[b]Venesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək. Bu barədə APA-nın Avropa bürosuna Venesiya Komissiyasının katibliyindən məlumat verilib.
[Canni Bukikkionun Azərbaycana iki günlük səfərində məqsəd Konstitusiya Məhkəməsinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etməkdir. VK katibinin səfər proqramına Azərbaycan prezidenti, xarici işlər naziri, MSK sədri, QHT rəhbərləri ilə görüşlər daxildir. Görüşlərdə əsasən Azərbaycanla Venesiya Komissiyası arasında əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Venesiya Komissiyası ötən ay Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yekun rəyi açıqlayıb. Qurum öz rəyində Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu, bununla belə bu qanunlar külliyyatının Avropa standartlarına uyğun seçkilərin keçirilməsi üçün tutarlı baza rolu oynadığını bildirib.
Azərbaycan Xəbərləri
Printable View

07-10-2008, 07:41 PMAPAVenesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək

07-11-2008, 10:31 AMAPAErmənistan ordusu atəşkəsi pozmağa davam edir
[b]Ermənistan ordusu atəşkəsi pozmağa davam edir[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 10-da saat 16.30-dan 16.40-dək və saat 22.30-dan 22.40-dək fasilələrlə Dağlıq Qarabağın Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.20-dən 22.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. -
07-11-2008, 10:51 AMAPAAzərbaycanın şimal bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır
[b]Azərbaycanın şimal bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır[b]
Xaçmaz. Solmaz Mehdiyeva - APA. Azərbaycanın təbii fəlakətdən zərər çəkən Quba, Qusar və Xaçmaz rayonlarında kompleks tədbirlər həyata keçirilir.
[APA-nın şimal bürosunun xəbərinə görə, Qubanın Vəlvələçay, Qonaqkənd kəndləri və ucqar dağ kəndi Dərkdə bərpa işləri aparılır, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları işləyir. Selin böyük ziyan vurduğu Dəvəçinin Xəlfələr kəndində insanların istifadəsi üçün piyada keçid körpüləri qurulub. Qusarın sürüşmə gedən Qənərçay kəndinin əhalisinin əksəriyyəti təhlükəsiz yerlərə köçürülüb, onların bir hissəsi müvəqqəti olaraq FHN əməkdaşlarının qurduğu çadırlarda yerləşdirilib. Hazırda əhaliyə dəyən zərər müəyyənləşdirilir. Xaçmaz rayonu ərazisində isə selin aşırdığı elektrik dirəkləri bərpa edilir. Rayonun Hacıqurbanoba kəndində evlərin həyətlərinə dolan su xüsusi texnika ilə çəkilir. -
07-11-2008, 11:11 AMAPAGürcüstan Rusiyadakı səfirini geri çağırıb
[b]Gürcüstan Rusiyadakı səfirini geri çağırıb[b]
[Tiflis - APA. Gürcüstan Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tiflis Rusiya hərbi təyyarələrinin Cənubi Osetiya üzərində uçuş keçirməsindən sonra bu ölkəyə rəsmi etiraz notası göndərib. Rusiya XİN təyyarələrin uçuşunu təsdiqləyib və bunun münaqişənin alovlanmasına yol verməmək məqsədilə edildiyini açıqlayıb. Rəsmi Tiflis isə faktı ölkənin hava məkanının pozulması kimi qiymətləndirib. Gürcüstanın Rusiyadakı səfiri Erosi Kitsmarişvili bu gün ilk reyslə ölkəsinə yola düşəcəyini və Moskvaya nə vaxt dönəcəyini bilmədiyini deyib. Qeyd edək ki, iyulun 10-da yerli vaxtla saat 20.11-də Rusiyaya məxsus iki qırıcı təyyarə Gürcüstanın hava məkanına daxil olub. On dəqiqə sonra daha iki təyyarə eyni marşrut üzrə uçuş həyata keçirib. Təyyarələr Cənubi Osetiya üzərində 40 dəqiqə dövr ediblər. -
07-11-2008, 11:41 AMAPATürkiyənin cənub-şərqində 10 PKK terrorçusu məhv edilib
[b]Türkiyənin cənub-şərqində 10 PKK terrorçusu məhv edilib[b]
[Ankara - APA. Türkiyənin cənub-şərqində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, Şırnak rayonu ərazisində baş verən döyüşdə 10 PKK terrorçusu məhv edilib. Qanuni kənd özünümüdafiə dəstələrinin 1 üzvü isə şəhid olub. Ərazidə əməliyyatlar davam edir. -
07-11-2008, 01:51 PMAPAErməni estrada ulduzlarının mahnılarından ibarət alboma Aygün Kazımovanın ifasında "Yenə tək" mahnısı da daxil edilib
[b]Erməni estrada ulduzlarının mahnılarından ibarət alboma Aygün Kazımovanın ifasında "Yenə tək" mahnısı da daxil edilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu günlərdə Moskvada erməni estrada ifaçılarının mahnılarından ibarət albom işıq üzü görüb. Albomda erməni estrada ulduzlarının, o cümlədən Ermənistanı "Eurovision-2008" təmsil edən Siruşonun ifası ilə yanaşı, Azərbaycanın əməkdar artisti Aygün Kazımovanın ifasında "Yenə tək" kompozisiyası da yer alıb. Bu barədə APA-ya açıqlama verən Aygün Kazımova hadisədən şoka düşdüyünü etiraf edib: "Amma bu diskin pirat disk olması məni bir az rahatladır. Özü də diskə qulaq asdıqda mahnının internetdən götürüldüyü məlum olur. Çünki olduqca keyfiyyətsiz bir şəkildədir. Bir müddət əvvəl də mənim ifa etdiyim "Gəncəm" mahnısının sözləri dəyişdirilərək erməni sənətçiləri tərəfindən ifa olunmuşdu. Ancaq mahnı həmin mahnı idi". Aygün Kazımova məsələ ilə bağlı hər hansısa bir addım atmaq fikrində olmadığını deyib. Sənətçinin sözlərinə görə, albomun kim tərəfindən hazırlandığı məlum olmadığını görə belə bir addım atmaq lüzumsuzdur. -
07-11-2008, 02:01 PMAPAMüsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb
[b]Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb[b]
[Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müddəalarının pozulmasına etiraz olaraq Bakı şəhər icra hakimiyyəti qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb. APA-nın məlumatına görə, Səbayel rayon Polis İdarəsinin əməkdaşları sanksiyalaşdırılmamış aksiyanın qarşısını alıblar. Müsavat Partiyasının üzvləri Bakı şəhər İcra hakimiyyətinin qarşısına buraxılmayıb, aksiya iştirakçılarından 8 nəfər saxlanaraq Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb. Saxlananlar arasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da var. -
07-11-2008, 02:11 PMAPASergey Kuznetsov: "Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır"
[b]Sergey Kuznetsov: "Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır"[b]
Bakı. Tamara Qriqoryeva-APA. Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır.
[Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin eksperti Sergey Kuznetsov APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurum Seçki Məcəlləsi ilə bağlı mövqeyini açıqlayıb: "Biz rəyimizi açıqlamışıq və öz mövqeyimizdə qalmaqda davam edirik. Seçki Məcəlləsinin özünü necə doğrultması seçkilər və təbliğat kampaniyası zamanı aydın olacaq". Sergey Kuznetsov Venesiya Komissiyasının katibi Canni Bukikkionun iyulun 14-15-də Bakıya səfərinin Konstitusiya Məhkəməsinin yubileyində iştirakla əlaqədar olduğunu bildirib. Canni Bukikkio MSK ilə birlikdə seçkilər ərəfəsində keçiriləcək treninqdə də iştirak edəcək. -
07-11-2008, 02:21 PMAPAAzərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib
[b]Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, iclasda ilk olaraq şura sədrinin müavinlərinin seçilməsi məsələsinə baxılıb. Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Mətbuat Şurası sədrinin müavinləri seçilib. Daha sonra Mətbuat Şurası komissiyalarının formalaşdırılması prosesi həyata keçirilib və bu qurumların rəhbərləri müəyyənləşib. Mehman Əliyev iqtisadiyyat, Kamal Abdulla təhsil, Bəxtiyar Sadıqov dil, Müşfiq Ələsgərli sosial, Umud Rəhimoğlu regional, Vüqar Səfərli daimi məsələlər üzrə komissiyaların sədri seçilib. İclasda eyni zamanda Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının tərkibi də müəyyənləşib. Komissiyada Umud Rəhimoğu, Bəxtiyar Sadıqov, Vüsalə Mahirqızı, Tapdıq Abbas, Cəmil Həsənli, Hacı Sabir Həsənli, Kamal Abdullanın fəaliyyət göstərməsi qərara alınıb. İclasda qeyd olunub ki, Mətbuat Şurasının Azərbaycan Jurnalistlərinin V Qurultayında formalaşdırılan Nəzarət Təftiş Komissiyasının iclası keçirilib və qurumun üzvü Mübariz Zeynallı komissiya sədri seçilib. -
07-11-2008, 02:31 PMAPAKaliforniyada meşə yanğınları 250 hektar ərazini külə döndərib
[b]Kaliforniyada meşə yanğınları 250 hektar ərazini külə döndərib[b]
[Kaliforniya-APA. Son 30 il ərzində ilk dəfə olaraq Kaliforniyada meşə yanğınlarının söndürülməsinə ABŞ Milli Qvardiyasının şəxsi heyəti cəlb olunub. APA-nın məlumatına görə, dünən yanğınların söndürülməsində 200-dən artıq qvardiyaçı iştirak edib. Qeyd edək ki, iyunun 20-dən bu yana Kaliforniyanın müxtəlif meşə massivlərində 1,700-dən çox yanğın baş verib, nəticədə 250 min hektar meşə sahəsi külə dönüb. 100-dən çox tikilini külə döndərən yanğınlarda bir nəfər həlak olub. Hazırda yanğınsöndürənlər 1,500 yanğın ocağını söndürməyə müvəffəq olublar. Bununla belə ştatın şimal və mərkəzi hissəsində irimiqyaslı yanğınlar hələ də davam edir.