[b]Prezident seçkilərinin başa çatması ilə bağlı bölgələrdə təntənəli mərasimlər keçirilir[b]
[Bakı-APA. Ağdamın Quzanlı kəndində seçkilərin başa çatması ilə bağlı konsert proqramı başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, saat 8.00-da başlanan konsertin təşkilatçısı Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatıdır. Xaçmaz şəhərində isə saat 19.30-dan yürüş başlayıb. APA-nın Şimal bürosunun məlumatına görə, şəhər sakinləri küçələrdə piyada və avtomobillərlə hərəkət edirlər.Şirvan şəhərində isə prezident seçkilərinin başa çatması ilə bağlı konsert başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, konsert YAP-ın Şirvan təşkilatının qərargahının qarşısında təşkil olunub.APA-nın əməkdaşının məlumatına Goranboy şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospektində prezident seçkilərinin başa çatması ilə bağlı konsert proqramına start verilib.
Azərbaycan Xəbərləri
Printable View

10-15-2008, 08:30 PMAPAPrezident seçkilərinin başa çatması ilə bağlı bölgələrdə təntənəli mərasimlər keçirilir

10-15-2008, 08:40 PMAPASəsvermə başa çatandan sonra məntəqələrin bağlanması zamanı bəzi prosedur pozuntular qeydə alınıb
[b]Səsvermə başa çatandan sonra məntəqələrin bağlanması zamanı bəzi prosedur pozuntular qeydə alınıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Seçkiləri müşahidə edən "Seçki 2008" QHT Koalisiyası səsvermənin başa çatması ilə bağlı məlumat yayıb. Koalisiyadan APA-ya bildirilib ki, əksər məntəqələr vaxtında bağlanıb. Bununla belə məntəqələrin bağlanması zamanı bir sıra prosedur pozuntular qeydə alınıb. Belə ki, bəzi məntəqələrdə səsvermənin bitdiyi rəsmən elan edilsə də, içəri giriş-çıxış tam dayandırılmayıb. Səsvermə bitdikdən, yəni saat 19.00-dan sonra məntəqələrə adamların daxil olması müşahidə edilib. Bu hallar hətta veb-kameralarda da aydın görünüb (məsələn, 34 saylı II Xətai Seçki Dairəsinin 15-ci məntəqəsi).Gün ərzində bir çox seçki komissiyasında üzvlərin peşəkarlığının aşağı olması müşahidə edilib. Xüsusən də məntəqələrin bağlanması və səslərin sayılmasına başlanması zamanı dərhal qutuların açılması və bülletenlərin sayılmasını bura aid etmək olar.Koalisiyanın müşahidəçilərinə qarşı xüsusi təzyiq halları müşahidə edilməyib (bir hal istisna olmaqla). Bundan başqa, müşahidəçilərin normal işləməsi üçün şərait təmin edilib və onların öz vəzifələrini icra etməsində əngəllərə rast gəlinməyib.Səsvermə prosesində bəzi adamların qrup halında avtobuslarla məntəqələrə daşınması müşahidə olunub. Koalisiyanın müşahidəçilərinin araşdırmalarından sonra bəlli olub ki, nisbətən uzaq məsafədə yaşayan məcburi köçkünlər üçün nəqliyyat təşkil edilib."Seçki 2008" QHT Koalisiyasının müşahidə etdiyi seçici fəallığı aşağıdakı kimi olub: saat 10.00 üçün 15,1%, saat 12.00 üçün 31,7%, saat 15.00 üçün 51,9%, saat 17.00 üçün 62% və saat 19.00 üçün 68,3%. -
10-15-2008, 08:50 PMAPA"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"a əsasən 80,5% səs toplayan İlham Əliyev qalib gəlib - YENİLƏNİB
[b]"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"a əsasən 80,5% səs toplayan İlham Əliyev qalib gəlib - YENİLƏNİB[b]
Bakı. Tamara Qriqoryeva - APA. Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev qələbə qazanıb. APA-nın məlumatına görə, "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un nəticələrinə əsasən səsvermədə seçicilərin 68%-i iştirak edib. Onlardan 80,5%-i İlham Əliyevə səs verib.
[Sonrakı yerləri Qulamhüseyn Əliyev (5,44%), İqbal Ağazadə (4,74%), Qüdrət Həsənquliyev (4,65%), Fazil Qəzənfəroğlu (3,92%), Fuad Əliyev (0,99%) və Hafiz Hacıyev (0,66%) tuturlar. "Rəy" Monitorinq Mərkəzi yekun nəticələri oktyabrın 16-da təqdim edəcək. -
10-15-2008, 09:10 PMAPAAŞƏS-in keçirdiyi «exit-poll»un nəticələrinə görə də İlham Əliyev seçkilərdə qalib gəlib
[b]AŞƏS-in keçirdiyi «exit-poll»un nəticələrinə görə də İlham Əliyev seçkilərdə qalib gəlib[b]
Bakı. Rəşad Süleymanov - APA. «Azad, Şəffaf, Ədalətli Seçkilər» Koalisiyası (AŞƏS) keçirdiyi «exit-poll»un son nəticələrini açıqlayıb. Koalisiyadan APA-ya verilən məlumata görə, AŞƏS 57 seçki dairəsinin 488 məntəqəsində "exit-poll" keçirib
[Dairələrdən 15-i Bakı şəhərində, 42-si isə regionlardadır. AŞƏS-in keçirdiyi «exit-poll»da Bakı şəhəri üzrə ümumilikdə 45300, regionlarda isə 29800 seçici iştirak edib, ümumi seçicilərin fəallığı təxminən 73,1% faiz olub.Səsvermə günü AŞƏS Koalisiyasının keçirdiyi «exit-poll»un nəticələrinə əsasən, təxmini ilkin hesablamalarına görə, seçkinin qalibi 85,7% səslə İlham Əliyevdir. Sonrakı yerləri İqbal Ağazadə (3,5%), Qulamhüseyn Əliyev (3,1%), Fazil Qəzənfəroğlu (2,7%), Qüdrət Həsənquliyev (2,5%), Fuad Əliyev (1,4%) və Hafiz Hacıyev (0,8%) tutub. «Exit-poll» bülletenlərinin 0,3%-i etibarsız sayılıb. Qeyd edək ki, AŞƏS seçkilərdə həyata keçirdiyi müşahidəçilik və «exit-poll»a əsasən seçkinin nəticələrinə dair ilkin rəyini sabah açıqlayacaq. -
10-15-2008, 10:10 PMAPAMilli Məclisin dəvəti ilə seçkiləri izləyən avropalı deputatlar prosesə müsbət qiymət veriblər
[b]Milli Məclisin dəvəti ilə seçkiləri izləyən avropalı deputatlar prosesə müsbət qiymət veriblər[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Milli Məclisin prezident seçkilərini izləmək üçün Avropa ölkələrindən dəvət etdiyi müşahidəçilər mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, almaniyalı Otto Hauzer seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirildiyini bildirib. Onun fikrincə, seçkilərə bu qədər beynəlxalq müşahidəçinin dəvət edildiyi ölkədə saxtakarlıq mümkün deyil. Alman deputat seçkilərə mənfi qiymət verən xarici müşahidəçilərə əvvəlcə öz ölkələrinə baxmağı məsləhət görüb. Böyük Britaniyadan olan Baronessa Okkahayn müxalifətin seçkidə demək olar ki, iştirak etməməsindən məyus olduqlarını söyləyib. O deyib ki, hər siyasi partiya ölkəsinin siyasi həyatında iştirak etməlidir. Baronessa seçkilərin gedişini müsbət qiymətləndirərək mediada bütün namizədlərə bərabər şərait yaradıldığını vurğulayıb. Bolqarıstanlı Solomon Passi isə 7-ci dəfədir Azərbaycana gəldiyini, ölkənin getdikcə inkişaf etdiyini və bu inkişafın seçkilərin keçirilməsində də özünü büruzə verdiyini bildirib. -
10-15-2008, 10:30 PMAPAAzərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb
[b]Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb[b]
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb.
[Heyətdən APA-ya daxil olan məlumata görə, nümayəndə heyəti seçkilərə start verilən saatdan etibarən bir neçə müşahidəçi qrupu təşkil edərək, Bakıda və Azərbaycanın müxtəlif rayonlardakı seçki məntəqələrində olub, müşahidələr aparıblar. İranlı müşahidəçilər olduqları seçki məntəqələrində hər hansı qanun pozuntusu müşahidə etmədiklərini bildiriblər: "Səsvermə tamamilə sakit və nizamlı bir atmosferdə keçirilib. Vətəndaşlar seçki məntəqələrindəki səsvermə prosesində geniş formada iştirak edərək, nəzərəçarpacaq fəallıq göstəriblər". İran İslam Respublikasının müşahidəçilərindən ibarət nümayəndə heyəti, seçkilərin təşkilatçılarını təbrik etməklə yanaşı, Azərbaycan dövləti və xalqına tərəqqi və uğurlar arzulayır. -
10-15-2008, 10:40 PMAPASon nəticə: Seçicilərin 75,65 faizi seçkidə iştirak edib
[b]Son nəticə: Seçicilərin 75,65 faizi seçkidə iştirak edib[b]
Bakı. Elnur Məmmədli-APA. MSK-nın Seçkilər İnformasiya Mərkəzi (SİM) səsvermə ilə bağlı yekun nəticələri açıqlayıb. APA-nın SİM-dəki müxbirinin məlumatına görə, seçkidə 3 milyon 681 min 529 nəfər seçici iştirak edib. Bu isə ümumi seçicilərin 75,65 faizi deməkdir.
[Seçkidə ən çox seçici aktivliyi 1 saylı Şərur-Sədərək seçki dairəsində müşahidə olunub. Bu dairədə seçicilərin 92,2 faizi səsvermə hüquqlarından istifadə ediblər. 28 saylı Sabunçu 3-cü seçki dairəsində isə seçici aktivliyi aşağı olub. Bu dairədə seçicilərin 57,56 faizi səs verib. -
10-15-2008, 11:10 PMAPASeçici fəallığı (dairələr üzrə)
[b]Seçici fəallığı (dairələr üzrə)[b]
[Seçki dairəsinin adı Constituency comission Seçici sayı Number of voters Məntəqə sayı Number of polling stations 10:00 12:00 15:00 17:00 19:00 -
10-15-2008, 11:20 PMAPAFazil Qəzənfəroğlu İlham Əliyevi seçkidə qalib gəlməsi münasibətilə təbrik edib
[b]Fazil Qəzənfəroğlu İlham Əliyevi seçkidə qalib gəlməsi münasibətilə təbrik edib[b]
Bakı. Hafiz Heydərov-APA. Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu seçkilərin yekununa dair mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, səsvermə prosesi zamanı ciddi qanun pozuntularının qeydə alınmadığını deyən F.Qəzənfəroğlu seçicilərin aktivliyini Azərbaycan miqyasında normal qiymətləndirib. Yenidən prezident seçilməsi münasibəti ilə İlham Əliyevi təbrik edən F. Qəzənfəroğlu bildirib ki, iri şəhərlərdən daxil olan məlumatlarda İlham Əliyevdən sonra ikinci yeri o tutub. Prezidentliyə namizəd «exit-poll»ların nəticələri ilə razılaşmayıb. Prezidentliyə namizəd MSK ilkin nəticələri açıqlayandan sonra KİV-ə daha geniş açıqlama verəcəyini bildirib. -
10-15-2008, 11:30 PMAPAQüdrət Həsənquliyev də seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib
[b]Qüdrət Həsənquliyev də seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib[b]
Bakı. Ramil Məmmədov- APA. Prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Q. Həsənquliyev indiyə qədər daxil olan bütün nəticələrin İlham Əliyevin qalib gəldiyini göstərdiyini deyib. O, İlham Əliyevi qalib gəlməsi münasibətlə təbrik edib.
[Seçkidə qanun pozuntuları ilə bağlı bəzi halların olduğunu vurğulayan Q. Həsənquliyev bunun ümumi nəticələrə təsir etmədiyini də bildirib. Onun sözlərinə görə, qanun pozuntuları əsasən seçici siyahıları ilə bağlı olub. Q. Həsənquliyev həmçinin, dairə seçki komissiyalarından onlara daxil olan ilkin məlumatlarda özünün ikinci olduğunu söyləyib.