[b]Türkiyə prezidenti: "Azərbaycanın Dağlıq Qarabağ ərazisi təəssüf ki, hələ də işğal altındadır"[b]
Ankara-APA. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan ciddi şəkildə narahatdır və problemin qısa zamanda tənzimlənməsini arzulayır".
APA-nın məlumatına görə, bu fikirləri "İTAR-TASS" agentliyinin baş direktoru Mixail Qusmana müsahibəsində Türkiyə prezidenti Abdullah Gül söyləyib. O, münaqişənin hələ də "dondurulmuş" vəziyyətdə olduğundan təəssüfləndiyini bildirib: "Dağlıq Qarabağ hələ də işğal altındadır, milyonlarla azərbaycanlı qardaşlarımız münaqişə nəticəsində qaçqın vəziyyətinə düşüb və ağır vəziyyətdə yaşayır. Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında mövcud olan bu problem qarşılıqlı anlaşma və dialoq yolu ilə həllini tapsın. Məsələn, Kipr probleminin həlli ilə hər kəs məşğul olur, amma hələ də işğal altında olan Dağlıq Qarabağla heç kəs maraqlanmır. Bu, bizi təəssüfləndirir".
4610 sonuçtan 471 ile 480 arası

03-15-2008, 01:06 PM #471Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Alim Qasımov və Fərqanə Qasımova Misirdə birgə konsert proqramı ilə çıxış edəcəklər
[b]Alim Qasımov və Fərqanə Qasımova Misirdə birgə konsert proqramı ilə çıxış edəcəklər[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə Misirdə keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək.
Xanəndənin ailəsindən APA-ya bildirilib ki, festivalda çıxış etmək məqsədi ilə muğam ifaçıları 1-3 may tarixlərində Misirdə səfərdə olacaqlar. Festival çərçivəsində Alim və Fərqanə Qasımovaların birgə konserti təşkil olunacaq. Muğam ifaçılarını kamançada Rauf İslamov, tarda isə Malik Mansurov müşayiət edəcək.

03-15-2008, 01:11 PM #472Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə prezidenti: "Azərbaycanın Dağlıq Qarabağ ərazisi təəssüf ki, hələ də işğal altındadır"

03-15-2008, 01:16 PM #473Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xu Çzintao yenidən Çin Xalq Respublikasının sədri seçilib
[b]Xu Çzintao yenidən Çin Xalq Respublikasının sədri seçilib[b]
Çin Xalq Respublikasının sədri Xu Çzintao Ümumçin Xalq Nümayəndələri Yığınıcağının 11-ci qurultayında növbəti dəfə ölkə başçısı seçilib. APA-nın məlumatına görə, gizli səsvermə üsulu ilə keçirilən seçkilərdə Xu Çzintao 2012-ci ilə kimi ÇXR sədri postunda qalmaq hüququ qazanıb. Beş il sonra Xu Çzintaonu bu postda əvəzləməyə potensial namizədlər sırasında Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvləri Si Tszinpin və Li Keçyanın adları çəkilir.

03-15-2008, 01:21 PM #474Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Həsrət Rüstəmov: "ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesi seçkilərə start verilənə kimi yekunlaşacaq"
[b]Həsrət Rüstəmov: "ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesi seçkilərə start verilənə kimi yekunlaşacaq"[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək prezident seçkilərində Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsi barədə qərarına yenidən baxmaq fikrində deyil. ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, bu qərar partiyanın Ali Məclisində qəbul olunub və qərara yenidən baxılmasını vacib edən situasiyanın yaranacağını proqnozlaşdırılmır. H. Rüstəmov hazırda ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesinin getdiyini və bu prosesin seçkilərə start verilənə kimi yekunlaşacağını deyib: "Müxalifət seçkiyə vahid namizədlə qatıla bilməsə də, istənilən müxalifət namizədi qalib gələcəyi halda təkcə öz partiyasının potensialından yox, bütün müxalifət komandasından istifadə etməlidir. Biz belə bir komanda formalaşdırmağa başlamışıq və bu, müxalifətin vahid komandasıdır". Komandanın formalaşmasında əsas prinsip kimi professionallığın götürüldüyünü deyən H. Rüstəmov burada digər müxalifət partiyalarının kadrlarının, QHT rəhbərlərinin, vaxtilə hakimiyyətdə işləmiş şəxslərin və hətta hazırkı hökumətdə işləyən kadrların da təmsil olunmasının nəzərdə tutulduğunu qeyd edib: "Burada əsas vəzifələrin bölgüsü də nəzərdə tutulur. İqtisadi sahəyə, xarici siyasət idarəsinə, müdafiə sahəsinə, güc nazirliklərinə kimlər rəhbərlik edəcək şəxslər əvvəlcədən müəyyənləşəcək".

03-15-2008, 01:26 PM #475Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək
[b]Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Firuz Səxavət, Yaqub Zurufçu və Baloğlan Əşrəfov konsert proqramı ilə çıxış edəcəklər. Y. Zurufçu APA-ya bildirib ki, konsert proqramında o, sözləri Şəhriyara, musiqisi isə özünə məxsus olan altı mahnı ifa edəcək: "Həmin mahnılar Şəhriyarın "Heydərbabaya salam", "Üns və cin", "Sevgilim" və digər şeirlərinə yazılıb. Bu mahnıları məxsusi olaraq Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi münasibəti ilə hazırlamışam". Yaqub Zurufçu bildirib ki, yaxın vaxtlarda həmin mahnılardan ibarət disk hazırlayacaq. Bundan başqa müğənni sözləri Cabir Novruza, musiqisi isə iranlı bəstəkar Rizə Rəzəviyə məxsus olan "Ay sevgilim" mahnısına klip çəkdirdiyini də bildirib. Rejissor Elnar Haşımovun quruluşunda hazırlanan klipin çəkilişləri Bakıda aparılıb. Yaqub Zurufçu yaxın günlərdə yeni klipin ekranlarda nümayiş olunacağını vurğulayıb.

03-15-2008, 01:31 PM #476Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Məclisinin üzvləri AŞ PA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşəcəklər
[b]Azərbaycan Milli Məclisinin üzvləri AŞ PA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşəcəklər[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Milli Məclisinin üzvləri Gültəkin Hacıyeva və Aydın Abbasov bu gün Parisə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, martın 19-dək davam edəcək səfər çərçivəsində deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında iştirak edəcəklər. Onlar AŞ PA Monitorinq Komitəsində aparılan müzakirələrdə Azərbaycanın mövqeyini bildirəcəklər. Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Monitorinq Komitəsinin iclasında iştirak edəcək. Qeyd edək ki, S. Seyidov artıq Parisdədir. O, AŞ PA Bürosunun martın 13-də keçirilmiş iclasında iştirak edib.

03-15-2008, 01:36 PM #477Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sabah dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 68-ci ili tamam olur
[b]Sabah dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 68-ci ili tamam olur[b]
Bakı. Ülkər Qasımova-APA. Sabah dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 68-ci ildönümüdür. APA-nın məlumatına görə, bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə cazmenin məzarı ziyarət olunacaq. Vaqif Mustafazadənin Ev Muzeyində isə onun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə V. Mustafazadənin Moskvada işıq üzü görən iki hissəli kompakt diskinin də təqdimatı keçiriləcək. Diskin birinci hissəsində V. Mustafazadənin kompozisiyaları, ikinci hissədə isə cazmenin sintez etdiyi Azərbaycan bəstəkarlarının əsərləri yer alıb. V. Mustafazadənin anadan olmasının 68-ci ildönümü ilə əlaqədar Moskvada da tədbir təşkil olunacaq. Bu tədbir isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə aprelin 23-də həyata keçiriləcək.

03-15-2008, 01:46 PM #478Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xarici işlər naziri bu gün Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək
[b]Azərbaycanın xarici işlər naziri bu gün Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bir neçə saatdan sonra Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
APA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov bu gün keçirdiyi brifinqdə bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında müzakirələr aparılacaq. Bundan başqa görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilinə dair məsələlər müzakirə ediləcək.

03-15-2008, 02:01 PM #479Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında və Göyçayda silah-sursat aşkarlanıb
[b]Azərbaycan paytaxtında və Göyçayda silah-sursat aşkarlanıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının əməkdaşları tərəfindən martın 14-də 10 saylı Bərə dayanacağının yaxınlığından 1 ədəd AKSU silahı, 22 ədəd patron və 1 ədəd patron darağı tapılıb. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, silah-sursatlar Xətai rayon Polis İdarəsinə təhvil verilib. Həmin gün Göyçay rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən 1 ədəd AKM silahı, 101 ədəd avtomat patronu və 2 ədəd patron darağı tapıblar.

03-15-2008, 02:21 PM #480Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Azadlıq" qəzetinin naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşının vəziyyəti yaxşıdır
[b]"Azadlıq" qəzetinin naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşının vəziyyəti yaxşıdır[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Azadlıq" qəzetinin martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşı Aqil Xəlilin vəziyyəti yaxşıdır. Bu barədə APA-ya A. Xəlilin əməliyyat olunduğu Klinik Tibb Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Zaur Məmmədli bildirib. Bu gün səhər A. Xəlili müayinə etdiyini bildirən həkim jurnalistin səhhətində hər hansı ağırlaşmanın qeydə alınmadığını deyib: "Özünə də dedim ki, artıq yaxşıdır, istədiyi evə gedə bilər".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın məlumatına görə, bu fikirləri "İTAR-TASS" agentliyinin baş direktoru Mixail Qusmana müsahibəsində Türkiyə prezidenti Abdullah Gül söyləyib. O, münaqişənin hələ də "dondurulmuş" vəziyyətdə olduğundan təəssüfləndiyini bildirib: "Dağlıq Qarabağ hələ də işğal altındadır, milyonlarla azərbaycanlı qardaşlarımız münaqişə nəticəsində qaçqın vəziyyətinə düşüb və ağır vəziyyətdə yaşayır. Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında mövcud olan bu problem qarşılıqlı anlaşma və dialoq yolu ilə həllini tapsın. Məsələn, Kipr probleminin həlli ilə hər kəs məşğul olur, amma hələ də işğal altında olan Dağlıq Qarabağla heç kəs maraqlanmır. Bu, bizi təəssüfləndirir".

Yer imleri