[b]GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "GUAM-ın məqsədi qarşıdakı dörd il ərzində daxili ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaqdır".
[APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyan edib. O, təşkilatın dağılacağı barədə yayılan söz-söhbətlərin əsassız olduğunu bildirib: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir". V. Çeçelaşvili ABŞ, Yaponiya, Polşa, Litva, Latviya və Estoniya ilə əməkdaşlığı yüksək qiymətləndirərək GUAM-a beynəlxalq marağın artdığını söyləyib: "Siz bunu Tiflis sammitində müşahidə edə biləcəksiniz. Hansısa ölkə GUAM-a daxil olmaq istəsə, onun müraciətinə bizim müvafiq qaydalarımız çərçivəsində baxılacaq". Baş katib hazırda sülhməramlı kontingentin yaradılması məsələsinə baxıldığını və daha prioritet mövzuların - azad ticarət zonasının, nəqliyyat-enerji dəhlizlərinin yaradılmasının gündəmdə olduğunu deyib.
Azərbaycan Xəbərləri
Printable View

04-16-2008, 12:21 PMAPAGUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir"

04-16-2008, 12:31 PMAPAAzərbaycanda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən 51 yaşlı qadın tutulub
[b]Azərbaycanda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən 51 yaşlı qadın tutulub[b]
Bakı. Hacı Zeynalov - APA. Abşeron rayonunun Hökməli qəsəbəsinin sakinləri 72 yaşlı Nuruş Rüstəmov və onun həyat yoldaşı 68 yaşlı Səriyyə Rüstəmovanı doğma qızları, 1957-ci il təvəllüdlü Elyona Rüstəmovanın qətlə yetirdiyi müəyyənləşdirilib.
[Bu barədə APA-ya Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov məlumat verib. Qətlin mübahisə zəminində törədildiyi bildirilir. E. Rüstəmova tutulub, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. -
04-16-2008, 12:41 PMAPAGələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumu keçiriləcək
[b]Gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumu keçiriləcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Azərbaycanlı Tələbələrin Avropa Forumu gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumunu keçirəcək. Qurumun baş katibi Vüsal Məmmədovun APA-ya verdiyi məlumata görə, panavropa xarakteri daşıyacaq tədbirdə bu bölgədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində əhəmiyyətli addımlar atılması nəzərdə tutulub. Foruma Azərbaycandan qatılmaq istəyənlər isə Bakıda yaradılan Təşkilat Komitəsinə müraciət edə bilərlər. Qeyd edək ki, Azərbaycanlı Tələbələrin Avropa Forumu indiyədək Almaniya Bundestaqı, Avropa Parlamenti, Avropa Şurası və Fransa Senatının binalarında azərbaycanlı gənclərin toplantılarını keçirib. -
04-16-2008, 02:11 PMAPAAzərbaycanlı hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi ilə görüşüblər
[b]Azərbaycanlı hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi ilə görüşüblər[b]
[Strasburq. Məhbubə Qasımbəyli-APA. Hazırda Strasburqda olan azərbaycanlı hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı görüşlərini davam etdirirlər. S. Qocamanlının APA-ya verdiyi məlumata görə, hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi Canni Bukkikio, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq, İşgəncələrə Qarşı Komitəsinin sədri Petya Nesterova ilə görüşüblər. Görüşlərdə Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığının vəziyyəti, seçkiöncəsi durum müzakirə olunub. -
04-16-2008, 02:16 PMAPAAzərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir
[b]Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Bakıda keçirilən "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Hüquq İnstitutunun direktoru Rudolf Dolzer bildirib ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək olmaz. Onun fikrincə, bu ifadə dəyişdirilməlidir, proseslər davam edirsə, deməli, münaqişə dondurulmayıb. İnstitut direktoru deyib ki, beynəlxalq hüququn ən zəif nöqtəsi sülh yolu ilə nizamlamaya dair effektiv mexanizminin olmamasıdır. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov çıxışında qeyd edib ki, xalqların öz müqəddəratını həll etməsi üçün onların hüquqları pozulmalıdır. Dağlıq Qarabağda və Abxaziyada yaşayanların hüquqları isə pozulmayıb. -
04-16-2008, 02:21 PMAPAMilli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib
[b]Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisdə parlamentin sosial siyasət daimi komissiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF-in iştirakı ilə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. APA-nın məlumatına görə, parlament dinləmələrində Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək Azərbaycanda idmanın daha da kütləviləşdiyini, elə bu baxımdan da "Uşaq idmanı haqqında" qanunun qəbulunun aktuallaşdığını bildirib. Onun sözlərinə görə, parlament dinləmələri zamanı səsləndirilən bütün fikirlər qanun layihəsi üzərində iş aparılarkən nəzərə alınacaq. Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli belə bir qanunun qəbul edilməsində əsas məqsədin Azərbaycanda uşaq idmanı sahəsində fəaliyyəti əlaqələndirməyə nail olmaqdan ibarət olduğunu deyib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə uşaq idmanı ilə məşğul olan mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyib. O, hazırda Azərbaycanda 200-dək idman məktəbində 150 min uşağın idmanla məşğul olduğunu diqqətə çatdırıb. -
04-16-2008, 02:26 PMAPAÇingiz Əsgərov: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir"
[b]Çingiz Əsgərov: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan göndərilən 35 şikayətlə bağlı qurumla Azərbaycan arasında kommunikasiya mövcuddur.
[APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. Azərbaycandan Avropa Məhkəməsinə edilən şikayətlərdən 66-nın icraata götürüldüyünü xatırladan Ç. Əsgərov deyib ki, 31 işlə bağlı kommunikasiya mərhələsi başa çatıb, 35 şikayət üzrə isə yazışmalar davam etdirilir: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir". -
04-16-2008, 02:31 PMAPABu gün Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü keçiriləcək
[b]Bu gün Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Bakı vaxtı ilə saat 19.30-da Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü başlayacaq. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie APA-ya bildirib ki, görüş brifinq xarakterli olacaq.
[Həmsədrlər Minsk Qrupunun digər üzvlərinə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Finlandiya, Çexiya və Belarusa Azərbaycan və Ermənistan prezidentləri ilə Buxarestdə keçirilmiş görüş, irəli sürülən təkliflər və regiona son səfərləri haqqında məlumat verəcəklər. Qrup üzvlərinin ATƏT-dəki daimi nümayəndələr və ya ekspertlər səviyyəsində təmsil olunacağı gözlənilir. Brifinqin gedişində həmsədrlərin Azərbaycan və Ermənistana növbəti səfəri barədə qərar qəbul oluna bilər. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Fuad İsmayılov deyib ki, Minsk Qrupu üzvlərinin görüşləri müntəzəm keçirilir və bu görüşlərdə münaqişə tərəflərindən başqa bütün qrup üzvləri iştirak edir. -
04-16-2008, 02:36 PMAPATerri Devis: "ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm"
[b]Terri Devis: "ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Azərbaycan və Ermənistanın Avropa Şurasına qəbuluna dəstək verənlər Dağlıq Qarabağ problemini də diqqət mərkəzində saxlayırdılar. Mən özüm də bir zamanlar bu işin içərisində olmuşam və problemdən xəbərdaram.
[Lakin bu iki ölkənin Avropa Şurasına məhz Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə üzv olmaq istədiyini söyləmək düzgün olmazdı". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Avropa Şurasının baş katibi Terri Devis Strasburqda keçirdiyi mətbuat konfransında səsləndirib. O, hər iki ölkənin Avropa Şurasına üzv qəbul olunan zaman başqa amillərin nəzərə alındığını bildirib: "Düzdür, bəziləri deyirdilər ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsini həll etməyincə, Avropa Şurasına üzv qəbul oluna bilməz. Bəziləri isə deyirdi ki, Azərbaycanla Ermənistan Avropa Şurasına üzv qəbul olunsun və sonra biz münaqişənin həllində bu ölkələrə yardım edərik. Avropa Şurası bu münaqişənin nizamlanmasına dair danışıqlarda birbaşa iştirak etmir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı fərqli dəyərləndirmələrə gəldikdə isə, təbii ki, münaqişənin həllinin bu qədər uzanması təəssüf doğurur. Minsk Qrupu uzun müddətdir ki, tərəflər arasında razılaşmaya nail olmaq istəyir, amma nəzərə almaq lazımdır ki, Minsk Qrupu hər hansı həll variantını tərəflərə zorla qəbul etdirə bilməz. Bu institut həll variantının tapılmasında yardımçı rolunda çıxış edir. Mən hər iki ölkənin xarici işlər nazirləri ilə söhbət etmişəm və təəssüratım belədir ki, tərəflər razılığa çox yaxındır. Hesab edirəm ki, artıq yaxın vaxtlarda razılıq əldə olunacağına ümid bəsləyə bilərik". Terri Devis ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı iddiaları da özünəməxsus şəkildə cavablandırıb: "ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsinə razı olub-olmamağımla bağlı onu deyə bilərəm ki, bu qurumun ləğvini səbirsizliklə gözləyirəm. Onun ləğvi normalda Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi anlamı daşıyardı". Avropa məkanında medianın durumunu şərh edən Terri Devis bəzi problemlərin olduğunu bildirib. Rusiyada "ORT" telekanalının müxbirinin qətlə yetirilməsi, Ermənistanda internetə senzura qoyulması, Azərbaycanda jurnalistlərin həbsi faktlarından narahatlıq keçirdiyini bildirən Terri Devis bütövlükdə Avropa məkanında medianın durumunun yaxşılaşdırılmasının vacib olduğunu qeyd edib. -
04-16-2008, 02:41 PMAPAAzərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməy
[b]Azərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməyə göndərilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsində işğalçı Ermənistan dövlətinə qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməyə göndərilib. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
[O bildirib ki, Azərbaycan tərəfinin şərhləri AİHM tərəfindən Ermənistana göndərilib və İrəvan bununla bağlı möhlət istəyib: "Yəqin ki, proses payızda davam etdiriləcək". Ç. Əsgərov Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da AİHM-ə şikayət etdiklərini söyləyib. Həmin şikayətlər hələlik icraata götürülməyib. Ç. Əsgərovun sözlərinə görə, vaxtilə Goranboy rayonunun Gülüstan kəndində yaşamış bir erməni də AİHM-ə Azərbaycanla bağlı şikayətlə müraciət edib. Şikayətin icraata götürüldüyünü deyən Ç. Əsgərov bildirib ki, həmin şəxs 1992-ci ildə yaşadığı yeri tərk etdiyinə görə məsuliyyəti Azərbaycan hökumətinin boynuna qoyub: "Biz bununla bağlı geniş şərhlərimizi vermişik. Hesab edirəm ki, bu işin heç bir perspektivi yoxdur. Əminəm ki, bu işdə Azərbaycan hökuməti udacaq". -
04-16-2008, 02:51 PMAPATürkiyə hərbi təyyarələri İraqın şimalını bombalayıb
[b]Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalayıb[b]
Ankara - APA. Türkiyə hərbi təyyarələri İraqın şimalında bir qrup PKK-çıya zərbələr endirib.
[APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 15-də İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyəyə keçməyə hazırlaşan bir qrup terrorçunun müəyyənləşdirildiyini və bu qrupun hava bombardmanı ilə məhv edildiyini açıqlayıb. Əməliyyat zamanı nə qədər terrorçunun məhv edildiyini müəyyənləşdirmək mümkün olmayıb. Eyni gün Türkiyənin cənub-şərqində aparılan əməliyyatlarda 1 terrorçu öldürülüb, PKK-ya məxsus çoxlu sayda silah-sursat, qida məhsulları və tibbi ləvazimat aşkarlanaraq götürülüb. -
04-16-2008, 03:01 PMAPAJurnalistlərin V qurultayına hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb
[b]Jurnalistlərin V qurultayına hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ-dan APA-ya daxil olan məlumata görə, iclasda jurnalistlərinin V qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunub.
[Qurultayın iyunun ikinci yarısında keçirilməsi ilə bağlı qərar qəbul edilib və Əflatun Amaşovun sədrliyi ilə şuranın İdarə Heyətinin üzvlərindən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. İclasda eyni zamanda qurultaya hazırlıq işlərini həyata keçirmək və lazımi sənədlərin tərtib edilməsi üçün Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin sədrliyi ilə beş nəfərlik işçi qrup yaradılıb. Bu qrup həmçinin Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı jurnalistlərin IV qurultayının qətnaməsindəki təkliflər əsasında layihəsini hazırlayacaq. -
04-16-2008, 03:36 PMAPAMDB ölkələri şəkərli diabetə qarşı mübarizəyə dair dövlətlərarası sazişi 2008-2009-cu illərdə imzalayacaqlar
[b]MDB ölkələri şəkərli diabetə qarşı mübarizəyə dair dövlətlərarası sazişi 2008-2009-cu illərdə imzalayacaqlar[b]
[Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri şəkərli diabet xəstəliyinin artmasına qarşı mübarizə haqqında sazişi 2008-2009-cu illərdə imzalayacaqlar. APA-nın məlumatına görə, saziş layihəsini hazırlayan ekspertlər qrupunun dünən və bu gün Minskdə keçirilən iclasında MDB icra katibinin müavini Novruz Aydarov deyib ki, bu xəstəliyin miqyası ildən ilə artır və bu proses ağır sosial-iqtisadi, demoqrafik nəticələrə gətirib çıxara bilər. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 246 milyon insan şəkər diabetindən əziyyət çəkir, 2025-ci ilə belə insanların sayı 380 milyona çatacaq. Hər il təxminən 7 milyon nəfər bu xəstəliyə tutulur. Şəkərli diabetdən hər il vəfat edənlərin sayı 3,8 milyon nəfər yaxındır. Azərbaycan Endikrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov deyib ki, Avropa İttifaqına üzv ölkələr şəkər diabeti ilə mübarizəyə ildə 30 milyon avro ayırır: "Əgər MDB ölkələri də bu mübarizəyə öz tövhəsini versə, biz də pozitiv irəliləyişə nail olarıq". Rauf Cabbarov saziş layihəsinə düzəlişlər təklif edib. Bu düzəlişlər əsasən əməkdaşlığın maliyyə tərəfi ilə bağlıdır. Saziş layihəsi MDB hökumət başçıları Şurasına təqdim olunacaq. -
04-16-2008, 03:41 PMAPATerri Devis Ermənistan müxalifətini yeni prezidentlə dialoqa çağırıb
[b]Terri Devis Ermənistan müxalifətini yeni prezidentlə dialoqa çağırıb[b]
[Strasburq. Fuad Qulubəyli - APA. "Ermənistanda baş verənlərlə maraqlanıram. Bu ölkədə seçkilərdən sonra baş verən hadisələrdən çox narahat oldum. Mən hələ nümayişlər keçirilərkən bəyanatla çıxış etmiş və tərəfləri zorakılığa əl atmamağa çağırmışdım. Fövqəladə vəziyyət elan olunduqdan sonra isə mətbuata və sərbəst toplaşma azadlığına qoyulmuş qadağaları ləğv etmək çağırışı ilə çıxış etdim. Xoşbəxtlikdən qısa müddət ərzində prezident bəzi məhdudiyyətləri ləğv etdi". APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Strasburqda keçirdiyi mətbuat konfransında Ermənistandakı vəziyyətlə bağlı sualı cavablandıran Avropa Şurasının baş katibi Terri Devis deyib. O bildirib ki, istər nümayişçilərin, istərsə də polislərin yol verdiyi zorakılıq aktları qəbulolunmazdır: "Amma heç bir şey polisin ölümünə haqq qazandıra bilməz". T. Devis söz və mətbuat azadlığı sahəsində maneələri aradan qaldırmağın zəruriliyini də vurğulayıb: "Ermənistan prezidentinin bəzi məhdudiyyətləri ləğv etməsindən məmnunam. Ümid edirəm ki, müxalifət yeni prezidentlə dialoqa gedəcək". -
04-16-2008, 03:46 PMAPAPolşa xarici işlər nazirinin müavini Anjey Kreymer: "Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır"
[b]Polşa xarici işlər nazirinin müavini Anjey Kreymer: "Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır"[b]
[Bakı. Laçın Sultanova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Polşa xarici işlər nazirinin müavini Anyey Kreymeri qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Polşa arasında tarixi əlaqələri xatırladan nazir, siyasi sahədə, çoxtərəfli müstəvidə qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi potensialın genişləndirilməsini zəruri sayıb. O, Polşanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmişə prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini alqışlayıb. A. Kreymer Azərbaycanın Polşanın regionda strateji tərəfdaşı olduğunu diqqətə çatdıraraq, bütün istiqamətlərdə təmasların genişləndirilməsi, nazirliklər arasında əməkdaşlıq haqda memoranduma uyğun olaraq, məsləhətləşmələrin davam etdirilməsi, digər qurumlar arasında da mübadilələrin aparılmasının vacibliyi fikrini səsləndirib və nazir Elmar Məmmədyarovu Varşavaya rəsmi səfərə dəvət edib. Qonaq həmçinin ölkəsinin Avroatlantik strukturlara inteqrasiya təcrübəsi ilə paylaşmağa, Azərbaycanın Avropa üçün tək enerji tərəfdaşı kimi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətini təbliğ etməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin Avropaya inteqrasiya sahəsində Polşanın təcrübəsindən yararlanmaq məqsədilə birgə müzakirələrin keçirilməsi, "GUAM-ın dostları" qrupunun tərkibinin genişləndirilməsi, təhlükəsizlik sahəsində dialoqun qurulması, qarşılıqlı şəkildə sərmayə qoyuluşu, mədəniyyət və humanitar sferalarda əməkdaşlıq məsələləri müzakirə olunub. -
04-16-2008, 03:51 PMAPAKondoliza Rays: "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər"
[b]Kondoliza Rays: "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər tez bir müddətdə həll oluna bilər". APA-nın məlumatına görə, bu sözləri Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ dövlət katibi Kondoliza Rays deyib.
[O, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda bir neçə dəfə münaqişənin həllinə yaxınlaşdıqlarını bildirib: "Bir neçə çətin qərarlar qəbul etmək və Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistanı razılaşdırmaq lazımdır". O, həm Ermənistan, həm də Azərbaycan hökumətlərinə münaqişənin davam etməsi üzündən regionun digər hissəsindən geri qaldıqlarını dediyini vurğulayıb: "Siyasi iradə mövcud olarsa, münaqişə həll edilə bilər və həll edilməlidir". -
04-16-2008, 04:11 PMAPAXarici işlər nazirinin müavini: "Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir"
[b]Xarici işlər nazirinin müavini: "Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir"[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycanın NATO-ya qəbul olunması məsələsi qarşılıqlı prosesdir. Azərbaycan bu məsələni milli maraqları çərçivəsində həll edir". APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavini Azərbaycanın indiyədək NATO ilə əməkdaşlıqda fəal iştirak etdiyini bildirib: "Azərbaycanın üzvlüyə qəbul olunmasını NATO da istəməlidir. Prosesləri izləyirik. Milli maraqlara uyğun olmayan məsələləri qəbul etmirik. Məsələn, Azərbaycan Kosovodan hərbçilərini geri çağırdı. Ancaq Əfqanıstandakı sülhməramlıların sayını artıracağıq". -
04-16-2008, 04:16 PMAPARusiya tanınmamış separatçı bölgələrdə yaşayan vətəndaşlarının maraqlarını müdafiə məqsədilə konkret addımlar atmağa başlayıb
[b]Rusiya tanınmamış separatçı bölgələrdə yaşayan vətəndaşlarının maraqlarını müdafiə məqsədilə konkret addımlar atmağa başlayıb[b]
[Bakı. Laçın Sultanova-APA. Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya və Abxaziyada yaşayan Rusiya vətəndaşlarının maraqlarını müdafiə etmək mexanizmlərini yaratmaq üçün hökumətə tapşırıqlar verib. APA-nın məlumatına görə, bu məqsədlə Rusiya hökumətinə Abxaziya və Cənubi Osetiyanın faktiki qurumları ilə əməkdaşlıq etmək, o cümlədən iqtisadi-ticari, sosial, elmi-texniki, informasiya, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq etmək və bu işə Rusiyanın regionlarını da cəlb etmək tapşırılıb. Rusiya Xarici İşlər Nazirliyinin Krasnodar vilayəti və Şimali Osetiya-Alaniya Respublikasındakı ərazi orqanları lazım gəldikdə Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşları üçün müəyyən konsulluq xidmətləri göstərəcək. Məlumatda deyilir ki, tanınmamış respublikaların əhalisinə ünvanlı və praktiki yardım etmək barədə qərar dünya ictimaiyyətinin əhval-ruhiyyəsinə zidd deyil: "Bizim bu addımımız Gürcüstanla konfrontasiyaya getmək məqsədi daşımır. Biz regionun sosial-iqtisadi inkişafına mane olan bütün sanksiyalar və məhdudiyyətlərin aradan qaldırılmasını istəyirik. Bu, Gürcüstan ilə hava və dəniz nəqliyyatının bərpa olunması və digər atılmış addımlarla da təsdiqlənir. Nəzərdə tutulmuş addımların həyata keçməsi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin möhkəmlənməsinə xidmət edəcək". -
05-26-2008, 11:48 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 08.05-dən fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex kəndi, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi, Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, saat 23.25-dən 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.20-dən mayın 26-sı saat 00.30-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
05-26-2008, 11:51 AMAPAAzərbaycan daxili işlər nazirinin Əfqanıstana səfəri təxirə salınıb
[b]Azərbaycan daxili işlər nazirinin Əfqanıstana səfəri təxirə salınıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Əfqanıstana gözlənilən səfəri ilin sonuna kimi təxirə salınıb. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Səfər Əfqanıstanda vəziyyətin gərginləşməsi səbəbindən təxirə salınıb. Qeyd edək ki, Ramil Usubovun bu ölkəyə səfəri mayın sonuna nəzərdə tutulmuşdu. -
05-26-2008, 12:01 PMAPAAzərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər
[b]Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanla Türkiyə arasında imzalanan ikitərəfli əməkdaşlıq proqramına uyğun olaraq, bu gün Ankara şəhərində "Zədələnmələr üzrə" kurs başlanacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurs iyunun 13-də yekunlaşacaq. Bu gün, həmçinin Azərbaycanla Pakistan arasında imzalanan ikitərəfli əməkdaşlıq proqramına uyğun olaraq, Pakistanın Pişavar şəhərində "Təməl hava desant" kursu da start götürəcək. Tədbir iyunun 21-dək davam edəcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
05-26-2008, 12:11 PMAPAGürcüstanda Azərbaycan Demokratik Respublikasının yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib
[b]Gürcüstanda Azərbaycan Demokratik Respublikasının yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib[b]
Bakı. Laçın Sultanova - APA. Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında Azərbaycan Demokratik Respublikasının 90 illiyi və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib.
[APA-nın məlumatına görə, tədbirlər çərçivəsində Bolnisinin 4 böyük kəndində gürcü dili və kompüter kurslarının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Neft Şirkəti kursları lazımi avadanlıqlarla təmin edib. Marneulidə fəaliyyət göstərən Mədəniyyət Mərkəzində isə Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın, Gürcüstan parlamentinə yeni seçilmiş azərbaycanlı deputatlar Azər Süleymanov və Ramin Bayramovun, müxtəlif universitetlərdə təhsil alan tələbələrin, ziyalıların iştirakı ilə yubiley tədbiri keçirilib. Q. Paşayeva şərqdə yaradılmış ilk respublika və parlamentin tarixi əhəmiyyətindən danışıb. Paytaxt Tiflisdə keçirilən tədbirlər çərçivəsində isə Heydər Əliyevin büstü, Azərbaycan Demokratik Respublikasının yaradıcıları Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət edilib. -
05-26-2008, 12:31 PMAPAFlora Kərimova: "Röyanın göstərdiyi efir striptizləri rəzalətdir"
[b]Flora Kərimova: "Röyanın göstərdiyi efir striptizləri rəzalətdir"[b]
"Məndən tarixdə külliyyat qalacaq, Röyadan nə qalacaq, soyunmaq?"Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Flora Kərimovanın APA-ya müsahibəsi
[- Bir vaxtlar Siz müğənni Röyanın müdafiəçilərindən biri olmusunuz. İndi isə aranızda ciddi problemlər yaranıb...- Əvvəllər mən Röyaya inanırdım, daha doğrusu, etirafına inanırdım. Axı o, tez-tez "bilmədim, bu işi gördüm, daha olmayacaq" deyirdi. Mən bu səmimiliyin nəticəsini görmək istəyirdim və düşünürdüm ki, bir-iki düşünülməmiş addıma görə insanı kökündən vurmaq olmaz. Düşünürdüm ki, bu qızın gələcəyi var, söhbətləri bu şəkildə qabartmağa, onun mahnılarına rəğbət bəsləyənləri ayıltmağa, onu gözdən salmağa ehtiyac yoxdur. Hər qızın ailə, ana perspektivi olmalıdır və mən məhz o perspektivləri qoruyurdum. Həm də Röya sənətdə elə bir insan tərəfindən təhqir olunurdu ki, onun özünün haqqı yox idi Röya haqqında bu sözləri deməyə. Ona mən demişdim ki, əl çəkin, bu cavanlardan. Mən mesaj göndərdim ki, onun hədəfində Röya və ya hansısa bir gənc olacaqsa, qarşısında məni görəcək. İnanmaq istəyirdim ki, bu insan ayrı cürə ola bilər. Olmaq istəyir, indi oldu da belə. Sonra mən başa düşdüm ki, bu Röyanın bir üsuludur, Röyanın irsindən gələn xasiyyətidir. Röya hər halda özü də bilməsə, anası, ailəsi onun soyunun kim olduğunu bilir. Ona görə də mən onun bugünkü varlığına irsi məzmunu kimi baxıram. - Münasibətlərinizin kəskinləşməsinin səbəbi nədir? - Bu məsələ "Xalq Parad" verilişində başladı. Bu verilişin aparıcısı qonağı haqqında ənənəvi olaraq rəy sorğusu keçirirdi. Mənim fikrimi də bilmək istədi. Açığı, əvvəl tərəddüd elədim. Düşündüm ki, nə deyim? Deyim ki, gənc bir qız, xoşagəlməz pozada hamının gözü qabağında klip çəkdirdiyi rejissorun atasına sataşaraq, biabırçı halda, yarı sərxoş, yarı hallı vəziyyətdə Azərbaycan qızını təmsil edir? Oxuduğu "Yağış" mahnısının sədaları altında bədən naxışları ilə öyünən Röya Azərbaycanın ismət rəmzidir, bunu deyim? Onun bu görüntüləri bir müddət teleekranlarda və telefonlarda insanların əyləncə predmeti olmuşdu. Həmin verilişdə Röyanı biabır edib bu sözləri demək istəmirdim. Orada əvvəl ona müraciət etdim və bildirdim ki, mən onun analığını, abrını qorumaq istəyirəm. Mən Azərbaycanın abrını qorumaq istəyirəm, çünki bizi təmsil edən hər bir insanın simasında Azərbaycan görünür. Avropanın 43 ölkəsinin təmsil olunduğu "Eurovision" yarışmasında Azərbaycan alnıaçıq çıxış etdi. Hər bir Azərbaycan vətəndaşı dedi ki, bizim başımız ucaldı. Amma Röyanın göstərdiyi efir striptizləri rəzalətdir, xəcalətimizdir. Mən bunu ona başa salmaq istəyirdim, amma o, nə etdi? O mənim meydanlarda olmağımı başıma qaxdı. Mən meydanlarda vətəndaş adını qazanmışam və xalqımın yanında olmuşam. Buna görə çox şeyləri itirmişəm. Bilirsiniz, namus alverə çevriləndə, namusun başında pul dayananda? yazıq o Vətən, yazıq o insan, yazıq o xalq, yazıq o millətə olur... Mənim bütün dediklərim bu nəsihətdən ibarət idi. Bunu bir çox sənətkardan fərqli olaraq dilimə gətirib düşmən qazandım. Röya qıcıqlanır, çünki bunları düşünsə? qazancından olar. Hətta o verilişin aparıcısı da bilir ki, mən bu danışığa bir neçə dəfədən sonra razılıq verdim. Bunun da səbəbi o idi ki, Röyayla görüşəndə üç-dörd dəfə onu başa salmağa çalışdım ki, bu yolla qazandığın çörəyin bərəkəti yoxdur. Ona dəfələrlə "eləmə bunu" dedim. Özünü "krutoy" kimi göstərir. Neçə dəfə yalançı-"krutoy" İlhamənin tərəfindən, həmçinin qəzetlərdə, jurnallarda "krutoy"luğu sındırılan Röya, bu təndiqlərlə barışıb, İlhamənin dilindən qorxaraq onunla sürünə-sürünə sülhə getmişdi. Sənə ağıl öyrədən İlhamə mənimlə savaşda nə qazandı ki, sən də nə qazanasan?! Sənin haran "krutoy"dur? Onun "krutoylar" arasında məxsusi adı var. Bax, budur mənə təsir edən. Mənim övladım Röya yaşındadır. İndiyə kimi övladım haqqında bir adam bir kəlmə deyə bilməz. Alnıaçıq yaşadı, hamı da bilir, hətta düşmənlərim də bunu bilirlər, alnıaçıq da ailə qurdu. Hətta insafsız düşmənlərim mənim ailəmə, mənim üstümə tənə etmək istəyəndə bir barmaq yeri tapmadılar. Qızım dörd il institutda oxudu, heç kim bilmədi ki, o mənim qızımdır. Mən anayam, ona da bir ana kimi "dur, dayan belə eləmə, sən bilərəkdən İlhamənin həyatını təkrar edirsən, mən istəmirəm onun həyatını yaşayasan" dedim. - Flora xanım, Röya jurnalındakı yazısında bildirib ki, Flora Kərimovanın səsi yoxdur və bağırmaqla hamını aldadır...- O mənim sənətkarlığımı şübhə altına alıb. Mən ona Bəxtiyar Vahabzadənin sözləri ilə cavab vermək istəyirəm. Hələ 30-40 il qabaq Bəxtiyar Vahabzadə demişdi ki, "50 il Azərbaycana belə səs gəlməyəcək". 50 il ötüb keçir, ancaq Azərbaycana hələ də bu səs gəlməyib. 50 il əvvəl Bəxtiyar müəllimin dediyi sözləri millət də deyir. O mənim haqqımda deyir ki, bir filmlə yadda qalmışam. O filmin birinci notundan tutmuş, eyvanda oxuduğum nota qədər bir musiqi dünyasıdır, musiqi tarixidir. Elə təkcə "Qayınana" filmi bütün dünyanı gəzdi. O bədbəxt isə ömrü boyu oxusa da, mənim bir notumu belə təkrar edə bilməyəcək. Bundan belə 50 il yaşayıb, yaratdığı, düşündüyü mahnıları mənim "Qayınana" filmində eyvanda oxuduğum "Dilbərim" ariyasına, elə sonuncu oxuduğum "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış" mahnısına bərabər olmayacaq. Məndən tarixdə külliyyat qalacaq, ondan nə qalacaq, soyunmaq? Müğənni kimi o, səsi və ifası haqqında ali savadlı sənətkarın rəyini eşitmək məcburiyyətindədir. Mən ona deyirəm ki, artıq səsi laxlayıb, xüsusən musiqi cümlələrini uzadanda. 40 yaşına çatanda o bu səslə nə edəcək? Laxlayan səs sənətdə qəbul olunmayan və bərbad səs sayılır. Düzdür, Röya monoton oxuyur, ancaq ürəklə oxuyur. Röyanın səsi belədir, bir az sonra o, səsini cilovlayıb ona sahib ola bilməyəcək. O mənim oxumağımı bağırmaq adlandırıb, axı bağırmağa onun heç musiqi imkanı yoxdur. Ağılı bunu anlayan insanlara verərlər, onun kimi ağılsızlara ağıl öyrətmək əbəsdir. O, qadın, insan, övlad kimi artıq gözdən düşüb, müğənni kimi də gözdən düşəcək. O, Azərbaycanın namusuna meydan oxuyur? Röya bir vaxtlar tənhalıqda dizlərini qucaqlayıb hönkür-hönkür ağlayanda, mənim bu gün dediklərimi yadına salacaq. Amma onda gec olacaq. Çox heyiflər olsun ki, mən musiqi taleyimi onun kimilərə qurban verdim. - Röya Sizi 5 dəfə rəsmi ailə həyatı qurmaqda da ittiham edib...- Röyanın riyaziyyatda heç ibtidai səviyyədə də savadı yoxdur. Hər qadını lap onun dediyi kimi 5 kişi qanuni olaraq özünə həyat yoldaşı, övladlarına ana eləmir. Amma o, bir dəfə də kiminsə evinin xanımı ola bilməyəcək. 27 yaşına çatıb, ancaq onun qeyri-rəsmi münasibətlərini sayıb qurtarmaq olmur, mən hələ özünün sadaladıqlarını nəzərdə tuturam. Onun ailə üzvləri guya bilmirlər ki, bu çörək necə qazanılır? İçir, ya da hansısa zəhrimarı qəbul edir, özündən xəbəri olmur, sonra da biabırçı pozalarda şəklini çəkən insanları məhkəməyə verir. O vəziyyətə düşmə, şəklini də çəkməsinlər. Birinci addımından sənətkarlar sırasında səhnəyə çıxan mən buna necə dözüm? Mən Şövkət Ələkbərova, Rəşid Behbudov, Bülbüllə birgə səhnəyə çıxmışam. Röya neyləyib? Məni bir müğənni kimi sevib-sevməmək olar, ancaq ondan başqa kimsəni görmədim ki, mənim sənətimi inkar edəcək qədər şərəfsiz olsun, hətta düşmənlərim belə...- Sizcə, bu nəsillər arasında əzəli, əbədi mövcud olan anlaşılmazlıq, qısqanclıq deyil ki?..- Röya dəyişə bilərdi. Amma bu imkanı itirdi. Azərbaycan hər bir insanın, o cümlədən mənim namusumdur və mən erməni saytlarında Röyanın biabırçı şəkillərini görəndə və ona yazılan şərhləri oxuyanda, bağrım çatlayır. Bəlkə də bütün mübarizə dövrümdə basqılar altında olanda, bu boyda əziyyət çəkmirdim. Düşünürəm və düz də düşünürəm ki, bu bəladır, bu yoluxucu xəstəlikdir. Hələ tam formalaşmamış cavanları yoluxdurmaq təxribatıdır. Cavan insan bu gün özünü açıbsa və açıq-saçıq bir qadına meyl bəsləyirsə, bunlardan nə vətəndaş, nə döyüşçü olacaq? Mən bu işə qlobal baxıram. Nə vaxtsa belə hərəkətlər media, teleşirkətlər, hakimiyyət tərəfindən sükutla qarşılanırdısa, pul naminə təbliğ olunurdusa, indi artıq belə deyil, yetərincə qadağalar qoyulur. Röya və onun simasında bu yola əl atan qadınların bu hərəkətindən tək mən yox, sənətkarlar, insanlar, vətəndaşlar narahatdır. Röyanın lüt bədənini millətdən, ailə üzvlərindən, övladlarından utanmayaraq tərifləyənlər də, elə onun qədər nifrət qazanırlar. -
05-26-2008, 12:51 PMAPAQüdrət Həsənquliyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin iclasında İrandakı azərbaycanlıların problemlərini gündəmə gətirib
[b]Qüdrət Həsənquliyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin iclasında İrandakı azərbaycanlıların problemlərini gündəmə gətirib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. NATO Parlament Asssambleyasının Siyasi Komitəsinin mayın 24-də keçirilən iclasında İranla bağlı aparılan müzakirələrdə həmin ölkədə yaşayan azərbaycanlıların problemləri də diqqət mərkəzinə gətirilib.
[Bu barədə APA-ya Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib. O, komitədə İran haqqında hazırlanan məruzədə azərbaycanlıların problemlərinin əksini tapmadığını bildirib: "Mən bunu amerikalı məruzəçinin nəzərinə çatdıraraq dedim ki, Qərb, o cümlədən ABŞ, NATO İrandakı demokratik proseslərə lazımi diqqət yetirmir və dəstək vermir. Qeyd etdim ki, İranda yaşayan 30 milyondan çox azərbaycanlı öz elementar hüquqlarından məhrumdur, onların ən azı milli-mədəni muxtariyyətləri təmin olunmalıdır". Q. Həsənquliyev müzakirə zamanı İranın Azərbaycan üçün təhlükə olduğunu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında Rusiya ilə yanaşı, İranın da rolunun olduğunu söyləyib.O, mayın 25-də NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində "Qara dəniz hövzəsində din və dövlət" mövzusunda müzakirələr aparıldığını, bu müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun çıxış etdiyini deyib. Z. Əsgərov məruzəçinin Azərbaycanda radikal dini qruplaşmalara qarşı repressiv metodlardan istifadə olunması fikrinə etirazını bildirib. O, Azərbaycanda tolerantlığın hökm sürdüyünü vurğulayaraq islam dininə aidiyyəti olmayan 30-dan çox dini təşkilatın qeydiyyatdan keçdiyinə diqqət çəkib. Bu iraddan sonra məruzəçi Azərbaycanda dini tolerantlığın mövcud olduğunu etiraf edib. Q. Həsənquliyevin sözlərinə görə, bu zaman Ermənistandan olan deputatlardan biri Azərbaycanda erməni kilsəsinə qarşı dözümsüzlük olduğunu iddia edib: "Mən isə iştirakçıların nəzərinə çatdırdım ki, erməni nümayəndənin dedikləri həqiqətə uyğun deyil. Bakının mərkəzində erməni kilsəsi var və oradakı kitabxana da qorunub saxlanır. Hətta Bakıya gələn erməni ziyalıları orada olublar". Qeyd edək ki, mayın 27-də NATO PA-nın plenar iclası keçiriləcək. Müzakirələrdə NATO PA-nın prezidentinin və NATO baş katibinin çıxışları nəzərdə tutulub. Sentyabr ayında isə NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər. -
05-26-2008, 01:01 PMAPADağıstan paytaxtında enerji böhranı yaranıb
[b]Dağıstan paytaxtında enerji böhranı yaranıb[b]
[Mahaçqala. İslam Kərimov-APA. Son aylar Mahaçqalanın müxtəlif rayonlarına elektrik enerjisinin fasilələrlə verilməsi sakinlər arasında böyük narazılıq yaradıb. Paytaxt küçələrində bir neçə dəfə piket keçirən əhali vəziyyət belə davam edəcəyi təqdirdə daha ciddi aksiyalara əl atmaq fikrindədir. Energetiklər isə baş verənlərdə dövlət müəssisələrini, özəl şirkətləri və sakinləri günahlandırırlar. Mahaçqala şəhər elektrik şəbəkələri idarəsindən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, böhranın yaranmasının əsas səbəbi abonentlərin enerji pulunu ödənməməsidir. Hazırda şəhər üzrə elektrik enerjisinin istehlakına görə yaranmış borc 650 milyon rublu ötüb. Dağıstan Respublikası Prezident Aparatı isə baş verənlərdə paytaxt meriyasını ittiham edib. Ali icra orqanının mətbuat xidmətindən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, paytaxtdakı yeraltı və yerüstü elektrik naqillərinin çoxu köhnələrək sıradan çıxıb. Onların yeniləri ilə əvəz olunması üçün vəsait ayrılsa da, təmir işləri ləng gedir. Dağıstan prokurorluğu prosesə müdaxilə edərək şəhər təsərrüfatında ciddi yoxlamalar aparıb və mənimsəmə faktları aşkarlayaraq materialları məhkəməyə təqdim edib. Görülən bütün tədbirlərə baxmayaraq, hələlik enerji böhranını aradan qaldırmaq mümkün olmayıb. Qeyd edək ki, Dağıstan paytaxtında ən ciddi enerji böhranı Yeni il ərəfəsində baş verib. Yaranmış vəziyyətə etiraz edərək küçələrə çıxan sakinlərlə milis arasında toqquşmalar qeydə alınıb. -
05-26-2008, 01:11 PMAPADövlət Akademik Milli Dram Teatrı iyunun 1-dən Dənizçilər Evində fəaliyyət göstərəcək
[b]Dövlət Akademik Milli Dram Teatrı iyunun 1-dən Dənizçilər Evində fəaliyyət göstərəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İyunun 1-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında əsaslı təmir işlərinə başlanılacaq. Teatrın direktoru Maqbet Bünyadov APA-ya deyib ki, təmir müddətində teatrın yaradıcı heyəti Dənizçilər Evində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, artıq teatrda əsaslı təmirə hazırlıq işləri başlanılıb: "Teatrın texniki personalının isə əsaslı təmir müddətində Mirzağa Əliyev küçəsində yerləşən 70 saylı bağçada fəaliyyətini davam etdirməsi nəzərdə tutulur. Hazırda bununla bağlı danışıqlar gedir". Teatr rəhbərinin sözlərinə görə, teatr binası Avstriya və Almaniyanın layihələri əsasında əsaslı təmir olunacaq. Fransa və İtaliya mütəxəssislərinin də işə cəlb olunacağını bildirən M. Bünyadov binanın kosmetik təmirində yerli mütəxəssislərinin də iştirak edəcəyini vurğulayıb. O bildirib ki, yay aylarında yaradıcı kollektivinin Türkiyə, Naxçıvan və Gəncəyə səfəri gözlənilir. -
05-26-2008, 02:01 PMAPAElmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfirinin etimadnaməsinin surətini qəbul edib
[b]Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfirinin etimadnaməsinin surətini qəbul edib[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın Azərbaycanda yeni səfiri Petri Salonun etimadnaməsinin surətini qəbul edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. Qeyd edək ki, Petri Salo Finlandiyanın Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanda da səfiri missiyasını həyata keçirir. Nazir və səfir görüşdə ikitərəfli münasibətləri, Avropa və Avroatlantik məkana inteqrasiya mövzularını müzakirə ediblər. -
05-26-2008, 02:11 PMAPAQazaxıstan Senatının sədri Azərbaycana gələcək
[b]Qazaxıstan Senatının sədri Azərbaycana gələcək[b]
[Bakı. Tamara Qriqpryeva - APA. İyun ayında Qazaxıstan Senatının sədri Nurtay Abıkayev Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov məlumat verib. O bildirib ki, N. Abıkayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan parlamentinin 90 illiyi ilə bağlı Bakıda keçiriləcək bayram tədbirlərinə qatılacaq. -
05-26-2008, 02:21 PMAPAAzərbaycanda sabiq İcra Hakimiyyəti başçısının qardaşının ölümü ilə bağlı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi başlanıl
[b]Azərbaycanda sabiq İcra Hakimiyyəti başçısının qardaşının ölümü ilə bağlı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi başlanılıb[b]
Mingəçevir. Teymur Zahidoğlu - APA. Mayın 25-də Mingəçevirdə şəhər Polis Şöbəsinin (ŞPŞ) yaxınlığında baş verən qəza ilə bağlı üç nəfər - 1976-cı il təvəllüdlü Saleh Vəliş oğlu Əliyev, 1961-ci il təvəllüdlü İlham Miribrahim oğlu Seyidov və 1960-cı il təvəllüdlü Səfər Yolçu oğlu Rzayev saxlanılıblar.
[Bu barədə APA-nın Qarabağ bürosuna ŞPŞ-dən bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də məlumat yayıb. DİN mətbuat xidmətindən APA-ya bildirilib ki, mayın 25-də saat 17.15 radələrində Mingəçevir şəhərində, Yevlax rayon sakini Səfər Rzayevin idarə etdiyi "BMW" markalı avtomaşınla həmyerlisi Şaiq Məmmədovun idarə etdiyi "Nissan-Maxima" markalı avtomaşını təqib edərək onu arxadan vurub. Nəticədə "Nissan-Maxima"nın sərnişini, Gəncə şəhər sakini Feyruz Nəsibov ölüb. S. Rzayev və "BMW"-nin sərnişinləri, Yevlax rayon sakini İlham Seyidov və Bərdə rayon sakini Saleh Əliyev hadisə yerindən qaçmağa cəhd göstəriblər, amma ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Hadisə yerinin yaxınlığından S. Rzayev tərəfindən atılmış "ME-38 Kompakt" markalı tapança aşkarlanaraq götürülüb, araşdırmalar aparılır.Qeyd edək ki, mərhum F. Nəsibov Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Nəsibovun qardaşıdır. Saxlanılan İ. Seyidovun Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Yevlax rayon şöbəsinin sədri olduğu bildirilir. -
05-26-2008, 02:31 PMAPANyu-Yorkdan olan konqresmen Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib
[b]Nyu-Yorkdan olan konqresmen Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. Nyu-York ştatından olan konqresmen Edolfus Tovns 28 May - Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib.
[APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin Aşağı Palatasının spikerinə müraciətində E. Tovns bildirib ki, iki il mövcud olmuş Azərbaycan Demokratik Respublikası təhsil və siyasi islahatlar sahəsində Şərqin ilk ölkəsi olub. Konqresmen Azərbaycanın Qərb demokratiyasını qabaqlayaraq, qadınlara səsvermə hüququnu təmin etdiyini də xatırladıb. Müraciətdə bildirilir ki, müstəqillik əldə etmək istəyən Azərbaycan 20 Yanvar faciəsi ilə üzləşib və bu gün ABŞ-la strateji əməkdaşlıq həyata keçirərək demokratiya prinsiplərinə sadiqliyini sübut edir. Konqresmen Bakının GUAM-ın təşəbbüslərində oynadığı aktiv rola xüsusi diqqət yönəldib. Qeyd edək ki, konqresmen E. Tovns diaspor fəalları Nəimi və Nailə Əmirəliyevlərlə görüşdən sonra Konqresin Azərbaycan üzrə İşçi Qrupuna daxil olub. -
05-26-2008, 02:41 PMAPABakıda NATO həftəsi keçiriləcək
[b]Bakıda NATO həftəsi keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. İyunun 16-27-də Bakıda NATO həftəsi keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, həftə çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. İlk tədbir NATO-nun Yay Məktəbinin təşkilidir. Tədbirdə Azərbaycandan və xarici ölkələrdən olan 60-a yaxın gənc iştirak edəcək. İyunun 26-27-də isə NATO Etimad Fondunun seminarı keçiriləcək. Seminara Avroatlantik Tərəfdaşlıq Şurası, Aralıq Dənizi Dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsünün iştirakçısı olan ölkələrin nümayəndələri qatılacaqlar. X. İbrahim bu seminarı çox mühüm tədbir adlandırıb: "Bu günə qədər NATO-nun heç bir tərəfdaş ölkəsində belə tədbir keçirilməyib". NATO həftəsində alyansın mətbuat üzrə eksperti Simon de Manso da iştirak edəcək. -
05-26-2008, 02:51 PMAPAƏbülfəs Qarayev "Eurovision-2008"də Azərbaycanın əldə etdiyi nəticəni uğur hesab edir
[b]Əbülfəs Qarayev "Eurovision-2008"də Azərbaycanın əldə etdiyi nəticəni uğur hesab edir[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Yüksək səviyyədə təşkil olunmuş "Eurovision-2008" müsabiqəsində Azərbaycan təmsilçiləri öz istedadlarını nümayiş etdirməklə yanaşı, həm də müasir şou nümunəsinin təqdimatına nail oldular. İlk çıxışımızda adımızın "onluğa" düşməsi kifayət qədər uğurlu nəticədir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir müsabiqə çərçivəsində keçirilən səsvermənin daha çox qonşuluq münasibətlərini əks etdirdiyini bildirib: "Ona görə də daha yüksək nəticə əldə edə bilmədiyimizə görə təəssüflənmək lazım deyil. Biz bu müsabiqəyə yeni daxil oluruq. Səs aldığımız ölkələrin coğrafiyasına baxdıqda da görürük ki, həqiqətən də daha çox bizə yaxın olan ölkələrin əhalisindən səs toplamışıq". Ə. Qarayev Azərbaycan təmsilçilərinin ifa etdiyi mahnının birinci yerə layiq olduğunu söyləməkdə çətinlik çəkib: "İdmandan fərqli olaraq, sənətdə konkret göstəricilər yoxdur. Ona görə də incəsənətdə birmənalı "ən yaxşı" və "ən pis" anlayışları qəbul olunmur. Hər mahnının özünəməxsus gözəlliyi, özünəməxsus məzmunu var. Hər halda, bizim mahnımız uğurlu təqdimatların sırasında idi". Nazir gələcəkdə daha uğurlu nəticələrin əldə olunması üçün müsabiqəyə hazırlığı davam etdirməyin zəruriliyini vurğulayıb. -
05-26-2008, 03:01 PMAPANəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb
[b]Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Nəsimi rayonunun Neftçilər prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bakı şəhər sakini Razi Aslanov idarə etdiyi "Opel-Vectra" markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə R. Aslanov və sərnişini, iş yoldaşı Elman Nəzərəliyev hadisə yerində ölüblər. Nəsimi RPİ tərəfindən araşdırma aparılır. -
05-26-2008, 03:11 PMAPA"Bakcell" şirkətinin meneceri olan Makedoniya vətəndaşının apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib
[b]"Bakcell" şirkətinin meneceri olan Makedoniya vətəndaşının apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən "Bakcell" şirkətinin meneceri, Makedoniya vətəndaşı Saşka Todorovskinin apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili Samir İsayev S. Todorovski barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb, məhkəmə baxışı mayın 30-na təyin olunub. İş üzrə proses məhkəmə istintaqı aparılmadan keçiriləcək. Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda törədilməklə rüşvət alma) maddəsi ilə ittiham olunan S. Todorovski apellyasiya şikayətində sözügedən maddənin 312.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə tövsif olunmasını istəyib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. -
05-26-2008, 03:21 PMAPAPrezident İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
[b]Prezident İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib[b]
[Bakl. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev bu gün Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petri Salonun etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Finlandiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, ölkələr arasında fəal siyasi dialoqun aparıldığı qeyd olunub.Səfir Petri Salo Azərbaycanda diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib. -
05-26-2008, 03:31 PMAPAPrezidentlərin Sankt-Peterburq görüşündə Azərbaycan Ermənistandan konstruktiv mövqe gözləyir
[b]Prezidentlərin Sankt-Peterburq görüşündə Azərbaycan Ermənistandan konstruktiv mövqe gözləyir[b]
Bakı. Laçın Sultanova-APA. "Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün şərait yetişib və bu görüş keçiriləcək".
[APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim jurnalistlərin suallarını cavablandıraraq deyib: "Biz bu görüşdə Ermənistan tərəfinin konstruktiv mövqe tutmasını gözləyirik. Xatırladıram ki, xarici işlər nazirlərinin Strasburq görüşündən sonra nazir Elmar Məmmədyarov da bu görüş üçün imkanların olduğunu bildirib. Əgər Ermənistan tərəfi iradəsini ortaya qoysa, o zaman danışıqlarda irəliləyiş əldə oluna bilər. Bu görüşdə Ermənistanın reallığı başa düşərək, real addımlar atmasını gözləyirik". -
05-26-2008, 03:41 PMAPAAMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
[b]AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib[b]
[APA-nın məlumatına görə, AMEA ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi konfransda cümhuriyyət dövrünü əks etdirən məruzələr dinlənilib. Konfransda giriş sözü ilə çıxış edən AMEA prezidenti Mahmud Kərimov bu dövrə aid sənədlərin hələ də yetərincə araşdırılmadığını bildirib: "Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ayda gördüyü işlər müasir milli dövlətçiliyimizin bərpasında siyasi və mənəvi dəstək oldu". Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərqdə ilk opera və ilk teatrla yanaşı, ilk parlament respublikasının da Azərbaycanda yaranmasını mühüm tarixi hadisə kimi qiymətləndirib: "Bu demokratik respublika isə Şərqdə ilk dəfə qadınların səsvermə hüququnu təmin edib". Konfransda AMEA-nın muxbir üzvi Yaqub Mahmudov "Azərbaycan xalqının ilk demokratik respublikası", iqtisad elmləri namizədi Xosrov Kərimov "Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması", professor İsrafil İsrafilov "Azərbaycan Xalq Cümhuriyyəti dövri və milli mədəniyyətimiz", professor Alxan Məmmədli isə "Azərbaycan Xalq Cümhuriyyəti və ədəbiyyat məsələləri" mövzusunda məruzələrlə çıxış ediblər. -
05-26-2008, 03:51 PMAPAGürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb
[b]Gürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb[b]
Tiflis - APA. Parlament seçkilərinin rəsmi nəticələrini tanımayan Gürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər Tiflisdəki İdman Sarayının qarşısına toplaşan "Birləşmiş müxalifət" bloku və Leyborist Partiyasının tərəfdarları bir qədər sonra parlament binasının yerləşdiyi Rustaveli prospektinə doğru yürüşə başlayıblar.
[Yürüşçülər Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş hərbi paradın başa çatmasından bir neçə dəqiqə sonra parlament binasının qarşısındakı meydana daxil olublar. Rustaveli prospektinə giriş-çıxışları nəzarətdə saxlayan xüsusi təyinatlılar kütlənin qarşısını kəsməyiblər və ərazidən uzaqlaşıblar. Birləşmiş müxalifətin liderlərindən biri Levan Qaçeçiladze ABŞ-a qarşı sərt ittihamlarla çıxış edib. O bildirib ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr ABŞ-ın sifarişidir: "Heç bir müxalif qüvvə bu parlamentdə fəaliyyət göstərməyəcək. Məni Amerika və Avropanın nə düşündüyü maraqlandırmır, biz öz xalqımızın maraqları naminə mübarizə aparmalıyıq. Bu mübarizə Amerika və digər dövlətlərin yalana əsaslanan siyasətinə, dünya geopolitikasına qarşı yönəlib". "Birləşmiş müxalifət"ə daxil olan "Yeni sağlar" Partiyasının lideri David Qamkrelidze xüsusi Memorandum imzalayaraq parlament seçkilərinin nəticələrinin tanımadıqlarını, qanunverici orqanda təmsil olunmayacaqlarını və yeni seçkilərin keçirilməsi tələbini irəli sürdüklərini açıqlayıb. Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu, "Azadlıq" Hərəkatının lideri Konstantin Qamsaxurdiya Mixail Saakaşvilinin Metyu Brayzanın ssenarisi əsasında səhnələşdirdiyi tamaşada oynamaq fikrində olmadıqlarını bildirib. Leyborist Partiyasının lideri Şalva Natelaşvili isə birləşmiş müxalifətə qoşulduqlarını elan edib: "Bizim birliyimiz Saakaşvili rejiminin iflasına gətirib çıxaracaq. Gürcüstanda heç vaxt bu cür seçki keçirilməmişdi. Gürcü xalqı bunu heç kimə bağışlamayacaq". Sonra çıxış edən birləşmiş müxalifətin liderlərindən biri Koba Davitaşvili prezidentə ultimatum verib. Onun sözlərinə görə, Mixail Saakaşvili iki saat ərzində xalqın qarşısına çıxaraq parlament seçkilərinin saxtalaşdırıldığını etiraf etməlidir: "Əgər bu tələb yerinə yetirilməsə, xalq onun oturduğu yerə doğru irəliləyəcək və ondan cavab tələb edəcək". K. Davitaşvili MSK-nı seçkilərin yekun nəticələrini elan etməməyə çağırıb. O, İctimai Televiziyanı müxalifətin mitinqini canlı yayımlamağa da səsləyərək əks təqdirdə televiziya binasına doğru yürüşə başlayacaqlarını söyləyib.Qeyd edək ki, mayın 21-də keçirilən parlament seçkilərində birləşmiş müxalifət 16, digər müxalifət partiyaları - Leyboristlər və Xristian-Demokratik Hərəkat isə hərəyə 6 mandat əldə ediblər. -
05-26-2008, 04:01 PMAPAİyunun 1-7-də Bakıda keçiriləcək X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının proqramı açıqlanıb
[b]İyunun 1-7-də Bakıda keçiriləcək X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının proqramı açıqlanıb[b]
Bakı. Ülkər Qasımova - APA. İyunun 1-7-də X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqından APA-ya bildirilib ki, festivalın açılışı iyunun 1-də Dövlət Musiqili Komediya Teatrında baş tutacaq.
[İyunun 2-də Abşeron mehmanxanasında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya) və "Dost" (Azərbaycan) filmləri nümayişi etdiriləcək. Festivalın bağlanış mərasimində - iyunun 7-də "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr. Nevski döyüşü" (Rusiya) filmləri nümayiş olunacaq. Festivalın bağlanış mərasimində mükafatlar da təqdim olunacaq. Festival çərçivəsində Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin retrospektivi təşkil olunacaq. İttifaqdan verilən məlumata görə, mayın 29-da saat 15:00-da festivala həsr olunmuş mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı Azərbaycan Kinematoqrafçılar İttifaqında gerçəkləşəcək. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
05-26-2008, 04:11 PMAPABQXK nümayəndələri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları ilə görüşüblər
[b]BQXK nümayəndələri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları ilə görüşüblər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Qızıl Xaş Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyanla görüşüblər.
[BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı həmin şəxslərin saxlanma şəraiti, fiziki durumları ilə bağlı monitorinq aparılıb. Ermənistan vətəndaşlarına yaxınları ilə məktub mübadiləsi aparmağa şərait yaradılıb. Bu, BQXK nümayəndələrinin adı çəkilən şəxslərlə ilk görüşüdür. Qeyd edək ki, bir qədər əvvəl Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyan Azərbaycan-Ermənistan cəbhə xəttinin Naxçıvan istiqamətində saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyindən onların Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun üzvləri, Azərbaycan ərazisində təxribat törətmək niyyətində olduqları bildirilib. Hazırda Müdafiə Nazirliyinin sərəncamında olan bu şəxslərin əməlləri ilə bağlı araşdırmalar aparılır.