[b]Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayının sonunda əsaslı təmirə bağlanacaq[b]
Bakı. Ülkər Qasımova - APA. Bu il mayın sonlarında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmirə başlanılacaq. Teatrın direktoru Maqbet Bünyatov APA-ya deyib ki, həmin vaxtdan etibarən teatrın kollektivi müvəqqəti yerdə fəaliyyət göstərəcək.
Teatrın əsaslı təmirində Avstriya, Almaniya, Fransa və digər ölkələrdən mütəxəssislər iştirak edəcək. Əsaslı təmir zamanı teatrda bütün texniki avadanlıqların, işıq və səhnə dekorasiyasının, tamaşaçı oturacaqlarının, qrim otaqlarının yenilənməsi nəzərdə tutulur: "Akademik Milli Dram Teatrı 50 ilə yaxındır, fəaliyyətə başlayıb. Bu müddətdə teatrın binası əsaslı təmir olunmayıb. Teatrımızın əsaslı təmirinə böyük ehtiyac var". Teatrda görüləsi işlərin çox olduğunu vurğulayan M. Bünyatov bu səbəbdən də əsaslı təmirin xeyli çəkəcəyini qeyd edib.
4610 sonuçtan 971 ile 980 arası

04-05-2008, 12:01 PM #971Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Məclisinin sədr müavini millət vəkilləri və jurnalistlərə aclıq aksiyasını dayandırmağı məsləhət görüb
[b]Azərbaycan Milli Məclisinin sədr müavini millət vəkilləri və jurnalistlərə aclıq aksiyasını dayandırmağı məsləhət görüb[b]
Bakı. Elnur Məmmədli - APA. "Millət vəkillərinin jurnalistlərin başladığı aclıq aksiyasına qoşulmasını düzgün hesab etmirəm. Bu addımı o zaman normal qarşılamaq olardı ki, istənilən nəticəni verəydi". APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Fiziki cəhətdən bədənə əziyyət verməklə hər hansı məqsədə nail olmağı vasitə kimi seçməyin düzgün olmadığını deyən B. Muradova hesab edir ki, daha sivil və hüquqi yollardan istifadə edilməlidir: "Düşünürəm ki, digər hüquqi vasitələrdən istifadə etməklə həm gündəmdə qalmaq, həm də nəticə əldə etmək olar. Əgər biz konfliktləri, münaqişələri danışıqlar yolu ilə həll etməyə inanırıqsa və buna səy göstəririksə, ölkədaxili xırda məsələnin həllində niyə bu yoldan istifadə olunmasın? Mən millət vəkillərinə və jurnalistlərə müraciət edərək bu yoldan çəkinməyi məsləhət görürəm".

04-05-2008, 12:16 PM #972Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayının sonunda əsaslı təmirə bağlanacaq

04-05-2008, 12:31 PM #973Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Qaradağ rayonunun Polis İdarəsində aparılmış yoxlamaların nəticəsi olaraq yüksək vəzifəli bir neçə əməkdaş işdən çıxarıl
[b]Azərbaycanın Qaradağ rayonunun Polis İdarəsində aparılmış yoxlamaların nəticəsi olaraq yüksək vəzifəli bir neçə əməkdaş işdən çıxarılıb[b]
Bakı. Hacı Zeynalov - APA. Qaradağ Rayon Polis İdarəsində aparılmış kompleks yoxlamaların nəticəsi olaraq idarənin yüksək vəzifəli bir neçə əməkdaşı işdən çıxarılıb.
APA-nın məlumata görə, yoxlamaların nəticəsindən asılı olaraq daxili işlər nazirinin əmri ilə idarənin rəis müavini Zakir Hüseynov, istintaq şöbəsinin rəisi Murad Abdullayev (təqaüdə göndərilməklə), Pasport Qeydiyyat İdarəsinin rəisi Azər Yəhyayev, Cinayət-axtarış bölməsinin rəis müavini Təzəxan Dəmirov, Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Ceyhun Vəliyev, Qaradağ Rayon Dövlət Yol Polis İdarəsinin baş inspektoru Xaqani Məmmədov, 11-ci polis bölməsinin rəisi Ruslan Məmmədov və digərləri işdə yol verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. Hüquq-mühafizə orqanlarında onlar barəsində araşdırmalar aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, adıçəkilən şəxslər nazirin əmri ilə sərəncama götürülüblər.

04-05-2008, 12:56 PM #974Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in Bakı ofisi Azərbaycanın məhkəmə sisteminin vəziyyətinə dair hesabat hazırlayır
[b]ATƏT-in Bakı ofisi Azərbaycanın məhkəmə sisteminin vəziyyətinə dair hesabat hazırlayır[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Bakı ofisi Azərbaycanın məhkəmə sisteminin vəziyyəti ilə bağlı monitorinq xarakterli hesabat hazırlayır.
Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Hesabatın hazırlanması yaxın vaxtlarda başa çatacaq. Sənəd həm rəsmi strukturlara, həm də ictimaiyyətə təqdim olunacaq.

04-05-2008, 01:06 PM #975Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə ilə Sinqapurda konsert verəcək
[b]Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə ilə Sinqapurda konsert verəcək[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə bu ilin iyununda Sinqapurda konsert verəcək. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, səfər iyunun 4-dən 11-dək davam edəcək. Səfər çərçivəsində bir neçə konsert proqramı təşkil olunacaq. Konsertdə Alim və Fərqanə Qasımovları Ələsgər Məmmədov (tar), Rauf İslamov (kamança), Rafael Ələsgərov (balaban) və Natiq Şirinov (nağara) müşayiət edəcəklər.

04-05-2008, 01:11 PM #976Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu ilin sentyabrından Azərbaycanda rəngli qəzetlərin çapına başlanacaq
[b]Bu ilin sentyabrından Azərbaycanda rəngli qəzetlərin çapına başlanacaq[b]
Bakı. Elnur Məmmədli - APA. "Azərbaycanda rəngli qəzetlərin çapına bu ilin sentyabrından başlanacaq və bu qəzetlərin çap qiymətləri hazırkı qiymətlərdən baha olacaq". APA-nın məlumatına görə, bunu "Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov deyib.
O bildirib ki, Almaniyadan alınan yeni avadanlıqlar may ayında Azərbaycana gətiriləcək: "Bu vaxta qədər Azərbaycanda rəngli qəzet nəşr olunmayıb. Ona görə də bu, yeni bir prosesdir. Bu sahədə kadrlar da yoxdur və biz indidən kadr hazırlığına başlamışıq". A. Əsgərov kommersiya sirri olduğunu əsas gətirərək avadanlıqların qiymətini açıqlamayıb. O, avadanlıqların dövlətin də köməyi ilə nəşriyyatın daxili imkanları hesabına alındığını açıqlayıb.

04-05-2008, 01:31 PM #977Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Aprelin 7-də Türkmənistanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır
[b]Aprelin 7-də Türkmənistanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Aprelin 7-də Türkmənistanın müdafiə naziri, ordu generalı Agagəldi Mamedgəldiyevin Azərbaycana rəsmi səfəri başlayır.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin gün Azərbaycanın Müdafiə Nazirliyində Ağagəldi Mamedgəldiyevin gəlişi ilə bağlı təntənəli mərasim keçiriləcək, müdafiə naziri general-polkovnik Səfər Əbiyev qonaqla görüşəcək.

04-05-2008, 02:36 PM #978Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında silah-sursat tapılıb
[b]Azərbaycan paytaxtında silah-sursat tapılıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Səbayel rayonunun Şıxov qəsəbəsi ərazisində avtomat silah və ləvazimatları tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN Çevik Polis Alayı və Səbayel rayon Polis İdarəsi əməkdaşları tərəfindən Şıxov qəsəbəsindən 1 ədəd AKM silahı, 30 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.

04-05-2008, 04:11 PM #979Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Erməni işğalçıları Ağdamın Yusifcanlı, Mərzili və Novruzlu kəndlərindəki evləri sökərək yerində istehkam tikirlər
[b]Erməni işğalçıları Ağdamın Yusifcanlı, Mərzili və Novruzlu kəndlərindəki evləri sökərək yerində istehkam tikirlər[b]
Bərdə. Teymur Quliyev - APA. Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili və Novruzlu kəndlərindəki evlər ermənilər tərəfindən sökülür və yerində istehkamlar tikilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni işğalçıları son günlər qeyd olunan istiqamətdə ağır texnika cəmləşdirir. Bundan başqa, gecələr həmin ərazidə yük avtomobillərinin hərəkəti müşahidə olunur.

04-05-2008, 04:16 PM #980Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Beynəlxalq Avrasiya Mətbuat Fondu Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafada toplantı keçirib
[b]Beynəlxalq Avrasiya Mətbuat Fondu Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafada toplantı keçirib[b]
Bakı. Ramil Məmmədov - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 04 Aprel-Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafa rayonunda regional toplantı keçirib. Fondun informasiya departamentindən APA-ya daxil olan məlumata görə, tədbir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF-in həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihəsi çərçivəsində təşkil olunub. Fondun sədri və sözügedən layihənin rəhbəri Umud Mirzəyev mina problemi, Azərbaycanın mina təhlükəsinə qarşı mübarizə proqramına qoşulması tarixi, bu bəşəri fəlakətlə mübarizə sahəsində BAMF-ın həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə məlumat verib. O, Sovet ordusunun Ağstafa rayonunun Saloğlu kəndində yerləşən Zaqafqaziyanın ən böyük hərbi sursat anbarının 1991-ci ildə sovet hərbiçiləri tərəfindən partladılması və bunun nəticəsində hazırkı dövrə qədər fəlakətlər baş verməsi barədə də informasiyaları diqqətə çatdırıb, mina təhlükəsi ilə mübarizədə yerli hakimiyyət və özünüidarəetmə orqanlarının, təhsil ocaqlarının, əhalinin rolundan danışıb. U. Mirzəyev ölkədə mina təhlükəsi ilə mübarizə proqramına rəhbərlik edən və milli mina institutu olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) üçüncü ildir ki, NATO-nun dəstəyi ilə Saloğlu faciəsi zamanı hərbi sursatlarla çirklənmiş ərazilərdə təmizləmə əməliyyatları həyata keçirdiyini qeyd edib. Sonra layihə çərçivəsində təlimlərə cəlb edilmiş əlillər mina təhlükəsinə qarşı mübarizə ilə bağlı fikirlərini söyləyiblər.Sonda təlimlərə cəlb edilmiş mina qurbanlarına sertifikatlar təqdim olunub.Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə orqanlarının rəhbərləri, səhiyyə və təhsil şöbələrinin nümayəndələri də iştirak ediblər.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Teatrın əsaslı təmirində Avstriya, Almaniya, Fransa və digər ölkələrdən mütəxəssislər iştirak edəcək. Əsaslı təmir zamanı teatrda bütün texniki avadanlıqların, işıq və səhnə dekorasiyasının, tamaşaçı oturacaqlarının, qrim otaqlarının yenilənməsi nəzərdə tutulur: "Akademik Milli Dram Teatrı 50 ilə yaxındır, fəaliyyətə başlayıb. Bu müddətdə teatrın binası əsaslı təmir olunmayıb. Teatrımızın əsaslı təmirinə böyük ehtiyac var". Teatrda görüləsi işlərin çox olduğunu vurğulayan M. Bünyatov bu səbəbdən də əsaslı təmirin xeyli çəkəcəyini qeyd edib.

Yer imleri