[b]Yasamalda yanğın baş verib[b]
[Bakı-APA. Dünən saat 20.30 radələrində Yasamal rayonundakı Şərifzadə küçəsində yeni tikilmiş 56 saylı evin liftində elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə sakinlərdən Emin Rzayev, qızı Zəhra və Rəsmiyyə Əliyeva yanıq xəsarətləri alıblar. Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycan Xəbərləri
Printable View

10-03-2008, 01:30 PMAPAYasamalda yanğın baş verib

10-03-2008, 01:50 PMAPAEdvard Nalbandyan: "Qafqazda Təhlükəsizlik və Stabillik Platformasının reallaşması üçün həllini tapmalı olan hələ çox məsələ var"
[b]Edvard Nalbandyan: "Qafqazda Təhlükəsizlik və Stabillik Platformasının reallaşması üçün həllini tapmalı olan hələ çox məsələ var"[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiya Ankaranın Qafqazda Təhlükəsizlik və Stabillik Platformasının yaradılması təşəbbüsünü dəstəkləyir. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı ilə keçirdiyi brifinqdə bildirib: "Biz stabilliyə yönəlmiş və regionun 5 ölkəsinin platformada iştirakını nəzərdə tutan bu təşəbbüsü dəstəkləyirik". Erməni nazir Edvard Nalbandyan da Türkiyənin təşəbbüsü barədə müsbət fikir söyləyib: "Biz də bu təşəbbüsü dəstəkləyirik, lakin onun reallaşması üçün həllini tapmalı olan hələ çox məsələ var". -
10-03-2008, 02:10 PMAPAAzərbaycanda Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sisteminin tətbiqi üzrə tender keçirilir
[b]Azərbaycanda Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sisteminin tətbiqi üzrə tender keçirilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi «Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sistemi»nin alınması və tətbiqi məqsədilə tender elan edib. Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini və tender təkliflərini bu ilin noyabrın 4-dək təqdim etməlidirlər. Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru noyabrın 5-də keçiriləcək. Əlaqə telefonu: (+994 12) 404-47-27. -
10-03-2008, 02:20 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti perspektivli sahələrdə aparılmış 2D və 3D seysmik işlərin nəticələrini araşdırır
[b]Azərbaycan Dövlət Neft Şirkəti perspektivli sahələrdə aparılmış 2D və 3D seysmik işlərin nəticələrini araşdırır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsində «Azneft» İB-nin sifarişi ilə «Bəyimdağ-Təkçay» sahəsində aparılmış 2D, «Muradxanlı-Cəfərli-Ağaməmmədli-Qaralı» sahələrində aparılmış 3D və 2D seysmik işlərinə aid hesabatların müzakirəsi keçirilib. Bu barədə «APA-ECONOMICS»ə Geofizika və Geologiya İdarəsindən məlumat verilib. Hesabatlarda əsas məsələ tabaşir çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi və onların daxilində karbohidrogen yığımlarının aşkar edilməsindən ibarət olub. Xüsusilə mezozoy çöküntülərinin daxili strukturunu əks etdirən laylardan ilk dəfə olaraq informasiya alınması geoloq və geofiziklərin böyük maraqla qarşılanıb. Qeyd edək ki, «Muradxanlı-Cəfərli» və «Cəfərli-Ağaməmmədli-Qaralı» sahəsində yüksək keyfiyyətli seysmik məlumatların alınmasında ARDNŞ-in böyük köməkliyi olub. Belə ki, məlumatlar ABŞ-ın «İnput/Output» şirkətindən alınmış FOUR-AC 3000 kanallı qəbul və qeydedici sistemin tətbiqi nəticəsində reallaşıb. Geofizika və Geologiya İdarəsinin Texniki Şurasında aparılan müzakirələrdə iştirakçılar 3D işlərinin digər perspektivli sahələrdə də tətbiq olunması zərurətini qeyd ediblər. -
10-03-2008, 02:30 PMAPAGənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq
[b]Gənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Gənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq. Bu məktəblər artıq təhsilini başa çatdırmış gənclərin özlərinə layiq olan iş yeri tapa bilməsinə yardım edəcək. İlk karyera məktəbi Qubada təşkil edilsə də, 2009-cu ildən növbəti məktəblərin təşkili nəzərdə tutulur". Bu sözləri APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O, gənclər üçün yeni karyera mərkəzlərinin yaradıldığını da bildirib: "İlk belə mərkəz Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında formalaşıb. Bu layihə uğurlu alınarsa, gələcəkdə digər təhsil müəssisələrinə də yayılacaq. Bu mərkəzlərdə müxtəlif kurslar təşkil olunacaq, beynəlxalq təcrübə öyrəniləcək, metodik tövsiyələr hazırlanacaq, gənclərlə iş axtaran və iş təklif edən müəssisələrlə əlaqə qurulacaq". İ. Babayevin sözlərinə görə, gələcəkdə həmçinin "Gənclər - karyera günləri" adlı əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur: "Gənclərə karyerasını qurmaqda yardımçı olmaqla yanaşı, onların yaradıcılığının inkişafı üçün də bir sıra yeni layihələr var. Gənclik və elm həftəliyi təşkil etmək, gənc alimlərin əsərlərinin toplusunun nəşrinə başlamaq fikrindəyik. Eyni zamanda, gənc alimlərin qurultayını keçirməyi də planlaşdırırıq". -
10-03-2008, 02:50 PMAPAÇelik Bakıda açacağı restoranda həftənin üç günü özü oxuyacaq
[b]Çelik Bakıda açacağı restoranda həftənin üç günü özü oxuyacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış sənətçisi Çelik gələn həftə Bakıya gələcək. APA-nın məlumatına görə, oktyabrın 7-də baş tutacaq səfərin əsasını onun Bakıda biznes qurmaq planı təşkil edir. Belə ki, Çelik Bakıda yeni restoran açacaq. Səfər zamanı yerli kanallarda yayımlanan müxtəlif verilişlərin də qonağı olacaq sənətçi 10 gün Bakıda qalacaq. Qeyd edək ki, Çelik hər həftə Türkiyədən Bakıya gələrək restoranında üç gün özü oxuyacaq. -
10-03-2008, 03:00 PMAPAZiyad Səmədzadə: «Yaxın 5 ildə Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 2 dəfə artacaq»
[b]Ziyad Səmədzadə: «Yaxın 5 ildə Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 2 dəfə artacaq»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Xəzər İnteqrasiya İşgüzar Klubu (CİBC) üzvlərinin Azərbaycan Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə ilə görüşü keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən CİBC-nin prezidenti Telman Əliyev klubun fəaliyyəti barədə məlumat verib. T.Əliyev bildirib ki, hazırda klubda Azərbaycanla yanaşı MDB məkanında və Avropada fəaliyyət göstərən bir sıra nüfuzlu şirkətlər təmsil olunur.Z.Səmədzadə isə çıxışında əsas diqqəti Azərbaycanda gedən iqtisadi proseslərə yönəldib. Azərbaycanda azad iqtisadi mühitin yarandığını deyən Z.Səmədzadə bu sahədə daha böyük imkanların yaradılması üçün mükəmməl qanunvericilik bazasının hazırlandığını vurğulayıb.«Bu ilin sonuna qədər Azərbaycanda adambaşına düşən məhsul istehsalı 5,6 min ABŞ dolları olacaq. Növbəti 5 il ərzində isə bu göstərici 10 min dollara çatacaq», - deyə Z.Səmədzadə vurğulayıb.Komissiya sədri onu da vurğulayıb ki, ölkədə daxili investisiyaların həcmi artır və artıq yaxın illərdə Azərbaycanda daxili investisiyalar xarici investisiyaların həcmini üstələyəcək.Toplantıda iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədov isə çıxışında vurğulayıb ki, hazırda ölkədə 400 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ASK prezidenti qeyd edib ki, 5 il əvvəl sahibkarlıq subyektlərinin 76,5%-i paytaxtda cəmləşdiyi halda, indi bu göstərici 52%-ə enib.Daha sonra Z.Səmədzadə CİBC üzvlərinin suallarını cavablandırıb. Sonda ona CİBC-nin fəxri üzvü seçilməsi münasibəti ilə diplom təqdim olunub. -
10-03-2008, 03:10 PMAPAAvqustda Azərbaycan paytaxtında ilkin bazar üzrə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb
[b]Avqustda Azərbaycan paytaxtında ilkin bazar üzrə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında Bakı şəhərində ilkin bazar üzrə 1 348, təkrar bazar üzrə isə 2 138 olmaqla, ümumilikdə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb. Bu barədə «APA-ECONOMICS»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.Üzərində mülkiyyət hüquqları ilk dəfə qeydiyyata alınan daşınmaz əmlak obyektlərindən 185-i fərdi yaşayış və bağ evi, 725-i mənzil, 373-ü torpaq sahəsi, 59-u qeyri-yaşayış sahəsi, 6-sı əmlak kompleksi kimi müəssisələrdir.Təkrar bazar üzrə isə Bakı şəhərində avqust ayında 326 fərdi yaşayış və bağ evi, 1 422 mənzil, 292 torpaq sahəsi, 90 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi kimi müəssisə üzərində hüquqlar qeydiyyata alınıb.Avqust ayı ərzində DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən 2 691 arayış verilib, paytaxt üzrə 842 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılıb. -
10-03-2008, 03:20 PMAPAAzərbaycan ekspertləri daşınmaz əmlak idarəçiliyi ilə bağlı Zaqrebdə keçirilən seminarda iştirak edir
[b]Azərbaycan ekspertləri daşınmaz əmlak idarəçiliyi ilə bağlı Zaqrebdə keçirilən seminarda iştirak edir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) əməkdaşları Zaqrebdə (Xorvatiya) BMT-nin Avropa dövlətləri üçün iqtisadi komissiyasının «Daşınmaz əmlak idarəçiliyinin insanlara və biznesə təsiri» mövzusunda keçirdiyi seminarda iştirak edir. Bu barədə «APA-ECONOMICS»ə DƏDRX-dən məlumat verilib. Səfər çərçivəsində Xidmət nümayəndələri seminarda iştirak etməklə bərabər Azərbaycanda keçirilməsi planlaşdırılmış seminarla bağlı təşkilati məsələləri komissiya rəhbərliyi ilə müzakirə edəcək. Xorvatiyanın daşınmaz əmlakın idarə edilməsi sahəsində təcrübəsi ilə tanış olacaqlar. Səfər çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə Xidmətin əməkdaşlıq etdiyi qurumların təmsilçiləri, xarici ekspertlərlə də məsləhətləşmələrin aparılması nəzərdə tutulur. Qeyd edək ki, komissiyanın təşkil etdiyi bu cür seminarlar ildə iki dəfə keçirilir. Gələn ilin payızında analoji tədbirin Bakı şəhərində təşkili nəzərdə tutulur. -
10-03-2008, 03:30 PMAPABakı sakinləri daha çox Anarı və Çingiz Abdullayevi bəyənir - SORÄ
[b]Bakı sakinləri daha çox Anarı və Çingiz Abdullayevi bəyənir - SORÄ