[b]Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin Bakıya səfəri başa çatıb[b]
Bakı. Ülkər Qasımova-APA. Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, martın 6-dan 10-dək davam edən səfərin əsas məqsədi 2008-ci ilin noyabrında Bakıda keçiriləcək Avropa Şurası Mədəniyyət Nazirləri Konfransının təfərrüatları barəsində Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq və təşkilati məsələləri razılaşdırmaq olub. Avropa və islam ölkələrinin, beynəlxalq təşkilatların dəvət olunacağını konfransda Avropa Şurası ilə İSESCO arasında əməkdaşlıq sənədinin imzalana bilər. Bu təşəbbüslə Azərbaycan tərəfi çıxış edib. Bu il 19-21 noyabrda Bakıda keçiriləcək bu konfrans "Bakı prosesi"nin, yəni Avropada mədəniyyət sahəsində yeni bir münasibətlər sisteminin əsasını qoyacaq. Konfransdan bir gün öncə Avropa Şurasının mədəniyyət siyasəti üzrə kompendium layihəsi müəlliflərinin və Kiyev Təşəbbüsü üzrə Regional Proqramın milli koordinatorlarının, həmçinin nazirlərin görüşündə müzakirə olunacaq sənədlərin hazırlanması məqsədilə ekspertlər səviyyəsində iclas keçiriləcək. Bundan başqa səfər zamanı həmçinin Avropa Şurası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, İSESCO və ALEKSO-nun nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və bu işçi qrupun cari ilin 4 may tarixində Strasburqda ilk iclasının keçirilməsi qərara alınıb.
4610 sonuçtan 321 ile 330 arası

03-11-2008, 06:31 PM #321Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İstanbulda "Erməni problemində həqiqətlər və yalanlar" mövzusunda konfrans keçiriləcək
[b]İstanbulda "Erməni problemində həqiqətlər və yalanlar" mövzusunda konfrans keçiriləcək[b]
İstanbul. Mayis Əlizadə-APA. Martın 20-də İstanbuldakı "Grand Gevahir Hotel"-də Türkiyə Qadın Lobbisi Dərnəyinin təşkilatçılığı ilə "Erməni problemində həqiqətlər və yalanlar" mövzusunda konfrans keçiriləcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, tədbirdə dərnəyin rəhbəri Betül Akman, Yeddi Təpə Universitetinin müəllimi, "Habertürk" telekanalında yayımlanan "Aynanın arxası" proqramının aparıcısı Erol Mütərcimlər çıxış edəcəklər. Türkiyə Tarix Qurumunun sədri Yusif Halacoğlu "Erməni məsələlərində həqiqət haradadır" mövzusunda məruzə ilə çıxış edərək erməni həqiqətini iştirakçıların diqqətinə çatdıracaq. Türkiyədəki Giresun Universitetinin prorektoru, azərbaycanlı alim Aygün Haşımova, istefada olan səfir, Avrasiya Strateji Araşdırmalar Mərkəzi erməni şöbəsinin müdiri Ömər Engin Lütəm mövzu ətrafında çıxış edəcəklər.

03-11-2008, 06:36 PM #322Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin Bakıya səfəri başa çatıb

03-11-2008, 06:41 PM #323Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Eldar İbrahimov Bolqarıstanın parlamentinin komissiya sədri Vasil Kalinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
[b]Eldar İbrahimov Bolqarıstanın parlamentinin komissiya sədri Vasil Kalinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov Bolqarıstanın Milli Assambleyasının Kənd təsərrüfatı və meşələr komissiyasının sədri Vasil Kalinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə E. İbrahimov qonağa Azərbaycanda aparılan aqrar islahatlar və torpaq islahatı barədə ətraflı məlumat verib. O bildirib ki, Milli Məclis bazar iqtisadiyyatına keçid dövründə islahatların səmərəliliyinin təminatı üçün möhkəm hüquqi baza yaradıb, 300-dən çox qanun və zəruri normativ aktlar qəbul edilib. Vasil Kalinov Bolqarıstan parlamentində aqrar sahəyə dair qanunvericilik işləri, qəbul olunmuş dövlət proqramları, öz ölkəsində kənd təsərrüfatının inkişafına qoyulan sərmayələr, həmçinin bu sahədə mövcud olan problemlər barədə danışıb.

03-11-2008, 06:46 PM #324Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın müdafiə naziri Bəhreyndə səfərdədir
[b]Azərbaycanın müdafiə naziri Bəhreyndə səfərdədir[b]
Bakı. Zaur Nurməmmədov - APA. Bəhreyndə səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev həmkarı, şahzadə Salman bin Hamad əl Xəlifə ilə görüşüb. APA-nın "Bahrain News Agency"a istinadən verdiyi məlumata görə, tərəflər hərbi sahədə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər. Xatırladaq ki, 2006-cı ilin dekabrında Bəhreynin müdafiə naziri Azərbaycanda səfərdə olub.

03-11-2008, 06:51 PM #325Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gəncədə dərzi dükanında yanğın baş verib
[b]Gəncədə dərzi dükanında yanğın baş verib[b]
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün səhər saat 07:10 radələrində Gəncə şəhər Şeyx Bahəddin küçəsində yerləşən dərzi dükanında yanğın baş verib. Yanğın nəticəsində dərzi dükanı tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə yerinə göndərilmiş yanğınsöndürən briqadaların səyi nəticəsində yanğının qarşısı 07:55 radələrində alınıb. Hadisə nəticəsində dərzi dükanı tamamilə, yaxınlıqda yerləşən "Kleopatra" ətriyyat dükanının 30 kvadratmetrlik tavan hissəsi isə qismən yanıb. İlkin ehtimala görə, yanğına dərzi dükanında olan ütünün cərəyana qoşulmuş vəziyyətdə qalması səbəb olub. Yanğın nəticəsində xəsarət alan olmayıb, hadisə ilə əlaqədar tədqiqat aparılır. /APA/

03-11-2008, 06:56 PM #326Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AŞ PA-nın Azərbaycan üzrə sabiq məruzəçisi eyni cinsdən olanların nikahının tanınmamasından təəssüflənib
[b]AŞ PA-nın Azərbaycan üzrə sabiq məruzəçisi eyni cinsdən olanların nikahının tanınmamasından təəssüflənib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsinin martın 7-də keçirilən son iclasında isveçrəli deputat, qurumun Azərbaycan üzrə sabiq həmməruzəçisi Andreas Qross seksual azlıqların hüquqları üzrə xüsusi məruzə ilə çıxış edib.
APA-nın məlumatına görə, eyni cinsdən olan insanların nikahlarının Avropa Şurasının üzvü olan ölkələr tərəfindən tanınması təqdir olunan məruzədə A. Qross bu günə kimi yalnız üç Avropa Şurası ölkəsində - İspaniya, Hollandiya və Belçikada bu hüququn tanındığını təəssüflə qeyd edib. Məruzəçi məruzəsində eyni cinsdən olan insanların nikahına icazə verilməsinin və onların övladlığa uşaq götürməklə bağlı hüquqlarının tanınmasını vacib sayıb. Dinləmələr zamanı A. Qrossun məruzəsi ciddi tənqid olunub. Komitə üzvləri belə bir hüququn tanınmasının əxlaq normalarına zidd olduğunu diqqətə çatdırıblar. İclasda Azərbaycanı təmsil edən deputat Gültəkin Hacıyeva da çıxış edərək, A. Qrossun məruzəsini kəskin tənqid edib.

03-11-2008, 07:01 PM #327Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənilər Tovuz rayonu istiqamətində atəşkəsi pozublar
[b]Ermənilər Tovuz rayonu istiqamətində atəşkəsi pozublar[b]
Tovuz. Ayxan Hüseynov-APA. Ermənistan Silahlı Qüvvələri bu gecə saat 00:00 radələrindən başlayaraq Ermənistanın Bert rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən yarım saat ərzində Tovuz rayonunun Əsrik-Cırdaxan kəndini avtomat və pulemyotlardan atəşə tutublar. Əsrik-Cırdaxan kənd sakinlərinin APA-nın Qərb bürosuna verdikləri məlumata görə, ermənilər atəşi yalnız Azərbaycan Silahlı Qüvvələrinin bölgədəki bölmələrinin cavab atəşindən sonra atəşi dayandırıblar. Atəşkəsin pozulması nəticəsində kənd sakinlərindən və hərbiçilərdən xəsarət alan olmayıb. /APA/

03-11-2008, 07:06 PM #328Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri KİV nümayəndələri üçün qəbul keçirib
[b]Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri KİV nümayəndələri üçün qəbul keçirib[b]
Bakı. Laçın Sultanova-APA. Bu gün Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Hulusi Kılıç mətbuat nümayəndələri üçün qəbul keçirib. APA-nın məlumatına görə, səfir bildirib ki, sələfi Hüseyn Avni Qarslıoğlunun Azərbaycanda az müddətdə olmasına baxmayaraq, çox iş gördüyünü, onun yarımçıq qalan işlərini davam etdirəcəyini söyləyib.
Özünü Azərbaycanda vətənindəki kimi hiss etdiyini deyən H. Kılıç bu təyinatı böyük şərəflə qəbul etdiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən səfir deyib ki, I Qarabağ müharibəsi zamanı türkiyəli gənclər Azərbaycan tərəfdən döyüşlərdə iştirak edib: "Azərbaycanlı gənclər də Türkiyə Silahlı Qüvvələrinin PKK-nın məhv edilməsi istiqamətində keçirdiyi son əməliyyatlar zamanı döyüşlərdə iştirak etmək üçün müraciət ediblər. Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir". Səfir Bakıda və Azərbaycanın digər bölgələrində "Qardaşlıq meşələri"nin salınması təklifi ilə çıxış etdiyini deyib. Onun sözlərinə görə, bu təklif müsbət qarşılanıb. H. Kılıç mətbuatın körpü rolunu oynadığını söyləyib: "Mən istəyirəm ki, bu körpü sağlam olsun". O, bu il aprelin 29-da II Türkiyə-Azərbaycan media konfransının, aprelin 30-da Türk Respublikalarının xəbər agentliklərinin toplantısının keçiriləcəyini, jurnalistika fakültələrində master-klasların təşkil olunacağını bildirib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov səfirə işində uğurlar arzulayıb.

03-11-2008, 07:16 PM #329Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Zbiqnev Bjezinski: "Dağlıq Qarabağ problemini kəskinləşdirən əsas məqam bu ərazinin hazırda Ermənistanın nəzarətində olmasıdır"
[b]Zbiqnev Bjezinski: "Dağlıq Qarabağ problemini kəskinləşdirən əsas məqam bu ərazinin hazırda Ermənistanın nəzarətində olmasıdır"[b]
London-APA. "Dağlıq Qarabağ problemini kəskinləşdirən əsas məqam bu ərazinin hazırda Ermənistanın nəzarətində olmasıdır". APA-nın məlumatına görə, bu fikirləri "BBCRussian.com" saytında keçirilən forumda sualları cavablandıran ABŞ prezidentinin sabiq müşaviri Zbiqnev Bjezinski söyləyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən problemin ardıcıl və səbirli vasitəçilik siyasəti yürütməklə həll olunmasına ehtiyac var: "Bu siyasət zaman keçdikcə düşmənçilik və nifrət əhval-ruhiyyəsini azaldacaq. Hazırda münaqişə tərəfləri məhz bu hissləri rəhbər tutaraq hərəkət edirlər".

03-11-2008, 07:21 PM #330Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında baş vermiş silahlı toqquşma ilə əlaqədar səkkiz nəfər saxlanılıb, bir nəfər barəsində isə axtarış elan edilib
[b]Azərbaycan paytaxtında baş vermiş silahlı toqquşma ilə əlaqədar səkkiz nəfər saxlanılıb, bir nəfər barəsində isə axtarış elan edilib[b]
Bakı. Hacı Zeynalov-APA. Martın 10-dan 11-nə keçən gecə Yasamal rayonunun Bakıxanov küçəsində iki qrup arasında baş vermiş insidentlə bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov məlumat verib.
Polis rəisi deyib ki, baş vermiş qarşıdurma ilə bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, hadisənin əsas iştirakçılarından olan Zaur Zeynalov təqsirləndirilən şəxs qismində saxlanılıb. M. Hüseynov iş üzrə daha 7 nəfərin şübhəli şəxs qismində saxlanıldığını, hazırda onların dindirildiyini bildirib.Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Məhkəməsi baş vermiş qarşıdurmada iştirak edənlərdən biri - özəl şirkətlərdən birində mühafizəçi işləyən Vüsal Rzayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. V. Rzayev hadisə yerinə qara plyonkalı BMW markalı nömrəsiz avtomobillə gəlib. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Daxili İşlər Nazirliyinin mətbut xidməti də hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, martın 10-dan 11-nə keçən gecə Bakı şəhər sakini Zaur Zeynalov bir qrup (8-10 nəfər) şəxslə Yasamal rayonu İnşaatçılar prospektindəki "Meridian-İnşaat" şirkətinə gəlib, oranın mühafizəçiləri Babək Novruzova, Asəf Asifzadəyə və Yunis İsmayılova dəmir və daş parçaları ilə xəsarət yetirib. Bu zaman B. Novruzov Bakı şəhər sakini Rüfət Hacıyevə məxsus olan ov tüfəngindən havaya 2 dəfə atəş açıb. Faktla bağlı araşdırmalar davam edir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri