Sayfa 93/461 İlkİlk ... 43839192939495103143193 ... SonSon
4610 sonuçtan 921 ile 930 arası

Azərbaycan Xəbərləri

1. #921
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Həsənov: "Azərbaycan mediasının bir çox problemləri onun öz iqtisadi müstəqilliyini təmin edə bilməməsindən irəli gəlir"

[b]Əli Həsənov: "Azərbaycan mediasının bir çox problemləri onun öz iqtisadi müstəqilliyini təmin edə bilməməsindən irəli gəlir"[b]

Bakı. Ülviyyə Əliyeva - APA. "Azərbaycan mediasının iqtisadi problemlərinin olmasından təkcə Avropa İttifaqı deyil, Azərbaycan dövlətinin də xəbəri var. Hazırda Azərbaycan mediası özünün iqtisadi müstəqilliyini təmin edə bilmir və onun bir çox problemləri də bundan irəli gəlir.

Ona görə də biz Mətbuat Şurası və digər jurnalist təşkilatları ilə birlikdə müstəqil medianın iqtisadi bazasının gücləndirilməsi istiqamətində tədbirlər planlaşdırır, o cümlədən bu işlərin həyata keçirilməsinə dövlət dəstəyi proqramı adlı sənəd üzərində işləyirik". APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Komissiyasının Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planını yerinə yetirməsi vəziyyətinə dair hesabatında Azərbaycanda media azadlığının təmin edilməsində boşluqların olması, mətbuatın iqtisadi asılılığın hələ də aradan qaldırılmaması ilə bağlı müddəaya münasibət bildirərkən deyib. Bazar iqtisadiyyatı şəraitində bütün mediaya yardım göstərməyin, onların ayaq üstə qalmasını təmin etmək üçün dövlət dəstəyinin yetərli olmadığını qeyd edən şöbə müdirinin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində hər media özünün kommersiya strukturu kimi dolandırmaq imkanlarını özü müəyyənləşdirməlidir: "Lakin Azərbaycanın informasiya ehtiyaclarını ödəmək baxımından bu işə dövlət dəstəyini də nəzərdə tuturuq və bu işlər həyata keçiriləcək".

2. #922
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Həsənov: "Aqo" qrupu da qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib"

[b]Əli Həsənov: "Aqo" qrupu da qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib"[b]

"Aqo" qrupunun Azərbaycan Avropa Şurasına daxil olandan sonra ölkədə müxtəlif sahələrdə görülən işlərlə tanış olaraq, AŞ Nazirlər Komitəsinə müvafiq təkliflər hazırladığını vurğulayan Ə. Həsənov görüşdə söz və mətbuat azadlığının vəziyyəti, bu sahədə görülmüş və görüləcək işlərlə bağlı müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, "Aqo" qrupu da, Azərbaycan tərəfi də qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib: "Lakin bəzi problemlər var ki, bu problemlər tək Azərbaycanın deyil, digər ölkələrin mətbuatında da mövcuddur. Bunları müəyyən edib, aradan qaldırmaq, azad medianın hüdudlarını genişləndirmək, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı tədbirlər görmək, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini daha dolğun həyata keçirmək, cəmiyyətlə media arasında narazılıqları, məhkəmə çəkişmələrini bu sahənin vəziyyətini yaxşılaşdırmaqla aradan qaldırmaq vacib məsələlərdir. Bu müzakirələr kifayət qədər lazımlıdır və bizim gördüyümüz işlərin dəyərləndirilməsi, bundan sonra görüləcək işlərin planlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

3. #923
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Hüquq müdafiəçiləri əfv olunmasını istədikləri məhbusların siyahısını "Aqo" qrupuna təqdim ediblər

[b]Hüquq müdafiəçiləri əfv olunmasını istədikləri məhbusların siyahısını "Aqo" qrupuna təqdim ediblər[b]

Bakı. Elbrus Seyfullayev - APA. Hakimiyyət nümayəndələrinin və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Hüquqları üzrə İşçi Qrupun Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlərinin iştirakı ilə iclası keçirilib.

Bu barədə APA-ya İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, hüquq müdafiəçiləri iclasda İşçi Qrupda aparılan müzakirələr, razı və narazı qaldıqları məqamlar, həbsdə olan jurnalistlərə və xəstə məhkumlara əfv fərmanının şamil edilməsi barədə çıxış edərək təkliflərini bildiriblər. Onlar hazırladıqları məhbus siyahısını "Aqo" qrupuna təqdim ediblər: "Biz "Aqo" qrupunun üzvlərindən həbsdə olan jurnalistlərin və xəstə məhkumların azadlığa buraxılması üçün yardımçı olmalarını xahiş etdik". Ç. Qənizadə təqdim etdikləri siyahıda ümumilikdə 29 məhbusun adının olduğunu bildirib.

4. #924
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə arbitraj məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğanı 25 min dollar cərimə ödəməyə məhkum edib

[b]Türkiyə arbitraj məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğanı 25 min dollar cərimə ödəməyə məhkum edib[b]

Ankara - APA. Türkiyədə arbitraj məhkəməsi funksiyasını yerinə yetirən Danıştay adlanan hüquq instansiyası Nazirlər Kabinetini, Daxili İşlər Nazirliyini və Ankara valiliyini məhkəmə qərarını yerinə yetirməməkdə günahkar sayaraq cərimələyib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qızılay Dərnəyinin hökumətin qərarı ilə vəzifədən çıxarılan sədri Ərtan Gönən və sədr müavini Özbək Saran məhkəməyə müraciət ediblər və məhkəmə hər iki şəxsi işə bərpa edib. Ancaq qərar adı çəkilən dövlət qurumları tərəfindən icra olunmayıb. Bu səbəblə hər iki şəxs Danıştayda iddia qaldırıb. Bu instansiya isə Nazirlər Kabineti, DİN və valiliyin Ə. Gönən və Ö. Sarana 45 min yeni türk lirəsi - faizlərlə birlikdə isə 100 min lirə məbləğində təzminat ödəməsinə qərar verib. Qərarda xüsusi qeyd olunur ki, təzminatı şəxsən baş nazir, daxili işlər naziri və Ankara valisi öz ciblərindən ödəməlidirlər. Beləliklə, baş nazir Rəcəb Tayyib Ərdoğan öz cibindən 33 min lirə (təxminən 25 min dollar) cərimə ödəməli olacaq.

5. #925
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında mümkündür"

[b]Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında mümkündür"[b]

Buxarest. Fəxri Kərimli - APA. Bu gün Buxarestdə keçirilən NATO sammiti çərçivəsində Avroatlantik Tərəfdaşlıq Şurası dövlət və hökumət başçılarının NATO-nun baş katibi Yaap de Hoop Sxefferin rəhbərliyi ilə işçi naharı təşkil edilib.

APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə çıxış edən prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafından, ölkənin regionda artan rolundan, Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiya sahəsində əməkdaşlığı genişləndirməsindən danışıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan prezident Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın doğma yurdundan didərgin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinin mümkünlüyünü vurğulayıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, Qara dəniz və Xəzər dənizi hövzələrində əməkdaşlıqda fəal iştirak etdiyini də bildirib.

6. #926
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mixail Saakaşvili: "Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur"

[b]Mixail Saakaşvili: "Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur"[b]

Buxarest. Fəxri Kərimli - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin və Ukraynanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qəbul olunmaması ilə bağlı qərarın Rusiyanın təsiri ilə verildiyinə inanmadığını bildirib.

APA-nın NATO sammitinin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, M. Saakaşvili deyib ki, Rusiyanın bu məsələnin əleyhinə olduğu bəlli idi: "Mən baş verənləri Gürcüstanın çox böyük qələbəsi kimi qiymətləndirirəm. Tarixdə ilk dəfə belə bir şey baş verir: Gürcüstan NATO üzvü olacaq. Bunu bir vaxtlar ağıla belə gətirmək olmazdı". Rusiyanın Gürcüstanın inteqrasiya prosesinə reaksiyasının necə olacağı barədə verilən sualı Gürcüstan prezidenti belə cavablandırıb: "Sakit olacaq". M. Saakaşvili Azərbaycan-Gürcüstan əlaqələrinin yalnız qonşuluq və dostluq deyil, həm də strateji müttəfiqlik xarakteri daşıdığını qeyd edib: "Gürcüstanın inkişafı Azərbaycana, Azərbaycanın inkişafı isə Gürcüstana təsir edir. Bizim ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur. Çünki biz bir-birimizi tamamlayırıq. Bu gün ilk dəfə yazılı şəkildə Gürcüstanın NATO-ya qəbul olunacağı barədə vəd aldıq. Bu gün Gürcüstanın uğuru baş verdi. Hesab edirəm ki, bunun Azərbaycana müsbət təsiri olacaq".

7. #927
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib

[b]Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib[b]

Bakı. Aqşin Əliyev-APA-SPORT. Bu gün Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib. AFFA-nın baş katibi Elxan Məmmədovun "APA-Sprot"a verdiyi məlumata görə, AFFA rəhbərliyi ilə B. Foqts arasında müqavilə Almaniyanın Münhen şəhərində imzalanıb. Müqaviləni Azərbaycan tərəfindən AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. Müqavilənin maddi dəyərini açıqlamayan baş katib bildirib ki, almaniyalı məşqçi ilə bu gündən etibarlı sayılan müqavilə 2009-cu il dekabrın 31-nə qədər qüvvədə olacaq. Müqaviləyə əlavə olunmuş xüsusi şərt isə B. Foqtsun hər ayın ən azı iki həftəsini Azərbaycanda keçirməsinin mütləqliyi ilə bağlıdır. Baş katib bu şərtin daxil edilməsinin səbəbini Azərbaycan milli komandasının əsasən daxili çempionatda oynayan futbolçulardan ibarət olması ilə izah edib. E. Məmmədov əlavə edib ki, B. Foqtsun ölkəyə ilk səfəri bu il aprelin 13-16-da baş tutacaq. Bu zaman o, ölkənin idman ictimaiyyətinə təqdim ediləcək.

8. #928
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 10.35-dən aprelin 4-ü saat 01.35-dək ara-sıra Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndləri sahəsindəki mövqelərini, saat 13.30-dan 14.00-dək və saat 23.30-dan 23.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərindən, aprelin 4-də saat 00.45-dən 01.05-dək və saat 06.15-dən 06.25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, aprelin 4-də saat 04.05-dən 04.25-dək Tərtər rayonunun Çiləbürt, Seysulan və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

9. #929
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BMT baş katibi Rusiyaya rəsmi səfər edəcək

[b]BMT baş katibi Rusiyaya rəsmi səfər edəcək[b]

Bakı. Laçın Sultanova-APA. BMT-nin baş katibi Pan Gi Mun gələn həftə Rusiyaya üçgünlük rəsmi səfər edəcək. APA-nın BMT-nin rəsmi saytına istinadən məlumatına görə, bu, Pan Gi Munun Rusiyaya BMT baş katibi statusunda ilk səfəri olacaq. Səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putin və onun xələfi Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, Dövlət Duması sədrinin müavini, QHT rəhbərləri ilə görüşlər keçirəcək, Moskva Dövlət Universitetində çıxış edəcək, BMT Qlobal Müqaviləsinin Rusiya şəbəkəsinin açılışında iştirak edəcək. Qlobal Müqavilə 2000-ci ildə qüvvəyə minib və BMT ilə biznesmenlər arasında sosial korporativ məsuliyyət haqqında könüllü müqavilədir. Bu gün təxminən 100 ölkədə minlərlə şirkət Qlobal Müqaviləyə qoşulub. Onun iştirakçıları korporativ məsuliyyətin 10 prinsipinə əməl etmək barədə öhdəlik götürüblər. Bunlar insan haqları, əməyin mühafizəsi, ətraf mühitin qorunması, korrupsiya ilə mübarizə ilə bağlı öhdəliklərdir.

10. #930
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

NATO sammitinin yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

[b]NATO sammitinin yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub[b]

Buxarest. Fəxri Kərimli - APA. Şimali Atlantika Şurasının üzvü olan dövlət və hökumət başçıları NATO-nun Buxarest sammitinin yekun Bəyannaməsini qəbul ediblər.

APA-nın sammitin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, 50 maddədən ibarət olan sənədin 43-cü bəndində Azərbaycanın ərazi bütövlüyü məsələsinə də toxunulur: "…Biz - Şimali Atlantika alyansına üzv ölkələrin dövlət və hökumət başçıları Cənubi Qafqaz və Moldova Respublikasında regional münaqişələrin davam etməsindən narahatıq. Bizim xalqlarımız Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Biz həmin prinsipləri hesaba alaraq bu regional münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyirik".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.