[b]Metyu Brayzanın bəyanatı Ermənistan hökumətini sarsıdıb[b]
İrəvan - APA. Ermənistan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanın bəyanatından sarsılıb. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, M. Brayzanın müxalifətin etiraz aksiyasının kobudluq və amansızlıqla dağıdılması barədə sözləri qəbuledilməzdir: "Bu cür birtərəfli ittihamlar əsassız və faydasızdır. Biz dəhşətə gəlirik ki, hətta Ermənistanda olub, rəsmi və qeyri-rəsmi mənbələrdən məlumatlar aldıqdan sonra o, belə bəyanatlar verir". Mətbuat katibi deyib ki, hadisələr zamanı 43 polis işçisinin güllə və qəlpə yaraları alması nümayişçilərin odlu silahlar və partlayıcılarla silahlandığının sübutudur: "Biri polis olan səkkiz nəfərin ölümü və əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları olan xeyli adamın yaralanması, Metyu Brayzanın dediyi kimi, ciddi zorakılıq aktının baş verdiyini göstərir". Ermənistan XİN-in nümayəndəsi hesab edir ki, yanlış informasiyalar əsasında verilmiş bəyanatlar vəziyyəti gərginləşdirə bilər və artıq gərginləşdirir.
4610 sonuçtan 371 ile 380 arası

03-12-2008, 06:55 PM #371Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yaşar Nuri: "Bundan sonra içkidən heç zaman istifadə etməyəcəyəm"
[b]Yaşar Nuri: "Bundan sonra içkidən heç zaman istifadə etməyəcəyəm"[b]
Bakı. Ülkər Qasımova - APA. "Beş aydır ki, içki içə bilmirəm. Bundan sonra içkidən heç zaman istifadə etməyəcəyəm". Bu açıqlamanı APA-ya hazırda Türkiyədə olan və qaraciyər serrozu xəstəliyindən müalicə olunan xalq artisti Yaşar Nuri deyib.
Üç gün bundan əvvəl müalicə olunduğu İstanbul Memorial Xəstəxanasından evə buraxıldığını bildirən Yaşar Nuri hazırda Türkiyədə mehmanxanada qalır. Aktyor Novruz bayramı ərəfəsində Bakıya gəlib-gəlməyəcəyini dəqiqləşdirmədiyini qeyd edib: "Mənim Bakıya gəlib-gəlməməyim Koray Acarlının qərarından asılıdır. Əgər tez bir zamanda donor tapılacaqsa, o zaman gözləyəcəyəm. Axtarış uzun müddət davam etsə, Bakıya gəlmək istəyirəm. Bununla bağlı qərarı da Koray Acarlı verəcək". Hazırda özünü yaxşı hiss etdiyini deyən Yaşar Nuri vətəni üçün darıxdığını bildirib.

03-12-2008, 07:02 PM #372Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Metyu Brayzanın bəyanatı Ermənistan hökumətini sarsıdıb

03-12-2008, 07:06 PM #373Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya viza rejiminə malik olduğu ölkələrin əmək miqrantları üçün kvotanı iki dəfədən çox artıracaq
[b]Rusiya viza rejiminə malik olduğu ölkələrin əmək miqrantları üçün kvotanı iki dəfədən çox artıracaq[b]
Bakı. Laçın Sultanova-APA. Gələn il Rusiya ilə viza rejimi olan ölkələrdən olan əmək miqrantları üçün kvota iki dəfədən çox artırılaraq 105 min nəfərə çatdırılacaq. APA-nın məlumatına görə, 2009-cu ildə viza rejimi olmayan ölkələrdən gələn əmək miqrantları üçün kvotanın miqdarının 1,3 dəfə azaldılacağı gözlənilir. Bu kateqoriya ölkələrdən olan əmək miqrantları üçün 195 min əmək vizası verilməsi planlaşdırılır. Moskva hökumətinin hesablamalarına görə, gələn il paytaxtda 300 min nəfər xarici işçi qüvvəsinə tələbat olacağı proqnozlaşdırılır. Qeyd edək ki, bu il Moskvada çalışmaq üçün Rusiya ilə viza rejiminə malik ölkələrdən olan əmək miqrantları üçün 50 min, digər ölkələrdən olan əmək miqrantları üçün isə 250 min nəfərlik kvota müəyyənləşdirilib. 2007-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 60 min və 750 min nəfər təşkil edib.

03-12-2008, 07:16 PM #374Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Serj Sarkisyan: "1 mart hadisələri Ermənistanın imicinə zərbə vurub"
[b]Serj Sarkisyan: "1 mart hadisələri Ermənistanın imicinə zərbə vurub"[b]
İrəvan - APA. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin əhllində birtərəfli güzəştlərə getməyəcək. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu yeni seçilmiş prezident Serj Sarkisyan tələbələrlə görüşündə deyib. Münaqişənin sülh yolu ilə həlli üçün böyük imkanlara malik olduqlarını vurğulayan S. Sarkisyan bildirib ki, 1 mart hadisələri həll prosesinə fayda verməyib və Ermənistan prezidentinin imkanlarını məhdudlaşdırıb: "Bizim imicimizə zərbə vurulub, ancaq bu, danışıqlar prosesinə təsir göstərməyəcək. Əksinə, biz daha prinsipial mövqe tutacaq və öz maraqlarımızın əleyhinə getməyəcəyik. Dağlıq Qarabağ xalqı Azərbaycanın qəbul edib-etməyəcəyindən asılı olmayaraq öz müqəddəratını təyinetmə hüququna malik olmalıdır". S. Sarkisyan prezident səlahiyyətlərini icra etməyə başladıqdan və Azərbaycan prezidenti ilə görüşlərindən sonra danışıqlar prosesində hansı addımların atılacağına dair daha aydın təsəvvürə sahib olacağını söyləyib.

03-12-2008, 07:22 PM #375Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədrini qəbul edib
[b]Azərbaycan prezidenti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədrini qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müxtəlif qurumları arasında sıx əlaqələrin bu münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi bildirilib, Azərbaycanla Mərmərə Qrupu arasında əməkdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə dair əminlik ifadə olunub.

03-12-2008, 07:27 PM #376Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib
[b]Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib[b]
Bakı. İlhamə İsabalayeva -APA. Bu gün Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə təhsil naziri Misir Mərdanov ölkə prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı sərəncam əsasında görülən işlər barədə məlumat verib. Nazirin sözlərinə görə, həmin sərəncamın icrası ilə əlaqədar "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın layihəsində ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, idarə olunma sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, kadr hazırlığı, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması kimi məsələləri öz əksini tapıb. Sonra M. Mərdanov ali məktəblərin xarici ölkələrin universitetləri ilə yaratdığı əməkdaşlıq barədə məlumat verib. Nazir bildirib ki, əldə olunan təcrübə üzrə müsbət cəhətlər aşkarlanmalı, bu sahə ilə bağlı vahid mexanizm yaradılmalı, ümumilikdə görülən işlər ali təhsilin inkişafına yönəldilməlidir.

03-12-2008, 08:41 PM #377Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda bəzi Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib
[b]Azərbaycanda bəzi Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib[b]
Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə qurumun yanvarın 16-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbayel, 47 saylı Mingəçevir, 108 saylı Ağstafa, 83 saylı Ağdam, 13 saylı Əzizbəyov I, 14 saylı Əzizbəyov II Seçki dairələrinin Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Cari məsələlərin müzakirəsində MSK sədri Məzahir Pənahov qurumun son vaxtlar həyata keçirdiyi tədbirlər haqqında danışıb. O, seçki komissiyalarının üzvləri üçün keçirilən kursların uğurla başa çatdığını, kursda iştirak edənlərin hamısına sertifikatlar təqdim olunduğunu deyib. Qarşıdan gələn prezident seçkilərində müşahidəçilər üçün bütün şəraitin yaradılacağını bildirən M. Pənahov QHT-lərin bu prosesdə yaxından iştirak etməsini vacib sayıb. M. Pənahov bildirib ki, seçici siyahılarının aşağı məntəqə seçki komissiyalarında yenidən tərtib olunması başa çatıb. O, aprelin 5-dək siyahıların MSK-ya təqdim olunacağını, dəqiqləşmə aparıldıqdan sonra təsdiq ediləcəyini qeyd edib. Bundan sonra siyahılar aşağı seçki komissiyalarına göndəriləcək və MSK-nın rəsmi saytında yerləşdiriləcək.

03-12-2008, 08:46 PM #378Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya Dövlət Dumasının nümayəndəsi: "Dumada keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ erməniləri iştirak etməyəcək"
[b]Rusiya Dövlət Dumasının nümayəndəsi: "Dumada keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ erməniləri iştirak etməyəcək"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Rusiya Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqələr üzrə Komitəsində "dondurulmuş münaqişələr"ə dair keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ məsələsi müzakirə olunmayacaq. Bunu APA-ya açıqlamasında komitənin aparat rəhbəri Mariya Lazutova deyib.
O bildirib ki, toplantının nə adında, nə də gündəmində Dağlıq Qarabağ haqda məsələ yoxdur. Ona görə də Dağlıq Qarabağ erməniləri yığıncaqda iştirak etməyəcək. M. Lazutova Dumanın komitəsində Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinin müzakirə ediləcəyini, Dağlıq Qarabağ münaqişəsinə isə toxunulmayacağını söyləyib.

03-12-2008, 08:51 PM #379Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İKT Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub
[b]İKT Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Dakarda keçirilən İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub.
57 ölkə ilə iki ilə yaxın davam edən müzakirələrdən sonra İKT üzvləri təşkilatın Nizamnaməsinə dəyişiklikləri məqbul sayıblar. APA-nın məlumatına görə, toplantıdan sonra Seneqalın xarici işlər naziri Çeyx Tidiano Qadio bildirib ki dəyişikliklər ötən il yaradılmış İslam Həmrəyliyi Fondunun gücləndirilməsi, Afrika xalqlarına kömək məqsədilə yoxsulluq əleyhinə fondun yaradılması və İKT üzvlərinin borcunun silinməsi ilə bağlı proqram yaradılması barədə müddəaları əhatə edir. Qeyd edək ki, İslam Konfransı Təşkilatının Nizamnaməsi 1972-də qəbul olunub. Seneqal xarici siyasət idarəsinin rəhbəri təşkilatın Nizamnaməsinin müasir dövrün tələbləri ilə tam ayaqlaşmadığını, bu səbəbdən modern dünya üçün modern nizamnamə lazım olduğunu vurğulayıb.

03-12-2008, 08:56 PM #380Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyanın məşhur kinoaktyoru Aleksandr Pankratov-Çernıy xəstəxanaya yerləşdirilib
[b]Rusiyanın məşhur kinoaktyoru Aleksandr Pankratov-Çernıy xəstəxanaya yerləşdirilib[b]
Rusiyanın məşhur kinoaktyoru Aleksandr Pankratov-Çernıyın səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, ürək nahiyəsində ağrılardan şikayətlənən aktyor Moskvanın nüfuzlu xəstəxanalarından birinin kardiologiya şöbəsinə yerləşdirilib. Həkimlər ilkin müayinədən sonra aktyora "ürək ritminin pozulması" diaqnozunu qoyublar. Onlar 57 yaşlı aktyorun ciddi həkim nəzarəti altında müalicəyə ehtiyacı olduğunu bildiriblər. Hazırda Aleksandr Pankratov-Çernıyın həyatı üçün təhlükə yoxdur, həkimlər uzunmüddətli müalicə kursundan sonra aktyorun ürəyindəki problemlərin aradan qalxacağını qeyd edirlər.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri