Sayfa 4/461 İlkİlk ... 234561454104 ... SonSon
4610 sonuçtan 31 ile 40 arası

Azərbaycan Xəbərləri

  1. #31
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Azərbaycanda orta aylıq əmək haqqı 177,6 manatdır

    Gələn il orta əmək haqqının 183 manata və yaxud 261 liraya (YTL) çatacağı proqnozlaşdırılır.

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 177,6 manat (253 YTL) təşkil edib. Dövlət statistika komitəsindən verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 28 faiz çoxdur. İndi ölkədə ən çox əmək haqqı alanlar hasilat sənayesi və maliyyə sektorunda işləyənlər, icarə və kommersiya fəaliyyəti ilə məşğul olanlar, həmçinin tikinti şirkətlərinin əməkdaşlarıdır. Qeyd edək ki, Azərbaycan hökuməti 2008-ci ilə kimi ölkədə orta aylıq əmək haqqının 183 manata və yaxud 261 liraya çatacağını proqnozlaşdırır. /ANS TV/
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  2. #32
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Ömürlük məhbus ağzını tikib

    Qobustan qapalı həbsxanasında saxlanılan ömürlük məhbus Mehman Muradov ağzını tikərək aclıq aksiyası keçirir.

    Bu barədə APA-ya Ömürlük Məhbusların Yaxınlarının Komitəsindən bildirilib. Məlumata görə, M. Muradov həbsxanada mobil telefonlardan istifadəni yasaqlamaq məqsədi ilə quraşdırılan aparatın radiasiya yaymasına etiraz əlaməti olaraq bu addımı atıb: "Həbsxanada saxlanılan məhbuslar radiasiya yayan həmin qurğunun fəaliyyətinin dayandırılmasını tələb etsələr də, həbsxana rəhbərliyi deyilənlərə əhəmiyyət verməyib. Mehman Muradov da buna etiraz olaraq ağzını tikib".

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə APA-ya belə bir məlumatın qeydə alınmadığı bildirilib. /APA/
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  3. #33
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    UEFA rəhbəri bildirir ki, Azərbaycan və Ermənistanın futbol üzrə yığma komandaları matçlarda görüşməyəcəklər

    Azərbaycan və Ermənistanın futbol üzrə yığma komandaları matçlarda rəqib kimi görüşməyəcəklər. Bu barədə ri UEFA rəhbəri Mişel Platini bildirib.

    “Azərbaycan və Ermənistan millilərinin Avropa çempionatında eyni oyun qrupuna düşməsinin səhv olduğunu etiraf edirik”,- deyə M. Platini çərşənbə günü Bakıda keçirilən mətbuat konfransında vurğulayıb.

    O qeyd edib ki, ekspertlərin təhlilinə əsasən yarış çərçivəsində iki ölkənin yığma komandasının görüşünə icazə verməmək haqda qərar qəbul olunub.

    “Biz çalışacağıq ki, gələcəkdə bu iki komanda futbol meydanlarında üz-üzə gəlməsinlər”,-deyə o bildirib.

    Öz növbəsində FİFA prezidenti Yozef Blatter beynəlxalq futbol təşkilatlarının Azərbaycanda futbola hərtərəfli dəstək göstərməyə hazır olduqlarını deyib.

    “Biz həm maddi, həm də digər vasitələrlə kömək göstərməyə hazırıq, lakin istənilən halda inkişaf yerlərdə, Azərbaycanın özündə baş verməlidir”,- deyə o qeyd edib.

    M. Platini və Y. Blatter Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının yeni mənzil- qərargahının açılış mərasimində iştirak etmək üçün ötən gün Bakıya gəliblər.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  4. #34
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Vətəndən xəbərlər

  5. #35
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Alıntı yeshu Nickli Üyeden Alıntı
    Ermeniler Sınır Bölgesindeki Azeri Subayı Öldürdü

    Azerbaycan Savunma Bakanlığı, İhtilaflı Dağlık Karabağ Sınırında Bir Azeri Subayın Ermeni Güçlerince Açılan Ateş Sonucu Hayatını Kaybettiğini Açıkladı.


    Bakanlık sözcüsü Eldar Sabiroğlu yaptığı açıklamada, "Ermeni güçleri ateşkesi ihlal ederek, Agdam bölgesindeki Azeri mevzilerine ateş açmış ve Üst Teğmen Bulkhasan Melikov şehit olmuştur" dedi.

    Alıntı yeshu Nickli Üyeden Alıntı
    Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub

    Azərbaycan Ordusunun əsgəri 1987-çi il təvəllüdlü Fərid Nofəl oğlu Məmmədov erməni silahlı qüvvələrinin aşdığı atəş nəticəsində başından ağır yaralanaraq vəfat edib. Əsgərin qohumu Ramiz Mehmanovun ANSPRESS-ə verdiyi məlumatına görə, mərhum bu gün doğulduğu Tərtər rayonunun Xoruzlu kəndində torpağa tapşırılıb.

    ANS-PRESS (© 2007 Bütün hüquqlar qorunur)


  6. #36
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Azərbaycan əhalisi 0,8 faiz artıb

    Azərbaycan əhalisinin sayı bu ilin 9 ayı ərzində 71 min nəfər və yaxud 0,8 faiz artıb, cümə axşamı “Trend”ə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Məlumata görə, hazırda əhalinin sayı 8 mln.603 min nəfərdir. Hesabat dövründə ölkədə 112.4 min, təxminən gündə 413 körpə doğulub. Onların 53,9 faizini oğlan, 46,1 faizini isə, qızlar təşkil edib. Körpələrin 1204-ü əkiz, 27-si isə üçəmdir.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 17,6-dan 17,7-yə. Ölənlərin sayı isə, 6,3-dən 6,5-ə qədər artıb.



    Azerbaycan'ın nüfusu % 0,8 arttı

    Azerbaycan Devlet İstatistik Kurumu'nun verdiği bilgilere göre Azerbaycan'ın nüfusu bu yılın ilk 9 ayında 71.000 kişi, yani % 0,8 yani arttı. Böylelikle, Azerbaycan'ın son verilere göre nüfusu 8.603.000 milyon oldu.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  7. #37
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Azərbaycan filmi ilk dəfə “Oskar” mükafatına təqdim edilib

    Kinorejissor Fərid Hümbətovun “Qafqaz” filmi “Oskar” mükafatını almaq üçün müsabiqədə iştirak edəcək

    Bu il “Oskar” mükafatına 63 ölkədə istehsal olunmuş film təqdim edilib. Amerika kinoakademiyasının mükafatına sahib olmaq üçün müsabiqəyə ilk dəfə olaraq Azərbaycanda istehsal edilmiş film də təqdim edilib.

    Bu “Metropol” Kino Şirkətinin prezidenti, kinorejissor Fərid Hümbətovun “Qafqaz” filmidir. “Qafqaz” tammetrajlı bədii filmi Fərid Hümbətovun ikinci ekran əsəridir. Bu filmdən öncə rejissor “Kənar şəxslər” filmini çəkib.

    Qeyd edək ki, münsiflər heyəti müsabiqəyə təqdim olunan 63 filmdən 5-ni seşərək müxtəlif nominasiyalara layiq görəcəklər.

    ....

    /ANS PRESS/ (© 2007 Bütün hüquqlar qorunur.)
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  8. #38
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    AZƏRBAYCAN OPERA VƏ BALET TEATRI MÜNXEN FESTİVALINDA İŞTİRAK EDƏCƏKDİR

    AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2008-ci ildə Münxen opera sənəti festivalında iştirak edəcəkdir.
    Münxen opera sənəti festivalının direktoru Lüdviq Bauman, festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrokun teatra ünvanlanmış məktubunda orkestr və 7 solist festivala dəvət edilir.

    Bildirilir ki, teatrın simfonik orkestri festivalda “Riqoletto”, “Traviata”, “Sevilya bərbəri”, “Aida” və “Trubadur” kimi əsərləri müşayiət edəcəkdir. Həmin tamaşalarda Azərbaycan solistləri də iştirak edəcəklər.
    Xatırladaq ki, Azərbaycan ötən il də Münxen opera sənəti festivalının iştirakçısı olmuşdur.

    AzərTAc


    -----------------

    AZERBAYCAN OPERA VE BALE TİYATROSU MÜNİH FESTİVALİNE KATILACAK

    AzərTAc'in verdiği bilgilere göre, Azerbaycan Devlet Akademik Opera və Bale Tiyatrosu, 2008'de Münih'te düzenlenecek olan opera festivaline katılacak.
    Münih opera festivalinin direktörü Lüdwig Bauman, festivalin sanat danışmanı ve baş şefi Cornelia von Kerssenbrok'un tiyatroya gönderdiği mektupla orkestrayı və 7 solisti festivale davet etti.

    Tiyatronun senfonik orkestrası, festivalde “Riqoletto”, “Traviata”, “Sevilla Berberi”, “Aida” və “Trubadur” gibi eserleri seslendirecektir. Bu etkinliklere Azerbaycanlı solistler de katılacaktır.

    Hatırlandığı gibi, Azerbaycan geçen yıl da Münih'te düzenlenen opera festivalinin katılımcıları arasındaydı.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  9. #39
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Bakı yol polisi avtomobillərdən pərdə və plyonkaları sökməyə başladı

    Bakı yol polisinin son 3 gündə həyata keçirdiyi reydlər nəticəsində 350-dən artıq xarici istehsal olunan avtomobil cərimələnib, çərşənbə axşamı “Trend”ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisinin şöbə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, reydlər zamanı pərdə və plyonkalardan istifadə edilən avtomobillərin istismarı qadağan edilir.

    Azərbaycanın “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinə əsasən “Sürücülərin görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarının zədələnməsi təhlükəsini yaradan əlavə əşya və ya şüşələrə hər hansı formada örtüklərin (pərdə, plyonka)” çəkilməsi qadağan edilir. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də 9 aylıq yekunlara dair keçirilən müşavirədə daxili işlər nazirinə avtomobillərdə plyonka və pərdələrin yığışdırılması tapşırığını verib.

    Əsədov bildirib ki, ölkənin bəzi vəzifəli şəxsləri qanunun aliliyini rəhbər tutaraq icrasını təmin etmək əvəzinə “Yol hərəkəti haqqında” qanunun müddəalarını pozur. Bu qanunun prinsiplərini pozan sürücülərə himayə edərək, yol polisinə hədə-qorxu gələrək onların işinə müdaxilə edirlər. Reydlərin oktyabrın 25-dək davam edəcəyini deyən Əsədov vurğulayıb ki, reydlər zamanı yol polislərinə hədə-qorxu fakktları aşkarlanarsa, həmin şəxslər və vəzifəli şəxlər barəsində ciddi tədbirlər görüləcək, onlar barəsində aidiyyatı qurumlara məlumat veriləcək.

    Qarnar
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  10. #40
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Sumqayıtda həbs olunmuş 6 vəhhabi ərəb ölkələrində təlim keçib

    Son günlər ölkənin bəzi bölgələrində, o cümlədən Sumqayıt şəhərində və şimal rayonlarında vəhhabilərin fəallaşması ilə əlaqədar hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərir.

    APA-nın məlumatına görə, bu sözləri Baş prokurorun 1-ci müavini Rüstəm Usubov deyib. Bildirib ki, «hazırda Qusar rayon Prokurorluğunda vəhhabilərlə bağlı cinayət işinin istintaqı gedir və Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb».

    Rüstəm Usubov deyib ki, 6 nəfər vəhhabi həbs olunub, onların evlərində axtarışlar aparılıb, xeyli döyüş sursatı aşkarlanıb.

    «İstintaq yolu ilə müəyyən olunub ki, həmin şəxslər vaxtilə ərəb ölkələrində təlimlər keçib, bəzi təşkilatların tərkibində müharibələrdə iştirak ediblər. Belə şəxslərin Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərməsinin qarşısını hüquq-mühafizə orqanları alır», - deyə R.Usubov bildirib.

    Baybak
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Sayfa 4/461 İlkİlk ... 234561454104 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.