[b]AŞ PA sessiyasında Rusiya ciddi tənqid olunub[b]
[Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bu gün keçirilən plenar iclasında avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin nəticələri müzakirə olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə söz alan deputatların əksəriyyəti bu müharibəni Avropada təhlükəsizliyə və əməkdaşlığa zərbə, Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirərək Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasının qəbuledilməz və beynəlxalq prinsiplərə zidd olduğunu bildiriblər. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu vurğulayan parlamentarlar Rusiyanı öz qərarını ləğv etməyə, üzərinə götürdüyü öhdəlikləri, Gürcüstanla imzaladığı sülh planını yerinə yetirməyə çağırıblar. Onların fikrincə, tərəflər arasında həqiqi dialoqun və etimad mühitinin yaranması münaqişənin həlli və uzunmüddətli sabitliyin bərqərar olması üçün ən yaxşı vasitədir.Mövzuya dair hazırlanan 11724 saylı qətnamə günün ikinci yarısında səsə qoyulacaq.
Azərbaycan Xəbərləri
Printable View

10-02-2008, 07:10 PMAPAAŞ PA sessiyasında Rusiya ciddi tənqid olunub

10-02-2008, 07:20 PMAPAMetyu Brayza Azərbaycanda səfərdədir
[b]Metyu Brayza Azərbaycanda səfərdədir[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycanda səfərdədir.
[APA-nın məlumatına görə, o, Azərbaycana ABŞ dövlət katibinin müavini Con Neqroponte ilə gəlib. Səfəri barədə heç bir açıqlama verməyən M. Brayza gəlişinin məqsədinin yalnız C. Neqroponteni müşayiət etmək olduğunu bildirib. -
10-02-2008, 07:30 PMAPANorveç xarici işlər nazirinin müavini: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"
[b]Norveç xarici işlər nazirinin müavini: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə Norveç Krallığının Xarici İşlər Nazirinin müavini Raymond Yohanseni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən, xüsusən də enerji sahəsində əməkdaşlıqdan razılıq ifadə olunub. Cənubi Qafqaz regionunda baş verən proseslərdən söz açan R. Yohansen Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının vacibliyini vurğulayıb.Öz növbəsində, E. Məmmədyarov Ermənistanın təcavüzkar siyasətinin bütün regionun inkişafına zərbə vurduğunu qeyd edib, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib: "Regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün Azərbaycanın işğal edilmiş əraziləri təcavüzkar qoşunlardan azad edilməli, məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, həmin ərazilərin infrastrukturu bərpa edilməlidir". -
10-02-2008, 08:00 PMAPAHakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs edilib
[b]Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Yasamal rayonunda hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərərək zor tətbiq etməkdə təqsirli bilinərək barəsində axtarış elan olunmuş şəxs həbs edilib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən məlumat verilib. 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Murad Asif oğlu Quliyev həbs edilib. Polis İdarəsində M. Quliyevin barəsində açılan cinayət işinin icrasına başlanılıb və istintaq tədbirləri davam etdirilir. -
10-03-2008, 10:30 AMAPALitmanen Azərbaycanla oyuna çağırılmadı
[b]Litmanen Azərbaycanla oyuna çağırılmadı[b]
Finlandiya yığmasının heyəti açıqlandı
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Finlandiya milli komandasının heyəti açıqlanıb. "APA-SPORT"un məlumatına görə, ingiltərəli mütəxəssis Stüart Bekster oktyabrın 11-də Azərbaycan, dörd gün sonra Rusiyaya qarşı dünya çempionatının seçmə oyunlarında 19 futbolçunun xidmətindən yararlanacaq. Daha 5 futbolçunun isə Azərbaycanla qarşılaşmayadək zədəsini sağaltmaq şansı var. Bunlar Yari Litmanen, Conatan Yohansson, Ari Nyuman, Njzi Kuqi və Peter Enkelmandır. Finlandiya yığması toplanışa oktyabrın 7-də başlayacaq.Qapıçılar: Yussi Yaskelaynen ("Bolton", İngiltərə), Otto Fredriksson ("Lillestrom", Norveç).Müdafiəçilər: Veli Lampi, Hannu Tihinen (hər ikisi "Sürix", İsveçrə), Petri Pasanen ("Verder", Almaniya), Toni Kuivasto ("Yurqorden", İsveç), Sami Hyuyupya ("Liverpul", İngiltərə), Niklas Moysander ("Alkmaar", Holandiya), Toni Kallio ("Fulhem", İngiltərə). Yarımmüdafiəçilər: Yonas Kolkka (NAK, Hollandiya), Markus Heykkinen ("Rapid", Avstriya), Roman Yeryomenko ("Dinamo", Ukrayna), Mika Vayrinen ("Herenven", Hollandiya), Daniel Syolund ("Yurqorden", İsveç), Timu Taynio ("Sanderlend", İngiltərə).Hücumçular: Roni Porokara ("Erebru", İsveç), Mikael Forssell ("Hannover-96", Almaniya), Berat Sadik ("Arminiya", Almaniya), Paulius Rohya (HİK, Finlandiya). -
10-03-2008, 10:50 AMAPAAzərbaycanın hüquq müdafiəçiləri ABŞ dövlət katibinin müavini ilə görüşüblər
[b]Azərbaycanın hüquq müdafiəçiləri ABŞ dövlət katibinin müavini ilə görüşüblər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavini Con Neqroponte ilə görüşüblər. Səidə Qocamanlı APA-ya bildirib ki, görüşdə ABŞ dövlət katibinin müavinin köməkçisi Metyu Brayza, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi də iştirak edib. Görüşdə Azərbaycanda və Cənubi Qafqazda mövcud vəziyyət müzakirə olunub. Hüquq müdafiəçisinin sözlərinə görə, C. Neqroponte insan hüquqları, demokratiya, söz və din azadlığı, insan alveri, seçkilərdən sonra Azərbaycanı necə görmək istədikləri barədə hüquq müdafiəçilərinin fikirlərini öyrənib. S. Qocamanlı deyib ki, onlar qeyd edilən məqamlar, həmçinin həbsdə olan jurnalistlərlə bağlı təkliflərini açıqlayıblar. -
10-03-2008, 11:00 AMAPATürkiyəli ekspert: "Azərbaycanla Ermənistanın Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasinda yer alacağına inanmıram"
[b]Türkiyəli ekspert: "Azərbaycanla Ermənistanın Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasinda yer alacağına inanmıram"[b]
[Ankara. Mayis Əlizadə - APA. "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ideyası Rusiyanın Gürcüstana hücumundan sonra gündəmə gəldi. Türkiyənin bu şəkildə proaktiv siyasət yeridərək liderlik rolunu öz üzərinə götürməsinin ən önəmli səbəblərindən biri BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün dəstək qazanmaq istəməsidir". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında bu ölkənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan "Arı" qrupunun baş koordinatoru Ural Aküzüm deyib. O bildirib ki, Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü AKP-nin gördüyü bəzi düzgün işlərdən biridir: "Türkiyənin bölgədə belə bir rol oynaması vacibdir. Ancaq digər tərəfdən, bu siyasətdə bir tutarsızlıq da var. Bölgədə sülh istəmək çox konkret bir çağırış deyil - bu, bir növ suya-sabuna toxunmamaq deməkdir. Gürcüstan NATO-ya üzv olsaydı, Türkiyə yenə eyni şəkildə hərəkət edəcəkdimi? Diqqət etdinizsə, baş nazir Ərdoğanın Moskvada Putin və Medvedevlə görüşündən sonra rus qəzetləri Türkiyənin Rusiyanı haqlı saydığına dair şərhlər verdilər. Amerikalı şərhçilərdən də eyni analiz gəldi. Ancaq bütün bunlara baxmayaraq, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması yaxşı olardı". Məsələyə Azərbaycanın nöqteyi-nəzərindən baxdıqda hansı mənzərənin ortaya çıxdığına dair sualı cavablandıran ekspert Bakının İrəvanla diplomatik münasibət yaratmasının mümkün olmadığını vurğulayıb: "Çünki Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Buna görə də Azərbaycan və Ermənistanın hələlik eyni platformada əməkdaşlıq edəcəyinə ehtimal vermirəm". -
10-03-2008, 11:10 AMAPASerj Sərkisyan: "Dağlıq Qarabağda müharibə başa çatmayıb"
[b]Serj Sərkisyan: "Dağlıq Qarabağda müharibə başa çatmayıb"[b]
İrəvan-APA. Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ müharibəsinin hələ başa çatmadığını bəyan edib.
[APA-nın məlumatına görə, Sərkisyan bu fikrini münaqişə tərəflərinin silahlanmaya davam etməsi ilə əsaslandırıb: "Qarabağda müharibə başa çatmayıb. Çünki silahlanma yarışı davam edir və münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş imzalanmayıb". O, jurnalistlərə analoji sualla kənd və şəhərlərdə yaşayan ermənilərə müraciət etməyi məsləhət görüb: "Onlar da sizə eyni cavabı verəcəklər ki, Dağlıq Qarabağda müharibə başa çatmayıb". -
10-03-2008, 11:20 AMAPABMT-nin baş katibi Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib
[b]BMT-nin baş katibi Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib[b]
[Bakı. APA. BMT-nin baş katibi Pan Ki Mun 10 oktyabr Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilki Ümumdünya Məskunlaşma Gününün mövzusu "ahəng şəhərlər"dir: "Xarabalıqlarda məskunlaşan insanların iş tapmaq imkanlarından istifadə edə və öz həyat şəraitlərini yaxşılaşdıra bilmədikləri bir halda bizim sürətlə urbanizasiyaya məruz qalan dünyamız ahəngdar sayıla bilməz. Minilliyin inkişaf məqsədləri 2020-ci ilədək xarabalıqlarda yaşayan 100 milyona yaxın insanın həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa çağırır". Baş katib bildirib ki, sağlam yaşayış şəraiti ilə bərabər aşağı səviyyəli enerji istehlakı, resurslardan istifadə və onların israf olunması ilə birgə mövcud olan, müxtəlif insanların harmoniyada yaşadığı şəhərlərin balanslaşmış inkişafın pozulması üçün çox böyük potensial var: "Biz Ümumdünya Məskunlaşma Gününü qeyd etdiyimizdən, mən bütün tərəfdaşları və bizimlə birgə çalışanları imkan olduğu qədər bu potensialı reallaşdırmağa, bizim təbii irsimizi qorumaqla və daha yaşıl və daha yaxşı inkişafa yardım edəcək şəkildə bütün qadınlar, kişilər və uşaqlar üçün layiqli həyat şəraitini yaratmağa çağırıram". -
10-03-2008, 11:40 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD