Əsas məzmuna keç
Sayfa 143/461 İlkİlk ... 4393133141142143144145153193243 ... SonSon
4610 sonuçtan 1.421 ile 1.430 arası

Azərbaycan Xəbərləri

1. #1421
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiyada parlament deputatı qətlə yetirilib

[b]Rusiyada parlament deputatı qətlə yetirilib[b]

Bakı - APA. Ötən gecə Rusiyanın Qaraçay-Çərkəz Respublikası parlamentinin deputatı Murad Akbayev naməlum şəxslər tərəfindən qətlə yetirilib. APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, M.Akbayev şəxsi avtomobilində ticarət kompleksi qarşısında naməlum şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, hadisə yerində keçirilən axtarış zamanı qara toxunma maska aşkarlanıb, hadisəni törədənlərin qaçdığı avtomaşın isə hələ müəyyənləşdirilməyib. Hadisə ilə bağlı başqa məlumatlar verilmir, araşdırmalar davam etdirilir.

2. #1422
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında Son Zəng günü ilə bağlı keçirilən bayram gəzintiləri zamanı asayişin pozulması faktı qeydə alınmayıb

[b]Azərbaycan paytaxtında Son Zəng günü ilə bağlı keçirilən bayram gəzintiləri zamanı asayişin pozulması faktı qeydə alınmayıb[b]

Bakı. Elnur Məmmədli - APA. Mayın 31-də Son Zəng günü Bakı şəhərinin Dənizkənarı Milli Parkda məzunların bayram gəzintiləri zamanı hər hansı xoşagəlməz hadisə və asayişin pozulması halı baş verməyib. Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov məlumat verib. N.Məcidovun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il məzunlara nəzarət daha da güclü olub və onların etik həddi aşan hərəkət etməsinin qarşısı DBİ-nin mühafizəçiləri və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb. O, məzunların etik həddi aşmayan bütün oyunlardan istifadə etməsinə şərait yaradıldığını qeyd edib. Rəis müavini bildirib ki, gecə yarısına kimi DBİ-nin mühafizəçiləri gücləndirilmiş iş rejimində işləyiblər.

3. #1423
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qarabağ Azadlıq Təşkilatının növbəti qurultayı keçirilib

[b]Qarabağ Azadlıq Təşkilatının növbəti qurultayı keçirilib[b]

Bakı. Elnur Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ötən gün III qurultayını keçirməyə nail olub. Təşkilatın sədri Akif Nağının APA-ya verdiyi məlumata görə, QAT-ın qurultayı mayın 31-də axşam saatlarında Ağdaş rayonu ərazisində yerləşən restoranların birində keçirilib. Qurultayda Qarabağ probleminin həlli ətrafında beynəlxalq aləmdə aparılan müzakirələrə diqqət yetirilib və bu müzakirələrin nəticəsində torpaqların işğaldan azad edilməsinin mümkünsüzlüyü bildirilib. Təşkilati məsələlərin müzakirəsində isə QAT-ın 45 nəfərlik Məclisi, 25 nəfərlik İdarə Heyəti və 12 nəfərlik Ağsaqqallar Şurası seçilib. A.Nağı yenidən təşkilatın sədrliyinə namizədliyini irəli sürüb və növbəti müddətə QAT-ın sədri seçilib. A.Nağı bildirib ki, təşkilat qurultayı Qarabağ ərazisində keçirmək istəyib. Bu məqsədlə Ağdam, Tərtər və Bərdə rayon icra hakimiyyətlərinə rəsmi müraciət olunsa da, QAT-a cavab verilməyib. Ötən gün isə qurultay keçirmək üçün Tərtərin Dördyol adlanan ərazisinə getmək istədikdə, yerli polis təşkilat üzvlərini rayon ərazisinə buraxmayıb. A.Nağı qurultayı Yevlax və Şəkidə keçirmək üçün cəhd etdiklərini, lakin bunun da qarşısının alındığını qeyd edib. Bu səbəbdən QAT toplantısını yolüstü restoranda keçirməyə məcbur olub.

4. #1424
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bayram günlərində Azərbaycan paytaxtındakı böyük parklarda asayişin qorunmasına atlı əsgərlər cəlb olunacaq

[b]Bayram günlərində Azərbaycan paytaxtındakı böyük parklarda asayişin qorunmasına atlı əsgərlər cəlb olunacaq[b]

Bakı. Elnur Məmmədli - APA. Bundan sonra Azərbaycanda bayram günlərində paytaxtın böyük parklarında xarici ölkələrdə olduğu kimi asayişi atlı əsgərlər də qoruyacaq. Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov məlumat verib. N.Məcidovun sözlərinə görə, artıq 28 May Respublika Günü və Son Zəng Günü Milli Parkda xüsusi paltar geyinmiş atlı əsgərlər olub. İdarə rəsmisi bildirib ki, bu xüsusi xidmət Daxili Qoşunlar tərəfindən təşkil olunub. Rəis müavini bu xidmətin daha da təkmilləşdirilməsinin, paytaxtın digər parklarında da təşkil edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

5. #1425
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Son Zəng günü Bakıda saxlanılan 15 yeniyetməyə xəbərdarlıq edilib

[b]Son Zəng günü Bakıda saxlanılan 15 yeniyetməyə xəbərdarlıq edilib[b]

Bakı. Hacı Zeynalov - APA. Ötən gün Bakı şəhərində Son Zəng günü ilə bağlı Milli Parkda keçirilən tədbirlər zamanı qanunu pozan 15 nəfər yeniyetmə saxlanılaraq paytaxtın Səbail Rayon Polis İdarəsinə aparılıb. Bu barədə APA-ya Rayon Polis İdarəsindən məlumat verilib. Onlara ciddi xəbərdarlıq ediləndən sonra saxlanılanlar sərbəst buraxılıb. Həmin gün tədbir qurtarana kimi isə Bakı Polis Qarnizonu Milli Parkı nəzarətdə saxlayıb.

6. #1426
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında dəhşətli yanğın baş verib

[b]Azərbaycan paytaxtında dəhşətli yanğın baş verib[b]

Bakı. Şəhriyar Əlizadə - APA. Mayın 31-də axşam saatlarında Bakının Yasamal rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata əsasən, hadisə rayon sakini Bayram Bayramovun evində baş verib. Yanğın nəticəsində ev sahibi B.Bayramov boğularaq dünyasını dəyişib. Hadisə yerinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, yanğın qəsdən törədilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

7. #1427
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Hollivudda yanğın baş verib

[b]Hollivudda yanğın baş verib[b]

Los-Anceles. Hüsniyyə Həsənova-APA. Dünyanın ən məşhur kino mərkəzi olan Hollivudda güclü yanğın baş verib. APA-nın ABŞ bürosunun məlumatına görə, Hollivudun əsas şirkətlərindən sayılan "Universal" şirkətinə məxsus film studiyalarından birində partlayışla müşayiət olunan yanğın başlayıb.

Yerli vaxtla sabah saat 6-7 radələrində başlamış yanğın indiyə qədər davam edir. Yanğın başlamış yerin yaxınlığında daha bir neçə böyük studiya və məşhur ulduzların yerləşdiyi otel də var. Yanğının baş verdiyi studiyada hansı filmin çəkilişlərinin aparılması barədə hələlik məlumat yoxdur. İlkin məlumatlarda yanğın nəticəsində ölən və yaralananın olmadığı bildirilir. Qeyd edək ki, bu mərkəz ABŞ-ın Koliforniya ştatının Los-Anceles şəhərində yerləşir.

8. #1428
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ucardakı avtovağzalda yanğın baş verib

[b]Ucardakı avtovağzalda yanğın baş verib[b]

Ucar. Zahid Abışov-APA. Bu gün saat 18 radələrində Ucar rayonundakı avtovağzala məxsus restoranda yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın restoranın dam örtüyünü əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib. İdarənin rəisi Müşfiq Məmmədov bildirib ki, yanğın nəticəsində restoranın ümumi sahəsi 575 kv metr olan dam örtüyü sıradan çıxıb. Onun sözlərinə görə, yanğının yaxınlıqdakı banka və satış mərkəzinə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisə restorandakı sobadan bir neçə közün binanın dam örtüyünə sıçraması nəticəsində baş verib. Hadisə yerinə Göyçay rayonundan da əlavə yanğınsöndürən maşın cəlb edilib və yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, restoran 2006-cı il iyunun 9-da istifadəyə verilib.

9. #1429
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalının açılış mərasimi keçirilib

[b]Bakıda X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalının açılış mərasimi keçirilib[b]

Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival iştirakçılarını salamlayıb və festivalın işinə uğurlar arzulıayıb: "Azərbaycanda ilk beynəlxalq film festivalı olan "Şərq-Qərb" artıq 10 ilini tamamlayır. Artıq bu festival dünyada yetərincə tanınır və ildən-ilə festivalda iştirak edən ölkələrin sayı artır". Ə. Qarayev festivalın 1996-cı ildən etibarən keçirildiyini və festivalın Təşkilat Komitəsinin sədrinin Rüstəm İbrahimbəyov olduğunu vurğulayıb. Daha sonra nazir dövlət başçısı İlham Əliyevin festival iştirakçılarına ünvanladığı məktubu oxuyub. Tədbirin açılış mərasimi 1 İyun-Uşaqların Beynəlxalq Müdafiə Gününə təsadüf etdiyi üçün elə tədbirin aparılması da balacalara həvalə olunub. "Şərq Çırağı" Uşaq Yaradıcılıq Birliyinin istedadlı və balaca üzvləri maraqlı rəqs, məzəli nömrələrlə çıxış ediblər. Festivalın açılış mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının və festivalın təşkilat komitəsinin sədri Rüstəm İbrahimbəyov, Azərbaycanın tanınmış kino xadimləri iştirak ediblər. Eyni zamanda fransalı ssenarist Georgiy Branyev, israililli ssenarist Efraim Abramov, polşalı rejissorlar Ancey Yakimovski, Kşiştof Zanussi, estoniyalı prodüser Erika Laansalu, aktrisa Viyre Valdma, latviyalı rejissor Yuris Poşkus, aktyor Andis Strods, belaruslu kino tənqidçisi Anton Sidorenko, qırğızıstanlı rejissor Ernest Abdıjaparov, aktrisa Asema Toktobekova, Rusiyada yaşayan həmyerlimiz Yuli Qusman və digər ölkələrin tanınmış kino xadimləri qatılıblar.Qeyd edək ki, festival iyunun 7-nə kimi davam edəcək. Festival çərçivəsində iyunun 2-də Abşeron mehmanxanasında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya) və "Dost" (Azərbaycan) filmləri nümayiş etdiriləcək. Festivalın bağlanış mərasimində, yəni iyunun 7-də "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr Nevski" (Rusiya) filmləri göstəriləcək və "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyalar üzrə mükafatlar təqdim olunacaq. Yeddi günlük festivalın ilk üç günündə Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin "Persona-non-qrata", "Var gücü ilə, qalopla" və "Kamuflaj" filmlərindən ibarət retrospektiv təşkil olunacaq. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

10. #1430
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan VI Beynəlxalq Türk Dili Olimpiadasının mahnı yarışmasının qalibi olub

[b]Azərbaycan VI Beynəlxalq Türk Dili Olimpiadasının mahnı yarışmasının qalibi olub[b]

İstanbul-APA. Bu gün Türkiyənin İstanbul şəhərində VI Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Azərbaycan olimpiadanın mahnı yarışmasının qalibi olub. Azərbaycanın təmsilçisi olan Xədicə Əlizadə Türkiyənin Qara dəniz bölgəsinin folkloruna məxsus "Mən səni sevdiyimi" mahnısı ilə finala vəsiqə qazanmış 10 ölkə arasında birinci olub. Ona medalını və qalib olması barədə diplomu Türkiyə Böyük Millət Məclisinin başqanı Köksal Toptan təqdim edib. TBMM başqanı bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və onun əhəmiyyətindən danışıb. O deyib ki, bu mərasim dünyanı sülhə, birliyə və dostluğa çağırır. Eyni yarışma üzrə ikinci yeri Türkmənistan, üçüncü yeri isə Tacikistan qazanıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.