[b]Sumqayıtda qaz sızmasından yaranan partlayış nəticəsində bir nəfər ölüb[b]
[Bakı-APA. Dünən saat 09.10 radələrində Sumqayıt şəhərində Beton Zavodunun ərazisindəki tikilidə yaşayan Qardaşxan Hüseynova məxsus 2 otaqlı fərdi evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə qapı və pəncərələr sınıb, 6 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xəsarət alan Q. Hüseynov və arvadı Zümrüd Təcili Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Q. Hüseynov xəstəxanada ölüdür.Həmin gün saat 09.30 radələrində Suraxanı rayonundakı 1-ci Bülbülə küçəsindəki yeni tikilidə yaşayan Arif Məcnunova məxsus 1 mərtəbəli 3 otaqlı evdə təbii qazın sızmasından partlayış baş verib. nəticədə evin qapı və pəncərələr sınıb, döşəmədə çatlar əmələ gəlib. Hadisə nəticəsində xəsarət alan A. Məcnunov, arvadı Sədaqət, qızları Aytac, Günel və oğlu Fərman Təcili Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
Azərbaycan Xəbərləri
Printable View

10-02-2008, 03:20 PMAPASumqayıtda qaz sızmasından yaranan partlayış nəticəsində bir nəfər ölüb

10-02-2008, 03:30 PMAPASabah Həştərxanda Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayır
[b]Sabah Həştərxanda Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayır[b]
[Bakı. Laçın Sultanova - APA. Sabah Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayacaq. APA-nın məlumatına görə, tədbirdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın rəsmi hökumət nümayəndələri, iri beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər.İki gün davam edəcək konfrans çərçivəsində Xəzəryanı regionun hökumət və aidiyyəti nazirliklərin nümayəndələrinin iclası, işgüzar və ekspert dairələrin təmsilçilərinin bir sıra işgüzar sessiyaları, jurnalistlər üçün mətbuat konfransları, Xəzəryanı ölkələrin investisiya layihələrinin təqdimatı, Həştərxan vilayətinin mədəniyyət və sənaye obyektləri ilə tanışlıq nəzərdə tutulur. Konfransda Xəzəryanı ölkələrin baş nazirlərinin birinci müavinlərinin iştirakı gözlənilir. İşçi sessiyalarda dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafı, neft, qaz, nəqliyyat infrastrukturunun inkişafı perspektivləri, regionun ekoloji təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Konfrans çərçivəsində Xəzəryanı ölkələrin investisiya layihələri və texnologiyalarına dair irihəcmli beynəlxalq sərgi də təşkil olunacaq. Rusiyanın baş naziri Vladimir Putin artıq konfrans iştirakçılarına müraciət ünvanlayıb. Həştərxan qubernatorunun mətbuat xidmətinin yaydığı məlumata görə, müraciətdə deyilir ki, ilk dəfə keçirilən forumun məqsədi Xəzərdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verməkdir. -
10-02-2008, 03:40 PMAPAAzərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Almaniyanın şirkəti alıb
[b]Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Almaniyanın şirkəti alıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair marketinq sorğusunun qəlibini müəyyənləşdirib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Sorğunun nəticələrinə əsasən, qalib Almaniyanın «Select Energy GmbH.» şirkəti elan olunub. Bu şirkət oktyabr ayının 20-25-də Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək. -
10-02-2008, 04:00 PMAPATürkiyəli deputat: "Bəzi Avropa ölkələrinin Rusiyadan asılılığını aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantları tapılmalıdır"
[b]Türkiyəli deputat: "Bəzi Avropa ölkələrinin Rusiyadan asılılığını aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantları tapılmalıdır"[b]
[Strasburq. Fuad Qulubəyli - APA. "Avropa Birliyi Cənubi Qafqaza daha çox diqqət ayırmalıdır". APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının sessiyasında Gürcüstanla Rusiya arasındakı münaqişə ilə bağlı keçirilən müzakirələrdə Türkiyə nümayəndə heyətinin üzvü Birgən Keleş deyib. O bildirib ki, münaqişə Avropa Birliyinin nə qədər gec hərəkətə keçdiyini göstərib: "Bəzi Avropa ölkələrinin Rusiyadan enerji asılılığı var. Bu asılılığı aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantlarını tapmaq lazımdır". B. Keleş Gürcüstanın enerji resurslarının nəqlində önəmli tranzit məntəqəsi olduğunu, buna görə də həm AB, həm də Türkiyə üçün böyük önəm daşıdığını söyləyib. O, Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. B. Keleş bölgədə sabitlik və etimadın yaranması üçün Türkiyənin Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünün əhəmiyyətinə də diqqət çəkib. -
10-02-2008, 04:10 PMAPA«CATEL» rabitə xidmətlərinin əhatə dairəsini genişləndirir
[b]«CATEL» rabitə xidmətlərinin əhatə dairəsini genişləndirir[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın CDMA operatoru olan «CATEL» əhatə dairəsini genişləndirib. «CATEL»dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Bakı, Səngəçal, Ələt, Abşeron yarımadası, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabranla yanaşı, Lənkəran və Astarada da «FONEX»lə rahat danışmaq mümkün olacaq. Danışığın dəqiqəsi «Birinci» tarif əsasında 1 qəpiyə olacaq. Şirkət ilin sonuna qədər Tovuz, Qazax, Ağsu, Quba və bir sıra digər şəhər və rayonları da əhatə dairəsinə daxil etməyi planlaşdırır. Qeyd edək ki, «CATEL» şirkəti CDMA2000 standartında mobil rabitə xidmətləri göstərmək məqsədilə 2007-ci ilin aprelində yeni «FONEX» ticarət markasını telekommunikasiya bazarına çıxarıb. Şirkət 2004-cü ilin avqustundan Azərbaycanda ilk dəfə olaraq, ən müasir 3-cü nəsil «CDMA 2000 1x» mobil rabitə texnologiyasını «Huawei» şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. Bu texnologiya ikinci nəsil mobil rabitədən standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s. xüsusiyyətlərinə görə fərqlənir. -
10-02-2008, 04:20 PMAPAAŞ PA Monitorinq Komitəsi Ermənistanla bağlı məruzəni qəbul edib
[b]AŞ PA Monitorinq Komitəsi Ermənistanla bağlı məruzəni qəbul edib[b]
Bakı-Strasburq. Tamara Qriqoryeva, Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi insan haqları üzrə komissar Tomas Hammarberqin Ermənistana səfərinin (13-15 iyul) yekunları ilə bağlı hazırladığı məruzəni qəbul edib.
[APA-nın məlumatına görə, qanlı 1 mart hadisələrindən bəri Ermənistanda vəziyyətin yaxşılaşdırılması istiqamətində çox az addım atıldığını düşünən komitə T. Hammarberqə bu ölkəyə bir daha səfər edərək dekabrın 17-də keçiriləcək toplantı üçün yeni hesabat hazırlamağı tapşırıb. Komitə üzvləri 1-2 mart hadisələri zamanı həbs olunanların hələ də buraxılmamasından, bir çoxu siyasi motivlə tutulmuş bu şəxslərə münasibətdə amnistiya, əfv kimi humanist addımların atılmamasından, ölənlərlə bağlı istintaqın başa çatmamasından narahatlıqlarını bildiriblər. MK Ermənistanı AŞ PA-nın qəbul etdiyi 1620 və 1609 saylı qətnamələri yerinə yetirməyə çağırıb. AŞ-nin insan haqları üzrə komissarı T. Hammarberqin dekabrın 17-də təqdim edəcəyi hesabatdan sonra MK növbəti addımlar üzərində düşünəcək. Ermənistana sanksiyaların tətbiqi də istisna olunmur. -
10-02-2008, 04:30 PMAPAKinorejissor Bolat Şəmşiyev Azərbaycana gələcək
[b]Kinorejissor Bolat Şəmşiyev Azərbaycana gələcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Qırğızıstan prezidentinin mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, məşhur kinorejissor Bolat Şəmşiyev oktyabrın 3-də Azərbaycana səfərə gələcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü İsmayıl Ağayevin APA-ya verdiyi məlumata görə, səfər Azərbaycan Prezidentin İcra Aparatının, DAK Azərbaycan nümayəndəliyinin və Türk Dövlətlərinin Siyasətinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə həyata keçiriləcək. Səfər çərçivəsində B. Şəmşiyev Azərbaycanın ictimai-siyasi, ədəbi və mədəni mühiti ilə tanış olacaq, o cümlədən ictimaiyyət nümayəndələri ilə görüşəcək. İ. Ağayev deyib ki, B. Şəmşiyev Azərbaycanda olduğu müddətdə Qubada da olacaq. O, Azərbaycanda erməni-rus hərbi birləşmələri tərəfindən 1918-ci ildə soyqırıma məruz qalan azərbaycanlıların kütləvi məzarlığını ziyarət edəcək. Qeyd edək ki, səfər oktyabrın 10-da yekunlaşacaq. -
10-02-2008, 04:40 PMAPAMilli Məclis Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməni ratifikasiya edib
[b]Milli Məclis Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməni ratifikasiya edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə layihəsinin müzakirəsi deputatlar arasında fikir ayrılığına səbəb olub. APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxış edərək Milli Məclisin bu sənədi ratifikasiya etməsinin əleyhinə olduğu deyib. Deputat Azərbaycanın MDB-dən çıxmasını təklif edib. Millət vəkili Nəsib Nəsibli də sənədin əleyhinə çıxıb. Onun sözlərinə görə, Azərbaycan indiki məqamda çox ehtiyatlı davranmalıdır.Deputat Əkrəm Əylisli isə Azərbaycanla Rusiya arasında sıx əməkdaşlığın mövcud olduğunu deyib, sənədin qəbulunun zəruriliyini vurğulayıb. Sənəd səs çoxluğu ilə ratifikasiya olunub. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə bu ilin iyulun 3-də Bakıda imzalanıb. -
10-02-2008, 04:50 PMAPABVF yeni qurumlar yaratmağı planlaşdırır
[b]BVF yeni qurumlar yaratmağı planlaşdırır[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Beynəlxalq Valyuta Fondu (BVF) texniki yardımın konkret məqsədlərə yönəldilməsi üçün bir sıra trast-fond yaratmağı planlaşdırır. «APA-ECONOMICS»in məlumatına görə, bu məqsədli trast-fondların vəsaitlərinin BVF-nin ayırdığı texniki yardımlara əlavə edilməsi nəzərdə tutulur. BVF-nin hesablamalarına görə, aşağı və orta gəlirlərə malik olan ölkələrdə texniki yardıma tələbat böyükdür və trast-fondların yaradılmasının məqsədi də məhz bu yardımın genişləndirilməsidir. Bu prosesə əlavə olaraq beynəlxalq donorlar cəlb ediləcək. Hazırda pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə məqsədilə ilk trust-fondun yaradılması barədə artıq donorlarla danışıqlar aparılır. Bundan başqa, dövlət maliyyə vəsaitləri, təbii sərvətlərlə bağlı olan gəlirlər, daxili və xarici dövlət borclarının idarə olunması, maliyyə sektorunun sabitliyi və inkişafı və s. istiqamətlər üzrə məqsədli trast-fondların yaradılması planlaşdırılır. -
10-02-2008, 05:00 PMAPAMilli Məclisin deputatı qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib
[b]Milli Məclisin deputatı qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Qənirə Paşayeva qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasında çıxış edən xanım deputat Ailə Məcəlləsinə dəyişiklik edilməsi və qadınların nikah yaşının artırılmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda baş verən erkən nikahların qarşısını almaq üçün mütləq qanunvericilikdə dəyişiklik edilməlidir. Deputat, həmçinin, nikah bağlanarkən tibbi arayışların alınmasının vacibliyini də önə çəkib: "Bu insanlar arasında müxtəlif xəstəliklərin yayılmasının qarşısını almaqda böyük rol oynaya bilər". Q. Paşayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də sözügedən problemlərlə bağlı təkliflərinin olduğunu xatırladıb. Qeyd edək ki, Azərbaycanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17-dir. Q. Paşayevə çıxışı zamanı digər məsələlərə də toxunub. Millət vəkili 1948-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb: "Onların geri qaytarılmasının mexanizmlərinin hazırlanmalı və bu sahədə iş aparılmalıdır. 60 il əvvəl öz doğma torpaqlarından qovulan soydaşlarımızın repatriasiyasına nail olunmalıdır. Dünyanın bir çox yerində öz torpaqlarından didərgin düşən xalqlar sonradan geri qayıdıb. Bu sıraya Krım türkləri, Gürcüstandan çıxarılan Axısxa türklərini aid etmək olar. Belə olanda nəyə gərə Ermənistandan qovulan soydaşlarımızın geri qaytarılması məsələsi qaldırılmamalıdır?" Q. Paşayeva İpoteka kreditlərinin verilməsinin dayandırılmasını mənfi hal kimi qiymətləndirib. Millət vəkili İpoteka kreditlərin verilməsi ilə bir çox gəncin mənzil problemlərinin həll edildiyini diqqətə çatdırıb və bu işin davam etdirilməsinin zəruriliyini vurğulayıb.