[b]Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri ilə görüşüb[b]
Bakı. Laçın Sultanova-APA. Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov martın 19-da bu ölkənin iqtisadiyyat naziri Sultan Səid Əl Mansurla görüşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olduğu və iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. E. Məmmədyarov iki ölkə arasında regional layihələr çərçivəsində əməkdaşlığın, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaxın zamanda Körfəz regionunda inşa olunacaq birgə dəmiryolu xəttinə birləşdirilməsinin mümkün olduğunu qeyd edib. Sultan Səid Əl Mansur isə ölkəsinin hava nəqliyyatı şirkətlərinin, o cümlədən "Emirates" şirkətinin Azərbaycana reyslərinin bərpası məsələsinə toxunub. O, Abu Dabi əmirliyinin "İttihad" hava nəqliyyatı şirkətinin də Bakı-Abu Dabi aviareysinin yaradılmasının mümkün olduğunu vurğulayıb. Sultan Səid Əl Mansur iki ölkənin digər ölkələrdə müştərək müəssisə yaratmasına imkan olduğunu deyərək təklif edib ki, bu məsələ hökumətlərarası iqtisadi komissiyanın gələcək iclasının gündəliyinə salınsın. Azərbaycan tərəfi BƏƏ-nin hökumətlərarası iqtisadi komissiyanın üzvlərinin müəyyən etməsini və bu haqda Azərbaycana məlumat verməsini xahiş edib. Görüşdə bu məsələlərin Abu Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayd əl Nəyyamın Azərbaycana səfəri zamanı geniş müzakirə ediləcəyi vurğulanıb.
4610 sonuçtan 591 ile 600 arası

03-19-2008, 07:56 PM #591Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
GUAM-la Avropa Şurası arasında ilk məsləhətləşmələr keçirilib
[b]GUAM-la Avropa Şurası arasında ilk məsləhətləşmələr keçirilib[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Bu gün Strasburqda Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclası keçirilib. Avropa Şurasının Baş Ofisindən APA-ya verilən məlumata görə, Nazirlər Komitəsinin bu gün keçirilən iclası AŞ-nın digər strukturlarla əməkdaşlığa həsr olunub.
Bu çərçivədə AŞ-nın ATƏT, Avropa Birliyi və GUAM-la gələcək əməkdaşlığının perspektivlərinə həsr olunmuş müzakirələr keçirilib. Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-la bağlı məsləhətləşmələrdə GUAM-ın baş katib Valeri Çeçalaşvili, Avropa Şurası katibliyinin nümayəndələri, Avropa Şurası Nazirlər Komitəsinin xarici əlaqələr komitəsinin üzvləri və şuraya üzv dövlətlərin bu təşkilatdakı səfirləri iştirak ediblər. Müzakirələr əsasən təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi yolları ilə bağlı olub. Görüşdə Azərbaycanı Xarici İşlər Nazirliyinin strateji araşdırmalar və xarici siyasət idarəsinin rəisi Tofiq Musayev, həmçinin Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov təmsil edib.Qeyd edək ki, bu GUAM-la Avropa Şurası arasında keçirilən ilk məsləhətləşmələrdir.

03-19-2008, 08:01 PM #592Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri ilə görüşüb

03-19-2008, 08:11 PM #593Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Tərtərdə təşkil olunan bayram şənlikləri çərçivəsində toy mərasimi keçirilib
[b]Tərtərdə təşkil olunan bayram şənlikləri çərçivəsində toy mərasimi keçirilib[b]
Tərtər. Teymur Quliyev - APA. Novruz bayramı münasibətilə Tərtər şəhərində böyük şənlik keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə ölkədə və dünyada uğurlar qazanmış tərtərli idmançıların mərkəzi şəhər meydanında çıxışı təşkil edilib. Mərkəzi meydanda Tərtərin müdafiəsi zamanı şəhid olmuş Qaçay Mehdiyevin oğlunun toy mərasimi keçirilib. Nicat Mehdiyev APA-nın müxbiri ilə söhbətində atasının yolunu davam etdirməyə hazır olduğunu söyləyib. Tərtər Rayon icra Hakimiyyətinin başçısı Vidadi İsayev yeni ailə quran gənclərə qızıl üzük hədiyyə edib.

03-20-2008, 03:46 PM #594Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Lənkəran rayonunda partlayış olub
[b]Azərbaycanın Lənkəran rayonunda partlayış olub[b]
Lənkəran. Ağaddin Babayev - APA. Dünən gecə saat 21:30 radələrində Lənkəran şəhərinin Kiçik Bazar ərazisində, Müslüm Maqomayev küçəsində partlayış baş verib.
Partlayışın zərbə dalğası 5 kilometrlikdən hiss edilib. Hündür mərtəbəli binalarda silkələnmələr olub.APA-nın Cənub bürosunun məlumatına görə, silkələnmədən sonra sakinlər nə baş verdiyini anlamayıblar. Hamı zəlzələ olduğunu zənn edib, 5 dəqiqədən sonra küçələrdə sirena səsləri eşidilib. Sonra məlum olub ki, bu, zəlzələ yox, partlayışdır. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər gəlib. Nə baş verdiyini heç kim açıqlamayıb. Jurnalistlərə ərazidə çəkiliş aparmağa və hər hansı məlumat toplamağa imkan verilməyib, onlar da əhali ilə birgə hadisə yerindən 50 metr uzaqlaşdırılıb.Yerli sakinlərin açıqlamalarına görə, zərbənin dalğasından 30-a yaxın evin pəncərələri çərçivədən çıxıb, şüşələr sınıb, evlərin damlarına və divarlarına ciddi ziyan dəyib. Şəhər sakini, 83 yaşlı Nəsibə Cəfərova xəsarət alıb və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dən bildiriblər ki, yaralı alın nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə qəbul edilib və ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Rəsmi orqanların məlumatında partlayışın Müslüm Maqomayev küçəsində vətəndaş Rzayev Samir Vaqif oğluna məxsus evdə baş verdiyi bildirilsə də, hadisənin digər təfərrüatları açıqlanmır. Qonşuların fikrincə, evdə uzun müddətdən bəri heç kim yaşamadığı üçün partlayışın təbii qazdan baş verməsi daha çox ehtimal olunur. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.

03-20-2008, 03:51 PM #595Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə bizim diplomatik və siyasi qələbəmizdir"
[b]Azərbaycan prezidenti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə bizim diplomatik və siyasi qələbəmizdir"[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Bakının mərkəzində keçirilən bayram şənliklərində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. APA-nın məlumatına görə, tədbirdə prezident İlham Əliyev çıxış edib.
O, Novruz bayramının Azərbaycan xalqı üçün müqəddəs bayram olduğunu vurğulayaraq, bayramın tarixindən danışıb. Azərbaycan prezidenti ölkədə iqtisadi islahatların davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişaf tempinin çox yüksək olduğunu deyib. Onun sözlərinə görə, ölkədə sosial problemlərin həllinə xüsusi diqqət ayrılır. Maaşlar, təqaüdlər ildə iki dəfə artırılır. Prezident deyib ki, ölkənin inkişafı üçün lazım olan bütün böyük layihələr həyata keçiriləcək: "Hər bir ölkənin inkişafı üçün iqtisadi amillər böyük rol oynayır. İqtisadiyyatın inkişafı bizə yalnız xalqın marağına uyğun müstəqil siyasət aparmağa imkan verir. Biz artıq regionda çox böyük və tarixi layihələrin icraçısıyıq. Bütün bunların nəticəsində son 4 ildə ölkənin iqtisadi göstəriciləri 2 dəfə artıb. Bu, dünyada analoqu olmayan nəticədir". Prezident deyib ki, iqtisadi inkişafın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün hər bir sahə üzrə xüsusi proqramlar var.Azərbaycanın dövlət başçısı iqtisadi inkişafla yanaşı, daxili və xarici siyasətin də uğurla həyata keçirildiyini, Azərbaycanın dünyada böyük hörmətə malik ölkə olduğunu vurğulayıb: "Biz dünyada etibarlı tərəfdaş reputasiyası qazanmışıq. Bizim xarici siyasətimiz bölgədə sülhün bərqərar olmasına, əməkdaşlığın güclənməsinə yönəlib". Prezident BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamənin qəbul olunmasını bu siyasi gücün göstəricilərindən biri adlandırıb: "Bu, bizim böyük diplomatik və siyasi qələbəmizdir. Baxmayaraq ki, orda bəzi ölkələrə güclü təzyiqlər də göstərilib".Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və müzakirə predmeti deyil: "Bu çərçivədən kənarda heç bir razılaşma və sülh sazişi mümkün deyil". Prezident ordu quruculuğu prosesinin davam etdirildiyini də deyib: "Müharibə hələ bitməyib, yalnız atəşkəs rejimi yaranıb".Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etdiyini deyən ölkə başçısı Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kimi böyük layihələrin ölkənin tarixi nailiyyəti olduğunu bildirib. Azərbaycanın bölgələrində inkişaf getdiyini deyən prezident qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını söyləyib. Ölkə başçısı bildirib ki, ölkədə mədəniyyətin inkişafı, Bakının tarixi yerlərinin qorunması və restavrasiya olunması, yeni muzeylər və teatrlar tikilməsi də davam etdiriləcək.Azərbaycan prezidenti çıxışının sonunda bir daha Novruz bayramı münasibətilə xalqı təbrik edib.

03-20-2008, 03:56 PM #596Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Qax rayonunda 18 yaşlı qız özünü asıb
[b]Azərbaycanın Qax rayonunda 18 yaşlı qız özünü asıb[b]
Qax. Hafiz Heydərov - APA. Azərbaycanın Qax rayonunda 18 yaşlı qız özünü asıb. Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 23:00 radələrində baş verib.
Qax rayon sakini, 1990-cı il təvəllüdlü Gözəl Süleyman qızı Məmmədova yaşadığı həyətdə meyvə ağacından özünü asaraq intihar edib. Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

03-20-2008, 04:01 PM #597Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
[b]Rusiyada hərbi təyyarə qəzaya uğrayıb[b]
Moskva - APA. Rusiyada SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb. APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, qırıcı təyyarə Primorsk vilayətinin Spassk rayonunun Novoselsk məntəqəsi yaxınlığında qəzaya uğrayıb və nəticədə pilot həlak olub.
Hadisədən dərhal sonra Rusiya Hərbi Hava Qüvvələrinin komandanının əmri ilə ölkə ərazisində SU-25 təyyarələrinin uçuşu müvəqqəti olaraq qadağan edilib. Hazırda hadisənin səbəbləri araşdırılır.

03-20-2008, 04:06 PM #598Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Moldova parlamenti hökumətin istefasını qəbul edib
[b]Moldova parlamenti hökumətin istefasını qəbul edib[b]
Kişinyov - APA. Moldova parlamenti ölkə hökumətinin istefasını qəbul edib. APA-nın xəbərinə görə, 101 deputatdan 53-ü qərarın lehinə səs verib.
Qeyd edək ki, hökumətin istefası baş naziri Vasili Tarlevin istefaya getmək barədə qərarından sonra zəruri olub.Tarlev qərarını yeni simalara ölkə üçün işləmək şansı vermək istəyi ilə əsaslandırıb. Moldova prezidenti Vladimir Voronin baş nazirə səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib və onun ölkənin ən ali mükafatı - "Respublika" ordeni ilə təltif olunacağını bildirib. Yeni baş nazirin namizədliyi prezidentin parlament fraksiyaları ilə görüşündən sonra təqdim olunacaq.

03-21-2008, 11:36 AM #599Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanlı kriminal avtoritet Ukraynadan siyasi sığınacaq istəyib
[b]Azərbaycanlı kriminal avtoritet Ukraynadan siyasi sığınacaq istəyib[b]
Kiyev - APA. Kriminal aləmdə "Rövşən Lənkəranski" adı ilə məşhur olan Rövşən Rafiq oğlu Caniyev Ukrayna Miqrasiya Xidmətinə müraciət edərək bu ölkədən siyasi sığınacaq istəyib.
APA-nın məlumatına görə, R. Caniyev bu ilin fevral ayında Kiyevdə həbs olunub və hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır. Ukrayna xəbər agentlikləri Azərbaycan baş prokurorunun Ukrayna baş prokuroruna müraciət edərək saxlanılan şəxsin Azərbaycan vətəndaşı olduğunu, ağır cinayət törətdiyinə görə 2002-ci ildə barəsində beynəlxalq axtarış elan olunduğunu bildirib və onun Azərbaycana ekstradisiyasını xahiş edib. "RBK-Ukraina" agentliyi 2006-cı ilin aprelində azərbaycanlı kriminal avtoritet Hikmət Muxtarovun öldürülməsindən sonra Moskvadakı Azərbaycan mafiyasının gizli biznesinə Rövşən Caniyevin nəzarət etdiyini yazıb. Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin mətbuat katibi Yelena Melnik R. Caniyevə siyasi sığınacaq verilməsinə qarşı çıxaraq bunun çox təhlükəli presedent yaradacağını deyib. Onun sözlərinə görə, Miqrasiya Xidməti R. Caniyevin müraciətini təmin edərsə, Ukrayna "qanuni oğru"ların sığındığı məkana çevrilə bilər.

03-21-2008, 12:56 PM #600Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkmənistan Azərbaycana səfir təyin edib
[b]Türkmənistan Azərbaycana səfir təyin edib[b]
Aşqabad - APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycana səfir təyin edib. APA-nın məlumatına görə, Q. Berdımuhammedovun fərmanı ilə Annaməmməd Məmmədov bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Xatırladaq ki, 7 il əvvəl Xəzərdəki "Kəpəz" yatağı ilə bağlı iki ölkə arasında fikir ayrılıqları yarandıqdan sonra Türkmənistan hökuməti Azərbaycandakı səfirini geri çağırmışdı. Ancaq Saparmurad Türkmənbaşının vəfatından sonra qarşılıqlı münasibətlərdə yaxınlaşma müşahidə olunmağa başlayıb. Tərəflər Azərbaycanın Türkmənistana dövlət borcu ilə bağlı mübahisəni həll ediblər, Xəzərdə su sərhədlərinin delimitasiyasına dair danışıqlar fəallaşıb. Aşqabad türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxarılmasını nəzərdə tutan Transxəzər layihəsinin müzakirəsinə hazır olduğunu da bildirib. Yaxın vaxtlarda isə Qurbanqulu Berdımuhammedovun Azərbaycana rəsmi səfəri gözlənilir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri