Əsas məzmuna keç
Sayfa 8/461 İlkİlk ... 6789101858108 ... SonSon
4610 sonuçtan 71 ile 80 arası

Azərbaycan Xəbərləri

  1. #71
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    “Aztelekom” noyabrın 1-dən endirim kampaniyasına başlayacaq

    “Aztelekom” noyabrın 1-dən endirim kampaniyasına başlayacaq

    Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə noyabrın 1-dən göstərdiyi rabitə xidmətlərinin bəzilərinin tarifləri üzrə endirim kampaniyası keçirəcək.

    Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, endirim kampaniyası gələn ilin fevralın 1-dək davam edəcək. Kampaniya müddəti ərzində CDMA nömrələrinə qoşulmaq istəyən abunəçilər 50% güzəşt əldə edəcəklər. Belə ki, CDMA nömrəsi almaq istəyən abunəçi 10 manat əvəzinə, 5 manat ödəyəcək. Bundan əlavə, “Aztelekom.net”in 5, 10 və 30 saatlıq internet kartlarının istifadə müddəti 50% artırılacaq.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  2. #72
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Milli Məclis cəzaları sərtləşdirəcək

    Milli Məclis cəzaları sərtləşdirəcək
    Yol hərəkəti qaydalarının pozulmasına görə

    Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə cəzaları sərtləşdirəcək. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat daxil olub. Məlumata görə, yaxın günlərdə parlamentdə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik müzakirəyə çıxarılacaq.
    Məcəlləyə edilən dəyişiklik yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur. Məcəlləyə edilən dəyişikliklə, həmçinin, yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği artırılacaq.

    Adalet
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  3. #73
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Azərbaycan və Rusiya arasındakı sərhəd

    Azərbaycan və Rusiya arasında dövlət sərhəddinin 10%-ə qədəri razılaşdırılmamış qalır

    Azərbaycanla Rusiya arasında dövlət sərhəddinin demək olar ki, 10%-i razılaşdırılmamış qalır və tərəflər bu məsələnin həlli üzrə müvafiq iş aparır. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

    “Ümumi uzunluğu 190 km. olan Azərbaycan-Rusiya sərhəddinin 90%-nin böyük hissəsi razılaşdırılıb. Razılaşdırılmayan sərhədlər üzrə iki ölkə ekspertlərinin iştirakı ilə müvafiq intensiv işlər aparılır”,-deyə Q.Məmmədov çərşənbə günü “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

    Komitə sədri qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhəddinin ümumi uzunluğu 470 km.-dir. “Tərəflər Azərbaycanla Gürcüstan arasında sərhəddin təxminən 300 km.-ni razılaşdırıb. İki ölkə ekspertlərinin iştirakı ilə sərhəddin qalan hissəsi razılaşdırılrı”,-deyə Q.Məmmədov vurğulayıb.

    Onun sözlərinə görə, Azərbaycan-İran sərhəddinin uzunluğu 765 km.-dir. Burada yalnız redemarkasiya, sahilbərkitmə ilə əlaqədar topoqrafiya və geodeziya işləri yerinə yetirilib.

    Azərbaycan-Türkiyə sərhəddinin uzunluğu cəmi 15 km.-dir. “Azərbaycan sərhəddinin bu hissəsində heç bir problem yoxdur”,-deyə komitə sədri qeyd edib.

    O bildirib ki, rəhbərlik etdiyi qurumun mütəxəssisləri Xəzər dənizinin sektorlara bölünməsində də iştirak edir. “Hazırda bu sahədə Rusiya və Qazaxıstanla heç bir problem yoxdur. Digər ölkələrlə isə yəni İran və Türkmənistanla müvafiq danışıqlar aparılır”,-deyə Q.Məmmədov vurğulayıb.

    İnterfaks
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  4. #74
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    2007-ci ildə Azərbaycanda inflyasiya 16% səviyyəsində olacaq

    2007-ci ildə Azərbaycanda inflyasiya 16% səviyyəsində olacaq

    2007-ci ildə Azərbaycanda inflyasiya 16% səviyyəsində olacaq. Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev belə hesab edir.

    “2007-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiya illik hesablamada 16% təşkil edəcək. Buna kommunal xidmətlərin qiymətinin, yəni 2007-ci ilin yanvarından enerji daşıyıcılarının qiymətinin artması əsas təsir göstərib. Əgər bu artım olmasaydı, onda cari ildə inflyasiya birrəqəmli də ola bilərdi. Bizim proqnozlarımıza görə, 2007-ci ildə Azərbaycandakı inflyasiya 16% səviyyəsində saxlanılacaq, lakin bəzi hallarda 16,1-16,3%-ə qədər yüksələ bilər”,- deyə A. Vəliyev bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  5. #75
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Azərbaycanda hər iki nəfərə bir mobil telefon düşür

    Azərbaycanda hər iki nəfərə bir mobil telefon düşür

    Azərbaycanda mobil telefon istifadəçilərinin sayı 4,2 milyon nəfərdir. Bu barədə APA-ya rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sölərinə görə, respublikada hər iki nəfərə bir mobil telefon düşür. Komitə sədri əlavə edib ki, bu ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri əhaliyə, müəssisə-təşkilatlara faktiki qiymətlərlə 504,7 mln. manatlıq və ya ötənilkindən 19,9% çox rabitə xidməti göstərib. Rabitə xidmətinin 74,6%-i bilavasitə əhaliyə göstərilib, mobil telefon xidmətindən əldə olunan gəlir 38,2% artaraq, 356,2 manata çatıb və bütün gəlirlərin 70,6%-ni təşkil edib.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  6. #76
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    İran ərazisilə Naxçıvan-Bakı sərnişin avtoubus reysi

    Sabahdan İran ərazisilə Naxçıvan-Bakı sərnişin avtoubus reysi işə düşəcək

    Bu ilin noyabr ayının 1-də Naxçıvan-Bakı marşrutu ilə (İran ərazisilə) ilk sərnişin avtoubusu yola salınacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.

    Sərnişin avtobusu marşrutu Azərbaycan və İran hökumətləri arasında imzalanmış memorandum əsasında açılır. Avtobus Bakıdan Naxçıvana, eləcə də əks istiqamətə məsafəni 12 saata qət edəcək.

    Bakıdan Naxçıvana isə ilk avtobus noyabrın 3-də səhər saat 08:00-da yola düşəcək. Sərnişin avtobusları Bakı-Biləsuvar-Parsabad (İran)-Naxçıvan marşrutu ilə hərəkət edəcək.

    Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan həftənin bütün günlərində yola düşəcək avtobuslara biletlərin qiyməti 14 manatdır.

    Nazirlikdən verilən məlumata görə, Azərbaycan vətəndaşları Naxçıvana gedərkən İran ərazisinə daxil olmaq üçün viza almalıdırlar.

    APA-Economics
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  7. #77
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Belçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin əvvəlində fəaliyyətə başlayacaq

    Belçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin əvvəlində fəaliyyətə başlayacaq


    Belçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin birinci yarısında fəaliyyətə başlayacaq. Bu barədə Belçikanın Azərbaycandakı səfiri Frank Qeystan məlumat verib.

    "Hazırda biz hazırlıq görürük. Mən ümid edirəm ki, gələn ilin əvvəlində biz Azərbaycanda fəaliyyətimizi həyata keçirməyə başlayacağıq" - deyə səfir bildirib.

    Trend
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  8. #78
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Qərb bölgəsində SPID-ə yoluxanların sayı azalıb

    Qərb bölgəsində SPID-ə yoluxanların sayı azalıb

    Bu il ərzində Gəncədə cəmi 3 nəfər HİV virusuna yoluxub. Məlumatı Gəncə şəhər Gigiyena və Epidemialogiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva verib. Onun bildirdiyinə görə, 2007-ci ildə mərkəzdə 12 min 195 (8 min 210 nəfəri Gəncədən) nəfərdən qan analizi götürülüb ki, onlarında 8-də HİV virusu aşkar olunub. Onlardan 3-ü Gəncə (2 kişi, bir uşaq) sakinləridir. Ötən il isə Mərkəzdə 8 996 (5746 nəfər Gəncədən) nəfərdən qan analizi götürülüb ki, 17 nəfərdən HİV virusu aşkarlanıb. Onlardan 3 nəfəri Gəncə şəhərinin sakinləridir.

    QayNar

    --------------------------

    Bu yıl içinde Gence'de toplam üç kişide HIV virüsü saptandı. Deri ve Zührevi Hastalıklar Merkezi'nden Elmas Tomiyeva'nın verdiği bilgilere göre, 2007 yılında merkezde 12.195 kişiye (8.210'nu Gence'den) kan testi yapıldı ve 8 kişide AİDS saptandı. Virüs saptananların 3'ü (2 erkek, 1 çocuk) Gence kentinden. Geçen yıl merkezde yapılan 8.996 (5746'sı Gence'den) test sonucu 17 kişide (3'ü Gence'den) virüse rastlanmıştı.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  9. #79
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    BAKIDA ELAN OLUNMAMIŞ FÖVQƏLADƏ VƏZİYYƏT

    BAKIDA ELAN OLUNMAMIŞ FÖVQƏLADƏ VƏZİYYƏT

    Dünən saat 12:00 radələrində Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsinə Ələt-Astara yolunun 198-ci km-də 4 ədəd tank əleyhinə minanın qoyulması barədə anonim zəng daxil olub. APA-nın məlumatına görə, Lənkəran ŞPŞ əməkdaşları və “N” saylı hərbi hissənin minaaxtaranları hadisə yerini dərhal əhatəyə alıb. Bakı-Astara yolunda hərəkət yarım saat dayandırılıb. Saat 13:30 radələrində minalar partladılaraq zərərsizləşdiriləndən sonra hərəkət bərpa olunub. Son günlər ölkədə terror təhlükəsinin olduğu barədə hətta ABŞ və Böyük Britaniya dövlətləri səviyyəsində narahatlıqlar ifadə olunur.

    BayBak
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  10. #80
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Azər Məmmədov Çikaqoda keçirilən dünya çempionatının tarixinə düşüb

    Azər Məmmədov Çikaqoda keçirilən dünya çempionatının tarixinə düşüb


    ABŞ-ın Çikaqo şəhərində keçirilən boks üzrə dünya çempionatında rekord göstərici qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvü Azər Məmmədovun (+91 kq) rusiyalı İslam Timurziyevlə görüşü indiyədək keçirilən ən qısa döyüş olub. Qarşılaşma cəmi 1 dəqiqə 24 saniyə davam edib və rusiyalı boksçu nokautla qələbə qazanıb. Rusiya Boks Federasiyasının vitse-prezidenti Viktor Rıbakov həmyerlisinin layiqli qələbə qazandığını xüsusi vurğulayıb: “Timurziyev rinqə çıxan kimi zərbələr endirdi və görüş başa çatdı. Azərbaycanlı boksçu yerə yıxıldı və məşqçiləri döyüşü dayandırmaq məqsədi ilə rinqə dəsmal atdılar”.

    Qeyd edək ki, A.Məmmədov rusiyalı rəqibinə dünya çempionatının 1/8 mərhələsində uduzaraq lisenziya qazanmaq şansını itirib.

    APA-Sport
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Sayfa 8/461 İlkİlk ... 6789101858108 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.