Əsas məzmuna keç
Sayfa 148/461 İlkİlk ... 4898138146147148149150158198248 ... SonSon
4610 sonuçtan 1.471 ile 1.480 arası

Azərbaycan Xəbərləri

1. #1471
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan-Ermənistan sərhədində bu gün keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb

[b]Azərbaycan-Ermənistan sərhədində bu gün keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb[b]

Qazax. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində bu gün keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqdən əvvəl rayon İcra Hakimiyyətində brifinq təşkil edilib, cəbhə zonasında baş verən bütün hadisələr ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin diqqətinə çatdırılıb. Səhra köməkçiləri bu brifinqlə kifayətlənərək, təmas xəttinə getməmək barədə qərara gəliblər.Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Antal Herdiç və İrji Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulovun keçirməsi nəzərdə tutulmuşdu.

2. #1472
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Jurnalistlərinin V Qurultayının vaxtı və yeri bəlli olub

[b]Azərbaycan Jurnalistlərinin V Qurultayının vaxtı və yeri bəlli olub[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Jurnalistlərinin V Qurultayı iyunun 20-də Azərbaycan Mahnı Teatrında keçiriləcək.

Bu barədə APA-ya Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, artıq Şuranın 155 üzvünün 70 faizindən çoxu qurultayda iştirakla bağlı sənədlərini təqdim edib: "Bizim hesablamalara görə, qurultayda 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir". Ə. Amaşov deyib ki, qurultayın gündəliyinə MŞ sədrinin və Nəzarət Təftiş Komissiyasının hesabatları, nizamnamə dəyişikliyi ilə bağlı məsələnin müzakirəsi, İdarə Heyəti üzvləri və MŞ sədrinin seçkisi daxildir.

3. #1473
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanla Türkiyə arasında "Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq" Protokolu imzalanı

[b]Azərbaycanla Türkiyə arasında "Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq" Protokolu imzalanıb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya arasında "Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq" Protokolu imzalanıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədi Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyənin dövlət naziri Murat Başesgioğlu imzalayıb. Protokola əsasən, tərəflər dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində qarşılıqlı səfərlərin təşkil edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması, dövlət qulluğunun idarə olunmasının öyrənilməsi və təhlili, dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsinə yönələn təlim kursları və seminarların təşkil edilməsi və s. məsələlərlə bağlı razılığa gəliblər. B. Xəlilov Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Jalə Aygüllə də görüşüb.

4. #1474
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İyunun 16-sı Azərbaycanda qeyri-iş günüdür

[b]İyunun 16-sı Azərbaycanda qeyri-iş günüdür[b]

Bakı. Elbrus Seyfullayev - APA. İyunun 16-sı Azərbaycanda qeyri-iş günüdür. Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, 15 İyun - Milli Qurtuluş Günü bazara təsadüf etdiyindən iyunun 16-sı - bazar ertəsi qeyri-iş günü hesab olunacaq.

5. #1475
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Artur Rasizadə: "Xarici şirkətlərin Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyətinin qarşısını almaq üçün bütün tədbirlər görülür"

[b]Artur Rasizadə: "Xarici şirkətlərin Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyətinin qarşısını almaq üçün bütün tədbirlər görülür"[b]

Bakı. Rəşad Süleymanov - APA. "Azərbaycan hökumətinin etirazlarına baxmayaraq, Ermənistanın təşəbbüsü ilə bir sıra xarici şirkətlər Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyətlərini davam etdirirlər".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş naziri Artur Rasizadə deyib. O bildirib ki, rəsmi Bakı bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırıb: "Bütün diplomatik vasitələrdən istifadə edərək belə halların qarşısını almağa çalışırıq". A. Rasizadə onu da əlavə edib ki, işğal olunmuş torpaqların azad olunması üçün təkcə Müdafiə Nazirliyi deyil, hamı çalışmalıdır: "Mətbuat da, cəmiyyət də güclənməli, məmurlar da öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar".

6. #1476
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İnsan alveri ilə məşğul olan Gəncə sakini həbs olunub

[b]İnsan alveri ilə məşğul olan Gəncə sakini həbs olunub[b]

Bakı - APA. Gəncə şəhər sakini Müslüm Fərəci bir qrup şəxslə cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müslüm Fərəci DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

7. #1477
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ağstafa sakinindən 1,4 kiloqram marixuana götürülüb

[b]Ağstafa sakinindən 1,4 kiloqram marixuana götürülüb[b]

Bakı-APA. Ağstafada keçirilən əməliyyat zamanı rayon sakini Ramiz Tağıyevdən narkotik maddə götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. DİN-in Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Ramiz Tağıyevdən 1 kiloqram 400 qram marixuana götürülüb.

8. #1478
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın xarici işlər naziri Diqbi Consla görüşüb

[b]Azərbaycanın xarici işlər naziri Diqbi Consla görüşüb[b]

Bakı. Turan Hüseynova - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Diqbi Consla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən D. Cons E. Məmmədyarovla bir sıra məsələləri müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, görüşdə iki ölkə arasında mövcud münasibətlər, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, Böyük Britaniyanın Azərbaycanda neft və qaz sahəsində daha çox investisiya qoyması, Azərbaycanın regionda rolu və digər məsələlər ətrafında müzakirələr aparılıb.

9. #1479
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Metyu Brayza: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tanışlıq xarakteri daşıyır"

[b]Metyu Brayza: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tanışlıq xarakteri daşıyır"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tanışlıq xarakteri daşıyır".

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib. Onun sözlərinə görə, nəticə barədə danışmaq hələ tezdir: "Hər şey tərəflərin əhval-ruhiyyəsindən və prezidentlərin hansı səviyyədə münasibət quracağından asılıdır". M. Brayza bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Abxaziya münaqişəsi də müzakirə olunacaq.

10. #1480
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Krımda yeni tatar məktəbi açılacaq

[b]Krımda yeni tatar məktəbi açılacaq[b]

Kiyev. Kərim Həsənli - APA. Ukrayna Təhsil Nazirliyi Krım Muxtar Respublikasında yeni Krım-tatar məktəbinin açılması barədə qərar qəbul edib. APA-nın məlumatına görə, yeni məktəb 2009-2010-cu tədris ilindən fəaliyyət göstərəcək. Ukraynanın Millətlər və Dinlər üzrə Dövlət Komitəsinin sədr müavini Viktor Pobedonostsev Simferopolda "Deportasiya olunmuş vətəndaşların Ukrayna cəmiyyətinə sosial-mədəni adaptasiyası və inteqrasiyası" mövzusunda keçirilən konfransda çıxışında bildirib ki, yeni tatar məktəbi muxtar respublikanın paytaxtında açılacaq və 920 uşaq üçün nəzərdə tutulacaq. Layihənin gerçəkləşdirilməsi üçün Ukrayna hökuməti 21,6 milyon qrivna vəsait ayırıb. Hazırda Krım MR-də 657 orta təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 14-ü Krım-tatar məktəbidir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.