Əsas məzmuna keç
Sayfa 158/461 İlkİlk ... 58108148156157158159160168208258 ... SonSon
4610 sonuçtan 1.571 ile 1.580 arası

Azərbaycan Xəbərləri

1. #1571
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mixail Zabelin: "Rus dilinə dövlət dili statusu verilməsi uzun prosesdir, amma hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır"

[b]Mixail Zabelin: "Rus dilinə dövlət dili statusu verilməsi uzun prosesdir, amma hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır"[b]

Bakı. Laçın Sultanova-APA. "Prezident, hökumət və Milli Məclis qarşısında hansısa məsələni qaldırmazdan əvvəl həmin məsələ müfəssəl hazırlanmalıdır. Rus dilinə dövlət dili statusu verilməsi məsələsi uzun prosesdir, amma bununla yanaşı hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır".

Bu açıqlamanı APA-ya Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin verib. Dövlət Dumasında "MDB ölkələrində rus dilinin ikinci dövlət dili elan olunması" barədə səslənən təklifə münasibət bildirən Mixail Zabelin xatırladıb ki, bu məsələ Azərbaycan Konstitusiyası qəbul olunarkən qaldırılmışdı: "Biz beş min nəfərin imzası ilə ölkə rəhbərliyinə müraciət ünvanlamışdıq. Amma həmin vaxt Azərbaycan demokratik inkişaf yoluna yeni gədəm qoyduğu üçün, müraciətimiz lazımi nəticə vermədi. Bununla belə dövlət dili ilə bağlı bənddə yazılıb ki, dövlət digər dillərin inkişaf və istifadə olunması üçün əlindən gələni edir. Güman edirəm ki, gələcəkdə rus dili ikinci dövlət dili kimi olmasa da, millətlərarası ünsiyyət dili kimi Konstitusiyada əksini tapa bilər". Mixail Zabelin rus dilinə dövlət statusu verilməsi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində əlaqə görmədiyini bildirib: "Bunlar tamamilə başqa-başqa məsələlərdir. Qarabağda baş verənlər separatçı hərəkatdır, o münaqişədə rus muzdluları iştirak edib, amma bu, rəsmi Rusiyanın mövqeyi olmayıb. Ərəb ölkələri və Türkiyədən olan muzdlular Çeçenistanda vuruşublar, amma Rusiya bu ölkələri təqsirləndirməyib".

2. #1572
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Corc Buş Ross Uilsonu vəzifədən uzaqlaşdırır

[b]Corc Buş Ross Uilsonu vəzifədən uzaqlaşdırır[b]

Ankara - APA. ABŞ Türkiyəyə yeni səfir təyin etməyə hazırlaşır. APA-nın "CNN Türk"ə istinadən verdiyi məlumata görə, prezident Corc Buş bu vəzifəyə özünün milli təhlükəsizlik üzrə müşavirinin müavini Ceyms Franklin Cefrinin namizədliyini irəli sürüb. C. F. Cefri daha əvvəl müxtəlif vaxtlarda üç dəfə Türkiyədə çalışıb və türk dilini bilir. O, diplomatik fəaliyyətə 1977-ci ildə başlayıb, bundan əvvəl isə hərbçi olub və Vyetnamda, Almaniyada xidmət edib. Xatırladaq ki, hazırda ABŞ-ın Türkiyədəki səfiri daha öncə Azərbaycanda səfir olmuş Ross Uilsondur. C. F. Cefri Senatda təsdiqləndikdən sonra vəzifəsinin icrasına başlayacaq.

3. #1573
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv keçdiyini bəyan ediblər

[b]Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv keçdiyini bəyan ediblər[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan və Ermənistan prezidentləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi ilə tanış olublar". APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sankt-Peterburqda tərəflər arasında görüşün yekunlarına həsr olunmuş brifinqdə səsləndirib.

O bildirib ki, prezidentlər xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllinə dair danışıqların davam etdirilməsi barədə tapşırıq veriblər: "Danışıqlar prosesi davam edir, prezidentlərin görüşü prosesin sıfır nöqtəsindən başlaması demək deyil". Brifinqdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün konstruktiv məcrada keçdiyini bildirib. O, münaqişənin həllinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması yollarının axtarılmasının zəruriliyini vurğulayıb. XİN başçısı danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyini vurğulayıb. Jurnalistlərin suallarını cavablandıran hər iki ölkənin xarici işlər nazirləri görüşdə Madrid təkliflərinin müzakirə olunmadığını bildirib və bunu tərəflərin həmin təkliflərə fərqli yanaşmasının olması ilə izah ediblər. Nazirlər həmin təkliflərə yenidən baxılmasına ehtiyac olduğunu söyləyiblər. Danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü pozitiv dəyərləndiriblər. Amerikalı həmsədr Metyu Brayza görüşün tanışlıq xarakteri daşıdığını və uğurlu keçdiyini bildirib. O, tərəflərin danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb. Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, danışıqlar masasında olan təkliflərin təkmilləşdirilməsi üçün tərəflərin istənilən təklifini dinləməyə və mövqeləri yaxınlaşdırmağa hazırdırlar.

4. #1574
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə əməliyyat olunmuş Yaşar Nuri bu günlərdə Azərbaycana qayıdacaq

[b]Türkiyədə əməliyyat olunmuş Yaşar Nuri bu günlərdə Azərbaycana qayıdacaq[b]

Bakı. Ülkər Qasımova - APA. İstanbul "Memorial" Xəstəxanasında qaraciyərində əməliyyat aparılmış Azərbaycanın xalq artisti Yaşar Nuri bu günlərdə Azərbaycan qayıdacaq.

Bu barədə APA-ya Türkiyədən Y. Nuri bildirib. Artıq xəstəxanadan çıxdığını deyən xalq artisti hazırda İstanbulda xüsusi evdə yaşadığını söyləyib: "Bu gün tikişlərim sökülüb və mən özümü olduqca yaxşı hiss edirəm. Mütəmadi olaraq İstanbul "Memorial" Xəstəxanasına gedir, analizlər verirəm. Yaxın günlərdə vətənimə qayıdıb, yaxşıca istirahət edəcəyəm". Y. Nuri deyib ki, həkimlər onun vəziyyətini yaxşı qiymətləndirirlər. Qeyd edək ki, mayın 15-də İstanbul "Memorial" Xəstəxanasında xalq artistinə qaraciyər köçürülüb.

5. #1575
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun sonunda regiona səfər edəcəklər

[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun sonunda regiona səfər edəcəklər[b]

Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv və pozitiv atmosferdə keçdi". ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza prezidentlərin Sankt-Peterburq görüşünü APA-ya belə şərh edib.

Onun sözlərinə görə, hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər. O, həmsədrlərin iyunun sonunda regiona səfər edəcəyini də vurğulayıb. Qeyd edək ki, Sankt-Peterburqda brifinq keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin ayın sonunda regiona səfərinin planlaşdırıldığını bildirib. XİN başçısının sözlərinə görə, hazırda prezidentlərin və xarici işlər nazirlərinin iş cədvəli nəzərə alınmaqla, həmsədrlərin regiona növbəti səfərinin dəqiq vaxtı razılaşdırılır.

6. #1576
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vardan Oskanyan ictimai fond təsis edib

[b]Vardan Oskanyan ictimai fond təsis edib[b]

İrəvan - APA. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan ictimai fond təsis edib. APA-nın məlumatına görə, "Çivilitas Fondu" adlanacaq qurum Ermənistanın xarici siyasətinin ictimaiyyət tərəfindən anlaşılması və ölkədə demokratiyanın inkişafına yönəlik proqramların həyata keçirilməsindən ibarətdir. Fond bu məqsədlə dəyirmi masalar, konfranslar keçirməyi və xarici siyasət problemlərinin araşdırılacağı diskussiyalar təşkil etməyi planlaşdırır.

7. #1577
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Kurtlar vadisi" teleserialının qəhrəmanları Oktay Kaynarca və Özgü Namal münasibətlərinə son qoyublar

[b]"Kurtlar vadisi" teleserialının qəhrəmanları Oktay Kaynarca və Özgü Namal münasibətlərinə son qoyublar[b]

İstanbul - APA. Məşhur "Kurtlar vadisi" teleserialından Azərbaycan tamaşaçılarına yaxşı tanış olan Çakır rolunun ifaçısı Oqtay Kaynarca və Elif rolunun ifaçısı Ozgü Namal altı il yarım davam edən sevgi münasibətlərinə son qoyublar.

APA-nın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, bir müddət öncə əlaqələrinin sona çatdığına dair xəbərləri təkzib edən cütlük dünən birgə açıqlama yayaraq, əlaqələrinin iki ay əvvəldən bitdiyini bəyan edib. Açıqlamada bildirilir ki, sevgililər bu qərarı birgə qəbul ediblər və dostcasına da ayrılıblar. Ayrılığın səbəbləri barədə məlumat verilməsə də, Özgü Namal artıq özünə yeni sevgili də tapıb. Bu, "Limon ağacı" teleserialından tamaşaçılara yaxşı tanış olan aktyor Kaan Urqancıoğludur. Əyləncə məkanlarının birindən mehriban şəkildə çıxan yeni cütlük paparassilərə yaxalanmağa da "macal" tapıb.

8. #1578
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya prezidentinin köməkçisi Dmitri Medvedevlə İlham Əliyevin görüşü haqqında açıqlama verib

[b]Rusiya prezidentinin köməkçisi Dmitri Medvedevlə İlham Əliyevin görüşü haqqında açıqlama verib[b]

Bakı. Zaur Nurməmmədov - APA. "Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında çox mehriban, açıq söhbət oldu". APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. O, prezidentlərin yanacaq-energetika, kənd təsərrüfatı sahələrinə aid məsələləri, iqtisadi-ticarət əlaqələrini, regiondakı durumu müzakirə etdiklərini bildirib: "Azərbaycan prezidenti Ermənistan prezidenti ilə yenicə keçirdiyi görüşlə bağlı təəssüratlarını da bölüşdü". S. Prixodko Moskvanın Azərbaycanın rus dili və mədəniyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.

9. #1579
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ombudsmanın nümayəndələri Qənimət Zahidlə görüşüblər

[b]Ombudsmanın nümayəndələri Qənimət Zahidlə görüşüblər[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 2, 6, 9, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsmanın nümayəndələri müəssisələrdəki yataq korpuslarına, tibbi-sanitar hissələrə, yeməkxanalara, cərimə təcridxanalarına, kamera tipli otaqlara baxış keçirib, məhkumlarla görüşüblər. Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını söyləyiblər. Bəzi məhkumlar azadlıqdan məhrum edilmələrinə dair məhkəmə hökmlərindən narazılıqlarını ifadə ediblər. Ombudsman nümayəndələri 1, 6, 9 və 17 saylı Cəzaçəkmə Müəssisəsində digər məhkumlarla yanaşı, Ruslan Bəşirli, Eldəniz Lahıcov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və sabiq polis rəisi Natiq Əfəndiyevlə görüşüblər. Məhkumlar saxlanma şəraiti ilə əlaqədar narazılıqlarının olmadığını bildiriblər.

10. #1580
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prokuror AMEA-nın vətənə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına cəza istəyib

[b]Prokuror AMEA-nın vətənə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına cəza istəyib[b]

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədov və bölmənin sabiq əməkdaşı Elman Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən N. Məmmədovun 12 il, E. Quliyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti məhkəmə prosesi iyunun 9-na təyin olunub. Qeyd edək ki, N. Məmmədov və E. Quliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunurlar.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.