələrin soyqırımı kimi qəbul edilməsi üçün BMT qarşısında məsələ
[b]Baş prokuror: "Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi hadisələrin soyqırımı kimi qəbul edilməsi üçün BMT qarşısında məsələ qaldırılmalıdır"[b]
Bakı. Hacı Zeynalov - APA. "Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi hadisələrin soyqırımı kimi qəbul edilməsi üçün BMT qarşısında məsələ qaldırılmalıdır". APA-nın məlumatına görə, bu sözləri baş prokuror Zakir Qaralov Azərbaycan televiziyalarına açıqlamasında deyib.
[Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətini bu gün də davam etdirdiyini söyləyən baş prokuror etnik təmizləmə siyasətinin də dayandırılmadığını vurğulayıb. Z. Qaralov ermənilərin 1918-ci ilin martında törətdikləri qırğınlara bu illər ərzində qiymət verilməməsindən təəssüfünü dilə gətirərək, bunun beynəlxalq təşkilatlarda da müzakirə edilmədiyini diqqətə çatdırıb. Bunu dünyada ikili standartların mövcudluğunun növbəti göstəricisi hesab edən baş prokuror ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınların soyqırımı kimi qəbul edilməsi üçün təkcə BMT deyil, digər təşkilatlar qarşısında da məsələ qaldırılmasının zəruriliyini qeyd edib: "Təkcə dövlət yox, bütün ictimai təşkilatlar, hər bir vətəndaş bu məsələlərlə bağlı mövqeyini bildirməlidir". -
03-31-2008, 03:36 PMAPAKolumbiya Universitetində "Humanizmin sərhədləri: konsepsiyalar və faktlar" adlı beynəlxalq konfrans keçiriləcək
[b]Kolumbiya Universitetində "Humanizmin sərhədləri: konsepsiyalar və faktlar" adlı beynəlxalq konfrans keçiriləcək[b]
[Bakı. Hacı Zeynalov - APA. Aprelin 2-3-də Nyu-Yorkun Kolumbiya Universitetində "Humanizmin sərhədləri: konsepsiyalar və faktlar" adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Sülh və Demokratiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Konfransın təşkilatçısı Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və İctimai İşlər Məktəbidir. Tədbirdə çıxış edəcək Sülh və Demokratiya İnstitutunun konfliktologiya və miqrasiya departamentinin rəhbəri Arif Yunus Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış humanitar böhran və azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu mövzusunda mühazirə oxuyacaq. -
03-31-2008, 03:41 PMAPAVəkil azərbaycanlı deputatın Rusiyada həbs olunmuş oğlu Etimad İsmayılovla görüşüb
[b]Vəkil azərbaycanlı deputatın Rusiyada həbs olunmuş oğlu Etimad İsmayılovla görüşüb[b]
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılovun həbsi ilə bağlı qərardan kassasiya şikayəti verilib.
[E. İsmayılovun vəkili Cərulla Ramazanov APA-ya bildirib ki, bu gün o, məsələ ilə bağlı Rusiya Baş Prokurorluğunda aidiyyəti şəxslərlə görüşüb və məsələnin ədalətli araşdırılmasını xahiş edib. Vəkil Baş Prokurorluğun nümayəndəsindən işin Çelyabinsk Vilayət Məhkəməsindən alınaraq Moskvada baxılmasını istəyib. C. Ramazanov iki gün öncə E. İsmayılovla saxlandığı təcridxanada görüşdüyünü bildirib: "Hüquqlarını müdafiə etdiyim şəxs fiziki cəhətdən hər hansı təzyiqlə üzləşməsə də, psixoloji gərginlik yaşayır". Vəkil növbəti məhkəmə iclasının vaxtının 10 gündən sonra bəlli olacağını deyib. Qeyd edək ki, E. İsmayılov "Avroasiya" Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk qubernatorunun himayəsində olan şirkətlərdən birinin "Avroasiya"ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd də verib. E. İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb və martın 27-də Çelyabinsk Şəhər Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. -
03-31-2008, 04:16 PMAPANATO sammiti ərəfəsində Buxarestdə fövqəladə təhlükəsizlik tədbirləri görülür
[b]NATO sammiti ərəfəsində Buxarestdə fövqəladə təhlükəsizlik tədbirləri görülür[b]
Buxarest - APA. NATO-nun aprelin 2-4-də keçiriləcək zirvə toplantısı ərəfəsində Rumıniyanın paytaxtı Buxarestdə fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilir.
[APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Buxarestin mərkəzi hissəsi qapalı zonaya çevrilib. Şəhərin iki hava limanına aparan yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, polis və jandarmaların nəzarət etdiyi nəqliyyat dəhlizləri yaradılıb, xüsusi xidmət orqanları yüksək səviyyəli qonaqların gəlişi zamanı görüləcək təhlükəsizlik tədbirlərini sınaqdan keçirir. Yerli mətbuat paytaxt sakinlərinə sammitin keçiriləcəyi günlərdə şəhəri tərk etməyi məsləhət görüb. Dövlət orqanlarında 3 günlük qeyri-iş günü elan olunub. Həmin günlər məktəblər və liseylərdə dərslər keçirilməyəcək. Buxarest yaxınlığındakı mehmanxanalarda və istirahət zonalarında hökumətin tövsiyəsi ilə qiymətlər aşağı salınıb. Şəhərdə qalacaq vətəndaşlar öz avtomobillərini sammitin keçiriləcəyi parlament binası ətrafında və rəsmi kortejlərin keçəcəyi yollarda saxlamamağa qonaqların çağırılıb. Əks təqdirdə, həmin avtomobillər məcburi qaydada ərazidən evakuasiya ediləcək. Rəsmi heyətlərin keçəcəyi küçələrdə yerləşən binaların sakinlərinə pəncərələrini açmaq, hətta qonaqları salamlamaq qadağan olunub. ABŞ prezidenti Corc Buşun mühafizəsi üçün ayrıca tədbirlər görülüb. Onun qalacağı "Mariott" oteli əsl qalaya çevrilib. Otelin ətrafında yüzlərlə metr radiusda nəqliyyatın və piyadaların hərəkəti yasaqlanıb. Xüsusi xidmət orqanları otelin yaxınlığında yaşayan vətəndaşların siyahısını tərtib edərək onların kimliyini bir-bir araşdırıblar. Buxarest küçələrində yaşayan bomjlar və sahibsiz itlər yığışdırılaraq şəhər kənarındakı xüsusi yerlərə aparılıb. Kanalizasiya qapaqları möhürlənərək qapadılıb. Təhlükəsizlik tədbirləri üçün ümumilikdə 5 min 500 polis və jandarma, zirvə toplantısının işini təmin etmək üçünsə 23 min məmur cəlb edilib. Sammit hazırlıqlarına ümumilikdə 26 milyon avro xərclənib. Rumıniya Mərkəzi Bankı tarixi sammit münasibətilə xatirə sikkəsi buraxıb. Qeyd edək ki, Buxarest sammiti NATO-nun son 59 ildə keçirdiyi ən böyük tədbir olacaq. Zirvə toplantısında 26 üzv dövlətin, Sülh Naminə Tərəfdaşlıq Proqramını imzalamış 23 ölkənin dövlət, hökumət başçıları, nazirləri - ümumilikdə 3 min nəfər iştirak edəcək. Sammitin işini 3,5 mindən çox media nümayəndəsi işıqlandıracaq. -
03-31-2008, 04:36 PMAPAAzərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair Fəaliyyət Planının icrasına həsr olunmuş ilk hesabat aprelin 3-də açıqlanacaq
[b]Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair Fəaliyyət Planının icrasına həsr olunmuş ilk hesabat aprelin 3-də açıqlanacaq[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanla Avropa İttifaqı arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının icra vəziyyətinə dair ilk hesabat aprelin 3-də açıqlanacaq.
[APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams məlumat verib. O, hesabatın rəsmi qaydada aprelin 4-də keçiriləcək mətbuat konfransında media nümayəndələrinə təqdim olunacağını deyib. Qeyd edək ki, Fəaliyyət Planının icrasına 2006-cı il noyabrın 17-dən başlanılıb. -
03-31-2008, 04:46 PMAPAAzərbaycanlı hüquq müdafiəçisi həbsdəki jurnalistlə və sabiq nazirlə görüşüb
[b]Azərbaycanlı hüquq müdafiəçisi həbsdəki jurnalistlə və sabiq nazirlə görüşüb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 12 və 13 saylı cəzaçəkmə müəssisələrində olub. Komitə sədri APA-ya bildirib ki, müəssisələrə baş çəkməkdə məqsədi jurnalist Eynulla Fətullayev və sabiq səhiyyə naziri Əli İnsanovla görüşmək olub. E. Fətullayevin 12 saylı Cəzaçəkmə Müəssisəsinin tibb hissəsində, ayrıca palatada saxlandığını bildirən E. Behbudov deyib ki, jurnalist martın 26-dan başladığı aclığı davam etdirir: "Eynulla siqaret çəkir və maye qəbul edir. O, həbsdə olan vicdan məhbuslarının və siyasi məhkumların azadlığa buraxılmasını tələb edir. Mən ona dostlarının və valideynlərinin aclığı dayandırmaqla bağlı xahişini çatdırsam da, Eynulla özünü idarə edənə qədər aksiyanı davam etdirəcəyini söylədi". E. Behbudovun sözlərinə görə, müəssisənin tibb hissəsinin müdiri məhbusun həkim nəzarəti altında olduğunu deyib və qeyd edib ki, həyatı üçün təhlükə yarandığı halda, E. Fətullayev təlimata əsasən məcburi qaydada qidalandırılacaq: "Mən müəssisəni tərk edəndə bir qrup həkimin Eynullanı müayinə etmək üçün tibbi hissəyə gəldiyinin şahidi oldum".Hüquq müdafiəçisi 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq səhiyyə naziri Ə. İnsanovun saxlanma şəraitindən və ona olan münasibətdən narazılıq etdiyini açıqlayıb. Sabiq nazir nəzarətçilərin münasibətindən, saxlanma şəraitindən şikayətlənib. -
03-31-2008, 04:51 PMAPAAlan Vaddams: "İnanıram ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçiriləcək"
[b]Alan Vaddams: "İnanıram ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçiriləcək"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "İnanıram ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçiriləcək". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi nümayəndəlik seçkilərlə bağlı hər hansı konkret layihə həyata keçirməyi planlaşdırmır, lakin Avropa Komissiyası prezident seçkiləri ilə bağlı Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək. Alan Vaddams həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair Fəaliyyət Planı çərçivəsində energetika, kənd təsərrüfatı, ədliyyə, təcrübə mübadiləsi və vergi məsələlərində həyata keçiriləcək layihələrin açıqlanacağını bildirib. -
03-31-2008, 04:56 PMAPAOmbudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
[b]Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Ombudsman Aparatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova bu günün Azərbaycan tarixində ən ağır günlərdən biri olduğunu deyib.
[E. Süleymanova soyqırımı günü ilə bağlı bəyanat hazırladığını və sənədin dünya ictimaiyyətinə çatdırıldığını söyləyib. Bəyanat BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycan diaspor təşkilatlarına göndərilib. Sənəddə qeyd olunub ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdiyi soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biri olub: "Erməni daşnakları üç gündə Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadın və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda və digər ərazilərdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib. 1918-ci il Mart soyqırımından 90 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür". Bəyanatda qeyd olunub ki, beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsədə qoyan dünya ictimaiyyəti nəhayət ki, Azərbaycan xalqının başına gətirilən bu zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar layiqli cəzasını almalıdır: "Ümid edirəm ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ədalət tezliklə öz yerini tapacaq, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaq". -
03-31-2008, 05:01 PMAPAPiter Semnebi gələn ay Azərbaycana səfər edəcək
[b]Piter Semnebi gələn ay Azərbaycana səfər edəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycana növbəti səfəri gələn ay gerçəkləşəcək.
[Bu barədə jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams verib. O, səfərin dəqiq tarixinin hələlik müəyyənləşmədiyini deyib. Alan Vaddamsın sözlərinə görə, Piter Semnebi Dağlıq Qarabağa səfər etmək niyyətindən daşınmayıb: "Amma, bu, asan məsələ deyil. Bunun üçün ora getmək forması müəyyənləşdirilməli, hər iki münaqişə tərəfindən razılıq alınmalıdır". -
03-31-2008, 05:06 PMAPAAzərbaycanın Bakı və Gəncə şəhərləri Moskvada keçiriləcək «Meqapolis-XXI-ci əsr» adlı beynəlxalq foruma dəvət olunub
[b]Azərbaycanın Bakı və Gəncə şəhərləri Moskvada keçiriləcək «Meqapolis-XXI-ci əsr» adlı beynəlxalq foruma dəvət olunub[b]
[Bakı. Laçın Sultanova - APA. Aprelin 3-4-də Moskvada «Meqapolis-XXI-ci əsr» adlı beynəlxalq forum keçiriləcək. Tədbirin təşkilatçısı olan Paytaxtlar və İri Şəhərlər Beynəlxalq Assosiasiyasından APA-ya verilən məlumata görə, Azərbaycanın Bakı və Gəncə şəhərləri bu tədbirə dəvət olunsa da, iştirak edəcəkləri barədə hələlik məlumat verilməyib. Qeyd edək ki, forumda Müstəqil Dövlətlər Birliyinin (MDB) 8 ölkəsindən və Rusiyanın müxtəlif regionlarının 86 şəhər iştirak edəcək. Uzaq xaric ölkələrdən foruma Çinin şəhərləri qoşulub. Forum çərçivəsində «İri şəhərlər ölkələrin sosial-iqtisadi inkişafının resursudur» adlı plenar iclas keçiriləcək, «MDB-nin ən yaxşı şəhəri» adlı ilk müsabiqənin yekunları açıqlanacaq, Moskvanın şəhər infrastrukturlarına texniki ekskursiyalar ediləcək, «Meqapolis: XXI əsrdə» adlı beynəlxalq sərgi və «Virtual şəhər: gələcəyə baxışÂ» adlı beynəlxalq konfrans təşkil olunacaq. -
03-31-2008, 05:11 PMAPATürkiyə Konstitusiya Məhkəməsi Ədalət və İnkişaf Partiyasının fəaliyyətinin dayandırılması barədə müraciəti icraata qəbul edib
[b]Türkiyə Konstitusiya Məhkəməsi Ədalət və İnkişaf Partiyasının fəaliyyətinin dayandırılması barədə müraciəti icraata qəbul edib[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Konstitusiya Məhkəməsi hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin dayandırılması barədə baş prokuror Əbdürrəhman Yalçınkayanın hazırladığı ittihamnaməni icraata qəbul edib.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, Konstitusiya Məhkəməsinin iclası bu gün yerli vaxtla saat 10.00-da başlayıb və 14.15-də başa çatıb. Sədr Haşim Kılıçın sədrliyi ilə keçirilən iclasda baş prokurorun hazırladığı ittihamnamə araşdırılıb və sənədin Konstitusiyaya uyğun olduğuna, bu səbəblə icraata götürülməsinə qərar verilib. Konstitusiyanın tələblərinə əsasən ittihamnamə AKP-yə göndərilib və partiyaya yazılı müdafiəsini təqdim etməsi üçün 1 ay vaxt ayrılıb. Bu müddət başa çatdıqdan sonra AKP əlavə vaxt istəmək hüququna malikdir. Yazılı müdafiə məhkəməyə təqdim olunduqdan sonra baş prokuror iş üzrə yazılı şəkildə mövqeyini bildirəcək və AKP-nin bağlanması barədə irəli sürdüyü tələbi əsaslandıracaq. Prokurorun bu əsaslandırması da AKP-yə göndəriləcək. Daha sonra Konstitusiya Məhkəməsinin yığıncağında Ə. Yalçınkaya və AKP-nin səlahiyyətli şəxsləri şifahi çıxış edəcəklər. Bu müddət ərzində həm ittiham, həm də müdafiə tərəfinin əlavə sübutlar təqdim etmək hüququ var. Prosedurların tamamlanmasından sonra Konstitusiya Məhkəməsinin məruzəçisi iş üzrə bütün sənədləri, dəlil-sübutları toplayaraq yekun məruzə hazırlayacaq. Məruzənin üzvlərə paylanmasından sonra Konstitusiya Məhkəməsi işə baxmağa başlayacaq. Yekun qərarın qəbulu üçün 11 üzvdən azı 7-nin səsi tələb olunur. Proses bir neçə ay davam edəcək. Qeyd edək ki, baş prokuror Əbdürrəhman Yalçınkaya dövlətin dünyəvi quruluşunu dəyişdirməyə çalışmaqda ittiham etdiyi Ədalət və İnkişaf Partiyasının fəaliyyətinin dayandırılmasını, prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 71 AKP üzvünün siyasi fəaliyyətinin 5 il müddətinə qadağan edilməsini istəyib. -
03-31-2008, 05:21 PMAPAQəhrəman Ağayev: "Qubadakı kütləvi məzarlıqda tapılan cəsədlər ermənilərin 1918-ci il may ayının ilk ongünlüyündə qətlə yetirdiyi azərbaycanlılard
[b]Qəhrəman Ağayev: "Qubadakı kütləvi məzarlıqda tapılan cəsədlər ermənilərin 1918-ci il may ayının ilk ongünlüyündə qətlə yetirdiyi azərbaycanlılardır"[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Qubadakı kütləvi məzarlıq 2007-ci il aprelin 1-də təsadüf nəticəsində aşkar olunub. Biz 500 kvadrat metr ərazidə ötən il iyulun 13-dən dekabrın 28-nə kimi arxeoloji qazıntılar apardıq. Tədqiqat nəticəsində Qubanın şimalında, Qudyalçayın sağ sahilində aşkar olunan bu məzarlığın 1918-ci il mayın 1-10-da ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində yarandığı məlum olub".
[Bu açıqlamanı APA-ya Qubadakı kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, ermənilərin soydaşlarımızı xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib: "Aşkar olunan heç bir sümükdə güllə izi tapılmayıb. Bu, onların amansızlıqla öldürüldüyünü, başlarının kəsildiyini göstərir". Bu məzarlığın ermənilərin Azərbaycanda törətdiyi soyqırımı nəticəsində yarandığını vurğulayan Q. Ağayev ərazidə arxeoloq, tarixçi, etnoqraf və kriminalistlərin birgə tədqiqat aparmasının zəruriliyini vurğulayıb. Qeyd edək ki, Qubadakı kütləvi məzarlıqdan bu günə kimi 161 insan kəlləsi çıxarılıb. Tarixi məlumatlara görə, ermənilər tərəfindən 1918-ci ildə Qubada 3 minə yaxın insan qətlə yetirilib. -
03-31-2008, 05:26 PMAPAİsrail Azərbaycanlıları Konqresi İsrail rəhbərliyini qondarma "erməni soyqırımı" məsələsini müzakirəyə çıxarmaqdan çəkinməyə çağırıb
[b]İsrail Azərbaycanlıları Konqresi İsrail rəhbərliyini qondarma "erməni soyqırımı" məsələsini müzakirəyə çıxarmaqdan çəkinməyə çağırıb[b]
[Bakı. Ramil Məmmədli-APA. İsrail Azərbaycanlıları Konqresi qondarma "erməni soyqırımı"nın Knessetin komissiyasının iclasında müzakirəyə çıxarılması ilə bağlı bu ölkənin prezidenti Şimon Peresə, baş nazir Ehud Olmertə və Knessetin spikeri Dali İtsikə müraciət ünvanlayıb. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qondarma erməni soyqırımının parlamentin müzakirəsinə çıxarılmasının İsrailin beynəlxalq nüfuzuna xələl gətirəcəyi bildirilib: "Əgər tarixi faktlara nəzər salsaq, birinci dünya müharibəsi zamanı ermənilərin deyil, türklər və azərbaycanlıların soyqırıma məruz qaldığı aydın olar. Ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım törədib, bunun nəticəsində on minlərlə dinc və günahsız insan qətlə yetirilib". Müraciətdə Qubada yaşayan yəhudilərin də ermənilərin qurbanına çevrildiyi diqqətə çatdırılıb: "Azərbaycan ərazisinin 20 faizini zəbt edən ermənilər etnik təmizləmə siyasətlərini davam etdirərək, 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalıda soyqırım aktı həyata keçirib. Soyqırım nəticəsində minlərlə qadın, uşaq və qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Lakin xarici ölkələrdə fəaliyyət göstərən güclü erməni lobbisi əsl həqiqətləri gizlədərək bütün dünya ictimaiyyətinə yalan informasiyalar çatdırır və özlərini soyqırıma məruz qalan xalq kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxır". Qeyd edək ki, martın 26-da İsrail Knessetində sol təmayüllü partiyanın rəhbəri Merets Xaim Oronun qondarma "erməni soyqırımı" məsələsinin parlamentin təhsil və mədəniyyət komissiyasının yığıncağında müzakirəyə çıxarılmasına nail olub. -
03-31-2008, 05:41 PMAPAQafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev vəfat edib
[b]Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev vəfat edib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev dünyasını dəyişib.
[Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev APA-ya bildirib ki, Hacı Akif tənəffüs və ürək çatışmazlığından dünən səhər saatlarında vəfat edib. 62 yaşında dünyasını dəyişən Hacı Akif doğulduğu Buzovna kəndində torpağa tapşırılıb.